Category: Azərbaycan ədəbiyyatı

  • Abdulla MƏMMƏD.”Bu dərd- ayağı yalındı”

    abdullamemmed

    (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)

    Kimə yuxu, kimə gerçək,
    Kimə çirkin, kimə göyçək,
    Kimə qanqal, kimə çiçək,
    Kimiyə də ağ yalandır.
    Bu dərd- ayağı yalandır.

    Bu dərd damarda oynamaz,
    Oynasa qanım qaynamaz…
    Başımıza dəyən qapaz.
    Gündə bir qana bulandı.
    Bu dərd- ayağı yalındı.

    Gör kim susar, kim haraylar-
    Dinən dilə daş qolaylar…
    Çadıra köçən olaylar
    Göz yaşımızla sulandı,
    Bu dərd- ayağı yalındı.

    Laçın getdi, Şuşa getdi…
    Harayımız daşa yetdi.
    Şəhid qanı boşa getdi?!
    Dilimiz söz-söz qalandı-
    “Bu dərd ayağı yalandır!”

    Kürsülərdən vəd yeyirik,
    Yurd həsrətli dərd yeyirik,
    “Düzələr bəlkə…” deyirik,
    “Bəlkə” lər bizə qalandı,
    Bu dərd-ayağı yalındı.

    Diriykən bürünüb bezə,
    Yaşayırıq bezə-bezə.
    Rəhmət düşməz- ölsək bizə,
    Deyərlər “gönü qalın” dır…
    Bu dərd ayağı yalındı,
    Bu dərd ayağı yalındı.

    Azərbaycan.Quba.
    31.12.1998

  • Şafa KAMİLLİ. “Şübhələr …”

    11351237_1618881298368906_9192770107247552831_n

    Yedilər bitirdilər,qəlbimi bu şübhələr,
    Düşnünürəm haqsızam,
    Yedi məni şübhələr.
    Yox, çox qərarsızam,
    Düşnünürəm nələr mən.
    Üzdü məni şübhələr.
    Heç çıxmırlar ağlımdan.
    Bezdirdilər, üzdülər,
    Ürəyimi üzdülər ,
    Niyə belə etdilər,
    Qəlbimdəki şübhələr?!

    28.05 2015

  • Təranə TURAN RƏHİMLİ.Həyatı və Yaradıcılığı

    10983579_412519555599874_3940460926476720120_n

    Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda anadan olmuşdur. 1976-1986-cı illərdə Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1990-1995-ci illərdə ADPU-nun filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc müəllim” qəzetinin ədəbi işçisi (1991-1994), universiteti bitirdikdən sonra məsul katibi 1994-2000), baş redaktoru (2000-2007) vəzifələrində çalışmışdır. O, həmçinin 1996-1997-ci illərdə “Zaman” qəzetinin məsul katibi, 1999-cu ildə “Azərbaycan mübarizləri” qəzetinin baş redaktoru kimi jurnalistik fəaliyyət göstərmişdir. “Gənc müəllim” qəzetində fəaliyyət göstərdiyi halda, ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasında 0,5 ştat müəllilm vəzifəsində çalışmağa başlamışdır. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının müəllimi, 2008-ci ildən baş müəllimi, 2011-ci ildən həmin kafedrasının dosentidir. 2014-2015-ci tədris ilindən başlayaraq “Dünya ədəbiyyatı” kafedrasının tam ştat dosentidir. T.Rəhimli 2004-cü ildə “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə dosent seçilmiş, 2012-ci ildə Dosent attestatı almışdır. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Yad ev” (Hekayə)

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir gün açacağın qapın varsa, sevin, bala! O açıq qapıdan içəri girəndə üzünə üfürülən hava deyil, doğma bir nəfəsdi. Çünki, doğma evin də öz nəfəsi var. Açacağın qapını arxanda buraxma, bala! Buraxma! Babası qapını açıb içəri girdi. Elə bil qapıdan eşiyə süzülən işıq gün işığından gur idi. Gözləri qamaşmasın deyə əllərini gözlərinə daraq elədi. Yox, bu işıq gözlərini qamaşdırmırdı… Ürəyinə işləyirdi işıq… İşığın döş qəfəsini yarıb ürəyində yerləşdiyini də görürdü… Orda yumrulanıb-yumrulanıb yumaq olduğunu da… Gözlərini açanda qulağına səs gəldi. Həzin səs idi. Avtomobilin maqnitolasını açıq qoyub yatıbmış. Deyəsən, sadəcə melodiya idi. Hə… “Laçın” mahnısının melodiyasıdı… Mahnının sözlərini oxumaq istədi. (daha&helliip;)

  • Son üç günün imkanını qaçırmayın!

    a52f832f8080

    Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən uğrunda” hərbi vətənpərvərlik mahnı müsabiqəsində səsvermənin bitməsinə son üç gün qaldı. 27 may saat 16:10-a olan məlumata görə, Rəşad İsmayıl 7165 səslə liderliyini qoruyur. Abdulla Medinov 3216 səslə ikinci, Sabir Əliyev 1983 səslə üçüncü yerdədir. Dördüncü yeri İrina Tarasyuk (1227 səs), beşinciliyi isə Fərid Ağəliyev (427 səs) qazanıb.
    Bir daha elan edirik ki, ən zəif nəticəni göstərən beş nəfər müsabiqənin bundan sonrakı mərhələlərində iştirak etmək hüququnu itirəcəklər. Odur ki, gim.az saytına daxil olaraq bəyəndiyiniz iştirakçıya səs verin! Son üç günün imkanını qaçırmayın! Aktiv olun! Mayın 30-da bitəcək səsverməni dəyərləndirin! Vətənçün oxuyanları seçin!

    Şəfa VƏLİYEVA,
    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    dergi

    Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”
    eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 36-cı sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Qeyd edək ki, bundan öncə “Kümbet” dərgisinin 29, 30 və 32-ci saylarında Gündəlik İnformasiya Agentliyinin təsisçisi, gənc proqramçı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri və “Türkün Türkçülük Dastanı” poeması işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Əziz MUĞANİ.”Şair xəyalımız özgə bir aləm”

    1509680_782335231858445_8174014256845948200_n

    Keçmiş xatirələr düşər yadına
    Bir masa önündə oturanda sən
    Fikirdən alışan sönməz ocağın
    Görünən tərəfi saçındakı dən

    Kaş gerçək ola hər cümlə, sətir
    Arzular ürəkdə yetirə barın
    Kədəri apara min yol uzağa
    Qazıya kökünü iztirabların

    Şerdə görüşmək sanki röyadı
    Gecələr yuxuma gəldiyin kimi
    Yuxuda əl ələ, nəfəs nəfəsə
    Aşkara nə deyim… Bildiyin kimi

    Götürmə əlinə qəm yaylığını
    Qurumaz onunla gözündəki nəm
    Xəzələ tökülən yarpaqlar kimi
    Süzülər vərəqə ürəkdəki qəm

    Gəzərəm səbirlə durmadan bir an
    İstəyimin izi ilə azaram
    Bilsəm ki, şerlər dönər gerçəyə
    Sevincdən doğulan sözlər yazaram

    Şair xəyalımız özgə bir aləm
    İşimiz olmayıb sehirlə, fəndlə
    Şairdə ilhamdı, gəldisə bir az
    Dünyalar yaradar bir neçə bəndlə

  • Doktor Cavad Heyət Bilik Fondunda anıldı

    1425096966_ulkerxanim

    May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin “altın doktoru” adını almış professor, doktor Cavad Heyətin 90 illiyi ərəfəsində anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Doktor Cavad Heyətin həyatına həsr olunmuş sənədli filmə baxdılar.
    Tədbirə giriş Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım tədbirini açıq elan edərək Cavad Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışmasıyla başlandı. Bu şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, sözü Cavad Heyəti daha yaxından tanıyan onun tələbələri, ailə dostları və onun yolunun davamçılarına verdi.
    Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” dərgisindən, dərginin İran türklərinin milli şüurunun oyanmasında oynadığı roldan danışdı.
    Daha sonra, Doktor Cavad Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha çox tanıyıb, yaxından ünsiyyətdə olub, doğmalaşıb. Sanki, həmin xatirələr onun gözünün önündə baş verib. Sadəcə, təəssüf hissi keçirdibki, kaşki, sağlığında onunla görüşmüş olaydı.
    Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin şəxsi məziyyətlərindən söhbət açıb. Onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.
    Tədbirdə həmçinin Bakı Slavyan Universitetinin dekan müavini Manaf Kərimov, tələbə, dinləyicilərdən Ülkər Piriyeva, Günay Həsənli, Şəfa Piriyeva, Taleh, Vəli Efe, Əfsanə xanım və digərləri iştirak edirdilər.
    Həmçinin AMEA-nın üzvləri olan gənc türkoloqlar və eləcə də, Cavad Heyəti sağlığında daha yaxından tanıyan və onun tələbələri olmuş gənc alimlər çıxış edərək, xoş xatirələrinin tədbir iştirakçılarıyla bölüşdülər. Tədbirin sonunda Doktor Cavad Heyətin müxtəlif vaxtlarda çəkilmiş ən maraqlı fotoları slayd şəklində nümayiş etdirildi. Bilik Fondunun icraçı direktoru sonda Kamal Abdulla dından gələn iştirakçılara təşəkkürünü bildirərərək tədbiri sona yetirdi.

    Ülkər PİRİYEVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı

  • Şəfa VƏLİYEVA.”Kirpiklərim yumulu…”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Əlim saçlarım üstündə,
    Kirpiklərim yumulu…
    xəyalla sevinməkdən
    bu qız hələ yorulmur…

    hər gün boyuna baxır…
    bəxtəvərdi güzgülər…
    burda bir qız darıxır…
    dərd boyda…üzügülər…

    Gəncəyə yağış yağıb…
    deyirlər yaz leysanıdır…
    demirlər göy ağlayıb…
    payızın qisasıdır…

  • Rüfət AXUNDLU.”Gəlirəm”

    rufat

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir az insaf eylə, ADAM,
    Soruşma, hardan gəlirəm.
    Var olan yoxdan doğulub,
    Yox olan vardan gəlirəm.

    Harda vaxtsız yatan görsən,
    Çirkabına batan görsən.
    Alan görsən, satan görsən,
    Bax, elə ordan gəlirəm.

    Başqa bazara getmirəm,
    Başqa güzara getmirəm.
    Üzü məzara getmirəm,
    Üzü “məzar”dan gəlirəm.

    Azıx ordan, Avey burdan…
    Yaman edir giley burdan.
    Uzaq deyil, budeey, burdan,
    Gəncəbasardan gəlirəm!

    10.04.2015

  • Nail DAĞLAROĞLU.”Dünyanın”

    11209723_1580346758902149_4855963127866549341_n

    Yuxar qalxanın didir başını,
    Dəmirdən dişləri var bu dünyanın.
    Duyan ürəkləri dağlamaq üçün,
    Qızarmış neşdəri var bu dünyanın.

    Gönü su yumşaldar, dəmiri alov,
    Nalı mix saxlayar, köhləni cilov.
    Qanan fağır olur, qanmaz dəlisov,
    Beləcə işləri var bu dünyanın.

    Danışan dillərə salırmış düyün,
    Qəm-kədər içində qalırmış beyin.
    Naili üstünnən köçürər bir gün,
    Çox köçha- köşdəri var bu dünyanın.

    1997.

  • Elnur ABDİYEV.”Çor deyib vurarmı ada dam adam?”

    1424259792_elnur

    Namərd yaratmayıb səni yaradan,
    Səndən yüksək varmı ad,adam,adam!
    Qan axır açdığın ağır yaradan,
    Çökür təməlindən ad,adam-adam.

    Bir məlhəm buyurub canana canı.
    Cananla ovuna can ana canı.
    Qanana deyirəm can, ana canı!
    Çor deyib vurarmı ada dam adam?

    Dünya bölünübdür,sudur,qurudur,
    Bu Kürə adanı günah qurudur.
    Quru oturmusan,bacar quru dur,
    Sən ki yaşayırsan,adada madam.

  • Elnur RƏSULOĞLU.”Qarışqa”

    elnurresuloglu

    Dəyişib bir başqa olmaq istərdim,
    Doğula bilsəydim ikinci kərə.
    Zəhmətkeş qarışqa olmaq istərdim,
    Dünyaya gəlsəydim ikinci kərə.

    Tənbəl də deyiləm inanın mənə,
    Özümdən həmişə narazıyam mən.
    İç üzü açılıb insanın mənə,
    Qarışqa olmağa tam razıyam mən.

    Yayda soyuq qışa hazırlaşanda
    Qarışqa belində çox yük görünür.
    İnsan kiçiləndə, cılızlaşanda
    Qarışqa insandan böyük görünür.

  • “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biridə, Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin tələbəsi Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda səsləndiriyi şerlərə həsr olunub…Hər Biriniz dəvətlisiz..
    Tədbir 30 May Saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin 6-cı mərtəbəsində keçiriləcəkdir. Əziz və dəyərli müəllimlərim, ustadlarım, İctimaiyat xadimləri, bugünə qədər təqdimatlarında və tədbirlərində iştirak edərək çıxış etdiyim bütün yazar və şairlərimiz hər birinizi, Dəfinə liseyindən olan sinif yoldaşlarım, Azərbaycan Universitetindən və Bakı Slavyan Universitetindən, Yaradıcılıq Fakültəmizdən tələbə yoldaşlarım, bütün dostlarım,əziz qohumlar hər birinizi 30 May Saat 11:00 -da (bu həftənin 6-cı günü) Beynəlxalq Mətbuat Mərkəzinə Dəvət edirəm………

  • Şafa KAMİLLİ.”Qəlbimdəki tək yaram…”

    Bilmirəm niyə mən ,beləyəm axi ,
    Nə edim özüm də hec bilmirəm ,
    Səni yszmişam könlümə ,niyə?
    Bəs niyə ,yazmişam ,ağradir ,belə.
    Qəlbimdə ki ,yarasan,
    Sağalmirsan nə ,edim ,
    Qaniyirsan ,ey mənim ,
    Qəlbimdə ki , tək yaram ,
    Qəlbimi ağridirsan ,
    Könlümun ğözü, sensen ,
    Könlümü ağrirdrsan ,
    Könlümdəki ağrisan ,
    Qəlbimdəki ,tək yaram ,
    Həyatimi ,eşqimi ,
    Sən qnana boyuyrsan ,
    Qəlbimdəki tək ,yaram ,
    Sən niyə qaniydan ?
    Həyatimi ,ömrumü ,
    Sən qana boyuyrsan,
    Sən qana ,boyuyirsan..

    24.05.2015..

  • Fidan ABBSOVA.”Asan deyil inanmaq o baxışa…”

    1780914_790420221035376_3687369101293622902_n

    Saxta idi baxışların eləmi?
    necə məni aldatmısan yamanca
    sandin ki sən inanıram eləmi
    asan deyil inanmaq o baxışa…

    Sən deməsən belə gözlərin deyir
    dodağ dinmir, əllər bilmir, üz deyir
    içindəki boş qədəhlər süz deyir
    içə bilmir o sərabı bağışla…

    Acı olsa fərqi yoxdur həqiqət
    insan üçün ən birinci ləyaqət
    sevgi üçün ən önəmli sədaqət
    o da yoxsa sevənmədik bağışla…

    Vurulmuşdum bilmədiyin üzünə
    Əyri sandın amma getdik düzünə
    bir ürəyin alov dolu sözünə
    söyləsəndə inanmadım bağışla…

    Bəlkə məni sən öyrətdin yalana
    ağlar gözüm həsrət qaldı sorana
    indi məni satıb qəlbdən vurana
    inanmadım, inanmadım, bağışla…

    Üzümdəki gülüş deyil acıdır
    əsil sevgi hər bir qəlbin tacıdır
    dərə dağın ən dibdə yamacıdır
    qalxa bilmir o gözlərə bağışla…

    Vurma daha ürək belə yaşayır
    illər keçir günlər gəlir qocalır
    qoy tərk etsin onsuz qəlbim ucadır
    Fidan sənə inanmadı bağışla…

  • Xəyalə SEVİL.Yeni şeirlər

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Həyat bu qədər sadə…

    Bu küçə də
    Axırıncı vaqon kimi
    Boşaltdı adamlarını.
    Və bu gecə də
    Qaranlıq qara kəlağayını
    Saldı şəhərin boynuna.
    Yol boyu uzanan gecə işıqları
    Açdı gözlərini.
    Külək deyinə-deyinə
    Oyatdı yuxudan yarpaqları.
    Yəni,
    Həyat bu qədər sadə,
    Həyat bu qədər təkrar.
    Amma ürəyimdə
    Təkrarlanmayan biri var.

    Sən axı bilmədin

    Sən axı bilmədin
    Mən səndən sonra
    Necə yalnız qaldım.
    Baxdım o sən gedən
    Yolun ardınca,
    Bir əl, iki göz qaldım.
    Hər üşüyən axşamlarda
    Üşüdüm səndən ötəri.
    Göz yaşımı yanağıma
    Daşıdım səndən ötəri.
    Sən axı bilmədin, daha heç kimə
    “ Sarı qız ” olammadım,
    “ Sarı saçlı qız ” oldum.
    Sənsiz qaralan gecəyə
    Ay oldum, ulduz oldum.
    Ehh!
    Özüm də bilmirəm
    Hardayam indi,
    Bəlkə də buludlar
    Yağacaq məni.
    Torpağın bətninə
    Düşmüş meyidəm,
    Torpaq qəbir kimi
    Doğacaq məni.

  • Gülnarə Sadiq (Yeni şeir) Mən Anayam! Mən Vətənəm!

    gi

    Mən Anayam!
    Mən Vətənəm!
    Gör nə qədər oğul dağı
    Verib mənə əzəl düşmən.
    Dərbəndimə yas tutmamış
    Borçalımı apardılar.
    Zəngəzura yas tutmamış,
    Bu həsrətə alışamamış
    Təbrizimi qopardılar.
    Bir yara var ürəyimdə,
    Şuşa adlı nazlı gəlin.
    Bir acı var ürəyimdə ,
    Laçın adlı adlı dağlar qızı. (daha&helliip;)

  • Gülnarə İsrafilqızını doğum günü münasibətilə təbrik edirik! (25 may 1981-ci il)

    Gulnarexanim

    Gülnarə İsrafil qızı 25.05.1981-ci ildə Gədəbəy rayonunun Qarı kəndində doğulub.
    2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. “ Möhtəşəm Azərbaycan”, “Kaspi”, “Azad qələm” “Arqument” “İnam yolu” “Ruzigar” “Müasir həyat””Müəllimin sözü” və s. qəzetlərində,
    “Yurd” jurnalı”  “Bir ağacın budaqları”, “Duyğulu Arazlar” və  DGT Y-nin “ Ziya” antalogiyasında və o cümlədən Türkiyənin Tokat  və Adana şəhərlərində  “Kümbet”, “Usare” dərgilərində şeirləri yayımlanıb. 31. 05.2014-cü ildə şerlərinə hazırlanmış Foto video çarxların təqdimatı keçirilib. “Vahid” Poeziya (2005), “Məcməüş-şüəra -şairlər məclisi”nin  (2012),  DGTY-nin üzvüdür (2014). Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, Yönətim Kurulunun başqanı (2013),  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2014), Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisidir (2014). Orta-ali təhsillidir. Gəncə şəhər Pedoqoji-Kolleci (2000-2004), İlahiyyat üzrə “Hövzə”mədrəsəni bitirib (2006-2011). BSU Yaradıcılıq fakültəsində təhsil alır (2014). “Zərrələr”  layihəsinin rəhbəridir. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Gözlərin…”

    Bilmirəm bu dərdli ,qəmli ömrümə ,
    Sən hardn ,gəldin ?
    Qaranliq dünyama işiq gətirdin …
    Gözunə vuruldum ,yoxsa özünə ,
    Bilmirəm ,özümdə ,bilə bilmirəm .
    Gəlişin gözlənməz, şad bir xəbər tək ,
    Alıbdi könlumü ,qəlbim ələ,
    Ğözlərin ,nə deyir İlahi belə ,
    Nə beyir bilmirəm ,belə qəlbimə,
    Aliblar ğözlərin ,məni, məndə,
    Bilmrəm ,bu mənə ,yoxsa başqasi ,
    Bu daş qəlbimi ,mum elədilər ,
    Gözlərn ,aldilar ,qıəbimi məndən,
    Alidlar qəlbimi ,könlümü ,özümü məndən ,
    Gözlərin ,gözləin ,sənin ,gözlərin.
    Mənı ,məndən alan gözəl gözlərin …
    O şirin sözlərin ,ğözəl ğözlərin ,
    Bu dəli könlumə ,gor neylədilər ,
    Aldilar ,məni ,məndən ,mum eyərdilər ..
    Gözlərin ,gözlərin ,sənin gözlərin ,
    Məni məndən, alan ,gözəl gözlərin …

    22.05.2015.

  • Şəfa VƏLİYEVA.”Mən daşürəkli deyiləm!”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    İlləri qovub gəlmişik,
    Əlimizdə dərd çomağı…
    Daşları yuva bilmişik,
    Daşlar da ürək qınağı…

    Ürək də daşa dönərmi?
    Bozararmı görən üzü?
    İnsan daşdan eşq əmərmi?
    Daş ağararmı dan üzü?

    Suallar… Daşlı suallar,
    Daşlayar, yaralar məni…
    Bu ahıl, yaşlı suallar,
    Didərlər, oyarlar məni…

  • Abdulla MƏMMƏD.”Qaçqın harayı”

    abdullamemmed

    (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

    Həsrətimi unutmağa,
    Dərd-sərimi ovutmağa,
    Urək dolusu udmağa,
    Bir doyunca havam da yox.

    Ürəyimi yeyə-yeyə,
    Haqqım buxarlandı göyə.
    Kədərimə qədər yiyə,
    Ürək açan havam da yox.

    Dəyişib hər yer dəyişib,
    Yanılmaqdan ər dəyişib.
    Hamı öz gözündə bişib-
    Aldanası “avam” da yox.

    Qınama məni, umanım,
    Çadır olaydır dörd yanım,
    ALLAHA qalib gumanim,
    Ocaq çatan yuvam da yox.

    Hara gedim, hara, gülüm?
    Yer ayrılmır yerə girim…
    Haqlayıbmı yurdu ölüm,
    Hay verəsi adam da yox?!

