
“Ədəbiyyat və incəsənət” portalının “İsti-isti” rubrikasında sizlərə yeni, mürəkkəbi hələ qurumamış şeirlər təqdim edirik. Bu dəfə sizlərə Türkiyədə yaşayıb yaradan Həyat Şəminin “De ki mübarək olsun” şeiri təqdim edilir. Şeirin yazılma tarixi 9 iyun 2026-cı ildir.
Şeir yüklü ürəyim,
Yükün mübarək olsun,
Ağırlaşıb daşırsan,
Çəkin mübarək olsun.
Hər kəsdən qoca sözdü,
Səs daxma, baca sözdü,
Enən ipucu sözdü-
Çəkim, mübarək olsun…
Yer fani sığınacaq,
Ömür son dayanacaq,
Yerimdə söz qalacaq –
Töküm, mübarək olsun!
Söz içində bişirəm,
Toxum kimi şişirəm,
Xam torpaqdı ağ sinəm,
Əkim, mübarək olsun.
Sözə ərk eləyirəm,
Ərki bərk eləyirəm…
Rəbbim, dərk eləyirəm –
De ki mübarək olsun.
Həyat ŞƏMİ,
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri
“Ədəbiyyat və incəsənət”
(12.06.2026)
Bir cavab yazın