“Adiloğlu” nəşriyyatı tərəfindən Çağdaş
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun
təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali
Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktou,
şairə-publisist Nəcibə İlkinin “Yarımçıq toy” adlı povest, hekayələr, esselər
toplusu 110 səhifə həcmində 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru
yazıçı Elçin Hüseynbəyli, bədii redaktoru Naibə Yusifdir.
Kitab müəllifin
oxucularla növbəti görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid
edirik.
Qeyd edək ki, bundan öncə “Bir ömür uduzdum” (2004) , “Qəlbimdə dil açan dünya” (2006), “Könlüm nağıl istəyir” (2016), “Sözün ölçüsü və çəkisi” (fikirlər və rəylər) (2016) şeirlər kitabı nəşr olunmuşdu.
Azərbaycanın Mədəniyyət
və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Adiloğlu” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filolofiya fakültəsinin məzunu, şair Abdulla Məmmədin “Gerçək yuxular” adlı ilk şeirlər kitabı 240 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.
Kitabın
redaktoru Çağdaş
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun
təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali
Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktou,
şairə-publisist Nəcibə İlkindir. Azərbaycan Yazıçılar Birliyinin
Quba-Xaçmaz bölgəsi üzrə sədri, “Qobustan” jurnalının baş redaktoru,
yazıçı-jurnalist Vaqif Əlixanlıdır.
Kitab müəllifin
oxucularla ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabda müəllifin son illərdə qələm aldığı müxtəlif mövzulu şeirləri yer alıb.
Hər bir şeirdə müəllifin ürək döyüntülərini, səmimiyyətini sezmək mümkündürş Poeziyasevərlər,
ədəbiyyatşünaslar, ədəbi tənqidçilər tərəfindən rəğbətlə qarşılanacağına, oxucu
auditoriyasının isə genişlənəcəyini ümid edirik.
Azərbaycanın Mədəniyyət
və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
*** Ən qısa rədif-ömür, ən uzun qafiyə-yoldu. *** Bir yarpaq uzandı əlim, bir tumurcuq böyüdü xəyallarım, ötən günə çatmadı. *** Səhər mehi çiçəklərin ətrindən sərxoş, Unutmuş hara getdiyini, gəlib bizə çıxmış. *** Yüz ölçüb,bir biçmək də yetmir adamın dadına. Bir ürəkdə beş hərflik yer tapmırsan adına. *** Dağlar da yetim qalır, yollar da qəribsəyir kimsəsizlikdən. *** Hər gün bir gün də artar, unudulmağın yaşı, unudulan yaşımızdı axı… *** Yuxumu xatirələr pozur, vaxt dayanır hərdən. Hələ yol gəlirəm, ömrün keçmişindən. *** Köhnə sevgilərin qınaq yeriyəm. Fərq etməz, ölmüşəm, ya diriyəm. *** Bir söz də qopardar yaramın qaysağını. Aşiqi, yarasından tanı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Dərdini çəkməkdən ürəyim, canım, Nə gecəm qalıbdı, nə gündüzüm. Həsrətdən alışıb yanımdı canım, Sənə söz deməyə qalmayıb üzüm.
Bu dərddən, kədərdən rəngim sarıdı, Bu qanlı yaramı de kim sarıdı? Yönüm ay sevgilim sizə sarıdı, Nə sifətim qalıb, nə də ki, üzüm.
Qurümür Əzizin vallah göz yaşı, Qurunun oduna yanıbdı yaşı, Vallah çox uludu bu dərdin yaşı, Qalmayıb bağçamda nə nar, nə üzüm
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
İşıqlı dünyaya çıxarıb məni, Təzədən zülmətə atma amandı, Mən günəş bilirəm, ayüzlüm səni, Dərdindən ürəyim alışdı, yandı.
Hər gün yol gedirəm xəyallarımda, Yoxdur bu sevgidə bəhanə, filan, Mən səni görürəm röyalarımda, Orda nə hiylə var, nə də ki, yalan.
Bu ürək dərdindən hey nalə çəkir, Tanrı bizim üçün açır səhəri, Gözlərim həsrətdən qanlı yaş tökür, Qayıt gəl dilimdən sil bu qəhəri.
Sənli günlərimdə həyat bal dadır, Sənsiz mən neyləyim ayüzlüm mənim. Bəzən boş xəyallar adam aldadır, Ay ürəyim, canım, ay gözüm mənim,
Sənsiz ürəyimi ovutmaz heç kəs, Alışan qəlbimə su çilə bir az, Bu necə gedişdi, bu necə həvəs, Heç belə ayrılıq , belə naz olmaz.
Gəl, əvəzin çıxaq bu ayrılığın, Gəl verək əl-ələ, sevinək, gülək, Güllərlə bəzəyək sevgi otağın, Həsrətə, hicrana əlvida deyək.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Türkəm deyə…
Pəncərədən düşən günəş Elə bil ki,buz bağlayıb. İsitməyir könlümü… Qarabağda ruhum əsir Savalandan külək əsir İçimdə boz qurd ulayır… Əllerim açılıb göyə Taleyim bürünüb göyə Tək günahım-Türkəm deyə Yasaq edildi Ana dilim Qurudulur Urmu gölüm
Darıxdım sənsiz….
Yenə payız gəldi sənsiz ömrümə Otağım qaranlıq,divarlar soyuq Tavana rəsmini çəkir gözlərim Qəlbim buz parçası, duyğular soyuq
Qara buludlartək nigarançılıq Həsrət gözlərimə kölgə salıbdır Səni görməsəydim dəli olardım Yaxşı ki,yadımda şəklin qalıbdır
Səninlə üz-üzə durmuşuq sanki Gözümüz danışır, səssiz-səmirsiz Bilməm, ayrılıqmı qorxutdu məni? Yanımda olsan da darıxdım sənsiz.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Zülmət və şam…
Zülməti də sevmək olarmış,demək Sən qaranlıq otaq,mənsə yanar şam. Donmuş pərvanələr tökülmüş yerə, Mən də sənin kimi yalnız qalmışam.
Niyə aydınlatmır işığım səni? Nə hənirtin gəlir,nə istilik var. Lal sükutdan qorxub körpə uşaqtək Qısılıbdır küncə ağlayır divar…
Yaşamaq bəhanəsi
Yaşamaq üçün gərək bu cəmiyyətin ritmini tutasan Kimliyini,məqsədini unudasan Bunların dilində danışasan… Yox,mən bu hünərin sahibi deyiləm,bacarmaram Ümid edirəm ədalət tərəzisi qurular. Kənardan mənə baxıb ,qəhqəhə çəkən ümidlərim. Əlacım olsa, içimdən birdəfəlik qovaram sizi Əlacım olsa, bir qaşıq suda yox,göz yaşlarımda boğaram sizi Önümdə uzun bir tunel. Nə işıq görünür, nə qatar gəlir İrəli gedim getməyim tərəddütdəyəm Yenə ümidlərim irəli səsləyir Bu tunelin sonunda məni Ya həqiqət,ya ölüm gözləyir Yox!ölmək olmaz! Axı bir yanda sevdiklərim var Digər yanda intiharı günah sayan Tanrım Aha! Deyəsən, yaşamağa bəhanə tapdım..
Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı karantin dövründə “Ölkəmizi tanıyaq” layihəsininin davamlığını virtual formada həyata keçirir. Layihə əsasında bir çox şəhər və rayonlara bir-birindən maraqlı virtual səyahətlər təşkil olunmuşdur. “Vətənimizə virtual səyahət” layihəsinə növbəti daxil edəcəyimiz videoçarx Azərbaycan Respublikasının cənubunda yerləşən Masallı rayonu haqqındadır. Virtual səyahət Masallı rayonu haqqında ümumi məlumatla başlayır. Daha sonra sistemli şəkildə təbiətinin təsviri maraq doğuran fotolarla əks olunur. Videoçarxda Talış meşələri, Dəmbəlov, Bonabənd, Talış kimi dağlar, Viləş, Boradigah, Alvadı, Bədalan, Tatyan kimi çaylar, Ərkivan, Ayran, Bağı, Şah Səfəvi, Şır-şır, Mehdi və s. bulaqlar yer alır. Rayonun flora və faunası videoçarxda maraqlı keçidlərlə nümayiş olunur. Florasına müxtəlif növ dərman bitkiləri, qeyri-adi quruluşa malik ağaclarından isə akasiya, hirkan ənciri, əzgil, şümşad, lantana, fikus, azaliya, beqoniya, banan palması, iqliminə görə uyğunlaşan faunasına oxlu kirpi, qunduz, porsuq, gərəf, cüllüt, vağ, qaşqaldaq, fısıldayan qu və s. daxil edilib. Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə, Mirzətəpə kimi çoxlu sayda kurqanlar, III-IX əsrlərə aid Mahmudavar kəndində arxeoloji abidə, IX-X əsrlərə aid Ərkivan qalası, IX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi, XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi, XIX əsrə aid Masallı şəhər Cümə məscidi və müxtəlif dövrə aid qədim yaşayış yerləri videoçarxda geniş formada əks olunur. Videoçarxda qədim ziyarətgahların və tarixin müxtəlif dövrlərində tanınmış görkəmli şəxsiyyətlərin siyahısı verilir. Masallıda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən sandıqçılıq, dulusçuluq, oyma sənəti, həsir toxuma, zənbillik videonun davamında əks olunur. Azərbaycanın digər rayonları kimi Masallının da özünəməxsus mətbəx ləzzətləri var. Videoçarxda şüyüdlü plov, ləvəngi, lökü, sırdaq, kahı salatını görmək olar. Videoçarxda son olaraq, Masallının müasir binaları, parkları, İstisu sağlamlıq mərkəzi, Baba bulağı, Olimp, Gülüstan, Yanardağ mərkəzi kimi turizm və istirahət məzrkəzlərinin fotoları təqdim olunur. Videoçarx “Masallı” mahnısı ilə müşayiət olunur. Masallı videoçarxı YouTube kanalında yerləşdirilib: https://www.youtube.com/watch?v=-H8MsHg1wyw
Как сообщалось ранее, Централизованная библиотечная система Ясамальского района в период режима карантина, связанного с пандемией коронавируса, обеспечивая непрерывность проекта «Узнаем Отчизну» осуществляет проект «Виртуальное путешествие по Азербайджану». В рамках данного проекта были осуществлены множество туров в города и районы нашей страны.
Очередное виртуальное путешествие запланировано в
Масаллинский район, находящийся на юге Азербайджанской Республики.
Виртуальное путешествие начинается с представлением общих
сведений об этом районе. Далее расположены интересные фото о природе данного
региона. На видеоролике можно увидеть фото талышских лесов, горных вершин
Дямбялов, Бонабянд, Талыш, рек Виляш, Борадигях, Алвады, Бядалан, Татьян,
родников Аркиван, Айран, Багы, Шах Сяфяви, Шир-шир, Мехди и др.
На видеоролике достаточно полно отражена разнообразная
флора и фауна этого региона. Здесь можно встретить различные лекарственные
растения, акацию, гирканский инжир, шишки (эзгиль), шумшад, фикус, азалию,
бегонию, банановую пальму. Богат также и животный мир этого края. На
видеоролике размещены фотографии
стрелочного (охлу) ежа, гундуза, джюллюта, кашгалдага, шипящих лебедей и
др.
На территории Масаллов находятся также древние поселения.
Множество курганов периода бронзы обнаружены в селе Гишкядяря (Гарагантяпя,
Гошатяпя, Аллахгулутяпя, Мирзятяпя). В селе Махмудавар обнаружены
археологические памятники III-IX вв., Аркиван галасы (IX-X вв.), в
селе Гюллютяпя обнаружена усыпальница Амира (IX в.), в селе Хишкядяря обнаружена усыпальница Нязиря
ханым (XIV в.), в городе Масаллы
Джума мечеть, построенная в
XIX веке и многие другие памятники.
Затем следует список древних мест поклонения и известных
личностей-выходцев из Масаллов.
На видеоролике размещены также отрасли ремесленного
производства, которыми с давних времен славился этот район.
Привлекают внимание зрителей фото своеобразных блюд
масаллинской кухни: шуюдлю плов, лявянги, сырдаг, салат из кахы и многие
другие.
В заключение размещены фото современных зданий, парков,
оздоровительного комплекса Истису, Баба булагы, Олимп, Гюлюстан, центра
Янардаг.
NƏSİMİNİ SOYANLAR… Şairin dərisindən bağlanmış qanlı təbil haray salaraq gedir; Nəsimini soyanlar İlahinin düşməni, Babəkimin düşməni,mənim də düşmənimdir! O vaxt alqışlananlar indi çirkab içində; danlanıb-söyülürlər, sualar qarşısında gözlərini döyürlər! Nəsimini soyanlar Tanrımızı danıblar! halallıq gətirirdı böyük Azərbaycana igid Koroğlumuzun qılıncından damanlar! Nəsimini soyanlar Mubarizə,Ramilə yağı düşmən olanlar, Xankəndində,Şuşada,ulu Dəlidağıma üçrəngli Bayrağımı çəkib yerə salanlar. Nəsimini soyanlar,heyhat,hələ də burda– vicdanını itirmiş “İcra başçılarında”, haramdan çirkinməyən quldur villaarında, qürbətlərdə taıanan millətin pullarında! İndi Ana bətnində qərar tutan nəsillər hələ bizə göz qoyur, Nəsimini soyanlar Azərbaycanı soyur! Xurafat–Nəsimini “Ənəlhəqq” idi-soydu, susaraq Haqqı dansaq qaşıdakı nəsillər hamımıza söyəcək!!..
DAHA YUXULARDAN YAZAN DEYİLƏM,,, Daha yuxuları yozan deyiləm- onsuz da hər dəfə aldadır məni, bir də yuxulardan yazan deyiləm- sonra,oxutdurub ağladır məni. Get-gedə artmaqda qəlbimin qəmi, amma ki,soyumaz o qəlbin kini! kirpikdən sallanan göz yaşı kimi, yuxular gözümə bağladır məni. Yuxular həm şirin,həm də acıdır; sabaha səsləyir,geri qaçırdır, hökümdar Sarayı,”Elçi daşıdır”, illərlə nigaran saxladır mıni. Yuxular–içində azdığım duman, həsrətə məlhəmdir,hicranda-güman, çıxar hər nə desən yuxularımdan, kiridir,həm də ki,çağladır məni, daha yuxulrdan yazan deyiləm– aldadır,oynadır,ağladır məni…
Tıqqıltı o, səsə dik atılarsan Qorxudan bir soyuq tər basar səni. Biraz da suyundan qurtumlayarsan Küləklər deyərsən nə yaman əsir. Pəncərən yerindən çıxacaq kimi. Dağılır baxarsan bu nə gecəydi, Nəydi o, taqılltı nəydi bilmədim, Ayın da üzünü buludlar örtüb, Yağacaq bu boyda küləklər əsməz O, səsə yenə də dik atılarsan, Qorxudan bir soyuq tər basar səni. Biraz da suyundan qurtumlayarsan Bir yanda, getməmiş gəzərsən məni.
Sözü də bu boyda şişirtmək olmaz, Hər gün biraz, biraz gözümdə düşdün. Bir şəhər yox olub çıxıb gedərsən, Qırılıb üzülüb, əzizlənərsən. Yarpaq da ağacdan ayrılıb düşər, Qırılan çırpılsa qırılacaqdır. Bir quru sağ olsuz gedənlər o, gün Gecənin birində qayıdacaqdır. Sadəcə su kimi axan zamandır, Qocalan yenə də yazıq ürəkdi. Bu boyda şişirtmək aldatmaq olmaz, Həyatda yıxılsan durmaq gərəkdi. Saatın üçündən keçər o gəlməz Bir görüş tələsib çıxıb gələrsən Bir görüş lapda ki, çox gecikərsən. Tez gəlsən o gəlməz hey deyinərsən Geciksən o gedər xəbərsiz gedər Solarsan çiçək tək yol ayrıcında, Yanından keçənlər yox səni görməz. Ağaclar maşınlar quşlar böcəklər, Bir eşqlik elə də səni bəyənməz.
Karantin dövründə
insanlara dəstək olmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal
rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX
deyir!” layihəsini həyata keçirməkdə davam edir.
Bu layihə
çərçivəsində “Yazıçı və şairlər
koronavirusla mübarizə edir” aksiyasına müntəzəm olaraq öz yazılarını təqdim
edən istedadlı yazıçılardan biri də Gülarə Munisdir. O, xəstəliklə mübarizədə çətin
müddətdən keçən uşaqlar üçün maraqlı mövzuda yeni şeirini yazdı.
M.Ş.Vazeh adına
Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu olan Gülarə Munis “Yer kökü”
yeni şeirini kitabxananın kiçikyaşlı virtual oxucularına təqdim edir.
Şairə virusun verdiyi kədər hissinə toxunaraq bostanda baş verən söhbəti
şeir dili ilə oxuculara çatdırır.
Как сообщалось ранее, Централизованная библиотечная система
Ясамальского района осуществляет проект «Великая победа – 75», посвященный
победе советского народа в Великой Отечественной войне. В рамках проекта было
подготовлено информационное письмо, посвященное 110-летию со дня рождения
дважды Героя Советского Союза Ази Асланова, был выпущен также online сборник стихов о нем. В рамках данного
проекта читателям был представлен композиция-реквием «Полк
бессмертных: дети, внуки и правнуки ветеранов Великой Отечественной войны».
Библиотека в рамках международного сотрудничества подготовила также
интерактивный плакат на военную тематику.
Сегодня зрителям и читателям библиотеки представляется фильм-ролик,
посвященный уникальным военным подразделениям в составе Красной Армии –
оленелыжным и оленетранспортным батальонам, принимавших участие в боевых
действиях Карельского и Северного фронтов. Видеоролик снят доктором
исторических наук, профессором, Почетным читателем Центральной библиотеки
им.М.Ш.Вазеха Айдыном Гаджиевым.
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
D Ö V R A N S I Z Açıb doğma yurdda ilk bahar gülü, Nərgizlər bəzəyib çəməni, çölü. Gül- gülü səsləyir, bülbül- bülbülü Açılıb bayram süfrəm sevdasız, yarsız, Qovuşduq Novruza bu il Dövransız.
Hər zaman sevərdi toyu, düyünü, Nəzm ilə söylərdi təbrik sözünü. Sevincdən coşardı hər bayram günü Deyildi bu qədər qəddar, amansız, Necə rəva bildi, qaldıq Dövransız?.
Süfrədə rəsmiylə qaldıq göz- gözə, Bir hacət qalmadı kəlməyə, sözə. Ürək daş ola ki, bu dərdə dözə Bu ömür necə keçsin baharsız, yazsız? Fələk bizi qoydu yarsız, Dövransız…
Təsəlli edər dostlar, bəzən də danlar, Sevdası yarım qalan bu dərddən anlar. Qəlbdə qövr eləyir Onlu anılar Bilsəm də yaşam yox- boransız, qarsız, Hər günüm bir ildir nazlı Dövransız…
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
ÖMRÜN FƏSİLLƏRİ /”Düşüncələrim” – silsiləsindən/
Bu dünyada hər şeyin var zamanı, Yaradandır nizamlayan hər anı. Dərə çəni, dağlar sevər dumanı. Yaz gəlməsə axan çaylar çağlamaz, Gül- çiçəklər qönçə, buta bağlamaz.
Yay zamanı hamı sevər yaylağı, Zümrüd meşə, yaşıl çəmən, bulağı. Yal- yamaclar olar könül oylağı Duman, nə sis qar yağdırıb çığlamaz, Şən buludlar, gözün sıxıb ağlamaz.
Son baharda quşlar çıxar səfərə, Elat enər dağdan- düzə, şəhərə. Hacət yoxdur ağlamağa, qəhərə Təbiətin taxtı, tacı laxlamaz, Ulu dağlar qışda qonaq saxlamaz.
Ahıl, qoca möhkəm tutar əsasın, Istər sürsün hər anının səfasın. Fani dünya sonda alar qisasın Dövran, əcəl xəzan çiçək qoxlamaz, Payız- yazı, nə qış yayı haxlamaz…
BİLMİRƏM /”Vətənimdir” – silsiləsindən/
Bəd illər az qalır qərinə olsun, Qübarı könüldən silə bilmirəm. Çatlamış, boş sənək çətin ki, dolsun, Şuşasız, Laçınsız, gülə bilmirəm.
Neçə ki, Kəlbəcər qolu bağlıdır, Neçə ki, Ağdamım sinədağlıdır. Neçə ki, “stepan”, “Qarabağlıdır”, Necə yaşayıram, hələ bilmirəm.
Cəbrayıl yaralı, həm də qəfəsdə, Füzuli can verir, qulağı səsdə. Qubadlı, Zəngilan, kürəyi üstə, Məzarım qazılıb, ölə bilmirəm.
İrəvan, Zəngəzur, Göyçəm hardadır? Mehri, Qafan, Vedim, gör nə haldadır. Gorusum, Ağkilsəm, çoxdan dardadır, Həsrətin zirehin, dələ bilmirəm.
Aprel döyüşləri, mesaj- düşmənə, Bir kimsə dünyada, qızammaz mənə. Zərbələr vuracam, hey dönə- dönə, Yurdda eldən- elə, gələ bilmirəm.
Yüksəldək Murovdan “Cəngi”nin səsin, Silək Ulu Yurdun, qara ləkəsin. Dövran vəsf eləsin, Odlar Ölkəsin, Nəyi gözləyirik, bilə bilmirəm?!…
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Səssiz bir sükutla bağırır gecə, Saat əqrəbləri çalır ömrümü. Çiy palçıq zənn edir məni bu dünya, Gündə bir qəlibə salır ömrümü.
Alır verdiyini gözüm doymamış, Bükür göy əskiyə bəyaz günümü. Bəzən də aldadır saf uşaq kimi, Ovcunun içinə alır ömrümü.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
*** Səndən sonra tutunduğum sevgilər çürük ağac budağı çıxdılar, əl dəyməmiş sındılar, töküldülər… Səndən sonra yan aldığım limanlar bütün gəmilərə bağlı çıxdılar.
Səndən sonra bir də üzü gülmədi qürub vaxtı günəşin. Səndən sonra daha əvvəlki olmadı yazdığım şeirlərim… Səndən sonra…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Canı yanmış necə də, Gözəlsən, sən gözəlsən. Baxmaqdan doymuram ki, Gözəlsən sən, gözəlsən.
O üz, o xal tamaşa, Bir nursan başdan, başa, Heyranam o göz, qaşa, Gözəlsən sən, gözəlsən.
İncə gülsən, çiçəksən, Sən hamıdan qəşəngsən, Nazlı, şirin mələksən, Gözəlsən sən, gözəlsən,
Səndən doymaq olarmı? Sinən dağdakı qarmı? Sənin tək ceyran varmı? Gözəlsən sən, gözəlsən.
Dodaqların qönçə gül, Yanaqların qızılgül, Gülüm, hər vaxt sevin,gül, Gözəlsən sən, gözəlsən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Yanan şamam , dərd dolanır başıma, Sənsiz hər gün ağı deyib, ağlaram, İnsaf eylə, bax gözümün yaşına, Sağalarmı, söylə, sənsiz bu yaram?
Can üstədi nə zamandı ümidim, Qəlb evimdə öz yerin var, öz adın, Ruh qayıtmır, perik düşüb nə edim? Sən olmusan, ehtiqatım, tay andım.
Baxışların ürəyimi yandırır, Səni sevmək günah deyil, əzizim. Güılüşlərin, şəkər dadır, bal dadır, Sənsiz yoxdu, nə gecəm, nə gündüzüm.
Damla-damla gözlərimdən söz damır, Dön güriyə, yalvarıram nə olar. Ahım niyə fələkləri odlamır? Adın gəlcək ürək yanar, göz dolar.
Nəzir, niyaz paylayıram biləsən, Getmədiyim bir ocaq, pir qalmayıb, Yerə, göyə yalvarıram, gələsən, Səndən özgə bir segilim olmayıb.
Geriyə dön, ay könlümün sultanı, Nə zamandı vüsalına həsrətəm. Gəl sevindir bu ürəyi, bu canı, Sən Əzizin ürəyisən, bir dənənəm.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Qorxu – nə isə itirmək hissi… Kimisi can itkisindən Kimisi mal itkisindən Kimisi vəzifə itkisindən Qorxar,susar kölələşər Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər İnsan da insanlığın itirməyə yaman qorxar Dan danışar,sonra isə qan qusar…. Yuxu-ruhun azad olduğu an… Daş üstündə daş kimi yatan da var Yatağında ilan kimi qığrılan da var Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var Qula çevrilmiş ruhlar,istəməsə də bu “canları”daşımağa məhkumdurlar Ruhlara bu cəzanı niyə vermiş Allah? Görən bunların hansı günahı var?… Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi… Yaradana sevgi Valideynlərə sevgi Vətənə sevgi Qadına sevgi Vəzifəyə sevgi Var -dövlətə sevgi… Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi? Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir… Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq, Azadlıq !Azadlıq! Azadlıq!!!
*****
Ümidlər qəbiristanlığıdır sanki Daş kimi soyuyub mənim ürəyim. Oxa dönmüş başdaşları dəlir sinəmi… İnsanlığa həsrət…Vətənə həsrət… Azadlığa həsrət… kəfənə həsrət diri ikən ölülərik biz… nəfəsim içimdə boğulur göz yaşlarım yanağımda quruyur Dodaqlarım çat-çat olub Suya həsrət torpaq kimi… Dərdlərimi yazmışam buz üstünə Gözləyirəm günəşin doğmağını. Azalıb inancım,Taqətdən düşmüşəm. Zəifləyib əqidəm,odum-alovum, təkcə yanır varlığım. Nefti qurtarmış,piltəsi közərən çıraq kimi…
*****
Sevgi yaşadar insanı,
Kindən,kinfrətdən yıxılar.
