Kitabıma inen ilk ayetim ‘oku’ olursa
Yıllar boyu okuyacağım öğretmenim
Bana bir harf öğretenin kırk yıl kölesi olacaksam
Sana ömür boyu köleyim öğretmenim
Seni memnun etmek için bilğili olmam gerekiyorsa
Bilğilerimle seni şaşırtacağım öğretmenim.
Karanlık, sessiz bir boşlukta kalsam da
Senin bilğilerinle aydınlanaçağım öğretmenim
Çabalarımmı hep yarınlara harcasam da
Senin yolunda yürüyeceğim öğretmenim
Allah’tan dileğim öğretmen olmaksa
Öğretmen olup karşınıza çıklacağım öğretmenim
Sen bir ğün gelip emekli olsan da
İnan senin yerini tutacağım öğretmenim
Hiç şüpesiz sana borçlu kalsam da
Biraz olsun hakkını hakkımla ödeyeceğim
Öğretmenim…
Blog
-
Gülten ERTÜRK.”Yemin Ederim”
-
Harika UFUK.”Anneme…”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Duydum da öldüğünü, acı bir feryat saldım,
Bu umulmaz darbeyi hain felekten aldım,
Sensiz geçer mi günler, işte ben öksüz kaldım,
Zindan olan evime ışık yakmaya geldim!Ebediyen kaybettim seni en genç çağımda,
Kopuyor figan şimdi eski şen ocağımda,
Bak güzide çiçekler topladım kucağımda,
Mukaddes mezarına çelenk takmaya geldim!Ölürken göremedim senin nurlu yüzünü,
Yummak nasip olmadı fersiz kalan gözünü,
Mukaddermiş duymamak son şefkatli sözünü,
Cismin gibi dünyadan ben de akmaya geldim!Ermişse cismen ölür; fakat ruhu gülermiş,
Eren cenneti bilir, cennet onu dilermiş,
Ağlayınca melekler, gözyaşını silermiş,
Harika pencereden sana bakmaya geldim!Adana.1970
NOT 1: Bu şiirim 1971 yılında Adana Kız İlk Öğretmen Okulu öğrencisiyken Şiir Yazma ve Okuma Yarışmasında ödül aldığım şiirimdir.
NOT 2: Bu şiir Edebiyat Defteri adlı Türkiye’nin en büyük şiir sitelerinden birinde 28Kasım 2013’te “Uğur Böceği” ile ödüllendirilmiştir.
NOT 3: Bu şiir Edebiyat Evi adlı Türkiye’nin en önemli şiir sitelerinden birinde 29.05.2015 tarihinde YILDIZLI YAZI olarak seçilmiştir. -
Münevver DÜVER.Muhteşem şiirler
Arif Nihat Asya
Mücadele yıllarında direndi
Halk kahramanı Arif Nihat Asya
Adana Kurtuluşu’nu bilendi
Önceden yazdı Arif Nihat AsyaBayrak şairidir edebiyat yeri
Sözlerinden asla dönmedi geri
Her zaman anılır bizlerden biri
Topluma öncü Arif Nihat AsyaSiyah-beyaz, renkli şiirler yazdı
Adını bayrağın üstüne kazdı
Gönlündeki sevda Türk’lere baz’dı
Türk’ün sembolü Arif Nihat AsyaYüreklerde en güzel yerde yaşar
Milletin kalbinde sevgisi taşar
Bayrak şiiri de dünyayı aşar
Dalgalandıkça, Arif Nihat Asya
(daha&helliip;) -
Ədəbiyyatdan əbədiyyətə
Yazıçı özünü ifadə edir, tənqidçi isə həm özünü,
həm də yazıçının ifadə etdiklərini…
O, 1973-cü ilin hüznlü payız günlərindən birində dünyasını dəyişəndə mən ana dilimizin zəngin leksikonundan beş-on cümlə qura biləcək qədər az söz tanıyan yaşda olmuşam. Onun nə geniş salonlarda könülləri ehtizaza gətirən nitqini eşitmişəm, nə auditoriyada tələbə-gəncləri duyğular qanadında mənəvi ucalığa səsləyən mühazirələrini dinləmişəm, nə də onu tanıyanların göz yaddaşında həkk olunub qalan, «ürəyə işıq salan» bənzərsiz təbəssümünü görmüşəm. Əhəd Hüseynov adı ilə tanışlığımın tarixçəsi institutun birinci kursunda oxuduğum vaxt Akif Səmədin «Gənc müəllim» qəzetində dərc olunmuş «…və başqalarından əvvəl» sərlövhəli məqaləsi ilə bağlıdır. Həmin orijinal üslublu məqalədən sonra adı həmişə, hər yerdə «…və başqalarından əvvəl olan» Əhəd Hüseynovun tənqidçi-müəllim şəxsiyyəti ilə maraqlanmışam. Onun haqqında müxtəlif dünyagörüşə, əqidəyə, xarakterə, fərqli təfəkkür tərzinə malik şəxslərdən eşitdiklərim fikrimdə kök salmış «insan hamı üçün sevimli ola bilməz» qənaətini alt-üst edib. Əhəd Hüseynovu hamı sevirdi: gözəl alim, cəsarətli tənqidçi, mükəmməl pedaqoq, yüksək intellekt sahibi, səmimi dost, yanımcıl övlad, fədakar ailə başçısı, sevimli ata, geniş ürəkli insan… nəhayət, kamil şəxsiyyət kimi. Bu çoxşaxəli sevginin çalarları müxtəlif olsa da ünvanı bir idi: ƏHƏD HÜSEYNOV!
Əhəd Hüseynov ədəbi tənqidə 40-cı illərin sonlarında gəlmişdi. 1948-1949-cu illərdə dərc olunan ilk məqalələri kəsərli bir qələm sahibinin, prinsipial tənqidçinin elmi-nəzəri mövqeyinin göstəricisi idi. Zeynal Xəlilin «Fədai» poeması haqqında aydın nəzəri qənaət formalaşdıran, Əhməd Cəmil lirikasına düzgün elmi dəyər verən, N.Xəzri, B.Vahabzadə, H.Arif, İ.Səfərli kimi sənət yoluna yenicə qədəm qoyan şairlərin yaradıcılıqlarını müasir milli poetik tələblər səviyyəsində qiymətləndirən həmin məqalələrində gənc tənqidçinin ədəbi prosesə fəal müdaxiləsi, çağdaş şeirin inkişaf problemlərinə son dərəcə həssas və qayğıkeş münasibəti müşahidə olunurdu. (daha&helliip;) -
İradə ƏLİLİ.”Şeir istədim Səndən”
Bir misraya sığacaq
Şeir istərdim səndən
Yaz mənim üçün
Yaz…
Bir bənd
Şeir istərdim səndən
Sevinc dolu sətirlərlə
Səpələnsin duyğulara.
Bir sətir istərdim səndən
Qəlbini qələmə sarıb,
kaqizları kətan bilib,
Ürəyinlə onu boya…
Bir kövrək şeir istərdim səndən,
Misrası qəlbinin həvəsi olsun…
Bir kövrək şeir istədim ki mən,
Gözündən könlünə ilmə toxuyub
Ömürdən gününə bir naxış olsun -
Müzəffər MƏZAHİM.”Mən ki, sənə deyəmmərəm”
Tale yazdı bu sevgini baxtıma,
Hansımızıq görən indi günahkar?
Bu subaylıq, bi sultanlıq taxtıma,
Öz əlimlə yağdı leysan günahlar.Gəncliyimi yaşadım mən səbrsiz,
Ötəmmədim bu sevdadan xətərsiz,
Ürəyimi oğurladın xəbərsiz,
Özün söylə, məgər məndə günah var?Gözlərində sevinc dolu yaşam mən,
Kiprik çalma, qorxuram ki, düşəm mən,
Ürəyində yuva quran quşam mən,
Yuva söküb gəl qazanma günah yar.Müzəffərin qəlbi dönməz sevgidən,
Yaman saldı saçlarıma sevgi dən,
Mən ki, sənə deyəmmərəm sevginən,-
Məhəbbətsiz ötən ömür-gün ağlar.1981
-
Gültən QƏDİRLİ.Esselər
Sahibinin yolunu gözləyən it
Hər dəfə rayona gedəndə bir it görürdüm yol qırağında- çox vaxt da eyni yerdə
Bu itin sahibinin kim olduğunu isə dəqiq bilmirdim. Bu dəfə kəndə gedəndə öyrəndim ki, həmin it toydan qayıdarkən qəza nəticəsində dünyasını dəyişən
həmyerlimiz Səxavət və Dəyanət qardaşlarının itidir. Tez-tez öz sahibinin məzarı üstünə də gedir. O gün yenə həmin iti gördüm…
Sahibinin məzarını unudub onun toydan qayıdacağı anı gözləyirdi…
Yol qırağında bir it var. Gecə-gündüz yollara baxır o it. Yol gözləyir, bir gün sahibinin geri dönəcəyi günü gözləyir…28 mart, 2015
Müəllif:Gültən QədirliSahil bağındakı qərənfillər
Bu yaxınlarda Sahil bağında baş verən cinayət hadisəsi mənə cox pis təsir etdi. Həmin vaxtdan öz-özümə deyirdim ki, Allahım, insanlar bu qədərmi qəddarlaşıb? İtin hürməyinə görə də adam öldürərlər? Sonra eşitdim ki, Sahil bağında o bədbəxt hadisə baş verən yerə qərənfillər qoyulub. O oğlanın son dəfə bu dünyaya baxdığı yeri görmək istədim. Yazıçılar Birliyinə gedəndə Sahil bağını başdan ayağa gəzdim, amma qərənfillər qoyulan yer görmədim, fikirləşdim ki, yəqin götürüblər, gör neçə gün keçib üstündən. Bir həftə keçməmiş yenə də yolum ordan düşdü. Birdən qarşımda yerə qoyulmuş qərənfilləri gördüm…Bir neçə dəqiqəliyə ayaq saxladım, o oğlanın ruhunu yad etdim…Həmin anlarda orda baş verən hadisə gözlərim önündə canlandı…Özümə gələndə gördüm gözüm yaşarıb və qorxmuş kimiyəm, elə bil canlı şahidi olmuşam o hadisənin. Aralandım ordan…O oğlanın itini fikirləşdim..Görəsən o it neyləyir indi? Görəsən sahibinin ona görə öldürüldüyünü duyubmu? Görəsən öldürülən o oğlan sevdiyi qıza gül vermişdimi?…Sahibsiz itlərin biri də artdı…Müəllif:Gültən Qədirli
25 Yanvar, 2015 -
“Cənubi Azərbaycan şairinin şeir kitabına Şimali Azərbaycanın gənc yazarının baxışı”
Sayman Aruzun kitabını əlimə alanda kitabın adı mənə çox qəribə, qəribə olduğu qədər də çox maraqlı gəldi. “Paltarlarım adamsızdir”.Bu kitabı oxumağa başladım. Kitabı əldə etdiyim gün evə gələndə yol boyu boş durmayıb kitabı vərəqlədim .İlk qarşılaşdığım şeir isə “Ana” şeiri oldu.
Ey qadın şəklində vətənim mənim!
Ətindən, qanından yarandı bədən.
Sonra bu ət-qana , qeyrət qatdılar,
Dağ oldu, daş oldu və oldu vətən.
Mənə görə şair bu şeirdə anaya vətən gözü ilə baxır və övladın həmin vətənin sahəsindəböyüdüyünü demək istəyib.
Buludlar öpüşsə şimşək doğulur,
Sevgi buludların ildırımıdır.
Bizim sevdiyimiz qurban bayramı,
Yazıq qoyunların soyqırımıdır!-Qarşıma çıxan şeirlərdən biri bu oldu. Bu şeirdə isə şair qeyd etdiyimiz qurban bayramını qoyunların soyqırımı adlandırır.
Dost ilə gülüb-danışmağım olsaydı,
Söykənməyimə bir dayağım olsaydı.
Hərdən başıma vurur duram şərcə olam,
Çəh-çəh deməyə kiçik bağım olsaydı…Şair bu şeirdə gülüb-danışmağa, söykənməyə, çəh-çəh deməyə bağ istəyir. Kitabda növbəti diqqətimi cəlb edən ”Nə olubdur sənə?!”adlı şeir oldu.
Nə olubdur sənə?!
Bütün adlar səninlə başlayır.
Və boğazınla bütün adamlar səslənilir.
Buludların ipini burax,
Gecə qaranlıqdır,
Və hər insan,
Yeni bir üsyan!-Bu şeirdə isə sanki kiməsə nə olubdur sənə sualı verilir.Bəndin sonunda hər bir insanın yeni bir üsyan olduğunu deyir şair. Bu şeir kitabını oxuduqca şair Cənubi Azərbaycanlı olduğuna görə sanki mən də orani səyahət edib qayıtdim. Amma mən bu şairi Cənubi Azərbaycanlı deyil, bütöv Azərbaycanlı hesab edirəm.
Müəllif:Gültən Qədirli
05 may 2015 -
“Gecə qonağı” filminin çəklişləri sona çatıb
Manera.az xəbər verir ki, filmin ssenari müəllifi İlqar Fəhmi, qurluşçu rejissoru Kənan M.M., montaj üzrə rejissoru Tofiq Teymuroğlu, qurluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Nailə Mirməmmədlidir.
Gənc rejissor Tofiq Teymuroğlu üzərində çalışdıqları yeni “Gecə qonağı” filmi haqda manera.az-a danışaraq bildirib ki, filmdə bir çox tanınmış simalar rol alıb.
Bunlardan Kənan M.M. (eyni zamanda filmin qurluşçu rejissoru), Fərda Amin, Kəmalə Piriyeva, Pərvin Abıyeva və başqalarının adın qeyd etmək olar.
Bir neçə film, klip və reklamların rejissoru, montajçısı olan Tofiq Teymuroğlu: “Bu gün Azərbaycanda film məkanında daha böyük işlər görülməkdədir. Belə işlərdən biri olan “Gecə qonağı” filminin qala – təqdimat gecəsi sentyabr ayının 24 –də keçirilərək tamaşaçıların ixtiyarına veriləcək. ”
“Bu filmin həqiqətən də tamaşaçı kütləsi qazana biləcək bir film olacağına inanırıq.” – deyə Tofiq Teymuroğlu sözlərinə əlavə edib.
Çinarə
MANERA.AZ -
Fidan ABBASOVA.”Sığınıb dənizin ləpələrinə”
Sığınıb dənizin ləpələrinə
dalğaya bürüdüm tam vücudumu
yoxluğu əbədi hiss edim deyə
məni qınadılar inan bir çoxu…Mən dikdim gözümü mavi dənizə
ruhum bir az olsa susudu onunla
imkanım çatmadı yetib bənizə
görüm gözlərini duyum onunla…Mən daha əvvəlki cavan deyiləm
ömrümün hər günü yaşanır bitir
nə olsun bu yas da belə sevirəm
sevdiyim insanlar gözümdən düşür…Bədir xəyal olub doldun gözümə
Səni o dənizlə unudacağam
Fidanı bir zaman sən həsrətinə
mən həsrət yüküylə qocalacağam… -
Şəfa VƏLİYEVA.”Ayırılıq gəlirəm deyər…”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü“Türklərdə belə bir söz var: “Aşk geliyorum demez, ama gidiyorum der”. Mən həmişə bu sözü xatırlayıram. Həmişə də mənə elə gəlir ki, nəsə düz deyil. O düz olmayan isə budur: ” Ayrılıq gəlirəm deyər”. Hə… deyər… Vallah, deyər… özü də ən bərk sevənlərə deyər ha! Hər adama da yox! O bərk-bərk sevdiyimizi sandığımız da bütün həyatımız boyu yalnız bir nəfər olar… Ondan əvvəlkiləri nağıl, ondan sonrakıları təsəlli bilirik. Bilə-bilə də yaşayırıq. Bəs neyniyək?! Axı çarə varmı ki?! Axı o ilahi sevgi cəmi bir dəfə gəlir ömrümüzə, bir meh kimi sadəcə xoşhallandırır, bir sel kimi qabağına qatıb aparır, dağa-daşa çırpır, ağrısını da sevirik, bir ocaq kimi “iki daşın arasında” yandırır, yandırır… və birdən… Bizə elə gəlir ki, qəfil gəldiyi kimi də qəfil gedir. Yox! Gedişinə hazırlayır bizi… Qram-qram daddırır “O”nsuzluğu… Dada-dada doymuruq həsrətindən. Yapışırıq ətəyindən “bəlkə”li ümidlərin. Sürüyür bizi, heyy… Və bir ömür boyu gedişi unutmuruq. Unutmaq nədi ey, ölənəcən bu gedişi yaşayırıq…” Çoxdandı yazmaq istəyirdim ayrılığın gəlişindən. Çoxdandı beynimdədi. Ötən ilin noyabrın 5-dən. (daha&helliip;)
-
Şafa KAMİLLİ.”Unudmuşam…”
Bilmirəm nədən buqədər ,
İztirab ,agri cəlirəm ,
Nəyim catmir axı ?
Ətafimda əzizlərim ,
Məni cox sevənlərim ,
Bir sözmu soz etməylərim .
Ətavida başma pərvən olanlarim .
Baş taciyam ,mən bunlarin ..
Niyə belə naraziyam ?
Nədən ,kimdən ,küsgünəm mən ?
Undmuşam ,
Xatirlamaq cox cətind ..
Nədən belə naraziyam ?
Kim sindir bu qəlbimi ?
Parm -parça köz qəlbimi
Nədən ,kimdən alb yara ?
İztirabdan ?
Yalandan ?
xəyanətdən ?
Satqinlidan ?
Unudmuşam ….
Nədən belə ?
Mən bu qədər
Bədbin ,
Küsgün ,
Harazi ,
Susqun ,səsiz ,
Kor ,lal olmuşam .
Nədən belə , mən olmuşam ?
Unudmuşam .
Unudmşam ..
Unudmşam….
28.08.2015.. -
Şəfa EYVAZ.”Qal”
Bir bənövşə boyu böyümə nolar,
Sən elə bax mənim bildiyimcə qal.
Soldurma üzümdə açan gülləri,
Gözümdə təbəssüm güldüyümcə qal.Getmə! Qoy yolunu gözləməyim mən,
Ah çəkib, buz tutub buzlamayım mən,
Gah aşkar, gah gizli sızlamayım mən,
Gözümdən yaşları sldiyimcə qal.Hələ sevgi varsa, isin istimə,
Getsən kor olacaq dünya tüstümə.
Getsən də dönərsən qəbir üstümə.
Qal, mənim yanımda, öldüyümcə qal. -
Xəyalə SEVİL.”Sarmaşıq külək”
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüDolanır boynuma sarmaşıq külək,
Yollar qucağıma yüyürüb gəlir.
Ahaa! Gözün aydın, qaranlıq küçə,
Gəlib, gəlib o qız, amma həsrəti,
10 ildi gözündə qarıyıb gəlib.O oğlan yoxdu yox,
Yoxdu, gəlmədi!
O oğlan deyirlər dişini sıxıb,
Taleyi, qisməti söyür, nə bilim.
Şəklimi əlinin içindən asıb,
Hər gecə gözünü döyür, nə bilim…Ulduzlar göz kimi açıldı göydə,
Biz gözə gəlmişdik, ulduz gözünə.
Off! İndi dərdimi ağlayım sənə,
Bir qadın gözünə, bir qız gözünə…Dolanır boynuma sarmaşıq külək.
Yollar qucağıma yüyürüb gəlir.
Mənim gözlərimin qaranlığından
Hər axşam bir gecə törəyib gəlir. -
İlhamə SULTAN.Yeni şeirlər
İstəmirəm…
Məni ondan ayırmayın,
Onsuz həyat istəmirəm.
Qoy tərk etsin hamı məni,
Onsuz həyat istəmirəm.Çətin olsun hər şey mənə,
Düşüm lap dumana, çənə,
Gələcəyəm bir gün yenə,
Onsuz həyat istəmirəm. (daha&helliip;) -
Mən öləndə ağlamayın…
Vəsiyyət edirəm bu gündən…
Mən öləndə ağlamayın…
Atam ağlama, qızım ağlama… Anam onsuz da ağlamaz, qardaşım da ki, ölsəm də, xəbər tutmaz…
Sabiq sevgilim, ərim sevinər ki, canı məndən qurtarıb…
Onsuz da mən öləcəyəm bir gün… Ölüm haqqdır… Ağlayanım çətin olar, bilirəm, əminəm…
Çünki məni sözdə sevənlər çoxdur, amma qəlbən sevənlər yoxdur, çoxunu qəlbən sevsəm də mən… Dost saydığım insanlar belə səmimi, açıq sözlü, cəsur ola bilmirlər…
Məyus olursan, peşiman olursan, susursan, içinə salırsan, üzülürsən, təklikdə ağlayırsan… Mənə lazımdır bu?! Əsla! (daha&helliip;)
-
Gülnar SƏMA.”Arzu Hüseynin içində yaşayan məsumluq”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüİstedadlı qələm sahiblərindən olan Arzu Hüseyn özünəməxus yaradıcılıq yolu keçən gənc yazar xanımlarımızdandır. O, ilk öncə AYB-nin üzvü oldu, sonra da Prezident təqaüdçüsü. Bu uğurların ardınca ilk şeirlər toplusu olan “Sonu əlvida” kitabı “aybKitab” layihəsi çərçivəsində işıq üzü gördü. Kitabda təqdim olunan şeirlər ümumilikdə həssas bir ürəyin səmimi pıçıltılarını ehtiva edir. Bu şeirlərin heç bir texniki qüsuru da nəzərə çarpmır. Həzinliyi ilə ürək oxşayan həmin şeirlərdə, nədənsə, qeyri-adi tapıntılar edilməsinə cəhd edilmir. Gənc yazar özünüifadədə hansısa bir kəşfə can atmır. Sadəcə hisslərini şeirləşdirir; “Bu yasaq sevgini gizlində daşı, Əlində tutarlar, ələ düşərsən”- nəsihətamiz saflığa bürünmüş misralar, yaxud da “Bütün ayrılıqlar ömürlük çəkir, Ömürlük məhəbbət olmur, əzizim”. Adi bir aksiom; dünəndən ayrıldınsa ömürlük dünənə qayıda bilmirsən. Səbəb isə çox sadədir, səni dünənə qaytaracaq məhəbbət yoxdur. (daha&helliip;)
-
Ülkər PİRİYEVA.”Yaşıl Dünya…”
Təsadüfi deyil ki, alimlər bioloji müxtəlifliyi nəhəng və zəngin ehtiyat mənbəyi adlandırırlar. Odur ki, kimliyindən və harada yaşamasından asılı olmayaraq, hər bir şəxs təbiətə və onun nemətlərinə qayğı ilə yanaşmalı, onun müdafiəçisi olmalıdır.
Təəssüf ki, planetin təbii zənginliyi azalır, bir çox bitki və heyvan növləri məhv olur, yaxud nəsli tamamilə kəsilir. Bir sıra beynəlxalq qurumlar və dövlətlər həyəcan təbili vurur, planetin təbii zənginliyini və biomüxtəlifliyini qorumaq naminə birgə fəaliyyətə çağırırlar. Bu əməkdaşlıq müsbət nəticələrini versə də, hələ ki nəsli kəsilən və “Qırmızı kitab”a düşən heyvan və bitki növlərinin, mikroorqanizmlərin sayı ildən-ilə artmaqda davam edir. (daha&helliip;) -
Abdulla MƏMMƏD.”Bu bahar alnıma yazilib mənim”
Bu bahar alnıma yazilib mənim,
Göyün göz yaşlari həsrət payimdir.
Bu yaz buludlari bəyaz kəfənim-
Qüssəmə tələsən qismət payimdir.Bu yaz ürəyimdə kövrəlir sözüm,
Bahar sevincimin yuxusu gəlir.
Bu yazi tutubdu ayazin gözü,
Bu yazdan payizin qoxusu gəlir.
(daha&helliip;) -
Qalib ŞAMXALOĞLU.”Uzaq dur həyatımdan”
Süründüm arxanca mən , məni bir yol anmadın ,
Mənim kimi od alıb , eşq oduna yanmadın!
Mən səni yar sanırdım , sən məni var sanmadın ,
Olmadın canan mənə , uzaq dur həyatımdan ,
Eyləmə divan mənə , uzaq dur həyatımdan!Hicrinlə , firqətinlə çox sozaldı məhəbbət ,
Bir ömür yoxluğunla yetim qaldı məhəbbət!
Dəyişildi zamanla , nifrət oldu məhəbbət ,
Yar oldu hicran mənə , uzaq dur həyatımdan
Eyləmə divan mənə , uzaq dur həyatımdan!
(daha&helliip;) -
Mais TƏMKİN.”Səni kimdi saxlayan?”
Güləndamı Vəli saxlar,
Gülbadamı Əli saxlar.
Hərəni bir dəli saxlar,
Bəs səni kimdi saxlayan?Xankişidən al pulunu,
Boynuna sal öz qolunu.
Sən də belə tut yolunu,
De, səni kimdi saxlayan? (daha&helliip;) -
Qalib ŞƏFAHƏT.”O yana”
Kim gələcək, kim gedəcək,
Səndən, məndən o yana ki?
Kim qalacaq, kim olacaq,
Səndən, məndən o yana ki?Bulud olub çəkiləmməz,
Yağış olub töküləmməz,
Dan yeritək söküləmməz,
Səndən, məndən o yana ki? (daha&helliip;) -
Elnur RƏSULOĞLU.”Sökün sərhəd qurğuların”
Bakı-Təbriz
Şimal, cənub – vətən birdir.
Birləşsə, tən və tən birdir.Uzaq, ayrı yaşayıblar
Çox illəri Bakı-Təbriz.
Qəlblərində daşıyıblar
Nisgilləri Bakı-Təbriz.
(daha&helliip;) -
Elnur ABDİYEV.”Qarabağ” poeması. VII fəsil
Faciədən sonrakı görüntülər
Ağappaq qar tutub qara torpağı,
Sanki göylər yerə kəfən biçmişdi.
Tikanlar basmışdı güllü bir bağı,
Burda canlı nə var,candan keçmişdi.Qar üstə qaralan qara kölgələr,
İnsan cəsədiydi,insan,ay insan!
Bəlkə də bir zaman elə gün gələr,
Bu acı dəhşəti nağıl sanarsan. (daha&helliip;) -
Nail DAĞLAROĞLU.Qıfılbənd
Əziz dostlar, bu şeirimdə təriflə tənqid bir yerə düşdü. Onu da qeyd edim ki, tənqidə münasıbətim açıqdı, kim istəsə öz fikrini bildirə bilər.
Arvad var ki, namusu var, arı var,
Arvad var ki, yeddi-səkgiz yarı var.
Arvad var ki, düzlük adlı varı var,
Ölənədək bircə düz yol seçər hey.Arvad var ki, ,,reklam” edər özünü,
Arvad var ki, heç görməzsən gözünü.
Arvad var ki, sayır əlli-yüzünü,
Əlcək olub əldən ələ keçər hey. (daha&helliip;) -
Rəşad Məmmədoğlu (Yeni şeir) MƏNİ İTİRƏN QADIN
MƏNİ İTİRƏN QADIN
*
Ürəyinə qəm yığıb,
Dərd üzündən, xəbərsiz.
Ondakı qəlb mənimdir,
Mən özündən xəbərsiz
*
İzlərmiş, yolum izli,
Gözün süzdürən qadın,
Özüylə gizli-gizli,
Məni gəzdirən qadın.
*
Onun gizli sevgisi,
İçindəki ahıymış.
Bəlkə əzab çəkməsi,
Mən üçün günahymş.
*
Ağlayırmış şerimin,
Acılı damğasından,
Su içirmiş gözüylə,
Yağışın damlasından.
*
Güllü, barlı bağının,
Yiyəsini itirmiş.
Bəzəkli tirməsinin,
İynəsini itirmiş.
*
Tərk etdiyim ünvanım,
Ona soyuq qarıymış.
Odası da qaranlıq,
Bir soyuq məzarıymış.
*
Doğulmuş arzuların,
Əhdinə də bəd oldum,
Bir qadın talyinin,
Məhvinə səbəb oldum.
*
Yazın, qışın da bitirib,
Qəmi gətirən qadın.
İndi başın da itirib,
Məni itirən qadın.
*
Rəşad
Məhəmmədoğlu -
Hayrettin YAZICI (Yeni şiir) GÖLGE VE HAYAL
GÖLGE VE HAYAL
Acıları yorgan eyle sar beni,
Bindir azgın kısraklara sür beni,
Değil şimdi, kaybolurken gör beni;Seyreyle sen, çıkan tozu-dumanı,
Ömrün varsa, gör sen o gün amanı …Dert hayındır, derman kalleş sevdiğim,
Üstüme uymuyor artık giydiğim,
Sen paşa de, ben gelene bey deyim;Yorgunum ben, uğraş dersin dün gibi,
Yüküm ağır, çekilmiyor, ton gibi…Kim diledi, düştüm azgın zamana,
Seçmez gözüm, bak verdiler dumana,
Kimse gelmez, sen gelseydin imana;Bilemezsin, seni nasıl severdim;
Ne isterdin ? Can de, canım verirdim…Olmaz şimdi, yattım uzun rüyaya,
Dayadım sırtımı çatin kayaya,
Bekleme sevdiğim tutmaz bu maya;Soğumadan çalkalanmış sütümüz,
Ürkütmüşler, gem tutmuyor atımız …Yüreğini bir dağ gibi yar şimdi,
Bir baş çevir, eserini gör şimdi,
Mil çektirdim, bak gözlerim kör şimdi;Hayatımız şimdi gölge ve hayal,
Sevdalar mı ? Bir puladır, gel sen al …. -
Hikmət Məlikzadə şeiri
Azərbaycan YAzıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü
Hopma gözlərimə gün işığıtək,
Gecdir, yuxu sıxır, yatacam, əl çək.
Sənə xərclədiyim ömrün oduyla,
Birtəhər başımı qatacam, əl çək.Hərə min günahnan böyüyür onsuz,
Hərə bir əzabın qalın xəttidir.
Sən ömrü iylətdin yaş corab kimi,
Tale, bilmədin ki, alın xəttidir.Yaxşı, mən gedirəm, salavat çevir,
Qıyma bu əhvalda təndir axtarım.
Gəlmək istəməsən, bir namə yolla,
Mən də künc-bucaqdan kəndir axtarım. -
Vasif ZÖHRABOĞLU.”Gözləməliydim…”
Artıq az qalmışdı qaranlıq düşə,
Yolları görməyə göz işləmirdi.
Ya sən gecikmişdin o gün görüşə,
Ya mənim saatım düz işləmirdi.Eh, necə şirindi o vaxti həyat,
Xoşbəxtlik başımın üstündə idi.
Bəlkə imtahandı bəlkə zarafat,
Bilmirdim gözlətmək qəsdin nə idi. (daha&helliip;) -
Nofəl ÜMİD.”Yolunu gözlədim”
Sən getdin, qəm aldı qoynuna məni,
Çökdürdün ömrümə dumanı, çəni.
Fələk də gətirdi saçıma dəni,
Hər gecə əllərim uzandı göyə,
Yolunu gözlədim, dönərsən deyə.Sən getdin, səninlə getdi bu ürək,
Həsrət acısında bitdi bu ürək,
Söndü, daşa döndü, itdi bu ürək,
Köksüm buz bağladı… Bilirsən niyə?
Yolunu gözlədim, dönərsən deyə. (daha&helliip;) -
Sərvər KAMRANLI.”Bir vaxtlar gördüyün deyiləm axı”
Ay mənə yenidən qayıdan qadın,
Bir vaxtlar gördüyün deyiləm axı.
Özünü özümdən soyudan qadın,
Bir vaxtlar gördüyün deyiləm axı.Başımın üstünə artıq qar yağıb,
Gözlərim sən adlı gündə “Sən” doğub…
Həsrətin sevgimi çoxdandır boğub
Bir vaxtlar gördüyün deyiləm axı.
(daha&helliip;) -
Çinarə ÖMRAY.”Akif Səmədə məktub…”
Salam Akif bəy. Necəsiniz? Sizə taa uzaqdan yazıram.
