Author: Delphi7

  • Rafiq ODAY.”YANVAR QIRĞININDAN – XOCALI FACİƏSİNƏ”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    ÖN SÖZ ƏVƏZİ

    Nədənsə, bu yazıya başlamaq istərkən, ilk olaraq yadıma düşən bir beyt oldu:

    «Bayrakları bayrak yapan üstündəki kandı,
    Toprak – uğrunda ölən varsa vatandı».

    Uğrunda ölən varsa – torpaq daha geniş və dərin məna kəsb edir, müqəddəsləşir – canımız, qanımız, anamız dediyimiz Vətən anlamına gəlir.
    Torpaq uğrunda ölmək – torpağı müqəddəs yurd yerinə çevirməkdi.
    Torpaq uğrunda ölmək – şəhidlik zirvəsinə yüksəlməkdi.
    Şəhidlik zirvəsinə yüksəlmək – əbədi məşələ dönməkdi.
    Şəhidlik – vətəni azad, müstəqil, firavan görmək istəyən insanların bu istək uğrunda mücadiləsidir.
    Bu istək əsrlərdən bəri ulu Dədəmiz Qorqudun «Torpağı əkib-becərmirsənsə qorumağına, qorumursansa əkib-becərməyinə dəyməz» sədasından süzülüb gəlir.
    Bu istək məmləkətimizin müqəddəs atributlarından biri olan himnimizin:
    «Səndən ötrü can verməyə cümlə hazırız,
    Səndən ötrü qan tökməyə cümlə qadiriz…» – nidasından süzülüb gəlir.
    Bu istək Məmməd Arazın (ruhu şad!):

    «Vətən mənə oğul desə, nə dərdim,
    Mamır olub qayasında bitərdim…»

    Və:

    «Vətən daşı olmayandan,
    Olmaz ölkə vətəndaşı…» – inamından süzülüb gəlir.

    Şəhidlik torpağını və vətəninin sevən hər bir vətən oğlunun istək və arzusu olsa da, hamıya nəsib olmayan bir xoşbəxtlikdir.
    Şəhidlik bir Tanrı istəyi, bir Tanrı qismətidir.
    Şəhidin ulu tanrı yanında yeri və dərəcəsi ən ali məqamdır. Müqəddəs kitabımız «Qurani-Kərim»də buyrulur:
    «İnsanların içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda – vətən, torpaq, namus yolunda) şəhid olmuş, kimisi (şəhid olmasını) gözləyir».
    (Əl-Əhzab, 23)
    «Allah (vətən, torpaq, din) yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər…»
    (Bəqərə, 154).

    Ulu Tanrı tərəfindən belə qiymətləndirilən, dəyərləndirilən şəhidin xatirəsini əziz tutmaq, onu ehtiramla yad etmək, adını əbədiləşdirmək, ailəsinə qayğı və sayğı göstərmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən də dövlətin müqəddəs borcudur. Bu məsələ ilə bağlı hərə öz sahəsində əlindən gələn köməyi əsirgəməməlidir.

    70 İLİN ŞİRİN YALANI

    70 il Sovet imperiyasının tabeçiliyində yaşayan xalqlara və millətlərə Sovet təbliğat maşını o hissləri aşılamışdı ki, guya Sovet İttifaqı azad və demokratik bir qurumdur və bu qurumda təmsil olunan respublikalar sərbəst halda öz müqəddəratlarını təyin etmək hüququna malikdirlər. Kapitalist dövlətlərində isə hər şey bunun əksinədir. Burada insanlar miskin və acınacaqlı həyat tərzi sürür, heç bir hüquq və imtiyazlara malik deyillər. Bu maşın elə qurulmuşdu ki, insanları bu xoş yalana inandıra bilmişdi. Ancaq hər şeyin son həddi olduğu kimi, qan üzərində bərqərar olmuş bu imperiya da qan gölündə boğulmalı idi. Artıq respublikalarda və əyalətlərdə insanlar öz haqq səslərini ucaltmağa başlamışdılar. Bu səslərin içərisində Azərbaycanın səsi daha aydın, daha gur və daha ötkəm eşidilməyə başlamışdı. Çünki əsrin əvvəllərində Azərbaycan azadlığın tamını dadmış və hürr olmağın necə gözəl bir nemət olduğunu duymuşdu. Artıq Azərbaycan xalqı yalançı vədlərə inanmaq fikrində deyildi. O siyasi cəhətdən yetkinləşib, əqli cəhətdən kamilləşmişdi. Ona görə də qram-qram verilən imtiyazlarla barışa bilməzdi. Sevimli şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi:
    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
    Qolumdakı zəncirləri qıram gərək, qram… qram!
    Xalqın öz azadlığı uğrunda mücadiləsi başlandı. Məğlubiyyətlə barışmaq istəməyən Sovetlər Birliyinin tör-töküntüləri hər vəchlə bu azadlıq sədalı hayqırtıları boğmağa, susdurmağa çalışırdılar.
    İmperiya yaxşı bilirdi ki, Azərbaycanı itirmək bütövlükdə Cənubi Qafqazda dayaqlarını laxlatmaq deməkdir. Eyni zamanda böyük yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycan kimi «yağlı tikə»ni əldən verməyin nə demək olduğunu Moskvada yaxşı bilirdilər.

    YIRTILAN PƏRDƏ

    Beləliklə də Moskvada qara əllər, xain ürəklərlə tərtib olunmuş plan 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda gerçəkləşdi. Əliyalın küçələrə axışan xalqın ağlına belə gəlməzdi ki, 70 il çörəklə, su ilə, neftlə, pambıqla, nə bilim daha nələrlə təmin etdiyi bir millət onun qəniminə çevrilə bilər. Ancaq azğın imperiya cəlladlarının gözlərini qan elə tutmuşdu ki, bu anda nə dostluq, nə qardaşlıq, nə kəsilən çörək, nə içilən su yada düşürdü.
    Beləcə, o gecə yüzlərlə vətən övladının sinəsi güllədən qızılgülə döndü. Torpaq onu canları, qanları qədər sevən ər oğulların qanı ilə suvarıldı.
    RƏSMİ XRONİKA
    Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu.
    Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
    20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
    NÖVBƏTİ CİNAYƏT
    Yanvar qırğınından düz 2 il 1 ay 6 gün sonra XX yüzilliyin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Elə həmin plan, elə həmin sserani, elə həmin qanlı əllərlə.
    Ötən bu müddət ərzində bu ağrı bizi bir anda olsun tərk etmədi. Hər gün, hər saat, hər dəqiqə bizim canımızda, qanımızda dolaşdı. Körpə uşaqların, qız-gəlinlərin, qarı və qocaların harayı və imdad sədaları qulaqlarımıza hakim kəsildi. Bizi özümüzdən uzaqlaşmağa, soyumuzdan, kökümüzdən, varlığımızdan qopmağa qoymadı…

    RƏSMİ XRONİKA

    Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
    uşaqlar – 63 nəfər;
    qadınlar – 106 nəfər;
    qocalar – 70 nəfər.
    8 ailə tamamilə məhv edilmişdir.
    25 uşaq hər iki valideynini itirmişdir.
    130 uşaq valideynlərindən birini itirmişdir
    487 nəfər yaralanmışdır, onlardan:
    uşaqlar – 76 nəfər;
    1275 nəfər əsir götürülmüşdür.
    150 nəfər itkin düşmüşdür.
    Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

    7-DƏN 77-YƏ

    Xocalıda ilk şəhidin 7, ən yaşlı şəhidin isə 77 yaş olduğunu (yaxın rəqəmlərlə) nəzərə alsaq, bu əməliyyatın dəhşətli mənzərəsi çılpaqlığı ilə gözlərimizin önündə canlanmış olur.
    7 yaşın insanın özünüdərk mərhələsinə qədəm qoyduğu an, 77 yaşın isə insanın orta yaş həddi (bəlkə də ömrün tükənən anları) olduğunu nəzərə alsaq görərik ki, bu faciə əsl soyqırım, genosid siyasəti idi. Bu siyasət azərbaycanlıların bir millət kimi yer üzündən silinməsinə yönəlmişdi.
    Eyni zamanda, 7 rəqəmi bir mifoloji rəqəmdir. Qüdrət, əzəmət rəmzi, igidlik, dəlilik simvoludur (7777 Koroğlu dəlisi və s.)
    Bu həm də, o deməkdir ki, bu xalqın, bu millətin 7-dən 77-yə qədər hər bir övladı bu YURD, bu TORPAQ, bu VƏTƏN uğrunda canını qurban verməyə hər an, hər dəqiqə hazırdır.
    … Həmçinin düşmənə bir xəbərdarlıqdır ki, məqamı gələndə bu millətin 7-dən 77-yə qədər hər bir nəfəri əlinə silah alıb öz torpağını müdafiə etməyə qadirdir.

    İSTİNAD NÖQTƏSİ

    Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərini «Azadlığın ilk qaran¬quşları», Xocalı soyqırımını isə analoqu olmayan faciə adlandırdı. Prezidentliyi dövrün¬də də bəyan etdi: «Bizim borcumuz şəhidlərin qəhrəmanlığını əbədiləşdirmək, şəhid ailələrinə qayğı göstərmək və onların bütün problemlərini həll etməkdən ibarətdir. Əminəm ki, qədirbilən Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmayacaq və onların valideynləri, ata-anaları, övladları həmişə xalqın, dövlətin qayğısı ilə əhatə olunacaqdır».
    İndi Azərbaycan xalqı hər il yanvar ayının 20-də və fevralın 26-da ellikcə Şəhidlər Xiyabanına yollanır və şəhidlərin ruhuna dualar oxuyur. Artıq qara yanvar alınlarda qara yazıya yox, millətin üzağlığına çevrilib. Xocalı faciəsi isə bizdən ruhumuzu oyaq saxlamağı, hər an mücadiləyə hazır olmağı tələb edir.

    O GÜN UZAQDA DEYİL

    Müqəddəsləşən, and yerinə, iman yerinə çevrilən Vətən torpağı uğrunda mücadiləyə qalxaca¬ğımız gün uzaqda deyil. O gün gələcək. Mütləq gələcək! Gələcək və Ali Baş Koman¬danın bir əmri ilə, bir çağırışı ilə yaşından asılı olmayaraq bütün Azərbaycan ərləri, Azər¬baycan ərənləri yumruq kimi birləşərək bir bayraq altında – üçrəngli müqəddəs Azərbaycan bayrağı altında torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxacaq.
    Biz Prezidentimizə, Ali Baş Koman¬danımıza bütün varlığımızla inanırıq. Və onu da bilirik ki, bu gün bütün türk dünyasının gözü Azərbaycana dikilib, bütün dünya azərbay-canlıları Azərbaycana, onun Prezidentinə, Ali Baş Koman¬danına ümid, pənah və nicat yeri kimi baxırlar:

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

    Bax, onda biz şəhidlərimizin ruhu qarşısında alnı açıq, üzüağ hesat verə biləcəyik. Bax, onda biz bütün dünya millətləri arasında başımızı dik tutub gəzə biləcəyik.

    SON SÖZ ƏVƏZİ
    Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, millətimizi ruhlarını oyaq saxlamağa çağırırıq!
    Torpağı uğrunda, azadlığı uğrunda, namusu, qeyrəti uğrunda şəhid verməyi bacaran millət böyük millətdir.
    Eşq olsun bu böyüklüyə!

    Rafiq ODAY,
    AJB Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti.

  • Eldar Nəsib SİBİREL.”Şəhidlər Xiyabanı”

    ens

    Burda asta yeriyin
    Burda asta danışın
    Hər şəhid arzusundan
    Od götürün alışın.
    Bu yer haqla nahaqqın
    Savaşından yaranıb.
    Anam Azərbaycanın
    Göz yaşından yaranıb.
    Burda zirvə ömürlü
    Ərlər, ərənlər yatır.
    Canını bu torpağa
    Qurban verənlər yatır.
    Azadlığ ilk bahar
    Havasında uyuyur
    Anam Azərbaycanın
    Laylasında uyuyur.
    Azadlıq dünyamızdan
    Onlar agahdır bu gün.
    Məzarları bir xalqa
    Ziyarətgahdır bu gün.
    Hər məzarın üstündə
    Qərənfil-ürək qanı
    Bu qərənfil sevgilər
    Mat qoyub bu dünyanı.
    Gələcək nəsillərin
    İçməyə and yeridir
    Azadlıq səmasının
    Qızaran dan yeridir,
    Şəhidlər xiyabanı
    İgidlər xiyabanı.

  • Rəhim MEHNƏT.”Ağlayır”

    rm

    Əllərində qərənfillər,
    Asta asta addımlayır.
    Şəhidlərim, sizin üçün,
    Yollarımız qan ağlayır.

    Baş daşları qan ləkəli,
    Ətraf sakit, səksəkəli.
    Bizə baxan daş heykəli,
    Ürək duyur, can ağlayır.

    Elə məsum yatırlar ki,
    Ürəkləri yaxırlar ki.
    Gözlərini sıxırlar ki,
    Kipriyində yaş ağlayır.

    Gözlərimiz yaş ağlayır,
    Yer də, göy də daş ağlayır.
    Unudulmaz Şəhidləri,
    Hər bir vətəndaş ağlayır.

  • Abdulla MƏMMƏD.”Qırmızı yağışlar yağarmış qəlbə”

    yt

    20 YANVAR şəhidlərinin əziz xatirəsinə.

    Bu yağış-məhrəmi qaynar qazanın,
    Bu yağış-məlhəmi qəbir qazanın.
    Bu yağış torpağa şəhid ehsanı,
    Bu yağış gözlərdən nidamış hərbə.
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış-yanvarın çillə yağışı,
    Qırmızı üzlərə sillə yağışı,
    Mənliyə tuşlanan güllə yağışı,
    Alovlu başlara yağan daş zərbə,
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış-qəzəbi dillənən baxış,
    Mürgülü gözlərdən zillənən baxış.
    Bu yağış yollara səpilən qarğış,
    Bu yağış ürəyə sancılan qəlpə,
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış-yurdumun tale naxışı,
    Qərənfil yağışı-qədər yağışı,
    Ana-bacıların nifrət baxışı,
    Bu yağış yağıya yönələn hədə…
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış Bakının fağır başına,
    Köz kimi səpilib,yağıb başına.
    Elə bil bu dünya axır boşuna,
    Bu yağış millətə dəyən daş zərbə…
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış al qana çalan yağışdır,
    Qəlbimi ilan tək çalan yağışdır.
    Ümidi yadlara qalan baxışdır,
    Güman çəkilibmi,Allahım,qeybə?
    Qırmızı yağışlar yağarmış qəlbə!

    Azərbaycan.Quba.
    22.01.1990.

  • 20 Yanvar faciəsindən iyirmi altı il ötür

    bu-gun-20-yanvar-faciesinden-iyirmi-alti-il-otur-1KA

    Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
    Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

  • Əziz MUSA.”QANLI YANVAR GECƏSİ” ( Poema).

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    O gecə , qanlı gecə,
    Güllələndi bir səhər.
    Bakı qana büründü,
    Azadlıq doğdu səhər.

    Bakının üstə gəldi,
    O gecə qan içənlər.
    Durdu şərlə üz-üzə,
    Vətənə and içənlər.

    Güllələr yağış kimi,
    Yağırdı hər tətəfə.
    Düşmənlərin əlinə,
    Keçmişdi bir girəvə.

    Soxulmuşdu şəhərə,
    Ağır tanklar, maşınlar.
    Şəhərə axışırdı,
    Dörd tərəfdən qoşunlar.

    Haqq deyən adamlara,
    Yox idi rəhm eyləyən.
    Qanına bələnirdi,
    Azadlıq, Vətən deyən.

    Qoşun hücum edirdi,
    Dənizdən, həm qurudandan.
    Od-alov tökülürdü,
    Qış gecəsi havadan.

    O gecə hava soyuq,
    Göylər əl çatmaz idi.
    Yollara qəm yağırdı,
    Insaf, mürvət az idi.

    O gecə bu millətin,
    Şər gəlmişdi üstünə.
    Əli yalın kütlənin,
    Qəm durmuşdu qəstinə.

    Bakının küçələri,
    Dönmüşdü qan selinə.
    Cəlladlar öldürürdü,
    Kim keçirdi əlinə.

    O gecə sinələrdən,
    Qızıl qan fışqırırdı.
    Körpələr top səsindən,
    Oyanıb qışqırırdı.

    Göylərdə uçuşurdu,
    Ölüm saçan qəlpələr.
    Barıt iyi verirdi,
    Qorxunc səsli güllələr.

    Vətən deyən oğullar,
    Durmuşdu şərə qarşı.
    O gecə qurumurdu,
    Anaların göz yaşı.

    Kafirlər baxmırdılar,
    Nə qocaya, nə gəncə.
    Görünməmişdi hələ,
    Belə zülüm, işgəncə.

    Göylər çaşıb qalmışdı,
    Ucalan ah-nalədən.
    Ya azadlıq, ya ölüm,
    Söyləyirdi hər yetən.

    Qorxu bilməz igidlər,
    Vermişdilər əl-ələ.
    O qanlı müsibəti,
    Gətirmək olmur dilə.

    Ölümdən qorxmurdular,
    Vətən deyən oğullar.
    O gecədən keçirdi,
    Haqqa uzanan yollar.

    Daha bu haqsızlığa ,
    Dözəmmirdi igidlər.
    Onları bezdirirdi,
    Yalan sözlər, boş vədlər.

    Hamı bir nəfər kimi,
    Atılmışdı meydana.
    O gecə qatillər də,
    Susamışdı al qana.

    O gecə haqla nahaq,
    Dayanmışdı üz-üzə.
    O gecə qeyrət dərsi,
    Keçirdi zaman bizə.

    Silirdi qorxuları,
    Ürəklərdən şəhidlər.
    Ürəklərə köçürdü,
    Qurban gedən şəhidlər.

    Moskva anlamırdı,
    Görmürdü bu axını.
    Caynağından buraxmaq,
    Istəmirdi Bakını.

    Qorbaçov düşünürdü,
    Erməniləri ancaq.
    Bilmirdi yansa sönməz,
    Türkün qəlbində ocaq.

    Qarabağda erməni,
    Bildiyini edirdi.
    Moskvanın əliylə,
    Torpaq əldən gedirdi.

    Topxanada ağaclar,
    Doğranıb, kəsilirdi.
    Əskərandan, Laçından,
    Bəd xəbərlər gəlirdi.

    Zəngəzurdan, Göyçədən,
    Adamlar qovulurdu.
    Xalq qalxmışdı ayağa,
    Hər gün meydan dolurdu.

    Çadırlar qurulurdu,
    Azadlıq meydanında.
    Orda gecələyirdi,
    Çoxlu adamlar onda.

    Etiraz edirdilər,
    Haqsızlığa adamlar.
    Dəstə-dəstə gedirdi,
    Qarabağa adamlar.

    Tonqallar alışırdı,
    Azadlıq meydanında.
    Qan coşub, qaynayırdı,
    O gün ürəkdə, canda.

    Millət öz qəzəbini
    Beləcə bildirirdi.
    Saqqallılar mərkəzin,
    Qərarını bilirdi.

    Iki başlı oyunlar,
    Çaşdırmışdı milləti.
    Sual altında idi,
    Şuşanın aqibəti.

    Azadlıq meydanında,
    Xalqın istəyi coşdu.
    Millətin qəzəbindən,
    Moskva özü çaşdı.

    Qarabağ dedi hamı,
    Azadlıq dedi millət.
    Şərə üsyan eylədi,
    Xalq meydanda nəhayət.

    Əsarətə yox dedi,
    Xalqımız gur səsiylə.
    Belə birlik, həmrəylik,
    Görünməmişdi hələ.

    Millət ayağa qalxdı,
    Qarabağ deyiləndə.
    Moskva aciz qaldı,
    Bu birliyin önündə.

    Qərar verdi Qorbaçov:
    -Söndürün yanar odu.
    Bu istəyi beşikdə,
    Qoy boğsun qızıl ordu.

    Dünya susdu, dinmədi,
    Bu qanlı olaylara.
    Millətin sinəsinə,
    Vurulanda yüz yara.

    Dostlar haya gəlmədi,
    Ucalanda səsimiz.
    Əli yalın döyüşə,
    Atıldıq bax, onda biz.

    O gecə məhəbbətə,
    Sevgiyə güllə dəydi.
    Güllələnən körpənin,
    Axı günahı nəydi?

    Beşiklər al qan oldu,
    Soldu qönçə çiçəklər.
    O soyuq qış gecəsi,
    Əsdi qara küləklər.

    Ilhamın sevən qəlbi,
    Qanına qəltan oldu.
    Səxavətin istəyi,
    Qəlbində qönçə qaldı.

    Larisanın köksünə,
    Sancıldı odlu güllə.
    Fərizənin harayı,
    Bizi göynədir hələ.

    Qanlı Yanvar gecəsi,
    Millət döndü özünə.
    Qalxıb sözünü dedi,
    Moskvanın üzünə.

    O gecə qurd uladı,
    Azadlıq dedi hamı.
    Birliyə şahid oldu,
    O günlərin adamı.

    O gecə qan-qadaya,
    Şəhidlər gərdi sinə.
    Bütün dünya mat qaldı,
    Bu xalqın hünərinə.

    Qızıl qana boyandı,
    Bakının hər küçəsi.
    Kəsilmədi, susmadı,
    Mirzə Xəzərin səsi.

    Xəzərə qan çiləndi,
    Dalğalar şahə qalxdı.
    Boğuldu göz yaşından,
    Kür, Araz qanlı axdı.

    Türkmənçay dilə gıldi,
    Gülüstan dindi o gün.
    Təbriz ah-nalə çəkib,
    Ağladı için-için.

    Şəhid oldu o gecə,
    Yüz otuz yeddi insan.
    Yeddi yüz insan isə,
    Yaralandı o zaman.

    Öldü çox uşaq, qadın,
    Dağıdıldı bir şəhər.
    Qan rənginə boyandı,
    O günaçılan səhər.

    Şəhidlərin adını,
    Vətən yazdı qəlbinə.
    Şəhidlər bir tac oldu,
    Bu yurda, bu Vətənə.

    Şəhidlərə baş əydi,
    O gün bütün xalqımız.
    Vətən dedik, yurd dedik,
    Bir ağızdan hamımız.

    Qorxu, hürkü bilmədi,
    Od-alovdan keçənlər.
    Ölməzlik qazandılar,
    El yolunda köçənlər.

    Yağdı çiçək yağışı,
    Səhər-səhər o günü.
    Qərənfilə büründü,
    Bütün şəhər o günü.

    Döndü qərənfil o gün,
    Azadlıq simvoluna.
    Nur çilədi günəş tək,
    Igidlərin yoluna.

    Qərənfillər ağladı,
    O səhər yollar boyu.
    O səhər yasa döndü,
    Neçə igidin toyu.

    Anaların ahından,
    Dağ da, daş da ağladı.
    Baxıb axan qanlara,
    Qar da, qış da ağladı.

    Məmməd Aslan ağladı,
    Məmməd Araz ağladı.
    Bəxtiyarın harayı,
    Ürəkləri dağladı.

    Şəhidlər xiyabanı,
    Döndü Bəzz qalasına.
    Analar ağı dedi,
    Öz şəhid balasına.

    Qalama bax, qalama,
    Sinəmə od qalama.
    Ay Allah, necə qıydın,
    Mənim bircə balama.

    Əziziyəm bu dağı,
    Dolan gəl bağça, bağı.
    Namərd əlin qurusun,
    Getməz sinəmin dağı.

    Ana fəryad qoparır,
    Atasız oğul qalıb.
    Bu dərd ürəyə sığmır,
    Yarımçıq nağıl qalıb.

    Vətən başın sağ olsun,
    El-oba batıb yasa.
    Bu dərdi çəkə bilməz,
    Dağ da, daş da ağlasa.

    Yumruq kimi birləşir,
    Bütün millət, bütün xalq.
    Narahatdır Moskva,
    Işlər olub baş-ayaq.

    Laxlayır Qorbaçovn,
    Səltənəti, taxt-tacı.
    Baxıb sevinir yağı,
    Əsən küləklər acı.

    Azadlığa gedən yol,
    Ürəkdən, qandan keçir.
    Şəhidlər yatan yerdə,
    Millət indi and içir.

    Bu gün qeyrət yolumuz,
    Zirvələrə ucalır.
    Vətən deyən oğullar,
    Bu torpaqdan güc alır.

    Gül-çiçəyə bürünür,
    Qara mərmərlər hər gün.
    Şəhidlər xiyabanı,
    Əzizdir hamı üçün.

    Qanla suvarılsa da,
    Müqəddəs torpağımız.
    Hər zaman ucalacaq,
    Üç rəngli bayrağımız.

    Bu millət azadlığı,
    Əldən verməz heç zaman.
    Hər qızımız bir igid,
    Hər oğlumuz qəhrəman.

    Vətənin hər qarışı,
    Candan əzizdir bizə.
    Tanrı gözəllik verib,
    Bu torpağa, bu düzə.

    Bu yurdun altı qızıl,
    Bu yerin üstü cənnət.
    Niyə yada baş əysin,
    Bu millət, bu məmləkət.

    Şəhid olmaq şərəfdi,
    Qılınc çalmaq hünərdi.
    Biz Vətəni sevməsək,
    Günəş çoxdan sönərdi.

    Şəhid el balasıdı,
    Şəhidlər ölməz heç vaxt.
    Şəhid qurban gedir ki,
    Daim yaşasın həyat.

    Qanlı Yanvar gecəsi,
    Unudulmaz heç zaman.
    Bizim azadlığımız,
    Keçib ölümdən, qandan.

    Şəhidlər xiyabanı,
    Bir tarix kitabıdı.
    Günəş doğan bu zirvə,
    Azadlığa qapıdı.

    Şəhidlər xiyabanı,
    Nur saçan bir mayaqdı.
    Vətənin qürur yeri,
    Haqqa, sülhə dayaqdı.

    Şəhidlər uca zirvə,
    Düşmənə göz dağıdı.
    Şəhidlər xiyabanı,
    Bir qərənfil bağıdı.

    Vətən hələ dardadı,
    Hələ də tökülür qan.
    Ey igidlər birləşin,
    Böyüməsin xiyaban.

    Burda səfərbər olaq,
    Burdan çıxaq səfərə.
    Atılaq döyüşlərə,
    Imza ataq zəfərə.

    Qarabağ alınmasa,
    Gülməz şəhid ruhları.
    Gəlin azad eyləyək,
    O doğma torpaqları.

    Qarabağ yol gözləyir,
    Yolu tutub duman, çən.
    Indi gecikmək olmaz,
    Bizi çağırır Vətən.

    Gəlin səfərbər olaq,
    Gəlin verək əl-ələ.
    Gəlin bir gün ağlayaq,
    Bu torpağa, bu elə.

    O gecə alovlanan,
    Məşəl sönməz heç zaman.
    Həmişə yaşayacaq,
    Müstəqil Azərbaycan.

  • Rahilə DÖVRAN.Qanlı yanvar hadisələri ilə bağlı şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ÖLMƏZ ŞƏHİDLƏR

    20 Yanvar Şəhidlərimizimn əziz xatirəsinə

    Qəbir üstə bir anadır vətən gülləri,
    Sığal çəkir saçlarına səhər yelləri.
    Qınamayın, ey insanlar, aylar,illəri,
    Diridirlər, əbədidir, ölməz şəhidlər!

    Qarışıblar istiqlalın sönməz oduna,
    Günəşdirlər, nur saçırlar Odlar Yurduna.
    Cənnətdə də qapı vardır şəhid adına,
    Diridirlər, əbədidir, ölməz şəhidlər!

    Qənimidir zülmətlərin işıq zərrəsi,
    Tükənməzdir bu torpağın Babək,Tomrisi.
    Omürləri qəhramanlıq, cəsurluq dərsi,
    Diridirlər, əbədidir, ölməz şəhidlər!

    Çox görmüşük od-alovlu hərb tufanları,
    Uzaq deyil, yaxındadır, zəfər anları.
    Səmamızda yanan dandır şəhid qanları,
    Diridirlər, əbədidir, ölməz şəhidlər!

    18.01.2016.

    ŞƏHİD MƏZARLARI

    Allah şəhidlərimizə rəhmət eləsin

    Yolçusudur ülviyyətin, əbədiyyətin,
    Sıralanıb cərgə ilə igidlər,ərlər.
    Qazanıblar doğma elin saf məhəbbətin,
    Ölməzdirlər,diridirlər şəhid əsgərlər.

    Şəhid –Vətən, Şəhid-millət, Şəhid-bayraqdır .
    Səmamızda , yurd üstündə, hey nəzərləri.
    Zəfərləri vətən üçün sönməz mayaqdır,
    Müqəddəsdir həm ruhları, həm məzarları.

    Öpər zövqlə məzarların vətən gülləri,
    Baş əyərək əzizləyər tər qərənfillər.
    Ziyarətsiz keçməz bir an, bircə günləri,
    Ötsə belə neçə illər, neçə fəsillər.

    Yaşadıqca Azərbaycan, Odlar Yurdumuz,
    Yaşadacaq bayrağına sarınanları.
    Şəhidlərdən bayraq alan Milli Ordumuz,
    Unudarmı, istiqlalçün axan qanları?!

    19.01.2016.

    ÖLMƏZ ŞƏHİDLƏR

    Öpər şövqlə məzarların vətən gülləri,
    Sığal çəkər ruhlarına səhər yelləri.
    Dəyişsə də bu dünyanın saysız illəri,
    Diridilər,bizimlədir,ölməz şəhidlər.

    Canlarını sipər edib Odlar Yurduna,
    Qarışıblar istiqlalın sönməz oduna,
    Baş əyilir ehtiramla şəhid adına,
    Diridilər ,bizimlədir,ölməz şəhidlər,

    Zülfüqardır hünərləri,yadlar tük salar,
    Ucaldıqca şöhrətləri,düşmən alçalar.
    Zərb-məsəldir:-“İğid ölər,adı hey qalar”-
    Diridilər,bizimlədir,ölməz şəhidlər.

    Ən müqəddəs səcdəgahdır xiyabanları,
    Bayrağımda qərar tutub şəhid qanları.
    Şəhadətlə qazanılıb zəfər anları,
    Diridilər,bizimlədir,ölmız şəhidlər.

    Vətən-şəhid,Ana-oğul-adlar qoşadır,
    Bu bağlılıq bir-birini daim yaşadır.
    Oğul igid,Vətən-azad-bir tamaşadır,
    Dövran deyər:-əbədidir ölməz şəhidlər.

    19.01.2016.

  • Zeynəb DƏRBƏNDLİ.Qanlı yanvar hadisələri ilə bağlı şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    AZƏRBAYCANI

    O doxsanıcı il iyirmi yanvar,
    Bakının üstünə yünəldi tanklar.
    Əli yalın xalqım, oldu tarimar,
    Al qan bürümüşdü bütün hər yanı.
    Əzmək istədilər Azərbaycanı.

    Soyuq qış gecəsi, leş leşin üstə,
    Gəlirdi millətim, hey dəstə dəstə.
    Yer, göy ah nalədə, hər tərəf səsdə,
    Axırdı küçədən millətin qanı.
    Əzmək istədilər Azərbaycanı.

    Nakam oldu neçə gəlin, neçə ıiz,
    Üsyan eyləmişdi, mavigöz dəniz.
    Tarix yazdı bizə, o qış gecəmiz,
    Qara bulud örtdü, o gün səmanı.
    Əzmək istədilər Azərbaycanı.

    Fərizə ilə Ilham nakam getdilər,
    O gecə yurdumu viran etdilər.
    Səhər açılmamış, gözdən itdilər,
    Xalq unutmamalı belə üsyaniı
    Əzmək istədilər Azərbaycanı..

    Analar saç yolub, edirdi fəqan,
    Neçə neçə cavan getmişdi qurban.
    Eləbil həmin an, durmuşdu zaman,
    Fələk tərs ıirlatdı dövrü, zamanı.
    Əzmək istədilər Azərbaycanı.

    Zeynəbəm, ürəyim qan sızır mənim,
    Cünki yaralıdır dogma Vətənim.
    Hələdə aglayır buludum, cənim,
    Sanki, kor eyləyib bütün dünyanı.
    Əzmək istədilər Azərbaycanı.

    ŞƏHIDLƏR XIYABANI

    Tarix, coşan dənizdir,
    Qürur məmbəyimizdir.
    Müqəddəs qibləmizdir,
    Şəhidlər xiyabanı.

    Vətənin şax dağıdır,
    Ürəyimizin yağıdır..
    Düşmənə, göz dağıdır,
    Şəhidlər xiyabanı.

    Dünyada üzümüzdür,
    Doğrumuz, düzümüzdür.
    Özümüz, sözümüzdür,
    Şəhidlər xiyabanı.

    Gedən qardaş, bacıdır,
    Faciyə tək acıdır.
    Bakımın, baş tacıdır,
    Şəhidlər xiyabanı.

    Oxumuz, yayımızdır,
    Qırılmaz qayamızdır.
    Kökümüz, soyumuzdur,
    Şəhidlər xiyabanı.

    Zeynəbəm, qəlbim vurur,
    Bu dərd gözümdə durur.
    Həm şərəfdir, həm qürur,
    Şəhidlər xiyabanı.

  • Xaliq MƏMMƏDOV.Yeni şeirlər

    12079336_155372158146741_6186934002319206725_n

    Bacarmadın bəhanəsiz getməyi

    Gedirdinsə düz söz ilə gedərdin.
    Bacarmadın bəhanəsiz getməyi.
    Doğru deyib bir üz ilə gedərdin.
    Bacarmadın bəhanəsiz getməyi.

    Düz söyləsən yandırmazdı bu qədər.
    İnanıbda qandırmazdı bu qədər.
    Bəlkə ölüb qaldırmazdı bu qədər.
    Bacarmadın bəhanəsiz getməyi.

    Tez aldandın özgələrin sözünə.
    Yalan dedin mənə yox ki, özünə.
    Gələcəkdir cismim sənin gözünə.
    Bacarmadın bəhanəsiz getməyi.

    Bir özgəyə tay eylədin qəlbimi.
    Kül eylədin, zay eylədin qəlbimi.
    Sonda dərdə pay eylədin qəlbimi.
    Bacarmadın bəhanəsiz getməyi.

    Silə bilsən ürəyindən sil məni.
    Dəyişibdi zaman səni, il səni.
    Saldı gözdən ağzındakı dil səni.
    Bacarmadın bəhanəsiz getməyi.

    Aldanma sən içimdəki fəryada.
    Bil qəlbimi mən verəcəm bir yada.
    Bəhanələr ustasısan dünyada.
    Bacarmadın bəhanəsiz getməyi.

    Təbrikim olsun

    Bilirəm bu gün sənin ad günün.
    Yazdığım bu şeir təbrikim olsun.
    Bəlkə qəmlisən, bəlkə şad günün.
    Yazdığım bu şeir təbrikim olsun.

    Nə üçün de sənə çatmayır əlim?
    Tutaraq özgədən atmayır əlim.
    Sənintək olubda satmayır əlim.
    Yazdığım bu şeir təbrikim olsun.

    De niyə vəfasız olmusan ki, sən?
    Qəlbimi beləcə yormusan ki, sən.
    Deyirlər həsrətdən dolmusan ki, sən.
    Yazdığım bu şeir təbrikim olsun.

    Gözümün önündə qalıbdır çiçək.
    Sənidə gözündən salıbdır çiçək.
    Bəlkədə o, sənə alıbdır çiçək
    Yazdığım bu şeir təbrikim olsun.

    Mənim tək de təbrik edibmi səni?
    Yoxsa ki, yalandan seçibmi səni?
    De görüm mənimtək sevibmi səni?
    Yazdığım bu şeir təbrikim olsun.

    Qoymadın geriyə qayıtmağa yol.
    Təzədən qəlbimi ayıtmağa yol.
    Qalmayıb bil daha danışmağa yol.
    Yazdığım bu şeir təbrikim olsun.

    Qəlbimi edibdir həsrətin soba.
    Sən isə yad qəlbi etmisən oba
    Üzünə baxmaram bir daha toba.
    Yazdığım bu şeir təbrikim olsun.

    Bu şeiri bitirib mən gedim daha.
    Sənidə qəlbimdə yad edim daha.
    Sonuncu sözümü mən deyim daha.
    Yazdığım bu şeir təbrikim olsun.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hərdən yuxum sürgün olur

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir,
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

    Adsız şeirlər

    Dərdi yanına sal gətir,
    Yeni görüşə gələndə…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Bəxtimin kiçik qızıyam…
    Falçı deyib gəlişini…
    Qəlbində ağrı, sızıyam,
    Qoru üzdə gülüşünü…

    Mənə “Qırmızıpapaq” al,
    Öz içimdədi canavar…
    Nağıl dünyandaca qal…
    Ölsəm bundan sənə nə var?

  • Şəfa EYVAZ.Şeirlər

    1423756700_sefa-xanim

    Və sonra

    Bir gün bükəcəksən
    solan ümidlərini
    saralmış bir yarpağa…
    Gizlədəcəksən onu
    ürəyinin ən dərin bir yerində.
    Və kül tutacaq arzuların üstünü…
    İtirib həyatının rəngini
    ağ və qara çizgidə
    köçəcəksən taleyinin
    pas tutmuş yaddaşına.
    “Azadam” deyəcəksən
    bilə-bilə aldadacaqsan özünü…
    Saxta həyat quracaqsan,
    və bir gün boy verəcək kədərin
    gözlərindən göyərəcək
    leysan olub isladacaq səni.
    Təkliyini duyacaqsan
    və onda saçların ağ,
    üzün qırış olacaq.
    Qara günlərin gizlənmək istəyəcək
    ağ saçların arasında.
    Özünü tək görəcəksən yaşıdların sırasında.
    Onlar nəvə-nəticəli,
    onlar bəxtiyar olacaq.
    Sənsə təklik dəryasında
    dünya sənə dar olacaq.
    günahların ağırlaşıb
    şax qəddini əyəcək…
    Qəlbin susacaq səhvlər içində
    dilin yalnız bu sözləri deyəcək.
    “Artıq hər şey üçün çox gecdir…”

    2005

    Çıx get ürəyimdən

    Gəl çək öz köçünü duyğularımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.
    Yuxuydun yox oldun sən həyatımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Döndün ümidimin göz yaşına sən
    Aldandın kiminsə göz-qaşına sən
    Köçdün taleyimin yaddaşına sən,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Sevmək,sevilmək də yalanmış demə
    Sevgin özü boyda yükdü qəlbimə,
    Sən layiq deyilsən mənim sevgimə
    Çıx get ürəyimdən,daha sevmirəm.
    2006

  • Xəyalə SEVİL.Yeni şeirlər

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mən birinci dəfə idi…

    Mən birinci dəfə idi,
    Belə xoşbəxt olurdum.
    Yaz gəlmişdi baxışıma,
    Kəpənəklər uçurdu.
    Gülüşün toxunurdu üzümə,
    Yanağımda
    Qırmızı gülüşlər açırdı.
    Məsələn, daha qorxmurdum
    Gecənin qaranlığından,
    Gözlərimdə sən varıydın.
    Hər gün bir yeni şeirdə
    Səslənirdi adın,
    Sözlərimdə sən varıydın.
    Ürəyim alınmayan qala qapısı,
    Çoxdan açılmışdı üzünə…
    Və günlərin bir günü,
    Altını üstünə gətirdin bu sevginin.
    Sən, cəsarətsiz oldun,
    Sən, sonunu düşündün,
    Mən sonuna kimi yaşamağı.

    Başımın üstündə ağlayan payız

    Başımın üstündə
    Ağlayan payız,
    Yolların vəfası yoxdu,
    Saxlamaz göz yaşını.
    Gedənimin arxasınca
    Elə töküb qarğışını,
    Geri gəlmir.
    Gözlərimdə su qalmadı,
    Başımdakı daşı atdım,
    Daşım da diri gəlmir.
    Başımın üstündə
    Ağlayan payız,
    Ağaclar da ağlayır,
    Yarpaq-yarpaq,
    Sarı-sarı.
    Mən bu qarı yolların
    İnadın qıra bilmədim,
    Yoruldum, yora bilmədim…
    Ürəyimi atanın
    Arxasınca ürək atdım.
    Gözlərim qara buluddu,
    Heç kim bilmir…
    Heç kim bilmir…
    Payızı mən yaratdım.

  • Gənc xanım yazar Şəfa Nurun şeiri “Səs… Söz… Rəng” kitabında işıq üzü görüb

    sxp

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik”adlı layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 232 səhifə həcmində, 1600 tirajla işıq üzü görən “Səs… Söz… Rəng” kitabında
    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Şəfa Nurun “Həyatdır” şeiri dərc olunub.
    Qeyd edək ki, bundan öncə gənc xanım yazar Şəfa Nurun şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet”, “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Gənc xanım yazar Ülkər Dənizin şeiri “Səs… Söz… Rəng” kitabında işıq üzü görüb

    uxp

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik”adlı layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 232 səhifə həcmində, 1600 tirajla işıq üzü görən “Səs… Söz… Rəng” kitabında
    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Ülkər Dənizin “Ürəyimə yağış yağır bu gecə…” şeiri dərc olunub.
    Qeyd edək ki, bundan öncə gənc xanım yazar Ülkər Dənizin şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet”, “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Rafiq ODAY.”Mənə dost deyənlər”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Sizi bir-bir vurdum dişimə daha,
    Döyməyim qurtardı döşümə daha.
    Bəlkə çıxıb gedim işimə daha,
    Mənə dost deyənlər, dost dediklərim.

    Bir əlim dərdimin başını qatıb,
    Bir əlim başınız üstündə kölgə.
    Siz deyin, hər şeyin daşını atıb,
    Yalquzaq ömrünə başlayım bəlkə,
    Mənə dost deyənlər, dost dediklərim.

    Sizdən zərrə qədər umacağım yox,
    Mən özgə dərdinə ağlayan gözəm.
    Günahmı anadan belə doğuldum,
    Günahmı ömrümü bağladım sözə, –
    Mənə dost deyənlər, dost dediklərim.

    Sandım qolum sizi, qanadım sizi,
    Əbəsmiş bu qədər qınadım sizi.
    Olub-olacaqlar boşdan yaranmır,
    Beləcə var edib inadım sizi, –
    Mənə dost deyənlər, dost dediklərim.

    Mənə dost deyənlər, dost dediklərim,
    Hərə öz başını öz ağacının
    Soxub oyuğuna gizlədir indi.
    Bürüyüb aləmi gor oğruları,
    Həmzətək gədələr Koroğluları
    Qapılar dalında gözlədir indi.

    Namərdə, əyriyə işıqlar yaşıl,
    Haqqın, ədalətin işi düyündə.
    Ağsaqqal sözünə dəxli yox yaşın,
    Dəyişib ölçüsü kişiliyin də,
    Mənə dost deyənlər, dost dediklərim.

    Bir ovun dalınca yüz güdən hazır,
    Bir qarın çörəyə yüz gödən hazır.
    Xəbislik, rəzillik gözdən oxunur,
    Buyurun, oxuyun güzgüdən hazır, –
    Mənə dost deyənlər, dost dediklərim.

    Qeybət boy göstərir yüz yerinizdən,
    Əyri oturmayın düz yerinizdə.
    Hərə öz yerini bilsə yaxşıdı.
    Yığışın oturun öz yerinizdə, –
    Mənə dost deyənlər, dost dediklərim.

  • Eyvaz Zeynalovu doğum günü münasibətilə təbrik edirik! (18 yanvar 1950-ci il)

    eyvaz ist

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvünü, tanınmış yazıçısını gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Eyvaz ZEYNALOV.”Nəvə” (Hekayə)

    eyvaz ist

    Uzanıb televizora baxırdı. Əl telefonu ilə danışan arvadının birdən həyəcanlandığını, yanaqlarındakı göz yaşlarını görüb təəccübləndi: “Buna nə oldu?” Ancaq, deyəsən, bu göz yaşları sevinc göz yaşlarıydı. Arvadı ağlayandan çox gülənə oxşayırdı.
    – Nədi, nə var, ay arvad? – Hər ehtimala qarşı tez soruşdu.
    Danışıb qurtarandan, dəsmalı ilə göz yaşlarını siləndən sonra cavab verdi.
    – Dur, hazırlaş, gedək.
    – Hara?
    – Bakıya, evimizə.
    Zəng vuran qızıydı. Doğum evindən danışırdı. Neçə saatdı ordaydılar. Gəlin boylu idi, sancısı tutmuş, xəstəxanaya aparmışdılar. Hər şey salamatlıqla qurtarmışdı. Oğlan nəvələri dünyaya gəlmişdi. Bu münasibətlə onlara – anasına, atasına gözaydınlığı verirdi.
    Arvadı o səbrin yiyəsi deyildi. Səhərdən bəri neçə dəfə zəng vurmuş, bir-bir gəlini, oğlu, qızı, nəvələri ilə maraqlanmış, danışmışdı. Məsələdən agah olsalar da heç hansı vaxtından qabaq ağzından bir kəlmə də qaçırtmamışdı.
    Saata baxdı. Beşə işləmişdi. Nə qədər tez hazırlaşsalar, yola düşüncə azı bir saat vaxt itirəcəkdilər. Hələ qaçqın qəsəbəsində məskunlaşmış qardaşıgilə də dəyməliydilər. Əvvəldən belə planlaşdırmışdılar, gözləyəcəkdilər. Hesabla, axşamı onlarda keçirməliydilər.
    Arvadı qardaşı arvadına telefon açdı. Şad xəbəri onunla da bölüşdü. Üstəlik dedi, yeməyə-filana, dəfə-darağa ehtiyac yoxdu, ləngiməyəcəyik, gəlib elə atüstü görüşəcək, o saat da Bakıya yola düşəcəyik.
    İkinci gündü Bərdədə idilər. Necə deyərlər, məqsədləri həm ziyarət, həm də ticarətdi. Ermənilər Ağdamı işğal edəndən sonra qohum-əqrəbanın, dost-tanışın çoxu bu ətrafda, müxtəlif qəsəbə və kəndlərdə məskunlaşmışdı. Haçandı onlarla görüşmürdülər. Arada girəvələyib həm onlara baş çəkmək, həm də Bərdədə 10-15 duzlu su vannası qəbul etmək fikrindəydilər. Hər ikisinin beli, oynaqları ağrıyırdı. Yerdən təbii şəkildə qaynayan bu duzlu, isti suyun müalicəvi əhəmiyyəti haqqında çox eşitmişdilər.
    Bu gün mayın üçüydü, həkimin hesablamasına görə, gəlini ayın axırında qurtarmalıydı. Arxayın salmasaydı, evdən tərpənməz, ayaqlarını kənara qoymazdılar.
    Duzlu su müalicəxanası Bərdə şəhərinin Ağdama doğru çıxacağında, əsas nəqliyyat yolunun üstündəydi. Çoxdan fəaliyyət göstərsə də, sovetlər dağılan kimi özəlləşdirilən şəfa ocağının müasir tələblərə cavab verən şəraiti-filanı olmadığına görə yaxşı tanınmırdı.
    Bərdəyə çatan kimi dönüb bəribaşdan ikinəfərlik bir otaq tutmuşdular. Hələ mövsüm başlamamışdı. Şəfa ocağında seyrəklikdi. Yalan-gerçək, müdir deyirdi, havalar qızanda burda xəstələrin, müalicəyə gələnlərin əlindən tərpənmək olmur. Vanna qəbuluna saatlarla növbəyə düzülürlər.
    Cəmi iki, dünən axşam bir, bu gün səhər də bir vanna qəbul etmişdilər.
    Üzü axşama doğru uzaq yola çıxmaq ürəyincə deyildi. Nə qədər ləngiməsələr bir saat da qardaşıgildə itirəcəkdilər. Belə də Bakıya hələ xeyli qalmış şər qarışacaqdı. Qaranlıqda maşın sürməkdən zəhləsi gedirdi. Yolun yarıdan çoxu birtərəfli, dar, beyrahatdı. Hər yetən pulnan bir sürücülük vəsiqəsi alıb qoymuşdu cibinə. Biri yol hərəkəti qaydalarına riayət edirdisə, beşi də eləmirdi. Maşınların lampaları lazımi standartlara uyğun gəlmirdi. Qarşılaşanda işıqları adamın gözünü deşirdi. Bir də, belə harasa tələsəndə adətən nəsə bir peşmançılıq baş verirdi. Söz vaxtına çəkər, neçə il bundan qabaq yenə elə bu zaman tələsik rayondan Bakıya çıxanda yolda maşını qəzaya uğramış, şikəst qalmışdı.
    Qardaşıgil də axşam-axşam yola çıxmalarını məsləhət görmədilər. Dedilər, allaha şükür, hər şey salamatlıqla qurtarıb, narahatlığa, tələsməyə elə bir əsas yoxdu. Gecəni qalın bizdə, səhər tezdən, işıq gözünə tərpənərsiniz. İndi nə qədər əl-ayaq eləsəniz, Bakıya gecə saat onda, on birdə çatacaqsınız. O zaman da xəstəxanalarda gələnin heç birini xəstələrin yanına buraxmırlar.
    Arvadı, nəhayət, deyilənlərlə razılaşıb sakitləşdi. Dəqiqədəbir qohum-əqrəba ona, o da onlara zəng vurur, bir-birinə gözaydınlığı verir, təbrik edirdilər.
    Axşam qardaşıgil nə qədər bərk dirənsələr, onları buraxmaq istəməsələr də qaldıqları yerə qayıtdılar. Yatmazdan qabaq vanna qəbul etdilər. Arvadı gəlninin əl telefonuna zəng vurdu, özünün, körpəsinin sağlamlığı, ümumi vəziyyəti ilə maraqlandı, məsləhətlərini verdi, özündən muğayat olmağı tapşırdı. Sözünün başı da, ayağı da “başına dönüm”, “qurban olum”du.
    Səhər-səhər erkən oyandı. Vanna otağına baş çəkdi. Axşam xidmətçiynən şərtləşdiyi kimi qapısı açıqdı, içəridə kimsə yoxdu. Vannalardan ürəyinə yatanın birini doldurub daha bir vanna da qəbul etdi, qənimətdi.
    Gün qızmamış Bərdədən tərpəndilər. Yolda arvadı daha onu tələsdirmirdi. Daşan səbrini əl telefonu ilə yatızdırırdı. Bakıya çatan kimi xəstəxanaya yollandı. (daha&helliip;)

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    SEV MƏNİ

    Zirvəsinə duman düşən dağ kimi,
    Yarpağında qırov olan bağ kimi.
    Yaşıl kimi, qara kimi, ağ kimi,
    Rəssam rəngi sevən kimi, sev məni.

    Gəlib sənin düşüncəndə bükülüb,
    Həyatının divarına tikilib.
    Bağ bağçan da güllər təki əkilib,
    Bülbül gülü sevən kimi, sev məni.

    Mən olmasam o anda, yaşa məni,
    Həyətində soldurma yasəməni.
    Külək tək, ürək tək, ya sən məni,
    Çəmən şehi sevən kimi, sev məni.

    Yatanda da, duranda da de məni,
    Uzaq elə, gözlərimdən qüssəni.
    Özüm kimi, çox sevirəm mən səni,
    Səndə Gülüm, ömür boyu sev məni.

    14.01.2015

    DÜŞÜB

    Əzab çəksən, əzabına mən düşüm,
    Ürək sızlar, qəzəbinə mən düşüm.
    Zaman gələr, mən dünyada olmasam.
    Hərdən birdən, könlünə də mən düşüm.

    Yaqut olsam üzüyünün qaşıında,
    Canım alar gözlərin də, qaşın da.
    Damla olum gözlərinin yaşında,
    Kipriyindən yanağına nəm düşüm.

    Sən könlümün unvanısan o gündən,
    Yuxuların mehmanısan o gündən.
    Gülüm, sənə rastlaşdığım o gün dən,
    Saatımın əqrəbinə sən düşüb.

    15.01.2015

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Ö L D Ü R Ü R

    Bu gözəlin zər, naxışı,
    Naz, qəmzəli, şux baxışı.
    Afət kimi can yaxışı,
    Məni öldürür, öldürür.

    Körpə bir ceyran quzusu,
    Sərin kuzə, bir içim su.
    Onun hər istək, arzusu,
    Məni öldürür, öldürür.

    “Məcnun” ləqəbin almışam,
    Ağa ikən qul olmuşam.
    Özümü oda salmışam,
    Məni öldürür, öldürür.

    Baldır, şəkərdir qadası,
    Can ürpədir səs, sədası.
    Dövran,- onun hər ədası,
    Məni öldürür, öldürür.

    13.01.2016.

    DILLƏNMƏDİN

    Yadındamı? çeşmə başı,keçən bahar,
    Sevirsənmi?- deyə sordum, dillənmədin.
    Dondu nitqlər,doldu gözlər, qaldıq naçar,
    Min şövq ilə, xəyal qurdum,dillənmədin.

    Mən sorduqca, sən gizlətdin gözlərini,
    Gömdün qəlbdə, könül,ürək sozlərini.
    Atammadıq bəxt, talenin cüt zərini,
    Eşq kəhərin çapıb yordum,dillənmədin.

    Sirli sevda ilğımında batdı səsin,
    Söyləmədin o sehirli, “hə” kəlməsin.
    Kor qismətə, yazıq fələk nə eyləsin?
    Cavab üçün onca durdum, dillənmədin.

    Qoydun bizi məhşərəcən yana- yana.
    Zülm eylədin susa- susa, sən Dövrana.
    Bir ömürlük, son qoymaqçün bu hicrana,
    Eşq təbilin mən hey vurdum, dillənmədin…

    14.01.2016.

