“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Dinclik tapmayanda
Etdiyim nadinclikdi səhvlərim-
Məni bağışlamaq olar!
Saatı geriyə çəkib
Yenidən başlamaq olar.
İndi xatırlamazsan-
Köhnənin söhbətidi,
Məni sevirdin onda.
Məhəbbətim buludlarda
Ürəyim qırmızı donda.
Geriyə bilirsən nə qalıb?
Tez-tez qanayan yaram.
Söhbət səndən düşmüşkən
Deyim ki, darıxıram.
Hansı ölüm yaxşıdı
Ölümlərin içində?
Bir dinclik tapmayıb
Yorulub ölmək?
Yoxsa
Onun gözlərinə, baxışlarına
Vurulub ölmək?
Ürəyimin içindədi,
Əlimin çölündə yoxdu,
İlahi, məni başa sal,
İlahi, bilim dəə, yoxdu.
Ayağımdan çəkildi yol,
Yıxıldım ürəyin üstə.
Mən onun məhəbbətinə
Tutuldum, heç nəyin üstə.