Category: Publisistika

  • “Bir neft nağılı olarsa gerçək…”

    Biri var idi, biri yox idi… Milli sərvətlərlə dolu bir ölkə var idi… Ölkənin inkişaf etməsi üçün bütün imkanlar olsa da, çoxluq bunu istəmirdi… İqtisadi, siyasi, maliyyə, sosial, psixoloji təfəkkür tərzi, savadı olmayan bu xalq özü özünə quyu qazmağı, yorğanına görə ayaqlarını uzatmayıb, sonra üşüdüb xəstələnməyi, sonra həkimləri, dövləti günahkar bilməyi çox sevərdi…

    Hər yerdə özünə düşmən axtaran və pisi yaxşıdan ayırmağı bacarmayan toplum, yazar dostum Elmin dediyi kimi “sürü psixologiyası” ilə bildi-bilmədi, fikir yürütməyi, söz deməyi, qərar verməyi və seçim etməyi çox sevərdi… Quyuya su tökməklə, quyu dolmadığı kimi, özünə qazdığın quyudan quyunu lap dərin qazmaqla, quyudan çıxmağın mümkünsüz olduğunu bəlkə çoxları bilir… Bilir, amma əməl etmir… Bir çoxları xəstədir, bəzi öz xeyirlərini güdən, həris, tamahkar, yalançı insanlar bu xalqın çoxluğunun psixologiyasını bilib, ajiotaj yaradar, isteriya xarakterli insanları küçələrə salıb, iqtisadi tarazılığın pozulmasına və xalqın dövlətə qarşı qalxmasına çalışar, xalqın başı dövlətə, hakimiyyətdəkilərə qarışan zaman sui-istifadə edib, ciblərini doldurar, qarnını doydurar, gözü isə doymaz ki, doymaz… (daha&helliip;)

  • Xatirə RƏHİMLİ.”QARABAĞA-AĞDAMA NÖVBƏTİ SƏFƏRİM…”

    10984486_435948936606464_4561682652313299686_n

    CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRİMDƏN ƏN KÖVRƏK ANLAR…

    Ötən ay iyulun 25-dən 28-nə kimi QARABAĞa-AĞDAMa səfər etdim. 4 günlük səfər çərçivəsində Mübariz ruhlu igid əsgərlərimizi ziyarət etməklə yanaşı, Qaçqın Qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrini, Qarabağ müharibəsi iştirakçılarını, eləcə də torpaqlarımız uğrunda canını qurban vermiş şəhid oğullarımızın məzarını da ziyarət etdim.
    Belə ki, iyulun 28-də VƏTƏN uğrunda canını fəda etmiş 22 yaşlı şəhid Əhmədov Qaryağdı Eldar oğlunun məzarını ziyarət etdim və ruhuna dualar oxudum. ANA Vətənin fədakar, cəsur və qorxu bilməz oğlu Qaryağdı 1992-ci il iyulun 1-də, o qanlı- qadalı günlərdə Aağdamın Saybalı kəndində dünyaya gəlib. O, 1 yaş 3 günlük olanda onun doğulduğu Saybalı kəndi erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 4-də işğal edilib.
    Vətəncanlı oğul Qrayağdı Əhmədov iyulun 31-də saat 16:09-da məkrli düşmənin açdığı snayper gülləsindən şəhid olub. Tanrının yazısına, taleyin qismətinə baxın. Vətənin igid oğlu Qaryağdı iyulun 1-də dünyaya göz açıb, iyulun 31-də şəhidlik zirvəsinə yüksəlib. Vətənpərvər oğul Qaryağdı 2014-cü ildə ad günündən 30 gün sonra, dünyaya gəldiyi ayda-iyulun 31-də öz canı qədər sevdiyi VƏTƏNin uğrunda şəhidlik zirvəsinə ucalıb…
    2014 cü il avqustun 1-də isə çox sevdiyi ANA VƏTƏNin torpağında dəfn olunub Vətənin vüqarlı, dəyanətli və mərd ürəkli oğlu Qaryağdı…
    2015 ci il avqustun 1-də Qaryağdı Əhmədovun şəhid olduğu gündən 1 il ötdü…
    VƏTƏNin igid oğlu Qaryağdı! Şəhidliyin bir daha MÜBARƏK olsun!
    Rahat uyu, VƏTƏNin şəhid oğlu! Düşmən əsarətində qan ağlayan torpaqlarımız işğaldan tezliklə azad olunacaq! Zəfər GÜNü çox yaxındadı! O möhtəşəm ZƏFƏRə çox az qalıb. Çünki Azərbaycanın güclü və qüdrətli Milli Ordusu var!
    Uca Tanrının yazısı, qisməti beləymiş, Tanrının yazdığı yazını isə heç kim poza bilməz.
    Müstəqil Azərbaycanımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə çatan oğulların məzarı nurla dolsun, məkanı cənnət olsun!
    Vətənin məğrur oğlu Qaryağdı! Səni heç zaman unutmayacağıq. Ona görə ki, sənin adın əbədi olaraq ürəyimizə yazılıb! Şəhidlər heç zaman ölmür.
    Allah qəni-qəni rəhmət eləsin sənə ANA VƏTƏNimizin igid oğlu Qaryağdı!
    Belə bir fikir var… ŞƏHİDLƏR ÖLMƏZ! VƏTƏN BÖLÜNMƏZ!

    Xatirə RƏHİMLİ,
    Şair-jurnalist
    11 avqust 2015-ci il

  • Milyonlarla dollarlıq layihə: İslamofobiya…

    cao

    Xüsusilə 11 sentyabrdan sonra Avropada və ABŞ-da artan İslam əleyhdarlığı səbəbindən Qərb cəmiyyətində günlük həyatda müsəlmanlara qarşı ön mühakimənin və ayrı-seçkiliyin artdığı məlumdur. Bu ayrı-seçkilik və ön mühakiməyə görə Qərbdə yaşayan müsəlmanların istər ictimai, istərsə də iş həyatında bir çox çətinlik və problemlərlə üzləşdiyi də bir həqiqətdir.

    11 sentyabrdan irəli gəldiyi deyilsə də, əslində İslamın qlobal təhlükə olaraq önə sürülməsi və İslamofobiyanın siyasi və ideoloji əsasları 90-cı illərin əvvəllərinə gedib çıxır. Keçmiş ABŞ Müdafiə Nazirinin müşaviri Samuel Hantinqtonun «Foreign Affairs» adlı elmi jurnalının 1993-cü il yay sayında dərc etdiyi, sonradan da geniş kitab halına saldığı «Mədəniyyətlər qarşıdurması» məqaləsinə qədər…

    Mədəniyyətlər qarşıdurması fikri Soyuq müharibədən sonra artıq qərb-şərq qütbləşməsinin olmadığı və bundan sonra əsl münaqişənin mədəniyyətlər arasında, xüsusilə də Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında olacağını proqnozlaşdırırdı. Qəribədir ki, bugünkü vəziyyət eynilə Hantinqtonun proqnozlaşdırdığı kimi həyata keçdi və bu hələ də davam edir.
    «Mədəniyyətlər qarşıdurması» fikrinin ortaya atılmasından dərhal sonra «The New York Times» qəzetinin 1993-cü il sentyabr sayında yeni «düşmən» bu şəkildə elan edilirdi: «İslam fundamentalizmi sürətlə qlobal təhlükəsizlik və sülh üçün ən önəmli təhlükə halına gəlir. 1930-cü illərdəki nasizm və faşizm, 1950-ci illərdəki kommunizm təhlükəsi qədər böyük təhlükədir bu…»
    İslamı dinsiz və amansız ideologiyalardan daha təhlükəli görmək və göstərmək şübhəsiz çox acınacaqlı vəziyyətdir. ABŞ-ın ən məşhur kütləvi informasiya vasitələrinin birində dərc edilən və Hantinqtonun fikrini daha dəqiq və sərt şəkildə dilə gətirən bu ifadələr bu gün kilid olan bəzi sualları yaradır: Görəsən Hantinqton həqiqətən də gələcəyi çox yaxşı görmüşdü, yoxsa o tarixdən sonra İslamı dünya miqyasında bir nömrəli hədəf göstərəcək uzun müddətli, qlobal layihənin nəzəri və psixoloji dayağını hazırlayırdı?

    İslam əleyhdarlığı üçün xərclənən milyonlarla dollar

    Miqrantlar ölkəsi olan ABŞ-dakı İslamofobiyanın Avropaya nisbətlə daha aşağı səviyyədə olduğu məlum olsa da, son günlərdə dərc edilən önəmli bir hesabat pərdə arxasındakı İslam əleyhinə təşkilatlanmanın daha yuxarı səviyyələrə çatdığını göstərdi.
    «Center for American Progress» adlı düşüncə mərkəzinin dərc etdiyi “The Islamophobia Network’s Efforts to Manufacture Hate in America” (Amerikada nifrət yaratmaq üçün səy göstərən İslamofobiya şəbəkələri) başlıqlı hesabata görə, 2001-2012-ci illər arasında İslam əlehdarı kompaniyalar təşkil edən qurumlara edilən maliyyə yardımının həcmi 57 milyon dollara çatır. İllərdir İslam dini və müsəlmanlar əleyhində hər fürsətdə bütün imkanlarından istifadə edərək nifrət istehsal edən bu düşüncə mərkəzlərinin və bunlara maliyyə dəstəyi verən 8 əsas sponsor və verdikləri pulun miqdarı hesabatda yer alır.
    İslam əleyhinə xəbərlər, elanlar, reklamlar, karikaturalar, filmlər, sənədli filmlər kimi vasitələrlə həyata keçirilən İslamofobiya kampaniyası və propaqandalar Amerika cəmiyyətində sadə müsəlmanlar haqqında belə sanki zorakılıq tərəfdarı terror təşkilatı üzvləri imiş kimi bir imaj yaradır.
    Hesabata görə, media və bir sıra siyasətçilərin baş rolunu oynadığı bu kampaniyalarda ABŞ ictimaiyyətində «müsəlmanlar ABŞ-ın şəriətlə idarə edilməsini istəyir» kimi konspirasiya nəzəriyyələrinə əl atılır. 2016-cı il prezident seçkilərinə qədər sürətlə həyata keçirilən bu İslamofobiya propaqandası sayəsində ən çox «xilas edən» rolunu oynayacaq namizədin ABŞ xalqından ən çox səsi alması məqsədi güdülür. Müəyyən insanların siyasi fikirlərində və seçki propaqandalarında İslamofobiya ən vacib yeri tutur.
    UCLA professoru Travis Diksonun bir araşdırmasına görə, ABŞ mediasında müsəlmanlar Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarından daha çox terrorist kimi qələmə verilir. 2008-2012-ci illər arasında milli və kabel yayımı şəbəklərindən nümunə kimi seçilən 146 bölməlik xəbər proqramında yerli terrorist kimi göstərilənlərdən 81%-i müsəlman olaraq göstərilmişdi.
    Halbuki, bu tarixləri əhatə edən FTB hesabatlarında şübhəli şəxslərdən yalnız 6%-nin müsəlman olduğu göstərilirdi.
    Media quruluşları, internet saytları, düşüncə mərkəzləri və siyasi platformalar üzərindən qətiyyətlə davam etdirilən bu qərəzli nifrət kompaniyası İslama və müsəlmanlara qarşı çox dəqiq bir proqramın həyata keçirildiyinin açıq göstəricisidir.

    İslamofobiya əslində İslam deyil, radikalizm qorxusudur

    İslamofobiya seçki siyasətləri, qlobal mənfəətlər, İslam aləmindəki qətliamları leqallaşdırma, Yaxın Şərqdə nəzarəti əldə saxlama, İslam dünyasının təbii zənginlikləri üzərində hakimiyyət qurmaq və Yaxın Şərqi sonu gəlməyən alov və qan gölünə çevirmək planları kimi müxtəlif mənfəətlər istiqamətində qızışdırılsa da problemin digər və daha çox köklü bir tərəfi var: İslam dünyasını əhatə edən radikalizm!
    Təəssüf ki, bu gün müsəlmanların böyük əksəriyyəti savadsızlıqdan İslam adı altında radikalizm bataqlığına sürüklənmiş vəziyyətdədir. Radikalizm, digər deyişlə xurafatçı din anlayışı müasir həyata düşmən, müxtəlif fanatik, mühafizəkar qəbilə ənənələrinin xurafatlarla sintezlənməsindən meydana gəlmiş azğın düşüncə tərzidir. Quranda göstərilən əsl İslam əvəzinə bütövlükdə xurafat dinini mənimsəyən və bu səbəbdən müharibəni, fanatizmi, qadınlara, sənətə, elmə, estetika və keyfiyyətə qarşı qəzəbi yaşayış forması olaraq görən bir cəmiyyətin varlığı bütün dünyanı narahat edir. Bu insanlar İslam adına ortaya çıxır və insanlara Allah adına qorxu salır, gözəl olan hər şeyi qəzəb səbəbi olaraq görürlər. Əlbəttə ki, belə mənfi və ürküdücü bir model qarşısında İslamın əsli haqqında bilgisi olmayan Qərb insanının qorxu və narahatlıq keçirməsi çox təbii haldır.
    Qurandakı orijinal forması ilə İslam- sevgi, şəfqət, sülh, qardaşlıq, sənət, mədəniyyət, müasirlik, təmizlik, nəciblik kimi ən inkişaf etmiş və ən keyfiyyətli həyat səviyyəsini və ən üstün əxlaqi xüsusiyyətləri müdafiə edir. Qurandakı İslam xurafat dininin tam əksinə ən ön mühakiməli insanın belə bütün səmimiyyəti ilə müdafiə edib dəstəkləyəciyi və dünyanı əsl sülh şəraitinə aparacaq modeldir.

    57 milyon dolların təkcə bir neçə milyon dolları belə bütün insanlara İslamın əslini tanıtmaq, İslam və radikalizmin fərqini göstərmək və radikalizmin düşüncə tərzini əbədi olaraq yox edərək bundan irəli gələn terror bəlasının sonunu gətirmək üçün artıqlaması ilə kifayətdir. Ancaq bu ən köklü, təsirli və praktik üsulun hələ də bəzi çevrələrin mənfəəti ilə üst-üstə düşməməsi həll yolunun önündəki ən böyük əngəldir.

    1. http://www.ibtimes.com/british-link-muslims-terrorism-reject-syrian-refugees-poll-finds-1968995
    Adnan Oktarın «Morocco World News»də dərc olunan məqaləsi:
    http://www.moroccoworldnews.com/2015/08/165502/a-million-dollar-project-islamophobia-2/
    http://www.harunyahya.org/tr/Makaleler/207296/Milyonlarca-dolarlik-bir-proje-Islamofobi

  • Gülnar SƏMA.”Ramil Əhməd və ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair”

    gs

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Çağdaş ədəbi gəncliyimizin ən məhsuldar gənclərindən biri Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Ramil Əhməddir. Onun işlək qələmi tələbəlik illərinin ən sadiq yol yoldaşı oldu. Ramil publisistik yazıları, dünya ədəbiyyatı və filmləri barəsində esseləri, şeirləri ilə diqqət çəkir. Onun orijinallığı ilə seçilən ilk kitabı – “Zaman tuneli” “AYBkitab” layihəsi çərçivəsindən işıq üzü gördü. “Zaman tuneli” texniki tərtibatından tutmuş şeirlərdəki məcazlara qədər özünəməxsusluğu ilə fərqlənir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. Burada keçmiş və gələcək iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. (daha&helliip;)

  • “Xoşbəxtliyi Sumqayıtda, bu gözəl şəhərdə tapmışam”

    ro

    Azərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün res­publikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana gön­dərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi.
    (daha&helliip;)

  • Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov: “Sumqayt şəhərinin bütün məhəllə və mikrorayonları, bütün kimya müəssisələri mənim gözlərim önündə tikilib.”

    S

    Azərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün res­publikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana gön­dərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi. (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Elçin İsgəndərzadə poeziyası”

    ttrts

    TƏRANƏ TURAN RƏHİMLİ,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    XARIBÜLBÜL HƏSRƏTİYLƏ VƏTƏNLƏŞƏN ŞAİR

    “Əsil hörmət insanın mənəvi məziyyətinə edilən hörmətdir.” XVIII əsr rus yazıçısı Fonvizinin bu qənaətini real həyata, çevrəmizdəkilərə tətbiq edəndə çox az adama məhz insanlığın ali keyfiyyəti olan mənəviyyatına görə hörmət edildiyini görürük. Mənəvi aləminə, bu aləmin ifadəçisi olan istedadına, istedadın təhrikilə cəmiyyətə təqdim etdiyi sənətinə görə nüfuz qazananlar bu hörmətə əbədi sahiblənənlərdir. Haqqında söhbət açacağım Elçin İsgəndərzadə təmsil olunduğu cəmiyyətdə, yaşayıb-yaratdığı mühitdə milli-mənəvi dünyasını, əqidəsini, amalını sözbəsöz misralarına, sətirlərinə səpələdiyi yaradıcılığı ilə belə bir sarsılmaz nüfuzun, hörmətin sahibidir. Və bu nüfuz yalnız milli cəmiyyətimizlə məhdudlaşmayıb, çox geniş bir çevrəni əhatə edir. Ölkəmizin hüdudları daxilində onun milli vətənpərvər şair, jurnalist, tərcüməçi, naşir, azərbaycançı, türkçü ziyalı kimi Azərbaycan və Türkiyə ədəbi, elmi mühitində özünütəsdiqi ədəbi ictimaiyyətimizə yaxşı məlumdur. Lakin Elçin İsgəndərzadənin bu çevrəni ildən-ilə böyüdüb ümümtürk sferada, daha sonra bir sıra Qərb ölkələrində ədəbi təsdiqi onun Beynəlxalq miqyasda bədii, elmi, fəaliyyəti, təşkilatçılıq məharəti, tərcüməçilik və naşirlik bacarığı ilə bağlıdır. (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Bəxtiyar Vahabzadə poeziyası”

    ttrts

    TƏRANƏ TURAN RƏHİMLİ,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    BƏXTİYAR VAHABZADƏ POEZİYASI
    MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ

    Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə mayasını el ədəbiyyatından, ətrini vətən torpağından, gücünü xalq ruhundan alan möhtəşəm yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində müstəsna rol oynamışdır. Şairin çoxcəhətli yaradıcılığı millətimizin keçmişi, bu günü, gələcəyi ilə bağlı fikir və duyğular, həyata, sənətə fəlsəfi görüş və baxışlar məcmusu kimi diqqətəlayiqdir. Azərbaycan xalqının yüzilliklərin sınağından çıxmış, daim inkişafda olan milli mənəvi-əxlaqi dəyərlərinə, adət-ənənələrinə sədaqət hissi, azərbaycançılıq məfkurəsi, türkçülük təəssübkeşliyi bu poeziyanın dayaq sütunlarını təşkil edir.
    Ömrünün altmış ilini müqəddəs sənət qayəsinə xidmət üçün yorulmadan qələm çalan şair əsərləri ilə xalqımızı milli özünüdərkə səsləmiş, millətinin daim sevgi və ehtirama layiq olduğunu, bütün müqəddəs amalların fövqündə dayandığını nəzərə çatdırmışdır. Çingiz Aytmatov bu cəhətə diqqət yetirərək yazırdı: «Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə qalxır… İndiki halda sən azərbaycanlı şairi oxuyanda dünyanı duyursan.» (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Akif Səmədin poeziyası”

    ttrts

    TƏRANƏ TURAN RƏHİMLİ,
    şair-araşdırmaçı,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    SƏSİ UZAQLARDAN GƏLƏN, UZAQLARA GEDƏN ŞAİR

    Akif Səməd 80-ci illər ədəbi nəslinə mənsub şairdir, daha obrazlı desək, milli ədəbiyyatımızda bəxti gətirməyən, “itirilmiş” daha bir ədəbi nəslin nümayəndəsidir. Cəmiyyətin, ictimai quruluşun fövqəladə natarazlığının, bu natarazlıqdan doğan laqeyd münasibətin onun ədəbi taleyindəki izləri də təkcə Akif Səmədin şair taleyinə aid deyil, bütövlükdə 80-cilərin “alın yazısı”dır. Və bu dəfə özünəqədərki və özündənsonrakı ədəbi nəsillərdən fərqli olaraq nədən “itirildiyini” bilməyən, buna hərhansı tutarlı bir səbəblə bəraət (bəlkə də bəhanə deyilməlidi) qazandırmaqda çətinlik çəkən, beyni suallarla dopdolu bu ədəbi nəsil – 80-cilər nə özündən xeyli əvvəlki 20-30-cu illər ədəbi nəsli kimi repressiya qədər ağır, faciəvi bir vəziyyət üzündən “itirilmişdi”, nə də özündən az sonrakı 90-cılar kimi Qarabağ müharibəsi, “keçid dövrü” girdabında əriyiub-itmişdi. 80-cilər sovet imperiyasının yenidənqurma fırtınasında başını itirmiş cəmiyyətin laqeydliyinin qurbanına çevrildi. Cəmiyyət bu ədəbi nəslə layiq olduqlarını verə bilmədiyi üçün uzun müddət onları “gənc” adlandırmağa belə məcbur oldu. 90-cı illərin sonlarında Akif Səmədin dilindən eşitdiyim “Qorxuram həştadımızda da bizə “gənc şair” deyələr” ironiyasının özündə də bu ədəbi nəslin daha “gənc” olmaqdan bezdiyini, bu “gənc” adı altında ədəbi prosesdəki yerinin, mövqeyinin dürüst dəyərləndirilmədiyini, “gənc şair” adlanmağın layiq olduqlarını cəmiyyətdən almaq yolunda bir maneəyə çevrildiyini görmək çətin deyildi. (daha&helliip;)

  • Hikmət MƏLİKZADƏ.”Ruhdan ruhi ucalığa”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Ruh ucalığı metahissi düşüncələrdə bir qədər əksçevrilmə ilə müşahidə olunur. Fikri-hissiyyatlara hopmuş metafizik anlayışlarda isə çevrilmə prosesi ruha təcəlladan qaynaq götürür. Zənnimizcə, insan ömrünün ruh ucalığına dəlalət edən ictimai hissi-əksfikirlilik də məhz elə bu ziddiyyətdən sıçrayır. Düşünürük ki, həyati çevrilmədə özünün insan yerini tapmağa müvəffəq olan qələm dostumuz Sahib Abdullayev ruhi ucalığa istiqamətlənən təfəkkürlə ruhdan sıçrayan həyat israrlı yanaşmalara fərqli-fərqli baxış sərgiləyir. Onun şair-publisist Əli Rza Xələflinin redaktorluğu ilə 2013-cü ildə «Təknur» nəşriyyatında işıq üzü görmüş «Çarmıxa çəkilmiş ruhların harayı» poemasında biz bu periodik yanaşmanı aydın müşahidə edə bilirik. Başlanğıc olaraq deyək ki, özündə ictimai-fəlsəfi həyat zərurətləri kəsb edən bu poemada Qarabağ savaşının cəngavərlərindən biri – şəhid Fuad Qərib oğlu Əsədovun qəhrəmanlıq yanğısı əks olunur. Və müəllif məhz Baş Obrazının ruhi ucalığından metafizik yanaşmalara keçid edərək ziddiyyət doğuran fikirlilikdən zərurət kimi görünən baxışlara uyğun cığır açır… Bəlkə də bu səbəbə metahissi səciyyədə ömür reallığını həyat qayəsi kimi təsvir edən Əli Rza Xələfli kitaba yazdığı «Ruhların çağırış səsi» başlıqlı ön sözdə Sahib Abdullayevin şairlik çevrəsinə modern yanaşması ilə diqqət çəkir, onun adıçəkilən əsərini həyəcan və təəssüratların məcmusu adlandırır. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.””Nə biləsən Sən…””

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Ayrıldıq…Səninçün canım sıxıldı,
    Elə bil zirvədən yuvam yıxıldı.
    Səninlə bir şərik malımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,

    Mənim çəkdiyimi nə biləsən sən…
    Ayrıldıq…Səmada bir şimşək kimi,
    Bənizim saraldı bir çiçək kimi,
    Ürək tənha qaldı boş pətək kimi,

    Güllər üstə qonan arımmı qaldı?
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən?!
    Yollar aramıza niyə sədd çəkib?!

    Vüsalın üstündən qoşa xətt çəkib,
    Kimlər mənim qədər belə dərd çəkib?!
    Bir daha sevməyə halımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən,
    Mənim çəkdiyimi nə biləsən sən…

  • Какое значение имеет соблюдение морали Корана для семьи?

    sayanaxanim
    Аллах повелевает в Коране верующим почитать мать и отца

    Аллах повелевает в Коране верующим почитать мать и отца. Как гласит Коран:

    Мы заповедали человеку делать добро его родителям. Его мать носила его, испытывая изнеможение за изнеможением, и отняла его от груди в два года. Благодари Меня и своих родителей, ибо ко Мне предстоит прибытие. (Сура “Лукман”, 31:14)

    В доме, где соблюдают все повеления Корана, никогда не может возникнуть ссора или ругань, обиды или браная речь. Верующие ведут себя чрезвычайно уважительно и с любовью по отношению к матери, к отцу и другим членам семьи, в силу этого обстановка в семье всегда радостная и благополучная.

    Саяна Валиева

  • Dünyadakı bəlanın səbəbi: Sevgisizlik

    fh

    Sevgi insanın ən çox zövq aldığı hissdir. Allahın verdiyi ən gözəl nemətlərdən biridir. İnsan yeməkdən, gəzməkdən, istirahətdən doyar, ancaq sevgidən doymaq mümkün deyil

    Sevgi insanın ən çox zövq aldığı hissdir. Allahın verdiyi ən gözəl nemətlərdən biridir. İnsan yeməkdən, gəzməkdən, istirahətdən doyar, ancaq sevgidən doymaq mümkün deyil. Həm sevmək, həm də sevilmək insana zövq, hüzur və xoşbəxtlik verir. Lakin yaşadığımız dövrün ən mühüm problemlərindən biri məhz sevgisizlikdir….

    Əslində, dünyada baş verən savaşların ,qətliamların, qısaca desək, dünyadakı bəlanın ən başlıca səbəbi sevgisizlikdir. Sevgisizliyin təsirini insanların ünsiyyətində daha aydın şəkildə görmək mümkündür. Demək olar ki, dünyanın hər yerində insanlar bir-birinə güvənmir və hətta hər an zərər görməkdən ehtiyat etməklə qorxu içində yaşayır. Əlbəttə, qorxunun və güvənsizliyin olduğu yerdə sevginin olması mümkün deyil. Təsəvvür edin ki, ünsiyyət zamanı insanların bir-birinə salam belə verməməsi sevgisizliyə səbəb olur.

    Digər tərəfdən, insanlarda mərhəmətsizlik daha çoxdur. Bunun səbəbi yenə sevgisizlikdir. Adətən, gün ərzində bu cür xəbərlərə tez-tez rast gəlirik: xəstə ödəniş etmədiyi üçün ona baxılmır. Bir çox hallarda bu laqeyd və vicdansız yanaşma xəstənin ölümü ilə nəticələnir. Çox ağır xəstəliklərin müalicəsi üçün lazım olan məbləği hələ demirəm. İnsan xəstəliyindən qaynaqlanan ağrı-acıdan başqa bir də maddi durumunu düşünüb çökür. Acından insanlar həyatını itirir. Sevgisizliyin səbəb olduğu zalımlıq və mərhəmətsizliyin nəticəsində insanlar göz görə-görə ölümə məhkum edilir…

    Bir ovuc torpaq üçün milyonlarla insanın qətlə yetirilməsi, uşaqlara təcavüz edilməsi , qadınların gün keçdikcə daha çox təcavüzə məruz qalması, birinin ən yaxınını belə amansız qətlə yetirməsi, hətta cinayəti törətmək üçün pulla kirayəli qatillərin tutulması, insanların bir-birinə kin və nifrət gözü ilə baxması və s. sevgisizliyin səbəb olduğu ağır bəladır.

    Sevgisizlik və iqtisadi böhran. Bunların bir-biri ilə nə əlaqəsi var deyə düşünə bilərsiniz. Ancaq hal-hazırda dünyanın demək olar heç bir ölkəsindən yan keçməyən iqtisadi böhranın ən başlıca səbəbi sevgisizlikdir. Bir qarış torpaq üçün qardaşın qardaşa düşmən olduğu, insanların bir-birinə nifrət və kinlə yanaşdığı, gözəl üslub əvəzinə ancaq təhqir, lağ, ələ salmaq, iftira atmaq, yalan danışmaq kimi əxlaqsızlığın daha geniş yayıldığı bir dünyada yaşayırıq. Bir çoxları ancaq öz mənfəətlərini, öz gəlirlərini düşünərək malı hərisliklə qazanır, təkcə özü üçün xərcləmək niyyəti ilə yığıb saxlayır. Sahibkarlar ən ucuz və ən keyfiyyətsiz mal istehsal etməklə ən az məbləğ sərf edir. Beləliklə, insanların gözünü boyamaqla qarşılığında daha bol qazanc əldə edirlər. Ancaq insanın Allah sevgisi və Allah qorxusu onu digər insanlarla da yardımlaşmağa, ehtiyacından artığını xeyirlərdə xərcləməyə təşviq edir.

    İslam sözünün mənası sülh, güvən, sevgi, xoşbəxtlik deməkdir. Buna görə də müsəlmanlar həmişə barışdan yana olarlar, sevgini istəyən ruha sahib olarlar. Dolayısilə, İslamın hakim olduğu dünyaya sevgi də hakim olar. Sevgidən qaynaqlanan sülh, ədalət və maddi-mənəvi hüzur bütün dünyaya hakim olar. Allah dünyanı, insanı və bütün canlıları məhz sevgi üçün yaratmışdır. Zülm və vicdansızlıq insana çox sıxıntı verdiyi halda, sevgidən insan zövq alır, çox rahat və şövqlü olur. İnsan həqiqi sevgini Quran əxlaqına tabe olduğu və vicdan və ağlından Allah rizası üçün istifadə etdiyi zaman yaşaya bilər. Bu Allahın iman edənlərə verdiyi ən gözəl nemətdir. Bunu bilən müsəlmanlar bütün insanları və canlıları Allahın təzahürü kimi sevərlər. Allaha olan sevgisini Onun təcəllilərinə də göstərərlər. Allah Quranda sevginin əhəmiyyətini xüsusilə vurğulayır:

    İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi 96)

    Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 8)

    Firuzə Həsənzadə

  • Обонятельная система у животных

    vm

    Животные сотворены с наиболее пригодной к среде их обитания обонятельной системой

    Животные сотворены с наиболее пригодной к среде их обитания обонятельной системой. Обонятельная чувствительность собак, наделенных острым нюхом, превышает человеческую почти в миллион раз. Поэтому собаки легко улавливают в воздухе даже самые незначительные оттенки запахов. Они без особого труда совладают с задачами, непосильными для людей или сконструированных человеком приборов. Эти превосходные качества собак используются для поиска наркотических и взрывчатых веществ, контрабандных грузов или при поиске пропавших людей, потерпевших бедствие, поимке преступников.

    Или, к примеру, еще одно существо, в существовании которого чувство обоняния имеет жизненно важное значение, это лосось. Мальки этой рыбы рождаются на свет из икринок в речных водах в конце зимнего периода. Сразу после рождения или спустя несколько лет, проведенных ими в реках, лососи начинают мигрировать в океанские воды. Это путешествие продолжается и дальше. Лосось, достигший в морях и океанах половой зрелости, совершает еще одно поразительное для человека путешествие. На этот раз его путь – к месту его давно минувшего рождения, то есть месту появления из икринки, и цель его – оставить там свое будущее потомство.

    На протяжении этого длительного и утомительного путешествия лосось не пользуется навигационными или другими вспомогательными приборами. Но, несмотря на это, рыба легко находит устье своей реки даже будучи на тысячи километров от нее, и безошибочно находит путь к месту своего рождения среди многочисленных притоков реки. И это потому, что она наделена отличной обонятельной системой, служащей ей подобно самому совершенному навигационному прибору.

    Одним словом, на протяжении длительного путешествия в несколько тысяч километров чувство обоняния указывает путь лососю, словно опытный проводник.

    Еще одно существо, на которое Всевышний привлекает наше внимание в Коране, это комар. Для рождения своего потомства самка этого насекомого нуждается в крови.

    А источник крови, конечно же, определяется по запаху. Обоняние самки комара настолько чувствительно, что она может без труда распознать распространяемые человеком вещества и даже те источники запаха, которые находятся на расстоянии нескольких километров.

    В Коране Господь приводит притчу о комаре, в которой также есть назидание для уверовавших и подлинное чудо инженерного строения:

    Истинно, Господь не смущается дать в притчу и ничтожнейшего комара и то, что больше него. Но те, кто верует, – те знают: Сие есть (Истина) от их Владыки. А те, кто отвергает веру, говорят: “Что хочет выразить Аллах сей притчей?” Он ею многих вводит в заблужденье, а многих направляет праведным путем, сводя (с пути) лишь нечестивых . (Сура “Корова”, 2:26)

    Вафа Мамедова

  • Эволюция или сотворение

    ep

    Существует лишь две версии на сей счет. Первая-это т, что все живые организмы, произошли в результате эволюции одной простейшей клетки.

    Существует лишь две версии на сей счет. Первая-это т, что все живые организмы, произошли в результате эволюции одной простейшей клетки.

    Сторонники теории эволюции утверждают, что жизнь на Земле зародилась от первичной клетки, которая возникла сама по себе вследствие случайного формирования и этот живой организм развивался и эволюционировал принимая различные формы, и тем самым дав начало миллионам видов жизни на Земле.

    Вторая версия гласит,что все живые организмы возникли по замыслу Создателя.. Миллионы зародившихся живых организмов имеют те же завершенные и безупречные формы, какие они приняли изначально и вряд ли они могли бы возникнуть случайным образом. Даже простейшие формы жизни имеют сложную систему в строении и функционировании, которая никак не могла зародиться случайно и в результате естественного отбора.

    Соворение и эволюция – два единственных объяснения, которые рассматриваются в спорах о возникновении жизни на земле. Согласно закону логики, если один из двух ответов на вопрос верен, то второй является ложным. Данное правило, лежащее в основе логики, называется разделительно-категорическим умозаключением (modus tollendo ponens). Другими словами, если доказано, что живые организмы появились на земле не посредством случайного образования, то значит жизнь на Земле была Cотворена.

    Самыми главными фактами, сокрушающими теорию эволюции, стали окаменелые останки древнейших форм жизни, которые показали, что за сотни миллионов лет формы жизни не претерпели ни малейшего изменения не трансформировались в другие виды, а дошли до наших дней в точности в том виде, в котором и были сотворены. И в глубокой древности живые организмы обладали теми же высокоразвитыми биологическими особенностями и совершенством строения, что и современные виды жизни, причем все эти формы жизни появляются в слоях Земли внезапно, уже в абсолютно развитых видах.

    Теория эволюции утверждает, что живые существа на протяжении миллионов лет подвергаясь изменениям порождали новые виды и все живые существа эволюционируя произошли друг от друга. Тогда как окаменелые останки существ за миллионы лет не претерпели никакого изменения и, следовательно, об эволюции речи быть не может. На сегодняшний день найдено сотни миллионов окаменелых останков, но до сих пор не найдено не единой переходной формы.

    А это нам еше раз показывает что Все живые организмы были сотворении Всевышним творцом

    Пиргули Элвин

  • Qadının ən böyük düşməni…

    11041661_10205003020335559_6794674678892182115_n

    Bu yazımda bütün qadınlar, kişilərin, ümumiyyətlə insanların adından danışmıram… Yazımdakılar heç də bizim cəmiyyət və ya qadınlardan bəhs etmir… Bütün dünyada qadınların bir çoxunun düşməni ümumilikdə götürülmüşdür…
    Düşünürəm ki, bu yazım istər qadın, istər kişinin qadınları anlamağa kömək edəcəkdir…
    Qadının ən böyük düşməni nə və ya kimdir?
    1. Qadının özü – cinsindən asılı olmayaraq bütün insanların ən böyük dostu və düşməni onun özüdür… İnsan özünə həm yaxşılıq, həm də pislik edə bilər… Ona görə də insan özünü tam dərk etmədiyindən özünü sevməkdən savayı, özündən də ehtiyat etməlidir… İnsanın özünə etdiyi pisliyi kənar şəxslər edə bilməz… Çünki kənar şəxslər nə qədər yaxın olsalar da, insana, onu onun özü kimi yaxından tanıya bilməz… Özünüzə dost olun, düşmən olmayın…
    2. Başqa qadın – bir qadının ən böyük düşməni digər bir qadındır, onun atasını, qardaşını, ərini, sevdiyini, səadətini, arzularını, planlarını, xəyallarını əlindən alan başqa bir qadın, qadın digər qadını həm rəqib görür, həm düşmən bilir… Elə qadınlar var ki, doğma anası, bacısı belə onun düşməni ola bilər… Çünki qadın sevdiyi zaman paylaşmağı sevmir, eqoistliyi üstün olur hər şeydən öncə, üfüqdə başqa qadın olanda, sağlam olmayan rəqabət, paxıllıq, qısqanclıq hissləri yaranır, qəlbini zəhərləyir, başqa qadın iki tərəfin münasibətinə müdaxilə edən kimi kişinin seçim etmək hüququ olur, adətən ailələri dağıdan da digər qadın olur, düzdür indiki zamanda LGBT -lərin sayı cəmiyyətdə artdığı zamanda kişinin gey, bi və ya transseksualın xeyrinə seçim edib, xəyanətə yol verməsi, ayrılması halı da ola və çoxala bilər… İndiki dövrdə baş verən nəyəsə təəccüb etmirəm son zamanlar… Kişi adətən bir qadından digər qadına gedir… Qadınların əksəriyyəti monoqam olsa da, kişilərin əksəriyyəti poliqam olurlar… Bu danılmaz faktdır…
    3. Qadınlıqdan çıxmaları, qadınlıqlarını itirib kişiləşməsi – qadın nə qədər güclü olsa da, kişi ailə başçısı, önəmli tərəf olmalıdır, hüquq bərabərliyi olsa da, bir çox məsələlərdə kişilər qadınlardan üstündür… Qadın zərif olmalıdır, nazlı, qayğıkeş, ailəcanlı, güclü iradəli, xarakterli, gülərüz olmalıdır, nə qədər işgüzar olsa da, güclü olsa da, kişinin tapdalayıb keçməməlidir… Unutmayaq ki, qadın güclüdür, amma kişisinin güclü, uğurlu olmasına da səbəb onun qadınıdır… Özümüz bir qadın kimi kişiləşməkdənsə, kişilərimizi kişi edək və unutmayaq ki, hər güclü və uğrulu kişinin arxasında güclü və uğurlu qadını var və ya əksinə… Qadınlar qadınlığınızı itirməyin, qadın olduğunuzu unutmayın…
    4. Qadının dili – çox acıdıl və ya çox şirindil olması – Qadının dili ilan zəhəri də ola bilər, ilanı yumasından çıxarda da bilər… Dil var kəsdirər başı, dil var kəsər savaşı… (əslində dil yerinə söz olmalıdır. Ş.İ.Xətai)
    5. Dinləməkdən çox danışması – qadınların əsas düşməni onların dinlənmək istəyidir, dinlənmək istəyi onları çox danışmağa və qarşı tərəfi dinləməməyə gətirib çıxardır, bu isə qarşı tərəfi yorur, bezdirir, anlaşılmazlıq, narazılıq, mübahisələrə səbəb olur… Danışdıqca, dinləməyi də öyrənin, səbrli olun və qarşı tərəfin sözünü yarımçıq kəsməyin… Siz onu dinləsəniz, o da sizi dinləyəcək…
    6. Təkəbbür və qürur – bəzi qadınlar çox təkəbbürlü, lovğa olurlar, hər kəsə yuxarıdan aşağı baxıb, özlərini səhərdən axşamadək tərifləyirlər… Bu isə çox yorucudur. Zəif cəhətdir, əslində belə insanlar eqoist deyil, zəif insanlardır, qadın nəyisə lovğalanmaq, acıq vermək üçün ala bilər, ərə gedə bilər, hansısa işi lovğalıqdan, təkəbbürlü olmağından edə bilər, amma bu onu səhv addım atmasına, uduzmasına, uğursuzluğa gətirib çıxaracaqdır. Təkəbbürlü, lovğa insanların əslində adətən həyatları mənasız olur, boş-boş danışıb, söz adamı olurlar, əməl adamı deyil. Vədlər verib, əməl etmirlər… Yalan danışırlar… Qürur əslində mənfi cəhətdir… Qürur bütün pozitiv hissləri öldürür, insanı uçuruma aparır, bəzi qadınlar o qədər qürurlu olurlar ki, bu qarşı tərəfdə biganəlik, ikrah hissini oyadır… Əgər bir qadında həm qürur, həm də təkəbbür varsa, onda o insanlar adətən tənha insana çevrilirlər və əslində ən bədbəxt insan olurlar… Çünki qürurlu və təkəbbürlü insanlar əldə etdiklərinin qədrini bilmir və qarşısındakı insana hörmət etmir…
    7. Qızıl ortaqlığın olmaması – ya minimum, ya maksimum, ya heç nə, ya hər şey prinsipi ilə yaşaması, ya çox sadə, sadəlövh, səmimi, ya da çox mürəkkəb, hiyləgər, yalançı, bic və qapalı olmamasıdır. Qızıl ortalıq yoxdur, dayanmaq, razı qalmaq yoxdur, ya tələsib, çox irəli gedirlər, ya gecikib, geridə qalırlar… Ortada və ya bərabərdə ola bilmirlər bəzi qadınlar… İki cəbhəyə bölünürlər, ya həddən ziyadə təbii görünüşü olan qadın olur bir tərəfdə, digər tərəfdə isə həddən ziyadə çox plastik əməliyyat keçirdən, makiyajdan istifadə edən, süni gəlincik olan qadın olur, bir-birilərini görəndə, ələ salırlar onlar… Ya çox sadə geyinirlər, ya çox epotaj geyimdə olurlar… Tərəzilərinin daşları uyğun gəlmir…Ya çox sadə olub, səmimi, sadəlövh olub, hamını özü kimi bilib aldanır, ya da ki, çox bic, mürəkkəb, hiyləgər, qapalı olub, maskalanır və hamını aldadır, özünü belə… Ya heç nə istəmir, ya hər şeyi istəyir… Bu isə ziddiyyətdən irəli gəlir… Qadınlar ziddiyyətli və fərqli olurlar bütün insanlar kimi… Ya fikirlərində qəti olurlar, inad edirlər, ya da qərarsız olub, tez-tez qərarlarını, fikirlərini dəyişirlər… Bu isə onların özlərinə ziyandır, onlara qarşı onların özlərinə tətbiq etdiyi silahdır… Gah çox simic olurlar, gah da çox əliaçıq…
    8. Tamahkarlıq, hərislik, bəhsəbəslik, bədxərclik – bu cəhətlər əslində qızıl ortalığı olmayan qadınlarda olur, nə görür, eşidir, bilir, istəyir, lazım olsa da, olmasa da, bəhsəbəsdir deyə, dəbdir deyə, bu isə onu bədxərc və puldan asılı edir… Bədxərc qadınlar isə lazımsız xərclər edib, öz büdcələrinə nəzarət edə bilmir və özlərinə zərər vururlar…
    9. Kompleksləri – bir çox qadınların kompleksləri olur, bu özünü olduğu kimi sevməmək, qəbul etməmək, bəyənməmək, özündən narazı olmaq özünə güvənin aşağı olması kimi qadın düşməni olan keyfiyyətlərdən yaranan düşməndir… Ya çox arıq olması, ya çox kök olması, ya saçlarının sərt olması, tökülməsi, sağlamlığında problem olmasa belə, özünə xəstəlik tapıb, diaqnoz qoyması komplekslərdir… Bu komplekslər isə qadınları ağlasığmaz addımlar atmağa vadar edir… Hətta bəzi addım və seçim, qərarlar onların özlərinə, səhhətlərinə ziyan vurur… Əlavə xərclərin yaranmasına səbəb olur…
    10. Özgüvənin, özünə inamım olmaması – Özgüvən, özünə inanmamaq, zəif xarakter, iradəsizlik özü də mənfi cəhətlər və qadınların düşmənidir… Məhz bu düşmənlər sayəsində bir çox digər problemlər, düşmənlər meydana gəlir… Onları səbrsiz, zəif, iradəsiz edir, qurbana çevirir, özünü olduğu kimi qəbul edə, sevə bilmir öz güvəni olmayan qadınlar…
    11. Onların həyatına daxil olan və çıxan kişilər – bəzi qadınlar üçün kişilər ən böyük düşmən olur, çünki məhz kişilərlə bağlı xoş olmayan xatirələrin olması, kişilərə nifrət etməsi, kişini özünə rəqib görməsi, kişidən üstün olmaq istəyi bəzi qadınların kişiləri özünə düşmən bilməsinə gətirib çıxardır… Bəzi qadınların həyatına daxil olan və sonradan çıxan kişilər sonradan onların ən böyük düşməninə çevrilə bilər… Kişilər bu cür qadınlar üçün nəinki düşmən, həm də ən böyük təhlükə mənbəyi kimi qarşılanır…
    12. Xəstəlik – bu amil məncə əksər insanların əsas qorxusudur, düşmənidir, ələxsus da qadınların… Çünki bir çox qadınlar ya işlədikləri üçün işdən qalmamaq, təhsil aldıqları üçün təhsildə geri düşməmək, ailəli olub uşaqlarını xəstələndirməmək üçün, sağalmaz və müalicə edilməz xəstəliyə yoluxub ölməmək, ailəsini qadınsız qoymamaq, uşaqlarını anasız qoymamaq, kiməsə əziyyət verməmək üçün xəstələnməkdən və xəstələndikləri zamanı xəstəliklərini bilməkdən, müalicə edilməkdən qorxur, ehtiyat edirlər… Sonra isə gec olur… Qorxuları reallaşır, xəstəlik qalib gəlir… Bəzən isə qadınlar xəstələndikləri zaman belə ev, ailə qayğısı, problemləri ilə məğul olacaqlarını bildikləri üçün, bəziləri isə tənha olduqları üçün xəstələnmək istəmirlər və xəstəliyi düşmən bilirlər… Bəzi xəstəliklər həqiqətən də qorxulu və təhlükəlidir…
    13. Qorxu – qocalmaq, gözəlliyini, ağlını itirmək qorxusu, nəyisə və ya kimisə itirmək qorxusu, müxtəlif fobiyalar əslində hər bir insanın ən böyük düşmən sayılmalıdır… Qorxan gözə çöp düşər, insan nədən qorxarsa, o da başına gələ bilər… İnsanın qorxusu onun zəifliyidir, özünə güvənməməsidir, qorxudan, zəiflikdən digər insanlar ona qarşı sui-istifadə, silah kimi istifadə edə bilər… Bunu anlamaq və bundan qorxmaq özü də qadın üçün bir qorxudur. Qadın siçandan, atılmaqdan, xəstələnməkdən, ölməkdən, gözəlliyini itirməkdən, sevilməməkdən qorxa bilər… Qorxmayın və fobiyalarınzla vidalaşın… Hündürlükdən, ölümdən, qapalı məkanlardan, insanlardan qorxmaq əvəzinə, qorxunuzla üz-üzə gəlin və o qorxunu dəf edin, məğlub edin. Qorxmaz insanlar hər zaman qalib olurlar…
    14. Deyingənlik, narazılıq – həyatdan, hər kəsdən, hər şeydən narazı qalmaq, şikayət etmək, deyinmək, naşükür olmaq bir çox qadınlarda var və əslində bu cəhətlər onların ən böyük düşmənləridir… Çünki onların özlərinə zərər verir… Əsəbləri korlayır, vaxt alır, mübahisələrə, davalara səbəb olur…
    15. Özlərini qurban verməsi və qurban bilməsi – bir çox qadınlar bəzən bilərək, bəzən isə bilməyərək, bəzən könüllü, bəzən icbari qaydada özlərini nəyəsə və ya kiməsə görə qurban verirlər, qurbana çevrilirlər… Bu nadanlıq, özgüvənin olmaması, zəif xarakter, iradəsizlik, asılı vcə kölə ruh, maariflənmiş olmaması ilə əlaqəlidir… Özünüzü qurban verməyin, ayıq olun… Aldanmayın…
    16. Nadan olması, dünyagörüşünün olmaması, öz üzərində işləməməsi və inkişaf etməməsi – bəzi qadınlarımız nadan olurlar, tez ərə gedirlər, aldanırlar, qanunsuz uşaq doğurlar, sonra boşanıb ortalıqda qalırlar, kiminsə qurbanına çevrilirlər… Nadan olan, dünyagörüşünün olmaması, öz üzərində işləməməsi və inkişaf etmək istəməməsi qadını geriyə aparır və uçuruma sürükləyir… Bu cür qadının övladları da anası kimi qurbana çevrilə bilər və təhlükə ilə üzləşə bilərlər… Nadan olmayın, təhsil alın, ərə getməyə tələsməyin, öz üzərinizdə işləyin, inkişaf edin ki, gələcək nəslimiz də, sağlam düşüncəli, sağlam ruhlu, bədənli olsun…
    17. Pul, maddi dəyərlər – qadınların həm dostu, həm düşmənidir, az olanda çox istəyirik, çox olanda, lap çox istəyirik, pul çox məsələni, problemi həll edir, önəmlidir, amma pul asılılıq yaradır… Pul digər bütün düşmənlərimizin yaranmasına səbəb olur… Yalana da, xəyanətə də, səhv verilmiş qərarlara da, sonrakı peşimançılığa da, insani keyfiyyətləri itirməyə də, tamahkarlığa da, təkəbbürə, tənhalığa səbəb olur… Pulu, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmayın…

  • Gəncədə bacarıqlı və intellektli şagirdlərə yer verilir!

    va

    Bildiyimiz kimi, Elmar Vəliyevin gəncəyə icra başçısı təyin olunmasından sonra , şəhərdə bir çox sektorda müəyyən dəyişikliklər yaşandı. Bu dəyişikliklərdən Təhsil sektoru müsbət mənada irəliləyiş göstərdi. Şəhərdə savadlı, bacarıqlı və öz intellekti ilə seçilən şagirdlər kəşf olunmağa başlandı. Gəncə şəhər icra başçısının göstərişi ilə şəhərdə şagirdlərdən ibarət təşkilat yaradıldı. Bu təşkilat 3 il ərzində deməy olar ki böyük layihələrə imza ataraq etimadları doğrultdu. Bilik yarışları,Spartakiadalar,Müxtəlif növ idman yarışları, Fənn gecələri və s. Kimi maarifləndirici tədbirlər həyata keçirən bu şagird təşkilatı demək olar ki öz səmərəli və qənaətbəxş fəaliyyəti ilə regionda bir ilkə imza atdı. Gəncədə gənclərə qoyulan investisiya, gənclərə göstərilən etimad şagirdləri də öz növbəsində həvəsləndirdi,onlara stimul verdi. Hərhalda əgər şəhərdə hər hansısa şagird söz azadlığına malikdirsə və ictimaiyyət içərisində rahat öz fəaliyyətini sərgiləyə bilirsə, deməli şəhərdə böyük addımlar atılıb. Şəhərdə fəaliyyət göstərən idarə və təşkilatlar da şagirdlərə dəstək olur. Şagird təşkilatının sədri Valeh Əsədov: Gəncədə təhsil sahəsində əməli addımlar atılır. Şagirdlər ön plana çəkilir. Şəhər səviyyəli tədbirlərdə şagirdlər azad şəkildə öz fikir və təkliflərini şəhər ictimaiyyətinə rahat çatdıra bilir. Biz hər zaman çalışmışıq ki , bizə göstərilən etimadı daima doğruldaq. Istəyirik ki günü-gündən gözəlləşən şəhərimizin ictimai həyatında biz şagirdlərin də az da olsa rolu olsun.Gəncədə gənclər üçün yaradılan infrastruktur üçün isə ən böyük təşəkkür şəhər rəhbəri cənab Elmar Vəliyev-ə düşür.Məhz Elmar müəllimin tapşırığı ilə şəhərdə fəaliyyət göstərən dövlət qurumları daima bizə yardımçı olur, tədbirlərimizi keçirməkdə dəstək olurlar. Ümid edirəm ki, Gəncə 2016 Avropa Gənclər Paytaxtı kimi mötəbər tədbirdə biz şagirdlər də şəhərimizin tanıdılmasında pay sahibi olacağıq. Həmçinin bildiyiniz kimi Gəncənin “Kəpəz” futbol komandası artıq Azərbaycan Superliqasında mübarizəyə başlayıb. Bu sahədə də biz şagirdlərdən ibarət azarkeş qrupu yaratmışıq ki, şəhərimizin doğma komandasına dəstək olaq. Səfər matçlarında da komandamızı tək qoymayacağıq. Şəhərdə böyük səs-küyə səbəb olacaq rəsm sərgisi hazırlayırıq. Artıq payız aylarında gəncə sakinləri bu şagirdlərin əl işlərini izləyəcəklər. Son olaraq bildirim ki, ixtisaslı kadr olmaq yolunda iri addımlar atan gəncəli şagirdlər, irəlidə Azərbaycanın tərəqqisi üçün çalışacaqlar!

  • Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edirik! (14 Avqust 1989-cu il)










    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Ислам Проклинает Террор

    sayanaxanim

    Ислам – религия мира и благоденствия. Обязанность каждого истинного мусульманина – относиться ко всем людям с добром и справедливостью, бороться со злом и несправедливостью на земле.
    Терроризм – одно из самых страшных явлений нашего времени стоит во главе этих несправедливостей и жестокости.
    Терроризм избирает своей мишенью ни в чем не повинных людей. Безжалостно убивает детей. Лишает их отцов и матерей, оставляет их сиротами.Разрушает города, истребляет целые семьи, несет горе и боль миллионам людей.
    Терроризм нападает и на христиан, и на мусульман, и на иудеев.Но что самое страшное, террористы вершат свои зверства и дикость, прикрываясь именем Бога, оскверняя понятие веры в глазах многих людей.
    Нелюди, совершающие эти зверства, не могут быть ни мусульманами, ни христианами, ни иудеями.Даже если в графе вероисповедание у этих нелюдей написано «мусульманин», нельзя называть преступления, свершенные ими «исламским терроризмом».Как нельзя говорить о «христианском терроризме», если бы они выдавали себя за христиан, или же об «иудейском терроризме», если это совершит некто, выдающий себя за иудея.Ибо ни один истинно верующий, не зависимо от вероисповедания, не сможет убить невинного человека во имя своей веры.
    Всевышний Господь повелевает любовь, милосердие и мир… Террор же – полный антагонизм вере, он ставит свое целью беспощадность, насилие, убийства и страдание людей…
    Террор – этот метод трусливой борьбы безбожных людей и идеологий, будь то расизм, фашизм, коммунизм или иные далекие от религиозной морали системы。В Божественной вере нет и не может быть террора.
    Ибо сказано в Коране:
    … Аллах не любит беззаконников… ( Сура «Аль Имран», 3:140 )
    Аллах предупреждает тех, кто вершит бесчестие и зло, кто прибегает к террору и сеет раздор на земле об уготованной им каре:
    А тем, которые нарушают завет с Аллахом после того, как они заключили его, разрывают то, что Аллах велел поддерживать, и распространяют нечестие на земле, уготованы проклятие и Скверная обитель. (Сура «Ар Рад», 13:25)
    Повинуясь этому повелению Всевышнего все истинные мусульмане обязаны принять действенные меры борьбы с распространением террора.
    Долг каждого богобоязненного мусульманина перед Всевышним Аллахом показать людям всего мира, что Ислам – это религия мира, любви и благоденствия. Ислам Проклинает Террор!

  • Davamlı xoşbəxtlik imandadır

    rh

    Dünyanın yarısı narahat, bədbəxtdir. Bir çox insan yaşadığı ölkədən, işlədiyi iş yerindən, evindən, bəziləri ailəsindən, həyat yoldaşından, bəziləri başqa insanların varlığından narahatdır. Sevinc əskikliyi, kədər hakimdir. Bunun mənbəyi də bilinmir. Ona görə getdikcə artan bədbəxtliyin səbəbini çox vaxt iqtisadi çətinliklərlə əlaqələndirirlər. Ancaq bir də baxırıq ki, heç bir iqtisadi çətinliyi olmayan, dünyada sahib ola biləcək hər cür imkana malik olan bəzi insanlar bədbəxtliklərinə məğlub olub. Ya intihar edir, ya da narkotik maddə, içki aludəçisi olur. Deməli nə xoşbəxtlik, nə də bədbəxtliyin səbəbi insanların iqtisadi vəziyyətlərindən asılı deyil.

    Rəbbimiz bizi yaradarkən dünyanı, öz ruhumuzu, bədənimizi necə istifadə edəcəyimizə dair təlimatı da bizimlə birlikdə dünyaya göndərib. Bu Qurandır. İnsan Allahın bizə bildirdiyi şəkildə dünyada yaşamadıqda bütün sistemi pozulur. Bu pozulan sistem bizə əzab verməyə başlayır. Çünki Allah dünyanı yaradarkən hər şeyi bir nizam və ölçü ilə yaratdığı kimi, bizim dünyaya adaptasiya olmağımızı da ona görə yaratmışdır. Havanı yaradarkən nə qədər oksigenə ehtiyacımız olacağını.. Hüceyrələrimizi yaradarkən, hüceyrələrimizin nələrə ehtiyacı olacağını.. Ay, günəş, planetlər, ulduzlar, atmosfer kimi saymaqla bitməyən hər incəliyi Allah bir nizamla yaratmışdır. Kainatdakı ən kiçik bir disbalans, yaradılışına zidd nizamsızlıq dünyadakı nizamın də alt üst olması deməkdir.

    Allah Quranda da eyni şəkildə ruhumuzun nələrə ehtiyacı olduğunu, necə davranmaq lazım olduğunu və bunu etmədiyimiz təqdirdə necə bir əxlaqi pozğunluq baş verəcəyini, bu sistemin bizə necə əziyyət verəcəyini bildirmişdir. Yeni elektron bir cihaz aldığınızda istifadə qaydasını oxumadan o cihazı işlətsəniz, xarab olmasına səbəb olarsınız. İnsan ruhu da eynilə belədir. Ona görə Quranda təsvir edilən həyat və əxlaq qaydalarına tabe olmadıqda, hər mövzunu sevgi, şəfqətlə həll etmək əvəzinə nifrət, dava-dalaşla həll etməyə meyilli olduqda bədbəxtliyin yayılması labüddür. İnsanı xoşbəxt edəcək tək şey Allahın dininə tabe olmaqdır, insanın mənəviyyatı, imanı, dinidir.

    Dünya bəzilərinin iddia etdiyi kimi başı boş və məqsədsiz deyil. Dünya dənizləri, gölləri, dənizləri, çiçəkləri, ağacları, dağları, canlıları ilə birlikdə insanın qulluq vəzifəsini yerinə yetirib-yetirməməsinin sınanması üçün Allahın xüsusi olaraq yaratdığı imtahan yeridir. Kainat, kainatdakı bütün sistemlər, ulduzlar, planetlər, göy cisimləri də insanın Rəbbimizin böyüklüyünü və sonsuz qüdrətini görməsi və Onun gücünü təqdir etməsi üçün yaradılmışdır. Eyni şəkildə insanın dünya həyatı boyunca yaşadığı bütün hadisələr, olduğu bütün məkanlar, qarşılaşdığı bütün insanlar da insanın dünyada yaşadığı imtahanın bir hissəsidir. Allah insanın yaradılış və dünyaya gəlmə məqsədinin sınaq olduğunu bir ayədə belə xəbər verir:

    Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)

    İnsan bu imtahan mühiti içərisində hər an Allahın əmr və qadağalarını yerinə yetirməklə, Allahın razılığına uyğun hərəkət etməklə cavabdehdir. Allah bizim xoşbəxt olmağımızı istəyir. Özünün sevilməsini, bizlərin də bir-birimizi sevməyimizi istəyir. Dünyanın da, insanların da əsl yaradılış məqsədi sevgidir. Allahı sevmədən, Allaha qəlbən yaxın olmadan dünyada insanların rahatlıq tapması mümkün deyil, insanların bir-birini sevməsi mümkün deyil.

    Həyatımıza saysız-hesabsız gözəlliklər bəxş edən Allaha bizə verdiyi bütün imkanlardan istifadə edərkən təşəkkür etməmək olmaz. Allah bizim üçün meyvələr, tərəvəzlər, avtomobillər, evlər, texnologiya, televiziyalar, radiolar yaradarkən, həyatımıza bütün bu asanlıqları, gözəllikləri bəxş edən Allaha təşəkkür etməyi unutmaq olmaz. Əgər ruh bu qədər etinasız olsa, bədbəxtliyin bədənimizi bəla kimi bürüməsinə təəccüblənmək də olmaz. Dünyada iqtisadiyyat, incəsənət, elm hər şey pisə doğru gedir, intiharlar artır. İnsanlar üçün həyatın bir mənası qalmır. İnsanların ürəyi sıxılır, bir çoxu anti-depresan dərmanlar olmadan yaşaya bilmir. Bütün bunların yeganə səbəbi Allahdan uzaqlaşmaq, imandan uzaqlaşmaqdır, insanın yaradılış qayəsini yaddan çıxarmasıdır. Allah ondan uzaqlaşdıqda insanları çətinliklərin əhatə edəcəyini bir ayəsində belə xəbər verir:

    Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (Taha surəsi, 124)

    Vaxt varkən hər kəsin bizə saysız-hesabsız gözəlliklər bəxş edən, saysız yaxşılıqlar edən Allaha yönəlməsi, Allahı sevməsi və dünyaya xoşbəxtliyin hakim olması üçün Allahın Quran vasitəsilə bizə bildirdiyi bütün əmr və tövsiyələrinə əməl etmək lazımdır. Quranda bildirilən mərhəmət, şəfqət, bağışlayıcılıq, comərdlik zövqlüdür. İnsanları sevindirmək, bir kasıbı sevindirmək zövqlüdür. İnsanların xoşbəxtliyini, gözlərindəki parıltılı sevinci görmək çox zövqlüdür. Dünyanın tək problemi Allahın bizlərə Quran və peyğəmbərlər vasitəsilə bildirdiyi bu əxlaq bilgilərinin tətbiq olunmasındakı nöqsandır. Allaha iman gətirənlər və Onun yaratdığı qədərə iman edənlər üçün xoşbəxtlik daimidir. Gündəlik həyatlarında nə kimi çətinliklərlə qarşılaşsalar da, Allahı razı edəcək gözəl əxlaq xüsusiyyətlərindən heç vaxt güzəştə getmədən, qədərə təslim olduqları və sınaqdan keçdikləri dünyada yaşadıqlarını bildikləri üçün möminləri heç bir şey kədərləndirmir. İman edən bir insan üçün həyatı boyu “pis” kimi səciyyələndirəcəyi bir şey yoxdur. Əsl yurdun axirət olduğunu bilən, dünyada qarşılaşdıqları hər cür çətinliyin savablarındakı artım olduğunu bilən möminlər üçün xoşbəxtlik davamlıdır. Bu gerçəyi unutmaq həyatı öz əllərinizlə kabusa çevirmək deməkdir.

  • Günel NAZİM.”Ağqoyunlu dövlətinin Azərbaycanda rolu”

    gn

    Azərbaycanın təşəkkülündə bir sıra dövlətlər öz imzasını atmışdır ki, bunlardan biri də Ağqoyunlu dövləti olmuşdur. Buna baxmayaraq Ağqoyunlu dövləti dərindən oyrənilməmiş və Azərbaycan haqqında – Ağqoyunlu dovletinin heyatimizda oynadigi bilgilər zəifliyi ilə secilmisdir. Sovet dövrü özünü demək olar ki, tariximizdə olduğu kimi tədqiqatimizdada göstərmişdi. Buna göre də, soydan qardaşımız Turkiyədə Ağqoyunlu dövlətinin araşdırılmasına xüsüsi diqqət və maraq olmuşdur. İlk sualımız belədir. Ağqoyunlu adı haradan yaranıb? Bu suala cavab tapmaq üçün yuxarıdada qeyd eildiyi kimi Türkiyə tarixçilərinə diqqət ayrılsada onlar arasındaki fərqli düşüncə, fikir müxtəlifliyi bizim bu sual üzərində hələ çox düşündürməyə və araşdırmaga zaman verəcəkdir. Ən əsaslı və nəzərə çarpacaq araşdırma totemlərlə bağlıdır ki, Türklərin totemə inamı olub olmadığı sual altındadır. M. X. Yınançın araşdırmasına əsaslanaraq demək olar ki, Ağqoyunlular qədimdən totemə inanmış islami qəbul etsələr belə bu inamlarına sadiq qalaraq bayraqlarına belə əks etdirmişlər, qəbr daşları belə qoç heykəlləri şəklində olmuşdur. Osman Turanda Yınançın fikrini təsdiqləmiş tarixçilərdəndir. Avropa tarixçisi Dögini də qeyd edir ki, Ağqoyunlu onların bayrağındakı ağ qoyun rəsmindən gələn addır. Bir sıra Türkiyə və Azərbaycan tarixçiləri bunu təsdiq etsədə yeni araşdırmalar buna hec bir əsas vermir. Totemlər fikrində biz Oğuznamələrə müraciət edərək belə qərara gələ bilərik ki, soykökümüz olan Oğuz türklərində totemin izləri belə olmayıb. Çünki orada Oğuz övladları arasında qoç payının aparılmasını görürük və aydındır ki, bir xalq totemi olan heyvanını nə yeyir nə də ona xələ gətirir.gətirir.Bu da yuxarıdakı alimlərin fikrini tamamən səhv olduğunu göstərir. Bu tayfanın adını bayrağdakı ağ qoyundan alması da heç də həqiqətə uyğun deyildir. Azərbaycan tarixçiləndən Ş. Q. Səfəroğlu, Ə. Müdərrisoğlu, E. Q. Mehrəliyev isə Ağqoyunlu adını coğrafi cəhətlə bağlamağa çalışırlar. Belə göstərirlər ki, Qoyunlu(hun) türklərinin Anadolunun cənubunda yerləşmiş boyları “Ağqoyunlu” , Şimalda yerləşmiş boyları isə “Qaraqoyunlu” adlanır. Bunlar bu fikri qədim türklərin quzeyi qara, güneyi qırmızı, batı ağ, doğu göy adlandırmasından çıxış edərək yazdıqları açıq aşkar ortadadir. Sonda isə qeyd etmək istəyirəm ki, orta məktəb dərsliklərində və bəzi tarixçilərin bizə göstərdiyi ağ qoç şəkilli bayraq tamamən yalnışdır. Sübut olaraq , Topqapı Saray Muzeyində saxlanılan və Uzun Həsənə aid olduğu göstərilən ağ bayraq üzərərində qoyun rəsminin olmadığı, Bayandur damğası və “Sultan Həsən Bayandur” yazısınin olduğunu göstərə bilərik. Daha başqa sual bizi düşündürür: Ağqoyunluların mənşəyi…
    Bu sualda müxtəlifliyi ilə tarixdə özünə yer açmışdır. Bu tayfanın Azərbaycanda məskunlaşması haqqında, mənşəsi haqqında Türkiyə tarixçiləri əsaslı araşdırmalar aparmışlar. Azərbaycan tarixçilərinin belə qəbul etdiyi fikir Osmanlı qaynaqlarına əsaslanır. Bu qaynaqda Ağqoyunluların XIII əsrin sonunda Orta Asiyada Azərbaycan və Şərqi Anadoluya gəldikləri göstərilir. M. X. Yınanç isə bu fikiri qəti qəbul etmir. Onun fikrincə isə Ağqoyunlular Azərbaycan və Anadoluya Oğuz xanın dövründə gəldiklərin göstərmişdir. Qazi Əhməd Qaffari, Heydər Razi, İbrahim Hərir də bu fikrə uyğun olaraq Ağqoyunluların çox qədimdən bu ərazilərdə yaşadıqlarını demişlər. Mənşə haqqında ən mühüm məlumat isə Əbubəkr Tehrani “Kitabi-Diyarbərk” əsərində verir. Müəllif Ağqoyunluların Oğuz elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir. Bunu təsdiq edən isə 1470 ci ildə Uzun Həsənin şahzadə Bəyazidə yazdığı məktubdur. Məktubda deyilir: “Uzn illər Manqışlaq, Xarəzm və Türküstan hüdudlarında yaşayan Bayandur xanın qəbilə və adamları, Bayat və Oğuzlar bizim xöşbəxt dövlətimizin himayəsi altına sığınıb xilas olmuşlar”
    X. Koroğluda Bayandur qəbiləsinin Diyarbəkirə köçərək güclü Ağqoyunlu dövləti yaratdığını yazır. Ağqoyunlular mənbələrdə çox zaman “Bayanduriyyə” kimi təqdim edilir. Bəzi Türkiyə tarixçiləri onların Şəqri Anadoludan Azərbaycana köçdüyünu yazsada bu yalnişdir onlar əksinə olaraq ilk Azərbaycanda yerləşmiş Monqol istilası zamanı Anadoluya köçmüşlər.
    Belə qənaətə gəlmək olar ki, Türklər Qaraqoyunlu və Ağqoyunluların varisləridir. Bu fikri Faruk Sumerində qeyd etdiyi heç danılmazdır.

    Mənbələr

    T. H. Nəcəfli- Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Baki2012
    E. Tehrani-Kitabi Diyarbəkriyyə. Ankara 2001
    Faruk Sumer Ankara 1962- 1964
    Rəşiddəddin Oğuznaməsi. İstanbul 1972
    T. H. Nəcəfli- Ağqoyunlu tayfalarının mənşəyi problemi Türkiyə tarixsunasliqinda. “Tarix” 1992

  • On bir ayın sultanı – Ramazan

    nkx

    Artıq Ramazan ayındayıq, on bir ayın sultanını sevinclə qarşılayır və yaşayırıq. Hər bir müsəlman üçün bizə hidayət rəhbəri olan Quranın endirildiyi bu ayı yaşamaq xüsusilə zövqlüdür və böyük nemətdir. Ramazan ayı həm ibadət ayıdır, həm də bir çox yönü ilə təfəkkür ayıdır. Allah Quranda Ramazan ayı ilə bağlı belə bildirmişdir:

    İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

    Hər şeydən əvvəl bu ay sevgi, qardaşlıq və sevinc ayıdır bizim üçün, bütün dünyadakı müsəlmanlar üçün. Tək Allaha inanan, Peyğəmbərini qəbul edən və həyatında rəhbər kimi Quranı əsas götürən müsəlmanlar iftar və sahur süfrələrində bir araya gəlirlər, görüşürlər və bir yerdə oturub Allahı zikr edirlər. Başqa vaxtda fərqli işləri olsa da, müsəlmanlar üçün ramazan süfrələrində bir yerə gəlmək, əlbəttə ki, böyük sevincdir. Bu da onlar arasında sevgini və qardaşlığı daha da artırır, aralarındakı birlik bağını daha çox gücləndirir. Sözsüz ki, birlik, qardaşlıq, həmrəylik Allahın bütün müsəlmanlardan istədiyi davranışlardan biridir.

    Digər tərəfdən, Ramazan ayında oruc tutmaq, səhərdən axşama qədər ac və susuz qalmaq səbir tələb edir. Deməli, bu ay bizim üçün səbir ayıdır. Allah Ramazan ayı vasitəsilə səbrimizi gücləndirir. Kənardan baxanda müsəlman olmayan bəzi insanlar üçün çətin gələ bilər oruc tutmaq. Ancaq Allahın buyurduğu bu ibadəti müsəlman sevə-sevə edir. Allahın razılığını qazanmaq üçün bildirilən vaxtlarda sevinc və şövqlə ac-susuz qalır. Çünki əsl müsəlmanın enerjisi yediyi yeməklərdən deyil, ruhunda Allaha bəslədiyi iman və sevgidən qaynaqlanır. Əlbəttə, bu, gün boyunca aclıq və susuzluğa səbir etmək deyil, eyni zamanda, təvəkkül etməkdə, gözəl söz söyləməkdə, əsəbiləşməməkdə, bir sözlə, Allahın Quranda bildirdiyi bütün ibadətləri həyata keçirməkdə səbir etməkdir. Allah üçün gün boyu ac və susuz qalan insan həm də ruhən güclü olur, özünə inam qazanır, əxlaqındakı çatışmazlıqları da düzəltməkdə özündə güc tapır.

    Ramazan həm də şükür ayıdır, Allahın verdiyi nemətlərə yenidən və qəlbən şükür etmək ayıdır. Gün boyunca ac və susuz qalan müsəlman iftar süfrəsinə oturanda gördüyü nemətlərin nə qədər dəyərli olduğunu xatırlayır. Bəlkə də, digər aylarda yeyib-içdikləri ona adi və normal gələ bilər, sanki bütün bunlar olmalı imiş kimi… Ancaq aclığın və susuzluğun nə olduğunu bilən müsəlman üçün bu nemətlərin dəyəri daha çoxdur artıq. İndi isti günlərdə yaşayırıq ramazanı. Axşam süfrəyə oturanda gördüyümüz nemətlərdən sadəcə bir neçəsini gözdən keçirək. Məsələn, qapqara torpaqdan çıxan şirin və sulu qarpız, yemiş, fərqli dadlara məxsus gilas, gilənar, çiyələk, alça və s. Dünyadakı bütün alimlər bir yerə gəlsələr belə, bu nemətlərdən birini belə yoxdan hazırlaya bilməzlər. Yaxud da suyu götürək. Gün boyu susuz qalan bir insan üçün su necə böyük nemətdir… Baxmayaraq rəngsiz və dadsızdır, ancaq bizim üçün necə əvəzedilməz bir nemətdir, su olmasaydı, nə edərdik, həyatımızı necə davam etdirə bilərdik?! Əlbəttə ki, bunlar mənim təfəkkür edərək yazdığım çox az nemətlərdir, siz süfrəyə oturarkən Allahın sizə bəxş etdiyi nemətləri yenidən və dərin-dərin düşünün.

    Məqaləmi bir də dünyada əziyyət çəkən müsəlmanları yad edərək yekunlaşdırmaq istəyirəm. Yəqin ki, bir çoxunuz Şərqi Türkistanda bu gözəl ayda əziyyət çəkən müsəlmanları görmüşsünüz, eləcə də Suriyada, İraqda, Misirdə, Nigeriyada və s. Bu da müsəlmanların Quran əxlaqının bir gərəyi olaraq birləşməyinə və qardaş olaraq yaşamağına nə qədər ehtiyacın olduğunu göstərir. Allah ən qısa zamanda o günləri görməyi nəsib etsin. Dualarımızda onları unutmayaq!

    Nərmin Kərimzadə

  • Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir

    rh

    Bəzi insanlar baş verməsini istəmədikləri hadisələrə tərslik deyirlər. Ancaq bu insanlar baş verən bir hadisəni «tərslik» kimi qəbul etsələr də əslində ən doğrusu qədərdə o hadisənin tam olaraq o şəkildə olmasıdır.

    Müəyyən bir vaxtda biri ilə görüşəcəksiniz, amma vaxtında gəlməz. Çox gözəl bir iş görərsiniz, amma qarşınızdakı insan bunu layiqincə qiymətləndirməz. Çox əmək sərf edərək qarşınızdakı insana bir gözəllik təqdim edərsiniz, həmin insan bunu heç fərq etməz. Saatlarla bir yeri təmizləyib çox mükəmməl hala salarsınız, biri gəlib çirklədər. Yuxunuz var, amma biri düşüncəsiz şəkildə səs-küy salar. Çox təcili olaraq birindən kömək istəyərsiniz, həmin insan sizi yaddan çıxarar. Vacib bir şey əmanət edərsiniz, qarşınızdakı insan onu itirər.

    İllərlə universitet imtahanına hazırlaşarsınız, son gün o saatda xəstələnib imtahana gedə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, anidən üstünə bir şey tökülər. Alış-verişə gedib keyfiyyətli bir məhsul alarsınız, evə gəldikdə aldadıldığınızı anlayarsınız. Çantanıza yüksək məbləğdə pul qoyarsınız, biri gəlib pul kisənizi oğurlayar. Maşın sürərsiniz, biri gəlib sizi vurar. Yaxud da tələsirsiniz, amma tıxac olduğundan saatlarla gedəcəyiniz yerə gedib çata bilməzsiniz. Bir yaxınınız anidən xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas ola bilməyib vəfat edər. Müalicə almaq üçün xəstəxanaya gedərsiniz, amma ehtiyatsızlıqdan başqa mikrob düşər və yeni xəstəliyə tutularsınız…

    Bir çox insan bu kimi tərsliklərə görə zərər çəkdiyini düşünür və ya bunların səbəbkarının başqaları olduğunu zənn edir. Əsəbləşir və əsəbini həmin təqsirkar gördüyü insanın üstünə tökür.

    Bu kimi hallarda bu insanların ya birbaşa üzlərinə, ya da arxalarından deyinirlər. Sanki həmin insan o xətanı və ya düşüncəsizliyi etməsəydi, hər şeyin istədikləri kimi baş verəcəyini zənn edirlər. Halbuki bu o qədər böyük yanılqıdır ki, insan bu gerçəyi qavrasa, bütün həyata baxışı başdan sona tamamilə dəyişəcək.

    İman olmadıqda insan hüznə və ümidsizliyə məhkum olur

    Gün ərzində insanları kədərləndirən, əsəbləşdirən, tərslik deyilən hadisələrin hikmət və xeyirlərini Allah o anda göstərsə, insan kədərlənməyin nə qədər yanlış olduğunu anlayacaq və əksinə sevinc içində olacaq. Qədər insana bütün olaraq göstərilsə və ya tərslik kimi görünən hadisələri qədərdə görmüş olsa, baş verənlər üçün kədərlənməyəcək.

    İnsanların çoxu doğum, ölüm, əcəl, ruzi kimi mövzulardan başqa hadisələrin (haşa) qədərdə olmadığını, tərslikdən, tədbirsizlikdən meydana gəldiyini, dolayısilə də qədərlə əlaqəli olmadığını düşünürlər. Halbuki bu yanılqı onları qədərdə təsbit edilmiş hadisələrə qarşı üsyana aparır, onların kədərlənmələrinə səbəb olur. Bundan başqa bütün hadisələri əlehlərində dəyərləndirmələri də onlara əzab verir. Bunun nəticəsində də duyğusal insanların şən halları çox qısa və anlıq olur. Bir şeyə çox sevindikdən qısa müddət sonra kədərlənəcəkləri bir şey düşünüb yenidən bədbin ruh halına geri qayıdırlar.

    Bütün bunlar din əxlaqına görə yaşamamanın qaçınılmaz nəticələridir. İman olmadığında insan hüznə və ümidsizliyə məhkum olur.

    Allah insanı dünyada bəzi sıxıntı və çətinliklərlə imtahan edə bilər. Ancaq mömin Qurandan xəbərsiz insanlar kimi, Allah’ın imtahan üçün yaratdığı sıxıntılar qarşısında kədərə və bədbinliyə qapılmaz, duyğusallaşmaz. Çünki bilir ki, Allah onun bu sıxıntı qarşısında necə davranacağını yoxlayır. Bu gerçəyi bilən bir müsəlman üçün sıxıntı, çətinlik və ya tərslik yoxdur. Hətta bunların hamısı ona Allahdan bir hədiyyədir. İmanının artmasına, təvəkkülün gözəlliyini, qədərin komfortunu yaşamasına səbəbdir.

