Blog

  • Rafiq ODAY.”Sevinir”

    rafiqoday

    Qoşa yaranıbdır sevgiylə, nifrət,
    Seçməyən qəmlidi, seçən sevinir.
    Hər kəsə eşq adlı bir badə qismət,
    İçməyən qəmlidi, içən sevinir.

    Hissini, duyğunu sevgidən yoğur,
    Səni dərk edəni sev ki, – tən yoğur.
    Hər nurlu sabah da sevgidən doğur,
    Doğdumu dan gülür, gecən sevinir.

    Səni anlayansa könül həmdəmin,
    Yönsüz tufanlara tuş olmaz gəmin.
    Qədər biçinçidir, insanlar zəmi,
    Biçilən qəmlidir, biçən sevinir.

    Göy ilə bağlıdır yer, – körpü durur,
    O ucu, bu ucu sirr körpü durur,
    Hər kəsin önündə bir körpü durur,
    Keçməyən qəmlidi, keçən sevinir.

    Qismətsiz nə əksən ək, sənin deyil,
    Əkdinsə gözünü çək, sənin deyil,
    Bu sevinc, əzizim, tək sənin deyil,
    Gör neçən şadlanır, neçən sevinir

  • Əziz MUSA.Həyatı və Yaradıcılığı

    em

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Yaradıcı Müəllimlər Birliyinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Ədəbiyyat naminə”, “Kaspi”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.2008-ci ildə müqəddəs Həcc ziyarətində olub.
    2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil.

    Kim bizə öyrədib papaq atmağı,
    Papaq ata-ata millət uduzdu.
    Birləşək, barışaq bayram axşamı,
    Papaq qeyrətimiz, namusumuzdu.

    Pay verib, pay alıb babalarımız.
    Papağı başından salmayıb heç kim.
    Bağlı olmayıbdı qapılarımız,
    Bayramda naümid qalmayıb heç kim.

    Qeyrəti atmayaq ayaq altına,
    Bir ovuc şirnidən, noğuldan ötrü.
    Ləkə gətirməyək xalqın adına,
    Qapılar gəzməyək nağıldan ötrü.

    Gəlin yallı gedək ocaq başında,
    Oxuyaq hamımız birlik nəğməsi.
    Papağa and içək, oda and içək.
    Bir də talanmasın Odlar ölkəsi.

    XOCALINI AĞLAMAYIN

    Doğma şəhər qəltan oldu qanına,
    Neçə ildir getmək olmur yanına.
    And verirəm qalanların canına,
    Xocalını ağlamayın təzədən.

    Innən belə göz yaşından nə fayda,
    Alan aldı, satan satdı sarayda.
    Millət susdu o hayda, o harayda,
    Xocalını ağlamayın təzədən.

    Ağacların meyvəsini yad dərir,
    Düşmən ordan bizə acıq göndərir.
    Suyumuzu başqa arxa döndırir,
    Xocalını ağlamayın təzədən.

    Qan içində boğulubdu o çöllər.
    Bir də dinməz bizim dildə bülbüllər.
    Vaxt ötüşüb, dəyişibdi nəsillər,
    Xocalını ağlamayın təzədən.

    Dağlar gördü gürşadı da, seli də,
    Yel sovurdu yerdə qalan külü də.
    Özgələrə ümidliyik hələ də,
    Xocalını ağlamayın təzədən.

    Ağlamaqla dərd azalmaz ay qağa,
    Dağ çəkilib o torpağa, o dağa.
    Qisas deyib el qalxmırsa ayağa,
    Xocalını ağlamayın təzədən.

    QARABAĞA GEDƏSƏN

    Dönəsən Ağatlı oğlana bir gün,
    Atını çapasan doğma dağlara.
    Bir gün ağlayasan el-oba üçün,
    Daha baxmayasan yağışa, qara.

    Dörd nala çapasan sehirli atı,
    Əlinlə boğasan qarı düşməni.
    Qovasan bir yolluq dağlardan yadı,
    Azad eyləyəsən doğma Vətəni.

    Işığa dönəsən, nura dönəsən,
    Səni qarşılaya Ağoğlan dağı.
    Doğma Cəbrayıla yol götürəsən,
    Səni qucaqlaya Araz qırağı.

    Asasan Laçında bayrağımızı,
    Alasan Ağdamı yadlardan geri.
    Gəzəsən o cənnət torpağımızı,
    Verəsən ellərə bir xoş xəbəri.

    Başına yığasan eli-obanı,
    Bir çadır qurasan Cıdır düzündə.
    Şəhid oğulların yuyub qanını,
    Haqqı qoruyasan bu yer üzündə.

    Payız

    Qüruba sarıdı günün yönümü,
    Bir qu nəğməsidi mən oxuduğum.
    Ömrə calayıram payız ömrümü,
    Qışdı, ayrılıqdı indi qorxduğum.

    Qəhərdən titrəyən dodaqlar kimi,
    Bu bomboz günlərin havası acı.
    Göylərdə uçuşan yarpaqlar kimi,
    Tay məni saxlamır ömür ağacı.

    Aldadır qızılı naxışlar məni,
    Gözüm çiçək gəzir, gözüm nar gəzir.
    Məni utandırır saçımın dəni,
    Alışan ürəyim soyuq qar gəzir.
    Həsrətdən, hicrandan rəngim saralıb,
    Göylərdən qəm yağır hey gilə-gilə.
    Quzeyi çoxdandı duman-çən alıb,
    Güneydə göy otlar oynayır hələ.

    Gecəsi uzanıb günün, gündüzün,
    Sözümü üşüdür narın yağışlar.
    Buludlar alıbdı göyün üzünü,
    Köçür dəstə-dəstə köçəri quşlar.

    Ürəyim diksinir durna səsindən,
    Urvatlı bir şeir yaza bilmirəm.
    Zirvəyə qar düşür qış nəfəsindən,
    Tanrı yazdığını poza bilmirəm.

    Axı mən nə umum qəmli payızdan,
    Qələmim əlimdə durna lələyi.
    Mən ki, doymamışam bahardan, yazdan,
    Əsir xəzan yeli, payız küləyi.

    Yaman kövrək olur payızlı şeir,
    “Vağzalı” çalınır, ümid göyərir.
    Hanı bənövşəli, o nazlı şeir,
    İndi Əziz Musa bayatı deyir.

  • Müzəffər MƏZAHİM.”Sazım mənim”

    Aşıq Ədalət saz çalırdı.

    Sədəfə tutdurram səni,
    Sinəmə yatdırram səni,
    Dil-dil oxutduram səni,
    Nəğmələnmiş arzum mənim,
    Qu boğazlı sazım mənim.

    Sən Məcnunun Leylasısan,
    Anamın ilk laylasısan,
    Öz ruhumun balasısan,
    Ömrüm, günüm, yazım mənim,
    Qu boğazlı sazım mənim.

    Sözümün ekiz tayısan,
    Qorqud babamın payısan,
    Əsrlərin harayısan,
    Dünyayla təmasım mənim,
    Qu boğazlı sazım mənim.

    Çaldıqca cövlan eylədin,
    Ötəni yoldan eylədin,
    Hər dərdi yalan eylədin,
    Çağlayan Arazım mənim,
    Qu boğazlı sazım mənim.

    Hər sahil bir üzəngidir,
    Bu vüsal yaman ləngidi,
    Sinəndən qalxan “Cəngi”dir,
    Öndədir Eyvazım mənim,
    Qu boğazlı sazım mənim.

    “Misri” dinəndə dinmisən,
    Köksüm üstə isinmisən,
    Canımmısan, gözümmüsən?
    A şirin avazım mənim,
    Qu boğazlı sazım mənim.

  • Aqil SABİROĞLU.”Nar” (Hekayə)

    asm

    Üst-başı çirkli,ütüdənsə əsər-əlamət yox idi.Saqqallı görünürdü.Deyəsən yuxusuzluqdan gözləri şişmiş,qızarmışdı.Qəbiristanlığa gedib-gələnlər ruhi xəstə sanaraq ondan yan keçməyə çalışırdılar.O özü də hamıya ölgün nəzərlərlə baxaraq uzaq olmağa çalışırdı.Bir qəribə hərəkətini isə nəzərdən qaçırmadım;əlində tutduğu narı alacaqlarmış kimi hamıdan gizləməyə çalışırdı.Yaxınlaşıb salam verdim.
    -Əleykəssəlam,-dedi.
    -Narahat görünürsünüz.Bir kömək lazım deyil ki?
    Əllərini arxasına apardı,narı gizləməyə çalışdı.Məzlum görkəmlə başını buladı:
    -Yox,çox sağ olun,-dedi.Gözlədiyim var,gəlməlidir.
    Başını aşağa dikdi.Sağ ayağı ilə yeri astaca döyəcləməyə başladı.Öz-özünə danışmağa başladı:”Neçə gündür söz vermisən,gəl çıx də…Nar da xarab olur.”Hiss etmişdim ki baxışlarını yaxınlıqda olan məzardan çəkmir.
    -Yaxşı,işinizdə olun,-dedim.Bir azdan qayıdacam.Hələlik.
    Başını yüngül tərpətdi:
    -Hələlik.
    Onun qəribə hərəkətləri yadımdan çıxmırdı.Hiss edirdim dərdli adamdır.Təxminən yarım saatdan sonra həmin yolu geri qayıdırdım.Uzaqdan onu aramağa başladım.Var-gəl edirdi:
    -Hə,bir də salam!Necəsən?Gəlmədi?
    Başını buladı:
    -Yox,gəlmədi.Həmişə sözünə sadiq olub,vəfalı olub.Amma iki gündür onu gözləyirəm,söz versə də yoxdur…
    -Axı kimdir sizi belə gözlədən?
    -O də…-başı ilə məzara işarə etdi.O gecə yuxumda gördüm.Dedi mənə nar söz vermişdin ha,gətirərsən yanıma.
    Dəhşətə gəldim.Bir az irəli gedib sağa döndüm.Başdaşındakı yazını oxudum.
    Qəribə hala düşmüşdüm.Kişinin mızıltısını eşidirdim:”Dəli idi,qısqanc idi…Sevgisi sonsuz idi,vəfalı idi.Sözü bütöv idi.Amma gəlmir…Gələcək,bilirəm,söz veribsə gələcək…”
    Qəbiristanlığı tərk etdim.Özlüyümdə hamını danlayırdım ki,deməyin sevgi yoxdur,məhəbbət yoxdur.Deməyin Leyli-Məcnun dövranı gedib.Deməyin…
    Çevrilib geriyə baxdım,kişi var-gəl edə-edə məzarın başına fırlanırdı…

