Post Views: 46 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilir. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar, Qax rayon və Şəki şəhər MKS-ləri də iştirak edirlər. Növbəti videoçarx Azərbaycanın əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhəri olan Gəncə haqqındadır. …
Mart 2020
İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Post Views: 29 -Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir. Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün …
Azərbaycanlı şairə Afaq Şıxlının “Bəzən olur…” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Post Views: 29 Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Bəzən olur…” adlı yeni mənsur və sərbəst şeirlər kitabı işıq üzü görüb. …
Azərbaycanlı şairə Afaq Şıxlının “Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyədə işıq üzü görüb
Post Views: 51 Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən “Akıl Fikir Yayınları” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyə türkcəsində işıq üzü …
Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkarlanıb və onun surəti əldə edilib
Post Views: 39 AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə bu ölkədəki Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib. Qeyd edək ki, sözügedən tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Tədqiqat işinə əsasən Azərbycana dair Özbəkistan …
Xəyalə Sevili doğum günü münasibətilə təbrik edirik! 18 mart 1985-ci il)
Post Views: 26 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Xəyalə Sevili, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı şəhəri üzrə xüsusi nümayəndəsini və …
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
Post Views: 25 Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı işıq üzü görüb.AYB-dən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixi əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur.Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, …
“Vətənimizə virtual səyahət” adlı layihə gerçəkləşdi
Post Views: 27 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M,Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilməyə başladı. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər. İlk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun …
Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 8. “Baybörə oğlu Bamsı Beyrəyin boyu”nun dilində işlənən nitq etiketləri”
Post Views: 42 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ “BAYBÖRƏ OĞLI BAMSI BEYRƏYİN BOYU”NUN DİLİNDƏ İŞLƏNƏN NİTQ ETİKETLƏRİKeywords: Kitabi-Dada Qorqud, speech etiquette, Beyrak, …
Təhminə VƏLİYEVA.”BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏ NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ”
Post Views: 37 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com Açar sözlər:İmadəddin Nəsimi, hürufizm, nəsimilik, insan idealı, dövrə münasibət, ictimai problemlərin əksiKey words:İmadaddin Nasimi, hurufism, nasimism, the …
Moskvada keçiriləcək uşaq rəsm müsabiqəsinə şəkillər göndərildi
Post Views: 24 Xəbər verdiyimiz kimi, Müstəqil dövlətlərin Kitabyayımı Assosiasiyası Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin tapşırığı ilə Uşaq Kitabı Həftəsi çərçivəsində uşaq rəsmi müsabiqəsini təşkil edəcək. Xatırladırıq ki, müsabiqə ənənəvi olaraq 1943-cü ildən keçirilir. Bakı səhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, müsabiqədə iştirak edir. Oxucularla …
14 mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