Aşkar olandan sarsılmaz,
İnsan qəflətdən yıxılar.
Doğru sanmam gördüyünü,
Fikirlərim cin düyünü,
Azalıbdır toy-düyünü,
Dünya matəmdən yıxılar.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Qəlbim yara, gözümdə yaş, Duz yaranı göynədərmi? Könlümdə buz, sevgim atəş. Od buzları əridərmi?
Öz qarğışım tutub məni. Dost nəfsinə satıb məni. Kor quyuya atıb məni, Haqq səsimi eşidərmi?
Şaxta vurmuş ürəyimi Daşa dönmüş diləyimi Xəzan olmuş gəncliyimi, Qış günəşi isidərmi?
SƏRHƏDÇİ
Bir əsgər var sərhəddə Günəşlə bərabər açır səhəri.neç Neçə vaxtdır, Eldən-obasından Sevdiyindən uzaqdadır. Qəlbini doğrayır hicranın zəhəri. Ancaq O sərhədçidir. VƏTƏNİN EŞQİNƏ, Doğmaların xətrinə Dözür hər cür həsrətə Udur bunca qəhəri. Gülümsəyir doluxsunmuş gözləri… Silahı çiynində, qulağı səsdə. Gözləri sərhədçidir! TÜRK OĞLU, AZƏRBAYCAN ƏSGƏRİ!!!
Qızım Xanıma
İnsanların duası,
Arzuların hasili,
Yaradanın hikməti,
Düz dörd ilin həsrəti,
Bir qız gəldi evimizə.
Qığıldayır,ağlayır.
Qulağımda hey səsi.
Gülüşü bir başqadır,
Tarının hədiyyəsi
Qoxusu cənnət qoxusu,
Yuxusu dovşan yuxusu,
Bir qız gəldi evimiz.
Kardelen 104. sayısında DOĞU TÜRKİSTAN DÂVÂMIZI ele aldı. Doğu Türkistan Millî Meclis Başkanı Seyit TÜMTÜRK ile röportaj… Doğu Türkistan atasözleri… Çilemiz… Türkiye, Doğu Türkistan ve Azerbaycan şair ve yazarlarında eserler… Olaylara bakış… 64 sayfa…
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası dünyaboyu yayılan koronavirusa qarşı “Evdə qal və sağlam ol” çağrışına dəstək olaraq izləyicilər üçün növbəti videoçarx hazırladı. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanmış növbəti tur Şəmkir rayonunadır.
İzləyicilərə
təqdim olunan videoçarxda Azərbaycan Respublikasının xəritəsində 1660 km2 əraziyə malik olan Şəmkir rayonunun bir
şəhər, yeddi qəsəbə, əlli səkkiz kənddən ibarət olduğu qeyd edilmiş və digər
ümümi məlumatlar toplanmışdır. Xüsusi başlıqlarla təşkil olunmuş təbiəti rəngarəng fotolarla əks edilmişdir.
Videoçarxda
əsrarəngiz, gözəl təbiətə malik olan Şəmkirin
bitki örtüyü ilə zəngin olan Dəryaçay, Suludərə, Sumaxlı, Yastı, Heydər qaçan,
Şam meşələri, ucqar quruluşa malik Yasamal və Gəlavan dağları, XIX əsrə aid
Alman və 1890-cu ilə aid Seyfəli kəhrizləri, bununla yanaşı Dəryaçay,
Tatarlıçay, Zəyəm, Şəmkir, Cəhir və s. çayların, təbii surətdə yer səthindən
çıxan şəffaf Qafqaz və Əsgər bulaqlarının fotoları verilmişdir.
Münbit
torpağında kök salmış palıd, cökə, vələs,
çinar, qovaq, ardıc, şam, iydə, dağdağan kimi bir çox ağaclar, solmaz, lilpar,
çobanyastığı, nərgiz, bənövşə, süsən, zanbaq kimi göz oxşayan güllər və yamyaşıl,
şəfalı otların siyahısı ilə fotoları videoçarxda izləyicilərə təqdim
olunmuşdur.
Videoçarxda
bir çox heyvanların fotoları toplanmış, quşlar sırasında kəklik, qartal, qarğa,
bülbül, ördək, ağacdələn, turac, şanapipik və b. siyahısı da qeyd edilmişdir.
Milli
sərvətimiz olan tarixi abidələrdən – qalalar, qədim yaşayış yerləri, qalaçalar,
qədim tarixlə bağlılığı olan qəbirstanlıqlar, 1998-ci ildə inşa edilmiş Şəmkir,
Əliyaqublu və Düyərli məscidləri, 2006-cı ilə aid Paşa məscidi ilə yanaşı digər
məscidlər, həmçinin muzeylər, ziyarətgahlar da videoçarxda öz yerini tapmışdır.
Şəmkir
torpağı Zaur Sarıyev, İsgəndər Aznaurov kimi Azərbaycan Milli Qəhrəmanlarının,
Molla Vəli Vidadi, Əhməd Cavad, Taleh Həmid, Məzahir Hüseynzadə kimi şairlərin,
Azərbaycan SSR xalq artisti olan Leyla Bədirbəylinin, aşıq sənətinin ustalarının
və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin məkanı olmuş, həmin
şəxsiyyətlərin siyahısı da izləyicilərə təqdim edilmişdir.
Videoçarxda
həmçinin Şəmkirin tarixən inkişaf etmiş sənətkarlıq sahələri – xalçaçılıq, ipəkçilik,
üzümçülük, dülgərlik, dəmirçilik də qeyd edilmiş, mətbəxinə aid müxtəlif növ
yeməklərin fotoları da verilmişdir.
Müasir
binalar və parkların, zavodlardan – Maşınqayırma zavodu, Daş karxanası, Çörək
zavodu, Şərab zavodu, Quşçuluq fabrikinin fotoları ilə videoçarx yekunlaşmışdır.
Hazırlanmış videoçarx söz və musiqisi Maestro
Ceyhuna aid olan Adil Karacanın ifa etdiyi “Şəmkirim mənim” mahnısı ilə müşayiət
olunur.
Şəmkir
videoçarxını aşağıdakı linkdə izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=CtDoOZmRCuQ
“Vətənimizə virtual səyahət” adlı layihəyə
daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube
kanalında yerləşdirilib.
Silsilə
şəklində hazırlanan videoçarxlar davam edir.
Централизованная библиотечная система Ясамальского района, продолжая мероприятия в рамках призыва «Оставайся дома и будь здоров», направленного против пандемии COVİD-19 подготовила очередной видеоролик. Проект «Виртуальное путешествие по Азербайджану» получил положительный резонанс общественности. Предстоящий тур состоялся в Шамкирский район.
На видеоролике, представленном вниманию зрителей содержится информация о
том, что площадь Шамкирского района составляет 1660 кв.км, на его территории
расположен один город, семь поселков, пятьдесят восемь сел.
Размещены фотографии разнообразной природы.
Привлекательны фото лесов Дярьячай, Сулудяря, Сумахлы, Ясты, Хейдяр гачан, Шам.
Высокие, статные горы Ясамал и Гявалан привлекают необычной красотой. В районе
сохранились кягризы, построенные еще в XIX в. немцами-колонистами, а также кягриз Сейфяли, построенный
в 1890 году. По территории района протекают достаточно полноводные реки
Дярьячай, Татарлычай, Зяйям, Шамкир, Джахир и др. Помещены и фотографии
прозрачных родников Кавказ и Аскяр, бьющих из-под земли.
На плодородных землях растут дуб, чинар (платан), ийдя,
тополь, сосна и многие другие. Привлекают красотой ромашки, нарциссы, фиалки,
тюльпаны, а также огромное количество лечебных трав.
На видеоролике можно увидеть фотографии и перечень
животных и множества птиц (орел, ворона, соловей, дятел, турач и др.).
Размещены
исторические памятники, которые являются национальным достоянием каждого
народа. Здесь можно увидеть крепости, древние поселения, старые кладбища.
Зрителям показаны также мечети Шамкир, Алиягублу и Дюярли, построенные в 1998
году, Паша мечеть, построенная в 2006 году и др. Размещены фото музеев,
святилищ.
Зрители узнают о шамкирцах – Национальных героях
Азербайджана Зауре Сарыеве, Искендере Азнаурове, поэтах Молла Вели Видади,
Ахмеде Джаваде, Талехе Гамиде, Мазахире Гусейнзаде, Народной артистке Азербайджана
Лейле Бедирбейли, о мастерах- ашугах и других представителях интеллигенции
этого района.
