Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti