Türkiyə, Rusiya və İranın İraq və Suriya məsələləri üzərində qismən ittifaq etməsi İngiltərə Dərin Dövlətinin Yaxın Şərq Layihəsini dalana dirədi
Səudiyyə Ərəbstanında baş verən son hadisələr Türkiyədə 17 dekabr 2013-cü ildə FETÖ-nun hakimiyyət içərisindəki gücünü istifadə edərək cənab Ərdoğanın yaxın ətrafına qarşı keçirdiyi korrupsiya və rüşvət əməlyatı ilə paralellik təşkil edir. Diqqət edirsinizsə hər iki əməlyatın mahiyyəti eynidir. Sadəcə Səudiyyədə bu əməliyyatı keçirən qrupun imkanları daha genişdir və qarşı tərəfi duyuq salmadan əməlyatı həyata keçirdi. Beləliklə Səudiyyə Ərəbstanının illərdir davam edən daxili və xarici siysəti köklü şəkildə dəyişəcək. Vəliəhdin “İlımlı İslam” ifadələri isə heç kimə yad kəlimələr deyil. Türkiyə, Rusiya və İranın İraq və Suriya məsələləri üzərində qismən ittifaq etməsi İngiltərə Dərin Dövlətinin Yaxın Şərq Layihəsini dalana dirədi.
İngiltərə Dərin Dövləti isə buna qarşı manevr edərək Səudiyyədə sözügedən əməlyatı keçirdi. Böyük ehtimalla yeni vəliəhd öz düzənini tam qurduqdan sonra İran və İrana yaxın ölkələr olan Livan, Qətər və Yəmənə qarşı böyük savaş aça bilər. Bu şəkildə İslam coğrafiyası çox böyük bir fitnənin, məzhəb savaşlarının içinə sürüklənmək istənəcəkdir. Bu isə İngiltərə Dərin Dövlətinin Yaxın Şərq Layihəsini həyata keçirmək üçün uyğun şəratin yaranması deməkdir. Müsəlmanların bu böyük fitnəyə qarşı xəbərdar edilmələri və bir-birlərinə sıx bağlanmaları lazımdır. Şeytanın planı varsa, Allahın da planı vardır. Allah plan quranların ən xeyirlisidir və hər işdə qalib olandır.
Ramiq VƏLİYEV