Xalq şairi Vahid ƏZİZ.”MÜƏLLİM…”

Yaşayar,ucalar,qalar bu qeyrət-
hər sözün işıqdı,duzdu,çörəkdi,
Müəllim,sən bizə susmağı öyrət,
həyat danışmağı öyrədəcəkdi!

Ordular Məktəbdən döyüşə girir,
hər şagird bu Yurdun sadiq əsgəri,
züımə ağ olmağı Müəllim öyrədir,
çox şey var tarixin öyrətmədiyi.

Məktəbdən bizlərə sevgilər qalar,
sevinclər,qüssələr durar göz-gözə,
“doğma” var-Vətəni gözdən saldırar,
düşmən var-sədaqət öyrərər bizə.

Müəllim,borcundan çıxarmı insan?
bir parça torpağam,bir ovuc dənəm,
sən məni bir azca danlamalısan;
başımı heç kəsə əyə bilmirəm!

Tanrı vergisidir namusla-qeyrət,
gəzirsən-gözünün işığı gedir,
Müəllim,sən bizə yanmağı öyrət-
bu elmi Müqəddəs Ocaq öyrədir…

11.01.1998. “Seçilmiş əsərlərim”
1-ci cild,2005

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir