Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 070 424 00 35, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı və Sumqayıt şəhərləri

Göstərir: 1 - 10 of 10 NƏTİCƏLƏR
Köşə yazısı

Sevgi notu:qəşəng Xanım

Post Views: 238 “Qadın ağlıyla…” silsiləsindən… “Bəzi şeylər var həyatımızdamı deyim, dünyadamı deyim-bizi idarə edən kiçik detallar…”                Bu cümlə ilə başlayır Xanım Anelanın “Ürək notu:vanil” romanı…                 Dinlədiyim mahnıdandır: “Bəlkə çoxdan buldun bir dəva?”                …Olsun… Dərdə əyilməməyin cinsi yoxdur, yenə də, dərdi çəkməyin bir qadın tərəfi var. Həyatın bütün yüklərinin ipləri çiyinlərimizdən keçir, …

Köşə yazısı

Üçdöngəli yolun bələdçi kitabçası

Post Views: 177 “Üçə qədər sayıram…”Qaçıb gizlənsin misralar… Bir…… “O Bir haqqı!” deyib əlini göyə uzadan qarı görməmisinizsə, nağılların niyə “biri var, biri yox”la başladığını anlayamazsınız. Hamı var olanı tanıyır öz vicdanınca, biz, Qulu Ağsəsin yazdığı kimi, “keçək yoxa…”Bizim şeirin alıcısı yoxdur. Şikayətçilərdən biri də mən…Cibran Xəlil Cibran yazırdı: “Böyük şair sükutumuzu dilə gətirməyibacaran kəsdir”. …

Köşə yazısı

İki evin alın yazısına istinad edilən əsər

Post Views: 220 (“Ünvanımı tapan kitablar” silsiləsindən) Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi… Hərdən olur, illər sonra  xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə …

Ana səhifə

Qarabağın sirri-bəyanı-“Qarabağ” poeması

Post Views: 227 (“Ünvanımı tapan kitablar” silsiləsindən) . Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra… Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş… Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız… Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd. Hə, …

Köşə yazısı

Nağıl uydurun, qadınlar!

Post Views: 265 Nağılbilməz nənələr Duyğubilməz nəvələrə “Mən” öyrədir… Unudulan olmağa nə var e?! Hünər ona deyərəm, unudulmadığını bildiyi yerə alnıaçıq, üzüağ qayıda bilsin insan!           “Mövlud Süleymanlının “Köç” romanında ən sevdiyin məqam hansıdır?” deyə soruşsalar, şəksiz, “Buludun doğrandığı yer!” deyərəm! Amma gəlin, etiraf edək ki, unudulmayan epizod Oralın törəmələriylə qayıdıb gəldiyi, ilk rastına çıxan …

Müsahibə

Emma, sevimli Emma

Post Views: 176 Ədəbiyyatda hər obrazın qasırğa olduğunu deməkdə haqlıyıq… Feysbukda #yazmaqeşqdir,   #oxumaqvəfadır  həştəqləriylə paylaşdıqlarımı toplasam, elə bu adda bir kitab olar. Hərçənd, müasir Azərbaycanda naşir, nəşriyyat problemi yaşayan yazıçıyam, yenə də, general olmağı arzulamayan əsgərə inanılmadığı kimi, kitabının nəşr edilməyini arzulamayan yazıçı da mənimçün qeyri-səmimidir.           Oxumağı vəfa sayanlardandır həmsöhbətim. Şəfiqə Şirəliyeva Bakı Slavyan …

Azərbaycan ədəbiyyatı

Nə gözəl atmısan məni…

Post Views: 258 Nə gözəl atmısan məni… Nə də gözəl unutmusan… Başımı qatmısan sənlə… Dərdimə ünvan olmusan… Yollar uzun…addımlar boz… Ümidim sənə tərəfdi… Kim dedi bu qisməti yoz? Bəxt yazan da bitərəfdi… Məni gözəl aldatmısan… Mən də gözəl incimişəm… Məni şeirinə qatmısan… Şeirindən də küsmüşəm… Şəfa Vəli (2015)

Köşə yazısı

Məni qınamaq şansı verirəm sizə!(“Düşüncə döngələri” silsiləsindən)

Post Views: 211 Ana olmaq… Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır… Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!” Biz şüurlu …

Mədəniyyət

Şahanə Müşfiqin şəhid haqqında yeni kitabı təqdim olunub

Post Views: 91 Noyabrın 5-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib. Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılıq etdiyi tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından …

Publisistika

“Ölümlə qətl”də bizə ironiya edənlər

Post Views: 147 Detektiv janrı sevənlər Artur Konan Doylun ədəbiyyata atdığı (bəli, məhz ovcunu açıb bilərək atdığı!) “Moriarti sindromu”ndan xəbərdardırlar.  Şerlok hər hekayədə bir düşmənə qalib gəlir-cinayətkar detektivin şəxsi düşmənidir prinsipi ilə. Lakin Moriartinin uzaqdakı mövcudluğu Şerlokun xarakterini oxucuların gözündə ucaldır, onu əhəmiyyətli edir. Necə deyərlər, “sən məni də düşmənli gör!”                Aqata Kristidə isə …