Post Views: 62 Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər: İsmayılov Haşimjon Nəsirli Əli Heydər oğlu Urinbayev Kamoliddin Turdimuratoviç. …
N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 66 N.M.Abdullayevaya “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 avqust 2022-ci il …
“Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Azər Ruslan oğlu Əliyev
Post Views: 92 Azər Ruslan oğlu Əliyev – 1993-cü il sentyabrın ayının 11-də Gəncə şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, hazırda isə layihələrin idarəedilməsi ixtisası üzrə magistr təhsili alır. 2012-2014-cü illərdə AIESEC Azərbaycan gənclər təşkilatında beynəlxalq mübadilə proqramının rəhbəri olub. 2014-cü ildə CELT Təhsil Mərkəzində “Xaricdə Təhsil …
“Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Emiliya Polad qızı Bayramova
Post Views: 108 Emiliya Polad qızı Bayramova – 1998-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2016-2017-ci illərdə “ASAN xidmət” – də könüllü olub. 2017-2020-ci illərdə “AVO MUN” 2017, “Könüllülər Parlamenti-Azərbaycan”, “Hərbiyyə” 2018, “TÜRKSOY-un l Beynəlxalq Simulyasiyası”, “Woman Participation Program (WPP), …
“Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Səyyarə Müşfiq qızı Gülaliyeva
Post Views: 101 Səyyarə Müşfiq qızı Gülaliyeva – 1998-ci il iyun ayının 23-də Beyləqan rayonunda anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2020-ci ildən Sapienza Roma Universitetində beynəlxalq inkişaf və kooperasiya elmləri ixtisası üzrə magistr təhsili alır. 2017-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, …
“Prezident Mükafatçılarımızı (2022) tanıyaq!” rubrikasının qonağı Lalə Əhməd qızı Axundova
Post Views: 101 Lalə Əhməd qızı Axundova – 1993-il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində biologiya fakültəsi bakalavr pilləsi, 2015-2017-ci illərdə Hollandiyanın Wageningen Universitetinin “Molekulyar biologiya” fakültəsində magistr təhsili üzrə təhsil alıb. 2018-ci ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” üzrə doktorantura pilləsinə qəbul olunub. AMEA Molekulyar …
Şuşada “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihənin açılış mərasimi təşkil edildi
Post Views: 66 “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı …
“Muzeyi peşəkardan öyrənək” adlı layihə Ağdaş rayonunda təşkil olundu
Post Views: 60 “Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Ağdaş Heydər Əliyev Mərkəzində keçirilib. Layihədə ümumilikdə 12 mədəniyyət müəssisəsindən 30 əməkdaş iştirak …
“Şuşa mədəniyyətinin inciləri”: Mamayı məscidi
Post Views: 74 Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı məscidinə həsr olunub. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var …
DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir
Post Views: 70 21-25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət beynəlxalq münsiflər heyətini elan edir. Münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar. Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər …
Şair-publsist Rafiq ODAY.”Böyük görünür”
Post Views: 89 Tanrım, bu qızın ədasıBöyundan böyük görünür.Böyük oyunlar oynayır,Oyundan böyük görünür. Qız deyirəm – qızmı yəni?(Soruşsan da, qızmır yəni)Bu qədər soysuzmu yəni,Soyundan böyük görünür?! Burda boyluq birşey yoxdu,Burda soyluq birşey yoxdu.Daha toyluq birşey yoxdu, –Toyundan böyük görünür.
