Post Views: 105 Öləndə… Öləndə kəfənim ikiqat olsun,Mən həm o tayınam, həm də bu tayın.Qoy bütün dünyaya belə yayılsınÖləndən sonra da birlik harayım. Öləndə kəfənim ikiqat olsun,Ruhum o taydadır, qəbrim bu tayda.Dözümlü xalqıma heykəl qoyulsunOrtadan qurumuş bir dəli çayda. Bir gün xalqım üçün şairləşəndə,Şair torpağıma quylanacağam.Vətən birləşəndə,Xalq birləşəndəMən də öz qəbrimdən boylanacağam. Daha Dərdi dərd …
Ədəbi tariximizdə və taleyimizdə Heydər Əliyev – Elnarə AKİMOVA
Post Views: 125 Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş şəxsiyyətdir. O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Hakimiyyətdə olduğu bütün dönəmlərdə ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan …
Heydər Əliyevin Cənubi Azərbaycan sevgisi və ağrısı – Elnarə AKİMOVA
Post Views: 88 hamıdan dinlərkən vəsfini Sənin… B.Q.Səhənd Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin tariximizin bütün mərhələsində atdığı addımlar taleyüklü məsələləri ehtiva edir. O, hər zaman, hər dövrdə gördüyü işlərə xalqın milli dəyərlərinin dirçəlişindən başladı və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast oldu. Böyük sənət abidələri, böyük söz ustadları, böyük ədəbi …
Xalq şairi Rəsul RZA.Təbriz – gözəl şəhər! (Şeirlər)
Post Views: 110 *** Təbrizin yolları oyum-oyumdur, Yanıq dağdan qalxan duman olaydım! Həsrət könüllərdə ümid olmasam, Heç olmazsa, zəif güman olaydım! 1959 Təbrizim mənim Balaş Azəroğluna Laylası məhzun, Nəğməsi məhzun. Həsrəti ömründən uzun, Karvandan üzülmüş ağ dəvəsi. Gözlərində böyük ümidin uzaq töhfəsi Neçə evinin küçə divarı kor. Dodaqları quru, bulaqları gur. Arzularında qançır, qamçı. Kədəri …
Diqqət, müsabiqə! Qısa Hekayələr – Böyük Duyğular!
Post Views: 118 Ölkəmizdə “Qısa Hekayə” müsabiqəsinin keçirilməsi barədə məlumat almışıq. Təşkilatçıları “Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP-nin Qadın Qolları, “Güftə” ədəbiyyat dərgisi və Yunus Emre İnstitutu olan müsabiqənin məqsədi qısa hekayə janrına diqqət çəkmək və yaradıcı qələm sahiblərini bu sahədə təşviq etməkdir. Qaliblər üçün mükafatlar və seçilmiş hekayələrin yayımlanması nəzərdə tutulur! Ədəbiyyata marağı olan hər kəs müsabiqədə …
Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Firudin İbrahimi”
Post Views: 76 “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi ilə bağlı Mirzə İbrahimovun 1949-cu ildə qələmə aldığı və “Kommunist” qəzetində dərc olunmuş məqaləsi (İxtisarla) Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır. Həmin qəhrəmandan soruşurlar: “Bir neçə dəqiqə sonra öləcəksən, niyə sevinirsən?”. O: – Bu az qalan ömrümü nə üçün qəm-qüssə içində keçirim? …
Xalq şairi Səməd VURĞUN.Bir varaqla tarixləri, utan, mənim qarşımda… (Şeirlər)
Post Views: 139 Yandırılan kitablar İran irticaçıları Azərbaycan dilində olan kitabları vəhşicəsinə yandırırlar Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar Min kamalın şöhrətidir, min ürəyin arzusu… Biz köçürük bu dünyadan, onlar qalır yadigar, Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu. Min kamalın şöhrətidir, min ürəyin arzusu… Yandırdığın o kitablar alovlanır… Yaxşı bax! O alovlar şölə çəkib şəfəq …
Xalq şairi Süleyman RÜSTƏM.”Cənub şeirləri”
Post Views: 183 Təbrizim Baxdıqca hüsnünə, doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzn ver, qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib… Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin, güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə… Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun …
Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”AZƏRBAYCAN”
Post Views: 88 Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan… Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinləAbad olub, azad olub mülki-İran, Azərbaycan! Bisütuni-inqilabda Şirin – vətən üçün FərhadKülüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan! Vətən eşqi məktəbində can …
Xalq şairi Süleyman RÜSTƏM.”Gün o gün olsun ki…”
Post Views: 172 Gün o gün olsun ki, qurtarsın dava,Dağılsın buludlar, açılsın hava!Alınsın düşməndən ömürlük qisas,Torpaq nəfəs alıb dincəlsin bir az!Silinsin ürəkdən, könüldən ağrı,Bir də tapdanmasın vətənin bağrı!Sağalsın yaralar, axmasın qanlar,Sevinsin insanlar, gülsün insanlar!
