Post Views: 143 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin 9 iyul 2026-cı il tarixli müvafiq qərarına əsasən, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü gənc yazar Nicat Hunalp Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …
İyul 2026
Nicat HUNALP.”Bayquş kədəri…”
Post Views: 154 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Həmin yay gecəsi dərd üstəmiydi?Dərdini danışsın deyə gəlmişdiİlahi, gilənar budağı üstə,Oturan, o bayquş nəyə gəlmişdi? Taleyin əlində başı qovğada,Nə yeri verdilər, nə göyü onaXaraba yerlərə yazıldı bəxti,Tanrıda qıymadı bir öyü ona …
Elnur Uğur ABDİYEV.”Bağışla”
Post Views: 242 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı. Eşqə xəyanət gözüdü,Ayrılığın ta özüdüDilin ən çətin sözüdü-Bağışla. Əbədi sandım gələndə,Ayıldım,gecdi biləndə.Mən qaçqın yaşadım məndəBağışla! Özümün olmayan canı,Gözləmə sənə qıymamı.Dünya bir yel dəyirmanıBağışla! Ruhuma acı çarmıxam,Yırtılır bu bədən – çuxam.Sabah durub görsən, yoxamBağışla!
Abdulla MƏMMƏD.”GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!”
Post Views: 147 Baxışlarım buludlanıb,Gözümün qanı qaralıb.Dərd üstümə qanadlanıb,Sözümün canı qaralıb. Yazımda selə dönməyənGözləmə-gələ dünənin.Payızda gülə dönməyən,Gözündən ələ dünəni. Gəl, söyləmə nağıl mənə,Tərifləmə yağını, yar.Yağı verməz ağıl mənə,Dost çıxartsa ağını, yar. Yumruq boyda bir ürəkdə,İki sevgi necə sığar?..Nərgiz qoxulu çiçək dəHəsrətinə gecə sığar. Göz yaşı-payız yağışıMuncuqlar yar yanağında.Yol çəkər qəlbin baxışıÖpüb susqun dodağından. Qüssəyəm başdan …
Könül NURİYEVA.”Son söz demək istəyi və zaman…”
Post Views: 138 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Əgər gözəl bir yazı yazmaq istəsən və ürəyinin dərinliyində getmək istəyin yalnız özünə məlum olsa, yaza bilməyəcəksən. Axı gözəl yaz yağışına buludlar əvvəlcədən hazırlaşmırlar. Bəlkə deyəcəyin son sözlərdən əvvəl sən uzun müddət susmusan, “Şindlerin siyahısı” filmindəki qırmızı paltarlı balaca qız kimi ətrafa baxmısan, ağlı-qaralı …
Gənc yazar Nicat Hunalpın İranda “Bəxtim qumlar arasında” adlı şeirlər kitabı işıq üzü görüb
Post Views: 151 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc yazar Nicat Hunalpın İran İslam Respublikasında fəaliyyət göstərən “Yağış” nəşriyyatı tərəfindən “Bəxtim qumlar arasında” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularıyla sayca …
Azərbaycanda ilk dəfə “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib
Post Views: 133 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşəbbüsü ilə ilk dəfə yaradılan “Mədəniyyət hüququ” magistr ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Bununla da Azərbaycanda mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub.İyulun 8-də Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universitetinin “Mədəniyyət hüququ” magistr ixtisaslaşması üzrə ilk dissertasiya …
Azərbaycan ABŞ-da beynəlxalq mükafata layiq görülüb
Post Views: 119 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb. Dövlət Xidməti Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu nəşri “World Economic Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Mədəni irsdə ictimai iştirak üzrə mükəmməllik – Azərbaycan 2026” (Excellence in Public Engagement …
Mədəni irs sahəsində vətəndaş müraciətlərinin qəbulu rəqəmsal vasitələrdən istifadə etməklə həyata keçiriləcək
Post Views: 136 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə …
Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Türkiyə ədəbiyyatı” bölümü açılıb
Post Views: 122 6 iyul 2026-cı il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölümünün rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildiriblər ki, yeni bölüm Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəni …
Mədəniyyət naziri Adil Kərimli Qusarda vətəndaşları qəbul edəcək
Post Views: 129 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il iyulun 31-də, saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, 5) Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir. Vətəndaşlar …
Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib
Post Views: 121 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm mərhələ başa çatıb. AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib. Təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bu, …
E. Zeynalovanın “Xaqani Şirvani yaradıcılığına konseptual baxış (ərəbcə irsi əsasında)” kitabı işıq üzü görüb
Post Views: 149 Xaqaninin 900 illik yubileyi münasibəti ilə hazırlanmış bu kitabın əsas yeniliklərindən biri şairin ərəbcə yazdığı iki məktubunun əlyazmalar əsasında hazırlanmış elmi-tənqidi mətninin burada yer almasıdır. Ərəbcə əsərlərin təhlilinə daha çox yer ayrılan kitabda şairin irsinin tədqiq və nəşr tarixi ilə bağlı arxiv materialları əsasında yeni məlumatlar təqdim edilmiş, onun həyat və yaradıcılığı …
“Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirilib
Post Views: 149 İyulun 2-də Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirilib.Toplantını İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq birliyin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Direktor digər türk dövlətlərinin təşkilata qoşulması və birliyin beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu …
Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan sərgi açılıb
Post Views: 139 İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərginin açılışı keçirilib.Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə dəstəyi ilə ərsəyə gələn sərgi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya …
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib
Post Views: 127 .Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası” mövzusunda konfrans keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Universitetin rektoru Şahin Bayramov açılış nitqində bildirib ki, Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasını …
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib
Post Views: 141 İyulun 2-də Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Dünyası Milli Kitabxanaları Birliyinin, “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. Əvvəlcə “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” başlıqlı geniş kitab sərgisi ilə tanışlıq olub. Dövlət Himni səsləndirilib, …
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
Post Views: 134 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 2-də Şuşa şəhəri ilə tanış olublar. Qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib …
İyunun 29-dan iyulun 3-dək ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir
Post Views: 143 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş həftə çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, onun qurucusu Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də …
Xalq şairi Vahid ƏZİZ.”ALINIB…”
Post Views: 219 Hər kəs, gələndə hicran,bir cür yola salınıb,Bircə yol alınar can;Mənimki çox alınıb, Artıb qanda şəkərim,Canım olub nökərim,Geri dönən təkərimÇoxdan yola salınıb, Çağladı ömrüm- günüm,Gah döydüm, gah döyüldüm,Arzularda düyünüm“Son zəngimlə” çalınıb, Nurdan düşməz gözlərim,Külə dönməz közlərim,İçimdə sevgilərinÇox tonqalı qalanıb…16,06,2026.
