Blog

  • İbrahim İLYASLI.Şeirlər

     

    SALAM-ƏLEYKÜM
    Ustad Molla Cumaya

    Salam sahibi haqqdı,
    Haqqa Salam-Əleyküm!
    Ədlü-Adil əyləşən
    Taxta Salam-Əleyküm!
    Küllü-aləm bir ola,
    Bir anı əylədəmməz,
    Vaxt bir Allah görküdü,
    Vaxta Salam-Əleyküm!

    Ötəridi hər nə var –
    Dərddi, məzədi, meydi,
    Onu bir bilən bilir-
    Nə yamandı, nə yeydi.
    Göz görür, ağıl kəsir,
    Baxt-yığval ayrı şeydi,
    Həm olan, həm olmayan
    Baxta Salam-Əleyküm!

    Yaz, İbrahim İlyaslı,
    Söylə sözün ilkini,
    Nə zamandı sinəndə
    Bir həqiqət silkini.
    Ustad, bir əməl yıxır
    Könüllərin mülkünü –
    Saxta Əleyküm-Salam,
    Saxta Salam-Əleyküm!

    İNDİ

    Çəkdim qəmini də, nəşəsini də,
    Tükətdim, dünyada bekaram indi.
    Nə qəlbim ağrıyır, nə könlüm gülür,
    Heç nəynən uyuşmur heç haram indi.

    Yamanı, yaxşısı qalsın özünə,
    Hərə qandığını təpsin gözünə.
    Bir də inanmaram adam sözünə,-
    Öz ali-Ağama nökərəm indi.

    Dərviş olamadım, dərvişmisalam,
    Ayıbıma koram, ağlıma lalam.
    Hörülüb hasarım, qurulub qalam,-
    Adım İbrahimə şikaram indi.

    NƏ BİLMİŞDİN…

    Nə baxarsan ağ varağa umudla –
    Görmürsənmi, ilham səndən qaçaqdı?
    Əlin saza, könlün sözə yatmırsa
    Şair qardaş, demək, ruhun naçaqdı.

    Demək, qəlbin qələminlə düz deyil,
    Deyəcəyin sağəməlli söz deyil…
    Görmürsənmi, göylər «hələ döz»- deyir,
    Qanmırsanmı, qara damın alçaqdı?!

    Niyyətini qat gözüyün yaşına,
    Sürt üzünü torpağına, daşına.
    Bir də dolan, beş də hərlən başına,
    Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!

  • İbrahim İLYASLI.Şeirlər

     

    ƏSİRLİKDƏN MƏKTUB

    Məmləkətim,- deməm sənə,
    Məni unudan məmləkət.
    Mən də sənin balanıydım,
    Mənə bax, utan, məmləkət!…

    Yağmalanıb yerin, göyün,-
    Göz dağıdı hər gördüyün.
    Üstü xəcalət örtüyü,
    Altı qızıl-qan məmləkət.

    Harın nəfsinə kündəsən,-
    Səfalətə sürgündəsən.
    Sən məndən betər gündəsən,
    Can, məmləkət… Can, məmləkət!

    MƏN BİR DƏLİ RƏSSAMAM

    Oturub ömrün içində
    Çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb,
    Gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    Faniliyin ətrini.
    Məndən əziz tutan varmı,
    Bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir,
    Mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    Olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    Tufanlar məndən qopur.
    Başıma odlar ələnir,
    Ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    Doğulmamış bir adam.
    Mən şair deyiləm, yavrum,
    Mən bir dəli rəssamam.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Sorgusuz Sualsiz Sevdim

    Sapsarı sonbahar, sararan simam
    Sanadır sitemim sır sevdiceğim
    Soğuktan soğuğa sür sıram sıram
    Serinliklerdeyim sar sevdiceğim

    Sessiz sabahımda sıkıldı sabrım
    Sebilim, sefilim, seherindeyim
    Solgunum sensizken sanki sıfırım
    Sadece seyyarım, seferindeyim.

    Sana sere serpe sevgimi serdim
    Son saltanatını sürsen sevgilim
    Sultansam, sanemsem salınıverdim
    Sığmadı sineye söküldü selim.

    Sevda sofrasında söz sini sini
    Sorgusuz sualsiz sürgünüm sana
    Sızım sızım sızda sende sevgini
    Sunup satır satır söyle sultana

    Sezdim seviyorsun saygın mı saygın
    Salkım saçak sevdan saçılıversin
    Sanadır son sözüm saklanma sakın
    Sobeledim seni sonra seversin.

    06.11.2007

    Vuslat Yok

    Öyle bir rüzgârdı ki yıldırım gibi çarptı
    Bir bahar mevsiminde kara kışa tutuldum
    Geldiğim tüm yolların düzlüğü yoktu sarptı
    Ortada göz önünde bilerek unutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Omuzladığım yükün ne kadarda ağırdı
    Ayrılırken arkamdan gök kükredi bağırdı
    “Bırakıp beni gitme kal, dur ” diye çağırdı
    Buruktum masallarla düşlerle avutuldum.

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Kurşun sözlerin geldi yüreğimi dağladı
    Gül tenden süzüldü yaş karaları bağladı
    O halime gök bile için için ağladı
    Aşkın değirmeninde ıslandım kurutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    11.04.2008

  • Debüt: Orxan ZAMAN (Füzuli).Şeirlər

    images

     

    TƏRCÜMEYİ-HAL

    Orxan Zaman (Əlibəyov Orxan Səfər oğlu) 1992-ci il may ayının 23-də Füzuli rayonunda anadan olub.İlk təhsilini Bakı şəhərindəki 260 saylı orta məktəbdə alıb.2009-cu ildə həmin məktəbi bitirib.2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk qələm təcrübələri olan poeziya örnəklərini hələ yeddinci sinifdə ikən yazmışdır.Gənc ədibin ilk şeirləri “Ədəbiyyat naminə”, “525-ci qəzet”, “Bizim söz”, “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində, “Davamçılar” adlı uşaq antologiyasında, müxtəlif ədəbiyyat portallarında işıq üzü görüb.
    2010-cu illərində Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Kitab aləmi” Nşəriyyat Poliqrafiya Mərkəzi tərəfindən “Sevgi sonatası” adlı ilk şeirlər kitabı işıq üzü gördü.Müəllifin ilk kitabı oxucular tərəfindən yüksək qarşılandı.Hal-hazırda “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı  seçilmişdir.

    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yeriyirəm,
    Bom-boş küçələrin qaranlığında…
    Aram-aram,
    Yağır buz yağışı.
    Həm də necə
    Elə bil bu damlalar mənə pıçıldayır:
    “O, dönəcək, o gələcək”.
    Küçənin boş qalmış səkilərində
    Özümü dənizdən uzaqda qalmış
    balıqçı sanıram.
    Qorxuram,
    Səni təkliyimdə itirib tapmaqdan.
    Səkinin işıq dirəklərindən süzülən
    sarı rəngli işığın parıltısında,
    Sənin qayğılı üzünü görürəm.
    Əllərimi işığa uzadıram,
    Sənə toxuna bilmirəm.
    Bəlkə sənsən deyə baxıram
    Baxdıqca uzanan bu boşluqlara…
    Amma sən deyilsən.
    Hər küçədə, hər tində səni görürəm,
    Amma bilirəm ki, bu küçələr kimi
    mənim də ürəyim boşdur.
    Və bilirəm nə yazıq ki,
    Bu kimsəsiz küçələri, nə də
    mənim içimdəki boşluğu dolduracaq
    bir kimsə yoxdu…

    ***
    Qaranlıq gecə…
    Üç şey:
    Ay, sən, xəyyallar,
    Şirin-şirin duyğular.
    Qapıda qışın qarı,
    Ürəkdə hərarətin,
    Nələr söyləyir mənə,
    Sənsiz yaşamaq çətin.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Amkara).Muhteşem şiirler

     

    Git

    (ÇAPRAZLAMA-GÜLCE EDEBİ AKIMI YENİ NAZIM ÖNERİSİ)

    YORMA kendini boşu boşuna
    Adını bile ANMAYACAĞIM
    Tek bir kelime istemem SORMA
    KANMAYACAĞIM yaptıklarına

    VURMA başını azgın taşlara
    Al mazini de işte kapın GİT
    İki lafınla senorya KURMA
    VAKİT artık çok geç biliyorsun

    AKIN kalmadı kapkara yüzün
    Bir daha sakın karşıma ÇIKMA
    Bana değil ol Allah’a YAKIN
    YIKMA bir daha gönül evimi

    03. 10. 2008

    Gönül Sızım

    (ÜÇGEN-GÜLCE EDEBİ AKIMI YENİ NAZIM ÖNERİSİ)

    Buz
    Gibi
    Kesildim
    Nefes bile
    Alamadım ki
    Seni gördüğüm an
    Damarımda durdu kan
    Sancılandı tek yaram
    Sevmek bana haram
    Gönül sızıma
    Senden sonra
    Yıllarca
    Bastım
    Tuz

    Kör
    Olsun
    Bakarsan
    Demiştin ya
    Bir başkasına
    Bunca sene sonra
    Söyle Allah aşkına
    Neden çıktın karşıma?
    Unutmuştu gözler
    Sönmüştü közler
    Bu gözlerle
    Bak yine
    Közler
    Kor

    03. 10. 2008

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Neden Sorarsın?

    Sen “Beni unuttun mu? ” diye neden sorarsın?
    Kendimi unuturum seni asla unutmam.

    Çölümde yeşertmişken sevda denen filizi
    Sevgi ile büyütür, bakar asla kurutmam.

    Her saniye nabızda can diyerek atarsın
    Esse de bu yüreğe başka sevda tozutmam.

    İlmek ilmek işlese sevda denen tezgâhı
    Senden bir başkasına bil ki asla dokutmam.

    Seni sevmeyenlere bent olup dururum da
    Üzerine beddua kötü sözler okutmam.

    Eş, dost, akrabalarım merhaba deseler de
    Sana uzanır gibi başka bir eli tutmam.

    Leyle, Mecnun’da neymiş sana andım olsun ki
    Bu sevda ateşini mahşere dek soğutmam.

    15.12.2008

    Vuslat Yok

    Öyle bir rüzgârdı ki yıldırım gibi çarptı
    Bir bahar mevsiminde kara kışa tutuldum
    Geldiğim tüm yolların düzlüğü yoktu sarptı
    Ortada göz önünde bilerek unutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Omuzladığım yükün ne kadarda ağırdı
    Ayrılırken arkamdan gök kükredi bağırdı
    “Bırakıp beni gitme kal, dur ” diye çağırdı
    Buruktum masallarla düşlerle avutuldum.

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Kurşun sözlerin geldi yüreğimi dağladı
    Gül tenden süzüldü yaş karaları bağladı
    O halime gök bile için için ağladı
    Aşkın değirmeninde ıslandım kurutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    11.04.2008

  • Debüt: Elmar VÜQARLI (Gəncə).Yeni şeirlər

    e-vuqarli

     

    Elmar Vüqarlı (Elmar Nurəddin oğlu Əliyev) 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. İxtisasca filoloqdur.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu”nda kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
    Əsasən Batıda sufizmin yayılmasını araşdırır.2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir.
    Hal-hazırda Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimidir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Hər şey köhnəlib

    Gözlərimi yumub unuduram incikliyi,
    Bağışlayıram sənə bağışlamaq olmazları…
    Susursan!
    Ürəyin soyudumu nifrətdən?
    İstəyincə geyindinmi qarasını hər şeyin?!
    Əndərdinmi qarğışını sükutun qulağına?
    Bunda təzə nə var ki…
    Olanlar da belədi:
    nə göydəndüşmə, nə yerdənqalxma,
    hər şey tanış, doğma…

    Qara yellər ağı oxuyur pəncərələrdə,
    Gözə dəymir kimsə sakinsiz küçələrdə.
    Qaranlıq, səssizlik çöküb hər yana,
    Taleyim qarışıb sisə, dumana.
    Külək xəzəlləri dağıdır, oynadır, uzaqlara atır.
    Hamı mürgüləyir, hamı yatır.
    Bu tənhalığın ortasında özümü asmaq istəyirəm özümdən.
    Çıxartmaq istəyirəm boz surətimi üzümdən.

    Biganə yalnızlığımdan dağılmış dünyamın əsəbləri,
    intihar həddindəki varlığım
    qaranlıq yoxluğa tələsir.

    Qışqırıram gecəyə, –
    amma tənhalığımı duya bilmir o,
    heç nəyi guya bilmir o.

    Bu payız damı göz yaşları…
    Yenə də mi bu küçəni o baş, bu baş gəzəcəm,
    yenə də mi söyəcəm hər şeyi,
    itirib-tapacam özümü,
    siləcəm əlimin arxası ilə üzümü…
    Yığılıb boğaza həsrətim,
    kirlənib üstüm-başım.
    Boşla göz yaşlarını küləklərə.
    Mən ki şeir yazmıram!
    Mən ki hisslərimi danmıram!
    Gəl evinə dön, əzizim, yuvana..
    Bunlar köhnəlib, çox köhnəlib.
    Hər şey köhnəlib!
    Sən də, mən də köhnəlmişik!

    Xəzərlən qəlbimdə

    Bəyaz gecələrin qoynunda
    sevimli körpələrtək
    əzizlən, oxşan!
    Mürgü yuxulardan süzülüb gələn
    zülmətli işıqsan,
    aydınlan, nurlan!

    Gəl susma,
    gül,
    danış,
    unut hər şeyi,
    Xəzərlən qəlbimdə, ey əziz Neva!
    Xəzan gəncliyimi boğub suyunda
    ağlat gözümdəki donmuş yaşları!
    Axı sən bilirsən –
    Ruhumda boşluğu doldurmaq üçün
    qəlbimdən nəyisə boşaltmalısan,
    ağlat,
    göz yaşlarım qoy yusun onu,
    bu hissin nə adı,
    nə ünvanı var…

    Bu tutqun səmanın altında səssiz
    öpüşək, dərdləşək qərib dost kimi.
    Keçib hər şeyimdən alt-üst dünyamla
    atıram ruhumu sənə daş kimi!
    Xəzərlən qəlbimdə, ey əziz Neva!

    Məndəsən bu səhər

    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…
    Yerdə, göydə – hər yanda
    səni görürəm gözsüz,
    mənimlə danışırsan
    həm kəlməsiz, həm sözsüz.

    İçimdə yollar gedər
    yoluna qovuşmağa,
    ürək atar qəmini
    sonuna qovuşmağa.
    Ey mənim varlığım,
    yoxluğum qidası,
    sevincimin, kədərimin,

    əzabımın, fərəhimin
    Mayası!
    Dünyanı əldən salan
    qanlı müharibələrdən,
    “izm”lərə dolaşmış
    yarıtmaz nitsşelərdən,
    qafamı alt-üst edən
    bayağı nəğmələrdən,
    özünə tərif deyən
    kişicik gədələrdən,
    zəhlətökən, içiboş,
    çürük düşüncələrdən,
    açılması zor olan,
    düyünsüz düyünlərdən
    rahatlıq tapmaq üçün
    üz tutmağa yerim var:
    ora nə çayxana,
    nə bar,
    nə sauna-masajdır;
    nə məsciddir,
    nə kilsə,
    nə də başqa kitabdır!
    Ovunduğum o məkan –
    Sənlə dolu ürəyim!
    Həm varlığın özüdür,
    həm Özüdür ürəyim!
    Quşların cəh-cəhinə,
    burax, qarışsın səsim,
    oxusun əsim-əsim:
    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…

    Amma sən yoxsan

    İlk kəz bu şəhərdəyəm,
    bu şəhər sənin şəhərindir;
    yollarında izlərin,
    səslərində sözlərin,
    havasında nəfəsin var…
    Bu şəhərin hər yerində sən varsan,
    bu şəhər sənin şəhərindir.
    Yanlızlığıma lay-lay deyən
    köhnə qramafon səslənir
    yaxın məhəllələrin dərinliyində,
    yuxuya dalıb bu şəhər
    gecənin mürgüləyən həzinliyində.
    Qulaqlarımda uğuldayan küləklərlə danışır
    xəyallarım,
    sıxır məni həsrət dolu,
    sürgün dolu suallarım.
    Yanaqlarımda yaşlar,
    ürəyimdə illər ağrısı,
    ciyərlərimdə vərəm….
    darmadağın, pərən-pərən
    səni gəzirəm bu şəhərdə,
    amma sən yoxsan!

    Öskürək kimi boğur sənsiz arzular,
    tövşüyən nəfəsim gecəyə, çənə qarışır,
    həsrət mahnısı qoparır ayaqlarım toxunan yollar,
    ürək yoxluğunla necə barışır?!
    Amma sən yoxsan…
    Axı bu görüşə gəlmədin

    son dəfə də olsa, halımı görmək üçün,
    demək mən gecikmişəm mən
    əlvida demək üçün!

    Tablo

    Gözəgörünməz,
    sözəgörünməz
    bir çərçivədəyəm…
    Ayaqlarımın altında
    həyat qarışıq torpaq,
    başımın üzərində
    sonsuzadək uzanan
    boşluqlar,
    düşüncəmdə
    iztirablar…
    Bu tabloya baxıb
    nə sevinir,
    nə də kədərlənirəm,
    nə dəlicəsinə ağlayır,
    nə də gülürəm;
    aldığım təəssüratdan
    bir şeyi bilirəm ki,
    parça-parça
    ölürəm!

    Mələklər qapına təzimə gələr

    Bu dərdli sinəmdə qapında hər gün
    Ahu-zar eylərəm, ya Rəsulullah!
    Dalıb nurundakı rəhmət selinə
    Sevgidən ağlaram, ya Rəsulullah!

    Xəstə könüllərə məlhəm bəxş edən,
    Səninlə aləmi gözəllik sardı.
    Ey xəlq olmuşların ən xeyirlisi,
    Rəhmətin qəməri ikiyə yardı.

    Heyranın olmayan varmı birisi?!
    Gecə də, gündüz də adını söylər.
    İçməkçün qəlbindən kövsər suyunu
    Mələklər qapına təzimə gələr.

    Titrədər yerləri, göyləri səssiz,
    Qəlbimdə çağlayan kədər ağrısı.
    Ruhuma qanad ver, ruhuma ruh ver,
    Odlanar içimdə həsrət yanğısı.

    Sadiq qul-kölənəm, unutma məni,
    Səslərəm, ya Rəsul, səni yaralı.
    Diz çöküb, yalvarıb, şəfaət dilər
    Qarşında vüqarsız yazıq Vüqarlı.

  • Rafiq ODAY.”Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsi.

     

    Salam, Əziz və hörmətli gənc yazarlar!
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı (edebiyyat-az.com) Azərbaycan türkcəsində və Türkiyə türkcəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarları (14-30 yaş arası) “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsinə qoşulmağa dəvət edir.Layihənin Rəhbəri Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Rafiq Odaydır.Layihə iyun ayının 27-dən iyul ayının 27-ə qədər davam edəcək.Layihə çərçivəsində gənc yazarların özkeçmişləri, ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, hekayələri “Möhtəşəm Azərbaycan” qəzetinin səhifələrində dərc olunacaq, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilib facebook sosial şəbəkəsində yayımlanacaq.Layihədə iştirak etmək istəyən gənc yazarlar aşağıda sadalanan bilgilərlə-məlumatlarla bizə müraciət edə bilərlər:

    Gənc yazarlar üçün lazım olan bilgilər:

    1.Özkeçmiş (Tərcümeyi-hal);
    2.Ədəbi-bədii nümunələr, poeziya örnəkləri, məqalələr, hekayələr;
    3.Şəkil (jpg formatda)

    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikraroyon, “Möhtəşəm Azərbaycan” qəzetinin redaksiyası.
    E-mail: office@edebiyyat-az.com
    Elektron orqan: edebiyyat-az.com

  • Rafiq ODAY.Yeni şeirlər

     

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.

    KƏRƏM ET

    Bir gözələ

    Məni kim anlayar de, səndən özgə,
    Dada çağırıram səni, kərəm et.
    Onsuz da vədəsiz qar ələnibdi,
    Artırma saçımda dəni, kərəm et.

    Kim məhkum eylədi bu baxta məni,
    Cismin əsir etdi otaqda məni,
    Bir də kim qaldırar bu taxta məni,
    Gəl salma taxtımdan məni, kərəm et.

    Qəsdləmi canıma qəsd eyləyirsən,
    Yoxsa iradəmi test eyləyirsən?!
    Bircə baxışınla məst eyləyirsən,
    Sarırsan ömrümə çəni, kərəm et.

    Baxmırsan şöhrətə, ada yaxırsan,
    Baxmırsan doğmaya, yada yaxırsan,
    Sanki bilə-bilə oda yaxırsan,
    Ruhdan ayırırsan təni, kərəm et.

    Gün boyu gör neçə dərd məndən keçir,
    Toplu məndən keçir, fərd məndən keçir,
    Bir az da sevgini qat – məndən keçir,
    Bu qədər çətindi yəni? – kərəm et!

  • Məhəbbət KƏLBƏCƏRLİ.Həyatı və Yaradıcılığı

     

    Tərcümeyi-hal
    Məmmədov Məhəbbət Şamil oğlu 1957-ci il oktyabr ayının 7-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur.1976-cı ildə Zar kənd orta məktəbini bitirmişdir.1985-ci ildə Gəncə Dövlət Univeristetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin Univeristeti bitirmişdir.1987-ci ildə Zəylik kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.1993-cü ildə məlum Kəlbəcər hadisələrinə görə Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşaraq Kəlbəcər rayon 60 saylı orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuş.
    2004-cü ildə Şəmkir rayonuna köçdüyünə görə, Kəlbəcər rayon 74 saylı əsas məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.
    2009-cu ilin sentyabr ayında Şəmkir rayonun “Varlı həyat” kəndində yerləşən Kəlbəcər rayon 96 saylı əsas məktəbinə direktor təyin olunmuşdur.
    On səkkiz yaşından etibarən şer yazmağa başlamış, şeirləri Respublikanın müəyyən qəzet və jurnallarında dərc olunmuşdur. İlk kitabı “Qürbətdə qalan dağlar” (1999), ikinci kitabı “Xallı təcnisim” (2008) , üçüncü kitabı “Tər bənövşəm sorma məni” (2010) dördüncü kitabı “Mən ki şair deyildim” (2012)-də çap olunmuşdur.Hal-hazırda şairin bir kitabıda Cənubi Azərbaycanda Təbriz şəhərində çapa hazırlanır.2008-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.İki oğlu var ikisi də ali təhsillidir.

    Elman Tovuza
    Vətən deyəndə

    Elman Tovuz üryimin bir dərin,
    Yarası göynəyir Vətən deyndə.
    Oqədər ox dəyib bilmir ürəyim,
    Harası göynəyir vətən deyndə.

    Dadı qaçıb söhbətimin, sözümün,
    Dözümüdə tüknibdi dözümün.
    Qana dönüb qarsında gözümün,
    Qara su göynəyir Vətən deyndə.

    Durmuşam önündə dərdin,əlmin,
    Çarəsi hardadı görən bu qəmin?
    Əlimdə nazilib sınan qələmin,
    Parası göynəyir Vətən deyəndə.

    Səxavət zirvədən baxan şəhidin,
    Əbədi günş tək doğan şəhidin.
    Qanı o torpağa axan şəhidin,
    Anası göynəyir Vətən deyəndə..

     

     

  • Nemət TAHİR QARAXANLI.Yeni şeirlər

     

    ANA

    Sökülməzdi dan yeri
    Açılmazdı heç səhər
    O şirin laylaların
    Olmasaydı gecələr
    Mən dünyaya gəlməmiş
    Tanıdıb bir mələyi
    Mənə əmr etdi Xudam
    Anacan söyləməyi
    Saçmasaydı Günəş nur
    Itərdi zülmətdə Ay
    Ana,sən bir Günəşsən
    Mən sənə nisbətdə A

    * * *

    Daha məni heç nə təəccübləndirmir.
    Daha mənə heç nə qeyri-adi gəlmir.
    Fikirlərim dar beynimə,
    Hisslərim qafiyəyə,
    Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.
    Sıxılıram, boğuluram..
    “Haqqa” doğru yol gedirəm,
    “Həqiqət”i özləyirəm
    Tamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.
    Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəm
    Mən, keçmişindən xəbərsiz,
    Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,
    Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəm
    Atası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəm
    Hər şeyin nəfsinə qurban verən
    əsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.
    Əsirlikdə təhqir olan qadınların ismətiyəm.
    “Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.
    Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdam
    Tamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmış
    Boz qurdam.
    Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?
    …yox!yox!Deyəsən,elə mən ölmüşəm..
    Ağzımdan çıxaraq havada iz buraxan,
    Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür

    İÇİMDƏN KEÇƏNLƏR

    İçimdən keçənlər…
    Nifrətin əli ilə,şərin özü ilə
    Boynunu vurmuşam parlaq günəşin
    Kainat mat qalıb özü-özlüyündə
    Məni illər boyu uşaq kimi aldadan
    Xoş gələcək arzusu ilə yaşadan
    Yalançı,fırıldaq ümidlərimi qəlbimdən
    qoparıb bir-bir boynunu vurdum edam kötüyündə.
    Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı
    Hamısın yığıb bir yerə onları dəfn elədim
    Keçmişimin dərinliyində…
    Şaxtalı bir qış gecəsi,vaxt dayanıb
    Göydə ay,uduzla da donub…
    Bu sükutu bircə pozan
    Döyünən,arsız ürəyimdi.
    Bircə anda dayanmayan xəyallarım,diləyimdi
    …Yaşamıram,mən yoxam,mən yoxluğam
    Bir günahkar ruh sürünür can yerinə
    Tikə-tikə doğrasanda heç nə çıxmaz
    Damarımda nifrət dolanır qan yerinə
    Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı…
    Söz deməyə haqqım,yaşamağa yerim yox…
    Aslı qaldım mən göylərin ətəyində

    TÜRKƏM DEYƏNƏ

    Türkəm deyə…
    Pəncərədən düşən günəş
    Elə bil ki,buz bağlayıb.
    İsitməyir könlümü…
    Qarabağda ruhum əsir
    Savalandan külək əsir
    İçimdə boz qurd ulayır…
    Əllerim açılıb göyə
    Taleyim bürünüb göyə
    Tək günahım-Türkəm deyə
    Yasaq edildi Ana dilim
    Qurudulur Urmu gölüm

    YAŞAMAQ BƏHANƏSİ

    Yaşamaq bəhanəsi
    Yaşamaq üçün gərək bu cəmiyyətin
    ritmini tutasan
    Kimliyini,məqsədini unudasan
    Bunların dilində danışasan…
    Yox,mən bu hünərin sahibi deyiləm,bacarmaram
    Ümid edirəm ədalət tərəzisi qurular.
    Kənardan mənə baxıb ,qəhqəhə çəkən ümidlərim.
    Əlacım olsa, içimdən birdəfəlik qovaram sizi
    Əlacım olsa, bir qaşıq suda yox,göz yaşlarımda boğaram sizi
    Önümdə uzun bir tunel.
    Nə işıq görünür, nə qatar gəlir
    İrəli gedim getməyim tərəddütdəyəm
    Yenə ümidlərim irəli səsləyir
    Bu tunelin sonunda məni
    Ya həqiqət,ya ölüm gözləyir
    Yox!ölmək olmaz!
    Axı bir yanda sevdiklərim var
    Digər yanda intiharı günah sayan Tanrım
    Aha! Deyəsən, yaşamağa bəhanə tapdım..

    XATİRƏLƏR

    Xatirələr…
    Sənsizlik,tənhalıq sıxanda məni
    Arzular,ümidlər dayağım olur
    Mən haçan darıxsam,səninlə bağlı
    Şirin xatirələr qonağım olur
    Həsrət fırtınası azdırsa məni
    O ulduz gözlərin mayağım olur
    Mən eşq dənizində üzən bir gəni
    Qolların limantək sığnağım olur

    * * *

    Qorxu – nə isə itirmək hissi…
    Kimisi can itkisindən
    Kimisi mal itkisindən
    Kimisi vəzifə itkisindən
    Qorxar,susar kölələşər
    Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər
    İnsan da insanlığın itirməyə yaman qorxar
    Dan danışar,sonra isə qan qusar….
    Yuxu-ruhun azad olduğu an…
    Daş üstündə daş kimi yatan da var
    Yatağında ilan kimi qığrılan da var
    Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var
    Qula çevrilmiş ruhlar,istəməsə də bu “canları”daşımağa məhkumdurlar
    Ruhlara bu cəzanı niyə vermiş Allah?
    Görən bunların hansı günahı var?…
    Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
    Yaradana sevgi
    Valideynlərə sevgi
    Vətənə sevgi
    Qadına sevgi
    Vəzifəyə sevgi
    Var -dövlətə sevgi…
    Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
    Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
    Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq,
    Azadlıq !Azadlıq! Azadlıq!!!

    Almaz İldırımın”Məlum bir zamanda,məhkum bir eldə
    Allahım nə ücün şair doğuldum?”
    şerinə cavab yazmışam bu şeiri….

    “Xalq düşməni” deyib təqib etdilər
    Nələr çəkmədi ki,bəlalı başı?
    Dərdini söylədi Araza,Kürə
    Xəzərə yetişdi qanlı göz yaşı

    Dedi;”dəfn edərsiniz üzü vətənə”
    Onun Kəbəsi idi hər vətən daşı
    Adıtək ruhu da qalxdı göylərə
    Qürbətdə gömdülər bir Vətəndaşı

    O Yanvar gecesi qan dənizində
    Əliyalın xalqımla birgə boğuldum
    Arxalı köpəklər cumdu elimə
    Mən də sənin kimi yurdan qovuldum

    Şəhidlər can verib aldı hüriyyət
    Onların ruhutək mən azad oldum
    Azad məmləkətdə,azad bir eldə
    Allahım nə yaxşı şair doğuldum!!!

  • Nemət Tahir QARAXANLI.Yeni şeir

     

    DƏRDLƏRİMİ YAZMIŞAM BUZ ÜSTÜNƏ

    Ümidlər qəbiristanlığıdır sanki
    Daş kimi soyuyub mənim ürəyim.
    Oxa dönmüş başdaşları dəlir sinəmi…
    İnsanlığa həsrət…Vətənə həsrət…
    Azadlığa həsrət… kəfənə həsrət
    diri ikən ölülərik biz…
    nəfəsim içimdə boğulur
    göz yaşlarım yanağımda quruyur
    Dodaqlarım çat-çat olub
    Suya həsrət torpaq kimi…
    Dərdlərimi yazışam buz üstünə
    Gözləyirəm günəşin doğmağını.
    Azalıb inancım,Taqətdən düşmüşəm.
    Zəifləyib əqidəm,odum-alovum,
    təkcə yanır varlığım.
    Nefti qurtarmış,piltəsi közərən çıraq kimi…

  • Hüseyn Arifin arxivindən şeirlər.Eksklüziv

    10335726_630733263662185_1590584312_n

     

    Tələsmə

    Baxıb sola, baxıb sağa
    Tər qoxulu bağça-bağa
    -Vaxtıdır!-deyə açılmağa
    Tələsmə, ay gül, tələsmə!

    Çən-çiskin versə də ara
    Azmı tutulmuşuq qara
    Bel bağlayıb ilk bahara
    Tələsmə, bülbül, tələsmə.

    Çat haraya, yet köməyə,
    Qoyma namərd mərdi əyə.
    Bir sözlə dostdan dönməyə
    Tələsmə, könül, tələsmə.

    Oldu

    Xəyal zirvələrə səslədi məni,
    Torpaqda əzilən dizlərim oldu.
    Alanda üstümü dağların çəni,
    Donub buz bağlayan izlərim oldu.

    Bilmirəm həyatda kimə neylədim,
    Ağlıma gələni aşkar söylədim.
    Yaxını özümdən uzaq eylədim,
    Günahkar günahsız sözlərim oldu.

    Hüseyn Arifəm, saçlarımda dən,
    Bir tərəfim bulud, bir tərəfim çən.
    İçim qan ağladı gördüklərimdən,
    Könlümün düşməni gözlərim oldu.

    Daş üzəngi

    Dağlara getmişdim,
    ulu dağlara.
    Buludlar başımın üstündən aşdı.
    Qayalar qoynunda elə bu ara
    Bir daş üzəngiyə gözüm sataşdı.

    Qədim daş üzəngi…
    Seyr et bir anlıq-
    Onda qoç Koroğlu, Babək zəhmi var.
    Bir canlı tarixdi hər qəhrəmanlıq
    Əsrdən-əsrə qalır yadigar.

    Xəyal haralara apardı məni,
    Yadlar yurdumuza çox bostan əkib.
    Köhlənlər belində ərlər çəkəni,
    Üzəngilər çəkib, yəhərlər çəkib.

    Ürək daşa dönər, demişlər bunu
    Müsibət ucundan, möhnət üzündən.
    Dəmirin dəyişib daş olduğunu
    İlk dəfə görürəm gözlərimlə mən.

    Çoxdur möcüzəsi dövrün, həyatın
    Nə qəribə hikmət, nə qəribə sirr.
    O bəlkə Qır atın, bəlkə Dür atın
    Bəlkə Ərəb atın nişanəsidir…

    Suallar, sorğular beynimdə min-min,
    Aşıq da qarşımda keçir “Cəngi”yə.
    Nə deyim, bəlkə də Ərəbzənginin
    Ayaqları dəyib bu üzəngiyə.

    Nəsillər alovdan, alovdan keçiblər,
    Bir ordu məhv olub bir çathaçatda.
    Bəlkə də Babəki boğanda qəhər
    Dəmir daşa dönüb ayağı altda.

    Daşın daş dözümü, daşın daş ömrü,
    Nə qədər köksünü irəli gərmiş.
    Yüz dağa, düyünə dözməkdən ötrü
    Dəmir də bərkiyib başa dönərmiş.

    Üzümüz nə vaxtdan nə vaxta çatır
    Şimşək nərəsi var haqqın səsində.
    Hələ cilid-cilid kitablar yatır
    Dağlar muzeyinin xəzinəsində.

     

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏHƏBBƏT

    Bu qoca dünyada biztək insana
    Ömür verib yaşadandır məhəbbət.
    Bu qoca dünyada qıza, oğlana
    Əmrin verib aldadandır, məhəbbət.

    Can, can deyib çağıran o dillərin,
    Şux qaməti qucaqlayan əllərin,
    Ətir saçan gözəl-göyçək güllərin,
    Təsirindən yaranandır, məhəbbət.

    Bəzən sevindirib, bəzən ağladan,
    Ürək qapısını üzə bağlayan,
    Sevənləri xəyallara daldıran,
    Ağılı başdan alandır, məhəbbət.

    BİRCƏ SƏN YOXSAN, ƏZİZİM

    Gözəl bir qış axşamında,
    Oturmuşam otağımda,
    Siqaret də damağımda,
    Bircə sən yoxsan, əzizim.

    Yazan qələm, coşan ilham
    Mənimlədir indi, bu an.
    Otağı bürüyüb duman,
    Bircə sən yoxsan, əzizim.

    Bu axşamın qonağıdır
    Divardan asılan rəsmin.
    Bir də oxunan ağıdır,
    Bircə sən yoxsan, əzizim.

    Gedişinlə izin qaldı,
    Baxışınla gözün qaldı,
    Bir də quru sözün qaldı,
    Bircə sən yoxsan, əzizim.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    GÜL FİDANI
    Gül fidanı, bəxtimin gülüsən sən,
    Nə tez mehin ətrilə soldun belə?
    Hey nazlanıb, ağlayıb, gülürsən sən,
    Nəğmələr olub düşdün dildən-dilə.

    Gül fidanı, ətirli bir çiçəksən,
    Eşq bağımda birdənəsən, sən təksən.
    Yağışam, ruhuna qidayam, gülüm,
    Bil, həsrətindən döyünən ürəksən,

    Gül fidanı, adın kimi gözəlsən,
    Gül bir yana, qadın kimi gözəlsən.
    Həbibi, hər an şad ol gözəllikdən,
    Fidanım, sən də gül kimi gözəlsən.

     

    SƏN MƏNİM ÜÇÜN…

    (Mənsur şeir)

    Sən mənim üçün tələbəlik illərindən bir xatirə…
    Sən mənim üçün saf-səmimi, ülvi məhəbbət…
    Sən mənim üçün yazdığım cavabsız mesajlar…
    Sən mənim üçün “Gül fidanı…”
    Sən mənim üçün qısa metrajlı bir film…
    Sən mənim üçün telefon zəngi…
    Sən mənim üçün gələcək can yoldaşı…
    Sən mənim üçün gələcək iş yoldaşı…
    Sən mənim üçün gələcək səfər yoldaşı…
    Sən mənim üçün sonda ayrılıq payı…
    Sən mənim üçün sonda dərd dağı…
    Sən mənim üçün həsrətdən ağlayan göz yaşı…
    Sən mənim üçün tufanlı bir dəniz…
    Sən mənim üçün ürəyin son nəbzi!

  • “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı” keçiriləcək

     

    Zamanı, həvəsi olan bütün dostlarım çağrılıdır:

    Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Türk dünyası gənc yazarların Bakı toplantısı” layihəsi çərçivəsində “Dünya Gənc Türk Yazarlar Birliyi-15: ödül törəni və Türk dünyası şeir şöləni” düzənlənəcək.2013-cü il iyul ayının 1-də Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 17:00-da gerçəkləşəcək.

    Həmin layihədə iştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

     

    Azərbaycan Respublikası, Bakı şəhəri, Səbayel r., R.Behbudov küçəsi,12 BAKI AZ1000

     

    Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanları

    www.dgtyb.org, www.bizimyazi.com

    Dünya Gənc Türk Yazarlar Birliyinin elektron poçtları

    dgtyb@box.az, yazar55@rambler.ru

  • Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti hesabat-seçki qurultayı keçiriləcək

     

    Diqqət!

    Sayğılı Dünya Gənc Türk Yazarlar Birliyi ( DGTYB) üzvləri və təəsübkeşləri!

    2013-cü il iyul ayının 2-də Bakı şəhərində Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti hesabat-seçki qurultayı keçiriləcək.Əgər sizlərdən indiyədək nümayəndə ( yaxud müşahidəçi) olması barədə bilgi əldə etməmişlər varsa, bu qurultayda iştirak etmək istəyirsinizsə, lütfən, dgtyb@box.az; yazar55@rambler.ru elektron poçtları vasitəsilə bizimlə əlaqə yaradıb, istəyinizi bildirin.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Sevgimsin(GÜLCE-BULUŞMA)

    Ey gurup vaktinin hazin güneşi
    Sevdamın üstüne batma ne olur
    Karşımda dururken gönlümün eşi
    Derdime ayrılık katma ne olur

    Ey sevgili;
    Sevgi sözcüğünün ifadesi nedir?
    Dendiğinde
    Seni gösteresim geliyor.
    Ben seni gelmiş geçmiş zamanlara inat
    Sen yokken bile sevdim.
    Boncuk gözlerinden akan yaşlarda,
    Hayalime dolup taşarken sevdim seni.
    Kara gecelerime inat,
    Günümü aydınlatan seher vaktiydin.
    Kara bulutlara inat,
    Bereketini veren yağmur damlalarında sevdim seni.
    Okyanuslardaki her bir su damlası
    Sevgimin ifadesidir benliğimde…

    Gittiğin o gün var ya
    Aldığın güller boynunu büktü
    Kalbimse yerinden sanki söküktü
    Hasta bedenimse ezik döküktü

    Med cezirler yaşadım kimi zaman
    Kimi zaman hayal denizinde sarhoş oldum.
    Ben seni ta ki Kal-ü belâdan beri
    Ta ki karşıma çıkana kadar
    Sen olduğunu bilmeden sevdim.
    Bil ki sevgili;
    Gözlerin gözlerime tek damgası vurdu
    Yaman yurdu bu gönül zamanı sana kurdu.

    Bitti

    Yanlış zamanlarımda, farklı duygularımla
    Aşk kibritti…

    Mıknatıs sevdamızsa; birbirini kuvvetle
    Hızlı itti…

    Camdaki düşlerimin üzerine su tuttum
    Aktı gitti…

    Anla beni gönlümde ayırdığım bu yerin
    Şimdi bitti…

    9.02.2008

  • Təranə NAZİMQIZI.”Mənim vicdanım qələmimə qara ləkə deyil…..!” (Məqalə).

    MƏNİM VİCDANIM  QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..! 

    Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə   sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin  yaxşı heçnə görmür ki, yaxşıdan  yazasan, niyə həmişə fikirlərin iradlı olur?  Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN mənə verdiyi töhfədir. Qələmimlə TANRININ mənə verdiyi saf vicdan  üst – üstə düşdüyündən, özümə əmin olan dürüst  jurnalist kimi yalnız gördüklərimi yazıram. Əlbəttə, mənim də hamı kimi iki gözüm var, fərqli olan budur ki, mənim vicdanımın gözü itidir.  Sadə bir misal, evdən səhər işə getmək üçün çıxıram. İlk olaraq gözlərim  yerə sataşanda gördüyüm ayaqlar altına tökülmüş zir-zibillə yanaşı mədəniyyətsiz insanların( bəlkə də xəstə) yerdəki tüpürcəkləri olur. İnanın dediklərimi görməmək üçün ayağımın altına baxmadığımdan dəfələrlə yıxılmaqdan qurtarmışam.  Sizcə, bu mənzərə insanda hansı təəssuratı  yaradar? Ani olaraq vərəmli xəstələr göz önünə gəlir və istər – istəməz düşünürsən, bəlkə yerə tüpürən  insanlar virus daşıyıcısıdır? Əgər belədirsə onların yerə tüpürüb insanları ürəkbulandıran vəziyyətə salması hansı məntiqə uyğun gəlir? ( Məni qınamayın, gördüyüm mənzərə belə düşünməyə əsas verir) Xəstə olmaq heç də qəbahət deyil. Allah dərd də verib, dərman da.  Niyə bəzi xain xislətli  insanlar düşünürlər ki, mən xəstəyəmsə hamı xəstə olmalıdır. Axı gördüklərim bir jurnalist kimi məndə belə təsurat yaratmaya bilməz. Bu ürək bulandıran görüntülər bir yana qalsın, bir az  getməmiş dəfələrlə eyni yerdə yol təmiri adı ilə  qazılıb yarı – yarımçıq  doldurulmamış çala – çuxurla rastlaşmalı oluram. İş yerinə  çatana kimi bu və ya digər gördüyüm mənzərələrin sayını artırmaq mümkündür. Marşrutdan istifadə zamanı sürücülərin məsuliyyətsizliyindən gözlənilməz yol qəzalarının şahidi olmuşam. Artıq bu kimi  olaylar gündəlik həyatımızla eynilik təşkil edir, hətta deyərdim alışmışıq da…! Həyatda göz çıxaran və ürək ağrıdan dəfələrlə rast gəldiyim mənzərədən  biri də, dilənçilərdən fərqli olaraq, bir loxma çörək üçün ona – buna əl açan hicablı xanım  da görmüşəm. Bu yerdə hicablı jurnalist əlinə qələm götürməsin neyləsin? Necə gördüyünü qələmə almasın? Necə rast gəldiyinə irad bildirməsin? Beləsi mənim də qarşıma çıxıb, cavan qız uşağı idi, gələn maşınların qarşısına çıxıb pul üçün sürücülərə əl açırdı. İNSANLIĞI olan  bu qızın əlini boş qaytarmırdı, lakin eləsi olurdu qızı ələ salırdı.  Mən özüm hicablı olduğumdan şahidi olduğum hadisə  mənə çox ağır təsir bağışladı. Sanki bir anlığa özümü onun yerində hiss etdim. Bütün bu olanlar İSLAM dininə həqarət deyilmi? Əlbəttə bu yerdə mən özümü saxlaya bilməzdim. Xanımın qarşısına çıxıb nə etdiyinin fərqində olduğunu  israrla  xəbər aldım və onu başa salmağa çalışdım ki, sənin etdiklərin dinimizə ziddir. Səni nə vadar edir ki, bu yola düşmüsən? Cavabı çox qısa oldu:” Anam xəstədir onu yaşatmaq üçün dilənməyə  məcburam, çünki mənim heç yerdən gəlir yerim yoxdur. Təhsilim də yoxdur ki, özümə başqa iş tapım.Restoran kafedə işə düzəlmək istəmişəm, mənə irad tutublar ki,   “vid – fasonun” yoxdur. Mən qaragün  heç vaxt ağ gün görmədiyimdən, allah verənləri də itirmişəm. Nə edim, ALLAHIN verdiyi budur, həyatın amansız burulğanında çabalayıram” Mən onu başa düşüb ürəyim ağrısa da, anlatmağa çalışdım ki, sənin dediklərin əsas deyil. Sənin əlin sağ, ayağın sağ, get  özünə başqa iş tap, İSLAMİ dəyərlərə, bir halda özün də hicablısan, mömin bacıların adına  ləkə gətirmə! İSLAMI haqqilə yaşayan hər kəs dinimizin qanunlarına  boyun əyməlidir!   Xanım məni başa düşdüyünü dedi və çox peşman oldu. Mən isə o gündən sonra həmin qızı oralarda görmədim. Mənim düşünçələrimə irad tutanlar mənə cavab verin! Mən  şahid olduğum  cəmiyyətin qara ləkəsinə  necə ağ deyim? Mənim vicdanım heç vaxt yol verməz ki, qaraya ağ deyim. Nə olsun ki, söz, mətbuat azaddır. Bəs vicdan, odamı azaddır? Vicdanlı  jurnalist qələmin  təsir qüvvəsidir. Siz də  heç  şübhə yaranmasın ki,  mən yaxşı  gördüklərimi tamamilə inkar edirəm. ƏSLA! Mən də bu dövlətin vətəndaşıyam. Vətəndaş olaraq fəxr edirəm mənim dövlətim var, bayrağımız böyük dövlətlərin bayraqları sirasındadır. Öyünüləsi çox işlərimiz var. Lakin elə acı həqiqətlər var ki, heç dilə gətiriləsi deyil. Ancaq hər şeyə rəğmən fəxr edək ki,  yer üzündə millət olaraq varıq və bizi AZƏRBAYCANLI kimi tanıyırlar. Olanlarımıza yalnız  şükr etmək lazımdır. Zərurətdən dolayı  onu  nəzərə almaq lazımdır ki, kölgəli görüntülərə vicdanlı jurnalist aydınlıq gətirməlidir. Məndən ötdü, qardaşıma dəysin deyib hadisələrə göz yummaq  mümkün deyil! Mən necə görməyim, eşitməyim atalar – analar qız uşaqlarınnın bir ailədə çox olmasını arzulamır və  dünyaya gəlişini özünə utanc bilir.( Axı bizim nə qədər utanılası işlərimiz var), necə qələmə almayım, böyük – kiçik tanınmır  istirahət üçün salınan bulvar və parklarda mənəviyyatsızlıq baş alıb gedir, dövlətin xalq üçün verdiyi zəruri  qanunlar kağız üzərində qalır, insanların maddi – rifah halı ilə yanaşı sağlamlığı qənaətbəxş deyil, həkimlərin özbaşınalığı dözülməz səviyyədədir, hansı birindən söz açım, hansı birinə göz yumum? Sizlər də gördüklərinizə mənim kimi yanaşsanız  vətəndaş olaraq mənə  irad tutmazsınız. Bizlərin hər anı, hər dəqiqəsi bir tarixdir. Tarix  isə həmişə arxada qalır ki, geriyə baxanda nələrsə yadımıza düşsün. Hər dövlətin  yaxşı və pis işləri  tarixin yaddaşına hopur. Bəzən mən də öz-özümə sual edirəm “ Doğrudanmı mənim qarşıma yaxşı heçnə çıxmır yaxud mən zorla nə isə düzüb- qoşuram.” VALLAH səmimiyyətimə inanın, mən də hər şeyi gözəl görmək istərdim. Əlbəttə mən də, pisləri  yaxşı kimi  görə bilsəydim mənəvi əzab çəkməzdim. Cəmiyyət o qədər kölgəyə bürünüb ki, reallığı görmək mümkün deyil. Yalnız sözündə qələmində dürüst, cəsarətli,  diqqətli jurnalist  gözünə görünən  kölgələri  reallığa çevirə bilər. Bu qara kölgələr  səni nəinki çöldə, bayırda hətta evdə oturduğun zaman da, yaxalayır. Bu yaxında evin pəncərəsindən baxanda şahid olduğum bir hadisəni sizlərlə bölüşüm. Bu mənzərə mən yuxarı mərtəbədə yaşadığımdan, daha aydın seçilirdi. Binaların arasında  bəzən maşınlar qarşı – qarşıya çıxır, sürücülük mədəniyyəti olanlar  biri -digərinə yol verir. Bir dəfə həyətdən cürbəcür səslər gəldiyini eşitdim. Pəncərəyə yaxınlaşanda iki xarici avtomobilin üz-üzə dayandığının şahidi oldum?  Biri digərinə yol vermək istəmirdi. Baxdım ki, sürücülər hər  ikisi orta yaşlıdır. Binaların sakinləri səsə yığılmışdı. Biri deyir əvvəl mən keçəcəm, o biri deyir yox  mən. Xülasə bu sürücülər tərs keçi kimi burun – buruna dayanmışdılar.Hər iki avtomobilin sürücüləri başa düşmək istəmirdi ki, yolu kəsdiklərindən arxalarında yöluna davam etmək üçün çoxlu sayda avtomobil növbəyə durub, bir sözlə aləm bir – birinə dəymişdi. Heç kim onları ipə- sapa yatıra billmirdi. Nəhayət, məsələyə polis qarışdıqdan sonra işlər yoluna düşdü. Siz deyin, belə məsələyə jurnalist necə fikir bildirməsin? Bu mənzərəyə qocalı – cavanlı hamı baxırdı. Bizim gənc nəsil bu gördüklərindən hansı ibrəti götürsün? Həyatda bu kimi olaylara çox tez – tez rast gəlmək mümkündür. Görən göz belə faktlardan  necə yan keçə bilər? Bu gün cəmiyyət cox acınacaqlı vəziyyətdədir. İnsanlar zahirən azad olsalar da, mənəviyyatca şox kasıbdı. Mənəviyyatın kasıblığı millətin üzünə qara ləkə sayılır.LƏKƏNİN DƏRİNİ AŞILAMASI İSƏ ……. BAĞIŞLANILMAZDI!  Bəli çox israrla deyirəm bağışlanılmazdı! Dərini aşılayan ləkə bu günkü dövrümüzdə Can – Polad müəllimin “YENİ XƏBƏR” qəzetində dərc olunmuş məqaləsində QUŞ QUŞLAYAN  jurnalistlərin simasına daha dərin hopub. Mən yazını  yekulaşdırmışdım,  lakin əməkdaşı olduğum qəzetdə  Can – Polad müəllimin məqaləsinə rast gəldiyimdən, müəllifin  jurnalistlərə qarşı fikri birmənalı olmadığını nəzərə alaraq quş quşlayanlara fərqli münasibət bildirməyi özümə borc bildim.

    Hörmətli CAN – POLAD müəllim! Dediyniz jurnalistlər ov edib, quş quşlaya bilər, bəs bu jurnalistlər başa düşmür ki, onların vicdanları ovladığı quşlardan əvvəl tələyə düşüb? Bu tələnin içində çabaladıqlarının fərqində deyillərmi? Guman edirəm, mənim yazdıqlarımı oxusanız jurnalist xislətinin müxtəlifliyini görə bilərsiniz. Siz oxuyun, jurnalist kimi yaxşı heçnə gömədiyimi mənə irad tutanlara necə cavab verirəm. Əlbəttə sizinlə həmfikirəm, vicdanını pula satan jurnalistlər mətbuata, sözün, fikrin azadlığına qara LƏKƏDİR. Vicdanlı jurnalist əvvəl qələminə, sonra öz cəsarətinə güvənməlidir, ələlxüsus özünə inanmalıdır. Mən belə düşünürəm. Yazdım ki, bir az ürəyinizə sərinlik gəlsin, yəni quş quşlayan jurnalistlərlə yanaşı mətbuatda  gördüyünü gözündən vuran SNAYPER KIMI JUNALİSTLƏRİMİZ VAR. Mən özümü belə jurnalistlərlə yanaşı gördüyümdən,   dürüst yolumda mənə  irad tutanlara israrla bildirirəm. MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ OLA BİLMƏZ……!!!

  • Təranə NAZİMQIZI.”Canımızın boğazdan çıxacağı vaxt” (Məqalə).

                  CANIMIZIN BOĞAZDAN  ÇIXACAĞI VAXT

                                                 HƏLƏLİK MƏLUM DEYİL!!!… 

    İnkişaf etmiş dövlətin əzəməti onun mədəniyyətindən, təhsilindən, səhiyyəsindən və apardığı siyasətlə bağlı xalqının maddi rifahından asılıdır. Görəsən, nefti – qazı ilə varlı yaşaya biləcək qüdrətə malik olan  Azərbaycan bu göstəricilərə cavab verirmi? Məncə kənardan nə qədər qollu – budaqlı ağaca bənzəsək də,  içərimizdən yeyildiyimizin heç fərqində deyilik. Onu da yaddan çıxarmayaq ki, sosial baxımdan xalqın maddi rifahı hər tərəfli təmin olunsa da, sağlamlıq yerində deyilsə, bu göstəricilər yaşam tərzi  demək deyil. Nə qədər elmin- texnikanın, mədəniyyətin inkişaf etdiyi əsrdə yaşasaq da, səhiyyədəki boşluqlar  insanların sağlamlığını yetərincə təmin edə bilmir. Müşahidə etsək istər yaşlı, istərsə də gənc nəslin əksəriyyətinin sağlamlığı natamamdır. Axı niyə? Çünki elmin  inkişafı səhiyyədə olan boşluqları daha qabarıq şəkildə üzə çıxarır. İctimayəti narahat edən məsələlərlə tanış olmaq üçün yolumuzu səhiyyə ocaqlarından salsaq, təəssüf doğurası hal budur ki, Azərbaycanda özəl klinikalar dövlət xəstəxanalarını kölgədə qoyub desək yanılmarıq. Bu yerdə hər hansı bir xəstəliklə mübarizəyə qalxan zavallı xəstələr göz önünə gəlir. Aydın  məsələdir ki, Azərbaycanda özəl klinikalara üz tutan xəstə vətəndaşların əli mütləq cibində olmalıdır, fərq etməz istər kasıb olsun istər imkanlı. Elə ki,xəstələrin ayağı dəydi klinikanın kandarına həkimə “salam” vermək üçün ən azı iyirmi-əlli manat pulu kassaya ödəməlidir. Həkimlə salam – kəlamdan sonra xəstəni daha hansı “rasxodlar” gözləyir, o xəstənin  son dərəcə bahalı müayinələrindən asılıdır. Yazıq xəstələr lazım oldu – olmadı yersiz yoxlamalardan keçdikcə düşünürlər, görəsən, həkimin yazdığı resept nə qədər pul tutacaq, görəsən dərmanları almağa pulum çatacaq yoxsa yox, mən bunları hansı apteklərdən tapacam? Amma sağlamlıq fədaisi olan həkimlərimiz xəstələrini heç dərd çəkməyə qoymur, birbaşa yonəldir faiz üçün əməkdaşlıq etdiyi firmaların apteklərinə. “ZAVALLI XƏSTƏLƏR” od qiymətinə aldıqları dərmanların xeyrini görə bilsə yenə dərd yarıdır. Heç bir nəticə görməyən xəstə  bu dəfə televiziyadan eşidir ki, xaricdən həkimlər gəlib,  vardan yoxdan çıxmasına baxmayaraq, üz tutur xarici həkimlərin qəbuluna ki, bəlkə indi nicat tapa. Əcnəbi  ölkələrdən gələn həkimlərdən söz düşmüşkən son zamanlar Azərbaycana təşrif buyuran həkimlərin sayı-hesabı yoxdur. Görəsən biz səhərdən axşama kimi  bu həkimləri reklam etməklə niyə  öz savadlı həkimlərimizi kölgə altında qoyuruq?  Görünür bu prinsip dövlətin səhiyyə ilə  bağlı olan siyasətidir və birmənalı deyil. “Gəlmə” həkimlər Azərbaycan səhiyyəsində olan boşluqları aydin görmürmü? Hansı  gəlmə həkim azərbaycanlı vətəndaşa doğması kimi münasibət göstərə bilər, özümüzünkü nə qədər pis olsa da, ətini (pulunu) yesə də sümüyünü çölə atmaz! Sadəcə duşdüyümüz vəziyyətdən istifadə edən xarici həkimlər Azərbaycanda “qaz” vurub qazan doldurmağa gəlirlər. Bu gəlişlərin  insanları soyub mənfəət  əldə etməkdən başqa xalqa heç bir xeyri yoxdur,   bəlkə az-maz vergisindən başqa.  Görəsən bu qədər “qara qızıl” kimi sərvəti olan dövlətin bu xırda pullara doğrudanmı ehtiyacı var?  Görəsən  bizim dövlətin  hər hansı xarici dövlətdə öz klinkalarını açmağa qüdrəti çatmırmı? Bu yerdə birmənalı şəkildə deyə bilərik ki, biz və ya qeyri dövətlər xarici dövlətlərin nəzdində klinka açmaq üçün cəhd etməz, ən azı ona görə ki, onlar öz xalqının savadlı həkimlərinə inanır və öz sağlamlıqlarını onlara həvalə edirlər. Düşünməyə dəyər, məncə  bizim həkimlər heç də xarici həkimlərdən savadsız, bacarıqsız deyil. Belə çıxır ki, heç bir xarici dövlət imkan vermir ki, onun vətəndaşının sağlamlığına başqa xalqın  həkimləri müdaxilə etsin, çünki  vətəndaşının sağlamlığına biganə deyil. Bəs biz niyə bunu düşünə bilməyib, millətin həm sağlamlığını, həm maddi rifahını yadlara etibar edirik? Başqa bir məsələ, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi Azərbaycanda da hər bir vətəndaşın tibbi sığortası olmalıdır. Vətəndaş heç olmasa ildə bir və ya iki dəfə tibbi sığorta hesabına fərq etməz, dövlət yoxsa özəl (çünki vətəndaş da bizimdir, klinika da) sağlam gələcək naminə müayinədən keçə bilməlidir. Belə olsa vətəndaşların başqa ölkələrə ayaq açmasına ehtiyac qalmaz, həm də xeyir özümüzə qalar. O ki qaldı, vətəndaşın maddi imkanına  yəqin dövlət tibbi sığortanı elə planlaşdıra bilər ki, vətəndaş işlədiyi idarədən və aldığı məvacibdən asılı olaraq istərsə dövlət xəstəxanasında, istərsə özəl klinkalarda müayinə və müalicə oluna bilsin. Son zamanlar Dövlət xəstəxanaları hər cür təmin olunmasına baxmayaraq, (mətbuatda hər gün dövlətin öz hesabına açdığı və hər cür avadanlıqla təmin etdiyi xəstəxanaları görür və eşidirik, bunlar yalnız kimlərəsə göstərmək və gözə kül üfürmək üçün deyilsə əgər) nədənsə dövlət xəstəxanalarında yenə hansısa müayinələr mümkün olmur, vətəndaş özəl klinkalara göndərilir, deməli, dövlət öz həkimini yetərincə təmin edə bilmədiyi üçün özəllərdən gələn faizin həkimin cibinə getməsi üçün şərait yaradır. Belə olan təqdirdə həm dövlətin gördüyü işlər qalır kölgədə, və yenə də vətəndaş həm maddi, həm də mənəvi zərbə alır. Axı niyə  və ya nədir məqsəd? Kimi qınayaq? Həqiqəti  axtarsaq, həkim də bu dövlətin nümayəndəsidir, o da dolanmalıdır. NİYƏ? NİYƏ axı, bizim həkimlər də maddiyat səbəbilə  öz vətəndaşına maddi zərər vura-vura öz həkim adına ləkə gətirir? Niyə dövlət tibb sahəsində belə özbaşnalığa şərait yaradır?  Mübaliğəsiz deyirəm, həkimləri xalq yox, dövlət yaşatmalıdır! Dövlət öz savadlı həkimləri üçün elə şərait yaratmalıdır ki, həkimin gözü xəstənin əlində olmasın. Həkimlər də üzərinə düşən məsuliyyəti dərk edərək, millətinin sağlmlığının keşiyində təmənnasız dayansın, xalqa xidmət etsinlər ki, gələcəyimiz olan nəsil sağlam yetişsin. Gələcək nəsildən söz düşmüşkən, heç fərqinə varan varmı, ümumiyyətlə Azərbaycanda nəsil artırmı niyə azalıb? Bu gün yeni ailə quranlar tək uşaqla kifayətlənir, maraqlıdır, NİYƏ?  Ana olmaq istəyən gənc ailə səhiyyədəki indiki qiymətlərlə bir övlad sahibi olmaq üçün  beş-altı min manatı göz önünə almalıdır ki, öz övladını qucağına ala bilsin. Heç təəccübləmək lazım deyil, əfsuslar olsun ki, min əzab əziyyətlə bir uşaq sahibi olan ailə, ikinci dəfə eyni vəziyyəti yaşamağı arzulamır NİYƏ…? Bu suallarla, başımız çox ağrıyacaq. Sizləri əmin edirəm. Çünki hər ötən gün bu sualların cavabıdır. İndi düşünün bizim xalqımızın sosial durumu hansı vəziyyətdədir. Bütün bunlar genefondumuzun tükənməsinə gətirib çıxarmırmı? Bəs niyə xəstələrimiz  İrana və sair yerlərə axın edir. Çünki insanlar az pula çox şey əldə etmək istəyir. Sağlamlığı naminə xərclədiyi pulun  nəticəsini  görmək arzusundadır. Məsələn qonşu dövlət İrana, və başqa xarici ölkələrə  ayaq açan  insanlar az miqdarda pulla yoxlamadan da keçir, həkimin yazdığı kefiyyətli dərmanları apteklərindən əldə edərək, yol pulu da daxil olmaqla az vaxt ərzində Vətənə geri dönür, müalicənin nəticəsini də görür. Bizdə isə vətəndaş hələ müayinə üçün girdiyi klinikada xərclədiyi pulu görəndə  başqa bir xəstəliyə də tutulub oradan çıxır. Nə vaxta kimi bu suallar cavabsız qalacaq? Danışanda ağızdolusu deyirik ki, Azərbaycan inkişaf etmiş dölətlərlə yanaşı Avropaya intiqrasiya edir. Çox gözəl, olmazmı Avropanın millət üçün, xalq üçün xeyirli olan  işlərinə intiqrasiya edək?! Xalqımın acınacaqlı vəziyyəti məni,  həm bir vətəndaş, həm də jurnalist kimi narahat edir.  Bu gün sözün, fikrin, mətbuatın azad olduğu dövrdə yaşayırıq. Bəzi  həmkarlarım sözün, mətbuatın azadlığından sui- istifadə edərək, şou biznesin alaq otlarını gündəmdə saxlamaqla qalmaqal yaradaraq qazanc əldə edirlər. Mən həmkarlarıma üzümü tutaraq bildirmək istəyirəm: Əslində, xalqımızın işıqlandırılası problemləri daha çoxdur. Gəlin əl – ələ verib bu məsələləri araşdırmaqla məşğul olaq! Yazılası, çözüləsi o qədər dərdlərimiz var ki…! Amma kənardan necə xöşbəxt, varlı görünürük. Lakin heçnə göründüyü kimi deyil. Bu gün xalqımız canı boğazında ilişib qalan, xırıldayan yarı ölü,  canlıya  bənzəyir. BU CANIN BOĞAZDAN NƏ VAXT ÇIXACAĞI HƏLƏLİK MƏLUMDEYİL!!!…

  • Debüt: Elşad TALEHOĞLU (Ağdam).Yeni şeirlər

    1391757_1403855233180811_1376804781_a

    Elşad TALEHOĞLU

    Elşad Talehoğlu ( Əliyev Elşad Taleh oğlu) 1994-cü il yanvar ayının 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.1999-cu ildə Ağdam rayon 85 saylı tam orta məktəbin birinci sinfinə dabil olub.2011-ci ildə həmin məktəbi bitirib.2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini tələbəlik illərində qələmə alıb.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında nəşr olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində elmi məqalələri dərc olunub.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkldaşı seçilmişdir.
    Gənc yazar Elşad Talehoğlu öncəki şeirlərində dövri mətbuat səhifələrində “Elşad Qarabaği” təxəllüsü ilə çıxış etmişdir.Şeirləri müntəzəm olaraq dövri mətbuat səhifələrində dərc olunur.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla əməkdaşlıq əlaqələri saxlamaqdadır.Gənc yazar Elşad Qarabaği şeirlər, məqalələr müəllifidir.

    QUZANLI

    Qışın zülmətindən yaza girəndə,
    Bağ-bağçası bol olandı QUZANLI.
    XAÇIN çayı şaqqa-şuruq axanda,
    Çeşmələri göl olandı QUZANLI.

    Nazənləri bir baxarsa, yaralar,
    Ürəkləri ağılından aralar.
    Üzlər dönsə, həmən üzlər saralar,
    Gözəllərin qəlb alandı QUZANLI

    ELŞADAM, çox gördüm qaranı, ağı,
    Dolaşdım dünyanı, dolaşdım dağı.
    Nə qədər gəzsəm də, bağçanı, bağı,
    Səndən başqa bil yalandı QUZANLI.

    AY GÖZƏL!

    Sən yaxşısan, mən yaxşının quluyam,
    TANRIM sənə sevinc versin, ay gözəl!
    Sən sadəsən, mən sadənin quluyam,
    TANRIM sənə sevinc versin, ay gözəl!

    Bənzəyirsən dağ döşündə güllərə,
    Yaraşıqsan çəmənlərə, çöllərə.
    Düşməyəsən qanmaz, naşı əllərə,
    Ya mənim ol, ya heç kəsin, ay gözəl!

