Azərbaycan şairi və yazıçısı Əli Rza XƏLƏFLİ

Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu) — Azərbaycan şairi və yazıçısı, “Kredo” qəzetinin baş redaktoru.

Həyatı

Əli Rza Xələfli 1953-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüşdür.

1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ” və “Həyat” qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir.

Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur.

2002-ci ildə “Qızıl qələm” medalı mükafatına, 2003-cü ildə “Məmməd Araz”ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun “Qılınc və qələm” yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür.

2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-cı ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.

1999-ci ildən Kredo qəzetinin baş redaktorudur.

Ailəlidir. İki oğlu, bir qızı var.

Əsərləri

“Karvan körpüdən keçir” (1997),
“Baş daşımın yazıları” (1998),
“Yurdun övladları” (Elçin Kamal birlikdə, 2000) ədəbi-bədii publisistik,
“Sözə doğru” (2003) ədəbi-tənqidi,
“Ocağımın işığı” (2001),
“Həsrət körpüsü” (2006), müəllifi,
“Dünyanın söz üzü” (2007),
“Adı Şadiman olanın…” (2009),ədəbi-tənqid
“Axtala əfsanəsi” (2010),ədəbi-tənqid
“Qırmızı həqiqətlər”(2011),ədəbi-tənqid
“Od” (2012)
“Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr. Hamlet İsaxanlı nın “Ziyarət” poemasının motivləri əsasında”, “Xəzər Universitəsi Nəşriyyatı” (2012)
Redaktoru və tərtibçi müəllifi olduğu kitablar
“Mənəviyyatın ekologiyası” (2005)
“Fənayənin sualları” (2006)
“Yana-yana qaşadim” (2006),
“Koroğlu hoydu dəlilərim, hoydu” (şair İslam Sadıqla birlikdə, (2006)
“Yağış damlasıyam” (2007)
“Zal ağacı” (2007)

Xarici keçidlər

Dünyaya, insana, tanrıya sevginin qaynağı – Əli Rza Xələfli poeziyası
Azərbaycan Yazıçılar Birliyi. Əli Rza Xələfli – 60
Çağdaş ədəbiyyat cəfakeşi – Əli Rza Xələfli
“Qarabağ dünən, bu gün və sabah” 5-ci elmi-əməli konfransının MATERİALLARI (2006-cı il). Mərziyyə Nəcəfova – Vətən ruhuna hakim kəsilən şerlər