Şair-publsist Rafiq ODAY.CINAS BAYATILAR
Post Views: 93 Əzizim, dərd aşına,Qonağam dərd aşına.Nə ola bircə kərəYar gülə, dərd aşına*.*aşınmaq – yox olmaq Əzizim, yad aşına,Göz dikmə yad aşına.Soysuzdan qonşu olmaz,Ya qala, ya daşına. Əzizim, dost aşına,Qonaq ol dost aşına.Elə otur, elə dur –Sevinsin dost-aşina. Əzizim, dərdə sına,Kim istər dərdə sına?!Narın necəliyiniBağından dər də, sına. Əzizinəm, şirəyə,Ağzım batıb şirəyə.Çətin eşq dəlisininBiləyini …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ədibin evi” (Poema)
Post Views: 100 Atam çox vaxt ciddi sözü zarafatla deyirdi. Hafiz Paşayev I İçərişəhərdə köhnə bir ünvan, divarda bir yazı: “Ədibin evi”. Orda nə təmtəraq, nə dəstgah-filan, gör kimin evidir, o, kimin evi. Fikrim uzaqlara uçdu bu dəmdə, ayları, illəri dəyişdi tamam. Gördüm, mən yerimdən tərpənməsəm də, başqa bir aləmdə, həsb-haldayam… Bizim Yazıçılar İttifaqında şeir …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bayquş yuxular “
Post Views: 76 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Yadımda nənəmin bir sözü qalıb,Deyirdi bayquşun səsi gələndə,O yerdən bir ölü çıxar, ay bala.Bir uşaq marağı olardı məndə, O gecə yatmazdım mən də az qala…Eyvanda …
Şəfa VƏLİYEVA.”Ayaqlarım qatran olar”
Post Views: 92 Ayaqlarım qatran olarIzlərinə yapışar…Vəhşiləşər cığırlar;Gedişinçün qapışar. Keçib getdiyin vədəHeykəlləyər zamanı…Təsəllidi şəklin də.“Saxlayıram samanı”… Qulağım səsə düşərBöcəklər ötüşəndə…Barmaqlarım öpüşərKirpiklər sevişəndə… Ah…Nə xoş mənzərədiYenə yuxu görürəm…Adın əzbərimdədiAdından ev hörürəm.. Hərf-hərf ucalanBəxtin qızıl sarayı.Sənsiz kimdi qocalanAxı məndən savayı?! Yaxşı ki, gedişlərinDadı-duzu kəm olur..Fələyin əl işləriƏzəlindən nəm olur… Yoxsa bağrım çatlardıBu səhra yoxluğunda…Başınımı ağrıtdım?Əfv et…Sənsiz qorxuram. …
“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihəyə start verildi
Post Views: 59 “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı …
“Şuşa yaradıcılıq emalatxanası” layihəsinin iştirakçıları mədəniyyət paytaxtımızla tanış olublar
Post Views: 61 Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşada bir araya gəldilər. 28 avqust tarixində Şuşaya gələn …
Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub
Post Views: 101 AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “Из Азербайджана На Фронт. История Южной Трассы Ленд-Лиза” (В.Филиппов) (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan. M.Sultanov) adlı nəşrlər daxil olub. “Azərbaycandan cəbhəyə” adlı kitab 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində lend-liz proqramı çərçivəsində …
AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın biblioqrafik göstəricisi çap olunub
Post Views: 56 Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri, kitab, elmi məqalə, dərc olunmuş məruzə, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. məlumatları özündə əks etdirən biblioqrafik göstərici işıq üzü görüb. Göstəricinin elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, …
TÜRKSOY 2023-cü ildə türk dünyasının rəssamlarını Şuşada bir araya gətirmək niyyətindədir
Post Views: 59 Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Rəssamlar Görüşməsi layihəsi çərçivəsində türk dünyası rəssamlarının 23-cü görüşünü Şuşada keçirmək niyyətindədir. AZƏRTAC-ın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən əldə etdiyi məlumata görə, 23-cü Rəssamlar Görüşməsinin Şuşada təşkil olunması məsələsi hazırda fəal şəkildə müzakirə olunur. Bildirilir ki, Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyi üçün növbəti rəssamlar …
Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür
Post Views: 59 Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 87-ci ili tamam olur. AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl …
“40 min illik tariximdən silinməyən izəm mən”
Post Views: 75 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı Günəş doğana qədər… İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər?! Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm. Elə bil ki dünyamızın ağır-ağır dərd-qəmi, Boylanaraq yollarıma min il gözləmiş məni, Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi, Dərdlərimdən …
Bu gün Xalq artisti Tofiq Tağızadənin anım günüdür
Post Views: 57 Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin …
Bu gün Seyfəddin Dağlının anadan olmasından 101 il ötür
Post Views: 55 Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub. AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 101 il ötür. Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana …
Nazir Anar Kərimov Tamara Sinyavskayaya “Şərəf” ordenini təqdim edib
Post Views: 59 Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 26 avqust tarixində mədəniyyət naziri Anar Kərimov böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya ordeni təqdim edib. Nazir görkəmli opera müğənnisinə gələcək …
Mədəniyyət naziri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb
Post Views: 56 Mədəniyyət naziri Anar Kərimov avqustun 25-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb. Qonağı salamlayan Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin yüksək templə inkişaf etdiyini və bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistanın otuzillik işğalından …
“Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihə həyata keçirilir
Post Views: 59 “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən ölkəmizdə cari ilin 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” …
“Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin yekununa dair mətbuat konfransı keçirilib
Post Views: 68 Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək elmi-tədqiqat layihələri çərçivəsində 2019-cu ildən icrasına başlanılan “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin son mərhələsi başa çatır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Madrid Komplutense Universitetinin (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qobustanda …
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
Post Views: 66 Cari ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ …
Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək
Post Views: 93 23Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, …
“Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə işlərin qəbulu davam edir
Post Views: 63 Müsabiqə şərtləri: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, yaradılmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqə keçirir. Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan fotomüsabiqəyə hər iştirakçı maksimum 10 fotoşəkillə qatıla bilər. İştirakçılar 08 avqust- 01 oktyabr 2022-ci il tarixinə qədər serhedsiz_idman@mail.ru elektron ünvanına (jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı …
Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı gələn ay keçiriləcək
Post Views: 57 Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı açıqlanıb. AYB-nin yaydığı xəbərə görə qurultay bu il sentyabrın 30-da Bakıda keçiriləcək.
