Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 3961 - 4020 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Mətbuat günümüzü Qeyd edək Qarabağda!!!”

Post Views: 83 Həmişə sənətinə, tükənməz istedadına, eyni zamanda , xanımlığına dəyər verdiyim Jurnalist dostum Vüsalə xanım , sizi Milli Mətbuatımızın 141-ci ildönümü münasibətilə təbrik edir, sizə bu müqəddəs sənət yolunda yeni-yeni uğurlara imza atmağı arzulayıram! Sizinlə bahəm bütün jurnalist dostlarımın Milli Mətbuat günü mübarək olsun! Ömürlərə nur saçar, Yarar qaranlıqları. Həqiqətdən söz açar, Sənət-söz …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Heyif, o qız bir də dəyməz gözümə”

Post Views: 93 Hələ bir əl dəyməmişdi əlinə, Yanağı bənzərdi cənnət gülünə. Bal nəydi ki, çata şirin dilinə, Tamarzıyam söhbətinə, sözünə, Heyif, o qız bir də dəyməz gözümə! Haqqın dərgahına pərvazlanırdı, Gözəllikdə mələkləri danırdı. Qanad çala-çala o, nazlanırdı, Ruhum mat qalmışdı günəş üzünə, Heyif, o qız bir də dəyməz gözümə! Ömrü xəzan olmuş gülə dönmüşəm, …

Azərbaycan ədəbiyyatı

Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)

Post Views: 81 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Dönməz qəti”

Post Views: 93 Əzilsəm də dost yolunda, Əziz tutdum sədaqəti. Əhvalımın bu halında, İtirmədim ləyaqəti. Üz geyərsə, kim üzünə, İnam olmaz heç düzünə. Elə döyər hey dizinə, Yaman olar aqibəti. Qaça-qaça dəyənəkdən, Yorulmadım haqq deməkdən. Keçirdim, keçdim ələkdən, Tapdım haqqı-ədaləti. Dən-dən olub üyüldüm ki, Qarşısında əyildim ki, Ona görə sevildim ki, Mən də sevdim həqiqəti. …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Deyəsən ağırdır Poladın daşı”

Post Views: 91 Əyri çoxalandan inam yox düzə, Quru öz oduna yandırdı yaşı. Haramlar halalla durub üz-üzə, Gəl belə dövranda dolandır başı. Sözümün kəsəri qılıncdan iti, Boş yerə bir kəlmə demədim qəti. İpək qiymətinə verdilər çiti, Zərin dəyərini anlamaz naşı. Tutulaydı namus, ləyaqət baha, Heç kəs batmayaydı yersiz günaha. Sığındım haqqıma, uydum Allaha! Bəs niyə …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Yolunu gözləyirəm”

Post Views: 138 Yolunu gözləyirəm yenə axşamdan bəri.. Dönüb gəldilər axı hamının gedənləri. Barı insafın olsun, gəl gecikmə bu qədər. Ürəyim tab eləməz, tərk edib canı,gedər… Gör necə qərarsızam, əlim bir işə yatmır Nə şeir,nə musiqi… heç nə başımı qatmır. Don vurmuş ağac kimi donub qalmışam belə. Yosa yadına düşmür, barı bir yol zəng elə. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Layiq olsam”

Post Views: 91 Ana yurdum,-taleyimin, baxtımın, Ana dilim,- varlığımın aynası. Səndən ayrı qəlbim bir an toxtamır, Sən anamın şirin-şəkər laylası. Od ürəkli oğulları görənlər, Odlar yurdu söylədilər adına. Şöhrətinə uzananda yad əllər, Kür biləkli Babək çatdı dadına. Şah Xətai qələmiylə dilini, Qılıncıyla torpağını qorudu. Yad sözlərin sovurduqca külünü, Düşmənlərin “məğrur” qəddi qurudu. Düşündükcə taleyini bu …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Yaşadım”

