Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 82 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Afət Viləşsoyu doğum günü münasibətilə təbrik edirik! (27 aprel 1985-ci il)

Post Views: 30 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə …

Publisistika

“Sözlərlə rəqs edən şair”

Post Views: 33 Bu dünyanın sözə həsrət səhra üzündə, təşnə söz aşiqlərinin ürəyinə su səpəcək biri var. Viləş çayı kimidir onun hər sözü, səssiz də axar, çağlayar da… Kim bilir, bəlkə elə Viləş çayı özü də kiminsə göz yaşlarından yaranıb, hər açıq yarada bir az daha qaynayır. Hər qaynadıqca da sözlərlə rəqs edən bir qız …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Kadir Gecesi”

Post Views: 27 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Çok şükür ki ulaştık mübarek Ramazan’a, Herkes sevinçli mutlu; baba, oğul, kız, ana, Kur’an-ı Kerim’imiz bildirir her insana, Bin aydan daha kutsal yetiş Kadir Gecesi. Kibirden uzaklaşır bütün rütbeler, sanlar, Çünkü Allah katında eşittir tüm insanlar, İftar sofralarında toplanır dostlar, canlar, Bin aydan daha kutsal …

Azərbaycan ədəbiyyatı

Debüt: Təbriz ELXAN (Gədəbəy rayonu).Yeni şeirlər

Post Views: 44 Təbriz Elxan (Musazadə Təbriz Elxan oğlu) 1991-ci il oktyabr ayının 29-da Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya göz açmışdır. Doğulandan atası, gözəl riyaziyyat müəllimi və şair olan Elxan müəllimin şeirləri ilə böyüyən, dağların təmiz havasından udub, suyundan içən Təbrizdə şeirə və sözə maraq yaranmışdır. Ilk qələm nümunələrini də əsgərlikdə olarkən yazmışdır. Sevgi və …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 23 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir gün gələcəm sizə bir gün gələcəm sizə, elə-belə… təsadüf… qonşu qoyacaq sözə, -arsızdı, özü gəlib… keçəcəyəm mətbəxə, qaynayacaq çaydanın… dadı qalıb deyirlər, damağında dolmanın…

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Adımı yaz sinənə”

Post Views: 24 Deyirəm, ay sevgilim, Sən, adımı yaz sinənə. Qızıldan hərflərlə, Lövhə düzəlt, as sinənə. Ürəyində mənimçün, Gizli cığır aç sinənə, Kim bilir, kim inciyir, Dəxli yoxdu, heç mənə nə?!. Deyirəm, bu dünyanın, Hər bir işi sirr müəmma, İnsanlığı olmayan, Gəzir şöhrət azarında. Sevənə lağ eləyir,ağız əyir, Özü, amma, Batıb çirkab içinə, Alış-veriş bazarında! …

Publisistika

Hikmət MƏLİKZADƏ.” “YaşaM”ın kod açılışı” (Məqalə)

Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Mənzərə xanımın “YaşaM” kitabına qısa baxış “YaşaM” adı zənnimizcə, ya bir məxfi qrif, ya bir kod, ya da bir şifrədir. Bu adın güzgü konsepsiyası da maraq doğurur. Bu məxfi adın açılışına çalışaq. İlk olaraq bu adın sol yarımkürə vəziyyətini şərh …

Azərbaycan ədəbiyyatı

Gənc yazar Elşad Baratın yeni kitabının imza günü keçiriləcək

Post Views: 24 23 aprel 2015-ci il tarixdə, saat 12:00-da, Kitabevim mağazasında Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

Ana səhifə

Gənc yazar Elşad Baratın yeni kitabı işıq üzü görüb

Post Views: 35 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində “Vektor” nəşriyyatı tərəfindən 120 tiraj olmaqla, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru tanınmış şair Elçin İsgəndərzadədir. Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş …

Publisistika

Çinarə ÖMRAY.”Uzunömürlü kəpənək” (Məqalə)

