Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 070 424 00 35, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı və Sumqayıt şəhərləri

Azərbaycan Prezidenti

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 54 Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi …

Mədəniyyət

Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular

Post Views: 50 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən …

Mədəniyyət

Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi

Post Views: 44 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”

Post Views: 45 Dastanlar bu torpağa düzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Göz yaşına çevrilib süzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. “Subhənallah” deyincə nurlu gözləri dolan,Ruminin məclisində yenə ilk bahar olan,Dərin bir fəlsəfənin qaranlığına dalan,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. Hər misrası gövhərdən, torpaqdan daha dolğun,Yanaqları lalədən, incidən daha solğun.Türkün övladı yenə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”

Post Views: 47 XIII yüzil Ön Asiyada  ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla! Qaramandan, Ərzurumdan, ey Oğuz dillərininBöyük şairi YUNUS, sənə salamlar olsun!ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun! MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,MÖVLANA məclisində HAQQı deyən söz olan.Çəkib həsrətin yenə çiçəklər kimi solan,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün ayrılıqlar doğma…”

Post Views: 81 ***bütün ayrılıqlar doğma…bütün xoşbəxtliklər yad…səninlə yaşanan hər nə varsaadını qoymağa çalışma…heç məndən də soruşma…adı üstündə yazılı: HƏYAT… bağırma, çağırma…sükutunu qucaqla…dərdini bas bağrına…bir də görərsən ki,qapın döyülür…pəncərəndən pıçıltılar tökülür-gecikmiş “Bağışla” adıyla… yalan demirəm sənə…İnanmasan da olur…daha eynimə gəlmirməni necə bilirsən…daha əynimə gəlmir“qadın nazı”… Bilirsən… bütün səssizliklər haray…bütün anlayışlar fəryad…səninlə yaşanan hər nə varsaadı …

Publisistika

“Venesiyaya məktublar”ın əks-sədası – Şəfa Vəli Emin Piridən yazır

Post Views: 52 “Turist” filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlir ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə olan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır, yəqin ki… … Bir nəfər İsadan soruşur: “Tanrı buyurur ki, qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 40 Yavaş-yavaş alışırsan hər qəmə,Adilləşir sol qolunun ağrısı.Yavaş-yavaş gözdən düşür ömür-gün,Deyirsən ki…Ürəkdi də, qoy ağrıyır-ağrısın… Qoy sevinsin qeybətini qıranlar,Gülə-gülə gəl hamını yola ver.Xatirələr göz yaşında durulsun,Külə dönən ümidləri yelə ver! Eh…kimə nə ağlayırsan,gülürsən,Bəlkə elə unutmusan adını.Bu gecə də tənhalıqdı qonağın,Çıxardırsan darıxmağın dadını. Açıq qalıb səhərəcən pəncərən,Qəfil yağış pərdələri isladıb.Gözlərinə düşən gündən oyandın,Bu sabah …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”BAŞIN SAĞ OLSUN, VƏTƏN!”

Post Views: 35 Şəhid Elman Müslüm oğlu Abbasovununudulmaz xatirəsinə I Ataxal kəndində gəldi dünyaya,Dolaşdı hər dağı, dərəni Elman.Yaxşı tanıyırdı mahir ovçutək,Bu yerdə hər bəndi, bərəni Elman. Ataya, anaya ümid payıydı,Babanın-nənənin hay-harayıydı,Hamı bu oğlanı doğma sayırdı,Sevirdi doğmatək hərəni Elman. “Cəngi” üstündəydi sazının simi,Yox idi zərrəcə kəsiri, kəmi.Düşmən xar olardı – Koroğlu kimi,Çəkəndə bir dəli nərəni Elman. …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”

Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru ŞƏHİD ANASI (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm) Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,Sinəsində qarlı qış, kirpiklərində qırov.Dünən bir …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 42 *** Qırx beş ildi ov güdürəm boş yerə,Saçlarıma kəfən oldu dənim, eh.Molla hazır, tabut soyuq, can isti…Daş olmalı halım yoxdu mənim, eh. Yoxa çıxıb aradakı körpülər,Bu lal köçü öz arxanca çək, keçir.Başa düşdük sevgi nədir, guya ki,Anlamadıq Tanrı bizdən tək keçir… Aclıq bizi dara çəkir o vaxtdan,Gör, içimdə bir söz qalıb yeməli?!Gəlişimiz …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 43 HƏLƏ Bəxtimin ulduzu bu sevimli qız,Neyləyim əzəldən nazlıdır belə.Yerişi, duruşu bir tamaşadı,Bənzəyir ən gözəl çiçəyə, gülə. Odlu baxışıyla canımı alır,Vallah mən yazığı odlara salır,Hər şey dəyişsə də, məhəbbət qalır,Mənə əzab verir o, bilə-bilə Alışıb yanıram pərvanə kimi,Titrəyir qəlbimin ən incə simi,Tökübdü üstümə kədəri, qəmi,Mənəm ki, bu naza dözürəm hələ. GÜLÜM Gecə gözlərimdən …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Sən hələ körpəsən, üzündə nur var”

Post Views: 42 Sən hələ körpəsən, üzündə nur var Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün Günəşə, aya da boylanan Sənsən,Söhbətin bal olar, sözün bal olar.Nə qədər doğmasan, nə qədər əziz,Sənin gülüşünlə dünya lal olar.Sənə hələ körpəsən, üzündə nur var,Boynuna örtdüyün ipək şal olar. Bakı şəhəri. 6 iyun 2019-cu il.

Publisistika

Şəhidlər haqqında kitabla bağlı müsahibə

Post Views: 45 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının şəhidlərə həsr olunmuş “Əlvida söyləmədən…” kitabı işıq üzü görmüşdü.Kitabla bağlı müəllifin «Каспiй» qəzetinin 4 fevral tarixli nömrəsində «Мы должны оставить после себя след…» (“Biz özümüzdən sonra iz qoymalıyıq…”) müsahibəsi çıxmışdır. Müsahibədə müəllif qeyd edir …

Ana səhifə

Əli Rza XƏLƏFLİ.”Dərbəndin bəxt kitabı…”

Post Views: 39 Misra-misra duyğular söz olsun,salam olsun,Dilindən dildaşına Dəmir Qapı Dərbəndin.Əbədi sarsılmayan bir könül körpüsü var,Soydaşdan soydaşına Dəmir Qapı Dərbəndin. Yolun düşsə görərsən məhəbbəti mehri var,Təmkinində daş səbri, Qoca Qafqaz təhri var.Qonaq olsan bilərsən dadının nə sehri var,Pulovuna, aşına Dəmir Qapı Dərbəndin. Qəzanın qədərindən taleyi bəla tapdı,Tanrı qəzəbə dolub bəxtinı qara yapdı.Qopmadı bircə çınqı …

Ana səhifə

Əli Rza XƏLƏFLİ.”Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan!”

Post Views: 40 Duman basan, çiskin çökəngözlərimsən, Azərbaycan! Əyim-əyim, büküm-bükümdizlərimsən, Azərbaycan!   Sazın ruhu inciməsin, hər gələnəsaz olmusan, Hər havaya çalınmısan, sazlarımsan,Azərbaycan!   Qarabağın qara bəxti kösöv təkiqaralanda, Sinəm üstə ocaq yanır,közlərimsən, Azərbaycan!   …Qələm – qələm sınıq düşənXələflinin ürəyi qan, Kəlmə-kəlmə qan ağlayansözlərimsən, Azərbaycan!

Ana səhifə

Əli Rza XƏLƏFLİ.”KARVAN GEDİR…”

Post Views: 99 (Gülhüseyn Kazımovun 70 yaşına) Karvan gedir,səfər üstə öz yolundan qalmaz axı,Dərd yükünü Tanrı verib kimsə ondan almaz axı. Qəm karvanı – öz dərdinin ovsarını çəkir sarvan,Gözlərində qəm aparan göz yaşını silməz axı. Sinəsində dağlar yatır, yurda sarı baxa-baxa,Ürəyində dərd gəzdirən bir ürəkdən gülməz axı. İlham alsa şair qəlbi sevda dolu bir könüldən,Yollar …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”

Post Views: 40 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı *** salam, cənab dirijor! saxla əlini bir az… daha oxumasın xor, eşqsiz oxumaq olmaz! adam eşqdən oxuyar, adam dərdi söyləyər… gün gələr, dən qoxuyar daraqtanımaz tellər… ver, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”

