Xəyalə SEVİL.”Səndən yaxşı deyil heç kim”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Səndən yaxşı deyil heç kim.
Səndən yaxşıları da
Ürəyimə yatmırsa,
Bu min illik yuxudan
Hissimi oyatmırsa,
Səndən yaxşı deyil heç kim.
Nə olsun boy-buxunu,
İşi-gücü yaxşıdı.
Hamı eyni fikirdə-
Hamı üçün yaxşıdı.
Səndən yaxşı deyil heç kim.
Elə məhrəm, elə sirsən,
Heç kim ilə sözün düşmür.
Xəyallarımda gəzirsən,
Gözlərimdən üzün düşmür.
Səndən yaxşı deyil heç kim.
Ağlayıb kiridim daha-
Nə günüm var ağlanası,
Nə yara var bağlanası,
Sağalmayan nədi bəs?
Gündüzlərim gəlib keçir,
Günün gecə yarısı
Könlüm qəribsədi bəs?
Neyniyəcəm?
Səndən yaxşı deyil heç kim

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir