
Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Nə qədər sirr bilir bu gen dərələr,
Gizlədir sirrini yüz daşın altda
Yüzillər, minillər, nə qərinələr,
Uyuyur bir devin başının altda
Dərdin adam açır dərdli vələsə,
Günahın çay yuyur, sellər aparır
Qatır qabağına dəlilər kimi,
Coşub – daşan çaylar kəllər aparır
Yeri sərin düşüb burda buludun,
Gözünün yaşını qurudanmır gün
Kimlər sinəsinə götürə bilər?
Çəkməyə göylərin bu qədər yükün
Göylər guruldayır, şimşəklər çaxır,
Tutub ana göyün doğum sancısı,
Ana təbiətin alqış səsidi,
Bulaq zümzüməsi, çay şırıltısı
Məni də özümə qaytarar bu kənd,
Bir yandan məni də özümdən alar
Biz ölüb gedərik yaşayar bu kənd,
Bu tirə, dağdağan, bu yerlər qalar