    ELŞAD deyir çiçək sənə, gül sənə,
    Sevməsən də, sevəcəyəm bil yenə.
    Sevinc sənə, qəmlər gəlsin qoy mənə,
    Hər bir zaman üzün gülsün, ay gözəl!

  • Elşad TALEHOĞLU.Yeni şeirlər

    1391757_1403855233180811_1376804781_a

    GƏRƏK

    Bülbüllər gülsüzdü, yalqız alıbdı,
    Bülbülün gülünü axtaran gərək!
    Erməni torpağı bizdən alıbdı,
    Onu düşmənlərdən qurtaran gərək!

    Düşdüm bülbülümdən, gülümdən ayrı,
    Gözəl AĞDAM kimi elimdən ayrı.
    Gəzib-dolanmadım qəmimdən ayrı,
    Qəmimin dərdini sağaldan gərək!

    Mən məcbur oluban bura gəlmişəm,
    Nə qədər göz yaşı töküb silmişəm.
    Körpəkən haqq-nahaqq nədi bilmişəm,
    HAQQIN meydanında ər duran gərək!

    Erməni AĞDAMDA sərasər gəzir,
    Qaçqın da VƏTƏNİN QIRAQdan süzür.
    Məni də yurd dərdi sızladır, üzür,
    Dərdlinin dərmanın bir tapan gərək!

    Qürbətdə ağlayıb “VƏTƏN!”-deyirəm,
    Ey VƏTƏN, dərdini mən də bilirəm.
    Qaçqınam, qaçqının halın görürəm,
    İndi qisasını hey alan gərək!

    ELŞAD QARABAĞİ-TALEH oğluyam,
    VƏTƏNİN köləsi, sadiq quluyam.
    Eləsə VƏTƏNDƏN niyə ayrıyam,
    Məni VƏTƏNİMDƏ dəfn edən gərək?!

    SUMQAYITIM! SUMQAYITIM!

    Ruhumla canım kimisən,
    Sumqayıtım! Sumqayıtım!
    HAQQ deyən anım kimisən,
    Sumqayıtım! Sumqayıtım!

    Ürəyimin gözü sənsən,
    Məhəbbətin sözü sənsən.
    Gözəlliyin özü sənsən,
    Sumqayıtım! Sumqayıtım!

    Gündən-günə böyüyürsən,
    İgidlərlə öyünürsən.
    Ürək kimi döyüünrsən.
    Sumqayıtım! Sumqayıtım!

    Gözlərimin qarasısan,
    Ürəyiyimin parasısan.
    Dərdimin sən çarasısan,
    Sumqayıtım! Sumqayıtım!

    Yanağımda göz yaşısan,
    Torpağımın bir daşısan.
    Xəzərimin göz, yaşısan,
    Sumqayıtım! Sumqayıtım!

    Candan ruha süzülmüsən,
    Dastanlara düzülmüsən.
    Həsrət çəkib büzülmüsən,
    Sumqayıtım! Sumqayıtım!

    Ruhuma hopub gəlibsən,
    Tufan tək qopub gəlibsən.
    ALLAHI tapıb gəlibsən,
    Sumqayıtım! Sumqayıtım!

  • Şah İsmayıl Xətayi.Həyatı və Yaradıcılığı

     

    Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.

    Həyatı

    Şah İsmayıl Xətai 1487-ci il iyun 23-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir)türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.

    Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

    Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

    13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

    I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

    Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

    Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

    Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmi

    Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri

    Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.

    Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.

    Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.

    Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

    O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.

    Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.

    Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

    Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.

    Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi.

    Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.

    Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.

    Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.

    Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.

    Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

  • Debüt: Səbinə DƏNİZ (Sumqayıt).Araşdırma

     

    Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

    Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yer altından notlar

    Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
    Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.

    Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
    Dispetçerin səsi gəlir:
    – 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!

    Möcüzə

    Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
    O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
    Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
    Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
    O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
    O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
    Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
    Birdən qulağıma bir qadın səsi gəlir:
    – Dəniz, Dəniz qaçma yıxılarsan..

  • Səbinə DƏNİZ.”Hərdən olur…”.

     

    Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan…

    Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur.
    Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir.
    Hərdən olur, qışqırsan belə, ən yaxınındakına ünün yetmir.
    Hərdən də olur, səssizliyinlə içindəkiləri bildirə bilirsən.
    Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir.
    Sənin səssizliyn içindəki məni ayağa qaldırır.
    Hərdən olur, heç kim köməyinə yetmir.
    Həyat bəzən o qədər insafsız olur, hətta ən kiçik bir boşluğunda səni divara sıxmaqdan çəkinmir.
    Hiss etdirmədən ən zəif anında öz zərbələrini endirə bilir.
    Hərdən olur, gözlərin soyuq bir pəncərə şüşəsinə zillənir, ürəyin isə ümidlərinin dalınca qaçmaq istəyir. Ağlının dediyini qəlbin təkrarlamır.
    Hərdən olur, özünə yer tapa bilmirsən, oyuncağını itirmiş uşaqlar kimi gözüyaşlı axtarırsan… Tapmayacağını bilə-bilə axtarırsan…
    Ehtiyacının qolları o qədər qüvvətli olur ki, səni özünə sıxır, sındırmağa, əyməyə, əyilməyə məcbur edir… Hərdən olur ki, pəncərəni döyəcləyən yağış damlaları göz yaşlarını qəlbinə axıda bilir, qəlb ritmlərinə hakim kəsilir…
    Hərdən olur, taleyinlə barışırsan, dünənində, ən şirin anlarında ilişib qalırsan…
    Hərdən olur, bir anın içindəcə möcüzənin baş verməsini gözləyirsən, içindən
    nağıllara inanmaq gəlir… Daha addım ata bilməmək, nəfəs almaq istəmədiyin anlar da olur.
    Yanı başından axıb gedən, amma sənə heç toxunmayan həyatı seyr edirsən yavaşca…
    Sənə heç toxunub-dəymir həyat. Əllərindən tutub səni içinə çəkmir, çəkə bilmir…
    Hərdən olur, yoruldum deyirsən…
    Həyatın əllərini yavaşca buraxırsan.
    Ürəyində ona qarşı bir hayqırtı olur, ona səslənərək sanki bütün gücünlə qışqıraraq demək istəyirsən:
    -Öz oyunlarına davam et..!
    Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış…
    Aldanmayacam yalançı gözəlliklərinə!
    Aldanmayacam yavaş-yavaş içimə işləyən, alışdığım qoxuna…

    Hərdən olur, içində olanları tökmək üçün bir kağız, bir qələm, bir də fürsət gəzirsən…

    Hərdən də olur, sadəcə, gözlərini yumub bütün bunları beynində

    düşünmək istəyirsən…

  • “Zəka və Ülviyyət” jurnalı haqqında bilgilər

     

    Beynəlxalq ictimai-elmi jurnal “Zəka və Ülviyyət” ayda bir dəfə 60 səhifə olmaqla dərc olunur.2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

    Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarını əsas götürüb.

     

    Təsisçi-Direktor: Elmira NÜSRƏTQIZI (Ağayeva)

     

    Redaksiyanın fəxri üzvləri:

     

    Akademik Vasim MƏMMƏDƏLİYEV

    Ombudsman Elmira SÜLEYMANOVA

    Professor Tofik Bakıxanov

    Professor Əsədulla QURBANOV

    Hüquqşünas Nümunə HÜSEYNOVA

    Filologiya elmləri üzrə fəlsəfə doktoru Fərqanə Aydın qızı (Əliyeva)

     

    Elektron orqan: edebiyyat-az.com

    Elektron poçtu: zeka-ve-ulviyyet@mail.ru

    Əlaqə telefonları: (055) 225 53 65; (050) 379 73 65; (070) 694 81 65

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 2-ci mərtəbə.

  • “Respublika Gəncləri” qəzetinin növbəti buraxılışı işıq üzü gördü

    Müstəqil ictimai-siyasi-hüquq qəzeti “Respublika Gəncləri” həftədə bir dəfə 16 səhifə olmaqla 5000 tirajla dərc olunur.Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.2003-cü ildən nəşr olunur.

    Baş redaktor: Nazilə RAFİQ
    Redaktor: Mirvari RƏHİMZADƏ
    I müavin: Nazlı ZEYNALOVA
    Məsul katib: Samir ƏLİYEV
    Korrektor: Səadət YUSİFQIZI

    Redaksiyanın fəxri heyəti:

    Alı MUSTAFAYEV
    Osman MİRZƏYEV
    Salatın ƏSGƏROVA
    Rafiq ƏLİYEV
    Çingiz MUSTAFAYEV
    Ülvi BÜNYADZADƏ

    E-mail: Res_gencleri@.mail.ru
    Elektron orqan: www.azpress.az
    http://metbuat.azpress.az/respublika_gencleri
    Telefon və Faks: 434 57 81; ( 050) 325 06 10
    Daxili telefon: 7-02

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə.

     

  • Nazilə RAFİQ.”O YERLƏRƏ QAYITMALIYIQ!” ( Məqalə)

     

    O yerlərə qayıtmalıyıq!

     

    “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimi keçirildi

     

    Bir neçə il bundan öncə İran İslam Respublikasında yaşadığım hissləri bu günlərdə təkrarən bir də yaşadım… O hisləri təkcə mən deyil, Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimində iştirak edən şəxslərin hamısı yaşadı. Həmin gün Vətənini, torpağını sevib onun müqqəddəsliyini hər şeydən uca tutan şəxslər – çox ağır hislərlə baş – başa qaldlar… Kövrələnlər də az olmadı… .
    Öncə qeyd edim kimi İranda məni daim düşündürən bir məsələ var idisə, o da qonşu məmləkətdə hər gün sübh tezdən milli ruhun, Vətən sevgisinin insanlara müxtəlif filmlər vasitəsi ilə aşılanması idi. Səhər tezdən, dan yeri açılmamış Vətənin qorunması, gənclərin pis vərdişlərdən uzaq olması, əxlaq dəyərlərin uca tutulması və s. ilə bağlı mütəmadi göstərilən filmlər qeyri millətin nümayəndələrini belə təsirləndirirdi. Qeyd edim ki, göstərilən igidliklər- gənclərin bellərinə partlayıcı maddələr bağlayaraq özlərini tankın altına atması və yaxud narkomaniyaya qurşanan gəncin açı taleyi və s. görüntülər deyərdim İran siyasilərinin dövlətin qorunması istiqamətində apardığı ən güclü təsir vasitələrindəndir. Bax o zaman içimdən keçən, məni narahat edib göynədən hiss bizdə belə verilişlərin az olması idi .

    Təqdimatına toplaşdığımız “Ya Qarabağ, ya ölüm” adlı filmdə yaşadığımız gercəkliklər bunu yenidən mənə xatırlatdı. Həcmcə kicik olsa da ( 40 dəqiqəlik) mənaca çox böyük və əhatəli olan bu sənədli filmi həyəcansız seyr etmək mümkün olmadı. Çünki burada hər kəsə bəlli olan Azərbaycan reallıqları tam çılpaqlığı ilə əks olunmuşdu.

    Filmdə Azərbaycanın işğal altında olan əraziləri, erməni qəsbkarların tariximizi, mədəniyyətimizi necə məhv etməsini özündə əks etdirən materiallar sadə, anlaqlı şeir dilli ilə geniş mənada tamaşaçıya çatdırılır.

    Filmin cənab prezident İlham Əliyevin bu sözləri – Vaxt gələcək bayrağımız Şuşada dalğalanacaq”ilə başlaması, od icindən kecən Qarabağ atlarının böyük sürətlə irəliyə doğru sıçraması tamaşaçıya məlum reallığı – gec – tez arzuların gerçəkləşməsini xatırlatdı.

    Filmdə kövrək, incə notlara söykənərək şeir dili ilə olanların təsviri jurnalistləri bir daha acı həqiqətlərlə baş – başa qoymuş oldu. Bu Vətən sevgisinin içindən hər kəs keçdi yana – yana, içindən boğula – boğula.. Atların hayqıraraq kecdiyi od alovun icindən boylanan seyriçiyə çox həqiqətlər bəyan oldu… “Torpaqdan pay olmaz”… anlamı filmdə özünü bir daha təsdiqləmiş oldu.

    Sona xanımın torpaq məhəbbətindən doğan yanğısı, cağrışı içindən hay-haray salaraq arxaya boylandı və daxildən əks- səda verərək ərənlərimizi meydana çəkdi…

    “.Sevgiylə çoxsaylı əsərlər yaratmaq olar, mahnılar bəstələmək olar, amma onların içərisində ana xətt kimi Vətən mövzusu olmalıdır. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimində dedi.
    Onu da qeyd edək ki, filmdə Sona Vəliyevanın “Vətən”, “Yurd həsrəti” şerlərindən, professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin” mahnıları, Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında “Qarabağ şikəstəsi”, Əsəd Kabaklının “Çabuk böyü, mabuk yetiş, tez, oğlum” mahnısından yüksək səviyyədə istifadə olunub.

    Filmdə səslənən şeirlərin müəllifi Sona Vəliyeva Qarabağ və Şuşa barədə geniş acıqlama verərək bildirdi ki,

    hər bir azərbaycanlı Qarabağ və Şuşanı öz evi bilməlidir. Sona Vəliyeva filmin əvvəlindən axırına qədər görünən at simvolu barədə düşüncələrini bölüşərək dedi:

    – “Bu film atlarla başlayır. Çünki at muraddır, böyük gücün, etibarın ifadəsidir. Bu atlar filmə türkçülük, azərbaycançılıq simvolu verib. Atı ilk dəfə türk ram edib.Biz ümid edirik ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bu gün hər birimiz Şuşanı öz evimiz, ocağımız bilməliyik. Şuşa hər birimizin qapısı, bağlanan evimizdir. Biz öz gücümüzlə, mübarizəmizlə o qapını açmalıyıq və bundan sonra Şuşanın qədrini bilməliyik. Mən Şuşanı görməmişəm, amma mənə elə gəlir ki, Şuşa mənim evimdir. Qarabağ məsələsində iqtidar və ya müxalifət olmasından asılı olmayaraq hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq. Qarabağ, Şuşa hər birmizin qəlbimində bir yanğıdır. Şuşa hamımızın dərdi, yaralı yeridir. İnanıram ki, bir daha o yerlərə qayıdacağıq”.

    Tənzilə Rüstəmxanlı da çıxış edərək filmin türkçülük rəmzi olan atla başlanmasının çox təsirli olduğunu bildirdi :-“Bu film gələcəyə hesablanmış sənət əsəridir. Bu əsərlər nə qədər çox olsa, millətin gələcəyi də bir o qədər zəngin olar. Bu filmdə “Sarı gəlin” mahnısının səsləndirilməsi həm də, bu mahnını öz adına saxtalaşdırmaq istəyənlər üçün bir sübutdur”.

    Filmin ssenari müəllifi və rejissoru Bəxtiyar Qaraca da bildirdi ki, “Ya Qarabağ, ya ölüm” filminin çəkilməsində əsas məqsədin xalqımızın unutqan olmamasını bir daha xatırlatmaqdır.

     

    “Filmdə məqsəd odur ki müxtəlif mövzularda müxtəlif janrlarda yazılan əsərlərimizdə yaddaşımızı diri saxlaya bilək. Qarabağla bağlı o sakitliyi insanlara, özümüzə verməməli, yəni hər an xatırlamalıyıq və bilməliyik ki bizim belə bir dərdimiz var. Çalışdıq ki, bu filmdə türk-müsəlman dünyasının Qarabağla bağlı fikirlərini, düşüncələrini, duyğularını bir yerə cəmləşdirə bilək. Qarabağ Qəzza kimi böyük müsəlman dünyasının yarasıdır. Biz də həmin yaranı göstərmək istədik”.

     
    O yerlərə qayıtmalıyıq!

     

    “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimi keçirildi

     

    Bir neçə il bundan öncə İran İslam Respublikasında yaşadığım hissləri bu günlərdə təkrarən bir də yaşadım… O hisləri təkcə mən deyil, Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimində iştirak edən şəxslərin hamısı yaşadı. Həmin gün Vətənini, torpağını sevib onun müqqəddəsliyini hər şeydən uca tutan şəxslər – çox ağır hislərlə baş – başa qaldlar… Kövrələnlər də az olmadı… .
    Öncə qeyd edim kimi İranda məni daim düşündürən bir məsələ var idisə, o da qonşu məmləkətdə hər gün sübh tezdən milli ruhun, Vətən sevgisinin insanlara müxtəlif filmlər vasitəsi ilə aşılanması idi. Səhər tezdən, dan yeri açılmamış Vətənin qorunması, gənclərin pis vərdişlərdən uzaq olması, əxlaq dəyərlərin uca tutulması və s. ilə bağlı mütəmadi göstərilən filmlər qeyri millətin nümayəndələrini belə təsirləndirirdi. Qeyd edim ki, göstərilən igidliklər- gənclərin bellərinə partlayıcı maddələr bağlayaraq özlərini tankın altına atması və yaxud narkomaniyaya qurşanan gəncin açı taleyi və s. görüntülər deyərdim İran siyasilərinin dövlətin qorunması istiqamətində apardığı ən güclü təsir vasitələrindəndir. Bax o zaman içimdən keçən, məni narahat edib göynədən hiss bizdə belə verilişlərin az olması idi .

    Təqdimatına toplaşdığımız “Ya Qarabağ, ya ölüm” adlı filmdə yaşadığımız gercəkliklər bunu yenidən mənə xatırlatdı. Həcmcə kicik olsa da ( 40 dəqiqəlik) mənaca çox böyük və əhatəli olan bu sənədli filmi həyəcansız seyr etmək mümkün olmadı. Çünki burada hər kəsə bəlli olan Azərbaycan reallıqları tam çılpaqlığı ilə əks olunmuşdu.

    Filmdə Azərbaycanın işğal altında olan əraziləri, erməni qəsbkarların tariximizi, mədəniyyətimizi necə məhv etməsini özündə əks etdirən materiallar sadə, anlaqlı şeir dilli ilə geniş mənada tamaşaçıya çatdırılır.

    Filmin cənab prezident İlham Əliyevin bu sözləri – Vaxt gələcək bayrağımız Şuşada dalğalanacaq”ilə başlaması, od icindən kecən Qarabağ atlarının böyük sürətlə irəliyə doğru sıçraması tamaşaçıya məlum reallığı – gec – tez arzuların gerçəkləşməsini xatırlatdı.

    Filmdə kövrək, incə notlara söykənərək şeir dili ilə olanların təsviri jurnalistləri bir daha acı həqiqətlərlə baş – başa qoymuş oldu. Bu Vətən sevgisinin içindən hər kəs keçdi yana – yana, içindən boğula – boğula.. Atların hayqıraraq kecdiyi od alovun icindən boylanan seyriçiyə çox həqiqətlər bəyan oldu… “Torpaqdan pay olmaz”… anlamı filmdə özünü bir daha təsdiqləmiş oldu.

    Sona xanımın torpaq məhəbbətindən doğan yanğısı, cağrışı içindən hay-haray salaraq arxaya boylandı və daxildən əks- səda verərək ərənlərimizi meydana çəkdi…

    “.Sevgiylə çoxsaylı əsərlər yaratmaq olar, mahnılar bəstələmək olar, amma onların içərisində ana xətt kimi Vətən mövzusu olmalıdır. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimində dedi.
    Onu da qeyd edək ki, filmdə Sona Vəliyevanın “Vətən”, “Yurd həsrəti” şerlərindən, professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin” mahnıları, Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında “Qarabağ şikəstəsi”, Əsəd Kabaklının “Çabuk böyü, mabuk yetiş, tez, oğlum” mahnısından yüksək səviyyədə istifadə olunub.

    Filmdə səslənən şeirlərin müəllifi Sona Vəliyeva Qarabağ və Şuşa barədə geniş acıqlama verərək bildirdi ki,

    hər bir azərbaycanlı Qarabağ və Şuşanı öz evi bilməlidir. Sona Vəliyeva filmin əvvəlindən axırına qədər görünən at simvolu barədə düşüncələrini bölüşərək dedi:

    – “Bu film atlarla başlayır. Çünki at muraddır, böyük gücün, etibarın ifadəsidir. Bu atlar filmə türkçülük, azərbaycançılıq simvolu verib. Atı ilk dəfə türk ram edib.Biz ümid edirik ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bu gün hər birimiz Şuşanı öz evimiz, ocağımız bilməliyik. Şuşa hər birimizin qapısı, bağlanan evimizdir. Biz öz gücümüzlə, mübarizəmizlə o qapını açmalıyıq və bundan sonra Şuşanın qədrini bilməliyik. Mən Şuşanı görməmişəm, amma mənə elə gəlir ki, Şuşa mənim evimdir. Qarabağ məsələsində iqtidar və ya müxalifət olmasından asılı olmayaraq hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq. Qarabağ, Şuşa hər birmizin qəlbimində bir yanğıdır. Şuşa hamımızın dərdi, yaralı yeridir. İnanıram ki, bir daha o yerlərə qayıdacağıq”.

    Tənzilə Rüstəmxanlı da çıxış edərək filmin türkçülük rəmzi olan atla başlanmasının çox təsirli olduğunu bildirdi :-“Bu film gələcəyə hesablanmış sənət əsəridir. Bu əsərlər nə qədər çox olsa, millətin gələcəyi də bir o qədər zəngin olar. Bu filmdə “Sarı gəlin” mahnısının səsləndirilməsi həm də, bu mahnını öz adına saxtalaşdırmaq istəyənlər üçün bir sübutdur”.

    Filmin ssenari müəllifi və rejissoru Bəxtiyar Qaraca da bildirdi ki, “Ya Qarabağ, ya ölüm” filminin çəkilməsində əsas məqsədin xalqımızın unutqan olmamasını bir daha xatırlatmaqdır.

     

    “Filmdə məqsəd odur ki müxtəlif mövzularda müxtəlif janrlarda yazılan əsərlərimizdə yaddaşımızı diri saxlaya bilək. Qarabağla bağlı o sakitliyi insanlara, özümüzə verməməli, yəni hər an xatırlamalıyıq və bilməliyik ki bizim belə bir dərdimiz var. Çalışdıq ki, bu filmdə türk-müsəlman dünyasının Qarabağla bağlı fikirlərini, düşüncələrini, duyğularını bir yerə cəmləşdirə bilək. Qarabağ Qəzza kimi böyük müsəlman dünyasının yarasıdır. Biz də həmin yaranı göstərmək istədik”.

    Filmdə S. Vəliyevanın sözlərinə yazılmış mahnıların bir neçəsini ifa edən Əhməd Şəfəq öz ürək sözlərini dedi: – “Mənim o filmdə iştirakıma gəlincə, ona ruhumun pəncərəsindən baxmaq lazımdır. Mənim üçün təkcə Azərbaycan yoxdur, bütöv Türk dünyası var. Türk dünyasının ortasında tapdalanmış, əsir edilmiş yanıqlı bir yer var”

     

     

    Tədbirdə çıxış edən digər şəxslər

     

    KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər tanınmış şənətcilər də filmin əhəmiyyətindən danışdılar.

    Yazımın öncəsinə qayıtmaq istərdim. Hesab edirəm ki, torpaqlarımızın azadlığını istəyiriksə bu film hər gün televiziya kanalları vasitəsi ilə nümayiş olunmalıdır.

    Nazilə Rafiq

  • Anar ƏHMƏDOV.”BADAMDAR ŞƏHİDLƏRİ” (Məqalə).

    BADAMDAR ŞƏHİDLƏRİ

     

    Badamdar qəsəbəsinin şəhid olmuş igid oğullarından üçü məhz Daxili Qoşunların hərbi qulluqçusu idi….

     

    Son dövrlər paytaxt və rayonlarda aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri, salınan park və xiyabanlar ölkə vətəndaşları ilə yanaşı, respublikamıza səfər edən qonaqlar tərəfindən də müsbət qarşılanır. Bu baxımdan görülən kompleks tədbirlərin tərkib hissəsi kimi Vətənin bütövlüyü uğrunda canını qurban verən igid oğullarımızın uyuduğu və müqəddəs and yerimiz olan şəhid məzarlıqlarının yenidən bərpa olunması və abadlaşdırılması da təqdirəlayiq haldır.

    Bunlardan biri də Səbail rayonunda “Badamdar şəhidləri” adlanan abidə-kompleksdir. Badamdar qəsəbəsinin mərkəzində təmizliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edən bu abidədə Badamdarın 18 şəhidinin mərmər lövhə üzərində şəkilləri, həmçinin doğum və şəhid olma tarixləri həkk olun­muşdur.

    Onlardan üç nəfəri – gizir Qarayev Gö­yüş Adil oğlu, əsgərlər Əliyev Rauf İsmayıl oğlu və Ağayev Mirsaleh Mirqasım oğlu məhz Daxili Qoşunların hərbi qulluqçularıdır. “Badamdar şəhidləri” abidəsini bu gün qəsəbə sakinləri, o cümlədən yeniyetmə və gənclər yad edir, onların xatirəsini uca tutur, Vətən qarşısında müqəddəs borc sayılan hərbi xidmətlərini şərəflə yerinə yetirəcəklərinə and içirlər. Daxili Qoşunların sıralarında vuruşmuş “Badamdar şəhidləri” barədə, onların keçdikləri şərəfli döyüş yolu haqda bir sıra məqamları bugünki gənc nəslə çatdırmaq vətənpərvərlik borcumuzdur.

     

    Qarayev Göyüş Adil oğlu

     

    Gizir Göyüş Qarayev 15 dekabr 1970-ci ildə dünyaya göz açıb. Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoymuşdur. 1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlamışdır. 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə, gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi.

    Gizir G.Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 6 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Badamdar qəsəbəsinin küçələrindən birinə şəhid G.Qarayevin adı verilmiş, yaşadığı binaya isə onun baralyefi vurulmuşdur.

     

    Əliyev Rauf İsmayıl oğlu

     

    Sıravi Rauf Əliyev 1973-cü il iyunun 25-də anadan olub. Daxili Qoşunların sıralarında sıravi hərbi qulluqçu kimi xidmət edən Rauf, nizam-intizamı və nümunəvi xidməti ilə təkcə komandirlərinin deyil, yoldaşlarının da hörmətini qazana bilmişdir. Vətən qarşısında olan müqəddəs borcunu şərəflə yerinə yetirən sıravi R.Əliyev Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşurdu. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid oldu. Rauf bəxtinə yazılan ömrünün 19 ilini şərəflə yaşadı və qəhrəmanlığı ilə əbədi ölümsüzlük – şəhidlik qazandı.

    Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətə görə şəhid R.Əliyev Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.

     

    Ağayev Mirsaleh Mirqasım oğlu

     

    Daxili Qoşunların digər şəhid hərbi qulluqçusu sıravi Mirsaleh Ağayev 1964-cü il noyabrın 3-də dünyaya göz açıb. Vətənin igid oğlu Mirsaleh Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Vətənə, torpağa olan sonsuz bağlılığı döyüşlərdə Mirsalehə mənəvi güc və qüvvət verirdi. Mirsaleh hər dəfə döyüşə girəndə sanki, düşməni son nəfərinədək məhv edəcəyinə inanırdı. Lakin 1992-ci il avqustun 14-də özü düşmən gülləsinə tuş gəldi. M.Ağayev aldığı ağır yaradan dünyasını dəyişdi. Beləliklə, Ağdərə rayonunun işğalçılardan təmizlənməsi uğrunda gedən qanlı döyüşlər zamanı Vətənin Mirsaleh adlı daha bir oğlu şəhidlik zirvəsini fəth etdi.

    Qeyd edək ki, G.Qarayev, R.Əliyev və M.Ağayev qəsəbədəki 239 saylı orta məktəbin məzunu olmuşlar. Onların həyat və döyüş yolu bu gün təhsil alan məktəbli yeniyetmələr üçün də əsl qəhrəmanlıq nümunəsidir. Məhz şəhidlərimizin timsalında sabahın əsgərləri – şagirdlərimiz Vətəni sevməyi öyrənir, vətənpərvər ruhda tərbiyə olunurlar.

    Son olaraq, yazımı ümummilli lider Heydər Əliyevin şəhidlərimiz barədə dediyi fikirləri ilə bitirmək istəyirəm: “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daima yaşayacaqdır”.

     Anar Əhmədov,

    Daxili Qoşunların zabiti,

    baş leytenant

  • Hasan AKAR ( Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

     

    KAYBOLMUŞ BAHARLAR

    Yıl bindokuzyüzellisekiz
    Mevsimlerden karakış
    Evin direği gitmiş
    Yarına güümseyiş bitmiş
    Henüz söylenirken”baba”
    Kaybolmuş baharlar
    Umutlar eriyip gitmiş.

    Zaman acımasız,vefasız
    İnadına mıydı hayırsız
    Üçyüz haneli bir köyde
    Olur mu,amcasız,dayısız
    Karlar kapatırken damları
    Yıldız’da dul bir kadınla
    Kalmış beş çocuğu kapısız

    Yılbindokuzyüz ellidokuz
    Çökmüş Yedipınar’a son güz
    Yavrular biçare,yollar uzun
    Kuruöz,Çırçır,Çakmakbeli
    Mzıkıran bitmez yokuşun
    Çözülmüş zamanın dizinin bağı
    Arkasında kalmış gayrı Yıldız Dağı
    Neylersin Tokat2ın sokağında
    Neylersin,damsız,hansız
    Koca şehirde,öksüz bir yuvada
    Çok zor oluyor babasız.

    Sussun kalemim,yüreğim sussun
    Varlık içinde yokluğa kan kussun
    Dile gelsin,Darçay,Gençay
    Bey Sokağı,Yolbaşı konuşsun.

     

  • Süleyman BABA.Həyatı və Yaradıcılığı

     

    Süleyman Camalov 26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947-1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir.

    1963-1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala kənd həkim məntəqəsinin müdiri vəzifələrində işləmişdir.

    1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun II terapiya kafedrasında aspiranturaya daxil olmuşdur, 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

    Aspirantura dövründə ağciyər və ürək xəstəliklərinin funksional diqanostika üsullarını öyrənmək üçün Moskva şəhərinə ezam olunmuş, akademik B.V.Petrovskinin rəhbərlik etdiyi Kliniki və Eksperimental Cərrahiyə İnstitutunda və akademik B.E.Votçalın rəhbərlik etdiyi II terapiya kafedrasında bu üsulları öyrənmiş və Azərbaycanda ilk dəfə spiroqrafiya, kapnoqrafiya, oksihemometriya, pnemotaxometriya, bronxospirometriya üsulları tətbiq etmişdir.

    1970-1972-ci illərdə Bakı şəhərində Respublika döş qəfəsi cərrahiyyəsi klinikasında həkim terapevt və funksional diaqnostika kabinetinin rəhbəri işləmişdir. Həmin illərdə 2 dəfə Moskva və Stavropol şəhərlərində ixtisasartırma kursunda olmuşdur.

    19 mart 1972-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitunun funksional diaqnostika kafedrasında assistent seçilmiş, 6 may 1972-ci ildə III terapiya kafedrasına assistent vəzifəsinə keçirilmişdir.

    1976-cı ildə Leninqrad şəhərində “hərbi-səhra terapiyası” kursunu, 1978-ci ildə “fiziologiya, biofizika və tibbi kibernetika” kursunu (Moskva şəhəri) bitirmişdir.

    1984-cü ildə Moskva şəhərinə Ümumittifaq kardioloji elmi mərkəzinə ezam olunmuş, orada ürək, qan-damar sistemi xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını öyrənmişdir.

    1986-1988-ci illərdə doktorluq dissertasiya üzərində iş aparmaq üçün Moskva şəhərinə ezam olunmuş, sonralar 1992-ci ilə qədər ildə 3-4 ay müddətinə xəstələr üzərində dispanser müşahidəsi aparmaq üçün Moskvaya getmişdir.

    1997-ci ildə doktorluq dissertasiyasının aprobasiyası olub.

    Elmi nəticələri Respublikamızda və bir çox MDB ölkələrində keçirilmiş simpozium, konfrans və qurultaylarda müzakirə olunmuşdur. Bu günə qədər 110-a yaxın elmi işin, o cümlədən praktiki həkimlər üçün 3 metodik tövsiyyə və 1 monoqrafiyası dərc edilmişdir.

    1980-ci ildə “SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmiş, 2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. 26 oktyabr 2010-cu ildə “Qafqaz Media” İB-nin təsis etdiyi “Qızıl Fonendoskop” diplomu ilə təltif olunub.

    SÜLEYMAN BABA
    90 YAŞLI TƏK VƏ TƏNHA YAŞAYAN
    SALEH MÜƏLLİMİN XATİRƏLƏRİ.

