Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “Vida” romanı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, “Qələm” nəşriyyatında çap olunan roman müəllifin məşhur “Gözünə gün düşür” hekayəsi əsasında yazılıb və “doğulduğun yerdə ölməli” ideyasına söykənir.
Romanın süjeti psixoloji-dramatik fabula ilə müşaiyət olunur. Yurdu erməni tapdağında olan məşhur və xəstə həkim doğma kəndinə gedir. Onun məqsədi babasının vəsiyyətinə əməl eləmək, doğulduğu yerdə ölmək, amma ondan qabaq bir ağac əkməkdir.
Erməni hərbçiləri həkimi əsir götürürlər…
Yazıçı bu dəfə də öz üslubuna sadiq qalıb: bədii dillə danışıq dili sintez olunub, təhkiyəsi şirin və axıcıdır…
Nəşrin rəhbəri Pərviz Əyyubov, redaktoru Dürdanə İbrahimova Hüseynbəyli, dizayneri Ömər Məmmədovdur.
Romanı şəhərimizin kitab mağazalarından almaq olar.