Blog

  • “Bilik günü”

    Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir.
    Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir

    Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.
    Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi.

    Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
    15 Sentyabr ölkənin bütün məktəblərində ilk zəng səsləndi. Bir neçə aylıq fasilədən sonra məktəblər yenidən qaynar həyata döndü.
    Bu gün Bilik günüdür. Yeni dərs ili başlayır. Hər tərəfdə böyük canlanma var. Məktəbi bayramsayağı bəzəyiblər. Yay tətilindən qayıdan şagirdlər yeni biliklər əldə etməyə tələsirlər.
    BİLİK günü- ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..
    15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığıni qeyd etdikləri bayram günüdür.
    Adəti üzrə bu gün,məktəblərdə dərs ilinin başlanmasına həsr olnumuş təntənəli mərasimlər keçirilir.Xüsusi qayğı və məmnuniyyətlə,təntənəli şəkildə birinciləri qarşılayırlar.
    Anasının əlini buraxmaq istəmir. Sinif rəhbəri bir əlindən yapışıb, güc-bəla ilə məktəbin qarşısında “A” sinfinin şagirdlərinin dayandığı sıraya gətirmək istəyir. Ancaq Aysel uşaq məsumluğu ilə çantasını bərk-bərk qucaqlayıb evə getmək istəyir. Ona elə gəlir ki, bu, bağçaya getdiyi zaman keçirilən bayram günlərindən biridir. Konsert bitəndən sonra anası onu evə aparacaq. O da həyətə düşüb yaşıdları ilə evcik-evcik oynayacaq. Amma bu dəfə fərqli idi…

    Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
    Biliyi isə kitablardan əldə edirik..
    Kitab ictimai sərvətdir. Yüz illərdir ki, o, başlıca bilik, məlumat mənbəyidir.
    Elmin, texnikanın inkişafı ilə əlaqədar əvvəlcə kino, daha sonra radio, televiziya bu sahədə kitabla bir növ rəqabətə girmişdir. Hazırda bu rəqabət daha da genişlənmişdir. Xüsusilə komputer texnologiyasının inkişafı əlavə informasiya mənbələrinin şəbəkəsini xeyli genişləndirmişdir. Bütün bunlara baxmayaraq, kitab əsas bilik, məlumat mənbəyi olaraq qalmaqdadır.
    Bəs, əhalinin alıcılıq qabiliyyəti necədir? Gələcəkdə kitaba olan tələbatı necə proqnozlaşdırmaq olar? Gələcəkdə bu tələbatı ödəmək üçün indidən hansı işləri görmək lazımdır? Bu gün sovet dövründə vərdiş etdiyimiz tərzdə planlaşdırma yoxdur. İndi bazar iqtisadiyyatı, bazar tələbatı var. Amma bu, heç də kor-koranə istehsal demək deyil. Burada hər şeyi elmi əsaslarla müəyyənləşdirmək, qurmaq, çeviklik, uzaqgörənlik tələb olunur. Bütün bunlar üçün dəqiq, geniş və hərtərəfli sosioloji araşdırmalar aparmağa ehtiyac duyulur. O cümlədən, statistik təhlil, müntəzəm müşahidələr, anket sorğuları və s. mövcud vəziyyəti öyrənmək, fəaliyyəti qurmaq, gələcəyi proqnozlaşdırmaq üçün zəruri imkanlar yaradır.

    Cəmiyyətin gücünü müəyyən edən insanlardır. Əlbəttə, hər bir ölkənin öz təbii resursları, öz coğrafi üstünlükləri vardır. Ancaq nəticə etibarilə hər şey insanlardan asılıdır. Sənin neftin də, qazın da çox ola bilər, əgər peşəkar insanların, kadrların yoxdursa bunun heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə, müasir dünyada həm özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək üçün mütləq uşaqlar yaxşı oxumalıdır.
    Yaxşı oxumaq o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz. İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir insanın uğuru onun əlindədir. Azərbaycanda azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir.

    Bütün bu dəyərləri aşılayan bir tək varlıq var.. Müəllim…

    Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.

    Bu gözəl və şərəfli işin dəyərini bilən
    əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.

    Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün
    problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
    Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür
    şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib,
    sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.

    Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı,
    bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

    Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
    Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində
    fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

    Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.
    Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

    Ülkər DƏNİZ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini,
    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

  • KİV nümayəndələri SOCAR-ın həyata keçirdiyi layihələrlə tanışlıq məqsədi ilə Sumqayıtda olmuşlar

    Azərbaycan Respublikası Dövlət neft Şirkəti (SOCAR) özünün ən böyük investisiya layihələrini məhz Azərbaycanada həyata keçirir. Neft və qaz hasilatı sahəsində “Şahdəniz-2” kimi nəhəng layıhələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində keçirdiyi böyük layihələr uğurla icra olunur. Bu layihələrin məqsədi Azərixrac potensialını və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaratmaq, kimya sənayesinin rəmzi olan Sumqayıt şəhərinin və bütövlükdə ölkəmizin iqtisadi inkişafına yeni təkan verməkdir. SOCAR-ın Sumqayıtda həyata keçirdiyi perspektivli layihələrin icrası ilə tanışlıq məqsədilə sentyabrın 14-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyində olmuşlar.
    İlkin olaraq mətbuat nümayəndələrinin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyası təşkil edilmişdir. Burada qonaqlara Sumqayıtın uzaq və yaxın tarixi ilə bağlı geniş məlumat verilmiş, şəhərində bu gün həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açılmışdir. Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında bu gün də uğurla davam etdirilir. Dövlət başçımızın Sumqayıta davamlı olaraq səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması, Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni və unikal dənizkənarı bulvarın inşası, yeni Heydər Əliyev Mərkəzinin, Musiqi və Şahmat məktəblərinin tikintisi, insanların sosial rifah halının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, şəhərin ekologiyasının saflaş-dırılması və s. son dövrlərdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
    Sonra mətbuat nümayəndələri yüksək peşəkarlığa və texniki biliyə malik kadrların hazırlanması, onların peşə və ixtisas¬larını təkmilləşdirməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda yaradılmış müasir tipli Təlim-Tədris Mərkəzində yeni dərs ilinin açılış mərasimində iştirak etmişlər. Şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə ifa olunduqdan sonra, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik etmiş, qəbul zamanı yüksək bal toplayan şagirdlərə vəsiqələr təqdim olunmuşdur. Sonra isə məktəbin müəllim və şagird kollektivi KİV nümayəndələri ilə birgə TTM-in və Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə qərənfillər düzmüşlər.
    Bundan sonra qonaqlaronra “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavodu ilə tanış oldular. KİV nümayəndələri zavodun Azot-oksigen kompleksi, Susoyut¬ma qurğusu, Mütləqləşdirilmiş izopropil spirti sahəsi, İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriya, açılış mərasimlərində möhtərəm Prezidentimiz İlham Əliyevin də iştirak etdiyi propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğularında olmuş, qonaqlara yeni layihələr, perspektiv planlar haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, SOCAR-ın dəstəyi ilə “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatların moderni¬zasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasıdır. KİV nümayəndələrinə həmçinin SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında da məlumat verilmişdir. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik pay bölgüsünə sahib olacaqdır. Bundan başqa, yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır. Bildirilmişdir ki, bu yaxınlarda təməlqoyma mərasimi keçirilmiş qurğunun inşası Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.
    “SOCAR Polymer” MMC-də KİV nümayəndələrinə məlumat verilmişdir ki, Qeyri-neft sektorunun ən iri layihələrindən biri sayılan, Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir.
    Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində şirkətin iki qurğusu Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodları inşa olunur. Bu zavodlar ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Hər iki layihənin tikintisi planlaşdırıldığı kimi layihənin icra qrafiki üzrə gedir. Belə ki, Polipropilen zavodunun tikintisi tam sürətlə icra olunur, bütün lazımi avadanlıqlar sifariş edilib. Zavodun istismara verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen zavodunun istismara verilməsi isə həmin ilin üçüncü rübünə planlaşdırılır. Zavodlarda ən qabaqcıl texnologiyalardan istifadə olunacaq. İstehsal olunan polimer məhsullarının təxminən 30%-i daxili bazara çıxarılacaq ki, bu da ölkə bazarında tələbatın tamamilə təmin edilməsi deməkdir. İxrac üçün əsas hədəf bazarları isə Türkiyə, Qərbi Avropa və s. hesab olunur.
    Zavodların istismarı dövründə daimi əsaslarla 300 işçi, tikinti-quraşdırma işlərində isə təxminən 1500-2000 işçi çalışacaq. Əsas əmək resursları Azərbaycan vətəndaşlarıdır. Podratçı mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşmış şirkət kimi zavodun tam istismara verilməsi üzrə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Lisenziyalar və texnologiyaya dair patentlərin sahibi kimi tanınan Lyondell Basell və Ineos şirkətləri Polipropilen və Polietilen zavodlarının texnologiyası üzrə lisenziyarlardır. Beləliklə, şirkətin məhsulları ən yüksək standartlara cavab verəcək. Şirkətin istehsal etdiyi polietilen yüksəktəzyiqli su, qaz, kanalizasiya və su borularının istehsalı üçün istifadə edilə bilər. Eyni zamanda polipropilen və polietilen ekoloji cəhətdən ən yüksək standartalara cavab verir və ərzaq məhsulları üçün qablaşdırmaların istehsalında, eləcə də tibbi sənayedə geniş istifadə oluna bilər.
    Polipropilen və Yüksəksıxlığı Polietilen zavodlarının tikintisi tamamlandıqdan sonra, Sumqayıt Kimya Sənaye Parkında ərzaq və qeyri-ərzaq məhsulları üçün elastik qablaş-dırmanın, etiket və yapışqan lentinin istehsalı üçün istifadə edilən BYPP lentinin (biaksial yönümlü polipropilen lent) istehsalı zavodunun tikintisinə başlanması planlaşdırılır. Bu, yüksəkkeyfiyyətli elastik qablaşdırma üçün istifadə edilən ən məşhur materialdır.
    Layihənin əsas məqsədi neft emalının səmt qazlarından gəlir əldə etməsidir. Bunun üçün şirkət “Azərikimya” İB-dən alınan propilen, etilen və hidrogen xammalından istifadə edəcək. Neft Emalı zavodunda neftin emalından alınan səmt qazlarından polimer istehsal ediləcəkdir. Layihənin ikinci məqsədi Azərbaycanda plastik emal edən orta və kiçik müəssisələr üçün xammal bazasının yaradılmasıdır. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq.
    Vurğulamaq lazımdır ki, dünyada plastik istehlakı neft istehlakından daha sürətlə artır. Belə ki, neft məhsullarının və polimerlərin istehlakı yüksəlir. Statistikaya nəzər salsaq görərik ki, son 25 ildə maye karbohidrogenlərin istehlakı 40-45%, dövr ərzində polimer istehlakı isə 200% artıb. Təhlil aparsaq deyə bilərik ki, son illərdə polimer istehlakındakı dinamika, dünya ÜDM-nin artımını sabit şəkildə üstələməkdə davam edir. Maye karbohidrogenlərin istehlakının artımı polimerlərin istehlakından minimum 2-2,5 dəfə aşağıdır. Bu tendensiya gələcəkdə də davam edəcək. Beləliklə, şirkət neft-qaz xammalı ilə artımı az olan seqmentdən sürətlə genişlənən seqmentə keçir.
    “SOCAR Polymer” Azərbaycanda əldə oluna biləcək bütün potensial neft-kimya xammalını ölkə üçün gəlir mənbəyinə çevirməyə çalışacaq. Bu, neft sənayesinin inkişafda olan bir sahəsidir və eyni zamanda orta və kiçik sahibkarlığın inkişafı üçün də bünövrədir.
    KİV nümayəndələri Karbamid (Azot gübrəsi) zavodunda da olmuşlar. Zavodun direktoru Xəyal Cəfərov məlumat verərək qeyd etmişdir ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihə üzrə Mühəndislik, Satınalma və Tikinti, yəni MST podratçısı 2011-ci ilin avqust ayında elan olunmuş beynəlxalq açıq tender vasitəsilə seçilmişdir. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti MST podratçısı seçilmiş və 13 mart 2013-cü il tarixində MST müqaviləsi imzalanmışdır. Daha sonra, 2013-cü ilin avqust ayında SOCAR ammonyak və karbamid istehsalı üzrə iki beynəlxalq nüfuzlu texnologiya şirkətləri – Haldor Topsoe (Danimarka) and Stamicarbon B.V (Hollandiya) ilə lisenziya müqavilələri bağlamışdır. MST müqaviləsi üzrə müəyyən ilkin şərtlər yerinə yetirildikdən sonra, MST podratçısı 2014-cü ilin fevralında rəsmi olaraq Layihəni həyata keçirməyə başlamışdır.
    Layihənin effektiv həyata keçirilməsi və idarə edilməsi məqsədilə Neste Jacobs Oy (Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında Layihənin idarə edilməsi üzrə məsləhətçi seçilmişdir. SOCAR və Neste Jacobs Oy şirkəti arasında layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətlərinin göstərilməsi haqqında müqavilə 11 may 2015-ci il tarixində Helsinkidə imzalanmışdır.
    Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Zavod gündəlik 1200 metrik ton Ammonyak və 2000 metrik ton karbamid istehsal edəcəkdir. SOCAR tərəfindən bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcəkdir. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır. Hal-hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur. Aşağı xammal qiymətləri və hədəf bazarlarına yaxınlıq nəzərə alınaraq, zavodun digər regional azot gübrələri istehsalçılarına münasibətdə rəqabət üstünlüyünə malik olması gözlənilir.
    Görülən işlərlə bağlı qeyd etmək lazımdır ki, ümumilikdə layihənin təxminən 81%-i icra edilmişdir. Əsaslı layihələndirmə və satınalma işləri demək olar ki, tamamlanmışdır və tikinti işlərinin təxminən 40%-i həyata keçirilmişdir. Zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqların 96%-i artıq Azərbaycan Respublikasına gətirilmiş və mərhələli şəkildə zavod ərazisinə daşınmaqdadır. Karbamid zavodunun tikintisində istifadə edilən avadanlıq və materiallar Asiya, Avropa və Amerikanın müxtəlif beynəlxalq nüfuzlu şirkətlərindən satın alınmışdır.
    Tikinti işlərinin ən pik dövründə layihənin həyata keçirilməsinə təxminən 2500-3000 nəfər işçi qüvvəsinin cəlb edilməsi və zavodun istismarı dövründə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir.
    Beləliklə, SOCAR ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, habelə azərbaycanda yeni iş yerləri yaratmaq məqsədilə Sumqayıtda nəhəng və perspektivli layihələr həyata keçirməkdədir. Hasilat və nəql sahəsində həyata keçirilən “Şahdəniz-2” kimi meqa layıhələrlə yanaşı, “SOCAR Polymer” , SOCAR karbamid və s. layihələr məhz azərbaycan xalqı üçün yaxın illərdə yeni iş yerləri yaratmaqla, milyardlarla əlavə gəlir gətirəcək.

    Rafiq Oday,
    Respublikanın Əməkdar jurnalisti

  • Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib

    Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib.
    “Könlümü şeirə vermişəm” adlı ədəbi-bədii gecəyə “Veteran “xalq xorunun dirijoru Türkan Mahmudova və ŞME-nin özfəaliyyət kollektivinin üzvü Əlipaşa Paşayev aparıcılıq edib.
    Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, “Xəyal” instrumental ansamblın (rəhbər Allahverdi Xəyal, konsertmester Radim Hüseynov) solistləri Vüsalə Hüseynova, Fidan Naqiyeva, Mehdi Yusifzadə, Elşən Quliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.
    Tədbirdə şair Əvəz Mahmud Lələdağın çıxışı, bədii qiraət ustası Gülbəniz Abbasovanın ifasında şairin “Ana və poctalyon” şeiri böyük maraqla qarşılanıb.
    Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən şairin həyat və yaradıcılığını əhatə edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş edilib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Dürdanə Hümbətli

    Şəhərin səs – küyündən, təngnəfəsliyindən, ritmindən can götürüb kəndin səssizliyinə sığınmaq qədər gözlənilən məqam az –az olur həyatda… Şəhər həyatının doğurduğu gündəlik qayğıların, bağıran – çağıran reklamların rəngləriylə bəzənmiş şəhər divarlarının göz yoran görüntülərindən kəndin gözoxşayan yaşıl rəngini acgözlüklə seyr edib də daxilində gözəl – gözəl arzuların, düşüncələrin cücərməsini, ruhunun bu təsirdən oyanaraq səni güclü, cəsarətli, özünəəmin etməsindən gözəl nə ola bilər… Lakin kənd də şəhər kimi, insan oğlunun yaşadığı bütün məkanlar kimi həyatın bütün çalar və tərəflərini özündə əks etdirir. Kəndə getmək başqa bir məkana getmək demək deyil ki. Guya nağıllardakı Xeyir və Şər mübarizəsi, huzur axtarışı elə kənd fonunda baş vermir ki? Nağıl qəhrəmanı huzuru, haqqı, ədaləti tapmaq üçün şəhərdən kəndə, kənddən şəhərə üz tutmur? Və haqqın hər yerdə haqsızlıqla yanaşı olduğunu, huzurun isə yalnız huzursuzluğa qatlaşaraq əldə edilməsinin mümkünlüyünü anlatmırmı nağıllar?!
    …Yaşıllıqlarla gözoxşayan kəndlərin birində qəribə bir görüntü məni cəlb etdi. Kəndin əksər evləri sadə tikiliydi, yəni əhalisi orta səviyyədə dolanan insanlar olduğu açıq – aşkar görünürdü. Evlərin hündürlüyü də, tikilişi də təxmini eyni orta səviyyədəydi. Bu vlərin sırasında şah sarayı qədər olmasa da öz möhtəşəmliyi ilə saraya bənzəyən ev diqqətimi cəlb etdi. Bilmirəm niyə, lakin mən bu evin sahibinin yerinə utandım. Utandım, çünki qeyri – ixtiyari Qurandan ayələr yadıma düşdü, oxuduğum kitablardakı fikir və ifadələr yadıma düşdü. Hətta köhnə hind filmlərindəki məhkəmə səhnələri də canlandı yaddaşımda, böyüklərimin nəsihətləri və s. Lakin utanc hissinin çaları bu evə tam bitişik, elə nağıllardakı kasıb komasını xatırladan bir tikilini görüncə dəyişdi…yəni tündləşdi… Bu komanın damı o qədər köhnəydi ki, sanki indicə ovulub töküləcəkdi. Artıq bu kontrast mənim beynimdə bütün həyat kontrastları haqqda düşüncə və fikirləri oyatdı. Bu fikir burulğanında sanki boğulacağım an birdən 10 – 15 yaşlı qızın səsi məni xilas etdi. Xilas etdi ki, daha ağır fikir cəzası versin. Dedi bu uşaq bağçasıdır, üstü belə olmağına baxmayın, elə dünən 6 dənə kompyuter gətirdilər bura… Bir hünərim ona yetdi ki, soruşdum bəs bu ev kimindir. Dedi filan idarədə işləyir, vəzifəlidir… o dedi getdi…mən sualların burulğanından yerimdən tərpənə bilmədim. Ayaqlarımı torpağa bərk sıxıb dayanmaq istədim ki, heç olmasa torpaq ayağımın altından qaçmasın…
    …deyib gedən qıza nə var ki, gedib ev işiylə məşğul oldu… yəqin inək sağdı…nə bilim qatıq çaldı… İndi gəl sən ziyalı, boğul bu suallar burulğanında. Suallar da ki, maşallah… ziyalının elə ruzisi bu suallara gəlib elə bil, yemə – içmə cavab axtar, Düşün ki, bu kontrast fonunda dərsə gedib gələn kənd uşağı həyat haqda nə düşünür. Bu sarayabənzər evin sahibi də görəsən gündə beş dəfə səcdə edir? Oruc tutub iftar süfrəsi açır, sonra da bu süfrənin nemətlərindən sovqat hazırlayıb bağçaya gələn uşaqlara ikram edirmi? Görəsən “Hacı” titulu varmı? Bəs görəsən gedən qız bu qədərmi sadədir? Bu qədərmi rahatdır? Görəsən bu sarayabənzər evin oğlu bu qızı bu sarayın xanımı etmək istərmi? Bu mümkün olsa bu qız bu qədər rahat olmaz! Bəlkə əslində o qız elə dəqiq bilir ki, bu il və ya gələn il bir sadə işsiz kənd oğlanına ərə veriləcək və onunla balaca kasıb bir evdə bir qarnı tox, bir qarnı ac…ara – sıra döyülərək yaşayacağını özü üçün çoxdan təsdiq edib. Bəli! Seçim yoxdursa, niyə fikirlərlə özünü yorsun ki?..
    Bəs bəlkə bu kənddə böyüyən balacalar arasında dərin düşüncəyə malik, şair ruhuna malik olanlar da var? Bəs o şair bu kontrastı içində dünya boyda dərdə çevirənə qədər böyütməyəcəkmi? Sonra biz oxucular onun yazdıqlarını kədərli, qəmli sanıb da o sətirlərdən qaçmayacağıqmı? Və görəsən bu pisliklərlə dolu İraq, Suriya faciəsiylə, Qarabağ yalanıyla və digər yalanlarla aldadılan dünyamızı bu məkanda o kompyuterlərlə öyrənib, elmini artırıb dünyamızı elmiylə, zəkasıyla doğrulara apara biləcək insan yetişəcəkmi?
    Bu lap Xeyirlə Şərin mübarizəsinə bənzədi. Axı həyatın əsası elə bu kontrastdan doğan mübarizədir. Kaş bu balaca kəndin balacalarının ruhunda, beynində Xeyir qələbə çalsın. Kaş ki, çalsın. Kaş ki, bu qələbədə biz ziyalılar öz rolumuzu vaxtında, yerində duya bilək. Kaş biz komanın uşaqlarına işıqlı dünyanı hiss etdirə bilək…kaş…kaş hər şey işıqlı gələcəyə xidmət edə…

    Dürdanə Hümbətli

  • Rahilə DÖVRAN.”Rübailər”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Rübailərim” – silsiləsindən

    Arzunun, istəyin tükənməz sayı,
    Hər adam yaşayar, Haqq verən payı.
    Diləyi Rəbbindən doğru dilə ki,
    Yaradan qış vaxtı bəxş etməz yayı.

    ***
    Dağların bəzəyi zirvənin qarı,
    Bağların bəzəyi nübarı, barı.
    İnsan övladının,Adəm oğlunun,
    Könlünün bəzəyi, sevdiyi yarı.

    ***
    Yaz vaxtı gələndə, ilk bahar çağı,
    Lalələr qanına boyayar dağı.
    Açar başdan-başa yurdda gül, çiçək,
    Sevərik füsunkar, doğma torpağı.

    ***
    Əriyər yaz vaxtı dağların qarı,
    Coşdurar Arazda, Kürdə suları.
    Ozanlar, aşıqlar hey oxuyarlar:-
    Ya ”Kür daşdı gəldi”, ya “Arazbarı”.

    ***
    Qaş-qabaq edəndə gəlin buludlar,
    Adaxlı şimşəklər səmanı odlar.
    Qovuşub əl-ələ , dönəndə nura,
    Alqış, dua edər çiçəklər, otlar.

    ***
    Olar ki, bağlanar qismətin önü,
    Bir müddət pis keçər insanın günü.
    Gərəkməz talehə şikayət etmək,
    Dəyişər su gələn gilifin yönü.

  • Rahilə DÖVRAN.”Rübailər”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Rübailərim” – silsiləsindən

    Heç zaman güvənmə yağıya, yada,
    Düşməndən yol tapar insana qada.
    Dostluqda möhkəm ol, qoru dostunu,
    Ən ağır günündə dost çatar dada.

    ***
    Ibadət qəlblərə nur, hüzur yayır,
    Namaza, oruca sən də vaxt ayır.
    Satma gühü-günə, qısadır ömür,
    Sənin saydığını, fələk də sayır.

    ***
    Əzəldən bu dünya fanidir-fani,
    Kiminə cəlladdır, kiminə canı.
    Gorünmür cahangir şahlar,xaqanlar,
    Dünənki fironlar, fatehlər hanı?

    ***
    Dəyişik salmışıq zamanı, çağı,
    Qüssədən əriyib qəlblərin yağı.
    Dağ basır ürəyə gündə min dəfə,
    “Qohumun oğraşı, doştun yaltağı”.

    ***
    Tamah artıq olsa inan,”baş yarar”,
    Gözü tox olanlar, mənzilə varar.
    Acgözlər ha yığsın dünya malını,
    Gərəksiz var, dövlət, nə işə yarar?

    ***
    Mənalı bir ömür, özü bir dünya,
    Yaşayan çalışa orda iz qoya.
    Insana nə lazım,-təmizlık,saflıq,
    Ucalıq gətirsin, ad-sana, soya.

  • Abdulla MƏMMƏD.”Etiraf”

    abdullamuellim

    Nə qədər gizləyim baxışımı mən,
    Nə qədər gözündən yayınım, qaçım?
    Sığınıb gecənin ağuşuna mən,
    Tənha bir qüssəni nə qədər qucum?

    Sənli ümidimin gerçəyi baha,
    Sövq etmə əlçatmaz istəyə məni.
    Ömrümün payızı yetişib daha,
    Salma dərd eləyib ürəyə məni.

    Bu könül dünyam da könlümü almır,
    Könülsüz açılır gözümdə səhər.
    Ürəyim könüllü qayğıma qalmır,
    Haradan qarşıma çıxdı bu qədər?!

    Səninlə bağlıdır könül süstlüyüm,
    Könlümü açıram yuxutək suya.
    Könlünü üzməsin könülsüzlüyüm,
    Könlümdə tək sənsən – sevgili dünya.

    Tər gülsən, ətrin də ürəyimcədi,
    Qışımda bahartək könlüm də sənsən.
    Nə desən, haqqın var – ürəyincə de…
    Dəymə ürəyimə – könlümdə sənsən.

    Özümdən qaçıram dili dualı
    Günlərin əlində nazilir könlüm.
    Bu dəli sevdamla başı havalı
    Nə qədər sızlayım, əzilim, könlüm?!

    Nə qədər daş olum baxışına mən,
    Nə qədər gözündən o yana qaçım?
    Nə deyim bu həsrət yağışına mən,
    İslana-islana hayana qaçım?!

    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

    abdullamuellim

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu cazibədən çıxa bilmərəm,
    Ürək sındırmışam-bir ürək axı…

    Sənli xatirələr üzülər qəmdə,
    Yanına gəlməyə üzüm də olmaz.
    Görəndə sarsilib üzülərəm də,
    Bir kəlmə kəsməyə sözüm də olmaz.

    Bağışla demərəm, sarsılsam belə,
    Sən ki büdrəmisən, yıxılan mənəm.
    Bilirəm-qəlbində yerim var hələ,
    Çox da ki dilində yox olan mənəm.

    Günahım böyükdür, buna sözüm yox,
    Bu səhvi çiynimdə daşıyıram da.
    Daha bu kədərə məndə dözüm yox,
    Görən elə bilir- “yaşıyır”am da…

    Mənə də dəyərmiş qüssə silləsi,
    Bu dərd deyiləsi, yazası deyil.
    Nə mən bu qədəri qəlbdən siləsi,
    Nə TANRIM alnımdan pozası deyil…

    Göz yumub könlümdən keçənə, gözəl,
    Gözünə dəymərəm-üzüm qaradır.
    Mən necə keçirim gecəni gözəl?!
    Sənli günlərimin üzü qaradir.

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu məngənədən çıxa bilmərəm,
    Ürək sındırmışam- bir ürək axı…

    Azerbaycan.Quba

  • Müzəffər MƏZAHİM.”Gülə-gülə”

    mm

    S.Vurğuna nəzirə

    Keçdi yağlı vəzifəyə,
    Cavan vaxtı gülə-gülə.
    Sağ cibinə , sol cibinə
    Rüşvət axdı gülə-gülə.

    Öz nəfsinin oldu qulu,
    Şirin bildi haram pulu.
    Yaman azdı bu düz yolu,
    Yoxuş çıxdı gülə-gülə.

    Dedim: Oğlan ayıq tərpən,
    Dedi: Mənə dərs demə sən.
    Dedim: Axı ilişərsən,
    Durub baxdı gülə-gülə.

    Tapdadığca həddi , qını,
    Varı artdı , coşdu qanı.
    Dağdan ağır el haqqını,
    “Daşa çaxdı gülə-gülə.”

    Qorumadı şərəfini,
    Düzlər açdı kələfini.
    Öz əlilə öz evini,
    Özü yıxdı gülə-gülə.

  • Müzəffər MƏZAHİM.”İşim yoxdur”

    mm

    Zəhmətdən tutulub mayam,
    Düz əməldən çətin doyam,
    Sakit axan dərin çayam,
    Hayla-küylə işim yoxdur.

    Mizan-tərəzi pozulsa,
    Düz söz yalana yozulsa,
    Susmaram, susmaq qızılsa…
    Boş gileylə işim yoxdur.

    Halallıqdır arxam, dağım,
    Vətən eşqi könül bağım,
    Saflıq güvəncim, dayağım,
    Qalan şeylə işim yoxdur.

  • Yasemin DUTOĞLU.”KESRETTEKİ VAHDET KUDÜS-Ü ŞERİF”

    Bundan bir yıl önce niyet ettim, Kudüs’ü ziyaret etmeye. Eski dünyanın kalbine. İsra’nın durağı, Miracın basamağı, vuslatın eşiği Mescid-i Aksa’ya; arzın semavat ile en çok yaklaştığı noktaya. Nebiler ve resuller ocağı, evliyalar otağı Kudüs’e, daha doğru bir isimlendirmeyle Kudüs-ü Şerife. Hz. İbrahim’in evlatları tevhitten ırak düşeli beri değişik isimlerle anmışlar o kutlu beldeyi; Salem, Yaruşalayim, Beyt-ül Makdis, Jarusalem, Elia, Kudüs-ü Şerif… Fakat nasıl isimlendirilirse isimlendirilsin, barış, esenlik, kutsîlik, Hakk’a yakinlik, arınmışlık ve arındırıcılık temel bir nüve olarak saklanmış şehrin özünde. Bazen zahir, bazen batın olsa da, hep kutsallığın başkenti olarak kalmış. Kâbe’den kırk yıl sonra onu inşa eden Hz. Âdem’den bu yana hep müminleri olmuş Kudüs’ün. Müminler için her daim bir esenlik rüzgârı esmiş o kutsi tepede… Bir dönem putlarla dolmuş, başka bir dönem çöplük olmuş, ama derler ya hani “Altın yere düşmekle tunç olmaz.’’ Sonunda bir kurtaranı bir temizleyeni, bir tevhit çizgisine döndürüvereni bulunmuş. Evet, Kudüs’ü şerif’i ziyarete niyet etmiştim etmesine ama! Ya nasip! Elimde olmayarak çıkan bir engel nedeniyle gidemedim Kudüs ziyaretine. O zamanlar hüzünlü bir dua dökülmüştü gönlümden “Allah’ım, Kudüs’ten evvel beni başka bir yere gönderme’’. Sonra aylar geçti ve o duayı unuttum gitti. Bir yıl sonra bir dizi tevafuk ve Cenab-ı Hakkın lütfu ile Kudüs ziyareti yine kapımdaydı, kıymetli bir hediye olarak hem de. O vakit, unutmuş olduğum o duamı hatırladım. Bana düşen binlerce şükür ve vesile olanlara hayır dua ile bu kıymetli hediyeyi kabul etmekti elbette… Ve işte günü gelince, 1 saat 40 dakikalık bir uçuşla Tel Aviv semalarındaydık. Cenab-ı Hakkın Kuran-ı Keriminde ‘en uzak mescit’ manasında Mescid-i Aksa diye zikrettiği ve etrafını mübarek kıldığını müjdelediği o güzel mescit yakından da yakınmış, candan içeri bir parçamızmış meğerse.
    Emaneti ehline verdiğimiz dönemlerde, atalarımıza 400 yıl hizmet etmek müyesser olmuş o beldelere. Belki de bu dönem; Kudüs’ün kuşatmalar, istilalar, yıkılıp yeniden yapılmalarla dolu tarihinde en uzun soluklu selam dönemi olmuş… Peygamber sevgisi ile dopdolu olan bu milletin izleri Kudüs’ün her yanında okunuyor hâlâ. Tarihi şehri çepeçevre kuşatan surlar Kanuni’nin eseri. Başka dinlerin müntesiplerini de kuşatıcı olsun diye kitabesinde “Lailahe illallah İbrahim Halilullah’’ yazan el Halil (Yafa) kapısından Kudüs misafirlerini 3 gün 3 gece bilâ ücret ağırlayan Sultan Hanına, oradan yoksullara asırlarca çorba dağıtan Hürrem Sultan imaretine kadar. Muhammed Şefik hattıyla Kubbet-üs Sahrayı çepeçevre kucaklayan Yasin suresinden İznik işi firuze çinilere, II. Abdülhamit’in inşa ettirdiği Hz. Fatıma mihrabından Kıble Mescidini aydınlatan kristal avizeye, II. Mahmut’un hatırası olan sakal-ı şerif mahfazasından, asırlardır süren bir gelenekle Türkiye’de dokunmuş olan halılarına kadar… Mescid-i Aksa’yı karşıdan keyifle seyreden Zeytin dağında, ordumuzun son karargâhından, köşe başlarındaki sebillere, en önemlisi o sükûn ve esenlik günlerini bizzat dedelerinden dinlemiş olan ve Türkiye denince gözleri parlayıp yüzleri gülücüklerle dolan Filistin’in mazlum ahalisine kadar, ecdadın izleri her yerde karşımıza çıkacakmış meğer, dört gün süren ziyaretimiz boyunca.
    Tel Aviv havaalanından otobüse binerek kısa bir yolculukla tam seher vaktinde Yafa’ya ulaşıyoruz. Otobüsten iner inmez, Akdeniz’in o ılıman havası eşliğinde Ezan-ı Muhammedi, bizi huzura davet ediyor. Burada ecdat yadigârı Mahmudiye camiinde sabah namazına misafir oluyor, cami çıkışı ikram edilen nane çayını yudumluyoruz. Filistin usulü güzel bir kahvaltıda soluklandıktan sonra yaklaşık bir saatlik yolculuk ardından kuşluk vaktinde, asıl menzilimiz olan Kudüs’ü Şerife varıyoruz. Zeytin Dağı’na bakan Aslanlı kapıdan şehre dâhil oluyoruz. Kadim Kudüs, taş yapıları, daracık, yer yer merdivenli sokakları, abbaralar ve kemerlerle şekillenmiş baştan ayağa taştan dokusu ile sizi sarıp sarmalıyor. Harem-i şerif sur içinin kuzey doğu köşesinde 144 bin m² lik yaklaşık dikdörtgen şeklinde bir alanı kaplıyor. Kapıda İsrail polisi girişleri denetliyor. Turistlere müdahale etmiyorlar ama Filistin halkının girişine zaman zaman engel olduklarına üzülerek şahit oluyoruz, orada kaldığımız günler boyunca. Mescid-i Aksa’mız; Kubbet-üs Sahra, Kıble Mescidi, Kadim Aksa, Mervan Mescidi ve Burak Mescidi gibi yapılar başta olmak üzere; minareler, medreseler, tekkeler, kemerler, kubbeler, sebiller, kuyulardan oluşan irili ufaklı onlarca yapı ile bezenmiş bir masal diyarı gibi. Hz. Ömer(r.a.) zamanında (638) fethedildiğinden beri her dönemin izlerini taşıyan bu mübarek tepede, zeytin ve servi ağaçlarının dingin gölgesinde, gökyüzünde bir güneş gibi parlayan altın kubbenin karşısındayız işte. Ferahlık, genişlik esenlik hissileri ile dolu bir yeryüzü cenneti sizi altı cihetten sarıp sarmalıyor.
    Muallâk kayasının zirvesini örten Arapçada kaya kubbesi anlamına gelen Kubbet-üs Sahra’nın güzelliğini anlatmak için ne söylense kelimeler kifayetsiz kalır. Gitmek, görmek, yaşamak gerek. Simgesel sekizgen planı, bin bir renk ve desende ahşap ve mozaik süslemeleri, çinileri, vitrayları ile izlemeye doyulmayan, cennet içre cennetleri çağrıştıran bir sanat şaheseri. Kubbet-üs Sahra’nın içinden muallâk kayasının altındaki ruhlar mağarasına birkaç basamakla iniliyor. Taşın yalınlığında, bir girdap gibi, insanı somuttan soyuta, bedenden ruha, dünyadan ahirete çeken bir uzlet ve tefekkür mekânı burası. Miraç gecesi Efendimiz(s.a.v)’in u’lul-azm peygamberlerle birlikte kıldığı namazın makamı. Peygamberler ve velilerin izleriyle dopdolu maneviyatı fevkalade yüksek bir alan.
    Aksa’nın kıble tarafında, Kıble mescidi yer alıyor. Kesme taştan, ortada geniş bir sahın, kenarlarda daha dar ikişer sahından müteşekkil, önünde yedili revakı ve mihrap üzerinde bir kubbesi bulunan çok sütunlu ulu camiler tipinde bir yapı burası da. Önünde kâse şadırvanı, etrafında ebediyet timsali durgun serviler ile doğuya ait bir masal gibi uzanıyor. Güneydoğu köşesinde Hz. Ömer mescidi ve yine doğu yönünde Hz. Meryem’in hatırasını yâd eden bir bölümü de ihtiva ediyor. Selahattin Eyyübî zamanından kalma bir sanat şaheseri olan ünlü minberi 1969 daki saldırıda yakılmış, şu an aynı minberin yeniden yapılmış hali süslüyor. Zaman zaman İsrail askerlerinin saldırılarına uğramış, tabiri caizse bir ‘’gazi’’ mescit. Orada kaldığımız süre zarfında kocaman kapılarından girerek dünyanın dört köşesinden gelen cemaatiyle saf tuttuğumuz, Mescid-i Nebevi’deki ezanları hatırlatan ezanlarını dinlemeye doyamadığımız, güzel bir tevafukla bir umre arkadaşımızla karşılaştığımız, namaz sırasında içinde uçuşan, insana aşina serçelerine hayran kaldığımız bir güzel mescit. Bilhassa yatsı namazlarında, son secdeden önce el açıp edilen dualar unutulmaz güzellikte idi. Yarım yamalak Türkçeleri ile bizi çay içmeye davet eden yaşlılar, cümle kapısının yanında babacığına dersini ezber eden örgü saçlı küçük kız, her sabah bizi ‘‘nasısın’’ diye Türkçe selamlayan Yusuf yüzlü çocuk, Kudüs hatırası olsun diye aldığım tespihin imamesinden düşmüş bir tespih tanesini geri dönerek getiren yaşlı kadıncağız, sakalı şerif mahfazası önünde kucaklaştığımız gül yanaklı kızlar, velhasıl, bizi “ehlen ve sehlen’’ ile selamlayan , “Ahsen-i nas’’ diye iltifat eden Filistin’in mazlum halkı, hepiniz unutulmaz güzellikte idiniz.
    Kıble Mescidi’nin alt katında Kadim Aksa denilen mescitte efendimizin miraç yolculuğuna şahitlik ettiği düşünülen 2000 yaşında sütunlar ve Meymune (r.a) annemize söylenen Hadis-i Şerifte bahsi geçen zeytinyağı kuyuları bulunuyor. Kuzey ve batı yönünde halen faal birkaç medrese, doğuda imam Gazali’nin İhya adlı eserinin bir bölümünü yazdığı bir medrese yer alıyor. Güneydoğu köşesinde, yer altında kalmış Mervan Mescidi Emevilerden kalan bir eser. Güneybatı köşesinde Efendimizin (s.a.v) burağını bağladığı düşünülen Burak Mescidi bulunuyor. Burak duvarının arka yüzü ise Yahudilerce Süleyman mabedinin bir parçası sayılan batı (Ağlama) duvarı ki; bu duvar yine Kanuni zamanında Yahudilere ibadet etmeleri için tahsis edilmiş.
    Allahın dostu Hz. İbrahim üzerinde ittifak etsek de, tevhit dininin zaman içinde müntesipleri tarafından bozulmasıyla farklı iki din olarak zuhur eden bugünkü Musevilik ve Hıristiyanlık, İslam diniyle öylesine yan yana, alt alta – üst üste ki bu şehirde… Nebi Davut (Sion) tepesinde Hz. Davut (a.s.) türbesinde Musevî kadınlarla omuz omuza dua ederken, Zeytin Dağında Hıristiyan hacılarla birlikte, bizim için Rabiat-ül Adeviyye, onlar için Maria Magdelena (ama ismi ne olursa olsun bir Hakk aşığı) hanımın huzurunda dururken, İsa (a.s)’ın göğe alındığı Yükseliş Mescidi’nde secde ederken, bir yanda dünya Hıristiyanlarının bir numaralı kutsal mekânı olan Kıyamet (Kutsal Kabir) kilisesi, karşısında fetih günü Hz. Ömer (r.a.)’in namaz kıldığı yere onun adına inşa edilmiş Hz. Ömer camii ile çevrelenmiş meydanda, Osmanlı zamanından beri süregelen bir statükoyla kilisenin anahtarlarını elinde tutan Müslüman ailenin hikâyesini dinlerken, Efendimizin miraçta aşk burağını bağladığı duvarın hemen arka yüzünde yıkık mabetleri için ağlayarak ibadet eden Yahudileri görünce, atamız İbrahim (a.s.) de birleşen tevhidin nasıl kesrete evrildiğini hissediyorsunuz. Kesretteki vahdet ve vahdetteki kesrete defalarca şahit oluyorsunuz. Bu şahitlik, Kudüs’e 35 km mesafedeki El Halil (Hebron) şehrine vasıl olduğunuzda iyice zirveye çıkıyor. Biz Müslümanlar için dördüncü haremi şerif olan Al-i İbrahim makamı burası. Hz İbrahim(a.s.) ve ailesinin kabirlerinin bulunduğu mağara üzerine haçlı hâkimiyeti sırasında (1206) yapılmış, İslam döneminde camiye çevrilmiş bir kutlu mekân. Yaşı müsait olanlar hatırlayacaktır; El Halil şehri 1994 yılına kadar tamamen Müslümanların hâkimiyetinde bir şehirken, o yılın ramazan ayında bir sabah namazı vakti, fanatik bir Yahudi tarafından cemaate ateş açılmış, ne yazık ki çok sayıda şehit ve yaralı olmuştu. Bu olaydan sonra İsrail hükümeti güya güvenlik gerekçesiyle camiyi 9 ay süre ile kapatmış. Şehrin etrafını duvarlar ve dikenli tellerle çevirip, girişlere ancak tek kişinin geçebileceği turnikeler koymuşlar. Camiyi ortadan ikiye ayrılıp yarısını sinagog haline getirmişler. Hz. İshak (a.s,) ve refikasının makamları bizim tarafımızda, Hz. Yakup (a.s.) ve refikası ile Hz. Yusuf (a.s.)’ın makamları diğer tarafta kalmış. Minare Yahudi tarafında kaldığı için bazen ezan okumak dahi mümkün olamıyormuş. Hz. İbrahim ve Sare annemizin makamları ise tam ortada. Hz. İbrahim’in türbesine bir pencereden biz niyaz ediyoruz, diğer pencereden Yahudiler. Sadece miraç gecesi caminin tamamı Müslümanların ziyaretine, Yahudilerin bayram gününde de onların ziyaretine açılıyormuş. Belki tesis edilmiş bir barış ortamı olsaydı bu uygulama güzel karşılanabilirdi. Ama duvarlar ve dikenli tellerle çevrilmiş şehre, tam teçhizatlı İsrail askerlerinin önünden tek tek turnikelerden geçerek girebiliyorsunuz. Şehir yarı terk edilmiş hayalet kent görünümünde. Ne yazık ki etrafta görünen birkaç çocukla ihtiyar, fakirlik içinde yüzüyor. İşgal, savaş ve zilleti iliklerinize dek hissediyorsunuz burada. Yahudilerin müzikten çok gürültüye yakın duran sesleri arasında şaşırmamaya çalışarak gözyaşları içinde ettiğimiz dualar tüm gezinin en hüzünlü bölümü olarak kaydediliyor hafızamıza. Gruptan bir genç kardeşimizin okuduğu Mülk Suresi ile mülkün asıl sahibini bir kez daha hatırlıyor, Aksakallı bir dedenin okuduğu, Asr Suresi ile tefekkürümüzü taçlandırıyoruz. “Asra and olsun ki, insan hüsrandadır, ancak iman edenler, salih amel işleyenler, birbirlerine Hakkı ve sabrı tavsiye edenler müstesna.’’
    Yine Kudüs’e komşu şehirlerden Beytüllahim’de Hz. İsa (a.s)’ın doğduğuna inanılan beşik kilisesi ve Halhul kasabasında Hz. Yunus (a.s) makamını ziyaretten sonra Nebi Musa (a.s.) makamına doğru yol alıyoruz. Artık dünyanın en çukur yeri olan Lut gölüne çok yakın bir noktadayız. Yol boyu gördüğümüz üzüm ve zeytin bahçeleriyle dolu bereketli topraklardan eser kalmıyor. Coğrafya tamamen değişiyor ve bir tek yeşil bitkinin bile yer almadığı boz tepelerle çevrili, kupkuru bir hale dönüşüyor. Bir helak yeri olan bu aşağıların aşağısı Lut gölü ile semavata en yakın nokta olan Kudüs’ü Şerifin bu kadar yakın olması da, esfel-i salisinle ahsen-i takvim arasında gidip gelmeye müsait yaradılıştaki insanoğlunun yeryüzündeki bir tezahürü gibi anlam kazanıyor. Selahattin Eyyübî tarafından gördüğü bir rüya üzerine yapılmış olan Hz. Musa makamı türbe ve camiye zamanla gelen misafirler için bir de kervansaray ilave edilmiş. Her yıl yapılan Nebi Musa şenlikleri de Selahattin Eyyubî’den kalma bir hatıra. Kervansarayın giriş kapısı üzerinde asılı ay yıldızlı bayrağımız al rengiyle bize gülümsüyor. Huzurda Hz. Musa makamında çok latif bir koku var, herhangi bir kokulandırma yapılmadığı halde kudretten geldiği söyleniyor. Bu güzel kokuyu hayranlıkla içimize çekiyoruz.
    Kudüs-ü şerif ve civarındaki dört gün ve gece tadına doyulmaz bir rüya gibi geçip gidiyor. Gölgelerin uzadığı bir ikindi vakti Mescid-i Aksa’da kıldığımız son namazın ardından kalbimizi ardımızda bırakarak veda ediyoruz bu kutlu beldeye. Bilhassa Aksa’nın dört köşesinde koşuşturan çocuklarına son kez veda ediyoruz.
    Mescid-i Aksanın çocukları
    Mavi gözlü
    Kara gözlü çocuklar
    Ay yüzlü
    Sevgi yüklü
    Serçeler kadar hürdü
    Dilimizde ümmetin bu esir ve yetim mescidinin bir an önce hürriyetine kavuşması ve mazlum Filistin halkının barış içinde güvenle yaşayabilecekleri günlere ulaşması için ettiğimiz dualarla. Cenab-ı Hakk Hz. İbrahim’in evlatlarını tevhitte bir eylesin, bizlere de Haremeyn ile kıyaslandığında çok tenha ve mahzun kalan bu güzel beldeye tekrar ve tekrar gelmeyi nasip eylesin inşallah. Ziyaretime vesile olan sevgili kardeşim Bora Yağmur’a, Kudüs-ü Şerife gönül vermiş rehberimiz muhterem Dr. Hasan Fehmi Ulus hocama ve öğrencilik hayatını Türkiye’de geçirmiş bir Türkiye dostu olan, sevimli Türkçesiyle bize gönüllü rehberlik yapan Mescid-i Aksa inşaat işleri müdürü Mühendis Muhammed Amireh beyefendiye en kalbi teşekkürlerimle.

