Post Views: 49 Sıxılmaqdan əlim şişib, Dırnağım ovcumu deşib, Barmaqlarım düyün düşüb, Gəlin, açın yumruğumu! Nə qedib yata bilirəm, Nə qələm tuta bilirəm, Nə bir daş ata bilirəm, Gəlin açın yumruğumu! Mən ki bir fağır oğuldum, Birdən yay kimi yığıldım, Boğuldum, Allah, boğuldum, Gəlin açın yumruğumu! Uçdu mən quran qalalar… Yaxşı ki var gül balalar, …
2019
Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş-yavaş sevdim səni”
Post Views: 45 Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Hər şəkildə bir anım…”
Post Views: 59 (Qələm yoldaşım Yusif Səmədoğluna) Hərdən töküb önümə köhnə şəkillərimi, Mən yadıma salıram o ötən illərimi. Bu şəkillər, şəkillər köhnə xatirələrin min nəğməli səsidir. Yaşadığım anların kağızlar üzərində əks olan kölgəsidir. Şəkillər yığın-yığın, Şəkillər dəstə-dəstə; Hər şəkildə bir anım əbədilik yaşayır cansız bir kağız üstə. Yaşamışam o anı, O an çıxıb əlimdən; O …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Qağayı kimi”
Post Views: 34 Həm dənizdə, həm havada, həm də yerdə cövlanı var, Həm üzürlər, həm süzürlər, həm gəzirlər, qağayılar. Bu arzunun həsrətilə əsrlərlə mən yanmışam, Təbiətin qağayıya bəxş etdiyi nemətləri Mən əqlimlə qazanmışam: həm gəzirəm, həm üzürəm, həm süzürəm! İyul, 1960, Riqa
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyamı, mənmi?”
Post Views: 94 Uşaqlıq şəklimə hey baxıram mən, İllər xəyalımdan süzülüb keçir. Şirin xatirələr gözüm önündən Gah ağlayıb keçir, gah gülüb keçir. Küçədən tapdığım rəngli bir şüşə, Könlümü nə qədər sevindirərdi! Adamlar, adamlar məni həmişə Oxşayar, əzizlər, xoş dindirərdi. Xəyalən uçardım ulduza, aya. Bir təzə sevdaya düşərdim hər gün. Elə bilərdim ki, bu qoca dünya …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Qara saçlar, ağ saçlar”
Post Views: 171 Saçlarıma dən düşür, dən düşür, yaman düşür, Hər baxanda anamın ürəyinə qan düşür. Bu ağ saçlar, ay ana, səni dərdə salmasın, Saçımın ağlığından qanın heç qaralmasın! Alışıram gecələr masa arxasında mən, Saçlarım da ağarır, qəlbimin atəşindən. Sən demə ki, balamın bəlkə gizli qəmi var, Vaxtsız ağaran saçm özgə bir aləmi var. Ölüm …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Ömür”
Post Views: 35 Y.Məmmədəliyevə ithaf Deyirlər, çox ardır yüz il, əlli il, İnsana bir ömür kifayət deyil. Hələ isitməmiş öz yerimizi Ölüm cəllad olub haqlayır bizi. Deyirlər, şirindir dadı dünyanın, Kaş iki olaydı ömrü insanın. Nola, çalışsaydıq ömrün birində, Sonra əylənəydik biz digərində. Hərə öz ömrünə bir cürə baxmış, Hərə bu dünyanı bir cürə anlar. …
Xalq şairi Zəlimxan YAQUB.”Gətirəcəksən”
Post Views: 36 Könül, nə yanırsan, nə yandırırsan, Xalqı bir yönəmi gətirəcəksən? Dilsiz qayaları, səssiz daşları, Səsəmi, ünəmi gətirəcəksən? Aldılar əlindən yağlı, yavanı, Çəkdilər canından suyu, havanı. Yerinə qaytarıb yurdu, yuvanı, Dağlara binəmi gətirəcəksən? Nə ad düşündürür, nə san milləti, Çoxalır asdıran, asan milləti. Qayğılar başından basan milləti Kölgədən günəmi gətircəksən? Yaşadın dərd yeyib, qəm …
Xalq şairi Zəlimxan YAQUB.”Canımız”
Post Views: 32 Ömür-gün səhrasında, Səfil olan canımız. Qəzası, müsibəti Qəfil olan canımız, Həyat bir udum nəfəs, Dünya beş günlük həvəs. Hər yanı zindan, qəfəs, Qıfıl olan canımız. Enib dərdin şəhrinə, Düşüb qəmin qəhrinə. Sehrbazlar sehrinə Tifil olan canımız. Ölüm ahıl, biz çağa, Boğaz yemdi bıçağa. Axır beş arşın ağa Təhvil olan canımız.
Xalq şairi Zəlimxan YAQUB.”Dərd”
Post Views: 45 Hər çiyin tab gətirməz, Ağır yükdü dərd daşı. Daşıyırsan həyatda Kişi kimi dərd daşı. Enər gözə çən kimi, Düşər saça dən kimi. Damla daş dələn kimi, Dəlib deşər dərd daşı. Əzər-tikər, qum eylər, Kotan çəkər, şum eylər. Dərd əridər, mum eylər Sərt qayanı, sərt daşı. Mərd yaşamaq gərəkdi. Sərt yaşamaq gərəkdi. Dərd …
Xalq şairi Zəlimxan YAQUB.”Sən allah, dilinə qeybət gətirmə!”
Post Views: 36 Ulduzdan danışaq, Aydan danışaq, Çeşmədən, dənizdən, çaydan danışaq, Sevgidən, sevincdən, toydan danışaq. Palıd qətiyyətli oğullar görüb, Çinartək ucalan boydan danışaq, Sən allah, dilinə qeybət gətirmə! İşığam, sən məni zülmətə çəkmə, Aşkaram, sən məni xəlvətə çəkmə. Ayna ürəyimi, duru könlümü Kinə, küdurətə, nifrətə çəkmə, Sən allah, dilinə qeybət gətirmə! Əlvan çiçəklərin baxışına bax, …
Xalq şairi Zəlimxan YAQUB.”Ağrı”
Post Views: 29 Üstümə gələn şikayətçilərə Ürək ndir, zərif tel, incələrin incəsi, Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi. Hər gün üzünə durur həyatın işgəncəsi, Səni necə qurtarım ağrıların əlindən? Fikrində ümid yeri, gözündə yaş gəlirsən, Ürəyində qəm yükü, bağrında daş gəlirsən. Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən, Səni necə qurtarım ağrıların əlindən? …
Xalq şairi Süleyman RÜSTƏM.”Bilmədin sən qədrimi”
Post Views: 80 Bilmədin sən qədrimi, ey nazli canan, bilmədin Çəkdi min dərd, min cəfa hicrində bu can bilmədin. Bilmədin sənsizliyindir qəlbimə odlar salan, Bağrıma dağlar çəkən hicranı hicran bilmədin, Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım, Ömrümü verdim sənin uğrunda qurban, bilmədin. Eşqimin təxtində fərman verdi hər gün ayrılıq, Can evimdə əsdi yellər, qopdu …
Xalq şairi Süleyman RÜSTƏM.”Gözəllər gözəlinə”
Post Views: 93 Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, – Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Üzünü görmədiyim hər günümə gün demirəm, Küsmə, ünvanına bu sözləri küskün demirəm. Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm. Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim, Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Səndən öyrəndi bahar nəğmələrin …
Xalq şairi Süleyman RÜSTƏM.”Bəlkə də…”
Post Views: 25 Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır. Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır. Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədən Qəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır. Eşqdir mənası bu ağ günlərin, xoş günlərin, Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır. Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz, Millətə xidmətdə ən mənalı bir …
Xalq şairi Süleyman RÜSTƏM.”Rəqs edir”
Post Views: 34 Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir. Rəqs edir dünya gözümdı, iftixarım rəqs edir. Söylıyin bülbüllərə sussun, bir anlıq ötməsin, Hüsnü dülbər əzbəri, şux nəğməkarım rəqs edir. Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını, Könlümün mülkündə solmaz ilk baharım rəqs edir. Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil. Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs …
Xalq şairi Süleyman RÜSTƏM.”Çağır”
Post Views: 73 Sənə üz versə kədər, məclisə cananı çağır, Dodağı qönçəli, ol gözləri ceyranı çağır. Eşqdir, hicridir, aləmdə vüsaldır məna, Varsa şübhən, bunun isbatina dünyanı çağır. Söndürə bilməyəcəksən yenə eşqin adını, İstəyirsən köməyə çayları, dəryanı çağır. Sağalar məncə, vüsal ilə bu hicran yarası. Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır. Səni qəmlər dənizi …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qoymaram”
Post Views: 68 Gedin deyin Xançobana, Gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana apardı sellər Saranı. bir gülər üzlü balanı.. Nəbati Gedin deyin Nərimana, Sıxır məni xəstəxan,. Xəstəxana batıb qana. aparır sellər Saranı. eşitsin ellər Saranı. Sara Dözmün azalıb, nə olub yenə, Belə görməmişdim, ay Sara, səni. Oxuma yanımda qəm mahnısını, Qoymaram bu ellər …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mənə düşməyir”
Post Views: 31 Məni sevindirməyin, Gülmək mənə düşməyir. Nədir arzum, diləyim, Dilək mənə düşməyir. Sıxır amansız həyat, Tale sərt, can amant. Can de, köməyimə çat,- Kömək mənə düşməyir. Nədir məni söylədən?- Başa düşməz hər yetən. Nə deyim əvvəlcədən, Demək mənə düşməyir.
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ay Həkim”
Post Views: 78 Ağzın bəd xəbərə açıldı sənin, Sonra necə güldün, necə, ay həkim. Səsin ürəyimə sancıldı sənin, Həkimlik buydumu səncə, ay həkim. Sən güldün, yanında ssusub ağladım, Yenə ümidimi sənə bağladım. Sağ ikən insana mən yas saxladım, Verdin əməyimi heçə, ay həkim. Bir qapı bağladın, yüz qapı açdım, Qızışn soyuğunda ölkə dolaşdım. Həkimin əlindən …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mən”
Post Views: 37 Kimsə salam verdi mənə rəhm ilə, Allahın nə yazıq bəndəsiyəm mən. Tüstüsüz yandım mən odlar içində, təndirin küt gedən kündəsiyəm mən. Məndən inciməsin dostlar, tanışlar, daha yadlaşıbdı doğma baxışlar. Ey əsən küləklər, yağan yağışlar, tökülün üstümə dözəsiyəm mən. Yatır süfrəmizə çörək gətirən, ailə yükünü təkcə götürən, Mən boynu büküyəm, o köks ötürən, …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”
Post Views: 88 Ürəyim ananı istəyir, qızım, sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz. Qaşlarım qaradı, saçlarım ağdı, təbiət şəklimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdı amma tək qocalmaq dərd verir hərdən. “Dağlar” deyə-deyə mən dağ şamışam, Hanı tale dostum, ürəkdən gülən?! Dünyada yaşayıb dünyalaşmışam, …
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Post Views: 27 Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. AZƏRTAC xəbər verir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi …
Əhməd CAVAD.”Azərbaycan bayrağına” (Şeir)
Post Views: 83 Türküstan yelləri öpüb alnını Söyləyir dərdini sana, bayrağım! Üçrəngin əksini Quzğun dənizdən Ərməğan yollasın yara, bayrağım! Gedərkən Turana çıxdın qarşıma, Kölgən dövlət quşu, qondu başıma! İzn ver gözümdə coşan yaşıma – Dinlətsin dərdini aha, bayrağım! Qayı Xan soyundan aldığın rəngi, Qucamış Elxanla, müsəlman bəgi. Elxanın övladı, dinin dirəgi, Gətirdin könlümə səfa, bayrağım! …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 60 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı YADA DÜŞÜR /”Düşüncələrim” – silsiləsindən/ Vaxt çatanda ağ libası geyinməyə, Hacət qalmır təkəbbürə, öyünməyə. Başlayırlar əldə təsbeh deyinməyə Sanki varmış bu günədək öndə duran, Yada düşür oruc, namaz, həm də Quran. Sığışmayır …
Şəfa VƏLİYEVA.”Mən səni Şamxat kimi”
Post Views: 31 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Mən səni Şamxat kimi- Min fitnəylə sevirəm… Sonra da Öpüşünlə Ruhuma qüsul tökürəm… Mən səni Lalə kimi- Düzlərdə gözləyirəm… Bağrıyanıq, Dilimdə “ah”… Ləçək-ləçək közərirəm… Mən…-ilan məkrinə vurğun, …
Gülnar SƏMA.Seçmə şeirlər
Post Views: 62 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Var Sənsiz gecələrə vərdiş etmişəm Həsrətə, hicrana məndə dözüm var. Nazıyla oynadım ayrılıqların Vüsala tamarzı iki gözüm var. Mənli-mənsiz, onlu-onsuz arzular Qanıma susadı qansız …
Xatirə FƏRƏCLİ.Seçmə şeirlər
Post Views: 52 AĞ ÇİÇƏK Ay ağ çiçək, ağ çiçək, allar düşüb gözümdən. İçimdə bir qallıq var, gəl, al məni özümdən. Ürəyim ağ kəlağay, yer tapammıram sərim. Belə ürəklə bəlkə çiçək olub əzəlim. Götür, hara istəsən apar məni, at məni. O Bəy bəyazlığına bələ məni, qat məni. Gedim bir ağ yuxuya, gedim ağ mələk kimi. …
İradə AYTEL.Seçmə şeirlər
Post Views: 29 Qadın İstəkdən yoğrulsan da, İstəklə doğulmadın. O qədər çox idi arzun Arzundaca boğuldun! Yum! Yum gözlərini, qadın! Sevdin! Ruhun uzaqda Cismin doğma yataqda, Ananın naxış-naxış, Həvəs-həvəs tikdiyi Yastığı cırmaqlayan Dırnaqların şişəmi? Məhrəminə satdığın Cismin dözür şişəmi? Bu dünya çox kiçikdir. Bir qadın içindəki Sevgini basdırmağa Yer acizdi torpaqda, Torpaq bəyaz bayraqdı! Sən …
“Bir dəstə kart, bir ovuc noxud, beş manat pul”la “Kirpi”ni özünə “aşiq” edən jurnalist – MÜSAHİBƏ
Post Views: 42 “Aslanın erkəyi, dişisi olmaz” deyib atalar. Bəlkə də atalar bunu döyüşçü qadınlar üçün deyib, bilmirəm, ancaq hər halda bir yaranış səbəbi vardır. Ataların bu sözünü dəstəkləyərək gündəmə gətirməyimin səbəbi isə bax, o aslan kimi qadınlardan biridir. Bu atalar sözü əyninə biçilmiş onlarla, yüzlərlə qadın var ki, ömür vəfa etsə boyasız qələmimlə onların …
SUMQAYIT ELƏ GÖZƏL ŞƏHƏRDİR Kİ…
Post Views: 86 Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edirəm. Sumqayıt elə gözəl şəhərdir ki… Mavi gözlü Xəzərimin sahilində şahə qalxan dalğalara sinə gərən məğrur şəhərim. Bəzən də sakit, həlim dalğaların laylasıyla baş-başa verib uyuyan, dincini alan şəhərim. Geniş və səliqəli küçələr, tıxacsız yollar, ruha rahatlıq gətirən parklar, xiyabanlar, göz oxşayan yaşıllıqlar, gül-çiçəklər… Sumqayıt elə …
Ceyhunə MEHMAN.”Nə biləsən, ayrılığın səhəri”
Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri Nə biləsən, ayrılığın səhəri, Gizli-gizli pıçıldaşır yağışlar. Nə biləsən,əgər geri qayıtsan, Tanrı səni göz yaşıma bağışlar. Nə biləsən,soyuyubdur göz yaşım Yanağıma kədər yağır,qar düşür. Gözlərimdə iki dünya qovuşur, Dodağımda ölüm necə öpüşür. Nə biləsən,səndən sonra hamının Mənim ilə davası var,dərdi …
Ceyhunə MEHMAN.”Niyə qayıtmısan, bilmirəm niyə”
Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri Niyə qayıtmısan, bilmirəm niyə, Yeni istəyin nə, yeni arzun nə? Niyə qarğıyırsan bu yerə, göyə, Söylə, bu dünyaya etirazın nə? Xaraba qoyduğun könül evimə, Bilmirəm, çıxmağa yiyəmi gəldin?! Mənə etdiklərin başqa surətdə, Qarşına çıxmışdı deyəmi gəldin?! Daha bir addım da …
Kənan AYDINOĞLU.”Şair olmağıma bir ömür qalıb”
Post Views: 30 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Bilmirəm,nə üçün doğulmuşam mən, Əldə kündə olub yoğrulmuşam mən. Çox çətin günlərdən yorulmuşam mən, Şair olmağıma bir ömür qalıb. Kədəri sevinclə görəndə birgə, Bəxtimin üstünə düşəndə kölgə, Gülüb şadlananda böyük bir ölkə, Şair olmağıma bir ömür qalıb Dünyanın sirrini …
Kənan AYDINOĞLU.”Vurğun”
Post Views: 35 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Xalq şairi Səməd Vurğuna Başın ağrısa da, durmadı əlin, Yazdığın hər sözün qalandı, Vurğun. Vətənə sən dedin həmişə ana, Vətənin şairi balandı, Vurğun. Xalqına həmişə hörmət bəslədin, Hamını sənətə, şerə səslədin. Bu elə-obaya sən nur çilədin, Sənsiz hər bir …
Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
Post Views: 60 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər ” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 36 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı MƏNİ SƏSLƏYİN /”Vətənimdir” – silsiləsindən/ Sorsalar ki, kiməm mən? Cavaba tələsməyin. Dost olsun, ya da düşmən. Həmən məni səsləyin. Səsim gələcək yerdən, Od olub püskürəcəm. Səsim gələcək Kürdən, Xəzərə töküləcəm. Qarsdan Bakıya …
Şairə-publisist Nəcibə İLKİN.”Vüsal nəğməsi”
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bir gün məni alıb qolların üstə, Aparıb gedəydin lap uzaqlara. Bəxtimin qar basmış yolları üstə, Əyninə vüsaldan geyəydin xara. Nə yağış biləydik, nə qar, nə …
Şairə-publisist Nəcibə İLKİN.”Bir məclisdə…”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Birməclisdə salam verdim birinə, “Xoşuma gəlirsən, dost olaq”, dedi. Nə dərdin, nə qəmin olsa çəkinmə, “Dərdinə əlacı bir qılaq”, dedi. Zəng eləyib hal-əhvalımı sordu, Min …
Gənc xanım yazar Şəfa Vəliyevanı şeirləri “Vatan Konulu Şiirler” antologiyasındaişıq üzü görüb
Post Views: 45 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri İLESAM və Azərbaycan Yazıçılar Birliyindən gözəl bir layihə. 50 Azərbaycan şairinin, 50 Türkiyə şairinin Vətən mövzusunda …
Şəfa EYVAZ.”Sevgi”
Post Views: 55 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Sevgi elə belə olmur ki?! Sevginin gülən gözləri olur. Sevgi sən görən deyil ki?! Sevginin bapbalaca əlləri olur. Sevgi elə belə olmur ki?! Sevginin dadı var, şirin bal kimi. Sevgi sən görən …
İradə AYTEL.“Vida nəğməsi”nin bitməyən ömrü”
Post Views: 28 “Vida nəğməsi” adlı roman, povest, hekayələrdən ibarət kitab barədə düşündüklərim və Nüşabə Məmmədlinin bədii portreti… Aynanın qarşısına keçirəm, saçlarımı onun saçları kimi yığıram: ortadan tağ edib arxada dəstələyirəm. Yox, bənzəmirəm ona. Yenidən saçlarımı dağıdıram, daraqla sığal çəkirəm, bölürəm və arxada toplayıram. Bu, bir neçə dəfə təkrar edilir, nəhayət, saçlarım eynən onun saçlarına …
