Author: Delphi7

  • Qafqaz ƏVƏZOĞLU.”SIZILDAŞIRMI ?!”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Görən o yerlərdə yenə, ay Allah,
    Şimşəklər oynaşıb şaqqıldaşırmı?!
    Buludlar sıxanda kirpiklərini,
    Sellər dərələrdə aşıb-daşırmı?!

    Zümrüd bulaqların xoş nəğmələri,
    Yenə oxşayırmı gen dərələri?!
    Kükrəyən Bərgüşad, coşan Həkəri,
    Çırpılıb daşlara qıjıldaşırmı?!

    Şahinlər, şonqarlar ucalıqlarda,
    Durnalar, turaclar ovalıqlarda,
    Xınalı kəkliklər qayalıqlarda,
    Veribən səs-səsə qaqqıldaşırmı?!

    Səhərlər əsdikcə sərin küləklər,
    Gəlintək nazlanan al biçənəklər,
    Meşədə xəzəllər, çöldə çiçəklər,
    Göllərdə lilparlar pıçıldaşırmı?!..

    Qafqaz Əvəzoğlu olsa gedəsi,
    Canın o yerlərə qurban edəsi…
    Görən mənim kmi hər bir bəndəsi,
    Dönüb sarı simə sızıldaşırmı?!
    2005.

  • Qafqaz ƏVƏZOĞLU.”DƏLİ KÖNÜL”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Dəli könül, necə gülüm-sevinim,
    Qatan qatıb, zəhər töküb şiləmə!
    Bir tərəfdən zalım fələk budayıb,
    Sən də düşüb bir tərəfdən şiləmə!

    Nə umursan yurd-yuvası talandan,
    Hər şər vaxtı didələri dolandan.
    Dərdim azmı, səndə düşüb bu yandan,
    Yetim qalmış quzu kimi mələmə!

    Kaş meh olub o dağlara bir əsəm,
    Yurd-yuvamı dolaşmağa tələsəm.
    Yurd həsrətli bir quruca nəfəsəm,
    Bir sağ ikən şikəstəm ə, şiləm ə!

    An demədim yurdsuz keçən bir ana,
    Oğul gərək dərdlərimə dayana.
    Dərdi söylə dərd bilənə, qanana,
    Hər yetəndən dərdə dəva diləmə!

    Yurd-yuvasız keçən ömür şən olmaz,
    Namərd olan mərd dərdinə tən olmaz.
    Hər dərd bölən Qafqaz üçün sən olmaz,
    Bir dəryayam, bütöv dərdəm – siləmə!!
    25.12.2005.

  • Şamaxı şəhəri “Türk dünyasının turizm paytaxtı” seçilib

    Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür

    Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhətin anadan olmasının 148-ci ildönümü tamam olur.

    Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.

    İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

    Könlümün sevgili məhbubu mənim,

    Vətənimdir, vətənimdir, vətənim.

    Məni xəlq eyləmiş əvvəlcə xuda

    Sonra vermiş vətənim nəşvü-nüma.

    Vətənim verdi mənə nanü-nəmək,

    Vətəni, məncə, unutmaq nə demək ?!

    Anadır hər kişiyə öz vətəni,

    Bəsləyib sinəsi üstündə onu

    -deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

    1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

    O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

    1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

    Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

    Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

    Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada Xurşidbanu Natəvana aid elektron məlumat bazası hazırlanıb

    Bu il Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən, daim bu ruhda yazıb-yaradan, insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və incə bədii boyalarla zəngin bir irs qoyub getmiş Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

    Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan bədii fikrinin görkəmli siması – Xan qızı Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Prezident İlham Əliyevin Xan qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

    Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/X.Natevan/index.html linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, Xurşidbanu Natəvan XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi idi. Adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər şairin ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlirdi. Onun başçılıq etdiyi ədəbi məclislər ətrafında dövrün qabaqcıl ziyalıları toplanıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib.

    Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

    Mənbə: https://azertag.az/

  • Şair-publsist Rafiq ODAY.”ÖZÜN BAĞIŞLA”

    Tanrım, TƏKliyinə xatir
    Cütləri özün bağışla.
    Günahı bütpərəstə yaz,
    Bütləri özün bağışla.

    Bağışla ac-yalavacı,
    Göstər yolu-yolağacı.
    Əl ağacı – yol ağacı –
    Lütləri özün bağışla.

    Ümid əldi, divan ətək,
    Kimdi gəzən divanətək?!
    Aqilləri divana çək,
    Kütləri özün bağışla!

  • Şairə-publisist Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabı işıq üzü görüb

    Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabı işıq üzü görüb.

    Kitab müəllifin oxucuları ilə sayca 11-ci görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Rüstəm İbrahimbəyovun xatirəsinə – Xalq yazıçısı Anar yazır

    Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən böyük yanlışı qısa bir müddətdə siyasətlə uğraşmasıydı. Mən bunu onun özünə deyirdim və mənimlə razılaşırdı.


    Bilmirəm, uzun ömür xoşbəxtlikdir, ya əzabdır?! Əlbəttə, yaşamağın özü taleyin lütfüdür, amma həyatın boyu yaxınlarını və dostlarını itirmək də dözülməz ağrıdır. Doğrusu, onu da bilmirəm ki, çoxlu dostun olmaq xoşbəxtlikdir, ya bədbəxtlik.

    Təbii ki, parlaq, maraqlı insanlarla ünsiyyət səadətdir, amma bir-birinin ardınca onları itirmək də – məşəqqətdir.

    Dostlarımın bir qismini ölüm apardı, bir qismini həyat. Rüstəmi məndən ölüm aldı. Eləcə də Yusif və Vaqif Səmədoğluları, Araz Dadaşzadəni, Emin Sabitoğlunu, Fikrət Qocanı, Maqsud İbrahimbəyovu, Toğrul Nərimanbəyovu, Elçin Aslanovu, Fuad Seyidzadəni, Rasim Əliyevi, Həsən Turabovu, Vasif Adıgözəlovu, Arif Babayevi, Rasim Ocaqovu, Eldar Quliyevi, Vaqif İbrahimoğlunu, Rafiq Hüseynovu… Mən hələ ancaq sənət adamlarının adlarını çəkdim: İşıqlı insanların qəmli siyahısı…

    Məni Rüstəmin tək işgüzarlığı, aşıb-daşan enerjisi yox, respublikanın həyatında hər şeydən xəbərdar olması da mat qoyurdu. Yolum Moskvaya düşəndə hökmən görüşürdük və hər dəfə soruşurdum: “Rüstəm, Azərbaycanda nə var, nə yox?”

    Bir də məni heyrətləndirən o idi ki, nə qədər məşğul, başı qarışıq olsa da, heç bir dost məclisindən boyun qaçırmırdı, ən müxtəlif səpgili dost-tanışlarıyla ünsiyyətdən vaz keçməzdi. Rusiyanın və xarici ölkələrin məşhur kino ulduzlarıyla, görkəmli yazıçılar, teatr xadimləri, rəssamlar, bəstəkarlar, jurnalistlər, alimlər, siyasət xadimləriylə dost-aşnaydı, amma heç vaxt uşaqlıq dostlarını, ən sadə peşə sahiblərini də unutmurdu, onlarla oturub-durmaqdan çəkinmirdi.

    Rüstəm hər cəhətdən çağdaş dövrün sənəkarı idi, XX və XXI əsrin övladıydı. Amma mənə elə gəlirdi ki, o həm də orta əsrlərdən bizim zamanəyə gəlib çıxmış cəngavərdi – hər məqamda ləyaqətli davranışına görə, mərdanəliyinə görə, qeyrət, namus anlayışlarına görə.

    İctimai həyatımın çətin məqamında o məni tərəddüdsüz dəstəkləmişdi. Mən də Rüstəm sağdan-soldan ləyaqətsiz hücumlara məruz qalanda onu müdafiə edən yazı yazdım, onun rəhbərlik etdiyi İttifaqda qalacağımı bildirdim.

    Hələ SSRİ vaxtı o dövrün sital tənqidçiləri Rüstəmi sovet həyatını qara boyalarla əks etdirdiyinə görə kəskin tənqid edirdilər. O zaman Rüstəmi Ulu öndər Heydər Əliyev müdafiə etdi, sonrakı yaradıcılıq uğurlarını da yüksək qiymətləndirdi.

    Müstəqillik dövründə isə bir zaman yüksək vəzifələr tutan, indi adları belə unudulmuş məmurlar Rüstəmi ədəbiyyat və kino tarixindən silməyə çalışdılar. Bu dəfə onu qoruyan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım oldu.

    Rüstəmin öz xalqı, öz vətəni üçün etdiklərinin zərrə qədərini etməmiş adamlar onu millətə xəyanətdə suçlayırdılar. Özü də kimi? Azərbaycanın Xalq yazıçısını, öz şöhrətiylə millətini şöhrətləndirən sənətkarı, dünyada tanınmış kino xadimini, öz teatrını yaratmış dramaturqu, ən nüfuzlu beynəlxalq mükafatlar qazanmış sənətkarı, Moskvada, SSRİ Xalq deputatlarının əksəriyyəti bizim əleyhimizə olan qurultayında, ermənipərəst Fransada, Paris televiziya kanallarında xalqımızın haqq səsini ucaldan böyük vətənpərvəri…

    Nə yaxşı ki, vaxt hər şeyi yerbəyer edir. Kimin kim olduğu gec-tez məlum olur.

    Ölüm hər kəsin nəsibidir, amma ölümsüz əsərləri xalqına yadigar qoyub gedən sənətkar həmişə diridir.

    Rüstəm İbrahimbəyov da Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev kimi uzun müddət Vətənindən uzaqlarda, Moskvada yaşayıb-yaratdı. Amma hamısı sonda əbədi olaraq doğma torpaqlarına qayıtdı.

    Əlvida Rüstəm, dostum, qardaşım.

    ANAR

    13 mart 2022

    Mənbə: http://ayb.az/

  • Xalq yazıçısı Elçin.”Talvar” (Hekayə)

    ????????????????????????????????????

    Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.

    Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-tələsik silə-silə:

    – Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..

    Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü elə ağ köynəkdəcə, çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.

    – Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın birbir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin!

    Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudandoğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.

    – Yüz ilin tutudu bu, yüz ilin! Axır ki yüzü haqladı bu xartut.

    Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:

    – Aş bişir bu gün.

    Əliabbas kişi bu dəfə Gülağaya dedi:

    – Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!

    Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.

    – Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi ,Fətullanın arvadı Məsmə dedi, – yığıb qonşulara da pay göndərmək lazımdır…

    Əliabbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:

    – Boşqab gətir! Qazan gətir! – dedi, – Tut günüdü bu gün.

    Əliabbas kişi dedi:

    – Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı…

    Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi, necə ki tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.

    Əliabbas kişinin böyük oğlu Ağamuxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamamkamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.

    Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tutatuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: “Biz gəldi-gedərik, sən yaşa dünya!” və o, ağappaq bığlarının altından gülümsəyib başını buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü. Yenə də ürəyində dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq?

    Burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir…

    Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:

    – Qaç get evdən qab gətir.

    Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beşon tut qoydu ağzına. Böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.

    Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və Molla Fərzəli də əsasını döyəcləyə-döyəcləyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında.

    Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə.

    Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu, həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Əliabbas kişi evlənəndən sonra özünə iki otaq da tikdi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü. Uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu.

    Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı.

    Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri; Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı.

    Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir.

    O, beş-altı yaşı olanda dağlar balası idi; meşələr yadına gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənəköpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi, dalına düşürdü, əlindən yarpaq yeyirdi.


    Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu.

    İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi.

    Ağamuxtar dedi:

    – Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!

    Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:

    – Kişi, get otur, uzan, yat, istirahətini elə də!..

    Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şeir yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:

    – Necə də əməksevər qocadır! Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!

    Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.

    Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu, öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş…) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.


    Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı.

    Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib, aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi…

    Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi:

    – A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?

    Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.

    – Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – bunu da Fətulla dedi.

    Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı:

    – Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın!

    Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır?! Bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa, hamısını.

    Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.

    Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəniçiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq.

    Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də, heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün də Əliabbas kişinin çəkic-mişarına müştəri tapılmadı.

    Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə, kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü.

    Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kalamsız soruşdu:

    – Neçiyədi, kişi, bu zubul?

    Əliabbas kişi istər-istəməz, ilk növbədə, bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:

    – Nədi, kişi, əlimə baxırsan, görəsən, ustayam, ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax görürsən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri…

    Əliabbas kişi bu şəstli oğlana:

    – Get, bala, get, – dedi. Get, al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?

    Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi. Bu oğlan, bəlkə də, usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.

    Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdılar, yəni ki ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi.

    Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı.

    Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı.

    Hamı bu fikirdə idi ki, Əliabbas kişi də həyətlərindəki xartut kimi, yüzü ötəcək. Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu.

    Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:

    – Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağzında bir skamya düzəltmirsən də mənimçün…

    Əlbəttə, Balacaxanım söz idi, deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:

    – Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm…

    Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:

    – Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə…

    Əliabbas kişi:

    – Neynək, – dedi, – talvar da düzəldərəm. Taxta lazımdı bir az…

    Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi – talvarı düzəltmək qalmışdı.

    Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalığının şah əsəridi. Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürüdü. Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər. Əliabbas kişi həyətə çıxmadı.

    Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.

    Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi. Çoxadamlı o həyət elə bil kişinin getməyilə yetimləşmişdi.

    O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə: qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.

    Mənbə: https://portal.azertag.az/

  • İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabı işıq üzü görüb

            Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edulmiş “Qıymayın uşaqlara”  kitabı çap olunub.

            Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabının redaktoru Ədəbiyyat İnstitunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, rəyçisi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.

            “Tanrıdan gələn səsdi: “Qıymayın uşaqlara” adlı ön sözü filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddin qızı yazıb. Kitabın rəssamı Zəhra Əkbərlidir.

            “Şirvannəşr” nəşriyyatında çap olunan 172 səhifəlik kitab müəllifin sayca otuz birinci, uşaqlar üçün isə yeddinci kitabıdır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olan bu nəşrdəki şeirlərdə müharibə törədənlərə, uşaqların faciəli ölümlərinə dərin nifrət, 44 günlük Vətən Müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır. Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üç pərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub.

    Kitabın tərtibçisi Esmira Fuad, baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Səadət Şıxıyeva, Əkbər Elyar, tərcüməçisi Səadət Şıxıyevadır. “II Qarabağ savaşının güney ədəbiyyatına yansıması” başlıqlı ön sözün müəllifi Esmira Fuaddır.

    312 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Topluda iyirmi yeddi Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar və Vətən Müharibəsinə itaf olunmuş şeirləri toplanıb.

    Antologiyada Kərim Güləndam, Həmid Əhmədzadə Telmixan, Cabir Lütfi, Nadir Paşa, Kövrək Hüseyn, Səhər Xiyavi, Hayde Bulukı Özləm, Fəridə Süleymani Aytəkin, Çiçək Ağbulud və digərlərinin poeziya örnəkləri ilə yanaşı, Rəsul Qədirinin “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” poemaları da yer alıb.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Şair-publsist Rafiq ODAY.”KEÇİLMƏZ Kİ, KEÇİLMƏZ”

    Bir sədd var aramızda,
    Ha çabala, cəhd elə,
    Uçulmaz ki, uçulmaz.

    Namərdin körpüsündən –
    Nə niyyət, nə əhd elə, –
    Keçilməz ki, keçilməz.

    Qurdun içdiyi arxdan
    Keçisənsə, şəst ilə
    İçilməz ki, içilməz.

    Bəzən adam iblisdən –
    Bir özünü test elə –
    Seçilməz ki, seçilməz.
    Vüqarı yerindədi,
    Dağı söy, ya mədh elə,
    Kiçilməz ki, kiçilməz.

    Ağıl yekəbaşlıqla –
    (Ürəkləri fəth elə) –
    Ölçülməz ki, ölçülməz.

  • Şair-publsist Rafiq ODAY.”DUR GƏL, ÜMİD ÇATIŞMIR”

    Bir sənsən, bir də mənəm
    Bu boşluğun içində,
    Bircə ümid çatışmır.

    Hər tərəf xoş görünür, –
    Bu xoşluğun içində
    Birgə ümid çatışmır.

    Atına zülm eyləmə
    Bu daşlığın içində, –
    Sür gəl, ümid çatışmır.

    Gör sızlayan halımı –
    Dikbaşlığın içində,
    Bir gəl, ümid çatışmır.

    Uçulan xeyməmizi –
    Savaşdığın içində
    Qur gəl, ümid çatışmır.

    Dur gəl, boyuna qurban,
    Bu qaçdığın içində –
    dur gəl – ümid çatışmır.

    18.02.2022.

  • Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyi elmi sessiya ilə qeyd olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

    Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli qeyd edib ki, Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. “Bizim ədəbiyyat tarixçiliyi üçün orta əsrlərdə əsas mənbə təzkirələrdir. Tarix elmi üçün isə ən böyük mənbə salnamələrdir. Qulam Məmmədlinin xidməti ondan ibarətdir ki, o, əsrlər boyu mövcud olmuş tarixi salnamələrin əvəzinə ədəbi salnamələr yaradıb. Azərbaycanda ədəbi salnamə janrının banisidir. O, ilk dəfə “Molla Nəsrəddin” salnaməçisi kimi tanınıb. Sonralar Hüseyn Cavid, Nəriman Nərimanov və başqaları haqqında sanballı salnamələr hazırlayıb elmi dövriyyəyə təhvil verib. Salnamə yaratmaq üçün illərlə tədqiqat apararaq “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu, “Xiyabani”, “Cənubi Azərbaycan şairləri antologiyası”, Qılman İlkinlə birgə tərtib etdiyi “Qızıl səhifələr” sənədlər toplusu, “Atmacalar”, “Əliağa Vahid. Seçilmiş əsərləri”, “Qapı oğrusu”, “Məmmədəli Manafzadə Sabit”, “İbrət güzgüsü. Şeirlər, hekayələr və məqalələr” və başqa nəşrləri ortaya qoyub. Cəlil Məmmədquluzadənin 140 illik yubileyində Naxçıvan Dövlət Universitetinin rektoru kimi dövlət proqramı əsasında Naxçıvanda Mirzə Cəlillə bağlı üç əsəri çap etdirdik ki, onun biri də Qulam Məmmədlinin salnaməsi idi. Bu gün də biz onun xatirəsinə ehtiramla yanaşır, əsərlərini dövriyyəyə gətirmək istəyirik”, – deyə akademik əlavə edib.

    Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Qulam Məmmədlinin həyat və yaradıcılığı” mövzusunda məruzə edib. O, məruzəsində Qulam Məmmədlinin (1897-1994) tərtib etdiyi “Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi” – ikihissəli, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə” və digər salnamələrin adlarını çəkib. Bildirib ki, Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun işlərini görmüşdü”.

    Elmi sessiyada “Qulam Məmmədli mətbuat tarixinin araşdırmaçısı kimi”, “Qulam Məmmədli fenomeni”, “Qulam Məmmədli və “Molla Nəsrəddin” jurnalı” mövzularında məruzələr dinlənilib.

    Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Qulam Məmmədlinin şəxsi arxivi və əlyazmaları haqqında” mövzusunda məruzəsində vurğulayıb ki, zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Qulam Məmmədlinin şəxsi arxiv materiallarının 38 saxlama vahidindən ibarət bir hissəsi 1975-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Onun şəxsi arxivi ilə bağlı iki kitab işıq üzü görüb. Afaq Əliyeva və Pərvanə Teyyubovanın Qulam Məmmədli arxivinin təsviri kitabı çap olunub.

    Tədbirdə “Salnaməçi” (Qulam Məmmədli) sənədli televiziya filmi nümayiş olunub.

  • “Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb

    “Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb… 

    Dərginin bu dəfəki sayında da sənətin müxtəlif yönlərinə aid araşdırma məqalələri, yubiley təbrikləri, müsahibələr yer alıb. 

    – Xalq yazıçısı Anar “Mühacir rəssamlar” məqaləsində vətəndən kənarda yaşayan fırça ustalarımızın ömür və yaradıcılıq yoluna nəzər salır. 

    – Görkəmli alim Vilayət Quliyev italyan rəssamı Amadeo Modilyani haqqında məqaləsində qəribə taleli sənətkara aid fikirlərini bölüşür. 

    – Dərgi bəstəkar Calal Abbasovun 65 illik yubileyini Elvira Əlifxanovanın  məqaləsi ilə təbrik edir.

    – Xalça muzeyinin 55 illik yubileyi Nuranə Səlimlinin essesi ilə qeyd olunur. 

    – Tanınmış alim Firudin Qurbansoy “Ruh mühəndisliyi” essesində xəttatlıq sənətinin incəliklərindən söz açır.  

    – Dərginin əməkdaşı Esmira Nəzərli uzun illər “Qobustan”da çalışmış mərhum Tofiq Abdin haqqında xatirələrini bölüşür.

    – Oqtay Əhmədovun “Tofiq Abdinin nədənləri” essesində qəribə adamın fərqli xarakteri ifadə olunur. 

    – Musiqişünas Leyla Nəzərli “Beynəlxalq caz günündə düşüncələr” məqaləsi ilə Caz sənətinin ecazını sözə çevirir.

    – Yazıçı Fərid Hüseyn fotoların fəlsəfəsindən, fotoqrafiya sənətinin tarixindən söz açır. 

    –  Pərviz Seyidli mərhum Xalq yazıçımız Rüstəm İbrahimbəyovun “Özgə ömür” filminin ssenarisi nümunəsində masterin yaradıcılıq xüsusiyyətlərini incələyir.

    – Gənc hüquqşünas Fidan Allahyarova Nizaminin “İskəndərnamə” poemasında ipəyin tarixinin ifadəsini təhlil edir.  

    – Gənc şair-esseist Ülvi Bahadır “Müharibə və Sənət” məqaləsində müharibələrin sənətə, musiqiyə təsirindən söz açır. 

    – “Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova ilə həmsöhbət olublar.

    – Zülfiyyə Qəniyevanın “Qurama”sında yay ab-havasında kiçik, amma maraqlı faktlar yer alıb. 

    Həmçinin dərginin rəngli səhifələrində müxtəlif rəssamların əsərləri oxuculara təqdim olunub. 

    BÜTÜN BUNLARI “QOBUSTAN”IN YAY SAYINDA OXUMAĞA TƏLƏSİN! 
    DƏRGİNİ AYB-NİN 4-CÜ MƏRTƏBƏSİNDƏN, “QOBUSTAN”IN REDAKSİYASINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ..

  • 19 May Xalq şairi Rəsul RZANIN doğum günüdü

    Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may1910[1]Göyçay[1] – 1 aprel1981[2][1]Bakı[1]) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951).

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Rəsul Rza 12 yaşında

    Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.[3][4] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.[3] “Poeziya zəhmət və ilhamdır” avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:

    "Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.[5]Rəsul Rza"

    Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin“, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd FüzulininXurşidbanu NatəvanınMirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır.[5] Uzun illər keçəndən sonra R.Rza yazmışdır:

    "İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir.[5]Rəsul Rza"

    Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.[5]

    Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl MüşfiqSüleyman RüstəmMehdi HüseynSəməd VurğunMikayıl RəfiliƏli NazimMirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə “Gənc işçi” ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış otmuşdur.[5] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi “Xatirələr düzümü” poemasında da (1971) R.Rza “Gənc işçi” qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:

    İndi çörək dükanıdır
    o ilk tanışlığımız,
    ilk həyat məktəbimiz,
    ilk mübarizə meydanımız
    sevincimiz,
    həyəcanımız
    olan yer. …
    İndi sən yox,
    Müşfiq yox,
    Mikayıl yox,
    Faruq yox,
    Mehdi yoxdu.
    Tək necə qayıdım o günlərə
    Necə keçim o yolu?..

    “Xatirələr düzümü”, Rəsul Rza[5]

    Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının “Qığılcım” almanaxında ilk şeri — “Bu gün” şeri dərc olunmuşdur. Həmin illərdə “Yeni fikir” qəzetində də şeirləri və hekayələri çıxmışdır. “Gənc işçi” redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində “Avropanın ölüm çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri” və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunuMoskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.[5]

    R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R.Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri “Bu gün”də bunu hiss elmək mümkündür.[5]

    Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı “Bolşevik yazı” “Bu gün” şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:

    Mənim şerim bu günün,
    bu gündü mənim şerim,
    bu günsüz yarın olmaz,
    bu gün yoxsa
    yarınlar da qurulmaz.

    “Bu gün”, Rəsul Rza[5]

    1926-cı ildə çap olunan “Qızıl gənc qələmlər” məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı.[5] R.Rzanın “Bolşevik yazı” şeri 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş “Yaradıcılıq ixtilaflarımız” məqaləsi üçün R.Rzanın bu şerinin misralarını epiqraf seçirdi:

    Mübarizə bu gün də var.
    yarın da.
    Mən də onun ən ön sıralarında.

    “Bolşevik yazı”, Rəsul Rza[5]

    Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R.Rzanın “Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair” kimi təqdim edirdi. R.Rza yalnız “Almaniya” poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı “Çapey”, “Cəlladları durdur”, habelə “Çinar” kitabındakı (1938) “Madrid”, “Həbəşistan” və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi.[5]

    Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.[5]

    1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər “Bəxtiyar” şeri idi.[5]

    R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə “Azərbaycan” jurnalında (№ 11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin “Duyğular…düşüncələr” kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun “Qırmızının ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.[5]

    Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[3]

    1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

    Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan “Maarif evi”ndə şairə Nigar Rəfibəyli ilə tanış olub.[6][7] O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Bu tənqidi məqalələrin birisinin altında Rəfibəylinin başqa yoldaşlarla bərabər Rəsul Rzanın imzası da var idi. Bu hadisə onları yaxınlaşdırdı. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.[7]

    1970-ci ildə Nigar Rəfibəyli “Ulduz” jurnalının “Rəsulun məktubları” məqaləsində yazırdı:

    "İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.[8]Nigar Rəfibəyli"

    Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, yazıçı, dramaturq, scenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədri olub.[9]

    Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

    Rəsul Rza barədə olan fikirlər[redaktə | mənbəni redaktə et]

    Dünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:

    • “Rəsul Rza romantik bir qəlblə yazdığı “İntiqam” şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.” — Səməd Vurğun[10]
    • “Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir.” — Süleyman Rüstəm[10]
    • “Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır.” — Mehdi Hüseyn[10]
    • “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır.” — Əli Nazim[10]
    • “Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, “yoruldum” deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…” — Süleyman Rəhimov[10]
    • “Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir.” — Mirzə İbrahimov[10]
    • “O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir.” — Əli Vəliyev[10]
    • “Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir.” — Murtuza Nağıyev[10]
    • “Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir.” — Məmməd Rahim[10]
    • “Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir.” — Sabit Rəhman[10]
    • “Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir.” — Ənvər Məmmədxanlı[10]
    • “Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır.” — İlyas Əfəndiyev[10]
    • “Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır. Lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir.” — Cəfər Cəfərov[10]
    • “Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır.” — Qara Qarayev[10]
    • “Rəsul Rza filosofdur. “İki buruğun söhbəti” şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.” — Nazim Hikmət[11]
    • “Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…” — Səttar Bəhlulzadə[12]
    • “O, xarakteri etibarilə heç vaxt dəyişməzdi.” — Mikayıl Abdullayev[12]
    • “Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır.” — Əhməd Cəmil[12]
    • ” O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur.” — Arseni Tarkovski[11]

    İrsi[redaktə | mənbəni redaktə et]

    Rəsul Rza və Nigar RəfibəylininBakıda xatirə lövhəsi

    Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir.[13] Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır.[14][15][16]

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

    Şeir topluları[redaktə | mənbəni redaktə et]

    Rəsul Rzanın “Həyat adaşı” şeirinin əlyazması

    • Mən torpağam[17]
    • Çağımdır mənim[17]
    • Vətən[17]
    • Anamın kitabı[17]
    • Uşaq oyunları[17]
    • İş günü[17]
    • İlqar[17]
    • Etiraf[17]
    • Аnd[17]
    • İtkilər[17]
    • Bir nəsil qocalsam da[17]
    • Çinaraltı[17]
    • Dünyanın dərdi[17]
    • Oxuya bilmədiyim kitab[17]
    • Hər fəslin öz gözəlliyi var[17]
    • İşıqlar üşüyəndə[17]
    • Yuxuma gəlmişdi Ezop[17]
    • Pəncərəmə düşən işıq[17]
    • Dözüm[17]
    • İnsan[17]
    • Aydındır şer dili[17]
    • Damğa[17]
    • Üzüyümün qaşı firuzədəndir[17]
    • Vaxt varikən[17]
    • Çinar ömrü[17]
    • Xəstələr evindən reportaj[17]
    • Torpaq olmuş sümüklər[17]
    • Qarabağ – baba yurdum[17]
    • Mirzə Cəlilin nisgilləri[17]
    • Təyyarədə düşüncələr[17]
    • Küçələr[17]
    • Dəniz haqqında nəğmələr[17]
    • Rəngli yuxular[17]

    Poemalar[redaktə | mənbəni redaktə et]

    Pyesləri[redaktə | mənbəni redaktə et]

    Publisistika[redaktə | mənbəni redaktə et]

    • Poeziya zəhmət və ilhamdır[20]
    • Teleqram[20]
    • O gün – bu gün[20]
    • Əziz xatirələr[20]
    • Ötən günlər[20]
    • Milli şüur və milli iftixar[20]
    • Gözəl dost[20]
    • Uzaq ellərin yaxın töhfələri[20]
    • Müqəddimə[20]
    • Sağ ol, professor[20]

    Tərcümələri[redaktə | mənbəni redaktə et]

  • 19 Mayıs Türkiye Cumhuriyetinin kurucusu ve mimarı Sayın Osman Gazi Mustafa Kemal ATATÜRKÜN doğum günü

    Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk[7], digər adı Kamâl Atatürk[8]) (1881[1] və ya təq. 1880SalonikiSaloniki vilayətiOsmanlı imperiyası[2][4] – 10 noyabr 1938[2][1][3][…]Dolmabağça sarayıBeşiktaşİstanbul[5]) — Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.

    Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə “Qazi” ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.

    Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmiryolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökümətinin nəzarətinə keçdi. Təhsil sistemi dünyəvi və elmi təhsilə əsaslandırıldı. Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi edildi. Xarici məktəblər dövlətin nəzarətinə keçdi. Kəndlilərdən alınan ağır vergilər (aşar vergisi) azaldıldı. Kişilərin papaq və geyimlərində bəzi dəyişikliklər edildi. Təqvim, saat və ölçülərdə dəyişikliklər edildi. Məcəllə ləğv edilib əvəzində dünyəvi qanun qəbul edildi. Qadınların mülki və siyasi hüquqları bir çox Qərb ölkəsindən əvvəl tanındı. Poliqamiya ləğv edildi. Qadınların şahidliyi və miras haqqı kişilərinkiylə bərabər edildi. Eynilə, Türkiyədə qadınlara dünyanın əksər ölkələrindən əvvəl yerli seçkilərdə (1930), daha sonra ümumi seçkilərdə (1934) seçmək və seçilmək hüququ verildi. Cinayət və borc haqqında dünyəvi qanunlar qəbul edildi. Sənayenin dirçəldilməsi məqsədilə qanun qəbul edildi. Torpaq islahatı edilməsinə cəhd edildi. Ərəb hərflərinə əsaslanan Osmanlı əlifbasının yerinə latın qrafikasına əsaslanan yeni türk əlifbası təsis edildi. Xalqın maariflənməsi üçün təhsil kompaniyası başladıldı. Universitet islahatı keçirildi. Birinci Beşillik Sənaye Planı qəbul edildi. Sinif və statusa görə ayrı-seçkilik yaradan ləqəb və adlar ləğv edildi və soyadlar qüvvəyə mindi. Yekcins və vahid xalq yaratmaq üçün türkləşdirmə siyasəti həyata keçirilirdi.

    Türkiyə Dövlət Dəmir YollarıTürk Hava YollarıMineral Tədqiqat və Kəşfiyyat Ümumi MüdirliyiTürk Tarix QurumuTürk Dil QurumuDəyanət işləri üzrə rəhbərlik və bir çox başqa dövlət qurumları Atatürk tərəfindən və ya Atatürkün dəstəyi ilə təsis edildi. Kənd təsərrüfatının, toxuculuğun, maşınqayırmanın, təyyarə və avtomobil sənayesinin inkişafına dəstək verildi. Bütün bunlara baxmayaraq, Atatürkün hədəfləri ilə ölkənin siyasi-sosioloji quruluşu arasındakı uçurum aradan qalxmadı.

    Atatürk tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmişdir.

    Mündəricat

    Həyatı[redaktə | mənbəni redaktə et]

    1881–1911[redaktə | mənbəni redaktə et]

    Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896–1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etdirmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905–1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlamışdır.

    1911–1919[redaktə | mənbəni redaktə et]

    Mustafa Kamal Atatürk ordu komandiri olarkən (1918)Mustafa Kamal Atatürk zabitlərlə birgə

    1911–1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışmışdır.

    1919–1923[redaktə | mənbəni redaktə et]

    Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4–11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilmiş, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.

    Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:

    • Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
    • Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919–1921).
    • I İnönü zəfəri (6–10 yanvar 1921).
    • II İnönü zəfəri (23 mart-1 aprel 1921).
    • Kütahya-Əskişəhər döyüşləri.
    • Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
    • Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)

    Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5–6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.

    1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası “Hakimiyyət qeyd-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideologiyası əsasları üzərində qurulmuşdur.

    1923–1938[redaktə | mənbəni redaktə et]

    Mustafa Kamal Atatürk Əfqanıstan kralı Əmənullah Xan ilə Ankarada (1928)Mustafa Kamal Atatürk və onun həyat yoldaşı Lətifə Uşşaqi (Adana, (1923))

    1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.

    15–20 oktyabr 1927-ci ildə Qurtuluş Savaşından və respublika qurulmasından bəhs edən Böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini söyləmişdir.

    29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.

    Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmişdir.

    Fransız və alman dillərini bilirdi.

    10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.

    İnqilab və islahatlar[redaktə | mənbəni redaktə et]

    Atatürk coğrafiya dərsində (26 noyabr 1930)

    Atatürk Türkiyəni “Müasir mədəniyyət səviyyəsinə qaldırmaq” məqsədi ilə bir çox inqilabi dəyişikliklər həyata keçirmişdir. Bunları beş əsas qrupa toplamaq olar:

    Siyasi sahədə[redaktə | mənbəni redaktə et]

    • Monarxiyanın ləğvi (1 noyabr 1922);
    • Türkiyənin respublika elan edilməsi (29 oktyabr 1923);
    • Xilafətin ləğvi (3 mart 1924).

    İctimai sahədə[redaktə | mənbəni redaktə et]

    • Beynəlxalq təqvim sisteminin və ölçü vahidlərinin tətbiqi (1925–1931).

    Hüquq sahəsində[redaktə | mənbəni redaktə et]

    • Osmanlı məcəlləsinin ləğvi (1924–1937).

    Təhsil və mədəniyyət sahəsində[redaktə | mənbəni redaktə et]

    • Tədrisin birləşdirilməsi (3 mart 1924);
    • Yeni türk əlifbasının qəbulu (1 noyabr 1928);
    • Türk dil və tarix qurumlarının təşkili (1931–1932);
    • Universitet təhsilinin nizamlanması (31 may 1933);
    • İncəsənətdə yeniliklər.

    İqtisadi sahədə[redaktə | mənbəni redaktə et]

    • Kəndlilərdən alınan onda bir vergisinin ləğvi (1925);
    • Fermer fəaliyyətinin təşviqi;
    • Nümunəvi fermer təsərrüfatlarının qurulması;
    • Sənaye Təşviq Qanununun qəbul edilərək sənaye obyektlərinin qurulması;
    • I və II İnkişaf Planlarının (1933–1938) tətbiq edilməsi, ölkədə yeni yolların salınması.

    Xarici siyasəti[redaktə | mənbəni redaktə et]

    Azərbaycana münasibəti[redaktə | mənbəni redaktə et]

    “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” sözlərini Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən demişdir.[9]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    Broom icon.svgBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
    1. ↑ Jump up to:1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
    2. ↑ Jump up to:1 2 3 4 Ататюрк Мустафа Кемаль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. МоскваСоветская энциклопедия, 1969.
    3. ↑ Jump up to:1 2 Mustafa Kemal Atatürk // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. BrockhausWissen Media Verlag
    4. ↑ Jump up to:1 2 http://www.britannica.com/EBchecked/topic/591866/Thessaloniki.
    5. ↑ Jump up to:1 2 https://www.aa.com.tr/tr/turkiye/ataturkun-dolmabahce-sarayindaki-odasinda-toren/961584.
    6. ↑ Jump up to:1 2 http://www.milliyet.com.tr/nefeslerin-tutuldugu-tarih-9/gundem/detay/1789751/default.htm.
    7.  “File:Atatürk’ün 993 814 seri numaralı nüfus cüzdanı.jpg – Vikianbar”. commons.wikimedia.org.
    8.  “File:Atatürk’ün 993 815 seri numaralı nüfus cüzdanı.jpg – Vikianbar”. commons.wikimedia.org.
    9.  http://www.qafqaz.edu.az/index.php?inf_id=1108&z=146[ölü keçid]

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Dərviş Yunus ƏMRƏM. “Salam olsun!”

    Biz dünyadan gedər olduq
    Qalanlara səlam olsun.
    Bizim üçün xeyir-dua
    Qılanlara səlam olsun.

    Əcəl bükə belimizi
    Söylətməyə dilimizi
    Xəstə ikən halımızı
    Soranlara səlam olsun.

    Tənim ortaya açıla
    Yaxasız kömlək biçilə
    Bizi bir asan vəch ilə
    Yuyanlara səlam olsun.

    Sal verilən qəsdimizə
    Gedər olduq dostumuza
    Namaz üçün üstümüzə
    Duranlara səlam olsun.

    Dərviş Yunus söylər sözü
    Yaş dolmuşdur iki gözü
    Bilməyən nə bilsin bizi
    Bilənlərə səlam olsun.

  • Xalq şairi Zəlimxan YAQUB.”Yol”

    Yaradanım yaxşı bilir,
    Yolum kimlərin yoludu.
    Dünənin söhbəti deyil,
    Lap qədimlərin yoludu.

    Məni qış-yaz anan yollar,
    Tanrıya uzanan yollar,
    Halallıq qazanan yollar,
    Xoş qədəmlərin yoludu.

    Qulaq Haqqdan gələn səsdə,
    Könül gündə yüz həvəsdə,
    Mənim yolum pərdə üstə,
    Yanan simlərin yoludu.

    Ruhum yollara bələddi,
    Yol çaşanlar xəcalətdi,
    NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,
    Yol ADƏMlərin yoludu.

    6.VII.2005

    *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub

  • Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Şuşa İli” elan edilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək.Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən festivalın mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub.İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

  • Azərbaycan var hər kəsin gur səsində…

    Otuz qarlı-qışlı dağları aşıb,

                         Qolun boynumuza saldı Qarabağ…

    Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə də, ömrümüzü iki yerə bölən II Qarabağ müharibəsi hələ çoxları tərəfindən yetərincə dərk olunmur, layiq olduğu səviyyədə dəyərləndirilmir. Baxmayaraq ki, bu barədə elə bu müqəddəs savaşın başladığı ilk günlərdən xeyli şeir, hekayə, oçerk, reportaj və b. bədii əsərlər yazılmış və bu gün də yazılmaqdadır. Məni belə düşünməyə vadar edən səbəb nədir? Doğrusunu deyim ki, bu günlərdə Binəqədi rayonundakı 182 saylı tam orta  məktəb­də keçirilən bir tədbirdən sonra bu qənaətə gəldim. 5-10 nəfər şagirdin iştirakı ilə təşkil olunmuş, 44 günlük II Qarabağ savaşına həsr edilmiş möhtəşəm tədbir bizə hansı müəzzəm duyğuları yaşatmadı?! Onu da qeyd edim ki, başımızı uca, alnımızı açıq edən həmin müharibəyə ithaf olunmuş şeirləri ölkəmizdə deyil, vətənimizin güney hissəsində – Güney Azərbaycanda yaşayan, yazıb-yaradan şairlər qələmə alıblar. Əlbəttə ki, Esmira Fuadın yaxınlarda nəşr olunmuş “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan Ədəbiyyatında” adlı yeni kitabından seçilmiş şeirləri deyirəm.

    Esmira xanım Güney Azərbaycan ədəbiyyatı və mədəniyyətinin respublika­mız­da tədqiq olunması  sahəsində böyük əməyi olan alimlərimizdəndir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru E.Fuad güneydə yaşayan soydaşlarımız arasında da yaxşı tanınır, məqalə və əsərləri o tayda da nəşr edilir. Güney Azərbaycan ədəbiyyatı sahəsində tanınmış mütəxəssis olan Esmira xanımın haqqında danışdığımız kitabı ona görə dəyərli və aktualdır ki, qanlı savaşların getdiyi dünyamızda bizə birlik və bütövlük duyğularını aşılayır, gənc nəslə vətənimizin yalnız Arazın bu tayından ibarət olmadığını, Azərbaycan adlı məmləkətin daha böyük sınırları qapsdığını, 50 milyonluq xalq olduğumuzu əyani faktlarla açıb göstərir.

    30 illik düşmən tapdağında qalmış torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan ədalətli müharibə zamanı ölkəmizin vətəndaşlarıyla yanaşı, bütün dünyadakı, özəlliklə, güneydəki soydaşlarımızın bizdən az sevinmədiyini, Arazın sahilində toplaşıb şanlı ordumuzun zəfər yürüşünü alqış və göz yaşlarıyla müşahidə etdiklərini unutmaq mümkündürmü? Arazın o tayında atasıyla birgə döyüşləri izləyən azyaşlı uşağın “Ata, bizim ordumuz hansıdı?” – sualına atasının göz yaşları içərisində “Baax, o atəş açanlar bizim əsgərlərdi, bir azdan hücuma keçəcəklər” – sözləri kimin gözlərini yaşartmamışdı?  İlk baxışda adi ailə-məişət söhbəti kimi görünüən bu kimi hadisələr, fikrimizcə, dünya ədəbiyyatı tarixinə şedevr əsərlər verə biləcək romanlara mövzu ola bilər.        

    Doğrudur, müəllifin özünün də qeyd etdiyi kimi, “Vətən uğrunda şəhid olan və özü də vətənləşən Polad Həşimov” və eləcə də II Qarabağ savaşında şanlı döyüş yolu keçən cəngavərlərin, özəlliklə, Şuşa fatehlərinin “əfsanəvi qəhrəmanlıqlarını… obrazlaşdıran mükəm­məl əsər-poema, povest, yaxud hekayə hələ ki, yazılmayıb, ancaq bu barədə yetərincə şeir və nəsr örnəklərinin olduğu da danılmaz faktdır…” Elə E.Fuadın haqqında danışdığımız kitabı da bu kimi şeirlərlə zəngindir. Kitabı vərəqlədikcə əslən Güney Azərbaycandan olan yazarların bu qısa müddət ərzində neçə kitablıq şeir və poema nümunələri yaratdıqlarını görürük.

    Esmira xanım topluya yazdığı ön sözdə 2020-ci il 12 iyulda Tovuzda erməni daşnaklarının növbəti təxribatları nəticəsində əfsanəvi general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitlərimizin şəhid olmasından sonra Azərbaycan xalqının Koronavirus pandemiyası qadağalarına baxmayaraq küçələrə axışması, hamının bir ağızdan qisas tələb etməsinin ən yeni tariximizdə dönüş nöqtəsi olduğunu əsaslan­dırır, 2020-ci ilin 8 noyabr gününü isə tariximizin yeni mərhələsinin zirvəsi hesab edir. “Çünki bu gün dünyanı heyrətdə qoyan mərdlik nümunəsi – əlbəyaxa döyüş örnəyi göstərən və dünya hərb tarixində yeni səhifə açan igidlər – xüsusi təyinatlıla­rımız Qarabağın tacını – Şuşanı erməni neofa­şist­lərindən azad etdi və möcüzə şəhərin mərkəzinə üçrəngli, ay-ulduzlu bayra­ğını əslən Şuşadan olan qəhrəman Səbuhi Abdullayev sancdı. Azərbaycanın hər yerindən və bütün Türk dünyasından “Qarabağ Azərbaycandır! Şuşa bizimdir!…” səsləri göylərə bülənd oldu…” 

    Topluda əsərləri yer almış 27 Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar da verilib. Hər şairin bir neçə şeirini təqdim edən müəllif Rəsul Qədirinin onun danışdığı rəvayət əsasında yazdığı “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” adlı poemasına da antologiyada yer ayırıb. Maraqlıdır ki, Esmira xanım “Güneyin tanınmış aydını, şair, nasir, çevirmən, dilçi-türkoloq kimi məhsuldar ədəbi-bədii və elmi yaradıcılığı ilə diqqət çəkən Ə.Daşqının 1992-ci ildə göz yaşlarını içinə axıda-axıda, ürəyinin qanı ilə qələmə aldığı “Əsir torpaq-Qarabağ” poemasını epik şeirin ən mükəmməl örnəyi kimi son söz əvəzi olaraq” kitabda yerləşdirdiyini bildirir. Oxuduqdan sonra Esmira xanımın nə qədər haqlı olduğunu anladan həmin poemadan örnək gətirdiyi aşağıdakı misraları isə ruhumu qarsdı və heç vəchlə unuda bilmədim:

                                  Azərbaycan var hər kəsin gur səsində…

                                  Sənin daşın,

    Qarabağa verdiyin öz yaraşığın

                                  Türkün varlıq simgəsidir…

                                  Göz bəbəyi, alın təri,

                                  Qeyrət qanı, namus-arı,

                                  Söy-kökünün dayağıdır…

                                  Şuşa! Qarabağın ağ qapısı,

                                  Elm-sənətin ilk yapısı…

    Bəli, xeyli kitab-monoqrafiyalar müəllifi və tərtibatçısı, bir çox fəxri ad və mükafatlar laureatı olan Esmira Fuadın növbəti kitab-tərtibatı onun yaradıcılığında ayrıca yer tutur. Bu kitab əsasında Binəqədi rayon 182 saylı tam orta məktəb şagirdlərinin hazırladığı təqdimat mərasimindən isə ayrıca danışmağa dəyər. Çünki çox maraqlı film-tamaşanı xatırladan bu qısa və dolğun məzmunlu təqdimatda hər şey nəzərə alınmışdı: istər Azərbaycanın tarixi, coğrafiyası, istərsə də onun elmi və ədəbi-bədii əsərlərdə əksi. Təqdimat mərasimini sonadək seyr edən hər kəs burada mükəmməl bir rejissorluq fəaliyyəti olduğunu təsdiq edə bilər. Əslində isə hər şey həmin məktəbin şagird-müəllim kollektivi tərəfindən təşkil olunmuşdu.

    O taylı-bu taylı Azərbaycanda tanınan və sevilən müğənni, mərhum Yaqub Zürufçunun məşhur “Ayrılıq” mahnısının sədalarıyla açılan mərasimdə qonaqları salamlayan aparıcı şagird hamını bu möhtəşəm qələbənin əldə edilməsində misilsiz xidmətləri olan şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. II Qarabağ savaşının başlanması səbəbləri və şərtlərindən, bu savaşın bir növ  pream­bu­lasını təşkil edən Tovuz döyüşləri və bu zaman şəhid olan general P.Həşimov və dostları da xatırlandıqdan sonra yenə həmin mahnının kədərli notlarının müşayiəti ilə qoca Şəhriyar ağır və ləngərli addımlarla səhnəyə çıxır və “Heydərbabaya salam” poemasından bir neçə bənd  söyləyir. Bu zaman mərhum xalq artistimiz, əslən güneyli olan Rübabə Muradovanın ifasında “Heydərbabaya salammahnısının sədaları salona yayılır. Elə bu mahnının müşayiəti altında şagird-aparıcı 2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycan, Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzun ayağa qalxdığı, soydaşlarımızın Araz çayı boyunca toplaşaraq qan və can qardaşları ilə bir səngərdə azğın düşmənə qarşı vuruşmaq istəyi ilə çağırışlar etdiyini dilə gətirir. “Həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarlarının Qarabağa və 44 günlük savaşda yazılmış yeni şərəf tariximizə həsr etdikləri şeir və poemalardan örnəkləri o taylı-bu taylı Azərbaycanın oxucularına sunmağı özümüzə borc bildik” – deyir Esmira Fuad…”

    Bu yerdə alqışlar altında E.Fuadın ayrı-ayrı tədbirlərdə çəkilmiş şəkillərindən ibarət slaydlar səhnədə qoyulmuş monitorda göstərilir, həyat və yaradıcılığı haqqında dolğun məlumatlar verilir, kitabları, təltif və mükafatları sərgilənir. “El bir olsa, dağ oynadar yerindən, güc bir olsa zərbi kərən sındırar” misallı cümlələr arasında Bəhram Əsədinin sətirləri arasında məhz sözə çevrilən gerçəklər yaşayır…

                             Dünən qucaqlarda gedən körpələr,

                             Bu gün tank üstündə dönür yurduna.

                             İşğalçı daşnaklar, qorxaq köpəklər,

                             Yenik düşmədədir Qafqaz qurduna…

    Güneyli şair Rəsul Qədirinin Qarabağ xanı Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağanın faciəli taleyini əks etdirən “Xarı bülbül” poemasının səhnələşdirilməsi də olduqca təsirli idi. Fətəli şahın Tehranda Ağabəyim ağanın könlünü almaq üçün saldırdığı “Vətən bağı”ndakı güllərin azyaşlı şagirdlər tərəfindən canlandırılması hələ də gözlərimin önündən getməyib. Çox maraqlıdır ki, bütün bunlar başqa bir şagirdin sazda çaldığı “Qarabağ şikəstəsi”nin yanıqlı sədaları altında baş verirdi. Burada balaca fidanların canlı olaraq yaratdığı gül obrazları şux və təravətlidir, təkcə Xarı bülbül çiçəyi  soluxmuş-büzüşmüş halda göstərilir və məşhur “Xarı bülbül” mahnısının niskilli sədaları eşidilir. Sonda yenə şagirdlərin ifasında “Zəfər nəğməsi” səsləndirilir:

                         Deyirdin, bəs yalnız xatirələrdə,

                         Bir də nəğmələrdə qaldı Qarabağ.

                         Otuz qarlı-qışlı dağları aşıb,

                         Qolun boynumuza saldı Qarabağ…

    Bu cür nikbin notlar fonunda pərdə çəkilir, əzəmətli Şuşa qalası görünür, Xarıbülbül və digər gül obrazları qalanın qarşısında rəqs edirlər. Prezident İ.Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışının sonunda söylədiyi: “Yaşasın Şuşa! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!” –sözlərini bütün şagirdlər xorla təkrar edirlər. Və güneyli şair Vüqar Nemətin “Qarabağım” şeirindən ürəyi riqqətə gətirən aşağıdakı misralar səslənir:                                                

                                             Bu şeiri nə mən, nə sən,

                                             Ancaq biz yazacağıq!

                                             Bu şeiri bitirmirəm

                                             Bu şeir sənlə başlanıb,

                                             Zəngəzurdan da keçib.

                                             Müəbbəd bir ülküdə,

                                             Əbədi bir ölkədə

                                             Turanda bitəcəkdir.

                                             Bunu böylə bitirsəm,

                                             Əlim, qolum qurusun!

                                             Yarası sağalmayıb

                                              Mehri, Qafan, Gorusun…

                                              Öndə işimiz çoxdur,

                                              Vətən bütövləşənədək

                                              Bu şeir yarımçıqdır…

    Doğrudan da, böyük bir Millət olaraq, bizim birlik şeirimiz, bütövlük dastanımız hələ bitməyib və yarımçıqdır. Bunu hamılıqla – birlikdə yazmalı, birlikdə tamamlamalıyıq. Beləliklə, bu qısa, lakin yüksək ideyalı, dolğun məzmunlu təqdimat başa çatır, bu məqamda Şəmistan Əlizamanlının ifasında “Azadlıq marşı” səslənir. Bütün kompozisiya iştirakçıları – şagirdlər, hətta başlanğıcda soluxmuş Xarı bülbülü canlandıran zərif fidan qızcığaz da, artıq qalib ordunun əsgərləri kimi, əllərində Azərbaycan bayraqları ritmə uyğun rəqs edirlər.

    Əslində bu yadda qalan tədbirin keçirilməsində zəhmət payı olan məktəb direktoru, təcrübəli pedaqoq Zinyət Tağıyeva və rejissorluq vəzifəsini uğurla yerinə yetirən dil-ədəbiyyat müəllimi Raziyə Şükürovanın və başqalarının əməyi ayrıca qeyd olunmalı, onların haqqında daha çox xoş sözlər deyilməliydi.

    Ancaq təqdimat-tamaşa məni o qədər təsirləndirdi ki, belə rəsmi etiket qaydalarına, demək olar ki, əməl eləyə bilmədim, sadəcə öz təəssüratımı böıüşməyə üstünlük verdim. Sonda təqdimat mərasiminin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsi bir daha minnətdarlıqla xatırlayır və Güney Azərbaycan ədəbiyyatını Quzeydə və Türk dünyasında tanıtmaq missiyasını uğurla üstlənən və bu yöndə yorulmadan çaba göstərən kitabın tərtibatçi-müəllifi, filologiya elmləri doktoru, dosent Esmira Fuada yeni yaradıcılıq uğurları arzulayıram.

                                                                                            Zəkulla Bayarmlı

                                                                  Filologiya üzrə fəlsəfə doktoru, dosent

  • İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

    Abbasova-Budaqova Afaq Nurəhməd qızı

    Abdurahmanov Yusif Fikrət oğlu

    Abutalıbov Şirzad Əsəd oğlu

    Adıgözəlov Yalçın Vasif oğlu

    Ağakişiyev Rauf Fikrət oğlu

    Ağaverdiyeva Məsməxanım Aslan qızı

    Allahverdiyev Ceyhun Kərim oğlu

    Allahverdiyeva Naibə Siyavuş qızı

    Arsentyeva Olqa Anatolyevna

    Atakişiyeva Mətanət Ağazair qızı

    Babayev Allahverən Hacı oğlu

    Babayev Əbülfət Məmməd oğlu

    Babayeva İnarə Əhməd qızı

    Babayeva Töhfə Ağaəli qızı

    Bağırov İzaməddin Zeynal oğlu

    Bağırova Sənubər Yusufovna

    Baliyeva Natalya Gennadyevna

    Barateliya Naala Raulyevna

    Bayramov Salman Bayram oğlu

    Bayramov Təyyar Allahverdi oğlu

    Bədəlova Solmaz Əligözəl qızı

    Bəşirov Xanlar Əyyub oğlu

    Cəbrayılov Elşən Şahin oğlu

    Cəfərov Samir Qadir oğlu

    Dadaşov Əmrah Balaxan oğlu

    Dubovitskaya Mariya Aleksandrovna

    Eyvazov Yasəf Alxas oğlu

    Eyvazova Ayan Fuad qızı

    Eyyubov Musa Eyyub oğlu

    Əfəndi Elçin Fərahim oğlu

    Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı

    Əflaki Ədilə Osman qızı

    Əhmədli Bəhruz Vaqif oğlu

    Əhmədov Çingiz Əli Əşrəf oğlu

    Əhmədov İlyas Əhməd oğlu

    Ələkbərzadə Mehriban Zaur qızı

    Əlili Hüseyn Azad oğlu

    Əliyev Ələkbər Həsən oğlu

    Əliyev Əliyar Əlişan oğlu

    Əliyev İqbal Adil oğlu

    Əliyev Sərvər Bəhlul oğlu

    Əliyev Vaqif Səfər oğlu

    Əliyeva İlahə Yavər qızı

    Əliyeva Münəvvər Sabir qızı

    Əliyeva Ülkər Sabir qızı

    Əlizadə Əkbər Müzəffər oğlu

    Əlizadə Şəhla Seidşah qızı

    Əmrahov Rövşən Əbdürəhman oğlu

    Əsgərov Əli Rəhim oğlu

    Əzizov Əzizağa Ağayar oğlu

    Fətullayeva Aygün Bəhruz qızı

    Hacıyev Əli Əliyusif oğlu

    Hacıyev İlqar Xəlil oğlu

    Hacıyeva Sevil İnşalla qızı

    Hacıyeva Siddiqə Zakir qızı

    Heybətov Anar Mithət oğlu

    Həbibov Nicat Əli oğlu

    Həsənquliyev Kazım Feyruz oğlu

    Həsənov Kərim Abbas oğlu

    Həsənov Vidadi İsmail oğlu

    Həsənova Natavan Mikayıl qızı

    Həşimov Orxan İlqar oğlu

    Həşimzadə Xanlar Allahverdi oğlu

    Hüseynli Anar Vaqif oğlu

    Hüseynov Elnur Bəhrəmxan oğlu

    Hüseynov Fizuli İsmət oğlu

    Hüseynov Şövqi Ərəstun oğlu

    Hüseynova İlahə Həsən qızı

    Hüseynova Kamilla Fikrət qızı

    Hüseynova Kəmalə Müzəffər qızı

    Xəlilzadə Rüfət Eldar oğlu

    İbişov Tahir Fidayə oğlu

    İbrahimli Qabil Mahmud oğlu

    İbrahimov Fuad Natiq oğlu

    İbrahimova Nigar Rəfael qızı

    İbrahimova Şəhla İbrahim qızı

    İmranova İnna Aleksandrovna

    İsmayılov Qurban İbrahim oğlu

    İsrafilov Fərhad Ramazan oğlu

    Kazımov Nicat Mirəziz oğlu

    Kərimduxt Rövşən Ramazan oğlu

    Kərimov Elnur Umbay oğlu

    Kərimov Loğman Seyfulla oğlu

    Kərimova Nərgiz Faiq qızı

    Qasımov Məmmədsafa Məmmədəli oğlu

    Qasımov Yusif Əli oğlu

    Qasımova Sevinc Vahid qızı

    Qəhrəmanov Abbas Əhməd oğlu

    Qocayev Rəhim Xəlil oğlu

    Quliyev Cəmil Elşad oğlu

    Quliyev Elxan Əli Bala oğlu

    Quliyev Əyyub Ramiz oğlu

    Quliyev Hafiz Məhərrəm oğlu

    Quliyeva Səbinə Kasumovna

    Quliyeva Şəlalə Şahvələt qızı

    Qurbanova Pərvanə Yaqub qızı

    Makarova Nina Aleksandrovna

    Mehrəliyev Vüsal Akif oğlu

    Məhərrəmov Firudin Əliməmməd oğlu

    Məmmədli Şamil Kamil oğlu

    Məmmədov Ayşad Kamal oğlu

    Məmmədov Murad Məmməd oğlu

    Məmmədov Sabir Novruz oğlu

    Məmmədova Günel Əzizağa qızı

    Məsimov Qurban Abdulla oğlu

    Mirişli Nazim Ramiz oğlu

    Mir-Qasım Ayan Oqtay qızı

    Mirzəyev Gülağası Ağa Hüseynoviç

    Mirzəyev Rafiq İsmayıl oğlu

    Mirzəyev Sucəddin Qiyas oğlu

    Mirzəzadə Nicat Qərib oğlu

    Musabəyli Nuridə Musa qızı

    Musayeva Şükufə İmran qızı

    Mustafayev Arzu Əhməd oğlu

    Mustafayev Vüsal Sədaqət oğlu

    Mustafayeva Laləzar Bəşir qızı

    Nağıyev Qasım Gəncalı oğlu

    Nəzərov İlham İslam oğlu

    Orucova Naidə Mülük qızı

    Orucova Sevda Nəbi qızı

    Osmanov Fuad Tacəddin oğlu

    Ömərov Gümrah Rza oğlu

    Poladov Əkram Nicad oğlu

    Ramazanova Nigar Azər qızı

    Rəhimov Səxavət Şərif oğlu

    Rəhimova Rəna Hacıyevna

    Rəhmanov Rəhman Tofiq oğlu

    Rəsulov İsrafil Fərhad oğlu

    Rüstəmov Elşən Mərdan oğlu

    Rüstəmov Mahir Eldar oğlu

    Rüstəmov Rüstəm Qərib oğlu

    Rzayeva Elvira Nuca qızı

    Rzayeva Vəfa Əliseyran qızı

    Rzayev-Sarabski İsfar Aydın oğlu

    Sadıqov Anar Babalı oğlu

    Salamova Gülcahan Əhməd qızı

    Salmanov Nicat Fərhad oğlu

    Seyidov Aqib İbrahim oğlu

    Seyidova Ceyla Uran qızı

    Səlimli Mirbala Seyidəsgər oğlu

    Səmədov Samir Səməd oğlu

    Səmədov Şükür Hacıbala oğlu

    Süleymanova Elmira Süleyman qızı

    Şirinov Asif Əhməd oğlu

    Şirinov Aslan Adil oğlu

    Yahyayev Taleh Saleh oğlu

    Zeynalov Azər Zeynalabdın oğlu

    Zeynalov Yaqub Oktay oğlu

    Zeynalova Zülfiyyə Əsgər qızı

    Zülfüqarova Əminə Cahangir qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2634 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 471) 1-ci hissəsi ləğv edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 10 may 2022-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

    Abdullayev Kyazım Ənvər oğlu

    Balayev Məmmədəli Bəşir oğlu

    İmanova Gülbacı Əliəkbər qızı

    Qarayev Fərəc Qara oğlu

    Novruzova Nubar Qulu qızı

    Sadıqov Faiq Əbülfəz oğlu

    Verdiyev Fikrət Süleyman oğlu.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 10 may 2022-ci il 

    Mənbə: https://president.az/

  • Azərbaycanın milli maraqlarını və həmrəyliyini hər zaman uca tutan görkəmli dövlət xadimi

    Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. İlk növbədə, qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Lakin XX əsrin sonunda başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.

    Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlarını və həmrəyliyi hər zaman uca tutan görkəmli dövlət xadimi” sərlövhəli məqaləsində yer alıb.

    AZƏRTAC məqaləni təqdim edir.

    Yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ümummilli Lider məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli Lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud, “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.

    Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğulayırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Bu baxımdan, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratdı. Onu da qeyd etmək lazımdır ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdı.

    Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə, həmin dövrdə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda Vətənə maraq və bağlılığı artırırdı. Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə qətiyyət və müdriklik nümayiş etdirərək xalqımızın tarixi yaddaşının qorunmasına, o cümlədən Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Məhz ümummilli lider Heydər Əliyev diqqəti sayəsində həmin dövrdə yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi.

    Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm amil kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir.

    Bu baxımdan, 1990-cı illərdə ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmış, məhz onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır. Onu da qeyd etmək vacibdir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmiş, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.

    Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyllərini nəzərə alırdı. Ümummilli Liderin sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır və bu ideologiya bütün dünyada yaşayan soydaşlarımızı bir amal uğrunda birləşdirir.

    Bu baxımdan, milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Yalnız, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və məhz Ümummilli Lider ilk dəfə olaraq, xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparmağa başladı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, o cümlədən beynəlxalq əlaqələrin qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən zəngin təcrübəyə malik, dövlət xadimi Heydər Əliyevin ABŞ, Almaniya, Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində, oradakı həmvətənlərimizlə görüşlərdə səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları, həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət proqramı kimi bu gün də mühüm əhəmiyyət kəsb edir.

    Diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirmişdir. Bu baxımdan, Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan, Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və geniş miqyaslı olduğunu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır.

    2002-ci il iyulun 5-də isə ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz Ümummilli Liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi. Nəticədə, dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mühüm zəmin yaratmış, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, Azərbaycanın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

    Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu.

    Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir: “…Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır”. Dövlət başçısı diqqətə çatdırmışdır ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.

    Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlüklə, Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.

    Nəticədə, rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını dağıtdı. Bununla yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

    Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.

    Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışmışlar.

    Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülmüşdür.

    Xaricdə yaşayan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.

    2022-ci il aprelin 22-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar Azərbaycanın tarixinə şəhidlərimizin qanı bahasına şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi yazıldığı əziz və doğma Şuşa şəhərində bir araya gəldilər.

    Azərbaycan Prezidenti İlham Əliyev Qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.

    Azərbaycan Prezidentinin Qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir.

    Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxil idi. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələrin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir.

    Prezident İlham Əliyev çıxışı zamanı Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi – mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlət başçısı demişdir: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

    Qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş Zəfər Qurultayı diaspor nümayəndələrinin Qarabağ torpağından aldıqları mənəvi güc və əhval-ruhiyyə ilə öz ölkələrində fəaliyyətlərini daha əzmlə qurmalarına təkan verəcək. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

    Bu gün ideoloji dəyərləri, Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi şəxsiyyət, görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq, milli birlik və həmrəylik ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Bununla yanaşı, Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda!

    TAİM – Təhsildə Araşdırma və İnkişaf Mərkəzi
    20 saat ·
    Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda!
    ✅ Test bankda MİQ və Sertifikasiya üzrə yeni proqram əsasında tərtib olunmuş 1200-ə yaxın test tapşırığı yer alıb;
    ✅ Müxtəlif test modellərindən (Eyler-Venn, klaster və s.) istifadə olunan Ədəbiyyat test bankı əsərlərin müqayisəli təhlilini əks etdirən suallarla zəngindir;
    ✅ Həm çap, həm də elektron formada işıq üzü görən test bankın elektron versiyasında bütün test tapşırıqlarının səsli izahı mövcuddur.
    Ədəbiyyat test bankının çap versiyasını bütün kitab mağazalarında və mərkəzimizdən, elektron versiyanı isə e-TAİM tətbiqindən əldə edə bilərsiniz.
    Qiyməti: 15 AZN
    Əlaqə:
    +994558434131
    +994998434131
    info@taim.edu.az
    Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6

    taim #ədəbiyyat #miq #sertifikasiya

  • Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”

    “Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından gedir. Əsərin qəhrəmanının müəllif tərəfindən təqdimatına baxaq: “… bu insan tarixdə tarix yaratmağa qadir olan, son min ilin yetirdiyi ən böyük Vətənoğlu, millət qəhrəmanı, xalq fədaisidir”.

    Belə bir xalq fədaisinin ömür-gün yolundan bəhs edən  “Əbədiyyət dastanı” poeması “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarətdir. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Birinci kitab əsərin yazılma səbəblərini açıqlayan nəsrlə yazılmış girişlə başlayır. Hər iki kitab adlanan hissədə ənənəvi poemalar kimi proloqlar verilib. Birinci kitabda 28 başlıqdan istifadə olunub. Proloq dördlük şeir şəklində yazılıb:

    Eşqə qadağa yox, sevgiyə sərhəd,

    Xatirən canlıdır, şöhrətin diri.

    “Ömrünün mənası millətə xidmət,

     Adının mənası Allahın şiri” –

    – Əsərin ilk bəndi olan bu misralardan poemada əsas mətləbin rəhbər və xalq sevgisi üzərində qurulduğu görünür. Xalqın böyük sevgisinə sahiblənən Heydər Əliyevin ölümü böyük faciə kimi sözün ən təsirli təqdimatını üzə çıxarır:

    Döydü qapıları qara bir xəbər,

    Hərə öz içinə qısılı qaldı.

    Təyyarə torpağa enənə qədər,

    Baxışlar göylərdən asılı qaldı.

     Şair bu faciənin gücünü qabartmaq üçün xeyli sayda bayatı-ağı, yaralı qoşmalardan istifadə etmişdir. Poemanın əvvəli lirik notlar üzərində qurulub. Heç bir süjet və ya əhvalatların təsviri hiss olunmur. “O həyatı sevirdi” bölümündə onun həyat sevgisi, yaradıcı insanlara hamiliyi sözün ən poetik çalarları ilə vəsfə tuş gəlib:

    Memar ilə danışır

    Kərpiclə daş dilində.

    Heykəl ilə danışır

    Heykəltəraş dilində.

    Bu bölümdən sonra hadisələrin sujet ətrafına cəm olunması nəzərə çarpır. Heydər Əliveyin 1923-cü ilin mayında Naxçıvanda doğulması və sonrakı həyatı haqqında məlumatlar verilir. Uşaqlığından qeyri-adi insan olduğu təsvir edilir. Gəncliyindəki fəaliyyətindən “Gizli bir təşkilatda aydın bir rəhbər oldu, Öz milləti yolunda hər gün səfərbər oldu” – misralarından məlumat alırıq. Onun şəxsi həyatının da millət üçün töhfə olduğu vurğulanır: “Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci”. İzzət ananın öz gəlini Zərifə xanıma “Heydərim amanatı!” vəsiyyəti isə milli nümunə örnəyi kimi mənalandırılır.

    Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi “Gəlişinlə sən gətirdin bu torpağa qurtuluşu, 14 iyul – on dörd illik rəhbərliyin özül daşı” kimi misralarla vəsf olunur. Sonra “Türk oğlu türk Kremildə rəhbər oldu!” sətirləriylə onun Moskvadakı işi və ona qarşı törədilən təxribatlar bədiiləşdirilir.

    Qırmızı imperiyanın onu gözdən salmağa cəhd etdiyi bir dönəmdə doğulduğu Naxçıvanın öz doğma balasına qucaq açması millət və rəhbər sevgisinin vəhdəti kimi verilir. Qarabağın kənd-kənd talanıb getdiyi, “Ləzgistan”, “Talış-Muğan” kimi separatçı qüvvələrin meydana gəldiyi, Gəncənin od içində boğulduğu bir dönəmdə bu böyük şəxsiyyətin öz xalqının yanında olmağı gerçəkliklərin ifadəsi kimi əksini tapır.

    “Heydər “Xalq!” deyəndə xalq “Heydər!” dedi” bölümündə qarşılıqlı sevginin bütün incəlikləri nəzmə çəkilir. Ümummilli liderin qara nefti ağ yanağına çəkməsi, millətini səfalətin girdabından xilas etməsi, dünyanın marağını ölkəmizə yönləndirməsi poemada peşəkarlıqla ifadə olunub. “Dünyanı gətirib qədəmlərinə, Qaldırdı milləti Tanrı dağına” – kimi misralarda bir dövlət başçısının siyasi qələbəsi etiraf edilir. “Ata Heydər – Atatürk” bölümündə hər iki dahinin tale bənzərliyi ilə yanaşı, bir sıra oxşar cəhətləri sadalanır. Bildirilir ki, onların hər ikisi dünyaya mayda gəlib, gözlərinin rəngi eynidir, ikisinin də atasının adı Əlirzadır və s. Bölümün yekununda şairin inamı ən yüksək həddə çatır:

    Yüz əlləşsin, yüz vuruşsun,

    tapa bilməz xata türkü,

    Onu min il qoruyacaq

    Azərbaycan torpağının

    Heydər adlı Atatürkü!!!

    Əsərin bu hissəsindən sonra lirizm güclənir. “Son görüş, son ayrılıq” bölümündə bəzi epik təsvirlər nəzərə çarpır. Respublika Sarayında aprelin 21-də Ali Hərbi Məktəbin otuz illik bayram tədbiri keçirilən gün Heydər Əliyevin çıxış edərkən səhhətinin pisləşməsi, çıxışını yarımçıq kəsməyə məcbur olmağı və yenidən əhvalı düzələrkən səhnəyə qayıdaraq sözünə qaldığı yerdən davam etməsi sınmayan bir şəxsiyyətin simvolu kimi xarakterizə edilir. Onun Ali Baş Komandan olaraq son görüşünün hərbçilərlə olması simvolik şəkildə yozumlanır. “O – general, o – komandan, o – əsgər, Bu, son görüş, son ayrılıq günüydü” – misraları bir komandanın yeri gələndə bir general, yeri gələndə sıravi bir əsgər kimi öz görəvini layiqincə yerinə yetirməsinin tərənnümüdür. Heydər Əliyevin səhnədən əl eyləyib getməsinin son gediş olduğunu şair böyük ağrı ilə qələmə alır. “Bugünkü kədərimiz Ucadır Heydər qədər, Başın sağ olsun, Vətən!” misraları itkinin necə böyük olduğunun yaşantılarıdır.

    “Səndən sonra” adlı bölümdə “Ulu ustad, ulu öndər, İlhamından lap rahat ol!” misralarında şair onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevə olan xalq inamından bəhs edir. Poemanın birinci kitabı “Minnətdarlıq” adlı parçayla bitir.

             “Böyük ömrün davamı” adlanan ikinci kitab da proloqla başalyır. Proloqda müdrik bir qocanın bu əsərin yazılmasına xeyir-dua verməsindən bəhs edilir. İkinci kitabda 19 yarımbaşlıqdan istifadə olunub. Doqquzuncu bölümədək olan hissələr lirik düşüncələr toplusudur. Əsas fikirlər “Yenə mən səninkiyəm, yenə mən səninləyəm” və ya “Tayfa dönüb xalq olur, xalq millətə çevrilir Sənin adın gələndə!” tipli misralarda cəmləşib.

    “Davam edir bu tarix” bölümündən sonra şairin yeni düşüncələri ilə qarşılaşırıq. Ulu öndərin yoluyla inamla addımlayan Prezidentimizin ölkədə apardığı quruculuq və abadlıq işlərindən söz açılır: “İllərlə yol görməyən Zirvələrin qoynuna cığır açır, yol çəkir”. Bakı adlı gözəlin belini qucaqlayan körpülərdən gələcək nəsillərin keçəcəkləri obrazlı şəkildə mənalandırılır. Bundan sonrakı bölümlər “Anam Azərbaycanın canlı xəritəsidir üzündəki cizgilər” fikirlərinin lirik tərənnümü fonunda davam etdirilir. Heydər Əliyevin yaradıcı insanlara olan diqqətindən, tariximizə, soy-kökümüzə dərin bələdçiliyindən söz açılır.

    Hər iki hissə, demək olar ki, tərənnüm üslubunda yazılıb. “Dövlət adlı bir sarayı Kərpic-kərpic ucaltmışdı, divar-divar hörmüşdü o!” – qətiyyəti müəllif inamının həqiqətə əsaslandığının göstəricisidir. Poemanın sonlarına yaxın şair etiraf edir ki, “Bu əsəri kimlərəsə xoş gəlməkçün yazmadım, Sözün canı nədədirsə, mən o canı yazmışam”. Poema “Göylərdən göndərdi yaradan səni” parçasıyla tamamlanır.

    Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. Eyni ideya və mövzu ətrafında birləşən ayrı-ayrı şeirlərin hibridi vardır. Zəlimxan Yaqub bu əsərində dastan tipində dastan yaradan kimi yox, dastançılıq ənənəsinin mahir bilicisi, dastançılıq ruhunun daşıyıcısı olaraq sözünü deyir. Ümumiyyətlə, əsərin özəyini türk millətinin qəhrəman oğulları sayəsində əbədi yaşarlılığı ideyasına inam təşkil edir:

    Gülnar Səma

  • Xalq yazıçısı İsmayıl Şıxlının “Namus qaçağı” (Hekayələr) adlı kitabı işıq üzü görüb

    Görkəmli yazıçımız İsmayıl Şıxlı əsasən romanları ilə şöhrət qazansa da, ustad yazıçımız, həm də mahir hekayə ustası idi. İrihəcmli əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər ön plandadır. Ustad yazıçının “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” və başqa hekayələri mövzu və peşəkarlıq baxımdan bugün də aktualdır.

  • Xalq yazıçısı Sabir Əhmədlinin “Yamacda nişanə” (Povest) adlı kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Xalq yazıçısı Sabir Əhmədlinin “Yamacda nişanə” (Povest) adlı kitabı işıq üzü görüb.

  • Gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatının laureatı, gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb.

    Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Kitabda məhəbbət mövzusunda ayrı-ayrı şeirlər və bir poema yer alıb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli, ön söz müəllifi isə şair Ağamir Cavaddır.
    Qeyd edək ki, bundaan öncə şair Ziya Dilsuzun “Sənazlığı” və “Sevməyin düsturu” adlı kitabları işıq üzü görmüşdü.

  • Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (V hissə)

    This image has an empty alt attribute; its file name is si-ed-300x200.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

    DƏVƏSİ ÖLMÜŞ ƏRƏBƏM

    İllərdiki bir ıtıgın dalınca,
    Zəncir salıb yerə-göyə gəzirəm,
    Gecə, gündüz qaraüzlü taleyi,
    Qarqışlayıb, öyə-söyə gəzirəm,

    Qaraçıyla uca dağlar aşıram,
    Qurbətiylə yad ellərdə yaşıram,
    Həsrətilə sözü-sözə qoşuram,
    Ağı üstə deyə-deyə gəzirəm.

    Yol gedirəm ömrüm, günüm uzunu,
    Geyinmişəm yollarımın tüzünü,
    Bu yollarda bir sevdanın ızını,
    Dəmir çariq geyə-geyə gəzirəm.

