Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 2521 - 2580 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Çatarmolar”

Post Views: 103 Sinəm basdı sinəsinə Qollarımı sinə-sinə. Bir ah çəksəm sənə… sənə Çatarmolar, çatarmolar? Dağı bağa ha daşıyım Yenə laldı ev-eşiyim. Layla desəm boş beşiyim Yatarmolar, yatarmolar? Allah gendə, bəndə gendə, Kimdi görən bu bədəndə? Ay ürəyim Göy sinəmdə Batarmolar, batarmolar.

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Son məktubum”

Post Views: 98 Bu, sənə son məktubum, Qanımın son damlası. Oxu, gözlərin səpsin Oduma son damla su. Sən bir ömür xatirəm, Sən alnımda yazımdın. Sən çölümdəki boran, Sən içimdə yazımdın. O yaz qönçə barına Həsrətkən qışa köçdü. O yaz gözlərimdəcə Bir qara daşa köçdü. Verdiyin dərd yerində Dağ olacaq göy otlar. Ağrının sinəsində Soğulacaq göy …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Bilirsənmi?!”

Post Views: 79 “Səni sevdim qar üstündə yem axtaran quş kimi“ Ramiz Rövşən Bilirsənmi, Onu necə sevirdim, Ananın balanı sevdiyi kimi. Sərçənin qar üstdə dəni sevdiyi, Arının balını sevdiyi kimi. Bilirsənmi, O, gizlinim, o sirrim, O sirri tutmaqdan qala olmuşam. Elə gözdən düşüb, təklənmişəm ki, Lalası sovrulan tala olmuşam. Bilirsənmi, Ona necə həsrətəm, Yad eldə …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Yolum ocaq”

Post Views: 97 İçimdə ürəyim kösöv, Çölüm ocaq, çölüm ocaq! Uzun bir yola çixiram, Yolum ocaq, yolum ocaq! Az gileylən, ruhum, darda, Yer geyəcəm ilk baharda. Əməllərim günahlarda Yolunacaq, yolunacaq! Əl qaldırdı rəqsə alım, Bəyazlar mənə çox zalım. Tələsin, vida “Vağzalı”m Çalınacaq, çalınacaq.

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qızılgül”

Post Views: 108 Ürəyiмdə qübаr еdən dərdiмi, Dаnışмаrам…dаnışмаrам, qızılgül!.. Həsrətiмin gilеy dоlu cığrınа, Qаrışмаrам… qаrışмаrам, Qızılgül! Bоylаnırам bоyun-bоyun bоynunа, Hоylаnırам bu tаlеyin оynunа, Bircə günlük yаr оluммu qоynunа, Sоruşмаrам… sоruşмаrам, Qızılgül! Yахınındа qаrа dаğlаr qаrlıdı, Vüsаl uмаn həsrətindən kаrlıdı, Dеsən: könlüм vəfаdаrlı, yаrlıdı, Bаrışмаrам… bаrışмаrам, Qızılgül!..

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Səni gözləyir”

Post Views: 90 Gözlərini Bənövşən Аçмır, səni gözləyir. Yаz оlsа dа ətrini, Sаçмır, səni gözləyir. “Оyаn”- dеyir sübh меhi, Bükür bоynunu “еh”i, Yаrpаğındаkı şеhi, Içмir, səni gözləyir. Qоrхur yаd əllər dəyər, Qurur kоl аltdа dəyə, “Sözlüм gələcək” – dеyə, Köçмür, səni gözləyir.

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Sevgi nağılı”

Post Views: 101 Gəl, sənə bir nağıl söyləyim, O nağıl ömrümün noğulu idi. O nağılda biri vardı – o Səndin, O nağılda biri yoxdu – o məndim. O nağılda Sən Günəşdin, mən gecə. O nağılda Sən məndəydin, Mən təkcə! O nağılda gözlərin göz işığım, Səsin İlahi səsi, Səsin “Azan”ım idi. O nağılda baxışın ürək dağım, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Ona deyin”

Post Views: 94 Ona deyin, verdiyi Dərdi də sevər oldum. Gözüm hər acısını Gördü də, sevər oldum. Ona deyin, əcəl də Məndən üz çeviribdi. Təxti olan köksümü Atəşi deviribdi! Ona deyin, bahara Çıxmam! Çıxmam bu qışla. Ona deyin can verən, “Can” deyəni bağışla! Ona deyin, Bağışla! 30 may 2014