    Bir toz zərrəsi belə Allahın xəbəri olmadan hərəkət edə bilməz

    Dünyada olan hər şey yalnız Allah istədiyi üçün baş verir. Əgər bir insanın həyatı boyunca yaşadıqları bir video kasset kimi düşünülsə, necə ki, bu videonu hər seyr etdiyimizdə mütləq eyni görüntülərlə qarşılaşırıq, insan həyatının da bundan fərqi yoxdur. Belə ki, bu film yüzlərlə il qorunub saxlansa, yüzlərlə il sonra yenidən video seyr edilsə, eyni film olacaq. İnsanın ömür boyu yaşayacaqları da bunun kimidir. Əsla dəyişməz bir bütündür. Əgər bir insanın gedəcəyi yerə gecikməsi lazımdırsa, mütləq gecikəcək. Bunun səbəbi nəqliyyat ola bilər, xəstəlik ola bilər, unutqanlıq ola bilər. Amma nəticə əsla dəyişməz. Eynilə ölüm vaxtı gələn bir insanın ölümünə də heç bir şey mane ola bilməz. Təcili yardım gecikə bilər, yol nəqliyyat hadisəsi baş verə bilər, həkimin ehtiyatsızlığı ola bilər. Amma bu nəticə mütləq baş verəcək. İnsanın gün ərzində qarşılaşdığı hadisələrə qarşı baxışı çox fərqli olmalıdır. Əgər bir insanın pul kisəsi oğurlanırsa, deməli o insanın o pula sahib olmaması lazımdır və Allah bunun üçün bir səbəb yaradıb. Əgər universitet imtahanına gedə bilmirsə, deməli Allah o il həmin insanın universitetə qəbul olunmamasını, başqa bir şeylə məşğul olmasını istəyib. Əgər qarşı tərəf gecikdiyi üçün görüş baş tutmursa, bu, Allah bu görüşün olmamasını istədiyi üçündür.

    Allah istəmədikcə heç kim gecikə bilməz, heç kim unuda bilməz, heç kim ehtiyatsızlıq edə bilməz, heç kim bir şeyi yanlış anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxac yarada bilməz…

    Bu mövzuda ancaq bir şeyi bilmək lazımdır: «İnsanın başına gələn hər hadisəni yaradan Allahdır» və «Allah olmalı olacaq bir şey üçün mütləq bir səbəb yaradır». Ancaq bu səbəb əsla öz-özünə meydana gəlmir. Allah istəməsə, heç kimin bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu gerçəyi bu şəkildə bildirir:

    Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, hikmət sahibidir. (İnsan surəsi, 30)

    Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz! (Təkvir surəsi, 29)

    “… Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.” (Saffat surəsi, 96)

  • İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?

    nk

    İslam dedikdə çox insan hal-hazırda bir çox ölkədə yaşanan şəriətləri düşünür. Halbuki Qurana əsaslanmayan, adət-ənənələrə və uydurma hədislərə əsaslanan şəriətlə Qurandakı şəriət eyniləşdirilə bilməz. Əgər dünyada İslam şəriətinə uyğun idarə olunan bir ölkə olsaydı, Quranın “Dində məcburiyyət yoxdur” hökmünə əsasən, tam demokratiya yaşanardı. Mal-mülk hərisliklə yığılmaz, Quranın yoxsulu qorumağa və öz nəfsindən əvvəl qardaşının nəfsini düşünməyə təşviq edən gözəl hökmünə əsaslanan həyat tərzi hakim olardı. Həyat standartları yüksək və keyfiyyətli olardı. Elm və incəsənətə yüksək dəyər verilərdi. Heç bir irqi və dini ayrı-seçkilik olmadan bütün millətlərə sevgi və şəfqətlə yanaşılardı. Söz və fikir azadlığı olardı, lakin əsla təhqirə, şiddət və təzyiqə yol verilməzdi. Quranın “kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür” xəbərdarlığına əməl edilərdi. Müsəlman olduğunu iddia edənlər digər məzhəbdən olanları asanlıqla öldürməzdi.

    Lakin hal-hazırda İslam şəriəti yaşanan ölkələrin heç birində bu sistem demək olar ki, yoxdur. Çünki hazırda şəriət adı altında yaşanan sistem Qurandakı İslam şəriəti ilə idarə edilmir. İslamın şəriətini yaşamaq üçün dini bütün xurafatlardan təmizləmək və Quranda təsvir olunan şəriətə uyğun yaşamaq lazımdır. Bunun üçün İslam şəriəti ilə idarə olunan ölkənin rəhbəri xurafatlara deyil, tamamilə Qurana uyğun qərarlar qəbul etməlidir. Qurana tabe olan müsəlman lider özündə üç əsas xüsusiyyəti birləşdirməlidir: şəfqətli, demokratik və ədalətli olmalıdır. Bu liderə nəinki xalq, qonşu dövlətlərin də liderləri daima etibar edər. Quran əxlaqına yiyələnmiş müsəlman liderin himayəsində yaşayan insanlar demokratiyanı indiyə qədər yer üzündə tətbiq olunmamış ən mükəmməl şəklini görə bilərlər. Heç kimə məcburi şəkildə islami məsuliyyətlər yüklənməz, hər kəs öz inancına görə sərbəst hərəkət edər.

    Qurandakı İslama əsasən, hər kəslə bərabər və ədalətli rəftar edilər. Bəzən müsəlmanların öz əleyhinə yaranan vəziyyət olsa da, “Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” ayəsinin tələbi ilə ədalət mütləq bərpa olunar.

    İslam dininin mənbəyi Quran olduğu üçün şəriəti də Qurandan öyrənmək daha doğru olar. Hal-hazırda İslam şəriəti ilə idarə edildiyini iddia edən dövlətlərin Qurana nə qədər uyğun olduğuna baxmaq lazımdır. Belə ki, Quranın bizə ədaləti, demokratiyanı, azadlığı öyrətdiyi halda İslamı məcburi şəkildə qəbul etdirməyə çalışan, öz məzhəbindən olmayanları asanlıqla öldürən, Quranda olmayan hökmləri tətbiq etdirməyə çalışan ölkələrdəki şəriətin Qurana əsaslanmadığı aşkar görünər. Lakin Quranın bizə göstərdiyi yola tabe olsalar, sevginin hakim olduğu, heç kimin inanc azadlıqlarının məhdudlaşdırılmadığı, hər kəsin bolluq içində yaşadığı cəmiyyət yaranar. Qurana əsaslanan İslam şəriətində xurafatlara yer olmadığı üçün radikalizm də aradan qalxar. Xurafatlara əsaslanan şəriətin əvəzinə Qurana əsaslanan dini maarifləndirmə isə İslamı vəhşət dini kimi göstərməyə çalışanlara çox gözəl cavab olar.

    Nərmin Kərimzadə

  • Ateizmin pionerlərindən- Darvin

    re

    19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi.

    Ateizmin pionerlərindən- Darvin

    19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi. Bu dövrlər ateizm üçün ən uğursuz vaxtlar sayıla bilərdi və dövrün Riçard Ouen, Qreqor Mendel, Tomas U. Cons, Lui Paster kimi elm adamlarının hamısı öz böyük nailiyyətlərilə birgə, həm də dinə bağlılıqları ilə məşhur idilər. Belə bir dövrdə, əslində, heç bir elmi dərəcəsi olmayan Çarlz Darvin adlı həvəskar bir səyyah ortaya çıxarıldı. O, 20-ci əsrin ateizm pandemiyasına öndərlik edəcəkdi.

    Doğrudur, Deni Didro və Holbax kimi materialistlərin orta əsrlərdəki ateizm yönümlü fəaliyyətlərini görməzdən gəlmək olmaz, lakin Darvinə qədər ateizm “elmi təməl”dən məhrum qalmağa davam etmiş, fəlsəfi çərçivədən kənara sıza bilməmişdi. Maraqlıdır ki, adını çəkdiyim ateistlərin müasiri olmuş Erazm Darvin isə daha orijinal bir fikrə- ilk ibtidai “təkamül” düşüncələrinə müəlliflik etmişdi, bu irsi sonradan öz nəvəsinə- Çarlz Robert Darvinə ötürəcəkdi. Darvin isə bu ailə mirasına elə hərisliklə sahib çıxdı ki, artıq elm dünyası ateizmlə, könülsüz də olsa, tanış olmağa məcbur idi…

    Darvinə və Darvindən də uzun bir müddət sonraya qədər kainat sonsuz hesab edilirdi və heç bir materialist “kainatı kim yaradıb?” sualını soruşmağa nəfəs də hədər etmək istəməzdi. Lakin canlı aləm- bitkilər, heyvanlar, gözlə görülməz bakteriyalar və tarixdə yaşamış əzəmətli canlılar üçün eyni düşüncəni yürütməz olmazdı. Onların bir başlanğıcı var idi və bu başlanğıc üçün yeganə- həm fəlsəfi, həm məntiqi, həm də elmi cəhətdən yeganə açıqlama Yaradılış idi. Materialistlər isə canlıların yaradılışı mövzusunu narahat bir susqunluqla “cavablayırdılar”. Ateizm üçün belə acınacaqlı olan bir mühitdə Darvinin “Növlərin Mənşəyi” kitabının çapı onlar üçün yeni bir “miladi təqvim”in başlanğıcı oldu… Hal-hazırda dünyada “ateizmin dörd atlısı”ndan birincisi sayılan Riçard Dokinz bu miladın başlağıcını həyəcanla qeyd edir: “Darvin intellektual səviyyədə qane olmuş bir ateist olmağa imkan yaratdı”. “Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”,- başqa bir reportajında Dokinz xüsusilə vurğulayır.

    Məqaləni qələmə almazdan öncə uzun müddətdir araşdırdığım bu mövzunu daha da şaxələndirməyə qərar verdim və bir sıra mənbələri daha gözdən keçirdim. Müşahidələrim bundan ibarətdir ki, sən demə, bu sahəni araşdıran filosofların, din xadimlərinin və elm adamlarının ürəkləri dolu imiş. Hamısının yekdilliklə şikayətləndiyi bir nöqtə darvinizmin elm-əsaslı deyil, materializm-əsaslı olmasıdır. Yəni darvinizmi doğuran səbəblər heç də təbiətin qanunları və bu qanunlara əsaslanan müşahidə və təcrübələr deyildi. Darvinizm materializm kürsüsü üzərinə qoyulmuş simvolik bir suvenirə bənzəyirdi. Əlbəttə, axı elə Darvinin müəllimi olmuş məşhur elm xadimi Adam Secvik hələ illər öncəsindən bizi agah etmişdi ki, darvinizm elm deyildir, “soyuq ateist və materialist” fəlsəfə üzərində qurulmuşdur. Sözügedən yazıçıların şikayətləndiyi ikinci bir nöqtə isə Darvinin öz dinsizliyini məharətlə gizlətmiş olmasıydı.

    Maraqlıdır ki, Darvin təkamül nəzəriyyəsini ilk ortaya atdığı zaman, mahiyyət etibarilə, dini mövzulara yanaşmamaqla bərabər kitab və məktublarında “Yaradıcı” və “Tanrı”dan da bəhs edir. Halbuki bunun sadəcə və sadəcə bir kamuflyaj metodu olduğu bəlli idi. Darvin gənc yaşlarından etibarən Yaradıcımızın varlığına inanmamış, lakin ailəsidən və ətrafından əks-reaksiya görməmək üçün ateist fikirlərini özünə saxlamışdı. Araşdırmaçılara əsasən, Darvinin öz inancsızlığını gizlətməsinin iki başlıca səbəbi var idi. Birincisi, Darvin öz çevrəsini incitməmək, xüsusilə də, həyat yoldaşı və dindar xristian olan Emmanın hisslərinə toxunmamaq üçün bu yolu seçmişdi. Darvinlə evləndikdən qısa müddət sonra onun inancsız olduğunu öyrənən Emma necə məyus olduğunu və “Çarlzla sonsuza qədər birlikdə olmayacağı”na görə necə bədbəxt olduğunu yazırdı.

    Şübhə yoxdur ki, Emma Darvinin “dindarlaşmasına” təsir göstərmişdi. Lakin Darvinin Allahdan bəhs etməsinə təsir edən ən əsas ikinci faktor var idi. Darvin öz dövründəki bir çox materialistin tənqidlərə necə tuş gəldiklərini bilirdi. Bunlardan biri 1844-cü ildə təkamül haqqında kitabı nəşr olunmuş Robert Çembers idi ki, hətta sözügedən kitabında dəfələrlə “Tanrı”dan bəhs etməsinə baxmayaraq, kütləvi şəkildə tənqidə uğramış və bir materialist kimi qələmə verilmişdi. Darvin isə mübahisələri və tənqidləri sevməzdi. Çembersin kitabından qat-qat materialist olan öz kitabının gələcək nəşrlərini xilas etmək üçün inanmadığı Tanrını da öz nəzəriyyəsi ilə uzlaşdırmalı oldu. Darvinin sadəcə ətrafından reaksiya toplamamaq üçün ateist görüşlərini gizlətdiyini neodarvinizmin qurucularından olan məşhur təkamülçü Ernst Meyr belə dilə gətirir:

    “Darvinin 1836-39-cu illərdə, Maltusun yazılarını oxumazdan öncə inancını itirdiyi aşkardır. Dostlarının və arvadının hisslərinə toxunmamaq üçün nəşrlərində daha çox Allahın varlığına inanan üslubdan istifadə etmişdir. Lakin qeyd dəftərçəsindəki ifadələrin bir çoxu materialist olduğuna işarə edir”.

    Elə bu ifadələrdən birini də Darvinin 1876-cı il tarixli məktublarından birində asanlıqla görmək olar:

    “Mən “Allahsız” adlandırılmağa layiqəm. Bu nəticə, xatırladığım qədərilə, “Növlərin Mənşəyi”ni yazdığım vaxt beynimdə özünə güclü şəkildə yer tapmağa başladı”.

    Gördüyümüz kimi, rəsmi və publisistik pərdəni qaldırıb Darvinin şəxsi görüş bucağına nəzər saldığımız zaman, bəzilərinin göstərmək istədiyinin əksinə, Darvinin dinlə yaxından-uzaqdan əlaqəli olmadığı görünür. Hətta daha da səmimi olduğu və çəkinmədiyi dostlarıyla ünsiyyətdə olarkən öz “Növlərin Mənşəyi” kitabına “şeytanın İncili” deyə xitab edir, təbii seçmə prosesini də “mənim ilahım” adlandırardı. Bu gün Darvinin sanki inanclı imiş kimi göstərilməsinin yeganə səbəbi isə təkamül nəzəriyyəsini geniş xalq kütlələrinə, xüsusilə də, Şərqə qəbul etdirmək siyasətindən başqa bir şey deyil.

    Əslində, Darvinin inancsızlığı özünü hər cəhətdən büruzə verir: “Növlərin Mənşəyi”nə qədər sanki yuxu rejimində olan materialistlər kitabın çapından sonra həyəcanla oyandılar. Marks, Engels, Nitsşe, Freyd kimi darvinistlər hamısı 20-ci əsr ateizminə təkan vermiş adlar arasında sayıla bilər. Kommunist diktatorlardan milyonlarla insanın qanı əllərində olan Stalin, Lenin və Mao kimi ateistlər də Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqlarını hər fürsətdə dilə gətirərdilər. Elə adı sadalanan və uzun siyahısı tutula biləcək şəxslər idi ki, 20-ci əsrdə müharibələrə, kütləvi qətliamlara, əxlaqi degenerasiyaya, irqçilik və istismar siyasətinə, qadınların aşağı sinif kimi qəbul edilməsinə dair “nəzəriyyə və metodologiya”larını irəli sürərkən Darvindən miras aldıqları “güclülərin zəifləri əzməsi” şüarını əllərində bayraq etmişdilər.

    Ələlxüsus, sosial darvinizm adı altında tətbiq edilən “praktiki darvinizm” neçə-neçə xalqların istismarına, zəncilərin, türklərin və ümumiyyətlə, qərbli olmayanların aşağı irq kimi qəbul edilməsinə, xəstə və şikəstlərin sıradan çıxarılmasına və hələ pərdə arxasında duran, tarixə əks olunmuş və olunmamış nə cür vəhşiliklərə birbaşa səbəbkar oldu.

    Dinin bəşəriyyətə aşıladığı “şərəfli insan” həqiqətindən uzaqlaşıb insanı öz istəklərini təmin etmək üçün mübarizə aparan eqoist heyvan növünə çevirən bu ideologiyaya təslim olmuş cəmiyyətlər elə bu günə qədər təslimiyyətlərinin əziyyətini çəkməkdədirlər. Səbəbini isə özü də təkamülçü olan Uilyam Pruvayn belə etiraf edir:

    Darvinizm beş nəticəyə gətirir və bunları Darvinin özü də yaxşı bilirdi: 1) Heç bir tanrının varlığına ehtiyac yoxdur; 2) Ölümdən sonra həyat yoxdur; 3) Əxlaqi dəyərlərin heç bir mütləq təməli yoxdur; 4) Həyatın heç bir mütləq mənası yoxdur; 5) İnsanın azad iradəsi yoxdur.

    Belə bir fikir sisteminin məngənəsində qalmış xalqın hər cür milli-mənəvi dəyərləri məcburən tərk edəcəyi açıqdır. Bundan ötrü də, milli-mənəvi dəyərlərin və əxlaq normalarının qorunub-saxlanması üçün təkamül nəzəriyyəsinin təhsili və təbliğatı yolverilməzdir. Bura qədər incələdiyimiz, məhdud sayda detala və sitatlara yer ayıra bildiyimiz həqiqətlər göstərir ki, Darvin də, darvinizm də bu gün bizə “bəzədilərək” göstərildiyindən çox fərqlidir. Xalqın və xalqı məlumatlandıran kütləvi informasiya vasitələrinin də bundan agah və buna qarşı ayıq-sayıq olması gərəkdir.

    Rafət Əlizadə

  • İslam qardaşı qardaşa qırdırmaz…

    11872910_875280205891553_1278019793_n

    Ərəb dünyası, bəlkə də, monqol işğalından bu yana ən böyük iğtişaşlarından birini yaşayır. Bu dəfə iğtişaşların baş aktyoru ərəblərin özüdür. Ramazan ayı müsəlmanların bir-birinə yaxınlaşdığı ay olduğu halda Yəmən Ramazan ayına 24 saat qalmış baş verən dörd ayrı terror aktı ilə girdi. Ramazan ayı ərəfəsində meydana gələn hücumlar bir müsəlmanın özünü ən təhlükəsiz hiss etməli olduğu yerdə – məscidlərin qarşısında baş verdi. Ramazanda müsəlmanların yaşadığı çətinliklər yalnız məscidlərdə partlayan bombalarla məhdud deyil. Bir çox müsəlman ölkəsində insanlar aclıq və ölüm təhlükəsi ilə həyatda qalmağa çalışırlar. Üstəlik, bu cür çətin vəziyyətdə bir də özü ilə eyni vəziyyətdə olan başqa bir müsəlman qardaşı ilə vuruşur. Aralarındakı yeganə fərq inanclarıdır. Əslində, ikisi də müsəlman olduğunu deyir. Eyni Allaha, eyni kitaba, eyni peyğəmbərlərə inanırlar. Qiblələri də birdir. Eyni istiqamətə yönəlib, eyni şəkildə namaz qılırlar. Bəs necə olur ki, məscidə ibadət üçün gedən qardaşlarını qətl edəcək qədər qəddarlaşırlar?
    Düzgün həll yolu problemlərin dəqiq müəyyən edilməsi ilə mümkündür. İslam ölkələrindəki bu vəziyyətin bir çox siyasi və ictimai amillər olmaqla iki əsas səbəbi var: müsəlmanların öz aralarında ittifaq qurmaması və İslamın Quranda yeri olmayan dəyərlərlə eyniləşdirilərək yaşanması. Bu da yanlış bilinən İslamdır. Bu gün müsəlmanların yaşadığı bir çox ölkədə hakim olan bu yanlış İslam anlayışında demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Bu dinin adı İslam deyil, xurafatdır. Şiə də, sünni də eyni batil dini müdafiə edir: “Sənin fikrinlə razı deyiləm! Ya mənimkini qəbul et, ya da yox ol!”
    Xüsusilə son dövrlərdə bu xurafatçı anlayış İslam dini kimi adlanmağa başladı. Bəzi çevrələr xurafat dininə İslam adını qoydular. Xurafata qarşı olan qorxularını İslama yönəltdilər və beləliklə, İslam düşmənçiliyi yayıldı. İnsanlar qorxularının İslamdan deyil, xurafatdan qaynaqlandığının fərqində belə olmadılar. Xurafatçıların yaratdığı dinin İslam adına ortaya çıxdığını görmədilər. Çünki heç kəs onlara İslamın bu olmadığını izah etməyib. Nə İslam adına ortaya çıxan sünni və şiə radikallar, nə də bu radikallardan qorxan islamofoblar həqiqi İslamın xurafat, qorxunc, sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını göstərə bildi.
    İslam dininin radikalları bütün dünyaya, ən çox da müsəlmanlara zərər verməyə başladı. Bu gün Yəməndə, İraqda, Əfqanıstanda, Misirdə və Liviyada baş verənlərin səbəbi budur.
    “Mülayim İslam” ifadəsi də bu səbəbdən ortaya atıldı və radikalların vəhşiliyinə qarşı mübarizə aparan müsəlmanlar “mülayim müsəlman” olaraq adlanmağa başlandı. İslam əleyhinə səslər mülayim İslamın tərəfdarlarını təqdir etdilər, amma radikallara qarşı onları gücsüz gördülər. Onların yanlış inanclarına görə, fanatiklərin müdafiə etdiyi din həqiqi İslamdır və mülayim olanlar tərəfindən yumşaldılmağa çalışılır (İslamı bütün bu bənzətmələrdən tənzih edirəm). Hətta buna İslamda islahat, mülayim İslam tərəfdarlarına da reformist dedilər. Halbuki bu, bir islahat deyil. İslamın Peyğəmbərimiz (əs) dövründə olduğu kimi yaşanması tələbidir. İslam dininə sonradan əlavə olunan bütün xurafatların tərk edilməsi və səhabə dövründəki İslama geri qayıdılması üçün səy göstərilməsidir.
    Həqiqi müsəlmanlar illərdir İslam adı altında dünyaya yayılan yalanları elmlə yox etməyə, Qurandan dəlillərlə İslamın həqiqətini göstərməyə çalışırlar. Məqsədləri illərdir İslam adına ortaya çıxan radikalizmi, fanatizmi, xurafatı və İslamla əlaqəsi olmayan xurafat dinini ortadan qaldırmaq və xurafatçılar tərəfindən İslama qarşı atılmış ən böyük böhtana son qoymaqdır.
    İslamın adı xurafatdan xilas edildiyi gün müsəlmanların da ağrılı-acılı, qanlı və səfalət içindəki çətin vəziyyətdən xilas olduqları gün olacaq. Qadınlar rahat, təhlükəsiz, sərbəst gəzərkən çəkinmədən: “Mən müsəlmanam”, -deyə biləcək. Ölkələr abad, təmiz, estetik, təhlükəsiz yerlərə çevriləcək, insanları sevgi dolu, mərhəmətli, elmli, keyfiyyətli, modern olmaqla İslamı ən gözəl şəkildə yaşaya biləcəklər.

    Ülviyyə Əlizadə

  • Sizi xoşbəxt edən dünya deyil, Allahdır

    nerminxanim

    Bəzi insanlar düşünürlər ki, xoşbəxt olmaq üçün bəzi şərtlər mütləq yerinə yetməlidir: rahat ev, gözəl ailə, yaxşı təhsil, yüksək gəliri olan maaş və s. Bu saydıqlarımı əldə etməyə çalışmaq, əlbəttə ki, çox normaldır və bu şeyləri də istəmək hər bir insanın haqqıdır. Ancaq bunları xoşbəxt olmaq üçün həyat amalına çevirmək doğru deyil. Bir qrup insanlar vardır ki, çıxış yolunu, yəni xoşbəxt olmağın yolunu ölkəsini tərk edib xaricdə yaşamaqda görür…
    Son zamanlar xaricdə həyatını davam etdirmək istəyi, xüsusilə, gənclər arasında dəb olan mövzulardan biridir. Orta məktəbi, yaxud da ali məktəbi qurtaran bəzi gənclər müəyyən səbəblərə görə öz ölkələrində yaşamaq istəmirlər, oxumaq, yaxud da təhsillərini davam etdirmək üçün xarici ölkələrə can atırlar. Əlbəttə, öz ixtisaslarına uyğun daha yaxşı təhsil müəssisələrində oxumaq gözəl istəkdir. Əgər belə bir imkan varsa, bu imkanı dəyərləndirmək həm insanın özü üçün, həm də aid olduğu ölkə üçün çox faydalıdır. Bəzi insanlar da var ki, kor-koranə, sadəcə istəyirlər ki, hər hansı bir ölkə tapıb “başlarını götürüb” qaçsınlar. Sanki gedəcəkləri o ölkə xoşbəxtlər ölkəsidir və gedib o ölkədən xoşbəxtlik nəsibini alacaqlar. Bəzən də həmin gənclər öz ölkəsini, həmvətənlərini bəyənmirlər. Mədəniyyətlərini, yaxud da insanları aşağı səviyyədə, geridə qalmış görürlər. Doğma cəmiyyətləri onları sıxır, baxdığı xarici filmlər onlarda o ölkələrə qarşı xüsusi rəğbət yaradır.
    Kinofilmlərdə, musiqi kliplərində göstərilən macəralar, dəbdəbəli həyat, xüsusilə, rahat və müstəqil həyat tərzləri insanların marağını cəlb edir. Bunu görən ali təhsilli gənclər belə hər nə bahasına olursa-olsun, hətta gedib o ölkələrdə süpürgəçi, satıcı kimi işləsələr də, buna can atırlar. Bu minvalla xoşbəxt olacaqlarını düşünürlər.
    Halbuki inkişaf etmiş həmin ölkələrdə belə insanların yaxşı həyat tərzi olanı da, pis olanı da var. Məsələn, 2013-cü ildə verilən açıqlamalara görə, ABŞ-da 45.3 milyon insan aclıqdan əziyyət çəkir. 2012-ci ildə isə aparılan araşdırmalara görə, ABŞ-da 467,000 insan isə heroin aludəçisidir və bu say hər gün daha da artır. 2010-cu ildə ABŞ-da intihardan ölənlərin ümumi sayı 38,364 olmuşdur.
    Dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri olan ABŞ haqqında bu faktları verməkdə məqsədim odur ki, bir ölkənin çox inkişaf etməsi, təhsilinin və həyat səviyyəsinin yüksək olması hər şey demək deyil. Hər şeydən öncə, biz insanıq, biz Allahın ruhunu daşıyırıq. Bizi xoşbəxt edən dünya deyil, nəinki Amerikanı, bütün dünyanı bir insana versən, o insanın imanı və Allah sevgisi yoxdursa, əsla xoşbəxt ola bilməz. Bizim ruhumuz imanla qidalanır. Allah bir Quran ayəsində belə buyurur:

    Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

    Beləliklə, insanların sırf xoşbəxt olması üçün başqa ölkəyə getməsinə ehtiyac yoxdur. Gedəcəyi ölkə haqqında araşdırma aparsalar, orda intihar edən, aclıqdan əziyyət çəkən, psixoloji problemləri olan nə qədər insanın olduğunu rahatlıqla görərlər. İnsanın həyatı Allahla gözəl olar, bir insan Allahı tanığı üçün rahat və qəlbində iman olduğu üçün də xoşbəxt olar. Allahın olduğu hər yer gözəldir, Allahın olmadığı heç bir yer yoxdur. İnsan iman gözü ilə baxarsa, səhər durandan yatana qədər Allahın ona nə qədər çox nemət bəxş etdiyini görər. Təsadüfən və dünyaya başıboş gəlmədiyini başa düşər. Dünyaya gəlmək məqsədinin Allahın rizasını qazanmaq olduğunu anlayar. Allahdan qorxduğu üçün hər kəsə gözəl əxlaq göstərər. Allahı tanımaq üçün daha çox elmlə məşğul olar və dünyanın müvəqqəti olduğunu dərk edib əsl yurdu axirət üçün çalışar. Bu cür düşünən insan, sözsüz ki, dünyanı da Cənnətə çevirmək üçün çalışar və istər sarayda yaşasın, istərsə da çadırda, dünyanın ən xoşbəxt insanı olar, inşaAllah.