  • Şəfa VƏLİYEVA.”Mənə toxunmayın”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sarı yarpaqlar kimi üşüyən ürəyinin incə tellərinə toxunan kim idi, nə idi, hələ də bilmirdi. Bəlkə də, bilmək istəmirdi. Hardasa bu tellərin titrəməsindən də razı idi. Nə də olsa, o, bu taleyin atılmış qadını hesab edirdi özünü…
    ***
    …Səhər oyandığında yataqda tək idi. Pəncərədən bayırda havanın buludlu olmasını gördü, yataqdan qalxmağa ərindi, elə-beləcə, o tərəf-bu tərəfə çevrildi. Bir anlıq tək olmağından, yanında kimsənin olmamasından istifadə edib özü haqqında fikirləşmək istədi. Və… Və bunu bacardı… Sanki özü haqda başqa birisi kimi fikir söyləyirdi…
    Ömrünün 25 ilindən 20 ilini xatırlayırdı. O 20 ili ki, ata-anası orda yox idi. 5 yaşında uşaq evinə verilmişdi. Xahiş olunmuşdu ki, adı, soyadı dəyişilsin. Sonradan müdirə “xala”nın dediyinə görə, anası qapıdan çıxanda sadəcə gülümsəyib və “Sevgimin səhvi sizə əmanət”-deyib. Müdirə xala isə ona yeni bir ad fikirləşməyib, özünü əziyyətə salmayıb, elə onu belə çağırıb: Xətayə…
    Kiminsə bir anlıq şəhvətinin nəticəsi kimi həyatda yeri olduğuna görə taleyini də, özünü də qınayırdı həmişə, bu günsə yox, qınaq yeri o deyildi. Bəlkə də hələ qınamağa kimisə axtarırdı. 13 nəhsdir deyirlər, bəlkə də elə uşaq evində keçən 13 ilinin onun üçün ən çətin, ən pis olduğunu düşünürdü. Burda nə qədər döyülmüşdü, nə qədər təhqir edilmişdi. Özündən bir-iki yaş böyük oğlanların əlini bədəninin müxtəlif yerlərində hiss etdikcə nələr yaşamamışdı onun balaca ürəyi. Onların əhatəsindən çıxıb qaçınca arxasınca gələn qışqırtılar da qulağında idi: “Müdirə xalaya deyəcəyik Xətayə paltarının yaxasını qəsdən açır ki, serialdakı qızlara oxşasın. Hələ bir ordakı qızlar kimi öpüşməyi də bilir. Görərsən, deyəcəyik.”
    Əlbəttə, oğlanlar bunu demirdilər. Çünki, Xətayəni gələn dəfə öz otaqlarına çağırıb əlləriylə ona toxunmaq imkanından məhrum olardırlar. Əslində, Xətayə də dinc duran deyildi. Qaranlıq düşüb hər kəs öz otağına çəkilincə o, gizlicə mətbəxə qaçar, aşpaz qadınla bir yerdə xarici seriallara baxar, özünü ordakı qızlara, həqiqətən, oxşadardı. Saçını açıb tökməyi, sinəsini daha da qabartması, ətəyinin belini qatlaması, və daha nə oyunlardan çıxması onun diqqət mərkəzində olmasına səbəb olurdu. Xətayə də bundan məmnun qalardı. Və serialdakı kimi öpüşməyi bacardığını da Mənsura sübut etdikdən sonra artıq oğlanlar ondan əl çəkmirdi. Xətayə isə gündə bir neçə saatlığa televizora baxmağının xətrinə oğlanların otağından yolunu salmağa məcbur idi. Hələ bu oğlanlar ona şəhərə çıxınca kosmetika da gətirirdilər. Beləcə, sanki onlar arasında gizli saziş vardı. 18 yaşının tamam olduğu gün də onu uşaq evindən yola salan təkcə oğlanlar idi. Müdirə xalanın otağından əlində sənədləri çıxanda əsgərliyə yaşı düşməyən oğlanlar onu alqışla yola saldılar. O isə Mənsurdan başqa hamıya eyni gözlə baxırdı: bir dəfə əlini ona toxundurub, kosmetika alan axmaqlar kimi. Mənsur bir il öncə əsgərliyə getmişdi. Onun yerini hələ alan yox idi. Və ona elə gəlirdi ki, bu bataqlıqdan çıxmağına Mənsur da sevinərdi.
    Bundan sonrakı 7 ili isə o, xatırlamaq istəmirdi, həyat kitabından silmək istəyirdi. Bir il oteldə xadimə işləmişdi, elə orda da qalırdı. 19 yaşının tamam olduğu gün isə özü üçün qeyd eləmək istəmişdi doğum gününü. Bir az içib varlı bank işçisinin nömrəsində gecələmişdi. Səhər isə artıq bakirə deyildi…
    Və bundan sonra onun üçün hansı nömrədə, kiminlə gecələməsinin əhəmiyyəti olmamışdı. Bildiyi tək bircə şey idi. İlk dəfə qoynuna girdiyi bank işçisinin bankda onun adına açdığı hesabda sıfırların sayı hər il bir az daha artırdı. Pulunun dəyərini bilmirdi, bəlkə də bilmək istəmirdi. Onu necə “qazandığını” bilirdi…
    …Dünən axşam yenə həmin bank işçisinin qoynuna girmişdi. Xətayəyə elə gəlirdi ki, bütün başqa kişilərdən fərqli bu insan onunçün əhəmiyyətlidir. Nə də olsa, bakirəliyini ona qurban vermişdi. Adını belə bilmədiyi, sadəcə “əzizim” deyə çağırdığı bu insanın ona tale hədiyyəsi olduğunu düşünürdü. Bu gündən daha onu görməyəcəkdi. Çünki, əzizi başqa ölkəyə gedirdi. Sonuncu gecəsini onunla birgə keçirmişdi. Bəlkə də, bu da Xətayənin ona olan son hədiyyəsi idi.
    Əzizi isə onun yuxudan ayılmasını belə gözləməmiş, çıxıb getmişdi. Bəlkə də, onu oyatmaq istəməmişdi. Nə isə… Artıq əhəmiyyəti yox idi…
    …Bu gün ilk dəfə olaraq Xətayə pullarını hesablamaq qərarına gəldi. Ardınca bir qərara daha gəldi: burdan çıxınca başqa bir şəhərə üz tutacaq, özünə ev alacaq, uşaq evində özünə verdiyi bəzəkdən qadınlara verəcək, gözəllik salonu açacaq, işçi kimi də yalnız uşaq evlərindən çıxan qızları götürəcək… Və onun bədəninə bir daha kiminsə toxunmasına icazə verməyəcək…
    …Yataqdan qalxıb geyindi. Saçına bir az əl gəzdirib otaqdan çıxdı. Liftin yanında lakeyin gülümsəməsinə cavab vermədi. Hətta, onun uzanan əlinə vurdu. İlk dəfə qadın sərtliyinin boz üzünə büründü:
    -Mənə toxunmayın!
    ***
    Onun arzuları böyük idi. əzilən, qırılan, kiminsə gözündə fahişə, kiminsə gözündə atılmış qadın hesab olunan Xətayə kişilərin bir gecəlik istifadə edib atdığı əşya deyil, taleyin, sözün əsl mənasında, atılmış qadını idi… Qarşıda onu nə gözləyirdi, onu da bilmirdi. ..Tale öz atılmış qadınına acıyacaqdımı, yoxsa ona daha bir şans verəcəkdimi?

  • Nadir ZİYADLI.”Yunus Əmrənin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq…”

    902570_107041026163176_824674362_o

    Yunus Əmrə (Yunis Əmrə, Yunus İmrə) kimdir?

    “xeberinfo.com”: Nədən adı əfsanələrə qarışmış, tarixin yaddaşının ilmə- ilmə çözələnməsinə, incələnməsinə baxmayaraq bu şəxsiyyət haqqında danışanda, müəyyən zaman bucağından onun ömür yolunun toranlığa və dumanlığa qarışmış görüntülərinə nəzər salanda taleyini və özünü 7-8 əsr keçməsinə baxmayaraq bizlərə tanıdan, bizlərə doğmalaşdıran misralarını xatırlamamaq mümkün olmur…

    Məni məndə demə: məndə deyiləm,
    Bir mən vardır məndən içəri…

    Yaxud

    Dərviş Yunus, gəl indi
    Ümmanlara dal indi…
    Ümmana dalmayınca
    Sən dərviş olammazsan..

    və yaxud

    Netti, bu Yunus, netti?
    Bir doğru yola getdi.
    Bir şeyx ətəyin tutdu,
    Mövlam gözəlim neylər?!
    (daha&helliip;)

  • Xuraman CAMALQIZI.”Qəlbimdə yerin var”

    Qelbimde yerin var, gözümde eksin,
    Üreyim sızlayır , göyneyir menim
    Sen niye bele tez ömrümden getdin?
    Qenim kesilerek bextime menim.

    Seni yaşadıram setirlerimde,
    Sözümde gül açır sen deme derdim.
    Seni arayıram etirlerimde
    Başımı çiynını qoysam ne derdim.

    Getsen de üreyin qelbimde qaldı,
    Getdin bexş eleyib meni kedere,
    Seni gözlemekden gözüm qaraldı,
    Hopmusan yaralı xatirelere.

    Yoxluğun hopubdur iliklerime,
    İlıq nefesine hesretim qonaq,
    Gözlerim yol çekir senin yerine,
    Uzanan yollar da, yox senden soraq.

    Aldanıb o şirin yuxularımda,
    Seninle danışıb gülen de menem.
    Ömrümün kederli zor anlarında
    Yene görüşüne gelen de menem.

    Bezen otururuq qarşı – qarşıya,
    Yene şirin , şirin söhbetleşirik.
    Mene canın yanır, maraqlanırsan,
    Ele bil doğrudan biz derdleşirik.

    Yene penceyini çiynime salıb,
    Könlümü alırsan şirin sözünle.
    Susqun baxışınla xeyala dalıb,
    Meni oxşayırsan oğrun gözünle.

    Qelbimde yerin var ,gözümde eksin,
    Üreyim sızlayır , göyneyir menim.
    Sen niye bele tez ömrümden getdin,
    Qenim kesilerek bextime menim.

    11.09.2015.

  • Ülviyyə VAHİD.”Söylə”

    10308061_1487703808112940_8055053123496195175_n

    Nə ücün susqunsan,bu qədər gülüm,
    Söylə, saf qəlbinin gileyi nədir..
    Onsuz da dünyada qonağıq gülüm,
    Səni bu həyatdan küsdürən nədir?!

    Qişlar yazdan küsər,günəşsə aydan,
    Yollar izdən küsər,dənizsə caydan,
    Kim nə anlar, qəlbindəki haraydan?
    Səni bu həyatdan küsdürən nədir?!

    Taleyin oyunu bəzən sərt olur,
    Sevimli güllər də zamansız solur,
    O gözəl gözlərin nədən tez dolur?
    Səni bu həyatdan küsdürən nədir?!

    Bax, yenə soyuqdur zərif əllərin,
    Baxır mənə, o mənalı gözlərin,
    Susma,söylə qəlbindəki sözlərin,
    Səni bu həyatdan küsdürən nədir?!
    Səni,bu həyatdan küsdürən nədir…

  • Nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib

    000

    12 sentyabr 2015-ci il tarixində saat 12:00-da Dağıstan Respublikasının Dərbənd rayonunun Rukel kəndində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Elmir Mədətoğlu, İlqar Türkoğlu, Elli Atayurd, Sadiq Qarayev, Sənəm Səbayel, Tahirə Hüseynova və digər qonaqlar iştirak ediblər.
    Tədbirin gedişatında qonaqlar nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığı haqqında ürəkdolusu danışıblar, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər. Zeynəb Dərbəndli yaradılan şəraitə görə, zəhməti keçən hər kəsə, xüsusilə Dərbənd rayonu İcra Hakimiyyətinin başcısına öz dərin minnətdarlıq hissini bildirib.Tədbir musiqi sədalarının müşaiəti ilə davam edib.
    Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidməti

  • Əlirza HƏSRƏT.”Sənsiz ürəyimdən soyuqlamışam”

    11149420_814346961975030_7057312539619506005_n

    Ruhum aynasıdır baxışlarının,
    Belə kim çəkibdir pərim,şəklini?
    Bilmirəm hayandan göstərim sənə,-
    Könlümə düşdüyün yerin şəklini?

    Qoy sərhəd telinin üstündən aşım,
    Bir az da qürbətə qarışsın başım.
    Üzümə nə gözəl tutub göz yaşım,-
    Arazın şəklini,Kürün şəklini.

    Təpədən-dırnağa çovğunam,qışam,
    Yenə qış ömrümdə buz bağlayıb şam.
    Sənsiz ürəyimdən soyuqlamışam,-
    Bəri dur,üstümə sərim şəklini.

  • Şairə-jurnalist Nəcibə İlkin Qurtuluş TV Televiziyasında işləmək üçün dəvət alıb

    ni

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, “Bir ömür uduzdum”, “Qəlbimdə dil açan dünya“, “İllərin o tayı gözləyir məni”, “Son görüş, son zəng, son təbəssüm” kitablarının müəllifi, kütləvi informasiya vasitələrinin nümayəndəsi, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin (Babakişiyeva Nəcibə Bahadur qızı) Azərbaycanda yeni yaradılmış və tezliklə bütün dünyaya yayınlanacaq Qurtuluş TV Televiziyasında işləmək üçün dəvət alıb.
    Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri həmin kanalın aylıq ədəbi-bədii orqanı “Naxış” jurnalında yayınlanacaq.İllik abunə haqqın 24 AzN təşkil edir.Jurnal Türkiyə Cümhuriyyətində yayınlanmaqla, ictimaiyyət nümayəndələrini özünə cəlb edəcək.Həmin kanalda şeir, mahnı müsabiqəsi də keçiriləcək.Türkiyə Cümhuriyyətinin ən ünlü adamları burada qalib qələn kəslərə mükafatlar təqdim edəcək.
    Xatırladaq ki, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 1 Sentyabr 2015-ci il tarixli qərarı ilə, gundelik.info və edebiyyat-az.com saytlarının Baş məsləhətçisi seçilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Azər NƏSİBLİ.”Qocalar evində qocalan qadın…”

    an

    Əyildi qamətin, ağardı basın,
    Ağır zəhmətilə ucalan qadın…
    Həyatdan köçəndən həyat yoldaşın,
    Qocalar evində qocalan qadın…

    Sənin üç oğlun var, bir də ki qızın,
    Əyilib ayağın yuyanın yoxdur.
    Tənhalar evindən gəlir avazın,
    Nədənsə səsini duyanın yoxdur.
    Həmdəmi olmusan özgənin, yadın,
    Qocalar evində qocalan qadın…

    Görmədin heç övlad məhəbbtini,
    Görmədin bir xoş gün heç bu həyatda.
    Sən hardan biləsən nəvə ətrini,
    Bilmirsən nəvənin adını hətta.
    Hanı nəvələrin, hanı övladın?
    Qocalar evində qocalan qadın…

    Gözlərin qapıda qalar hər səhər,
    Hər gəlib gedəni soraqlayarsan.
    Tutar boğazını acı bir qəhər,
    Çəkilib bir yerdə tək ağlayarsan.
    Beləcə bilməzsən xoşbəxtlik dadın,
    Qocalar evində qocalan qadın…

    Bayramda bir təbrik istər ürəyin,
    İstərsən övladın öpsün əlindən.
    Heç bayram payın da deyil gərəyin,
    “Gedək evimizə”-çıxsın dilindən.
    Dəyişsin beləcə qəfil həyatın,
    Qocalar evində qocalan qadın…

    Nədənsə bu il də gəlmədi heç kəs,
    Qapını açmadı nə oğul, nə qız.
    Nələr çəkdiyini bilmədi heç kəs,
    Beləcə qaldın sən həmişə yalqız.
    Tənhalar içində çağrıldı adın:
    “Qocalar evində qocalan qadın…”

  • Mayisə ƏSƏDULLAQIZI.”Azərbaycan uğrunda!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Əsgərlərimin himni ədalət nəğməsidi,
    Səngərlərin igidlər, ərənlər nənnisidi.
    Mübarizin, Ramilin əməli haqq səsidi,
    Bir kəlmə şüarı var, dilində dodağında,
    Hamımız çalışırıq Azərbaycan uğrunda!..

    Millətimin şöhrəti dastanlar yaradıbdı,
    Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı,
    Yağılara ölümlük nifrəti yağdırıbdı,
    Şairə ilham gəlir qələbə sorağında,
    Yazırıq, yaradırıq Azərbaycan uğrunda!

    Bulağının suyunda, dərəsində, dağında,
    Laləzar təbiəti, çəmənində bağında.
    Məhəbbəti gözümün qarasında-ağında.
    Babəklərin dayanıb zamanın cığırında,
    Yanırıq alışırıq Azərbaycan uğrunda!..

    Yenə gələcək inan, firavan çağlarımız,
    Bərəkətli, nemətli Qarabağ bağlarımız!
    Babalardan əmanət vüqarlı dağlarımız,
    Müqəddəs Qibləgahdı üçrəngli bayrağın da,
    Çalışıb-vuruşuruq Azərbaycan uğrunda!!

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    * * *

    Sınaq-sınaq çökür bəşər,
    Qiymət-qiymət ucalan var.
    Bir imtahan doğur səhər,
    Gecəgözlü gələn yollar.

