Post Views: 49 3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, …
Mart 6, 2015
Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!” (Yeni şeir)
Post Views: 39 Elə istəyirəm qığılcım axsın, Parlasın, gözümün yaşı yerinə. Çiynim bu dünyanın yükü altında, Əzilib getməsin boşu yerinə. Elə istəyirəm küləklər əssin, Çiçəklər dayansın dodaq-dodağa. Bu öpüş qanadlı mələyə dönsün, Aparsın məndən də məni uzağa. Elə istəyirəm nağıl danışsın, Hər gecəm, gündüzü yatırmaq üçün. Sinəmdə doğulmuş, körpə arzumu, Qızılgül içinə batırmaq üçün. Elə …
Fidan ABBASOVA.”Qaçardım arxanca sonsuz xülyaya..” (Yeni şeir)
Post Views: 30 Baxıram ürəyim ağrıyır yaman başımı alıbdır qatı bir duman sabaha olsaydı inanki güman səni sevmək üçün gəlib dünyaya qaçardım arxanca sonsuz xülyaya… Kaş əlindən tutub yürüyə bilsəm kaş ki, həsrətini unuda bilsəm gütdiyin yolları geriyə dönsən səni görmək üçün çıxıb yollara qaçardım arxanca sonsuz xülyaya… Ruhum səni gəzir dağda , aranda kimə …
Şəfa VƏLİYEVA.”Gözümdən yağış yağır” (Yeni şeir)
Post Views: 44 Baxışında qar donub, Gözümdən yağış yağır. Xatirəylə ovunub, Günüm yolundan çıxır… Daha mənə söyləmə, Gün çıxacaq nağılı… Bilmirsənsə, öyrətmə Unutmağa ağılı… Soyuqluğun öyrədib, Ömrün qışı hardadır… Kirpiklərin gizlədib, Baxışında qardadır…
Şəfa EYVAZQIZI.”Kim bilir” (Yeni şeir)
Post Views: 35 Alnıma yazılan yazıya bir bax, Kim bilir daha nə görəcək gözüm?! Vaxtsız sönən məhəbbətin yasına, Görəsən çoxmu yaş tökəcək gözüm?! Üzümdə izini buraxır illər, Saralır içimdə açılan güllər. Gün-gündən rəngini itirir tellər, Deyəsən çuxura düşəcək gözüm! Düz yollarım döndü oldu çəpəki, Dağ-dərə önümü kəsib hələ ki. Çox yüyürdüm çatammadım sənə ki Elə …
Debüt: Günel YAĞMUR (Şuşa rayonu).Yeni şeirlər
Post Views: 62 Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. GÜNAHSIZ ”QATİL” Kimsəsizlər adasına yola saldım düşüncələrimi, Uzaqlaşdırmaq istədim mənim olan dünəni, …
Debüt: Nigar RÜSTƏMQIZI (Bakı şəhəri).Yeni şeir
Post Views: 30 Nigar RÜSTƏMQIZI -1992-ci il, dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmiş,2001-2008-ci illərdə Abşeron Musiqi məktəbinin fortepiano üzrə 7 illik mərhələsini fərqlənmə diplomu ilə bitirmişdir.2010-cu il tarixində 9 saylı orta məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur.Oxuduğu illər ərzində ictimai …
Debüt: Şəhanə MÜŞFİQ (Bakı şəhəri).”Eşq olsun!” (Hekayə)
Post Views: 34 Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın “bu gün yağış havası var, özünlə çətir …
Debüt: Əsmər QASIMLI (Ağdam).Yeni şeir
Post Views: 43 Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə …
Debüt: Ülkər DƏNİZ (Masallı rayonu).Yeni şeirlər
Post Views: 34 Ürəyimə yağış yağır bu gecə Gözlərindən baxışların tökülür, Od nəfəsim sənlə dara çəkilir… Varlığımda eşq sarayı tikilir, Bir xəbərsiz eşq yaranır gizlicə, Ürəyimə yağış yağır bu gecə.. Bəxtim sənə nə göz yaşı ol deyir, Nə tökülən göylər daşı ol deyir.. Bir ürəyin gəl sirdaşı ol deyir, Arzularla ötüb gedir gün necə, Ürəyimə …
Debüt: Mehman RASİMOĞLU (Tovuz rayonu).Yeni şeirlər
Post Views: 36 Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub. Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq …
Qafqaz ƏVƏZOĞLU.”Yadıma düşübdü”
Post Views: 33 Yurd-yuvamda keçirtdiyim hər günüm, Ötüşən il, ay yadıma düşübdü! Bir səs olcaq ayağından başacan, Kəndə düşən hay yadıma düşübdü! İşdən-gücdən yorğun-arğın qayıdıb, Dincələrdik körpələri oynadıb. Qapımızda samavarı qaynadıb, Dəmlədiyim çay yadıma düşübdü! Neçə vaxtdı bir dərd əyib qəddimi, Bölə bilmir köhnə qonşum dərdimi. Düşünürəm viran qalan kəndimi, Başdan-başa tey yadıma düşübdü! Demə …
Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX…”
Post Views: 29 «Gəl gör mənə eşq neylədi» Yunis İmrə Bu sevda dəli sevdadı, Tükənməz macərası var. Nə bu dərdə əlac edən, Nə bu dərdin çarısı var. Oldu ömrün yazı talan, Yazıq satan, yazıq alan. Nə ondan bir razı qalan, Nə ondan bir narazı var. Yön çevirib dağa-daşa, Bulaq oldu gözüm – daşan. Nə gözümdə …
Saqif QARATORPAQ.”Başa çəkək bu dərdi” (Yeni şeir)
Post Views: 31 Zalım,mən ha demədim Başa çəkək bu dərdi. Əlim ətəkdən uzun… Haşa! Çəkək bu dərdi. Ağla,bu gülə ağla, Dən düşən telə ağla. Oda yan,külə ağla, Yaşa… çəkək bu dərdi. Əlimdə eşqin camı, Süzmüşəm göz yaşıımı. Görsən ki dönüb hamı Daşa,çəkək bu dərdi…
Hikmət MƏLİKZADƏ.”O qıza deyin ki, güzgüyə baxsın” (Yeni şeir)
Post Views: 29 Bezib şeytan yazıq təsbeh öpməkdən, Gəzib ömrü boyu səfil, qocalıb. O qıza deyin ki, güzgüyə baxsın, Yoxsa elə bilər qəfil qocalıb. Çoxunun İlahə sandığı qızı, Bir göz qırpımında gəzib, atırıq. Bir parça kağızdır arzular sanki, Elə ki, dəmləndik, əzib atırıq. Bilmirdin, yol güdən özünü güdür? Nəyini sevmişdin dəli Kərimin? Çəkil, kainatı sahmana …
Əlirza HƏSRƏT.”Saat səsi” (Yeni şeir)
Post Views: 92 Dağın arxasında məst olub Günəş, Süzür gözlərini qürub saatı. Çarmıxa çəkilən yol ayrıcında,- Ürəyim döyünən qərib saatı. Bir eşq ünvanı tək saata baxdın. Könlümdə çağladın,gözümdə çaxdın. Əqrəblər nazıyla oynayır vaxtın, Kim belə divanə görüb saatı?! Gözlərim diksindi saat səsinə, Uzaqda bəlkə bir nəğmə isinə. Sən allah,qulaq ver zənguləsinə,- Gör, zalım nə gözəl …
Gündüz SEVİNDİK.”Mənim küçələrim üşümür daha” (Yeni şeir)
Post Views: 34 Baxdı neçə-neçə şeirlərimə, İstədi don biçə şeirlərimə, Köçdü küçə-küçə şeirlərimə, Mənim küçələrim üşümür daha… Bu yükə toxunma, daşıyan mənəm, Bax, ölüb-dirilən, yaşayan mənəm, Nə yaxşı, elə tək üşüyən mənəm… Mənim küçələrim üşümür daha. Dərdim bu dünyanın çiyninə deyil, Sözüm küçələrin əyninə deyil… Dizəcən yağan qar eyninə deyil, Mənim küçələrim üşümür daha. Qəlb …
Mais TƏMKİN.”Dünya, məni bağışla…” (Yeni şeir)
Post Views: 52 Tamah mənim gözümdəymiş, Dünya, məni bağışla, sən. Demə , günah özümdəymiş, Dünya, məni bağışla, sən! Durdum neçə can qəsdinə, Nahaqdan dəydim şəstinə. Qan tökdüm, yıxdım üstünə, Dünya, məni bağışla, sən. Sən safsanmış, təmizsənmiş, Çəmən, meşə, dənizsənmiş. Yaradana əzizsənmiş, Dünya, məni bağışla, sən. Hərdən həddimi aşmışam, Nə bilim, bəlkə, çaşmışam. Hər gün sənlə …