Post Views: 38 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bütün zəlzələlər, qar uçqunları Bir insan ruhunun sancısındandı… Şeirlər hisslərin uçurumları, Romanlar ən ucuz intiharlardı… Səhər “sevda!”- deyə yansa könlümüz Axşam can ağrısı qor edir bizi… Uğrunda …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Bilmirsən”

Post Views: 72 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Götür ürəyini, gəl mənə tərəf… Əriyib yolların qarı, bilmirsən. Bir ümid içimdə çıxıb naxələf, Uçub gedib sənə sarı, bilmirsən. Sanma ki, arzular gəlib keçici, Bu könül yaşını doldurub çoxdan. Bizim taleyimiz iki …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Əl açıb küçədə dilənən çocuq”

Post Views: 41 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Nəsə demə… dillənmə. Səni bu yollara salan dünyaya Dəymir, Dəymir ki dillənib nəsə deməyə. “Kimsəm yoxdu” tökülür sözcüklər təbəssüm çəkilmiş dodaqlarından. Kiçicik əlləri titrəyir amma, Soyuqluq tökülür baxışlarından. Ağlama çocuq, Ağlama! Bu …

Ədəbiyyatşünaslıq

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

Post Views: 61 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2019-cu ilə olan ikinci nömrəsi işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil olan jurnalın baş redaktoru …

Azərbaycan ədəbiyyatı

“Səbəbi sənsən”in müzakirəsi keçirildi

Post Views: 40 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri …

Publisistika

Təhminə VƏLİYEVA.”Poeziya və musiqi birləşəndə…”

Post Views: 46 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com ARİF MƏMMƏDOVUN MONOQRAFİYASI MARAQLI BİR MÖVZUYA İŞIQ TUTUR Azərbaycan poeziyası ilə musiqisi arasında möhkəm bir bağ, …

Publisistika

Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş” (Tezis)

Post Views: 83 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN TƏDRİSİ ELMİ-METODİK PROBLEM KİMİ Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsinin …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 47 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Əllərim qoynumda dustaq Gözüm ürəyimin suyunu çəkdi, Quruda qaldım sənsiz. Mən səninlə tam olmuşdum, Yarıda qaldım sənsiz. Gözümdən düşən dünyanı Kim qoyacaq yerinə?… Xəyallarım qız uşağı, Qoşulub qaçıb birinə. Əllərim qoynumda dustaq, Səni saxlamıram ki. Pəncərəmi açıq …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 33 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Güzgülər içimin çöl tərəfidi Ayrılıq deyirəm… Ayrılıq Bədənimin sol tərəfidi. Gözlərim deyirəm… Gözlərim Gedənlərin yol tərəfidi. Güzgülər içimin çöl tərəfidi, Güzgülərdə sevmə məni. Ürək görünmür orda! Yox! Qayıtma deyirəm, Əvvəl ayağa dur ürəyimdə. Ayağa dur ki, sənin …

Azərbaycan Prezidenti

P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 49 P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 fevral 2020-ci …

Azərbaycan Prezidenti

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 45 Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur. Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş …

Azərbaycan Prezidenti

X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 48 X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 …

Azərbaycan Prezidenti

C.Ə.Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 43 C.Ə.Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 yanvar 2020-ci il. Mənbə: https://president.az

Azərbaycan Prezidenti

B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 42 B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 yanvar 2020-ci il. Mənbə: …

Azərbaycan Prezidenti

Dünya azərbaycanlılarına

Post Views: 37 Əziz həmvətənlər! Hörmətli soydaşlar! Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında …

AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təbrik məktubu

Post Views: 38 Əziz və dəyərli dostlar, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri, jurnalist həmkarlarım, şair dostlarım, Sədri olduğum Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, nəzdimizdə fəaliyyət göstərən gundelik.info və edebiyyat-az.com saytları adından, “Dan yeri” Ədəbi Birliyi adından, təsisçisi və və baş redaktoru olduğum “Möhtəşəm Azərbaycan” qəzetinin yaradıcı kollektivi adından, çalışdığım SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin mətbuat …

