Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 11461 - 11520 of 12. 744 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Bircə olmayasan,söhbət dəlisi”

Post Views: 45 Dəlilik gözəldir,olasan dəli, Bircə olmayasan,söhbət dəlisi. Buğlana başında Vətən sevdası, Adına deyələr millət dəlisi. Gül olub bitəsən,torpaq üzündə, Xoş ətir saçasan, Vətən düzündə. Sevənin sevdiyi sevgi sözündə, Sevib seviləsən,heyrət dəlisi. Ağlının ipini özün yığasan, Tamahı öldürüb.nəfsi boğasan, Hər Günəş doğanda şeir doğasan, Görələr necədir,fitrət dəlisi. Ola bir stulun,bir işin mini, Böyük vəzifələr …

Azərbaycan ədəbiyyatı

Mayisə Əsədullaqızını doğum günü münasibətilə təbrik edirik! (23 may)

Post Views: 54 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktorunu, Gündəlik İnformasiya Agentliyinin Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti

Publisistika

Fidan ABBASOVA.”Bu mənim həyat hekayəmdir”

Post Views: 64 Bu mənim həyat hekayəmdir… bəlkə də yazıb davam etdirdiyim yada eksik qoydugum cümlələrklə dolu…….hekayəm…. Kimliyini tanimaq senin haqqında bilgi almaq qeder asan deyil çünki her insanin kimliyi onun haqqında bilmediklerinden yaranan tek heqiqetdir. Mən yalnız bir tək özüm haqqında bunu deyə bilərəmki əsla yalanı sevmirəm amma yalan məni sevdiyi üçün qarşımda hərkəsi …

Publisistika

Kitabçılıqda ilk təcrübi, sanballı tədqiqat işi

Post Views: 60 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Kitab çapı işinin bir tədqiqat sahəsi olması təkcə ehtimal deyil; bu proses həm də elmi gerçəklikdir və kitabın bədii və texniki tərtibat məsələlərini də geniş şəkildə özündə xarakterizə edir. Əlbəttə, kitab, tərtibat və çap zərurəti poliqrafik sistemin beynəlxalq əsaslarını özündə …

Publisistika

…Məğrur Çanaqqala – zəfər qalası

Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bəlli bir həqiqətdir ki, xalqların bir faciə simptomu da var… Əsrlərdir, dünya sivilizasiyası faciələrlə üz-üzədir. Cəmiyyətlər insan həyatında vəhşət yaradan bu prosesin ağrı-acısını min illər unutmur. (Unutmağa çalışsa belə, unuda bilmir…) Keçən əsrin başlanğıcında baş vermiş Çanaqqala döyüşü də faciəyə …

Azərbaycan ədəbiyyatı

Qafqaz Əvəzoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 33 Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 36-cı sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Sözün sehri” qəzetinin təsisçisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …

Türkiyə ədəbiyyatı

KÜMBET DERGİSİ 36. SAYISI YAYINDA

Post Views: 40 EDİTÖRDEN 2015 yılının ikinci çeyreğinde 36. sayımızda sizlerle birlikte olmanın haklı gururunu yaşıyoruz. Kültür ve Turizm Bakanlığı’nın Türk dergiciliğine vermiş olduğu katkının yanı sıra sizlerden her geçen gün biraz daha artan destekler, çıktığımız bu yolda bizlere büyük bir güç veriyor. Sayısı her geçen gün çoğalan magazin dergilerinin yanı sıra Anadolu’dan bir nevruz …

Türkiyə ədəbiyyatı

Remzin ZENGİN.”Ömür Treni”

Post Views: 41 TOSAYAD Başkanı Uzun, kara bir katar Altmış vagonlu kadar Büyük bir hızla akar Geçti ömür treni Nice dağları aştı Nice tünelden geçti Sonunda düze erdi Geçti ömür treni Çok hızlı gidiyordu Makinistini yordu Şimdiyse artık durdu Göçtü ömür treni Artık gelmez islimi Düşünüyor teslimi As duvara resmini Geçti ömür treni Nice yolcular …

Publisistika

“Qapıları taybatay açın… Qapıya ələm gəlir!”

Post Views: 44 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Uşaqlıqdan hamı mənə qəribə baxırdı. Ailəmizdə dörd uşaq vardı. Ancaq, məni kəndimizdə heç kim tanımırdı. Qapıya gələn qonaqlar mənim də qonaq olduğumu sanırdılar. O qədər qaraqabaq uşaq idim ki, bir dəfə qonşu qadınlardan biri demişdi: -Qızın baxışlarına bax, elə …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Ölüm dəfn olunmaq deyil….”

Post Views: 43 Ölüm dəfn olunmaq deyil… Cəsədini daşımaqdı.. Ayaq üstə yeriməkdi Danışmaqdı, kiriməkdi. Hər gün bir az əriməkdi.. bir az özünü aldatmaq Bir mədəni dilənməkdi… əzilməkdi, əyilməkdi.. Əylənməkdi, dinlənməkdi, dillənməkdi… Öz halına öyrənməkdi…. Ölüm-ölüm sellənməkdi… Od yeri, ocaq yeridi… Köhnə dayanacaq yeridi… Bəlkə də həsrət qaldığın, sevginin sıcaq yeridi.. Bəlkə də bir təbəssümdü Aldanışdı, …

Publisistika

Azərbaycan ordusunun zabiti, Qarabağ qazisi Nurəddin Yaşar oğlu Ağayev

Post Views: 75 1974 cü il fevral ayının 23-də Yardımlı rayonunda anadan olmuşdur. O, 1980-ci ildə Yardımlı rayon M.F.Axundov adına 1 saylı orta məktəbinə daxil olmuşdur. 1988-1991 ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, 1991-1993 cü illərdə Sverdlovsk (Yekaterinburq) Ali Hərbi-Siyasi Tank və Artilleriya İnstitutda təhsil almışdır. Lakin SSSR-nin süquta uğraması nəticəsində Azərbaycan əsgər və …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!”

Post Views: 37 Elə istəyirəm qığılcım axsın, Parlasın, gözümün yaşı yerinə. Çiynim bu dünyanın yükü altında, Əzilib getməsin boşu yerinə. Elə istəyirəm küləklər əssin, Çiçəklər dayansın dodaq-dodağa. Bu öpüş qanadlı mələyə dönsün, Aparsın məndən də məni uzağa. Elə istəyirəm nağıl danışsın, Hər gecəm, gündüzü yatırmaq üçün. Sinəmdə doğulmuş, körpə arzumu, Qızılgül içinə batırmaq üçün. Elə …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Bu can deyil artıq,bilirəm can belə olmaz”

Post Views: 36 Bu can deyil artıq,bilirəm can belə olmaz, Salmış qəfəsə canımı,canan belə olmaz. Səpdim yoluna göz yaşımı, döndü dürr oldu, Baxdı rəqibim,söylədi ehsan belə olmaz. Görmüş üzünü,səcdəyə gəlmişdi mələklər, Bu surət ilə vallahi insan belə olmaz. Həsrət gözümü şad elə,bir pərdə görün sən, Bir pərdə qədər ömürdə hicran belə olmaz. Yalvarsam əgər Fatehə …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Ölümə”

Post Views: 46 Qaşla-göz ayrımında qalan ölüm, Tələsmə ömrümə balta vurmağa, Təzədən cücərir sönmüş arzular, Təzədən həvəsim var yaşamağa. Könlün arzulayır əbədi qonaq, Ruhun bir üzünü yorğun görəndə, Nə qədər cavanıq, insafın olsun Qurdlar süfrəsində qurdlar görəndə. Ya çəkimiz ağır qoca dünyada, Ya da başqa gözlə çox pis baxırsan. Almısan əlinə min cür silahı, Biz …

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.” Birdənəmsən…”

Post Views: 42 Sen olmasa neçə gülum, Dodağimda ğülüşmsən, Bu dünyada sevinc payim, Tək ,yeganə, sevgilimsən… Sensiz qala bilmirəm mən, Senlə nəfəs aliram mən, Sevgi payim ,ğülüş payim, Tək ,yeganə sevgilimsem, Sen mənimsən ,yeganəmsən , Birdənmsən ,ürəyimsən, Gülüş payim ,hər şeyimsən… Bəxd ulduzum yaşa daima, Bu ürəkdə yeganəmsən… 17.05.2015

Publisistika

“Füzuli – sufistik səmtlənməsi ədəbi kontekstdə”

Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bilirik ki, ədəbi proseslər ictimai əksliklərin dəyişən meyllərini ifadə edir. Bu dəyişmə ara-sıra kəmiyyət çoxluğu yaratsa da, əksər hallarda keyfiyyətə zəmin doğurur. Keyfiyyətin özü də bir predmet olaraq qarşı və əks istiqamətə dəyişilməyə məruz qalır. Səmimi etiraf edək ki, 70-ci …

Publisistika

A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub (FOTO)

Post Views: 45 A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub Ensonxeber.az-ın məlumatına görə, hər gün Türksat, Azərspace, Arabicsat peyklərindən və 800-ə qədər saytdan canlı olaraq bir neçə dildə yayımlanan, təkcə internet üzərindən günlük izləmə sayı 1 milyondan çox, peyk üzərindən isə milyonlarla olan A9 Televiziyasında “Adnan Oktarla Söhbətlər” verilişinin bu dəfəki …

Azərbaycan ədəbiyyatı

Əziz MUĞANİ.”Dost”

Post Views: 56 Dərd üstə inləyən bir saz kimiyəm Səsimdə bilinər kədərim, qəmim Sevincdən avazım bəlkə ucalar Dost mizrabı ilə çalınsa simim Böyükdür hikməti anlasan əyər Nadandan soruşma, o uca bilmir Bir hecaya sığan böyük xisləti Cümlələr sətirlər tam aça bilmir Böyük bir ümmandı, dərin dəryadı Sirrini anlasan qəlbinə dolar Xəyanət eyləsən əhdi peymana O …

Azərbaycan ədəbiyyatı

Şəfaqət Cavanşirli “Satılmışlar” (Hekayə)

Post Views: 52 Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın …

Azərbaycan ədəbiyyatı

Debüt: Müzəffər MƏZAHİM (Neftçala).Yeni şeirlər

Post Views: 50 Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur. 1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir. Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Çilli Kız Promete ve Hüzün yırtığı gözleri”

Post Views: 49 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Sönmeyen bir ateş dağın doruğunda Onulmaz yara Promete suskun Gece göz kırpıyor yıldızlara Ay hüzün yüklü Işığını eliyor dünyaya… Tıka basa acı yüklü Küçük gelinin çeyiz sandığı… Aç biilaç mahdumlar Geçmişin kalıntılarını aramakta Zifiri karanlık dehlizlerde… Bahçedeki erguvan ağacı Bükmüş boynunu, Günebakanların hep güneşe dönmesi …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Şuşam”

Post Views: 100 Soldu gülüm, baharım, Bağda məhv oldu barım. Muğamatlı diyarım, Sənsiz qanadsız quşam. Mənim yaralı Şuşam. Söndürüldü öcağım, Tapdalandı torpağım. Küsdü çəmənim, dağım, Sanki, sınıq bir daşam. Mənim yaralı Şuşam. Qərib oldun yerində, Bilinmədi sirrin də. Yandı qəbirlərin də, Buza börünmüş qışam. Mənim yaralı Şuşam. Yetim qaldı çöllərin, Xəzan oldu güllərin. Susdu Xan …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Həyat bir az beşik”

Post Views: 43 Həyat bir az beşik, bir az da məzardır.. ölümlə ömür qardaşdılar. biri beşikdə, o biri məzarda günlənib yağışlanır. biri sabahlanır, biri axşamlanır. biri zülmətlənir biri nurlanır. hər zülmətə gedən yolun başında bir nur oturub təsbeh çevirir yer kürəsi çevrildiyi kimi. hər nurun arxasında bir zülmət, sabaha boylanır. Bəlkə də pıçıldayır… qəbrin nurla …