Post Views: 92 Büdrədim, yıxıldım geri dönmədim, Ömrün ətəyindən tutub yaşadım. Hər əsən küləkdən, mehdən sönmədim, Ümiddən bir ocaq çatıb yaşadım. Qəmə mehman olan taleyimlə mən, Barışdım əzəldən, yollarımda çən… Payız günəşitək hərdən görünən, Sevinci kədərə qatıb yaadım. Keçdi əyləncədə ömrümün çoxu, Tərsinə fırlandı fələyin çarxı, Niyə gileylənim bəxtimdən axı? – Ömrümü qəflətdə yatıb yaşadım. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY. “Bu həyatın ta nəsindən keçmədin”

Post Views: 91 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist 30 illik qayım-qədim dostum Kəmaləddin Qədimə Yaranışdan Qədim oğlu Qədim sən, Qədim bizik – qədim mənəm, qədim sən, Sədərəktək …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.Yeni şeirlər

Post Views: 88 Tanrıdan diləyimdir Tanrıdan diləyimdir, Boş qalmasın beşiklər. Övlad gülüşlərinə, Bələnsin ev-eşiklər. İsitsin buz bağlayan, körpəni od -ocağı. Gumrah ata nəfəsi, Doğma ana qucağı. Üzüqara olmasın, Övlad yanında ata. Kimsə nifrət etməsin, Sən yazdığın həyata. Qəfil külək əsə, dəli bir külək Qəfil külək əsə, dəli bir külək, Hardansa bir məktub uçuşa göydə. Həvəslə …

Azərbaycan ədəbiyyatı

İlhə Bayanduru doğum günü münasibətilə təbrik edirik! (18 iyul 1970-ci il)

Post Views: 109 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir. Mətbuat …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULAQIZI.”Nə biləsən sən…”

Post Views: 86 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Ayrıldıq…Səninçün canım sıxıldı, Elə bil zirvədən yuvam yıxıldı. Səninlə bir şərik malımmı qaldı?! Bilmirəm, sehirsən, mehirsən, nəsən, Mənim çəkdiyimi nə biləsən sən… Ayrıldıq…Səmada bir şimşək kimi, Bənizim saraldı bir çiçək kimi, Ürək tənha …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULAQIZI.”Bu könlüm bir ümmandı…”

Post Views: 81 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Çoşub-daşmaq istəyirəm, Gözlərinin odunda. Köksümdə, bir hənirti var, Sevgi adında. Yaşamaq istəmirəm, Çəkinərək, qorxa-qorxa. Qəhqəhə çəkmək istərəm, Qayğısız bir uşaq kimi… Sazlı-sözlü aşıq kimi. Könüllərdə alovlanım, Yanım, axım Təravətli bulaq kimi… Qəlbim-içim, Şeirlərdən …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULAQIZI.”Səni gizli görümmü?”

Post Views: 85 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Səni gizli görümmü? Tellərini hörümmü? Bal kimi dadaqları, Yana-yana öpümmü?! Busələri pay eylə, Vücudunla könlümü, Məcnunlara tay eylə… Ürək yaşasın deyə, Heyranam gözəlliyə… Xəta olmasın deyə, Kimsə xətrinə dəyə, Səni gizli görümmü?! Meyxoş …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Saxlaya bilmədik”

Post Views: 90 Qonşu olduq itlə, əldə Çomaq saxlaya bilmədik. Çatan gəlib od apardı, Ocaq saxlaya bilmədik. Nahaqla qaldıq üz-üzə, İnanan olmadı düzə, Yandırıb verdilər bizə Çıraq, saxlaya bilmədik. Bəxtimizə doğmadı gün, Yollarımız düyün-düyün. Ruhumuzu qisas üçün, Oyaq saxlaya bilmədik. Açdıq yurdun yarasını, Tapammadıq çarasını, Kiçiltdilər Qarasını, Heç bağ saxlaya bilmədik. Anlamadıq himi-cimi, Aldatdılar naşı …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Qəlbim bir aynadır görüb əksini”