Xalq şairi Zəlimxan YAQUBun şeiri “Hece Taşları” dərgisində işıq üzü görüb
Post Views: 82 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 90-cı sayında …
Azərbaycanın media nümayəndələrinə
Post Views: 78 Hörmətli media nümayəndələri! Əziz jurnalistlər! Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı …
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti Yusif Huşkla görüş keçirilib
Post Views: 67 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşkla görüş keçirilib. Öncə Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə tanışlıq olub. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli görüşdə əlaqələrin inkşafından ətraflı söz açıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan-Pakistan əlaqələrinin əsasını …
Azərbaycan Jurnalistlər Birliyinin
Şərqi Zəngəzur Regional təşkilatı təsis edildi
Post Views: 91 Bu il Milli Mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin ilk sayının nəşr olunma-sının 147-ci ili tamam olur. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 147 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının bayramıdır. Artıq 2-ci ildir …
Bəsti Müəlliməni doğum günü münasibətilə təbrik edirik!
Post Views: 86 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyinin Milli Mətbuat Günü münasibətilə təbriki
Post Views: 90 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən …
Rafiq Odayı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)
Post Views: 117 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının …
Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)
Post Views: 89 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə …
Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)
Post Views: 77 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu doğum gününüz münasibətilə …
Yunus Oğuzu doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)
Post Views: 94 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzudoğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Sevib, sevdiyiniz …
Rüfət AXUNDLU.”Üç alma”
Post Views: 103 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Tale məndən üz döndərib,Geriyə gəlmək istəmir.Bir gözü ağlar gedibdir,Kiriyib, gəlmək istəmir. Sən də taleyim kimisən,Getdin, geriyə baxmadan.Qalmadın, tələsik getdin,Ömrün sonuna çıxmadan. Axı sənin qəsdin məni,Əridib yox etmək idi…İstək, arzuya çatmamış,Bu …
Rüfət AXUNDLU.”Necədir?”
Post Views: 81 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Nə vaxtdır gələ bilmirəm,O, el-obalar necədir?Cüt doğulub, cüt qarıyan,Nənə-babalar necədir? Yurda sahib duran quşlar,Bəlkə, haqqa qovuşmuşlar?Dimdiyiylə qaranquşlar,Quran yuvalar necədir? Olsa belə şər etdiyi,Dildə gəzib hər etdiyi…“Köhnə kişilər” etdiyi,“Köhnə davalar” necədir?Gəldi …
Rüfət AXUNDLU.”Keçir”
Post Views: 72 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Açıb, bağladıqca kitab ömrümü,Varaqlar günah tək əlimdən keçir.Gecələr gündüzü sayaqlayıram,Yuxumdan süzülüb, dilimdən keçir. Daha dada çatmır “simurq tükləri”,Daha aşmaq olmur çətinlikləri…Həyatın ən ağır, qəliz yükləri,Belimə yüklənir, belimdən keçir. Ruhumu ən zərif kəlmə oxşayır,Ən zərif kəlmə də zülmə …
Rüfət AXUNDLU.”Getdin”
Post Views: 68 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Fələk aman vermədi,Candan can aldı, getdin!Qəfil ömrün sonuncu–Zəngini çaldı, getdin! O, sənli illər yandı,Qönçəydi güllər, yandı…Ağızda dillər yandı,Ahh, bu nə haldı, getdin!!! Arzuların bitməmiş,Övlad toyu etməmiş,Muradına yetməmiş,Axı nə oldu, getdin?! Ömür dərddir, ömür yük,Ürəyə dərd gömürük…Sənin ömrün, …
Şair Qafqaz Əvəzoğlu Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Bölməsinin sədri seçilib
Post Views: 76 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ”
Post Views: 80 Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğiMurad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”ŞEİRLƏRİNDƏN KƏNDİN QOXUSU GƏLƏN ŞAİR”
Post Views: 83 Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan …
Xalq yazıçısı Əzizə Cəfərzadənin “Eşq sultanı” kitabı Türkiyədə nəşr edilib