Xalq şairi Vahid ƏZİZ.”DAĞLARDAN…”
Post Views: 80 Hərkəsin dəyməz qədəmi,dolayları- daşlı, hamar,dağlar da kişilər kişilər kimi-təpəsi daz, tüklüsü var, Zürvədə nur cumar şərə,şeh düşər gül bitən yerə,gecə getmə meşələrə-canavarı, tülküsü var, Yadda qalmaz hər yazılan,yaxşı çalmaz hər saz alan,nə artandı, nə azalan-hər dağın öz ölçüsü var, Sevdim göydə söz tutanı-paxırlını, pas tutanı,çoxdu köksümdə yatanı;sözıərin də külçəsi var…
Xalq şairi Vahid ƏZİZ.”AŞİQLİK…”
Post Views: 80 Bir bədbəxtin bu gecə dəyuxusu qarışıq olub,gözəl-göyçək bülbül qalıb;gedib gülə aşiq olub, Eşq oynadar canı odnan,doğma edər özgə- yadnan,indi qan yaşlar axıdangülə-gülə aşiq olub, Ülkərdi- göylərdən enib,bilmir- bəxtin üzü dönüb!Ocaqda közü söndürüb-külək külə aşiq olub, Başı daşdan-daşa dəymiş,aman, Allah, eşq nəyimiş!Bülbül də Məcnun gündəymiş-şirin dilə aşiq olub…
Polad SABİRLİ.Yeni şeirlər
Post Views: 109 DÜŞÜNCƏLƏR “Üz göstərməyəsən yetim duyğuya”,Bükülü tutasan qucaqlarını.Elə gedəsən ki, şirin yuxuya,Bir əl sığallaya yanaqlarını. Qısılıb qalasan ömrün küncündə,Ölümün yadına düşməyəsən heç.Vurasan hər şeyi qulaqardına,Dərdin qazanında bişməyəsən heç. Şeytanın başına qaxınc olasan,Səni aldatmağa gücü çatmaya.Qorxunc görünəsən, qorxunc olasan,Aciz tanımaya, ucuz tutmaya… Sıxıb şirəsini çıxartmaq üçün,Sınağa çəkəsən dərdi bir azca.Quruca can desən, canında keçər,Bir …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”MƏNƏ HAQQ ŞAİRİ DEYƏN ŞAİRLƏRƏ SALAM OLSUN!”
Post Views: 82 “Dünyanın xoş üzü, sərt üzü burda,Sevinc üzü burda, dərd üzü burda.Haqq şairi Rafiq YusifoglununBərq vurur brilyant, dürr sözü burda…”Hafiz Rüstəm “Rafıq Yusifoğlu şəxsiyyəti, yaradıcılığı iləkönüllərdə taxt-tac qurmuş görkəmli şairimizdir.Belə yaradıcı insanlarımız indi tək-təkdi.”Zülfüqar Şahsevənli Mənə Haqq şairi deyən şairlərə salam olsun!Qəlbimizi nurlandıran bir ilahi kəlam olsun!Gəlsin xəbislər ordusu qorxumuz yox zərrə qədər,İman …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ŞAİR, NƏ GEC GÖRÜŞDÜK BİZ?”
Post Views: 84 ”Sizinlə rastlaşdığım üçün Allahıma minnətdaram. Mən Sizi çox, lap çox sevirəm. Sözün bütün mənasında. Hərdən ağlımdan özümün də qorxduğum bir fikir keçir: ”Şair, nə gec görüşdük biz?”Bir məktubdan Ürəyin yarpaq tək əsir,Eşqin bir kükrəyən dəniz.Qəlbindən bir nida qopdu:”Şair, nə gec görüşdük biz?” Dedin: – Naşükür deyiləm,Minnətdaram Allahıma, –Qarşıma Sizi çıxarıb,Son qoydu könül …
Azərbaycanlı yazıçı Xanım Anelanın “Fərəh və Əlcəfin Yumuş” adlı yeni kitabı nəşrə hazırlanır
Post Views: 121 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanlı yazıçı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Xanım Anelanın “Fərəh və Əlcəfin Yumuş” adlı yeni kitabı nəşrə hazırlanır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanlı yazıçı Xanım Anelanın “Piçıltı” (nağıllar) adlı yeni kitabl nəşrə hazırlanır
Post Views: 106 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Xanım Anelanın “Piçıltı” (nağıllar) adlı yeni kitabl nəşrə hazırlanır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Arzu HÜSYEN.Yeni şeirlər (2025)
Post Views: 212 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Melanxoliya Uzundur əcəlin əlləri, bil ki,Yapışar yaxandan qəfil bir gecə.Ölüm qeyri-adi durum deyil ki,Yaşamaq ölümdən qəlizdi, məncə. Çayım soyuduqca nəfəsin kimi,Otağın küncləri üşüyür axşam.Nə vaxtsa ən doğma bir kəsim kimiSənin xatirinə şeir yazmışam. Yazıb oxumuşam və ağlamışam,İçimdə, çölümdə eyni …
Şairə Xəyalə Sevilin “İmza: Xəyalə Sevil” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 119 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevilin “İmza: Xəyalə Sevil” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, …
GÖRKƏMLİ ŞAİRİMİZ BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA +FOTO=5
Post Views: 104 Sumqayıtda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi tabeli Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar “Sözün Bəxtiyarı” adlı dəyirmi masa keçirilmişdir. Öncə vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin …
Xidmət etmək istəyirsənsə… (Əvvəli ötən sayımızda) – Şəfəq NASİR
Post Views: 136 *** Abid Tahirli “Azərbaycan mühacirət mətbuatı” (I hissə) (Bakı, Qapp-Poliqraf 2002) (“Yeni Qafqasiya”, “Azərbaycan” (“Paris”), “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “İstiqlal”, “Azərbaycan” (Ankara) əsərində mətbuat tariximizin kompleks halda araşdırılmasının mühüm istiqamətini açıqlayaraq sistemli bir qruplaşdırma aparıb: “Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı; Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı; Cənubi Azərbaycan mətbuatı; Azərbaycan mühacirət mətbuatı; …
“Sən dənizsən, mən ada” – KİTAB BƏLƏDÇİSİ
Post Views: 124 Təranə Turan Rəhimli, şair, ədəbiyyatşünas, filologiyaelmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün Cəvahir Tanrıverdi məsuliyyəti, öz şəxsiyyətinə hörməti, milli-mənəvi dəyərlərə sədaqəti ilə çox böyük hörmət və rəğbətimi qazanan tələbələrimdən olub. Hələ ilk tanıdığım vaxtlardan doğulduğu torpağın – Qazax elinin insanlarına xas olan şirin sözü-söhbəti, gözəl nitqi, saz çalmağı, bədii qiraəti ilə diqqətimi …
Şeirlər – Balaş İSKƏNDƏRLİ
Post Views: 149 Səs Sükut dolu qəlbiminİçindəki nə səsdir?Bəlkə duyğum, ilhamım,Bəlkə qəlbimə qəsddir? Bəlkə elə ölümdür –Gəldi, boynum büküldü?Göz yaşıma çevrilibÜrəyimə töküldü? Bu səs tanışdır yaman, İçimdə izlər məni,Tanrım, bu səs nə səsdir?Özümdən gizlər məni?! Ay adam, baxma dalımca Ay adam, baxma dalımca,İtirdiyin məndə ki yox.Tanrını duyan, anlayanMənəm, özgə bəndə ki yox. Çağırdım bu qərib …
Ürəyinin gözü ilə yazan şair – İradə AYTEL