  • Avtandil AĞBABA.Həyatı və Yaradıcılığı

    Şəkil0030

    Avtandil AĞBABA (Məmmədov Avtandil İsfrail oğlu) 1955-ci ildə Qərbi Azərbaycanın Ağbaba kəndində anadan olub.İbtidai və orta təhsilini doğma kəndlərində alıb.Bakı Dövlət Univesitetinin Filologiya fakültəsində ali təhsil alıb.Bir müddət Sumqayıt şəhərində orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi çalışıb.Sonra isə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müxtəlif vəzifələrdə çalışıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri və elmi məqalələri ilə çıxış edir.Son vaxtlar şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, müxtəlif Ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portallarında dərc olunub.
    Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir.Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının müdiridir.“Pöhrə” Ədəbi Birliyinin Bədii Rəhbəridir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Respublikasının “Əməkdar jurnalist”idir.
    Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsillərini davam etdirən tələbələrin Ədəbiyyat sahəsində elmi məqalələrinə rəhbərlik edir.”Ağbabaya gedən yollar” şeirlər kitabının müəllifidir.
    Avtandil Ağbaba həm də ictimai həyatda gənc yazarlara köməklik göstərən geniş qəlbli bir insan kimi tanınır.2007-2012-ci illər ərzində İlham MİKAYIL, Nemət TAHİR, Kənan AYDINOĞLU, Məhəməd KƏRİM, Orxan ZAMAN kimi gənc yazarların ədəbi-bədii nümunələriin Sumqayıt ədəbi mühitində tanınmasında mütəsna rol oynayıb.
    Hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetləri ilə əməkdaşlıq əlaqələri saxlamaqdadır.

    AZADLIĞIN YOLLARI QANDAN-QADADAN KEÇİR

    Azadlığın yolları qandan-qadadan keçir,
    Şəfqət bizə anadan, qeyrət atadan keçir,
    İgid doğulan gündən min cür xatadan keçir,
    O əyilməz ölümlə dayansa da, üz-üzə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Şəhidlərin ruhunu müqəddəs tutmalıyıq,
    İncikliyi, küsünü tamam unutmalıyıq,
    Hər ağrını-acını kişi tək udmalıyıq,
    Hey ağlayıb-sızlamaq, axı nə verər bizə,
    Qardaş, başını dik tut, öndədir mübarizə?!

    Hardasa nəcib olmaq bəlkə günahımızdır,
    Haqq Vətəni özüdür, Vətən sabahımızdır?!
    Yenilməyən gücümüz-birlik silahımızdır,
    Ağa qara deyənlər bir gün çökəcək dizə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Biz ki Beyrək nəsliyik şam olub ərisək də,
    Azadlıq yollarında zindanda çürüsək də,
    Yaxşılığı qaxmayıb, bizi başa, kirisək də,
    Ürəklərin haqq səsi salar nahaqqı lərzə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Araz, Araz deməklə Arazı keçmək olmaz,
    Əvvəl-axır Vətəni ikiyə biçmək olmaz,
    Bu yurdu xəritəylə, kağızla ölçmək olmaz,
    Qızım xonça bəzəyib, götürəcək Təbrizə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    Haqqımız lap nazilib keçsə iynə gözündən,
    Zərrə-zərrə nur yığaq həqiqətin özündən,
    “Qarabağ şikəstəsi” qalxıb Cıdır düzündən,
    İqlimləri dolaşıb nur saçmalıdır ərzə,
    Qardaş, başını dik tut, öndədir mübarizə!

    ELLƏR, BORÇALIDAN MUĞAYAT OLUN!

    Ağbaba dağılıb, Göyçə sökülüb,
    Ellər, Borçalıdan muğayat olun!
    Xain gözlər indi ora dikilib,
    Ellər, Borçalıdan muğayat olun!

    Başkeçiddən yollar keçir Sarvana,
    TANRI dözməz bu qəm dolu karvana,
    Qoymayın ki, kəmfürsətlər davrana,
    Ellər, Borçalıdan muğayat olun!

    Başımıza bu gələnlər azdımı,
    BEYRƏK öz yolunu azdımı?!
    QARAYAZI QARAÇÖPDƏN bezdimi,
    Ellər, Borçalıdan muğayat olun?!

    QARAXAÇ yaylağı min bir gümanda,
    Gözləri yol çəkir GÖYDAĞ dumanda.
    Bu çətin sınaqda, bu ağır anda,
    Ellər, Borçalıdan muğayat olun!

    Bölünə-bölünə vətən heç olar,
    Hoydu, a qardaşlar, hoydu, bacılar!
    Nahaqq haqqı bassa, sonra gec olar,
    Ellər, borçalıdan muğayat olun!

  • “Hece Taşları” Aylık Şiir Dergisinin 19 sayısı yayında

    KENDİ İÇİMİZDE KAYBOLUYORUZ

    Gönül denen kelimenin içini kim doldurur kim boşaltır erenler önce kendinize sonra çevreye bakıverin gören duyan olmuş mu hangi vakit tomurcuğa durmuştur ya da koklamadan sabah solmuştur kime köprü olmuş kimler geçmiştir geçenler kendinden öte geçmiştir bilenden duyandan Allah aşkına hayırlı haberler beklemekteyiz.
    Sözü lafla süpürüyor çöpçüler kelimeler dilaltına yürürken daha dökülmeden dudağımızdan anlamı kayıyor hafızamızdan gözlerimiz başka yere bakıyor kendimizi kandırmayı denerken bedenimiz bizi ele veriyor yine de hiçbir şey olmamış gibi dövüp duruyoruz havanda suyu sonra çıkıyoruz insan içine karışarak kalabalık içine kendi içimizde kayboluyoruz.
    Herkesin sırtında bir yalan dünya sanki ayakları yere basmıyor başı göğe ha değdi ha değecek gözleri bakıyor gönlü görmüyor kibirinden başka hüner bilmiyor dünyanın cazibe merkezi kendi etrafı maraba kendi efendi burnunun ucuyla selam veriyor başını kekerek selam alıyor konuşuyor ağzı hurda yığını susunca dalıyor sanal dünyaya.
    Bugün varız yarın yoğuz bilen yok bahanesiz dost kapısın çalan yok yüze bakıp halimizi bilen yok hasta olsak yanımıza gelen yok kuru selam olsa dahi salan yok gam dağına çıksak bizle gelen yok aşk uğrana bir kâğıdı delen yok yoksul ile ekmeğini bölen yok gölgesinden başka yoldaş bolan yok yoklukla sınanan haldaş olan yok.
    Altımızda yer kaymaya başladı üstümüzdeki gök uçtu uçacak kültürümüz bir kuşatma altında evler üst üstüne kibrit kutusu komşu komşusundan selama muhtaç besmeleyle açılmıyor sofralar babanın sözünü evlat tutmuyor çocukların hizmetçisi anneler herkes bireysel bir hayat yaşıyor teslim oluyoruz topsuz tüfeksiz devlet baba devlet baba nerdesin?

  • “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

    10 mart 2017-ci il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən, daha çox mədəniyyət və ədəbiyyat xəbərləri ilə ictimaiyyət nümayəndələrini yaxından tanış edən “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabı işıq üzü görüb.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Yazıçı Ernest Heminqueyin “Fiesta” romanı işıq üzü görüb

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, amerikalı yazıçı və jurnalist Ernest Heminqueyin müəllifi olduğu “Fiesta” romanı Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 256 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
    Ernest Heminqueyin “Fiesta” (“Günəş doğur”) romanı “itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi işgəncələrə məruz qalan qəhrəmanları acı xatirələrdən uzaqlaşmağa çalışırlar. Onların hər biri bədbəxtdir: həyatda dayaq axtarırlar, amma tapa bilmirlər. Onların təlaşı, yeni təcrü-bələrə susuzluğu və səmimi ünsiyyətə olan aclığı buradan qaynaqlanır. Onlar fədakardırlar, sevgi və dostluğun, fiesta və təbiətlə ünsiyyətin bəxş etdiyi nadir dəqiqələrdə özlərini yenidən dünyaya gəlmiş kimi hiss etməyi bacarırlar.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Yazıçı Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” kitabı işıq üzü görüb

    İctimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd Ağaoğlunun müəllifi olduğu “Sərbəst İnsanlar Ölkəsində” əsəri Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 144 səhifə həcmində 100 tirajla işıq üzü görüb.Əsəri Azərbaycan türkcəsinə çevirənlər Sevil İsmayılova və Zeynal Məmmədlidir.
    Qeyd edək ki, yazıçı Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” əsərinin ilk nəşri 1930-cu ilə aiddir.Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Türkiyə türkcəsinə çap olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Yazıçı Nodar Dumbadzenin “Kukaraça” povesti işıq üzü görüb

    XX əsr Gürcüstan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Nodar Dumbadzenin müəllifi olduğu “Kukaraça” povesti Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 126 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
    Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • “Güney Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb

    “Güney Azərbaycan ədəbiyyatı antologiyası” (Çağdaş dövr) 2016-cı ildə Bakı şəhərində “TEAS Press” Nəşriyyatı tərəfindən 364 səhifə həcmində 1000 tirajla işıq üzü görüb.
    Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA-nın Ədəbiyyat İnstitutunun birgə layihəsi “Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)” Antologiyada son 30 ildə Güney Azərbaycanda yazıb-yaradan yeni ədəbi nəslin 100-ə yaxın istedadlı nümayəndəsinin qısa tərcümeyi-halı və əsərləri toplanıb. Antologiyada xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazıb-yaradan yazarların şeir və hekayələrinə yer verilib. Topluda geniş oxucu auditoriyasına tanış olan Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarlarla bərabər Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri oxuculara ilk dəfə təqdim edilir. Topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan “Fləş Fikşn” (“Flash fiction”) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlərə də rast gəlmək olar. İranda yazıb-yaradan yazıçı və şairlərlə eyni zamanda, dünyanın dörd bir tərəfində yaşayan güneyli gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Gənc şair və yazıçıların şeir və hekayələri yeni mövzu, forma axtarışları və yaradıcılıq eksperimentləri ilə seçilir. Güney Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətlər ilə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin, özəlliklə də Nazim Hikmət şeirinin də üslubu hiss olunur. Yeni nəsil dil, nəşr və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq Güneydə öz milli varlığını təsdiq edib tanıtdırır, dünya ədəbiyyatının yeni meyillərinə qovuşmaq üçün ədəbi axtarışlarını davam etdirir. 364 səhifədən ibarət olan toplu çağdaş Güney Azərbaycan ədəbiyyatına dair mühüm poeziya və nəsr antologiyasıdır. Nəfis tərtibatla çap olunmuş bu zəngin antologiyanın tərtibatçısı və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Qeyd edək ki, antologiya Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • QURBAN BAYRAMI TƏBRİKİ

    rafiq-oday-2

    Əziz soydaşlarım, hörmətli məsləkdaşlarım, dəyərli qələm dostlarım,
    Sizi xalqımızın, o cümlədən bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan, insanların ruhunu qidalandıran, mənəviyyatını zənginləşdirən, dünyaya sağlam düşüncə ilə baxmalarına vəsilə olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
    Qurban bayramı sülh, əmin-amanlıq, birlik və həmrəylik bayramıdır. Qurban bayramı sevincin, əldə olunmuş uğur və nailiyyətlərin ətrafdakılarla bölüşdürülməsi bayramıdır.
    Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikamızın perspektiv inkişafına, onun iqtisadi potensialının artırılmasına, dünya dövlətləri arasında layiqli yerini tutmasına, böyük perspektivlər vəd edən gələcəyinə və insanların rifah halının yaxşılaşdırılmasına hesablanmış irimiqyaslı və möhtəşəm layihələr, həyata keçirilən quruculuq və abadlıq işləri hər bir vətəndaş kimi biz qələm sahiblərini də də çox sevindirir. Qoy bu bayram millətimizə firavanlıq, ölkəmizə əmin-amanlıq, müstəqil dövlətimizin tərəqqisi yolunda hər birimizə yeni ruh, yeni nəfəs gətirsin.
    Sizi bir daha insanlara xeyirxahlıq və halallıq duyğuları aşılayan, hər bir müsəlman soydaşımızın qəlbini qüqur və fərəh hissi ilə dolduran Qurban bayramı münasibətilə təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət, yaradıcılığınıda və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır, xalqımıza, o cümlədən bütün müsəlman dünyasına sülh və əmin-amanlıq diləyirəm.

    Dərin hörmətlə,

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının üzvləri, “Möhtəşəm Azərbaycan” qəzetinun, “Gundelik.info” və “edebiyyat-az.com” saytlarının yaradıcı kollektivi adından

    Rafiq ODAY,
    Respublikanın Əməkdar jurnalisti

  • “OXUCU QƏLBİNƏ ÜNVANLANAN POEZİYA”

    Poeziya həmişə həyatla birgə addımlayır. Cəmiyyətdə baş verən sosial-siyasi proseslər, insan mənəviyyatı və onun mürəkkəbliyi, zərif hisslər, kövrək duyğular bütün dövrlərdə qələm sahiblərini düşündürən mövzular olmuşdur. Dünya dəyişdikcə, cəmiyyətdə baş verən hadisələr bir-birini əvəz etdikcə ədəbi aləmdə də yeniliklər baş verir, yeni mövzular, yeni imzalar görünür, təzə poetik səslər eşidilir. 1980-ci illərin başlanğıcında ədəbiyyata gələn istedadlı şair-publisist Rafiq Oday şeirdən şeirə, kitabdan kitaba keçdikcə həmişə öz sözünü deyib, heç kəsi yamsılamadan düşündüklərini poetik misraların axarında ifadə etməyə çalışıb.
    Oxuculara təqdim olunan “Qərib ruhların nəğməsi” kitabını vərəqlədikcə bir daha yəqin etdim ki, Rafiq Odayın poeziyası etno-milli bağları ilə klassik ənənəyə köklənib. Məhz bu zəngin ənənələrdən qaynaqlandığına görə onun şeirləri həmişə orijinal səviyyəsi ilə həssas və geniş oxucu auditoriyasında güclü rezonans doğurub.
    Biganəliyə kəskin etiraz, milli özünüdərkin obrazlı ifadəsi, vətəndaşlıq duyğuları R.Odayın son illərdə qələmə aldığı bir sıra şeirlərin əsas qayəsini təşkil edir. R.Oday mənsub olduğu ədəbi nəslin seçilən və sevilən nümayəndəsi kimi dədə-baba ocaqlarının yağı düşmənin tapdağında qalmasına dözə bilmir, özümüzü doğrayan baltaların ucbatından yuxudan ayıla bilməyən igidləri haraylayır. Bu harayda publisistik pafos şeriyyətlə birləşərək bədii-fəlsəfi məzmunun ifadəsini gerçəkləşdirir:

    Tor görər gözümüz burundan uzaq,
    Ürək şaxta udar, püskürər sazaq,
    Xeyri yox, min deyək, milyon da yazaq,
    Əli balta tutan özümüzüksə.

    Ünümüz sərhədə çatar dayanar,
    Səbrimiz son həddə çatar dayanar,
    Dağda yatan igid çətin oyanar,
    Əli balta tutan özümüzüksə.

    Göründüyü kimi, klassik bədii ənənə, genetik yaddaş və çağdaş düşüncə R.Odayı haray salmağa vadar edir. Vətən övladlarını real yox, mənəvi yuxudan oyatmaq üçün həyəcan təbili çalır. Çünki “Kitabi-Dədə Qorqud”da deyildiyi kimi, “ol zaman da oğuz yigidlərinə nə qəza gəlsə, uyğudan gəlirdi”. Milli-etnik yaddaşdan süzülüb gələn bu duyğu R.Odayın “Əli balta tutan özümüzüksə” şeirindən gətirdiyimiz örnəkdə çox tutarlı şəkildə əks olunmuşdur.
    Şairin vaxtilə xalq artisti Qədir Rüstəmova həsr etdiyi “Qarabağ şikəstəsi” poemasında amansız yağını məhv etməyə çağırış, mübarizlik duyğuları, özünüdərk hissləri unutqanlığın vəhdətində birləşir. Özünüqınaq hissləri oxucunu düşünməyə vadar edir:

    Qədir min əzabla şikəstə deyir,
    Qarabağ şikəstdir, şikəstə deyil.
    Bizim gözümüzə düşən kölgənin
    Günahı, bil, özgə bir kəsdə deyil.

    Qarabağ ağrısı, bu görkəmli sənətkara olan sonsuz ehtiram və məhəbbət, ictimai dərdlər Rafiq Odayın poeziyasında heyrətamiz dərəcədə sufi ideyaları ilə ahəngdar bir harmoniya yaradır. “Öldü Sona bülbüllər” şeirini oxuyandan sonra hiss edirsən ki, ənənə və novatorluq əsl istedadın poetik düşüncələrində birləşəndə poeziyanın möcüzəsi yaranır və bu möcüzə oxucunu sehirləyib öz axarına alır:

    Axdı gözün qorası,
    Hanı ağı-qarası?!
    Kanla Məkan arası,
    Yoldu “Sona bülbüllər”.

    Dünya kiçik nöqtədir,
    İnsan ona müqtədir.
    Meyrac eylədi Qədir,
    Öldü “Sona bülbüllər”.

    “Kanla Məkan arasında” ömür sürən bəşər övladının fərdi yaşantılarını, sosial dərdlərini ürfani-fəlsəfi düşüncələrlə vəhdətdə bundan gözəl necə ifadə etmək olar?!
    Daxili-mənəvi iztirabların, ağrı və həyəcanların doğurduğu ürfani düşüncənin poetik təcəssümünün özünəməxsus ifadəsini Rafiq Odayın poeziyasında aydınca müşahidə etmək mümkündür. R.Odayın “Axtarmayın məni”, “Gedim”, “Qəbrim, məni qəbul et”, “Bilirəm”, “Kimdi” və digər şeirlərində dərviş, eşq, qərib, dərgah, mələk, iblis kimi sözlər sufi düşüncənin müəyyən məqamlarını təcəssüm etdirməklə yanaşı, həm də milli-etnik yaddaşın özünəməxsus cizgilərini əks etdirir.
    “Ruhum məni tərk edir” şeirində türk mifoloji düşüncəsi ilə islami ənənələr poetik bir harmoniyada birləşərək lirik qəhrəmanın mənəvi-əxlaqi dəyərlərini ifadə edir. Məlumdur ki, sufi yolçular söz vurğunu olduqları kimi saza, musiqiyə də candan aşiqdirlər. Təsadüfi deyildir ki, ədəbiyyatşünaslıqda təsəvvüf ədəbiyyatı, təriqət poeziyası terminləri işləndiyi kimi xalqımızın musiqi repertuarında sufi havaları, təsəvvüf musiqisi ifadələri də geniş yayılmışdır. Məsələn, Azərbaycan aşıq sənətinin musiqi repertuarında “Ürfani”, “Qurdoğlu”, “Mənsuri” və sairə kimi sufi havaları mövcuddur. “Ruhum məni tərk edir” şeirində lirik qəhrəmanın dini-ürfani fikirləri ictimai dərdlərin ziddiyyətli görüntüləri ilə eyni müstəvidə təsvir edilir. “Dünyaya iynənin ulduzundan keçib gələn” lirik qəhrəman mövcudatın sirlərini dərk etməyə çalışdıqca həyatın çirkinlikləri onu bezdirir, təsəllisini “Sarıtel” havasında tapır. Sazın-sözün vəhdəti bütün ürfan adamları kimi onun da ruhunu sakitləşdirir, “Sarıtel”in melodiyaları onu düşünməyə, yerin-göyün sirlərinə vaqif olmağa səsləyir:

    Gah mələklər arasında,
    Gah ilbislər köçündə,
    Qərib-qərib şərqi dedim,
    Qərib kəslər köçündə,
    Yol gedirəm yoxluqlara,
    Qərib hisslər köçündə, –
    Bu göyün yeddinci qatı,
    Bu da yerin təkidir.
    Bir “Sarıtel” havası çal,
    Ruhum məni tərk edir.

    Göründüyü kimi, bu bənd sufi poeziyasının müəyyən rəmzləri və türk mifoloji düşüncəsinin əski anlayışları üzərində qurulmuşdur. Burada mələk, iblis, qərib sözləri təsəvvüf poeziyasından gələn fəlsəfi semantikanı bildirir. Tanınmış folklorşünas Məhərrəm Qasımlının qənaətinə görə, qul, miskin, yazıq, divanə, abdal və sair təxəllüslər kimi aşıq sənətində qərib ad – titulu da Tanrı qarşısında bəndənin acizliyini göstərən əlamətdir. Azərbaycan aşıq yaradıcılığında bu qəbil ad – titulların geniş yayılması həmin əlamətlə bağlıdır. Həm klassik poeziyada, həm də aşıq ədəbiyyatında qərib kəlməsi sufi məzmunlu rəmz kimi çıxış edir. Allahın sonsuz qüdrətini dərk etmək istəyən bəndə “vücudla vəhdətə girməyincə, Allaha qovuşmayınca özünü “yetim” “yazıq”, “səfil” və ya “qərib” sayır”.
    R.Oday milli-etnik yaddaşdan gələn bu duyğunu ustalıqla bəndin məzmununa hopdurmuş, klassik ədəbi ənənədən sənətkarlıqla bəhrələnmişdir.
    Qeyd edək ki, şairin lirik “mən”i bir ürfan yolçusu kimi Allaha qovuşub, onun qüdrət və əzəmətini dərk etmək üçün çırpınır:

    Qoşulub qərib durnaya,
    Qərib-qərib köçüm gedir.
    İlahi, bir yol aç mənə,
    Bu yerlərdən köçüm gedim.

    İlahi eşqə tapınan qəhrəmanın başlıca istəyi mənəvi buxovlardan azad olub özünü anlamaq dərdidir. Bu sirr onu düşündürdükcə azadlıq arzusu daha da şiddətlənir:

    Yaranışdan beləyəmmi,
    Azadammı, köləyəmmi?!
    Zəncir kəsir biləyimi,
    Dizlərimdən gücüm gedir.

    Lirik qəhrəmanın bu mənəvi keyfiyyətini cəmiyyətdəki yaramazlıqlardan qurtarıb kamilliyə can atan müəllifin özünün xarakterik xüsusiyyəti kimi səciyyələndirmək olar. Məhz bu keyfiyyətləri ilə XXI əsrin ürfan yolçusu, “Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman…” – deyə dərdləri ilə baş-başa qalan, özünə sual verib cavab alan Füzuli qəhrəmanlarını xatırladır. R.Odayın lirik “mən”i Məcnun kimi səadətini yerlərdə yox, “Qərib durnalar köçündə” axtarır. O, ilahi eşq badəsini “bir piyalə ağu da olsa, şərbət kimi içib” maddi dünyanı tərk etmək, mənəvi aləmə qovuş­maq istəyi ilə həqiqətin dərkinə can atır:

    Daha göylər qonağıyam,
    Yerdə axtarmayın məni.

    Bu müqəddəs yolçuluq nəfsindən azad olmaq istəyən ürfan adamlarının mənəvi əxlaq ölçüləri ilə eyni məqamda birləşir. “Bir özgə məkan aradım, dadıma Yaradan gəldi”- hökmü R.Odayın ürfani düşüncəsinin fəlsəfi-əxlaqi təsdiqi kimi səslənir.
    Dərd və eşq şairin təsəvvüf məzmunlu şeirlərinin başlıca istiqamətini müəyyənləşdirir. “Bir qoca dərvişəm” – deyə dünya malından imtina edərək sufi ustadların yolunu davam etdirən Rafiq Odayın dini-fəlsəfi düşüncələrinin poetik mənzərəsi dərddən və sevgidən başlayan iztirablı məqamların ifadəsində daha aydın görünür:

    Tanrım, son ricam budur,
    Məni verdiyin dərdə,
    Bir də sözümə tapşır.
    Səndən özgə kimim var,
    Məni özünə tapşır.

    Bu dua-monoloqda müəllif tanrını ona bəxş etdiklərini sonsuz coşqu ilə qarşılayır. Hər şeyə qane olduğunu şükranlıq hissi ilə bildirir. Bu dini-estetik düşüncə sufilərə məxsus yaşam tərzinin özünəməxsus ifadəsi kimi diqqəti çəkir. Ona görə də şair dua, Allaha yalvarış səciyyəsi daşıyan şeiri “Tanrım, payın çox olsun” adlandırmışdır. Sosial dərdlərin ürfani görüşlərlə həmahəng səsləşməsi bu şeirin səciyyəvi cəhətlərindən biri kimi xarakterizə oluna bilər.
    Tənqidçi Vaqif Yusifli Sumqayıt ədəbi mühitində fəaliyyət göstərən Əşrəf Veysəllinin, Məmməd İlqarın, İbrahim İlyaslının, Sabir Sarvanın və digər şairlərin ənənəvi formalarda qələmə aldıqları şeirləri yüksək qiymətləndirərək Rafiq Odayın yaradıcılığında xalq şeiri üslubunun yerini ayrıca qeyd edərək yazır: “Rafiq Odayın şeirləri bizim aşıq poeziyamızın, xalq şeirinin ən yaxşı ənənələri üzərində köklənir. Bu gün hamı qoşma, gəraylı yazır, amma əsl qoşma, gəraylı və heca şeirlərinin mükəmməl nümunələri çox az yaranır. Rafiq Oday istər öz fərdi dünyasının hiss və həyəcanlarını, istərsə də böyük dünyanın, yaşadığımız mühitin hadisə və olaylarını ifadə etməklə, Azərbaycan şeirinin bu gözəl şəkillərinə üz tutur”.
    Professor V.Yusiflinin bu elmi qənaəti Rafiq Oday poeziyasının xəlqi forma və şəkillərinin araşdırılması istiqamətində əhəmiyyətli olduğu kimi, bu şeirlərin məzmununun da bir neçə yönümdən təhlilini aparmaq zərurətini ortaya qoyur. Bu baxımdan onun gəraylılarını xüsusi qeyd etməyi məqsədəuyğun hesab edirik. Çünki R.Odayın əxlaqi-fəlsəfi düşüncələrinin ürfani mahiyyəti onun gəraylı janrında yazdığı şeirlərdə daha çox özünün poetik təcəssümünü tapır. Təsəvvüf məzmunlu poeziya örnəklərinin əksəriyyətində olduğu kimi Rafiq Odayın bir sıra gəraylılarında da haqq yolçusunun mənəvi iztirabları, yaradılışın sirlərini dərk etmək cəhdi, Tanrı sevgisi müxtəlif bədii deyimlər, fəlsəfi suallar vasitəsi ilə ifadə olunur. Silsilə təkrir və epitetlər, təşbeh və mübaliğələr onun ürfani düşüncələrini əlvan poetik çalarlarla zənginləşdirib emosional ruhu daha da gücləndirir:

    Bəşər yalan, bəndə yalan,
    Səndə yalan, mən də yalan.
    Axı məni məndən alan,
    Məni məndən edən kimdi?!

    Hər nəsənsə, donun bəlli,
    Nə olacaq sonun – bəlli.
    Divan bəlli, qanun bəlli,
    Haqqa sarı gedən kimdi?!

    Bu cür suallar vasitəsi ilə onu narahat edən bəşəri cavab axtarmaq, haqq yolçusunun iç aləmini işıqlandırmaq onun təsəvvüf şeirlərinin əsas ideya-məzmun xüsusiyyətlərini təşkil edir. Şairin “Var” rədifli gəraylısını örnək gətirən professor Vaqif Yusifli yazır ki, “Yunis İmrəyə xitabən yazılan bu gəraylıda ürfan poeziyasından gələn küləklər əsir və arzulayaq ki, Rafiq Oday bu yoldan – Yunis İmrə yolundan dönməsin”.
    Diqqət etsək, doğurdan da R.Odayın bir sıra gəraylıları ilə Yunis İmrənin poeziyası arasında məzmun yaxınlığını və ruh oxşarlığını müşahidə etmək olar. Nümunə üçün Yunis İmrənin “Bir gör məni eşq neylədi” şeirindən bir bəndə diqqət yetirək:

    Çırpınıram yana-yana,
    Eşq boyadı məni qana.
    Nə aqiləm, nə divana,
    Gəl gör məni eşq neylədi?!

    R.Oday “Var” rədifi gəraylısında yazır:

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan,
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Yaxud Yunis İmrənin “İçəri” adlı şeirinə nəzər salsaq, Rafiq Odayın bu böyük mütəfəkkirdən yaradıcılıqla bəhrələndiyini aydın görmək olar:

    Məni məndən sorma məndə deyiləm,
    Əksimdir boş gəzir, dondan içəri.

    Sənin eşqin məni məndən alıbdı,
    Şirin dərddi bu dərmandan içəri.

    Belə misalların sayını artıra da bilərik. Məqsədimiz Yunis İmrə poeziyası ilə R.Odayın şeirləri arasında müqayisə aparıb, onları səciyyələndirmək deyil, bu müqayisələrlə R.Odayın təsəvvüf poeziyasının klassik ənənələrə kökləndiyini, sufi ideyaların bir sıra elementlərini özündə daşıdığını və davam etdirdiyini göstərməkdir.
    Rafiq Oday həyatın ən xırda real görüntülərini özünün duyub düşündüyü kimi ifadə etməyi bacarır. Buna görədir ki, onun şeirlərinin əksəriyyətinin poetik məzmununda fəlsəfi-estetik ideallar aparıcı mövqedə dayanır. O, həyatın gərdişinə, yaradılışın sirrinə, ən baş­lıcası isə insan fitrətinə filosof gözü ilə baxır və poetik qənaətlərini mənalandırarkən oxucu da özündən asılı olmayaraq bu axara düşür:

    Ötürüb səksəni, doxsanı adam,
    Hələ də varlığı yox sanır adam.
    Ha söylə, bu yolun yox sonu, adam,
    Düşməz etdiyini o başa, bilməz.

    Və yaxud:

    Lənət daş atana düşür,
    Daş bizə neyləyib axı?!

    Xalq hikməti, sadə və etibarlı deyim, dərin məna tutumu Rafiq Odayın şeirlərinin ayrılmaz cəhətləridir. Onun “Yaşayaq”, “Qayıtmaz”, “Kim sevər ki”, “Yəqin”, “A dərdim” kimi gəraylı və qoşmalarında bu cəhətlər küll halında özünü göstərir. Məhəbbətin şirinliyi, hicran iztirabları, sevən qəlbin kövrək döyüntüləri necə hər kəsin özünəməxsus incə hissləridirsə, bu hisslərin ifadəsi də Rafiq Odayın bədii təqdimində o cür incə və zərif deyimlərlə ifadə olunur:

    Bu qapıya yoxmu bir çəm,
    Ay insafsız – birim, bircəm.
    Qısıl mənə olaq bir cəm, –
    Təkim, beləcə yaşayaq.

    Bu bənddə təzadlar, ritorik xitablar, söz və ifadələr elə sənətkarlıqla yerli yerində işlənmişdir ki, əlavə şərhə ehtiyac duyulmur.
    Qeyd etdiyimiz kimi, Rafiq Oday klassik poeziya ənənələrinə mükəmməl tellərlə bağlı bir şairdir. Onun son illərdə qələmə aldığı qəzəllər həm poetik məzmunu, həm də sənətkarlıq xüsusiyyətləri ilə maraq doğurur. Bu qəzəllərdə də R.Oday özünün poetik məramına sadiq qalaraq sosial problemləri, mənəvi-əxlaqi məsələləri, Qarabağ ağrısını ön plana çəkir. “Genosiddən”, “Məndə gəzmə”, “Qarabağ” və digər qəzəllərində poetik vasitə və ünsürlərdən istifadə edərək onların məkrli niyyətlərini ifşa edir:

    Alışırsa əgər nəfsin qızıl alma sevdasıyla,
    Buyur onda Qaf dağına dırman, onu məndə gəzmə.

    “Qarabağ” qəzəlində də müəllif bu füsunkar gözəlliklər məskəninə ülvi məhəbbətini təsəvvüf simvolikası vasitəsilə tərənnüm etmişdir:

    Bütün Türkü – əcəmin yaradılış nöqtəsidir,
    Bizə Kan, həm də Məkan, əvvəlü-axir Qarabağ.

    İstər sosial-siyasi, istərsə də məhəbbət mövzusunda yazdığı qəzəllərdə R.Oday digər şeirlərində olduğu kimi, poetik mətləbi mənalandırarkən bəsit ifadələrdən, deyilmiş sözlərdən qaçır, duyduqlarını özünəməxsusluğun və səmimiyyətin işığında ifadə etməyə çalışır.
    Şairin xalqımızın Ümummilli lideri Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə həsr etdiyi şeirlərdə gələcəyimizə sonsuz inam, milli qürur hissi poetik misra və bəndlərdə ifadə olunur. Bu şeirlərdə xalqımızın böyük oğullarına sonsuz məhəbbətin bariz ifadəsini görürük. Onun “Sən ulu öndərisən bu xalqın, bu millətin” və “Ali Baş Komandanım” şeirləri yalnız bir fərdin, sənətkarın hisslərini deyil, xalqımızın tükənməz sevgisini əks etdirir:

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vətən – doğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    “Sən ulu öndərisən bu xalqın, bu millətin” şeirindən örnək gətirdiyimiz bu bəndlər xalqımızın böyük oğlu Heydər Əliyevin əzəmət və qüdrətini, onun parlaq dühasını tutarlı və inandırıcı boyalarla ifadə edir.
    İctimai-siyasi lirikanın gözəl nümunələrindən olan bu şeirdə müəllif gələcəyə sonsuz inamını silsilə anaforalar, rəngarəng inversiya və epitetlər vasitəsilə poetikləşdirərək, soydaşlarımızı zülmə, zillətə qarşı ayıq-sayıq olmağa, Qarabağ uğrunda mübarizəni qələbə ilə başa vurmağa səsləyir:

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağına.
    And içirik üçrəngli müqəddəs bayrağına,
    Kökünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Eyni ideyanı, milli müstəqillik duyğularını R.Oday “Ali Baş Komandanım” şeirində də yüksək ilham və poetik bir pafosla tərənnüm edir. Qələbə əzmi, milli qürur hissi, səmimi duyğuların, yaxın və uzaq keçmişimizin bədii ifadəsi şeirin poetik məzmununu müəyyənləşdirir. Şairin özünəməxsus deyim tərzi poetik mətnin emosional və bədii çalarlarla zənginləşdirərək lirik-siyasi ovqatı daha da gücləndirir:

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına.
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək dəniztək aşıb-daşsın meydanım.
    Ali Baş Komandanım!

    Beşlik şəklində qələmə alınmış şeirin bütün bəndlərinin sonunda işlənən təkrir – müraciət – “Ali Baş Koman­danım” ifadəsi oxucu qəlbində böyük ruh yüksəkliyi doğurur.
    Erməni təcavüzkarları tərəfindən torpaqlarımızın işğalı, Qarabağ müharibəsi, milli müstəqillik uğrunda mübarizə, özünüdərkə çağırış və sair mövzular son iyirmi beş ilin sosial-siyasi və tarixi-mədəni mənzərələrini əks etdirən başlıca amillərdir. Rafiq Odayın şeirlərində qeyd olunan problemlərin poetik inikasını görmək olar. Onun şeirlərində yurd yanğısı, azadlıq idealları, lirik “mən”in daxili göynərtiləri, xalqını, vətənini düşünən insanın mənəvi iztirabları əks olunur:

    Ağıllara gəlməyən
    Başlara gəldi bu gün.
    Dostlar qara geyindi,
    Düşmənlər güldü bu gün.
    Elim matəm keçirir
    25 ildi bu gün,
    Bu yolun hər addımı
    Qadadan-qandan keçib,
    Xalqın müstəqilliyi
    20 yanvardan keçib.

    Yağılar əlbir olub,
    Qırğına fərman verdi.
    Düşündü ki, bu xalqa
    Ölümcül dərman verdi.
    Ancaq bu dərs bizlərə
    Azad, özgür, müstəqil
    Bir Azərbaycan verdi.
    Neçə ərən oğullar
    Bu yolda candan keçib.
    Xalqın müstəqilliyi
    20 yanvardan keçib.

    R.Odayın poeziyası mövzuca zəngin və çoxşaxəlidir. Onun təbiət gözəllikləri, vətən sevgisi, ülvi məhəbbətin tərənnümü və sair mövzularda orijinal şeirləri vardır. Şair nədən yazırsa yazsın, insanı, onun iç duyğularını ön plana çəkir. Bu baxımdan Rafiq Odayın şeirləri insan mənəviyyatının poetik təsvirinin zənginliyi ilə səciyyələnir.
    “Qərib ruhların nəğməsi” kitabını oxuyandan sonra qədirbilən oxucuların da bu qənaətə gələcəklərinə inanıram. Çünki Rafiq Oday yaradıcılığı boyu ədəbi axtarışdadır. Bu axtarışların son ucu isə oxucunun ürəyinə ünvanlanır.

    Avtandil AĞBABA,
    filologiya üzrə fəlsəfə doktoru, dosent,
    respublikanın Əməkdar jurnalisti

  • Rafiq ODAY.Yeni şeirlər

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    GƏLDİ

    Bu örkən uzun örkəndi,
    Durum dolanım bu kəndi.
    Gözümün yaşı tükəndi,
    Yerindən qara qan gəldi.

    Göylərdən bir ulduz axdı,
    Gördüm ki, yolum uzaqdı.
    Təzə yurd saldığım vaxtı,
    Bu karvan haradan gəldi.

    Yön alım dedim haraya,
    Yön alım gedim haraya.
    Ağ ağa qənim, qaraya
    Nə gəldi qaradan gəldi.

    Bu sayaq yaşayammadım,
    Başayaq yaşayammadım.
    Mən oyaq yaşayammadım,
    Hər dərd də röyadan gəldi.

    Salma dedim çəp yerinə,
    Biçdiyini səp yerinə.
    Bu səhər də sübh yerinə,
    Ömrümə qara dan gəldi.

    Bir qəti hökm aradım,
    Bu ömrü nakan aradım.
    Bir özgə məkan aradım,
    Dadıma yaradan gəldi.

    ƏLİNDƏ

    Başımız qovğada, qalda,
    Yaxamız namərd əlində.
    Talanır cümlə varımız,
    Yoxumuz namərd əlində.

    Boşalan yer zorla dolur,
    Düzü-dünya gorla dolu.
    Yatağımız qorla dolu,
    Yuxumuz namərd əlində.

    Yerlər qılınc, göylər qalxan,
    Qan ağlayır düşüb – qalxan.
    Sinəmizi deşib qalxan,
    Ahımız namərd əlində.

    Ha bu qədər zəncir gəmir,
    Qanqal dəmir, zəncir dəmir.
    «Yazı»mızdan yox səs-səmir,
    «Oxu»muz namərd əlində.

    Sökülür yurdun hasarı,
    Qurd oğlu qurdun hasarı.
    Tuşlanan yurduma sarı,
    Oxumuz namərd əlində.

    Gördük qalxıb enənləri,
    Gördük ötən dünənləri.
    Bada verdik dinənləri,
    Çoxumuz namərd əlində.

    KEÇİR

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib.

    Bu həyat bir qəm sandığı,
    Kim açsın, de, kim, sandığı?
    Ac balığın yem sandığı,
    Ölümü qarmaqdaq keçir.

    Haqqın uvandı, tərsi bir,
    Haqq oğlu haqqa nə Sibir?!
    Dolanmaq başın nəsibi,
    Dolamaq, barmaqdan keçir.

    Tanısa qəmlər yaxanı,
    Kim tikər qəmlər yıxanı?
    Naz ilə qəmlər yaxanın
    Sevgisi bu baxtdan keçir.

    BİLİRƏM

    Mənim virana könlümü,
    Eşq abad eylər, bilirəm.
    Gahdan da abad olanı
    Aşqabad eylər, bilirəm.

    Könül verdinsə təkliyə,
    Ömrü dərd-qəm ətəkliyər.
    Səni vadar dönüklüyə
    Başqalar eylər, bilirəm.

    Məni bu kənddən ötürün,
    Ötürün, dərddən ötürün.
    Hər boş söz-söhbətdən ötrü
    Qaşqabaq eylər, bilirəm.

    Sinəmin aha çəmi var,
    Gözümün daha nəmi var.
    Küsməyə bəhanəmi var? –
    Başqa ad eylər, bilirəm.

    Yığdı cana ələm məni,
    Ömür adlı sələm məni.
    Bu eşq üstə aləm məni
    Daşqalaq eylər, bilirəm.

  • Dostlara bir xatırlatma

    cenabrafiqoday

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Gundelik.info” və “edebiyyat-az.com” saytlarının rəhbəri Rafiq Odayın facebook səhifəsində profilaktika işləri aparıldığından, səhifə istirahət və bayram günlərində istifadəyə bağlı olacaqdır. FB səhifəsinin sentyabrın 14-də axşam və ya 15-də səhər istifadəyə açılacağı nəzərdə tutulur.
    Rafiq Odayla əlaqə saxlamaq istəyənlər (070) 630-88-42 telefon nömrəsinə zəng edə bilərlər.

    “Gundelik.info”
    “edebiyyat-az.com”

  • Jurnalist təşkilatının sədri “Sözün sehri” qəzetinin yaradıcı kollektivini təbrik etdi

    rafiq-oday

    Bizi sözlə sehrləyənlərin beş yaşı tamam oldu

    Çoxsaylı informasiya vasitələri arasından boy göstərən, mən də varam demək istəyən «Sözün sehri» qəzetinin 5 yaşı tamam oldu. Çox mübarək!
    Əslində hər dəfə yeni qəzet və ya jurnal təsis olunanda bir təşkilat rəhbəri kimi sevincqarışıq bir narahatçılıq gəzdirirəm ürəyimdə. Təbii ki, bu da səbəbsiz deyil. Hər bir mətbu orqan öz gəlişiylə dünyaya yeni ruh, yeni nəfəs gətirir. Onlarla, yüzlərlə insanın tribunasına çevrilir və insanlar bu tribunadan öz sözlərini deyə, ürəklərini boşalda bilirlər. Eyni zamanda qəzetə dövrün, zamanın güzgüsü konteksindən yanaşsaq, sevincimin hədər olmadığı bəlli olar. Narahatçılığımın kökündə isə bu yaranan qəzetlərin qısa ömürlü olmaları dayanır. Redaksiyalarda ilk bir neçə ay ərzində gur yanan işıqlar zaman-zaman öləziməyə və tədricən sönməyə başlayır.
    Təəssüflər olsun ki, bu gün respublikamızda qeydiyyata alınıb illərlə işıq üzü görməyən və ya ildə bir-iki dəfə görüntü üçün nəşr olunan qəzetlərin sayı yüzlərcədir. Bunun da bir neçə səbəbi var: birincisi, bu qəzetlərin təsisçi və baş redaktorlarının əksəriyyəti qəzet işindən xəbəri olmayan, təsadüfi adamlardır. İkincisi, belə qəzetləri yaradanların çoxu qarşılarına sözə xidmət, insanları maarifləndirmək məramını yox, başqa məqsədlər qoyurlar. Üçüncüsü isə əsl jurnalistin barmaqla sayılan halətdə olması, jurnalistikadan xəbərsizlərin isə tüğyan eləmələridir.
    Unutmaq olmaz ki, sözlə oynamaq, odla oynamaqdan çətindir. Milli mətbuatımız 141 illik şərəfli bir yol keçib. Bu şərəfə şərəf qatmaq istəyənlərin meydanıdır söz meydanı – ona xələl gətirənlərin yox!
    Sözün müqəddəs olduğunu, haqdan gəldiyini, «Qurani-Kərim»də «Qələm» surəsinin mövcudluğunu bilənlər buyursun bu meydana! Sözdən qara niyyətlər üçün istifadə etmək istəyənlər yox!
    Bu il «Sözün sehri» qəzetinin nəşrə başlamasından 5 il ötür. Bu 5 il ərzində «Sözün sehri» sözün müstəqim mənasında oxucuların ürəyinə yol tapmağa çalışıb, əksər hallarda da buna nail olub. Qəzetçilikdə əsas söz oxucunundur. Çünki bu gün qəzetlərin bir nömrəli problemi oxucu problemidir. Qəzetin oxucusu nə qədər çox olarsa, ömrü də bir o qədər uzun olar.
    «Sözün sehri»ni araya-ərsəyə gətirənlər sırasında mənim yaxşı tanıdığım, qələmlərinə və intellektlərinə güvəndiyim Qafqaz Əvəzoğlu başda olmaqla, yaradıcılıqlarına sayğı göstərdiyim insanlar var. Bu baxımdan deyə bilərəm ki, «Sözün sehri» 5 il ərzində oxucuların ürəyinə körpü sala, onları öz sehirli dünyasına çəkib apara bilib.
    Bu yubiley həm də Qubadlı rayon S.Rəhimov adına Ədəbi-ictimai Birliyinin yubileyidir. Çünki həm ədəbi-ictimai birlik, həm də “Sözün sehri” qəzeti eyni gündə dünyaya vəsiqə qazanıblar. Yarandığı gündən bu günə qədər ədəbi-ictimai birlik öz ətrafında onlarla ziyalını, alimi, yazıçını, şairi, həmçinin gənc istedadı toplayıb. Ötən dövr ərzində neçə-neçə qələm sahibinin, ictimai-siyasi xadimin yubileyləri, yaradıcı ziyalıların yeni işıq üzü görmüş kitablarının təqdimatları keçirilib, həmçinin gənc istedadlara yaşıl işıq yandırılaraq onlara dəyərli məsləhətlər verilmiş, ilk yaradıcılıq nümunələri “Sözün sehri” qəzertində dərc olunmuş, ilk kitablarının işıq üzü görməsinə maddi və mənəvi dəstək göstərilmişdir. Həmçinin dünyasını dəyişmiş dəyərli insanların anım günləri və xatirə tədbirləri keçirilmişdir.
    Təvəllüd gününüz mübarək olsun, əziz S.Rəhimov adına Ədəbi-ictimai Birliyinin yaradıcıları və üzvləri, dəyərli “Sözün sehri”çiləri. Qələminiz bax beləcə həmişə iti, sözünüz kəsərli, ruhunuz oyaq olsun! Sizlərə bundan sonra da dəmir iradə, dönməzlik, aydın zəka, sağlam düşüncə, ağı-qaradan seçə bilmək bacarığı, dövlətimizin və dövlətçiliyimizin mənafeyini həmişə ön planda saxlamağı arzu edirəm.

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti

  • Hasan AKAR HOCAMIZIN Doğum Gününü Kutluyoruz!

    hasanakarhocamiz

    ATATÜRK’ÜN TOKAT’A GELİŞİNİN 97.YILINI KUTLUYOR,O’NU SAYGIYLA ANIYORUZ.

    Ben 26 Haziranım,
    Tokat’ta Mustafa Kemal
    Kahramanlık soyum ta Orta Asya’dan.
    Tanrı Dağlarından.
    Plevne’den.Yemen’den Sarıkamış’tan.
    Geçilmez dediğimiz Çanakkale’den
    Esarete mandaya alışık değildir.
    Zincir vurulmamış bileğim.
    Onun için Samsun dan doğar.
    Havza’da,Amasya’da,
    Dağ başlarını duman alır,
    Tokat!ta alevlenir güneşim.
    Ben 26 Haziranım.
    Kızıleniş’te tozlu yolların aktığı ırmak,
    Çamlıbel’de Köroğlu çeşmesindeyim.
    Sivas’tan Erzurum’a doğru uzanır,
    Yayla dumanına alışıktır,
    Korku bilmez yüreğim.
    Ben 26 Haziranım,
    Tokat’ta Mustafa Kemal.
    26 Ağustos’a hasretim.
    Edirne’den Van’a kadar,
    Sakarya’da zafere,
    Ve İzmir’den gelecek,
    En güzel habere.
    Ben 26 Haziranım,
    Tokat’ta Mustafa Kemal.
    Cumhuriyet’in yolu,
    Bağımsızlığın bükülmez koluyum.
    Asla sönmez.
    Sonsuza dek yanar bu meş’ale,
    Vatan olunca daima deli doluyum.

    Anne

    Ben gelirken tehlikelerle dolu dunyaya
    Yasam kefaretimi sen odedin anne
    Yasadim bu yasa yasamim sanki ruya
    Halen dunden gune kalkanim senidin anne

    Yurudum nesnelerden habersiz
    Dal budaktan sen esirgedin anne
    Cozuldu dilim heceler sirasiz
    Allah icin tercumanim senidin anne

    Kayitsiz kalamazdim ilk sozum senin adin
    Buyudukce seni mutlu etmek muradim
    Aglamam,sinirim,sevincim,inadim
    Dizine basimi koydugumda ummanim anne

    En kutsallarim arasinda aldin yerini
    Yasamim icin verdin gozunun ferini
    Okumaya yazmaya basladim ebed
    Inan kagidim kalemim senidin anne

    Dogrulugu ogrettin haramsiz dunya
    Bugun gibi hatirliyorum degil ruya anne
    Cakallar,sirtlanlar,yilanlar arasinda
    Ogudunu bastaci ettim tutuyorum anne

    Hep soylenir ya atasozu ana gibi yar
    Ana senin gibi yar bulamadim anne
    Bu dunya cok genis ama cok da dar
    Gonlun gibi genis yer bulamadim anne

    Mutlak faniyiz sende gideceksin bende
    Benden once gidersen hakkini helal et anne
    Eger ben yavrun gidersem senden once
    Hakkim sana gani gani helal olsun annecigim

    Bayrak

    Namluya sürülmüş mermi gibi öfkem
    Basmayın tetiğe patladı patlayacak
    Bu semada sadece o dalgalanacak
    Kimsenin oyuncağı değil ayyıldızlı bayrak

    Kanımızdan rengi şehidimin örtüsü al,al kırmızı.
    Korumadımı? yaşlımızı gencimizi oğlumuzu kızımızı?
    Nasıl yere atar çiğnersiniz gök kubbedeki baştacımızı?
    Hiçmi cannınız acı hissetmez hiçmi olmadı içinizde sızı

    Yurduma semsiye vatanıma milletime nöbet.
    Bu bayrağı koruyan vardı yine var olacak elbet
    Nedir bu kin nedir içinizdeki bu durmaz nefret
    Sizleri ederim şehitlere ulu mevlaya şikayet

    “Veda diyorum ,göğe bakan bu topraklara,
    Bir daha nasip olur da ,gelir miyim bilmem?
    Efkar’da damla damla soğumuş yüreğimden,
    Çoraklı’da gözyaşımı siler miyim bilmem

    Kilitlenmiş kapılar,zelveleri paslanmış,
    Bahar gelir,kepengini açar mıyım bilmem?
    Ne desem boş,yıllar geçiyor,ömür bitiyor,
    Bu dünyadan yavaş yavaş göçer miyim bilmem?”

    14 Mayıs 2016 Artvin-Şavşat
    Fotoğraf:1982-1985 yılları arasında görev yaptığım Şavşat Çoraklı Ortaokulu’nun giriş kapısı (Şimdi kapalı,viran halde)

    Elveda

    Sana bir gün diyeceğim elveda
    Ey mavi yeşilliklerden uzak sevdam
    Yeter bu kadar çektiğim cevri cefa
    Sana da bir gün diyeceğim elveda

    Temennim umarın dönersin geri
    Kalbimde müstesna daima yeri
    Sana koşan canı nı veren serseri
    Sana da bir gün diyeceğim elveda

    Elveda demek çok ama çok zor
    Yüreğimde sevdan yanan hep kor
    Sensiz bu sevda in anki olmuyor
    Sana da bir gün diyeceğim elveda

    25 Şubat 2016

    AY BALAM

    “Göçün de zamanı gelir apansız ay balam,
    Teneşir tahtasına düşer bedenimiz bir gün.
    Kalmaz mecalim,dönmek için düne ay balam,
    Omuzlar üstünde yüzeriz sessizce bir gün.

    Kış gelir,seni yetim bırakırım ay balam,
    Kilit vurulur kapıma ,tütmez ocağım bir gün.
    Buz tutar yüreğim,baharı beklerken ay balam,
    Görmeden yazı,gazel düşer bağıma bir gün.

    Sevdiklerimden koparır ecel ay balam,
    Susuz topraklar bizi bekler dönemem bir gün.
    Han bizim değil ki ,hep yolcuyuz ay balam,
    Döküversen gözün yaşını göremem bir gün.”

    21.11.2015 TOKAT

    Sen yüreklerdesin…

    “Sen yüreklerdesin,
    Tabiat,Türk eline zulümde
    Kurtlar,kuşlar ağlıyor
    Gayri göç göç diye
    Düşüyorsun yollara
    Yürüyorsun milyonlar ardında
    Türk’e yeni bir yurt kavgasında.
    Sen Asya’dasın
    Orhun Yazıtlarında
    Gök mavisi gözlerin gülümsüyor
    Bulutların arkasında
    Bilge Kağan’la,Kültigin’le
    Taşı yontuyorsun tarihe
    Tonyukuk’la yazma yarışında.
    Sen Malazgirt’tesin
    Bir Ağustos sabahında
    Alparslan’la beraber
    Ordunun ön saflarında
    Alperenler yol gösteriyor
    Ahlat,Harput,Söğüt diye
    Dört asra gizli fetih sevdasında.
    Sen Anadolu’dasın
    Selçuklu saraylarında
    Kaşların çatılıyor birden
    Dilimiz gider telaşında
    Karamanoğlu Mehmet Bey’le
    Ferman eyliyorsun ahaliye
    Çarşıda,pazarda dil uğraşında.
    Sen Fatih’lesin
    Bir çağı kapatıp
    Yeni bir çağı açma kaygısında.
    Sen Kanuni ilesin
    Barbaros’un azmiyle
    Üç kıtaya at koşturup
    Akdeniz’i Türk gölü davasında.
    Sen amansız bir savaşçı
    Çanakkale,Bingazi’de
    Dumlupınar,Kocatepe’desin
    Ve Sakarya’da eşsiz bir zaferdesin.
    İstiklal en büyük bayrağın olmuş
    Cepheden cepheye düşman üstüne
    “Ya İstiklal,Ya Ölüm” parolasında.
    Sen İstanbul’dasın
    Ankara,Kastamonu,Konya’dasın
    Ellerin tebeşir
    Kara tahta başında
    Halkınla el elesin yine
    Aydınlığa yürümek için
    Büyük inkılap savaşında.
    Sen yüreklerdesin
    Seni anlatamaz ne bir maske
    Ne göstermelik bir rozet
    Sökemezler asla içimizden
    Nakış nakış işlenmişsin
    Adın sonsuza kadar yaşar
    Vatanın her karış toprağında…”

    Yamansın be Sami

    Çözemezler seni yamansın be Sami,
    Sanıyorsun ki senden gayrisi ali,
    Sensiz n’olur Anadolu Lisesi hali,
    Müdürlük az olasın bir şehre vali.

    Şifreleri kaptın,puanları bastın,
    Bilemezler sandın,şimdi faka bastın,
    Aralık’tan sonra Cemaati astın,
    Bitiyorsun nedir kendine bu kastın.

    Öyle güçlüsün ki sendika vız gelir,
    Yalakalık, yağdanlık sana az gelir,
    Sen şahinsin artık Tokat sana kaz gelir,
    Bu devran böyle gitmez bilesen Sami,
    Rabbim büyük bize de bir gün yaz gelir.

    ADI ZEYNEL KARAGÖZ
    (1931-2001)

    “…..
    Henüz ayaklarım tanışırken toprağa,
    Bir el tutuyor ellerimi sıcacık,
    Belli ki yüreğinden taşmış,
    Unutturuyor o an kederi apaçık.
    Adı Zeynel Karagöz,
    Buyur ediyor hanesine,
    Ağaçtan yapma bir ev,
    Tanıtıyor bizi gül tanesine.
    Teneke bir kuzine harıl harıl,
    Üşümüş çiseli ruhumu ısıtıyor,
    Türkü söylerken bakır ıbrıklar,
    Bir yandan çocukluğumu ışıtıyor.
    …..
    Derken ,sarı saçlı afacan,
    Yüzleri çilli tatlı bir kız,
    Ellerime uzanıyor adı Nuran:
    “Beraber gideceğiz “diyor” yarın”
    Sonra fark ediyorum diğerini,
    Saçları örgülü bir kara kız,
    O da öğrencimmiş,
    Soruyorum :Sona Karagöz.
    ……”

    Tokat’tan Mısralar

    SELLER YÜRÜR YAMAÇLARDAN BİR GÜN

    Biz alışığız, takma kafana koca reis, fırtınaya, boraya
    Savursunlar bizi, utanmadan bir oraya bir buraya

    Dalgalara boğsunlar, çıkarsınlar gemimizi karaya
    Tabip olsalar sürdürmem merhemlerini yaraya

    İsterse karlar yağsın ,yıldırımlar düşürsünler düşümüze
    Bilirken riyakârlıkları yaptıkları gitmesin asla gücümüze

    Kapılma yeise, bu ülkede mevsimler hep kış gitmez
    Sanma ki bu çirkin karanlıklar ebedidir bir gün bitmez

    Bahar gelir elbet yüce dağlara, buzlar çözülür gün be gün
    Rahmet yağar, karlar erir, seller yürür yamaçlardan bir gün

    KOKLAYIM DEDİ OLMADI

    Bir deniz kıyısında bırakmıştım onu öksüzce tek başına
    Damla damla su sızdı hayat verdi güneşle kururken toprağa
    Aldırmadı fırtınaya, eğmedi boynunu azgın dalgalara
    Dualar etti tutundu adını veremediği bir sevdaya

    Bilemedi bu denli sevişi, utandı tabiat kol kanat gerdi
    Duysa sesini kıyıda belki unutacaktı çektiği derdi
    Vefalıydı, bir gün ilk güzde sürgüne uzandı açtı lâle
    Koklayım dedi, olmadı kader nasıl koydu lâleyi bu hâle.

    Hasan AKAR
    Tokat Şairler ve Yazarlar Derneği üyesi, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisi Genel Yayın Yönetmeni,
    Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı Türkiye temsilcisi Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

  • Sabir Yusifoğlunun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir

    9 sentyabr 2016-cı il tarixində saat 16:00-da “Gənclər evi”ndə gənc yazarların təşkilatçılığı ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Sabir YUSİFOĞLUnun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir.
    Gənc şair Emil Rasimoğlu tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış, sonra isə Sabir Yusifoğlunun həyat və yaradıcılığını əhatə edən nitq söyləmişdir.
    Daha sonra çağdaş poeziyanın tanınmış nümayəndələrindən Ramiz Qusarçaylı, Fərqanə Mehtiyeva, Ayaz Arabaçı, İbrahim İlyaslı, İlham Qəhrəman, Səadət Cahangir, Namiq Dəlidağlı, Esmira Məhiqızı və digərləri, gənc yazarlardan Əntiqə Səməndər, Şəhriyar Seyidoğlu, Faiq Hüseynbəyli, Sərvər Kamranlı, Rəşad Məhəmmədoğlu və başqaları çıxışlar etmişdir.Tədbir çərçivəsində Sabir Yusifoğlunun yaradıcılıq nümunələri özünün və çıxışçıların nitqində qonaqlara təqdim olunmuşdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Nə dərdin var bilmirəm”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Dedim arada şeir fasiləsi olsun. O seminarda-falanda kofe fasiləsi olur ha, onun kimi…
    Ama, hər kəs öz zövqünə görə kofe dada bilər)

    Nə dərdin var bilmirəm,
    Yenə üzün bozarıb…
    Günlərin ümidimdən
    Təbəssümü borc alır.

    Elə bil göy üzündə
    Öz əksini görmüsən…
    Sən ki, qorxmazdın məndən,
    Hansı bəxtdən ürkmüsən?

    Eh… həyat… bu bozluğu
    Soyun, suya at, getsin…
    Gülüşüm ağrıdırmı?
    Gəl öpüm də tez keçsin.

    Şəfa Vəli

  • Şəfa VƏLİYEVA.”Bizim dildə qızılgül”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Yəqin ki, əksəriyyətiniz Umberto Ekonun “Özgə adda qızılgül” məqaləsində tərcümə məsələləri haqda fikirləri oxumusunuz. Elə isə, günümüzdə bizə tərcümə ilə gəlib çatan əsərləri də oxumusunuz. Onda, mənim dediyim bir-iki fikir sizi qıcıqlandırmaz. Çünki, mən tərcümədən oxuduğum əsərlərin böyük bir qisminə artıq qıcıqla yanaşıram. Ən əvvəl tərcümə ilə bağlı məni hikkələndirən Artur Konan Doylun detektiv hekayələri oldu.

    Təsəvvür edin, tərcüməçi necə diqqətlidirsə, “Gümüşü şimşək” hekayəsində eyni ad iki dəfə çəkilir. Oxucu o adamın kim olduğunu anlaya bilmir. Çünki, hər dəfəsində Doylun başqa-başqa obrazlarının adı kimi oxuyuruq. Əlac qalır ki, kitabevim.az-dan Artur Konan Doylun kitablarının Türkiyə nəşrlərini alıb oxuyasan. Elə də edirəm. Türkiyə nəşrlərini ən az yeddi-səkkiz manatdan alıb oxuyan bir oxucu üçün “bizim dildə qızılgül” yarıqiymətə olsa da, satış göstəricisi çox aşağı olur. İkinci bir kitab Şekspirin seçilmiş əsərləri idi. Bayağı sözlər, hecasız, qafiyəsiz sadəcə alt-alta düzülmüş yarımçıq cümlələr, obrazın hadisələrin mərkəzində məntiqsiz hökmləri…Əgər internetdən yenə “Hamlet”in türkcə tərcüməsini tapıb oxumasaydım, Şekspiri mütaliə etməkdən özümü məhrum etməkdən başqa çarə qalmırdı…

    Tərcümə çətin prosesdir, çox çətin. Yadımdadı, 2010-cu ildə Tasmaniya pələngləri haqda kiçik mətni rus dilindən tərcümə edirdim. Hərfi-elmi tərcümə normal alınmışdı. Amma, yazı ürəyimcə deyildi. Bir neçə saat komputerin qarşısında mətnə baxdım, sənədi açıb-bağladım, nəhayət, çatışmayanı tapdım. Tasmaniya pələnginin təbii imkanlarını, şəraitə uyğun instiktlə necə hərəkət etdiyini anlatmaq üçün elmi terminlər, sadə cümlələr bəs etmirdi. Axı, bizim dilimiz öz zənginliyi ilə öyünəbiləcək qüdrətə sahibdir. Nə haqda istəsək dolğuncasına məlumat verə bilərik. Elə də etdim. Dilimizin imkanlarından istifadə edərək yazının bədii təsir gücünü artırdım. Əla nəticə idi!

    Mən bu gün bir oxucu kimi tərcüməçilərdən məhz bunu gözləyirəm. İstəmirəm onlar şeirdəki “ay” sözünü elə olduğu kimi qəbul edib ona toxunulmazlıq mandatı yaratsınlar. Bilməlidirlər ki, dilimizdə “aypara”, “hilal”, “bədirlənmiş ay” kimi kəlmələrlə yanaşı, “gecənin gözəli”, “zülmət padşahının sehrli çırağı” kimi əsərin bədii gücünü artıracaq ifadələr də mövcuddur. Məgər, demək istəyirsiniz ki, bizim dövrümüzdə dilimizi bilməyən təsadüfi adamlar tərcümə ilə pul qazanır?! Mən buna inanmaq istəmirəm… Elə bu səbəbdən də tərcüməçilərin oxucu və müəllif qarşısındakı vicdan günahlandırmalarını iki yerə bölüb bir payını da redaktorların boynuna qoymaq istərdim. Daha bunu da pıçıldamayın ki, o tərcümə olunmuş əsərlərin altına redaktor adı xətir üçün yazılır. Dedim axı, inanmaq istəmirəm… Bir yazar kimi mən “bizim dildə qızılgül” ətrini duya bilmirəmsə, nə vaxtsa əsərlərimin “özgə adda qızılgül” kimi öz ətrində qalacağına necə ümid edə bilərəm? Və sonda: “İlahi, sən məni tərcüməçilərdən qoru, əsəri oxumayıb çap edən redaktorlarla özüm bacararam”!

  • Qələmi qızıldan dəyərli ustad

    10646868_273655359498567_6620189188081019440_n

    “Allahdır insanı göyə qaldıran,
    Ucalmaq eşqinə hərə düşməsin.
    Qadın o qadındır, kişi o kişi,
    Tamahı qızıla, zərə düşməsin” –

    dedi Mais Təmkin qələmə aldığı şeirlərinin birində.

    Bəli bu ad bir çox insana tanışdır. Öncə qeyd edim ki, onun kimi dəyərli bir insan haqqında yazmağı özümə borc bildirm. . Çünki Mais müəllimi ədəbiyyatsız ədəbiyyatımızı da Mais müəllimsiz düşünmək qeyri- mümkündür O, həm qələmi kəsərli şair, mehriban, qayğıkeş, xeyirxah, səmimi insan, həm gözəl ailə başçısı, həm də ecazkar avazlı bir sənətkardır…

    1968-ci ilin oktyabrın 15-də Lerik rayonunda göz açıb Mais müəllim. Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. “Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür. “İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olunmuşdur. “Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub. Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”,almanaxlarında, o cümlədən , Dünya Türk ədəbiyyatı Antologiyası dərgisində , Avrasiya şairlər Antologiyasında və bir sıra internet portallarında çap olunmuşdur. “İlhamlı günlərin nəğməsi” yeni kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür. 2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqədə ikinci yerin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. ,,Əbədi xatirəyə ədəbi baxış” müsabiqəsinin qalibi olmuşdur. ,,Qızıl qələm” və ,,İlhamlı günlərin nəğməsi” kitabına görə ,,Azərbaycan Bayrağı” media mükafatının laureatıdır. “Azad Təfəkkür” qəzetinin əməkdaşı və “Azərbaycanın Mədəniyyət və Ədəbiyyat” portalının Cənub bölgəsinin “Cənub ədəbiyyatı” bölməsinin baş redaktorudur. Hal-hazırda Lerik rayon Murya kənd orta məktəbində psixoloq-müəllim vəzifəsində çalışır.
    Ailəlidir,üç övladı var: Fərid,Nurid,Rəmzi.

    Mais müəllimin həyatı sanki dərya dəniz, yaradıcılığı isə sirri bilinməyən dərin bir xəzinədir. Mais Təmkin qələminin böyüklüyü fərqliliyi ondadır ki o hansı mövzuda yazırsa yazsın o mövzunun dərinliyi aktuallığı hiss olunur təbii ki şeiri duyan insanlar üçün. Mais Təmkin ədəbiyyatımız üçün əvəzolunmaz bir insandır.
    İstərdim böyük sənətkarın yaradıcılığına qısaca nəzər salaq.

    Haqqın dərgahına pərvazlanırdı,
    Gözəllikdə mələkləri danırdı.
    Qanad çala-çala o, nazlanırdı,
    Ruhum mat qalmışdı günəş üzünə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Ömrü xəzan olmuş gülə dönmüşəm,
    İnləyən, sızlayan telə dönmüşəm,
    Kərəm tək alışıb külə dönmüşəm,
    Dəyməyin kül altda qalan közümə,
    Heyif, o qız bir də dəyməz gözümə.

    İlk bu iki bənd mənim diqqətimi çəkdi.Burada bir gözəlin gözəlliyinin tərənnümü, aşiqin çəkdiyi iztirab o qədər ustalıqla işlənib ki bu şeiri oxuduqca gözümüzdə bir səhnə canlanır hansı ki onu sözlərlə ifadə etməyə kəlmələr kifayət etməz.

    Növbəti bir şeirində isə vətənpərvər oğullarımızın Vətənə olan sevgisi cəsurluğu ilə xalqın qəlbində iz salmaları yaşamaları hiss olunur..

    Şəhid olub köçənlərim,
    Yağıları biçənlərim,
    Vətən andı içənlərim,
    Öz əhdindən dönməz olur.

    Torpaq udub çox ərləri,
    At oynadan ərənləri.
    Ülviyyətin şölələri,
    Daim yanar, sönməz olur!

    Bildiyimiz kimi insan ömrü bir kitaba bənzər. Hər keçən bir günümüz isə yazılan yeni bir səhifə. Bu kitabın əzilmiş çirklənmiş səhifələri kimi təzə ütülənmiş, üzərində tək bir qırışı olmayan köynək kimi səliqəli tərtəmiz səhifələri də mövcud.
    Mais müəllim də ömür kitabının bəzi səhifələrini vərəqləyib qələminin gücü ilə aşağıdakı kimi tərənnüm etdi.

    Dünyanın qubarı məni…
    Etdi qəm xirdarı- məni.
    Kitab kimi Tanri məni
    Oxuduqca, varaqlandım

    Aydan-aya, ildən-ilə,
    Adım gəzdi eldən-elə.
    Qəmkeş kimi düşüb dilə,
    Dastanlaşdim, nağıllandım

    Gündən-günə dolub yaşa,
    Nəfsimi qoymadım çaşa.
    Başım dəydi, daşdan-daşa,
    Müdrikləşdim, ağıllandım.

    Sonda onu demək istərdim ki, Mais Təmkin şəxsiyyəti, yaradıcılığı haqqında saatlarca danışmaq, onlarla, yüzlərlə kitab yazmaq olar. Allah şairimizi qorusun.

    Sona HİKMƏT,
    Sumqayıt Dövlət Universitetiinin 3-cü kurs tələbəsi.

  • Mais TƏMKİN.”Yazım dastan kimi…”

    10646868_273655359498567_6620189188081019440_n

    Eşqinlə, sevginlə nurlansın danım,
    Beləcə xoş keçsin hər ötən anım.
    Mən sənə ,,can” deyim, sən mənə ,,canım”,
    Xoş sözlə mən səni dindirim- elə.

    Qoy həsəd aparsın,- görənlər bizi,
    Bu sevgi yolunda qoyaq xoş izi.
    Yazım dastan kimi bu sevgimizi,
    Dünyada şöhrətə mindirim elə.

    Əsirgəmə, bu sevgidə payımı,
    Nura qərq et, hər günümü, ayımı.
    Sən çox elə busələrin sayını,
    Namərdəm, desəm ki, endirim elə.

    Qoyma məni gün yandıra, gün dələ,
    Dərdin məni, gözəl, səndən gen dələ.
    Yapıb öz sinənə məni kündələ,
    Özün ol ocağım, təndirim elə.

    Sənsiz intihara gedərsə yolum,
    Arzumu çin eylə, qurbanın olum:
    Deyirəm, qoy olsun mənim öz qolum,
    Boynundan asmağa kəndirim- elə.

  • Müzəffər MƏZAHİM.”Sözdür”

    mm

    Rəssamın sözü rənglər,
    Yazarın rəngi sözdür.
    Dilin, gözün, ürəyin,
    Düyğunun dəngi sözdür.

    Yığılır gilə-gilə,
    Fikirdən axır dilə.
    Yaranışdan cism ilə,
    Ruhun ahəngi sözdür

    İnsandır sözə məkan,
    Odur xəzinə, ümman,
    Bayatı, layla, dastan,
    Muğamat, cəngi sözdür.

    Ürəyin elçisidir,
    Kamillik ölçüsüdür,
    Məhəbbət külçəsidir,
    Sevgi çələngi sözdür.

    Tanrıdan müjdə alan,
    Ruh ilə cismə dolan,
    İnsana qismət olan,
    Bəxtin nəhəngi sözdür.

  • Müzəffər MƏZAHİM.”Qəlbimdə”

    mm

    O məhəbbət ki, mənim yoxdu daha qəlbimdə,
    Nəyə həsrət çəkirəm bəs bu kaha qəlbimdə?

    Niyə tir-tir əsirəm fikrimə gəldikcə o yar,
    Nə ümid bəsləyirəm hər sabaha qəlbimdə?

    Ahu-zar eylədiyim günləri sildim, unudum,
    Düşünürdüm ki, əcəb yox yer aha qəlbimdə.

    Onu yad etməməyə eşqimə and içdim o gün,
    Belə getsə bataram min günaha qəlbimdə.

    Könlümün iqtidarı söylə, Müzəffər, sənsən?
    Kim veribdir bu yeri hər mataha qəlbimdə?

  • Emin Pirini doğum günü münasibətilə təbrik edirik! (8 sentybar 1986-cı il)

    ep

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Emin PİRİ (Emin Piri Sabir oğlu) 1986-cı il sentyabr ayının 8-də Cəlilabadda anadan olub.2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr, 2012-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində magistr dərəcəsi üzrə ali təhsil alıb.2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib.
    2013-cü ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin məsul katibidir.Prezident təqaüdünə layiq görülüb.Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvüdür.
    2014-cü ildə 2013-cü ilin yekunlarına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı” ilə təltif olunub.Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən “Ən yaxşı şeir”, “Nəsimi” müsabiqəsinin qaliblərindəndi.
    Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Elimiz.Günümüz” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    AzVision.az saytının əməkdaşı, gənc şair Emin Piri ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə “İlin ən istedadlı gənci” mükafatına layiq görülüb.Hal-hazırda Sumqayıt şəhərində yaşayır.
    Emin Piri bir neçə gün öncə isə Sumqayıt şəhərində “İlin gənci” seçilmişdi.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən �Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər� layihəsi çərçivəsində �Bölgələrdən səslər� kitabında şeirləri dərc olunub.

    UŞAQLIQ İLLƏRIM ASAN KEÇMƏYIİB

    Çətin keçib uşaqlığım,
    ayaqqabım yırtılardı
    Böyüyəndə ayağım.
    ayağınız böyüməsin deyə
    dua etmisinizmi heç?!
    Uşaqlıq illərim asan keçməyib…
    Bir az çətin olub uşaq illərim.

    Sərhəddin
    tikanlı məftilləri kimi görünərdi
    kasıb uşaqlarının gözündə
    məktəb bufetinin qapısı.
    O sərhədi keçə bilmək
    alın yazımıza qarşı
    ən böyük üsyan idi.
    bəlkə də həyatımızın
    ən böyük inqilabı.

    Anamın erkən ağaran saçlarında
    görünürdü
    ala bilmədiyi oyuncaqlar.
    Taleyin oyuncağına çevrilmişdik.
    Bəs hardaydı
    Körpələri sevən Tanrı?!

    Hindus olmasaq da,
    atamızın cibinə görə
    bölmüşdülər bizi
    sinif otaqlarında
    Kastalara.
    Dəniz suları okean sularına
    qarışmadığı kimi
    Bizi qarışdırmazdılar…
    Heç də sevgidən udmur
    Okean balıqları
    Dəniz balıqlarını.
    Oynayanda belə varlı uşaqları
    Bizi özlərinə yaraşdırmazdılar.
    Paltarının yamağını gizlətməkdi
    varlıların gözündən
    Kasıb uşaqlarının oyunu.

    Kişilər ağlamaz deyən anam
    yerimə özü ağlardı.
    Nağıl söylərdi,
    göydən üç alma düşməzdi nağıllarında,
    deməzdi bunu anam –
    birdən ürəyimiz alma istəyər… (daha&helliip;)

  • Kənan AYDINOĞLU.”Gedim, getməyim?”

    Photo Kenan

    Dayağım,pənahım desin Allahım
    -Kəlbəcər yoluna gedim,getməyim?
    Gözümə un kimi kədər ələyən,
    Sağına-soluna gedim,getməyim?

    Murovdağ,Qoşqar da olub narahat,
    Yaxşı görünməyir heç də bu həyat,
    Allah ömrümüzə versin amanat,
    Çəpərli yoluna gedim,getməyim?

    Kənanam,dərdimə dərman olmayan,
    Ömrün özünə də güman qalmayan,
    Sızlayıb firqətdən yaman ağlayan,
    Yaralı qoluna gedim,getməyim?

    2008-ci il.

  • Kənan AYDINOĞLU.”Elimə mənim”

    Photo Kenan

    Kədər də, qüssə də qonaq olubdu,
    Bu gün qan ağlayan elimə mənim!
    Nədəndir, bilmirəm, qəh-qəh eyləyib,
    Gülürlər bükülmüş belimə mənim?!

    Zarafat xoşlamır özü həyatın,
    Hərdən gülümsəyir üzü həyatın,
    Çətindi hər anı ,düzü, həyatın,
    Əl vurmaq istəyir telimə mənim!

    Fəqət hər işinə qarışmadımsa,
    Gizlində arxanca danışmadımsa,
    İkiyə bölməyə çalışmadımsa
    Yenə toxunmayın dilimə mənim.

    Dərd-səri üst-üstə sən bilə-bilə,
    Ələnən kədəri bax, silə-silə,
    Tökdümsə göz yaşı mən gilə-gilə,
    Dəyməyin! Dəyməyin! elimə mənim!

    2008-ci il.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    GEDƏCƏYƏM

    Xəyallar elə bil yuxu kimiydi,
    Yazıya, qismətə çatdıq, ayıldıq.
    Üzü dönük oldu zalım fələyin,
    Gör neçə danışdıq, neçə ayrıldıq.

    Kəsir duyğularım qılınctək məni,
    Özümü gəzirəm hər addımbaşı.
    Qollarım meyvəsiz budağa bənzər,
    Bədənim tək-tənha bir məzar daşı.

    Küsdürüb taleyin vəfası məni,
    Ömür söyləmirəm ayrılıqlara.
    Sıxır bu dünyanın havası məni,
    Dönüb gedəcəyəm…bilirsən hara?!…

    Xatirələr

    Çox şey umdum taleyimdən,
    Azını sevdirdi mənə.
    Dözdüm deyə alnımdakı
    Yazını sevdirdi mənə.

    Qismətə yarımdı dedim,
    Bəxtimdən yarıdım dedim,
    Bəxtəvər yar idim dedim,
    Nazını sevdirdi mənə.

    Yolları toz duman aldı,
    Gedən getdi, qalan qaldı.
    Xatirələr ümid oldu,
    Özünü sevdirdi mənə.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    GECİKDİM

    Bir gözümə sürmə çəkdim,
    Biri ağladı, ağladı.
    Ömrümə hey nisgil yağdı ,
    Ümid yağmadı, yağmadı.

    Ötdü ayım, ötdü ilim,
    Bəyaz qardı indi telim.
    Qapımı açdı öz əlim,
    Fələk bağladı, bağladı.

    Bu səbrimdən vallah bezdim,
    Sətirlədim, sapa düzdüm,
    Anlayana qədər dözdüm,
    Əcəl haqladı, haqladı.

    SEÇMƏDİM

    Bağlı qapı arxasından boylanıb,
    Olmayasan məntək dərdin düçarı.
    Yuxulardan kipriyimə od düşdü,
    Ayıldım ki, ömür yarı, gün yarı.

    Ayıldım ki, çiçəklərə sar düşüb,
    Cığır itib, yollarına qar düşüb.
    Kimin isə ürəyinə nar düşüb,
    Dənələyib düz əhdi, düz ilqarı.

    Mən seçmədim, bəxtim özü ‘xoş ‘ gəldi,
    Pəncərəmdən gül yerinə daş gəldi.
    Gözlərimdən bircə damla yaş gəldi,
    Əritdi sinəmdə buz tutan qarı…

  • Emine COŞKUN.”Kolladım”

    14063966_1788829008064814_5986046338296254492_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Saate isyanda yelkovan akrep
    Ayları yılları geçtim solladım
    Şiire hüsranda kalem mürekkep
    Yazmadım zarfları bom boş pulladım
    Geleceksin diye yolu kolladım.

    Gözlerim her yerde seni arardı
    Gelmedin bak yine zaman darardı
    Yaz bahar ayında dalım sarardı
    Uçan güvercinle haber yolladım
    Geleceksin diye yolu kolladım.

    Ne deyim ben bana derdi verene
    Ömrümü gül gibi yere serene
    Oturdum masumca kara trene
    Sensiz bu şehire elim salladım
    Geleceksin diye yolu kolladım.

    Hasreti sineme bastım uyuttum
    Ben seni aşk ile sevdim büyüttüm
    İçimde çocuğu kendim eyittim
    Bülbülün olayım dedim dilledim
    Geleceksin diye yolu kolladım.

  • Riyaz DEMİRÇİ.”Keşke seni görmeyeydim”

    rdh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Tuş eyledin beni derde
    Keşke seni görmeseydim
    Kör olaydım gören yerde
    Keşke seni görmeseydim

    Bakışların almış canım
    Gözlerimden aktı kanım
    Sensiz geçmez mutlu anım
    Keşke seni görmeseydim.

    Neden bakdın bana böyle
    Konuşmadan durdun şöyle
    Aç yüreğin bana söyle
    Keşke seni görmeseydim

    Düşdü gönül meylim sana
    Kurban olum özüm sana
    Demeyeydim sözüm sana
    Keşke seni görmeseydim

    Gönlüm sana kapsın açar
    Geceleri uykum kaçar
    Ben bu aşka oldum neçar
    Keşke seni görmeseydim

    Hasret bana bakar gider
    Yüreğimi yakar gider
    Gözümden yaş akar gider
    Keşke seni görmeseydim

    Açmadı bahar yazımız
    Dinmez oldu nay sazımız,
    Böyle yazılmış yazımız
    Keşke seni görmeseydim

    Ayim günüm yerim ol sen
    Gel meleğim perim ol sen
    Cennette de hurim ol sen
    Keşke seni görmeseydim

  • Rahilə DÖVRAN.”Naxçıvanın gecələri”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Vətənimdir” – silsiləsindən

    Gündüz Ona hamı aşiq,
    Axşam başqa bir yaraşıq.
    Çil- çıraqdır, nur qarışıq,
    Naxçıvanın gecələri.

    Hər köşədə bir çal- çağır,
    Bayram edir zəfər, uğur.
    Sanki göydən ulduz yağır,
    Naxçıvanın gecələri.

    Alqışlayır dostu, yarı,
    Vəfadarı, düz ilqarı.
    Könül açan “Arazbarı”,
    Naxçıvanın gecələri.

    Tərk edibdir qəm, kədəri,
    Firəvanlıq bəzək, zəri.
    Alqışlayır xoş səhəri,
    Naxçıvanın gecələri.

    Əcəminin ruh, nəfəsi,
    Ana Xatun məqbərəsi.
    Atabəylər əfsanəsi,
    Naxçıvanın gecələri.

    Nazlanır “Qızlar Bulağı”,
    Aşiqlər olur qonağı.
    Allanır üzü, yanağı,
    Naxçıvanın gecələri.

    Ay şövq ilə yana- yana,
    Sığal çəkir həyəcana.
    Ilham, təb gəlir Dövrana,
    Naxçıvanın gecələri…

  • Rahilə DÖVRAN.”Gözəlim”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Sənə candan vurulmuşam,
    Eşq odunda qovrulmuşam.
    Gözləməkdən yorulmuşam,
    Mənə Rəbbdən, pay gözəlim.

    Gözəllərin gözüsən- sən,
    Aşıqların sözüsən- sən.
    Yanan qəlbin közüsən- sən,
    Ol canıma, tay gözəlim.

    Nazın, qəmzən, sevinc, nəşə,
    Üzün təzə, tər bənövşə.
    Sinən üstə, nar gülöyşə,
    Ey qaşları, yay gözəlim.

    Çiçəkləsin arzu, dilək,
    Qəmdən uzaq, olsun ürək.
    Xoşbəxt ömür, həyat sürək,
    Ver sevdama, hay gözəlim.

    Xuda olsun, bizə həyan,
    Qəmdən uzaq olaq hər an.
    Gözlərindən öpsün Dövran,
    Öpüşlərin, say gözəlim.

  • Şəfa VƏLİYEVA.”Təklik” (Yeni hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Təzə evlilər son iki ayda üçüncü dəfəydi ki, köçürdülər. Onlar kirayə mənzillərin heç birini bəyənə bilmirdilər. Birində su çəni çirkliydi, başqa birində təzə gəlin ruhların evdə dolaşdığını demişdi. Bir həftədən çox davam edən axtarışlar da nəticəsiz qalmışdı. Hansısa məhəllədə şəhərdə hamının tanıdığı Filankəs xanım, başqa yaşayış massivində Qumarbaz Monqol ləqəbli kişi, poliklinikanın yaxınlığındakı qəsəbədə isə həyətdə Ağdam xoruzları bəsləyən cavan oğlan yaşayırdı. Təbii ki, bütün bunlar kişinin eyninə gəlməsə də, təzə gəlin üçün pis əlamətlər idi. Nəhayət, təzə gəlin dodaqlarını narazı-narazı bir-birinə sıxıb şəhər kənarındakı bu kiçik qəsəbədə yaşamağa razılıq vermişdi. İndi onlar öz köçlərini- iki yol çantasını və ərzaq yığılmış kiçik karton qutunu qoltuqlarına vurub beşmərtəbəli binanın üçüncü mərtəbəsinə qalxırdılar. Burada onları lazımi ev əşyaları ilə dolu, tərtəmiz su çəni və böyük televizoru olan ikiotaqlı mənzil gözləyirdi.
    İlk günlər təzə gəlin evdə narahatlıqlar axtarmağa çalışsa da, tezliklə bütün bunları unutdu. Onu unutqan edən isə kişinin məhz onun üçün kitabxanadan seçib gətirdiyi kitablar idi. Beləcə, onlar artıq üç ay idi ki, burda yaşayırdılar. Ev sahibəsinin qapısını bağlayıb açarını özüylə götürdüyü ikiqapılı şkafdan başqa bütünlükdə ev və əşyalar onların ixtiyarındaydı. Təzə gəlin özünü əsl ev xanımı kimi hiss etməkdə haqlıydı. Lakin, onu haqsız çıxaran hadisə çox gecikmədi.
    Bir axşam kişi şəhərin onlara əks istiqamətində yerləşən qəsəbədəki uzaq qohumlarıgilə yas mərasiminə getdi. Axşam olunca avtobusa çata bilmədiyindən orda gecələməyə məcbur olmuşdu. Təzə gəlin şam yeməyini əlində Cek Londonun hekayələr kitabı olaraq təklikdə yeyirdi. Mətbəxlə yataq otağının qapısı üz-üzə idi. Hər iki qapının açıq olması səbəbiylə başını kitabdan qaldırınca yaşıl mələfə sərilmiş yatağı görə bilirdi. Növbəti dəfə başını yuxarı qaldıranda sanki yaşıl mələfəyə kölgə düşdüyünü gördü. Kitab əlindəcə yataq otağına yüyürdü. Otaqda kimsə yox idi. Nəfəsini dərib gülümsəyərək mətbəxə qayıtdı.
    Bir səhər də əlində süpürgə və xəkəndaz hamamdan çıxıb qonaq otağına keçərkən ona elə gəldi ki, şkaf tərəfdən açar şaqqıltısına bənzər səs eşitdi. Əlindəkiləri yerə qoyub ikiəlli şkafın qapısını dartdı. Qapılar möhkəmcə bağlı idi.
    Həmin gün bunları ərinə danışan təzə gəlin öz fərziyyəsini irəli sürməyə də tələsdi:
    -Əzizim, bəlkə, ev sahibəsində də evin açarı var? Gizlincə evə gəlib-gedir?
    -Əgər şübhən varsa, bundan sonra açarı içəri tərəfdən qapıya taxılı vəziyyətdə saxla- deyən kişinin məsələyə etinasız yanaşdığı səsindən hiss olunurdu.
    Qadın ürəyində ərinin bu laqeydliyindən incidiyindən özlüyündə bir daha bu söhbətə qayıtmamağa qərar verdi. Növbəti günlər şkaf çevrilən kitab vərəqləri arxasında qaldı. Lakin, bu, elə də uzun müddət davam etmədi.
    Hava yenicə qaranlıqlaşırdı, elə bil axşam gəlmək istəmirdi. Mətbəxin pəncərəsindən görünən məktəb binasının damı hələ də şüşə parçası kimi rəngdən-rəngə düşərək parıldayırdı. Təzə gəlin bu parıltıya heyran-heyran baxır, düşünürdü: “Görəsən, hansısa rəssam bu parıltını rənglərlə ifadə edə bilərimi?” Elə bu zaman qonaq otağından ehmallı addım səsləri gəlməyə başladı. Qadın bütün diqqətini toplayıb səsə qulaq kəsildi. Sanki, kimsə yavaş-yavaş hamamın qapısına yaxınlaşırdı. Qadın gözlərini bərk-bərk yumub özünü sakitləşdirməyə çalışdı. Fikrində bu cümləni təkrarladı:
    -Mən evdə təkəm! Mən evdə təkəm!
    Hamamdan gələn zəif su şırıltısı onu bu cümləni bir dəfə də ucadan deməyə məcbur etdi. Sanki qışqırırdı:
    -Mən evdə təkəm!
    Lakin, su səsi davamlı olaraq gəlirdi. Qadın qorxudan başını geri çevirib hamamın qapısına baxmağa belə ürək eləmədi. Stolun üstündə gözünə sataşan mobil telefonunu götürüb ərinə zəng vurdu. Ona həyəcanla yalnız bunu deyə bildi:
    -Evdə kimsə var!
    Həmin günün səhəri təzə evlilər bu evlə də sağollaşmalı oldular. Qadın yolboyu başını taksinin pəncərəsinə söykəyib lal-dinməz, gözləri bərəlmiş halda şkafı düşünürdü.
    Dünən axşam ev sahibəsi gəlib şkafı açmışdı, orda iki qadın kürkü və bir dəst bahalı kişi kostyumundan başqa bir şey yox idi. Üstəlik ev sahibəsi açarı olmadığından yarım saatadək qapıda qalmışdı. Bayaq onlar taksiyə yüklərini yığarkən dördüncü mərtəbədəki qonşuya usta gəlmişdi. Sən demə, dünən günortadan qonşunun su kranı bağlanmırmış, ahəstəcə su axıdırmış. Və qadın yalnız indi –indi qorxularını anlamağa başlayırdı. O, çoxuşaqlı ailənin darısqal mənzilində dünyaya gəlmiş, evlənənə qədər də orda yaşamışdı. Əri işdən gələnədək evdəki sükutu dinləmək ona ağır gəlirdi. Beynində qurduğu “filan evdə ruh var”, “evdə kimsə gəzir”, “pəncərədən kimsə keçdi” kimi kiçicik və anlaşılmaz görüntülərin bir adı var idi: Təklik!

    Şəfa Vəli (Gəncə)

  • Şəfa VƏLİYEVA.”Payıza xoş gəldin deyək… ürəyimizdən keçərsə…” (Esse)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Dünya yaranandan insanlar həmişə dörd ünsürü əsas tutub: od, su, hava, torpaq. Sonra illəri dörd fəslə bölüblər: yaz, yay, payız, qış. Evlərimizin də dörd küncü var, ayrıclar da dörd yol arasındadır. Söhbətimiz dörd rəqəmindən başlasa da, əslində, payızdan danışacağıq- üçüncü fəsildən…
    Qarşıdan payız gəlir. Xəzanlar fəsli. Şairlər ayrılıq gününü payıza bənzədir, sevgililərinin xəyanətini payızın günahına yazırlar. Sarı yarpaqların havada uçub-uçub yerə düşməsiylə müqayisə edirlər ümidlərin ölməyini. Sonra hələ bir payıza qəmli, kədərli nəğmələr də qoşurlar. Sanki payız günahkardı sevgili yarın vəfasızlığına, elə ruhu sevgidən, gözü dünyadan doymayanlar da payızdan ibrət alıb.
    Bəxtiyar Vahabzadə “Yağmurdan sonra”nı qələmə alanda payızın təsvrini şeir dili ilə gözəl verib. Amma, “payızda da eşq başlayarmı?”-sualına cavab olaraq “bəli” də deyib.
    Bir payız axşamı yağırdı gur yağış,
    Saplandı könlümə alovlu bir baxış.
    Bəli, baharda da sevgi yaşanır, payızda da. Əsl sevgilər baharın yaşıllığından da, payızın sarı boyasından da ahənglənir, əlvanlıq ala bilir. Payız-təbiətin ağ, məsum donunu sarı ləçəkli çətirləriylə gətirən gözəl… Soyuqqanlı, laqeyd, bir az da dalğın gözəl… Ana təbiətin bu soyuq qızının da gözləri aladır məncə, elə qarışıq rəngləri kimi. Sarı yarpaqlar, boz küləklər, alatoran sabahlar, nəmli axşamlar… Və payız-dünyanın fani, gələnin bir gün gedəcək ehtimalını insanlara xatırladan “dahi”. Baharda açmağa nə var ki, bir gül kimi?! Ya da elə yayda günəşlə sevgidən danışmağa?! Əsas payızla həmahəng gün keçirməkdir, məncə… Bir az da içində ölən ümidlərdən sarıdonlu soyuq gözəlin payına qatmaqdır, çürüyüb torpağa qarışan yarpaqlar kimi.
    Nə isə… Payız gəlir. Eşidilən addım səsləri uzaqda deyil, baxmayaraq ki, uzaq və yaxın həyatın bahar-payız təzadından heç də fərqli deyil. Bəlkə eşələsək elə eyni kateqoriyadan, eyni sinifdəndilər-elmi dildə desək…
    Yaxınlaşır soyuq deyə-deyə kədərindən də, sevincindən də cuşə gəldiyimiz payız. Toylar fəsli… Babalarımız demişkən (onları yad eləməyi borc bilək, düşünüb deyiblər)…
    Gəlin bu payıza ürəkdən “xoş gəldin” deyək… Ürəyimiz istəyirsə…

    Şəfa Vəli (Gəncə)
    19.08.2009

  • Abdulla MƏMMƏD.”Bu sevdanın dərd ələyir ələyi!”

    abdullamuellim

    Bu sevdanın dərd ələyir ələyi,
    Bu ələkdə ələnən mən, qalan sən.
    Allah bilir-nələr çəkir ürəyim,
    Ürəyimi talan etdin, talan sən!

    Uzaq gəzir məndən sənsiz sevincim,
    Ərköyünə dönür yerin ürəkdə.
    Yüyəninə əl atdığım sevincin
    Yoxluğuna dözə bilmir ürək də.

    Ürəyimdə yuva qurdun qüssədən,
    Həsrətindən buludlanır gözlərim.
    Ələdikcə saçlarıma qüssə dən,
    Qan ağlayır sənsiz, sənli sözlərim.

    ÖMÜR demə yaşadığım bu günə,
    Sənsiz, gülüm, tale yolum duman, çən.
    Bu sevdanı salan saldı düyünə,
    Büdrəyən mən ,inciyən sən, uman sən…

    Ayrılığın havasında oynayıb,
    Sənsizliyi ürəyimə salmışam.
    Yaxınlarım elə məni qınayır,
    İki yolun ayrıcında qalmışam.

    Göz yumduğum günlər girir gözümə,
    Sənli günlər bir-bir gəlir gözümdən
    Sənsizliyin ağ olubdur üzümə,
    Sən də yoxsan- hara qaçım özümdən?!

  • Abdulla MƏMMƏD.”Ağlar məni”

    abdullamuellim

    Yağır xatirə yağışı,
    Sənsiz səma ağlar məni.
    Əlindən hara yığışım?
    Həsrət qoyub ağlar məni.

    Yollar gözümə baqlıdır,
    Gözüm dözümə bağlıdır.
    Qapın üzümə bağlıdır…
    Axşam, səhər ağlar məni.

    Ahım gümana bürünüb,
    Güman dumana bürünüb.
    Duman dağlara sürünüb
    Köks ötürər, aglar məni.

    Dağlar dağımdan dağlanar,
    Yolu dumandan bağlanar.
    Mənə ürəkdən bağlanan
    Qismət qoyub ağlar məni.

    Şimşək buludu doğrayar,
    Bulud qəzəbdən ağrıyar.
    Dağlar dözməz bu ağrıya,
    Çay seliylə ağlar məni.

    Zaman donsa, yaş dayansa,
    Ömür yarı yaşda yansa,
    Quru odda yaş da yansa,
    Od diliylə ağlar məni!

    Azərbaycan. Quba.

  • Müzəffər MƏZAHİM.”Xoşbəxt eləməyə gəlmişəm səni”

    mm

    Kövrək xatirəndə qalan izlərim,
    Əbədi həkk olsun ömür yolunda.
    Sənə həsrət qalan yorğun gözlərim,
    İzn ver dincəlsin gül camalında.

    Çıxart xəyalından aşkara məni,
    Bəxtim qoy bəxtinə zəmanət olsun.
    Xoşbəxt eləməyə gəlmişəm səni,
    Ömrün də ömrümə əmanət olsun.

    Eşqinlə çək çıxart ürəyimi, gəl,
    Təkliyin qaranlıq gor quyusundan.
    İllər yolumuzda olmasın əngəl,
    Doğulaq taleyin kor quyusundan.

  • Müzəffər MƏZAHİM.”Yaxşı-yaman arasında”

    mm

    Bir ömürdür yaşayırıq,
    Bəxtlə güman arasında.
    Arzu, ümid daşıyırıq,
    Yazla xəzan arasında.

    Bu dünyanı ha çevirdim.
    Astarı bir, üzü birdir,
    Bir doğmalıq izi gördüm,
    Yerlə insan arasında.

    Mənəviyyat çiçək deyil,
    Hava deyil, çörək deyil,
    Çoxuna heç gərək deyil,
    Dinmə nadan arasında.

    Şir olasan, nər olasan,
    Yenilməyən ər olasan,
    Üyüyərsən zaman-zaman,
    Daş-dəyirman arasında.

    Hər dəli çay Kür deyil ki,
    Hər gizli söz sirr deyil ki,
    Hamı elə bir deyil ki,
    Yaxşı-yaman arasında.

  • Rafiq ODAY.”Vətən”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bəlkə də dünyanın yüz yaşı vardı, –
    İnsanın tamahı ilk daşı yardı.
    Dımdıyin dörd səmtə dən daşıyardı,
    Səni dənliyindən etdilər, Vətən!

    Sanki bir-birinə oxşardı hamı,
    Oğuzdu, Qorquddu, Avşardı hamı,
    Qoynunda şad-xürrəm yaşardı hamı,
    Səni şənliyindən etdilər, Vətən!

    Xoş arzu-niyyətə təməldin onda,
    İnsanlar halal süd əməndi onda,
    Məchul bir riyazi əməldin onda,
    Səni tənliyindən etdilər, Vətən!

    Tanrıya ən yaxın bəndə sən idin,
    Cismdə sən idin, təndə sən idin,
    Özündə özündün, səndə sən idin,
    Səni sənliyindən etdilər, Vətən!

    Yağını öyrədən sanma dəlidi,
    Nə gicdi – minillik fitnə-felidi.
    Şuşa sənin üçün Çənlibel idi,
    Səni çənliyindən etdilər, Vətən!

  • Rafiq ODAY.”GÖZƏL, NƏ GÖZƏL…”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Çarıq geyib, düşdüm yola, gedirəm,
    Heç baxmadan sağa, sola, gedirəm,
    Qırx budaqlı ağac* ola, – gedirəm,
    Altının gölgəsi gözəl, nə gözəl!

    Ozanlar axışıb gələ ardımca,
    Nadanlar baxışıb gülə ardımca,
    Xaqanlar dönələr selə ardımca, –
    Metesi, Bilgəsi gözəl, nə gözəl!

    Sel çəkilə, lax durula qəlblərdə,
    Haqq əliylə baxt qurula qəlblərdə.
    Eşq adında taxt qurula qəlblərdə,
    Əhd-peyman bəlgəsi gözəl, nə gözəl!

    Köksümün altında alışan köz var,
    Hələ yol gözləyən gör neçə söz var,
    Eşqimi bir qıza eylədim izhar,
    Zalımın “bəlkə”si gözəl, nə gözəl!

    Ozanlar axışıb gələ dalımca,
    Nadanlar baxışıb gülə dalımca,
    Xaqanlar dönələr selə dalımca, –
    Təknələrdə kündə ola – öyünək,

    05.09.2016.

    * 4o dil, ləhcə və ya şivədən ibarət Türk dilləri ailəsi nəzərdə tutulur

  • Gənc yazar Kənan Aydınoğlunun şeirləri “Buta” almanaxında işıq üzü görüb

    b

    “Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun şeirləri “Buta” Türk Dünyası Şairlərinin almaxında işıq üzü görüb.
    Qeyd edək ki, bundan öncə gənc yazar Kənan Aydınoğlunun “Odlar yurdu-Azərbaycan” şeiri Azərbaycanın Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı layihə çərçivəsində “Yazıçı” nəşriyyatı tərəfindən işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyasında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Esat ERBİL.”Şan Tarihimiz”

    03

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    Aslımı sorarsan kardeş, aslım Oğuz boyundan,
    İftihar ederim Türküm, soyum Selçuk soyundan,
    Allah bize nasıp etmiş, mertçe Gögtürk huyundan,
    On altı İmperatoru, tarihte kuran biziz,
    Dünya düşmanına karşı, her zaman duran biziz.

    Tarih boyunca Türklere, ne zülümler yaptılar?
    İlmi irfan Medeniyet, hep bizlerden kaptılar,
    Bu Dünyada yazı yoken , civi hattın taptılar,
    Linin kimdir, Potın’de kim, kutsal dava yolumuz?
    Yahüdiden kalan piçler, üstlerinde kolumuz.

    Çektirsinler hep bizlere, acı hasret zülümü,
    Dönmeyiz bu hak yolundan, göstersinler ölümü,
    Müslümaniz hiç dönmeyız, kırsalarda belimi,
    Aslanlarız Allah Allah, deyip durup bakarız,
    Zalimleri, kafirleri, ateş olup yakarız.

    Dünya Türkü bir olacak, tarihi döndeririz,
    Sümer medeniyetini, bir daha kondururuz,
    Yad ayakların kesipte, toprağtan göndeririz,
    Selam olsun Türk boyuna, birliği sağlayalım,
    Kanımız ırkımız birdir, bir yola bağlayalım.

    Turaneline düşman çok, engeller yolumuzda,
    Dostumuz sacedece Trktür, düşman sağ solumuzda,
    Atilla, Oğuzle Mehmmet, güçleri kolumuzda,
    Meydan okurup her kese, Allah’tandır gücümüz,
    Düşmanı rahat koymayız, alacağız öcümüz,

  • “Yaxşı həkim olmağın bir neçə qızıl qaydaları var”

    “Onlar məni cəzalandırmasaydılar mən istənilən nəticəni əldə edə bilməzdim”

    Bu Günkü müsahibim, sənətinə və şəxsiyyətinə dərin hörmətlə yanaşdığım Əbdüllətif Maqsudovdur. Həmişəki kimi həkimin qəbullunda xəstələri vardı. Xəstəni müayinə edib, lazımı təlimatları verdikdən sonra mən Əbdüllətif həkimin kabinetinə daxil oldum və həkimdən müsahibə almaq istədiyimi bildirdim. Çox sağ olsun iş qrafikinin sıx olmasına baxmayaraq müsahibəyə razılıq verdi. İnanıram ki, bu dəfəki müsahibəmiz də olduqca maraqlı alınacaq.

