Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Mədəniyyət

Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür

Post Views: 129 Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan uşaq ədəbiyyatının …

Mədəniyyət

Milli Kitabxanada Xurşidbanu Natəvana aid elektron məlumat bazası hazırlanıb

Post Views: 119 Bu il Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən, daim bu ruhda yazıb-yaradan, insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və incə bədii boyalarla zəngin bir irs qoyub getmiş Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında …

"Yeni nəşrlər"

Şairə-publisist Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 118 Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin oxucuları ilə sayca 11-ci görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

Publisistika

Rüstəm İbrahimbəyovun xatirəsinə – Xalq yazıçısı Anar yazır

Post Views: 115 Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən böyük yanlışı qısa bir müddətdə siyasətlə uğraşmasıydı. Mən bunu onun özünə deyirdim və mənimlə …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Elçin.”Talvar” (Hekayə)

Post Views: 915 Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin. Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut …

"Yeni nəşrlər"

İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabı işıq üzü görüb

Post Views: 114         Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edulmiş “Qıymayın uşaqlara”  kitabı çap olunub.         Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabının redaktoru Ədəbiyyat İnstitunun Uşaq ədəbiyyatı …

"Yeni nəşrlər"

Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub

Post Views: 222 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub. Kitabın tərtibçisi Esmira Fuad, baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Səadət Şıxıyeva, Əkbər Elyar, tərcüməçisi Səadət Şıxıyevadır. “II Qarabağ savaşının güney ədəbiyyatına yansıması” başlıqlı …

Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”KEÇİLMƏZ Kİ, KEÇİLMƏZ”

Post Views: 115 Bir sədd var aramızda,Ha çabala, cəhd elə,Uçulmaz ki, uçulmaz. Namərdin körpüsündən –Nə niyyət, nə əhd elə, –Keçilməz ki, keçilməz. Qurdun içdiyi arxdanKeçisənsə, şəst iləİçilməz ki, içilməz. Bəzən adam iblisdən –Bir özünü test elə –Seçilməz ki, seçilməz.Vüqarı yerindədi,Dağı söy, ya mədh elə,Kiçilməz ki, kiçilməz. Ağıl yekəbaşlıqla –(Ürəkləri fəth elə) –Ölçülməz ki, ölçülməz.

Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”DUR GƏL, ÜMİD ÇATIŞMIR”

Post Views: 135 Bir sənsən, bir də mənəmBu boşluğun içində,Bircə ümid çatışmır. Hər tərəf xoş görünür, –Bu xoşluğun içindəBirgə ümid çatışmır. Atına zülm eyləməBu daşlığın içində, –Sür gəl, ümid çatışmır. Gör sızlayan halımı –Dikbaşlığın içində,Bir gəl, ümid çatışmır. Uçulan xeyməmizi –Savaşdığın içindəQur gəl, ümid çatışmır. Dur gəl, boyuna qurban,Bu qaçdığın içində –dur gəl – ümid …

Mədəniyyət

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyi elmi sessiya ilə qeyd olunub

Post Views: 86 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli qeyd edib ki, Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. “Bizim ədəbiyyat tarixçiliyi üçün orta …

"Yeni nəşrlər"

“Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb

Post Views: 136 “Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb…  Dərginin bu dəfəki sayında da sənətin müxtəlif yönlərinə aid araşdırma məqalələri, yubiley təbrikləri, müsahibələr yer alıb.  – Xalq yazıçısı Anar “Mühacir rəssamlar” məqaləsində vətəndən kənarda yaşayan fırça ustalarımızın ömür və yaradıcılıq yoluna nəzər salır.  – Görkəmli alim Vilayət Quliyev italyan rəssamı Amadeo Modilyani haqqında …

Mədəniyyət

19 May Xalq şairi Rəsul RZANIN doğum günüdü

Post Views: 195 Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may1910[1], Göyçay[1] – 1 aprel1981[2][1], Bakı[1]) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). Həyatı[redaktə | mənbəni redaktə et] Rəsul Rza 12 yaşında Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik …

Türkiyə Cümhuriyyəti

19 Mayıs Türkiye Cumhuriyetinin kurucusu ve mimarı Sayın Osman Gazi Mustafa Kemal ATATÜRKÜN doğum günü

Post Views: 206 Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk[7], digər adı Kamâl Atatürk[8]) (1881[1] və ya təq. 1880, Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası[2][4] – 10 noyabr 1938[2][1][3][…], Dolmabağça sarayı, Beşiktaş, İstanbul[5]) — Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri. Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik …

Türk xalqları ədəbiyyatı

Dərviş Yunus ƏMRƏM. “Salam olsun!”

Post Views: 196 Biz dünyadan gedər olduqQalanlara səlam olsun.Bizim üçün xeyir-duaQılanlara səlam olsun. Əcəl bükə belimiziSöylətməyə dilimiziXəstə ikən halımızıSoranlara səlam olsun. Tənim ortaya açılaYaxasız kömlək biçiləBizi bir asan vəch iləYuyanlara səlam olsun. Sal verilən qəsdimizəGedər olduq dostumuzaNamaz üçün üstümüzəDuranlara səlam olsun. Dərviş Yunus söylər sözüYaş dolmuşdur iki gözüBilməyən nə bilsin biziBilənlərə səlam olsun.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Yol”

Post Views: 177 Yaradanım yaxşı bilir,Yolum kimlərin yoludu.Dünənin söhbəti deyil,Lap qədimlərin yoludu. Məni qış-yaz anan yollar,Tanrıya uzanan yollar,Halallıq qazanan yollar,Xoş qədəmlərin yoludu. Qulaq Haqqdan gələn səsdə,Könül gündə yüz həvəsdə,Mənim yolum pərdə üstə,Yanan simlərin yoludu. Ruhum yollara bələddi,Yol çaşanlar xəcalətdi,NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,Yol ADƏMlərin yoludu. 6.VII.2005 *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş …

Mədəniyyət

Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək

Post Views: 107 Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Şuşa İli” elan edilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək.Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən festivalın mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi …

Mədəniyyət

Azərbaycan var hər kəsin gur səsində…

Post Views: 106 Otuz qarlı-qışlı dağları aşıb,                      Qolun boynumuza saldı Qarabağ… Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə də, ömrümüzü iki yerə bölən II Qarabağ müharibəsi hələ çoxları tərəfindən yetərincə dərk olunmur, layiq olduğu səviyyədə dəyərləndirilmir. Baxmayaraq ki, bu barədə elə bu müqəddəs savaşın başladığı ilk günlərdən xeyli şeir, hekayə, oçerk, reportaj və b. bədii …

Azərbaycan Prezidenti

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 159 İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Səhnə fəaliyyəti ilə bağlı …

Azərbaycan Prezidenti

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 152 Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə …

Azərbaycan Prezidenti

Azərbaycanın milli maraqlarını və həmrəyliyini hər zaman uca tutan görkəmli dövlət xadimi

Post Views: 125 Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. İlk növbədə, qeyd …

"Yeni nəşrlər"

Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda!

Post Views: 266 TAİM – Təhsildə Araşdırma və İnkişaf Mərkəzi20 saat ·Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda!✅ Test bankda MİQ və Sertifikasiya üzrə yeni proqram əsasında tərtib olunmuş 1200-ə yaxın test tapşırığı yer alıb;✅ Müxtəlif test modellərindən (Eyler-Venn, klaster və s.) istifadə olunan Ədəbiyyat test bankı …

Publisistika

Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”

Post Views: 183 “Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından gedir. Əsərin qəhrəmanının müəllif tərəfindən təqdimatına baxaq: “… bu insan tarixdə tarix yaratmağa …

"Yeni nəşrlər"

Xalq yazıçısı İsmayıl Şıxlının “Namus qaçağı” (Hekayələr) adlı kitabı işıq üzü görüb

Post Views: 194 Görkəmli yazıçımız İsmayıl Şıxlı əsasən romanları ilə şöhrət qazansa da, ustad yazıçımız, həm də mahir hekayə ustası idi. İrihəcmli əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər ön plandadır. Ustad yazıçının “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” və başqa hekayələri mövzu və peşəkarlıq baxımdan bugün də aktualdır.