    Nərmin Kərimzadə

  • Cəmiyyətdəki ikiayaqlı, homosapiens viruslarla mübarizə niyə çətindir?!

    11041661_10205003020335559_6794674678892182115_n

    Bu məqalədə söhbət bizim cəmiyyətdən getmir, ümumilikdə mədəniyyətin, əxlaqın, mənəviyyatın formalaşdığı, qədim tarixə malik deqradasiyaya uğrayan şərq cəmiyyətindən gedir (Yaponiya və Koreya cəmiyyəti istisna olmaqla).

    Biologiya, zoologiyada yeni virus növü aşkarlanmışdır, özlərini əsl bioloji virus kimi aparan cəmiyyətdəki ikiayaqlı, homosapiens virusları -“ali insanlar”… Belə viruslar da, cəmiyyətdə yeni xəstəlik yaratmışdır – “İnsanlıqdan çıxma”…

    Ən “kiçik mikroorqanizm” olan virusun ən qıribə cəhəti bilirsiniz nədir?!Onlar həm canlı, həm də cansız ola bilirlər, ikiayaqlı viruslarda da bu var, ikiüzlülük, gah guya “insan” olurlar, gah da əsl virus!

    Canlı olmadıqda, kristal hala düşürlər, qorunurlar, canlı hüceyrəyə çevriləndə, kristal forma dağılır və canlanır….

    Əsl virus kimi bu virusların digər canlılar kimi vücudu olmadığına görə yaşamaq üçün başqa canlılardan istifadə edirlər…. Virusun zülal örtüyü var ki, bu örtük sayəsində hüceyrələrə girə bilir… Bu zülal örtüyü ikiayaqlı viruslarda maska, girdiyi rollar, riyakarlıqdır… Virus öncə quyruq qismi ilə bakteriyaya (bakteriya rolunda oynayan insanlar) yapışır, sonra da fermentlərlə bakteriyanın divarını deşir (aldadıb beyin yuma, özünə tərəfdaş etmək, sui-istifadə) və virusun genetik kodları bakteriyanın içinə girir və onu yoluxdurur özü ilə. O bakteriya vasitəsilə xəstələndirir üçüncü tərəfi-qurbanını… Yəni A tərəf (ikiayaqlı virus) ya birbaşa C tərəfini (qurbanı), ya da B tərəfi (bakteriya) vasitəsilə xəstələndirir. Beləcə minlərlə, yüzlərlə qurbana, bakteriyaya öz prinsiplərini, arzularını, xoş olmayan niyyət, məqsədlərini yeridir və cəmiyyəti xəstələndirir… Lap xərçəng xəstəliyi kimi, sonra da bu xəstəlik metastaz verir, verir digər orqanlara, yoluxucu xəstəlik kimi yayılır, cəmiyyətdə regenirasiya prosesi gedir, cəmiyyətdəki “orqanizmlərdə” qopan və ya zərər görən hissəsinin yenidən yeni və daha sağlam hissə ilə bərpa edilməsi prosesi getsə də, bu cəmiyyəti bu xəstəlikdən tam sağaltmır, viruslardan, bakteriyalardan azad etmir və qurbanların sayını azaltmır… Çünki cəmiyyətdəki regenerasiya prosesi də hər bir orqanizmin təbii ehtiyacına uyğun olur…

    Beləcə viruslar bakteriya və qurbanların genetik koduna keçir, geninə təsir edir, gələcək nəsillərə ötürülür…

    Proses davam edir, virus yaşamaq üçün ehtiyac duyduğu enerjini təmine tmək üçün bakteriyadan istifadə etməyə başlayır… Bakteriyalar virusun genetik kodlarının artmasında böyük rol oynayır… Yəni bakteriya tipinə aid olan bakteriyalardan ikiayaqlı viruslar öz niyyətləri üçün nəyi var istifadə edir!

    Virus bu yolla sayını artırdıqca, bakteriyanı içdən parçalayır, sərbəst fəaliyyətə keçir! Məncə, bu proses Sizin hər birinizə çox gözəl tanış mənzərədir…

    Buna görə də virus və ikiayaqlı viruslarla mübarizə aparmaq olduqca, çətindir, amma mümkündür!

  • Biz elə cəmiyyətdə yaşayırıq ki… (son)

    11041661_10205003020335559_6794674678892182115_n

    Parklarda fontanı gec işə salırlar, işə salanda da, kaş işə salmaz olsunlar, onsuz da döşəməsi sürüşkən olan parklarımızda fontanın suyu bütün parkı sulayır, park ərazisi elə sürüşkən olur ki, nə yerimək olur, nə də sürünmək, qanad taxıb uçmalısan, ya da gəzmək, keçmək, istirahət etmək üçün gərək alternativ yollar seçəsən…
    İnsanlar arasında dələduzluq, yalan, mədəniyyətsizlik, xəyanət, tamahkarlıq, şorğözlük və həyasızlığın yüksəlmə tempi artmaqdadır…
    Yola öncə zebra və digər yol xətlərini çəkirlər, sonra üstündən yenidən asfalt çəkirlər, zebra və yol xətləri qalır alayarımçıq…
    Sosial şəbəkələri ancaq tanışlıq məqsədilə istifadə edirlər, milli öndə mobil nömrə hesabını ödəyən zaman ardınca növbə yaranır və hər kəs sənin ekranda görsənən nömrəni görməyə və telefonuna yazmağa çalışır…
    Bəzi kişilərin və qadınların ağlı iki ayağının arasına düşür, kimə gəldi paylayırlar olmayan namus və qeyrətlərini…
    Bəzi insanların məntiqi, hərəkəti, sözləri analoqu olmayandır, adekvat cavab verəndə də, elə bilirlər ki, ələ salırsan onları…
    Qadının ayrıldığını və ayrı, tək yaşadığını bilən kimi bəzi kişilərin gözlərinə işıq gəlir, başlayırlar özlərini sırımağa, sanki hərraca çıxarırlar özlərini, ya mehmanxanaya aparmaq istəyi olur, ya qadının ev ünvanı hökmən öyrənib, guya dost kimi qonaq gəlib, çay içmək istəyi, gah da öz evlərinə dəvət edirlər…
    Əsl dostluq və sevgi anlayışları o qədər dəyişib ki, mənəviyyatdan çox madiyyata bağlanıb…
    Bəzi dindar, siyasətçilər öz fikirlərini, qərarlarını başqalarına güclə sırımaq və ictimai asayişi pozmaq, ölkə qanunlarına zidd getməkdən də ehtiyat etmirlər…
    Artıq insanlar gərək bu gün və sabah nə, nə vaxt, harada, necə yeyəcəyini, nə, nə vaxt, harada, necə yatacağını, istirahət edəcəyini, nə, nə vaxt, harada, necə geyinəcəyini gərək ictimaiyyətlə məsləhətləşib, ictimai razılıq əldə edəndən sonra gerçəkləşdirsin, əks halda metalitet, din bayrağı altında başlayacaqlar onu qınamağa, belinə vedrə bağlamağa, el bir olub qınamağa…
    İnsanlar arasında bəhsəbəsdir, güdürük bir-birimizi, tendensiya, trendə çevrilmək istəyirik…
    O qədər insan olaraq dəyişmiş oluruq ki, özümüz özümüzü tanıya bilmirik…
    Şortda, dənizkənarında çəkilən şəkilləri öz səhifəndə paylaşanda, dərhal başlayırlar səviyyəsiz şərh, ismarıclar yazmağa, əxlaqsız, səviyyəsiz təkliflər etməyə, biqeyrət insanlarımızı insan saymıram, “üzlərinə tüpürmək” istəyirəm ancaq…
    Bəzi qadınlar loxlamağa və onu saxlayacaq kişi axtarır, tapır, bəzi kişilər isə loxlanmaq istəyir, bəziləri isə ancaq istənilən qadını yatağa salıb ehtiras, şəhvəti hisslərinin qurbanı olmaq istəyir…

  • Söz sahibinin kimliyidir “ZƏRRƏLƏR” antologiyası ilə bağlı incələmə

    r

    Akəm Xaqan, tənqidçi, şair-publisist

    “ZƏRRƏLƏR”antologiyasının ilkin təqdimatı maraqlı keçməklə yanaşı ətrafına xeyli adam toplaya bildi. Hansı ki, məndə də xoş ovqat yaradan tədbir kitabla daha yaxından tanış olmaq, bu günki gəncliyin yaradıcılıq imkanlarını incələməklə xeyir-dua vermək marağımı artırdı.
    Əslində təqdim olunan yazıların səviyyəsi, dəyəri ilə daha çox önəmli olsa da bu layihənin hansı yöndə, tərtibatda və keyfiyyətdə təqdimatı bu günün oxucusu üçün maraq kəsb edir. Ən azından xərc çəkib aldığı “malın” bu günün imkanlarına uyğun xoş ovqat yaradan nümunəvi görünüşlü olmasını vacib sayır. Bu baxımdan antologiyanın üzlüyü, tikilişi, rəsimlərin görüntüsü o qədər də ürək açan olmaması naşırın peşəkar “fəallığı” olaraq göz önündədir. Hətta kitabda mündəricatın olmaması ilkin tanışlıq imkanlarını məhdudlaşdırmaqla kitabda kimlərin və hansı şeirlərlərin yer aldığını bilmək üçün bütün kitabı vərəqləmək məcburiyyətində qalırsan. (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ. “Qızım”

    http://s017.radikal.ru/i434/1507/fb/8c23dbff6930.jpg

    Yoldaşımla aramızdakı soyuqluğu qızım son günlərdə hiss etmişdi. Əslində, soyuqluğun səbəbini ikimiz də bilmirdik, sözlərimiz bir-birimizə xoş gəlmirdi. Ali təhsilli, yaşı qırxı keçmiş, həyat görmüş insanlardıq. On beş yaşlı qızımız olmasaydı, ailə xətrinə də olsa, savadımızın iki kəlmə sözü bir-birinin ardınca qoşub danışmağa gücü çatmazdı.
    Nişanlı olanda atam mənə bir kişinin ailədə rolunun nədən ibarət olduğunu uzun-uzadı, ata-oğul kimi yox, iki kişi kimi izah etmişdi. Ruhun şad olsun, ata! Səndən tez-tez eşitdiyim cümləni hələ də unuda bilmirəm. “ İnsan məişət həyatının məsuliyyətini daşımağa hazırdırsa, sevginin tükənməsinə şübhə ola bilməz”
    Qızımın anasına qarşı bugün sevginin qığılcımlarından söhbət gedə bilməzdi. İllər keçdikcə dərk elədik; nə o qadın kimi, nə də mən kişi kimi xoşbəxt ola bilmədik. Savaş həddinə çatan yersiz qısqanclıqlar sonralar bir-birimizdən uzaqlaşmağımıza səbəb oldu. (daha&helliip;)

  • Nigar Rəfibəylinin poeziya sevgisi, sevgi poeziyası

    ttr

    NİGAR RƏFİBƏYLİ – 100
    POEZİYA SEVGİSİ, SEVGİ POEZİYASI

    Orta məktəb illərində bizə çağdaş milli ədəbiyyatımızın bir neçə qadın şairini tanıtmışdılar: Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün və Hökumə Billuri. Bu sıralamada adı həmişə birinci çəkilən Nigar Rəfibəylinin o zaman nə tərcümeyi-halının ağır kədər qatını bilirdik, nə yaşının gənc çağlarında siyasi rejimin təzyiqlərinə, təqiblərinə məruz qaldığından, nə də mənsub olduğu nəslin, soy-kökün əsilzadəliyi ucbatından, millətinə sədaqəti üzündən çəkdiklərindən xəbərimiz vardı. Lakin şairin o vaxt əzbərlədiyimiz bir neçə şeiri bu poeziyanın mayasında, cövhərində dərin bir ağrının, dərdin, kədərin varlığından xəbər verirdi. Şairin misralarında məharətlə «gizlənən» kədər bu şeirlərin müəllifinin çəkilməz qəm yükü daşıdığını, hansısa nisgili, həsrəti illərlə qəlbində əzizlədiyini pıçıldayırdı. 80-ci illərdə unudulmaz bəstəkar Emin Sabitoğlunun şairin sözlərinə bəstələdiyi «Neyləyim» mahnısının çox sürətlə məşhurlaşması, Akif İslamzadənin yanıqlı səsi ilə bütün Azərbaycanı evbəev dolaşması, könülbəkönül fəth etməsi də bu həzin kədərin əsrarəngiz poetik ahəngi ilə bağlı idi. «Mən işıq qızıyam, işıq övladlı» deyən şairin fotoşəkillərində, portretlərində də işıqlı çöhrəsinin nurunu bir qədər də artıran xəfif təbəssümünün altında kölgədə qalmış bu kədəri sezmək olur. (daha&helliip;)

  • Mədəniyyətimiz – “mədəni niyyətimiz”

    11041661_10205003020335559_6794674678892182115_n

    Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır…

    Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir.

    Unutmayaq ki, ölkəmiz şərqdə ən demokratik, ən mədəni dövlətlərdən biri olub, qadın hüquqları, qadına hörmət, namus, qeyrət və əxlaq, özünə tənqidi yanaşmaq mövcud idi, nöqsanlarımızı düzəltməyə çalışırdıq, yaxşı insan olmağa, insanlara kömək etməyə çalışırdıq. Bəs indi necə olmuşuq biz insanlar, bu cəmiyyəti formalaşdıranlar…

    Hər şey insanın ilk növbədə, özündən, sonra kiçik dövlət olan ailəsindən başlayır. Seçimləri insan özü, özü üçün, sonra ailəsi və ailəsi üçün edir…

    İndiki mədəniyyətimizdə mədəniyyətdən, mədəni niyyətdən nə qalıb axı?

    Biz insanlar və cəmiyyətimizin üzvləri nadan olmağı, ələ salmağı, təhqir etməyi, söyüş söyməyi, təhsili “görüntü yaratmaq” və sadəcə əlinə “diplom almaq” üçün almağımız, həyatı və insanları pul, maddi meyarlar ilə ölçməyimiz də indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Təhsil insanın özünə lazımdır. Bir gün gələcək, nə sənin pulun, güclü dayağın-arxan olmayacaq bu dünyada, irəli getmək, zirvəyə qalxmaq, məqsəd və arzularına çatmaq üçün ancaq savadın, biliyin və iş təcrübən tələb olunacaqdır! O zaman savadlı insanlar olan seçim mərhələsində sən məğlub olacaqsan və başlayacaqsan, hər kəsi günahkar bilməyə! Halbuki günahkar özünsən!Çünki təhsil almaq, oxumaq əvəzinə, seriallara baxırdın, “qız tutmaq” və oğlan dostlarının yanında lovğalanmaq üçün qadın və qızlardan gözünü çəkmir, ağzının suyunu axıdırdın hər yerdə, “tutar qatıq, tutmaz ayran” prinsipi, “keyf elə, avaralan” devizi ilə, planşetdə, noutbookda porno sayt və videolar, aqressiv oyunlar oynamaqla, yaşayırdın həyatını… Səviyyəsizliyini göstərib təhqir, söyüş, qeyri-etik hərəkət və sözlərin vəhdəti səndə olurdu, sonra da başqalarını qınamağa başlayırdın, özünü təmizə çıxartmağa çalışırdın…Keçirdin tənqid etməyə səhiyyəmizi, təhsilimizi və s. sahələri, orada inkişafın olması üçün, o sahələrdə çalışanların gərək biliyi, savadı, bacarığı və iş təcrübəsi olsun, ən əsası isə ağılı, vicdanı, qəlbi və xoş niyyəti, mədəniyyəti…
    İctimai nəqliyyat vasitələrində oturmaq üçün yer üstündə dava, mübahisə, təhqirlər də indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Cavanıq deyə, hökmən yer verməliyik, düzdür, amma nə bilirsən, bəlkə mən ürək xəstəsiyəm, bəlkə hamiləyəm, bəlkə əməliyyatdan çıxmışam, bəlkə həkim ayaqüstə çox dayanmağa icazə vermir. Oturmamışdan qabaq üzərimə elan yapışdırmalıyam ki, niyə yer vermirəm… Hərdən elə adamlar yer üstündə dava edir ki, ona veriləcək yerə belə sığışmayacaq! Mən şəxsən kiməsə yer verəndə, insana baxıram, ancaq mədəni və ziyalı, bu yerə layiq insanlara verirəm yerimi… Seçimim düz olduğundan, əksər hallarda, yer verdiyim kimi dərhal başqa bir gənc mənə yer verir, qoymurlar ayaqüstə dayanım… Təşəkkürlər!
    Dəfələrlə görmüşəm, ictimai yerlərdə köməyə ehtiyacı olanlara kömək etmək əvəzinə video və foto çəkiliş edib qoyuruq sosial şəbəkələrə, hələ arsız-arsız şərhlər veririk, müzakirə edirik. Bu da bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    Qızların, qadınların əxlaqını “bakirəliliyi” ilə ölçürük, bakirə olmayana ad qoyuruq, əxlaqsız hesab edib, damğalar vururuq, halbuki dinimizdə belə bakirəlilik məsələsinə həssaslıqla yanaşılıb, boşanmış qadının ərə getməsi, bakirə olmayan qızların qınanılmaması tövsiyyə olunub (nə bilirsən, bəlkə qız vaxtında yıxılıb itirib bakirəliliyini, bəlkə zorlanıb, bəlkə ailəsi dağılıb və boşanıb), bakirə qız axtarırsınız evlənməyə, bakirə olmayanlara isə əxlaqsız təkliflər edirsiniz… Bunu da siz kişilər edirsiniz, nə bilirsiniz, bakirə saydığınız qız əslində hansı xasiyyət və əxlaqa malikdir?! Həqiqəti bilmədən və bilmək istəmədən insanlara qiymət vermək, onlara qarşı diskriminasiya etmək də indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    İctimai yerlərdə etik qaydalara riayət etməməyimiz, tənqid edənləri və nöqsanları deyənlərə rişxəndlə gülməyimiz, yazdığımız yazıları dərk etməməyimiz və düzgün qiymətləndirməməyimiz də səviyyəsiz, əxlaqsız olmağımızdan, tərbiyəsizliyimizdən, nadanlığmızdan və indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Sizi bu səviyyəniz qane edirsə, buyurun, yerinizdə sayın, paxıllayın, qısqanmağa davam edin. Ancaq unutmayın ki, söyüş söymək, təhqir etmək, qeybət etmək, insanın dalınca danışmaq, yalan danışmaq, şər atmaq, əxlaqsız təkliflər etmək böyük günahlardandır… Siz buna görə cəzanızı çəkəndə, bizlər şahid olacağıq Sizlərə…
    Nə dirilərə, nə ölülərə hörmət etməməyimiz, adət-ənənələrimizi deqradasiyaya uğratmağımız, ailəmiz olduğu yerdə, halalımızı qoyub, harama can atmağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    Kimsə öz biliyi, savadı, bacarığı və işgüzarlığı ilə irəli gedəndə, onda qüsur axtarmağımız, paxıllamağımız, yerimizdə sayarkən, cəhdlər etməyərkən, zəhmət və əməkdən, halaldan qaçıb, “Allahdan buyruq, ağzıma quyruq” devizi ilə təmbəl olmağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    Başqalarının pulunun məbləğini, evini, mebellərini, xoşbəxtliyinin sirrlərini, sevənlərinin sayını öyrənmək, burnumuz girməyən yerə başımızı soxmağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    Qapalı insanlara isə “qudurğan və özündən razı” damğasını vurub dalınca onu “Ağ yuyub qara sərməyimiz də” indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    İctimai yerlərə zibil atmağımız da, piyada keçidlərindən istifadə etməməyimiz də, yerə tüpürməyimiz, günəbaxan tumunu yeyib qabığını yerə tullamağımız, siqareti qadın və uşaqların yanında arsız-arsız çəkib, onların üzünə tüstüsünü verməyimiz, maşınlarımızdan zibili arxadan gələn maşının üzərinə atmağımız, yerə yıxılan və ya paltarını külək qaldıran zaman qadına kömək etmək əvəzinə, onu başdan ayağa acgözlüklə gözlərimizlə süzməyimiz, şəklini çəkib, başqa cür qələmə verməyimiz, geyimə görə insana qiymət verməyimiz, həyasızlığımız, istirahət yerlərində, parklarda özümüzü insan kimi apara bilməməyimiz də, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    Ardı var…

  • “Mədəniyyətimiz-mədəni niyyətimiz” (II hissə)

    11041661_10205003020335559_6794674678892182115_n

    Bu mövzuya o qədər aktual problemləri, müzakirə edilməli mövzuları salmaq olar ki… Amma ikinci hissəsini yazıb bu mövzunu tam bitirmək istəyirəm…

    – Nədənsə, cinsindən asılı olmayaraq aptekə vaxtından asılı olmayaraq, girib hamiləlik əleyhinə dərman, qoruyucu vasitə, hamiləlik testi alanda, həm aptekin işçiləri, həm də müştərilər bu alıcıya elə baxırlar ki, elə bil ki, alıcı yadplanetdən düşüb, kitabxanaya gəlib kitabxanadan kitab…əvəzinə, bistroff məhsulu götürmək istəyir, hələ üstəlik alıcını pərt etmək və borclu çıxartmaq istəyir və qınayırlar… Sanki biz bu cür məhsulları aptekdən deyil, başqa yerdən almalıyıq… Bu da bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – Arıq və gözəl bədən quruluşuna malik insanlara qulp qoymağımız, onlarda xəstəlik axtarmağımız, “qurdlu insan” damğasını vurmağımız, “Qızım, oğlum, niyə belə arıqsan, heç nə yemirsən, evdə səni ac saxlayırlar?! Bəlkə, xəstəsən, get həkimə.” Deyənlər hələ sənə başları çıxdı – çıxmadı xəstəliklər tapıb, diaqnozlar qoyurlar… Arıq olmağımız gözlərinə neçə girirlərsə, hələ bir soruşurlar ki, “Belə arıq qalmağının sirri nədir? Hansı pəhrizi saxlayırsan?” Soruşuram bu sualı verənlərdən, Sizə nə dəxli var, mənim arıq və ya kök olmağımdan?! Həkimsən?! Bu cür məntiqsiz və paxıllıq dolu sorğu-suallar, müdaxilələr də bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – Bəzi insanlarımız hələ o səviyyədə qalıblar ki, primitiv sual verməkdən çəkinmirlər: “Niyə saçını rəngləmirsən? Niyə şortik geyinirsən (geyinilən şortikin uzunluğu diz və dizdən aşağı olsa da)?, Niyə dırnağına lak qoymursan? Niyə qaşını alıb, nakolkalatmırsan? Niyə makiyaj etmirsən?”. Ay camaat, Allah məni elə yaradıb ki, təbiiliyim məni qane edir və süni olmaq istəmirəm! Heç dəxli var, xoşunuz belə gəlirsə, gündə saça bir rəng qoymaqdan, bir saş düzümü etməkdən, dırnağa lak etməkdən, nakolka qaşlardan, gedin öz üzərinizdə təcrübə keçin, məndən nə istəyirsiniz? Sanki bir zavoddur, hamı eyni cür etməlidir və eyni cür görsənməlidir, Barbi gəlinciyi kimi.. Bu kimi primitiv səviyyəmiz də, yerimizdə saymağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – İctimai yerlərdə gedərkən, səni uzun müddətdir tanıyan adam sənin yanında adam olanda, salam verməyib, özünü görməməzliyə qoymasını anlamıram, hələ üstəlik, onları görüb salam verəndə, salamına cavab verməyib, öz “mədəniyyəti”ni göstərənləri, özləri tək olmayanda, salamlaşmayanları, salamı eşitməzliyə qoyanları anlamıram. Onların məntiqinə qalsa, deməli salamlaşmaq üçün ictimai yerdə salamlaşan tərəflər tək olmalıdırlar?! Bu cür mədəniyyətsiz mədəniyyətinizin səviyyəsi Afrikada ağacda yaşayan meymunların səviyyəsindən də aşağıdır, adi etika qaydaları var, riayət etsəniz, “xəncərinizin daşı” düşməyəcək… Salam, Allahın adıdır. Özünün bu cür səviyyə və mədəniyyətsizliyini göstərənlərin bu hala gəlməsi də, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – Parklarda yaşıllığın suvarılmasına müsbət baxıram, amma təkcə yaşıllıq suvarılsın, daha piyada və maşın yolları, skamyalar, skamyada oturanlar, parkda gəzənlər, piyada səkisindən istifadə edənlər, maşınlar yox (konkret Sahil parkı və Filarmoniyaya gedən yoldakı park (İçərişəhər metrosunun yanındakı park)). Ay camaat yolunuz bu tərəfdən düşəndə, ya piyada və maşınlarınız üçün müvafiq suvarılma saatlarında ya alternativ yol axtarın, ya da ehtiyat üçün iki dəst paltar götürün özünüzlə, başdan ayağa çiməndə, işdə və ya evdə, paltarınızı dəyişə biləsiniz. Bir də ki, bu tərəflərə gələndə, ələxsus xanımlar, kabluk və ya dabanı sürüşkən ayaqqabı geyinməyin, çünki şpaqat və yıxılma və yerindəcə onurğa sütunlarının sınması və kəllə beyin travması, silkələnməsi diaqnozları ilə təmin ediləcəksiniz. Bu məntiqlə suyun təzyiqinə nəzarət etməyən park baxıcıları, bu tip səhvlər, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – Piyada üçün keçidlərdən istifadə etməyən qucağında körpəsi olan, kolyaskada uşağı olan, özü gəzə bilən və valideyninin əlindən tutan uşaqlarla olan valideynləri anlaya bilmirəm, özünüzün həyatınız cəhənnəmə ki, ölmək istəyirsiniz, özünüz bilərsiniz, uşaqlarınızın nə günahı var, bu qədər çətindir, yaşıl işığı gözləmək, yeraltı, yerüstü və zebra kimi keçidlərdən istifadə etmək? Tənbəlliyiniz uşağınızın təhlükəsizliyi və həyatından belə öndə gedən amildirmi?! (Sahil metrosunun yanında, bu hallar tez-tez təkrarlanır, halbuki orda həm zebra var, həm yeraltı keçid)… Bu cür məsuliyyətsiz, nadan piyadalar üçün yazıq “işıqforlarımız”da dilə gəlib, deyir ki, “Keçin, gözləyin!” Bundan artıq neyləsinlər, piyada keçidi yazısı vurdular, piyada üçün işıqlı, bəzəkli yol işarəsi qoydular, qanmadınız, yazıq işıqfor da dilə gəldi, yenə qanmayacaqsınız?! Qanmırsınızsa, elə ölün maşının altında! Bu cür məsuliyyətsizlik də, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – Gecə Bakının gözəlliyini yaşamaq yaxşıdır, əsasən də maşınla gedərkən, anlayıram, mən özüm də Bakını gecə olanda, qaranlıq çökərkən, işıqlandırılan zaman daha çox sevirəm, amma ay Bakının vurğunları, maşınınızla gecə gəzintiyə çıxmağınız, yolda maşınların az olması o demək deyil ki, maşını 200 km/saatla sürəsiniz və hökmən yolda küləyinizlə və ya maşınınızın özüylə kimisə və ya nəyisə vurasınız… Maşın sürmək mədəniyyətinin olmaması da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
    – Parkda oturarkən, kitab oxuyan, qulaqcıq taxıb musiqi dinləyənlərə, blaknotunda nəsə yazanlara vəhşicəsinə ya təəccüblə baxmağınızı anlamıram… Siz hansı planetdən enmisiniz ki, belə şeyləri görəndə təəccüb edirsiniz? Yəqin Sizin kimi insanlar əlinə ömründə kitab almayıb, alıb oxuduğu da, yəqin ancaq Kamasutra və o tərz kitablar olub, yəqin heç əlifbanı da bilmirsiniz və yazı da axırıncı dəfə nə vaxt yazdığınız yadınızdan çıxmışdır! Siz də mənim ki, o biriləri kimi insansınız, belə hallar görəndə, təəccüb etməyin, kənardan gülməli görsənir…
    – Ən gülməli tendensiya bilirsiniz nədir? Yolla gedəndə, sənə reklam vərəqələrin vermələri, mənə bir neçə də hazırlıq kurslarına (abituryent və magistraturaya hazırlıq) dəvət edən reklam vərəqələri verəndə, öz-özümə düşünürəm, bu komplimentdir ki, 30 – 32 yaşımda məni 18-24 yaşlı kimi qəbul edirlər, ya təhqirdir ki, mən bu yaşıma çatıb, təhsil aldığımı anlaya bilmirlər… Ən gülməli hal isə, mənim kimi, artıq çəkidən əziyyət çəkməyən, arıq insana arıqlamaq üçün pəhriz və arıqlama mərkəzinin reklam broşürünü verən oğlanla üz-üzə gəlmək idi, yəni bu cür broşüraları paylayanlar, haraları ilə düşünüb, özlərinə müştəri yığmağa çalışırlar? Günah onlarda deyil, onları küçələrə məlumat vermədən salanlardadır. Bir az marketinq, müştəri kontingentindən bu cür insanlarınıza məlumat verin ki, düzgün paylasınlar və nəticə əldə edəsiniz, mənim kimi digər şəxsləri də təhqir etməyəsiniz…
    – Qız görəndə, Binqo-bonqo kimi “qaşınan”, bir-birilərinin adını, telefon nömrəsini qışqıran klounları anlamıram… Əziyyət çəkməyin, mən keçəndə, qulağımda çox zaman qulaqcıq olur, nə adınızı, nə telefon nömrənizi eşidən deyiləm…
    – Bəzi nadanlara demək istəyirəm ki, 2015-ci ildir, etika anlayışı var, ölkənin qanunları və dölət strukturları var, bizim dinimiz İslam olsa da, toleyrant millətik, ölkəyik, konstitusiyaya görə din azadlığı var… Ölkəmiz dünyavi-demokratik dövlətdir, din dövlətdən ayrıdır! Bura Azərbaycandır, hansısa hakimiyyətində din olan dövlət deyildir!

  • ƏGƏR?ONDA!

    11041661_10205003020335559_6794674678892182115_n
    Xarici vətəndaşlar, xaricilərlə nigaha girmək istəyənlər üçün praktiki məsləhətlər

    Əgər əcnəbi vətəndaşı sevmişsinizsə, onunla ailə qurub, onunla bərabər onun vətəninə, digər ölkəyə köçmək niyyətindəsinizsə, o zaman bu praktiki məsləhətləri oxuyub, nəzərə almağı tövsiyyə edirəm. Yazımı işgüzar keyfiyyətlərimi, risk inzibatçı olmağımı nəzərə alıb, mövcud risklərə görə təsnifləşdirmişəm, “ən pis” halda, “ən yaxşı” halda, ssenari təhlilini aparmışam:

    1. Münasibətlərinizin ilkin mərhələsində və ya sevginizin başlanğıcında:

    Onun vətəni və adət ənənələri haqqında geniş ilkin məlumat əldə edin, mülki, cinayət qanunvericiliyi (Mülki, Cinayət, Ailə, Mənzil Məcəllələri, vətəndaşlıq haqqında qanun, miqrasiya ilə bağlı qanunvericilik) ilə tanış olun; (daha&helliip;)

  • Ülkər PİRİYEVA.”Bakı bütün şübhələrə tam cavab verdi”

    1425096966_ulkerxanim

    Bakı Avropanın ilk olimpiadasına ev sahibliyi etdi.

    Birinci Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunlar yüksək şəkildə təşkil edilib, idarə edildi.
    Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak etdi. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olundu. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq etdlər.
    Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olundu.
    Beləliklə, Sıralarında əlli doqquz Olimpiya qızıl medalının sahibi olan yüz əlli Olimpiya medalçısı “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak etdi. Birinci Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də oldu və Oyunlar 17 gün davam edib. Bu müddət ərzində 50 ölkədən olan 6 min idmançı medallar uğrunda mübarizə aparıb.
    Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Bu, idman və ümumilikdə infranstrukturun inkişafı istiqamətində böyük işdir. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir.
    Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur.
    Əslində, Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə təşkil olunmuşdu.
    İdman insanları fərqli düşünməyə və daha çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Bizim ölkəmizdə idman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq üçün bir vasitə kimi istifadə edilir. Eyni zamanda, Avropada da idman müxtəlif dövlətlər arasında qarşılıqlı anlaşma yaratmaq üçün bir vasitə kimi istifadə edilə bilər. Bu baxımdan Azərbaycanda baş tutan İlk Avropa Oyunları bütün keçmişdə olan ixtilafları bir kənara qoyub və bunun əvəzində daha yaxşı işləri önə çəkmək üçün unikal bir imkan yarada bilər. Eyni zamanda, bu Oyunlar idmançılara illərdir çəkdikləri əziyyətin, ağır zəhmətin bəhrəsini görmək, dünya şöhrətli idmançı olmaq arzularını reallaşdırmaq şansı Verdi.
    I Avropa Oyunları Azərbaycan üçün həm cari, həm də strateji gəlirlər vəd etmiş oldu. Nəticə etibarilə, özlüyündə bu layihə iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bu tərz beynəlxalq yarışlar ölkəmizin iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir.
    Avropa Oyunları iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaratmış oldu. Eyni zamanda fevralda devalvasiyaya uğrayan manatın sabitləşməsinə təkan verərək: “Oyunlar son aylar daha çox müzakirə olunan manatın stabilləşməsinə müsbət təsir göstərdi. Çünki Azərbaycana gələn turistlər bura xarici valyuta ilə gələrək və burada olduqları müddətdə həmin xarici valyutanı manata çevirdilər.
    Eyni zamanda ölkəmizin bank sektoru Avropa Oyunlarından gəlir əldə edən sahələrdən biri oldu. Belə ki, ölkəyə gələn turistlər plastik kartlardan istifadə edərək, bu da bank xidmətindən daha aktiv istifadə edilməsinə və bankların Avropa Oyunlarından gəlir əldə etməsinə səbəb oldu.
    Ölkəmizin bu yarışlardan digər qazancı da yeni infrastrukturun yaradılması ilə bağlıdır. Bu gün inşa edilən hər bir idman obyekti və hotellər sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Nəzərə alsaq ki, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının yarımfinalının və digər beynəlxalq oyunların keçirilməsi qərarı verilib, artıq bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq.
    Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi cəhətdən müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri də oldu. Yeni xərclər dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradaraq,digər tərəfdən də ölkəmizə gələcək turistlərin yalnız paytaxta deyil, eyni zamanda regionlara səfərlər etməsi və orada müxtəlif xidmətlərdən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyinə çevrildi. Oyunlar zamanı paytaxt və regionlardakı turizm obyektləri və restoranlar şəbəkələrinin aktiv fəaliyyət göstərməkləri və bu sahədən həm əhalinin, həm də dövlət büdcəsinin faydalandığı aydın görünür.
    Bir sözlə, Oyunların təşkilindən udan tərəf Azərbaycan və ölkə iqtisadiyyatı oldu.
    Təbii ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə bir çox istiqamətdə böyük faydalar əldə etdi. Siyasi baxımdan, Avropa oyunları Azərbaycanın beynəlxalq nüfuzunu artıraraq, bütün dünyanın diqqəti Azərbaycana yönəltdi ki, bu da ölkəyə özünü dünyaya təqdim etmək üçün bir imkan yaratdı. Şübhəsiz ki, dünyanın diqqətinin bu şəkildə Azərbaycana yönəlməsi gələcəkdə ölkəyə iqtisadi dividentlər də gətirəcək. İlk növbədə bu, Azərbaycana turistlərin marağını xeyli artırdı və hətta Avropa Oyunlarından sonrakı dövrdə də uzun zaman ölkə iqtisadiyyatının çıçəklənməsinə xidmət edəcək. Bundan əlavə, idmançılarla yanaşı bu Oyunları izləmək üçün Azərbaycana çoxlu sayda tamaşaçılar da gəldi. Təbii ki, bu da öz növbəsində ölkədə yerli biznesin inkişafına gələcəkdə öz töhfəsini daha yaxşı verəcək.
    Odlar Yurdu Can Azərbaycan!

    Ülkər Dəniz (Piriyeva) – Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bədii qiraətçi, Bakı Slavyan Universitetinin tələbəsi, genc xanım yazar

  • Təranə Turan RƏHİMLİ.”Qadın ürəyi qədər kövrək poeziya”

    teranexanim

    filologiya üzrə fəlsəfə doktoru, dosent,
    Prezident təqaüdçüsü

    Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. Onun ilk şeiri 1963-cü ildə çap olunub. “Ay həkim” adlı bu şeirin sayalı qədəmləri şairin o vaxtdan bu günədək nəşr olunan 23 kitabına, 130 elmi-publisistik məqaləsinə, 5 cildlik “Seçilmiş əsərləri”nə yol açıb. Hər yeni şeiri, hər təzə işıq üzü görən əsəri Firuzə Məmmədlini mötəbər oxucuya bir addım daha yaxınlaşdırıb. Şairin bəzən kövrək, bəzən sərt düşüncələrə köklənən, gah incə hisslər aşılayan, gah da qəti hökm kimi səslənən dərin məzmunlu poeziyası şeir-şeir boy atıb duyumlu ürəklərə nüfuz edib, estetik zövqləri oxşayıb. Beləcə, şair doğulan, şair taleyi yaşayan Firuzə Məmmədli ömrün bir-birini qovan günlərini, illərin ovqatını, ahəngini misra-misra sözlərə köçürüb. Taleyini ən vəfalı həmdəm bildiyi Sözə bağlayan şair söz dünyasının hər sınağında sınanıb, çətinində bərkiyib, bugünkü sənətkar əzminə yiyələnib:

    Çətininə çiyin verdim,
    Asanında sındım sözün.
    Yandım, bişdim ocağında
    Əhdim sözün, andım sözün.

    F.Məmmədli yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini vaxtında görüb-dəyərləndirən şairlərimizdəndir. O, sənətdə ilk, kövrək addımlarını atdığı 60-cı illərin, ilk şeir kitabı “Gümüşü damla” (1972) ilə şair “mən”ini təsdiqlədiyi 70-ci illərin, eləcə də sənətdə ən inamlı illər kimi qarşılayıb yola saldığı milli özünüdərk ərəfəsi və milli müstəqillik dönəminin – 80-90-cı illərin sosial-estetik problemlərini yaradıcılığında böyük məharətlə əks etdirmişdir. Şair poeziyasında xalqımızın ictimai həyatının bütün narahat məqamlarına, ağrılı günlərinə həssas sənətkar münasibəti bildirmişdir. 70-ci illərdə qələmə aldığı, 37-ci il repressiyasının qurbanlarına həsr etdiyi şeirdə F.Məmmədli Azərbaycanın yaşadığı faciəli tarixi yada salır. O, xalqın ən qüdrətli zəka sahiblərinin aradan götürülməsi, düşünən beyinlərin məhv edilməsi ilə stalinizmin amansız siyasətinin həyata keçirildiyinə, milləti başsız qoymaq, kiçiltmək, milli mənliyini yox etmək missiyasının yerinə yetirildiyinə işarə edir. Bu şeirdə şair heç bir repressiya qurbanının adını çəkmir, amma gözlərimiz önündə Hüseyn cavidin, Əhməd cavadın, Mikayıl Müşfiqin… və yüzlərlə böyük fədakar milli şəxsiyyətlərin əzəmətli siması canlanır:

    Bir xatakar əllə
    qara daş olub
    tulazlandılar
    yeddi dəryadan
    o yana.
    Sağlıqlarında
    döndülər
    qorxulu nağıla,
    qorxulu dastana…
    Bir xalqın başının
    ucalığıydı onlar –
    Xalqın ucalığını
    üzdülər bədənindən.
    Bir xalqın cavanlığı,
    qocalığıydı onlar –
    sürdülər vətənindən.

    “Şəhid məzarları” şeiri isə Azərbaycanın yaxın keçmişinin ovqatını mükəmməl şəkildə nümayiş etdirir. 90-cı illərdə xalqın milli mücadiləsi, emosiyası, erməni işğalçılarına qarşı müharibənin acı nəticələri bu şeirdə dolğun inikasını tapmışdır. “Şəhid məzarları qəbristan deyil” – deyən şair buranı “fəryadın saçını yolduğu”, “qanın çiçəklərə dolduğu” məkan kimi təsvir edir. Şairə görə bura elə məkandır ki, “Oğullar – başdaşı, qızlar – başdaşı”, “Ağrılar içində sızlar baş daşı”, “Şəhid məzarları… Güllər təzə-tər, Yaralar hələ də qan verir burda. Hələ də üzünü cırır dərd, kədər, Hələ də çiçəklər can verir burda”…”
    Çağdaş milli poeziyanın yaradıcıları cənub mövzusuna yüzlərlə şeirlər, onlarla poemalar həsr etmişlər. Ümumiyyətlə, 60-70-ci illər, eləcə də 80-ci illər ədəbiyyatında cənub həsrəti aparıcı mövzulardan biri olmuş, bu həsrət “o tay-bu taylı vətən”, “fəraq salan Araz”, “Xudafərin körpüsü”, “Heydərbaba”, “Təbriz dərdi”, “Savalan” və s. obrazlarda mükəmməl bədii ifadəsini tapmışdır. Həmin illərdə Firuzə Məmmədli də səsini müasirlərinin səsinə qatır, “Əsrin o tayı, bu tayı”, “Səslə məni”, “Sahillərin həsrəti” şeirləri ilə B.Azəroğlu, H.Bülluri, M.Gülgün, S.Tahir kimi qələmdaşlarının cənub harayına qoşulur:

    Bu qədər hicrana ürəkmi dözər?!
    Bacı qardaşıyla görüşməz məgər?!
    Təbrizi Bakıya qoşub bir səhər
    Danışıq xəttində, tel, səslə məni.

    “Səslə məni”

    Sərhədlər – yolumun sönmüş çırağı, –
    Ömür sərhədlərdə dolaşıb qalıb.
    Əsrin o tayına bir Araz yağıb –
    Əsrin bu tayında təlaşı qalıb.
    “Əsrin o tayı, bu tayı”

    Cana doyub sahillərin həsrəti,
    Üzə durub bu ayrılıq haçandı.
    Ümidləri yumruğunda gizlədib,
    Bu diş bizə gülə-gülə qıcandı.

    “Sahillərin həsrəti”

    F. Məmmədlinin özünəməxsus lirik-fəlsəfi üslubu var. Bu üslub milli poeziyada həm ənənəvi məktəbin, həm də eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Bu cəhətdən də F.Məmmədli şeiri bir tərəfdən Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti, dil sadəliyini, fikir aydınlığını özündə ehtiva edirsə, digər tərəfdən Rəsul Rza poeziyasının özünüdərkə səsləyən modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı şairin bütün yaradıcılıq nümunələrinə hopub, onun yaratdığı yeni ruhlu poeziyanın başlıca uğurunu təmin edir.
    F.Məmmədlinin sənətkar “mən”i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair “mən”i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır. Şairin lirik qəhrəmanının düşüncələr aləminə daxil olduqda bu poeziyanın rəngarəng mövzular “karvanı”na bir aparıcı mövzunun – humanizmin “sarbanlıq” etdiyini görürük. F.Məmmədlinin insanın psixoloji aləmi, fəlsəfi təfəkkürü, sevgisi, sevinci, kədəri, həyat, ölüm, dostluq, sədaqət, milli mənlik, dini etiqad və s. haqqında duyğuları əks etdirən lirikasında bütün mövzular humanizmdən qaynaqlanır, mənbəyini həssaslıq, paklıq, mənəvi saflıq, xeyirsevərlik kimi ülvi hisslərdən götürür. Həmin humanizmdən, ülvi hisslərdən doğan şair qayğıkeşliyi bu kimi poetik deyimlərdə sərgilənir: “Sən ki, cilvələnən bir kəpənəksən, Qonma çiçəklərə, toz dəyər sənə”, “Bu yolu özündən qabağa salma, səndən əvvəl gələn tapdaya bilər, Tapdaya-tapdaya toplaya bilər bu yolun dərdini, ağrılarını”, “Dünyanın başı üstündə atom bombası, O bombanın altında keçəsi yolu var bu uşağın”…
    Müdriklərin belə bir məşhur məntiqi qənaəti var: “Əsil insan ailəsini özündən artıq sevən, yaxşı insan vətənini ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti vətənindən artıq sevəndir.” F.Məmmədli poeziyasına diqqətlə nəzər saldıqda şairin ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən çox sevdiyini müşahidə edirik. Şairin vətən sevgisi ilkin mənbəyini doğulduğu yurddan, el-obadan alır, “Xaçmaz”, “Yurd yeri”, “Kəndimiz”, “Qızbənövşə”, “Pirbəhyə dağı” kimi onlarla şeirlərində boy atıb böyüyür:

    Sən adında mənaya bax, “can əxi”…
    “Əxi”lərin yadigarı Şamaxı,
    Bəlkə sənin bir parçandı canaxır…
    Bəlkə qopub nağıllardan kəndimiz.
    “Kəndimiz”
    Demirəm ki, odun daha istidir,
    Demirəm ki, suyun daha dadlıdır.
    Məni soyuq torpağın da isidir,
    Mənə acı küləyin də bal dadır.

    “Ata yurdum”

    Bu yurd sevgisi şairin poetik istedadı ilə birgə böyüyərək daha böyük sevgiyə – bütöv Azərbaycan sevgisinə qovuşur: “Bağrında tükənməz atəş qaynağı, adında “can” kimi şirin sözü var”. Sonra bu sevgi daha böyük vətən anlamına – türkçülüyə, Turançılığa üz tutub səslənir: “Dünya daşım, ocaq daşım, yurd daşım, Doğu, Batı türk elimə vətənmiş”, “Elə “cənnət” dediyimiz o diyar Türkiyəymiş, bilməmişik, ilahi”.
    “Xatın”, “Özbəkistan torpağı”, “Bu gün Daşkənd”, “Heykəl anası”, “Əfqanıstan”, “Ümidlər, inamlar”, “Çili ilin dörd fəslində”, “Fudzi”, “Mirvari yetirən qız” şeirlərində isə F.Məmmədlinin sevgisi bütün bəşəriyyətə ünvanlanıb. Həmin şeirlərdə o, dünya üçün narahatlıq hissi keçirir, itkin Çili vətənpərvərlərinin, əfqan millətinin, Xirosima-Naqasaki sakinlərinin taleyini düşünür. Bəşəriyyətin bütün bədbəxtliklərinin ən böyük səbəbi olan odlu və soyuq müharibələrə nifrət yağdırır:

    Göy üzünün ulduzları heyrətdə,
    Söz dodaqda, əl çənədə –
    qışlayıb.
    İnsandımı –
    bu adda, bu qeyrətdə,
    Barmağını öz məhvinə tuşlayıb.

    Leonardo da Vinçi rəssamlığı tamaşa etməklə anlaşılan poeziyaya, poeziyanı isə dinləməklə anlaşılan rəssamlığa bənzədirdi. F.Məmmədlinin poeziyası da insan duyğusunun süzgəcindən keçmiş təbiət qədər dolğun, incəsənət kimi unudulmaz təəssürat yaradır. Bu cəhət şairin təbiət lirikasında xüsusilə özünü aydın şəkildə biruzə verir. Anadilli poeziyamızda elə bir şair tapmaq mümkün deyil ki, təbiətə bir neçə şeir həsr etməsin. Yaradıcılığının mühüm bir qismini peyzac lirikası təşkil edən, “təbiət şairi” kimi tanınan şairlərimiz də olmuşdur. Firuzə Məmmədli təbiəti təkcə gözəl, faydalı olduğu üçün vəsf etmir, həm də insanın ən saf duyğularına görə təbiətə borclu olduğu üçün, onun xislətindəki təbiiliyin, saflığın təbiətdən gəldiyinə görə ona yüksək poetik dəyər verir. “Təbiətin qulağından sırğatək qızıl payız sallanır”, “İlk bahar… Həvəsim kəndə üz tutub, gedib çiçəkləri qarşılamağa”, “Ömrünə od düşsün, ay sazaq, sənin, Bahar fəslidir”, “Ətirindən kim məst olar, bilmərəm, bu güllərin gül sevinci mənimdir”, “Gilas budağından sallanıb elə şeh də nənnilənir belədən-belə”, “Nə gözəldir çiçəklərin mürgüsü, sarmaşığın çəpərlərdə hörgüsü”, “Yaşayıb dünyanın baharı boyu, bir yarpız ətrinə köçəcəyəm mən” kimi misralar şairin təbiətə sonsuz vurğunluğunun, sevgisinin izharıdır.
    Aşıq ədəbiyyatı nümunələrindən çağdaş müasir poeziyaya qədər anadilli şeirimizin çoxəsrlik inkişaf yolunda daim “təzə-tər qalan”, köhnəlib unudulmayan obrazlardan biri də Bənövşədir. Bu obrazın ən mükəmməl yaradıcısı Aşıq Qurbaniyə qədər və Aşıq Qurbanidən üzü bəri neçə-neçə sənətkar bənövşəni sevə-sevə vəsf edib. F.Məmmədlinin “Bənövşə”si də (sələflərində olduğu kimi!) “kövrək vücudunda” şairin çəkilməz ovqat yükünü daşıyır:

    Boynu bükükmüydü binadan-başdan?
    Ayrı düşmüşdümü yardan, yoldaşdan?
    Bəlkə də qaçıbmış bir qəlbidaşdan,
    Düşüb qar üstündə qara bənövşə.
    …Mən də sənin kimi qəlbidağlıyam,
    Nisgil soraqlıyam, qəm soraqlıyam.
    Bir sınıq taleyə elə bağlıyam,
    Çəkib varlığımı dara, bənövşə.

    Bir neçə il öncə “Haqqın işığına tapınan misralar” adlı məqalədə Firuzə Məmmədlinin adını dünyanın görkəmli qadın yazıçıları ilə bir sırada çəkmişdim. Məqsədim məhz “kişi nəhənglər kimi yazdığına” görə yox, dünyanı, həyatı daha incə, daha həssas qadın ürəyi, qadın hissiyyatı ilə duyub şeirə gətirdiyinə görə Firuzə Məmmədli yaradıcılığının üstünlüyünü nəzərə çatdırmaq idi. Bir vaxtlar bütün dünya ədəbi ictimaiyyətində maraqla qraşılanan, bütün xalqları cəlb edən əsərləriylə heyrət doğuran qadın yazıçılar Şarlotta Brontenin, Etel Lilian Voyniçin, Harriet Biçer Stounun, Suat Dərvişin sənətkar üstünlüyü kimi…

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Tozanaqlı şəhərim”

    sq

    Bir tanışımızın evi dağın başındadır. Ordan baxanda Bakının bütün dalanlarını belə görmək olar. Ora gedib çıxmaq başqa şəhərə gedib çıxmaqdan daha çox vaxt istəyir. Vaxt bir tərəfə qalsın, yolları gedəndə yediyin yemək beş dəqiqəyə həzmə gedir. Deyirlər, Bakının mərkəzindəki tozanaqdan, tüstüdən, çirkabdan, ən əsası, səs- küydən uzaq olmaq lazımdı. Lazımdır lazımdır da.
    Orucluq idi. Hətta həmin gecə qədr gecəsiydi. Hər axşam, hətta səhər belə pivə və digər spirtli içkilərdən istifadə edənlər, axşamlar kafedə səhərə qədər oxuyan müğənnilərlə deyib-gülənlər “ bu gün qədr gecəsidir , oyaq qalmalıyıq” deyib süfrə arxasına yığışdılar. Dua oxuyan kim, dindən bilib bilmədi danışan kim. Bu an yadıma bir məsəl düşdü. Bir qadın kişisinə deyir:
    -Orucluqda içmək olmaz.
    Kişi əvəzində qadına deyir:
    -Guya başqa vaxt içmək olar?
    -Yox da , indi heç olmaz.
    Kişi də etməyib tənbəllik qadına deyir:
    -Bilirsən fərq nədədir? Sən yüz il cəhənnəmdə yanacaqsan, mən yüz bir il. Yüzə dözən yüz birə də dözər.
    Indi bunlar da bir illərini azaltmaq üçün səhərə qədər oyaq qalacaqdılar. Təbii ki, qala bilsələr. Hərə bir tərəfdə oturub, oturduqları yerdə də mürgü vururdular. Oturuqlu olduqları üçün də oyaq sayılırdılar. Mən isə oruc tutmamışdım, nə də qədr gecəsi oyaq qalmalıyam deyib oturmamışdım. Sadəcə yuxusuzluqdan əziyyət çəkirdim. Bunları belə yuxu üçün inildəyən görəndə yadıma bir əhvalat düşdü.
    Novruz bayramı idi. Martın 20 dən 21 nə keçən gecə. Deyirlər il təhvil olan vaxt söyüd ağacı bir dəqiqəlik budaqlarını sallayır və həmin an ağacın yanında olsan, arzu tutursan və arzun həyata keçir. Yenə gündəlik həyatlarında Allahdan uzaq olanlar bu gün arzu tutub Allahdan həyata keçmələrini diləyirdilər. Daha doğrusu, diləmək üçün oyaq qalmışdılar ki, ağaca yetişsinlər, Allah bunları yuxuya vermişdi. Bütün ili yatdıqları üçün heyifsləndilər ki, arzuları həyata keçmədi.
    Hələ danışım evlərdən. Evlərin heç birinin hasarı yoxdu. Hamısı da bir -birinə yaxın. Birinin pəncərəsi digərinin eyvanına baxır. Birinin mətbəxi o birinin yataq otağına baxır. Nə isə, demək olar ki, hamısı bir- birinin evində yaşayır. Heç kəs evində xəlvət söz danışa bilməz. Mütləq o biri qonşu eşidir. Qonşunun yataq otağı bunların eyvanına baxır. Bütün gecə ər -arvad nə danışdılarsa, mən açıqca eşitdim. Bütün gələcək planlarını, sirlərini və daha özəllərini eşitdim. Qarşı tərəfdəki qonşu evinə təzə köçüb. Pəncərəsinin pərdəsi də yoxdu. Yan qonşunun səsini eşidirdimsə, onları canlı izləyirdim.
    Bir qonşu bişirdiyi yeməkdən bir boşqab o birinə aparır. O biri də qabı boş qaytarmaq olmaz deyib öz bişirdiyindən həmin qonşuya aparır. Hər qonşunun evində də ən azı yarım saat başqa qonşuların söhbəti gedir. Insan öz evində tək qala bilmir. Istədiyin qədər rahat geyinə də bilmirsən ki, indi kimsə gələcək.Diqqətimi də bir şey çəkdi ki, hər kəs də yalnız özünün xeyirxahlığından danışır. Anlayıram, bunlar hamısı xalqımızın mental dəyərlərindən gəlir. Ancaq mən evimə girib , qapını bağlayıb oturmağı daha üstün tuturam.
    At fermasından atın qaçıb, həyətə girib, maşının üstünə minib əcaib səslər çıxartması nə, dəmir tordan hazırlanmış hində toyuqların çıxardığı səslər nə, iki pişiyin boğuşmağı nə, çəyirtkələrin ciyiltisi nə. Nə ki nə. Ağcaqanad, mığmığa da qan iyinə gəlmişdilər. Bu da şəhərdən kənar, sakit həyat. Qurban olum Bakının mərkəzinin tozanağına.

  • Bütün kollektivimiz adından Ramazan Bayramınızı təbrik edirik..

    загружено

    Salam Əziz müsəlman bacı və qardaşlarımız. Sizi Tanrının rəhmət və bərəkətilə digərlərindən seçdiyi, üstün etdiyi ayın yekunlaşması -Müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Uca Yaradandan hər birimizə yaşadığımız dövr ərzində sağlam can, sağlam ruh, evlərimizə halal və bol ruzi, ailənizə xoşbəxtlik, evsizlərə ev, xəstələrə şəfa, dərdlilərə dəva, millətimizə və dövlətimizə birlik və yüksələn nüfuz, şəhidlərimizə və dünyasını dəyişənlərə rəhmət, qəlblərimizə mərhəmət, Qəlbimizə İlahi eşq, gözlərimizə İslam nuru diləyirəm… Bu ayda bütün Məkkənin ziyarəti arzusunda olanlara-o cümlədən özümə də Tanrıdan Hacı olmağı qismət etməyini arzu edirəm…Allaha əmanət olun..Bayramımız mübarək olsun…Ən əsası da İslamı təriqətlərə bölərək zəiflətmək istəyənlərə Allahdan Hİdayət arzulayıram…

  • Günel Emin FƏRHADQIZI.”Mədəniyyətimiz – “mədəni niyyətimiz””

    11041661_10205003020335559_6794674678892182115_n

    Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır…
    Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir.
    Unutmayaq ki, ölkəmiz şərqdə ən demokratik, ən mədəni dövlətlərdən biri olub, qadın hüquqları, qadına hörmət, namus, qeyrət və əxlaq, özünə tənqidi yanaşmaq mövcud idi, nöqsanlarımızı düzəltməyə çalışırdıq, yaxşı insan olmağa, insanlara kömək etməyə çalışırdıq. Bəs indi necə olmuşuq biz insanlar, bu cəmiyyəti formalaşdıranlar…
    Hər şey insanın ilk növbədə, özündən, sonra kiçik dövlət olan ailəsindən başlayır. Seçimləri insan özü, özü üçün, sonra ailəsi və ailəsi üçün edir… (daha&helliip;)

  • Günel Emin Fərhadqızı.”Bilirsən, nə istəyirəm?!”

    11041661_10205003020335559_6794674678892182115_n

    Bilmirsənsə, yazım, sən bil…
    İstəyirəm, bu dünyada insanlardan uzaq olmaq, yalnız qalmaq, sən və mən, ikimiz. Nə mobil telefon olsun, nə planşet, noutbuk, internet, unutsun bizi bir neçə günlük hamı… Yada düşməyək az müddətə olsa belə…
    İstəyirəm, təbiəti, meşələri, şəlaləni, çaya tullanmaq, şəlalənin altında dayanmaq, su yuyub aparsın məni aydınlıq dünyasına, ağaca çıxmaq, ordan meyvə dərib yemək, sənin üçün aşağıya atmaq, gur səslə qışqırmaq, sonra ağlamaq, göz yaşlarım bitincə, içdən dərin bir ah çəkmək, sonra heç nə olmamış kimi sənin gözlərinin içinə baxmaq, gülümsəmək…
    İstəyirəm, dağa çıxmaq, zirvəyə qalxmaq, yuxarıdan aşağıya baxıb, yaxşı insan olmağıma və həyatımda olanlara şükür etmək, düz zirvədə oturub quşların uçuşunu izləmək və onlara azad uçuşlarına görə qibtə etmək… Dağdakı müalicəvi otlardan dərmək, qurutmaq, çay dəmləyib içmək…
    İstəyirəm, sadəcə susaq, gözlərimiz danışsın, ürək döyüntülərimiz, təbiətin təbii səslərini qulaq asaq, həzz alaq, sonra məni qucaqlayıb deyəsən ki, “Bu yuxu deyil, yanımdasan…”
    İstəyirəm, mənə insanlardan, həyatdan danışıb məni tənqid edəsən, tərifləyənim çox olub, tənqid edənim az…
    İstəyirəm, həyat yolumdakı işığım, mayakım sən olasan… Fəxr edəsən uğurlarıma, irəli getdikcə, zirvəyə getdikcə mən, əlimdən bərk tutasan, buraxmayasan, yıxılmağa, büdrəməyə qoymayasan…
    İstəyirəm, keyfim olmayanda, üzümə məsum baxış və təbəssümünlə baxıb gülümsəyəsən, deyəsən ki, “Üzülmə, səninləyəm… Bu da ötüb keçəcək, sən güclüsən… Fikir vermə…”
    İstəyirəm, meşədə çadır quraq, od qalayaq, odun ətrafında oturub, istisində qızınaq, işığında bir-birimizə baxmaqdan doymayaq, başımı çiyninə qoyub sənə deyim: “Məni buraxma, məni tək qoyma, sənə ehtiyacım var… Çox sağ ol ki, həyatımdasan…”
    İstəyirəm, mən sənə inandığım kimi sən də mənə inanasan, qısqanclıq olmadan, mübahisə etmədən, dava-dalaş salmadan, şər atmadan, ittiham etmədən, vədlər vermədən, maraqlı, şən, real bir münasibətimiz olsun…
    İstəyirəm, dəniz kənarında olaq, yalın ayaqla qum üzərində gəzim, bərabərimdə -yanımda gəzəsən sən də, külək açıq qoyduğum saçlarımı dağıtsın, sənsə başıma əlinlə sığal çəkib, gözümə və üzümə düşən saçlarımı yığışdırasan… Sonra bir yerdə bardaş qurub oturmaq və sənə önümdə duran və mənə baxan simana baxmaq istəyirəm…Sonra birlikdə dənizə baxmaq, içdən rahatlanmaq, dəniz havasını udmaq və dənizin dalğalarına baxmaq…
    İstəyirəm, pis günümdə də, yaxşı günümdə də yanımda olasan, hər xəbəri sənlə paylaşım, sənsə mənə “Afərin və ya olar, olmaz” deyəsən….
    İstəyirəm, sənin olmaq və sənə tabe olmaq, azad ruhumu itirmədən sənlə birlikdə azad olmaq…

  • Истинным источником демократии являются пророки – посланники Аллаха

    zr

    Свобода, составляющая основу и повышающая уровень жизни человека, возможна лишь при установлении демократии, поскольку демократия – это способ управления, при котором соблюдаются социальная справедливость и равенство всех людей, права и свободы человека. Демократия – это благо, о котором Аллах через пророков гласит своим рабам в священных книгах. Во всех священных книгах говорится о свободе, любви, милосердии, справедливости, мирной среде, где каждый волен жить и свободно выражать свои мысли. Именно по этой причине Греция, в которой, как принято считать, впервые была установлена демократия, или страны Европы, которые в наше время считаются центром демократии, узнали о демократии из священных книг. Но самая совершенная форма демократии воцарится тогда, когда во всем мире установится мораль Ислама.
    Некоторые люди, не ведающие о морали Ислама или только ознакомившиеся с Исламом, имеют о нем неверное представление, поскольку изучают Ислам, руководствуясь недостоверными источниками. Эти люди без какого-либо на то основания предполагают, что Ислам ограничит их образ жизни, лишит их свободы, будет контролировать их мысли, ограничит науку и культуру. Тогда как Ислам является той религией, что предоставляет им свободу мысли, слова и вероисповедания, защищает все их права и обеспечивает людям истинную свободу. Так, в нижеследующем аяте Корана «Если тебя сочтут лжецом, то скажи: “Мне достанутся мои деяния, а вам – ваши деяния. Вы не причастны к тому, что я совершаю, а я не причастен к тому, что совершаете вы” (Сура «Йунус», 41)» Аллах велит своим рабам придерживаться демократии. В этом аяте ясно выражено значение неприменения к кому-либо давления и насилия, где все обладают свободой мысли и вероисповедания.
    (daha&helliip;)

  • Принцып секуляризма обуславливает формирование искренней веры

    zr

    “Наше государство является секулярным государством, однако мы отделены от религии”.
    Гейдар Алиев

    Как отражено в Конституции, Азербайджанская Республика является секулярным государством. Эта характеристика государства содержит в себе то, что в Азербайджанской Республике религия отделена от государства, иными словами, одно не вмешиваются в дела другого. В соответствии со статьей 7 Конституции Азербайджанской Республики, Азербайджан является секулярным государством. Характеристика Азербайджана, как секулярного государства, проявляется в ниже изложенных факторах:
    – Отсутствие какой-либо официально узаконенной религии
    – Никакая религия не в силе принудительно самоопределяться.
    – Отделение религии от государства
    – Равенство перед законом всех религиозных конфесси (daha&helliip;)

  • У терроризма нет религии

    zr

    Мы живем в период, когда жестокость и ненависть во всех частях Света стали обыденными явлениями. Каждый день мы узнает из новостей о кровопролитиях, имеющих место в различных точках Земли. И чаще всего жертвами этих жестокостей становятся невинные люди.
    Террористические акты во многих странах востока, еще раз показывают причину возникновения в мировой общественности темы «Ислам и терроризм». Однако всем известно, что Ислам – религия любви и мира, и согласно уставу Ислама, к каждому индивиду, независимо от его вероисповедания, нации, языка и идеологии, необходимо относиться с уважением, любовью и толерантностью. Тогда как же получается так, что на территории Исламских стран возникают жестокости, страдания и боль?
    Дело в том, что Исламские страны постоянно пытаются возложить ответственность на Запад, а Запад, в свою очередь, не пытается понять Ислам и Мусульман. Здесь то и происходят недопонимания и разногласия, отчего и невозможно найти решение возникающим проблемам. Между тем, этот круговорот жестокости и насилия не является односторонним. Отсюда вытекает вывод, что с этой глобальной проблемой одной стороне не справиться. (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Kimdir bu Şəhra?”

    10847025_711689035604766_75158618_n

    Yenə axşam düşdü. Öz ağırlığı ilə. Yatmaq vaxtıdır. Hər gecə eyni təlaş, əsəb, həyəcan. Ancaq özümüzü qorumağı bacarırıq artıq. Istəmədiyimiz nələrisə etmirik. Özümüzdə qəribə bir güc tapmışıq. Daha cəsur, daha qorxmaz olmuşuq. Çünki öz aləmimizdə güvəndiyimiz biri var. Ancaq öz aləmimizdə. Bir gün gecə evdən çıxsaq, güvənc yerimiz bizi darda qoymayacaq, bizə qucaq açacaq, qol-qanad gərəcək, bizi arxasınca arzuladığımız onlu gələcəyə aparacaq. Insan övladı nə qədər yanılarmış.Yanıldığını bilərək yalanlarla özünü ovudarmış. “O, məni tək qoymaz, arxamdı, dayağımdı, sabaha gedən yolumdu” deyər.
    OXUCU, sən insanlara inanma, güvənmə də. Hər zaman səni yolda qoyacaqlarına əmin ol. Mütləq belə olacaq. Güvəncin sarsacaq, həyatdan küsəcəksən. Insanlar gözündə bir böcək qədər dəyərli olmayacaqlar. Iyrənəcəksən hamısından. Diksinəcəksən. Hər kəs eyni düşüncədədir. Demədi demə. Bütün insanlar eyni düşünüb, eynicür hərəkət edirlər. Fərqli görünsələr belə. Hər biri göstəricidir, inanma heç birinə. Özləri olmağı bacarmadılar heç vaxt. Yalan vədlər, göstərişlər qanlarındadır. Bütün bədənlərində damarlarla süzülür yalanlar.
    OXUCU,bilirəm sən ona inanırsan. Sənə “ səni sevirəm” deyir- sevmir.”Sənsiz ölərəm” deyir -ölməyəcək sənsiz. Halbuki gözlərinin qarasına -fərq etməz hər harasına- çəkmişdi rəsmini.Hər yerdə sən vardın, sənsizlik yoxdu. Gələcəyə açılan böyük bir darvazadan əl- ələ tutub keçəcəkdiz. Elə demişdi, eləmi? Inanma, yalan deyir. Onun çiyinləri sənin kimi yükü daşıya bilməyəcək qədər zərifdi.
    Indi sən gecədən sübhədək tavanda bir nöqtə tutarsan, içində bir boşluq yaradarsan, o boşluqda olar bütün onlu, onsuz həyatın. Yerin elə tez dolar ki. Sənin bir yalanını bağışlamayacaq. Ancaq özü rahatlığı üçün müqəddəs sandıqlarına yalan andlar içəcək. Inanma ona. Kimsəyə. Ürəyində boş yer saxla. Hər zaman unutmağa hazır ol. Və yeni qapılar aç ömür səhifəndə. Demədi demə.

    Bəs o nə etdi? Mənim qəhrəmanım ŞƏHRA. Bu gündən bütün qadın qəhrəmanlarım ŞƏHRAdır. Adında da bir doğmalıq var. Bir anlaşma, bir birləşmə var. Adında bir yara var. Elə bu ad yaraladı onun həyatını. Yaraları açıldıqca açıldı, qanadıqca qanadı. Oldu qaysaqlanmamış açıq yara. Budur mənim qəhrəmanım. Hələ çox duyacaqsınız bu adı. Böyük- böyük əsərlərdə, kiçik hekayələrdə. Kimdir bu Şəhra? Tanımağa hazır olun. Həyat tərəfindən zorlanmış qadın.

  • Ədəbiyyatın Yeni Uğuru – “ZƏRRƏLƏR”

    10515052_1454147261518412_988404994_n

    …Hər bir işin arxasında böyük zəhmət, peşəkarlıq dayanır. Təbii ki, bu iş ədəbiyyatla bağlıdırsa, yəni, söz ədəbiyyatdan gedirsə, peşəkarlıqla yanaşı, məsuliyyət də ön planda olur. Bu zəhmətkeş insanlardan biri də istedadlı gənc xanım yazar, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü Gülnarə İsrafilqızıdır. Onun bu almanax üçün noyabr ayından başlayaraq, hardasa bir ilə yaxındır ki necə əziyyət çəkdiyinin, bir ana öz balası üçün necə narahat olursa, onun da bu almanax üzərində aylardır necə narahatçılıq hissi keçirdiyinin vətəndən kənarda da olsa canlı şahidiyəm. Əgər söhbət fərdi olsaydı, yəni, Gülnarə xanımın öz şeirlər kitabı olsaydı, bəlkə də bu qədər narahatlıq hissi keçirməzdi. Burada isə işin əsas tərəfi toplumdur. “Zərrələr” layihəsi çərçivəsində Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qrupundan olan şairlər-yazarlar iştirak edir. Bunlardan qələminə yaxşı bələd olduqlarım da az deyil. Misal olaraq Aybəniz Qafarlı, Gülnarə İsrafilqızının özü, Sərvər Kamranlı, İradə Əlili, Zeynəb Dərbəndli, Humay Abbas, Şahanə Müşfiq, Zamiq Mehdisoy və daha neçə şəxsi göstərmək olar. Belə olduğu halda isə, yuxarıda qeyd etdiyim kimi, iş olduqca çox məsuliyyət tələb edir.

    …Bilənlər bilir, bilməyənlərə də məlum olsun ki, Gülnarə xanım işinə can qoyan, həqiqətən də o işi çətinliyindən asılı olmayaraq özünə doğmalaşdıran xanımlardandır. Əlbəttə, bu da ədəbiyyatımıza, şeiriyyatımıza lazım olan bir gənclik nümunəsidir. Bütün çətinliklərə, narahatlıqlara baxmayaraq, şükürlər olsun ki, gözlədiyimiz kitab artıq əlimizdədir. Oxuculardan bəziləri səhvən anlaya bilərlər ki, mən burda layihə rəhbərini tərifləyirəm. Elə bu səbəbdən də bu yazını yazmışam. Əsla yox! Layihə rəhbərinə və məni tanıyan hər bir kəsə yaxşı məlumdur ki, yalançı tənqidlə və ya təriflə mənim işim olmaz. Ona görə də bu yazdığım fikirlərin hər biri nöqtəsinə, hərfinə, vergülünə qədər səmimiyyətlə dolu fikirlərimdir.

    …Arzu edərdim ki, ədəbiyyatımız adına, poeziyamız adına düşünülmüş, sağlam düşüncənin məhsulu olan bu almanax ədəbiyyatımızın yeni uğurları siyahısında olsun, düşərli olsun, kitabxanalarda, oxucular arasında sayılıb seçilən kitablar arasında olsun və gənclərimizin tutduqları bu poetik yolda uğurlarına yol açan təkanverici kitablardan olsun! Təbrik edirəm! Digər layihələrdə, almanaxlarda görüşmək ümidiylə!…

    Şair-Yazar

    İlkin ABBAS,
    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı

  • Şəhriyyə QƏZƏNFƏRQIZI Azər Rəşidoğlunun kitabı haqqında yazdı…

    sq

    Azər Rəşidoğlu-Xanlarov-həm qrup yoldaşım, həm də həmkarım. Azərlə tanışlığımız Yaradıcılıq fakültəsindən olub. Hər ikimiz dilçi olduğumuzdan maraqlı fikir mübadilələrimiz olur. İstər elmlə, istərsə də yaradıcılıqla bağlı. Azərin kitabı ilə bağlı tanışlığı bitirəndə sanki bu şeirlərlə nə vaxtsa rastlaşmışıq kimi gəldi mənə. Diqqətimi çəkən hallardan biri bu oldu ki, şeirlərin əksəriyyəti bir və ya iki bənddən ibarətdir. Sanki mövzu birmir. Şair tələsir şeir yazanda. Hər gənc şair kimi Azərin də şeirlərinin ana mövzusu sevgi, ayrilıqdır. Şair izahı, isbatı olmayan bu hislərə tərif belə verir.
    (daha&helliip;)

  • Hikmət MƏLİKZADƏ.”İsa Məsih: Müqəddəs Üçlüyün kod açılışı”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Müqəddəsliyin tipik xarakteri ruhi gerçəkləri Allah hikmətində real təfsir etmək bacarığı ilə açılır. Adəmdən üzü bəri bu müstəvidə yalnız bir neçə İNSAN duruş gətirə bilib ki, onlardan da ən Alisi İsa Məsihdir. Lakin İsanın Allah-İnsan olması 2 min ildir bəşəriyyəti fərqli qənaətlərlə üz-üzə qoyub: xristian dünyası bu amilə real yanaşır, islam ənənəçiliyi bunu mümkünsüz sayır. Beləcə, əsrlərdir İsanın Allah-İnsan surətləri çək-çevirlərə məruzdur.
    İsa Məsihin Davud sülaləsinin varisi olduğu bildirilir. Əslində Davud da İbrahim oğludur, demək İsa birinci olaraq İbrahimin varisidir: yəhudilərin Padşahı, Allah oğlu, sonucda Allahdır. Maraqlıdır ki, O, cah-cəlallı, gülüstan kimi bir yerdə deyil, pəyədə doğulub və onu ilk salamlamağa gələnlər də məhz sadə insanlar – çobanlar və münəccimlər olub. Belə çıxır ki, sadəlik İsanın həyat amalıdır. (daha&helliip;)

  • ANARIN “GÖZ MUNCUĞU” POVESTİ ƏSRİN NƏSRİ KONTEKSTİNDƏ

    t

    Dos.dr. Təranə TURAN RƏHİMLİ, DGTYB Məsləhət Konseyinin üzvü

    Müstəqil yaradıcılıq mövqeyinin, sənətkar azadlığının israrla müdafiəsi, onun hər cür diktaturadan uzaqlığının inikası və ən əsası, bədiiliyin bütün meyarların fövqündə dayandığıına yazıçı inamının ifadəsi Anar nəsrinin ən səviyyəvi xüsusiyyətlərindəndir. “Gözmuncuğu” povesti də məhz bu sənət amalına sədaqəti ilə seçilir, hələ ilk əsərlərində azad yazıçı mövqeyini aşkar ifadə edən (XX yüzilin 60-cı illərində bu nə qədər çətin olsa da!), sənətə yalnız bədiilik, estetizm prizmasından baxan qətiyyətli bir nasirin zamana, insanlığa yeni sözü kimi diqqəti çəkir. Oxucu əsərin ilk sətirlərindən yazıçı həqiqətinə inanmağa başlayır. Əsərin hələ epiqrafından bəlli olur ki, sənət Həqiqəti bütün həqiqətlərdən yüksəkdə dayanır. (daha&helliip;)

  • Günel NAZİM.”Hamurapi olsaydı” (Köşə yazısı)

    gn

    Balaca bir otagin içində oturub düşünürəm, qəlbim çağlayir, beynimdən isə sözlər axıb masama tökülür. Amma hardan başlayıb, hardan yazım? Kompüterin “bağla” düyməsini basıb pəncərədən kənara baxıram… Qarşıdakı hündür binalar, sağdakı körpü, soldakı park… Mənə heç nə xatırlatmır. hələ şütüyən maşınlarin səslərindən, svetoforun yaşıl işığı yanmamış öndə olan maşın üçün siqnal vermələrindən söz açmaq istəmirəm. Fikrimi toplaya bilmirəm…
    … Hə, bax ele burdan başlasam yaxşıdır.İnsanlar “qara qızıl ” dır. indi siz seçin qara kim, qızıl kim. Bəlkə də xəzinə. Bağlı qutu. Açmağı bacaran yalnız xəzinəyə sahib olar.
    Bir neçə gün öncə “dünya ” ilə əlaqəmi kəsib dənizə qaçdım. Səhər saat 6 idi. Ora çatdıqdan sonra anladım ki, ev və kitablar mənim əlaqəsizliyimin tek səbəbidir. Məndən başqa hamı oyaq imiş amma məndən fərqli olaraq hamı “əkizləşmişdi”. Evə dönüb Orhan Pamukla, Dostoyevskiylə dərdləşirim. Düşündüm ki, hər şey belə zamansa fərqli olsaydı nə olardı? Hamurapi Qız qalasına salnamə yandırardı məncə. 1990ci ildə qan axıdılmazdi o salname yazilmis qala indi bizim “Amasiyada” mərkəzə qoyulardi. Hündür binaları taxıl zəmiləri. Avtomobilləri atlar evez ederdi. Cinayətin sayı azalardı. Boşanma olmazdı. Bu gunki nece cildlik kansutusiyaya ehtiyac olmazdı… Konstitusiyada maddələr çoxaldıqca insanlarımızın törətdiyi cinayətə layiq işlərdə çoxalır deməkdir. Ölüm hökmünü boynunda gəzdirən insanlarla bəlkə salamlaşırıq, tanışıq ona görə… Birde deyirəm ki, Hamurapi salam olsun sene… Kaş “Türkbaycan ” dəyişərdi.Amma düşünürəm Hamurapi yox oğlu Samsuili bele “Türküstan” qura bilməzdi… Bu dəyişiklik asanlıqla əldə edilməzdi əlbəttə. Mərtəbəsine toxunmadan təməli deyişdirilən bina gördünüzmü heç? Az çoxda olsa “Misir” yaranardı amma” qullarımız” artardı. Eh ne olur olsun qızılımız çox olsun deye düşünərdik yenə ferq etmez ağ ya qara… Axı vərdiş halını alıb bizdə qabmıza qoyulanla yetinib şükr etmək.
    Fikirlərimi burda toplasam yaxşıdır. Dərdin sonu yoxdur dərdləşməyinse bir nöqtesi olmalıdır, mən istəsəm də istəməsəm də.
    inci bir saflığı varsa da suda
    artıq içində dərd verir o da…

  • Qəşəm NƏCƏFZADƏ ŞƏFA VƏLİNİN ŞEİRLƏRİ HAQQINDA

    sv

    Şəfa Vəli yaddaşımda, təsəvvürümdə həmişə Gəncədən-Bakıya gələn və daim yol üstə olan şair kimidir. Bir az keçir, o zəng edəcək, “Qəşəm müəllim, az qalıb Bakıya, Hacıqabuldayam” və hər dəfə nədənsə Şəfa Vəli elə Hacıqabulda olmalı imiş… Gəncə – Bakı arasında Hacıqabul çox maraqlı yerdi. Ötən əsrin 1980-ci illəri… Gəncə. Arıq, uzun saçlı dəli bir oğlan, şair-mən. Tələbəyəm. Universitetdə uzun saç saxlamağa icazə vermirlər. Amma mənim saçlarımın “arayış”ı var. C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Məcnun rolunu oynamalıyam. Onda Şəfa yox idi, hardasa, hansısa enerjinin bətnində yer kürəsinə yol gəlirdi Şəfa. Hələ yerə çatmağına 8 il vardı. O gün oxuyuram, həmin teatrda Şəfanın “Bəyaz ölüm” pyesi tamaşaya qoyulub. Çox təsirləndim, yadıma 21 yaşım düşdü, o vaxt biz heç yaxşı tamaşaçı deyildik, nəinki pyes müəllifi olaq. “Gəncə” sözünü Şəfa Vəli kimi gözəl tələffüz edən ikinci şair tanımıram. O qədər şirin deyir “Gəncə” sözünı, elə bil “Göyçə” deyir. Göyçə deyəndə Gəncə kimi başa düşülür. Dili o qədər şirindir Şəfanın. Xan bağı, Gəncə çayı, Yeni Gəncə, Dəmir yolu vağzalı, Səməd Vurğunun şəkli olan tralleybus, Bağbanlar, Gəncə çayının sahilləri, Fontanlar bağı, Qatır Məmmədin heykəli (indi yoxdur), Gəncə Alimlər evi, yazıçı Qərib Mehdi, şairlər Xəzangül, Aləmzər Əlizadə, Bahadur Fərman, Sahib İbrahimli, Mikayıl Yanar, Sədnik Paşayev, Zaur Həkim, İnqilab İsaq, Oqtay Abdulla, Aydın Murovdağlı, Hüseyn Hatəmi, Şəfanın anası Güldərən xanım… Qaçdığım, sevdiyim, sevildiyim, döyüldüyüm, unudulduğum yerlər… O vaxt Şəfa yox idi, yer kürəsinə yol gəlirdi. Indi Şəfa Vəli mənim xatirələrimin ustə gəzir. Yaxşı eləyir gəzir, şairdir, gəzir, haqqı var. Şəfa Vəli kuklaları (özü də böyük, məsələn,ayı, şir) çox olan qıza oxşayır. Bəlkə də o, ən kiçik, hətta əzik-üzük olmuş kaqız parçalarını da saxlayır. (daha&helliip;)

  • Günel Nazim (Debüt)Heç bilmirəm hardan başlayım nə yazı.

    gunelxanim

    Günel Nazim 1995-ci il 14 iyulda Salyan rayonunda anadan olmuşdur.2000-ci ildə Humanitar fənnlər təmayüllü məktəb liseyinde tədrisə başlamış 2012 – ci ildə eyni liseyin məzunu olmuşdur. Hal- hazırda Bakı Asiya Universitetinin tarix fakültəsində təhsilini davam etdirir.