    Azərbaycan. Quba.
    22.07.1998-ci il.

  • Deyişmə: Pərvanə ZƏNGƏZURLU və Qalib ŞAMXALOĞLU

    Pervane xanım:

    Hesreti göynetdi , ah nale etdim ,
    Haray , elden çıxıb itenim haray .
    Gör neçe illerdi pas tutub sizi ,
    Tarla , düz ekilmir , kotanım haray .

    Qalib:

    O hesret meni de göynetdi , bacım ,
    Qelbimde yaratek bitenim haray .
    Pas atan kotanla yer ekib , biçen ,
    Xışın desteyini tutanım haray .

    Pervane xanım:

    Tuş olmuşuq hesret adlı qismete ,
    Sizi gelemmirik biz ziyarete .
    O mahalda qovuşdunuz cennete ,
    Ay ana torpaqda yatanım haray .

    Qalib:

    O qismet meni de salıb zillete ,
    Dönübdü çaresiz derde , illete .
    Burdan seslenirem xalqa , millete ,
    Hayıma , dadıma yetenim haray .

    Pervane xanım:

    Xesteyem , dermandı ocağın , pirin ,
    Könlüm arzulayır indi her birin .
    O yerlerden mene xeber getirin ,
    Veten göylerinde ötenim haray .

    Qalib:

    Her bir ocağına qurban olduğum ,
    Qürbetde xiffetin edib solduğum .
    Hicr ile kövrelib tez – tez dolduğum ,
    Derdini derdime qatanım haray .

    Pervane xanım:

    Viran oldu yurdum , yuvam , sarayım ,
    Pervane , il oldu onsuz her ayım .
    Sesleyirem , belke çatar harayım ,
    Haray , talan olan vetenim haray .

    Qalib:

    Qalibem , her zaman sözümde durdum
    O viran yurdları alacaq ordum .
    Bizim olacaqdır yene de yurdum ,
    Daha çekmeyecek vetenim haray .

  • Elnur ABDİYEV.”Bircə olmayasan,söhbət dəlisi”

    1424259792_elnur

    Dəlilik gözəldir,olasan dəli,
    Bircə olmayasan,söhbət dəlisi.
    Buğlana başında Vətən sevdası,
    Adına deyələr millət dəlisi.

    Gül olub bitəsən,torpaq üzündə,
    Xoş ətir saçasan, Vətən düzündə.
    Sevənin sevdiyi sevgi sözündə,
    Sevib seviləsən,heyrət dəlisi.

    Ağlının ipini özün yığasan,
    Tamahı öldürüb.nəfsi boğasan,
    Hər Günəş doğanda şeir doğasan,
    Görələr necədir,fitrət dəlisi.

    Ola bir stulun,bir işin mini,
    Böyük vəzifələr tez udar səni.
    Özü qılınclayar öz kölgəsini,
    Vəzifə dəlisi,şöhrət dəlisi.

    Gedəsən,ulduzun axa dalınca.
    Sevgi gözlərini sıxa dalınca.
    Dünyadan köçəndə baxa dalınca,
    Deyə hamı rəhmət,rəhmət dəlisi!

  • Mayisə Əsədullaqızını doğum günü münasibətilə təbrik edirik! (23 may)

    1533150_672733326111760_899121006_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktorunu, Gündəlik İnformasiya Agentliyinin Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!

    Mətbuat xidməti

  • İslam Azimov.”Yaman darıxmışam səninçün, yaman !”

    isko

    Nur oldun, şam kimi yandın ömrümə,
    Mələk tək səmadan yendin ömrümə,
    Yüz nəzir, niyazla döndün ömrümə
    Ta vermə həsrətə , hicrana aman
    Yaman darıxmışam səninçün, yaman ! .

    Dostdan daldalayıb, eldən gizlədib,
    Dərdiyim çiçəkdən , güldən gizlədib,
    Qəlbimdən keçəni dildən gizlədib,
    Özünə deyəcəm, görüşən zaman,
    Yaman darıxmışam səninçün, yaman ! .

    İslam nə umur ki , bir vüsal dəmi
    Özündə təpər tap, konlüm həmdəmi
    Qalıb bir görüşə bu işin çəmi,
    Sevgiyə nə yağış, nə sis , nə duman ?!
    Yaman darıxmışam səninçün,yaman !

  • Qafqaz Əvəzoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    dergi

    Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 36-cı sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Sözün sehri” qəzetinin təsisçisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Qarabağ müharibəsi veteranı, şair, jurnalist Qafqaz Əvəzoğlunun şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

  • Gülnarə İSRAFİLQIZI.”Ölüm dəfn olunmaq deyil….”

    Gulnarexanim

    Ölüm dəfn olunmaq deyil…
    Cəsədini daşımaqdı..
    Ayaq üstə yeriməkdi
    Danışmaqdı, kiriməkdi.
    Hər gün bir az əriməkdi..
    bir az özünü aldatmaq
    Bir mədəni dilənməkdi…
    əzilməkdi, əyilməkdi..
    Əylənməkdi, dinlənməkdi, dillənməkdi…
    Öz halına öyrənməkdi….
    Ölüm-ölüm sellənməkdi…
    Od yeri, ocaq yeridi…
    Köhnə dayanacaq yeridi…
    Bəlkə də həsrət qaldığın,
    sevginin sıcaq yeridi..
    Bəlkə də bir təbəssümdü
    Aldanışdı, yalvarışdı, davranışdı…
    Hər addımdı, hər qarışdı.
    Ölüm dəfn olunmaq deyil.
    Ölüm dəfn olunmaq deyil.

  • Məhəmməd Nərimanoğlu Sadıqzadə (Debüt)

    me

    Məhəmməd Nərimanoğlu (Sadıqzadə) 1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!”

    Gulnarexanim

    Elə istəyirəm qığılcım axsın,
    Parlasın, gözümün yaşı yerinə.
    Çiynim bu dünyanın yükü altında,
    Əzilib getməsin boşu yerinə.

    Elə istəyirəm küləklər əssin,
    Çiçəklər dayansın dodaq-dodağa.
    Bu öpüş qanadlı mələyə dönsün,
    Aparsın məndən də məni uzağa.

    Elə istəyirəm nağıl danışsın,
    Hər gecəm, gündüzü yatırmaq üçün.
    Sinəmdə doğulmuş, körpə arzumu,
    Qızılgül içinə batırmaq üçün.

    Elə istəyirəm buludlar kimi,
    Ağlayım, quruyan dodaqlar üstə.
    Baharda ağacda tumurcuqlayım,
    Gizlin-gizlin açım budaqlar üstə.

    Elə istəyirəm torpaq ağlayım,
    Tökülsün gözümdən torpaq adamlar.
    İçimdə göyərən, içimdə ölən,
    Bir- bir yerə ensin yarpaq adamlar.

    Elə istəyirəm torpaqdan bitim,
    Yeriyim, yeriyim uzanım göyə.
    İçimdə göyərən, içimdə ölən,
    Yarpaq adam kimi ölməyim deyə.

  • Saqif QARATORPAQ.”Bu can deyil artıq,bilirəm can belə olmaz”

    saqif muellim

    Bu can deyil artıq,bilirəm can belə olmaz,
    Salmış qəfəsə canımı,canan belə olmaz.

    Səpdim yoluna göz yaşımı, döndü dürr oldu,
    Baxdı rəqibim,söylədi ehsan belə olmaz.

    Görmüş üzünü,səcdəyə gəlmişdi mələklər,
    Bu surət ilə vallahi insan belə olmaz.

    Həsrət gözümü şad elə,bir pərdə görün sən,
    Bir pərdə qədər ömürdə hicran belə olmaz.

    Yalvarsam əgər Fatehə taxtından enərdi,
    Zalım balası rəhm elə,sultan belə olmaz.

    Dildən dodağa yetdi axır,söz də qocaldı,
    Döndü yüz ilə,yüz deginən an belə olmaz.

    Saqif yolunu Minada gözlər ki,gələrsən,
    Kaş ki deməsin öz yarı qurban belə olmaz.

  • Şəfaqət CAVANŞİRLİ.”Ölümə”

    Qaşla-göz ayrımında qalan ölüm,
    Tələsmə ömrümə balta vurmağa,
    Təzədən cücərir sönmüş arzular,
    Təzədən həvəsim var yaşamağa.

    Könlün arzulayır əbədi qonaq,
    Ruhun bir üzünü yorğun görəndə,
    Nə qədər cavanıq, insafın olsun
    Qurdlar süfrəsində qurdlar görəndə.

    Ya çəkimiz ağır qoca dünyada,
    Ya da başqa gözlə çox pis baxırsan.
    Almısan əlinə min cür silahı,
    Biz öndə, sən geri, bizə qaçırsan.

    Qaçmaq çox asandı, gözlər yumulsa
    Onda ayaqlar da yerdən kəsilər.
    Sən qurdları say, yumruq olubsa,
    Cavan əllərimiz dibdən kəsilər.

    Hələlik, bu qədər, sənə son arzum
    Üz-üzə gələndə yolunu dəyiş.
    Uzan yazılıbsa, düşünmə pozum,
    Həyanla utandır, baxışı dəyiş…

  • Şafa KAMİLLİ.” Birdənəmsən…”

    11061280_1614076985516004_9113405962356190684_n

    Sen olmasa neçə gülum,
    Dodağimda ğülüşmsən,
    Bu dünyada sevinc payim,
    Tək ,yeganə, sevgilimsən…
    Sensiz qala bilmirəm mən,
    Senlə nəfəs aliram mən,
    Sevgi payim ,ğülüş payim,
    Tək ,yeganə sevgilimsem,
    Sen mənimsən ,yeganəmsən ,
    Birdənmsən ,ürəyimsən,
    Gülüş payim ,hər şeyimsən…
    Bəxd ulduzum yaşa daima,
    Bu ürəkdə yeganəmsən…

    17.05.2015

  • Zeynəb Dərbəndli (Yeni şeir) Laçınım….

    z

    LAÇINIM

    Sənə dağ çəkdilər,yara vurdular,
    Yol, cığırlarını kəsib durdular.
    Milləti arı tək əzib, qırdılar,
    Oldu kənd, şəhərin talan Laçınım.
    Ay gözü yollarda qalan Laçınım.

    Körpələr tank altda əzdi, boğuldu,
    O cənnət el oba yandı, dağıldı.
    Sanmayın, yazdığım keçmiş nağıldı,
    Çöl, çəməni xəzan olan Laçınım.
    Ay güzləri yolda qalan Laçınım.

    Səni əsir edib, yaraladılar,
    Ləşləri ləş üstə sıraladılar.
    Adımızı qaçqın qaraladılar,
    Səni yıxdı fitnə, yalan Laçınım.
    Ay gözü yollarda qalan Laçınım.

    Dərbəndli Zeynəbəm, qələmim ağlar,
    Vuruldu köksümə, sağalmaz dağlar.
    Gözümə görünmür yaylağlar, dağlar,
    Öz yerində, əsir olan Laçınım
    Ay gözü yollarda qalan Laçınım.

  • Əziz MUĞANİ.”Dost”

    1509680_782335231858445_8174014256845948200_n

    Dərd üstə inləyən bir saz kimiyəm
    Səsimdə bilinər kədərim, qəmim
    Sevincdən avazım bəlkə ucalar
    Dost mizrabı ilə çalınsa simim

    Böyükdür hikməti anlasan əyər
    Nadandan soruşma, o uca bilmir
    Bir hecaya sığan böyük xisləti
    Cümlələr sətirlər tam aça bilmir

    Böyük bir ümmandı, dərin dəryadı
    Sirrini anlasan qəlbinə dolar
    Xəyanət eyləsən əhdi peymana
    O yerlər ömürlük məzarın olar

    Yaxşı dost insana vüqar kimidi
    Mən onu əyilməz bir dağ bilirəm
    adına min kərə qara yaxsalar
    Dostumu qəlbimdə düm ağ bilirəm

    Uğurun qoşası qisməti olsun
    Verməsin dubirlər nərdi dostumun
    Sevinci mənim də sevincim olar
    Sızladar könlümü dərdi dostumun

  • Debüt: Aqil KƏNGƏRLİ (Göyçay rayonu).Yeni şeir

    a

    Aqil Kəngərli (Cəfərov Aqil Abbas oğlu) 1972-ci il 1 sentyabrda Göyçayda anadan olub. 1995-ci ildə BDU-nu, 2002-ci ildə Azərbaycan Müəllimlər İstitutunu bitirib.Tarixçidir. Bir neçə il “Azərbaycan” nəşriyyatında, müxtəlif redaksiyalarda jurnalist kimi çalışıb.”Xalq”, “Millət”, “Vətən səsi”, “Press-əks səda”, “Hünər”, Sabaha inamla”, “Hürriyyət”,”Azad yeni fikir” və s.qəzetlərdə müxbir,şöbə müdürü,redaktor işləyib. 2001-ci ildən pedaqoji sahədə çalışır. Hazırda Göyçay şəhər 7 saylı tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.”Məktəb-Press”qəzetinin əməkdaşıdır. Dövrü mətbuatda çap olunmuş 700-dən çox məqalənin və “Bir Allahın eşqinə” (2004), “Tanrı yolunda” (2005), “Yaxın və uzaq tarix” (2009), “Məni çağır yuxuna”(2013), “Mixaylonun silahdaşı –Partizan Qədir”(2014)və “ Vaxtsız getdi gəncliyim”(2015) adlı 6 kitabın müəllifidir. O, “Qızıl qələm”, “H.B. Zərdabi”, “Xalqın nüfuzlu ziyalısı”diplomlarına, “Xəmsə”ədəbi mükafatına layiq görülüb. Bir sıra kitablarda A. Kəngərlinin şeirləri verilmiş, adı “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” toplusuna , Ginnesin Rekordlar Kitabına namizəd olan “Avrasiya şairləri antalogiyasına”salınmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İraq-Tükmən Yazarlar Birliyinin üzvüdür.

    YENƏ DƏ BİRLİKDƏYİK

    Yenə də birlikdəyik, kədər uzaq, əhval saz,
    Elə sarılmışıq ki, bizi ayırmaq olmaz.
    Yalnız sevənlər duyar, qəlbi daşlar anlamaz,
    Göy otlar üstündəyik, nə lazım yorğan-döşək?

    Ağ üzünün rəngini, qardan almısansa, de,
    Şölə saçan camalı, nurdan almısansa, de,
    İnsaf et, bu baxışı, hardan almısansa, de,
    Dərdi-qəmi unudaq, bir şənlənək, gülüşək.

    Ömür keçir, il ötür, biz də doluruq yaşa,
    Bu fürsətdir, düşübdür, əsla verməyək boşa.
    Bu sevgidən məst olub, elə gəlmişəm cuşa,
    Gəl, həftədə bir gün yox, günaşırı görüşək.

  • Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) TANRI BUYURUBSA….