"Ədəbi Körpü" dərgisi Azərbaycan ədəbiyyatı

Gənc yazar Kənan Aydınoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 205 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət” adlı şeiri İran İslam Respublikasının …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Anama”

Post Views: 106 Pir yolunda pir olmusan, Anam, getmə pirə, dəyməz! Dilək-dilək qovrulmağın, İçindəki sirrə dəyməz! Bircə gülü solsa əgər, Sanma bağban qan-yaş tökər. Bağına bax, bəhər-bəhər Al-yaşılda tərə dəyməz! Balan oldum, balın oldum, Bal yolunda yalın oldum, Sonda bu kor yolu buldum, Bunca dərdə, sərə dəyməz! Bahar ömrüm keçdi daha, Ağ gün mənlə öcdü …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Anama”

Post Views: 126 Bir dəli sevdaya düşmüşəm, ana, İntihar sevdasına! Amma Qıymıram sənin ürəyinin bir parçasına, Qıymıram sənə! Bax, ana, Bircə canımnan başqa heç nəyim yoxdu. Onu da borcluyam Sən Tanrıma! Bilirəm, onsuz da qatiləm! Mənli arzularının, İstəklərinin, Sənə verəmədiyim nəvələrinin “qatili”! İndi də balanın qatili olmaqdan qorxuram! Ana! Sənin ölümünü gözləyirəm! Başımdakı bu sevdanın …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Yığış gedək”

Post Views: 93 A köksümdə döyünənim, Mərdim, mərdim, yığış gedək. Səni səni sevməyənə Verdim… verdim, yığış gedək. Gül açmadı yenə bu yaz, Ümid düşdü çənə bu yaz… Qara saçım, səni bəyaz Hördüm… hördüm, yığış gedək. Nədən saldın mənə meyil, Di içimdə söyül, döyül. Bu dünya bizimki deyil, Dərdim, dərdim, yığış gedək!

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qadın”

Post Views: 109 İstəkdən yoğrulsan da, İstəklə doğulmadın. O qədər çox idi arzun Arzundaca boğuldun! Yum! Yum gözlərini, qadın! Sevdin! Ruhun uzaqda Cismin doğma yataqda, Ananın naxış-naxış, Həvəs-həvəs tikdiyi Yastığı cırmaqlayan Dırnaqların şişəmi? Məhrəminə satdığın Cismin dözür şişəmi? Bu dünya çox kiçikdir. Bir qadın içindəki Sevgini basdırmağa Yer acizdi torpaqda, Torpaq bəyaz bayraqdı! Sən azad …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi…”

Post Views: 102 Əzizim Azər! Qəzetinizin 85 illik yubiley günü yaxınlaşır. Mübarək olsun. Yubiley ili ərəfəsində çox şeyi demək, çox şeyi də xatırlamaq olar. “Ədəbiyyat qəzeti” artıq çoxdan bütov bir epoxanı müxtəlif, mürəkkəb mərhələlərlə birlikdə əhatə edən salnaməyə və salnaməçiliyə, tarixə və tarixçiyə çevrilmişdi. Yazıçı kimi, yazıçı qəzetinin də ayrıca öz tərcümeyi-halı olur. O, indi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Vətən oğulları, Vətən qızları…”

Post Views: 163 Ramiz Duyğunun şeirinə rəy Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz Duyğunun 80 yaşı hörmətlə qeyd edildi. Oxucuları onu təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladılar. “Ədəbiyyat qəzeti”nin 16 mart 2019-cu il tarixli sayında isə şairin “Nərmin və Elnur dastanı”nı oxudum. Zəng vurub fikrimi bildirdim. Əsər ithafla başlayırdı: “Qarabağ döyüşlərində …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlalın ilk günü”

