Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 10 of 10 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Düşüb”

Post Views: 48 Ölüm yatağında bir qarı gördüm,Solmuş bir çiçəkdi, budaqdan düşüb.Boylanmaq istəyir, göz aça bilmir,Ağrılar canına sazaqdan düşüb. Təsəlli ləngitmir, dayaq saxlamır,Gedir son mənzilə, ayaq saxlamır,Nişan üzüyünü barmaq saxlamır,Gəlinlik sırğası qulaqdan düşüb. Toxunmur xalısı, daranmır yunu,Görünür gözünə dünyanın sonu.Qalıb urvalığı, qurtarıb unu,Asılmır qazanı, ocaqdan düşüb. Kəmər kənardadı, beldən ayrılıb,Daraq toz içində, teldən ayrılıb,Ən gözəl …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Bəs nədir?!”

Post Views: 85 Arzularım, diləklərim sənə yüzdü, mənə min,Yanaqların nəm görməsin sənin kimi sənəmin.Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin,Uzaqlığın məndən ötrü hicran deyil, bəs nədir?! Gözəlliyin gözlərimin qarasıdır, ağıdır,Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır.Dalğalar var, sahilləri döyür, didir, dağıdırVarlığımda baş qaldıran tufan deyil, bəs nədir?! Baxışınla baxışımı oxşa incə, sev incə,Göz dəyməsin gözlərində …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dəyməyin”

Post Views: 40 Gördüyündən gözü-könlü bulanar,Nənələrin ürəyinə dəyməyin.Yaraları göz-göz olar, sulanar,Nənələrin ürəyinə dəyməyin. Sapa dönər, yumaq olar, bükülər,Xalı kimi ilmə-ilmə sökülər,Şüşə qəlbi parçalanar, tökülər,Nənələrin ürəyinə dəyməyin. Deməyin ki, bir ayağı gordadı,Ömrü-günü əcəl adlı tordadı.Nəvələrin nağıl payı ordadı,Nənələrin ürəyinə dəyməyin. Bir bulaqdı, içilməsə kor qalar,Bir ocaqdı, közü sönər, qor qalar,İldən-ilə saçlarında qar qalar,Nənələrin ürəyinə dəyməyin. Dağ …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mənim bircə dinim var, dinimin adı sevgi”

Post Views: 33 Dillər ayırır bizi,dinlər ayırır bizi,Şeytanlar nifaq salır,cinlər ayırır bizi.Sevgilər yox, qəzəblər,kinlər ayırır bizi,Həyatımın, ömrümün,dinimin adı sevgi.Mənim bircə dinim var,dinimin adı sevgi. Ruh Adəmə verildi,Adəmi ruh yaratdı,Bəşəri xilas üçüngəmini Nuh yaratdı.Savaşı, qan-qırğını,qara günü yaratdı,Harayımın, səsimin,ünümün adı sevgi.Mənim bircə dinim var,dinimin adı sevgi. Xızır, Davud, Süleyman,Musa, İsa, Məhəmməd,Hər biri təpə-dırnaqişıq, sevgi, məhəbbət.“Vəhdəti-vücud” – dedi,vücudda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Koroğlu qalası”

Post Views: 28 “Oğlumla söhbət” şeirlər silsiləsindən O qarlı zirvədə görünən qala,“Koroğlu qalası” adlanır, oğul.Qərinələr ötüşüb düşsə də, yola,Eli düşünəni el anır, oğul.Koroğlu getsə də, vüqarı getmir,Koroğlu dağ olur, dağ olan itmir! *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Kərəm meydanı”

Post Views: 35 “Oğlumla söhbət” şeirlər silsiləsindən Kərəm meydanıdır gördüyün meydan,Burda zalımların qırdı belini.Gücsüzə güc verdi, xəstəyə dərman,Uzatdı ellərə kömək əlini.Dediyi bir söz də qalıb yadigar:-İgidi qılınc yox, qeyrət yaşadar. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Düzlər”

Post Views: 29 “Oğlumla söhbət” şeirlər silsiləsindən Düzlər… Geniş düzlər gülür baharda,Baxdıqca nə ucu, nə bucağı var.Yarıac, yarıtox yaşasalar da,Yüzdən çox ömr edib burda babalar.Bu torpaq, bu günəş, bu su, bu hava,Min gözə işıqdır, min dərdə dava. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”YOLDADIR”

Post Views: 45 Keçdi hicran dəmləri, nazəndə yarım yoldadır,Nazəninim yoldadırsa, laləzarım yoldadır. Sevgi dünyasında mən bir kimsəyə baş əymərəm,El bilir, qoy bilməyən bilsin, vüqarım yoldadır. Gözləri cananımın dilbər Xəzərdən rəng alıb,Eşqinə sadiq bahar sözlü nigarım yoldadır. Ötməsin bağçamda bülbül bir daha gül eşqinə,Öz gülüm, öz bülbülüm, öz nəğməkarım yoldadır. Qoy xəzan “mən, mən” deyib bağçamda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”TƏKLƏRƏ MEYDAN OLMAZ”

Post Views: 34 Ey qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,Havasından udan, ömründə peşiman olmaz. Çevirək gəl, vətəni gülşənə başdan-başa, gəl,Yurdunu, millətini “sevməyən insan olmaz”. Bunu dar gündə sınaqdan keçirib insanlar,Quru sözlə vətənin dərdinə dərman olmaz. Mən də şair kimi tək gəlməmişəm dünyaya,Zirvələr aşmaq üçün təklərə meydan olmaz. Vətənimdə daha qüdrətli Süleymanlar olar,Onların heç …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”SÜLEYMAN KİMİYƏM”

Post Views: 45 Kim deyir mən bu vətən mülkünə mehman kimiyəm?Yox, bahar ömrümüzün can evinə can kimiyəm. Toqquşur göydə buludlarla şeir dalğalarım,Şairəm, sanki bu qəlbimin bir ümman kimiyəm. Birdir hər yerdə mənə həm aşağı, həm yuxarı,Yox təkəbbürlə işim, sadə bir insan kimiyəm. Gəzirəm əldə qələm şerimizin bağlarını,Qoymaram bassın alaq bağları, bağban kimiyəm Keçmədim köhnəliyin baş …