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    TANRI BUYURUBSA

    Ay sevgilim, gəlsən əgər,
    Xoş arzuma yetərəm.
    Qəlbimdəkin bilsən əgər,
    Çiçək olub, bitərəm!
    Axı özün bilirsən ki,
    Sənsiz bir bənövşəyəm.
    Səni uzaqdan görüncə,
    Şirin nar, gülövşəyəm.
    Ürəyini verəsən,
    Qədrini bilənlərə.
    Daim dua edəsən,
    Sevib-sevilənlərə!
    Sevgi ətri ürəkdə,
    Çağlayan bir bulaqdı,
    Hamımızın izləri,
    Bu dünyada qonaqdı.
    Sev ay ürək, bir alovsan,
    Bir ocaq!
    Bədxahların öz yerində sayacaq!
    Fələk pisin gözlərini ovacaq,
    Tanrı buyurubsa…
    Olan olacaq!

  • Şəfa VƏLİYEVA (Yeni şeir) “Bizim” dediyimiz ömür qurtarıb

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    nə eləsən elə… yadıma gəlmir,
    necə açılmışdı tale qapımız…
    Bakı küçələri tapa da bilmir
    harda dolaşıbdı addımlarımız…

    bizim pəncərəmiz yaman utanıb,
    örtüb rübəndini yanaqlarına…
    “bizim” dediyimiz ömür qurtarıb,
    yaşam artıq “sənin”, “mənim” adında…

    o qız ölüb… məzar daşı ömrünün
    “eşq” adlı tənhalar şəhərindədi…
    mənim boyadığım qara gününün
    ağlığı yoxluğum qədərindədir..

  • Gülnarə SADİQ.”Nə vaxtsa…” (Yeni şeir)

    gi

     

    Nə vaxtsa bir gün, şeirin birində,
    Hansısa misrada qovuşacağıq.
    Sərin kəlmələri düzüb yan – yana,
    Elə şeirdəcə yaşayacağıq.

    Gecə ulduzları – qələm götürüb,
    Düzəcək sakitcə vərəq üstünə.
    Durmadan yağacaq o ağ yağışlar,
    Eşqimin rəsmini sözlər çəkəcək.

    Heç vaxt dadmadığım göz yaşlarını,
    Tökəcək gözümə bu şair indi.
    Həsrətdən üşüyən hər ümidimi
    Yanan ürəklərə bükəcək indi.

    Araya suallar gələcək hərdən,
    Durmadan döyəcək qəlb qapısını.
    Çiçəklər, ləçəklər acıq eyləyib
    Didərgin salacaq bal arısını.

    GÜLNARƏ SADİQ

  • Hikmət Məlikzadə (Yeni şeir) Düşür….

     

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Düşür....

    Gülmə, güldükcə, mələklər də olur xar, düşür,
    Hərə bir donda, müəmmada səbəbkar düşür.

    Sevmək üstündə neçə aşiqi boğmuş hicran,
    Eşqi donmuş adamın qəbri, baxın, dar düşür.

    Torpaq, üstündə gedən köçlərə ünvan vermir,
    Tanrı sıxdıqca, bulud silkələnir…, qar düşür.

    Candı, üzməklə, cana vəlvələ düşmür əsla,
    Bağbanı yoxsa, bağın ortasına bar düşür…

    Hikmət, əhvalını pozmur davakar insanlar?
    Niyə axşamçağı ancaq yadına yar düşür?

  • Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) VƏTƏN OĞLU.

     

    z

    VƏTƏN OĞLU.

    Sən vətənin övladısan,
    Şanı, şöhrəti, adısan.
    Elin qolu, qanadısan,
    Məğrur yaşa vətən oğlu.

    Elinin dayağı oldun,
    Işığlı çirağı oldun.
    Düşmənə göz dağı oldun,
    Məğrur yaşa vətən oğlu.

    Səni əymədi şər, yalan,
    Qoydun millət yolunda can.
    Səninlədir Azərbaycan,
    Məğrur yaşa vətən oğlu.

    Adın gələndə yer əsir,
    Düşmən ölməyə tələsir.
    Sözün, neçə dili kəsir,
    Məğrur yaşa vətən oğlu.

    Özün, adın boyda dağsan,
    Şir ürəkli, bir qoçaqsan.
    Azərbaycana dayağsan,
    Məğrur yaşa vətən oğlu.

    Ad qazandın hünərinlə,
    Qürur duydun vətəninlə.
    Zeynəb, fəxr edir səninlə,
    Məğrur yaşa vətən oğlu

  • Şəfa KAMİLLİ.”Uzaq dur məndən…” (Yeni şeir)

    1057881_584987098245357_844041490_n (1)

    Uzaq dur məndən…

    Hec sevməzdim gərək ,
    Bu mənim nəyimə gərk
    Ağrilr acilar isdemirəm mən ,
    Bu ürək qiriqdi yetəriqədr ,
    Uzaq dur ,sil at qəlbindən ,
    Demişdim ,üzərəm qiraram səni ,
    Uzaq dur ,sən məndən ,
    Yarali qəlbimdən ,
    Sevmə ,yaziqsan səndə qel məni ,
    Məndə söz bir daha sevməyəcəyəm ,
    Yarali könlümlə verib baş -başa ,
    Yaşaram ölütə tək sninlə sənsiz ,
    Yarali könlumdə yaşarsan ,yaşa .
    Ölənə kimisən öz xəyalinla ,
    Cox illər axdardim seni ,
    Tapdimasa soruşdum ,
    Özümdən ,bəs niyə tapdin ,
    Könlunə ,bir məlhəm tapdin onu sən ?
    Üzaq dur sən məndən ,
    Yarali könlmdən,qirmiyim səni ,
    Uzaq dur sən məndən ,qizmiyim səni ….
    Üzmüyum ,du zəhər dilimlə səni ,
    Uzaq dur ,sən məndən ,qirlar qəlbin ,
    Sən ,sevmə ,sevmə unud sən məni …

  • Pərvanə İsmayılova (Yeni Şeir) Kaş…..

    000

    İsmayılova Pərvanə Nurəddin qızı 1990-cı il may ayının 19-da Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Baki Dövlət Universitetini bitirərək psixoloq ixtisasına yiyələnib Ailəlidir. 2 övladı var

    Qələm də bezibdi səndən yazmaqdan,
    Artıq tükənibdi gözümdəki yaş.
    Sətirlər dillənir ,misralar dinir,
    Ah səni unuda biləydim mən kaş….

    İndi o həsrətin mənə yük qalıb,
    Taleyim bəxtimə nə dönük qalıb.
    Dərdindən ömrüm də bax sönük qalıb,
    Ah səni unuda biləydim mən kaş….

    Sənə yox nifrətim ,ancaq özümə,
    Unutmaq beləmi çətin ,dözmürəm.
    Bu tənha qəlbimi sənsiz üzürəm,
    Ah səni unuda biləydim mən kaş….

    Səndəmi beləsən,söylə mən bilim,
    Yoxsa ki,çoxdanmı unudulmuşam,
    Məktubun dərmanım, xəyal təsəllim,
    Ah səni unuda biləydim mən kaş….

    Sənsizlik qəlbimdə yanar bir ocaq
    Elə hey səninçün yanıram nahaq.
    Həsrətin çox yaxın özünsə uzaq,
    Ah səni unuda biləydim mən kaş….

    Unuda biləydim olub keçəni,
    Dərdimi yadlarla böləydim mən kaş.
    Qəlbim bir söz deyir, dilim başqa söz,
    Ah səni unuda biləydim mən kaş….

  • Kənan AYDINOĞLU

    47

    Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

    Bir dövrün, zamanın astanasında,-
    Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
    Doğma diyarının ulu öndəri,-
    Hayanda oldusa yenə haqq dedi.

    Bu ulu torpağa, ulu diyara,
    Öndərin sevgisi bitmədi şükür.
    Sevincdən gözləri dolan torpaqda,
    Rəhbərin zəhməti itmədi şükür.

    Yenə tarix boyu göyə ucalan,
    Bayrağın önündə əyilməyi var.
    Ruhunun önündə əyilən dünya,
    Tanrıdı öndərə yenə, yenə yar.

    Bir dastan qoşulsa, ulu öndərə,
    Böyük bir diyarda-yurdda səs eylər.
    Ömrünü qələmə almaq istəsəm,
    Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

    Şərəfli bir ömrü yurdda yaşamaq,-
    Mən indi bildim ki, asan deyilmiş.
    Gözünə baxanda gördüm ki, göz də,-
    “Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.

  • Şəfaqət Cavanşirli “Satılmışlar” (Hekayə)

    sefaqet

    Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın masanın üstündəki dəftər qələmə yaxın qoydu. Soba yalnız otağı isidirdi, şam isə rahat yazmağı üçün işıq salacaqdı. Masanı lap qabağa çəkib əyləşdi. Hardan, necə başlayacağını bilmir, qaranlıqda yatmış balalarına kədərlə baxmağından məlum olurdu ki, yazdıqları onlara aid olacaqdı. Dəftəri açdı, dərindən ah çəkdi. Qələm əlində əsirdi, həyəcanlıydı. Çox fikirləşəndən sonra yazmağa başladı: (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Nə qədər yanımdasan”

    sefaqet

    Nə qədər yanımdasan,
    Vaxt itirmə, əylənək,
    Ürəyimizi boşaldaq, danışaq,
    Lazım olsa savaşaq, (daha&helliip;)

  • Deyişmə: Pərvanə İsmayılova və Elnur Coşqun

    1424259792_elnur

    Pərvanə İsmayılova

    Getdin bir qış günü sorğu-sualsız,
    Qorxdum baharı tək çağıram sənsiz.
    Hicranın həsrətli yağışı kimi,
    Özgə çöllərinə yağıram sənsiz.
    (daha&helliip;)

  • Debüt: Müzəffər MƏZAHİM (Neftçala).Yeni şeirlər

    Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
    1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
    Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc olunmuşdur. O dövrkü “ Azərbaycan gəncləri ,, “ Bakı axşam ,, “ Sovet kəndi ,,“ Bərəkət ,, “ Qala ,, və s. qəzetlərdə , “Azərbaycan “, “ Ulduz “, “ Qobustan “, “ Təşviqatçı”, “ Dialoq”, “ Göyərçin ,, və s . jurnallarda dəfələrlə dərc olunub. “ Görüşünə gəlmişəm”, “Ata ocağı” və “Gələn baharadək” adlı üç şerlər kitabları çaptan çıxıb. Bir çox poemaların və “Bilgə xaqan” tarixi dramasının müəllifidir.
    Hal-hazırda Neftçala rayonunun Qədimkənd kəndində yaşayır. (daha&helliip;)

  • Zeynəb DƏRBƏNDLİ.”Şuşam”

    Soldu gülüm, baharım,
    Bağda məhv oldu barım.
    Muğamatlı diyarım,
    Sənsiz qanadsız quşam.
    Mənim yaralı Şuşam.

    Söndürüldü öcağım,
    Tapdalandı torpağım.
    Küsdü çəmənim, dağım,
    Sanki, sınıq bir daşam.
    Mənim yaralı Şuşam.

    Qərib oldun yerində,
    Bilinmədi sirrin də.
    Yandı qəbirlərin də,
    Buza börünmüş qışam.
    Mənim yaralı Şuşam.

    Yetim qaldı çöllərin,
    Xəzan oldu güllərin.
    Susdu Xan bülbüllərin,
    Bilməm nədən danışam.
    Mənim yaralı Şuşam.

    Zeynəbəm, qəlbim sızlar,
    Məhv oldu gəlin, qızlar.
    Susdu kamanlar, sazlar,
    Mən, necə nəğmə qoşam?
    Mənim yaralı Şuşam.

    24.06.2014.

  • Gülnarə İSRAFİLQIZI.”Həyat bir az beşik”

    234435423665547648

    Həyat bir az beşik,
    bir az da məzardır..
    ölümlə ömür qardaşdılar.
    biri beşikdə, o biri məzarda günlənib yağışlanır.
    biri sabahlanır, biri axşamlanır.
    biri zülmətlənir biri nurlanır.
    hər zülmətə gedən yolun başında bir nur oturub təsbeh çevirir
    yer kürəsi çevrildiyi kimi.
    hər nurun arxasında bir zülmət,
    sabaha boylanır.
    Bəlkə də pıçıldayır…
    qəbrin nurla dolsun dünya sakinləri.
    nurla dolsun ki yaşanılsın.
    təki sən deyən olsun!
    yaşamaq yaşanmamışların içində məzarlanıb
    yaşanmışlarda isə bəsit xatirələr mürgüləyir.
    hər uzaqlaşan ləpir,
    sarı qum dənəciyinə çevrilib üst-üstə yığılıb.
    tam olaraq dediklərimə inanmasanız
    yeridiyiniz yolun sonunda ayaq saxlayıb
    ləpirlərinizin tözunu təmizləmək yetər…

  • Fidan ABBSOVA.”Uşaqlıq sevdamın həsrətindəyəm”

    Uşaqlıq sevdamın həsrətindəyəm
    o zaman her seyden xebersiz idim
    indi mən dünyanın harasındayam ?
    bəlikə o zamanlar belə deyildim….

    Sevirdim sübəsiz təmiz ürəklə
    ana məhəbbəti, ata sevgisi
    boyuye – boyuye alisdim məndə
    öyrendim nə imiş dosluq sevgisi…

    Hərdən, ağlamışam , hərdən gülmüşəm
    o məsum gülüşün əvəzi yoxmuş
    böyüyüb nə qədər yalan görmüşəm
    indiki sevgilər sadəcə oxmuş…

    Qoy dünyam boyansın təmiz sevgiyə
    qayıdım yenidən uşaq tək sevim
    bəlkədə çevrildim sevib dəliyə
    indisə hansı bir insanı sevim..?

    Üz tutsam dənizə çoşar dalğalar
    qaranlıq gecənin əsiri oldum
    boylansam həsrətin boynumu sarar
    yaxşı ki, mən onu bir az unutdum…

    Hardasan ay mənim vəfalı dostum
    Fidan körpə quş tək uçmaq isdəyir…
    kim bilir zamanın harasındayam
    kölnüm həmişəlik sevgi isdəyir…

  • Şəfa EYVAZ.”Məhəbbət”

    1423756700_sefa-xanim

    Nə qədər qaçsan da küncə bucağa,
    Gəlib düz içindən keçər məhəbbət.
    Doldurar badəyə şərbət əvəzi,
    Axan göz yaşını içər məhəbbət.

    İcazə istəməz, çalar qəlbini,
    Göz yaşı gətirər, verməz səadət.
    İçində cücərən yaşıl ümidi,
    Qazıyar kökündən, biçər məhəbbət.

    Qapayar, gözlərin doğrunu görməz,
    Dilində bal dadar acı həqiqət.
    Getmək istədimi əliboş getməz,
    Ruhunla dünyadan köçər məhəbbət.