Sevda İBRAHİM.Seçmə şeirlər
Post Views: 219 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi CAN AZƏRBAYCAN Qarabağ alındı, gözümüz aydın,Qələbən mübarək, can Azərbaycan!Bütün şəhidlərin ruhu şad oldu,Qələbən mübarək, can Azərbaycan! Var olsun ordumuz, əsgərlərimiz,General, polkovnik – zabitlərimiz.Biz sizə borcluyuq şəhidlərimiz,Qələbən mübarək, can Azərbaycan! Ulu öndərimiz, ruhun şad olsun,Daha gözlərimiz sevincdən dolsun.Düşmənin çöhrəsi kədərdən solsun,Qələbən mübarək, can Azərbaycan! Qızıl hərflərlə …
Həyat ŞƏMİ.”Ürəkdaşı adlı qardaşın kitabı “
Post Views: 166 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri “Ürək daşı”nı yazdı. Yazdı və göstərdi ki, bu ad ona yaraşır. O, çox insanlara ürək daşı olmağı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün çatdığı qədər güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq …
Arzu HÜSEYN.Seçmə şeirlər
Post Views: 178 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bir dəmli çay içmədik axşam üstüBir ağac altındaBir süfrə açmadıq ikimizəqarnımızın ac vaxtındaSahil boyu gəzmədik əl ələAtılmadıq dalğaların qucağınaOyanmadıq bərabərzamanın sübh çağında.Öpüşmədik dəli kimi qapının ağzındaKüçənin tinindəÖpüşmədik, bir əlim saçında,bir əlim belindəSiqaretim düşmədi ağzımdan səni görəndəO …
Xəyalə SEVİL.Yeni şeirlər (2026)
Post Views: 141 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Əcəb yaşanmalı yerdi ürəyi.Ondan başqa kim varsa,Yurd yox, kirayələrdi.O məni xoşbəxt etməyiÇox yaxşı bacarırdı.O bilirdi, nəyim var,Olmayanım nələrdi.Mən bilirdim, yolumuzKəsişib- ayrılacaq.Belə olmayaydı gərək,Belə alındı ancaq.Açdım ürək kimi …
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib
Post Views: 175 “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib. Bu barədə məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiliyinin 2026-cı il üçün kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihə “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır. Layihənin həyata keçirilməsində …
Xalq şairi Zəlimxan YAQUB.”Dünya”
Post Views: 156 Vaxtında uzadıb kömək əlini,Vermədin mənimlə əl-ələ, dünya!Nəyimə gərəkdi vaxtı keçəndə,Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi,Yağan qar yolumu bağladı, kəsdi.Gəl, məni bu qədər yandırma, bəsdi,Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri,Ahımla qurutdum göy dənizləri.Qaldı kürəyimdə kəndir izləri,Dərdi dərd üstündən şələlə, dünya! Aşılmaz dağları mən …
Şair Məmməd ƏBİLOĞLU
Post Views: 143 Məmmədov Məmməd Əbil oğlu 10 mart 1946-cı ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd natamam orta məktəbinin 9-cu sinfini, 1964 cü-cü ildə isə Qədimkənd kənd orta məktəbinin 11-ci sinfini bitirmişdir. 1972-ci ildə N.Tusi adına ADPU-nu bitirib, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. …
Əli KƏRİM.”QAYIT”.
Post Views: 150 Həsrətin araya atdı dağ, dərə,Sönən işıq oldun, batan səs oldun.Qayıt, mənim gülüm, qayıt bu yerə,Ey mənim istəyim, nə gəlməz oldun?! Ümidlər, arzular pərən-pərəndir,Qəlbə təsəllidir xatirələrim.Bir halımı soruş, könlümü dindir,Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə,Dərdli səhərləri, gecələri sən.Çaşıb başqa yolla keçirəm elə,Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, …