“Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı beynəlxalq tədbirə hazırlıq işlərini davam etdiririk!”. Bu sözləri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinə açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Aviasiya Akademiyasının rektor, müəllim, tələbə heyəti dünya ədəbiyyatına bənzərsiz sənət inciləri bəxş etmiş, söz sərrafı, fəlsəfi şeirləri ilə oxucuların qəlbində əbədi taxt qurmuş Nizami Gəncəvinin 880 illik yubileyinə böyük həvəslə hazırlaşır. Yaxın günlərdə ictimaiyyət nümayəndələrinin, ziyalıların, media mənsublarının, o cümlədən mədəniyyət, incəsənət xadimlərinin iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbir barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, sözügedən tədbirin 15-24 noyabr tarixlərində keçirilməsi gözlənilir.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.