Post Views: 126 Və yaxud minnətdarlıq məktubu… həm Əziz babaya, həm də sözü sevən insanlara… Bir müddət şair Musa Ələkbərli ilə bir yerdə çalışmışam. Məhz o illərdə ilk dəfə Əziz Kərimi – bizim sevimli, dəyərli Əziz babanı yaxından tanımaq nəsibim olub. Onun imzasını əvvəldən eşitsəm, yaradıcılığına bələd olsam da, üzünü ilk dəfə görürdüm. Əziz babanı …
Qadınlar Forumu çərçivəsində panel müzakirələr təşkil olunub
Post Views: 101 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” çərçivəsində dekabrın 9-da Qadınlar Forumu keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO – Women Development Organisation of OIC), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının təşkilatçılığı ilə reallaşan forum daha sonra işini panel müzakirələrlə davam etdirib. Yaradıcı Mərkəzin icraçı direktoru Lalə …
Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
Post Views: 105 Paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi də iştirak edir. Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə liviyalı həmkarı arasında ikitərəfli görüş olub.Qonağı salamlayan nazir Liviyanın beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə qarşı tərəfə minnətdarlığını …
Şeirlər – Aysel Xanlarqızı SƏFƏRLİ
Post Views: 110 Adamların zəhər sözün Oyaq başla çəkmək olmur, Tanrım, mənə yuxu ver… Alışmışam, Xoş nə varsa, ver özgəyə, Göz yaşardan dumanından Gətir, çəkim ahı, ver… Buludlanmış fikirləri, Xoşbəxtliyin abidəsin O adamın dodağında Sözdən sözə yıxıb, ver… Bir orqan bağışı kimi, yaddaşımı, Ver alzeymer xəstəsinə, Anam səhvən doğub, ver… Şans istəsəm, yolun …
Şair-publisist Rafiq ODAY.”SAXLARAM”
Post Views: 99 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Haçandı gözlərim yol şumlamaqda,Yolları gözümün üstə saxlaram.Gedişin qəlbimi xəstəhal edib,Gəlincə beləcə xəstə saxlaram. Adını dilimdə bəslərəm müdam,Vədəli, vədəsiz səslərəm müdam.Dərdimi sevginlə süslərəm müdam,Qoymaram sınıxa – süsdə saxlaram. Gör neçə aşiqə usandırıb can, –Dünya özü boyda zindandı, zindan.Ruhumun, cismimin sızıltısındanƏn həzin, ən kövrək bəstə saxlaram. …
Şair-publisist Rafiq ODAY.”Bivec dünyada mən qərib”
Post Views: 89 Bivec dünyada mən qərib,O qədər çarəsizəm ki…Dərdi dərd üstən əndərib,O qədər çarəsizəm ki… Bir saman yolla tutmağa,Bəhanə ver unutmağa.Canmı qalıb can atmağa, –O qədər çarəsizəm ki… Göy üzü yarıldı, düşdüm,Ümidim qırıldı düşdüm.Qanadım yoruldu düşdüm,O qədər çarəsizəm ki… Bu xırman dənlik deyil ta,Var olmaq tənlik deyil ta.Yer üzü mənlik deyil ta,O qədər çarəsizəm …
Xalq yazıçısı Anardan yeni kitab – XXI əsrdə yazılanlar
Post Views: 173 Bu günlərdə Xalq yazıçısı Anarın “Qatardan qalan adam” adlı yeni kitabı işıq üzü görüb. Kitaba yazıçının son illərdə qələmə aldığı əsərlər daxil edilib. Bir neçə bölümdən ibarət olan kitabda son zamanlarda oxucu kütləsi və ədəbi mühitdə böyük maraqla qarşılanan “Qatardan qalan adam” hekayəsindən başqa, müəllifin ssenari və povestləri, məqalə və çıxışları, şeirləri, …
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ
Post Views: 135 Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”GÜL BİR AZ…”
Post Views: 173 Bəstəkar Ələkbər Tağıyev Mən bilirəm xatirinə dəyiblər,unut, mənim xatirimə gəl bir az.İşdə sənə nə deyiblər, deyiblər,evə gəldin, danış bir az, gül bir az. Bu dünyanın nadanı var nə qədər!Ürəyində nə qəm olsun, nə kədər.Torpaqdan da az tapılır incilər;qızıl bir az, almaz bir az, ləl bir az. Söz var, desən köçürülər, yazılar,söz var …
Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
Post Views: 126 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib.1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.İclas çərçivəsində Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı …
Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
Post Views: 78 İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim prosesi üzrə müddət 5 dekabr 2025-ci il tarixinədək uzadılmışdır. Pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə ümumilikdə 30 müəssisə üzrə 36 vakant yer təqdim olunur. Namizədlər mövcud vakansiyalar arasından seçimlərini əvvəlcədən müəyyən edilmiş qaydalara …
Heydər Əliyev Fondu Islam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının tərəfdaşı olub
Post Views: 79 Heydər Əliyev Fondu Islam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının tərəfdaşı olub. “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə- 2025” dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılıqı ilə keçiriləcək. Mənbə: https://culture.gov.az/
Mədəniyyət naziri Adil Kərimli Ucarda vətəndaşları qəbul edəcək
Post Views: 81 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il dekabrın 19-da, saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu …
Şair-publisist Rafiq ODAY.”YENƏ BİR YUSİF TƏKLƏNİR…”
Post Views: 88 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Əlim ətəyimdən uzun,Dilim dilçəyimdən gödək.Bu necə darağacıdı?! –Boyum ilgəyindən gödək. Qaynaşır bazar meydanı,Qarışıb qumaşa başlar.Kimsənin xəbəri yoxdu, –Birazdan tamaşa başlar. Yenə soyulur NəsimiŞeyxül-müfid fətvasıyla.Ruhuna sığal çəkilir,“Dost-doğma”lar nəvasıyla. Bu quyu tanış quyudu,Kəndiri həmin biçimdə.Yenə bir Yusif təklənir,Bir qərib ölür içimdə. Bir gözqırpımına bağlı,Qarışqanın fil olmağı…Gör …
Şair-publisist Rafiq ODAY.”YARAŞDIRAQ”
Post Views: 98 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bizə ağlamaq yaraşmır?Gəl, ağlayaq, yaraşdıraq.İkiəlli başımızıDaraqlayaq, yaraşdıraq. Olsun biri bəlkə mində,Acısını gör kəmin də…Divanəlik görkəmindəMəcnunsayaq yaraşdıraq. Bir sümük, bir dəri qalaq,Nə ölək, nə diri qalaq.Lap hamıdan geri qalaq,Bir az ayaq yaraşdıraq. Bu karvanla sirr daşınır,Atmaq olmur sirr daşını…İnsan oğlu sirdaşınısatdı bayaq – yaraşdıraq. Qılınclar …
Xalq yazıçısı ANAR.”Çoxluq içində təklik”
Post Views: 86 Universitetdə oxuduğum illərdə Mirzə Fətəli Axundzadə haqqında kurs işi yazmışdım. Universitet müəllimim, görkəmli tənqidçi, teatrşünas Cəfər Cəfərov yazımı oxuyub əsasən bəyənmişdi, amma bir fikrimə ciddi etirazını bildirmişdi. Hissə qapılaraq Mirzə Fətəlini bütün Avropa dramaturqlarından – Molyerdən, Şillerdən üstün qoymuşdum. “Heç vaxt belə populist yanaşmalara uyma, – dedi mənə Cəfər müəllim, – belə …
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib
Post Views: 70 Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır. “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır. Bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində …
Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub
Post Views: 88 Noyabrın 26-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl görkəmli sənətkarın həyat və sənət yoluna nəzər salınıb.Mədəniyyət naziri Adil Kərimli Amaliya Pənahovanın zəngin yaradıcılıq irsindən, Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə bəxş etdiyi böyük töhfələrdən …
Ağdaş və Mingəçevir şəhərlərində məlumatlandırıcı görüşlər keçirib
Post Views: 131 Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivəsində təhsilin keyfiyyətinin eləcə də təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə keçirilən attestasiyaya dair Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ( MEMİM) Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin təhsilverənləri ilə Ağdaş və Mingəçevir şəhərlərində …
Dağlar qoynundakı Kəlbəcərdə bayram konserti
Post Views: 109 Noyabrın 25-də Kəlbəcərdə keçirilən ilk Şəhər Günü çərçivəsində geniş konsert proqramı təşkil olunub.Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, eləcə də doğma yurda qayıtmış şəhər sakinləri və bayram münasibətilə Kəlbəcərə gəlmiş qonaqlar iştirak ediblər.Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbir …
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu
Post Views: 92 Bu gün Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan “Əsli və Kərəm” operası tamaşaçılara təqdim edilib. “Qafqazinfo” xəbər verir ki, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının truppası tərəfindən həyata keçirilib. Tamaşaçılar arasında musiqisevərlər, mədəniyyət və media nümayəndələri olub. Səhnədə klassik musiqi ilə …
Kəlbəcərin rəngi, səsi və yaddaşı – sənət şəhərin nəfəsinə qarışdı
Post Views: 63 Şəhər Günü çərçivəsində noyabrın 25-də Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub. Mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər və şəhər sakinləri sərgilərlə tanış olublar.Qonaqlara sərgilər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgidə …
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində “MyForum” keçiriləcək
Post Views: 87 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə dəstəyi ilə keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 25” çərçivəsində baş tutacaq “MyForum” panel müzakirələrini təqdim edirik. Bu il “MyForum”, İƏT ölkələrinin mədəni, yaradıcı və texnoloji sahələrdə əməkdaşlığını gücləndirməyi hədəfləyən dünyamiqyaslı bir platforma olacaq. Proqram çərçivəsində nazirlərin iştirakı ilə yüksək səviyyəli panel, …
Xanım ANELA.”AZADLIĞIN PƏNAHGAHI. MOLLA PƏNAH VAQİFƏ MƏKTUB” (ESSE)
Post Views: 104 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Qəlblərin aşığı, Şuşanın işığı, Vaqif! Bu məktubu sənə azad Şuşadan, sənin nəfəsinlə dirçələn torpaqlardan yazıram. Aradan əsrlər keçsə də, sənin sözlərinin sədası hələ də bu dağlardan çəkilməyib. Zamanın çarxı dönüb, nəsillər dəyişib, dünyanın siması başqalaşıb. Əfsus, dəyişməyənlər də, var… “cahan mülkündə, mütləq, dоğru halət” yenə …
Şəfa VƏLİ.”Titrəmə, külək…”
Post Views: 158 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Titrəmə, külək…Qorxma…Səni “öldürməyəcək”Görüşə gecikdirdiklərin…Qorxma…Səndən “küsə bilməyəcək”Saçını qarışdırıbSevgilisinin gözündən “gizlətdiklərin”…Bilirsən, külək…Indi “O”-nun olduğuŞəhərdəsən…Qat onun saçlarını…Qum doldur aralarına…Qoy yumsun gözlərini…Əllərim gəlsin ağlına…Susma, külək…Vıyılda…Çırp onun tənha daxmasınınPəncərələrini divara…Ütüsünü poz …
Xalq şairi Vahid ƏZİZ-80
Post Views: 169 Görkəmli söz ustası, Azərbaycanın Xalq şairi Vahid Əzizi 80 illik yubileyi münasibətilə təbrik edirik. Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəsi Azərbaycanın Tərtər rayonuna köçdüyü üçün orta məktəbi orada bitirmişdir. 1971-ci ildə Azərbaycan Texniki Universitetindən məzun olmuşdur. …
V.Ə.Cəfərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 100 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 noyabr …
Bakının möhtəşəm Ağ Şəhər bulvarı VİDEO
Post Views: 82 AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Ağ Şəhər bulvarıdır. Son illər sürətlə inkişaf edən Bakının görməli yerlərinə yeni bir ünvan da əlavə olunub – Ağ Şəhər bulvarı. Ağ Şəhərdən Xəzərə açılan mənzərələr cazibədarlığı və rəngarəngliyi ilə bir-birindən fərqlənir. Bakının Ağ Şəhər bulvarında yeni infrastruktur ən müasir tələblər səviyyəsində qurulub. Bu bulvar …
Xalq şairi Mirvarid DİLBAZİ.seçmə şeirlər
Post Views: 131 Azərbaycanım Torpağı-türbətSuları-şərbət,Günəşi məlhəmAyrılığı- qəm Azərbaycanım! Aranı,dağı,Tərlan oylağı,Könlüm çırağı,Qızılgül bağı Azərbaycanım! Ana nəfəslim,Qaranquş səslim,Ellim, obalım,Dağlar havalım Azərbaycanım! Qızları dilbər,Oğulları ər,Odum,ocağım,Ana qucağımQalsam həyatım,Ölsəm torpağım Azərbaycanım! «Yay nəğməsi» Göy otların üstdə yatdıq,Səhər quşları oyatdıq,Quzeylərdə şehə batdıq.Günəş bizim, ay bizimdir,Bu səfalı yay bizimdir. Qovduq əsən küləkləri,Dərdik şehli çiçəkləri,Seyr elədik şimşəkləri.Günəş bizim, ay bizimdir,Bu səfalı yay bizimdir. …
Xalq şairi Osman SARIVƏLLİ.”“Əlifba dərsi”
Post Views: 88 Yolum kəndimizə düşdü bir səhər,O gün də məktəbi görməyə getdim.Açıb darvazanı çox ehtiramlaO böyük binanı ziyarət etdim.Uşaqlıq çağımı saldım yadımaŞeir dəftərimə xatirə yazdım.Məcid müəllimin öz şagirditəkƏyləşib dərsinə qulaq da asdım.Onu da deyim ki, Məcid müəllimİrəli qaçmağı heç xoşlamazdı…Əvvəl köhnə dərsi təkrar etdi o,Sonra da lövhədə bir kəlmə yazdı.Uşaqlar nə yazdım?Yaxşı kim deyər? …
Xalq şairi Səməd VURĞUN.”Azərbaycan”
Post Views: 120 Çox keçmişəm bu dağlardanDurna gözlü bulaqlardanEşitmişəm uzaqlardanSakit axan arazlarıSınamışam dostu,yarı. El bilir ki sən mənimsənYurdum yuvam məskənimsənAnam,doğma vətənimsənAyrılarmı könül candan?Azərbaycan,Aərbaycan! Dağlarının başı qardırAğ örpəyin buludlardırBöyük bir keçmişin vardırBilinməyir yaşın səninNələr çəkmiş başın sənin. Bir tərəfin bəhri XəzərYaşılbaş sonalar gəzərXəyalım dolanar gəzərGah muğanı gah eldarıMənzil uzaq ömür yarı. Lənkəranın gülü rəng rəngYurdumuzun qızlarıtəkDəmlə …
Xalq şairi Zəlimxan YAQUB.”XIRDALAMA, İLAHİ, HƏMİŞƏ BÖYÜT BİZİ”
Post Views: 115 Bir-iki kəlmə dua, beş-altı kələmə arzu,Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi.Sənə üz çevirən gün üzümüzə nur çilə,Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə,Qızını doğma bacı, oğlunu qardaş elə.İnsanlığı unutsaq, bağrımızı daş elə,Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər …
İmişlidə şəhid mayor Emin Süleymanovun anım günü və ona həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
Post Views: 113 Noyabrın 13-də İmişli rayonunda Vətən Müharibəsi şəhidi, mayor Emin Süleymanovun İmişli Rayon Heydər Əliyev Mərkəzində anım günü qeyd olunub. Anım mərasimi çərçivəsində Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin şəhidin xatirəsinə həsr etdiyi “Qutsal Yolçu” kitabı da təqdim olunub.Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri …
Xalq şairi Süleyman RÜSTƏM.”AZƏRBAYCANA GƏLSİN”
Post Views: 93 Vətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!Bəzənib başdan-başa şəhərləri, kəndləriCənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət,Günəşdən də parlaqdır gözümdən bu həqiqət.Dostuna, qardaşına təmənnasız məhəbbət,Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir,Dostluğun-qardaşlığın təməllərindən gəlir,Könüllərin nıüqəddəs əməllərindən gəlir,Qüdrət görmək istəyən Azərbaycana gülsin. Saysız qəhrəmanlarınQurub yaradanların,Qocasında, gəncində, bu sadə insanlarınŞöhrət …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”İndi gileydən, güzardan”
Post Views: 100 İndi gileydən, güzardanBaş alıb qaçmaq vaxtıdır.Qapıları döyülməmiş Taybatay açmaq vaxtıdır… İndi hər səsdən, hər küydənSükuta dönmək vaxtıdır…Millət, dövlət zirvəsindənİnsana enmək vaxtıdır… İndi nə dua, nə qarğış,Nə nəzir demək vaxtıdır.Dünya susmalıdır artıq,ALLAHa kömək vaxtıdır…
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Axı dünya fırlanır”
Post Views: 183 Vaxtın dəyirmanında daş əridi, qum oldu,Tarixə atdığıımız qayıtdı, lüzum oldu.Dünənin həqiqəti bu gün tərs yozum oldu,Niyə də yozulmasın, axı, dünya fırlanır. Çox ovlaqlar içində çox ovları ovladım,Aşıb-daşan arzumu mən artıq cilovladım.Mən atamı ötmüşəm, məni ötür övladım,Bu, belə də olmalı, axı, dünya fırlanır. Dünən düz sandığımı bu gün əyri sanıram.Bəzən olur, özümdən özüm …