"Yeni nəşrlər"

Gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb

Post Views: 178 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatının laureatı, gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik. Kitabda məhəbbət mövzusunda ayrı-ayrı şeirlər və bir poema yer alıb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi …

"Ədəbi Körpü" dərgisi

Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (V hissə)

Post Views: 173 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi DƏVƏSİ ÖLMÜŞ ƏRƏBƏM İllərdiki bir ıtıgın dalınca,Zəncir salıb yerə-göyə gəzirəm,Gecə, gündüz qaraüzlü taleyi,Qarqışlayıb, öyə-söyə gəzirəm, Qaraçıyla uca dağlar aşıram,Qurbətiylə yad ellərdə yaşıram,Həsrətilə sözü-sözə qoşuram,Ağı üstə deyə-deyə gəzirəm. Yol gedirəm ömrüm, günüm uzunu,Geyinmişəm yollarımın tüzünü,Bu yollarda bir sevdanın ızını,Dəmir çariq geyə-geyə gəzirəm. …

"Ədəbi Körpü" dərgisi

Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (IV hissə)

Post Views: 149 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi AT ÇAPAR Yiyəsiz qalan zəmidə,Talan at çapar, at çapar,Yallı gedər çəyirtkələr,Ilan at çapar, at çapar, Ilqar, ıman puç olanda,Qayda-qanun heç olanda,Düz danışmaq suç olanda,Yalan at çapar, at çapar, Xeyir yox fikirsiz işdə,İş gedər fikirdə, huşda.Fikri düz olmayan başda,Gələn at çapar, at …

"Ədəbi Körpü" dərgisi

Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (III hissə)

Post Views: 128 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi DƏYMƏSİN Qızışıb döyəndə gözlə,Döşünə soyuq dəyməsin.Ağlını topla başına,Huşuna soyuq dəyməsin. Bitməmiş fürsət dalbadal,Çıxmamış əlindən macal,Özünə uyğun papaq al,Başına soyuq dəyməsin. Nəfsin laylasına yatma,Xeyir var, şər var unutma,Hər tikəyə ağız atma,Dişinə soyuq dəyməsin. Ayağınla düz yola get,Yaxşı danış, yaxşı eşit.Gözlərinə yiyəlik et,Qaşına …

"Ədəbi Körpü" dərgisi

Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (II hissə)

Post Views: 127 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi İÇİNİ GƏZ Dünya tək başa çəkmə,Qırmızı don geyəni.Gördün ağzını əymə,Yükünü haqq əyəni. Dünya bu nə ürəkdi,Dəmirdən, daşdan bərkdi,Döymək nəyə gərəkdi,Kor talehi döyəni. Nə mürsəldi, nə məcaz,Bu sözü beyninə yaz:«Allah da bağışlamazSınıq qəlbə dəyəni. Üərəyi buğma kinlə,Təmiz sevgini dinlə,Utandır sevməginlə,Sənə söyüş söyəni. …

"Ədəbi Körpü" dərgisi

Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (I hissə)

Post Views: 167 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi Səxavət İZZƏTİ (ƏNDƏLİB) Mən səxavət izzəti əbdüllah oğlu 1966 inci ilin yayında qaradağ mahalında doğulmuşam. iki yaşımda atamı itirmişəm. 1977 inci il ayiləmiz təbrizə köçüb bir il sonra əhər qaradaği mərkəzi əhər şəhrinə qaydıb təhsılatımı əhər şəhərində bitirəmişəm. qaradağ mahalınin başqa …

Publisistika

Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı

Post Views: 126 Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi …

"Yeni nəşrlər"

Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda!

Post Views: 150 Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda! Test bank MİQ və Sertifikasiya imtahanı üçün metodika və pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır. Tezliklə işıq üzü görəcək test bankın üstünlükləri:✅ Bütün yeni və əlavə olunmuş mövzulara aid test tapşırıqları öz əksini tapmışdır;✅ Yeni proqram əsasında hazırlanmış 2000 + …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Çərpələng və qarışqa”

Post Views: 144 Çərpələngin üstündəGöyə qalxdı qarışqa.Ucadan dörd tərəfəBaxdı, baxdı qarışqa… Ürəyinin başındaNeçə arzu közərmiş.–Oy, dünya nə böyükmüş,Oy, dünya nə gözəlmiş!!!Yarpaq kimi əsirəmGöydə həyəcanımdan. Fotoaparat olaydıKaş ki, mənim yanımda.Kameraya salaydımUca göylərdən yeri.Gözəl-gözəl şəkillərÇəkib, dönəydim geri… 08.12.2013

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”El arxa sırada adam axtarır…”

Post Views: 146 İnsanmı yerini bilməyən insan?Niyə duz səpirsən köhə yaraya?Layiq olmadığın yerdə durursan,Özünü dürtürsən ən ön sıraya… Daldan atılan daş dəyər topuğa,Yolunu azanda arx,ada qalır.Görünmək istəyən keçir qabağa,Görmək istəyənlararxada qalır… Ümid çiçəkləri saralıb solmur,Cahilər sürüsü eli qorxudur.Önə dürtülənə güvənmək olmur,Arxada duranlar elə arxadır… Yenə əl qatmısan özün özünə,Tutub çəkən yoxmu sənin noxtanı?Heç baxan da …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Şairi sevməzlər, oğul!”