    – Əbdüllətif həkim el həkimi adı qazanıb. Bunun üçün uzun və olduqca çətin bir yol keçib. Çünki bütün həkimləri eyni deyimlə tanımazlar. Bəllidir ki, qazandığınız böyük hörmət və ehtiram, keçdiyiniz çətin və şərəfli yolun çəkdiyiniz əziyyətlərin bəhrəsidir. Yaxşı həkim olmağın sirri nədədir?

    – Yaxşı həkim, yaxşı müəllim və yaxud da digər sahələrdə çalışan insanların yaxşı adını qazanması üçün işinin mütəxəssisi olmaq gərəkdir. Yaxşı həkim olmağın bir neçə qızıl qaydaları var, əvvəla gərək həkim savadlı və məsuliyyətli, düzgün, humanist olsun və ən başlıcası nəfsinə qalib gəlməyi bacaran əsil insani keyfiyyətləri özündə birləşdirən bir şəxs olsun. Həkimin mütəxəssis kimi formalaşması üçün, onun uzun müddət praktik təcrübəyə malik olması vacibdir. Hər bir həkim yaxşı psixoloq olmalıdır. Təcrübədən göründüyü kimi müxtəlif düşüncəli, müxtəlif xarakterli xəstələr müxtəlif problemlərlə, həkimə müraciət edirlər. Xəstələrin içərisində Əqli-ruhi problemlərdən əziyyət çəkənləri də olur. O zaman Həkim xəstənin öz xarakterinə və problemlərinə uyğun onunla davranmağı bacarmalıdır. Necə deyərlər: “Hərə ilə öz dilində danışmağı bacarmalıdır. Bəzən emosional xəstələr olur ki, onlarla da dil tapmalı olursan. Yaxşı həkim vətəninə, xalqına, insanlığa, xidmət etməyi bacarmalıdır.

    – Bildiyim qədər ziyalı bir mühitdə böyümüsünüz.

    -Bəli, 1956-cı ildə İsmayıllı rayonunun Diyallı kəndində ziyalı ailəsində doğulmuşam. Atam Kolxoz sədri işləyirdi, Qardaşlarım, bacılarım da ali təhsillidirlər. Böyük qardaşım Neft-Kimya İnstitutunu bitirib. Kiçik qardaşım Aviasiya akademiyasını bitirib. Dayılarım da Uzun illər Bakı şəhərində yüksək vəzifələrdə çalışıblar. Ailə tərkibimiz də həkimlərdir. Oğlum, gəlinim həkimdirlər.

    – İstədiyiniz ixtisası ala bilərdiniz. Amma həkim oldunuz. Bu sizin uşaq yaşlarından formalaşan arzu və planınız idimi? Yoxsa ki, həkimlik arzusu sizdə hansısa bir zərurətdən yaranıb?

    – Doğrudur dediyiniz kimi istədiyim ixtisasa yiyələnə bilərdim. Çünki orta məktəbi yüksək nəticələrlə bitirmişəm. Bütün qiymətlərim “5” olurdu. Oxuduğum illərdə iki dəfə “4” qiyməti almışam. Və mən bu günə qədər mənə aşağı qiymət yazan müəllimlərimə minnətdaram. Onlar məni az qiymət yazmaqla cəzalandırmasaydılar mən istənilən nəticəni əldə edə bilməzdim. Mənim həkim olmaq hələ uşaq yaşlarından planımda var idi. Ona görə də Yalnız bu ixtisasın dalınca getdim. Qaldı ki, həkimlik arzusu məndə haradan formalaşmağına, kiçik yaşlarımdan Kəndimizdə çalışan Feldşer Əziz həkim vardı. Bizlərdə kiminsə səhhətində əngəl yaranan kimi Əziz həkimə müraciət edirdik. Mən onun xəstələrə necə can yandırdığını gördükcə bu sahəyə olan marağım daha da artdı. Və mən gələcəkdə həkim olacağıma qərar verdiyimdə V-VI siniflərdə oxuyurdum. Həmin vaxtlar Tibb İnstitutuna daxil olmaq çox çətin idi. Mən də 1973-cü ildə Tibb İnstitutuna daxil olmadıqda sənədlərimi Universitetin Biologiya Fakültəsinə verdim və daxil oldum. Lakin Həkim olmaqda qərarlı idim deyə sənədlərimi geri götürdüm. Bir il müddətinə soyuducu zavodunda çalışdım. İnstituta hazırlaşdığım müddətdə bütün xərclərimi öz qazancım ilə idarə edirdim. Növbəti il Allaha şükürlər olsun ki, mən bu çətinlikləri dəf edərək Diyallı kəndindən ilk Həkim statusu alan məzun oldum. Yaxşı bilirsiniz ki, Diyallı təhsildə öz sözünü demiş məkandır. Sinfimizdə oxuyan 25 məzundan 19-u ali məktəbə daxil olmuşdu. Mən özüm təhsil aldığım illərdə Biologiyadan keçirilən I Respublika Olimpiadasında üç dəfə birinci yeri tutmuşam. İşlədiyim illərdə də kənddən 6 nəfər məzunun tibb institutuna hazırlaşıb daxil olmasına köməklik göstərmişəm.

    – Hal-hazırda pedaqoq kimi də fəaliyyət göstərirsiniz. Həkimlik sənəti daha çətin və məsuliyyətlidir, yoxsa ki, müəllimlik peşəsi?

    Bilirsiniz, bütün peşələrin özünəməxsus çətinlikləri, məsuliyyət dərəcəsi, ağırlığı olur. Eləcə də həm həkimlik, həm də ki, müəllimlik sənətləri. Öz işinin peşəkarı olanlar üçün heç bir sahə çətin olmaz. Amma bəllidir ki, peşəkarlıq özü də uzun illərin təcrübəsini tələb edir. Yaxşı həkim insanların fiziki cəhətdən sağlamlığına xidmət edir, sağlam fiziki imkanları olan və gözəl əhval-ruhiyyəsi olan, normal psixoloji durumu olan, xoşbəxt bir cəmiyyət formalaşdırır. Yaxşı müəllim isə insanların psixi, tərbiyəsini təmin edir. Cəmiyyətin savadlı, dünya görüşlü və ruhən sağlam olmasına xidmət edir. Nəticə etibarı ilə hər iki sənətdə çalışan insanlar cəmiyyətin sağlam və firəvan formalaşmasına, xalqın rifahına xidmət edir. Mənim üçün hər iki sənət sevimli və məsuliyyətlidir.

    – İlk təyinatınızı haraya aldınız?

    İlk təyinatımı İsmayıllıya Təcili Tibbi Yardım Məntəqəsinə vermişdilər. Daha sonra Təzəkənddə işlədim. Bu günə qədər qazandığım bütün nəaliyyətlərimin təməli də Təzəkənddən başlandı.
    Bütün arzularımızı reallaşdırmağa nail olmuşuq. Belə ki, insan öz arzularını reallıqlara əsaslandırarsa, yəni düzgün strategiya qurarsa təbii ki, xoş nəticələr əldə edəcəkdir.

    – Siz bir sıra fəxri adlara layiq görülmüsünüz. Aldığınız mükafatları bilmək maraqlı olardı.

    Hamısını saya bilməsəmdə deyə bilərəm ki, mənim gördüyüm işlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Məsələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə “Şəfalı Əllər” diplomuna, “Xalq və Azərbaycan Naminə” Fəxri Diplomu ilə təltif edilmişəm. Həmçinin Rayon İcra Hakimiyyəti və Rayon Səhiyyəsinin də bir neçə fəxri fərman və diplomlarına layiq görülmüşəm. Bütün verilən dəyərlərə görə Dövlətimizin Başçısına, Səhiyyə Nazirliyinə və Rayonumuzun başçısına minnətdarlığımı bildirirəm. Bir həkimin ən böyük uğuru onun humanistliyi, düzgünlüyüdür.

    – Azərbaycanın bu günkü səhiyyə durumunu necə qiymətləndirirsiniz?

    Uzun illərdir ki, səhiyyədə çalışan insan kimi deyə bilərəm ki, Səhiyyəmizin ən möhtəşəm vaxtıdır. İndi Azərbaycan səhiyyəsi yüksək səviyyədə inkişaf edib. Ölkəmizdə ən son tibbi avadanlıqların və peşəkar həkim kontingentinin səyləri nəticəsində dünyanın ən ağır və riskli sayılan açıq əməliyyatlar da artıq ölkəmizdə aparılır. Əvvəllər əhali müayinə və müalicə üçün xaricə üz tuturdusa artıq insanlar öz ölkəsinə müayinə və müalicə olunurlar. Eləcə də bölgələrdə, hətta ən ucqar kəndlərdə belə ən müasir avadanlıqlarla təmin edilmiş həkim məntəqələri xidmət göstərir. Bir sözlə dövlətimiz xalın sağlamlığına olan xidmətləri dəfələrlə artırıb. Səhiyyəmizə Dövlət tərəfindən külli miqdarda vəsait xərclənir. Nəticə etibarı ilə isə İnkişaf etmiş Avropa ölkələri ilə müqayisə olunacaq qədər inkişafımız var.

    – Hərbi komissarlığın həkim kontingentinə rəhbərlik etmək nə dərəcədə çətindir? Bu sahədə çalışan həkimlərin üzərinə hansı məsuliyyət düşür?

    Hərbi Həkim Komissiyasının sədri olmaq böyük məsuliyyətdir. Ekspert komandaya rəhbərlik edən həkim olduqca diqqətli və məsuliyyətli çalışır. Axı biz vətənimizi əsgərlərimizə əmanət edirik. Gərək əsgərlərimizin tam sağlam olmasında əmin olaq. Hərbiyə tam sağlam kadrlar göndərməliyik. O zaman əmin ola bilərik ki, vətənimizin müdafiəsi əmin əllərdədir.

    – Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?

    Hərbi Hazırlığa qədər bir neçə dəfə müayinələr keçiririk, bu zaman məlum olur ki, bütün dünyada olduğu kimi ölkəmizdə də uşaqlar arasında bir sıra xəstliklər geniş yayılıb. Bunlardan Ürək-damar sisteminin xəstəliklərini, qan azlığı xəstəliklərini, cırtdanboyluluq, əsəb-sinir xəstəliklərinin adını çəkmək olar.

    – Cırtanboyluluğun yayılma səbəbləri nədir?

    Tibbdə Talikovo adlanan sindiromdur. Hipofiz vəzinin fukisyasnın pozulmasından yaranan xəstəlikdir. Çəkisi 0,5-0,6 qram olan vəzin düzgün işləyə bilməməsidir.

    – Son zamanlar televiziyalarda peyvəndlə bağlı anti-reklamlar göstərilir. Buna görə də bir çox valideyn övladının peyvənd olunmasını istəmir. Bu nə dərəcədə düzgündür?

    Peyvənd uzun illərin təcrübəsidir. Peyvənd olunmuş insan yenidən həmin xəstəlikdən əziyyət çəkmir. Dövlətimizin peyvəndin proflaktikası ilə bağlı öz qanunları var. Doğrudur peyvəndlərin sayı artıb. Amma gəlin razılaşaq ki, xəstəliklərin də sayı artıb. Peyvənd həmin xəstəliklərdən sığorta vasitəsidir. Uşağın gələcək sağlamlığı üçün bir zəmanətdir.

    – Normal qidalanmaya bir həkim kimi münasibətiniz necədir, idmançı necə qidalanmalıdır?

    Sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq insanın sağlam olmasına zəmin yaradır. Əsəb-sinir sisteminin sakit olması, insanların həyat şəraiti düzgün qurulduqda risk faktorları aradan qalxır.

    – Hansı sualı eşitmək istəyərdiniz?

    Görünür siz bizim sahəni yaxşı bilirsiniz. Suallarınız o qədər əhatəli oldu ki, məncə zəruri olan sualları səsləndirdiniz.

    Sonda Əbdüllətif həkim sizə müsahibəmizə vaxt ayırdığınız üçün dərin minnətdarlığımı bildirirəm. Olduqca çətin və bir o qədər də şərəfli, əsil həyat eşqi verən sənətinizdə sizə daim yüksək zirvələri fəth etməyinizi arzu edirik. Yüksək uğurlarınızı qeyd etmək ümidi ilə, sağ olun. Allah amanında.

    Elnarə Günəş
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • “Şəhzadə Şəmsin sehirli fırçası” Sumqayıtda – FOTO

    Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhzadə Şəmsin sehirli fırçası” adlı sərgi keçirilib. Sərgi Bilik gűnűnə həsr olunub. Qalereyanın rəsm dərnəyinin űzvű olan azyaşlı rəssamın sərgisinin keçirilməsində məqsəd istedadlı körpə fidanlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır. Sərgidə űmumilikdə 15 rəsm, 5 dekorativ tətbiqi sənət işi təqdim olunub. Tədbirdə kiçik rəssamın ailə űzvləri, dostları, Şəhər Mədəniyyət Evinin rəsm dərnəyinin űzvləri iştirak edərək ona dəstək olublar, xoş arzularını çatdırıb, uğurlar diləyiblər.
    Tədbirin sonunda kiçik rəssam fəxri fərmanla təltif olunub. Tədbirdə Şəhər Mədəniyyət Evinin özfəliyyət kollektivinin űzvləri, gənc műğənnilər Zaur Yusifli, Kamil Ağazadənin öz mahnı sovqatları ilə kiçik rəssamı təbrik ediblər.
    Tədbirdə Kamil Ağazadənin rəhbərliyi ilə rəqs qrupunun ifasında şərq ölkələri rəqsləri maraqla qarşılanıb.

    Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti

  • Şabran Mədəniyyət Sarayında “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək

    picture

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Ədəbiyyat-Az.Com-a bildiriblər ki, 2017-ci ilin iyun ayının 8-də saat 15:00-da Şabran Mədəniyyət Sarayında Azərbaycan ədəbiyyatı tarixində qələmə alınan ilk poemanın müəllifi Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunmuş “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirdə media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. Qeyd edə ki, iyun ayının 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə “VI ŞAİRLƏR GÜNÜ” gerçəkləşmişdi.Gerçəkləşən möhtəşəm Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Vaqif Səmədoğlunun əziz xatirəsinə həs olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Beyləqan Mədəniyyət Evində “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək

    picture

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Ədəbiyyat-Az.Com-a bildiriblər ki, 2017-ci ilin iyun ayının 7-də saat 15:00-da Beyləqan Mədəniyyət Evində Mücirəddin Beyləqaninin əziz xatirəsinə həsr olunmuş “VII ŞAİRLƏR GÜNÜ” keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirdə media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. Qeyd edə ki, iyun ayının 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə “VI ŞAİRLƏR GÜNÜ” gerçəkləşmişdi.Gerçəkləşən möhtəşəm Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Vaqif Səmədoğlunun əziz xatirəsinə həs olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • “Buta” kitabının təqdimat mərasiminə həsr edilmiş proqram

    b

    23 Sentyabr 2016-cı il tarixində:

    Xarici ölkələrdan Vətənimizə təşrif gətirmiş Qonaqların Bakı Beynəlxalq Avtovağzalından alınması
    Qonaqların qarşılanması və Oteldə yerləşdirilməsi.
    13:00 Nahar
    14:00 Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət
    15:00 Bakının ən uca nöqtəsi olan Dağüstü Park gəzintisi.
    18:00 “Buta” Kitabının təqdimat mərasimi. (Mərasim Restoranda baş tutacaq və yeməklidir).
    22:00 Qonaqların otelə dönüşü
    24 Sentyabr (09) 2016-cı il
    9:00 Səhər yeməyi
    9:30-da Kitab muzeyi ilə tanışlıq
    Şirvanşahlar muzeyinə səyahət
    İçəri şəhər və Qız qalası ilə tanışlıq
    13:00 Günorta yeməyi
    14:00 Bakı bulvarına səyahət.
    Gəmi ilə Dəniz səyahəti.
    18:00 Axşam yeməyi
    19:00 Şamlı parkda, çay stolu ətrafında şeir dəqiqələri
    25 Sentyabr (09) 2016-cı il
    8:00 Oteldə səhər yeməyi
    8:30 Azərbaycanın tarixi yerlərinə səyahət çərçivəsində – İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəzinti.
    Sazlı-sözlü, musiqili, yeməkli bir səyahət günü
    Axşama otelə dönüş
    26 Sentyabr (09) 2016-cı il
    9:00 Oteldə səhər yeməyi
    10:00 Ticarət mərkəzində sərbəst alış-veriş
    12:00 Qonaqların yola salınma mərasimi

  • “Buta” Almanaxında şeirləri çap olunan şairlər

    b

    “Buta” Almanaxında şeirləri çap olunan şairlər bunlardır:

    Abdulhadi Bay
    Ahmet Ayaz
    Ahmet Sargın
    Alaeddin İkican
    Almara Əhmədova
    Anuar Ömər
    Ağasəf İmran
    Araz Əhmədoğlu
    (Muallim) Ayhan Bingöl
    Aysel Kaya
    Bəhruz İsmayılzadə
    Bekir Yegnidemir
    Bənövşə Daşdili
    Bəsti Bərdəli
    Celil Çınkır – Delibal
    Cemal Ünal
    Dayandur Sevgin
    Dinməz
    Dursun Musayeva
    Elçin Əlizadə
    Ələdddin Təhlə
    Elvin Kəlamsız
    Əmin Hacilu
    Emir Əhmədoğlu
    Ənsar Qaradağlı
    Əziz Muğani
    Fahrettin Alay
    Fazil Bulud
    Fərahim Sadıqov
    Fərzalı Abbasəlioğlu
    Fəxrəddin Ziya
    Firudin Səmədoğlu
    Galim Mutanov
    Göksel Kara
    Gulbahor Sattarov
    Gülhun Ertilav
    Halil Güvenbaş
    Haray Məsud
    Harun Yıldırım
    Hasan Akar
    Hasan Ulusoy
    Hilmi Yazgı
    Huşəng Cəfəri
    İbrahim Coşar
    İbrahim Həbibov
    İlahə Bayandur
    İlhamə Qasımova
    İlqar Türkoğlu
    İqbol Mirzo
    İslam Əzimov
    İslah Qəmbərov
    İsrafil Hüseynov
    Kənan Aydınoğlu
    Kiyan Xiyav
    Malika Salimova
    Mayıl Asiman
    Mehmet Engin
    Mehmet Nacar
    Məmməd Kazım
    Metin Falay
    Mirzəkişi Sabah
    Muazzam İbrahimova
    Muhsin Aksakal
    Munavvara
    Münevver Düver
    Nermin Akkan
    Neşe Cömert
    Oxtay
    Qo‘chqor Norqobil
    Ramiz Qusarçaylı
    Remzi Zengin
    Robert Minnulin
    Rza Talibi
    Sabiha Se¬rin
    Sabir Rüstəmxanlı
    Şahəddin Mahmudov
    Səhər
    Səid Muğanlı
    Sevən
    Solmaz Mərdanqızı
    Solmaz Ur¬mu¬lu
    Sündüs Arslan Akça
    Şemsettin Ağar
    Şərifə Cəfəri
    Tahsin Sedefoğlu
    Ülkü Taşlıova
    Ümid
    Yavuz Sevdai
    Zilolabonu Xoliqova

    Qeyd: Əziz şairlərimiz, Sizin hər birinizi ayrı-ayrılıqda təbrik edirik!

  • Müzəffər MƏZAHİM.”Sazım mənim”

    mm

    Aşıq Ədalət saz çalarkən

    Sədəfə tutdurram səni,
    Sinəmə yatdırram səni,
    Dil-dil oxutduram səni,
    Nəğmələnmiş arzum mənim,
    Qu boğazlı sazım mənim.

    Sən Məcnunun Leylasısan,
    Anamın ilk laylasısan,
    Öz ruhumun balasısan,
    Ömrüm, günüm, yazım mənim,
    Qu boğazlı sazım mənim.

    Sözümün ekiz tayısan,
    Qorqud babamın payısan,
    Əsrlərin harayısan,
    Dünyayla təmasım mənim,
    Qu boğazlı sazım mənim.

    Çaldıqca cövlan eylədin,
    Ötəni yoldan eylədin,
    Hər dərdi yalan eylədin,
    Çağlayan Arazım mənim,
    Qu boğazlı sazım mənim.

    Hər sahil bir üzəngidir,
    Bu vüsal yaman ləngidi,
    Sinəndən qalxan “Cəngi”dir,
    Öndədir Eyvazım mənim,
    Qu boğazlı sazım mənim.

    “Misri” dinəndə dinmisən,
    Köksüm üstə isinmisən,
    Canımmısan, gözümmüsən?
    A şirin avazım mənim,
    Qu boğazlı sazım mənim.

  • Müzəffər MƏZAHİM.”Sazın”

    mm

    Bir həzin yaz axşamı,
    Olduq qonağı sazın.
    Aşığın yanağını,
    Öpdü yanağı sazın.

    Axdı nəğməli sellər,
    Coşduqca coşdu dillər,
    Dedik alışıb tellər,
    Yanar çanağı sazın.

    Bir duyğulu ürəkdir,
    Buluddan da kövrəkdi,
    Bizi tarıma çəkdi,
    Belə sınağı sazın.

    Sığındıq mehrinə biz,
    Dözdük hər “qəhrinə” biz,
    Bələndik sehrinə biz,
    Bu dastan, nağıl sazın.