Post Views: 31 Sizə “Eşq haqqı” adlı bir rəngli kəpənəkdən danışmaq istəyirəm. Biz Günayla lap əvvəldən tanış idik. Sonra qismət elə gətirdi ki, biz həm də qrup yoldaşı olduq. Mənim hər zaman insanlarda bir şey diqqətimi çəkib. Çox zaman insanların adlarıyla xarakterləri və ya yaşam tərzləri bir-bri ilə vəhdət təşkil edir. Hansısa bir oxşarlıq mütləq …

Azərbaycan ədəbiyyatı

Debüt: Cahan GÜLSÜN (Masallı şəhəri).Yeni şeirlər

Post Views: 34 Cahan Gülsün 3 mart 1993-cü il tarixində Masallı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri S.Hacıyev adına 5 nömrəli orta məktəbi bitirib.2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Hal-hazırda Bakı Dövlət Universiteti, Filologiya fakültəsi Dünya ədəbiyyatı kafedrasının magistrantıdır. Ədəbi-bədii yaradıcılığıa erkən hələ uşaq yaşlarından başlayıb.Şeirləri “Yeni nəfəs”, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçirilib

Post Views: 20 20 aprel 2015-ci il tarixdə, saat 14:00-da,Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma ay qonub” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Çağırış”

Post Views: 30 Ay mənim ömrümün saat əqrəbi, Yaman tez keçirsən ömrümdən, yaman. Günlər əvəzləyir biri-birini Nə sən qayıdırsan, nə durur zaman. Ay mənim ömrümün yaralı yeri, Qaysaq tutmağına varmı bir güman? Kimsə söyləməsin unudum səni, Kimsə toxunmasın yarama, aman. Ay mənim ömrümün günəş sevgisi, Nə qədər sürəcək bu zülmət duman? Ay xəstə adamın son …

Azərbaycan ədəbiyyatı

Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Post Views: 35 18 aprel 2015-ci il tarixdə “Dostluq Məşəli” İctimai Birliyi tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru , tanınmış şairə, jurnalist Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyeva Prezident təqaüdünə layiq görülüb

Post Views: 34 Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazarlar AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru Şəfa Valiyeva ədəbi yaradıcılıqlarındakı fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.”Qarabağ”

Post Views: 38 Vətəndən gözəl yer cənnət sayılar, Vermə bu elləri yağı düşmənə. Dərd çəkmə yatanlar bir gün ayılar, Vermə başı qarlı dağı düşmənə. Qurumuş bədənlər torpağın üstə, Güllələr uçuşur evlərin üstə, Kimsəsiz uşaqlar qucağı üstə, Oxusun analar ağı düşmənə Xarı bülbülünü,sarı gəlini, İncə lalələrin şirin ətrini, Qəhrəman oğullar verən elini, Vermə qara bəxtli bağı …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Peyğamberim”

Post Views: 38 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Nisan’ın yirmisinde şeref verdin dünyaya, İki cihan serveri Hazreti Muhammed’im. Nur oldun yıldızlara, doğan güneşe, aya, İki cihan serveri Hazreti Muhammed’im. Haşimoğulları’nın adı anlı şanlı san, Baban Abdullah idi değerli, dürüst insan, Sen dünyaya gelmeden göçmüş idi dünyadan, İki cihan serveri Hazreti Muhammed’im.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Heç bilirsən ayrılıq nə rəngdədir?” (Hekayə)

Post Views: 40 -“Onun gözlərindəki bu sevginin əzabından qorxmuşdum nə vaxtsa… Amma, bu gün, iki uşağımı bağrıma basıb da qoxusunu aldığım anda anlayıram ki, onun ayrılığı…. daha doğrusu, ayrılığa rəng tapması özü bir dastan idi… “Arzu-Qəmbər”dən daha böyük bir dastan…” Bunu kiçik bir sms-dən oxumaq özü bir qəribəlikdi deyilmi? Hə… Maraqlıdırmı sənə? Günəş gülümsəməyə çalışırdı… …