Post Views: 25 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …
Azərbaycan yazıçısı Varis nüfuzlu PEN-kluba üzv seçilib
Post Views: 30 Azərbaycan yazıçısı Varis dünya yazarlarının ən aparıcı və nüfuzlu təsisatı olan PEN İnternational təşkilatına üzv seçilib. Yazıçıların PEN-kluba qəbulu səs hüququna malik ölkə nümayəndəliklərinin kollegial rəhbər orqanlarının tövsiyəsi əsasında Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir. AZƏRTAC xəbər verir ki, yazıçımızın PEN-kluba üzvlüyü təsisatın Rusiya üzrə nümayəndəliyinin kollegial rəhbər orqanı tərəfindən dəstəklənib. Qeyd …
Xəyalə SEVİL.”Ölümün nübar vaxtıdı”
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Bu uzun gecənin qaranlığındaCanıma vəlvələ düşüb.Bir kəndir özünü asıb tavandan,Məndən əvvələ düşüb.Gecədən bir az keçir,Saat səhərə yaxın.Nə intihar vaxtıdı…Ruhum üzü göylərədi,Ölümün nübar vaxtıdı.Yoxdu burdan o tərəfi,Nə günəş, nə də ki, ay olasıdı.Bir cüt qərənfilə dönüb əllərimSinəmin üstünə …
Xəyalə SEVİL.”Ürəyim qapımda döyünür indi”
Post Views: 31 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü İllər külək kimi yüyürüb keçir,Nə ömür gecikir, nə gün gecikir.Tale yolumuzu kəsəndən bəri,O yol səni çəkir, bu məni çəkir. Bir qadın boylanır pəncərənizdən,Bir uşaq ağlayır evində sənin.Hər gün qadınından gizlənir, eləŞəklim xəcalətdi cibində sənin. Ölür, gözümdəki ümid …
Kitabxanada Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi qeyd olunub
Post Views: 57 Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Qəm dolu ürəyin gülüşü” adlı tədbir keçirib. İdarədən AZƏRTAC-a bildirilib ki, oxuculara Bəşir Səfəroğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan …
Şəhla RAMAZNZAQIZI.Yeni şeirlər
Post Views: 29 Gedirsən Gedirsən əlvida söyləmədən get, Üzülmə, son dəfə gül, sağollaşaq. Mehriban-mehriban hal-əhval tutaq, Gələcəksən kimi gəl , sağollaşaq. Kim bilir bəlkə də elə düz dedim, Cığırda önünü kollar kəsəcək. Qırdığın ümidin toz cilikləri, Yalın ürəyini möhkəm əzəcək? Gedirsən gəlməyə bir baxış saxla, O baxış əritsin buz həsrətləri. Getmə ən yaxşısı, sarıl,qucaqla, Çəməngöz, …
Şəhla RAMAZNZAQIZI.Yeni şeirlər
Post Views: 28 Həyat necə amansızdır, İlahi?!Doğru-düzgün vaxt yetişmir heç nəyə.Hamı soyuq güzgü kimi dayanıb,Ölən olsa yetən yoxdu köməyə. Hərə bir cür kölə olub, qul olub.Kimi bilir, kimi hələ bixəbər.Sanki öldü ruhu bütün dünyanın,Xeyirin gözünü çıxaranda şər. Elə çoxdur ata-ana görməyən,İllər keçər sol tərəfi isinməz.Var onları görüb salam verməyən.Dilini ağzında diş kəsər, dinməz. Yanlışını, əyrisini …
Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 29 *** Kasıbın işixəcalət tərinə bulaşa-bulaşayoxluq adlı odun üstünəsac qoymaqdı…Günah da,bir qadına şəhvətlə baxmaq deyil,evdə uşaqları ac qoymaqdı… *** Yenə duyğu qatarımın təkəri sınıb,Yenə sevda qayıqlarım limana gəlmir.Duam ilə günahımın yeri səhv düşüb,Mən susuram, qaraçuxam imana gəlmir. Kölgəm yenə aralıda acığa düşüb,Tez-tez Tanrı görsün deyə kürəyin açır.…Kimsə qəfil ad yazdığım qovağı kəsir,Sonra gedib …
Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 65 *** Kimsə bilməz bu həyat neçə dəfə çat verir…İmanı olmayana Tanrı çürük zat verir. Ölüm də bir şahmatdı, ağı-qarası zülüm,Şahı güddüyün yerdə şeytan qəfil mat verir. Yuxu da əcəl kimi tez haqlayır adamı,Elə bil ki, hər dəfə kimsə ona at verir. Çətin, qanadı çıxa qorxaq dualarımın,Əlimi qaldırdıqca, hissim, duyğum qat verir. Hikmət, …
Əziz MUSA.”Mənim ol!”
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gözümün üstündə saxlaram səni,Yaşaya bilmərəm səndən aralı,Dərd,qüssə içində gəl qoyma məni,Elimin, obamın nazlı maralı. Yoluna, izinə döşənərəm mən,Səni qoruyaram ürəyim kimi,Səni gecə-gündüz düşünərəm mən,Canım , gözüm kimi, bəbəyim kimi. Necə and içim ki, inanasan sən,Həmişə …
Əziz MUSA.”Yuxuda yazdığım şeir”
Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü CƏBRAYILDADIR Ömrümün , günümün könül oxşayan,Ən şirin nəğməsi, Cəbrayıldadır.Hər daşı, qayası nağıl danışan,Ərzin möcüzəsi, Cəbrayıldadır. Zaman susub qalıb Xudafərində,Lalələr boy atır al qan yerində,Orda öz yeri var xeyir, şərində,Vətən şikəstəsi Cəbrayıldadır. Ellərə tanışdı şöhrəti, adı,Atından …
Teymur ƏHMƏDOV.”Nəriman Nərimanov bu gün bizimlədir…”
Post Views: 53 2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır…Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur.Nəriman Nərimanov 1870-ci il aprelin …
Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub
Post Views: 30 Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub.Kitaba 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib.“Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.Mənbə:http://edebiyyatqazeti.az/
Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın şeirləri Özbəkistan mətbuatında
Post Views: 33 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və …
Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti “Ulduz” jurnalında işıq üzü görüb
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında işıq üzü görüb.Qeyd edək ki, …
Şəfa VƏLİYEVA.”Düşüncə döngələri…”
Post Views: 34 “Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu…Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın …
Kitabxananın virtual rejimdə növbəti tədbiri
Post Views: 30 Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib. İzləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq bir suala cavab verməlidirlər. Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” …
Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”
Post Views: 35 Keçilməz dərələr keçilməsəydi, Aşılmaz zirvələr aşılmasaydı, Yeldən qanad alıb, seldən güc alıb, Ruhum küləklərə qoşulmasaydı Mən hardan bilərdim şairlik nədir? Torpaqdan, toxumdan, dəndən gəlməsəm, Qurandan, kitabdan, dindən gəlməsəm, Dərdi çoxalanda yerdəkilərin Göylərə saldığı gündən gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Minadan gəlməsəm, Turdan gəlməsəm, Allahın verdiyi nurdan gəlməsəm, Sinəmi saz edib, əlimi mizrab, Qopuzdan, Qorquddan, qordan gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Gedir qismətinə, bəxtinə sarı, Yorulmur qarışqa, dincəlmir arı. Qəlbimi riqqətə gətirməsəydi Ana təbiətin yaratdıqları, Mən hardan bilərdim şairlik nədir? Fələklər sirdaşı, mələklər yarı, Hər misra şairin sərvəti, varı. Qulaq eşitməsə, könül duymasa Göylərdən süzülən pıçıltıları, Mən hardan bilərdim şairlik nədir?!