    Dərin-dayaz, dərə-təpə gedirəm,
    Ələnsə qar, uçsa şəpə gedirəm,
    Gül-çiçəyi öpə-öpə gedirəm,
    Tıkanlara dəyə-dəyə gəzirəm.

    Axşamını çoxu səhər unudub,
    Sevdiyni çox sevənlər unudub,
    Bəlkə, məni o bəxtəvər unudub,
    Heç bilmirəm nədən, niyə gəzirəm.

    “Əndəlib” yox, yolda qalmış ərəbəm,
    Susuz çöldə bir yorulmuş ərəbəm,
    Mən də belə dəvəsi ölmüş ərəbəm,
    Öz başıma döyə-döyə gəzirəm.

    Bölünmüş vətən olduq

    Bızlıgımız çalındı,
    Oğulub sən, mən olduq.
    Yazını dolu döymüş,
    Verana kövşən olduq.

    Arzımız bar görmədı,
    Bəxətimiz at sürmədı,
    Sulumuz tağ vermədı,
    Quruda dənnən olduq.

    Yeyə sı ölmüş damıq,
    Çökürüq damıq- damıq,
    Ah sahıbsız adamıq,
    Hər dimdigə dən olduq.

    Dərd çəkdik, acı yedik,
    Sevinc nədir bilmə dık,
    Niskilə şənlik dedik,
    Kədərə kəfən olduq.

    Vermişik yelə ərki,
    Uduzub başda börkü,
    Bununla bızı görkükü,
    Döşünə döyən olduq.

    Həsrətdən deyə – deyə,
    Səsimiz qalxdı göyə,
    Gör haçandan ikı yə,
    Bölünmüş vətən olduq.

  • Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (IV hissə)

    This image has an empty alt attribute; its file name is si-ed-300x200.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

    AT ÇAPAR

    Yiyəsiz qalan zəmidə,
    Talan at çapar, at çapar,
    Yallı gedər çəyirtkələr,
    Ilan at çapar, at çapar,

    Ilqar, ıman puç olanda,
    Qayda-qanun heç olanda,
    Düz danışmaq suç olanda,
    Yalan at çapar, at çapar,

    Xeyir yox fikirsiz işdə,
    İş gedər fikirdə, huşda.
    Fikri düz olmayan başda,
    Gələn at çapar, at çapar.

    SİÇAN-PİŞİK

    Udmadı bir yol bizi,
    Əzıb, çeynədi dünya,
    Sıçan-pişik oyunun,
    Bizlə oynadı dünya.

    Birinə beçə balı,
    Birinə ıtın yalı,
    Çoxuna ıpək xalı,
    Bizə iynədi dünya.

    Tozu qondu başımda,
    Dərdi gəzdi döşümdə,
    Yaralı yaddaşımda,
    Gömgöy göynədi dünya.

    Bu işgəncə, bu zülüm,
    Səbəbin buyur, bilim.
    Torpağın son mənzilim,
    Qəsdin day nədi, dünya.

  • Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (III hissə)

    This image has an empty alt attribute; its file name is si-ed-300x200.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

    DƏYMƏSİN

    Qızışıb döyəndə gözlə,
    Döşünə soyuq dəyməsin.
    Ağlını topla başına,
    Huşuna soyuq dəyməsin.

    Bitməmiş fürsət dalbadal,
    Çıxmamış əlindən macal,
    Özünə uyğun papaq al,
    Başına soyuq dəyməsin.

    Nəfsin laylasına yatma,
    Xeyir var, şər var unutma,
    Hər tikəyə ağız atma,
    Dişinə soyuq dəyməsin.

    Ayağınla düz yola get,
    Yaxşı danış, yaxşı eşit.
    Gözlərinə yiyəlik et,
    Qaşına soyuq dəyməsin

    Əndəlib, el qeydinə qal
    Doğrulardan dərsini al.
    Hər işdə haqqı yada sal,
    İşinə soyuq dəyməsin.

    GEDİRƏM

    Gəldim günəşli bir gündə,
    Dumanda, çəndə gedirəm.
    İzimi görənlər bilər,
    Nə halda, gündə gedirəm.

    Gedən dostlarıma deyin;
    Bu qədər yeyin getməyin,
    Siz Allah məni gözləyin,
    Dayanın, mən də gedirəm.

    Eh dünya, nə sən unutma,
    Çöp olub gözümə batma,
    Qəbirlə məni qorxutma,
    Mən ora gündə gedirəm.

  • Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (II hissə)

    This image has an empty alt attribute; its file name is si-ed-300x200.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

    İÇİNİ GƏZ

    Dünya tək başa çəkmə,
    Qırmızı don geyəni.
    Gördün ağzını əymə,
    Yükünü haqq əyəni.

    Dünya bu nə ürəkdi,
    Dəmirdən, daşdan bərkdi,
    Döymək nəyə gərəkdi,
    Kor talehi döyəni.

    Nə mürsəldi, nə məcaz,
    Bu sözü beyninə yaz:
    «Allah da bağışlamaz
    Sınıq qəlbə dəyəni.

    Üərəyi buğma kinlə,
    Təmiz sevgini dinlə,
    Utandır sevməginlə,
    Sənə söyüş söyəni.

    Nə göy patlat, nə yer əz,
    Sükütla içini gəz,
    Min fəryad deyə bilməz,
    Bir lal süküt deyəni.

    ÜRƏK KABABI

    Bu şəhərdə bır yaxın tanışım varıdı
    Yaşamımı isidən
    Yoluma işıq salan bir tanış
    Şəhərin gözü götürmdi
    Dostluğumuzu
    Öldürdülər onu bir taxta qapıda
    Xeyir- şərr qovuşanda
    Öldürdülər səs sız səmirsiz
    Öldüyünü bilən olmadı
    Qatılı tutulmadı
    Məhkəmələr bağılı idi
    Nəzmiyə də düyün varıdı
    Kabab pişirdi
    Cigər kababı
    Nə kəfəni alındı
    Nə yası tutuldu
    nə də topraqda məzarı qazıldı
    adam sız idi yazıq
    Eh kim – kimədi
    küçələri dolama dolaşıq bu şəhərdə
    kim nə bilir kimin içində nə var
    Çoxdur bu şəhərin onsuzda
    Eşqi söndürülmüşü
    Ürəyi öldürülmüşü

  • Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (I hissə)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

    Səxavət İZZƏTİ (ƏNDƏLİB)

    Mən səxavət izzəti əbdüllah oğlu 1966 inci ilin yayında qaradağ mahalında doğulmuşam. iki yaşımda atamı itirmişəm. 1977 inci il ayiləmiz təbrizə köçüb bir il sonra əhər qaradaği mərkəzi əhər şəhrinə qaydıb təhsılatımı əhər şəhərində bitirəmişəm.

    qaradağ mahalınin başqa uşaqları kimi mənimdə ədəbiyata marağım anamın beşik başında dedigi laylalarla , nağıllarla , dastanlarla başlanmışdır. qaradağ mahalı iran türklərinin ən güclü aşıq mərkəzi dir.

    on yeddi yaşımda şeirdə birinci və bura qədər sonuncu ödülü almışam.

    iyrimi iki yaşımda aşıq dastanlarından ibarət nəğməli dastanlar kitabını nəşr etdirdim bir il sonra məhəbbət dastanları kətabı çıxdı bunun dalınca aşıqlardan işıqlar kətabını çıxartdım kitab aşıq şeri qalibləri və o günə qədər çap olunmamış aşıq şeirlərindən ibarət idi.

    bir çox şumaldakı şairlərimizin şeirlərini istər kitab şəklində istər intirnet düşərgələrində nəşr etdirmişəm.

    Bura qədər çıxartdığım kitablar:

    1-nəğməli dastanlar təbriz1989

    2-məhəbbət dastanları təbriz1991

    3-aşıqlardan işıqlar təbrız2000

    4-yaxşı ki sən varsan ay sədəfli saz (zəlımxan yaqübün şeirləri) təbriz2005

    5-hürəmt oldu bir saz oldu birdə mən(aşiq qəmkeş allahverdinin şeirləri) təbriz 2008

    6-peyğəmbər (zəlımxan yaqüb) təbriz 2011

    7-aşıq dastanları təbriz 2015

    8-on bir budaqlı ağac (qaradağ şeri məcmüəsi) 2017

    9-Ömürdən qalan səsələr Tabriz 2021

    hal hazırda ədəbi körpü adlı elektron dərgini yayıram

    DİLİM TUTULAR DESƏM-

    Bilməm nə tapacaqsan,
    Uçuq yuxularımdan.
    Məndən çıxdığın kimi,
    Gəl çıx yuxularımdan.
    Gəl çıx yuxularımdan.

    Yox dedin əzizligə,
    Mən oynatdın bizligə,
    Çıxanmazsan düzlügə,
    Buruq yuxularımdan.
    Gəl çıx yuxularımdan.

    Gah gözünü silirəm,
    Gahdan sənə gülürəm,
    Əhvalını bilirəm,
    Sıx – sıx yuxularımdan.
    Gəl çıx yuxularımdan.

    Ipi – sapı üzüldü,
    Dərvazası çözüldü,
    Bu gecə də pozuldu,
    Qoruq yuxularımdan.
    Gəl çıx yuxularımdan.

    Artıq yuxu oluram,
    Yuxulara doluram,
    Sonsuz ləzzət alıram,
    Qırıq yuxularımdan.
    Dilim tutular desəm-
    Gəl çıx yuxularımdan.

    UNUTMAQ

    Həyatin anlamın, dünyanın dadın,
    Sən idin birinci öyrətdin mənə,.
    Ağrılı, acılı zamanimizda,
    Sevgini, sevinci öyrətdin mənə.

    Sən ey müəllimim bildiklərini,
    bir bə bir hamısın mənə dərs dedin.
    Hər şeyi öyrətdin ancaq nə fayda ,
    Səni unutmağı öyrədənmədin.

  • Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı

    Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi. Ulu Öndər Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəkarına çevrilirdi, ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Bu, həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı.Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi. Tarixə nəzər saldıqda görürük ki, müdrik rəhbər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi. Heydər Əliyev 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusi qeyd ediblər. Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyləri gəlirdi. Bu münasibətlə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.Ulu öndər Heydər Əliyev 1980-ci il oktyabrın 27-31-də Bakıda “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacarmışdı. Bu hadisədən cəmi bir il sonra yazıçıların VII qurultayında Heydər Əliyev birbaşa Cənubi Azərbaycan ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatı həmişə Ulu Öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsi olaraq 1997-ci il oktyabrın 29-da “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı.1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı. Müdrik rəhbərin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və UNESCO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. “Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Ulu Öndərin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi unutmadılar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır.Göründüyü kimi, ulu öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. O, bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss edib və bundan ilham alıb.

  • Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda!

    Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda!

    Test bank MİQ və Sertifikasiya imtahanı üçün metodika və pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır.

    Tezliklə işıq üzü görəcək test bankın üstünlükləri:
    ✅ Bütün yeni və əlavə olunmuş mövzulara aid test tapşırıqları öz əksini tapmışdır;
    ✅ Yeni proqram əsasında hazırlanmış 2000 + test tapşırığı mövcuddur;
    ✅ Müxtəlif test modellərindən istifadə olunmuşdur;
    ✅ Peşəkar heyət tərəfindən hazırlanmışdır;

    Test bank satışa çıxdıqda ilk əldə edənlərdən olmaq üçün aşağıdakı linkdən sifariş verin: https://bit.ly/3LUGQaM

    Əlaqə:
    📱 +994 55 8434131
    📱 +994 99 8434131
    ✉ info@taim.edu.az
    📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6

    miq #sertifikasiya #kurikulum #metodika #pedaqogika #müəllim

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Çərpələng və qarışqa”

    Çərpələngin üstündə
    Göyə qalxdı qarışqa.
    Ucadan dörd tərəfə
    Baxdı, baxdı qarışqa…

    Ürəyinin başında
    Neçə arzu közərmiş.
    –Oy, dünya nə böyükmüş,
    Oy, dünya nə gözəlmiş!!!
    Yarpaq kimi əsirəm
    Göydə həyəcanımdan.

    Fotoaparat olaydı
    Kaş ki, mənim yanımda.
    Kameraya salaydım
    Uca göylərdən yeri.
    Gözəl-gözəl şəkillər
    Çəkib, dönəydim geri…

    08.12.2013

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Nəğmə”

    Nə zaman ki, təklənirsən,
    Gözlərindən yuxu qaçır.
    Nə zaman ki, təklənirsən,
    Dərd sənə dərdini açır.

    İçin-için ağlayırsan,
    İçin-için inləyirsən.
    Ürəyin nəğmə oxuyur,
    Həyəcanla dinləyirsən.

    Nəğmə həyat sevgisidi,
    Nəğmə ilahi nəfəsdi.
    Sənə həyan olmaq üçün
    İçindən boylanan səsdi…

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”El arxa sırada adam axtarır…”

    İnsanmı yerini bilməyən insan?
    Niyə duz səpirsən köhə yaraya?
    Layiq olmadığın yerdə durursan,
    Özünü dürtürsən ən ön sıraya…

    Daldan atılan daş dəyər topuğa,
    Yolunu azanda arx,
    ada qalır.
    Görünmək istəyən keçir qabağa,
    Görmək istəyənlar
    arxada qalır…

    Ümid çiçəkləri saralıb solmur,
    Cahilər sürüsü eli qorxudur.
    Önə dürtülənə güvənmək olmur,
    Arxada duranlar elə arxadır…

    Yenə əl qatmısan özün özünə,
    Tutub çəkən yoxmu sənin noxtanı?
    Heç baxan da yoxdu sırtıq üzünə,
    El arxa sırada adam axtarır…

    20.01.2022

  • Şəfa VƏLİYEVA.”Şairi sevməzlər, oğul!”

    Şairi sevməzlər, oğul,
    Şeirləri yaman olar, söyərlər…
    Şeirləri yaxşı olar, söyərlər…
    Yolda görsə lap dünənki sevdiyi
    Gözündən bircə baxış atar şair tərəfə…
    Uzanar bir şairçün Tanrı verdiyi
    Bircə an…
    Olar yüzillik məsafə…
    Şairi sevməzlər, qızım…
    Ona sevgi şeiri yazmazlar, yazdırarlar…
    Onu dəli sevdaların
    Yollarında azdırarlar…
    Şairi sevməzlər, anam…
    Cibinə 3 manat pul qoyan olmaz,
    Bir kitabı on beş nəfər oxuyar,
    Bir öynəlik doyan olmaz…
    Şairi sevməzlər…
    Sevməzlər, özüm…
    Şairi aldadarlar uzağı;
    “Şairsən” deyərlər…
    “Sevirik” deyərlər…
    Bir də “şeirlərində
    Ölürük” deyərlər…
    Ama sevməzlər, oğul…
    Qızım,
    Anam,
    Özüm…
    Sevməzlər…

  • Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”

    Bir dərd tapdım geyindim,
    Boyumdan yekə çıxdı…

    Soyunmağa ərindim…
    Boyum da heçə çıxdı…
    Yamanmış əl uzadan
    Dərd bozardan donuma…
    Tanrıymış
    ən uzaqdan
    Sevda yazan sonuma…

    Bu gün sonuncu dəfə
    Sevələdim adını…
    Sən demə, “son” özü də
    “Ilk”in məşum qadını…
    Tanrı, insafın olsun,
    Adam unudularmı?
    Eh…
    Hanı telefonum?
    Məni axtaran varmı?…

  • Xalq şairi Vahid ƏZİZ.”NƏ CÜRƏ?”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    İnciyib gedən gözəlin
    könlünü alım nə cürə?
    həsrətimi gözlərinin
    yadına salım nə cürə?