Əziz MUSA.”Bənövşə”
Post Views: 50 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İstədim ki, görəm səni, Məhəbbətlə dərəm səni, Əsli bildi Kərəm səni, Bu bahar, bu yaz, bənövşə. Şeir yazdım sətir-sətir, Bihuş etdi məni ətir, Qucaq dolu sevgi gətir, Dincəlim bir az, bənövşə. Görüb, bəyənmişəm …
Əziz MUSA.”Sənsiz”
Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Getmisən, açılmır göylərin üzü, Dəyişik salmışam gecə gündüzü, Ağlaya-ağlaya qoymusan gözü, Sənsiz yalan imiş, yalan bu dünya. Sənsiz nə fərqi var odunan, buzun, Ay ilə ulduzun, qışınan, yazın, Tay fərqi bilinmir şəkərlə, duzun, …
Əziz MUSA.”Ayırma”
Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Allah, xoşbəxt olsun dünyada hamı, Bir xoş təbəssümü üzdən ayırma, Sən vaxtsız söndürmə yanan bir şamı, Düz yolu , cığırı, izdən ayırma. Bəzə məhəbbətlə hər bir ürəyi, Boynu bükük qoyma gülü, çiçəyi, Gül …
Əziz MUSA.”Qızlar gəlin köçəndə”
Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Dünya, aləm çiçək olur, Hər yan gözəl, göyçək olur, Analar ağbirçək olur, Qızlar gəlin köçən zaman. Baxışlardan nur tökülür, Hicranın bağrı sökülür, El -oba sevinib gülür, Qızlar gəlin köçən zaman. Sözlər dönür bir …
Hikmət MƏLİKZADƏ.”Arzular çəp görünür”
Post Views: 47 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzular çəp görünür Ömür yanımdan ötür Bir kölgə, bir fon kimi. Arzular çəp görünür, Sonuncu vaqon kimi. Deyən, dərdə xoş gəlir Sifətimin ağlığı. Nə qədər gözləyəcəm, Burax bu uşaqlığı. Ürəyin ağ varaqdı, Bir kəlmə yaz, uzat, qız. Mən gəlməyən yollara, Gözünü az …
Hikmət MƏLİKZADƏ.”Sevmək əzab deyil, əzab verməkdir”
Post Views: 29 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevmək əzab deyil, əzab verməkdir, Getmə o küçəyə, tin cadu, kələk… Başımın üstündə durna səsi var, Başımın altında min cadu, kələk. Həsrət saflığı var hər adi gözdə, Mən indi bilirəm, qada ki, şeytan… Kimin ki, Allaha duası çatmır, O, ya adam olur, …
Xəyalə SEVİL.”“Əllərim üşüyür””
Post Views: 52 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Mən özüm “ayrılaq” demişdim onda, Mən özüm bilirdim belə olacaq. Uçuq daxma kimi damır gözlərim, Hələ nə olub ki, hələ olacaq. Ağladım, gözümü dəniz etdim ki, Mən sənin sevgini boğum, boğulmur. Hər axşam gözümə düşən gecəyə Həsrətin …
Xəyalə SEVİL.”Yenə söykənməyə ürək tapmadım”
Post Views: 54 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Yenə söykənməyə ürək tapmadım, Yenə əllərimə qucaqdı dizim. Yolumuz nə zaman, necə kəsişdi? Yolumuz nə zaman ayrıldı bizim? Kimsən? Səninləyəm! Eheey! Kimsən sən? Bu qədər doğmalıq içində ögey, Bu qədər yaxınlıq içində uzaq. Yad adam. Ömrün divar …
Xalq şairi Zəlimxan YAQUB.”Gözlərimi özün qapa”
Post Views: 47 Dedim: – Gəl, bir seyrə çıxaq. Yox, gələ bilmərəm, – dedi. Dedim: – Nazı bir yana qoy. Yox, gələ bilmərəm, – dedi. – Qapım açıq, baxtım açıq, Sevmir mənim baxtım acıq, İşıq kimi baxtıma çıx! – Yox, gələ bilmərəm, – dedi. – Dağları en, dərəyə gəl, Ovçun mənəm, bərəyə gəl, Yaşıl bir …
Xalq şairi Zəlimxan YAQUB.”İlahi, min şükür yaratdığına!”