Xalq şairi Zəlimxan YAQUB.”Mən sözün anası”
Post Views: 38 Tanrının sözünə dirsəklənmişəm, Söz – yaşıl yamacım, söz – talam mənim. Yeddidən yetmişə rəngi gözümdə, Söz – gülüm, gülşənim, söz – lalam mənim. Dilimdə ilk kəlmə dinəndən bəri, Söz oldu ömrümün sərvəti, zəri. Mənəm sərkərdəsi, mənəm əsgəri, Söz – daşım, divarım, söz – qalam mənim. Yoğurdum, başımda ağıl elədim, Dastana çevirdim, nağıl elədim. Böyütdüm, bəslədim, oğul elədim, Mən sözün anası, söz – balam mənim. 28 yanvar 2005
Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”
Post Views: 49 Bir nadanın atdığı daşa cavab Mənə o qələmi nə sənin dədən, Nə vəzir, nə vəkil, nə də şah verib. Ona söz atmasın hər gəlib gedən, Onu Zəlimxana bir Allah verib. Yaz deyib sevinci, yaz deyib qəmi, Fitnəyə verməyib, fəndə verməyib. Allahdan almışam mən o qələmi, Mənə o qələmi bəndə verməyib. Qələm sındırmağa yaranmamışam, Hünərin çatırsa, gəl, sındır onu. Əgər bacarırsan, tək bircə axşam Yazmaq həvəsindən daşındır onu. Qələmin dünyası ocaqdı, pirdi, Qələm sındıranlar şümürdü, bala. Bu nifrət nə zaman qəlbinə girdi, İçini nə zaman gəmirdi, bala? Baxdım bostanıma atılan daşa, Əl sənin əlindi, daş sənin deyil. Gülməli səhnədi, qəmli tamaşa, Ağıl özgənindi, baş sənin deyil. Sən daş at, mən sənə pambıq atacam, Yaralı canımı daş ağrıtsa da. Boş dedi-qodular gəldi-gedərdi, Könüllər sındırıb, baş ağrıtsa da. Səni kim bu yola çəkib, aparıb, At getsin, fırlansın, daş ona dəysin. Sonradan başıma qaxınc etdiyin Əvvəlki sevgin də başına dəysin. Haqqın qəzəbinə gələrsən, bala, Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb. İmrələr sözüylə çatıb vüsala, Hər ulu kişiyə bir əsər yazıb. Hər sevgi, hər barış bir yeni dastan, Nifrət qəzəblərə, nifrət kinlərə. Bu qələm dərs alıb Dərviş Yunusdan, Bu qələm yas tutub “Didərginlər”ə. Ey qələm sındırmaq istəyən naşı, Allahın danışan dilidir qələm. Şairin əlində od parçasıdı, Cahilin əlində ölüdür qələm. Fərhad külüngüdü Şirin yolunda, Hasardı, qaladı şərin yolunda. Can verib ocağın, pirin yolunda, Ulu ustadların yoludur qələm. Göydə bir mələkdi, yerdə pəridi, Yanan üfüqlərin parlaq zəridi. Coşanda Koroğlu dəliləridi, Sevəndə Məcnuntək dəlidir qələm. Dərvişdi, ozandı, eldi, aşıqdı, Yaradan əllərə bir yaraşıqdı. Harda qaranlıq var, orda işıqdı, …
Xalq şairi Zəlimxan YAQUB.”Bəhmən Vətənoğluna məktublar” silsiləsindən
Post Views: 34 “BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR” SİLSİLƏSİNDƏN I DAĞLAR Səndən ayrılanda bir ah çəkmişəm, Kərəmtək yandırıb ah məni, dağlar! Daramır saçımı sənsiz küləklər, Sənsiz heç oxşamır meh məni, dağlar! Şirin görüşlərin ömrü kəm olar, Gözüm yaşla dolar, könlüm qəm olar. Cənnətim çevrilib cəhənnəm olar, Olmasam dağların mehmanı, dağlar! Hər dərddən xəbərdar, hər işdən halı, Şairdi daşıyan min qilü-qalı. Zəlimxan düşsə də səndən aralı, Saxla gözün üstə Bəhməni, dağlar! II GÖNDƏRİM Bəhmən, hədələrdən qorunmaq üçün Yarağın yoxdursa, yaraq göndərim. Dərdini deməyə dərdli bir qələm, Şerini yazmağa varaq göndərim. Qoşun bil, özünü təkləmə, qardaş, Ürəyi bu qədər yükləmə, qardaş. Qəlbi qəm üstünə kökləmə, qardaş, Lazımsa, eşqimi dayaq göndərim. Cam olum, içməyə camın yoxdusa, Tam olum, dadmağa tamın yoxdusa, Gecə yandırmağa şamın yoxdusa, İki gözlərimi çıraq göndərim! Ellərə doğmadır şairin səsi, Mən necə sevməyim el sevən kəsi? Geniş aç qapını, ay ev yiyəsi, Şair Zəlimxanı qonaq göndərim!
Xalq şairi Zəlimxan YAQUB.”Kimdi”
Post Views: 26 Məfhur türk aşığı Səbri Şimşak oğlunun lent yazılarını dinlərkən Şimşəkoğlu, səsindəki oda qurban, Yandırırsan, yanan kimdi, sönən kimdi? Kimlər sənə vədə verdi, yalan çıxdı, İlqar verib, ilqarından dönən kimdi? Bu səsdimi, haraydımı, nalədimi, Yanmış Kərəm, qara batmış Lələdimi, Daşıdığın dağdan ağır şələdimi, Qəm altında boyun büküb sinən kimdi? Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu, Bəlkə daha qızbirçəkli nah yoxdu. Bəlkə daha Koroğlunun halı yoxdu, Qocalanda dəli köhlən minən kimdi? İncitdimi xotkar səni, paşa səni, Çekdilərmi bərkə səni, boşa səni. Qərib olmaq döndərdimi daşa səni, Yenilməyən qeyrətini yenən kimdi? Dilindəki layladımı, ağıdımı, Sinəndəki min həsrətin dağıdımı, Ayrılıqlar yenə bizə yağıdımı, Düşmənimiz dünən kimdi, bu gün kimdi? Şimşəkoğlu, gəl, bir yazaq yazımızı, Şimşəkoğlu, gəl, bir çəkək nazımızı, Zəlimxanla qoşa çalaq sazımızı, Dünya görsün qalxan kimdi, enən kimdi? 1989
Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 27 Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində …
KARDELEN DERGİSİ’NİN 103. SAYISI ÇIKTI
Post Views: 39 29 yıldır sadece “fikrin değerini bilenlere…” hitap eden Kardelen dergisinin 103. sayısı çıktı. Dergi yeni sayısında; “Mâddi ve Mânevi Sağlığımız” konusunu ele alıyor. Kapakta okuyucuya, Üstad Necip Fazıl’ın “Bir metre seksen santim boyunda, dinç, güzel, dik, vakur görünüşte, seyircisini tılsımlayan, açık alınlı, derin ve ateş bakışlı, nur yüzlü, her türlü illet ve …
Həzi Aslanova həsr olunmuş şeirlər virtual oxuculara təqdim edildi
Post Views: 100 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində iki dəfə Sovet İttıfaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlıq işləri həyata keçirilir. Virtual oxuculara Həzi Aslanova həsr olunmuş şeirləri təqdim etmək məqsədilə Səməd Vurğunun “Qəhrəmanın ölümü”, Məmməd Təhməzovun “General Həzi”, İslam Səfərlinin “Təzə çiçəklər”, Boris Dubrovinin …
12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
Post Views: 60 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı Süleyman Rüstəm 1906-cı …
12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
Post Views: 34 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …
C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 44 C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 mart 2020-ci …
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 44 Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar artist” fəxri adı Hüseynquliyeva Nazlı …
Kitabxananın Fəxri oxucusunun “Dünya, barışmışam səninlə” kitabı çapdan çıxdı
Post Views: 52 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, Rəsul Rza adına beynəlxalq, Həsən bəy Zərdabi adına mükafatlara layiq görülən Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü gördü. Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət …
Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlandı
Post Views: 29 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazirlandı. İnformasiya məktubunda “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, …
Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı
Post Views: 50 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülleteninə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin …
Kənan AYDINOĞLU.”Məni”
Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yıxılsam, büdrəsəm bu yer üzündə,tutacaq qolumdan Yaradan məni.Mənim ünvanımı tapmaq istəsən,sən soruş Fikrətdən, Qaradan məni. Dəyişsə, könlümdə kədər-qəm indi,dağlarda yurd salsa, bir aləm indi,Göz yaşın tökdüsə, bir qələm indi,həyat götürməsin aradan məni. Dağların, aranın qonağı olsam,gül üzlü qızların yanağı …
Kənan AYDINOĞLU.”Olsun”
Post Views: 32 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Deyirəm, gəzdiyim ana torpağın,Hər qarış torpağı gül-çiçək olsun.Bitsin bənövşəsi, laləsi belə,Gözümün önündə tək göyçək olsun. Qədir bilən bu elin, bu obanın,Şair üçün əyilməz bir ananın.Məğrurlar obası Azərbaycanın,Dizinin taqəti qoy çörək olsun. Bəndələr əməldə düz olsun gərək,Şairlər cahanda yüz olsun …
Kənan AYDINOĞLU.”Salam söyəyir”
Post Views: 41 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qələm yoldaşım, şair dostum Azər Mustafayeva. Qazax mahalında durmadan axan,Bulaqlar şairə-salam söyləyir.Yaşıl düzlərində ceyranı qaçan,Yaylaqlar şairə-salam söyləyir. Çətinlik görmədən gəlib keçəndən,Ovçular maralı dağda görəndən,Sənin bu Qazağa yolun düşəndən,Oylaqlar şairə-salam söyləyir. Şairlər yurduna dastanlar qoşan,Neçə dağ, təpəni mərd kimi aşan,Şair ürəyitək durmadan …
Kənan AYDINOĞLU.”Sözünə qurban”
Post Views: 31 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qardaşım Kamrana. On yeddi baharda, on yeddi qışda,Dediyin hər şirin sözünə qurban!Məğrurluq eyləyib igidtək duran,Sənintək igidin yüzünə qurban! Anamın dayağı, balası sənsən,Mən köçsəm, cahanda qalası sənsən,Anamın könlünü alası sənsən,Cahana od tökən gözünə qurban! Dərdimin tapılan çarası kimi,Kənanın könlünün yarası kimi,Gözünün …
Kənan AYDINOĞLU.”Sədəfli saz”
Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairlər ilhamın səndən alıbdı,Aşıqlar yurdunun sədəfli sazı.Sən verdin şeiri bizim sənətə,Aşıqlar yurdunun sədəfli sazı. Aşığın sözünü dilə gətirdin,Sən o xoş əhvalı elə gətirdin,Sən neçə nadanı yola gətirdin,Aşıqlar yurdunun sədəfli sazı. Ələsgər şerini salmısan yada,Boynunu əymədin özgəyə, yada,Oğullar yetirdin bizim dünyada,Aşıqlar …
Şair İbrahim Səfərlinin şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Post Views: 28 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Ağlama” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan …
Şair İbrahim SƏFƏRLİ.”Ağlama”
Post Views: 36 İbrahim Hidayət Səfərli Yaman günün ömrü azdır, ay ana,Belə qalmaz, ötüb-keçər, ağlama.Kəlbəcər elinə zülm eyləyənƏcəl şərbətini içər, ağlama. Altun sarayların şamın söndürən,Neçə zülmkarı səssiz sındıran,Fironu taxtından vaxtsız endirənYaxşını yamandan seçər, ağlama. Bir elin varına göz dikənləri,Nahaqdan torpağa qan tökənləri,Saxta var-dövlətlə ev tikənləriZaman dəryazıyla biçər, ağlama. İbrahim, Fələyin budur gərdişi,Düşməsin heç kimin tərsinə işi.«Günü …
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Qadan alım”
Post Views: 59 “Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə Yolunu sal, oğul, doğma dağlara,Doyunca zirvələr gəz, qadan alım.Haray sal çiçəkli göy yaylaqlara,Bir dəstə bənövşə üz, qadan alım. Özünlə götürüb əsil dostları,Dolan təpələri, qalx dağa sarı.Yayın ortasında görəndə qarı,Götür yaz bir qatar söz, qadan alım. O bulaq, bu tala, o da ki …
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!”