Post Views: 111 Qəlbim bir aynadır görüb əksini səni tanımağa çalışdım biraz deyirəm qoy tutum senin elini istisi bu esqin meni yandırmaz? Nə bilim bəlkə də, sadəlöv biri bəlkədə ürəyi dərdli birisən səni düşündükcə anlayıram ki. bəlkə də elə sən mənim kimisən.. Ortaq düşüncəmiz , ortaq arzular bəlkədə eynidir dünyamız belə sevgidən ən əziz duyğumu …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Şükür kərəminə Ulu Tanrının!”

Post Views: 93 Yenə sağ-salamat gəlib çatmışam, Şükür kərəminə Ulu Tanrının! Kədəri, qüssəni yerə atmışam, Şükür kərəminə Ulu Tanrının! İki sevən qəlbi yar eyləyibdi, Qışda dağ başını qar eyləyibdi. Yox ikən məni də var eyləyibdi, Şükür kərəminə Ulu Tanrının! Bu ömrün bir günü olmayıb hədər, Dünyaya gəlməyim yeni xoş xəbər. Dağılıb gözümdən: ayrılıq, kədər, Şükür …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Kimi”

Post Views: 102 Namərd mərdin həsrətində, Mərd ilişib çox çətində. Özü iblis xislətində, Amma gəzir mələk kimi. Haqq atında əldə yüyən, Mərdəm deyib özün öyən. Uzun illər can-can deyən, Birdən itdi külək kimi. Səhv oxuyur düzə meydan, Nahaqq haqqa vermir aman. Haram pulla saxlayır can, Yağ içində böyrək kimi. Çoxdur düzü əyən kəslər, Ağa qara …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Var”

Post Views: 87 Çox uzağa gedən oxun, Çox dartılmış yayı da var. Aza qane olan çoxun, Verən əli, payı da var. Yaxşı yaman seçən ömrün, İynə gözdən keçən ömrün. Dərd-qəm yeyib-içən ömrün, Xoş ili də, ayı da var. Polad, uca olsun adın, Gözünə nur hər övladın. Həm qohumun, həm də yadın, Yaxşısı da, zayı da …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Səni sevməmişdim, itirmək üçün!”

Post Views: 87 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Nələr gəldi sevgimizin başına, Leysan yağdı, kipriyinə, qaşına, Yol gedirəm, bir işığın tuşuna, Harayımı sənə yetirmək üçün, Səni sevməmişdim, itirmək üçün! Sənsən sevgi dünyam, belə deyirdin, Gümanıma, bir aydınlıq gətirdin, Hardan sən özünü …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Yazığım gəlir”

Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Acı həyatımı qoyub sapanda, Səni görən günü uzağa atdım, Elə sevinmişdim səni tapanda, Sanki itirdiyim kimsəmi tapdım. Ömrüm keçibsə də, qəmlə, əzabla, Səni gördüm atdım dərdi, nifrəti, İndiyədək qəlbim dolub sazaqla, Dedim ki, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Unutduq”

Post Views: 98 Qaçanı qova-qova, Döndük oda, alova, Ürəyini dərd ovan, Dayanmışı unutduq. Dost gəzdik dərd qandıraq, Dərdimizi andıraq, And içdik inandıraq, İnanmışı unutduq. Duymadıq şər-xatanı, Ər bildik yurd satanı, Harayladıq yatanı, Oyanmışı unutduq. Neçə inamı əzdik, Öyünməyə tələsdik, Sınaq meydanı gəzdik, Sınanmışı unutduq.