Azərbaycan ədəbiyyatı

Fidan ABBSOVA.”Uşaqlıq sevdamın həsrətindəyəm”

Post Views: 42 Uşaqlıq sevdamın həsrətindəyəm o zaman her seyden xebersiz idim indi mən dünyanın harasındayam ? bəlikə o zamanlar belə deyildim…. Sevirdim sübəsiz təmiz ürəklə ana məhəbbəti, ata sevgisi boyuye – boyuye alisdim məndə öyrendim nə imiş dosluq sevgisi… Hərdən, ağlamışam , hərdən gülmüşəm o məsum gülüşün əvəzi yoxmuş böyüyüb nə qədər yalan görmüşəm …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Məhəbbət”

Post Views: 49 Nə qədər qaçsan da küncə bucağa, Gəlib düz içindən keçər məhəbbət. Doldurar badəyə şərbət əvəzi, Axan göz yaşını içər məhəbbət. İcazə istəməz, çalar qəlbini, Göz yaşı gətirər, verməz səadət. İçində cücərən yaşıl ümidi, Qazıyar kökündən, biçər məhəbbət. Qapayar, gözlərin doğrunu görməz, Dilində bal dadar acı həqiqət. Getmək istədimi əliboş getməz, Ruhunla dünyadan …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Qayıt, boyuna qızlar”

Post Views: 47 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü qayıt, boyuna qızlar, ürəyinə buzlar qurban. eşq dininə imansızlar, gülünə yarpızlar qurban. qayıt, aç qapımızı, o üzündə qonaq var. əzbərləyib adımızı, bu yayda da qınaq var… qayıt, ay kəndi yanmış, şəhəri talan olmuş… illərin səndən danmış, xoşbəxtlik yalan olmuş…

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.”Qan yaddaşımız…”

Post Views: 36 Dağ cəlib sinəmizə, Canimizi yarimcan ediblər , Qaradaği alb bizdaən , Bağrimizi qan ediblər , Cox sevinmə ey ermən , Cox cəkməz bu ayriliq , Tezlik ilə Qarabaği , Şuşamizi , Alib sizden torpağmizi, Şadliq edib seinərik , Öz Azeri bayrağmizi , Qarabağa gətirerik , Dağ cəkilmiş sinəmizə , Qan yaddaşmizi biz …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Payız”

Post Views: 58 AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Üşüyər,üşüdər pəncərəmi də, Gəlməz içəriyə, yadındı payız. Sarı saçlarını töküb çiyninə, İlahi, nə gözəl qadındı payız. Həmişə gözündə yaş saxlayanım, Sənə oxşayıram,gözüm bir əsim. Çağır,çağır gəlim buludun olum, Mənə göylərində yer ver tələsim. Üzünu , gözünü yuyum yolların, Üstünün, başının …

Azərbaycan ədəbiyyatı

Ülkər PİRİYEVA.”Bilmirəm”

Post Views: 61 İlahi çəkdiyim ömür yoluyla, Bəxtimin əlindən gedə bilmirəm. Özümə heyranam daha özümdə, Xoşbəxtlik nədədir nədə bilmirəm. Ruhum nəfəsimi çəkir göylərə, Ürəkdən fəryadım çökür göylər Göz yaşım buludlar tikir göylərə, Vurulub nə qədər zədə bilmirəm. Bəlalar yurd saldı axır başımda, Taledən şimşəklər çaxır başımda. Az qala ağlımda çıxır başımdan, Dərdimə bir çarə edə …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Məhəbbət”

Post Views: 58 Məhəbbət bir dənizdir, Sahilləri olmayan… Məhəbbət bir dalğadır, İpə-sapa yatmayan… Məhəbbət sərt qayadır, Çox məğrurdur, əyilməz, Məhəbbət bir alovdur, Yanğısına dözülməz… Bir gilədir məhəbbət, Heç gözə görünməyən. Hərdən də bir oğrudur, Ürəklərə girərkən, İzi də bilinməyən. Bəzən bir ələm olar, Bəzən onun dərmanı. Bəzən bir təbib olar, Bəzən ölüm fərmanı. Kiminsə nəzərində …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Var Sumqayıtım!”

Post Views: 43 (Sumqayıt şəhərinin 60 illiyinə) Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur. Sevdim ilk baxışdan, təmasdan səni, Gördüm ürəklərdə bir dastan səni. Olasan beləcə gülüstan səni, Düşməsin üstünə xar, Sumqayıtım! Qəlbimdə yandırdın od-ocağını, Ilkin bahar bildim hər bucağını. Açıb ana kimi öz …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Çanaqqala zəfəri!”

Post Views: 36 Çanaqqala Zəfərinin 100 illiyinə Azadlığı başa tac Seçənlərin püşküdü, Vətənə namus andı İçənlərin püşküdü, Bu andla şirin candan Keçənlərin püşküdü, – Əbədiyyət yoluna Çıxanların səfəri, Çanaqqala zəfəri! Gözümüzün qan adlı, Seli, suyu qurudu, Bu qan aydan arıdı, Bu qan sudan dururdu, Türkün qurtuluş himni, Varolma düsturudu, Odur bizə bəxş edən Al şəfəqli …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Yol açıq”

Post Views: 39 Yol açıq, getməyə nə var, üzünə durub, açılmaz bağlı qapılar… Baxt-bağlı qapıdı, gah düşər,gah düşməz kilidinə əlindəki açar. Ümid-tənha çiçək, göz yaşında islanıb, ürəyində bitəcək. itəcək…yollarda bir ömür,bir həyat… Heyhat! Mən də yaşadım deyə bir təsəlli var…

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Xoşum gəlir”

Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bük əllərini, cam elə, Məni bu gecə şam elə… İstəyirsən, edam elə, Mənim səndən xoşum gəlir. Könlüm görmür çaxışını… Mamır basır naxışını. Yana əymə baxışını, Mənim səndən xoşum gəlir. Dağlar gərdi yelə sinə. Düz vermədi selə, sinə… Eləsinə, beləsinə, Mənim …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Yolum diskindi”

Post Views: 37 Qondu arzularım tikanlı telə, Açım qanadımı çətir tut yelə. Xatirən sığınan qucaqdım elə, Yerini boş görüb qolum diksindi. Divanə yolçudur ruhum bədəndə, Hələ Vətən gəzir bu qərib bəndə. Arxamca əlvida söylədin sən də, Ayaqlar altında yolum diksindi. Sən başqa məmləkət,mən ayrı ölkə, Nədir üstümüzə düşən bu kölgə? Dünyadan köçməyə qorxurduq bəlkə, Sevib …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Sən qoxulu şəhər”

Post Views: 36 Bu gün yenə keçirdim, Sən qoxulu şəhərdən. Yollar mənə danışdı, Sən adlı bir nəfərdən. Dedim a yollar, baxın, Necədir mənim halım? Qonaq olur röyama, Tez-tez onun xəyalı… Yollar, o bir mələkdir, Geyinib insan donu. Mənə özəl yaradıb, Xaliqi-Sübhan onu. Onun qara qaşına, Gözünə qurban olum. Hər səhər sizdən keçən İzinə qurban olum. …

Azərbaycan ədəbiyyatı

Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”

Post Views: 70 Ah,nə ola bir dəfə, Baxışımız toqquşa. Dayanaraq üz-üzə, Gözlərimiz danışa. Danışmaya dilimiz, Hətta bir kəlmə belə. Qorxuram dilimizdən, Acı zəhər tökülə. Heç yaxın da gəlmərəm, Inan mən sənə sarı. Heç nəyə dəyişmərəm, Bircə o, baxışları. Hər səhər o, baxışlar, Salam verib keçəydi. Düşünəydim gün boyu, O baxışlar necəydi? Mən sənə baxmaq üçün, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

Post Views: 39 Deyirsən: ,, Yox, tanımıram,” Sən tanımasan da, olar. Səni heç də qınamıram, Sən tanımasan da , olar. Qartal gəzən dağda varam, Bülbül uçan bağda varam, Budaqda, yarpaqda varam, Sən tanımasan da , olar… Həm bəmdənəm, həm zildənəm, Dörd hikmətdən.. fəsildənəm. Halal əsil-nəsildənəm, Sən tanımasan da, olar. Sufi, dərviş, abid mənəm, Görünməzə şahid …

Ana səhifə

Rəşad MƏHƏMMƏDOĞLU.”Şüşədən boylanan Şuşamız!”

Post Views: 58 Uzun illərdir özləri yolda qalan Qarabağdaki yollarımın sinəsi cadar-cadar olub. Başı aşağı ikilən dağlarımız, sinəsi yanan tarlalarımiz 23 illik həsrətin əsarəti altındadır.Qarabağmızın döyünən ürəyi Şuşamız da bu həsrətin təsirindən uçüb sökülür. Biz isə hələ də müharibəsiz mübarizə parırıq.Hələki sadəcə özümüzu qoruyuruq, Bakının işğal olacağnı düşünərək qorunuruq. Amma Qarabağmızı işğal edən ermənilər isə …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”

Post Views: 46 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Arada bir zəng elə, De ki, səni sevirəm. De ki, sənin ətrini, Güldən ala bilmirəm, De ki,ay mənim ömrüm, Sənsiz qala bilmirəm. De ki, sənin həsrətin, Məni buza döndərir, Şirin-şəkər söhbətin, Ömrü yaza döndərir. De ki, sənin gülüşün, Gül-çiçəkli bahardı, De ki, sənin öpüşün, Təzətərdi, nübardı! …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Göyün bir üzünü tüstü aparır”

Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Köhnə qapı kimi cırıldayır Göy, Göyün bir üzünü tüstü aparır. Anamın alnında can verir qırış, Kimsə ovduğumuz bustu aparır. Düz otuz ildi ki, canıma yükdü, Nə vaxtsa kölgəmi asacam mən də. Adamtək alçalmaq böyüklükdüsə, Bugündən səbrimi basacam mən də. Nə …

Azərbaycan ədəbiyyatı

Tural SAHAB.”Leksik mənamsan mənim”

Post Views: 41 leksik mənamsan mənim yəni həqiqətim Sənsiz qoşma, bağlayıcı uzaq başı ədat, nida olaram dodaqlarda uzaqlarda yəni sənsiz ürəyimdəki sözlərdə boğularam Ürəyimin hərəkəti hərəkətinin tərzi, yeri, zamanısan sevgin rəngdədi damarımda qanım mən varlıq, sən adım əvəzliklərə kimidi sözüm söhətim səndən sonrası yox səni əvəz edən yox bax belə bir taledi, qədərdi mənim həyatım …

Azərbaycan ədəbiyyatı

Debüt: Toğrul KƏRİMLİ (Tovuz rayonu).Yeni şeir

Post Views: 74 Məni həsrət qədərsevənmi var ki? məni ümid qədər axtaranmı var? Məni ümid qədər itirmədilər, məni həsrət qədər axtarmadılar. Mənə ruhum kimi göz qoymadılar, qara kölgəm kimi izləmədilər. Gedəndə dalımca kimsə baxmadı, gələndə yolumu gözləmədilər. Axı bir eh boyda çəkilmədim mən, axı bir ah boyda yaşamadım ki. Yer boyda savabın qurbanı oldum, axı …

Azərbaycan ədəbiyyatı

Vasif ZÖHRABOĞLU.” Qoru gözlərimi gün işığından!”

Post Views: 44 Batmağa yollanar gün yavaş-yavaş, Şəkilim üşüyər başın üstündə. Mən dəli bir sevgi, sən həykəltaraş, Yon mənim əksimi daşın üstündə. Bu daş ki, sükutdur-sükut hələlik, Tozumdan gözünə vurmasın külək. Biraz tənhalıq ver, biraz dəlilik, Vicudum ruhunu oxşasın gərək! Ürək qoy sinəmin üstünü oyub, Bəlkə də qədrimi bilərsən mənim. Darıxsan gözünün üstünə qoyub, Arada …

Azərbaycan ədəbiyyatı

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranması və ədəbi-mədəni mühitin formalaşmasında rolu

Post Views: 69 Şəkidə elmi- mədəni mühitn formalaşmasında Şəki Regional Elmi Mərkəzi mühüm rol oynayır. sоn illərdə fəaliyyətə başlayan labоratоriyalardan biri də, zamanın tələbi ilə yaradılan “Fоlklоrşünaslıq və el sənətləri” labоratоriyasıdır. Bu laborotoriyanın yaradılmasında əsas məqsəd Balakən-Şəki regionunda təşəkkül tapan folklor örnəklərini toplamaq, sistemləşdirmək, araşdırmaq və nəşr üçün hazırlamaq idi. Labоratоriya 1989-cü ildə yaradılmış və …

Azərbaycan ədəbiyyatı

Nigar RÜSTƏMQIZI.”Elə yorulmuşam bu axtarışdan”

Post Views: 40 İçimdə təşviş var, Elə yorulmuşam bu axtarışdan. Çox uzaq ulduztək yaxın ol mənə. Yaxınlıq görünər uzaqlığında… Yoxsa ki, yoxsa ki… Sayım saat-saat sənsizliyimi… Unudub özümü haraya gedim?! Bircə əlacım var, Elə bu gecə… Saydıqca yorulub yuxuya gedim. Aparsın ovcunda məni ta yuxu, Hardasa,hardasa sən olan yerə… Nə bilim… bəlkə də daha qar …

Azərbaycan ədəbiyyatı

Cahan GÜLSÜN.”Ölü Dəniz”

Post Views: 34 Qulaq ver səsimə,duy harayımı, İndi təsəlliyə ehtiyacım var. Viranə qoyublar qəlb sarayımı, Səntək gözəlliyə ehtiyacım var. Gəlmişəm hal-əhval edim səninlə, Dalğalar ruhumu alsın aparsın. Gəlmişəm baş alıb gedim səninlə, Bu zalım dünyadan canım qurtarsın. Bəs sənə nə olub niyə durğunsan?! Gözümə birtəhər dəyirsən bu gün. Bir az kədərlisən, bir az yorğunsan, Bir …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Kaş kəpənək olaraq bu dünyaya gələydim…”

Post Views: 50 Kaş kəpənək olaraq bu dünyaya gələydim… Çiçəklərdən zövq alıb ömrü vuraydım başa, Bir kəpənək ömrüyle mən də ömür sürəydim, Qısacıq məhəbbətim onda dəyməzdi daşa… Kaş kəpənək olaraq bu dünyaya gələydim… Qanadlarım zər dolu, ipək kimi qalaydı, Kaş bu sözü o zaman men ürəkdən deyəydim, Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı… Kaş kəpənək olaraq …

Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb

Post Views: 54 Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb. “Alatoran” nəşriyyatının buraxdığı kitaba yazıçının “Alın yazısı” romanı daxildir. Romanın süjet xətti təyyarə qəzasında həlak olmuş bir gəncin Rusiyanın və Ukraynanın şəhərlərində başına gələn maraqlı hadisələrdən ibarətdir. Kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bizim pəncərəmiz yaman utanıb”

Post Views: 43 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü nə eləsən elə… yadıma gəlmir, necə açılmışdı tale qapımız… Bakı küçələri tapa da bilmir harda dolaşıbdı addımlarımız… bizim pəncərəmiz yaman utanıb, örtüb rübəndini yanaqlarına… “bizim” dediyimiz ömür qurtarıb, yaşam artıq “sənin”, “mənim” adında… o qız ölüb… məzar daşı ömrünün …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Bayatılar”