    Yayda istirahət etdiyim zaman eşitdim ki, mənə vaxtilə orta məktəbdə dərs demiş Saleh müəllimin 90 yaşı tamam olub, onun yaxın- uzaq qohumları, qonşular, bir çox kənd adamları yığışıb onun yubileyini təntənəli şəkildə qeyd ediblər. Hal-hazırda o, tək və tənha yaşayır. Mənim xatirimdə qalmışdı ki, Saleh müəllim 1922-ci ildə anadan olub, 19 yaşında könüllü şəkildə cəbhəyə gedib, ayağından və çiynindən 2 güllə yarası alıb, sağalandan sonra yenə döyüşlərdə iştirak edib, ancaq müharibə qurtarandan sonra evinə qayıdıb. O, 1946-cı ildə Bakıda Pedaqoji İnstituta daxil olub, 1950-ci ildə oranı bitirib, təyinat üzrə doğma kəndinə qayıdıb orta məktəbdə ədəbiyyat fənnindən dərs deyib. İşlədiyi müddətdə adi müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışıb. Onun fədakar əməyi dövlət tərəfindən qiymətləndirilib və ona “Əməkdar Müəllim” fəxri adı verilib.
    Saleh müəllimin dərs dediyi şagirdlərin əksəriyyəti ali məktəb bitiriblər. Onların içərisində “elmlər namizədi”, “elmlər doktoru” adları alanlar da, dövlət idarələrində yüksək vəzifə tutanlar da var.
    Mən Saleh müəllimin yanına getdim, onunla səmimi görüşdüm, yubileyi münasibəti ilə ürəkdən təbrik etdim, ona can sağlığı, özünü idarə edə bilmək şərtilə 100 il ömür sürməyi arzuladım. Çoxdan görüşmədiyimiz üçün bizim söhbətimiz uzun çəkdi. Saleh müəllim mənə öz xatirələrini danışdı. Onun şərəfli, lakin kədərlə dolu həyatı məni həyəcanlandırdı. Saleh müəllim ata-anası, qardaşı, oğlu , ömür-gün yoldaşı barədə ürək yanğısı ilə, göz yaşlarını silə-silə danışdı. Yüksək dünyagörüşü olan bu şəxsiyyətin kitab və texniki vasitələr, müxtəlif xarakterli qonşular, dostlar, qohumlar, gənclər, bir çox adamların vərdiş etdikləri zərərli adətlər haqqında mülahizələri məndə böyük maraq oyatdı. Saleh müəllim qocalıq dövrü və qocalığın əlamətləri barədə bir həkim kimi, dünya və həyat haqqında bir filosof kimi fikirlər söylədi. Düşündüm ki, qocaman müəllimin, müdrik bir insanın xatirələri hər bir yaşda olan şəxs üçün xeyirli ola bilər və onların nəşr edilməsi vacibdir.
    ATA, ANA və QARDAŞIM haqqında.
    Mənim atam çoban, anam isə evdar qadın olub. Atam insultdan, anam isə infarktdan dünyasını dəyişiblər. Onlar məni dünyaya gətirmişdilər, mən onları çiynimdə o dünyaya aparmalı oldum. Allah bütün ölənlərə rəhmət eləsin. Mənim bacım olmayıb. Məndən kiçik bir qardaşım olub. Onun adı Rəsul idi. Rəsul ali təhsilli geoloq idi. O, dağları, daşları gəzib faydalı qazıntılar axtarırdı. Balakən rayonunda filiz yataqlarının aşkar edilməsində iştirak etmişdi. Evlənməmişdi. Deyirdi ki, bu işimi də başa çatdırım, sonra çöllərə getməyəcəm, idarədə oturacağam. O zaman evlənəcəyəm. Qəflətən mənə xəbər gəldi ki, Rəsul dağ uçqunu altında qalıb. O, 40 yaşında faciəli surətdə həlak oldu. Onun ölümü mənə böyük zərbə oldu, axı o mənim həm köməkçim, həm də dayağım idi. Deyirlər, dağ-dağa söykənib durar, tək olsa o da uçub dağılar. Eşitmiş olarsan, qardaşlar haqqında müxtəlif rəvayətlər var. Bir rəvayətdə deyilir;
    Varlı qardaş başqasının qoyun-quzusunu otaran kasıb qardaşa deyir, gəl mənim sürümü otar. Bu zaman kasıb qardaş düşünür, başqaları mənə zəhmət haqqı kimi ildə 6 qoyun verirlər, yəqin öz qardaşım ildə 8-10 qoyun verər. Varlı qardaş isə düşünür, o, başqalarına ildə 6 qoyuna işləyir, yəqin mənə ildə 4 qoyuna işləyər.
    İkinci rəvayəıdə deyilir; İki qardaş birlikdə taxıl əkirlər. Onlardan böyüyü evli, kiçiyi subay imiş. Yığılan buğdanı böləndə heç biri razı olmur ki, ona artıq buğda verilsin. Gecə xəlvət subay qardaş öz buğdasından 4 vedrə götürüb evli qardaşın buğdasının üstünə tökür, ona görə ki, onun ailəsi böyükdür. Həmin gecə evli qardaş öz buğdasından 4 vedrə götürüb subay qardaşın buğdasının üstünə tökür, ona görə ki, o, evlənməlidir. Qoy o buğdanı satsın, onun pulu olsun və evlənsin.
    Biz Rəsulla ikinci rəvayətdəki kimi qardaşlar idik.

    OĞLUM, GƏLİNİM VƏ NƏVƏLƏRİM haqqında.

    Mən institutu qurtarandan sonra evləndim. Allah mənə bir oğul bəxş etdi. Adını Azad qoydum. O, əvvəl orta məktəbi, sonra isə Bakı Dövlət Universitetinin ” Beynəlxalq Münasibətlər” fakultəsini bitirdi. O, Azərbaycanda işə düzələ bilmədi. Dostlarına qoşulub Rusiyanın Kalinin şəhərinə getdi və orada zavodda kolbasa sexinə işə düzəldi. Sonra elə oradaca Lena adlı bir rus qızı ilə evləndi. Onun iki uşağı oldu. Böyügünün adını Svetlana, kiçiyinin adını Ruslan qoydular. İldə bir dəfə oğlum, gəlinim və nəvələrim mənim yanıma gəlir və 1 ay qalırdılar. Bir neçə il bundan əvvəl Azad həmin şəhərdə müəmmalı şəkildə həlak oldu. Qohumlarımın köməyi ilə çox çətinliklə, Kalinin şəhərinə getdim, göz yaşlarımı axıda-axıda oğlumun dəfnində iştirak etdim. Hiss etdim ki, mənim dayağım sındı və çırağım söndü. Allah heç bir valideynə bala dağı göstərməsin. Ata və analar, vaxtı çatanda, qoy oğlunun çiynində o dünyaya getsinlər, oğul atanın çiynində yox. Oğlum öləndən sonra, gəlinim də, nəvələrim də bura gəlməyiblər. Telefonla mən onları axtarıram, onlar məni yox. Üç ay bundan əvvəl onlara zəng etmişdim. Lena və Svetlana evdə yox idilər. Telefonu Ruslan götürdü. Soruşdum, necəsən? Mənə cavab verdi: niyə zəng edirsən, gecə sən, mən yatmışam. Sonra o telefonu asdı. Doğrusu, bu, mənim çox xətrimə dəydi. Düşündüm, onlar mənim yanımda olsaydılar, öyrədərdim, babanız sizi nə qədər çox istəyirsə, siz də onun bir hissəsi qədər onu istəyin. Allah oğluma rəhmət eləsin, indiki bəzi gəlinlərə və uşaqlara ağıl versin.

    ÖMÜR-GÜN YOLDAŞIM haqqında.

    Mən və Mehriban bir-birimizi sevib-seçib evlənmişdik. O, ingilis dili müəllimi idi. Adı da Mehriban idi, özü də. Mən onsuz heç bir şadlığa getməzdim. Bir yana gedəndə onun üçün oxuyardım:

    Haranı bəyənib seçəsi olsam,
    Deyərəm, Mehriban, sən mənimlə get.
    Bir gün bu dünyadan köçəsi olsam,
    Tək onda demərəm, sən mənimlə get.

    Mehriban həm şəkər, həm də müalicəyə çətin tabe olan hipertoniya xəstəliyinə tutuldu. Mən onu çox həkimlərin yanına apardım. Aparılan müalicələr həmişə müvəqqəti effekt verdi. Sonra onda ürək astması və aritmiya baş verdi. Günlərin bir günü Mehriban məni yanına çağırdı, əlimdən tutub uzun müddət danışmadan üzümə baxdı, sonra gözlərini əbədilik yumdu. O, mənim hayqırığımı eşitmədi. Mən sonra başa düşdüm ki, son anda Mehriban öz canının hayında deyildi, o, məni düşünürdü və ürəyində deyirdi, ay Saleh, mən öləndən sonra sənin günün necə olacaq?! Mehribanımı itirəndən sonra mən elə bildim ki, hər şeyimi itirdim. Mən başa düşdüm ki,

    Gücsüzdür, qadın ərsiz, kişi arvadsız,
    Yalqız qalan olur, köməksiz və dayaqsız.
    Baxırsan ətrafa kimsə çatışmır,
    Özün də qalmısan əlsiz, ayaqsız.

    El arasında deyirlər, ər və arvad Simurğ quşunun qoşa qanadlarıdır. Qanadın biri sınsa quş necə uça bilər? Əri olmayan qadın yazıqdır, arvadı olmayan kişi yetim.

    Ey insanlar həyat yoldaşınızın qədrini bilin,
    Bir vaxt gələcək, oğul evlənəcək, qız köçəcək,
    Ancaq siz olacaqsınız, bir-birinizə gərək.
    Allahdan arzum budur, ayırmasın sizi fələk.
    Mən Mehribanımı qoruya bilmədim, ayırdı bizi fələk,
    Yalqız qalmışam, olmuşam boynu bükük bənövşə tək.

    Tək qalandan sonra mən ürəkdən sevinə bilmirəm. Hərdən özüm-özümə dodaqaltı zümzümə edirəm:

    Bağçamızda bar olmasa,
    Alma, heyva, nar olmasa,
    Səni sevən yar olmasa,
    Yaşamağa dəyərmi heç?

    Gündüzlər insanlarla ünsiyyətdə olduğum zaman mənim əhval-ruhiyyəm bir babat olur. Axşamlar tək qalanda özümə qapanıram. Dünya gözümə qara görünür. Elə bilirəm, dəryada gəmilərim batıb, ya da mən dəvəsi ölmüş ərəbəm. Gecələr uzun müddət hərəkətsiz otururam, gedib yerimdə yata bilmirəm. Çox vaxt kresloda oturduğum zaman mürgüləyir və yaxud başımı stolun üstünə qoyub yuxuya gedirəm. Bir deyənim də olmur, dur yerində yat.
    Mehribanın ilini verəndən sonra qohumlarım və dostlarım təkid etdilər ki, mən evlənim. Mənim onlara cavabım belə oldu:
    * Qocalara cavanlıq etmək yaraşmaz.
    * Mənim ömrümə az qalıb. Qarşı tərəfi də yarı yolda qoyub getmək, onu da bədbəxt etmək alçaqlıq olar.
    * Biz qadınları “gözəl cins” adlandırırıq. Amma onların hamısı elə deyil. Onların içərisində “üzü mələk, astarı şeytan ” və yaxud “maskalanmış pis xassəli törəmə” kimi olanlar da var. Sənə sadiq olacağını tanımaq çətindir.
    * Ömür-gün yoldaşım tərk edib məni,

    Onun ruhu göylərdədir,
    Heç kim onu əvəz etməz,
    Ruh başımın üstündədir.
    Heç narahat olmayın siz,
    Hərdən yuxularda görüşürük biz.

    Mən özüm-özümə söz vermişəm ki, evlənməyəcəyəm. Nə qədər sağam, Mehribanın xəyalı ilə yaşayacağam və onu xatirələrdə yaşadacağam.

    KİTAB VƏ TEXNİKİ VASİTƏLƏR haqqında.

    İnsanları tənhalıq hissindən qoruyan vasitələrdən biri kitabdır. Mənim fikrimcə kitab bəşəriyyətin ən böyük kəşfidir. Hər kitab bir xəzinədir. O, evdə müəllimdir. Sənə hər şeyi öyrədir, əvəzində isə heçnə istəmir. Kitab insanın biliyini, savadını, dünyagörüşünü artırır, onu elmli, bilikli və müdrik edir. Müdrik insan isə eldə hörmət qazanır. Nadan adamlarla oturub-durmaqdansa kitab oxumaq daha yaxşıdır. Kitab, nəinki tənha qalanların, hətta uşaqdan tutmuş böyüyə qədər hamının dostu olmalıdır. Kitab oxuyan adam darıxmaz, darıxmağa vaxt tapmaz və özünü tənha hiss etməz. Mən uşaq vaxtından indiyə qədər, yəni gözümün nuru itənə qədər, yüzlərlə, minlərlə kitab oxumuşam. Mənim yüzlərlə kitab olan şəxsi kitabxanam var, onu məktəb kitabxanasına vermək istədim, götürmədilər. Onların mənə cavabı belə oldu; kitablarınız köhnə əlifba ilə yazılıb, indi onları oxuyan yoxdur. Keçmişdə deyirdilər, kitab oğrusu, oğru deyil. Bir çox adamlar getdikləri evdən kitab oğurlayırdılar. Əyər oğurlaya bilməsələr, ev yiyəsindən xahiş edib kitabı bir neçə günlüyə oxumaq üçün götürər və onu heç zaman qaytarmazdılar. Bir çoxları isə kitabxanadan kitabı götürür və “itirmişəm” deyə onu geri vermir, kitabxanaya kitabın üç qat qiymətini ödəyirdilər. Təəssüflər olsun ki, son zamanlar, kitabı satın alanların, kitabxanadan kitab götürüb oxuyanların sayı hədsiz dərəcədə azalıb. Bir lətifədə deyilir: kitab mağazasına girən bir kişi satıcıdan soruşur, kitab satışı necə gedir?. Satıcı deyir, çox pis. Kişi soruşur, niyə?. Satıcı cavab verir, çünki, ağlı olanların pulu yoxdur, pulu olanların ağlı. İndiki uşaqlara deyəndə ki, kitab oxu, deyirlər, ekranlaşdırsınlar, televizorda baxım.
    Gündəlik həyatımıza daxil olan texniki vasitələr insanların başını elə qatıb ki, onlar günlərin, həftələrin, ayların və illərin necə gəlib-keçdiyindən xəbər tutmurlar.
    İnsanların bir-birlərilə ünsiyyət saxlaması üçün telefon əvəzsiz vasitədir. Cib telefonları çıxandan sonra məktublaşmaya demək olar ki, son qoyuldu.
    Biz radio və televizor vasitəsilə son xəbərlərə qulaq asır, xalq mahnılarını, muğamları, saz havalarını dinləyirik. Televizorda, kinoteatra getmədən, müxtəlif filmlərə və verilişlərə baxırıq. Maqnitafonda dünyasını dəyişmiş, əvəzedilməz, Azərbaycan müğənnilərinin lent yazılarına qulaq asırıq. İndi kompyuter əsridir. Respublikamızda uşaqdan tutmuş böyüyə qədər hamı kompyuterin əsirinə çevrilib. Kompyuter getdikcə kitabı, radionu və hətta televizoru sıxışdırıb aradan çıxarır. Mən də, bir çox qocalar kimi kompyuterlə işləməyi bacarmıram. Kompyuter almağa, onun internetə qoşulmağının haqqını ödəməyə də imkanım yoxdur. İndi kompyuterdən, mobil telefondan, rəqəmli və kabelli televizordan istifadə etmək havayı deyil. Onlar müəyyən ödənişlər tələb edir, bu da təqaüdlə dolanan adamlar üçün əlçatmazdır. Onu da qeyd etmək lazımdır ki, hər bir texniki vasitənin müsbət və mənfi cəhətləri var. Bir çox gənclər kompyuterin görməyə, eşitməyə, əsəblərə və beyinə zərərli təsirini dərk etmir, onlardan istifadə qaydalarına əməl eləmirlər. Mənim bir qohumum həmişə zarafatla deyir: “telefon çıxaran ölsün”, ona görə ki, biz həmişə telefonla danışırıq, daha bir-birimizin yanına getmirik və üz-üzə oturub dərdləşmirik.

    QONŞULAR haqqında.

    Yaxşı qonşu bütün adamlar üçün, daha çox isə tənha adamlar üçün lazımdır. Yaxın və yaxşı qonşu qohumlardan daha tez sənə təcili və texniki yardım göstərir. Əlbəttə sən də onun işinə yarayırsansa. Mənim qonşularla münasibətim həmişə yaxşı olub, indi də yaxşıdır. Biz həmişə bir-birimizin kefini soruşmuşuq, qonaq gedib-gəlmişik, bişirdiyimiz xörəklərdən pay vermişik, xeyir-şərdə iştirak etmişik. Problemli məsələlər olanda bir yerə yığışıb müzakirə etmiş, məsələnin asan həllini tapıb, sonra birgə hərəkət etmişik. Ehtiyacımız olanda dükan-bazara getmədən təcili lazım olan şeyi qonşudan almışıq. Son zamanlar lazım olanda qonşularım mənə həkim çağırır, dərman alıb gətirirlər. Onlar tez-tez gəlib məni yoluxur, yanımda oturub söhbət edir, kənddə olan təzə xəbərləri danışırlar. Qohumlarım gəlib çıxmayanda qonşularım mənə bazarlıq da edirlər. Sözsüz ki, pis qonşular da olur. Mənim qonşularımın yaxınlığında bir bədəsil qadın yaşayır. O, hər gün bir bəhanə tapıb qonşuları ilə dava edir. Özü fürsət tapan kimi mal-qarasını qonşunun həyətində otarır. Amma qonşunun toyuğu onun həyətinə keçdikdə o, elə bir haray salır ki, səs-küydən qulaq tutulur. Mən onunla bir neçə dəfə görüşdüm, qonşularla mehriban davranmağı məsləhət gördüm. Lakin xeyri olmadı. Mən əmin oldum ki, xasiyyətə dərman yoxdur. Qanla girən, canla çıxacaq.Yaxşı qonşu haqqında belə bir rəvayət var.
    Bir nəfər başqa bir nəfərdən aldığı borc pulu qaytara bilmədiyi üçün evini satmalı olur. Həmin kişi evi almaq istəyən müştəriyə deyir; ev 7 min manat, qonşum 3 min manat, sən mənə 10 min manat pul verməlisən. Müştəri deyir, mənə qonşu-zad lazım deyil, evi 7 min manata alıram. Onların mübahisəsini eşidən qonşu gəlir. Evi satmağa, qonşusunu burdan köçməyə qoymur. O, gətirib qonşusuna borcun pulunu verir və deyir, olanda pulumu qaytararsan.

    DOSTLAR haqqında

    Dostsuz heç kim olmasın. Mənim orta məktəbdə, cəbhədə, ali məktəbdə, müəllim işlədiyim zaman, hətta təqaüdə çıxandan sonra qazandığım dostlar olub. Onların hamısı vəfalı və etibarlı idilər. Son zamanlar dostlarımın çoxu dünyasını dəyişiblər. İndi bir yaxın dostum qalıb, o da başqa rayonda yaşayır. Mən onunla indi telefonla əlaqə saxlayıram. Dost sözü yoldaş məfhumundan yüksəkdə durur. Bəzən dosta ən yaxın yoldaş, arxadaş da deyirlər. Belə bir fikir də var ki, DOST sözündəki D hərfi dəmir, O hərfi od, S hərfi su, T hərfi torpaq mənasındadır. Yəni, dəmir kimi möhkəm, od kimi qaynar, su kimi saf, torpaq kimi bərəkətli olan adam dostdur.
    Əslində dostluq iki nəfər arasında olan yüksək dərəcədə yaxın münasibətdir. Bu münasibət ruhən yaxınlıq və mənəvi birlikdən yaranır. Əsl dostluq yüksək dərəcədə insanlıqdır. Dostluq münasibəti olan iki nəfər bir-birini sevir, mehriban davranırlar. Biri o birisinin yaxşılığını və xoşbəxtliyini istəyir. Əks tərəfə təmənnasız yardım göstərir, biri o birinin tərəfdarı, müdafiəçisi və havadarı olur. Belə dostluğu hiylə və böhtan asanlıqla poza bilmir.
    Atalar deyib ki, dostlar da cürbəcür olur. Ürək dostu, çörək dostu, dil dostu. Dil dostunu şirin dillə yola sal, çörək dosta sən bolluca çörək ver, ürək dostla hərşeyini böl yarı.
    Yalançı dostlar da olur. Sən kiməsə lazımsansa, o şəxs özünü sənə dost kimi göstərir, işini düzəldəndən sonra səndən uzaqlaşır.
    Yüksək vəzifə tutan varlı şəxslərin “dostları” da çox olur. Lap balın üstünə yığışan qarışqa kimi. Lakin, həmin şəxs vəzifədən çıxan kimi belə “dostlar” yoxa çıxırlar.
    Bəzən belə də olu. Bir nəfər başqası ilə 4-5 gün yoldaşlıq edir və ona dost deyir. Bir də görürsən ki, bir aydan sonra onların “dostluğu” nəinki pozulub, hətta düşmənçiliyə çevrilib. Allah belə “dostları” bizdən uzaq eləsin.

    QOHUMLARIM haqqında.

    Qohumlar da cürbəcür olur. Mən öz qohumlarımı aşağıdakı qruplara bölərdim: 1.Yüksək vəzifə tutan varlı qohumlar; 2. Öz aralarında normal insani münasibətləri saxlamağı bacarmayanlar; 3. Müxtəlif təbiətli gənclər.
    Yüksək vəzifə tutan qohumlarımı mən ancaq əzizlərim rəhmətə gedəndə görmüşəm. Onlar gəlib, mənə başsağlığı verib, ehsan verilən zaman məni ərzaqla təmin edib gediblər. Ondan sonra məni axtaran, heç olmasa halımı telefonla soruşan olmayıb. Mən də onları axtarıb tapa bilməmişəm. Arvadları deyirlər ki, bugün tədbir var, ora gedib, katibələri deyirlər ki, Prezident aparatına gedib. Qohumlarımdan birinin əli çörəyə mənim köməyim sayəsində çatıb. Kobud da olsa deyəcəyəm, it ona çörək verəni xatırlayır, mənim qohumum isə yox. Həmin qohumum vəzifəyə keçəndən sonra təmamilə dəyişib, elə bil başqa adam olub. Eşitdiyimə görə o, indi sərvət yığmaqla məşğulur. Mən çətin vəziyyətdə, kasıb yaşayan bir neçə qohumumu onun yanına göndərmişəm. O isə heç birinə kömək etməyib. İkinci qohumum da vəzifə sahibi olandan, varlanandan sonra öz qohum-qardaşlarından təmamilə üz döndərib. O, yadlarla dostluq edir, gününü kef məclislərində keçirir. Mən bu “cızığından çıxan” qohumlarıma aşağıdakı məzmunda ismarıc göndərmişəm;

    Həqiqəti nə vaxt anlayacaqsan,
    Sən vəzifədə çox qalmayacaqsan.
    Çox pulun, qızılın olsa da belə,
    Bir ömürdən artıq yaşamayacaqsan
    Yığdığın sərvət də burda qalacaq,
    Kəfəndən başqa heçnə aparmayacaqsan.
    Çox varlı olsan da, aşma həddini
    Ehtiyac gələ bilər, bükər qəddini
    Çörəyi tək yeyən, yükün tək aparar,
    İşin çətinə düşsə, de səni kim axtarar?!
    Vaxt gələcək, ömür yetəcək başa,
    Xeyirxah ol, sən də hörmətlə yaşa.

    Mənə elə gəlir ki, mənim varlı qohumlarım, vəzifədən
    çıxandan sonra ağıllanacaqlar.
    Mənim qohumlarımın içərisində öz aralarında normal insani münasibətləri saxlayanlar da var, saxlamayanlar da. İnsanpərvərlər də var, pis xassəlilər də. İstiqanlılar da var, soyuqqanlılar da, dəliqanlılar da . Nəslimizin ağsaqqalı kimi mənim üzərimə düşən vəzifələrdən biri qohumlarımın arasında səmimiyyəti saxlamaq olub. Mənim işim-gücüm onlara düz yol göstərmək, küsülüləri barışdırmaq, çətin problemlərin həllində onlara kömək göstərmək olub. Mən təkcə öz qohumlarıma yox, kəndimizin bir çox adamlarının ailələrində baş verən mübahisəli məsələlərin həllində yardımçı olmuşam. Mən qohumlarıma öz övladlarım kimi baxmışam. Onlara qarşı mehriban, lakin , tələbkar olmuşam. Ancaq ifrat dərəcədə sərt olmamışam. Qohumlarımın içərisində bir ailə var, valideynlərini itirəndən sonra bacı və qardaşlar bir-birlərindən təmamilə soyuyublar, get-gəli kəsiblər, təmamilə yadlaşıblar. Onların içərisində bir nəfər tapılmayıb ki, valideynlik vəzifəsini öz üzərinə götürsün, doğma bacı-qardaşları dağılışmağa qoymasın. Mən onlara demişəm, ocaq yananda onun içərisindəki daşlar qızınır. Ocaq sönəndən sonra daşlar bir-birlərinə söykənib uzun müddət istiliyi saxlayırlar. Daşların hərəsini bir tərəfə atdıqda onlar tez soyuyurlar. Axı isti münasibətin saxlanmasının hamınıza xeyri var. Başqa bir ailədə atadan miras qalmış evi və torpağı bölmək üstündə qardaş və bacılar dalaşıblar, bir-birlərinin başını yarıblar və yaxud saçını yolublar. Sonra da işi məhkəməyə veriblər. Mən onlara izah etmişəm ki, hər bir məsələni zor tətbiq etmədən, dinc yolla həll etmək olar. Orta məktəb dərsliklərində olan aşağıdakı hekayəni onlara danışmışam.
    Bir dəfə külək və günəş mübahisə edirlər, kim yolla gedən atlı kişinin əynindəki kürkü çıxara bilər. Külək nə qədər güclü əssə də heçnə edə bilmir. Kişi kəmərini açıb kürkün üstündən bərk-bərk bağlayır. Günəş öz isti şüalarını yayıb dağı-daşı, o cümlədən atlını qızındıran kimi kişi kürkünü də, pencəyini də, hətta köynəyini əynindən çıxarır. Hekayədən göründüyü kimi bir çox məsələləri isti münasibətlə daha tez və asan yoluna qoymaq olar.
    Damarında bir nəslin qanı axan adamlar necə razı ola bilərlər ki, biri atadan qalmış evdə, o biri isə türmədə yatsın. Ağacı çaya, dənizə atdıqda su onu batırmır, çünki, ağac su içib böyüyüb. Qohumlarımın içərisində bitərəf, laqeyd, xeyrə-şərə yaramayan adamlar da var. Mən onlara aşağıdakı təmsili danışmışam.
    Bir dəfə koramal görür ki, ilan onun dostu qurbağanı ağzına alıb udmaq istəyir. Qurbağa nə qədər geri dartılsa da ilanın ağzından çıxa bilmir. Koramal düşünür, özləri bilsinlər, mən heç kimin işinə qarışan deyiləm. Ancaq o bədbəxt bilmirdi ki, gələcəkdə özü o vəziyyətə düşsə ona da heç kim kömək etməyəcək.
    O, bir olan Allah bilir ki, təkcə qohumlarımın yox, bütün insanlar arasında insani münasibətlərin qorunub saxlanılması üçün mən nə qədər əziyyət çəkmişəm.
    Tək və tənha qalan rusiyalı qonşularımız evdə it və pişik saxlayıb onlarla adam kimi rəftar edirlər. Biz niyə ətrafımızdakılarla insan kimi davranmamalıyıq?.
    Kim-kimə yaxşılıq etsə hökmən onun əvəzi özünə qayıdır. Mən qohum-qardaşa, qonşulara, qəlbi pak insanlara doğma münasibət bəsləmişəm. İndi də onun xeyrini görürəm. Məni əhatə edən şəxslərdən diqqət və qayğı görəndə sevinirəm və mənim ömrüm uzanır. Mənim fikrimcə, tənha qocalığın yeganə dərmanı insanlarla ünsiyyətin saxlanılmasıdır.
    Qohumlarımın arasında gənclər az deyil. Onların hamısı eyni təbiətli deyil. Elə gənclər var oxumaq da istəmirlər, işləmək də. Həyatın mənasını alaq otları kimi yeməkdə, içməkdə və yatmaqda görürlər. Onların içərisində elələri də var, pul qazanmaq üçün əyri yollara əl atıblar, axırda türməyə düşüblər, özlərini də bədbəxt ediblər, valideynlərini də.
    Uşaqlar valideynlərinin tərbiyəsi və müəllimlərinin səyi nəticəsində formalaşır və müstəqil həyata atılırlar. Bundan sonra hər şey gəncin özündən asılı olur. Bir çox gənclər yaxşı oxuyur, müəyyən ixtisas sahibi olur, daim çalışır, müdrik adamlarla oturub-durur, öz dünyagörüşünü artırır, çörəyi zəhmətlə qazanırlar. Çalışqan gənclər zirvəyə yüksəlir, tənbəllər isə yerdə sürünürlər.
    Son zamanlar gənclərdən ingilis dilini bilmək və kompyuterlə işləməyi bacarmaq tələb olunur. Gənclər xarici dil də öyrənməli, bir çox texniki vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Su yaşamaq eşqilə qayaları deşib çıxır, insan ondan ibrət götürməlidir. Yaşlı nəsl təqaüdə göndərildikdə onları əvvəlcədən yaxşı hazırlanmış gənclər əvəz etməlidirlər. Xalqımıza və dövlətimizə ağıllı, savadlı, işgüzar, öz ixtisasını mükəmməl bilən mütəxəssislər lazımdır. Havayı yerə demirlər, avropalılar ona görə bizdən irəlidədirlər. Onlar işi bacarana tapşırırlar. Yaxşı olar ki, hökumətimiz gəncləri işlə təmin etmək barədə proqram hazırlayanda sorğu aparsın və gənclərin rəyini öyrənsin. Mən bir neçə gənclə apardığım söhbətin məzmununu sizə çatdırmaq istəyirəm. * Orta məktəbi bitirmişəm,əsgəri xidmətimi yerinə yetirmişəm, instituta girə bilmirəm, ixtisasım yoxdur deyə iş vermirlər. * İnstitutu bitirmişəm, deyirlər, sənin ixtisasın üzrə boş iş yeri yoxdur * Bir nəfəri təqaüdə göndəriblər. Boş iş yeri açılıb. Müdir məni işə qəbul etmək üçün yüksək məbləğdə “şirinlik” istəyir, verə bilmirəm. * Boş iş yeri açılmışdı. İşə girmək üçün müsabiqədə iştirak etdim. Bir çox suallara cavab verə bilmədim.İnstitutda bu barədə bizə heçnə deməmişdilər. Həmin kafedralardan biz qiyməti satın almışdıq. * Dərman satan xarici firmalar məni işə götürür. Aylıq maaş da pis deyil. Amma əmək kitabçası yazılmır, iş stajın olmur, gündə 8-9 saat işləməlisən, ildə 8-10 gün icazə və ya məzuniyyət verilir. Dekretə çıxsan işdən azad edilirsən. * Müdir məni işə götürür, amma deyir 100 manat maaş alacaqsan, 100 cürə iş görəcəksən. Onun təklif etdiyi maaş heç yol pulumu ödəmir.
    Mən həmin gəncdən soruşdum, sənə amerikalı işçiyə verilen qədər maaş versələr, onu hara xərcləyərsən? Gənc cavab verdi, mən onu xərcləməyə yer taparam. Tamaşa onda olar ki, amerikalı işçiyə mənə təklif edilən qədər maaş verələr.
    Gəlin, boynumuza alaq, gənclərin cəmiyyətdə özünə yer tapa bilməməsinin səbəbkarı həmişə gəncin özü olmur. Bir çox məsələlər var ki, onlar, dövlət tərəfindən tənzimlənməlidir.

    ZƏRƏRLİ ADƏTLƏR haqqında

    Son zamanlar bir çox adamlar Səhiyyə Nazirliyinin xəbərdarlığına baxmayaraq həm siqaret çəkir, həm də spirtli içki qəbul edirlər. Mən heç vaxt siqaret çəkməmişəm. Cavan vaxtlarımda və sonralar ancaq toyda-bayramda, az miqdarda spirtli içki qəbul etmişəm. Məni çox zaman masabəyi seçiblər. Sağlıqlar dediyim zaman çox vaxt rumkanı “öpüb” yerə qoymuşam. Mən həmişə gənclərə məsləhət görmüşəm ki, bu zərərli adətlərə öyrənməyin. Bu adətlər də narkotiklər kimi adamda asılılıq yaradır. Onlara öyrəndikdən sonra tərgitmək çətin olur. Əgər öyrənmisinizsə sağlamlığınızı itirməmiş onları tərgidin. Ətrafımdakılara mən həmişə aşağıdakı məsləhətləri vermişəm: * Siqaret çəkmək cana və cibə ziyandır. O, ürək və ağciyər xəstəliklərini törədən səbəblərdən biridir. * Siqaret çəkəndə “dərd tüstü kimi yayılır” fikri düz deyil. * Spirtli içkinin ləzzəti bir neçə saatlıqdırsa, zərəri bir neçə günlükdür. * “Araq stresi aradan götürür” fikri yanlışdır. O, ancaq müvəqqəti unutqanlıq yaradır . Stresi törədən səbəb aradan götürülməlidir. * Spirt daha çox qaraciyər, ürək və beyin toxumasını zədələyir. * Yaşlı adamlar spirtli içki qəbul etdikdə çox vaxt müvazinətini saxlaya bilmir, yıxılıb qol-qıçını sındırırlar.
    Belə bir ifadə var: 100 qram araq içdikdə, adamın ağlı 100 qram azalır. El arasında belə deyirlər ; siqaret çəkənlər və spirtli içki içənlər qocalmır, çünki qocalana qədər qalmır. Onlar vaxtından tez ölürlər, təqaüd üçün yığılan pul da hökümətə qalır.

    QOCALIQ DÖVRÜ VƏ QOCALIĞIN ƏLAMƏTLƏRİ.

    Insanın ömründə uşaqlıq, gənclik, orta yaş, ahıllıq və qocalıq dövrləri olur. Bir çox adamlar ahıllıq dövründə dünyasını dəyişirlər. Qocalıq dövrünü ancaq uzun ömür sürən adamlar yaşayırlar. Hər gün hər hansı bir işlə məşğul olan adam çox zaman qocalığın gəlməsini hiss etmir. Təqaüdə çıxan, lakin əmək qabiliyyətini saxlayan şəxslər, ürəyinə yatan bir işlə məşğul olduqda gec qocalırlar. Evdə oturan, heç bir işlə məşğul olmayan, övladlarının və ya nəvələrinin əlinə baxan şəxslər tez qocalırlar. Ömründə kədərli günlərin sayı çox olan, xroniki xəstəliklərə tutulan, ehtiyac içində yaşayan, dərman alanda pulu çörəyə çatmayan, yardımçısı olmayan köməksiz insanlar lap tez qocalırlar. Bir də görürsən ki, sona göldən, ətir güldən, sağlıq da əldən gedib, cavanlıq özü gedib, qocalıq özü gəlib. İş görmə qabiliyyətim azalanda mən duydum ki, qocalmışam. Güzgüyə baxanda gördüm ki, saç və saqqal ağarıb, dəridə qırışlar artıb, boyum balacalanıb, belim bükülüb. Sonralar qocalığın başqa əlamətlərini də hiss etdim. Gözlərimin nuru azalıb kitabda hərfləri seçə bilmirəm, ətrafımdakılar ucadan danışmasa eşitmirəm, kiməsə nə isə deməliydim, yadımdan çıxıb. Damaqlarım nazikləşdiyindən diş protezlərim tez-tez ağzımdan düşür. Hərəkət edən zaman gördüm ki, taqətim qalmayıb, yerimdən duranda və yol gedəndə yıxılıram, dizlərimdə güc yoxdur, əllərim əsir, olmuşam adamın boynundan asılan, heçnəyə yaramayan sınıq qol kimi.Yıxılanda özüm-özümə deyirəm, Saleh, sən ki belə deyildin, yıxılıb qalma, gücünü topla ayağa dur. Sonra zorla dururam ayağa. Gündüzlər oturduğum yerdə mürgüləyirəm, gecələr yuxum ərşə çəkilir. Çox vaxt gecələr düz uzana bilmirəm. Havam çatmır. Bəzən öskürək tutmaları baş verir, durub otururam. Gəlbim olur qəm məskəni. Mən özümü gah şöləsi azalmış, yanıb qurtarmaqda olan şama, gah da atılmış, unudulmuş, Arktika gitəsinin buzlaqlarına bənzədirəm. Qocalığın pis cəhətlərindən biri odur ki, həyata maraq azalır, məhəbbət və inam ölür, qalır azacıq ümid. Düşünürsən, bəlkə möcüzə baş verdi, bəlkə əvvəlki aktiv həyat bərpa olundu. Mən həkimlərdən 100 dəfə xahiş etmişəm, imdad edin, mən sağalım, özüm-özümü idarə edə bilim, heç kimə möhtac olmayım. Ancaq sıradan çıxmış üzvləri bərpa etməyə onların gücü çatmayıb. Məlum məsələdir, hələlik insanlar üçün “ehtiyat hissələr” yoxdur və satılmır. Lap satılsa da bütün üzvləri təzələmək olmaz ki. Bu yaxınlarda dostum Sadiq mənə zəng edib, halımı soruşdu. Mən ona aşağıdakı cavabı verdim:

    Əvvəlki şirin həyat, zəhrimara dönübdür
    Deyəsən, yolum da mənim, o tərəfə dönübdür.
    İndi sən məni görsən, yəqin, gözüvə inanmazsan,
    Mən əvvəlki Saleh deyiləm.
    Ucalıqdan qocalığa enmişəm,
    Qəlbi kövrək bir uşağa dönmüşəm,
    Yumulmuşam, bir yumağa dönmüşəm,
    Kənar adamlara möhtac olmuşam. Sadiq mənə dedi:
    Sən dünyanın hər üzünü görmüsən,
    Çox çətinliklərə sinə gərmisən,
    Bizim hamımıza örnək olmusan,
    Sən azı 100 il yaşamalısan.

    Mən Sadiqə dedim, həyatda ən şirin şey candır, ən qiymətli şey ağıldır. Canım sağlam olsa, ağlım da yerində qalsa, sənin dediyin qədər yaşamağa dəyər.
    Nəyə lazım mənə 100 yaş,
    İşləməsə ürək və baş.
    Mən həyatda çox qocalar görmüşəm. Onlar ümidsiz və çarəsiz qaldıqda əllərini göyə qaldırıb allaha yalvarırlar ki, onlara ölüm göndərsin.
    Mən isə etmirəm fəğan,
    Olacaqdır allah yazan.
    Bir neçə dəfə mənim yanıma rayon İcra Hakimiyyətinin ağsaqqallar şurasından nümayəndələr gəlib. Onlar mənə deyiblər: sən hökümətin və xalqın yolunda can qoymusan. Razı ol, səni Qocalar Evinə göndərək. Orada sənin üçün gözəl şərait yaradılacaq.Mən onlara etiraz etdim və dedim: burada hərdən qohumlarım, hərdən qonşularım dadıma çatır, orada olsam məni kim axtaracaq. Bəlkə qohumlarım mənim ölməyimdən, harada basdırılmağımdan da xəbər tutmadılar. Onda qəbrimin üstünə gələn və məni xatırlayan olmayacaq. Tarixdən izim çox tezliklə silinəcək.

    DÜNYA VƏ HƏYAT haqqında

    Dünyaya gələn hər bir şəxs, əvvəl valideynlərinin himayəsində yaşayır, sonra müstəqil həyata atılır. O, ailə qurur, uşaqlarını böyüdür, onları müəyyən sənət sahibi edir , evləndirir. Nəvələri böyüdüb boya-başa çatdırmağın əziyyəti də çox zaman baba və nənənin üzərinə düşür. Saydığımız vəzifələri yerinə yetirərkən insan xoş günlər də görür, əzablı günlər də. Kef də görür, kədər də. O, şahid olur ki, bu dünyada bahar da var, qış da, günəşli günlər də var, dumanlı günlər də, cənnət də var, cəhənnəm də. İnsanın ömrü, riyaziyyatçıların dediyi kimi, cavabı sıfır olan çox məçhullu məsələnin həllinə bənzəyir. Məsələnin həllində olduğu kimi, insanın da həyatında toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə və kök alma olur. Hamı istəyir ki, onun həyatında toplama, vurma və qüvvətə yüksəltmə çox olsun. Çıxma, bölmə və kök alma heç olmasın. Lakin belə olmur. İnsanın tükənməz arzularının hamısı həyata keçmir, ümidlərinin hamısı doğrulmur.
    Olur insanların çərxi-fələkdən gileyi.
    Çünki həyata keçmir, hər arzu və diləyi.
    Nəticədə insan qərara gəlir ki, mənim qismətim beləymiş. Deyirlər, bir dəfə bir qız, müqəddəs günlərin birində üzünü göyə tutub Allaha yalvarır, tale yazan insaf et, mənə yaxşı tale yaz. Anası bunu eşidib ona deyir: ay qız, özünü öldürmə, sənin talehin çoxdan yazılıb qurtarıb. Əslində biz elm tərəfindən hələ aşkarlanmamış və tam sübut olunmamış hər bir şeyi tale ilə bağlayırıq.Yaşadığı dövrdə hər bir insan sevinc də görür, qəm də görür. Bir filosof deyirmiş “ mən varam , dünya da var, mən yoxam, dünya da yoxdur”.Yəni dünya yaşayanlar üçün var. Ölənlər üçün dünya da yoxdur, bu dünyanın əzab-əziyyəti də.

    Həyat bir gün sevir, bir gün dağlayır,
    İnsan bir gün gülür, bir gün ağlayır.
    Güzəranı xoş keçən həmişə şad,
    Pis keçən, daima peşiman olur.

    Bütün adamlar bilirlər ki, onlar da başqa canlılar kimi öləcəklər. Ancaq nə vaxt öləcəyini heç kim bilmir. Ona görə məsləhət görülür ki, nə qədər sağsan işlə, çalış, uğur qazan, yüksəl, müdrik ol, yaxşılıq et, savab qazan.

    Dünya birinə toyxanadır,
    O birinə qəmxanadır.
    Heç kimi daim saxlamayan
    Adicə mehmanxanadır.

    Fələk adamın qolundan tutub aparır, mənzil başına çatanda gülü tək qoparıb atır. Öküzün axırı ət şorbası, insanın axırı torpaq altı olur. Ömür boyu çalışıb vuruşan insan, ancaq öləndən sonra əbədi sakitlik tapır.

  • İlahə BAYANDUR.Yeni şeirlər

     

    Sızlama qəlbim, sızlama

    Bu ürəyin nə günahı,
    Sızlama qəlbim, sızlama.
    Unut bu fəryadı, ahı,
    Sızlama qəlbim, sızlama.

    Yarpağın solur deyəsən,
    Ümid puç olur deyəsən.
    Bahar saç yolur deyeəsən…
    Sızlama qəlbim, sızlama.

    Açılmayır qaş-qabağın,
    Pərişandır keyfin, halın.
    Ağı deyir baxışların,
    Sızlama qəlbim, sızlama,

    Nadana könül bağlama,
    Onu yadında saxlama.
    Baxıb rəsminə ağlama,
    Sızlama qəlbim, sızlama,

    O sən təki səni sevməz,
    Səni qəlbində gəzdirməz.
    O zalımdır, sevə bilməz,
    Sızlama qəlbim, sızlama,
    Sızlama qəlbim, sızlama.

    Niyə gəlmədin?

    Səndən ayrılalı günlər il oldu,
    Həsrət yağmurları qəlbime doldu.
    Qara saçlarımı küləklər yoldu,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Mənə gəl-gəl dedin, özünsə getdin,
    Zülmətə, dumana qarışıb itdin,
    Yenə xəyallardan mənə əl etdin,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Rəsmini həsrətlə basdım bağrıma,
    Məlhəm idi qasnax tutmuş yarama.
    Bar vermədi becərdiyim barama,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Dəryada tufana qərq oldu gəmim,
    Ondan sonra coşdu, çağladı qəmim.
    Ağılar söylədim, tutuldu dilim,
    Gözlərim dörd oldu, niyə gəlmədin?

    Yaralı qəlbimə qəm gülü əkdin,
    Nə vaxt çiçəkləyər? Gözümü dikdim,
    Dərdi dərd üstdən yüklədin, çəkdim,
    Gözlərim dörd oldu, niyə gəlmədin?
    Gözlərim dörd oldu, niyə gəlmədin?

     

  • İlahə BAYANDUR.Yeni şeirlər

     

    SEN DEYİR

    Hisslərim ağlımı üstələyəndə,
    Ürəyim sən deyir, dilim sən deyir.
    Leysan yağmurları çırpıb döyendə
    Ürəyim sən deyir, dilim sən deyir.

    Gözümü qırpmağa qorxuram bilsen…
    Qorxuram gözümdən tez çəkilərsən.
    Neylərəm əksini gözümdən silsən,
    Ürəyim sən deyir, dilim sən deyir.

    Yaralı ruhumun mehəmisən bil,
    Yollar ayrıcının yolçusuyam, gül,
    Bilirem başıma sovrulacak kül,
    Ürəyim sən deyir, dilim sən deyir.

    Mələyir ağzımda qurumuş dilim,
    Deyirsən adını dilimdən silim?
    Unutmaq asanmı? Söylə nə bilim?
    Ürəyim sən deyir, dilim sən deyir.

    Şirin bir yuxusan, bəlkə də xəyal,
    Gəl məni yuxumun qucağından al,
    Ya özünle apar, ya göylərdən sal,
    Ürəyim sən deyir, dilim sən deyir.

    Görünmür gözümə nə insan, nə cin,
    Bax, nə havalıyam tək sənin için,
    Deyirsən dünyadan sürünüm, köçüm?
    Ürəyim sən deyir, dilim sən deyir.

    Dondu, bitdi ümidlərim

    Narın payız axşamında,
    Bir oğlanın qarğışında,
    Bir ananın baxışında,
    Dondu, bitdi ümidlərim.

    Bəyaz, qarlı qış axşamı,
    Tanrı yandırsın yaşımı?
    Mənim bələdçim naşımı?
    Dondu, bitdi ümidlərim.

    Körpə, fidan mələklərdə,
    Cücərməyən diləklərdə,
    Azman, güclü biləklərdə,
    Dondu, bitdi ümidlərim.

    Dodağında gözüm qaldı,
    Deyiləcək sözüm vardı.
    Hanı,məndə dözüm qaldı?
    Dondu, bitdi ümidlərim.

  • Gülten ERTÜRK ( Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Sever Seni
    Küssem; seni baştan sağsam
    Bir hırsla dağları ağsam
    Gökten taş olup da yağsam
    Dolum yine sever seni

    Her mevsim açıp solsam da
    Bulut içine dolsam da
    Fırtına boran olsam da
    Yelim yine sever seni

    Hasretin beynimi yorsa
    Zaman hiç akmayıp dursa
    Dalgalar kıyıya vursa
    Yalı’m yine sever seni

    Bakılmadan genç yaşıma
    Acı katılsa aşıma
    Neler gelse de başıma
    Kolum yine sever seni

    Cefa etse pek çok zalim
    Fetvalar verse de âlim
    Kalmasa da hiç mecalim
    Halim yine sever seni

     

    Öğretmen Nasihat
    Bak yavrum! Deseler ki yeniden geleceksin
    Cehaletin izini tamamen sileceksin
    Ne olmak istediğin yine sen bileceksin
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Dağ gibi ol asla bükme ha boyun
    Diş geçirmesin sana katiyen kirli oyun
    Bir dünyaya bedelsin asildir senin soyun
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Güzel vatan senden özveri bekler
    Sen çaba gösterirsen boşa gitmez emekler
    Seni örnek alacak kundaktaki bebekler
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Güneş gibi aydınlat dört bir yanı
    Geleceğe yürürken geçmişi iyi tanı
    En zorlu zamanlarda rehber eyle Ata’nı
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Ay yıldızı göğsüne iyi kazı
    Senin için inlesin ozanların gür sazı
    İlmin ile ateş ol korksun kışın ayazı
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Sakın ola saygıda kusur etme
    Sevgiden bir deniz ol kini nefreti gütme
    Eğer dostun düşerse asla bırakıp gitme
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! İstikbalde vatan sana emanet
    Bu aşk ile çabala asla duyma nedamet
    Sana en güzel miras Ata’ndaki metanet
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    22.11.2009

  • Gülten ERTRÜK ( Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Bayrağım (Gülce-Buluşma)

    Günaydın;
    Hilal kaşlım, yıldız gözlüm

    Günaydın;
    Ülkemin gelincik çiçeği

    Sevda denizine can katan selim
    Her seher ruhumu okşayan yelim

    Dalgalan;
    Yurdumun semalarında sönmeyen ateş
    Ezelden ebede batmayan güneş
    Dalgalan;
    Nur yüzlüm, gönülden sözlüm
    Hilâlin benzersiz yıldızına yoktur eş

    Gazimin şehidimin selamını alan sen!
    Yüreğe kanat olup sonsuzluğa salan sen!
    Semayı süslese de binlerce ayla yıldız
    Hürriyetin simgesi, gökte en büyüksün en!

    Sensizliği düşünmek Türk’e en ağır ceza
    Mehmetçiğin kanıdır üstündeki renk keza
    Salındıkça salın yâr beyaz senin al senin
    Sen boynunu bükersen öksüz kalır tüm feza

    Sen milletin gururu,
    Şerefisin şanısın
    Dededen torunlara
    Anlatılan anısın

    Seni başında taşır
    Bir kez eline alan
    Dalgalan göz bebeğim
    Her rüzgârda dalgalan!
    Seviyorum seni, seviyorum işte!
    Hilâl kaşlım yıldız gözlüm
    Dalgalanabildiğince dalgalan!

    Ata’m

    Mevsim gazel mevsimi yürekler yine hazan
    Özlemdeyiz, ey Türk’ün kem talihini bozan
    Yalnız On Kasım değil sana duyulan minnet
    Sabah akşam duada kadın, erkek, kız, kızan

    Dallar boyun büküyor güllerin rengi sarı
    Bülbül gülü unuttu bugün farklıdır zarı
    Baştan başa sen varsın yurdun ufuklarında
    Muğla’da çökertmesin Artvin’de ata barı

    Bağımsızlık adına yanar yaktığın ateş
    Yedi düşmanın başı olamadı sana eş
    Muasır medeniyet senden bize emanet
    Bakışları okyanus saçları sarı güneş

    Atam diye inliyor ülkemin dört bir yanı
    El ele kenetlenmiş Kırklareli’si Van’ı
    Gençliğin sahip çıkar birinci görevine
    Ey yüzyılın lideri ey Türk’ün asil kanı

    Gülten Ertürk

  • Nilufer DURSUN ( Türkiye Cümhuriyyeti, Çanakkala).Hayatı veYaratıcılığı

    Nilüfer Dursun 1947 yılında Türkiye Cumhuriyeti’nin Çanakkale doğumlu olub.İbtidai ve ortaöğretim Çanakkale şehrinde alıb.Sonra Türkiye Cumhuriyeti’nin Ankara şehrinde faaliyet gösteren Ankara Gazi Eğitim Enstitüsü İngilizce bölümüne kabul olmuşdur.İyirmi iki yıl Gümüşxana, Çanakkale, Ankara lise ve meslek liselerinden
    İngilizce öğretmeni olarak çalıştı.
    Literatüre, şiire erken yaşlardan ilgi göstərir.Türkiyə Cumhuriyeti’nin çeşitli yayın organlarında şiirleri yayınlanan olunub.Şeirləri Türkiye Türkçesinden Azerbaycan Türkçesine çevrilmiştir. “Ziyalı Ocağı” Sosyal Birliğinin yayın organı “Ziyalı Ocağı” dergisinde-dergisinde biyografisi, şiirleri yayınlanmıştır. “Ziyalı
    Ocağı “Sosyal Birliği Fahri üyesidir.
    Nilüfer hanım gençler ve çocuklar için sanatsal türün çeşitli türlerinde eserler yazmışdır.Nilufər Dursunun “ruh ikizim”, “asla Kurulan Saatler” adlı şiir kitabı yayınlanmıştır.
    Nilüfer Dursun birçok tanınmış Türk şairlerinin ve yazarlarının eserlerini Türkiye Türkçesinden İngilizce tercüme kılmıştır tercüman şair olarak kendi mesleğinin mütəxəssisidir.2004 yılında İngiliz dilini yeni öğrenmeye başlayanlar için “English For Beginners” adlı kitabı piyasaya gördü.
    İç alemi zengin, cismi fıtri-istedadla dolu olan bu hanım şairlikdən, tərcüməçilikdən ek daha bir sanatın sahibidir.Nilufər hanım Türk dünyasında kendisinin sihirli fırçası ile tanınmış rəssamlardandır.Sulu boya ile çekilmiş eserleri kendi çevresine çok sayıda izleyici kitlesi toplamıştır.
    Türkiye Cumhuriyeti’nin yetenekli hanım yazarı ve ressam Nilüfer Dursun büyüdüğü Türkiye Cumhuriyeti `nden başka, Almanya Cumhuriyeti’nde, Bulgaristan Cumhuriyeti’nde sulu boya ile çizilmiş eserlerinin sergisi olmuştur.
    Çağdaş Türkiye edebiyatının yetenekli hanım yazarı Nilüfer Dursun “Iles”, “GESAM”, “Engels ve Mutlu iz”, “Yaşam ve Mevlana”, “Dünya”, “Kardeşlik” Derneklerinin üyesidir.
    2012 yılı sentybar ayının 24-de Türkiye Yazarlar Birliği Heyeti üyesi olarak Azerbaycan Cumhuriyeti’nin başkenti Bakü’de “Divan-ı Hikmet” Kültürel Meclis’te düzenlenen etkinliğe katıldı.

    CAN ruhtan, RUH CANDAN GİZLİ GİZLİ DEĞİLDİ

    Güneşe quldun sen, gece değildin,
    Dem vurmak Röyadan boşuna dedin.
    Mədrəsəydi dünyan, təkyənsə alem,
    Halk yolu yoluçusu, aşk piri idin.

    Dökülmemiş sırrı gönül aynanın,
    Sevgi şarabından içtin, doymadı.
    Mədrəsəydi dünyan, təkyənə alem.
    Oduyla yandın da, aşka uymadın.

    Candan da əzizdin ehli dotlara,
    Mumun pervane, Şəmsən nuruna.
    Mədrəsəydi dünyan, təkyənsə alem.
    Aşk dini müridi, yolçuydun Hakk’a.

    Verdin sen kendini yoluna aşkın,
    Şems’in bakışıyla kaynayıp daşdın.
    Gönülden sevmenin zamanını açtın.
    Günəşdin gönüllere, Gevher kültürel,

    Günəşdin gönüllere , Gevher kültürel ,
    Ney anlatıp durdu kalp derdini .
    Mədrəsəydi dünyan, təkyənsə alem,
    Can ruhtan, ruh candan gizli değildi.
  • Əziz MUSA.”QANLI YANVAR GECƏSİ” ( Poema).

    QANLI YANVAR GECƏSİ
    (poema)

    O gecə , qanlı gecə,
    Güllələndi bir səhər.
    Bakı qana büründü,
    Azadlıq doğdu səhər.

    Bakının üstə gəldi,
    O gecə qan içənlər.
    Durdu şərlə üz-üzə,
    Vətənə and içənlər.

    Güllələr yağış kimi,
    Yağırdı hər tətəfə.
    Düşmənlərin əlinə,
    Keçmişdi bir girəvə.

    Soxulmuşdu şəhərə,
    Ağır tanklar, maşınlar.
    Şəhərə axışırdı,
    Dörd tərəfdən qoşunlar.

    Haqq deyən adamlara,
    Yox idi rəhm eyləyən.
    Qanına bələnirdi,
    Azadlıq, Vətən deyən.

    Qoşun hücum edirdi,
    Dənizdən, həm qurudandan.
    Od-alov tökülürdü,
    Qış gecəsi havadan.

    O gecə hava soyuq,
    Göylər əl çatmaz idi.
    Yollara qəm yağırdı,
    Insaf, mürvət az idi.

    O gecə bu millətin,
    Şər gəlmişdi üstünə.
    Əli yalın kütlənin,
    Qəm durmuşdu qəstinə.

    Bakının küçələri,
    Dönmüşdü qan selinə.
    Cəlladlar öldürürdü,
    Kim keçirdi əlinə.

    O gecə sinələrdən,
    Qızıl qan fışqırırdı.
    Körpələr top səsindən,
    Oyanıb qışqırırdı.

    Göylərdə uçuşurdu,
    Ölüm saçan qəlpələr.
    Barıt iyi verirdi,
    Qorxunc səsli güllələr.

    Vətən deyən oğullar,
    Durmuşdu şərə qarşı.
    O gecə qurumurdu,
    Anaların göz yaşı.

    Kafirlər baxmırdılar,
    Nə qocaya, nə gəncə.
    Görünməmişdi hələ,
    Belə zülüm, işgəncə.

    Göylər çaşıb qalmışdı,
    Ucalan ah-nalədən.
    Ya azadlıq, ya ölüm,
    Söyləyirdi hər yetən.

    Qorxu bilməz igidlər,
    Vermişdilər əl-ələ.
    O qanlı müsibəti,
    Gətirmək olmur dilə.

    Ölümdən qorxmurdular,
    Vətən deyən oğullar.
    O gecədən keçirdi,
    Haqqa uzanan yollar.

    Daha bu haqsızlığa ,
    Dözəmmirdi igidlər.
    Onları bezdirirdi,
    Yalan sözlər, boş vədlər.

    Hamı bir nəfər kimi,
    Atılmışdı meydana.
    O gecə qatillər də,
    Susamışdı al qana.

    O gecə haqla nahaq,
    Dayanmışdı üz-üzə.
    O gecə qeyrət dərsi,
    Keçirdi zaman bizə.

    Silirdi qorxuları,
    Ürəklərdən şəhidlər.
    Ürəklərə köçürdü,
    Qurban gedən şəhidlər.

    Moskva anlamırdı,
    Görmürdü bu axını.
    Caynağından buraxmaq,
    Istəmirdi Bakını.

    Qorbaçov düşünürdü,
    Erməniləri ancaq.
    Bilmirdi yansa sönməz,
    Türkün qəlbində ocaq.

    Qarabağda erməni,
    Bildiyini edirdi.
    Moskvanın əliylə,
    Torpaq əldən gedirdi.

    Topxanada ağaclar,
    Doğranıb, kəsilirdi.
    Əskərandan, Laçından,
    Bəd xəbərlər gəlirdi.

    Zəngəzurdan, Göyçədən,
    Adamlar qovulurdu.
    Xalq qalxmışdı ayağa,
    Hər gün meydan dolurdu.

    Çadırlar qurulurdu,
    Azadlıq meydanında.
    Orda gecələyirdi,
    Çoxlu adamlar onda.

    Etiraz edirdilər,
    Haqsızlığa adamlar.
    Dəstə-dəstə gedirdi,
    Qarabağa adamlar.

    Tonqallar alışırdı,
    Azadlıq meydanında.
    Qan coşub, qaynayırdı,
    O gün ürəkdə, canda.

    Millət öz qəzəbini
    Beləcə bildirirdi.
    Saqqallılar mərkəzin,
    Qərarını bilirdi.

    Iki başlı oyunlar,
    Çaşdırmışdı milləti.
    Sual altında idi,
    Şuşanın aqibəti.

    Azadlıq meydanında,
    Xalqın istəyi coşdu.
    Millətin qəzəbindən,
    Moskva özü çaşdı.

    Qarabağ dedi hamı,
    Azadlıq dedi millət.
    Şərə üsyan eylədi,
    Xalq meydanda nəhayət.

    Əsarətə yox dedi,
    Xalqımız gur səsiylə.
    Belə birlik, həmrəylik,
    Görünməmişdi hələ.

    Millət ayağa qalxdı,
    Qarabağ deyiləndə.
    Moskva aciz qaldı,
    Bu birliyin önündə.

    Qərar verdi Qorbaçov:
    -Söndürün yanar odu.
    Bu istəyi beşikdə,
    Qoy boğsun qızıl ordu.

    Dünya susdu, dinmədi,
    Bu qanlı olaylara.
    Millətin sinəsinə,
    Vurulanda yüz yara.

    Dostlar haya gəlmədi,
    Ucalanda səsimiz.
    Əli yalın döyüşə,
    Atıldıq bax, onda biz.

    O gecə məhəbbətə,
    Sevgiyə güllə dəydi.
    Güllələnən körpənin,
    Axı günahı nəydi?

    Beşiklər al qan oldu,
    Soldu qönçə çiçəklər.
    O soyuq qış gecəsi,
    Əsdi qara küləklər.

    Ilhamın sevən qəlbi,
    Qanına qəltan oldu.
    Səxavətin istəyi,
    Qəlbində qönçə qaldı.

    Larisanın köksünə,
    Sancıldı odlu güllə.
    Fərizənin harayı,
    Bizi göynədir hələ.

    Qanlı Yanvar gecəsi,
    Millət döndü özünə.
    Qalxıb sözünü dedi,
    Moskvanın üzünə.

    O gecə qurd uladı,
    Azadlıq dedi hamı.
    Birliyə şahid oldu,
    O günlərin adamı.

    O gecə qan-qadaya,
    Şəhidlər gərdi sinə.
    Bütün dünya mat qaldı,
    Bu xalqın hünərinə.

    Qızıl qana boyandı,
    Bakının hər küçəsi.
    Kəsilmədi, susmadı,
    Mirzə Xəzərin səsi.

    Xəzərə qan çiləndi,
    Dalğalar şahə qalxdı.
    Boğuldu göz yaşından,
    Kür, Araz qanlı axdı.

    Türkmənçay dilə gıldi,
    Gülüstan dindi o gün.
    Təbriz ah-nalə çəkib,
    Ağladı için-için.

    Şəhid oldu o gecə,
    Yüz otuz yeddi insan.
    Yeddi yüz insan isə,
    Yaralandı o zaman.

    Öldü çox uşaq, qadın,
    Dağıdıldı bir şəhər.
    Qan rənginə boyandı,
    O günaçılan səhər.

    Şəhidlərin adını,
    Vətən yazdı qəlbinə.
    Şəhidlər bir tac oldu,
    Bu yurda, bu Vətənə.

    Şəhidlərə baş əydi,
    O gün bütün xalqımız.
    Vətən dedik, yurd dedik,
    Bir ağızdan hamımız.

    Qorxu, hürkü bilmədi,
    Od-alovdan keçənlər.
    Ölməzlik qazandılar,
    El yolunda köçənlər.

    Yağdı çiçək yağışı,
    Səhər-səhər o günü.
    Qərənfilə büründü,
    Bütün şəhər o günü.

    Döndü qərənfil o gün,
    Azadlıq simvoluna.
    Nur çilədi günəş tək,
    Igidlərin yoluna.

    Qərənfillər ağladı,
    O səhər yollar boyu.
    O səhər yasa döndü,
    Neçə igidin toyu.

    Anaların ahından,
    Dağ da, daş da ağladı.
    Baxıb axan qanlara,
    Qar da, qış da ağladı.

    Məmməd Aslan ağladı,
    Məmməd Araz ağladı.
    Bəxtiyarın harayı,
    Ürəkləri dağladı.

    Şəhidlər xiyabanı,
    Döndü Bəzz qalasına.
    Analar ağı dedi,
    Öz şəhid balasına.

    Qalama bax, qalama,
    Sinəmə od qalama.
    Ay Allah, necə qıydın,
    Mənim bircə balama.

    Əziziyəm bu dağı,
    Dolan gəl bağça, bağı.
    Namərd əlin qurusun,
    Getməz sinəmin dağı.

    Ana fəryad qoparır,
    Atasız oğul qalıb.
    Bu dərd ürəyə sığmır,
    Yarımçıq nağıl qalıb.

    Vətən başın sağ olsun,
    El-oba batıb yasa.
    Bu dərdi çəkə bilməz,
    Dağ da, daş da ağlasa.

    Yumruq kimi birləşir,
    Bütün millət, bütün xalq.
    Narahatdır Moskva,
    Işlər olub baş-ayaq.

    Laxlayır Qorbaçovn,
    Səltənəti, taxt-tacı.
    Baxıb sevinir yağı,
    Əsən küləklər acı.

    Azadlığa gedən yol,
    Ürəkdən, qandan keçir.
    Şəhidlər yatan yerdə,
    Millət indi and içir.

    Bu gün qeyrət yolumuz,
    Zirvələrə ucalır.
    Vətən deyən oğullar,
    Bu torpaqdan güc alır.

    Gül-çiçəyə bürünür,
    Qara mərmərlər hər gün.
    Şəhidlər xiyabanı,
    Əzizdir hamı üçün.

    Qanla suvarılsa da,
    Müqəddəs torpağımız.
    Hər zaman ucalacaq,
    Üç rəngli bayrağımız.

    Bu millət azadlığı,
    Əldən verməz heç zaman.
    Hər qızımız bir igid,
    Hər oğlumuz qəhrəman.

    Vətənin hər qarışı,
    Candan əzizdir bizə.
    Tanrı gözəllik verib,
    Bu torpağa, bu düzə.

    Bu yurdun altı qızıl,
    Bu yerin üstü cənnət.
    Niyə yada baş əysin,
    Bu millət, bu məmləkət.

    Şəhid olmaq şərəfdi,
    Qılınc çalmaq hünərdi.
    Biz Vətəni sevməsək,
    Günəş çoxdan sönərdi.

    Şəhid el balasıdı,
    Şəhidlər ölməz heç vaxt.
    Şəhid qurban gedir ki,
    Daim yaşasın həyat.