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Yoxdursa”

Post Views: 92 Qismətin hardan gələcək, Dəryada torun yoxdursa. Ucalsan da tez enərsən, Əgər qürurun yoxdursa. Qapını sərt qış alanda, Qalacaqsan əl-amanda, Əgər yeddi dəyirmanda, Bir ovuc darın yoxdursa. Zəhmətlə qazan tər dəni, Zəmiyə döndər hər dəni, Durub çəkmə yağ dərdini, Yeməyə şor yoxdursa. Halal yanan ocaq sönməz, Haqqa açılan yol dönməz, Günəş səni isidənməz, …

Azərbaycan ədəbiyyatı

Tovuzda “Gül”, Qazaxda “Qazax mahalının şairləri” kitablarının imza günü keçirildi

Post Views: 99 “Aybkitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatları davam edir. 11 iyul 2016-cı il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın bu layihədə çap olunan “Gül” şeirlər kitabının imza günü keçirildi. İyulun 12-də isə Qazax rayon Ədəbiyyat Muzeyində həmin layihədə çap olunan “Qazax mahalının şairləri” almanaxının təqdimatı keçirildi. Tovuzda …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Gəzirəm”

Post Views: 122 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Bələdin könlümə ahı, Axtarıb yol, riz gəzirəm. Bu dərdə əlac etməyə Dərə, təpə düz gəzirəm. Gəzirəm başı havalı, Əlimdə haqqın qavalı… Xəlbir doldurmur çuvalı, Hey ələyir söz, gəzirəm. Soldurur kədər yazımı, İtirir zaman izimi, …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Getdin”

Post Views: 113 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Röyamı, gerçəkmi səni gördüyüm, İstədim durdurum zamanı, getdin. Yandım gözlərinin od-alovunda, Oldum baxışının qurbanı, getdin. Bir ümid itirdim durna köçündə, Ömür-gün yaşadım özgə biçimdə, Soldum ləçək-ləçək min dərd içində, Ey xəstə könlümün dərmanı, getdin. …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”İndi ən çox…”

Post Views: 98 Axşamın yeli sərtdi… Bacarsan qoru özünü… Ayrılığın səndən mərddi… Elə bil məndən üzgündü… Dodağımdan qopan ah… Danmıram… çarəsizəm… Bağışlasın məni Allah… İndi ən çox… mən sənsizəm… Buranın sabahları olmur… Rüzgarları daha çoxdu… Burda məntək tənhalara, Sığınacaq daxma yoxdur… Mən darıxan çöl adamı… Addımlara yadlaşmışam… Mən “ocağın kül adamı…,, Ruhum öləcək bu axşam… …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Göylərin eşqinə”

Post Views: 102 İtirsək borcu, hesabı, Ruh çəkəcək bu əzabı. Göylərdən gələn kitabı, Oxu, göylərin eşqinə. Nurlandıraq qəlbimizi, Qoy tox olsun ruhun gözü, Yaradıbdır Tanrı bizi, Axı, göylərin eşqinə. Mənəviyyat bilsək nədir, Rahat olar qəlb məbədi,– Tutanda bizi əbədi Yuxu, göylərin eşqinə. Yaxşılıq et savab qazan, Allaha yaxın olasan, Bu ömrü sanır imtahan, Çoxu göylərin …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Həyatı və Yaradıcılığı

Post Views: 79 Polad SABİRLİ(Polad Hüseynqulu oğlu Sabirli) 1973-cü il aprel ayının 6-da Ağsu rayonun Keçdiməz kəndində dünyaya gəlib. Orta təhsilini Bico kənd orta məktəbində alıb.Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində şeirləri dərc olunub. “Poeziyalı ömrüm” adlı ilk şeirlər kitabı 2001-ci ildə oxucuların ixtiyarına verilib. Ailəlidir.iki övladı var. Şeirə, poeziyaya maraq …

Azərbaycan ədəbiyyatı

Aydan ABDULLAYEVA.”Bu qadın o adamı hələ də…”

Post Views: 110 səhərin içində ölürəm elə… ya da gecələrdə batıb qalıram… sən orda ömrünü verirsən yelə… mən burda kiminsə könlün alıram… eh… qəfil “uzaqdan sevdiyin” gələ… deyə daha getmirəm o uzaq yerə… mən də alışmışam daha xəzələ… sən də… alışmısan o sazaq yerə… gözlərim qəhərdən çilənir aya… uzağı tez tanımaq məni incidir… o adam …

Azərbaycan ədəbiyyatı

“Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib

Post Views: 101 İyulun 12-də respublikanın qərb bölgəsində-Qazax rayonunda yerləşən Qazax Ədəbiyyat Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rzanın rəhbərliyi altında “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib. Qazax Ədəbiyyat Muzeyinin Mətbuat xidmətindən …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Dediyin o sahildə”

Post Views: 79 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Lal xəyallar gördünmü, Dediyin o sahildə. Oturmuşam qumaş qumlar üstə, Qızılı saçlarım dəniz suyundan Qıvrım-qıvrım olub. Batmışam gecənin dərinliyinə, Yaşıl bağların sərinliyinə… Uzaqda bir mayak görünür, Sanki, dənizdə əldən düşmüş qarı var. Qəlbində …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Qismətimə düşən pay”

Post Views: 102 Hər gecə qismətimə düşür səmalardan pay, Gecənin sahibi, – ay, qəlbimdə qurur saray… Bu möhtəşəm sarayda, üzü səmaya baxan Kiçik bir pəncərədən uzaqlara boylanıb Axtarıram hər yanı, itirdiyim dünyanı… Saray pəncərəsindən boylanan iki gözüm Bir nöqtəyə zillənib baxır ömür yoluna. Gələcəkdən xəbərsiz qalmağa olmur dözüm, Dözüm olmur taleyin növbəti oyununa… Neçə sual …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Sal məni yadına”

Post Views: 79 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Ürəyində məni düşünən zaman, Mənsiz darıxdınığını, Öz-özünə etiraf etdinmi bir an? Düşdümü yadına o sahil? Saçlarımın ətri hopdumu, ruhuna, Doldumu həyatına?! Düşdümü o günlər yadına? Bircə öpüşüm etdimi ruhunu saf? Etdinmi bunu etiraf? …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ümid-inam”

Post Views: 146 Gördüklərim bildiklərimdən çox olanda təssüflənirəm, Heyrətimi gizləyən, hər addımımı izləyən qüruruma təəccüblənirəm. Könülsüz səfərə çıxan yolçular kimi, Gülləni atıb peşiman olan ovçular kimi; Heç kəsdən kömək uma bilməyən adamlara dönürəm, Qaraçı köçündən qalmış tonqal kimi öz- özümə sönürəm. Gecənin qaranlığında , ürəyimin bu nigaran çağında, Qələmin ağırlığından, Varaqların göz qamaşdıran ağlığından Qaçıb …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Var”

Post Views: 101 Arın günahlardan, qalx ərkanına, Ruhunu təmizlə, sinsin canına, Qazan cənnətini, dön məkanına, Nə olsun dünyanın min bir şəhdi var. İnsan bu dünyada əbədi qalmaz, Gəldiyi aləmə dönməsə olmaz. Allahın insanla bitməz, pozulmaz, Kitablar dolusu andı, əhdi var. Bir gün qurulacaq mizan-tərəzi, Məhşərə çəkəcək tanrımız bizi, Sanma bu mətləbi dinin qərəzi, Zühuru gözlənən …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Od aydan gələ”

Post Views: 92 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Nola, dərd-sərini bilən tapıla, Kimin “bəxşiş”idi çilən, tapıla. Gözünün yaşını silən tapıla, – Bu bulud ömrünə, Oday, dan gələ. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ruhsuz viran qalan can ağlayacaq…”

Post Views: 91 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Hələ ki, gözlərim sellər ələyir, Küssən, ürəyim də qan ağlayacaq. Günahkar üzünə tutub ələyi, Ruhsuz viran qalan can ağlayacaq… …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Dəli könlüm”