    Əməl əldən hökm istəyir,
    Yazılıb kitaba düşə.
    Hər gecə sübhü gözləyir,
    Kim tələsmir,bu görüşə?

    Hər gün yaşa,sanma sağsan,
    Gün say diri günlərini.
    Bir vəfalı gün doğarsa,
    At o biri günlərini.

    Qaç dünyanın boşdur eyşi,
    İç İlahi meydən nuş et.
    İç canına xoşdur nuşi,
    İç ruhunu ruhən şad et.

    Dünya səndən vəfa umur,
    Özü vəfasız olsa da.
    Hər gün insan gözün yumur,
    Hər gün insan doğulsa da.

    Süniləşir

    Süniləşir yaşayış da,
    Ölümlər də,doğuşlar da.
    Bir sünilik əsir indi,
    Süni-süni baxışlarda.
    Olum süni,ölüm süni,
    Sevgilərə açar olan,
    Qəlb qapısı – gülüm süni.
    Süniləşib dünya özü,
    Vitrin-vitrin təbiiykən,
    Mağazada yatan mallar,
    Süni-süni aldadırlır,
    aldadana,aldananlar.
    Asfaltlaşır süni yollar,
    mütiləşir süni qullar,
    boya-boya üzdə gülüş,
    əlçalanlar ordusu var.
    Bəlkə,elə yaradana,
    an-an olan şükrümüz də,
    Sevisindən gəldiyimiz,
    sevgimiz də süni-süni,

  • Təranə Şəmsi doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr)

    1394111443_1378745_1401638060069638_1083618525_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri
    dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dəc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Şimal bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
    2011- ci ildən TƏRANƏ ŞƏMS təxəllüsü ilə mətbuat səhifələrində gündəlik aktual, publist məqalələri ilə çıxışlar edir. Yazdığı məqalələrlə yanaşı, öz ürək çırpıntılarını sözün sehrinə əlavə edərək çox sayda şerlərin müəllifidir.
    2013-cü ildə “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı nəşr olundu.Şeirləri Azərbaycan Türkcəsində Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində müntəzəm olaraq şeirləri və məqalələri ilə çıxış edir.

    AĞLAYAN KÖNÜL !

    Buludlarla səs – səsə
    Coşub ağlayan könül!
    Sən ol məni həyata,
    Sevib, bağlayan könül!

    Məni qəmə batırıb
    Qəmdən doymayan könül
    Qəmi – qəmə köç edib
    Mənim olmayan könül.

    Ağla neyin səsilə
    Yanıb ovunan könül
    Gözün leysan töksə də,
    Oda sığınan könül.

    Xəfif mehin eşqinə
    Çıtır – çıtır yanma gəl,
    Qınaq edib özünü
    Heç gileyli sanma sən.

    Könlünün yanan odu
    Gün gələr, dönər külə
    Qəmdən bağça salarsan
    Külü döndərib gülə!

    20. 03.2013

    Analar belə ağlar

    Analar belə ağlar
    Sözünü sarı simə
    Belini elə bağlar,
    Ağılar deyib ağlar.

    Ürəklərə od qoyar
    Zəminxarə havası
    Analar dilə gələr
    Çalar Şəhid laylası.

    Laylay sevdalı balam,
    Könlü vəfalı balam
    Laylay balam a laylay,
    Şəhid balam a laylay.

    Varlığını unudub
    Şəhid, nigaran balam
    Torpağı öz qanıilə
    Yuyub ,suvaran balam.

    Haqq adıilə haqqına
    Tanrıya yetən balam.
    Torpağında gül olub
    Solmayıb bitən balam.

    Sərvi boyuna baxdım,
    Odu canıma yaxdım
    Xəyalına sarılıb,
    Mən günlərcə alışdım.
    Laylay balam a laylay,
    Şəhid balam a laylay

    Torpağına bağlılıq
    Ana – bacı sevdası,
    Balana qucaq açıb
    Vətən adlı anası.
    Kiri Şəhid anası,
    balan elin balası
    Ürəyimə od vurub,
    Qəlbimi sən dağlama,
    Ağlama sən ağlama!

    Onu ağlar qız, gəlin
    Balan, elin balası
    Sən tək ona ağlama,
    Ona ağlar –
    Vətən adlı anası!

    25.03.2013.

    Dönməyəcəksən!

    Odunsuz, ocaqsız, külə dönüb mən
    Sevərək eşqinə, vida söylədim.
    Səni yanmaq üçün sevmədim axı,
    Bilirəm vəfasız, dönməyəcəksən.

    Bilirəm, bilirəm dönməyəcəksən
    Gözlərim bulud tək, leysan töksə də.
    Sevgi mi, nifrət mi bilməyəcəksən,
    Donüşdə sən məni, görməyəcəksən.

    Bahar gələr mənsiz, gözlərin gülməz
    Qəlbin buz olsa da, əriyə bilməz.
    Baxışlar lal olar, dilin də dönməz,
    Ürəklər danışar, yollar ayrılar.

    Ayrılan o yollar qismət payımdı
    Dönsən, dönməsən də qışın yayımdı.
    Ötüşən hər günüm ömür sayımdı
    Qovuşmaz yollar da, izlər ayrılar.

    Sevənlər ayrılıb, bölünsə yarı
    Zamanla qovuşar yarıyla- yarı
    Aşiqlər gözləsə gələn baharı,
    Bülbülü gül oxşar, güli isə arı.

  • Şafa Kamillini doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr)

    11143676_1644625995794436_3719905173301804536_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Ünvansiz məktub

    Bu qün hansi gündü ,
    Yəqin bilmirsən …..
    Hər günüm olümd ,
    Ürəyim yanglar ,
    Odlar icində ,
    Səhərim qaranliq ,
    Atəş icində ,
    Gecələr məzardi ,
    Qəbirdi mənə ,
    Yaşamaq zülümdü ,
    Ölümdü mənə ..
    Sən bunu bilirsən .?
    Bilməycəksən ,
    Hmmm
    Guya bilmirsən …
    Mən safam yenədə ,
    Belə düşnündüm …
    Ehhh…….
    Bilb bilməyinin nə mənasi var ,
    Torpaq suzluqdan cadar ,cadarsa ,
    Göy üzü tutulmuş ,
    Yağiş yağmirsa ,
    Səhər acilib ,
    Günəş cixmirsa ,
    Gecələr göylədə ulduz yoxdusa ,
    Nə mənasi var ???
    Sənin bilməyin ,nə mənasi var ..?
    Xatirəm solubsa ,daha yoxdusa
    Bu sevqi bitibsə ,
    Bütnün yollar bağlidisa ,
    Siniq qəlbim köz olmuş ,
    Küllə dönmüşsə ,
    Nə mənasi var ?
    Bu ünvansiz məktubun sahibi yoxsa ,
    Nə mənasi var ,
    Nə mənasi var ???….

    09.09.2015 ..

    Səhərimdə ,
    Axşamimda ,
    Hər vaxdimda bir üzüntü ,
    Bir kədər var ,
    Həyatimda boyük bir boşluq ,
    Qözlərimdə nəm ,
    Qəlbimdə ağri ,
    Həsrət ,intizar ,
    Sevincim bitib ,
    Gülüşüm itib ,
    Hər şeyim itib ,
    Tapa bilmirəm ,
    Hara gediblər ?
    Kimlə gediblər ?
    Niyə gediblər ?
    Üzür məni sullar ,
    Məndəki sən ,
    Yoxluğundaki varliğin ,
    Tənhalimdaki xəyalin ,
    Tək dərd ortağim ,
    Cox sevdiym şəkilin ,
    Nə olar sənin kimi olaydi ,
    O sevdim şəkilin ,
    Baxmaydi üzümə ,
    Gülməydi gözmə ,
    Yox olaydi senin tək ,
    Xatirələr nə olsun ,
    Niyə kecmir İlahi ,
    Niye bitmir görəsən
    Bəs deiylmi bu qədər ,
    Üzdüm ,didim ,qəlbimi
    Yardim elə İlahi
    Bitsin ,kecsin ,
    Tükənsin …….
    Qəlbimdəki ağrilar ..
    Qəlbimdəki ağrilar …

    07.09.2015..

  • Fidan Abbasovanı doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr 1986-cı il)

    12002168_840583572685707_6658297564029975972_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Fidan Abbasova (Abbasova Fidan Elman qızı) 1986-cı il sentyabr ayının 12-də Ucar rayonunda anadan olub.1993-2004-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib.
    Hal–hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
    Şeirləri və məqalələri “Möhtəşəm Azərbaycan”, “Azad qələm”, “Elimiz.Günümüz”, “Kaspi”, “İctimaiyyət və təhsil” qəzetlərində, “Kümbet”, “Usare” dərgilərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb. Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub. Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərsləri üzrə təhsil alıb.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.2013-cü il avqust ayının 28-də Bakı şəhərində “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Gündəlik İnformasiya Agentliyinin Baş redaktorudur.

    * * *

    Həyat dostun olsa sənin ürəyin
    hara getsən sanma dogru gedirsən
    gözlərinlə görmədiyin mələyin
    sanki görüb günü-gündən sevirsən….

    Heç bilmirsən içindəki şeytanın
    dərdi nədir sənlə uzun yoldasan
    qəlbindəki bəslədiyin insanın
    yaratdığı ən məşhur əsərisən….

    Barmaq deyil əldir səni gəzdirən
    yetər ki sən bu dünyadan incimə
    bu həyatda səni daim bezdirən
    şərik olur duyduğun sevincinə…..

    Kaş muradım sən olaydın ay Fidan!
    ruhum sənin mələyinlə bəzənsin
    gecə-gündüz sevib səni hər zaman
    ruhum sənlə öz dünyamda gəzinsin…

    * * *

    Nə getdiyim yerlər səni unudub
    Nə gəldiyim həmin masa həmin ev
    nə təssəli məni bir an ovudub
    ürəyimə necə deyim yenə sev

    O ,bilmədi onu necə sevirəm
    hər gün onun yoxluğuyla ölürəm
    doya -doya ağlayıram gülmürəm
    isdəmirsən məni unut yenə sev….

    Unut necə görmədiyin gözləri
    unut sənə söylədiyim sözləri
    bükmə daha bu taqətsiz dizləri
    isdəmirsən məni unut yenə sev…

    Hara getsəm içimdədir isdəyim
    deki gözlə ölənəcən gözləyim
    indi yoxsan səni necə səsləyim
    isdəmirsən məni unut yenə sev…..

    Çox ağlama gözlərimə qan gələr
    hara baxsam baxıdığım yer sən gələr
    ölsəm sanki ruhum bir az dincələr
    isdəmirsən məni unut yenə sev…..

    Bu sabah mən oyandım o qoxunla
    qane oldum azlığında çoxunla
    min əzizim, min yaxından yaxınla
    bənzətmədim isdəyirsən unut sev

    Fidan gəldin yenə həmin ünvana
    qoyma daha sevgin yenə aldana
    qəlbindəki dar qəfəsli zindana
    həbs et onu deki indi unut get
    isdəmirsən məni unut yenə sev…….

    * * *

    Bir zaman uşaqdım arzularım az idi
    Böyüdükcə ömrümə neçə arzu qoşuldu
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

    Keçdi neçə bahar yaz, keçdi günlər ömürdən
    Duyğularım dəyişdi, indidə böyümüşəm
    Ancaq baxıb arxaya bu sözləri deyirəm
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

    Nə gözəlmiş uşaqkən qalxa düşə böyümək
    dil açıban anamın qucağına yürümək
    hamı səni bəsləsin nə gözəlmiş sevilmək
    indi yalnız ürəkdən tək bunu isdəyirəm
    nağıl kimi hər şeydən biri yox biri vardı

    indi nağıl həyatım min arzuyla yoğruldu..
    Ömürmə bir gün daha yazılacaq yarından
    Nəqədər sevənim var ətrafımda darımdan
    xoşbəxt olan kəslərin ayrılıb sırasından
    Sabahıma boylanıb tək bunu deyəcəyəm
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

    Nə xoşbəxtəm ilahi arzularım çin olub
    Çox zaman kövrəlmişəm gözümə sevinc dolub
    Bir arzum var geridə xoşbəxt olmağım qalıb
    Ürəyimdən keçəni ilahi sən vermisən
    Min şükür olsun sənə bu sözləri deyirəm
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IX hissəsi

    yenirenglifoto

    Kərim başını iki əlinin arasına almışdı. Təhminə daha ağlamırdı, Kərimin yanında – divanda yox, yerdə dizlərini qucaqlamışdı, boynu bükük gözlərini bir nöqtəyə zilləmişdi.
    Kərim başını qaldırmadan soruşdu
    – Neçə nəfər idilər?
    – 3 nəfər. Evə gələn adamlar idi, məni hədələmişdilər. Eşitmədim, axırdada…
    Kərim əlini Təhminənin çiyninə qoydu.
    – Sakiiit, danışma. Mənə söz ver… söz ver ki, mən səninlə əlaqə saxlayanacan özünə heç nə etməyəcəksən.
    – Üzünə baxmağa utanıram
    Kərim – Təhminə and iç.
    Təhminə üzünü qollarının arasında gizlətdi.
    – İyrənirəm özümdən. Gör məni nə günə saldılar.
    – Bir az özünə gəl. Həkimə aparacam səni. Deməyə söz tapmıram. O əclafları tapsam… Sındım tamam.
    – Kaş öldürərdilər məni.
    – Yalvarıram sus.
    – Zamanla daha çox təsir edəcək sənə. Uzaqlaşacaqsan məndən. (daha&helliip;)

  • Yalçın YÜCEL.Muhteşem şiirler

    175054_178868168822977_4360000_o

    * * *

    Elimizden tuttuğundan beri
    İçimizde duyuverdik
    Öylece öğrendik özgürlük nedir
    Ve çocuklar gibi şendi artık düşünce
    Seninle yürürken
    Yaşam da başkalaşıverdi
    Bir gül bahçesi olduk insanlığa açan
    Ey gökçek cumhuriyet!
    Sen ne özlü bir dostsun bize
    Nice günler, nice yıllar
    Hep el ele , ayrılmaz bir sevgiyle yürüdük
    Dostluğun o kadar sağlam ki
    Annemiz kadar yakın sanki
    Bir gül bahçesi işte
    Açacak, çok daha, çok daha…

    Birlikte çıktığımız bu aydınlık yolda bizleri onunla tanıştıran ATATÜRK’ÜMÜZÜ de sevgiyle, saygıyla anarak bayramınızı kutluyorum.