    Qanlı Yanvar gecəsi,
    Unudulmaz heç zaman.
    Bizim azadlığımız,
    Keçib ölümdən, qandan.

    Şəhidlər xiyabanı,
    Bir tarix kitabıdı.
    Günəş doğan bu zirvə,
    Azadlığa qapıdı.

    Şəhidlər xiyabanı,
    Nur saçan bir mayaqdı.
    Vətənin qürur yeri,
    Haqqa, sülhə dayaqdı.

    Şəhidlər uca zirvə,
    Düşmənə göz dağıdı.
    Şəhidlər xiyabanı,
    Bir qərənfil bağıdı.

    Vətən hələ dardadı,
    Hələ də tökülür qan.
    Ey igidlər birləşin,
    Böyüməsin xiyaban.

    Burda səfərbər olaq,
    Burdan çıxaq səfərə.
    Atılaq döyüşlərə,
    Imza ataq zəfərə.

    Qarabağ alınmasa,
    Gülməz şəhid ruhları.
    Gəlin azad eyləyək,
    O doğma torpaqları.

    Qarabağ yol gözləyir,
    Yolu tutub duman, çən.
    Indi gecikmək olmaz,
    Bizi çağırır Vətən.

    Gəlin səfərbər olaq,
    Gəlin verək əl-ələ.
    Gəlin bir gün ağlayaq,
    Bu torpağa, bu elə.

    O gecə alovlanan,
    Məşəl sönməz heç zaman.
    Həmişə yaşayacaq,
    Müstəqil Azərbaycan.

  • Rafiq ODAY.Yeni şeirlər

    YƏQİN

    Haray yox, bir titrək havaram sənsiz,
    Çatmaram arzuma – ha varam – sənsiz.
    Fərqi nə, ya yoxam ya varam sənsiz,
    Silinməz bu qəlbin yarası yəqin.

    Səhv etsəm, el-aləm yamanlar məni,
    Tərk etməz qəlbimə damanlar məni.
    Alar ağuşuna dumanlar məni,
    Bilmərəm dünyanın harası yəqin.

    Əyilməz – bu yurdun nər manı varsa,
    Tanrının haqq adlı fərmanı varsa.
    Bir dərdin minbir də dərmanı varsa,
    Tapılar bunun da çarası yəqin.

    Boş qalmış ələyin yiyəsi mənəm,
    Oxlanmış kürəyin yiyəsi mənəm.
    Bu sınıq ürəyin yiyəsi mənəm,
    Parası gümandı, parası yəqin.

    Doğmadan yan qaçıb yada varalı,
    Yurdumun hasarı yaman daralır.
    Bir ömür yaşaram – ağlı, qaralı,
    Ağı müəmmadı, qarası – yəqin!

    ARXA DAN GƏLİR

    Dərdi dərd edəndə dərdə çevrilir,
    Ürəkdə boy atır, sərdə çevrilir,
    Dərd var, öndə dürür – mərdə çevrilir,
    Dərd var namərd kimi arxadan gəlir.

    Haçandı bu çax-çax baş aparmayır,
    Zirvənin gözünü yaş aparmayır,
    Sel gəlib gərədən daş aparmayır,
    Daşlar kövrək vurur, çarxa qan gəlir.

    Qanqallar calanır yolumun üstə,
    Tonqallar qalanır yolumun üstə,
    Ümidim can verir qolumun üstə,
    Mən candan oluram, xalxa can gəlir.

    Tufandı, şimşəkdi, qasırğalı el,
    Firon qulağında bir sırğalı el,
    Buğdanın ətrinə yadığardı el,
    Bəs bu nə tamdı ki, arpadan gəlir.

    Vaxtdı, qara ruhu odandan ayır,
    Bəxtdə uduzanı, udandan ayır.
    Buyur bu şəfəqi o dandan ayır,
    Suya şəfəq düşür, arxa dan gəlir.

  • Rafiq ODAY.Yeni şeirlər

    QAYITMAZ

    Dərd məndən elə bezib ki,
    Bir də üstümə qayıtmaz.
    Durum bir boylanım baxım,
    Birdən üstümə qayıtmaz.

    Şahım gözlər qiyaməti,
    Ahım gözlər qiyaməti,
    Ruhum göylər əmanəti,
    Yerdə üstümə qayıtmaz.

    Hanı ötən o kef-damaq,
    Niyə mən səni sevdim, ah…
    Can çıxdımı – örtün dümağ,
    Pərdə üstümə – qayıtmaz.

    NEYLƏYİB AXI

    Yuvası pərən leyləyik,
    Nə məcnun, nə də Leyliyik.
    Yenə qışdan gileyliyik, –
    Qış bizə neyləyib axı?

    Oyandıq daş yuxusundan,
    Çıxdıq qara-qorxusundan,
    Sən allah düş yaxasından,
    Yaş bizə neyləyib axı?

    Dünya sirdi, sirdaş deyil,
    Bizlə bağrı-badas deyil,
    Ağaran saçdı, baş deyil, –
    Baş bizə neyləyib axı?

    Nə yük var kotana düşür,
    Bəlkə kəl utana – düşür.
    Lənət daş atana düşür, –
    Daş bizə neyləyib axı?

    Çoxu yad bəhsinə yanar,
    Uyar öz nəfsinə, yanar,
    Quru əvəzinə yanan,
    Yaş bizə neyləyib axı.

  • Rafiq ODAY.Yeni şeirlər

    QUBA «SOYQIRIM MƏZARLIĞI» ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

    Səninləyəm, Türk oğlu,
    Ruhunu oyaq saxla,
    Bu yerdən keçən zaman
    Bir anlıq ayaq saxla.
    Silahını əldə tut,
    Patrondaşı saz eylə,
    Yannıda daraq saxla.
    Bu dərdləri sözbəsöz,
    Misra-misra yazmağa
    Qələm və varaq saxla.
    Mürəkkəbi heç zaman
    Qurumasın qələmin,
    Bir sonluğu olmalı
    Bu yaşın, bu ələmin!

    Sonsuz fitnə-fəsaddan,
    Bəd niyyətdən danışaq.
    Başımıza açılan
    Müsibətdən danışaq.
    Bəndlər birmi, beşmidir,
    Hansı bənddən danışaq?!
    Ki, səsimiz dünyanı
    Yuxusundan oyatsın,
    İnsanların qəlbində
    Bu vəhşi quldurlara,
    Bu allahsız kəslərə,
    Nifrət hissi boy atsın.

    Gör neylədi bir ovuc
    Qaçaq-quldur erməni.
    Xeyirə üz bozardan,
    Şərə – quldur erməni!
    Dünyanın tüpürdüyü,
    Tapdaq yoldur erməni.
    Siz də keçir tüpürün
    Sifətinə nakəsin.
    Addımları bərk vurun,
    Yerlər, göylər titrəsin.

    Onla dostluq edilməz,
    Harda gördüz uzaq dur.
    O, şərəfdən kənardır,
    O, mənlkdən uzaqdır.
    Dünyanın qarşısında,
    Diz çöküb gecə-gündüz,
    Zarın-zarın ağlayır –
    Desinlər ki, yazıqdır.
    Bu yazıqlıq oyunu,
    Bu məzlumlüq pərdəsi.
    Yırtılır yavaş-yavaş.
    Hayların ittək ipi,
    Dartılır yavaş-yavaş.

    Bulaq kimi qaynayıb,
    Sellənib axmaq gərək.
    İldırımtək gavurun
    Başında çaxmaq gərək!
    Gələcək nəsillərin
    Gözlərinin içinə
    Alnıaçıq, üzüağ,
    Yalan-palandan uzaq
    Şax durub baxmaq gərək.
    Yoxsa gələn nəsillər
    Bağışlamaz bizləri.
    Silinər babaların
    Yer üzündən izləri.

    Artır saatbasaat
    Ordumuzun qüdrəti.
    Heç kim saxlaya bilməz
    Azğın, yağı düşmənə
    Aşıb-daşan nifrəti.
    Qaynayır igidlərin
    Damarında qeyrəti.
    Qoy dığalar anlasın
    Artıq bu həqiqəti:
    Ali Baş Komandanın
    Bir əmri bəsdir bizə.
    Vətən – görən göz bizə,
    Vətən nəfəsdir bizə.
    Bircə həmlə yetər ki,
    Düşmən payimal olsun.
    Diz çöksün qarşımızda,
    Dili bağlı mal olsun.
    Haydı, qandal vurulsun.
    Düşmənin qollarına.
    Eşq olsun sabahımın
    Zəfərini yazacaq
    Vətən oğullarına,
    Vətən oğullarına!!!

    GƏLİR

    Zülmətləri yarıb gəldim,
    Zəncirləri qırıb gəldim.
    Öz içimə varıb gəldim,
    İçinizə varın, gəlin.

    Bu köçünüz keçən izdi,
    Göz yaşında köçün üzdü.
    Bu köç sizin köçünüzdü,
    Köçünüzə varın gəlin.

    Sinəm uyuyur dağında,
    Sol gərdi var hər sağın da.
    Yayın cırhacır çağında,
    Ustumuzə boran gəlir.

    Sahibi var bu mizanın,
    Onun rizasın qazanın.
    Haqqın yolunu azanın,
    Harayına «Quran» gəlir.

  • Rafiq ODAY.Yeni şeirlər

    SƏNƏ EHTİYACIM VAR

    Yaxamı ruzgarların
    Əlində qoyub getdin.
    Elə bil ki, vüsalın
    Gözünü oyub getdin.
    Mən səndən doymamışdım,
    Sən nə tez doyub getdin?!
    Duymadınmı sinəmdə
    Neçə ağrım-acım var?!
    Sənə ehtiyacım var.

    Suvar oldu xoş günüm
    Yel qanadlı atına,
    Bülənd oldu fəğanım
    Göyün yeddi qatına.
    Daha kim anar məni,
    De, kim salar yadına?!
    Dərd birdimi, beşdimi –
    Durum hara qaçım – var,
    Sənə ehtiyacım var.

    Zalım həsrət ayırdı
    Ağuşunda yer mənə,
    Bu dərd hələ nədir ki,
    Varsa yenə ver mənə.
    Bu qədər zülm az kimi,
    Hicran baxıb der mənə:
    -Yandırmağa, yaxmağa,
    Pul-pul olmuş sacım var,
    Sənə ehtiyacım var.

    Bu elə bir dərddi ki,
    Nə qohuma danışmaq,
    Nə yada demək olmur.
    Bu elə bir dərddi ki,
    Nə suya pıçıldamaq,
    Nə oda demək olmur.
    Bu elə bir dərddi ki,
    Nə kamana söyləmək,
    Nə uda demək olmur.
    «Nə»lər səltənətində
    Möhtəşəm taxt-tacım var,
    Sənə ehtiyacım var.

    Qoşun-qoşun dərdlərin,
    Səfini yarıb gəlim,
    Ruhsuz nəyə gərəyəm,
    Ruhuma varıb gəlim.
    Bir himə bəndəm, gülüm,
    Dünyanın o başından –
    Sən səslə – durub gəlim,
    Zalım fələk əlində
    Didim-didim saçım var,
    Sənə ehtiyacım var.

    Halım dərya misallı –
    Kükrəmədə, daşmada,
    Dalğa-dalğa qabarıb
    Sahilini aşmada,
    Mən sənə can atmada,
    Sənsə uzaqlaşmada;
    Gedirsən, get – nə qəm ki,
    Ta yalnız deyiləm ki, –
    Dərd adında qardaşım,
    Nisgil adlı bacım var…
    … Amma yenə, yenə də,
    Sənə ehtiyacım var.

    BÖYÜK

    Bir nadana

    Fərqi yox – xan ol, ya paşa,
    Dərd varsa dərdlə tapışar.
    Yaxandan bir əl yapışır,
    Yapışar yaxandan böyük.

    Dən varsa, bir dənlik də var,
    Hər qəmdə bir şənlik də var.
    Unutma bir mənlik də var, –
    Paşadan, yan xandan böyük.

    Ümmanıq, ya heçik – hər nə,
    Böyüyük, ya kiçik – hər nə.
    Uzaqdan kiçik görünən,
    Görünər yaxından böyük.

    Xan Araz da, Kür də vətən,
    Yaşayar hər sirdə vətən.
    Bir ANAdır, bir də VƏTƏN,
    Varından, yoxundan böyük!

    Yetər, az dalımca daş at,
    Kainatla sevgi yaşıd.
    Qəlbində bir sevgi yaşat,
    Tanrıya, qorxundan böyük!

  • Təranə ŞƏMS.”AY İŞIĞINDA DÖYÜNƏN ÜRƏKLƏR ” (Məqalə).

    Görkəmli ədəbiyyatşünas, tənqdçi-alim, filologiya elmləri doktoru, bir neçə dəyərli kitabın müəllifi İmamverdi Əbilov tənqidçi olmasına baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığına tənqidi prizmadan deyil, aralarındakı dostluq münasibətlərini önə çəkərək, qəlbində yatan mürgülü xatirələrin toplusu kimi bu kitabda əks etdirərək, oxuculara təqdim etmişdir. Bizlər bu kitabı oxuduqca, hər iki insanı dostluğun zirvəsində görürük.
    Oxucuların ixtiyarına verilən bu kitabı tənqidçi-alim İmamverdi Əbilovla şair Bəxtiyar Vahabzadə dostluğunun təcəssümü kimi dəyərləndirmək daha məqsədəuyğun sayılır. “XATİRƏLƏRİN AY İŞIĞINDA“ kitabı eyni dövrdə yaşayıb-yaradan iki yaradıcı insanın saf, ülvü dostluğundan bəhs edir. Bu insanlar başqa-başqa yerlərdə doğulub, boya-başa çatsalar da, onları yalnız bir amal birləşdirirdi: əqidə və hiss birliyi, eyni bucaqdan görünən dunyagörüşü.
    Bəxtiyar Vahabzadə Şəki şəhərində dünyaya göz açan və M.F.Axundovdan sonra gələn, bir çox dahi şəxsiyyətlərlə bir sırada adı çəkilən dühalardan biri idi. Mənim həmyerlim olan Bəxtiyar Vahabzadə yaradıcılığına hörmətlə yanaşan insanlara həmişə böyük rəğbətim olub. İmamverdi müəllim, Bəxtiyar müəllimlə dostluğunuza dəyər verərək, bu kitabı nəşr etdiyiniz üçün sizə ürəkdən “çox sağ ol” deyirəm. Siz Bəxtiyar müəllimi onu sevənlərə daha qözəl tanıda bildiniz. Mən həmişə öz eloğlumu görmək arzusunda olsam da, bu mənə qismət olmayıb. Amma qeyd etdiyiniz kimi, Bəxtiyar müəllim elə bir zəngin irs sahibidir ki, onunla təmasda olmayan bir insan da ondan ürəkdolusu danışa bilər. Bəxtiyar Vahabzadəni tək Azərbaycan xalqı deyil, böyük Türk dünyası da tanıyır və sevir. Siz həm bu kitabın müəllifi, həm də bir dost kimi, şairin dostluqda necə sədaqətli olduğunu önə çəkmisiniz. Bəxtiyar dövrünün ən ağır günlərində yaşayıb-yaradan, bir çox qadağalara baxmayaraq, öz sözünü deyə bilən şair idi. Dostluq etdiyiniz Bəxtiyar sözün, fikrin, hətta milli şüurumuzun zəncirləndiyi sovetlər dönəmində “Gülüstan”, “Özümüzü kəsən qılınc”, ”Kövrək budaqlar” kimi siyasi mühiti qılınclayan bir çox əsərilə heç nədən çəkinmədən sözünü deyə bildi. Bəli, dili üçün dilim-dilim doğrananda, dünyanın fırlanmasını insanlara çatdırmaq istəyəndə, siz onun yanında olub, onu ay işığında dinləyərək, xalqı üçün ürəyi yanan şairin dərdinə şərik olmusunuz. Bu kitabı oxuduqca, bir-birinizə yazdığınız məktublarda dostluq üçün ürəyinizi verdiyinizə əmin oluram. Və hətta, BƏXTİYARI itirməklə ədəbi mühit boş qalmaqla yanaşı, sizin də özünüzü tənha saydığınız hiss olunur. Həqiqətən də, bu gün ədəbi mühitdə Bəxtiyar müəllimdən sonra, xalqın sevgisini qazanıb onu öz arxasınca apara bilən söz sahibi yoxdur. Düşünmədən, ürək ağrısı ilə deyərdim ki, ədəbiyyatımız, doğrudan da, yetim qalıb.
    Bəxtiyar müəllim haqqında çox söz demək olar, lakin sizin yazdığınız xatirələr səhfələndikcə, dostluqda sədaqətli, əzmkar bir insanı bir daha yaxından tanıyırıq və bu dostluğa qibtə etməmək mümkün deyil. Həqiqətən də, qeyd etdiyiniz kimi, sizə ünvanladığı məktubların birində ”Əzizim, iki gözüm, qardaşım, məsləkdaşım” kimi ürəkdən deyilmiş bu ifadələrin arxasında böyük bir dostluğun işığı görünür. Dostluq elə bir məfhumdur ki, hər insan onu başa düşə bilməz. Dədə-babalarımız da çox yerində demişdir: ”Qardaş özü dost olsa yaxşıdır”. Demək, əsil dost qardaşdan da irəlidir.
    Qeyd edirsiniz ki, Bəxtiyar müəllimlə tanışlığınız 1948-ci ildə Yazıçılar Birliyində Səməd Vurğunla görüşünüz zamanı olub və elə o gündən qayəsi nurla yoğrulan və ay işığına dönərək, yaddan çıxmayan xatirələrə çevrilən bu dostluğun təməli qoyulub. Güman edirəm ki, siz qəlbinizdəki acılı-şirinli xatirələri yada salanda Bəxtiyar müəllimin “Bircə ondan razıyam ki, özümdən narazıyam” ifadəsini hansı səbəbdən dediyini bildiyiniz üçün bir dost kimi qəlbiniz çox sızıldayıb. Məgər, bu insan öz xalqı üçün az iş görmüşdü? Bütün bu məziyyətlər, onun öz-özünü qınaması şairin böyüklüyündən, təvazökarlığından xəbər vermirmi? Hətta, onu da qeyd edirsiniz ki, Şəkidə, Bəxtiyar müəllimin evində qonaq olarkən, sanki özünü sizə borclu kimi göstərməyə çalışırdı. Bütün bunlar isə onun Şəkili olduğundan və Şəkisayağı qonaqpərvərliyindən xəbər verir. Məncə, illərin sınağından çıxan dostluğunuzun möhkəmliyi məkan tanımır, necə ki, sizin topladığınız xatirələr xəzinəsində öz əksini tapır. Bəli, məkan tanımayan dostluq xeyir-şərdə, toy-düyündə özünü təsdiq edir. Sizin qəlbiniz çeşid-çeşid səhifələndikcə vəfalı dost, həm də böyük bir alim kimi dahi şəxsiyyətin bir çox bilmədiyimiz cəhətlərini onu sevənlərə açmağı bacardınız. Deyirlər, dost dar gündə sınanar, İmamverdi müəllim, siz zaman-zaman sınanmısınız. Qeyd etdiyiniz kimi, 1960-cı ildə Rəsul Rza haqqında yazdığınız kitabın nəşrinin ləngiməsindən xəbər tutan əziz dostunuz Bəxtiyar müəllim Azərbaycanda KP MK-nın ideologiya üzrə katibi, həmyerlisi mərhum Nazim Hacıyevin, Yazıçılar İttifaqı rəhbərlyinin qəbuluna gedərək, kitabın çap olunması üçün müsbət cavaba nail olur. Az bir müddət ərzində həmin kitab 6 min tirajla işıq üzü gördü.
    Yaddaşınız səhifələndikcə, bir ömür boyu dost olduğunuz insanın mərdliyindən, cəsarətindən, kövrəkliyindən söz açırsınız. Yolda qarşısına çıxıb əl açan kasıb qız-gəlinləri görəndə, onların əllərini boş qoymasa da, deyirmiş: “Mən onlara bir günlük dolanışıq verdim, necə olacaq bu işlərin axırı?” – deyərək, hönkür-hönkür ağladığının şahidi siz olmusunuz. 60 il dost olduğunuz insanı bizə sizdən yaxşı kim tanıda bilər? Siz demişkən, bu insan ancaq öz- özü ilə müqayisə oluna bilər.
    Bəli, Bəxtiyar müəllim özünün, sözünün cəsarətinə güvənən xalqın şairi idi. Sovet rejiminin zəncir kimi əlimizə-ayağımıza dolandığı bir vaxtda, yeri gəlsə, bu sistemin məmurlarını öz idrakının, öz fəlsəfəsinin gücü ilə susdurmağı bacaran, xalqın dilində danışmağı özünə borc bilən odlu-alovlu bir şair idi.
    Görkəmli alim Abbas Zamanovun qatı millətçi kimi təqib olunmasina göstəriş verildiyi bir vaxtda şairin sözünün daşdan keçdiyinə bir daha əmin olduq, bir telefon zəngi ilə öz millətinin oğlunu qorumağı rejimin zəncirində öz mənliyini itirən məmurdan tələb etdiyini gördük. Bütün bu olaylar isə şairin qətiyyətindən, cəsarətindən, qoxmazlığından xəbər verir. O böyük insan xalq təəssübkeşi olan A.Zamanovun arxasında dayanaraq, zəng etdiyi insana bildirir: “Mənim əcdadımı qırıb-çatan erməni dığalarını bədnam edib, lap əcəb edib”, – deyərək, sistem üçün səlahiyyətli nümayəndənin boynuna ağır yük qoyur və tələb edir ki, işi həll etsin. Bəxtiyar müəllim üçün insana kömək etmək, çarəsizləri sevindirmək yaşadığı ömrün qayəsi idi.
    Şair dostunuz, məsləkdaşınız mənəviyyat axtaranda da yolunu sizin ei-obanızdan salaraq, öz rahatlığını sizin ocaqda tapdığını yazdığı məktubların birində qeyd edir. Demək, hədsiz mənəviyyatsızlıq görən şair, varlığı sarsılaraq üşüdüyündən sizin ocağa üz tuturmuş. Çünki ona dost qapısında açılan qolların istisinə öz qəlbinin atəşi qədər əmin idi. Şair bilirdi ki, könlünü isidən bu isti ocaqda senzurasız danışacaq, ürəyindən keçənləri sizinlə böləcək, mənən rahatlıq tapacaqdır. Bəli, bütün bunları dostluğun zirvəsi adlandırmaq olar.
    Oğlunuz Azər Bəxtiyar müəllimlə bağlı xatirələrindən danışanda, körpə ikən adını şairin seçdiyini demişdi. Məncə, buna yenilməz dostluğun ən ali məqamı demək olardı. Doğrudan da, bu ad Azər Turana çox uzaqgörənliklə verilmişdi. Bu gün isə bu adın böyüklüyü göz önündədir. Əlbəttə, bunun üçün qürur hissi keçirməyə dəyər.
    Bəxtiyar zəmanəsinin şairi kimi təzadlı mühiti yaradıcılığında sadələşdirərək, xalqa çatdırmağa çalışırdı. Şəxsiyyəti alçaldan hər hansı bir əməli ədalətsizlik kimi qələmə alır və onu bizim düşüncəmizə hopdurmaq üçün əlindən gələni edirdi. O, doğrudan da, müqayisə olunmaz şəxsiyyət idi. Onun yaradıcılığı okeanda üzən yelkənsiz gəmiyə bənzəyir. Cəsarəti çata bilən bu gəmiyə yan ala bilibsə, demək, Bəxtiyar yaradıcılığından bəxtinə bir töhfə düşüb. Nə gözəl ki, İmamverdi müəllim sizə bəxş olunan bu töhfəni ömür boyu yaşayaraq, onunla birgə dostcasına bölmüsünüz və bu gün dünyasını dəyişən, lakin yeri görünən Bəxtiyarı xatirələrdə yaşadaraq, ay işığında görünən, lakin bənzəri olmayan sima kimi bizlərə təqdim etdiniz. Biz əminik ki, daima bu dostluq yaşayacaq və Bəxtiyar adı sizin ocağın sönməyən məşəli olacaqdır.
    Hörmətli İmamverdi Əbilov, bu kitabı bizlərə təqdim etdiyiniz üçün, Bəxtiyar ruhu ilə döyünən o böyük ürəyiniz var olsun, – deyirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Dunyada nə varsa, gəldi-gedərdi. Dostluq isə əbədidir. Çox sağ olun. Allah sizə yar olsun! Amin.

    Qeyd: Oxucuların diqqətinə çatdırmaq istərdim ki, ədəbi mühitə təqdim edilən bu xatirələr toplusu İmamverdi Əbilov və xalq şairi Bəxtiyar Vahabzadənin bir-birinə yazdıqları və hazırda görkəmli alimin şəxsi arxivində qoruyub-saxladığı məktublar əsasında tərtib olunmuşdur. İnanırıq ki, bizlərə Allahın lütfü ilə bəxş olunan bu töhfədən gələcək nəsillər yararlanaraq nəsillərdən-nəsillərə ötürəcəklər. İnanırıq ki, gələcək nəsillər dahi söz xiridarı, filosof-şair Bəxtiyar Vahabzadə ədəbi irsinin qorunub yayılması üçün əllərindən gələni edəcəklər. Bu dahi şəxsiyyətin adı isə əsrlər keçsə də, yaddan çıxmayan klassiklərlə eyni yerdə sıralanaraq seviləcəkdir.

    Hörmətlə: Təranə Şəms, “Elimiz. Günümüz” qəzetinin müxbiri.

  • Təranə ŞƏMS.”CAVİDNAMƏ, yaxud HAQQA GEDƏN YOL…” (Məqalə).

    Bu yaxınlarda görkəmli türkçülərimizdən olan tədqiqatçı-alim Azər Turanın “Cavidnamə” adlı sanballı tədqiqat əsəri ilə tanış oldum. Kitab, adından da göründüyü kimi, unudulmaz millət fədaisi, Böyük Turan sevdalısı Hüseyn Cavidin qaşqabaqlı taleyinə, həyat və yaradıcılıq yollarına ayna tutan ən dəyərli mənbələrdəndir, desək, heç də yanılmarıq. Ədəbi mühitdə şeirə, sənətə marağım olduğundan bu müstəvidə olan ədiblər haqqında çox eşitmişdim. Lakin dövrünə görə məhrumiyyətlərə məruz qalan bir şairin həyat və yaradıcılığı məni həmişə düşündürüb. Bu əvəzsiz şəxsiyyət yaşadığı dövrdə burulğanlar içərisində çabalayan və öz yenilməzliyilə fərqlənən, təxəyyülü ilə seçilən, Nəsimi kimi cahana sığmayan Hüseyn Cavid idi. Dövrünün qadağalarına məhəl qoymadan, daim əqidəsinə sadiq qalaraq, “ürək sifarişlə işləmir” deyə, öz gözəllik tanrısına tapınan səma şairinin haqqında əlimə harda nə yazı düşübsə, acgözlüklə oxuyaraq, daim onun haqqında bildiklərimi zənginləşdirmək həvəsində olmuşam.
    Cavidşunas tədqiqatçı-alim Azər Turanın minbir əziyyətlə ərsəyə gətirdiyi bu kitabın mənim də kitabxanamda özünə yer tutmasını böyük xoşbəxtlik hesab edirəm. Kitabı oxuyub, fikirlərimi sizlərlə bölüşməyi özümə borc bildim. Vərəqləri çevirdikcə, illər uzunu acılar içində keçən bir şair həyatı göz önündə canlanır. Gecədən xeyli keçməsinə baxmayaraq, “Cavidnamə” əlimdədir. Oxuyuram. Hadisələrə səyahət etdikcə, sanki, mən də özümü Cavid yolunun yolçusu sanıram. Gözümün önündə həmin gecə canlanır: “Cavid evə bir az tez gəlmişdi. Çox sevincək görünürdü. O, məmnun halda Mişkinaza bildirdi ki, “Koroğlu”nun ssenarisi üçün müqavilə bağlayıb. Ayın beşində 5000 manat qonorar verəcəklər. Qalan hissəsini də filmin çəkilişindən sonra alacaqmış”. Sanki, bu ailənin sevincək gecəsinə zalım fələk qara yellər əsdirdi. Kaş həmin gün Cavid ailəsinin taleyinə yazılmayaydı. KAŞ Kİ! Azər Turanın təqdimatında həmin gecə baş verən hadisələri oxuduqca, Cavid ailəsinin yaşadıqlarını, sanki, mən də yaşadım. Oxuduqlarım məni özüilə çəkib çox uzaqlara apardı və məndə bu yollara yolçu oldum. Başa düşdüm ki, BÖYÜK TURANA yön alan yol BÖYÜK CAVİDİN məfkurəsindən başlayır. Mən sanki yuxudaymışam kimi qəfildən ayıldım və daxilimdə bir hıçqırıq qopdu. Özümə hesab verirmiş kimi pıçıldadım: “Axı, Cavid hansı günahın sahibidir ki, onu gecənin bir aləmində ailəsindən qoparıb gedər-gəlməzə apardılar? Cavidin günahı onun türk olmağıydımı? O, yaradıcılığında Osmanlı türkcəsindən istifadə etdiyinə görəmi yeni qurulan bolşevik rejimi onu “PANTÜRKİST” adlandırırdı? Cavid axı öz keçmişini, zatını necə inkar edəydi?…”
    Haşiyə: Doğrudan da, mən özümə verdiyim suallar qarşısnda çox aciz göründüm və insanlara, insanlıq deyilən məhfuma nifrət etdim. Həmin dövr üçün çoxları bu burulğandan sivrilib çıxmağı bacardılar. Lakin Cavid bolşevik ideologiyasına uyğun ədəbi mühitində yenidən qurula bilmədi. Cavidin idrakına hakim kəsilən “türkçülük” böyük bir Turanın yaranışından xəbər verirdi… Elə bu səbəbdən də, onun romantik-fəlsəfi düşüncələri XIX əsrin sonları, XX əsrin əvvəlləri yaranmış olan ədəbi mühitdən seçilirdi. H.Cavidin istəyi turançılığı önə çəkərək dilinin, dininin saflığını qorumaq idi. “Cavidnamə”ni oxuduqca gözlərimiz önündə çox hadisələr cərəyan edir və bu cərəyanın axınına düşənlərdən biri də H.Cavid oldu. O cərəyan ki, Cavidi öz doğma vətənindən ayırıb soyuq Sibirin çöllərinə atdı.
    Oğlu Ərtoğrol öz xatirələrində həmin o, uğursuz gecəni, 1937-ci il 4 iyunu belə təsvir edirdi: “Uf!.. nə uğursuz gecə, nə pərişan mənzərə. Odanı məzar soyuqluğu, ölüm sükutu bürümüş. Kitablar, dəftərlər yerdə; şkafın qapılrı açıq, hər şey tərpədilmiş, döşəklər yarıya qədər qatlanmış. Ümumən bir qırıqlıq”. Onun gənc qəlbi həmin gecə bir sözü təkrar-təkrar deyirdi. “Neyçün? Neyçün?” Çünki həmin gecə Cavid ailəsinin işığı söndürüldü. Elə bir işıq ki, heç vaxt dan yerinin günəşi tək nur saça bilmədi. Həmin gecə Cavidin dünyası qaralsa da, ürəyi ona görə rahat idi ki, sönən işıq artıq onun yaratdığı əsərlərində öz əksini tapmışdı. H. Cavid görmək istədiyi turançılığı öz şerlərində və dramaturgiyasında əks etdirirdi. Əslində, tarixən Topal Teymur öz dövrünə görə qəddar, amansız hətta öz oğlu Miranşaha belə güzəştə getməyən istilaçı fateh olub.Lakin Cavid dramaturgiyasının Teymuru turançı və islamçıdır.Müsəlman aləmini bürüyən AVROPALAŞMA, İslam dininə qarşı həqarət, o dövrdə cərəyan edən rüsvayçılıqlar türk oğlu kimiTEYMURUbir fatehə çevirir. ƏMİR TEYMUR, əslində, türk düşüncəsinin fəlsəfəsini tətbiq edən bir fatehdir. Onun türk mədəniyyəti tarixindəki yerini VAMBERİ dəqiq ifadə etmişdir.Teymur türkçülük dövrünün hökmranı olmuşdur.O, məmləkətdə türk dilini rəsmi dil olaraq yayılmasını hökm etmişdir.ƏMR TEYMUR Yıldrım Bəyazidi türk olaraq bəyənmirdi.Ona göndərdiyi məktubda ittiham edərək bildirir:“Sən Bəyazid öz dindaşlarına qarşı müharibə etdiyindən yaxşı adam deyilsən!”Əslində “ Topal TEYMUR” dramında Bəyazid məğrur bir şəxsiyyətdir. Dramda hər ikisinin görüş səhnəsi bu ifadələrlə yadda qalır. Teymur Bəyazidə : “Heç maraq etmə, xaqanim! Sən kor bir abdal,mən isə dəli bir topal!” Sonra əlavə edir:”Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın- yığın insanlara ucsuz – bucaqsız məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı.” Cavid yaradıcılığına görünən və görünməyən tərəflərdən çox baxılıb. Əksər hallarda fikirlər birmənalı olmayıb.Bu Ədəbi mühitdə fikirlər haçalandığından Cavidin yaradıcılığı kölgədə qalmışdır. Lakin Cavidin əsərləri tədqiq olunanda Məmməd Əmin Rəsulzadə Cavid məfkurəsini daha uca zirvələrə qaldıraraq bildirirdi.Cavid yaradıcılığı TURAN idealarına ithaf olunmuş mənəvi sərvətlər toplusu təsiri bağışlayır. Elə bu baxımdan da H.Cavid özünün siyasi məfkurəsinə sədaqət göstərdiyindən Əli bəy Hüseynzadə, Ziya Gökalp yaradıcılığının eyni müstəvinin bir baxış bucağı kimi görünür. Nəhayət, zaman keçdikcə Cavidin baxış bucağında işıqlar görünməyə başladı. Stalin represiyasının çox qurbanları kimi günahsız olduğu uzun müddət keçəndən sonra sübuta yetirildiyindən səma şairinə bəraət verildi. Doğrudan da haqq nazildi, amma üzülmədi. Artıq Cavidin balalarının üzünə xalq düşməni kimi qapılar bağlanmayacaqdı. Ərtoğolun xəyalındakı günəşin üzünü artıq buludlar örtməyəcəkdi. Cavid bəraət aldıqdan sonra dövlət Cavidin yaradıcılığını ədəbi mühitdə yenidən yayılması üçün əlindən gələni etdi. Cavidin “NƏNƏSİM” deyə oxşadığı Turan Cavid ömrünün sonuna kimi atasından miras qalmış külliyatı xalqa çatdırmaqla məşğul oldu. Onun təhrif olunmuş əsərlərini yenidən bərpa edərək əvvəlki vəziyyətinə qaytardı. İtmiş “XƏYYAM”ı tapdı. Nəhayət, Turan Cavidin daha çox arzuladığı istəyi həyata keçdi. Uzaq ellərdə dünyasını dəyişən H.Cavidin cənazəsi 1982-ci ildə H.ƏLİYEVİN təşəbbüsü ilə öz doğma vətəninə gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Bu gün H.Cavid öz doğmaları ilə birgə Naxçıvan torpağında əbədiyyət yuxusundadır.
    Cavidsevərlərin qəlbinə bir sərinlik gətirən bu əsərin müəllifi tədqiqatçı alim, fəlsəfə doktoru Azər Turandır. Azər müəllim, bu kitabı oxuduqca sizə ürəyimdə dəfələrlə təşəkkür etmişəm. Bir çox dəyərli mənbələrə istinad edilərək yazılıb, oxuculara təqdim edilən bu əsər çox bulanan suları durultdu. Çünki Cavid bir bulaq idi, qaynadı. Və qaynayıb daşan bulaq sizin də könlünüzə yön aldı. Həmin bulaq kükrəyib sizin qəlbinizi ehtizaza gətirən Turan çeşməsi oldu. Bu kitabı oxuduqca sizin Cavid ruhuilə döyunən qəlbinizə heyran olmamaq mümkün deyil. Siz həqiqi övlad kimi Turan Cavidin həmişə yanında olmusunuz. Onu heç tək qoymadınız. Onun son nəfəsində divardan asılmış əzizlərinin şəkillərini bir daha görməyəcəkmiş kimi axıtdığı göz yaşlarını qəlbiniz yana-yana siz sildiniz. Səmimiyətimlə yazıram, kitabın son səhifələrini oxuduqca ağlamaya bilmədim. Mən indi sizi başa düşdüm ki, Cavid ruhunu duymaq və bu sevda ilə yaşamaq nə deməkdir. Mən isə türk olduğumu bir daha dərk etdim. Kim olduğumu bildim. Turan yolunun izini tapdım, düşünə-düşünə Cavidin gözlərilə bir anlığa bu günki ədəbi mühitə, cəmiyyətimizə baxdım və öz-özümə dedim: “Kaş TOPAL TEYMUR sağ olaydı!” KAŞKİ…! İnanıram ki, bu kitabı ərsəyə gətirmək üçün çox əziyyət çəkmisiniz, amma Cavid ruhunu şad etməyə dəyər. Zənnimcə bu, bir şəhid ruhudur. Məncə, haqqı tapdalanmış, məhrumiyyətlərə düçar olub dünyasını dəyişən də ŞƏHİD sayılır. Cavidin ruhu sizə duaçı olsun AZƏR TURAN!
    P.S. Doğrudan da, insan taleyi müxtəlifdir. Azər İmamverdi oğlu Əbilov dunyaya göz açanda qarşısına çıxıb kükrəyən Turan çeşməsindən su içəcəyini heç ağlına belə gətirməzdi. Lakin taleyin qisməti onu bu yola yolçu etdi. H.Cavid də heç duşünməzdi ki, o, “AZƏR” poemasını yazacaq və zaman keçəcək, Azər adlı bir insan onun yaradıcılığını araşdıracaq və “CAVİDNAMƏ”ni yazanda kitabın ön sözünü Cavidin qəhrəmanı olan Azərin dilindən özünə şamil edəcək. Bütün bu yazdıqlarım Cavid ocağının varisi kimi Azər Turanın Cavid yaradıcı irsinə olan münasibətinin məntiqi nəticəsidir. Əlbəttə, bu gün Azər Turanı Cavid ruhu düşündrür, lakin Cavidi isə öz fəlsəfəsində yaratdığı qəhrəman, “AZƏR” düşündrüb. Bu düşüncələr isə bir müstəvidə kəsişmə bucağında birləşir və bu gün ədəbi mühitdə Azər Turanın Cavid yaradıcılığına münasibətində öz əksini tapır.