Post Views: 109 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Yenə coşdu, daşdı, bu dəli könlüm, Götürdü özüynən məni dağlara. Nə vaxt coşacağın, mən hardan bilim, Özüm güzar salım, göy yaylaqlara. Köhləndi fərəhdən qəlbimin tarı, Ilhamım bələndi gülə, çiçəyə. Dağa halay tutdu bulud qatarı, Təbim qaş- göz etdi, şehli qönçəyə. Sevinc savaş …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ürəyim”

Post Views: 152 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Ayrılıq ağır dərd, ayrılıq yaman, Onunla həmdərddir yanıqlı kaman. Mənə dayaq oldun hər vaxt, hər zaman, Amandır ürəyim,dayanma hələ. Nəmlənib kipriklər, tordur gözlərim, Quruyub boğazım, donub sözlərim. Taqətdən düşübdür, zirək dizlərim, Amandır ürəyim, dayanma hələ. Dərdlər asi olub, verməyir aman, Qəlbim yaralıdır, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Çəkirəm”

Post Views: 109 1 Gözlərim mizan tərəzi, Yalanı,düzü çəkirəm. Günlərimdən şirə kimi Ağrılı sözü çəkirəm. Alnımın qırışlarına Çəkirəm yaş ürəyimi. Çəkirəm göz yaşlarına Daşdan çıxan çörəyimi. Gündə yeddi rəngə çalan İnsafsız üzdən çəkirəm. Qəlbimi ilan tək çalan Allahsız sözdən çəkirəm. Baxışından söz çəkirəm Quşu gözündən vuranın. Astarına üz çəkirəm Məni dərdimdən soranın. Söz arası baxışımla …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Səhvini arama məndə”

Post Views: 102 1 Gözlərim mizan tərəzi, Yalanı,düzü çəkirəm. Günlərimdən şirə kimi Ağrılı sözü çəkirəm. Alnımın qırışlarına Çəkirəm yaş ürəyimi. Çəkirəm göz yaşlarına Daşdan çıxan çörəyimi. Gündə yeddi rəngə çalan İnsafsız üzdən çəkirəm. Qəlbimi ilan tək çalan Allahsız sözdən çəkirəm. Baxışından söz çəkirəm Quşu gözündən vuranın. Astarına üz çəkirəm Məni dərdimdən soranın. Söz arası baxışımla …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Bir gün”

Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Bir gün yuxudan ayılıb görsən ki, Dediyin vəzifədə oturmusan, Deyərsən mənə. Kasıbın olanından qoluma vurum, Bər-bəzəkli kabinetinə təbrikə gəlim. Orda adımızdan danışmalısan, Deməli, bizə qarışmalısan… Bizlərin kabineti çox sadədir, Qəlbmizdə sevgi səsi. Dilimizdə …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Bakirə dalğalar”

Post Views: 106 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Utanıram qoynunuza girim, Ey bakirə dalğalar, Gümüşü ləpələr. İnsanıq, çiy süd əmmişik, Bəzən əyrini doğru bilmişik. Dayandım hüzurunuzda, Körpə kimi. Sahil ilə, aranızda körpü kimi. Uzaqdan ehtirasla hayqırırsız, Çılpaq qoynuma girmək üçün. Bakirə …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Dastanlaşdım, nağıllandım”

Post Views: 111 Gözümde dünya nennidi, Ìçinde hey, yirgalandim. Körpelikde çiy süd emdim, Böyüdükce lovgalandim. Her gün ömrüm daraldiqca, Keder mene yar olduqca, Rengi-ruhum saraldiqca, Öz ömrüme sirgalandim. Felek kec baxdi üzüme, Al-qani yaxdi gözüme. Göz ya$im axdi üzüme, Lepelendim-dalgalandim. Dünyanin qubari meni… Etdi qem xirdari- meni. Kitab kimi Tanri meni Oxuduqca, varaqlandim. Aydan-aya, ilden-ile, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Ağlayar”