Post Views: 84 X.R.Ulutürkün xatirəsinə Xəlil təzə qayıtmışdı Dönüb oda, Oxuyurduq, tələbəydik Dünənəcən Moskvada. KQB-nin zindanından Qayıtmışdı, O, yarıcan qayıtmışdı Öskürürdü aradabir. Yox, öskürmür, Püskürürdü Aradabir. Ordan vulkan qayıtmışdı. Azərbaycan həbsdəydi, Azərbaycan qayıtmışdı. Sığışmırdı məcrasına – Daşa-daşa qayıtmışdı. İçində bir Nazim Hikmət, Nuru Paşa qayıtmışdı. Firəngizi yanındaydı, Təbrizi yox. O, Təbrizi evdə görmək istəyirdi, Ta …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bu eşqlə”

Post Views: 102 Gənc yazıçı Günel xanımın atası xalq yazıçısı Anarın, anası akademik, musiqişünas Zemfira xanımın 55 illik həyat hekayəsinə həsr etdiyi filmə baxdım Hər qızın hünəri deyil Atasına, anasına, İki könül dünyasına, Beşiyinə, laylasına Layla desin öz dilində, Bakirə bir qız dilində. Bu Zemfira, o da Nigar, Biri Rəsul, biri Anar. Sən onlardan yadigarsan, …

Azərbaycan ədəbiyyatı

Debüt: Ülvi ƏLƏKBƏRZADƏ. Yeni şeirlər

Post Views: 121 Həyatın üzü Bu gün həyatın, gerçək üzü üçün şeir yazmaq istədim.. Bülbülün səsini batırmaq istəyən, qarğa üçün.. Həsrətlə uşaq evində ata- analarının yolunu gözləyən, körpələr üçün.. Qocalar evinə atılmış gözü yaşlı, valideyinlər üçün.. Övlad həsrəti çəkənlər üçün, vətən dərdi çəkənlər üçün, gözü yaşlı, yolumuzu gözləyən, Qarabağ, Şuşa, Laçın, Xocalı üçün bir şeir …

Azərbaycan ədəbiyyatı Ədəbiyyatşünaslıq

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

Post Views: 114 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulan oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək. AZƏRTAC xəbər verir ki, iyunun 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat …

Azərbaycan ədəbiyyatı

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb

Post Views: 119 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi nəşr edilmişdir. İnstitut Elmi Şurasının 15 oktyabr 2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr olunan birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Həyatı və Yaradıcılığı

Post Views: 164 Həyatı 100 illiyində buraxılmış Azərbaycan poçt markası Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadim Əli TUDƏ.Həyatı və Yaradıcılığı

Post Views: 197 Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) — Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). Həyatı Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.”Apar, bu məktubu anama çatdır”

Post Views: 144 Ağdərə cəbhəsində bir əsgər şairə məktub vermişdir ki, anasına çatdırsın. Sənə yalan deyə bilmədiyimdən, Səndən gizli gəldim cəbhəyə. Ana. Bağışla bir yol da günahımı sən, Öpüb baş əydiyin böyük QURANA. Bilirdim, ağlayıb yalvaracaqdın “Mənə rəhmin gəlsin, gözlə özünü!” Mənimlə cəbhədə olur nə vaxdır Ana tapşırığın, ata dözümün. Bəlkə də Allaha çatıbdır duan, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Balaş AZƏROĞLU.”Buludlar”

Post Views: 257 Yenə ağ çalmalı Kəpəzin üstdə Çətirtək durmusuz, qara buludlar. Deyin, külək qovmuş, günəş dağıtmış, Sizi kim gətirmiş bura, buludlar? Niyə qaraldınız bu bahar çağı? Siz də mi gördünüz ayrılıq dağı? Görünsə günəşin qızıl saçağı, Hara gedəcəksiz, hara, buludlar? Cənub ellərinə siz gedən zaman, Bir sözüm çıxmasın qoy yadınızdan. Məni xəbər alsa gülüzlü …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.”Xəzər, mən”

Post Views: 126 Dayanmışıq üz-üzə Xəzər, mən, Heyranıq şeirə, sözə Xəzər, mən. Sevirik körpələri Xəzər, mən, Sevirik ləpələri Xəzər, mən. Göydə günü sevirik Xəzər, mən. Gah susur, gah dinirik Xəzər, mən. Sevirik dostu, yarı Xəzər, mən. Sevirik insanları Xəzər, mən. Ötərik dalğa-dalğa Xəzər, mən. Heyranlıq bu dostluğa, Xəzər mən. 1973

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nigar RƏFİBƏYLİ.”Sənsiz”