    BİR BABANIN ELLERİ

    Yaşlanan yorgunluğuyla
    Hüzünler yüklenecek
    Yollarında günlerinin
    Ve akşam dönüşlerinde
    Çökecek omuzları
    Biraz daha
    Çünkü çocukları bekleyecek kapıda
    Ellerine bakacaklar
    Boş duran ellerinde nasırlarıyla
    Bükülecek boyunları bir kez daha
    Kim duyacak ki dersiniz?
    Bir baba ellerinde ağlarken
    Geçecek yine de
    Bazen aç
    Bazen tok
    Yaşanacak işte
    Birileri
    Paris’de bir kahvaltı yaparken.

  • Harika UFUK.”Efeler diyarı İzmir”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    İzmir’in kurtuluş günü kutlu olsun.

    Cennet vatanımın nadide şehri,
    Ata’mdan armağan kaldın İzmir’im.
    Hep seni anlatır Menderes nehri,
    Adını inciden aldın İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Menemen efeler, mertler otağı,
    Bergama’dan başlar turist atağı.
    Aliağa antik eser yatağı,
    Elmastın, yakuttun, laldın İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Dikili Limanı oldukça küçük,
    Üç gemi yanaşır, gönüller büyük,
    Bornova’da sekiz yüz yıllık höyük,
    Her asırdan izler buldun İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Merdivenli köyde k(ı)rater gölü,
    Nebiler, Madenli hep sıcak sulu
    Demirtaş, Deliktaş eserle dolu,
    Tarihler boyunca güldün İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Urla kuzeyinde Karaburun’da,
    Şu Çakmaktepe’debiraz durun da,
    Hitit, Lidya, Roma geçmiş sorun da
    Sayısız kalpleri çaldın İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Seferihisar’da eskidir kale,
    Teos antik kenti düşlerde hale,
    Osmanlı, Selçuklu yakmış meşale,
    Bin bir uygarlıktan geldin İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Menderes masmavi, gökyüzü uçuk,
    Özdere’ye gelin hep çoluk çocuk,
    Meryem Ana’sıyla ünlüdür Selçuk,
    Her dilden, her dinden yeldin İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Eğitimde kale bilinir Buca,
    Askere kucaktır, güzeldir Foça,
    Tire kültürüyle zengin oldukça,
    Heykelle, resimledoldun İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Kemalpaşa kiraz, çam ormanıyla,
    Hitit kabartması antik yanıyla,
    Geçmişten bugüne dost kervanıyla,
    Yürekten yüreğe yoldun İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Bergama’da meşhur kilim ve halı,
    Asırlık şaraptır Çeşme,Torbalı,
    Üç mermer sunağa mutlak bakmalı,
    Geçmişte yangınla soldun İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Sultan Şah Türbesi Osmanlı demiş,
    Özgün kent dokusu saklı Ödemiş,
    Kültür Mirası’na Birgi seçilmiş,
    Asırlarca ortak dildin İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Seydiköy’dü adı değişti sonra,
    Gaziemir oldu gelişti bura,
    On iki adayı seyreder Urla,
    Ege’yi Türklerin bildin İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Meydanı, anıtı ve iskelesi,
    Yirmi beş metrelik saat kulesi,
    Konak’ta bulunur İzmir simgesi,
    İstiklâl Harbi’nde seldin İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Kınık, Çiğli, Kiraz, Beydağ, Bergama,
    Hepsi birbirinden güzeldir ama
    Karşıyaka başka seven adama…
    Renklerin içinde aldın İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Balçova, Bayındır ve Narlıbahçe,
    İzmir’i anlattım ben hece hece,
    İnsanı aydındır, silinir gece,
    Harika çiçektin, güldün İzmir’im,
    Gönlüme sevdanı saldın İzmir’im.

    Adana.18 Mart 2012.Saat: 13.30

    İzmir ilinin ilçeleri: Balçova, Çiğli, Gaziemir, Karşıyaka, Konak, Aliağa, Bayındır, Bergama, Beydağ, Bornova, Buca, Çeşme, Dikili, Foça, Karaburun, Kemalpaşa, Kınık, Kiraz, Menderes, Menemen, Narlıbahçe, Ödemiş, Seferihisar, Selçuk, Tire, Torbalı ve Urla’dır.
    Not 1: Türkiye Sevdası isimli projeye kaynak oluşturmak için Türkiye genelinde geleneksel olarak tertiplenen 15. Hikmet Okuyar Ödüllü Şiir Yarışması’nda 19 Mayıs 2012’de bu şiir birincilik kazanmıştır.
    NOT 2: Bu şiir 21 Kasım 2013 Tarihinde Edebiyat Defteri Sitesinde “Uğur Böceği” ile ödüllendirildi.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    gxi

    * * *

    bu bahar gəlmədi qaranquşlar.
    evimin tavanı bomboş qaldı.
    yoxsullaşdı şüşələrin üstü.
    ağızlarında su daşıyır,
    yoğurub hamarlayırdılar torpağı ev tikincə.
    səhərin gözü açılmamış
    ətcə balaların gözü açılırdı.
    dimdiyi ilə aclığını
    anasına söyləyirdi yavrular.
    günəş beş gün doğunca
    qanadlanırdılar.
    mənsə seyr edirdim həyatın diriliyini.
    deyəsən bu il həyat da ölüb…
    yolçuluq edirəm özümü. (daha&helliip;)

  • Fidan ABBASOVA.Yeni şeirlər

    fa

    * * *

    Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
    sinəmdə çalınan telli sazımsan
    ömrümə pay düşən sərt ayazımsan
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Çevirdin ömrümü zəngli saata
    gəmim var dənizdə qayaya çata
    bir gün vəfasız tək mənidə sata
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Gördüyüm yalanmış yanıldım inan
    yolumuz görünməz qatı bir duman
    öyrədir bizlərə yoxluğu zaman
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni… (daha&helliip;)

  • Xəyalə SEVİL.Yeni şeirlər

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Göyün üzü göy divardı

    Axşam düşür.
    Qaranlıq pərdə kimi
    Çəkilir pəncərəmə,
    Qaralır evimin rəngi
    Və tənhalıq başlayır…
    Tavanı çökmüş evdi gözüm,
    Damır, damır yanağıma.
    Üzü sənə sarı
    Yol da uzanıb,
    Böyüyüb ayağıma.
    Eeeh! Bircə bacarasan ölməyi,
    Gözlərini sulu çəkəsən
    Sənsiz, quru dunyadan.
    Heyif…
    Göyün üzü göy divardı,
    Çıxmaq olmur bu dünyadan. (daha&helliip;)

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    ETİRAF

    Nə qədər gizləyim baxışımı mən,
    Nə qədər gözündən yayınım, qaçım?
    Sığınıb gecənin ağuşuna mən,
    Tənha bir qüssəni nə qədər qucum?

    Sənli ümidimin gerçəyi baha,
    Sövq etmə əlçatmaz istəyə məni.
    Ömrümün payızı yetişib daha,
    Salma dərd eləyib ürəyə məni.

    Bu könül dünyam da könlümü almır,
    Könülsüz açılır gözümdə səhər.
    Ürəyim könüllü qayğıma qalmır,
    Haradan qarşıma çıxdı bu qədər?! (daha&helliip;)

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    Gedirəm

    Hamı kimi bu səhərdə,
    Mən də bir yana gedirəm.
    Yolları ölçür addımım,
    Yol yona-yona gedirəm.

    Özüm sığmıram əynimə,
    Əynim daralıb,qəm yemə.
    Özümü alıb çiynimə,
    Özümdən ona gedirəm.

    Getdikcə gödəlir uzun,
    Gödək,uzun alın yazım,
    Bu yazını hara yozum?
    Bunu yozana gedirəm. (daha&helliip;)

  • Rüfət AXUNDLU.”Sinəm üstə dağlarım var silsilə”

    rufat

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Başım üstə hər çalarlı buludlar,
    Sinəm üstə dağlarım var silsilə.
    Gözlərimdə donub qalan kadrlar,
    Baxışlarda sükunətli fasilə…

    Mənbəyi var ürəyimin yağından,
    Yanağımda ümman yatır, səs etmə…
    Dişlərimi saxlamışam keşikdə,
    Dil altında vulkan yatır, səs etmə…

    Qollarımda zaman adlı zəncirlər,
    Qulağımda öyüd adlı sırğalar…
    Damarımda “tarix” adlı sistemlər,
    İliyimdə “bu gün” adlı baltalar…

    Qədəmlərim gələcəyin tablosu,
    Ayaqlarım bu tablonun fırçası
    Dizlərimdə büdrəməyin qorxusu,
    Dabanımda hər günün bir parçası..

    Belə, sənə izah etdim, mən kiməm?!
    Bu izahın niyəsi var, qadası…
    Ürəyimi qeyd etmədim, səbəb, bu,
    Sahibi var, yiyəsi var, qadası!
    13.08.2015

  • Həsən MİRAT.Yeni şeirlər

    Ana

    Nə olar, aç gözünü dur da, ana
    Anasız qoyma bizi burda ana

    Ayağa dur de, “işim çoxdu bu gün”,
    Kredit borcunu dərd eylə düşün,
    Namaza bizləri qalxıtmaq üçün,
    Saatı beş otuza(05:30) qur da ana
    Nə olar, aç gözünü dur da, ana
    Anasız qoyma bizi burda ana

    Yenə də dur evinin çək yükünü,
    Yenə dur yu qabını, nəlbəkini,
    Yenə qardaşlarımın söy kökünü,
    Yenə oxlovla bizi vur da ana
    Nə olar, aç gözünü dur da, ana
    Anasız qoyma bizi burda ana (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Nəsihət”

    photo

    Bismilləhlə başla sözə,
    Yalan yerə durma üzə,
    Haram dolu həsəd ilə,
    Günah qazandirma gözə.

    Dur sübhə ibadət eylə,
    Namaz ,Zikir,Dua ilə
    Allahdan bir islah dilə,
    Həm özünə,həm də bizə.

    Qul ol Rəbbin sevsin səni,
    Savabla doldur kisəni,
    Allah sevdiyi kimsəni,
    Sinağla qoyar göz-gözə.

    Səbr et ki, yet muradına,
    Güvənmə heç vaxt adına,
    Tez tez sal ki sən yadına,
    Dağlar bir gün dönər düzə.

    Nəsihət sünnətimizdir,
    Dinimiz qeyrətimizdir,
    Quran şəriətimizdir,
    Yol göstəroir həpimizə.

    Əlhəmdüllilləhlə bitər,
    İnşəallah mən bu qədər,
    Ya Rəbb! halal bizə yetər,
    Haramla qoyma üz-üzə

    (May,2013)

  • Sevgini öldürməyin əsas 8 “səmərəli” üsulu…

    gw

    Bu yazı Paritet qəzetinin 11-12 may 204-cü il buraxılışında dərc edilmişdir.

    İnsanların əksəriyyətini sevgi və sevgi münasibətləri, aralarındakı münasibətlərin düzgün olub-olmaması düşündürür.

    Bəs görəsən, bizim insanlar arasında olan münasibətlərimiz düzgündürmü, sevgidirmi?

    Bir müdrik şəxs sevgini düzgün anlamaq üçün yazmışdır və əsrlərin ötməsinə baxmayaraq, onun sevgiyə verdiyi bu mahiyyət və sözləri öz əhəmiyyətini və mənasını itirməmiş və gündəmdə qalmaqdadır:

    “Sevgi- çox dözür, güzəştə gedir, paxıllıq etmir, yüksəkliklərə qaldırmır, fəxr etmir, həqiqətə göz yummur, özünküsünü axtarır, qıcıqlanmır, qısqanmır, pis fikirləşmir, yalana sevinmir, həqiqətə həmdəm olur, hər şeyi örtür, hər şeyə inanır, ümid edir, hər şeyə dözərək bağışlayır. Sevgi- heç vaxt əl çəkmir və bezmir!”

    Sizin sevginiz bu şərtlərə uyğundursa, deməli əsl sevgidir və sevməyi bacarırsınız, əks halda sevginiz və sevdiyinizi iddia etməniz qondarmadır.

    Bəzən biz elə düşünürük ki, biz düzgün addım atırıq, münasibətlərimiz isə əladır. Heç kim bizə yaşamağı öyrətməməlidir. Amma bu heç də əmr və hökm deyil, sadəcə bir baxışdır, subyektiv baxış və tövsiyyədir. Sevdiyiniz şəxslə münasibətlərə nə mane olur və nə onu dağıdır?!

