
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Nəsə birdən istəmədim,
İstəmədim danışaq.
Başlayıbsa, bitirək,
Sən oyun ol, mən uşaq.
Bir də məni ürəyinə
Yaxın qoyma, ayrılaq.
Mənlə keçən günlərini
Gündən sayma, ayrılaq.
Bu duyğunun üstünü
Açan sənsən, bükən mən.
Yenə eyni şey olur-
Səninlə də təkəm mən.
Bir cavab yazın