Post Views: 256 Bir son bahar da düşdü ömrümün təqvimindən, Nə sənə məhəbbətim, nə həsrətim azaldı. Özüm də heç bilmirəm niyə bir ömür boyu Gözüm uzaq yollarda – sənin yolunda qaldı. Bir qocaman dağ olsan səni vurub yıxardım. Ürəyimdən ən incə teli necə qopardım? Dünyada gözəl də çox, gözəl ürəklər də çox. Şirin-şirin arzular, incə …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”İzn ver toy gecəsi məndə sənə dayə gəlim”

Post Views: 425 İzn ver toy gecəsi məndə sənə dayə gəlim Əl qatanda sənə məşşatə təmaşayə gəlim Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol İzn ver, məndə dalınca sürünüb sayə gəlim Mənədə baxdın o şəhla gözlə, mən qaragün Cürətim olmadı bir kəlmə təmənnayə gəlim Mən cəhənəmdədə baş yastığa qoysam sənlə Heç ayılmam ki …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Mənim deyil, sənindir!”

Post Views: 90 Eşqinlə gecə-gündüz vuran bu şair ürək İnan, sevgilim, inan, mənim deyil, sənindir! Sözə varmı ehtiyac, məndən gözəl bilirsən, Məni yaşadan bu can mənim deyil, sənindir! Bağımda bağban kimi çalışıb tər tökmüşəm, Gözlərimi səninçün bu yollara dikmişəm. Gəl, gör sənin adına, neçə güllər əkmişəm, Bu misilsiz gülüstan mənim deyil, sənindir! Sənə vurğundur könül, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyanın”

Post Views: 363 Baş çıxarmaq həm çətindir, həm asan İblisindən, mələyindən dünyanın. Adəm satdı bir buğdaya cənnəti, Tora düşdü kələyindən dünyanın. Nə gözəldir, ürək geniş, söz açıq, Yaşamadım bir sevdamı yarımçıq. Əzab adlı dəyirmandan narın çıx, Keçəcəksən ələyindən dünyanın. Arzum üçün mələyən bir cüyürdüm, O təpədən bu təpəyə yüyürdüm. Niyə qorxum kəfənindən? Nə gördüm Beşiyindən, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

Post Views: 1. 588 Vaxtında uzadıb kömək əlini, Vermədin mənimlə əl-ələ, dünya! Nəyimə gərəkdi vaxtı keçəndə, Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi, Yağan qar yolumu bağladı, kəsdi. Gəl, məni bu qədər yandırma, bəsdi, Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri, Ahımla qurutdum göy dənizləri. Qaldı kürəyimdə kəndir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

Post Views: 88 Poyluda mən doğulmuşam, Poyluda Nazim yaşayır. Könüldə sevgi-məhəbbət, sazda sarı sim yaşayır. Ağstafa, Poylu, salam! Alməhəmməd oğlu, salam! Ata payım, oğul balam, mənim əvəzim yaşayır. Atamın çırağı yanır, anamın ocağı yanır. Səni anır, məni anır – eşqim, həvəsim yaşayır. Poyluda bir ünvan qalıb, O, məndən nigaran qalıb. Gedən gedib, qalan qalıb, tanış-bilişim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Anam gəlini”

Post Views: 111 Başına döndüyüm, anam gəlini! Sən ilk qönçəsisən bizim gülşənin. Hər səhər günəşə uzat əlini, İşıqda, qüvvətdə adın var sənin… Sən ilk qönçəsisən bizim gülşənin. Öpsün ayağını çöldə çiçəklər, Quşların avazı bir toya dönsün. Tökülsün sinənə qara birçəklər, Gözəllik dünyada açıq görünsün Quşların avazı bir toya dönsün. Sən ilk pərisisən şеrin, sənətin, Adın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bacım bayquş, gözlərini ver mənə”

Post Views: 322 Bacım bayquş, gözlərini ver mənə Gecə düşüb, qaranlıqdır görmürəm, Gündüzlər də bu dünyanı seyr edib, Abadlıqdır, viranlıqdır, görmürəm. Bacım bayquş, ovun bir baxışladı, Allah səni gecəyə naxışladı, Mənə də bir ömür-gün bağışladı, Əbədidir, bir anlıqdır, görmürəm. Bacım bayquş, zülmətdə çıxdım yola, Neçə kərə yıxılmışdım az qala, Qurban olum, ulayanda bərk ula, Səsə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Ay mama oğlu”

Post Views: 551 Yenə unutmadım səni, Yada saldım ay mama oğlu. Abad olmuş evinizdə, Qonaq oldum ay mama oğlu. Bu kəndin ayaz-boranı, Bürüyüb dağı-aranı, Qapınızda mal-qaranı, Dama saldım ay mama oğlu. Çıxıbdı bu kəndin adı, Damağımda qalıb dadı, Çörək-su verən olmadı, Özüm aldım ay mama oğlu. Evinizdə qonağıq biz, Axşama tək gözlədik düz, Gördüm soyumuş …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”A qızlar”

Post Views: 144 Siz elə kimsəylə oturub, durun, Könlünüz nə desə yetirsin sizə. Bir əli daş-qaşla oynasın onun, Bir əli gül-çiçək bitirsin sizə. Xidmətmi gərəkdir? Hər xidmət hazır. Burda beçə balı, orda ət hazır. Mənzil istəsəniz, imarət hazır, Günəşi ovcunda gətirsin sizə. Hüseyn Arifin bir ərzi də var, Çoxdankı çoxları çox şey arzular. Sevəndə katibi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”İstəsəydim”

Post Views: 180 İstəsəydim səni səndən alardım, Gozəlləri öz taxtından salardım. Ürəyimi ürəyinə çalardım, Sən yanardın, mən baxardım tüstünə. Ulduz olub öz zirvemdən enərdim, Dövrəndəki mələkləri yönərdim. Al laləyə, qərənfilə dönərdim, Səpilərdim yollarının üstünə. İstəsəydim vusalına yeterdim, Mən gül olub ürəyində bitərdim, Orda bülbül fəryadıyla ötərdim, Mən yanardım, sən baxardın tüstümə. Ölsəm, bir gün gəl …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər

Post Views: 2. 438 Əgər ayrılmağa meylin vardısa… Əgər ayrılmağa meylin vardısa – sıxılma, çəkinmə… gəl salım yola! Get, səni ömrümdən qəlbin alırsa, qaldın nə oldu ki, getsən nə ola? Daha ürəyimi çarmıxa çəkmə, daha qaş qaralır, yığış, gecikmə, ölən pöhrələri tanıtma mənə, soldun nə oldu ki, bitsən nə ola? Təkcə mən deyiləm tapıb-itirən, qismət gətirdiyin-yanlış …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı, akademik Kamal Abdullanın Moskvada “Kitabi-Dədə Qorqud poetikasına giriş” adlı elmi monoqrafiyası çap olunub

Post Views: 90 Xalq yazıçısı, akademik Kamal Abdullanın Moskvada “Kitabi-Dədə Qorqud poetikasına giriş” adlı elmi monoqrafiyası çap olunub. Kitabın ön söz müəllifi Moskva Dövlət Linqvistik Universitetinin Milli və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarevdir. Professor Bondarev “Hermenevtikanın ortancıl mərhələsi” adlı ön sözündə akademik Kamal Abdullanın bu kitabını “Gizli …

Azərbaycan ədəbiyyatı

Günel EYVAZLI.”Bağışla…”

Post Views: 109 Anacan… Mən çoxdan mum qanadlarımı İkar kimi günəş önündə əritmişəm. Lal yaranmış xəstəliklər kimi Pandora sandığından Ürəyinin başına sancılmışam, bağışla… Bilmirəm, nədəndirsə Dördbucaq içində beşinci küncü axtarmışam, daima. Yol iki olub. Heç birini seçməmişəm. O yerdə ki, için-için ağlamalıydım gülmüşəm Bağışla… Mən hər şeyin möcüzə olduğuna inanırdım, axmaq kimi İnanırdım ki, taleyi …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.”Şahinəyə”

Post Views: 100 Yazın əvvəllərində Şahinə Könül mənə telefon açıb dedi ki, İncədə gül-gülü çağırır, bülbül-bülbülü. Haralardasınız, kəndə niyə gəlmirsiniz? İncədə bir gülüm vardı – Aydan arı, sudan təmiz. Onu da yellər apardı, Qaldım çiçəksiz, çəmənsiz. İndi ha boylanım-baxım, Ötüb ömrün gül vədəsi… Bağrımın qan vaxtı çatıb, Saçlarımın kül vədəsi. Bir mən qallam, bir də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Unudulmaz el bəzəyi, el oğlu”