    Qəddarlıq – sevgi üçün qəddarlıq olan yerdə yaşamaq çətindir. Belə ki, sevgi ilə qəddarlıq iki əks anlayışlardır. Siz yaxşılıq etdiyiniz şəxsə nifrət edə bilərsinizmi? Ya da ki, bütün qəlbinizlə sevdiyiniz insana qəsdən ağrı bəxş edə və ya onu incidə bilərsinizmi? Real həyatda bu baş verir, özü də çox sadə şəkildə!Bəzən bu eqoizmlik, bəzən isə biganəlikdir. Fiziki güc tətbiq etmək, təhqir, söyüşlər, mənəvi və ya psixoloji təzyiq və təhdidlər, şantaj və s.
    Antipatiya -Bəzən cavanlar bir-birilərini zahirən və sözdə sevir, bir-birilərinin qayğısına qalır, amma qəlbində hərdən və bəzən çox zaman antipatiya hissi oyanır. Onun tərəfindən atılan bəzi səhv addımlar bizi özümüzdən çıxarır, biz hirslənir, inciyir və nəhayət, nifrət edirik. Qəlbimizdə isə qarğış edirik. Antipatiya sevgini yaralayır, yaralanan sevgi müalicə edilmədikdə, məhv olur. Sevdiyiniz şəxsə, özünüzə yaxın bildiyiniz şəxsə münasibətdə təqir ediləsi söz və təhqir edəcək hərəkət etmək olarmı?
    Uzaqlıq, soyuqluq-Bəzən biz yanlış olaraq düşünürük ki, bir az ara vermək, münasibətləri yeniləmək üçün istirahət etmək və müvəqqəti ayrı yaşamaq lazımdır, bəzən isə düşünürük ki, sevgimizi göstərmək üçün çox səmimiyik, açıq oluruq. Bununla biz qorxuruq ki, səmimiyyətimiz və açıq olmağımız bizim əleyhimizə bizə qarşı istifadə edilə bilər və bizi yaralayarlar bunu əlində silah etməklə. Uzaqlıq bəzən bizi emosional zədə və zərbələrdən qoruyur. Amma biz etibar etmədiyimiz, səmimi olmadığımız, qapandığımız, tam açıla bilmədiyimiz insanı sevə bilərikmi?
    Etinasızlıq -Bu daha çox yaxşılığı qiymətləndirməməyə, qədir bilməməyə bənzəyir. Biz münasibələri nəzərdə tutulduğu kimi qəbul edirik. Biz münasibətləri nəzərdə tutulduğu kimi qəbul edirik, ictimai şəkildə, halbuki fərdlər fərqlidir, yanaşma, fikirlər də fərdi və fərqli ola bilər. Əslində biz fərdi və fərqliliyi qəbul edib, onu olduğu kimi qəbul etməliyik. Sonra o daha uzağa gedir. Çox dözüb, bağışlamaq istəyimizdən sui-istifadə etməyə çevrilir. Biz xoşlayırıq ki, mənəvi və emosional sferada olan ehtiyac və problemlərə etinasız yanaşaq, madiyyatı təmin edək. Sevdiyimiz şəxsin xahişini yerinə yetirmək imkanına malik olduğumuz halda, onu yerinə yetirməyəndə, o bizim münasibətlərimizi yaralayır, etibarı və sevgini kökündən məhv edir.
    Həsəd və rəqabət, bəhsəbəs– İnsan sevdiyi insana həsəd apara, onunla sağlam olmayan rəqabət apara, bəhsəbəs edə bilərmi?Bunlar qeyri-səmimi hərəkət və hisslərdir, qeyri-səmimi və qeyri-sağlam hər bir amil sevgini məhv edə bilər. Sevgi təbiilik, səmimilik və sağlam düşüncə və həyat tərzi, yanaşma tərəfdarıdır. Uğur, maliyyə vəziyyəti, mənəvi zənginlik, fərdi və fərqli olmaq, digər insanların üstünlüyü və nailiyyətləri hər zaman paxıllığın obyektləri olmuşdur və olacaq da. Paxıllıq yalnız o zaman rahatlanır ki, heç kimin əlinə düşməməsi üçün səndə o9lan hər bir şeyi məhv edir. Sevgi isə başqasının uğuruna və müvəffəqiyyətinə, pozitiv hər şeyə sevinir. Müasir cəmiyyətdə paxıllıq keçicidir. O əksər parçalanma və ayrılmaların əsas mənbəyidir. Rəqabət və bəhsəbəs də qeyri-sağlam hərəkət və davranışdır və dağıdıcıdır.
    Qürur-Qürur olan yerdə sevgi ola bilməz, qürur pozitiv hər şeyi bir anda məhv etmə gücünə malik olur, dağıdıcıdır, qürur ağılın və qəlbin, vicdanın ən böyük düşmənidir. Qürur insanlarla münasibət quran zaman ən böyük maneədir.
    Qısqanclıq-Qısqanclıq zəiflik, özünə güvənməmək, inanmamaq, özünü sevməməkdən yaranır, özgüvəni olmayan, özünü sevməyən insan başqasına necə güvənə, inana, başqasını sevə bilər?!
    Yalan və xəyanət – Yalan və xəyanət bir dəfə imkan yaranan kimi üzə çıxan zaman dəfələrlə təkrarlanır, yəni təkrarlanmaq xüsusiyyətinə malikdir. Bir dəfə yalan danışan, xəyanət edən şəxs bunu dəfələrlə edəcək, asılılıq yaradır yalan da, xəyanət də, narkotik və digər pis vərdişlər kimi elə asılılıq yaradır ki, imtina etmək çətin olur, iradəsizlikdəndir, zəiflikdəndir. Bir dəfə göz yuman, unudan, bağışlayan insan dəfələrlə bu təkrarlanarsa, bezəcək, sevgi isə inciyib üz döndərəcək.
    Sevgimizin normal mövcud olmasına mane olan əsas səbəb və üsullarla tanış oldunuz. Onlar əzəldən sevgidən kənar duran bəzi hisslərlə zəhərlənir.

    Əsl sevgini və gerçəkdən sevdiyinizi dərk etdikdən sonra sevfiklərinizi və sizi sevənləri bu amil və üsullardan uzaq tutun. Özünüzə rəva bilmədiklərinizi başqasına rəva bilməyin! Həyatda pislik də, yaxşılıq da bumeranq kimi geri qayıdır. Nə qədər qaçsan da, səni gəlib tapacaqdır. Özünüzü aldatmayın!

  • Gözəl söz söyləməklə nə itiririk?!

    firuzexanim

    Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik

    Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik. Ən əsası, şüur sahibiyik – düşünürük, qərar veririk, nəticə çıxarırıq, bir-birimizlə ünsiyyət qururuq. Allah bizim ünsiyyət yaratmağımız üçün müxtəlif dillər yaradıb, nitq verib bizə, beləliklə, nitq vasitəsilə çox rahat şəkildə bir-birimizlə danışırıq. Bu məqalədə toxunmaq istədiyim mövzu gözəl söz söyləməklə ünsiyyət qura biləcəkləri halda, bir-birini pis ləqəblə çağıran insanlardır.

    Son zamanlar, xüsusilə, gənclər arasında diqqət etdiyim məqamlardan biri də söyüş tipli ləqəb və xitablarla bir-birinə müraciət etmələridir. İstər qız olsun, istərsə də oğlan, səmimiyyət adı altında bir-birilərinə təhqiramiz sözlər deyirlər və düşünürlər ki, guya kiməsə çox yaxın və səmimidirlərsə, onların belə münasibət qurmağa haqqı var. Yəqin ki, hər birimiz yolda keçərkən, yaxud da fərqli yerlərdə bu cür ünsiyyətlərlə tez-tez rastlaşmışıq. Bu hal insanlar arasında elə bil dəb olub. Əvvəllər oğlanlar arasında belə danışıqları eşitmək utandırıcı və adi hal idisə, indi bu hal qızlar arasında da geniş yayılıb. Çox maraqlıdır, insanın qıraqdan bu sözləri eşidərkən utandığı sözləri necə olur ki, özlərini dost, rəfiqə adlandıran insanlar utanmadan bir-birilərinə deyirlər? Əslində, insanlar səmimiyyət üçün yox, pis ləqəb və xitablardan qarşısındakı insanı alçaltmaq və onun mənfi yönlərini vurğulamaq, gözəl cəhətlərini ört-basdır etmək, beləliklə, özünün ondan üstün olduğunu göstərmək üçün istifadə edirlər.

    Son zamanlar kinoteatrlarda izlədiyimiz, demək olar ki, bütün filmlərdə söyüşlü sözlər eşitmək çox adi hal alıb. Belə sözlər filmlərin sanki ayrılmaz parçasına çevrilib. Bununla yanaşı, çox məşhur və insanlar tərəfindən sevərək dinlənilən xarici mahnılarda da söyüş, təhqiramiz sözlər eşitmək çox normal qarşılanır. Beləliklə, Qərbdən eşidib gördüyümüz bu danışıq tərzi insanlara, xüsusilə də, gənclərə istər-istəməz sirayət etməyə başlayıb. Bir müddət əvvəl ictimaiyyət arasında utancaqlıqla deyilən sözlər hal-hazırda sanki dəb olub.

    Yuxarıda da qeyd etdiyim kimi, ünsiyyət Allahın bizə bəxş etdiyi ən gözəl nemətdir. Fikrimizi gözəl sözlərlə ifadə edə biləcəyimiz halda səmimiyyət adı altında niyə bir-birimizə çirkin sözlər deyək ki?! Hər bir insanın ruhu gözəlliklərdən zövq alacaq şəkildə yaradılmışdır. Hər birimiz çox zövq alırıq iltifat eşitməkdən, gözəl sözlər dinləməkdən. Məsələn, bir gün dostlarınızla görüşə gedirsiniz, onlar üçün xüsusi geyinib bəzənmişsiniz. Əlbəttə ki, istəyərsiniz ki, bu gözəlliyiniz dostlarınız tərəfindən hiss edilsin, dilə gətirilsin və siz də gözəl sözlər eşidəsiniz. Bu da sizin şövqünüzü artırar. Nə gərək var, təhqiramiz sözlərlə sevgi ifadə etməyə?!

    Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hücurat surəsi, 11)

    Yuxarıda saydığım xüsusiyyət, yəni pis ləqəb və xitabla insanlara müraciət etmək Quran əxlaqına uyğun olmayan, Allahın bəyənmədiyi davranışlardır. Əsl mömin bu əxlaqı qətiyyən göstərməz. Allahı sevən insan qarşısındakı insanı təhqir etmək, ona sataşmaq üçün mənfi yönlərini zarafat və pis xitabla dilə gətirməz. Mömin sözün ən gözəlini deyər, insanların könlünü alan sözləri diqqətlə seçər. Gizli və aşkar təhqir etmək, söz atmaq möminə yaraşmaz. Əgər bir insanın səhvi varsa, onu gözəl sözlərlə bildirər, bir insanda gözəl olan bir şey görürsə, mütləq iltifat edər. Çünki bütün gözəlliklərin Allaha məxsus olduğunu bilir, Allahın da gözəlliyini müxtəlif insanlarda təcəlli etdiyini gördükcə bundan zövq alır.

    Gəlin gözəl sözlü olaq, insanların gözəl yönlərini görək, sevgi insanı olaq, nə özümüz çirkin ləqəblərlə insanlara müraciət edək, nə də ətrafımızda belə sözlərin istifadə edilməsinə yol verək. Allahın da bizdən istədiyi əxlaq budur: gözəl sözlü olmaq

    Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

    Firuzə Həsənzadə

  • İntiharların qarşısını necə almaq olar?

    nerminxanim

    İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir.

    İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir. Çox təəssüf ki, bəzi insanlar sahib olduğu nemətlərin fərqində deyil, rastlaşdığı və aşa bilmədiyi bəzi çətinliklər qarşısında həyatına qəsd etməyə belə cəsarət edirlər… Bəli, bu məqaləmin mövzusu son zamanlar hər gün eşitdiyimiz və şahid olduğumuz intihar hallarıdır.

    Elə bir gün olmur ki, o gün xəbərlərdə intihar halları oxumayaq və ya eşitməyək. İntihar edən hər insana görə, intihar hallarının müxtəlif səbəbləri olur: bəzisi kredit borcuna, bəzisi ali məktəbə daxil ola bilmədiyinə, bəzisi ailədaxili münaqişələrə, bəzisi sevdiyi insandan ayrıldığına görə və s. Bunun səbəblərini daha da artıra bilərik. Ancaq səbəbi hər nə olursa-olsun, nəticə etibarı ilə, bir cinayət törədilir – insan öz canına qəsd edir.

    İntihar halları yalnız Azərbaycanın deyil, bütün dünyanın narahat olduğu çox ciddi problemdir. Hətta Dünya Psixiatriya Assosiasiyası XXI əsri depressiya və intiharlar əsri adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsinə görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il bir milyon insan həyatını itirir. Onların 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir. Statistikaya görə, Amerikada hər gün təxminən 105 nəfər intihar edərək həyatına son verir.

    Yuxarıda intihar ilə bağlı verdiyim məlumat bilinən rəqəmlərdir, cəmiyyət tərəfindən intihar utandırıcı hal kimi qəbul edildiyinə görə çox vaxt ailələr belə halları gizlədirlər. Digər tərəfdən, hələ intihar etməyə cəhd etməmiş, ancaq ağlında intiharı planlaşdıran, həyatdan bezən, intihar edib ölməmiş, ancaq problemlərindən qurtula bilməyən yüzlərlə, minlərlə insan var. Bu insanlar da uyğun şərait tapanda öz həyatlarına rahatlıqla qəsd edə bilərlər…

    İntiharların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bununla bağlı maarifləndirmə işləri aparılır, psixoloqlar kömək etməyə çalışır, qaynar xətlər yaradılır və s. Ancaq bu cür tədbirlər köklü şəkildə məsələni həll etmir, demək olar ki, hər gün intihar halları daha çox artır. Necə olur ki, bir insan öz canına qəsd edə bilir? Dünyada elə bir problem varmı ki, onu aşa bilməyəsən? İntiharların qarşısını necə almaq olar?

    İntihara aparıb çıxaran ən əsas amillərdən biri insanların yaşadığı sevgisizlik, ümidsizlik, peşmançılıq və məqsədsizlikdir. Psixoloji məsləhət və ya yardım xətləri bir insanı müəyyən müddət fikrindən döndərsə də, ona lazım olan ümidi və yaşamaq sevincini vermir. Beləliklə, bu gün intihardan imtina edən insan ən kiçik depressiyada yenidən intihara əl atır. İnsana ehtiyacı olan ümidi və məqsədi verməyin tək yolu onun sonlu olmadığını göstərməkdir. Əgər bir insan dünyada fani olduğu düşünürsə, etdikləri əməllərə görə axirətdə hesaba çəkiləcəyini bilmirsə, ona sonsuz nemətlər bəxş edən, ona şah damarından daha yaxın olan Allahı tanımırsa, əlbəttə ki, o insan həm ətrafındakı insanların canını, həm də öz canını heç qorxmadan və rahatlıqla ala bilər.

    Yuxarıda da qeyd etdiyim kimi, hər şeydən öncə, insan Allahın yaratdığı çox üstün varlıqdır. İnsanı Allah yaradıb və Allah da insanın sahibidir. İnsanın özünə aid olduğunu düşünüb qıydığı can da Allaha məxsusdur və Allahın bizə əmanətidir. Ona görə də intihar etmək Allahın verdiyi cana qıymaqdır, çox böyük günahdır. Allaha inanan hər bir insan belə davranışdan mütləq çəkinməlidir. Digər tərəfdən, Allah insanı bu dünyaya imtahan olunmaq üçün göndərib. Dünyada hər bir insan imtahan olunur. Ancaq Allah heç kəsə daşıya biləcəyindən artıq yük yükləməz, həm də Allah yaratdığı hər bir hadisəni xeyirlə yaradıb. Biz həmin an o xeyiri görməyə bilərik. Allaha inanan bir insan Allaha güvənməlidir. Məsələn, istədiyi ali məktəbə girə bilməyən insan, yenidən yaxşı hazırlaşıb bəlkə növbəti il daha faydalı yerə daxil olacaq. Bunun kimi misalları daha çox artırmaq olar. Əsas odur ki, hər şeyi Allahın yaradığını bilib Ona təslim olmaqdır.

    Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

    Digər tərəfdən, biz bu dünyada məqsədsiz yaşamamalıyıq, bizim tək məqsədimiz var: Allahın rizasını qazanıb sonsuz axirətdə Cənnətə layiq olmaq, inşaAllah. Qüsurlarla dolu bu dünya bizim əsl yurdumuz deyil. Bir sözlə, intiharların qarşısını almağın tək yolu insanlara onu yaradan, ona çox mərhəmətli və şəfqətli olan Allahı tanıtmaq, dünyada məqsədsiz olmadığını xatırlatmaq, yaşadığı çətinliklərin imtahan olduğunu və əsl yurdunun axirət olduğunu bildirməkdir.

    Nərmin Kərimzadə

  • Doğum gününüz kutlu olsun!

    14015_394218784074882_3196374277671349122_n

    Günlük Haber Ajansının Yönetimi Sizi, Çağdaş Türkiye edebiyatının ünlü temsilcisini, yetenekli eski sahibini, Günlük Haber Ajansları ve Azerbaycan’ın MMƏDƏNİYYƏT ve Edebiyat Portalının Türkiye təmsilcisini doğum gününüz vesilesiyle içtenlikle tebrik, Size uzun ömür, sağlık, çalışmalarınızda başarılar diler!

    Basın hizmeti

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VIII hissəsi

    yenirenglifoto

    Səfərlə Fidanın xoşbəxt günləri o gündən başlamışdı. İşdə də hər kəs gəncləri təbrik etdi, Səfər tort aldı, bir yerdə qeyd etdilər.
    Aybəniz gələndə anasının danışdıqlarını eşidəndə çox pis oldu. Anasıyla qoşulub ağlaşdılar. Cəmilə başını qızının dizlərinin üstünə qoymuşdu, rahatlıq tapmaq istəyirdi.
    Kərim Təhminəylə onun evində nahar edirdilər. Şirin-şirin danışıb gülürdülər
    Kərim – Yaxşı ki, həyatımda varsan. Vallah başımı itirərdim.
    Təhminə təmkinli idi, Kərimi həmişə anlamağa çalışırdı.
    – O adamların kimliyini öyrənə bildin? Xahiş edirəm mənə düzünü de. Hiss edirəm, çox şey gizlədirsən məndən.
    – Vallah, billah tapa bilməmişəm. Tapsam o oğraşların ciyərini çıxardacam. Sən buna görə narahat olma. Bir sözdə demək istəyirəm.
    – Nə?
    – Ola bilsin Cəmilədən boşanım. Əvvəlcə uşaqlarımı yerbəyer etməliyəm sonra.
    – Mənə görə ailənin dağılmasını istəmirəm. Belədə xoşbəxtəm.
    Kərim ayağa qalxdı. Təhminə də ayağa qalxmalı oldu. Kərim sevgilisinin əlindən öpdü: – Deyəsən, mənim kimi hər dəqiqə darıxmırsan.
    – Əksinə, ancaq yanımda olmağını istəyirəm. Təəssüf ki, mümkün deyil.
    – Darıxma, o da olacaq. Getməliyəm, işdə olmalıyam. Qızım qayıdıbdı, axşam gələ bilməyəcəm.
    – Yaxşı, etiraz eləməsən şəhərə çıxardım, özümə paltar almaq istəyirəm.
    – Olar, çalış, axşam tez qayıdasan.
    Təhminə Kərimi yola salandan sonra süfrəni yığışdırdı…
    Fidanın Təhminə ilə tanışlığı
    Səfərin işi olduğu üçün Fidan evə tək getməli oldu. Dayanacaq bir az uzaqdaydı. Yerdə qara, gülləri olan balaca qadın çantası vardı. Fidan təəccüblə çantanı yerdən götürdü, ətrafına baxdı. Yaxınlıqdakı skameykaya yaxınlaşıb oturdu. Çantanı açanda içində pul kisəsi, balaca dəftərçə gördü.dəftərçəni açdı, birinci vərəqdə ev nömrəsi vardı. Nömrədən əvvəl “evimin nömrəsi” yazılmışdı. Fidan nə düşündüsə, çantanı özüylə götürüb yoluna davam etdi. (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Bu da bizim mal- qara”

    11707977_419529901573432_7969450569506876576_o

    Narın, həzin yağış yağır. Qəflətən güclənir, sonra yenə də yavaşıyır. Hərdən yağış damcıları ilə bərabər qar dənəcikləri də gözümə dəyir. Havada uçuşurlar. Necə də yüngüldülər. Həzin meh onları qonmaq istədikləri yerdən uzağa atır. Küçədə insanlar tez-tez ora- bura qaçırlar. Kimi evinə, kimi maşınına tələsir.Yağışdan hər hansı bir yolla özlərini qorumağa çalışırlar. Yağışdan yaman qorxurlar.
    Yağış küçənin çirkabını tam yumamış sakitləşdi. Ondan belə qorxub qaçan insanlardan incidi o da. Az da olsa ağacları, küçələri, evlərin damını təmizlədi bu yağış. Nə qəribədir. Toyuqlar yağışdan qorxmurdular. Sevindiklərindən oynayır, qanad açıb uçmağa can atırdılar.
    Yağış altında dayanıb təbiəti seyr etmək zövqvericidir. Insanlar niyə şəhərə qaçır axı? Bu sual məni həmişə maraqlandırıb. Mən anama söz vermişəm, ata ocağını tərk etmərəm. Məgər kənddə yaşayıb təhsil almaq olmazmı? Kənddə dəblə geyinmək olmazmı? Olar. Mən kənddə də hamıdan seçilirəm. Belə deyirlər. Yox, mən həyətimizə, evimizə, hətta toyuq-cücəmizə çox bağlıyam. Qonşudakı o balaca keçi balasının anasını əmməyinə baxmaq mənim üçün əsl zövqdür. Hələ peyinin iyi… Onu niyə bəyənmirlər hələ də anlamıram. (daha&helliip;)

  • Rauf Qərib ALAGÖZ.Yeni şeirlər

    1625487_943313132381485_6457227278423241566_n

    VƏTƏNSİZ DÖZMƏYƏ NƏ VAR Kİ….

    Şeir nə sıradı, nə də ki, düzüm.
    Sözləri düzməyə nə var ki, qardaş.
    Bir-iki kədərli misra düzəldib,
    Dərdlini üzməyə nə var ki, qardaş.

    Söz var ki, deməsən dözməyir ürək,
    Söz də var kimsəyə deyildir gərək.
    Sözünlə uzağı görəsən gərək,
    Yaxını sezməyə nə var ki, qardaş.

    Mamır vətən deyir bəzən bir daşa,
    Biri alıb atır daşı bir başa.
    Vətəndə ölməmiş vətəndə yaşa,
    Qürbətdə gəzməyə nə var ki, qardaş. (daha&helliip;)

  • Qalib ŞƏFAHƏT.”Dar ağacı”

    11903330_912599932158091_787684036_n

    Salam, Dar ağacı!
    Hər vaxtın mübarək.
    Şanlı-şöhrətli
    taxtın-tacın,
    Qara bəxtin mübarək!
    Bir kişi qeyrəti,
    Bir qadın isməti,
    ümidlərdən asılıb qalıb səndə.
    Bir ümidsiz ümidin,
    Kölgəsinə qısılmısan sən də.
    Bir ana fəryadı,
    Saçlarını yolub səndə.
    Saçları asılı qalıb,
    Yellənir, o yana-bu yana
    Qara yellər əsəndə.
    Salam, Dar ağacı!
    Özünü öymə,
    Ya da ki, bəxtinə söymə.
    Başlar sağ olsun,
    Yoxsa sənə dar ağacı deməzdilər.
    Ya da səni dar ağacı bilib öyməzdilər.
    Kökun ağacdan deyil,
    Gövdən ağacdandı.
    Göyərmir yarpaqlarin,
    Kimsə başını sənə yedizdirib ,
    Böyüdür səni.
    Salam, dar ağacı!
    Səndən başlar asılmasa,
    Səni uşaq yellənçəyi bilərlər.
    Hər gün analar uşalarını gətirib,
    Səndə yelləndirərlər.
    Ya da paltar yüyüb,
    Səndə sərərlər.
    Sənin dəyərin,
    Səndə asılan başların dəyəriylə ölçülür.
    Başını başlara qatmısan,
    Qorxulu olmusan yaman.
    Hamı kiriyir,
    səsini də çıxarmır,
    adın çəkiləndə.
    Səndən keçir ən qiymətli başlar,
    Başlar yük olur sənə,
    Başın sağ olsun, dar ağacı!
    Ömrə qıymaq üçün,
    Eh, nə şirinsən,
    Dar ağacı!…

  • Aqşin EVRƏN.”Zəng vuruldu: 5 dəqiqəlik tənəffüs”

    11888621_908527005884056_8137873884662392062_o

    (Hamı üçün 1 Sentyabr şeiri)

    Biz Əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik –
    Bunu 3-cü sinifdə oxuyanda anladım.
    Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım –
    “sənin adın+mənim adım”.
    Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə,
    körpə qəlbimiz öz sümük beşiyində
    yenicə qığıldayırdı onda.
    Onda hələ öyrənməmişdik rəqəmlərin, yalnız əskinas olduğunu,
    Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək.
    Bilmirdik ki, “ampermetr”dən 5 alan qız cərəyandan öləcək,
    Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq,
    Bilmirdik hər şey boş çoxluqdur,
    Bu yaddaş kitabçasında adam öz əllərini unudur,
    yaxın otur, (daha&helliip;)

  • Qalib ŞAMXALOĞLU.”Qaldı”

    qsm

    O mələksimalı tərk etdi məni ,
    Getdi , ürəyimdə həsrəti qaldı .
    Hopdu yaddaşıma daş kitabətək
    Son dəfə etdiyi söhbəti qaldı .

    Çəkilməz dərd imiş ayrılıq dərdi ,
    Onsuz yaşamağım ölümlə birdi .
    Cəmi bircə dəfə bir busə verdi ,
    Boynumda ömürlük minnəti qaldı .

    Könül sarayımda soldu naxışlar ,
    Vüsalın yolların kəsdi yoxuşlar .
    Dəyişdi mənasın xumar baxışlar
    Bir baxış dolusu hiddəti qaldı . (daha&helliip;)

  • Mais TƏMKİN.”Vəfalıdı”

    m

    Bu nə nəğmə, nə bəstədi?
    Sən gedəli, can xəstədi.
    Hələ də çiynim üstədi,
    Telin səndən vəfalıdı.

    Gözümdə həsrət torunu,
    Tikib, apardın nurunu.
    İçində saxlar qorumu,
    Külüm səndən vəfalıdı.

    Başımın üstə dayanır,
    Gah qara, gah al boyanır.
    Mənnən bir yatıb oyanır,
    Ölüm səndən vəfalıdı!!!

  • Elməddin RAHİBOĞLU.”Bir uşaq uzanıb, sahildə səssiz”

    er

    Bir uşaq uzanıb, sahildə səssiz.
    Üzünü tanrıdan çevirmişmi, nə.
    Sevgidən xəbərsiz, qəmdən xəbərsiz.
    Dəniz sahilini, sevirmişmi, nə?

    Həzz alır, dalğanın toxunuşundan,
    Bəlkə də günəşdən enerji alır,
    Paltarı soyunmaq çıxıb huşundan?
    Axı o, paltarla birgə uzanıb.

    İlahi, o ölüb. O, nəfəssizdir.
    Suriya zülmündən qaçmaq istəyib.
    Bu dünya, bu zülmə niyə səssizdir?
    Bəlkə səssizliyi pozmaq istəyib. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Səmanın al günəşi”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Yağış yağır, damcı-damcı,
    Ürəklərə qəm ələnir,
    Acı-acı.
    Həm də zülmətə bürünmüş bu gecəyə
    Kədər verir, yağan yağış,
    Damlaları naxış-naxış.
    Amma mənə elə gəlir, vallah bu heç
    Yağış deyil,
    Səma adlı bir gözəlin,o mənalı gözlərindən
    Axan yaşdı!
    İtirdiyi sevgisinə sadiq qalıb, saxladığı
    Qara yasdı!
    Yəqin səma itirdiyi günəşiyçin (daha&helliip;)

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    11149420_814346961975030_7057312539619506005_n

    Ayrılıq yerindən qırıldı bu eşq

    Sənin dodağında çiçəkləmişdi,
    Bir zalım əliylə dərildi bu eşq.
    Gözlərim yolunu elə çəkdi ki,-
    Ayrılıq yerindən qırıldı bu eşq.

    Qərib fəryadıydı,aşiq halıydı,
    Divanə ruhların qeylü-qalıydı.
    Bağrımın başında lalə xalıydı,
    Keçib göz yaşından duruldu bu eşq. (daha&helliip;)

  • Cəmiyyət Dövlətinə sahib çıxmalıdır

    ramiqbey

    Cəmiyyətin rifahı üçün – Güclü dövlət

    Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
    Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya atdıqları xəyali “mədəni təkamül” ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını, “kommunal” həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki, heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək mümkündür.
    Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan, yaradılışının tələbi olaraq “doğru” və “yanlış” anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir. (daha&helliip;)

  • Remzi ZENGİN.”Doğum Günün Kutlu Olsun”

    10498648_1088017144548624_2375876398071380324_o

    Dilerim yüce mevlâdan
    Gözlerin yaş,
    Tekerin taş,
    Memleketin savaş görmesin.

    Cebinde bitmesin para
    Başın düşmesin hiç dara
    Dırdırı çok bir kaynana
    Başından eksik olmasın.

    Altında bir arap atı
    Gezesin hep memleketi,
    Malının bet bereketi
    Azalmasın, daim artsın.

    Duaların kabul olsun
    Mutluluğun bâki kalsın,
    Beklediğin yolcu gelsin
    Gözlerin yolda kalmasın

    Dilerim hiç çekme tasa
    Düşmeyesin derin yasa;
    Bir kel ile bir de köse
    Düğününde davul çalsın.

    Rüyaların gerçek olsun
    Dilerim hep yüzün gülsün,
    Seni sevmeyenler ölsün
    Yüz yirmi yıl yaşayasın.

    Remzi’den sana nasihat
    Adımını dikkatli at,
    Her şeye eyleme inat,
    DOĞUM GÜNÜN KUTLU OLSUN

  • Hasan AKAR.”Yamansın Be Sami!”

    14015_394218784074882_3196374277671349122_n

    Çözemezler seni yamansın be Sami,
    Sanıyorsun ki senden gayrisi ali,
    Sensiz n’olur Anadolu Lisesi hali,
    Müdürlük az olasın bir şehre vali.

    Şifreleri kaptın,puanları bastın,
    Bilemezler sandın,şimdi faka bastın,
    Aralık’tan sonra Cemaati astın,
    Bitiyorsun nedir kendine bu kastın.

    Öyle güçlüsün ki sendika vız gelir,
    Yalakalık, yağdanlık sana az gelir,
    Sen şahinsin artık Tokat sana kaz gelir,
    Bu devran böyle gitmez bilesen Sami,
    Rabbim büyük bize de bir gün yaz gelir.

  • Ahmet DİVRİKLİOĞLU TUFAN.”Tufan var”

    ad

    Bedenim birdir amma
    İçinde iki can var
    Birisi Hak’tan yana
    Birinde sis duman var

    Kulağımın birinde
    Ezanlar iniltide
    Dinlerim diğerinde
    Kemaneler çalan var

    Sağ gözüm Elif,Mim de
    Sol gözüm dolu,demde
    İkisi de benim de
    Beynimde bir çiyan var

    Ağzım içinde dilim
    Düşmanım san ki benim
    Söylemez istediğim
    Her sözünde yalan var

    Bir ayağım dar durur
    Biri isyankar olur
    Aklım fikrim dağılır
    Bedenim de talan var

    Kalbimin yarısında
    Muhabbet vardır dosta
    Kalan diğer tarafta
    Aklım çelen şeytan var

    Gönlüm vahdet isterken
    Güzellik düşlüyorken
    Haz alır kekrilerden
    Niyetimi bozan var

    Elim semaya açık
    Titrerim benzim uçuk
    Gören der deli,kaçık
    Bilmez içten yanan var

    Ehlibeyt’in yoluna
    Kurbanım ben soyuna
    Deyin Teberra bana
    Beni başka sayan var

    Özümde inanç hası
    Çeker vuslat sancısı
    Bilir başka yok şansı
    Elde rehber Kur’an var

    Yüreğim Hakka bağlı
    O biraz sağlam bari
    İçinde zari,zari
    Af dileyen aman var

    Adımım Hak’ka yürür
    Bedenim biter,erir
    Kim bilir,kim ne görür
    Hala aslım soran var

    TUFAN yönün kıblede
    Şükürler var dilinde
    Güya yaşadın sen de
    Yaşıyorsun sanan var

  • Nemətlərdən istədiyin şəkildə zövq almağın tək yolu imandır

    rh

    İnsanların əsl xoşbəxtliyi əldə etmələrinin tək yolu Allah’a iman gətirmələridir. Bu həqiqət Quranda belə bildirilir: ”Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28). Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allah’ın rəhməti qavrandığı və iman əxlaqı yaşandığı halda qurtulmaq olar. Dünya həyatından ancaq bu şəkildə zövq alıb, gözəlliklərin dəyərini qavramaq olar. Allah’ın “Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır” (Nəhl surəsi, 30) və “Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi” (Ali İmran surəsi, 148) ayələrində bildirdiyi kimi, Allah gözəl bir həyatı ancaq iman gətirənlərə yaşadır. İnkar edənlər üçün isə, Allah bir ayədə “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq” (Taha surəsi, 124) bildirdiyi kimi mütləq sıxıntılı bir həyat vardır. Bu insanlar iman gətirmək xaricində heç bir şəkildə sıxıntılı həyatdan xilas ola bilməz, heç bir yolla əsl xoşbəxtliyi əldə edə bilməzlər. Maddi cəhətdən çox böyük imkanlara sahib olsalar belə, bunlardan lazımı kimi zövq ala bilmir, bu nemətlərin sevincini tam olaraq yaşamırlar. Çünki gözəlliklərin bir insana zövq verə bilməsi üçün insanın bu gözəllikləri təqdir edə biləcək anlayışa sahib olması gərəkdir. Məsələn, insan bir qərənfilin yarpaqlarındakı qüsursuz düzülüşü, iyini, toxumasındakı yumşaqlığı fərq edə bilməli, daha da vacibi, bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq yaradıldığını anlamalıdır. Bunu həqiqi mənada anlaya biləcək insanlar sadəcə iman sahibləridir. Çünki Allah’a iman gətirən şəxslər dünyadakı hər nemətin Rəbbimiz’in böyük bir lütfü olduğunun şüurundadırlar və hər gözəllikdə Allah’ın sonsuz yaratma gücünü düşünürlər. Bu, onların Uca Allah’a olan sevgilərini və bağlılıqlarını daha da artırır. Bütün bu həqiqətləri görən və səmimi olaraq “Allah’ın ipinə möhkəm sarılaraq” Rəbbimiz’ə təslim olan bir insan artıq “qopmayan bir ipə yapışdığını” və Allah’ın diləməsi xaricində heç bir şəkildə zərər görməyəcəyini, dünyada və axirətdə bütün nemətlərdən ən böyük zövqü alaraq,ən gözəl həyatı yaşayacağını bilməlidir. Quranda bu xəbər belə bildirilir:

    Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O,Bağışlayandır, Rəhmlidir. (Yunus surəsi, 107)

  • “Yer kürəsinin harayı”

    Nə zamansa təbiətin canlı olduğunu, öz içinizdə yaşadığını hiss etdinizmi? Hiss etdinizmi təbiətin özünəməxsus tarazlığa malik bir sistem olduğunu? Bəlkə bir az düşünək: Təbiət Anadır deyirik, bəs biz bu Ananı qoruya bilirikmi?
    Hələ dahi Nizami doqquz əsr öncə yazırdı:”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.” Görəsən, nədən belə yazırdı dahi söz xiridarı? O dövrdə hidrogenin nə özü, nə də izotopları kəşf edilməmişdi ki…?!Bəs Nizami hardan bilirdi ki, 7000 su molekulunun birində ağır su zəhərinin-su olduğunu? Zaman-zaman bizləri yaradan Tanrı öz yaratdıqlarını ayıltmaq üçün yer planetinə müəyyən əlamətlər göndərir. Bəlkə bu səbəbdən Şeyx Nizami o misraları yazmaqla bu olanlara işarə edirdi. Əsrlər keçib elm, texnika inkişaf etdikcə, çox içiləndə mərəzə çevrilən həmin ağır su kəşf olunduqdan sonra yer kürəsinin faciələri başladı və bu günə kimi də davam etməkdədir. Bir-birinin ardınca nüvə reaktorları yaradıldı. Nüvə bombaları, atom sınaqları Xorasima, Naqasaki kimi şəhərlərin üzərində sınaqdan keçirildi. Bəs bu faciələri duyar-duymaz təbiətin canlı olduğunu və onun da sənin bir parçan olduğunu, yer kürəsinin fəryadını, bizləri öz harayı ilə ayıltmaq istədiyini duydunuzmu ey ALLAHIN sevə-sevə yaratdığı insan deyilən məxluqlar…?! (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Bir lal tanıyıram”

    photo

    Bir lalın xəyalı danışmaqdırsa
    Düşüncəsi inqilab,üsyan və kindir.
    O susmuş vücudu tanımaq üçün
    Get ona yaxınlaş və onu dindir.

    Necə açıqlayır düşüncəsini
    Gör nələr danışır dilsiz,ağızsız .
    Havaya yazını əlləri ilə
    Gör necə yazır o qələm kağızsız.

    Danışdır onunda istəkləri var
    Danışan insana yoxdur etibar.
    Mən indi anladım danışmayan da
    Əl ilə qol ilə insanı satar.

    Bir kəramət vardır bu işdə inan
    Nizamlı yaradıb yaradan vallah
    Bir insan dilindən dügündədirsə
    Belə olmasını istəmiş Allah.

  • Elnur RƏSULOĞLU.”Anam”

    et

    Həyatda borcluyam anama təkcə.
    Anamın borcunu qaytarım necə?
    Ömründə doyunca yatmayıb gecə
    Ümidini mənə bağlayar anam.

    O, məni böyüdüb, yetirib başa,
    Arzusu dünyada dəyməsin daşa.
    Yolumda qocalıb dolubdur yaşa,
    Dərdini qəlbində saxlayar anam.

    Saçları ağarır keçdikcə illər,
    Anamın varlığı mənimçün yetər.
    Yaxşı oğul olsam, anama əgər
    Dözməyib sevincdən ağlayar anam.

  • Nisə Qədirovanın yeni kitabı işıq üzü görüb

    ilinisigi

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, istedadlı qələm sahibi, tanınmış şairə-publisist Nisə Qədirovanın 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 448 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrii,”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, istedadlı qələm sahibi, tanınmış şair-publisist Rafiq Odaydır.
    Kitab müəllifin sayca oxucularla doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Xürrəm Qafanlının yeni kitabı işıq üzü görüb

    yasamaqinanmaqdir

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xürrəm Qafanlının “Yaşamaq yanmaqdı…” adlı yeni kitabı 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 352 səhifə səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözünün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrii,”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, istedadlı qələm sahibi, tanınmış şair-publisist Rafiq Odaydır.
    Kitab müəllifin sayca oxucularla ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rauf Qərib Alagözün yeni kitabı işıq üzü görüb

    61079c56a3c9

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “edib.az” saytının qurucusu və rəhbəri, gənc yazar Rauf Qərib Alagözün “Silə” adlı ilk şeirlər kitabı Bakı şəhərində “Müttərcim” nəşriyyatı tərəfindən 156 səhfə həcmində “Aybkitab” layihəsi çərçivəsində işıq üzü görüb.Kitabın redaktoru və korrektoru “edib.az” saytının baş redaktoru, gənc xanım yazar Şəhriyyə Qəzənfərqızıdır.Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının müdiri Qəşəm Nəcəfzadədir.
    Kitab müəllifin sayca oxucularla ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, “Qərib dünya” adlı ilk şeirlər kitabı 2012-ci ildə işıq üzü görmüşdü.18 sentyabrda IV Bakı Beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafiq ODAY.Yeni şeirlər

    Rafiq Oday foto

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i

    KEÇIR

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib. (daha&helliip;)

  • Ramiz QARAYAZI.”Ümid…” (Hekayə)

    ramiz-qarayazi

    Bir neçə həftədən bəri sürən yolçuluq hər kəsi əldən salmışdı. İnsanları ən çox yoran ucu-bucağı görünməyən səhranın həmahəngliyi, dəvələrin sanki qayğısı yoxmuş kimi ləng hərəkəti və günəşin insafsızcasına od ələməsi idi.
    Bütün bunlar azmış kimi bu səfərə qolubağlı, bir əsir olaraq başlaması Babəki tamam əldən salmış, onun yolunda hər şeyindən vaz keçdiyi doğma torpaq, ana Vətən və əsir xalqı ilə bağlı olan bütün ümidləri puç olmuşdu. Onu ayaqda saxlayan iki şey vardı: birincisi düşmənlərin qarşısında ölümü mərdanə, əsl türk oğlu türk kimi salamlamaq.., ikincisi isə qəlbinin dərinliyində inanırdı ki nə vaxtsa, bəlkə də yüzillər sonra, ya da bəlkə elə bir neçə ildə onun işini yenidən başlayacaqlar! Yox. O zaman Babəkin buraxdığı bir çox səhvlər təkrarlanmayacaq, düşməni və düşmənin gücünü düzgün qiymətləndirəcəklər. Bax onda Babəkin başladığı Azadlıq Savaşı mütləq qalib gələcək!
    Bu fikirlərlə başı qarışan Babək karvanda başlayan ümumi canlanmanı sezməmişdi. Canlanma üfüqdə çatacaqları mənzilin görünməsi ilə baglı idi. Hər bir kəs nəhəng ərəb xilafətinin bu əzəmətli paytaxtına tez yetişməyə çalışırdı. Sirləri bətnində gömən Samirə şəhərində kimini ailəsi, kimini alacağı xələt, kimini isə ölüm səbirsizliklə gözləyirdi.
    Samirə islam aləminin gənc şəhərlərindən biri idi. Lakin gənc olmasına baxmayaraq salındığı gündən sürətlə böyümüş, Xilafətin siyasət, elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhərin mərkəzi hissəsində hakimiyyəti şərqdən qərbə doğru uzanan əzəmətli və qüdrətli islam xəlifəsinin iqamətgahı yerləşirdi. Gözəl memarlıq üslubunda tikilmiş saray uzaqdan göz oxşayırdı. Sarayı, dünyanın dörd bir yanından xəlifə tərəfindən dəvət edilmiş memarlar inşa etmişdilər. Saray nə qədər gözəl olsa da çoxdan idi ki, nə xəlifə, nə də digər saray əhli bu gözəllikdən lazımınca istifadə edə bilmirdilər, səbəb 20 ildən bəri Xilafətin şimal vilayətlərini bürüyən, xilafəti kökündən sarsıdan azadlıq hərəkatı idi. Lakin bir neçə həftə əvvəl bağrı çatlamaq dərəcəsində olan atla paytaxta çatan, bütün üzü günəşin istisindən çat-çat olan çapar xəlifənin qulağına şanlı sərkərdə Afşin Heydər ibn Kavusun göndərdiyi xəbəri pıçıldayanda bu saray sanki toy-bayram evinə çevrilmişdi. Elə o vaxtdan hər gün sarayda məclislər təşkil edilir, müxtəlif musiqilər ifa edilir, rəqqasələr rəqs edir, bir sözlə heç bir saray sakininin eyş-işrətdən başı açılmırdı. Indi də karvanın yaxınlaşdığını eşidən hər kəs, həm saray əhli, həm də elə bütünlüklə şəhər əhli iş-gücü ataraq, sarayın qarşısındakı böyük meydana toplaşırdılar. Hamı kimi, xəlifə özü də xilafəti bu vaxta qədər qorxu içində saxlayan, xilafətin təməlini sarsıdan şəxsi görməyə tələsirdi.
    Şəhərə daxil olan karvan aram-aram şəhər mərkəzinə doğru irəliləyirdi. Meydana yaxınlaşdıqca insanların sıxlığı artır, hərəkət etmək çətinləşirdi. Nəhayət ki, karvan meydanın saray qarşısında olan hissəsinə çatır. Sarvanların əmri ilə tələsmədən dəvələr dizlərini yerə qoydular… Hamının nəzəri qolları qançır olmuş, paltarının altından bədənində bir neçə yara olduğu görünən, əsir və qolubağlı olmasına baxmayaraq başını dik tutmuş, ətrafındakıların gözünə baxmaqdan çəkinməyən Babək adlı azadlıq mücahidində idi. Meydandakıların hər biri yanındakı ilə pıçıldaşaraq əsir Babəki və ona qalib gələn şanlı Afşinə işarə edirdilər. Sürətli addımlarla saraydan çıxan xəlifəni görən meydan əhlinin sanki üzərizə su töküldü. Xəlifə yan-yana duran iki böyük türk oğluna yaxınlaşdı. Afşinə yaxınlaşan xəlifə əlini onun çiyninə qoydu, qəzəb, maraq və heyrət dolu nəzərlərlə Babəki süzdü və əvvəlkindən də sürətli addımlarla bir qədər aralıda onun üçün qoyulmuş taxta yaxınlaşdı. Oturaraq ətrafına baxdı, hər kəsi bir-bir nəzərdən keçirərək Babəkin üstündə dayandı. Gözlərindəki hiyləgər təbəssümlə qışqırdı:
    ─ Hanı Mirzə Qəribi? Çağırın gəlsin.
    Xəlifədən sağda və solda olan saray əhli narahat formada pıçıldaşmağa başladılar və irəli keçməyə çalışan Mirzəyə yol verdilər. İrəli keçən bəstəboy ağsaqqal şəxs ilk öncə Babəkə yaxınlaşdı, diqqətlə onu başdan-ayağa süzdü, sonra dönərək xəlifəyə tərəf getdi və başı ilə yüngül təzim etdi. Onun hərəkətlərinə diqqət kəsilən xəlifə Mirzə Qəribinin yaşarmış gözlərinə işarə edərək soruşdu:
    ─ Mirzə, nə məsələdir? Gözlərin dolub ki…
    ─ Qocalıqdandır xəlifə sağ olsun, bütün vaxtımı yarımqaranlıq otaqda keçirirəm, açıq havaya çıxanda isə gözlərim nəmlənir. Deyə Mirzə Qəribi cavab verdi. Mirzənin sözlərindən xəlifənin dodaqlarına təbəssüm qondu. Keçən 20 il ərzində Babəkin apardığı müharibəni bütün incəliklərinə qədər qeyd edən Mirzə Qəribi həmişə Babəkin şəxsiyyətinə və onun apardığı milli azadlıq müharibəsinə rəğbətlə yanaşmışdı. Ancaq buna baxmayaraq xəlifə Mirzəni özünün də bilmədiyi səbəbə görə çox istəyirdi. Nəzərlərini yenidən Babəkə çevirən xəlifənin dodaqlarındakı təbəssüm dondu. Taxtdan dik qalxaraq çığırdı:
    ─Mirzə, 20 il ərzində yazdıqlarının tamamını qeyd et! Sabah gün doğanda bu iblis edam ediləcək. Əvvəlcə sağ qolu dirsəkdən üç barmaq aşağı, sonra sol qolu biləkdən bir qarış yuxarı, sağ ayağı dizdən beş barmaq aşağı, sol ayağı topuqdan bir qarış yuxarı kəsiləcək, axırda isə bu mənfur başı vurulacaq! Bununla da sənin kitabın qurtaracaq Mirzə!
    Bunları dedikdən sonra xəlifə heç kimə baxmadan gəldiyi sürətlədə saraya qayıtdı. Xəlifənin saraya getməsi sanki meydandakıları canlandırdı, hər kəs yenidən yaxınlıqdakı yoldaşı ilə pıçıldaşmağa başladı. Afşin sarayın pillələri ilə yuxarı qalxaraq Mirzə Qəribiyə çatdı və ehtiramla ona təzim etdi. Daha sonra əyanlardan birinə yaxınlaşdı. Babəkə işarə edərək ona nə isə söylədi. Həmin şəxs gözdən itdi və az müddət keçmiş iki gənc əsgərlə Babəkə yaxınlaşdı, əsgərlər Babəkin qolundan yapışaraq əmrində olduqları əyanın arxasınca addımladılar. Bu əyan zindanbaşı, əsgərlər isə zindanın tabeliyindəki qulamlar idilər.
    Zindan sarayın zirzəmisində yerləşirdi. Zirzəmiyə daxil olduqda zindanın rütubətli va sərin havası Babəkin həftələrdən bəri səhranın qızmar günəşi altında yanıb közə dönmüş dərisini oxşadı. Zindan çoxlu sayda koğuşlardan ibarət idi və bunların bir çoxundan inilti-şikayət səsi gəlirdi. Burada ah nələnin fəryadı yalnız zavallıların qəlbində dinlənirdi. Onlar sanki ölümlə həmsöhbət olmuşdular burda keçən həyatları ərzində. İndi isə… İndi bütün iniltilər azadlığın sonuna yönəlmişdir. Bu azadlıq sabah zülmətlə sona varacaqdı…
    Əsgərlər əsiri zindanbaşının işarə etdiyi koğuşa saldılar, koğuşun qapısı önündə duran zindanbaşı qolubağlı qəhrəmanı başdan ayağa süzdü, dərindən ah çəkib əmrə müntəzir əsgərlərə Babəkin qollarını açmağı əmr edərək koğuşdan çıxdı. Əmrdən bir qədər çaşmış əsgərlər yarı qorxu, yarı ehtiyatla Babəkin qollarını açdılar. Yenidən koğuşa qayıdan zindanbaşı özü ilə gətirdiyi suyu Babəkə uzatdı. Təklifdən Babəkin bədəninin bütün əzaları hərəkətə gəldi, amma özünü o yerə qoymadan başı ilə imtina etdi. Babəkin beynində yaranmış olan fikri başa düşən zindanbaşı su gətirdiyi qabı dodaqlarına yaxınlaşdıraraq bir qədər içdi və suyu yenidən Babəkə uzadaraq Babəkə çox doğma türk dilində dedi:
    ─ Atam oğlu, əmin ol, ölümü layiqincə qarşılayacaqsan. Daha sonra əsgərlərə tərəf çevrilərək onlara azad olduqlarını bildirdi. Babək sudan bir qədər içərək qabı zindanbaşıya qaytardı və ona təşəkkür etdi. Zindanbaşı qabı Babəkdən alaraq bir daha ona diqqətlə baxdı.
    ─ Adım Qarabudaqdır. Burada doğulmuşam, amma atam Xarəzm tərəfdən gətirilmiş qulam olub, sənin bildiyin, sənin kimi türk oğlu türkəm! Adına layiq ol, adımıza layiq öl! Əlvida qardaşım. Deyərək adının Qarabudaq olduğu bilinən zindanbaşı dərindən ah çəkdi, Babəki düşüncələri ilə baş-başa qoyaraq oranı tərk etdi…
    Səhər dan yeri hələ yenicə sökülməyə başlayanda Babəki edam kürsüsünə gətirdilər. Hamının düşmən deyə tanıdığı bu xalq qəhrəmanı həmişəkindən daha qətiyyətli, daha vüqarlı, daha güclü görünürdü. Babəkin qollarına və damarına güc və əzəmət verən, ölümü kişi qeyrəti və əsl türk oğlu türk kimi salamlamağa ruhlandıran xalqının, torpağının, Ana Vətəninin xoş sabahına, işıqlı gələcəyinə olan sarsılmaz ÜMİDİ idi!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil. (daha&helliip;)

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    DƏNİZLƏ SÖHBƏT

    Sıx məni köksünə, mavi dənizim,
    Uçsun uzaqlara lal xəyallarım.
    Sənin yaddaşında bir gənclik izim,
    Mənim yaddaşımda kor arzularım.

    Sıx məni köksünə, mənim dənizim –
    Oxşasın könlümü mavi dalğalar.
    Soruşma nədəndir solub bənizin,
    Soruş ki, bəs hanı səndəki ilqar?

    Şıltaq küləklərin çox sığal çəkib –
    İndi qəm darayan bəyaz saçıma.
    Nəmli baxışıma dumanlar çöküb,
    Daha ürəyimin qapısın açma.

    Çılğın ləpələrin özünü öyür,
    Qucaraq sahili güvənir necə.
    Mənim ləpələrim içimi döyür,
    Ümid çırağımsa – qaranlıq gecə.

    Zillənir gözlərim yenə uzağa,
    Uzaqlar dumana bürünür niyə?
    Bəlkə həsrətimdir, dözmür sazağa –
    Qarışıb dumana çəkilir göyə?! (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Və susarsan…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Unutqanlıq bütün insanların problemidir, deyilmi? Məncə, hə… Elə, səncə də, hə! Çünki, bilirəm, indi durub sənə zəng etsəm ki, “Ay İntiqam, Bakıda “Əl oyunları stadionu” hardadı?”-ən azı 10 dəq telefonda susub xəyalən Bakını gəzəcəksən…
    Bilirəm, artıq anlamısan niyə məhz o binanı soruşuram…sefaintiqam
    Bilirsən… Hərdən adam ən acı xatirələri də təkrar yaşamaq istəyir… Təkrar sevməyi arzuladığı kimi ayrılığı da yaşamaq, yaşamaq istəyir… Yadında, bir dəfə sənə nə demişdim? HƏR İNSAN MÖHTƏŞƏM AYRILIĞI ÖMRÜNDƏ TƏK BİR DƏFƏ YAŞAYIR… Bundan sonra sadəcə sükut başlayır… Sənin dediyin kimi… Əzizin oxuduğu kimi… “Və susarsan…”

    Bəzən qopub getmək istərsən bu şəhərdən,
    Güvəndiyin əlləri soyuq görəndə…
    Və sadəcə “əfsus”-deyərsən dünənlərə…
    Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.
    Qəhər boğar, çırpınarsan qəfəsində…
    Bax, beləcə, bir ad sınar, çiliklənər nəfəsində…
    Və susarsan…
    Hər hərfindən bir əlamət boylandıqca dünənlərə,
    Şüşə kimi çilikləri kəsər sənin əllərini,
    Xəbərin olmaz.
    Sahiblənər hər hissəni, bircə-bircə toplayarsan…
    Qoymazsan ki, yerdə qala…
    Qəfildən lap gözlərin qaralar, az qalsın ki, yıxılasan…
    Gözlərin əllərinə sataşar,
    Doğram-doğramdı əllərin…
    Söykənərək bir divara “ah” çəkərsən dərindən,
    “deyəsən, çox qan itirdim, deyəsən, çox yorulmuşam”…
    -Nə yaxşı ki, söykənməyə bu divar var!
    Və susarsan… (daha&helliip;)

  • Şəfa EYVAZ.”Səndən sonra…”

    1423756700_sefa-xanim

    Çox şey bilmirəm
    bu dünyada.
    Öldüyümü bilirəm məsələn
    Səndən sonra…
    Bu gün ayaqüstə qırxım çıxacaq,
    Sabah torpaq örtəcək üstümü.
    Unudacağam özümü.
    Soyuq olur axı torpağın üzü…
    Birigün günəş doğacaq,
    Bütün buz ruhları isidən günəş…
    Və mən öldüyümü unudub
    Yeni günə başlayacağam,
    səndən sonra…

  • İlhamə SULTAN.Yeni şeirlər

    is

    Görüşməyəydik…

    Bizi birləşdirən sevgi öyündü,
    Birdən məhəbbətin havası döndü,
    Bir zaman alışan eşqimiz söndü,
    Belə görüşdənsə görüşməyəydik.

    Sənin həsrətindən dünyam daraldı,
    Arzular, ümidlər yarıda qaldi,
    Fələk məni səndən qoparıb aldı,
    Belə görüşdənsə görüşməyəydik.

    İndi hər şey mənə artıq yalandı,
    Ömrümə başqa bir ömür calandı,
    Pozduq verdiyimiz peymanı, andı,
    Belə görüşdənsə görüşməyəydik.

    30.09.2014 (daha&helliip;)