Bir zaman insanların sizi incitdiyi, dostların əsil dost olmadığını anladığınız həmin o şəhərdən yazıram. Sizə sevdiklərinizin yanından yazıram bəy. Burda hər şey qoyub getdiyiniz kimidir. Biraz insanlar böyüyüb, biraz şəhər dəişib. Əksinə olsaydı nə gözəl olardı. Hə? Şəhər böyüyüb, insanlar dəyişib olsayydı? Amma təssüf ki, insanlar dəyişə bilmirlər bəy. Yaxşılar da çox qalmır. Hamısı tələsirmiş kimi siz olan ölkəyə qaçırlar. “dahi adiləşər nadan yanında, nadan dahiləşər insan yanında”.
Yaxşıların siz olan tərəfə qaçması bundan olsa gərək . İlk bu şerinizi oxumuşdum.Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni. (daha&helliip;) -
Şəhanə MÜŞFİQ.”Bəlkə düşməmişdin elə yağışa.”
Dünən ayrılmağa gəldik görüşə,
Dilimiz bilmədi nədən danışa…
Dünən gözlərimdə elə islandın,
Bəlkə düşməmişdin elə yağışa.Elə bil ilk dəfə tanış olurduq,
Həmin gün necə də çevrildik yada.
İzimə boylanan baxışların da
Getdiyim yollara oldu piyada. (daha&helliip;) -
Emil RASİMOĞLU.“Ölü kitablar”a xeyir-dua verənlər
Və yaxud ədəbi “baltalar” haqda daşlama Həə…Yenə yazmaq istədim, əziz oxucu! İstədim deyəndə ki, vadar oldum. Ədəbiyyatımızdakı yaralı SÖZ vadar elədi məni… Nə isə… Bilirəm, vaxtın azdır, keçirəm mətləbə. Bu dəfəki söhbətim yeni çap olunan kitablar haqqındadır. Bu gün ədəbi mühitdə silsilə kitablar çap olunur. “Çox gözəl” deyirəm. Çünki gözəlin də eybi olur. Bilirsən, problem kitabların çap olunmasında yox, artıq çap olunmuş bəzi kitablardadı. Daha doğrusu, bu tip “kitabların” çapına “yol” açıb ədəbi sferaya təqdim edən ədəbiyyat nümayəndələrindədi. Belə ki, necə deyərlər, sizi inandırım, bir bu qədər çap olunmuş kitabların səksən faizinə od vursaq, içindən bir misra belə olsun, səslənib “xilas edin, ölürəm” deməyəcək. Həə… “Ölürəm” demişkən, deməli, kitab ölü doğulub. Ancaq maraqlı tərəfi burasındadır ki, hər vərəqi sanki bir qəbirə bənzəyən “şeir kitabları”, gəl görək, kimlərin adları ilə özünə yaşamaq hüququ qazandırır. Kitab çap olunur. İlk vərəqi açırsan ki, SÖZün bu günə kimi güvəndiyi ziyalılardan birinin adı REDAKTOR kimi, birinin adı “ÖN SÖZ”ün müəllifi kimi qeyd olunub. İnanın ki, bəlkə, heç redaktorun xəbəri olmayıb, kitabı oxumayıb. Müəllif ya bir zəng, ya bir görüşlə redaktoru təyin edib. “Ön söz”ə gəldikdə isə, baxırsan ki, elə bil, “Ön söz”ün müəllifi, “Ön söz” yazmayıb, sanki yad ölüsünü qarşısına qoyub, bir doğma kəsini xatırlaya- xatırlaya ürəkdən ağlayır. Çünki yazını oxuduqca görürsən ki, yazının kitabla heç bir bağlılığı yoxdur. Beləcə, əziz oxucu, bax, burda fikrimi tamamlamaq istəyirəm… Demək, yenə özümü inandıra bildim ki, problem sapı (s)özümüzdən olan baltalardadır. Necə deyərlər, “od olmasa, tüstü çıxmaz”!
-
Yeqzar CƏFƏRLİ.”İki dalğa” (Hekayə)
DGTYB Yönətim Qurulu Başqan Yardımçısı
İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu.
Havalar bir az da qızışacaqdısa biz də yaxın bir neçə gün ərzində dənizə gedəcəkdik. Anam belə planlaşdırmışdı. Çünki, biz həmişə dənizə getmək istəyəndə o “hələ vaxtı deyil, sizə soyuq olar”-deyirdi. Dənizə ailəmizdə mən daha çox can atırdım. Xəzər mənim uşaq təsəvvürümdə sonsuz idi. Elə bilirdim ki, nə qədər üzsən də onun sonuna çata bilməzsən. Məndən olsaydı hər gün dənizə gedər, hava qaralmamış geri qayıtmazdım. Amma valideynlərimin iş qrafiki buna imkan vermirdi. Hər dəniz mövsümündə atam eyni sözləri təkrar edib gileylənərdi:
-Dəniz ağzımızın içindədir. Əlimizi uzatsaq gedib dənizə çatar. Amma biz düz-əməlli gedib orda istirahət edə bilmirik.
(daha&helliip;) -
Debüt: İntiqam YAŞAR (Gədəbəy rayonu).Şeirlər
İntiqam YAŞAR (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Şeirləri və publisistik yazıları “Azad Qələm”, “Ədəbiyyat qəzeti”, “Kaspi”
“Mərkəz” qəzetlərində, “Ulduz” “Dalğa” jurnallarında, “Nevzuhur” dərgisində və başqa müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin redaktorudur.
2012-ci ildə “Nurlan” nəşriyyatında “İlk görüş” adlı şeirlər kitabı çapdan çıxıb. Şeirləri və publisistik yazılari ilə Azərbaycan və Türkiyə mətbuatında müntəzəm olaraq çıxış edir.AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Bu da son…
Kaş ki həmin görüş baş tutmayaydı,
Bir ömür xəyalla yaşayaydıq biz.
Hər günün sonunda lap üzülsək də,
Ümidi sabaha daşıyaydıq biz.Görüşdük, o görüş bənzər olmadı,
Ötən görüşlərə,ötən günlərə.
Hicranın əıindən dad eləyəndə,
Bizim hayımıza çatan günlərə.
(daha&helliip;) -
“Zərrələr” addım-addım bölgələrə qədəm qoyur
Bu dəfə də Şəmkir rayonuna yollandıq. Üzvlərimizdən biri olan Ceyhun Göyçəli ilə mərkəzləşdirilmiş kitabxanaya kitabı təqdim edik. İlk olaraq kitabxanın direktoru Sahibə Əmiraslanova ilə görüşüb kitab haqqında məlumat verdik. Sonra isə Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Yeganə Hüseynova və informasiya texnologiyaları üzrə mütəxəssis Nailə İsmayılova ilə tanış olduq. Kitabla tanışlıqdan sonra kitaba peçat vurulub, fonda daxil edildi.Ümid edirəm ki bu şeirlər və şairlər oxucular tərəfindən sevgi və rəğbətlə qarşılanacaq. Zərrələrə uğurlar.
Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı
-
“Ömür Bir Günlük Yuxudur”…
Bu gün Kitab Evim.Az Ədəbiyyat aləminin dəyərli qələm sahiblərindən biri, gənc yazar Vasif Zöhraboğlunun “Ömür Bir Günlük Yuxudur” kitabının təqdimat mərasimini qeyd etdi.
Artıq az qalmışdı qaranlıq düşə,
Yolları görməyə göz işləmirdi.
Ya sən gecikmişdin o gün görüşə,
Ya mənim saatım düz işləmirdi.Tədbir AYB-nin üzvü, DGYTB-nin idarə heyətinin üzvü, dəyərli şair Emil Rasimoğlunun ilk tədbiri açılışı ilə başladı. Vasif Zöhraboğlu haqqında qısaca məlumat verdikdən sonra, ilk olaraq söz DGYTB-nin başkanı, hörmətli şairimiz Əkbər Qoşalıya verildi. Əkbər müəllim həmişəki kimi gənc yazarların yanındaydı. Eyni zamanda, AYB-nin üzvləri, dəyərli şairlərimiz Ayaz Arabaçı, Fərqanə Mehdiyeva,İbrahim İlyaslı, İlqar Türkoğlu, Narıngül Babayeva, Solmaz Əliqızı, Bakı Slavyan Universitetinin müəllimi Cavanşir müəllim, Yaradıcılıq fakültəsinin dekan müavini Manaf Kərimov, Media işçiləri, Gündəlik İnformasiya Agentliyinin təsisçisi Kamran Murquzov, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi Kənan Aydınoğlu, gənc yazar və tənqidçilərdən, Seyran İsmayıl, Gülnar Səma, gənc yazar və bədii qiraətçi Ülkər Piriyeva, gənc yazarlardan Şəhanə Müşfiq, Nofəl Ümid , Sərvər Kamranlı və digərləri iştirak edirdi. Bədii qiraətçi Ülkər Piriyeva həmçinin gənc şairin bir şeirini səslləndirdi. Ustadlara və gənclərə söz verildi. Hər kəs Vasif bəy və onun kitabı haqqında dəyərli fikirlərini söylədi.
Biz də, gənc yazar Vasif bəyə Ömür bir günlük yuxudur kitabi münasibətilə səmimi qəlbdən təbrik edir.
Arzu edirik ki, bir günlük yuxu kimi də olsa, Ömür yolunu həyat yoldaşı Bənövşə xanımla birgə möhtəşəm yaşasın.Şəfa Piriyeva- Gənc Yazar, BSU-nun, Yaradıcılıq fakültəsinin dinləyicisi
-
Gənc xanım yazar Fidan Abbasovanın şeiri “Kümbet” dərgisində çap olunub
Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibisi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, gənc xanım yazar Fidan Abbasovanın “Artıq unutmuşam, deməli, səni” Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”
eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 37-ci sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 34 və 35-cisaylarında dərc olunmuşdu.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
KÜMBET DERGİSİ 37. SAYISI İLE 10 YAŞINDA
Tokat Şairler ve Yazarlar Derneğinin yayın organı olan TOŞAYAD Kümbet Dergisi 37. sayısı ile 10 yaşına bastı. 2006 yılından itibaren yayın hayatına devam eden kümbet dergisi 37. sayısı ile okuyucularıyla buluşuyor. Kültür ve Turizm Bakanlığının da abone olduğu derginin 37. sayısı il ve ilçe halk kütüphanelerine gönderilmeye başladı. Abonelere dağıtımı ise devam etmektedir.
EDİTÖRTEN
Yeni bir sayı ve dergimizde yeni yüzler. 37.sayımızda kültür ve sanat dünyamızda sizlerle birlikte olmanın haklı gururunu yaşıyoruz. Anadolu’da dergi çıkarmanın ve yaşatmanın zorluğunu idrak eden bir ekip ve onların bu gayretlerini yalnız bırakmayan siz değerli okuyucularımız. Her dergi çıkışındaki arayışlarınız, bizleri motive eden maddi manevi destekleriniz devam ettiği müddetçe eminiz ki bu kır çiçeği asla solmayacak, kokusu sizlere kadar ulaşacaktır. Bu nedenle bu alandaki çalışmalarımızı büyük bir titizlikle takip eden kurum ve kuruluşlarla birlikte sizlere ne kadar teşekkür etsek azdır.
Bu sayımız biraz da yaz münasebetiyle şiir ağırlıklı olsun istedik. Şiirler kimi zaman sizlerinduygularına karlı dağların zirvelerinden, kimi zaman yaylalardan, tepelerden, ovalardan, kiraz bahçelerinden, kimi zaman da sahillerdekidalgalardan güzelliklergetirdiler. Kırkdört şair Yekta Güngör Özden’den İlter Yeşilay’a dağarcıklarında biriktirdiklerinin hazzını, onurunu sizlerle paylaşmanın sevincini yaşadılar.
Yazarlarımıza gelince; onlar da dergimizdeyer alıp bu gizemli şiir dünyasına yaptıkları araştırma ve çalışmalarını katarak apayrı bir derinlik, zenginlikkazandırdılar. Yahya Akengin, M. Halistin Kukul, Yard. Doç. Dr. Lütfi Sezen, Yard. Doç. Dr. Süleyman Coşkuner, Yard. Doç. Dr. Doğan Kaya, Sıtkı Caney, Mahmut Hasgül, İlhan Yardımcı, Harika Ufuk, M. Necati Güneş, İbrahim Düğer, Ülkü Taşlıova, Abdulkadir Güler, Azerbaycan’dan Şahla Ramazan Kızı, Nihat Aymak, Hasan Mahir, Turgay Akarslan, Merve Nur Maden ile birlikte iki genç lalem Mehmet Akça ve Arife Çubuker aramızda oldular.
Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliği ile yapılan “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”nın bu yıl altıncısı gerçekleştirildi. Dereceye giren şairler milletvekili seçimleri sebebiyleertelenerek önümüzdeki aylarda yapılması planlanan “Niksar’ın Fidanları Kültür ve Sanat Festivali’nde ödüllerini alacaklar. Yarışmada birincilik ödülünü alan şiiri genç şair Miraç Furkan Bayar’ın Türkiye Kasidesi isimli şiirini dergimizde bulabilirsiniz
Tokat Şairler ve Yazarlar Derneği üyeleri diğer sayımızdan bu yana imkânları ölçüsünde davet edildikleri bazı etkinliklere katıldılar. İLESAM Genel Merkezi’nde “ONBEŞLİLER GELİYOR Kültür Sanat Programı,Van -Erciş’te “Uluslararası İnci Kefali Göçü, Kültür Sanat Festivali”,Başçiftlik Kültür ve Sanat Festivali, Amasya’da Cemal SAFİ Şiir Şöleni, Sivas Şairler ve Yazarlar Derneği Şiir Şöleni’ne katılım bunlardan bazıları oldu. Geleneksel olarak devam eden TOŞAYAD Kahvaltıları yine şehrimizdeki şair ve yazarları bir araya getirdi. Derneğimiz üyesi Metin Falay’ın “Kar Kristalleri”, Celalettin Çınar’ın, “Sıkılmayan Kurşunlar” eserleri kitap reyonlarında yerini alırken bazı şairlerimizin kitap basım çalışmaları hızla devam etmektedir.
sayımızda buluşmak dileğiyle ülkemize barış ve huzur içinde bir hayat, sizlere esenlikler diliyor ve bu sohbetimizi kiraz mevsiminin sonuna yetişse de değerli Şaire İlter Yeşilay’ın LAL-İ KİRAZ şiirinin son iki beytiyle bitiriyorum.
Ey benim şems-i sevdam dudağı lâl-i kiraz
Gel gönül iklimime bahtım gibi doğ biraz.
Bilirsin ki; Tok/atı dehlesen de koşamaz
Tokat’ın kirazını tatmayan çok yaşamazRemzi ZENGİN
Tokat Şairler ve Yazarlar Derneği Başkanı -
Ahmet DİVRİKLİOĞLU.”Gülçiçek”
Yıllarin ucuna yillar eklendi
Gönlün mahpusuyum bil be gülçiçek
Yüreğim sevdana kelepçelendi
Sen de bu sevdama yel be gülçiçekZindan gecelerde mahpusunum ben
Er seher bülbülle çekiyorum dem
Gonca güller ile dolsa da bahçem
İlla ki sen bana gül be gülçiçekAyaz gecelerin düşünde çehren
Geceme geceler yildiz dökerken
Ayaz değil beni bil ki titreten
Sensiz yalnizliktan yel be gülçiçekYalnizim sensizken bil yillar yili
Girdi aramiza bir kara çali
Bu kader bahtima bağdaş kurali
İnler yüreğimde tel be gülçiçekHoyrat ellerde ben tarumar oldum
İçimde yastayim dişimdan güldüm
Bakma nefesime yaşarken öldüm
N’olur ben göçmeden gel be gülçiçekGülçiçek tufan’in çilede gamda
Tükendi takati bil ah-ü zarda
Yaşarken olmadi öbür dünyada
Takalim al duvak,tül be gülçiçek -
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi,
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun “Axı sən gələndə başqadı dünya” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 37-ci sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə “Kümbet” dərgisinin 29, 30, 32, 34-cü saylarında Gündəlik İnformasiya Agentliyinin təsisçisi, gənc proqramçı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri və “Türkün Türkçülük Dastanı” poeması işıq üzü görmüşdü.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Hasan AKAR.”ADI ZEYNEL KARAGÖZ”
ADI ZEYNEL KARAGÖZ
(1931-2001)“…..
