Homoseksuallıq dedikdə hər kəsin ağlına eyni cinsin nümayəndələrinin qeyri-əxlaqi münasibəti gəlir
Homoseksuallıq dedikdə hər kəsin ağlına eyni cinsin nümayəndələrinin qeyri-əxlaqi münasibəti gəlir. Düşünmürəm ki, indiki dövrdə bu barədə məlumatı olmayan insan olsun. Televiziya və radio kanalları, filmlər, kliplər, jurnallar və internet saytları vasitəsilə homoseksuallıq geniş miqyasda təbliğ edilir, dəstəklənir və insanlara normal hal kimi göstərilir. Bəs, görəsən, homoseksuallıq həqiqətən təbliğinə icazə veriləcək qədər normal haldır?
Hər birimiz məqaləni oxumamışdan əvvəl gəlin, düşünək! Ətrafımızdakı insanların, qohumlarımızın homoseksual olmasını, yaxud da övladımızın belə bir cəmiyyətdə böyüməsini və bu cür insanlarla dostluq etməsini istəyərikmi? Əgər bu suala “Ola bilər, hər kəsin öz seçimidir, burada anormal nə var ki?” kimi cavablar verdinizsə, deməli, siz hələ təhlükənin fərqinə varmamısınız. Əvvəla, homoseksuallıq Allahın qadağan etdiyi, iyrənc adlandırdığı əməldir. Narkotik, şərab, zina kimi insanı cəhənnəmə aparan haramlardan biridir. Allah bunu Quran ayələri ilə açıq şəkildə bildirir:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz qadınları qoyub, şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz həddi aşmış adamlarsınız.” (Əraf surəsi, 80-81)
Digər tərəfdən, bu tip insanların geyim tərzləri, davranışları müasir cəmiyyətin formalaşmasına yox, əksinə pozulmasına gətirib çıxarır. Homoseksualların rəngli bayraqları qaranlıq dünyalarını gizlətmək üçün bir vasitədir. Homoseksuallığın cəmiyyətə vurduğu zərərləri faktlarla nəzərdən keçirək.
ABŞ-ın Xəstəliyə Nəzarət və Qorunma mərkəzi (CDC) 2009-cu ildə qeydə alınan QİÇS xəstələrinin 61%-nin homoseksuallar olduğunu müəyyən edib. Bundan əlavə, bu cür insanların normal həyat tərzi yaşayan insanlarla müqayisədə 50% daha çox depressiyaya meyilli və narkotikdən asılı olduqları sübut edilib. ABŞ-da il ərzində intihar edənlərin 50%-i də məhz homoseksuallardır. Homoseksual evliliklərin qanuniləşdirildiyi ölkələrdə ailə məfhumu aradan qalxır. Həmçinin, homoseksual evliliklə qurulan ailələrdə uşaq təcavüzləri tez-tez rast gəlinən haldır.
İndi bir daha düşünün. Cəmiyyətin əksəriyyətinin bu cür insanlardan ibarət olduğunu, qonşularınızın, avtobus sürücüsünün, hər gün alış-veriş etdiyiniz market işçilərinin, hətta uşaqlarınızın müəllimlərinin homoseksual olduğunu təsəvvür edin. Yenə də cavabınız bir az əvvəlki kimidir? Çox güman ki, yox. Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Homosekuallar özlərini haqlı çıxarmaq üçün bu hissin sevgi, psixoloji, hətta xəstəlik olduğunu iddia edirlər. Bu fikirlər tamamilə yanlışdır. Elm adamlarının gəldiyi nəticəyə görə, bu münasibət sevgi deyil, sadəcə quru ehtiras, primitiv şəhvətdir. Homoseksuallar özlərinə “xəstə” adı versələr də, əslində, bu, əxlaqsızlığın bir növüdür və çox asanlıqla düzələ bilən haldır. Çünki homoseksuallıq kişi fitrətinə uyğun olmadığı üçün qadın xüsusiyyəti meydana gətirən psixoloji haldır. Homoseksual kişi müəyyən müddət sonra özünü qadın kimi hiss edir, davranış və hərəkətlərində qadın xüsusiyyətləri olur. Ancaq kişilərin diqqətini cəlb etməyə çalışır. Bu isə onu göstərir ki, belə bir cəmiyyət deyildiyi kimi müasir yox, uçuruma aparan haldır. Düzgün konsultasiya ilə hər kəs bu davranışını dəyişə bilər. Heç kim homoseksual olaraq doğulmur. Bu, tamamilə şəxsi seçimdir və insanlar həmin azğınlığa sonradan yönəlirlər.