Post Views: 139 Şairi sevməzlər, oğul,Şeirləri yaman olar, söyərlər…Şeirləri yaxşı olar, söyərlər…Yolda görsə lap dünənki sevdiyiGözündən bircə baxış atar şair tərəfə…Uzanar bir şairçün Tanrı verdiyiBircə an…Olar yüzillik məsafə…Şairi sevməzlər, qızım…Ona sevgi şeiri yazmazlar, yazdırarlar…Onu dəli sevdalarınYollarında azdırarlar…Şairi sevməzlər, anam…Cibinə 3 manat pul qoyan olmaz,Bir kitabı on beş nəfər oxuyar,Bir öynəlik doyan olmaz…Şairi sevməzlər…Sevməzlər, özüm…Şairi aldadarlar …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”

Post Views: 116 Bir dərd tapdım geyindim,Boyumdan yekə çıxdı… Soyunmağa ərindim…Boyum da heçə çıxdı…Yamanmış əl uzadanDərd bozardan donuma…Tanrıymışən uzaqdanSevda yazan sonuma… Bu gün sonuncu dəfəSevələdim adını…Sən demə, “son” özü də“Ilk”in məşum qadını…Tanrı, insafın olsun,Adam unudularmı?Eh…Hanı telefonum?Məni axtaran varmı?…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”NƏ CÜRƏ?”

Post Views: 147 İnciyib gedən gözəlinkönlünü alım nə cürə?həsrətimi gözlərininyadına salım nə cürə? Məncə-çətin rəhmə gələr,kömək edin,xatirələr!yazıq ürək-bu gözəllərolarmış zalım nə cürə! Görüş keçər aydan-aya,qışdan-qışa,yaydan-yaya,sanki-yadam,salmaz saya-olar əhvalım nə cürə? Nə gedəndə yola salar,nə dönəndə qarşılayar.onsuz qalsam xatırlayarelim,mahalım nə cürə? Bu məkrin sonu nə olar?dirəşsəm-qiyamət qopar!cavabın nə cürə tapar,ona sualım… nə cürə?

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Tanrının mələkləri”

Post Views: 164 Tanrı mələklərininmənnən olmaz işləri.ruhlara tərgitdirirbəd olan vərdişləri, Fəryadı odan çıxıryerdə ev yıxanların,gözlərindən qan axırHaqqa xor baxanların, Allah adamlarıylaonların işi olmur,bilirlər-belələrimərddi,nakişi olmur Tanrının mələkləri–burdan suçsuz gedənlər,Dərgahda da seviliryerdə qəlbən sevənlər, Tanrının mələkləriruhlara elm öyrədir,həlbət görən olub ki,Dərgahdan söhbət gedir…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Yağış…”

Post Views: 244 Mışıl-mışıl körpə yatır,yağış,bir az yavaş danış,ildırım səsini batır,bilək yağır yağış,danış. Ələn Vətən çöllərinə,çaylarına,göllərinə,çiçəklərin özlərinəvura-vura naxış,danlş, Varam-həlim nəfəsinə,yağ susuzlar qəfəsinə,yağış,səni nəğməsinəbülbül sansın alqış-danış! Sevilənsən hər fəsildə,oxuyarsan bəmdə,zildə,bildirkitək yağ bu il də,neçə orman yanmış,yağış…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Sevgi-Fələk oldu”

Post Views: 181 Yanmadan kül oldu saçın kömürü,hicranın zindanı canımı sıxdı,yaşaya bilmədim adicə ömrü-sevgi-Fələk olub evimi yıxdı. Getməyin leysanlar axıtdı gözdən,gəlişin bir şirin yuxu kimiydi,vüsalın gen düşmüş Vahid ƏZİZdənümmanda bir qarşı yaxa kimiydi. Zirvəydim-içimdə qopdum,ovuldum,yanlız xoşdəxtmişəm körpəliyimdə,yadların dilinin əzbəri oldum,yar könlün almadışairliyim də…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.””YÜZDƏN” SONRA…”