Azərbaycan ədəbiyyatı

Eyvaz ZEYNALOV: “Onlar quşa döndülər” (hekayə)

Post Views: 31 Farzuq Seyidbəyliyə Səmərqənddə, açıq səma altındakı qədim abidələr muzeyindəyəm. Üz-gözündən qəribə bir qədimlik yağan özbək bələdçim özü də elə ətrafdakı abidələrə bənzəyir. Onların nə vaxt, necə yarandığını, zaman-zaman burda baş verənlərin hamısını yerli-yataqlı bilir. Elə bil, həmin o sirli-sehrli əhvalatları ziyarətçilərə çatdırmaq üçün o dövrdən təsadüfən bu abidələrin arasında yaddan çıxıb qalıb. …

Publisistika

Tural SAHAB–”Anlatmalıyam…” (Köşə yazısı)

Post Views: 28 İnsanlara sevginin hekayəsini anlatmalıyam və hekayəni sevgi ilə… Zaman dəyişə bilər, ancaq dəyişən zamanın içində dəyişilməyən şeylərin də var olduğunu. Çox sevməyin üzsüzlük olmadığını, sevda uğrunda mücadilə etməyin acizlik olmadığını və sevgilini unuda bilməyənlərin nakişi olmadığını anlatmalıyam… Elə bir zamanda yaşayırıq ki, ürəklərimiz ağlımıza təslim olub, ağlımız da, ancaq heyvani istəklərin arzusunda…

Azərbaycan ədəbiyyatı

Debüt: Abdulla MƏMMƏD (Quba şəhəri).Yeni şeirlər

Post Views: 48 Abdulla MƏMMƏD (Məmmədov Abdulla Qəzənfər oğlu) 1963-cü il noyabr ayının 4-də anadan olub.1970-1980-ci illərdə Quba şəhər 2 saylı orta məktəbdə təhsil alıb.1981-1985-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.1985-ci ildə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.1990-1992-ci illərdə məktəb direktoru, 1997-2002, 2004-2009-ci illərdə direktor müavini vəzifəsində çalışıb.Ailələlidir, …

Azərbaycan ədəbiyyatı

Allahşükür AĞA.Yeni şeirlər

Post Views: 44 Qaranlıq gecənin qara adamı…. Qaranlıq gecənin qara adamı, Burax çıxım gedim, öz yolum ilə…. Dolanbac yolların yorğunu oldum, Burax çıxım gedim, düz yolum ilə.. Körpə uşaq kimi, ağlatdın məni, Duz basıb yarama sızlatdın məni, Qaranlıq gecədə aldatdın məni, Burax çıxım gedim, düz yolum ilə

Azərbaycan ədəbiyyatı

Qabil ƏDALƏT.Yeni şeirlər

Post Views: 39 Qalıb hələ… barmağından üstümə çıxarıb atdığın üzüyün tökülmüş qaşları… çırpdığın qapının zərbəsindən divarların əməmlə gəlmiş çatları… qalıb hələ… sındırdığın güzgüdə çiliklənmiş əksimin dabanımın qanı ilə yuduğum üzü… çərçivədən çıxarıb yandırmaq istədiyin toy şəklimizin əzikləri…

Azərbaycan ədəbiyyatı

Ruslan Dost ƏLİ.Yeni şeirlər

Post Views: 44 * * * bu pulun olmayan vaxtı, deyirəm nola, bircə vədə yeyib-içəsən, deyələrhttp://edebiyyat-az.com/wp-admin/post.php?post=11645&action=edit&message=10# hesabı şeirnən ödə. ömrün-günün qara vaxtdı, şeiri bir bəyaz boya san. bircə səhər üzün gülə: məktəbə gedən oğlunun cibinə şeir qoyasan…

Azərbaycan ədəbiyyatı

İsa HƏSƏNOĞLU.Yeni şeirlər

Post Views: 53 CƏNNƏTDƏN GƏLƏN SƏS Gəl həsəd aparma yurduma, qardaş? Sən gələn diyardan köçüb gəlmişəm. Məni bu ünvana səsləyən ki var, O kəsin yolunu seçib gəlmişəm. Bu yolda başıma gəlməyib nələr?!… Əzabla aşmışam dağlar, dərələr, Polad qalxanımı etmişəm sipər Vəhşi düşmənimdən qaçıb gəlmişəm.