Отмечается, что Шамкир издавна славился ковроткачеством,
шелководством, виноградарством и др.
Размещены на видеоролике и фото блюд шамкирской кухни.
Завершается ролик показом современных зданий и парков,
заводов – машиностроительного, хлебозавода, винного завода, птицеводческой
фабрики, каменного карьера.
Показ ролика сопровождается песней «Шамкирин мяним» («Мой
Шамкир») в исполнении Адиля Караджана.
“Azerbaycan’da değerli kardeşim Sona Çerkez Hanım’a”
Bir Turna kuşusun sen ay Sona Hazar’dan süzülüp geldin nazlıca Seherinen kanat çırpıp Çamlıbel’de Turna teli mi getirmişsin yoksa söyle Neçedir bu Azerbaycan aşkı böyle Biz de seni seviyoruz Bilgecan gibi Öyle kondun ki Yeşilırmak’ta yüreğimize
Bilesin bu kardaşlık hiç bitmez Bu hasretimiz tükenmez ay Sona Selam olsun Tokat’ın dağlarından Koroğlu ,Eyvaz,Nigar’dan Sizin nevruz saklayan dağlarınıza Şiir olsun Çamlıbel’de açan çiçeklerim Söylensin azatlık türküsü Karabağ’da Bahtiyar’ca sizin yahşi yüreklerinize
DOĞUM VE ANNELER GÜNÜN KUTLU OLSUN …AZERBAYCAN MARALI
Mavi gözlerimde artık yetim bir bulutsun, Saklan göklere dal ister yağ, istersen yağma, Sabahı bekleyen mahmur Güneşe umutsun Dağlar ardında kal ister ağ, istersen ağma.
Nasıl yanardağdık kaç yıl sustuk, kaç yıl söndük, Dondu kaldı o lav yüreklerdeki o mağma , Zirveye tırmandık sessizce bilmeden döndük, Beklerken bizi ay ister çağ, istersen çağma…
Hər kəslə bir cürə keçər bu oyun- çox da ömürdəndir,az da ömürdən, nə payız bezdirsin,nə yazdan doyun; payız da ömürdən,yaz da ömürdən,
Sevgin-dərdlərimə dərman olacaq, sinəmə tel çəksən–kaman olacaq, sevməyi bacarsa-kamın alacaq oğlan da ömürdən,qız da ömürdən,
Tumurcuq gül açar,qönçə qabarar, “Olumla”–“Ölümün” içində can var, hər biri payını alıb aparar– qərəz də ömürdən,naz da ömürdən,
Ya göyə qaldırar,ya qəddin əyər insanın-insana verdiyi dəyər, nəşəsi gələndə dastanlar deyər- tütək də ömürdən,saz da ömürdən,
Qalsa da yerində “yalla-üzəngi” köhlən atıb gedər yəhərdəkini, həyat qulağıma pıçıldadı ki: “İndi ki,gəlmisən,yaz da ömürdən”.
Dağın,Vahid ƏZİZ,qarı da olsa, ağsaqqal ixtiyar,qarı da olsa, güllərdən bal çəkən arı da olsa- köç edən aparmaz toz da ömürdən, çöx da ömürdəndir,az da ömürdən…
HAYIF…
Səhər şəfəqiylə birgə oyanıb, səsini başına almışdı bülbül, sanki ümidlərin hamısı yanıb, bəxtin ümidinə qalmışdı bülbül.
Bulvarın içiynən o yan bu yana gedirdi nizamsız insan axını, heç kəs boylanmadı eşq fəryadına, sanki səhər-səhər hamı karıdı.
Nə bülbül bəxtəvər,nə də ki,çiçək- indi öz dərdinin yarıdı hamı, alovlar yandırmış ocaq daşıtək bülbül,qup-qurudu,qurudu hamı,
Nəğmənin,çiçiyəyin gözəlliyindən xəbərsiz dünyaya gəlib gedərik, bülbülüm-sən məndən,mən də ki səndən- hayıf ki,xəbərsiz ölüb gedərik…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Daha yadırğadım darıxmağı da, Ötənlər,keçənlər yadıma gəlmir. Kimsəsiz otaqda yanan tək şamam, Uçub pərvanələr oduma gəlmir.
Elə unutmuşam gəldiyim yolu, Özüm də bilmirəm harda itmişəm. Yay günü səhrada azan bulağam, Yoxda üzə çıxıb,varda itmişəm.
Payızdı…budaqdan son yarpaq düşür, Üşüyür yol üstə bir tənha qovaq. Qan sızan yaramı sarıyıb hər gün, Ürəklə davadan necə çıxım sağ?
Qışqırsam,ünümü kimsə eşitməz, Heyif…öz səsində batıb admalar. Qarışıb başları çörəyə,suya… Elə ayaq üstə yatıb adamlar.
Gözlərim yuxuya hələ girovdu, Hələ kipriymlə vaxtı sayıram. Gümüşü əqrəblər qaçır divarda, Dərdimi özümə pıçıldayıram…
Sən özün bitməsən də,səni də bitirərlər, Pıçıldayıb deyərsən,bu da hər şeyin sonu. Ha isitsən əriməz saçlarına yağan qar, Ha hovxursan açılmaz sınıq qəlbinin donu.
Unudulmuş sahilsən axşam qəribliyində, Bir sənsən,bir təkliyin…hamı getmiş evinə. Tərpəndikcə qanayır sinəndəki yaralar, Ayrılıq bıçaq kimi elə batır dərinə.
Gecə saat üç olar,itirmisən huşunu… Oyanmısan,bir sənsən,bir də soyuq dörd divar. Əlinlə yoxlayarsan,yerindədir ürəyin, Bir də ölüm sükutu,bir də quduz ağrılar…
Buza dönüb alnında puçurlayan soyuq tər, Heyin də yox, bir dəfə əllərinlə silməyə. Bir acı xatirənin payızında itmisən, Yol tapmırsan ömrünün baharına gəlməyə.
Otaq yaman istidi,tərləyib pəncərələr… Açarsan,yazın ətri bihuş edir adamı. Sonra gedib çaydanı qoyarsan qazın üstə, Beləcə uzadarsan ömür adlı edamı…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Qoymadılar
Mən bir səhər hamıdan çıxıb gedə bilərəm, Bir söz də söyləmərəm,qınamaram heç kimi. Nə varsa yaddaşımdan qazıyaram,silərəm, Səbrim yoxdu,dayanıb sınamaram heç kimi.
Canım,vallah,yalandı şairlik də,filan da, Bax,hər gecə özümü ürəyimdən asıram. Bir əzabın odunda közərdirəm sözləri, Mən şeir ha yazmıram,sinəmə dağ basıram.
Bilirəm,acizlikdi kimdənsə sevgi ummaq, Təbəssümlə,baxışla yalvarmaqdı kiməsə. Elə yanıb əllərim,uzatmağa qorxuram, Bir vaxt yaman düşmüşdüm bir dəlisov həvəsə…
Qəm yemə,keçdi getdi…indi susuz səhrayam, Bir əlçim bulud tapım gözlərimi sıxmağa. Güclə sürüyüb gedir hərə öz şələsini, Axtarsan bir adam yox,kövrəlib darıxmağa.
Zamanın qatarında kim yatmış,kim oyaqdı?! Kim var bircə gecəılik düşüb qonaq qalmağa?! Qoymadılar qayıdam bir gün uşaqlığıma, Qoymadıar məni də dönüb adam olmağa.
Sənə sarı qaçsam da Yenə səndən uzağam. Hamı çoxdan böyüyüb, Mən hələ də uşağam.
Ömrü yelə sovurdum, Saçımda tozu qaldı. Ö günlərdən içimdə Bir mələr quzu qaldı.
Deyirsən,daha gecdi, Ötürmüşük zamanı. Sən də bir az ağıllan… Eh,məndə ağıl hanı?!
Için-için sızlaram, Anam da yox,ovuda… Susuzam,əl açmışam Bircə əlçim buluda.
Gecə keçdi…gəlmədin… Sarımadın yaramı. Hər yadına düşəndə Öpərsən bir misramı…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
NEÇƏ İLDİR HƏSRƏTİN YANDIRIR MƏNİ, ANA!
Qubadlının erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümünə.