Henüz ayaklarım tanışırken toprağa,
Bir el tutuyor ellerimi sıcacık,
Belli ki yüreğinden taşmış,
Unutturuyor o an kederi apaçık.
Adı Zeynel Karagöz,
Buyur ediyor hanesine,
Ağaçtan yapma bir ev,
Tanıtıyor bizi gül tanesine.
Teneke bir kuzine harıl harıl,
Üşümüş çiseli ruhumu ısıtıyor,
Türkü söylerken bakır ıbrıklar,
Bir yandan çocukluğumu ışıtıyor.
…..
Derken ,sarı saçlı afacan,
Yüzleri çilli tatlı bir kız,
Ellerime uzanıyor adı Nuran:
“Beraber gideceğiz “diyor” yarın”
Sonra fark ediyorum diğerini,
Saçları örgülü bir kara kız,
O da öğrencimmiş,
Soruyorum :Sona Karagöz.
……”
Tokat’tan Mısralar II -
Remzi ZENGİN.”BİRAZ DA GÜLELİM”
Kadının biri alışveriş için şehre inmiş, ilk girdiği dükkânda harika ayakkabılar bulmuş, ikincide de nefis bir elbise. Üçüncü dükkânda her şey 5 dolara inmiş, gözlerine inanamazken birden cep telefonu çalmış.
Hattaki kadın doktor ona, kocasının feci bir trafik kazası geçirdiğini, durumunun kritik olduğunu, yoğun bakıma kaldırıldığını söylemiş.
Kadın, doktora kocasına çarşıda olduğunu iletmesini, bir an önce orada olacağını söyleyerek telefonu kapatmış, ama akabinde hayatının en verimli alışverişini yapmakta olduğunu fark etmiş ve hastaneye gitmeden 1-2 mağazaya daha girmiş, birkaç saat sonra sabah alışverişini bir fincan kremalı kahve ile tamamlanmış ki birden kocasını hatırlamış. Suçluluk duygusu ile hastaneye koşmuş.
Koridorda doktoruna rastlayıp kocasını sormuş.
Bayan doktor, kadının elindeki paketlere bakıp:
-“Buraya hemen gelmek yerine alışverişine devam ettin değil mi?” demiş bağırarak,
-“Sanırım kendinle gurur duyuyor olmalısın. Adam burada yoğun bakımda, sen mağaza mağaza dolaş. İyi be! Ama bu senin son alışverişin olacak. Artık ömrünün sonuna kadar onun hastabakıcısı olacaksın, hem de başından 1 dakika bile ayrılamadan!”
Kadın son derece üzgün başını önüne eğmiş.
Bayan doktor, onun bu haline uzun uzun baktıktan sonra kıkırdamaya başlamış,
-“Şaka yapıyorum şaka.” demiş, “Takıldım sana. Kocan öldü. Vallahi öldü. Hadi aç bakayım şu poşetleri de neler aldın görelim!..” -
“İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda tədbir keçirilib
26 avqust 2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Beynəlxalq Mətbuat Mərkəzində “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın təşkilatçılığı ilə qısa zaman kəsiyində gerçəkləşən böyük və olduqca aktual bir mövzunu əhatə edən tədbir keçirildi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Televiziya işçiləri, tanınmış vəkillər, psixoloqlar, yazarlar iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Mehriban Abdullayeva ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, dünyada, o cümlədən Azərbaycanda insan alveri ilə bağlı olan ən son məlumatları tədbir iştirakçılarına sundu, bu mövzu ilə bağlı nəinki paytaxtda, eyni zamanda bölgələrdə vaxtaşırı olaraq, bu tip tədbirlər davamlı keçirilir.İstər məktəblərdə, istər kolleclər, istərsə də universitet tələbələri bu sahədə maarfiləndirilir.Mövzuyla əlaqədar olaraq, ssenarisi Mehriban xanım Abdullayevanın özü yazdığı olduqca ibrətamiz, maarifləndirici qısametrajlı film yayınlandı.Tədbirin gedişatında göstərilən filmə və mövzuya uyğun olaraq, cəmiyyətimizdə əsaslı neqativ problemlərin əslində nələr bir daha diqqətə çatdırıldı.Tədbirin sonunda isə bu işdə əməyi keçən hər kəs Mehriban xanım Abdullayeva tərəfindən təltif edildi.Zəhməti keçən kəslərdən biri də yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, “Bayat” İctimai Birliyinin sədri, GTYB, AYB və AJB üzvü, gənc yazar Qabil Ədalət oldu.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.
Ülkər PİRİYEVA,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
-
Mirzə TƏRXAN.”Haqqı sev!”
Dəlilik eşq deyil, həddi aşmaqdır,
Eşq sevgili üçün həp alışmaqdır.
Həqiqi məbudu sevməkçün bil ki,
Yol onun uğrunda çox çalışmaqdır.Məhəbbət olarsa Rəbbə ünvanlı,
Bu an eşq ucalar,bərəkət artar.
Bunda da bir hədd var, aşsan bu həddi,
Çətin ki, arzular murada çatar.Sevgiyə laiqi sevsə bir insan,
Laiq olan onu ucaldar hər an.
Gəl ki, yanlış sevib unutsa Rəbbin,
Şeytan edəcəkdir qəlbini viran. (daha&helliip;) -
Elməddin RAHİBOĞLU.”Dollar əminin” (satira)
Neçə vaxtdır , qutarmır söhbəti dollar əminin.
Ki, bir az artıb yenə giyməti dollar əminin.Hacı Franklin əminin ruhu əzizdir ABŞ a
Mir Vaşinqton ağanın cəddi dənizdi ABŞ a
Seyid Barak başqa cürə qəlbi təmizdir ABŞ a
Bilinir hər ölkədə minnəti dollar əminin
Köləsi olmalı hər kəs, qəti dollar əminin. (daha&helliip;) -
Günel Fərhadqızı Emin (Şeir esse) Danışır
İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə)
Dəyişib indi zəmanə, hər kəs haqdan danışır,
Alır əlinə qələm, yazır, pozur, həm də danışır…
Kimdə nə yoxdursa, olmayan şeydən danışır
Kasıb puldan, varlı əxlaq, vicdandan danışır…
Pis yaxşıdan, yaxşı pisdən hər gün danışır,
Heyvandan betər insanlar heyvandan danışır…
Bir zaman bizdə kimsə bəyənmirdi xaricini
İndi hamı müasirdir, yabançı dildə danışır… (daha&helliip;) -
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IV hissəsi
Arifin vaxtsız ölümü Çiçəyi və dostlarını sarsıtmışdı. Heç kim onun ölümünə inana bilmirdi. Onsuz həyatı təsəvvür etməyən Çiçək yemək yemək yeməməklə özünə qəsd edirdi. Yuxularında Arifin adını sayaqlayırdı, qızını da unutmuşdu. Qızının bu halına Fatma da dözə bilmirdi. Bir ana kimi çox əzab çəkirdi, qızının taleyi ona bənzəmişdi. Atasız övlad böyütmək onun da taleyində varmış. Qızı gərək qızını düşünəydi. Fatma: – Qızım, həyat davam edir. Taleyinin yarımçıq olması onsuzda ürəyimə dağ çəkdi. Belə eləmə, səni itirsəm dözə bilmərəm. Fidanı fikirləş. İki aydı keçib, özünə gələ bilmirsən. Güzgüdə özünə bax, gör nə gündəsən. Nahidə xanımla danışmışam. Mənim yerimə aşpaz işləyərsən. Daha qocalmışam, şəkərim də var. Oturaram evdə nəvəmə baxaram. Çiçək anasına diqqətlə baxdı, heç nə demədi.
(daha&helliip;) -
Şəfa Kamilli (Yeni şeir) Bu dünyada hər şey boşmuş .
Bu dünyada hər şey boşmuş ….
Bu dünyada hər şey boşmuş ,
Yalan -dolan ,hər şey puçmuş ,
Ne sevqi var ,nə sevən var ,
Nə dost ,taniş ,
Nə insaf var ,nə hörmət var ,
Yalnı ,dolani ,bol olan dünya ,
Səndə her şeş boşmuş ,puçmuş ,
Qəlblər daşdan ,qəlblər daşdi
Rəhm hani ?