    Azər düşünür… Bəlkə otuz yıldır o hər an
    Düşkün bəşərin eşqıni, fəryadını inlər.
    Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
    Əflaka sorar dərdini, yıldızları dinlər.
    Göz qırparaq ancaq ona yıldızlar edər naz,
    Dilsiz və sağır göylər onun halını duymaz

  • Rafiq ODAY.Yeni şeirlər

    YAZIĞIM GƏLİR

    Bir dərdinə, yüz dərdinə,
    Vermə belə üz dərdinə.
    Adam dura öz dərdinə
    Oynaya – yazığım gəlir.

    Danda, qürubda baxdığım,
    Nədən? – sorub da, baxdığım,
    Hərdən durub da, baxdığım
    Aynaya yazığım gəlir.

    Söz kar etməz utanmaza,
    Yaşarmı haqqı danmasa?
    Nola, qanım bu qanmaza
    Qaynaya – yazığım gəlir.

    OLUNCA

    Ömür-gün vədədən keçir,
    Qorxudan, hədədən keçir.
    Bütün güc mədədən keçir, –
    Dişin tamahı olunca.

    Bağ-bağçam xəzəl görünür,
    Xəzəl nə gozəl görünür.
    Dağ olmaq əfzəl görünür,
    Yetimin ahı olunca.

    Dağ ol, duman-sisin olum,
    Yaxşın olum, pisin olum.
    Yurdun dilənçisi olum,
    Qürbətin şahı olunca.

  • Rafiq ODAY.Yeni şeirlər

    ÖLDÜ «SONA BÜLBÜLLƏR»

    Qədir Rüstəmov öldü deyən bir xanıma

    Özünə yağı deyən,
    Bir sinə dağı deyən,
    Dərdinə ağı deyən
    Dildi «Sona bülbüllər».

    Tüm sirlərə çəm olan,
    Həm olmayan, həm olan,
    Bir yumruqda cəm olan,
    Eldi «Sona bülbüllər».

    Ümid yeriydi sanki,
    Zəfər şeriydi sanki,
    Tanrı sirriydi sanki,
    Soldu «Sona bülbüllər».

    Axdı gözün qorası,
    Hanı ağı-qarası?!
    Kanla Məkan arası
    Yoldu «Sona bülbüllər»
    .
    Könlündə dağlar qalan,
    Göz yaşı çağlar qalan,
    Sonası ağlar qalan,
    Göldü «Sona bülbüllər».

    Dünya kiçik nöqtədir,
    İnsan ona müqtədir.
    Merac eylədi Qədir,
    Öldü «Sona bülbüllər».

    KİM SEVƏR Kİ…

    Mən haqqa aşiq biriyəm,
    Haqqım yox susam, kirirəm,
    Açılmaz tanrı sirriyəm,
    Məni özgə kim sevər ki…

    Xəzan aldı ilk baharı,
    Puç eylədi arzuları,
    Saçımdakı dümağ qarı,
    Dəni özgə kim sevər ki…

    Yelə verdik son gümanı,
    Baş çəkir qəlbə damanı.
    Ruhlara çökən boz dumanı,
    Çəni özgə kim sevər ki…

    Bir «yox» var, bir də «bəli» var,
    Çiynimdə bir dost əli var.
    Yer üzündə bir dəli var –
    Səni özgə kim sevər ki…

  • “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi

    “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri dərc olunub ictimaiyyətin nəzərinə çatdırılacaq.Layihənin Rəhbəri “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri Rafiq Odaydır.Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayıb ədəbi-bədii yaradıclıqla məşğul olan gənc yazarlar haqqında olan bilgilər portalda dərc olunub ictimaiyyətin nəzərinə çatdırılacaq.

  • Rafiq ODAY.Yeni şeirlər

    OLMAZ

    Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz,
    İnnən belə bir ayrı sitəmkar tapım, olmaz!

    Haqqa və mürüvvət deyilən ülvi məkana,
    Girməkçün, inan, sevgidən özgə qapım olmaz.

    İman işığı yollarıma nur ələməkdə,
    Bu nurda durum öz yolumu mən sapım, olmaz.

    Qəlblərdə barış saxlamağın fürsəti varkən,
    Nifrət və ədavət toxumu mən səpim olmaz.

    Ülfətdi, məhəbbətdi, inan, ali vəzifəm,
    Bundan uca, bundan ötə bir mənsəbim olmaz.

    Oday belə bir düstura qail ola bilməz –
    Bu işmi ki, sən sevmə, amma mən sevim – olmaz!

    ELƏ QOVDUM

    Əymə başını sən kədərə, yar, elə qovdum,
    Gəlməz bu könül gülşəninə sar, elə qovdum.

    Hicran bizi ağlatmaq üçün gəldi də, amma,
    Oldu özü aləmlər içrə xar, elə qovdum.

    Çox söylədim, aşiqləri üzmə – bu günahdır,
    Əl çək bu əməldən, bir utan, ar elə – qovdum.

    Yaydı bütün ərşə xəbəri göydə mələklər,
    Yəqin ki, sənin də xəbərin var, elə qovdum.

    Düşməz ki, ələ bir belə imkan daha, yavrum,
    Sən də sağına, həm soluna car elə – qovdum.

    Gəldin, Odayın dünyasına nur ələdin sən,
    Olmaz ta ona cümlə-cahan dar, elə qovdum.

  • Rafiq ODAY.Yeni şeirlər

    HİCRAN MƏNƏ QALDI

    Getdi yenə vüsal dəmi, hicran mənə qaldı,
    Tərk etdi könül həmdəmi, hicran mənə qaldı.

    Sanki yönünü tərsə salıb öz mayakından,
    Dəryada üzən bir gəmi, hicran mənə qaldı.

    Aləmlər içrə bir o idi zəndi-gümanım,
    Güldürdü mənə el-aləmi, hicran mənə qaldı.

    Heç bilməz idim bir belə sədd var aramızda,
    Həm həmdəmi, həm də əmi, hicran mənə qaldı.

    Eşqin əgər ortaq dili varsa bu cahanda,
    Anla məni, ey əcəmi, hicran mənə qaldı.

    Ruhum, bu bəşər içrə mənə düşdü ələmin,
    Həm hasili, həm də cəmi, hicran mənə qaldı.

    Oday, nə qədər həsrət olar bir ömür içrə,
    Dəvət eləyər qəm-qəmi, hicran mənə qaldı.

    VƏTƏN AĞLAR

    Köçdü yenə yurdundan oba, el – vətən ağlar,
    Bir səhv eləsək, səhvimizə bil, vətən ağlar.

    Gördükcə vətən mülkünü viran, aman allah,
    Sızlar ürəyimdə nə ki var tel – vətən ağlar.

    Minlərlə şəhid övladının ruhu önündə,
    Göz yaşı olar dalğa-dalğa sel – vətən ağlar.

    Gördükmü səmər bir belə ATƏT səfərindən,
    Böylə calanar bir-birinə il, vətən ağlar.

    Gər cihada yox, ağlamağa qalxsa oğullar,
    Bil, onda olar ağı deyən dil, vətən ağlar.

    Bəsdir, Oday, at sızlamağın daşını sən də,
    Gözündə donan yaşları tez sil, vətən ağlar.

  • Rafiq ODAY.Yeni şeirlər

    GENOSİDDƏN

    Ermənilərin saxta, qondarma soyqırım iddialarına cavab

    Dəm vur, Karapet, sən yenə saxta genosiddən,
    Adətdi, salar hay-həşir axta, genosiddən.

    Əsla bu kötü vərdişini sən yerə qoyma,
    Bir gör nə qədər yal düşür baxta genosiddən.

    Əyləşmədiyin qaldımı bir kimsə qucağı? –
    Gördüm ki, olub qan gölü latxa genosiddən.

    Andın keçi andı, uzağı qırx günə bağlı,
    Səbrinmi çatar bir belə vaxta genosiddən?!

    Ömrün ki sənin yaz nədi, bahar nədi bilməz,
    Çünki büyürüb ruhunu şaxta genosiddən.

    Dad eylər əlindən o «böyük qardaşın» artıq,
    Onçün keçirib ağzına noxta genosiddən.

    Salma özünü bir belə zülmə, abır eylə,
    Bir dər nəfəsin, bir otur, toxta genosiddən.

    Getdi qürurun da, o şərəfsiz şərəfin də,
    Mənliklə vüqar, var ilə yox da genosiddən.

    Tərif dedi Oday da sənin «şən»inə bunca,
    Qaldırdı səni gör necə «taxt»a genosiddən.

    DƏYİŞMƏZ

    Haqqa yol alan səmtini hər yanə dəyişməz,
    Eylər özünü şamına pərvanə, dəyişməz.

    Dinclik nədi bilməz vətəni darda olanlar,
    Cumar kişitək meydana mərdanə, dəyişməz.

    Ərlər – nə sınar, nə əyilər düşmən önündə,
    Bağrın başını eyləyələr şanə, dəyişməz.

    Günəş nurudur dövr eləyən damarımızda,
    Oddan törəyən qanını hər qanə dəyişməz.

    Bu çərxi-fələk tərsinə dövran eləməkdə,
    Yoxsa arada bir belə fərq, anə dəyişməz.

    Azmı dəyişən xislətini min kərə gündə,
    Fəxr eylə, Oday, əsla ki, Fərqanə dəyişməz!

  • “Möhtəşəm Azərbaycan” qəzetinin növbəti buraxılışı işıq üzü gördü

    Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet olan “Möhtəşəm Azərbaycan” qəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1000 tirajla dərc olunur.Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Əlyazmalar geri qaytarılmır.Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb səhifələnir, “Ekspress-servis” mətbəsində çap olunur.Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.Dərc olunan materiallara müəlliflər cavabdehdirlər.
    “Möhtəşəm Azərbaycan” qəzeti yalnız Azərbaycan Respublikasında yayımlanmır.Eyni zamanda qardaş Türkiyə Cümhuriyyətinə-Türkiyə Yazarlar Birliğinə, Tokat Şairler ve Yazarlar Derneğine, Selcuk Universitetinə, Yıldırım Beyazid Universitetinə göndərilir.”Möhtəşəm Azərbaycan” qəzeti Azərbaycan mətbuatında dərc olunan mətbu orqanlar arasında yeganə mətbu orqandır ki, “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini öz səhifələrində həyata keçirərək yazarlar olan bilgiləri ictimaiyyətin nəzərinə çatdırır.
    İyun ayının 8-də dərc olunan “Möhtəşəm Azərbaycan” qəzetinin növbəti buraxılışında Azərbaycan mətbuatında ilk dəfə olaraq “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsi həyata keçirildi.Layihənin rəhbəri Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Rafiq Odaydır.Qəzetin buraxılışında Türkiyə Yazarlar Birliyinin Nümayəndə Heyətlərinin üzvləri Şemsettin AĞAR, Hasan AKAR, Gülten ERTÜRK haqqında olan bilgilər yayımlandı.Mətbu orqanın səhifələrində Azərbaycan ədəbi mühitində kifayət qədər tanınan yazarların da ənümunələri dərc olundu.
    “Möhtəşəm Azərbaycan” qəzetinin dərc olunan növbəti buraxılışını əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
    Təsisçi və Baş redaktoru: Rafiq ODAY
    Telefon: ( 018) 642 01 80; ( 070) 630 88 42
    E-mail: Rafiq.Oday70@mail.ru
    Elektorn orqan: edebiyyat-az.com
    Ünvan: Sumayıt şəhəri, 2-ci mikrarayon.

  • “MÖHTƏŞƏM AZƏRBAYCAN” QƏZETİ HAQQINDA BİLGİLƏR

    “Möhtəşəm Azərbaycan”
    Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet
    Azərbayan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının mətbu orqanı

    Qəzet 2008-ci ildən nəşr olunur.
    Qeydiyyatı: 2527
    Tiraj: 500
    Dövrülüyü: ayda 1 dəfə
    Təsisçi və Baş redaktoru: Rafiq ODAY
    Telefon: ( 018) 642 01 80; ( 070) 630 88 42
    E-mail: Rafiq.Oday70@mail.ru
    Elektorn orqan: http://edebiyyat-az.com
    Ünvan: Sumayıt şəhəri, 2-ci mikrarayon.

    Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet olan “Möhtəşəm Azərbaycan” qəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1000 tirajla dərc olunur.Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Əlyazmalar geri qaytarılmır.Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb səhifələnir, “Ekspress-servis” mətbəsində çap olunur.Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.Dərc olunan materiallara müəlliflər cavabdehdirlər.
    “Möhtəşəm Azərbaycan” qəzeti yalnız Azərbaycan Respublikasında yayımlanmır.Eyni zamanda qardaş Türkiyə Cümhuriyyətinə-Türkiyə Yazarlar Birliğinə, Tokat Şairler ve Yazarlar Derneğine, Selcuk Universitetinə, Yıldırım Beyazid Universitetinə göndərilir.”Möhtəşəm Azərbaycan” qəzeti Azərbaycan mətbuatında dərc olunan mətbu orqanlar arasında yeganə mətbu orqandır ki, “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini öz səhifələrində həyata keçirərək yazarlar olan bilgiləri ictimaiyyətin nəzərinə çatdırır.

  • Rafiq Odayın yeni kitabı işıq üzü gördü

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, ”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı Rafiq Odayın “Ədəb-Tənqidi Məqalələr” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.Kitabın redaktoru filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif Yusiflidir.

  • Rafiq Odayın yeni kitabı işıq üzü gördü

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, ”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı Rafiq Odayın “Şərur folkloru” ( əsrlərdən gələn səslər) kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.Kitabın təkrar və yenidən işlənmiş nəşri 152 səhifədən ibarətdir.Kitba 7 bölmədən ibarət olmaqla bərabər, eyni zamanda əsrarəngiz, ecazkar, möhtəşəm sənət əsəridir.

  • “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsi

    Salam, Əziz və Hörmətli Qardaş Türkyəli Yazarlar!
    İnşallah “Ziyalı Ocağı” İctimi Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı iyun ayının 9-dan iyulun 10-a qədər “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsini həyata keçirəcək.Layihənin rəhbəri “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Rafiq Odaydır.Bu məqsədlə Qardaş Türkiyəli Yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəkləri “Möhtəşəm Azərbaycan” qəzetinin səhifələrində dərc olunacaq.
    Ədəbi-bədii nümunələrinin, poeziya örnəklərinin tərcümeyi-hal və şəkilləri ilə birgə dərc olunmasını istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

    Tel: 070 630 88 42
    E-mail: Rafiq.Oday70@mail.ru
    Elektron orqan: http://edebiyyat-az.com/

    Ünvan: Sumqayıt şəhəri, 2-ci mikrarayon.

  • Təranə ŞƏMS.Məqalə

    MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..!

    Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin yaxşı heçnə görmür ki, yaxşıdan yazasan, niyə həmişə fikirlərin iradlı olur? Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN mənə verdiyi töhfədir. Qələmimlə TANRININ mənə verdiyi saf vicdan üst – üstə düşdüyündən, özümə əmin olan dürüst jurnalist kimi yalnız gördüklərimi yazıram. Əlbəttə, mənim də hamı kimi iki gözüm var, fərqli olan budur ki, mənim vicdanımın gözü itidir. Sadə bir misal, evdən səhər işə getmək üçün çıxıram. İlk olaraq gözlərim yerə sataşanda gördüyüm ayaqlar altına tökülmüş zir-zibillə yanaşı mədəniyyətsiz insanların( bəlkə də xəstə) yerdəki tüpürcəkləri olur. İnanın dediklərimi görməmək üçün ayağımın altına baxmadığımdan dəfələrlə yıxılmaqdan qurtarmışam. Sizcə, bu mənzərə insanda hansı təəssuratı yaradar? Ani olaraq vərəmli xəstələr göz önünə gəlir və istər – istəməz düşünürsən, bəlkə yerə tüpürən insanlar virus daşıyıcısıdır? Əgər belədirsə onların yerə tüpürüb insanları ürəkbulandıran vəziyyətə salması hansı məntiqə uyğun gəlir? ( Məni qınamayın, gördüyüm mənzərə belə düşünməyə əsas verir) Xəstə olmaq heç də qəbahət deyil. Allah dərd də verib, dərman da. Niyə bəzi xain xislətli insanlar düşünürlər ki, mən xəstəyəmsə hamı xəstə olmalıdır. Axı gördüklərim bir jurnalist kimi məndə belə təsurat yaratmaya bilməz. Bu ürək bulandıran görüntülər bir yana qalsın, bir az getməmiş dəfələrlə eyni yerdə yol təmiri adı ilə qazılıb yarı – yarımçıq doldurulmamış çala – çuxurla rastlaşmalı oluram. İş yerinə çatana kimi bu və ya digər gördüyüm mənzərələrin sayını artırmaq mümkündür. Marşrutdan istifadə zamanı sürücülərin məsuliyyətsizliyindən gözlənilməz yol qəzalarının şahidi olmuşam. Artıq bu kimi olaylar gündəlik həyatımızla eynilik təşkil edir, hətta deyərdim alışmışıq da…! Həyatda göz çıxaran və ürək ağrıdan dəfələrlə rast gəldiyim mənzərədən biri də, dilənçilərdən fərqli olaraq, bir loxma çörək üçün ona – buna əl açan hicablı xanım da görmüşəm. Bu yerdə hicablı jurnalist əlinə qələm götürməsin neyləsin? Necə gördüyünü qələmə almasın? Necə rast gəldiyinə irad bildirməsin? Beləsi mənim də qarşıma çıxıb, cavan qız uşağı idi, gələn maşınların qarşısına çıxıb pul üçün sürücülərə əl açırdı. İNSANLIĞI olan bu qızın əlini boş qaytarmırdı, lakin eləsi olurdu qızı ələ salırdı. Mən özüm hicablı olduğumdan şahidi olduğum hadisə mənə çox ağır təsir bağışladı. Sanki bir anlığa özümü onun yerində hiss etdim. Bütün bu olanlar İSLAM dininə həqarət deyilmi? Əlbəttə bu yerdə mən özümü saxlaya bilməzdim. Xanımın qarşısına çıxıb nə etdiyinin fərqində olduğunu israrla xəbər aldım və onu başa salmağa çalışdım ki, sənin etdiklərin dinimizə ziddir. Səni nə vadar edir ki, bu yola düşmüsən? Cavabı çox qısa oldu:” Anam xəstədir onu yaşatmaq üçün dilənməyə məcburam, çünki mənim heç yerdən gəlir yerim yoxdur. Təhsilim də yoxdur ki, özümə başqa iş tapım.Restoran kafedə işə düzəlmək istəmişəm, mənə irad tutublar ki, “vid – fasonun” yoxdur. Mən qaragün heç vaxt ağ gün görmədiyimdən, allah verənləri də itirmişəm. Nə edim, ALLAHIN verdiyi budur, həyatın amansız burulğanında çabalayıram” Mən onu başa düşüb ürəyim ağrısa da, anlatmağa çalışdım ki, sənin dediklərin əsas deyil. Sənin əlin sağ, ayağın sağ, get özünə başqa iş tap, İSLAMİ dəyərlərə, bir halda özün də hicablısan, mömin bacıların adına ləkə gətirmə! İSLAMI haqqilə yaşayan hər kəs dinimizin qanunlarına boyun əyməlidir! Xanım məni başa düşdüyünü dedi və çox peşman oldu. Mən isə o gündən sonra həmin qızı oralarda görmədim. Mənim düşünçələrimə irad tutanlar mənə cavab verin! Mən şahid olduğum cəmiyyətin qara ləkəsinə necə ağ deyim? Mənim vicdanım heç vaxt yol verməz ki, qaraya ağ deyim. Nə olsun ki, söz, mətbuat azaddır. Bəs vicdan, odamı azaddır? Vicdanlı jurnalist qələmin təsir qüvvəsidir. Siz də heç şübhə yaranmasın ki, mən yaxşı gördüklərimi tamamilə inkar edirəm. ƏSLA! Mən də bu dövlətin vətəndaşıyam. Vətəndaş olaraq fəxr edirəm mənim dövlətim var, bayrağımız böyük dövlətlərin bayraqları sirasındadır. Öyünüləsi çox işlərimiz var. Lakin elə acı həqiqətlər var ki, heç dilə gətiriləsi deyil. Ancaq hər şeyə rəğmən fəxr edək ki, yer üzündə millət olaraq varıq və bizi AZƏRBAYCANLI kimi tanıyırlar. Olanlarımıza yalnız şükr etmək lazımdır. Zərurətdən dolayı onu nəzərə almaq lazımdır ki, kölgəli görüntülərə vicdanlı jurnalist aydınlıq gətirməlidir. Məndən ötdü, qardaşıma dəysin deyib hadisələrə göz yummaq mümkün deyil! Mən necə görməyim, eşitməyim atalar – analar qız uşaqlarınnın bir ailədə çox olmasını arzulamır və dünyaya gəlişini özünə utanc bilir.( Axı bizim nə qədər utanılası işlərimiz var), necə qələmə almayım, böyük – kiçik tanınmır istirahət üçün salınan bulvar və parklarda mənəviyyatsızlıq baş alıb gedir, dövlətin xalq üçün verdiyi zəruri qanunlar kağız üzərində qalır, insanların maddi – rifah halı ilə yanaşı sağlamlığı qənaətbəxş deyil, həkimlərin özbaşınalığı dözülməz səviyyədədir, hansı birindən söz açım, hansı birinə göz yumum? Sizlər də gördüklərinizə mənim kimi yanaşsanız vətəndaş olaraq mənə irad tutmazsınız. Bizlərin hər anı, hər dəqiqəsi bir tarixdir. Tarix isə həmişə arxada qalır ki, geriyə baxanda nələrsə yadımıza düşsün. Hər dövlətin yaxşı və pis işləri tarixin yaddaşına hopur. Bəzən mən də öz-özümə sual edirəm “ Doğrudanmı mənim qarşıma yaxşı heçnə çıxmır yaxud mən zorla nə isə düzüb- qoşuram.” VALLAH səmimiyyətimə inanın, mən də hər şeyi gözəl görmək istərdim. Əlbəttə mən də, pisləri yaxşı kimi görə bilsəydim mənəvi əzab çəkməzdim. Cəmiyyət o qədər kölgəyə bürünüb ki, reallığı görmək mümkün deyil. Yalnız sözündə qələmində dürüst, cəsarətli, diqqətli jurnalist gözünə görünən kölgələri reallığa çevirə bilər. Bu qara kölgələr səni nəinki çöldə, bayırda hətta evdə oturduğun zaman da, yaxalayır. Bu yaxında evin pəncərəsindən baxanda şahid olduğum bir hadisəni sizlərlə bölüşüm. Bu mənzərə mən yuxarı mərtəbədə yaşadığımdan, daha aydın seçilirdi. Binaların arasında bəzən maşınlar qarşı – qarşıya çıxır, sürücülük mədəniyyəti olanlar biri -digərinə yol verir. Bir dəfə həyətdən cürbəcür səslər gəldiyini eşitdim. Pəncərəyə yaxınlaşanda iki xarici avtomobilin üz-üzə dayandığının şahidi oldum? Biri digərinə yol vermək istəmirdi. Baxdım ki, sürücülər hər ikisi orta yaşlıdır. Binaların sakinləri səsə yığılmışdı. Biri deyir əvvəl mən keçəcəm, o biri deyir yox mən. Xülasə bu sürücülər tərs keçi kimi burun – buruna dayanmışdılar.Hər iki avtomobilin sürücüləri başa düşmək istəmirdi ki, yolu kəsdiklərindən arxalarında yöluna davam etmək üçün çoxlu sayda avtomobil növbəyə durub, bir sözlə aləm bir – birinə dəymişdi. Heç kim onları ipə- sapa yatıra billmirdi. Nəhayət, məsələyə polis qarışdıqdan sonra işlər yoluna düşdü. Siz deyin, belə məsələyə jurnalist necə fikir bildirməsin? Bu mənzərəyə qocalı – cavanlı hamı baxırdı. Bizim gənc nəsil bu gördüklərindən hansı ibrəti götürsün? Həyatda bu kimi olaylara çox tez – tez rast gəlmək mümkündür. Görən göz belə faktlardan necə yan keçə bilər? Bu gün cəmiyyət cox acınacaqlı vəziyyətdədir. İnsanlar zahirən azad olsalar da, mənəviyyatca şox kasıbdı. Mənəviyyatın kasıblığı millətin üzünə qara ləkə sayılır.LƏKƏNİN DƏRİNİ AŞILAMASI İSƏ ……. BAĞIŞLANILMAZDI! Bəli çox israrla deyirəm bağışlanılmazdı! Dərini aşılayan ləkə bu günkü dövrümüzdə Can – Polad müəllimin “YENİ XƏBƏR” qəzetində dərc olunmuş məqaləsində QUŞ QUŞLAYAN jurnalistlərin simasına daha dərin hopub. Mən yazını yekulaşdırmışdım, lakin əməkdaşı olduğum qəzetdə Can – Polad müəllimin məqaləsinə rast gəldiyimdən, müəllifin jurnalistlərə qarşı fikri birmənalı olmadığını nəzərə alaraq quş quşlayanlara fərqli münasibət bildirməyi özümə borc bildim.
    Hörmətli CAN – POLAD müəllim! Dediyniz jurnalistlər ov edib, quş quşlaya bilər, bəs bu jurnalistlər başa düşmür ki, onların vicdanları ovladığı quşlardan əvvəl tələyə düşüb? Bu tələnin içində çabaladıqlarının fərqində deyillərmi? Guman edirəm, mənim yazdıqlarımı oxusanız jurnalist xislətinin müxtəlifliyini görə bilərsiniz. Siz oxuyun, jurnalist kimi yaxşı heçnə gömədiyimi mənə irad tutanlara necə cavab verirəm. Əlbəttə sizinlə həmfikirəm, vicdanını pula satan jurnalistlər mətbuata, sözün, fikrin azadlığına qara LƏKƏDİR. Vicdanlı jurnalist əvvəl qələminə, sonra öz cəsarətinə güvənməlidir, ələlxüsus özünə inanmalıdır. Mən belə düşünürəm. Yazdım ki, bir az ürəyinizə sərinlik gəlsin, yəni quş quşlayan jurnalistlərlə yanaşı mətbuatda gördüyünü gözündən vuran SNAYPER KIMI JUNALİSTLƏRİMİZ VAR. Mən özümü belə jurnalistlərlə yanaşı gördüyümdən, dürüst yolumda mənə irad tutanlara israrla bildirirəm. MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ OLA BİLMƏZ……!!!
    Təranə Nazimqızı

  • Qiymət Məhərrəmlinin “Təzadlar” qəzetində dərc olunmuş müsahibəsi


    Qiymət Məhərrəmli: “Mən başqa cür yaşamağı bacarmadım…”

    Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət xanım Məhərrəmlidir.