Post Views: 187 Unudulmaz el bəzəyi, el oğlu, Hər gün onu saz dinlədi, saz andı. Yaratdığı gəraylıda, qoşmada, Yüz il, min il şair ömrü uzandı. Var oynayan, dümbək çalan, var aşıq, Ustad aşıq hər məclisə yaraşıq. Saz əhlinə, söz əhlinə yar aşıq, Müqəddəsdi, ağsaqqaldı, ozandı. Ömür verib divarına, daşına, Yaş artırıb sözümüzün yaşına. Nanəcibin, müxənnətin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Döyüşən Türk, oyanan Türk, qalxan Türk!”

Post Views: 212 Ayaz nədir, şaxta nədir, bürkü nə, Nə qorxudar haqq yolunda Türkü, nə? Birə düşsün düşmənlərin kürkünə, Dəniz kimi dalğalan, Türk, çalxan, Türk, Döyüşən Türk, oyanan Türk, qalxan Türk! Silkələdin göyün yeddi qatını, Qucaqladın doğu ilə batını. Dur yəhərlə ərənlərin atını, Dəniz kimi dalğalan, Türk, çalxan, Türk, Döyüşən Türk, oyanan Türk, qalxan Türk! …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mən sənin qəlbinə necə yol tapım?!”

Post Views: 206 Gəl mənim ömrümün şirin dünyası Məhəbbət adlanan pirin dünyası Fərhad əfsanəsi, Şirin dünyası Qalamı uçurum, qaya mı çapım?! Mən sənin qəlbinə necə yol tapım?! Ömrüm sənə sarı düşən güzardı Əvvəli beşikdi, sonu məzardı Ay Allah bu azar nə xoş azardı Ürək ağrılarım, könül əzabım Mən sənin qəlbinə necə yol tapım?! Ürəkdən ürəyə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Bu qız niyə havalanıb görəsən?”

Post Views: 169 Görünməmiş bir sənətmi yaradıb Bu qız niyə havalanıb görəsən? Cəhənnəmdə bir cənnətmi yaradıb Bu qız niyə havalanıb görəsən? Oda düşmüş odu almır eyninə Odmu düşüb ürəyinə, beyninə? Yer üzünü alıb gedir çiyninə, Bu qız niyə havalanıb görəsən? Göynən gedir yerə dəymir ayağı Asimanda uçur mələk sayağı. Elə bil ki, budu ərşin dayağı, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Yoldayam”

Post Views: 326 Dan yerindən əsən mehə bələndim, Mehdən gəlib mehə gedən yoldayam. Duru gəlib duru qalmaq eşqinə Şehdən gəlib şehə gedən yoldayam. Libası qəm, paltarı qəm, donu qəm, Günlərimiz beşi sevinc, onu qəm. Bu dünyanın əvvəli qəm, sonu qəm, Ahdan gəlib aha gedən yoldayam. Yağış mənim, boran mənim, qar mənim, Uçurum mənim, keçid mənim, …

Azərbaycan ədəbiyyatı

Rumıniyanın AGERPRES milli xəbər agentliyi İmadəddin Nəsimi barədə məqalə yayıb

Post Views: 109 Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” sərlövhəli məqaləsini yayıb. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən …

Azərbaycan ədəbiyyatı

Milli Kitabxanada “Vaqif Səmədoğlu – 80” adlı kitab sərgisi açılıb

Post Views: 100 İyunun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə “Vaqif Səmədoğlu – 80” adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi …

Azərbaycan ədəbiyyatı

Varis Yolçuyev Rusiyada təltif olundu

Post Views: 105 Moskva şəhərində – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu “Puşkin mükafatı” və “Puşkin medalı” ilə təltif ediliblər. Onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var. Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 149 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Qısqanıram” adlı şeiri İran İslam …

Azərbaycan ədəbiyyatı

Nüsrət KƏSƏMƏNLİ.”Dostum”

Post Views: 341 Gəl, məni dost kimi dindir, danışdır. Dost bilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ayrılıq”