    Şəfizadə ailəsinə payız gəlmiş bir yarpağını yerə salmışdır. Ölümündən tam 1il keçmişdi 03.09.2013-cü il idi.Hər kəs sosial şəbəkə  olan “facebook”da “ Zərdüşt Şəfi səni unutmuruq və ya görüşünə gəlirik” deyə paylaşımlar edirdi. Nəhayət ki,Zərdüşt Şəfinin yaxin dostlarından  olan Tamilla Qulami ile Zərdüşt haqqında danışdıq.Heç tanımadığım,heç zaman ünsiyyətdə olmadığım biri üçün neyçün ağladığımıda bilmirdim…Həmin günü evdən çölə çıxmağı istəmədim ürəyimdə yalniz onun ölümü, beynimdə isə cavabsız qalan suallarım dolaşırdı.Axı Zərdüşt Şəfini mən niyə öncədən tanımadım?Tanısaydım görəsən bu qədər mənə pis təsir edərmiydi ölümü ya dahada şiddətli əzablar çekərdi ürəyim? Dünyada hər gün minlərlə insan ölür niyə onların ölümü məni bu qədər düşündürməzkən,Zərdüşt məni tamam özündən aslı hala çevirdi. ..Əgər yaşaydı ona tanıyardım?
    Yenədə ağlımda min suallar yarandı.

    Zərdüştün bir kitab yazdıgını öyrəndim.Axı mən kitabları və yeni yazıcilari hemin an bilirdim mutleq o kitabi bir yerdən əldə edib oxuyardım niyə Zərdüştden xəbərim olmayib?Qismət deyilən şey budur? Demək olar ki, hər gün şeirlərini oxuyuram. Hər şeiri bir ümidsizlik,bir acı,bir ölüm dadır sanki.Görəsən ölümünü öncədən mi bilirdi? Ya onsuzluqdan mı şeirləri belə görünür?Məncə o göyə ucalacagini coxdan anlayirdi ve bu seirleri biz oxuculara isaredir. Nece hereqlof, mixi yazini oxuyan cox az insan varsa Sefinide anlayan da beledir. Şəfinin bütün yaradıcılığını bəyənirəm o yaşasaydı hələ çox zirvələri fəth edərdi buna əminəm.Amma Zerdüşt şeirlərində çox böyük mənalar kəsb etsədə hekayələri qədər möhtəşəm deyil şeirləri mənim üçün.Görəsən yaşasaydı bu sözümü bilsəydi nə deyərdi?Ürəyində inciyərdi?Yoxsa nəticə çıxarırdı?

    Hər şeiri və adı keçəndə  onun qara məzar daşı , bir ovuc qara torpağı canlanır gözümün qarşısında.Axı niye günəş kimi parıldamasına başladığı an o bizdən əbədiyyətə qədər ayrıldı?yox doğrusu ədəbiyyata qədər cox gec gec dogan edebiyyata qədər… Zərdüşt Şəfinin ölümünü bildiyim gün öz ölümüm ağlıma gəldi bir gün məndə ölə bilərəm deyə düşündüm.

    Ölüm qocanı deyildə tam cavanı “hələ gələcəyin qarşıdadı “dediyimiz insanı ala bilir. Hər kəsdən-dünyadan qopurub Tanriya sürüyə bilir.Bəs mən ölsəydim mənim bu yazdıqlarımı eyni Zərdüştə etdiyim kimi məst eden,tanıtdıran olar mı ?Kim görünərdim gözlərinə?

    Zerdüşt sanki bir kəpənək idi.Qonduğu hər ürəyi gözəlləşdirən yalnız ömrü iki gün…Həmin iki gün müddətində isə mənə yetməyən, indi isə kəpənəyini gözeləyərək solan çiçəyə bənzədirəm özümü.Görəsən səhv mi edirəm?Heç tanımadığım ,əlaqəm belə olmadığı bir yazıçını,yazar olması bir tərəfə bir insanı bu qeder sevməkdə,belə ümidlə gözləməkdə heç gəlməyəcəyini bilərək həmdə…Bu məndə bağlılığmıdır?Yoxsa zamanla keçən sadə hiss mi?Heç özümdə bilmirəm niyə beləyəm Yox bu insani hissdir bir insana perestişdir ya bəlkə yazılarında aşiqliq görməy? Şəfi üçün ağlayıram,şeirlərini oxuyuram,rəsmlərinə baxıram üreyimdə minlərlə sözlüklər yaranır ona aid.Amma əlimə qələm aldıgım an artiq saatlar keçdiyini mənimsə “Zərdüştdən” basqa söz yazmadıgımı görürəm.Hər kəsdən tamamən fərqliyəm?Beli ürəyimdə dərin yaraya səbəb olan Zərdüşt daha doğrusu ölümü…Onsuzluq…

    Görəsən özü tez mi qovuşmaq istəyirdi tanrısına?Sözlərinə aldanaq mı? Yoxsa gerçəkliyini dadaq mı?Mən indi səndən böyük yardımlar alacaqdım yazılarıma böyük köməklik edəcəkdin bəlkədə yaşasaydi yenə tanımayacaqdım amma mənimçün “ az amma böyük yazıların müəllifidir”…Bu gün əgər mən özümüzü tanıtdırmasam,bu cəmiyyətdə yerim olmazsa əminəm ki,bu yazımda tanınmaz,bu yazımla Zərdüştü tanıyan o bir-neçə insanda…

    Sən günəşi görməmisən
    səni görən görüb onu.
    Göyü qüvvə bilməmisən
    səni sevən bilib onu.
    Sən heç zaman gülməmisən
    həsrətini çəkənlər var.
    Sən bilmirsən sevgi nədi
    şah belini bükənlər var.
    Sən heç zülm çəkməmisən
    gözündə yaş görənlər var
    Sən bilmirsən ölüm nədi
    sənsizlikdən ölənlər var.

    Eyni ilə öz şeirində dediyin kimi ” Zərdüşt ,həsrətini çəkənlər var,sənsizlikdən ölənlər var” …Həsrətin ölüm kimi gələnlərində var….

    Ürəyimdə bir sızıntı var,bir ümid var elə bilirəm heç vaxt mümkün olmasa belə o, dönəcək mən onu şeirlərində, kitabında, dostlarında deyil onu onda öyrənəcəm…Onu onda susacam…

  • Hikmət MƏLİKADƏ.”Müasir tənqidin Əsəd Cahangir əhatəsi”

    10304351_268609333324646_7910328543693681828_n

     

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ədəbiyyat-poeziya işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik və bir qədər də tənqidi təzahürlərdir. Səmimi etiraf edək ki, istedadlı tənqidçi, müasir tənqidin nəzəri-ədəbi əsaslarını dürüst məntiqə kökləməyi bacaran Əsəd Cahangir də müraciət obyekti kimi seçdiyi, təhlilə, tədqiqə cəlb etdiyi mövzularda tənqid-yaradıcılıq işini tam əhatə edir; mövzulara münasibətdə dürüstdür. Onun qələm nümunələrində tənqid və mətn sistemləri ilə xarakterizə olunan ədəbi struktur quruluş, mövzu-mətn vizuallığı və ədəbiyyatşünaslıq məsələləri semantik xüsusiyyətli, geniş şəkillidir, bir sıra tənqidi yazılarında tənqid mədəniyyəti dolğun təsəvvür yaradır. O, ilk növbədə mətnin təşkili, fikrin qurulma texnikası üzrə semantik forma təşkil edir, üzərində israrçı mövqe tutduğu hər bir yazılı prosesin funksional əhəmiyyətini daha qabarıq göstərmək üçün dəqiq qrammatik təsirlərə üstünlük verir. Kim nə deyir, desin, Əsəd Cahangirin, mövzu xarakterlərinə ədəbi yanaşması sistemli şəkildədir. Onun tədqiq və təhlillərində – mövzu təhliletməsində mətn sintaksisi, aktual üzvlənmə, tənqidin tarixi aspektləri və qrammatik seyrçilik, fikrin qurulma texnikası, ədəbi hissin kommunikativ funksiyası faktik olaraq ədəbiyyat-yaradıcılıq işinə yaxından bələd olmasını isbatlayır. Bu mənada deyək ki, onun əksər təhlillərində fikirlər ictimai-fəlsəfi və normativ əsaslıdır: o, sxematik hissi təbəddülatlardan peşəkarcasına istifadə etməklə mövzuların (məsələn, Azərbaycan dramaturgiyası barədə tədqiqini buna bariz nümunə göstərmək olar) əsas-tipik həddə oxucuya çatmasını təmin edir; fikirlərinin struktur-semantik zərurəti mövzudan şərhə keçidi qaydalara uyğun təsbitləyir. Anlayışlı oxucu onun ədəbi dərketməsində bu prosesin əhəmiyyətli rol oynaydığını yaxşı görür. (daha&helliip;)

  • Yavuz Bülent Bakiler (Məqalə) GOROĞLU-GÖROĞLU KOROĞLU-KÖRÖĞLU

    kumbet (1)
    GOROĞLU-GÖROĞLU
    KOROĞLU-KÖRÖĞLU

    Türkiye’de lise ve üniversite mezunu 5 milyon kişi üzerinde bir anket yapılsaydı ve onlara sorulsaydı, denilseydi ki:
    “Köroğlu kimdir ve nerede yaşamıştır?”
    Herhalde 4 milyon 999 bin kişi derdi ki:
    “Köroğlu bizim halk kahramanlarımızdan birisidir. Şairdir. Çamlıbel ve Bolu dağlarında yaşamıştır. Çalıp söylediğimiz güzel türküleri vardır!”
    Eğer 1980 yılından önce, bana da böyle bir soru sorulsaydı aşağı yukarı, ben de aynı şekilde cevap verirdim. Ama 20 yıl önce Özbekistan’a gittiğimde Taşkent’te Semerkant’ta Buhara’da büyük bir hayretle fakat anlatılmaz bir sevinçle gördüm ki Köroğlu, Türkler daha İslamiyet’i kabul etmeden önce, Hazar Denizi’nin doğusunda yâni Türkistan’da doğup yaşayan Oğuz boyundan bir ozanmış. Bizdeki Köroğlu Türkistan’daki Goroğlu’nun basit bir kopyasından ibaretmiş. Özbekistan’da Köroğlu’na Goroğlu diyorlar. Gor, Özbek Türkçesi’nde “mezar” demektir. Efsaneye göre kahramanımız, gorda yani mezarda doğduğu için, ona Goroğlu denilmiş. Özbek Türklerine göre Goroğlu’nun asıl adı Rövşen’dir. Rövşen, Türkistan’da Çenbil veya Çandibil dağında oğlu Övez’le veya Hövez’le birlikte yaşayan bir kahramandır ve aynı zamanda ozandır da.
    Türkiye’de çalınıp söylenen Köroğlu destanlarına göre de onun asıl adı Ruşen Ali’dir. Arkadaşı Ayvaz’la birlikte Çamlıbel veya Bolu dağlarında yaşamış bir kahramandır. Türkistanlı Rövşen, Türkiye’de Ruşen olmuştur. Övez veya Hövez, Ayvaz ismini almış, Çandibil dağı yerini Çamlıbel dağına bırakmıştır. Goroğlu ise Köroğlu diye değişikliğe uğramıştır.
    Azerbaycan’a gittiğimde gördüm ki Azerbaycan Türkleri, Özbeklerin Goroğlu dediği kahramanımızı Koroğlu diye sahiplenmişler. Övez veya Hövez Azerbaycan’da “Eyvaz” olmuş. Çandibil dağına ise Azerbaycan’da Çenlibil dağı denilmiş. Azerbaycan Türkleri de Koroğlu’nun kendi ülkelerinde yaşadığını iddia ediyorlar. Özbekistan, Azerbaycan, Türkiye yanında Kafkasya da, Gürcistan da, Kazakistan da, Kırım da, Gagavuz Türkleri de, Tacikistan da, Sibirya Tobolları da, Karakalpaklar da Köroğlu’na sahip çıkıyorlar. Bütün bu ülkelerde de bizdeki gibi çalıp söyleyen Köroğlu’lar olmuş. Ama bütün o Köroğlu’lar asıl Goroğlu’nun taklitlerinden başka bir şey değil. Bizim Başbakanlık arşivlerimizde belgeyle sabit: 1579-1582 yılları arasında Bolu çevresinde Köroğlu isimli bir eşkıya yaşamış. Doğru, ama esas Köroğlu’ndan yüzyıllar sonra.
    Köroğlu ile ilgili ilk ilmî eser, 1842 yılında İngiltere’de neşredildi.1856 yılında ise Rusya’da. Bizdeki Köroğlu çalışmaları Batı’daki çalışmalardan çok daha sonradır.
    Köroğlu için hazırlanan o ilmî eserlerde anlatılmıştır ki, kahramanımız, Türkler İslâmiyeti kabul etmeden önce, bugünkü Türkmenistan’da doğmuş-yaşamış bir büyük Oğuz ozanıdır. Dede Korkut gibi bir Oğuz ozanıdır. Köroğlu destanları en çok Türkmenistan’da söyleniyor. Yalnız Türkmenler Köroğlu’na Goroğlu diyorlar. Goroğlu’nun Türkmenistan’da yaşadığı dağın ismi Çandibil’dir. Çamlıbel değil Çandibil. Türkmen destanlarında Goroğlu’nun oğlu, Övez veya Hövez diye geçmektedir. Bizde ise Övez, Ayvaz olmuştur.
    Türkmenistan’ın Ankara Büyükelçiliği’nin şair ve roman yazarı, aziz dostum Annaguli Nurmemmet, Ankara’da 1996 yılında, Goroğlu Türkmen Halk Destanlarını tam 8 cilt halinde yayımladı. Dikkat buyurmanızı istirham ederim. Türkiye’de Kültür Bakanlığı tarafından yayımlanan Köroğlu Kol Destanları sadece 335 sayfalık bir kitaptır. Doğu ve Batı Dünyasında, hiçbir ilmî heyetin huzuruna, 8 ciltlik Göroğlu Halk Destanları dururken, 335 sayfalık kitapla çıkamayız. Edebiyatımızı, dilimizi, tarihimizi, destanlarımızı, geleneklerimizi, Türkistan ve Azerbaycan dikkate alınmadan ortaya dosdoğru koyamayız.
    Neden Türkistan’ı ve Azerbaycan’ı çok sevmemiz gerektiğini anlatabildim mi acaba? Kimse kırılmasın, öfkelenmesin, bu 8 ciltlik Göroğlu Destanları da yüzde yüz bizim milletimizin destanlarıdır. Selçukluyu da, Osmanlıyı da Türkmenler kurmadı mı? Biz de Türkmen değil miyiz? Yunus Emre de, Karacaoğlan da, Göroğlu gibi Türkmen şairleri değil mi?

  • Ziyadxan Nəbibəyli, Hikmət Məlikzadə haqqında

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Ziyadxan Nəbibəyli,
    Yazıçı-publisist, t.e.d., professor, Prezident mükafatçısı

    Tanrı ilə baş-başa

    «Hikmət Məlikzadə dərdi fəlsəfi mənalandırmaya cəlb edən şairdir. Onun poetikası dolğun və məzmunludur».
    Əzizə Cəfərzadə

    Azərbaycanın Şirvan torpağından süd əmən Hikmət Məlikzadə gəncliyinin ilk illərindən kimliyini ortaya qoymuş bir gərəkli vətəndaşımızdır. O, artıq bir çox həmyaşıdlarını qabaqlamış, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmiş, Prezident mükafatına layiq görülmüş, öz yaradıcılığı ilə bir çoxlarını, o cümlədən mənim də diqqətimi özünə cəlb etdirə bilmiş fərqli yaradıcıdır, heç kimi təkrarlamır və yeni ideyalar müəllifidir. (daha&helliip;)

  • İsrafa qarşı tədbir almaq dünyanı dəyişdirə bilər

    Adnan-Oktar

    İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin  ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. Gəlir bərabərsizliyi, sosial ədalətsizlik olmaz, məzlumların pulunu yeyənlər silinib gedərdi. Lakin sevgisizlik, dünyanı bu qorxunc mənzərəyə aparır. İnsanlar paylaşmaq əvəzinə israf etməyi üstün tutur. (daha&helliip;)

  • Kənan Murquzov (Məqalə) Rafiq Odayın ədəbi-bədii fəaliyyəti

    10603255_706637782754308_673706837506198075_n

    Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist,  eyni zamanda  publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq,  istedadlı qələm sahibləri üçün ən çox səciyyəvi olan keyfiyyətlərdən biri-daha çox yazarları təbliğ etmək məqsədilə əməli fəaliyyətə illər öncəsi başlayan və bu məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atan Rafiq Odayın ictimai fəaliyyəti də yaradıcılığı qədər geniş və çoxşaxəlidir (daha&helliip;)

  • Kənan AYDINOĞLU, “Tanrı aşiqi və ya Tanrı şairi”

    10603255_706637782754308_673706837506198075_n
    “Tanrı aşiqi və ya Tanrı şairi”

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Züleyxa Sultan hən Çağdaş Azərbaycan ədəbi mühitində, həm də elektron məkanında daha çox köşə yazarı kimi qəbul olunur.Qısa zaman kəsiyində həm elmi, həm də bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olması, dövri mətbuat səhifələrində yazılarının dərc olunması, daha çox xeyriyyə aksiyalarında və tədbirlərində fəal iştirak etməsi, köməyə ehtiyacı olan hər kəsə, xüsusilə də uşaqlara qarşı humanizm prinsiplərinə uyğun olaraq, davranması Züleyxa Sultanın yazar olmasından savayı, eyni zamanda dərin düşüncəyə malik incə qəlbli bir insan olduğunu təsdiqləyir.Ədəbi-bədii yaradıcılığının isə daha çox Klassik poeziya ənənələri üzərində qurulması isə ideya-bədii istiqamətinin doğru müəyyən olunmasını göstərən ədəbi fakt kimi oxucunun gözü önündə canlandırır.Üzvü olduğu cəmiyyətdə baş verən hadisələrə öz humanizm prinsipləri ilə yanaşması,həqiqətən də, təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının inkişafı yönümdə Xalq ruhunda yazılan Aşıq şeirinin müxtəlif janrlarından sonra xüsusilə seçilən və zaman-zaman “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” kimi səciyyələndirilən qəzəl janrında bir-birindən daha gözəl və dolğun ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərsəyə gətirməsi bu baxımından üstünlük təşkil edir.Poetik təxəyyülə, obrazlı nitqə sahib olması isə günü-gündən gənc xanım yazarın istedadını daha qabarıq şəkildə üzə çıxmasına, eyni zamanda həmyaşıdları arasında gənc nəslin nümayəndəsi kimi tanınmasına səbəb olur.Ədəbi prosesə qoşulmaqda heç bir çətinliyin olmayacağına ümid yaradır. Müasir Azərbaycan ədəbi dilinin daxili imkanlarına dərindən bələd olması, bədii təsvir və ifadə vasitələrini yerli-yerində istifadə etməsi, durğu işarələrinin əsərin məzmununa uyğun şəkildə gənc xanım yazar tərəfindən işlədilməsi yüksək potensiala, dərin düşüncə tərzinə malik olduğunu göstərən ədəbi faktor kimi ictimaiyyət nümayəndələri tərəfindən müsbət qarşılanmasına səbəb olur. İdeya-mövzu və məzmun forma baxımından yüksək sənətkarlıq nümunəsi sayılmağa layiq olan həmin misralar-könül çırpıntıları əslində zaman-zaman, tarix boyu müxtəlif dövrlərin sayılıb-seçilən mütəffəkir alimlərin-filosofların söylədiyi hikmətli sözlər və aforizmlərin həmin faktoru öz-özlüyündə təsdiqləməklə yanaşı, eyni zamanda gələcək üçün sanballı bir-birindən daha zəngin və rəngarəng ədəbi-bədii nümunələr, poeziya örnəkləri-könül çırpıntıları ərsəyə gətirməyə qadir olduğunu təsdiq edir.Zəngin yaradıcılıq yolu keçdiyini nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, gənc xanım yazarın fəaliyyəti bununla məhdudlaşmır.Əksinə, daha dolğun əsərləri ilə dövri mətbuat səhifələrində çıxış etməyə başlayır.Belə ki, qələmini Publisistika sahəsində sınayan köşə yazarı Züleyxa Sultan bir-birinin ardınca mövzu və məzmun baxımından rəngarəng olan və ictimiyyət nümayəndələri tərəfindən müsbət qarşılanan mövzulara, xüsusilə XX əsrin ən böyük faciəsi hesab olunan Xocalı soyqırımı ilə ilgili müəllif qələmindən çıxan “Xocalı faciəsi: terrorizmin qanlı ideologiyası” məqaləsi ən bariz nümunə kimi oxucunun gözü önündə canlanır. Son zamanlar yaşadığı dönəmdə baş verən ən son olaylara öz münasibətini özünəməxsus tərzdə bildirməklə duyğu və düşüncələrini ifadə etmiş olur.Sonda yazılarının heç birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığını nəzər alaraq, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm.

    Dərin hörmət və ehtiramla,
    Kənan AYDINOĞLU,
    8-9 iyun 2015-ci il.Bakı şəhəri.
  • Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib

    5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri nəzərə alaraq sərgi Azərbaycan, İngilis, Rus, Türk dilləri olmaqla 4 dildə olmaqla keçirildi. Sərgidə milyonlarla il yaşı olan tam orjinal 30 fosil (daşlaşmış canlı qalıqları) sərgiləndi. Xalqa paleontologiya elmi, fosillər və canlıların təkamül keçirmədiyi haqqında ətraflı elmi məlumatlar verildi.

  • Rafiq Oday

    profil
    Şair-publisist, respublikanın Əməkdar jurnalisti

    Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah

    Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim ucbatından gözlərimin tez-tez dolması səbəbindən və bu da ciddi iş rejimində çalışan, gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olan məsul bir adam üçün məqbul sayılmadığından növbəti məzuniyyətimi götürəsi oldum. Bu gün bir həftədir ki, məzunuyyətdəyəm. Həmişəki kimi səhər tezdən oyanmışam. Xəstəni Bakıya, ailənin diər üzvlərini də elə həmin mərkəzə xəstə üçün qan verməyə göndərdim. Özüm də ürəyimin nisgilinə, könlümün qübarına qısılaraq evdən çıxdım. Darmadağın düşüncələr içərisində bir də gördüm ki, şəhərimizdə hamının tanıdığı Göyərçin abidəsinin önündə¬yəm. Yenicə boy göstərən günəşin şəfəqləri Xəzərin dalğaları qoynunda ləngər vuraraq əsrarəngiz bir mənzərə yaratmışdı. Göyərçin abidəsinə nəzər saldım, ürəyimdən ilk keçən hiss bu oldu: “Sülh, əmin-amanlıq, qəmdən-kədərdən, ağrıdan-acıdan uzaq bir ömür yaşaya bilmək nə gözəl şeymiş, İlahi.” (daha&helliip;)