«Azərikimya» İB-nin SOCAR-ın tərkibində daha sürətlə inkişaf edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar bu gün özünü doğrultmaqdadır”
“Azərikimya” İstehsalat Birliyinin İqtisadiyyat və uçot İdarəsinin rəisi İsrail Əfəndiyevlə müsahibə
– İsrail müəllim, 2010-cu ilin aprelindən “Azərikimya” SOCAR-in struktruna daxil edilib. Bu da 5 ildən artıq bir müddət deməkdir. 2009-cu illə müqayisədə «Azərikimya» İB-nin iqtisadi vəziyyəti ilə bağlı düşüncələrinizi bizimlə bölüşməyinizi istərdik.
– «Azərikimya» İstehsalat Birliyinin SOCAR-ın tərkibində daha sürətlə inkişaf edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar bu gün, demək olar ki, özünü doğrultmaqdadır. Ötən 5 il ərzində SOCAR-ın bilavasitə texniki və maliyyə yardımı sayəsində «Azərikimya»nın texniki bazasının gücləndirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş, müasir standartlara müvafiq olmayan texnoloji qurğu və avadanlıqların yenidən qurulması, məhsul istehsalının artımına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alınmasına yönəldilmiş əsaslı təmir və modernləşmə işləri, kimyaçıların əməyinin layiqincə qiymətləndirilərək, maaşlarının artırılması, iş və məişət şəraitinin yaxşılaşdırılması «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımından yeni bir canlanmaya və yüksəlişə səbəb olmuşdur. (daha&helliip;)










