Neçə ildir həsrətin yandırır məni, Ana! Görə bölə bilmirəm, düzü, illərdi səni, Ana! Görəsən bu ayrılıq sona çatacaqmı bəs, Qürubda doğan günəş denən batacaqmı bəs?! Yenə ömür uzunu səni gözləyəcəyəm, Vaxtımı saya-saya həsrətə dözəcəyəm. Qanlı-qadalı günlər ömrümə dağ çəkibdi, Övladın AYDINOĞLU həsrətini çəkibdi. Yollarına boylanıb arayacam səni mən, Qubalı-Anam mənim, yoruldum gözləməkdən. Nə vaxt qayıdacaqsan Anam Azərbaycana, Nə vaxt boylanacaqsan Anam Azərbaycana?! Nə vaxt büsbütün səni görə biləcəyəm mən, Nə vaxt şəninə çələng hörə biləcəyəm mən?! Sanma sənsiz ayrılıq mənə asandı, Ana! Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
Dünyadan böyükdür şairin dərdi
Məndən soruşsalar, şairlik asan, Yoxsa ki, yığılan dərd qədərağır?! Duyub-anlamazsan, inan, a quzum, Şairin gözündən nə həsrət yağır.
Əsrlər boyunca, tarix boyunca, Şairlər qələmin sınadı gəldi. Gözünə qəm-kədər ələnən zaman, Yenə cəmiyyəti qınadı gəldi.
Axı o neyləsin ömrün mayası, Əzəldən xəbərsiz belə yoğrulmuş. Gülsə də, hər üzə körpələr kimi,- Qəlbində, könlündə kədər doğulmuş.
Bulaq tək gözündə coşub-çağlayan, Nə Kürü, nə də ki Arazı qaldı. Gülməsə, üzünə bu ömür onun, Həyatın özündən narazı qalır.
Onun da dərdini başa düşməli, Dünyada özünü özü axtarır. Baxışla qəlbləri ovsunlamayan, Qayğılı gözlərdə gözü axtarır.
Tarixdə sınanmış bir həqiqətdir ki, Sevməsə, bir qıza salmaz meylini. Gah düşüb səhraya Məcnunlar kimi, Axtarır yenə də sadiq Leylini.
Yaxşı ki, əzəldən coşan qəlbində, Nə dovşan, nə tülkü, nə də qurd qalmış. Dünyanın özündən dörd dəfə böyük, Bir şair dünyası bu gün yurd salmış.
Şair ilhamının coşub-daşması, Şairin özünə yenə xoş xəbər. Dünyası qayıdıb gəlsə yanına, Dağılıb gedəcək gözündən kədər.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
İçimdən keçənlər…
Nifrətin əli ilə,şərin özü ilə Boynunu vurmuşam parlaq günəşin Kainat mat qalıb özü-özlüyündə Məni illər boyu uşaq kimi aldadan Xoş gələcək arzusu ilə yaşadan Yalançı,fırıldaq ümidlərimi qəlbimdən qoparıb bir-bir boynunu vurdum edam kötüyündə. Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı Hamısın yığıb bir yerə onları dəfn elədim Keçmişimin dərinliyində… Şaxtalı bir qış gecəsi,vaxt dayanıb Göydə ay,uduzla da donub… Bu sükutu bircə pozan Döyünən,arsız ürəyimdi. Bircə anda dayanmayan xəyallarım,diləyimdi …Yaşamıram,mən yoxam,mən yoxluğam Bir günahkar ruh sürünür can yerinə Tikə-tikə doğrasanda heç nə çıxmaz Damarımda nifrət dolanır qan yerinə Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı… Söz deməyə haqqım,yaşamağa yerim yox… Aslı qaldım mən göylərin ətəyində.
Keçir
Qəlbim ayrılıqdan eləyir fəryad
İçimdən bir ümid ayrılıb köçür
Hicranın alovu yandırır məni
Dodağım gözümün yaşını içir
Bu cür sədaqətlə gözlə yolumu
İnsan nə əkirsə,onu da bicir
Hayana getsən də,çıxma bu yoldan
Sevginin yolları qəlbimdən keçir
MƏNƏ Gözümə göründü bir anlıq siman Həsrətin yarası qövr etdi yenə Təkcə bu yaralı ürəyim deyil, Bütüncə varlığım həsrətdi sənə Bürünsə də nura bütün kainat Sənsizlik əbədi zülmətdir mənə Səndən ayrı düşmək unutmağı yox, Uzaqdan sevməyi öyrətdi mənə
Qar çiçəkləri
Doğmalar içində bir yadam mən. Sanki yaddan çıxıb,unudulub xatirə dəftərinin vərəqləri arasında qurumuş gül ləçəkləri… Dərdlərimi çətir etdim başıma. Döyəcləyir yaz yağışı. Öz əlimlə ağı qatdım aşıma. Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı. Yaralı budaqlar sərilib yerə, Əlimdə ağlayır nar çiçəkləri… Dua etdim üflədim ovuclarıma. Uça bilmədi… Arzularım,istəklərim,diləklərim qanadları islanmış may böcəkləri… Qar yağır varlığıma. Ruhumda fırtınalar,tufanlar İçimdə şaxta,sazaq. Ürəyim buz bağlamış bir qaya. Boynubükük ümidlərim günəşə boylanan qar çiçəkləri…
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Gördüm
Gecə kimi həsrət idi səhər Bu gün,nəhayət ki,mən yarı gördüm. Hələ küçələr də fəsli qış idi Onun gözlərində baharı gördüm
Gözündən gözümə bir eşq boylandı. Qamarda qanım da donub dayandı. Qısqandım,ürəyim alışdı-yandı. Telini oxşayan rüzgarı gördüm
Haqqın söylədiyin yazır qələmim Onunla bağlıdır sevincim qəmim Yolum gözləyir o gülzar mənim Yarımda vəfanı, ilqarı gördüm
Göz yaddaşı
Saçların tək uzun bir qış gecəsi Qarşımda dəftərçə,əlimdə qələm Səni düşünürəm tənha otaqda Kaş xəyal da olsa yanına gələm Rəsminə baxıram gözümü yumub Döyünmür ürəyim ,bir sükut çöküb Bu şəkli nə rəssam, nə fotoqraf Sevən gözlərimin yaddaşı çəkib
Gözlərin dəniz
Gözlərin dəniz, baxşın uçurum. Tut əlimdən,yıxılmaqdan qorxuram. Mən üzməyi bacarmıram,bilirsən. Gözlərində boğulmaqdan qorxuram. …………………………………………………. Xəzan fəsli gül olmaqdan qorxmuram. Eşq odunda kül olmaqdan qorxmuram. Torpaqlara gömülməkdən qorxmuram. Sənin üçün yox olmaqdan qorxuram.
Gülüm….
Bilsən ayrılıqdan nələr çəkmişəm?! Həsrətdən göylərə sovrulub külüm. Eşqim iddiamdır,şahidim cəfa Tanrıdan tək səni diləyir könlüm
Pəncərəni açıq qoyub yatarsan Gələcəm səninlə dərdimi bölüm Ruhum qonağındır,yenə bu gecə Bu an əbədilik olsunmu, gülüm?
Əllərin titrəyir,baxışlar ürkək Saçların gül qoxur,dodağın çiçək Mənimsə dodağım bal arısıtək Sənin dodağına qonsunmu gülüm?!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bu ömür inan ki, sənsiz heç nədi, Sənsən həyatıma bal, şəkər qatan. Sənsiz dünya özü bir əfsanədi, Varmı gözəllikdə de sənə çatan.
Sənsiz yaşamaram ürəyim mənim, Sənsən yeri, göyü sevdirən mənə, Başımın tacısan, nazlı mələyim, Gözəl günlər üçün borcluyam sənə.
Sən mənə dünyanı vermisən canan, Günəşi, Ayı da nurladan sənsən, Ay gülüm, mən səni gördüyüm zaman, Elə bilirəm ki, cənnətdəyəm mən.
Nə yaxşı bəxtimə düşmüsən mənim, Şükür bu qismətə, şükür bu paya. Sən varsan tay yoxdu başqa istəyim, Dəyər bir gülüşün bütün dünyaya.
Ətirli gülümsən, qönçə çiçəyim, Ömrümün, günümün mənası sənsən. Bir şirin canım var, sevən ürəyim, Sənə qurbandılar, nə vaxt istəsən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Mənim səndən özgə bir çiçəyim yox, Tanrının sevdiyi cənnət gülüsən, Səndən yaraşıqlı bir mələyim yox, Başımın tacısan, qiymətli ləlsən.
Məni məst eyləyən gözünə qurban, İlahi verdiyi butamsan mənim. Sevgt bağçasında nazlanan ceyran, Səninlə bəzənib ümid çəmənim.
Sənsiz gül-çiçəklər sevgi qoxumur, Sənsiz arzularım hələ qönçədir. Gül-çiçək görməsə, bülbül oxumuz, Ruhum çox kövrəkdi, qəlbim incədir.
Sənsiz dünya-aləm gözümdən düşər, Günəşli könlümü bürümə çənə. “Can” sözü dilimdən ,sözümdən düşər, Vallah can atıram hər zaman sənə.
Sən məni bağışla göz yaşlarıma, Məndən üz döndərib, dərdi qudurtma, Gətir ayı, günü baxışlarıma, Qönçə çiçəkləri vaxtsız qurutma.
Yapış əllərimdən, qalxım ayağa, Qənirsiz gözəlsən, bənzərsiz mələk, Yaz gəlib, gül qonub, o gül yanağa, Eşqinlə döyünür sinəmdə ürək.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Sevinc bizdən uzaq idi,
Kədərin də üzü döndü.
Bumeranqdır sanki həyat,
Nə etdiksə,bizə döndü.
Haqq yoluna üz qoyduq.
Yaramıza duz qoyduq.
Qəlbimizə buz qoyduq.
Buz bir anda közə döndü.
Günah da yük,savab da yük. Qələm balta,vərəq kötük. Günahları edam etdik. Savabımız sözə döndü. 09.04.2020
Elə bu axşam…..
Gözlərimə işıq düşür, Zülmət çöküb daxilimə. Büvə düşmüş xalı kimi, Sökülürəm ilmə-ilmə
Yaddaşımın çığırların İtirmişəm,ot basıbdır. Xəyallarım,arzularım Məni yolda azdırıbdır.
Bu həsrətin qoxusu da, Çin çıxmayan yuxusu da Tək qalmağın qorxusu da Yalnızlıqdan dəhşətlidir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
★★★★★★★★★★★
Axtarıram, tapammıram Dil ucunda söz kimiyəm. Xatirələr pərən-pərən Alaq basmış iz kimiyəm.
Ay qəm-kədər ,yaxamdan düş. Bütün bunlar sanki bir düş Ocağından ayrı düşmüş Öləzimiş köz kimiyəm
★★★★★★★★★★★
Bilirsənmi
dərd ortağım olandan,
Çatlayıb ürəyimtək pəncərə də.
Yarışır göz yaşımla yaz yağışı,
İz buraxır yanağımda,pəncərədə.
Xəyallar
qoynunda elə yol gedir,
Dünyanı dolaşır dolaşıq fikrim.
Ancaq onu təqib edib izləməyə,
Nə atım var,nə qanadım,nə yelkənim.
Nəfs öldürüb insanlığı,sevgini, Göylərin fəryadı ürək dağlayır. Yağış deyil buludlardan süzülən, GÖZ YAŞIDIR,TANRI BİZİ AĞLAYIR!!!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Bədənimdə meyit kimi uzanan Ürəyimin ağrısı, Xoş gəldin. Gözümün qaçan yuxusu, Unudulmaq qorxusu, Yanağımın nəm torpaq qoxusu, Xoş gəldin. Məni ağrıdan ayrılıq Onu ağrıtmadısa, Əllərinin divarından Asmadısa, şəklimi, Nə sözü, nə məhəbbəti Özün doğrultmadısa, Heyf oldu!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Köhnə yara sağalır, Üstünü qaysaq tutub. Neçə ildi axtardığım sevgini Duyğularım Suç üstündə sağ tutub. Qəribə şeylər olur, İçimdə yaz havası. İndi kimin cəsarəti, İndi kimin hünəri var Bu havanı Ürəyimdən qovası? Həə, bir də, onu da deyim, Nə yerliyəm, nə qonağam. Qala bilsən, yurd yeriyəm, Köçərisən, köç məndən. Nə istəsən seç məndən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
…1 sentyabr 1923-cü ildə gündüz saat 12:00-da Yaponiyada 8,3 bal gücündə zəlzələ baş verir. Bu dəhşətli təbii fəlakət tarixə Böyük Kanto zəlzələsi adıyla keçir. Çünki, zəlzələdən ən çox zərər çəkən ərazi Kanto vilayəti idi. Tokio və Yokohamanı yerlə-yeksan edən zəlzələdə, təxminən, 174 min adam ölür, 542 min nəfər itkin düşür… Təbii fəlakətin şahidi olan bir uşaq-sonradan şöhrəti dünyaya yayılan kinorejissor Akira Kurosava öz xatirələrində həmin dövrü belə xatırlayır: “Böyük Kanto zəlzələsi məni dəhşətə düşürmüşdü, həm də önəmli şeylər öyrətmişdi. Bu zəlzələ sayəsində təbiətin inanılmaz güclərini görməklə qalmamış, eyni zamanda, insanların inanılmaz şeylər edə biləcəklərinə şahid olmuşdum”. Ardnca da: “İnsanlar panikaya düşəndə məntiqlərini itirib əməlli-başlı axmaqlaşırlar…”-deyə yazan Kurosavanın dediklərini XXI əsrin 20-ci ilində siz də müşahidə etdinizmi? Qorxmayın, etiraf edə bilərsiniz… Koronavirusun dalğaları üfüqdə görünən kimi Yer sakinləri hamısı eyni cür panikaya düşdü; böyük ölkələrdə marketlərə hücumlar oldu, alış-veriş mərkəzlərində rəflər boşaldıldı. Bir qutu makaron üçün dalaşanları da gördük, iki qutu gigiyenik vasitə üçün intihara cəhd edəni də… Sonra, sözün əsl mənasında, maskarad başladı. Koronavirusun insanlığın məğlubiyyəti münasibətilə təşkil etdiyi bu maskaradda başına plastik su qabı keçirənlər də vardı, əleyhqaz taxanlar da… Hələ yanvarda qonşusuna keçən ilin dəbini geyindiyi üçün lağ eləyənin zibil torbalarına bürələnməyi isə koronavirusun sosiallığa çaldığı qələbənin rəmzi idi… Nənəmin bir sözü vardı: “Dünyanın düz vaxtı…” İndiyə qədər bu söz mənə adi deyim kimi gəlirdi. Amma, indi, dünyanın nahamar vaxtında dilimin əzbəri olub. Görüşməyə, bir fincan çay içib dərdləşməyə söz verdiklərimə də elə beləcə deyirəm: “Dünya düzələndə gələcəyəm…” Nə edəsən ki, dünyanı dağıtmaq insanın əlində olsa da, düzəltməkdə acizmiş… Bir də “koronalı günlərdə” darıxmaq var. O günü bir hekayə yazdım: “Epidemiyada darıxan qoca…” Cəmi 18 dəqiqəyə, birnəfəsə yazılan bu hekayənin son nöqtəsini qoyduqdan sonra, azı, yarım saat ağlamışam. Niyəmi? Çünki, o “əlahəzrət darıxmağa kəniz olan məndim”… İndi koronavirusu bütün təbii fəlakətlərlə eyniləşdirənlər də tapılır. “Filan ildə zəlzələ bu qədər can aldı”, “həmən vaxtı sunamidən nələr oldu” və sair və ilaxır… Hələ xərçəngin, diabetin, cinayətlərin aldığı canlarla koronaviruslu günləri müqayisə edənlər də var. Mən onların sözünü kəsməyə heç vaxt çalışmıram. Çünki, A.Kamyu “Taun” əsərindəki qoca gözətçinin diliylə o cavabı çoxdan aksioma çevirib: “Zəlzələ bir dəfə olur və qurtarıb gedir. Ölüləri-diriləri sayırlar, sonra söz-söhbət kəsilir. Amma, bu xəstəlik çox səfeh şeydir. Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəklərində gəzdirir…” Xəstəliyi ürəyində gəzdirməyin ikinci adıdır darıxmaq… Əvvəllər aşiqi Qaf dağının o üzünə aşan məşuq ayrılıq yanğısıyla bayatı söylər, göz yaşları görünməsin deyə üzünə rübənd çəkər, əllərini solğun rəngdə xınalayardı… “Koronalı günlər”də bütün bu eşq simvolları da öz məzmununu dəyişdi. İndi ayrılıqlara səbəb Qaf dağı yox, divarlardı. Ayrı-ayrı otaqlarda karantinə salınanlar dastanlardakı o dağlar aşan ayrılıqları elə gözəl utandırırlar ki… Rübəndmi? Bir ətrafa baxın, eşiyə çıxa bilmirsiniz, pəncərəni açın və küçəyə boylanın. Tibbi maskalar da “koronalı günlər”in rübənd dəbidir. Əzablı ayrılıq və hüznlü darıxmaq yaşayanların xınası da əskik deyil-antiseptik vasitələr bütün qapıların ağzında hazırdı. İçəri girdinmi, xınalanmamış kimdi sənə əl uzadıb “xoş gəldin” deyən?! Koronavirus insanlığın “mən” mərkəzli yaşamına təbiətin harayı kimi də dəyərləndirilir. Biz dünyəvi arzularımıza tac taxıb ruhumuzun başına qoyduq, o da bumeranq effekti göstərib geri döndü, “taclı virus” kimi həyatımızın təhdidinə çevrildi… Ruhunu yazıya təslim edənlər də bu günləri nahamar yaşayırlar. Onlar da “dünyanın düz vaxtı”ndan mənən qopublar. Yeganə üstünlükləri yazdıqları hər cümləylə bu bağı yenidən qurmağa cəhd etmələridir. Düzdür, yazıçı Varis Yolcuyev bu günləri “yaradıcılığımızı dincə qoyduğumuz günlər” adlandırdı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir” dedi, amma “ 525-ci qəzet”in baş redaktoru Reshad Mecid ümidini üzmür: “Koronavirus bitsin, böyük dəyişikliklər olacaq”. Bu cümlədəki “bitsin” kəlməsini “bitdi” deyə oxumağı arzuladım. Bir də gördüm arzumun yolunu bir sarı yarpaq kəsib. Apreldə sarı yarpaq? Təəccübümün qulağını Rəşad Məcidin müsahibəsinə söykəyəndə eşitdiklərim sarı yarpağın sirrini çözdü: “…psixoloji durumuna görə unutqan olan insan bunları da unudacaq”. Unudacağıqmı? Əlibala Hacızadənin o məhşur əsərindəki şeir kimi:
Unudulmaq yaman dərddi, Gülüm, başına gəlməsin…
Unudulmaqdan bu qədər qorxan insanın unutmağı könlünə peşə seçməsi də həyatın savab-günah təzadının paralelliyidir… Atatürk Mərkəzinin şöbə müdiri, şair Ekber Qoşalı “koronalı günlər”də kitabxanasına baş çəkdi, unudulmuş kitabları sevindirdi, yaddaşının xatirə küncünün tozunu aldı. “Şairin ilk kitabı” seriyasından tutmuş, bir çox dəyərli kitabların şəkillərini çəkib paylaşdı. Onun bu paylaşımları çoxlarını (çoxumuzu) xatirələrin Zümrüd quşunun qanadlarına yük elədi, illərin o tayındakı xatirə bulaqlarına “susuz aparıb susuz gətirdi…” Üstəlik, “Karantin günlərinin iki şeiri”ni yazdı, bizə-onu özünə Ustad sananlara karantin günlərində necə davranmaq barədə maarifləndirici yazılar ünvanladı… “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə ümidini könlünü verdiyi ədəbiyyata bağladı. “Koronavirus:bəşəriyyətin qorxu çağı” adlı essesində yazdı: “Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamağa yardım etdi…” Shahane Müşfiqin karantində xoşbəxtliyə yeni anlamlar axtardığı, Gülnar Səmanın arxasını kitab rəfinə söykəyib şeir oxuduğu, Serdar Aminin dünya şöhrətli filmlərə yeni rakursdan baxdığı bir vaxtda anam Güldərən Vəli də darıxdı, özünə facebook səhifəsi açdı və ilk paylaşımı “O Ulu Göyçəmə dönərik dedim” şeiri oldu. Görünür, anam da koronavirusdan xoflanıb, “boyat dərdi”nin üstünə bir ovuc göz yaşı çiləyib ki, yumşalsın… Son günlərdə internetdə ən çox axtarılan və oxunan kitablar siyahısına Silviya Brownun “Kəhanətlər” kitabı da daxil oldu. İddia olunur ki, hələ 15 il əvvəl bu kitabda koronavirus haqqında yazılıb. Həmin kitabda müəllifin qəşəng bir sözü var: “Bilgi gücdür”… Bəs insanın bilgisi, elmi niyə məhz bu günlərdə onun gücünə çevrilib koronavirusa qələbə çalmağına vəsilə olmur? Bu suala güvənərək koronavirusun bəşəriyyəti təhdid etdiyi günlərdə günahı elmdə görənlər də az deyil. Öyrənmək arzu yox, instinktdirsə, insanoğlu günahkardırmı? Yaxud, əksinə, o, öz öyrənmək arzusundan əl çəkməlidirmi? Nəyin xətrinə? Əvvəllər bu sualların qarşısında cəsarətiylə dayanan insanoğlu indi həmin cəsarətinə söykənib bildiyi sözlərdən nida cümləsi qura bilirmi? Bu suallarla baş-başa qalanda yazdıqlarımızın özəyinə-özümüzün hekayəsinə çevrilirik. Hər gün eşitdiyimiz ölüm xəbərləri düşüncəmizdə düyünə çevrilir və biz bu düyünü açmaqçün güzgülərə deyil, ovuclarımızın içindəki göz yaşına üz tuturuq. Orda qırışmış alnımıza baxa-baxa inildəyirik: “Hekayəmiz bitirmi?” Bu məqamda Silviya Brownun xoşuma gələn bir sözünü də xatırlayıram: “Zamana çox bağlıyıq”. Nə olar, təki olsun, təki ruhumuzu dünyaya bağlayan bütün bağların qopduğu məqamda, heç olmasa, zamana bağlı qalaq. Kim bilir, bəlkə elə zaman öz “sabah” adlı paraqrafında bizə söyləyəcək: “…davam edir… İnsanlığın yeni hekayəsi növbəti səhifədə…”
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
*** Öncə sevgi gəlir Söyləyə bilmirsən Qalır dillə dodaq arasında. Sonra ayrılıq gəlir Zamansız bir vaxtda İki daşın arasında. Daha sonra ölüm gəlir Bir göz qırpımında Qaşla gözün arasında.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
O, gündən küləklər bir başqa əsdi, Bir başqa döyüldü qapım o gündən. Oyandım səhərin onun da durdum Quruca sağ olsuz çıxıb gedəndən.
Otağım eləcə tökülüb qalıb, Qab-qacaq, üst üstə yığıldı qaldı. Tor basdı pəncərəm it günə düşdü. Divarda saatın onu sualdı,
Bu da ki, dünəndən qalma yeməkdi, Çörək də küflənib iylənib qalıb. Çay desən dünəndən dəmlədiyimdi, Bu da ki, özü bir gəlmə deməkdi.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Durnalar köç etdi, qayıtdı gəldi, Qəlbimin o bahar həsrəti qaldı. Öldürsən, parçala vətənsiz heçəm, O, taydan üstümə uzanan əldi. Tutsam istisinə isinən mənəm!
Sevinc Ağa Xəlilqızı
(Basqallı) Ulu öndərə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” şeirini oxuculara
təqdim etdi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) Ulu öndərə həsr
etdiyi yeni şeirini oxuculara təqdim etdi.
Müəllifin bütün həyatını doğma xalqına həsr edən, milli
dövlətçiliyin əsasını qoyan dahi lider
Heydər Əliyevə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” adlanan bu şeiri fenomen insana olan sevginin bariz
nümunəsidir. Şairə şeirində hər zaman oz
xalqının qəlbində yaşayaraq əbədi yer tutmuş bu müdrik insanla qürür duyduğunu
vurğulayır və Azərbaycan xalqının onunla fəxr etdiyini söyləyir.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, AYB-nin və AJB-nin üzvü, “Qızıl Qələm” media
mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı
laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızının qələmə aldığı “Azərbaycanım”
şeiri videoçarx formasında izləyicilərə təqdim olunur.
Azərbaycanın
müxtəlif zonalarına aid rəngarəng fotolar sistemli formada toplanaraq videoçarx şəklində hazırlanmış və
videoçarx Nəsibə İsrafilqızının şeirinin Müşfiqə Baladdinqızının ifasında səslənir.
Azərbaycan ruhunu özündə əks etdirən videoçarx
aşağıdakı linkdə verilib.
Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər
Həydər Əliyevin anadan olmasının 97-ci il dönümüdür. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın
inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata
keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və
uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki
inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi ulu öndər Həydər
Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş ədəbi-bədii
kompozisiya hazırlayıb. Kompozisiya videoçarxda əks olunub.
Kompozisiyada tanınmış sənət ustalarının və mədəniyyət xadımlərinin ifasında Ulu öndərə həsr edilmiş şeirlərdən
parçalar səsləndirilib.
Şeirlərdən parçalar Azərbaycanın
görkəmli teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Məleykə Əsədova, əməkdar artist Fuad İbrahimov, görkəmli tarzən, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi,
şair Baba Vəziroğlu, əməkdar
artist Turan Manafzadə, xanəndə, muğam ifaçısı, xalq artisti Mələkxanım Əyyubova, xanəndə, xalq artisti Mənsum İbrahimov, əməkdar
artist Azad Şükürün ifasinda səsləndirilib.
Heydər Əliyev 1941–1944-cü illərdəNaxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildəAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat — 2003[79]
ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru — 2003[80]
Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru — 2003[81]
Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanı — 2002[82]
Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı — 2002[52]