Post Views: 40 Tərpətməyin, hal-əhvalım qarışıb,Yurd gedəli din-imanım yoxdu, yox.Kökdən düşüb telli sazım, çalarmı,Dədə Şəmşir, Ağdabanım yoxdu, yox! Yaş da getdi, baş da getdi əlimdən,Payız ötdü, qış da getdi əlimdən.Uçdu tərlan quş da, getdi əlimdən,Qayıtmağa bir gümanım yoxdu, yox! Nərimanoğlu, iyirmi ildi dözürük,Sərgəndarıq, haqq axtarıb, gəzirik.Canımızı bax beləcə üzürük,Xoş gələcək bir zamanım yoxdu, yox?!
USTAD Məhəmməd NƏRİMANOĞLU.” Unudulmuş unudulmazlar “
Post Views: 58 DAĞLARIN BƏXTƏVƏR DUSTAĞI BU GÜN UNUDULMAZ ŞAİR-ALİMİMİZ ƏNVƏR RZANIN KƏLBƏCƏRDƏ DÜNYAYA GÖZ AÇDIĞI GÜNDÜR! Xəzan vaxtı bahar bilin ƏnvəriDağ çayı tək çağlamağa gələrdi… Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə– saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturam Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: …
USTAD Məhəmməd NƏRİMANOĞLU.”İstedadlılar”
Post Views: 37 Qızıl barmaqlılar“Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir “Çoxuşaqlı ailə”nin üzvləri… Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-birləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir “ailəyə” toplamaq heç də asan olmayıb. 10 il bundan öncə “zərgər barmaqlı” istedadlıları bir araya toplmaqla böyük xeyirxahlıq …
Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Post Views: 29 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın “Sən gedəndən bəri” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” …
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Gəldim”
Post Views: 55 Kənan balamı Beyləqanın ilanmələyəndüzlərində əsgəri xidmət keçmək üçün “N” saylı hərbi hissəyə təhvil verib qayıdanda elə bildim ki,həyatda o da, mən də yalqız qaldıq. Böyütdüyüm, yetirdiyim KənanıVətənə xidmətə verdim də gəldim.Muğan çöllərinin ceyran, cüyürün,Nə sərin havasın gördüm də, gəldim. Dolandıq düzləri biz qarış-qarış,Oğulsan talehlə gəl burda barış.Torpaq cadar-cadar, üz qırış-qırış,Artdı bu yerlərdə …
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərə gedən yollar”
Post Views: 31 Ölməz alim-şairimiz Ənvər Rzaya Gör neçə ildi bağlıdır,Kəlbəcərə gedən yollar?!Sinəmiz kimi dağlıdırKəlbəcərə gedən yollar. Haçalanmır neçə kəndə,Yolçusu yox bircə bəndə.Bir yaxşı bax, gör nə gündə,Kəlbəcərə gedən yollar. Düşməni azdıra bilmir,Qəbrini qazdıra bilmir,Yazısın yozdura bilmirKəlbəcərə gedən yollar. Ot basıbdı, yoxdu izim,Qırılıb taqətim, dizim,Qurban olum sizə özüm,Kəlbəcərə gedən yollar. Sizdən keçib atam, anam,Sizdən keçib, …
USTAD Məhəmməd NƏRİMANOĞLU.”SənəmSən”
Post Views: 54 Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanına Bir baxışdan həsrətini duymuşam,Sən ürəyi paralısan, sənəmsən.Vüsalına əliçatmaz Məcnunam,Leylimisal yaralısan, sənəm, sən! Gül qönçəsi, ətrin edib məst məni,Üzməmişdi belə əda, qəsd məni.Lal eyləyib, kar eyləyib – süst məni,İndi bildim haralısan, Sənəm, sən. İstisuda, Dəlidağda maraldın,Gül açmamış qönçə-ləçək saraldın.Yanıb-sönüb od almamış qaraldın,Əyyub görən o işvəli Sənəmsən?! Tər …