Post Views: 1. 216 Mən səni həyatda daşa dəyişdim, Torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa deyişdim, Çinara dönmüşdün, hasara döndün. Bir ana bənd imiş bu əbədiyyət, Duydum buza dönən nəfəsimi də, Anamı əlimdən alan təbiət Gözü götürmədi, aldı səni də. Mən bir xəcalətdən çıxa bilmədim, Bu gizli dərdimi açıq desəm də. Sənə – sənə …

Azərbaycan ədəbiyyatı

Mikayıl MÜŞFİQ.”Öyrəniş”

Post Views: 76 Həyat nədir? Sual verdim özümə, Mənasını çiçəklərdən öyrəndim. Yaşadıqca çarpışmayı, sevməyi Qəlbimdəki diləklərdən öyrəndim. Bir yay aldım çıxmaq üçün şikara, Tuş gəldim bir ahu gözlü nigarə. Nişan alıb ox atmağı, nə çarə, Daş ürəkli mələklərdən öyrəndim. Sular kimi köpüklənib daşmağı, Ellər kimi uca dağlar aşmağı, Min bir əməl arxasınca qoşmağı Dürlü-dürlü ürəklərdən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Rəsul RZA.”Pəncərəmi açmışam”

Post Views: 133 Pəncərəmi açmışam, Günəş gəzir otaqda. Küsmüş bir qonaq kimi xəbərsiz getdi şaxta. Bir qonaq ki, söhbəti çox uzundu; qəm gətirirdi səsi. Bir qonaq ki, iliklərə sızırdı acı, soyuq nəfəsi. Pəncərəmi açmışam. Çöldən evə yaz gəlir. Yaz yox, yazın qoxusu. Hələ yerin canından çıxmamışdır soyuqların qorxusu. Pəncərəmdən gələn yaz yazılmamış bir nəğmənin ilk …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Sevgilim, mən öləndə…”

Post Views: 234 Sevgilim, mən öləndə, Bir küncdə xısın-xısın Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb Düşəcəyəm gözündən? Ağla, qurbanım, ağla, Ağla, һeyranım, ağla, Evdə qonaqlar olsa, Çıxıb eşikdə ağla. Gözlə, gecə düşəndə Yorğan-döşəkdə ağla. Qulaq asma aləmin Sözünə bircə kərə. De, Vaqif ölməliydi, Gəl öldü naһaq yerə… Sevgilim, mən öləndə, Soraq sənə gələndə, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ey könül! Min namə yaz bir gülüzarın eşqinə”

Post Views: 270 Ey könül! Min namə yaz bir gülüzarın eşqinə, Can evindən seyrə çıx bir xoş güzarın eşqinə. Hansı rəssamın əlilə canlanır dünya evi? Hər çəmən min qönçə açmış novbaharım eşqinə! Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri, Sən gülün eşqilə dillən, mən də yarın eşqinə. Məcnun öz şurilə çox da aləmə səs …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd RAHİM.”Qara gözlərin”

Post Views: 309 Saldı qara gözlərin neçə aşiqi bəndə, Qız, xaliqin öləydi səni xəlq eləyəndə. Kamına çatmayaydı, Səni yaradırdısa məni yaratmayaydı. Nə ad verim hüsnünə, dağlardakı qarmısan? Ömrə əsən sərin meh, Sehrli rüzgarmısan? Sənə mələkmi deyim, görməmişəm mələyi. Sənmi dolandırırsan söylə çərxi-fələyi? Bu necə yaraşıqdır, Bu nə sayaq bədəndir? Qız, vücudun nədəndir? Nəyə oxşadılıbdır, yarananda …

Azərbaycan ədəbiyyatı

Tofiq BAYRAM.”Ay gecikən məhəbbətim!”

Post Views: 239 İllər boyu səni gəzdim, Ay gecikən məhəbbətim! Sən yubandın, mən tələsdim, Getdi gənclik təravətim, Ay gecikən məhəbbətim! Mən bir yanda sənə möhtac, Sən bir yanda gəzdin əlac. İki qəlbdə bir ehtiyac, Övladıyıq bir həsrətin, Ay gecikən məhəbbətim! Saç ağartdım bu yollarda, Harda idin, söylə harda?! Bir yarpağam son baharda, Saralıram yetim-yetim, Ay …