Post Views: 91 Men ölende, dönüb qara, Göy üzünü yara-yara, Hemdem olub buludlara, Hönkürüb ahim aglayar. Ömrüm sona çatib yeter, Bu adetdir, gelen geder. Savabima qibte eder, Baxib, günahim aglayar. Bir evin sönüb çiragi, Neçe qelbe çeker dagi. Keçen güne deyib agi, Gelen sabahim aglayar. Sigal çekib ba$da$ima, Qerq olacaq göz ya$ina. Döner qebrimin ba$ina, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Mehman”

Post Views: 115 1993-cü ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən könüllü birinci Qarabağ müharibəsinə getmiş, tankçı, Ağdam rayonunun Gülablı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşub tankı ilə birgə yanıb şəhid olmuş Haqverdiyev Mehman Əbülhəsən oğlunun əziz xatirəsinə. Sən nurlu könüllərdə yanar bir ada döndün, Eşqindən alıb çınqını sönməz oda döndün, Sınmış ana qəlbində inildər uda …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Anasızlıq”

Post Views: 183 Dünyanı salıbdır nəzərimdən anasızlıq, Min dərd keçiribdir üzərimdən anasızlıq. Həsrətdən ürək çırpınır atəşlər içində, Çıxmaz nə yadımdan, nə sərimdən anasızlıq. İnsafı olaydı azacıq taleyimin kaş, Başdan silinəydi qədərimdən anasızlıq. Etmiş məni ahu kimi ağlar bu yaşımda, Sonsuzdur, böyükdür kədərimdən anasızlıq. Əhvalımı sorsan deməyə söz tapa bilməm, Onsuz da yağır tər-təhərimdən anasızlıq. Həsrətlə …

Azərbaycan ədəbiyyatı

Tovuz rayon Heydər Əliyev Mərkəzində “Gül” kitabının imza günü keçiriləcək

Post Views: 100 Ədəbiyyat-Az.Com xəbər verir ki, iyulun 11-də saat 15:00-da Tovuzun gənc yazarı Gülnar Səmanın “Gül” şeirlər kitabının imza günü keçiriləcək. Prezident təqaüdçüsü və Gənclər və İdman Nazirliyinin mükafatçısı olan Gülnar Səmanın “Gül” kitabı “aybkitab” layihəsində çap olunub. Bu layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitabın ön sözünün müəllifi filologiya üzrə elmlər doktoru, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Yaxşılıq”

Post Views: 81 Bu dünyada şəfəq saçan günəşdi, Ömürlərə bir zinətdi yaxşılıq. İnsanların bir-birinə sevgisi, Etibardı, sədaqətdi yaxşılıq. Tanrının gözündə qiymətli ləldi, Bəşər üçün qoyulmuş bir təməldi. Yaradana ən xoş gələn əməldi, Səxavətdi, ibadətdi yaxşılıq. Qaranlıq gecədə aydı bədirli, Sehrli nəğmədi, sözlü, sətirli. Bir bahardı təravətli, ətirli, Gül-çiçəkli təbiətdi yaxşılıq. Yaxşı insan yaxşılıqla ucalıb, Haqqın …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Düşməsin”

Post Views: 84 Allahdır insanı göyə qaldıran, Ucalmaq eşqinə hərə düşməsin. Qadın o qadındır, kişi o kişi, Tamahı qızıla, zərə düşməsin! Tanrım, eşit sözlərimi dilimdən, Qoru yaxşıları vaxtsız ölümdən. İsmətsiz ,,qadın”ın bəd əməlindən, Ərkanlı bir kişi şərə düşməsin. Bülbüllər dolansa bağça-bağları, Xoş keçər ömrününün gözəl çağları. Tülkü, çaqqal qoy gəzməsin dağları, Aslanın bəxtinə dərə düşməsin. …