Azərbaycan ədəbiyyatı

Debüt: Həsən MİRAT (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

Post Views: 58 Hüseynov Həsən 1982-ci il iyunun 26-sı, Naxçıvan MR-nın Ordubad rayonunda dünyaya göz açıb. Orta təhsilimi Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 saylı məktəbdə başa vurub, 1999-cu ildə Ali məktəbə daxil olmuşam. Təhsilimi bitirib 2006-cı ildə hərbi xidmətə yollanmışam və 2007-ci ildə hərbi xidmətimi bitirib qayıtmışam. Bakınin Buzovna kəndində Hacı Arif Buzovnalının rəhbərliyi …

Publisistika

Kənan AYDINOĞLU.”Səmimi hislərin carcısısan sən” (Məqalə)

Post Views: 37 QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış …

Publisistika

“Səmimi hislərin carcısısan sən” (Məqalə)

Post Views: 44 QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış …

Türkiyə ədəbiyyatı

Harika UFUK.Muhteşem şiirler

Post Views: 35 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Hoşgörü Sevgi köprüsünden geçenler bilir, Kalpten kalbe giden yoldur hoşgörü. Dostluk pınarından içenler bilir, Tadına doyulmaz baldır hoşgörü. Güvercin uçuran mavi semada, Kubbede kalacak yalnız hoş seda, Savaşa, kavgaya, kine elveda, Birlikte, barışta seldir hoşgörü.

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Ülkər Piriyevamüsabiqənin qalibi oldu

Post Views: 35 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, DGTYB üzvü,Bakı Slavyan Uiversitetinin İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin üzvü Ülkər Piriyeva “Yaradıcılıq” müsabiqəsində qalib gəlib. Qeyd edək ki, müsabiqə aprel ayının 3-də Bakı Slavyan Universitetində “Kölgə” Kabinetinin təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılıq fəaliyyətinə …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.Yeni şeirlər

Post Views: 36 RUHUM İLLƏR YORĞUNU… Açılmayan bir səhərin sorağıyla yumuram gözlərimi. Səhər ruhumun səhəri… Tale yüklü ürəyimdən qələmimə axıb gələn sıraladım sözlərimi, O söz ruhumun qəhəri… Dolub sinəm arzulanmaz arzularla Fikrim qanadlanıb uçur arzulardan-arzulara Yol çəkərkən baxışlarım ən ucqari bir nöqtəyə Kimsə bilmir,tuşlanıbdır nəzərlərim Xoşbəxtlik adlı zirvəyə. Xəyalımda addım-addım o zirvəyə yol aldıqca Ürəyimdə …

Azərbaycan ədəbiyyatı

Əli RZAZADƏ.”Onun bir mənzili vardı..” (Hekayə)

Post Views: 43 Onun kiçik bir otağı vardı, həyətdə evdən bir az kənar, indi istfadə olunmayan bir otaqlı həyət evi. Qabaqlar bura evin köhnə, lazımsız əşyaları, dolu və boş bankalar yığardılar. Daha sonra boşaldılmış və istfadə edilməyən bir yerə çevrilmişdi. O öz əşyalarını, doğum günündə aldığı hədiyyələri bura yığıb yalnız özünə aid bir evə çevirmişdi. …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.Yeni şeirlər

Post Views: 42 Öldürər (Qoşma) Çalış bədnəzərdən gen dolanasan, Bir bəd baxış, göz adamı öldürər. Yalandır yanında xəncər yarası, Bircə kəlmə söz adamı öldürər. Nadan insan üçün özünü yorma, Vəfasız birindən etibar sorma. Hər “can” deyən kəslə oturub-durma, Əyri olan “düz”, adamı öldürər.

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.Yeni şeirlər

Post Views: 37 Qurtarıb Ağla, bulud, ağla. Yoxsa sənin də Gözlərin quruyub, yaşın qurtarıb? Daşla, fələk, məni. Nə dayanmısan? Yoxsa daş atmaqdan daşın qurtarıb? Sevgi də, nifrət də qəlbdə bəslənir, İnsan fərdilənir, insan kəslənir. Atamın dilində tez-tez səslənir: “Ölən ölüb gedib, başın qurtarıb”.

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.Yeni şeirlər

Post Views: 42 Qadın göz yaşına inləyir ruhum Nə olar,ağlama,sil,göz yaşını, Qadın göz yaşına inləyir ruhum. Zümrüd gözlərindən daman damlanı, Bir nalə,fəryadtək dinləyir ruhum. Səni ağladanlar anlamır nədən? Qadınsız bir kişi yurddaşsız Vətən. Tərk edir bədəni,ruhsuzdur bədən, Qalxıbdı,cismimə enməyir ruhum.

Azərbaycan ədəbiyyatı

Məhəmməd ŞÜKÜRLÜ.”İkinci Dünya” (Hekayə)

Post Views: 71 Bəlkə də səhər tezdən günəşin işıqları pəncərədən keçib gözümü qamaşdırmsaydı yatmağa davam edərdim. Heç bilmirəm yatağım niyə pəncərə tərəfdədir. Həmişə də yerini dəyişməyə təmbəllik etmişəm. Onu da deyim ki, yuxular mənə başqa bir zövq verir. Bəzən meşənin içi ilə qurumuş yarpaqların üstündə tək tənha gəzdiyimi, bəzən də tanımadığım bir şəhərdə əlləri qanlı …

Azərbaycan ədəbiyyatı

EŞQİN HAQQINI VERƏN ŞAİRƏNİN İŞIĞINA TOPLAŞDIQ…

Post Views: 39 11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Günay Həsənlinin yeni kitabı işıq üzü görüb

Post Views: 34 “Eşq haqqı” adlı şeirlər kitabım 2015-ci ilin mart ayında işıq üzü görüb. Kitabda müxtəlif illərdə və müxtəlif mövzulu 74 şeir yer alıb, kitab 95 səhifədən ibarətdir. Əsasən dünyəvi mövzularda yazdığım şeirlər yer alıb, eyni zamanda sevgi mövzusunda, vətənpərvərlik mövzusunda da şeirlər var. Şeirlərin əksəriyyəti heca və sərbəst vəzndə yazılıb. Kitaba ön sözü …

Türkiyə ədəbiyyatı

Harika UFUK.Muhteşem şiirler

Post Views: 34 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Konçerto Konçertodan dökülen nağmeleri Topladım eteğime. Beethoven çalıyordu. Kontrbas içindeki mahpusluğum bitti, Piyanoda ilk nota vurulurken… Gözler, kulaklar, eller birleşmişti, Notaların gizeminde… Yorgundu viyola, keman ise acı çekiyordu. Hafifledi iniltisi, sonra birden haykırdı! Kısacık dinlenirken sazlar piyano coştu, Yunan mitolojisinin yarı insan, yarı at tanrısı …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Səni gördüm uzaqdan “

Post Views: 39 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Ömrümə yazılmış ən gözəl anım…”

Post Views: 53 Seni elə sevdim inanmadım ki bu sevən mənəmi ? yada xəyalım Səni elə sevdim düşünmədim ki ömrümə yazılmış ən gözəl anım… Səni elə sevdim susdu çay səsi qəlbimdə döyünən sevginin səsi səni elə sevdim görən hər kəsi istədim şahidtək bura çağırım….. Səni elə sevdim dənizlər qədər bəlkədə göydəki ulduzlar qədər sən elə …