Post Views: 29 Bir gündə min dəfə şükür deyirəm, İlahi, min şükür yaratdığına! Göylərin payıdı enib torpağa, İlahi, min şükür yaratdığına! Pətəyi çəməndən, balı çiçəkdən, Sevgisi beşikdən, eşqi bələkdən, Payı gözəllikdən, nuru mələkdən, İlahi, min şükür yaratdığına! Baxışı ulduzdan, işığı Aydan, Axarı çeşmədən, ləngəri çaydan. Günəşi bahardan, alovu yaydan, İlahi, min şükür yaratdığına! Arayan narahat, …
Xalq şairi Zəlimxan YAQUB.”Sevgi yağışlarına tutacağam dünyanı”
Post Views: 64 Təpiklər tapdağında əzildi, əzdi dünya, Xilası, xilaskarı axtardı, gəzdi dünya. Ədavətdən yoruldu, nifrətdən bezdi dünya, Sevgi yağışlarına tutacağam dünyanı. Neçə ki kin-küdurət bir-birinə calaqdı, İnsan hey çarmıxdadı, həmişə daşqalaqdı. Anamızı ağladan böhtandı, badalaqdı, Sevgi yağışlarına tutacağam dünyanı. Sevib cavanlıq etmək, sevib qocalmaq gərək, Saf duyğular içində xəyala dalmaq gərək. Sevgini xəyanətin əlindən …
Xalq şairi Zəlimxan YAQUB.”Mənim bu kölgədə bir xatirəm var”
Post Views: 54 Saxlaya bilirdim vaxtı, saatı, Yaşaya bilirdim ömrü, həyatı. Şirin bir oxşama, kövrək bayatı, Bütün ömrüm boyu unutmadığım Vaxtın əllərimə keçdiyi çəm var, Mənim bu kölgədə bir xatirəm var. Başımın üstündə barlı bir budaq, Budağın altında odlu bir dodaq, İllərdi ağlayır orda bir bulaq, Yarpaqlar üstündə hələ də nəm var, Mənim bu kölgədə …
Xalq şairi Zəlimxan YAQUB.”Mən sənin qəlbinə necə yol tapım?”
Post Views: 767 Gəl, mənim ömrümün şirin dünyası, Məhəbbət adlanan pirin dünyası, Fərhad əfsanəsi, Şirin dünyası, Qalamı uçurum, qayamı çapım, Mən sənin qəlbinə necə yol tapım? Ömrüm sənə sarı düşən güzardı, Əvvəli beşikdi, sonu məzardı, Ay Allah, bu azar nə xoş azardı, Ürək ağrılarım, könül əzabım, Mən sənin qəlbinə necə yol tapım? Ürəkdon-ürəyə dil körpüsü …
Tanınmış rəssam Xəlil Əliyevə UNESCO-nun şöhrət ordeni təqdim edilib-FOTOLAR
Post Views: 39 GÜNDƏLİK.İNFO xəbər verir ki, noyabrın 4-də tanınmış rəssam Xəlil Əliyevin 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Az sonra UNESCO-nun şöhrət ordeni tanınmış rəssam Xəlil Əliyevə təqdim edilib. Qeyd edək ki, UNESCO-nun şöhrət ordeni dünyaca 40 ədəd hazırlanıb və sayca 3-cü sayı Azərbaycanlı rəssam Xəlil Əliyevə məxsusdur.
Bolqarıstanda İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
Post Views: 30 Bolqarıstanda İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı nəşr edilib. Kitab böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq çap olunub. Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Cahana sığmayan Azərbaycan şairi” adlı …
Xəyalə SEVİL.”Yenə darıxdım”
Post Views: 50 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Uzaqdan… Uzaqdan baxıb keçənlər, Bir addım yaxına kim gələ bilər? Lap uşaq olanda dediyim kimi: “Gözümü yumuram, axarın məni” Harda gizlənmişəm, kim bilə bilər? Ucadan… Ən qalın səslə susuram. İçimdə bir yığın Kəslə susuram. Dilimə, dişimə dəyən …
Xəyalə SEVİL.”Ömrüm-günüm”
Post Views: 33 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Ağladım, göz yaşım son sözüm oldu, Bu tale nə yaman tərs düzüm oldu. Sənin məndən sonra bir qızın oldu, Mənim səndən sonra heç… Ömrüm-günüm Ötdü yığın-yığın dərd ürəyimdən, Bu sənsiz, bu yalqız, pərt ürəyimdən. Kimlər keçmədi ki, …
Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 49 Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 noyabr 2019-cu il. Mənbə: https://president.az