Post Views: 141 Mənə “Yüz il” arzulayan,nə olacaq “Yüzdən” sonra?yada salıb xatırlayannə salacaq “Yüzdən” sonra? Daha mənə,dost,o zamanfərq eləməz dağla-aran,qurudunsa–Can aparannə alacaq “Yüzdən” sonra? Lap-yerində qalsın huşun,yaşıdı ol kor bayquşun,həmsöhbətin,ya tay-tuşunkim olacaq “Yüzdən” sonra? Çəkil,get üzüyumuşaq,inan mənə; oğul-uşaqsəndən canın qurtarmağaçalışacaq “Yüzdən” sonra! Cana hər cür azar gələr,son bahartək yazlar gələr,tiftiklənmiş astar gələrdidiklənmiş üzdən sonra! Nə …

Ana səhifə

“Ozan dünyası” jurnalının növbəti nömrəsində..

Post Views: 150 2010-cu ildə nəşrə başlayan və bu ildən fəaliyyətini “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri kimi davam etdirən “Ozan dünyası” jurnalının növbəti nömrəsi işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, ənənəsinə sadiq qalan jurnalın bu nömrəsində ozan-aşıq sənətinə və görkəmli ustad aşıqlara həsr olunmuş elmi və elmi-publisistik yazılar yer alıb. Oxucular bu …

"Yeni nəşrlər"

Xalq yazıçısı Ənvər Məmmədxanlının “Bakı gecələri” (Povest) adlı kitabı işıq üzü görüb

Post Views: 131 “Bakı gecələri” povesti Bakının tarixinə, təbiətinə, adət-ənənələrinə köklərindən qopmamış, milli hisslərini diri saxlamağı bacaran, realist sovet yazıçısının özünəməxsus və fərqli baxışı hesab edilə bilər.Dağ kəndindən ali təhsil almaq üçün Bakıya üz tutan bir gəncin təbəddülatları, müşahidələri, daxili katarsisi, imkansız sevgisi, yazıçının olduqca oxunaqlı və maraqlı üslubu ilə oxucuya təqdim edilir. Ənvər Məmmədxanlı …

Mədəniyyət

Xalq şairi Vahid ƏZİZin yeni kitabı Dövlət Mükafatı üçün təqdim olunub

Post Views: 131 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Vahidin Əzizin yeni işıq üzü görmüş kitabı Dövlət Mükafatları Komissiyasına təqdim olunub. Xatırlaadaq ki, geniş oxucu auditoriyasının rəğbətini qazanmış gözəl, lirik şeirlər müəllifi Sevimli Xalq şairimiz Vahid Əzizin zəngin bədii yaradıcılığı Qardaş Türkiyə Cümhuriyyətində də böyük …

Azərbaycan ədəbiyyatı

Gülnar SƏMA.”Şuşa Çanaqqaladır!”

Post Views: 134 Şuşa Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa – Metexan dərsi –Atilla imtahanı.Şuşa türkün gücüylə,Silkələdi cahanı. Şuşa – Borçalı yolu,Şuşa – Təbriz qoludur.İrəvandan alınanGöyçənin qan puludur. Birliyimin yolundaBöyük lağımdır Şuşa.Qarabağ – Azərbaycan,Qarabağımdır Şuşa. …

Publisistika

Ədəbiyyatşünas-alim Gülnar SƏMA.”Çağdaş Azərbaycan gerçəklikləri Fikrət Qoca poemalarında”

Post Views: 123 Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb. Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik. Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİN AZƏR XANLAROĞLU HƏQİQƏTİ”

Post Views: 195 Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi …

Mədəniyyət

Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb

Post Views: 192 Azərbaycan Yazıçılar Birliyi Rəhbərliyinin 25 aprel 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, gənc yazarlar üçün verilən birillik Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2007-ci il tarixli “Yaşlı …

Mədəniyyət

Tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb

Post Views: 113 25 aprel 2022-ci il tarixində saat Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Tədbirdə çıxış edən qonaqlar müəllifin zəngin yaradıcılığına nəzər salaraq, müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Almaniya Federativ Respublikasında və …