De hardadi ?
Satqinliqlar ,xəyanətlər,
Yalanlar ,dolanlar
İnsafzlar qünyasidi
Dünya boşmuş ,
Dünya puşmuş,
Xəyantlə ,yalanla ,
Satqinliqla ,
Göz yaşyla dolu dünya ,
Sendə hec insaf yoxmuş ,
Qəddar dünya ,zalim dünya ,
Qəddarlara ,zalimlara məsgən düya.
İnsanlarla dolu olan ,tənha dünya
Kədər ,qəm ,qüsə ilə dolu dünya ,
Puc dünya ,
Arzusu ,diləy. boş dünya
Fani dünya …
Kim qaldin ?
Axiri boş dünya ….
Hər şey puc olan vəfasiz ,qəddar dünya,
Hər bir şeyi boş olan ,
Hec olan ..
Puç dünya … -
Fidan Abbasova (Yeni şeir) soruşki mən onu o kimi sevir?
Bir payız yağışı yağır eşikdə
Ruhum xəyalına qoşulub gedir
Üşüyən körpə tək soyuq beşikdə
sevgin ürəyimdə sanki dövr edir…Darıxır gözlərim, titrəyir əlim
susur səssizlikdə danışan dilim
sanki dünyamdakı o boş mənzilim
sənidə qapıdan qovlayıb gedir…..İtmiş xəyalına qonaqdır yağış
üzündəki gülüş mənədə tanış
səndə ürəyinlə vicdanla danış
soruşki mən onu o kimi sevir?Cavabı nə olsa qanedir dilək
kaş sonsuz yollar tək sevib sevilək
yazda qönçə olmuş payızda kövrək
ruhum xəyalınla sanki rəqs edir….Dinləyib yağmurun həzin səsini
qucub əlləriylə əziz kəsini
sənin götürdüyün sənin bəsinmi?
Bir düşün o anda kim necə sevir?……..Fidan bu mənzərə kövrəltsə səni
yanına çağırma mən adlı səni
ovcunda sıxdığın kövrək qəlbini
burax gör o hansı məkana gedir…… -
Zeynəb Dərbəndli (Yeni şeir) Allahın olsun
Gündəlik İnformasiya Agentliyinin və
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
“Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mən səni sevmişdim sidqi ürəkdən,
Ətrini alırdım, mehdən, küləkdən.
Sən baş açanmadın fitnə, kələkdən,
Məni səni sevmişdim, Allahın olsun!
Əğyara yar dedi, məni ağlatdın,
Elə bil ömürlük arzuna çatdın.
Sən məni bir anda özgəyə satdın,
Məni səni sevmişdim, Allahın olsun!
Mənə yalan vədlər very gülürdün,
O zaman eşqini yadla bölürdün.
Guya ki, dərdimdən yaman ölürdün,
Məni səni sevmişdim, Allahın olsun!
Bu yazıq Zeynəbi atmısan oda,
Bütün həyatımı vermisən bada.
Gün gələr bunları salarsan yada,
Məni səni sevmişdim, Allahın olsun!
-
Şəfa Vəliyeva (Yeni şeir) Qara bəxt
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Həsrətimi köz eylədin,
yaramı göz-göz eylədin…
Özün boyda “döz” eylədin…
Dayan, qara bəxtim… Getmə…dil var səni ağlamağa,
Sel var gözdə çağlamağa…
bel var… dərdi saxlamağa,
Düz dur, qara bəxt… Əyilmə…gedişin kimi yandırar?
bu hikkə nəyi andırar?
Vallah, qəlbimi sındırar…
Dərdimə, qara bəxt, gülmə… -
Nizami Məmmədzadə(Yeni şeir) Dünya
Nizami MƏMMƏDZADƏ (Nizami Zilli oğlu Məmmədzadə) 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, “Bakı” axşam qəzetində texniki redaktor işləyib. Jurnalistika fakültəsini bitirən zaman diplom rəhbəri Azərbaycanın məşhur jurnalist, pedaqoq və ictimai xadim, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev olub və sonra o, Nizami Məmmədzadəni “Bakı”axşam qəzetində işləməyə dəvət edib. (daha&helliip;)
-
Günel ƏJDƏRQIZI (Yeni şeir) Yaşa, var ol, Mehribanım
Yaşa, var ol, Mehribanım
(Ölkəmizin birinci ledisi,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şərəfinə)Sən gözəllik ilahəsi,
Xalqımın ucalan səsi,
Şirin sözü, xoş kəlməsi,
Yaşa, var ol, Mehribanım.Bitib – tükənmir ilhamın,
Qazanmısan xalq inamın.
Ömrünə bəzək, İlhamın
Yaşa, var ol Mehribanım. (daha&helliip;) -
Şakir XANHÜSEYNLİ
“Yarın bağçasında üç gül açılıb-
Ağ gül,qırmızı gül,bir də sarı gül…”
(AŞIQ HÜSEYN)Ey ağ gülüm-
ağ səhərim
bəyaz sevincim,
ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız,
arzulardan yellənən yüyrüyümüz,
ümidlərlə yırğalanan beşiyimiz…Ey qırmızı gülüm-
al qanım,
sevgim, həyəcanım,
dəli-divanə gəncliyim,
bir xeyir-dua səslənir qulaq yaddaşımda:
səni qırmızı pərdə olasan!Ey sarı gülüm-
payız ömrüm,
xəzəlim, yarpağım,
xəzan baxtım-
baxıram,ey dadi-bidad,günəşin qürubu,
sanki nəfəsim daraldı,nitqim qurudu:
Ağ gül,qırmızı gül,bir də sarı gül,
bir də sarı gül… -
Azər Turanın Qalib Şəfahətə məktubu
Əzizim Qalib Şəfahət bəy. Yaxşı ki, tale bizi görüşdürdü. Açığını deyim, poeziyanız mənə nəsrinizdən daha doğma və munis, daha ədəbiyyatca göründü. Bəlkə də yanılıram. Nəsrinizi də bir toplu halında oxuyanda bəlkə düşüncələrimə korrektə edəcəyəm. Ya da bəlkə bu anda ovqatım nəsrə deyil, poeziyaya köklənib, o səbəbdən bunun belə olduğunu düşünürəm. Hər halda, ilk şəxsi tanışlığımız mənə çox şey verdi. Yadıma Nəcib Faziillə Şeyx Arvasinin “söhbəti” düşdü. Görüşmüşdülər. Heç nə danışmamışdılar. Amma nələrisə bir-birinə təlqin etdilər. İndi mənim yazı stolumun yaxınlığında kitab rəfinin bir küncündə vaxtilə Anadoluda mənə bağışladıqları rəmzi bir qab var. Yunus Əmrənin rəsmi və yanında da Yunusun sözləri: Yunusun sözü, Qan ağıar gözü. Doğrudur sözü Aşqın əıindən. Sevəlim seviləlim. Göndəriyiniz şeirlər ardıcıllıqla çap olunacaq. Söhbətimizdən belə başa düşdüm ki, Eyvaz Zeynallı ilə də dostsunuz. Müsaid olsa onun da yazılarını qəzetə yönləndirin. Əziz Qalib Şəfaət həkim. Siz həkimsiniz. Məncə ürək həkimisiniz. Bu mövzuda yazmalı nə qədər mövzular var. Məsələn Şopenin ürəyi adlı bir esse yazardınızmı?
Sayqılarımla, Azər Turan
-
Elməddin RAHİBOĞLU.Yeni şeirlər
* * *
(Qarabağ əlili Zaur Həsənovun xatirəsinə)
Özünüzü yandırmayın, Yandırın Haqsızlığı,
ya da ədaləti satın alan insanları yandırın.
Yandırın,
vicdanını pula satan insanları.
Mənliyini, şərəfini, vəzifəyə satanları.
Özünüzü yandırmayın.
O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın.
Uşağların gözlərindən, göz yaşları axmasın.
Sürünməsin arxanızca, qoca ata, yaşlı ana.
Yoldaşınız ömür boyu ağlamasın yana-yana.
Özünüzü yandırmayın.
Yandırın yoxsulluğu.
O, gözlərə pərdə salan, villaları.
sarayları, (daha&helliip;)