    Məncə-çətin rəhmə gələr,
    kömək edin,xatirələr!
    yazıq ürək-bu gözəllər
    olarmış zalım nə cürə!

    Görüş keçər aydan-aya,
    qışdan-qışa,yaydan-yaya,
    sanki-yadam,salmaz saya-
    olar əhvalım nə cürə?

    Nə gedəndə yola salar,
    nə dönəndə qarşılayar.
    onsuz qalsam xatırlayar
    elim,mahalım nə cürə?

    Bu məkrin sonu nə olar?
    dirəşsəm-qiyamət qopar!
    cavabın nə cürə tapar,
    ona sualım… nə cürə?

  • Xalq şairi Vahid ƏZİZ.”Tanrının mələkləri”

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    Tanrı mələklərinin
    mənnən olmaz işləri.
    ruhlara tərgitdirir
    bəd olan vərdişləri,

    Fəryadı odan çıxır
    yerdə ev yıxanların,
    gözlərindən qan axır
    Haqqa xor baxanların,

    Allah adamlarıyla
    onların işi olmur,
    bilirlər-belələri
    mərddi,nakişi olmur

    Tanrının mələkləri–
    burdan suçsuz gedənlər,
    Dərgahda da sevilir
    yerdə qəlbən sevənlər,

    Tanrının mələkləri
    ruhlara elm öyrədir,
    həlbət görən olub ki,
    Dərgahdan söhbət gedir…

  • Xalq şairi Vahid ƏZİZ.”Yağış…”

    Mışıl-mışıl körpə yatır,
    yağış,bir az yavaş danış,
    ildırım səsini batır,
    bilək yağır yağış,danış.

    Ələn Vətən çöllərinə,
    çaylarına,göllərinə,
    çiçəklərin özlərinə
    vura-vura naxış,danlş,

    Varam-həlim nəfəsinə,
    yağ susuzlar qəfəsinə,
    yağış,səni nəğməsinə
    bülbül sansın alqış-danış!

    Sevilənsən hər fəsildə,
    oxuyarsan bəmdə,zildə,
    bildirkitək yağ bu il də,
    neçə orman yanmış,yağış…

  • Xalq şairi Vahid ƏZİZ.”Sevgi-Fələk oldu”

    Yanmadan kül oldu saçın kömürü,
    hicranın zindanı canımı sıxdı,
    yaşaya bilmədim adicə ömrü-
    sevgi-Fələk olub evimi yıxdı.

    Getməyin leysanlar axıtdı gözdən,
    gəlişin bir şirin yuxu kimiydi,
    vüsalın gen düşmüş Vahid ƏZİZdən
    ümmanda bir qarşı yaxa kimiydi.

    Zirvəydim-içimdə qopdum,
    ovuldum,
    yanlız xoşdəxtmişəm körpəliyimdə,
    yadların dilinin əzbəri oldum,
    yar könlün almadı
    şairliyim də…

  • Xalq şairi Vahid ƏZİZ.””YÜZDƏN” SONRA…”

    Mənə “Yüz il” arzulayan,
    nə olacaq “Yüzdən” sonra?
    yada salıb xatırlayan
    nə salacaq “Yüzdən” sonra?

    Daha mənə,dost,o zaman
    fərq eləməz dağla-aran,
    qurudunsa–Can aparan
    nə alacaq “Yüzdən” sonra?

    Lap-yerində qalsın huşun,
    yaşıdı ol kor bayquşun,
    həmsöhbətin,ya tay-tuşun
    kim olacaq “Yüzdən” sonra?

    Çəkil,get üzüyumuşaq,
    inan mənə; oğul-uşaq
    səndən canın qurtarmağa
    çalışacaq “Yüzdən” sonra!

    Cana hər cür azar gələr,
    son bahartək yazlar gələr,
    tiftiklənmiş astar gələr
    didiklənmiş üzdən sonra!

    Nə minməli belin qalar,
    nə pul verən əlin olar,
    adın eldə bəd hallanar,
    (kül atılar közdən sonra).

    Get…yansınlar boş yerinə,
    çəkil,uzaqlaş-Yerinə,
    ağlayanda-yaş yerinə
    nə gələcək gözdən-sonra?

    Yaşananlar-qismətimiz,
    qorunmalı hörmətimiz,
    gedək,abır-ismətimiz
    gedə bilər üzdən–sonra.

    Basa-basa səbrimizi,
    qələm qazar qəbrimizi,
    Vahid ƏZİZ,qədrimizi
    ellər bilər bizdən sonra,
    yaşamağın nə ləzzəti
    “Yüzdən” sonra?
    16,04,2022.

  • “Ozan dünyası” jurnalının növbəti nömrəsində..

    2010-cu ildə nəşrə başlayan və bu ildən fəaliyyətini “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri kimi davam etdirən “Ozan dünyası” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, ənənəsinə sadiq qalan jurnalın bu nömrəsində ozan-aşıq sənətinə və görkəmli ustad aşıqlara həsr olunmuş elmi və elmi-publisistik yazılar yer alıb. Oxucular bu nömrədə Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş iki elmi məqalə – professor Vidadi Orucovun “Aşıq Ələsgər fəlsəfəsində kamil insan tərbiyəsi” və Moskvada yaşayıb fəaliyyət göstərən professor Ələddin Allahverdiyevin “Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar”, Xalq şairi Zəlimxan Yaqubun ustad aşıq Kamandar Əfəndiyev haqda vaxtilə yazdığı “Bu gün hər dəqiqə onun yeri görünür”, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Şirvan bülbülü – Aşıq Şakir Hacıyev”, gənc tədqiqatçı Araz Yaquboğlunun “Aşıq Abbasəli Nəzərov” kimi məqalələri, eləcə də ustad aşıqlarımızın həyat və yaradıcılıqlarından bəhs edən digər yazılar və onların poetik yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.

    Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

  • Xalq yazıçısı Ənvər Məmmədxanlının “Bakı gecələri” (Povest) adlı kitabı işıq üzü görüb

    “Bakı gecələri” povesti Bakının tarixinə, təbiətinə, adət-ənənələrinə köklərindən qopmamış, milli hisslərini diri saxlamağı bacaran, realist sovet yazıçısının özünəməxsus və fərqli baxışı hesab edilə bilər.
    Dağ kəndindən ali təhsil almaq üçün Bakıya üz tutan bir gəncin təbəddülatları, müşahidələri, daxili katarsisi, imkansız sevgisi, yazıçının olduqca oxunaqlı və maraqlı üslubu ilə oxucuya təqdim edilir. Ənvər Məmmədxanlı çağdaşı olan sovet gəncliyinin Bakıya heyranlığını emosiyadan uzaq, realist çalarlarla təsvir edir. Və oxucu istər-istəməz xəyalında o illərin neft qoxulu, xəzrili, gilavarlı Bakısını canlandırır.

  • Xalq şairi Vahid ƏZİZin yeni kitabı Dövlət Mükafatı üçün təqdim olunub

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Vahidin Əzizin yeni işıq üzü görmüş kitabı Dövlət Mükafatları Komissiyasına təqdim olunub.

    Xatırlaadaq ki, geniş oxucu auditoriyasının rəğbətini qazanmış gözəl, lirik şeirlər müəllifi Sevimli Xalq şairimiz Vahid Əzizin zəngin bədii yaradıcılığı Qardaş Türkiyə Cümhuriyyətində də böyük maraqla tədqiq olunur, müxtəlif mədəniyyət və ədəbiyyatyönümlü dərgilərdə dərc olunur.

    Minlərlə oxucunun könlünə yol tapan görkəmli şairimiz Vahid ƏZİZ, həqiqətən də, Azərbaycan Dövlət Mükafatına layiq görüləsi söz sənətkarlarımızdan biridir. Çünki uzun illərdir ki, müəllifi yorulmaq bilmədən ədəbiyyatımızın inkişafı, forma-məzmun, bədii sənətkarlıq baxımından daha da zənginləşməsi üçün yorulmaq bilmədən çalışır.

    Mənsub olduğu xalqın qədim tarixi ənənələrinə sadiq qalaraq, milli və ümumbəşər dəyərləri öz əsərlərində ehtiva edən şairimiz Vahid ƏZİZ son dövrlərdə yaradıclığındakı yeniliklərə, ədəbi-bədii ictimaiyyət nümaəyəndələri arasında qazandığı nüfuza görə ən məhsuldar şairlərimzin sırasında birinci yerdə qərar tutub.

    Ömrü boyu doğma AZƏRBAYCANIMIZI tərənnüm etməkdən, vəsf etməkdən yorulmayan müəllif, həm də gənc nəslin təlim-tərbiyə olunmasında misilsiz xidmətlər göstərmişdir.

    Son zamanlar dünyada baş verən olaylara göstərdiyi qərəzsiz mövqeyi ilə seçilən şairimiz, ən yüksək dövlət mükafatlarına layiqdir. Ən azı ona görə ki, müəllif-Ustad sənətkar özünün bənzərsiz yaradıcılığı ilə hələ Sovet hakimiyyəti dönəmində oxucuları tərəfindən qəlblərdə əbədi taxt qurmuşdu.

    Gənclik çağlarından etibarən tükənmək biləməyən enerji və şövqlə biz oxucuları hər dəfə yeni əsərləri ilə tanış etməkdə davam edir. Xalqmızın. milətimizin tarixi keçmişi, o cümlədən gələcəyi ilə bağlı fikirlərini də öz əsərlərində diqqətə çatdırır.

    Xalq şairimiz Vahid ƏZİZin Azərbaycan Dövlət Mükafatına layiq görülməsi uzun illərin çəkilən zəhmətin, yuxusuz gecələrin bəhrəsi olacaq. Bu yolda Ustadımız, lirik ictimai-siyasi, fəlsəfi şeirlər müəllifi, Xalqımızın şairi Vahid ƏZİZə yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirik!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi

  • Gülnar SƏMA.”Şuşa Çanaqqaladır!”

    Şuşa

    Şuşa – İstanbul fəthi,
    Şuşa – Çanaqqaladır.
    Şuşa – özünə dönüş,
    Şuşa – başa bəladır.

    Şuşa

    Şuşa – İstanbul fəthi,
    Şuşa – Çanaqqaladır.
    Şuşa – özünə dönüş,
    Şuşa – başa bəladır.

    Şuşa – Metexan dərsi –
    Atilla imtahanı.
    Şuşa türkün gücüylə,
    Silkələdi cahanı.

    Şuşa – Borçalı yolu,
    Şuşa – Təbriz qoludur.
    İrəvandan alınan
    Göyçənin qan puludur.

    Birliyimin yolunda
    Böyük lağımdır Şuşa.
    Qarabağ – Azərbaycan,
    Qarabağımdır Şuşa.

    Qardaşım

    (Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf edirəm)

    Murova könül verdin,
    Silahından gül dərdin.
    Düşməni yerə sərdin,
    Mənim əsgər qardaşım.

    Od-alovdan keçirsən,
    Qarabağa uçursan
    Zəfərə yol açırsan,
    Mənim əsgər qardaşım.

    Döyüşürsən ilk gündən,
    Yerin cəbhədə – öndə.
    Şuşa umuruq səndən,
    Mənim əsgər qardaşım.

    Türkə tarix yazırsan,
    Düşmənləri əzirsən,
    Qələbəyə hazırsan,
    Mənim əsgər qardaşım.

    Qələbəni öpüm mən,
    Gözlərimə təpim mən.
    Yoluna gül səpim mən,
    Mənim əsgər qardaşım.

    Döyüşçü ailəsi

    (Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizin ailələrinə ithaf edirəm)

    Ürəyindən
    bir döyüşçü anasını
    bağrına basmaq keçər.
    Baxarsan ki,
    bu elə sənin öz anandır.

    Ürəyindən
    bir döyüşçü atasına
    qulaq asmaq keçər
    Baxarsan ki,
    bu elə sənin öz atandır.

    Ürəyindən
    döyüşçü balalarını qucaqlamaq keçər.
    Baxarsan ki,
    bu elə sənin öz qardaşının balalarıdır.

    Ürəyindən
    bir döyüşçü qadınına
    sarılmaq keçər.
    Baxarsan ki,
    bu elə sənin qardaşının yoldaşıdır.

    Ürəyindən
    bir döyüşçü qardaşının
    əlini sıxmaq keçər.
    Baxarsan ki,
    bu elə sənin doğmaca qardaşındır.

    Ürəyindən
    bir döyüşçü bacısının
    gözünə baxmaq keçər
    Baxarsan ki,
    bu elə sənsən.

    Və ürəyindən
    bir döyüşçü keçər.
    Baxarsan ki,
    O, həmişə sənə
    BACIM – deyən döyüşçüdür.

    Mənbə: https://www.xural.com/

  • Ədəbiyyatşünas-alim Gülnar SƏMA.”Çağdaş Azərbaycan gerçəklikləri Fikrət Qoca poemalarında”

    Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb.

    Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik.

    Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması “Ol”- dedin kainat oldu”- sətirləri ilə başlayır. Göstərilir ki, Adəmlə Həvvanın tanrının sözündən çıxaraq cənnətdən qovulmasının cəzası bu günə qədər davam edir. Hələ də insanlar süni cənnətlər yaratmağa can atırlar. Əsərdə bir ideya diqqəti çəkir. Allah bir insan yaratdısa, sonralar bu çoxmillətlilik necə meydana çıxdı?! “Dünyanın hər yerində eynidi it, at, donuz! Amma insan türkdü, rusdu, farsdı” sətirləri ilə bu müxtəlifliyə işarə edilir. Poemanın məğzi ondan ibarətdir ki, böyük dövlətlər kiçik dövlətləri, böyük xalqlar kiçik xalqları yer üzündə cənnət qurmaq adıyla məhv edir. Şairin də amalı bunları müasir insana çatdırmaqdır.

    Əsərdə tanrı və onun insan həyatında rolu məsələsi də qoyulub. Müəllifin fikrincə, insan özü bir dara düşməyincə yadına düşmür ki, tanrı da təkdir. Bəzən yazarın ziddiyyətli mövqeyi ortaya çıxır. Həm tanrının yazdığı yazıya, taleyə inam var, həm də “Hər kəsin şərəfi, şöhrəti Özünün ağlı qədərdi…” qənaətinə gəlinir. Sonra xalq olaraq düşdüyümüz mənəvi böhranların kökləri axtarılır, başqa millətlərlə müqayisələr aparmaqdansa, vahid Azərbaycan olmaq istəyənlərin olmamasından gileylənir. Şair qonşu dövlətlərin yardımını dəstəkləsə də, el məsəlini xatırladır ki, “qonşu işığına umud olan qaranlıqda qalar”. Özün əkib-becərməsən başında turp əkəcəklər deyə xəbərdarlıq edir. Müəllif “millət” və bu sözün tərkibindəki “illət” sözünə də açıqlama gətirir. Hər iki sözün izahı fonunda inkişaf və məhvə yuvarlanmaq anlayışlarını izah edir. İllət o zaman başlayır ki, min il əvvəl olmuş İmam Hüseyn müsibətinə başına, döşünə qara bağlayıb yas saxlayan xalq öz Qarabağ dərdinə, əsirlikdə olan qızlara, gəlinlərə, körpələrə yas saxlamır. Mükəmməl bir təzadla əsl mətləbini çatdıra bilir: “Fatimeyi-Zəhra bu günümüzü görsəydi, balalarını unudub dərdimizə şaxsey deyərdi”. Bizsə, öz fəlakətlərimizin fərqində deyilmişik kimi, özümüzü xoşbəxt göstərməyə, başqalarına təsəlli verməyə meyl edirik. Bu yerdə müəllif milli düşüncədən irəli gələn bir deyimi xatırladır: “Türklər gözünüzdə yaş qalıbsa, öz halınıza ağlayın- deyərdi”. Şairə təsir edən odur ki, indi biz bəşəriyyətin diqqətini özümüzə yönəldib, bizim problemlərin həllinə çağırmaqdansa, elə hey başqalarının fikrini çəkirik. Sona yaxın müəllif vətənimizin ikiyə parçalanmasına da toxunur. Əsər boyu ilk insanın cənnətdən qovulmasından sonra törədə biləcəyi cinayətlər Azərbaycanın timsalında göstərilir. Yəni cənnətdən məhrum edilmiş insanlar Azərbaycan kimi bir məmləkəti də cənnət olmaq şansından məhrum edirlər. Şair sonda belə qənaətə gəlir ki, “Cənnətdən qovulmaqdı, bəlkə, insanın uğuru”.Ola bilsin ki, bu uğur sözünün  alt qatlarında müəllif ironiyası dayanır.

    Onun 2011-ci ildə qələmə aldığı “Bakı-Quba yolu” poeması müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr edilmişdir. Əsər nikbin əhval-ruhiyyə ilə lirik notlar üzərində yazlıb. Bakıdan Qubaya yol alan şairi yollarınyol alan şairi yolların təmiri çaşdıracaq dərəcədə sevindirir. Bölgələrdəki quruculuq və abadlıq işləri onu heyran qoyur, “Təzə Heydər muzeyi yeni bir Tacmahaldı” fikirləri ilə heyranlığını ifadə edir. Xınalığın abadlaşıb göz oxşaması bir vətəndaş olaraq şairi fərəhləndirir. Müəllif həmin yolların bərpasına belə bədii məna verir: “Yol keçmişdən gələndi, Gələcəyə gedəndi”. Şair xüsusi olaraq xatırladır ki,keçmişdən gələn yol XX əsrin əvvəllərində ermənilərin Qubada törətdikləri qırğınlarla kəsişir. Həmin vəhşiliyin başında duran Lalayanın əməllərinə lənət yağdırılır. Bütün bu zülmlərə rəğmən Azərbaycanın dünyada özünü təsdiqləyə bilməsi güclü vətəndaşlıq pafosu ilə çatdırılır. Müəllif Lalayan oğlu Balayana üz tutur ki, “Gəl Milli parkı dolan, Öz içində alış, yan”. Azərbaycanın göz önündə olan inkişafını gör və böhtan dolu yazdıqlarından utan. Əsərin yekunu da nikbin sonluqla bitir, Zəfər yürüşünə hər an hazır olduğumuza əminlik ifadə olunur.

    Müəllifin 2010-cu ildə yazılmış “Qəbələ” poeması da kiçik parçaların bir mövzu ətrafında cəm olunması yolu ilə qələmə alınıb. Əsərin ilk başlanğıcında məlum olur ki, şair yayın istisindən baş götürüb Qəbələyə qaçır. Lap uşaqlıq yaddaşında qalan Dürca, Qəmərvan yaylağını xatırlayır. Lakin Qəbələyə bu yaşında verilən qondarma adı olan Qutqaşın xoşuna gəlmir. Bölgəyə sonrakı gəlişi şairi sözün yaxşı mənasında təəccübləndirir. Onun palçıqlı və keçilməz kimi tanıdığı yollar indi tamamilə abadlaşıb. Həmin yolların baxımsız vaxtlarında şair də gənc idi. Lakin indi qocalığını soyadı ilə boynuna alan şair ömrünün bu çağlarını Qəbələdən uzaqda, Bakıda 13-cü mərtəbədə yaşamasına sanki təəssüflənir. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı belə xarakterizə edilir: “Musiqi ulduzları bütün dünyadan gəlib Qəbələdə sayrışır”. Nəvəsi ilə rayonun müasirliyinə heyran qalan şair etiraf edir ki, “burda eyni zamanda dörd fəsil yaşayırdı”. Son bölüm olan “Bizim eradan əvvəl” adlı hissədə Qəbələnin qədim tarixindən söz açılır. “Torpağın arxivindən durub ayağa qalxır ən qədim – yeni şəhər” sətirləri ilə Azərbaycanın qədim şəhərlərinin müasir sivilizasiya ilə uyğunlaşa bilməsinə sevinir.Poema gənc ölkəmizin səadətinə yazılmış himn təsiri bağışlayır.

    Şairin “Dörd addım” poeması 2008-ci ildə yazılmışdır. Əsər təhnalığın şikayətləri ilə başlanır. Dörd addım sanki yalnızlığın ölçü vahididir. Sonra isə ümumi yaşamdan gileylər hiss olunur. Yaxın dost-tanışdan narazılıq edilir. Ehtiyacı olan anlarda yanında olmadıqları üçün onları qınayır da. Birdən əsərin axarında dəyişiklik yaranır. Lirik qəhrəmanın tanrıya şükranlığı başlayır. Özü-özünə etiraflar edir: “Hikkəm zindan olubdu mənim yazıq ağlıma”. Hətta hansısa qeyri-müəyyən ölümdən söz açılır. Qatil olduğunu da etiraf edir. Məlum olur ki, dörd divar elə zindanın rəmzi simvolu imiş. Bəzən ora qanunu və ədaləti qorumaq üçün addım atanda da düşmək olur. Bu poemanın lirik qəhrəmanı da polis işləyərkən bir harın biznes adamını öldürdüyü üçün həbsxana divarları arasında düşüncələrə dalmağa məhkum edilmişdir; “Bu dörd divar daş deyil, Daşa dönmüş səbirdi” misraları ilə əsər tamamlanır. Bu sətirlərdə itirilmiş azadlığın susmağa məhkum olunmasının faciəsi nümayiş olunub.

    Fikrət Qocanın “Gərək bu günləri görəydin özün” poeması ulu öndər Heydər Əliyevin səksən beş illiyinə ithaf edilib. Şair poemanın əvvəlində zaman haqqında fəlsəfi düşüncələrini bəyan edir. Nəhayət, bəlli olur ki, “hər min ilin sonunda Allahımız əzəldən bu millətin səhvini, Qamətini düzəldən bir xilaskar göndərir”.Təbii ki, Allah bu millət üçün həmişə dəyərli insanlar göndərib, amma “Min-min gələn insandan Birisi Heydər olub”. Şair qəhrəmanının uşaqlıq illərini, Naxçıvanda doğulmasını və qeyri-adi bir insan kimi həyata atılmasını böyük coşğu ilə oxucusuna çatdırır. Heydər Əliyevin “Kommunist imperiyasının olimpinə ucaldı”ğını ən böyük insani uğur hesab edir. Onun bir müsəlman, bir türk olması ruslar üçün bir göz dağı, bir görk olduğu da vurğulanır. Qeyd edilir ki, Heydər Əliyevin bu ucalığını biri bacarığa, biri bəxtə yozur. Yolunu kəsmək üçün hər cür hiyləyə əl atırlar, bu da mane olmayanda canına da qəsd etməyə hazır olublar. Lakin o, mümkünsüz işləri görməyə adət eləmişdi. İmperiya çökən zaman ailəsini qorumağı da bacarır. Bir səhər çağı Naxçıvana qayıdır və xalqının imdadına çatır. Azərbaycanı stabil inkişaf yoluna çıxarır. Şair poemaya epiloq kimi on il əvvəl yazdığı “Ata” şeirini əlavə edib.

    Onun “Şəhidlər Xiyabanı” poeması yeddi yarımbaşlıqdan ibarətdir. Poema bütövlükdə Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunub. Elə əsərin əvvəlindən qəhrəmanının müxalif olduğu anti-insanlıq təsvir edilir. Fikrət Qoca Çingizin əzəmətli obrazını canlandırmaq üçün onun şəxsiyyət bütövlüyünü təqdim edir: “Kürsü əvəzinə dırmaşıb öz hövsələsinə çıxmışdı”. Şair o cəsur insanın cəsarətini qabartmaq üçün bu misraları yazır: “Altdan kəfən geyinmişdi, üstdən əzik-üzük paltara bənzər bir şey”. Ç.Mustafayevin vətənin dar günündə olan çağırışına Nübar xala da qoşulmuşdu, lakin oğullar buna razı olmamışdılar. O, Nübar xalanın çağırışına tənə edərək həmin qadını “saçı uzun, ağlı gödək” hesab edən deputatların tənəli cavablarını da vermişdi. O da qeyd edilir ki, Çingiz başında başından bahalı papaq gəzdirənlərə Qarabağ lazım olmadığını sübut edir. Çünki Çingiz rəsmən peşə sadiqliyinə and içən jurnalistlərdən deyildi. Onun şərait tələb edəndə bu yolu könüllü seçməsi alqışla təqdim olunur. Müəllif onun hönkürə-hönkürə Xocalı soyqırımında başı soyulmuş, gözü oyulmuş meyitləri, goreşən kimi eşilib pis günə qoyulmuş körpələri lentə almasını həm də ermənilərin amansızlıqlarını tarix unutmasın deyə xatırladır. Tarixin səhvləri də göstərilir ki, o cür qətliama baxmayaraq rəsmi Bakı radioda iki nəfərin öldüyünü xəbər vermişdi. Sonra şair onun Laçında apardığı çəkilişlərdən bəhs edir. Çingiz döyüş meydanını tərk edib qaçanları geri çağıranda balaca dəstənin böyük komandiri onu ələ salır. O isə cavabında bildirir ki, mən də Nübar xala kimi qadınları ön cəbhədə aslan ürəkli oğullarımız olduğuna əmin eləmişəm. Əvəzində isə sizin kimi qorxub qaçanları görürəm. Əsərin ən dramatik məqamlarından biri də odur ki, ona bir xalqın döyüş tarixini bu cür biabırçılıqla lentin yaddaşına köçürmək ağır gəlir. Poemanın sonluğu çox təsirli bitir, həmişə özündən qabaqda olub döyüşü çəkən kamerası, indi vurulmuş Çingizi çəkirdi. Əsər belə yekunlaşır ki, “Çingiz kimi vətəni candan artıq sevməkdi qəhrəmanlıq”. Bu qəhrəmanlığın fövqündə çağdaş insanın vətəndaşlıq mövqeyi nümayiş olunur.

    Göründüyü kimi, Fikrət Qocanın da poemalarının əsas mövzusu müasir Azərbaycanın gerçəklikləridir. Bu gerçəkliklər çağdaş əsərlərin çağdaş qəhrəmanlarının simasında özünü göstərir.

    Gülnar SƏMA

    Mənbə: https://525.az/

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİN AZƏR XANLAROĞLU HƏQİQƏTİ”

    Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi bir neçə ay ərzində aşıq sənəti böyük itkilərlə üzləşdi. Sazın-sözün böyük cəfakeşi, özü də bu dünyadan vaxtsız getmiş Xalq şairi Zəlimxan Yaqubun sözləri ilə desək, bu sənətkarların varlığından “nə qazandı, sazın ömrü qazandı, nə itirdi, Azərbaycan itirdi!”Bu sənətkarların hər birinin dünyalarını dəyişməsi sənət üçün, bütövlükdə mədəniyyətimiz üçün böyük itkidir. Azər Xanlaroğlunun vaxtsız ölümü isə doğmaları, yaxınları ilə yanaşı, bütün sənətsevərlərin qəlbini ikiqat göynətdi. Həmin gün təkcə Azəri yox, Xanlar Məhərrəmovu da yenidən itirdik sanki… O Xanları ki, şirin ləhcəsi, xoş avazı ilə zili bəmə, bəmi zilə bağlayıb könüllər ovsunlayardı. Yaxın dostu və sənətinin vurğunu, vurduğu xalların, güllərin heyranı olan Zəlimxan Yaqub da nahaqdan demirdi ki, “ya saz öldürəcək, ya Xanlar məni”. Həmin gün bir ailə ikinci böyük itkisi ilə üzləşir, sənət mülkü son iyirmi ildə bir ailədən çıxmış ikinci böyük sənətkarla vidalaşırdı.Amansız ölüm “havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri” olan Xanları da vaxtsız almışdı əlimizdən. Amma heç olmasa onda bir təsəllimiz – Aşıq Xanlar ocağının və sənətinin davamçısı Azər vardı. Elə o vaxtlar Zəlimxan Yaqub da Azərin gələcəyinə böyük ümid bəsləyərək yazırdı: “Bu gün mənim üçün ən böyük təsəlli odur ki, Xanların ocağı sönmədi. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xanlaroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə, çox ləyaqətlə davam etdirir. Hər dəfə Azərə qulaq asanda gözümün yaşını saxlaya bilmirəm. Xanlar gəlir durur gözlərimin qabağında. Boyu-buxunu da, çalğısı-havacatı da, ləngəri-təmkini də Aşıq Xanlardı ki, Aşıq Xanlardı”. Və Zəlimxan Yaqub bunu bir ata üçün, sənətkar üçün böyük xoşbəxtlik sayır, Aşıq Xanları da sözün əsl mənasında xoşbəxt taleli sənətkar adlandırırdı. Aşıq Xanlar bir ata və sənətkar ömrünü övladının – Azərin ömründə yaşayırdı.Azər sənətdə çox erkən parlamış, bənəzərsiz ifası ilə sənətsevərlərin könlünə yol tapmış və hamıya məlum həqiqəti bir daha sübut etmişdi ki, doğrudan da, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşmış, sorağı ölkəmizin hüdudlarını aşmışdı. Gənc aşıqlar arasında özünəmxsus bənzərsiz ifası ilə fərqlənir, təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə də tanınıb sevilirdi.Respublikamızda keçirilən bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xarici ölkələrdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil etmişdi. Azər Xanlaroğlu 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi və Birliyin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirdi.Azəri sevdirən istedadı, sənətdə özünəməxsusluğu – könüllərə od vuran sazı, hər havada vurduğu zərif xallar və incə döndərmələrlə yanaşı, həm də onun səmimiliyi, təvazökarlığı, böyük-kiçik yerini bilməsi, dünya malında gözü olmaması idi. Özünün və sözünün yerini bilən idi, heç vaxt sənəti ucuz tutmazdı. Son illərdə səhhətində problemlər olsa da, mümkün qədər öz ağrılarını başqalarına yük etməməyə çalışırdı. Həmişə şən, pozitiv əhval-ruhiyyədə görsənirdi. Amma xəstəlik öz işini görməkdəydi. Gördü də… 2018-ci il may ayının 12-də Azərsevərlər üçün səhər qara xəbərlə açıldı. O gün sənət bağçasının güllərini şaxta vurdu, şirin avazı ilə könüllər oxşayan bir bülbülün ötən səsi, sazımızın şah pərdəsi qırıldı, tellər, simlər “Azər bu dünyadan köçdü” deyib, haray çəkdi. Amma Azər sadəcə dünyasını dəyişdi, ölmədi, ölümsüzlüyə qovuşdu.Çünki onun ömrü ölməz olan bir sənətin ömrüdür, gündən-günə çeşmələnən, çaylanan bir danılmaz həqiqətin ömrüdür! Həqiqət isə heç zaman ölmür. Sənətin Azər Xanlaroğlu həqiqəti də zaman-zaman yaşaycaq.


    Musa NƏBİOĞLU

    Azərbaycan AşıqlarBirliyinin katibi,Əməkdar Mədəniyyət İşçisi

    Mənbə: https://adalet.az/