Homoseksuallıqla bağlı 20 il tədqiqat aparan dr.Neyl Uaythed (Neil Whitehead) “heç kim homoseksual doğulmur” deyə bildirir, həmçinin aparılan genom analizi zamanı heç bir homoseksuallıq geninə rast gəlinmədiyini qeyd edir. Fiziki quruluş, xromosomlar, hormonlar, neyroloji, biokimyəvi təbiət və s. üzərində aparılmış araşdırmalar homoseksuallar və heteroseksuallar arasında heç bir fərq üzə çıxmayıb.
Amerikalı psixoloq dr. Geri Kollins özünün “Ümumi təhsil” kitabında qeyd edir ki, tədqiqatçılar bu nəticəyə gəliblər ki, “homoseksuallığın fiziki və ya bioloji olduğunu dəstəkləyəcək heç bir dəlil yoxdur.” 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı psixi xəstəliklər bölməsindən çıxarıb və bu qərarını 1992-ci ildə Xəstəliklərin Beynəlxalq Təsnifatı (“CD-10”) siyahısına rəsmi olaraq qeyd edib.
Homoseksuallıq cinsi azğınlıqdır. Cəmiyyətimiz üçün böyük təhlükə olan bu əxlaqsızlığın bəşəriyyəti qaranlığa aparmasına icazə verməməliyik. Bunun üçün də insanlara uşaqlıqdan düzgün istiqamət vermək və maarifləndirmək lazımdır. Cəmiyyətdə fahişə, narkoman, cinayətkar necə qarşılanırsa, homoseksual da o cür qarşılanmalıdır. Mən həmin insanlara yox, etdikləri əmələ qiymət verməyə çalışıram. Əlbəttə, demək istədiyim o deyil ki, bu insanları orta əsr Avropasında olduğu kimi yandırmaq, öldürmək lazımdır. Lakin bu əxlaqsızlığın təbliği dayandırılmalı, yanlışlığı izah olunmalı, cəmiyyət bu pislikdən təmizlənməlidir. Allah digər canlılardan fərqli olaraq bizə ağıl, düşünmə, yaxşı ilə pisi ayırma qabiliyyəti verib. İnsan yalnız səmimi olaraq Allaha yönəlib, ağıl və vicdanla Allahın buyurduğu kimi yaşasa, xoşbəxt, azad və rahat olar.
İnsanlar yaradılış məqsədlərindən uzaqlaşdıqları üçün xoşbəxt ola bilmirlər. Homoseksuallıq kimi haram əməllərlə xoşbəxt olacaqlarını düşünənlər bununla daha da uçuruma sürüklənirlər. Cəmiyyətimizə bu tip insanlar yox, müasir, sevgi dolu, milliyyətçi, ağıllı və vicdanlı gənclər lazımdır. Gənclərimizin homoseksuallıq adlı tələyə düşməməsi, mənəvi dəyərlərini qoruması və şərəfli həyat yaşaması üçün “insan hüquqları”adı altında qəbul etdirilməyə çalışılan bu “yeni tip”həyat tərzinin azğınlığını ifşa etmək hər birimizin öhtəsinə düşən məsuliyyətdir.
Firuzə HƏSƏNZADƏ