    Dəlib ürəyini keçsə də gözəl,
    Axan göz yaşını içsə də gözəl.
    Ruhunla dünyadan köçsə də gözəl…
    Nəğmədi, haraydı, haydı məhəbbət
    Tanrıdan insana paydı məhəbbət…

    16.04.2013

  • Şəfa VƏLİYEVA.”Qayıt, boyuna qızlar”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    qayıt, boyuna qızlar,
    ürəyinə buzlar qurban.
    eşq dininə imansızlar,
    gülünə yarpızlar qurban.

    qayıt, aç qapımızı,
    o üzündə qonaq var.
    əzbərləyib adımızı,
    bu yayda da qınaq var…

    qayıt, ay kəndi yanmış,
    şəhəri talan olmuş…
    illərin səndən danmış,
    xoşbəxtlik yalan olmuş…

  • Şafa KAMİLLİ.”Qan yaddaşımız…”

    Dağ cəlib sinəmizə,
    Canimizi yarimcan ediblər ,
    Qaradaği alb bizdaən ,
    Bağrimizi qan ediblər ,
    Cox sevinmə ey ermən ,
    Cox cəkməz bu ayriliq ,
    Tezlik ilə Qarabaği ,
    Şuşamizi ,
    Alib sizden torpağmizi,
    Şadliq edib seinərik ,
    Öz Azeri bayrağmizi ,
    Qarabağa gətirerik ,
    Dağ cəkilmiş sinəmizə ,
    Qan yaddaşmizi biz silerik ,
    Qarabağa biz gederik ,
    Qarabağa biz gederik…..
    08.05 2012..

  • Xəyalə SEVİL.”Payız”

    1c6ca78d2a83

    AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Üşüyər,üşüdər pəncərəmi də,
    Gəlməz içəriyə, yadındı payız.
    Sarı saçlarını töküb çiyninə,
    İlahi, nə gözəl qadındı payız.

    Həmişə gözündə yaş saxlayanım,
    Sənə oxşayıram,gözüm bir əsim.
    Çağır,çağır gəlim buludun olum,
    Mənə göylərində yer ver tələsim.

    Üzünu , gözünü yuyum yolların,
    Üstünün, başının tozunu alım.
    Geriyə qaytara bilmədim onu,
    Barı ayağının izini alım.

  • Ülkər PİRİYEVA.”Bilmirəm”

    1425096966_ulkerxanim

    İlahi çəkdiyim ömür yoluyla,
    Bəxtimin əlindən gedə bilmirəm.
    Özümə heyranam daha özümdə,
    Xoşbəxtlik nədədir nədə bilmirəm.

    Ruhum nəfəsimi çəkir göylərə,
    Ürəkdən fəryadım çökür göylər
    Göz yaşım buludlar tikir göylərə,
    Vurulub nə qədər zədə bilmirəm.

    Bəlalar yurd saldı axır başımda,
    Taledən şimşəklər çaxır başımda.
    Az qala ağlımda çıxır başımdan,
    Dərdimə bir çarə edə bilmirəm.

  • Əsmər QASIMLI.”Məhəbbət”

    1423889445_esmer

    Məhəbbət bir dənizdir,
    Sahilləri olmayan…
    Məhəbbət bir dalğadır,
    İpə-sapa yatmayan…
    Məhəbbət sərt qayadır,
    Çox məğrurdur, əyilməz,
    Məhəbbət bir alovdur,
    Yanğısına dözülməz…
    Bir gilədir məhəbbət,
    Heç gözə görünməyən.
    Hərdən də bir oğrudur,
    Ürəklərə girərkən,
    İzi də bilinməyən.
    Bəzən bir ələm olar,
    Bəzən onun dərmanı.
    Bəzən bir təbib olar,
    Bəzən ölüm fərmanı.
    Kiminsə nəzərində
    o bir yaşıl yarpaqdır.
    Kimi deyir əslində
    quruca bir budaqdır.
    O bəzən həsrət olur ürəklərin gözündə.
    O bəzən nifrət olur,
    Xəyanətə uduzan sevgilərin
    dilində.
    Məhəbbət dəfinədir,
    Gizlənib ürəklərdə…
    O gah zirvə, gah da ki,
    Çıxılmaz bir quyudur.
    Kamilliyə gedən yol,
    məhəbbətin yoludur.
    Səncə nədir məhəbbət?
    Nədir onu dillərdə
    bu qədər edən şöhrət?…
    -Məhəbbət bir nemətdir,
    Bərəkəti tükənməz.
    Sevməyi bilməyənə
    Allah məhəbbət verməz.

  • Qafqaz ƏVƏZOĞLU.”Var Sumqayıtım!”

    Qafqaz Əvəzoğlu

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.

    Sevdim ilk baxışdan, təmasdan səni,
    Gördüm ürəklərdə bir dastan səni.
    Olasan beləcə gülüstan səni,
    Düşməsin üstünə xar, Sumqayıtım!

    Qəlbimdə yandırdın od-ocağını,
    Ilkin bahar bildim hər bucağını.
    Açıb ana kimi öz qucağını,
    Olmusan bizlərə yar, Sumqayıtım!

    Doldun ürəklərə məhəbbətinlə,
    Ruha qida verdin ülviyyətinlə.
    Tanındın dünyada şan-şöhrətinlə,
    Eylədin özünü car, Sumqayıtım!

    Igid oğlanların bir tərlan-tülək,
    Qoynunu bəzəyən qızların mələk.
    Məhəbbət yanğılı gör neçə ürək,
    Tapdı qucağında yar, Sumqayıtım!

    Hüsnün ürəyimi çəkib qopardı,
    Mənimçün qışın da yazdı, bahardı.
    Könlüm harda belə qərar tutardı,
    Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!

    2009.

  • Rafiq ODAY.”Çanaqqala zəfəri!”

    Rafiq Oday foto
    Çanaqqala Zəfərinin 100 illiyinə

    Azadlığı başa tac
    Seçənlərin püşküdü,
    Vətənə namus andı
    İçənlərin püşküdü,
    Bu andla şirin candan
    Keçənlərin püşküdü, –
    Əbədiyyət yoluna
    Çıxanların səfəri,
    Çanaqqala zəfəri!

    Gözümüzün qan adlı,
    Seli, suyu qurudu,
    Bu qan aydan arıdı,
    Bu qan sudan dururdu,
    Türkün qurtuluş himni,
    Varolma düsturudu,
    Odur bizə bəxş edən
    Al şəfəqli səhəri,
    Çanaqqala zəfəri!

    Qos-qocaman ağacı
    Qurutmaq mümkün deyil.
    Buna təşəbbüsləri
    Unutmaq mümkün deyil,
    180 milyon bu gün
    Qürurla: “Türküm” – deyir.
    Bitib tükənərmi heç
    40 budağın bəhəri? –
    Çanaqqala zəfəri!

    Qorxu bizdən uzaqdı,
    Kənardı hürkü, Tanrım.
    Neylər sonsuz səmaya,
    Bir ovuc bürkü,Tanrım,
    Türk – Tanrının əsgəri,
    Qorusun Türkü Tanrım.
    Göyün yerə müjdəsi,
    Yerin göyə xəbəri, –
    Çanaqqala zəfəri!

  • Saqif QARATORPAQ.”Yol açıq”

    saqif muellim

    Yol açıq,
    getməyə nə var,
    üzünə durub,
    açılmaz bağlı qapılar…
    Baxt-bağlı qapıdı,
    gah düşər,gah düşməz
    kilidinə əlindəki açar.
    Ümid-tənha çiçək,
    göz yaşında islanıb,
    ürəyində bitəcək.
    itəcək…yollarda
    bir ömür,bir həyat…
    Heyhat!
    Mən də yaşadım deyə
    bir təsəlli var…