    – Qiymət xanım, sizinlə həmsöhbət olan jurnalistlər çox olub. Və sizi yetərincə tanımağa və tanıtmağa çalışıblar. Mən suyunu içib, çörəyini yediyimiz bir elin övladı kimi, yəni sizin elliniz kimi, sizi tanıdığım gündən fikirlərimizin üst-üstə düşdüyünü bilirəm. Bir yaradıcı müsahib kimi verdiyim suallara alacağım cavabları da təxmini bilirəm. Siz sizi sevənlərin gözündə şəxsiyyət kimi çox maraqlısınız. İstədim, sizinlə müsahibədə elə çalarlara toxunum ki, müəyyən mənada maraqlı tərəf kimi çıxış edib, özünüzü oxuculara daha yaxından tanıdasınız. Millətin dərdinin böyüklüyündən danışıb, bu yükü daşımaq istəyən alim, jurnalist, yazıçı-publisist kimi, həmişə diqqət mərkəzindəsiniz. Siz elə bir kitabsınız ki, səhifələndikcə daha da çox maraqlı çalarlar üzə çıxır. Siz o qədər təvazökar insansınız ki, sizə qalsa, bu məqamlar sizi sevənlər üçün gizli qalar. Lakin özündə, sözündə təpər tapan, sizi sevən hər bir məsləkdaşınız istər ki, şəxsiyyət kimi maraqlı tərəfləriniz açılaraq səhifələnsin. Çünki bu gün şeirin, sözün ucuzlaşdığı bir vaxtda buna ehtiyacımız var.
    Deyilməyən söz ürəkdə sirrdir,
    Çıxsa dil atdan incidir, dürrdür.
    Siz də, Qiymət xanım, ürəyinizdə sirr olan dürlü sözlərinizi, inci fikirlərinizi sizi sevənlərdən əsirgəməyin. Bir az ərklə deyim ki, insan nə qədər təvazökar və qürurlu olsa da, sizin təbirinizcə desək, “bir gülümsər üz görəndə uşaq kimi söyünür”. Allah gülümsər üzləri sizinçün əskik etməsin. İndi isə keçək suallara:
    – Sosial baxımdan yanaşsaq, ucuz söz bazarında nəyi baha alıb, nəyi ucuz satardınız?
    – Əlimdə olsaydı, ləyaqət, vicdan, namus, əxlaq, halallıq, dürüstlük kimi dəyərləri aşağılamağa çalışan bütün mənfiliklərin üstündən qara bir xətt çəkərdim. Zamanın tərəzisinin əyilməsinə duruş gətirmək bu “atı ucuz, iti baha dünyada” elə dözülməzdir ki!…
    – Açdığınız cığırın məxsusiliyi sizə nəyi verib, nəyi alır?
    – Hər şeydən öncə mən özüməm və təbii ki, ömrümün sonunacan özüm olaraq da qalacağam. İnsanlıq cığırı ilə irəliləyirəm və bu yolda məhrumiyyətlərin sayı-hesabı yoxdur, lakin heç də peşman deyiləm. Əqidəsiz olub zənginlik içəriçində itib-batmaqdansa, ləkəsiz, təmiz vicdanımın mənə qazandırdığı insan sevgilərinin fövqündə bəxtiyar olmağın ləzzətini dadmaqdayam hər addımda.
    – İnsan qəlbi oxunmayan kitabdırsa, onu oxumağa ehtiyac varmı və onu kimlər oxuya bilər?
    – Həqiqətən də, hər bir insanın qəlbi oxunmayan, sirli kitaba bənzəyir. Bu kitabı oxumağa çoxları cəhd göstərsə də, yalnız bəsirət gözü açıq olanlar onu oxuyub öyrənə bilirlər. Zənnimcə, bəzən yersiz səylər də insanı bezikdirə bilər, axı belə bir deyim də var: “İnsan ürəyi süfrə deyil ki, hər gələnin qabağına açasan”. Mənə görə, Yaradanın ən böyük möcüzəsi elə budur ki, heç insanın özü özünü tanıyıb öyrənə bilmir ömrünün sonuna qədər. O da ola başqaları. Təsadüfi deyildir ki, bir zamanlar yazmışdım:
    Sirrlər yuvasıdır ürəyim mənim,
    Qapısı kilidli, açar düşməyən.
    Tez-tez olursa da qapı döyənim,
    Qapanır üzünə qapılar həmən.
    – Əlinizə qələmi götürəndə qəlbinizdəki dalğalar özünü sahildə tənha hiss edərəkmi yazır? Dəniz… dalğa… ləpələr duyğularınıza nə verir?
    – Təlatümlü dəniz kimi,
    Çırpınıram, döyünürəm… – bu, mənim həyat tərzimdir, desəm, səhv etmərəm. Dalğalar şahə qalxarkən, çətin ki, ləpələrin təbəssümlü baxışlarına duruş gətirə biləsən.
    – Heç olubmu ki, kölgəniz sizi qorxutsun?
    – Heç vaxt. Öz kölgəsinə pərəstiş edənlərə, yaxud ümumiyyətlə kölgəsinin olduğuna özünü inandıranlara yazığım gəlib həmişə.
    – Poeziya aləmində qadınlar arasında özünüzə rəqib görürsünüzmü?
    – Bəlkə də istərdim, içərimdə sağlam rəqabət deyilən bir hiss baş qaldırsın. Lakin bilmirəm, hədsiz ailə qayğıları, yaxud işlərimin çoxluğu səbəbindən bu hiss heç vədə qəlbimə yaxın düşə bilməyib. Ümumiyyətlə, rəqabətdə əlim olmadığındandır ki, çox şeyi, arzu kimi qəlbimin dərinliyində gömmək məcburiyyətində qalmışam. İçimdəki mənlə rəqabətdə isə hər zaman uduzduğumu hiss etmişəm.
    – Göylərə qalxdınız, Göy Adamının sizə nə bəxş etdiyini sizi sevənlərə bildirmək fikriniz olubmu? Bu kitabın davamı nə vaxt çıxacaq?
    – Göylərdə olmağın bir özgə nəşəsi var. Bunun nə demək olduğunu Göy adamları yaxşı bilir və ömürləri boyunca yazıb-pozduqları da elə bu missiyanı sevənlərinə izhar etməkdən ibarətdir. Hər halda, Göy adamının sevənlərinə deyəcəyi hələ çox sözü var. Sağlıq olsun.
    – Sizcə, mənəviyyat alınmırsa, necə satılır?
    – Əslində, satılanın nə olduğunu bilmirəm, bircə onu bilirəm ki, hər nədirsə, mənəviyyat deyil. Çünki mənəviyyat nə alınır, nə də satılır. O, Tanrının insana əmanətidir. Mənəviyyat ruh məsələsidir. Ruhunu satmaq?! Buna mən inanmıram!
    – İnsan danışmasa, onu necə tanımaq olar? Sokrat demişkən: “Danışın, sizi tanıyaq”.
    – Belə bir deyim var: İnsanı görkəminə görə qarşılayıb, ağlına görə yola salırlar. Lakin çox vaxt söz artıqlıq edir, qarşındakını adicə baxışından, yerişindən-duruşundan tanıyıb, dəyərləndirə bilirsən. Çox olub ki, mənə intuisiyam belə hallarda yardımçı olub. Təəccüblü də olsa deyim ki, mən ilk baxışdan tanıdığım insan barədə qənaətimdə çətin ki, yanılam.
    – Bəxtiyar müəllimin verdiyi xeyir-dua çiyinlərinizdə ağır yük deyil ki? Yəni, onun məsuliyyətini hələdəmi hiss edirsiniz?
    – Əlbəttə. Türk dünyasının əvəzsiz söz sənətkarı, böyük ustadım Bəxtiyar Vahabzadənin 1998-ci ildə “Ədəbiyyat qəzeti”ndə mənim ünvanıma yazdığı “Alt qat” adlı yazıdan sonra inanın, bu məsuliyyəti hər addımda hiss edirəm. Elə bilirəm, yazdığım şeirlərin hər kəlməsi birər-birər onun təfəkkür süzgəcindən keçir. Dediyi: “Bu gənc şair uydurmur, yaşadığını hiss edib, duyduğunu yazır” – sözləri məni uydurmalardan uzaqlaşdırır. Özümə o dərəcədə tənqidi yanaşıram ki, bəzən aylarla əlimə qələm almaqdan çəkinirəm. Sanki hansısa bir qüvvə içimdə oturub yaradıcı fəaliyyətimə senzorluq eləyir.
    – Heç qəlbinizdən keçdimi: “Bilmirəm, dünyaya mən niyə gəldim?” Həyatın eniş-yoxuşları sizi çaşdırmayıb ki?
    – Əstəğfurullah! Dünyaya gəlişimiz, yaxud gedişimiz bəndənin əlində deyil ki, asi də olaq. Lakin, gizlətməyəcəyəm, elə anlar olub ki, əyilməsəm də, azca qalıb ki, sınam. Elə həmin andaca hardansa bir Xızr əli uzanıb yuxularımda da olsa və məni səmalara qaldırıb. Ruhum elə yüksəlib, elə yüksəlib ki! Şükürlər olsun Yaradanın böyüklüyünə ki, məni heç bir məhrumiyyət Haqq yolundan sapdıra bilməyib. Çaşmamışam, çaşmaram da!
    – Bəzən insan özündən bezərək özünü də tərk etmək istəyir. Bu zaman üzünüzü hara tutmaq istərdiniz?
    – Analı-atalı uşaqlıq dünyama. Orda saflıq vardır, səmimiyyət vardır, təmənnasız məhəbbət vardır…
    – Nizami, Füzuli dühası “sevirdi” deyəndə, Leyli-Məcnun yada düşür. Elə bir ifadə varmı ki, səslənəndə Qiymət yada düşsün?
    – “Bəyəm adım kəndçi deyil, ay sağ olmuşun balası?!”
    – Bu ifadənin ağırlığı bir yana qalsın, onun ucuzlaşması, hətta eşidəndə az qalır, insan qulağını tutsun (hər halda bu söz Vətənini sevən insana aiddir), “Qarabağı azad edəcəyik!”, “Torpaqlarımız qayıdacaq!” – bu ifadələr sizdə qıcıq yaradırmı?
    – Ona görə ki, hələ də “biz qalib çıxırıq söz vuruşundan!” Mənim neçə illər bundan qabaq yazdığım belə bir başlıqda şeirimdəndir bu sözlər. Doğrudan da, Qarabağ dərdimizin – qara bağrımızda qara bir yara kimi oyuq açdığı bu illər ərzində biz ancaq pafoslu şüarçılıqla məşğul olduq, nəticədə ortada nə iş oldu, nə əməl. Şair düz deyir ki, “Vətəni sevmək azdır, onu qorumaq gərək!” Qorumadığın torpağın, qeyrətini çəkə bilmədiyin millətin övladı olmaqla necə öyünə bilərsən axı?
    – Təvazökarlıqdan özünüzü poeziya aləmində gizli saxlamağa çalışırsınız. Görünən tərəfi budur, bəs görünməyən tərəfi nədir?
    – Mən özünü zorla ədəbi sima kimi qələmə verənləri gördükcə, sanki bir boy kiçilmişəm həmişə. Atalardan məsəl var: “Ağac bar verdikcə, başını aşağı əyər”. Bizdə isə hər şey tam tərsinədir. Barsız-bəhrəsiz ağacların başı az qalır buludlara dəyə. Barının ağırlığından başını aşağı əyənləri isə, əksər hallarda başqa cür “dəyərləndirməyə” çalışırlar. Təvazökarlığın insana heç də fayda gətirmədiyini bilsəm də, başqa cür olmağı da bacarmıram. Təəssüf ki, həqiqətən də “mən başqa cür yaşamağı bacarmadım” həyatda.
    – Gələcəyə anons verə bilərsinizmi: nə vaxtsa nəvələrinizdən hansısa sizi kölgədə qoya bilərmi?
    – Hər şey ola bilər. Mən görücü deyiləm, lakin irsən, genlə keçməni öz həyatımda gördüyümdən, hər halda bu ehtimalın doğruluğuna inanmaqdan başqa çarəm qalmır.
    – İctimai xadimsiz, gözəl anasız. Sadiq dostsunuz – buna özünüz də əminsiniz. Bəs gözəl qaynana ola bilmisinizmi?
    – Əvvəla, bunu öz balam kimi sevdiyim gəlinim Günel xanımdan soruşsaydınız, daha düzgün olardı. Ancaq hər halda, bir Allah şahiddir ki, mənonunla münasibətdə heç vaxt özümü qaynana gözündə görməmişəm.
    – İnsan qəlbində qələmə sarı açılan yol üçün körpü hardan başlayır?
    – Çox güman ki, genlərdən.
    – Redaktor kimi, “Elimiz.Günümüz” deməklə nəyi ünvanlamaq istəmisiniz?
    – Zənnimcə, bu iki müqəddəs kəlmə bir vətəndaş olaraq açıqlamaq istədiyim fikri özündə tam şəkildə ehtiva edir.
    – Düşünmürsünüz ki, çox qürurlu olmaq sizi sevənlərinizdən uzaqlaşdıra bilər?
    – Bəlkə də. Hər halda belə olmasını istəməzdim.
    – Heç ürəyinizdən keçibmi ki, Həcc ziyarəti üçün zəvvar olasınız?
    – Hələ ki, yox. Lakin qəlbimin dərinliyində belə bir mənəvi ehtiyacın haçansa üzə çıxacağına inamım var.
    – Sizcə, ən böyük günah nədir?
    – Mənə görə, ən böyük günah səni dünyaya gətirənlərin üzünə ağ olmaqdır.
    – Hamı sizdən yazmaq istəyir (Sizi sevənlər), ürəyinizin gizli qatını açmaq istəyir. Siz necə, haçansa öz həyatınızı təfərrüatı ilə qələmə almaq niyyəti ürəyinizdən keçmir ki?
    – Deməzdim ki, bütün təfərrüatı ilə yazacağam. Lakin hər zaman belə bir arzu ilə yaşayıram. İnanıram ki, yazacağım əsər sənədli bir roman kimi olduqca oxunaqlı olacaq.
    – Baxıram, müsahibələrinizdə qarşı tərəf sizi daha çox şəxsiyyət kimi tanımaq istəyir. Yaradıcı xanım kimi yetərincə tanınırsız. Bu qədər maraqlı olmağınızın səbəbi nədir?
    – Bəlkə də buna səbəb mənim qarşı-tərəf üçün heç də bütün sirlərimi açıb-tökməməyim olub.
    – Müəyyən arzu ilə yatıb, ilk gözünüzü açdığınız zaman kimi görmək istərdiniz?
    – Yalnız və yalnız ANAMI!
    – “Kəndçiliyiniz tutanda” nə işlə məşğul olursunuz?
    – “Kəndçiliyim” tez-tez “tutur” və belə olanda tez həyətə çıxır, sevdiyim işlə məşğul oluram: güllərin, ağacların başına pərvanə kimi dolanır, suyunu verir, alağını edir, diblərini boşaldıram. Hətta evdə tək olsam belə, samovarı qaynadıb həyətdəki stolun üzərinə qoyur, oturub çay içə-içə həsrətlə kiminsə indicə darvazadan içəri girəcəyini gözləyirəm. O qədər duyğulanıram ki, hərdən mənə elə gəlir ki, rəhmətliklər sağdır və hətta bəzən səsləri belə qulağıma gəlir. Aldanıram, diksinirəm, kövrəlirəm… sonra yavaş-yavaş “kəndçiliyim”dən əsər-əlamət qalmır…
    – Həyatda əsiri olduğunuz bir şey varmı ki, elə hey gedirsiniz, amma ona çata bilmirsiniz?
    – Nə vaxtsa ən gözəl şeirimi yazacağıma, qəzetimin ən gözəl sayını buraxacağıma, övladlarımın sözün həqiqi mənasında, xoşbəxt olacaqları günü görəcəyimə bütün varlığımla inanaraq, “gidiyorum gündüz-gecə…”
    – 40-cı otağın açarı əlinizdə olsaydı, açardınızmı? Açdığınız zaman qarşılaşacağınız vəziyyətə hazırsınızmı? Təqribən, qarşınıza çıxan nə ola bilər?
    – Nağıllara heç zaman inanmasam da, 40-cı otağın qapısının üzümə haçansa açılacağı ümidiylə yaşamışam həmişə, açarı əlimdə olmasa belə. Buna hər zaman hazır saymışam özümü, azından ona görə ki, vicdanımı heç zaman və heç nəyə satmamışam. Haqqı nahaqqın ayağına verməmişəm. Deyirlər ki, ümid sonda ölür, odur ki, işığa sarı gedən bir yolun yolçusu kimi deyərdim ki, bu yolda yalnız və yalnız işıq görünür.

    Müsahibəni apardı: Təranə Şəms

  • İlahə BAYANDUR.Yeni şeirlər

    Meni basdır gözlərində

    Gözlərinə qurban olum,
    Meni basdır gözlerinde.
    Qoyma bulud teki dolum,
    Qebir qazdır gözlerinde.

    Apar meni öz yanına,
    Hasret kalmışam canına.
    Susamışam al qanına,
    Meni basdır gözlərində.

    Bağlanıb uzanan yolum,
    Qırılıb qanadım-qolum.
    Düşmən olub sağım-solum,
    Meni basdır gözlərində.

    Dəymiş durub, yaş tökülüb,
    Şahanə mülküm sökülüb.
    Ayağım altdan yer çöküb,
    Meni basdır gözlərində.

    Qebrimi tapan olmasın,
    Seven dostlarım solmasın.
    Doğmalarım saç yolmasın,
    Meni basdır gözlərində.

    AZMIŞ XƏYALLAR

    Bədirlənmiş ay kimi,
    Çətirlənmiş humay kimi,
    Oxundan çıxmış yay kimi,
    Səni gördüm, vuruldum…

    Sevinirdim, nəşəliydim,
    Dünya mənim sanırdım,
    Mən eşqimin alovunda zərrə-zərrə,
    gilə-gilə yanırdım…

    …Nə gözəldi, necə şəndi,
    o dəmlərim, çağlarım,
    Sənin ilə qurduğum xəyallarım,
    Gəlib çıxmadı, nədən?
    Harda qaldı, azdılar?..
    Sevgi çeşmən tez qurudu,
    su tükəndi, kor quyuynu qazdılar?
    Sənin sevgin öldü, getdi…
    köksün üstə,
    başdaşısız,
    ona məzar qazdılar?

    Gün gələcək, geydiyin don süzüləcək,
    Yanağına yalanlardan isti damla düzüləcək.
    Bilməlisən, sevənlərə əzab verən,
    özünü qəhrəman bilən,
    Gün gələcək, mütləq ayağa düşəcək,
    Mütləq ayağa düşəcək!

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    SEVDİYİM GÜNAH

    Gəl ah göndərək dağlara,
    Dağları bu ah saxlasın.
    Kasıb daxması könlümdə,
    Səni də allah saxlasın.

    Hava eşq,torpaq eşq,su eşq,
    Ölümə oxuyan Qu eşq.
    Sevdiyim günahdı bu eşq,
    Bizi bu günah saxlasın.

    Ayna tutub ötən çağa,-
    Belə kim girsə bu bağa,
    Gözümdə suya qoymağa,
    Bir cüt ətirşah saxlasın.

    AHIMLA VERDİM EŞQƏ CAN

    Dağılıb saçın üstünə,
    Əl elə qaçım üstünə.
    Çılpaq ağacın üstünə,-
    Sən də budaq-budaq yeri.

    Ahımla verdim eşqə can,
    Aramıza düşmədi qan.
    Hər tərəfi alıb duman,
    Nə düz qalıb,nə dağ yeri.

    Gözüm zəvvar,yaxan da pir,
    Düymələri açdım bir-bir.
    Bir öpüşün heykəlidir,-
    Üzümdəki dodaq yeri.

    ZALIM GÖZƏL ŞAİRİ DƏ QINAYAR

    İstəmirəm qarşılaşaq yalandan,
    İstəmirəm yolun məndən yan düşə.
    Ömür boyu üzü gülməz bu eşqin,
    Yar könlünə şöhrət düşə,şan düçə.

    Saz sinəmdə pərdə-pərdə oynadı,
    Gözüm tutan bəxtəvər də oynadı.
    Qol götürüb hamı dərdə oynadı,
    Az qaldı ki aralığa qan düşə.

    Kirpik çaldın,könlüm batdı qana yar,
    Ayna tutsam,baxışların qanayar.
    Zalım gözəl şairi də qınayar,
    Vay halına belə vaxtda can düşə.

  • Təranə ŞƏMS.”MƏNİM ANASIZ DÜNYAM!”(Esse).Eksklüziv

    MƏNİM ANASIZ DÜNYAM!

    Elə anlar olur ki, insan özünü tək – tənha hiss edir və özünü tanıya bilmır. Lakin bu tənhalıq onun daxili dünyasını tanıyacaq qədər yardımçı olur və hiss edir ki, sonu olmayan boşluqlar onu çəkib aparır. Bu boşluqlar içərisində yşaqlıq illəri istər – istəməz yadına düşür, göz önündə ata – ana sevgisi canlanır və özünü o illərdə hiss edir. Belə hisslər insanı özünə hesab verməyə vadar edir. Həyatında hesablaşa bilmədiyin anlar elə yaş dövrünə düşür ki, yaddaşında silinməz izlər qoyur. Sizinlə bölmək istədiklərim uşaqlığımdan bu günə kimi qəlbimdə yaşatdığım ANA məhəbbətinin qüdrətindən yaranan incə, nəfis duyğularımdı, o duyğular ki,insanı yaşadır, həyata bağlayır. Lakin bu tükənməz duyğuların bitəcəyiyi günü heç düşünmürsən. Boy atırsan, həyata pərvaz edirsən, ATA – ANA sevgisinin əhatəsində ətrafına naz edirsən, həyatsa səni çəkib aparır, amma bilmirsən hara…! Zamam – zaman həyatın qaranlığına doğru irəlləyirsən. İlk büdrədiyin an uzaq olmur sənə. Gözlərin həyata açılar – açılmaz fələyin ilk zərbəsi səni silkələyir. Dəyərsiz, əvəzolunmaz valideynlərini itirirsən. Bu sarsıntıların acısını yalnız yaşayan bilər, bu ağrı – acını bir ömür boyu daşımalı olursan və sanki həyata gözlərin qapanır. Mən də yaşadım, o barışa bilmədiyim anları. Artıq anayam, nənəyəm, yaş yetirmişəm, lakin gözlərim daima məni yaşamaq üçün dünyaya gətirən ANANI axtarır. Bu səslənən üç hərfin sədası insana nələri bəxş etmir ki…?
    ANA! elə möcüzə baş verəydi ki,mən uşaqlığıma qayıda biləydim. KAŞ Kİ…! Kaş ki, sənin südqöxulu nəfəsini duya biləydim. Yuxuya gedəydim qollarında, mənə həzin səsinlə lay – lay calaydın ANAM! Bəlkə indi hiss edərdim səsinin məlahətini. ANA qarşında diz çöküb gözlərinə baxmaq istərdim. Gözlərinin dərinliyində hiss edəydim qəlbinin ağrı – acısını. Hansı ki, çəkdiyin acılar qəlbindən silmədi heç, heç övlad məhəbbətini. Sevdin bizi ANAM! Sevdin aşiqanə məhəbbətin möcüzəsi kimi sevdin! Çünku bizlər məhəbbət bulağından çağlayan çeşmələr idik sənin üçün! ANA qayğısız yaşayaraq bu çeşmənin daima axar olacağına unanmışdıq. AMMA… əfsuslar olsun ki, bu çeşmənin suyu daima qaynaya bilmədi. Niyə deyə bilmirəm, çünki yaradana üsyan etmiş olaram. ANA bilirsən sən gedəli nələr oldu? ANA sənin yoxluğun məni həyatımdan küsdürdü. ANA barışa bilmirəm yoxluğunla. Gülüşümü nazı – qəmzəmi, sevgimi, aşıb – daşan qəlbimi apardın özünlə ANA…! Hayqırmaq bağırmaq istəyirəm: Qaytarın məni analı günlərimə, qaytarın məni dərd ortağıma! Qucağına baş qoyum çiləli qəlbimi onunla bölüşüm. Həyat, qaytar Anamı! Qaytar onun titrəyən əllərini saçlarımda gəzdiyini duyum, hiss edim. ANA həyatla barışmayan qəlbim bilirsən, mənə nələri bəxş etdi? Qəlbim sənin pıçıltınla ehtizaza gəlir, sənə deyə bilmədiklərim könlümün süzgəcindən süzülür sətir – sətir. ANA mənim könül təranələrim ağrılı – acılı səsə – sədaya çevrilib. ANA, sənin pçıltıların qəlbimin nidasına dönüb, o nida ki, mən onu insanlarla bölüşürəm. Bircə duymayan sənsən ey mənum könül rübabım! Sənsiz nə varsa heçdir bilirsən? Sənsiz dunyam boşdur, amma könlüm boş deyil.Sənin məhəbbətin mənimlə yaşayır,məni oxşayır,qoxlayır, xəyalların yaşadır məni ANA…! Bu böşluğu dolduracaq elə bir qüvvə yoxdur. ANA görürsən, sanki şıltaq uşaq kimiyəm heç, heç dəyişmədim. Yenə dəlilər kimi aşıram daşıram, kişnəyib şahə qalxan ayğıra bənzəyirəm. Hərdən də aram – aram yayılan ləpələr təki səssiz oluram. Bu zaman görəydin məni. Görəydin axıtdığım göz yaşlarımı. Bu çilələr şerə sözə dönür sənin üçün. ANA necə edim ki, duyasan məni. Bax, eşidirsən, könlümün səsi necə vəsf edir səni. ANA sənsizdi, səssizdi düyam! Dünyam, gözlərim sənsiz, dilim, ağzım dadsız qalsa da, qəlbim vicdanım qarşısında çöx
    rahatdı ANA! Sənin xəstə gözlərin gözümə baxanda oxşadım o gözləri, dilimə şəkər qatıb oxşadım dilindəki sözləri, yana- yana hiss etdim, qəlbindəki közləri. Qəlbin yanırdı ANA! Hiss etmişdin, duymuşdun ki, sənin cik – cik sərçələrin bir gün qanadsız qalacaq. Düşünmürdün, çiçəklərim mənsiz solacaq? Solduq, ANA solduq, solduq gülüzlu çiçəklər təki,üzüldük, üzüldük budaqdan ləçəklər təki!
    Qeyd: Oxuyun, bur övladın həsrətli könül sevdasını. Onun necə üzüldüyünün şahidi olun. Sizlər də üzülün, düzülün onların enişli – yoxuşlu yollarında! Məncə ATA – ANA övlad üçün heç vaxt qoca sayıla bilməz: Sağlığında onları sevin, sevin ki, ahıl yaşda sizi də sevsinlər. Elə edin ki, daima vicdan rahatlığı tapasınız. Mən nə qədər yanıb, ANA həsrəti şəksəmdə ALLAH qatında qəlbim, ürəyim çox rahatdı, ən azı ona görəki, anama balam kimi baxmışam. Xəstə yatanda ürəyimə daş basıb, gözümün yaşını qəlbimə, təbəssüm dolu baxışlarımı gözlərimə taxmışam. Necəki zamanında bu təbəssümləri ANAM mənə bəxş etmışdı. Anaları oxşayın, ağaran saçlarına sığal çəkin, yaşadın önları, qırmayın onların kövrək qəlblərini. Analar həyatdır, analar bin – bərəkətdir, analar qapıları üzünüzə açılan cənnətdir. Cənnətə gedən yol anaların qəlbindən keçir. Fət edin bu CƏNNƏTİ…!

  • Sevinc NOVRUZOVA ( Sumqayıt).Məqalə

    YODLAŞDIRIMAMIŞ DUZLAR İNSANLARDA BİR ÇOX XƏSTƏLİKLƏRƏ YOL AÇIR

    Duz məişətdə ən çox işlətdiyimiz nemətlərdən biridir. Duz – çörək anlayışı ümumiyyətlə, biz azərbaycanlılarda çox müqəddəs sayılıb. Duz – çörəyi itirməmək, onun qədrini bilmək kimi ifadələr də xalqımız arasında ən çox işlənən sözlərdən biridir. Bir sözlə məişətimizi duzsuz təsəvvür etmək mümkün deyil. Ancaq keyfiyyəti yoxlanılmamış, yodlaşdırılmamış duzlar insan orqanizmi üçün çox zərərlidir. Yodlaşdırılmamış duzlar insanlarda bir çox xəstəliklərə yol açır. Bütün bu problemləri nəzərə alan “Azərsun – Holdinq” şirkəti illər öncə Masazır Duz gölünün yanında duz zavodu tikib istifadəyə verdi.
    May ayının 17 – də “Azərsun Holdinq” şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afiq Səfərovun təşkilatçılığı ilə bir qrup jurnalistlər və şagirdlər Masazır Duz Zavoduna ekskursiya etdilər.
    Afiq Səfərov çıxışı zamanı şagirdlərə və jurnalistlərə açıqlama verərək, bildirdi ki, biz inanırıq ki, gələcəkdə bu zavodun müdiri işləyəcək, istehsalatda mühəndis olacaq insanlar elə bizim aramızdadır. Bu zavodda bizim duz məhsullarımız olan “Azərduz” istehsal olunur. Masazır Duz Zavodunun əməkdaşları 43 № – li liseyin şagirdlərini zavodla, istehsalatla yaxından tanış etdilər. Zavodun məsul səxsləri şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirdilər. Zavod uşaqların cox marağına səbəb oldu. Onlar zavodun məsul şəxsləri tərəfindən təlimatlandırılandan sonra, zavoda eksuskursiyaya getdilər.
    Masazır Duz Zavodunun direktoru Ceyhun Salmanov geniş açıqlamasında bildirdi ki, zavodumuz 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Zavodun istehsal etdiyi duzlar Azərbaycan mətbəxtinin əvəzedilməz nemətinə çevrilib. Zavodu işə salan vaxtlarda günlük gücü 100 ton idi, indi isə bu rəqəm 300 tona qədər artırılıb. İlliyi isə 90 min tona çatdırılıb. İlk əvvəllər biz “Azərduz” və “Bizim Duz” markaları altında süfrə duzları istehsal edirdik. İnsanların tələbatları yoxlanılaraq, nəyə ehtiyacları olduqları araşdırılaraq qarşımıza məqsəd qoyduq ki, bütün sahələrdə istifadə olunan duzları biz öz zavodumuzda istehsal edək. Xaricdən hər hansı bir duzun gətirliməsinə ehtiyac qalmasın. Öz mədənlərimizlə öz ehtiyaclarımızı qarşılayaq. Müxtəlif yerlərdən, yüksək səviyyədə avadanlıqlarla təmin olunub.
    Artıq neçə müddətdir yodlaşdırılmış duz Azərbaycan ailələrində süfrələrin bəzəyidir. Aparılan statistikalara görə Masazır Duz Zavodu istifadəyə veriləndən və yodlaşdırılmış “Azərduz” un məişətimizə daxil olmasından sonra insanlarda duzla bağlı baş qaldırılmış xəstəliklərdə artıq azalma müşahidə olunur.

    Hal – hazırda bizim məhsul çeşidlərimiz həddindən artıq çoxdur. Bütün Azərbaycanın duza olan tələbatını ödəyəcək gücdəyik. Burada əlavə sənaye duzları var, hansı ki, qazanxanalarda, neft sənayesində istifadə olunur. Bu duzlar xüsusi duzlar sinifinə aiddir. Bu duzları istehsal etmək üçün əlimizdə hər imkan var.
    “Azərduz” markası yüksək keyfiyyəti ilə bir çox ölkələrə ixrac olunmaqdadır.
    Hətta Gürcüstan, Orta Asiya, Qazaxıstan və s ölkələrə. Yəni, məqsəd bazara çıxaracağımız duz, dünya iqtisadiyyatına uyğun olmalıdır. Məqsəd, Azərbaycan mədənində çıxarılan duzları xaricə də ixrac etmək, Azərbaycan iqtisadiyyyatının gücünə – güc qatmaqdır.
    Bununla belə bir çox yaraşıqlı qablarda istehsal olunan, lakin tərkibində yod olmayan duzları istehsal şirkətləri əhalini çaşdırırlar. Duzun göldən necə çıxarılması, onun sudan və digər artıq maddələrdən necə təmizlənməsi və bütün bu prosesin kompyüter mərkəzindən idarə edilməsi olduqca maraqlı proses idi. Zavodun tikilişinə qədər yerli əhali kustar üsulla göldən duzu çıxararaq heç bir emal prosesi aparılmadan mağazalara verilirdi. Lakin, zavod tikilib istifadəyə veriləndən sonra həmin adamlar işsiz qalmadılar. Duz çıxarılması ilə məşğul olan insanların əksəriyyəti zavoda yüksək əmək haqqı ilə işə qəbul olundular. İşə qəbul olunmayanlar isə müqavilə əsasında çıxardığı duzları zavod onlardan çox yüksək qiymətlə qəbul edir. Deməli, bir çoxlarının dediyi kimi zavod yerli əhaliyə heç bir ziyan vurmayıb. Əksinə məhz zavodun sayəsində həmin insanlar həm işə qəbul olunub, həm də duzlar artıq kustar üsulla yox, müasir avadanlıqlarla göldən çıxarılır. Biz “Azərduz” duzlarına 9 ay vaxt qoymuşuq.

    Daha sonra jurnalistlər önündə kiçik bir təcrübə keçirilfi. Zavodla tanış olan jurnalistlərin müxtəlif sualları cavablandırıldı.