Post Views: 78 2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib. Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində …
Xalq yazıçısı Əzizə Cəfərzadənin “Sabir” romanı Türkiyədə nəşr edilib
Post Views: 89 2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib. Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində …
Xalq yazıçısı Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanı Türkiyədə nəşr edilib
Post Views: 127 2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib. Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində …
Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabı nəşr olunub
Post Views: 66 Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabını nəşr edib. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Xalq şairi Ramiz Rövşənin “Oxunan və eşidilən şeirlər” adlı “Ön söz”ü ilə təqdim olunan şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair Salam Sarvandır, redaktoru – tanınmış şair – tərcüməçi Mahir N. Qarayevdir. Mənbə: https://azertag.az
Ramil Əhmədin yeni şeirlər kitabı çap olundu
Post Views: 53 Şair, esseist Ramil Əhmədin “Abşeron yarımadamı” adlı şeirlər kitabı çap olunub. “Parlaq İmzalar” nəşriyyatında nəşr ediən kitabın redaktoru Aqşin Yeniseydir. Kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Qeyd edək ki, “Abşeron yarımadamı” müəllifin beşinci kitabıdır. Bundan əvvəl müəllifin “Zaman tuneli” (2015), “İki şəhərin yazıları” (2018), “Orxan Pamukun evində” (2021) və “Nizami Gəncəvinin poetik …
Şəfa VƏLİYEVA.”Aldanıb sarı rəngin möhtəşəmliyinə”
Post Views: 98 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şam ağacına sarmaşıb “Aşdım-daşdım” budağı… Saçlarımı qayçılayıb Torpağına tökmüşəm… … “illər aşıb, aylar aşıb, xatirənlə qucaqlaşıb” gətirərmi bu yanvarda vüsalı şam ağacı? “…sarı rəngdi həsrəti…” Nənəm …
Şəfa VƏLİYEVA.”Ölçmə, qaraçı qızı…”
Post Views: 63 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Yordun məni alqışlarla:“Baxtın açsın yollarını”…Ovcumdakı qırışlarlaÖlçmə ömür yollarımı..Ölçmə, qaraçı qızı… Sən dedin… könlüm utandı…“Kimi sevirsən, bilirəm”…Qürurumla arzuladımSevilmədiyimi bilmə….Bilmə, qaraçı qızı… Sevdiyim ruh əhvalıdı…Canı-qanı… mənim deyil…Bu axşam …
Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (VII hissə)
Post Views: 90 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü * * * Cəzalıdı ürəyim,Bədənimdə küncə qoydum.Yorulan göz yaşımıYanağımda dincə qoydum. Bu da səndən qalan ömür,Yarı sənsən, yarı sudu.Həsrətini atdığım yerGözlərimin quyusudu. Eh! Yolların yol yoldaşı,Gedən yollara qarışdın.Sən tək bədəndən ibarətSevgilərə alışdın… * * * Günəş bir …
Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (VI hissə)
Post Views: 63 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Anlaya bilirdik bir-birimizi,Küssək də,Sussaq da duya bilirdik.Yıxıb tökdüyümüz,DağıtdığımızHər şeyi yerinə qoya bilirdik.Bəs niyə olmadı?Nəydi olmayan?Daş dediyin ürəyim dəGördünmü qırıldı axır?Həvəsim qalmayıbQol qaldırmağa,Yoruldum axır.Pəncərəmdə hirsli külək,Ürəyim qorxudan əsir.Bəs bir də olmasa…Dilim qurusun,Gününİt ulayan qaranlığındaAğlımda bu fikirNeynir, nə gəzir? …
Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib
Post Views: 71 Bakıda İnter Continental oteldə “Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının Baş Katibi və “Konfransların təşkili və Tədbirlərin İdarə Edilməsi” təşkilatının icraçı direktoru, Dubayda yaşayan bloqqer Tariq Feyzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə urdu və Azərbaycan şairlərinin iştirakı ilə “Urdu-Azərbaycan Beynəlxalq Poeziya və Mədəniyyət Gecəsi” keçirilib. Gecədə Pakistan, Hindistan …
Gülnar SƏMA.”Elçin İsgəndərzadənin poeziyası”
Post Views: 98 Elçin İsgəndərzadənin yaradıcılığında elmi dəqiqliklə bədii ehtimal bir-birini təkzib etmir. Texniki elmlərdə dillərdən düşməyən, humanitar elmlərin isə yadına düşməyən elə sözləri poeziyaya gətirir ki, ortaq məxrəclə razılaşmalı olursan. Məsələn, Xudu Məmmədovdan bəhs edən “Bu qala bizim qala” simfonik poemasında işlətdiyi “kristal” sözü kimi. Bu söz bədiilikdən uzaq, məcazlıqdan qaçaq sözdür. Lakin adı …