Ədəbiyyatşünaslıq

Ədəbiyyat İnstitutunda Məmməd Cəfər Cəfərova həsr olunmuş elmi sessiya keçirilib

Post Views: 54 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin 15 aprel …

Sumqayıt RMTİ

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin şura iclası keçirilib

Post Views: 46 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin şura iclası keçirilib. İclasda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edib. Əvvəlcə mədəniyyət işçilərini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, xoş arzularını çatdıran idarə rəisi görüləcək işlərdən danışıb. O, çıxışında yaradıcı düşüncəyə malik olan gənclərin irəli çəkilməsi, …

Sumqayıt RMTİ

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə silsilə tədbirlər keçirilib

Post Views: 39 Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində maraqlı yeni il şənliyi keçirilib. Şənlikdə bayram atributları şaxta baba və qar qız, köhnə və yeni ilin atributları olan donuz və siçan personajlarınin ifasında maraqlı səhnəcikıər nümyiş olunub. Eləcə də bir-birindən musiqi nömrələri səslənib, əyləncəli oyunlar keçirilib. Uşaqlar mahnı oxuyub, şeir deyib, rəqs ediblər. “Dostluq” mədəniyyət …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Bağışlayıb, suçumu gəl”

Post Views: 38 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şair dostumuz Əziz Musaya. Şairsən, kövrək şairsən, Bağışlayıb, suçumu gəl. Könlünün sözünü dinlə, Bağışlayıb, suçumu gəl. Yasamaldan və Bayıldan, Nəbidən, Qaçaq Mayıldan, Qubadlıdan, Cəbrayıldan, Bağışlayıb, suçumu gəl. Şairə atılmaz ki, ox Möminin qəlbi, gözü tox, Bu dünyaya etibar yox, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gözlərin”

Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gözlərə nə qədər şeir yazılıb, Gözlərə nə qədər mahnı qoşulub, Sənin gözlərindən yoxdu dünyada, O gözlər tay mənim həyatım olub. O gözlər naz ilə baxanda mənə, Məndə nə can qalır, nə də ki, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gizlənpaç oynama”

Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gizlənpaç oynama bu qaşla gözlə, Sən harda olsan da tapacam səni, Gecə də gündüz də yolumu gözlə, Gəl bu ayrılığa öyrətmə məni. Unutma özünü, vaxt tələ qurur, Yolumu, izimi tumarla hərdən, Hələ ilk …

Azərbaycan ədəbiyyatı

Afət VİLƏŞSOY.”Gəlmə”

Post Views: 37 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri Gözləntilər, puça çıxsın ümidlər, Arzulara quyu qazım bu axşam. Sən bir az da ağlat, bir az da gəlmə Həsrətinə şeir yazım bu axşam. Qaş qaralsın, bala-bala saralım, …

Mədəniyyət

“Cahana sığmayan Azərbaycan şairi”

Post Views: 43 Yasamal rayon MKS-inin Ə.Vahid adına 1 №-li kitabxana filialında Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan Azərbaycan şairi” adlı inşa müsabiqəsi keçirildi. Müsabiqədə 173 №-li məktəbin IX sinif şagirdləri iştirak etdilər. Məktəblilər yazdıqları inşaları ucadan oxudular. Kitabxana filialının müdiri Mətanət Qasımova 1-ci yeri tutan Əsəd Muradova Nəsiminin “Seçilmiş əsərləri” kitabını hədiyyə …

AJB Sumqayıt şəhər təşkilatı

Şair-publisist Rafiq Odayın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

Post Views: 37 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Qalmadı”, “Dünya belə dünyadı…”, “Ölmədim”, …

AJB Sumqayıt şəhər təşkilatı

Şair Qafqaz Əvəzoğlunun şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

Post Views: 36 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları …

AJB Sumqayıt şəhər təşkilatı

Gənc yazar Kamran Murquzovun şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

Post Views: 40 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “İctimai-siyasi cərəyanlar …

AJB Sumqayıt şəhər təşkilatı

Gənc yazar Kənan Aydınoğlunun şeiri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 183-cü sayında fars dilində dərc olunub

Post Views: 40 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü münasibətilə yazdığı “Azərbaycanın” adlı …