Post Views: 74 Əzizim, ala gözlər, Bircə cüt ala gözlər. Qorxuram baxışlarla Canımı ala gözlər. Əzizim, dağlar qalıb, Sinəsi dağlar qalıb. Laçında ürəyimiz, Şuşada dağlar qalıb. Əzizim, gözəl yara, Vurğunam gözəl yara. Bu sevən qəlbimə sən Vurma, ey gözəl, yara. Əzizim, gözlər qalıb, Üz solub, gözlər qalıb. Evlərdə neçə uşaq Atasın gözlər qalıb. Əzizinəm, aranı, …

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.”Niyə sən..?”

Post Views: 46 Niyə bu qədər doğmasn mənə , Bu qədər ,doğmanin ,yadin içində , Ançaq sən doğmasan,əzizsən mən, Görəsən ,niyə sən ? ,goğmasan belə , Ömrümə ,bəzəysen ,işiqsan belə , Görəsən ,bəs niyyə doğmasan dellə, Bu qədər , insani icində ,nədən ? Təkcə sən ,doğmasan ,əzizsən belə… Sən sanki , elə mənim özümsən , …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Ruhumu oxşayır bahar ətirli”

Post Views: 44 Ruhumu oxşayır bahar ətirli çiçəklər, bənövşə , yasəmən kimi Üzümdə canlanlr dərin sətirli qəlbimdə çalınır nəğməmim simi… Qaranquş yuvadan boylanır baxır Qəlbimdə ən dərin sevgi oyanır cəh -cəhlə hər yanı rəngə boyanır Əlimdə ən isti əllərin kimi… Sanki ilk eşqimi xatırlayıram Qaranqus gələndə bahar yaz kimi onu hər nəfəsdə arzulayıram ömrümün ən …

Azərbaycan ədəbiyyatı

Allahşükür AĞA.”Qoca…”

Post Views: 42 Sual işarəsinə oxşayır qoca, Sualın içində yaşayır qoca, Yol gedir. yol gedir xatirələrə… Sualın cavabı nəvələr gəlir, Nidalar kimi.. Ayağını azca ləngidir qoca Bir azca əyir belini Nəsə tapırmış kimi Yenidən boylanır xatirələrə… Xatirələr uzaqda deyil ki, Əlində, üzündə qollarındadır. Onunçün torpağa o əyilir ki, Xatirələr getdiyi yollarındadı.. Əyilir birini qaldıra bilmir, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qəribəm yurdumda, qəribəm, canım”

Post Views: 54 (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Bir ovuc təsəlli, bir ovuc səbir, Bir ovuc ümid ver- çəkim başıma. Ağlıma gəlməyən, bağrımı dəlir, Haranın külünü töküm başıma ?! Yerinə düşmür heç, sözüm yerinə, Ha “İllah” edirəm- söz yerə düşür. Əyrilər ucalır düzün yerinə, Əyilə- əyilə düz yerə düşür. Yad əldə didilən bir əlçım yunam, …

Azərbaycan ədəbiyyatı

Debüt: Qızbəsti QULİYEVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

Post Views: 75 Qızbəsti Quliyeva 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. Hazırda Şahbuz şəhər 1 №-li tam orta məktəbin VIII sinfində oxuyur. Öz hiss və duyğularını poetik şəkildə elə indidən çox sərrast şəkildə ifadə etməyi bacaran gənc qələm dostumuza yaradıcılıq yollarında uğurlar arzulayır və onun bir neçə şeirini oxuculara təqdim edirik. Şəhid …

Azərbaycan ədəbiyyatı

Elnur Abdiyevi doğum günü münasibətilə təbrik edirik! (5 may 1980-ci il)

Post Views: 40 Abdiyev Elnur Dilavər oğlu 1980-cı il may ayının 5-də Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Orta təhsilini kənd məktəbində başa vurub. 2005- ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hal-hazırda Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir. İki kitab və bir neçə publisistik yazıların müəllifidir. Qadın göz yaşına …