Post Views: 18 Şuşa… Dörd hərfin-iki hecanın hər dilimizə gələndə bizi duyğuların ənginliyinə atacağını, bəlkə, təsəvvürə belə gətirməzdik, hərfləri, sözləri təzə-təzə tanımağa başlayarkən… “Sevirsənsə, Yağışı çətirsiz sev, Çiçəkləri ətirsiz…”-deyir Vasif Zöhraboğlu… Əsl sevgi budur! Biz Şuşanı doğmalığının istisiylə də sevdik, həsrətinin sazağıyla da… Vüsalı ona görə ömrə sığmayan duyğular yaratdı! Haqq aşiqi sevdasıdı Azərbaycan xalqının …