  • Mehri Süleymanovanı doğum günü münasibətilə təbrik edirik! (17 yanvar 2011-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!

    Mətbuat xidməti

  • Sevinc Novruzovanı doğum günü münasibətilə təbrik edirik! (17 yanvar 1991-ci il)

    sxn

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!

    Mətbuat xidməti

  • “Zərrələr” Sumqayıtda

    Hər dəfə “ZƏRRƏLƏR”lə yola çıxanda daxilən böyük bir sevinc və qürur hissi duyuram. Hər dəfəsində yeni tanışlıqlar və yeni dostluqları özü ilə gətirən “ZƏRRƏLƏR” bu dəfə yolunu Sumqayıtdan saldı. Sumqayıt Mərkəzi kitabxasının bir sakininə çevrildi. Kitabxananın müdiri Əhmədova Yeganə, Komplektləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Mütəllimova Rübabə xanım bizi çox mehriban və gülərüzlə qarşıladı. onlara kitab haqqında məlumatlar verildikdən sonra “ZƏRRƏLƏR” kitabxanada öz yerini aldı. Kitabı müdriyyət qəbul edib fonda daxil etdilər. UĞURLAR! Biz əminik ki, ZƏRRƏLƏR daha böyük uğurlara imza atacaq.

    Layihə rəhbəri və tərtibatçısı: Gülnarə İsrafilqızı

  • Gülnarə İSRAFİLQIZI.”eh qoca şəhər”

    gxi

    heç kəs xoşbəxt olmadı bu şəhərdə
    hamı bir səadət axtarışında,
    saçlarını ağartdı.
    və tapmadıqda, küçələri günahlandırdı,
    cığırları qınadı.
    yolun sonunda tikilən evləri…
    insanların gözünə,
    qəsəbələr də zinakar sifətində göründü,
    insanlar da.
    yolun başında itirmişdilər günəşin sualarını.
    zülmət şəhəri idi insanların daxili.
    pozulmuşdu əxlaqları…
    daralmış yollar ölüləri daşıyırdı üstündə
    o tərəf bu tərəfə…
    eh, qoca şəhər, ölsəydin,
    insanlar da xoşbəxt olardılar!

  • Qabil ƏDALƏT.Yeni şeirlər

    Qabil_edalet (2)

    * * *

    Gecənin sənsizliyinə bürünüb…
    Mahnı bəstələyirəm
    Sükutun addım səslərini
    Notlara duzub.
    Həsrətimə toy tutacam
    Bu gecə….
    Divar kağızlarından qoparıb
    Gül dəstələyirəm.
    Xatirəndən qopub düşmüş
    ümidlərlə
    Qol qaldırıb oynayacam,
    Həsrətimə toy tutacam
    Bu gecə…
    Arsızlığıma salıb
    Kədərimi üstələyirəm…
    Ətrin qalmış geyimlərini yuyub
    suyunu
    Yüz yüz vuracam
    Həsrətimə toy tutacam bu gecə…

    Buz dağı

    Tərk etdin
    isti bir yay gecəsində,
    Qəlbimdə
    buz bağladı, don vurdu,
    qəfil gedişin.
    Səhər açılar, günəş çıxar,
    Qəlbimin
    buzu əriyər
    deyə,
    fikirləşdim…
    Dan yeri söküldü, günəş çıxdı,
    Qızmar günəş daş-kəsəyi əritdi,
    Asfalt əridi, torpağı yandırdı,
    Amma
    Günəş məni isitdikcə,
    mən don atdım,
    Qəlbim döndü buz dağına,
    Qəlbimin buzu
    ərimədi ki, ərimədi…
    Çünki…
    (qoy nöqtələr danışsın.)

  • Nofəl ÜMİD.Yeni şeirlər

    n

    Vətən

    Həsrətindən yandı bağrım,
    çatmır sənə əlim, Vətən.
    “Məni bağışla” deməyə,
    susub, gəlmir dilim, Vətən.

    Hey bölünüb, parçalanıb,
    sinəsində od qalanıb;
    Həm satılıb, həm talanıb,
    hanı bütöv elim, Vətən..?

    Gün gələ, keçim qarşına,
    çıxım dağların qaşına;
    Üzümü sürtüm daşına,
    qucağında ölüm, Vətən.

    İstəmirəm

    Ver qəlbini mənə, gülüm,
    başqa fərman istəmirəm.
    Ölsəm, qollarında ölüm,
    molla, “Quran” istəmirəm.

    Həsrətəm xoş sözlərinə,
    sevinc gətir gözlərimə…
    Qoy, baş qoyum dizlərinə,
    başqa məkan istəmirəm.

    Sönmüş eşqin tərmi, söylə,
    solubsa bitərmi, söylə?
    Bu sevgi itərmi, söylə? –
    yanlış güman istəmirəm.

    …Zədələnib könül simim,
    əlacsızam, yox heç kimim.
    Gəl, ol ömürlük həkimim,
    özgə dərman istəmirəm…

    Rahat olasan

    Hər zaman Tanrı qapısın
    döyəsən rahat olasan.
    Tanrının evində boyun
    əyəsən rahat olasan.

    Tapasan haqqın izini,
    tutasan şərin üzünü;
    Hər yerdə sözün düzünü
    deyəsən, rahat olasan.

    Bürüdükcə nahaq tini,
    gözlər arayar mərdini;
    Özün elə öz dərdini
    yeyəsən rahat olasan…

    Nə etsəm qəlbim ovunu?..
    gözləməm ömrün sonunu…
    Kəfən adlı ağ donunu,
    geyəsən rahat olasan…

  • Sərvər KAMRANLI.Yeni şeirlər

    se

    Doğulandan sonra…

    …Öncə dörd əllə yapışarsan yerdən,
    Sonra yıxıla-dura qalxarsan…
    Qalxarsan, gözün yerlə doymaz.
    ayaq açarsan yerə,
    əl açarsan göylərə…
    Ayaqlarınla yerdən, əllərinlə göydən tutmaq istərsən…
    İstərsən… Eşqə düşərsən.
    Gah yerdəkiləri sevərsən, gah göydəkini…
    Sevərsən tapdadığın torpağı…
    dünyanın belində fırlanarsan bir oxun ətrafında.
    Günəşə çatmaq üçün hərəkətin hız alar,
    diləyin qanad açsa,
    dəyişər məsafələr,
    yorulmazsan…
    tərk etmək istərsən dünyanın tərkini,
    fırlana-fırlana dövr eyləyərsən…
    canlı, cansız – hər nə var, fırlanır, zatən,
    düşünüb, təsəlli taparsan, təntiməzsən…
    …Nəhayət, gün gələr –
    ansızın, biri alar səni dünyanın əlindən…
    Diləklər gerçək olar,
    o vaxt
    sevincdən bölünərsən –
    özün yerdə qalarsa, ruhun çıxar göylərə…
    yerlər özünün olar, göylər ruhunun…

    Nə ola, bu dünya
    bir yuxu ola…

    Yaman usanmışam, tənbəl olmuşam,
    Ta heç kim tanımır bu gənc qoçağı.
    Yuxuma bir gözəl girəndən bəri,
    Yuxudan qalxıram günorta çağı.

    Yuxuda görürəm bizdən danışır,
    Daha gizli-gizli Günəş də, Ay da.
    Bir dəli adamın “kənd” ürəyində,
    Sevgi yaşayırmış bir ölkə boyda…

    Yerlər də asıla göyün üzündən,
    Göylərin qoynunda yuxusu gələ.
    Nə ola bu dünya bir yuxu ola,
    Bizim sevgimiz də yuxuda ölə…

    Rahat olasan

    Durasan ayağa… özün-özünə,
    Bir əlac qılasan, rahat olasan.
    Yazanın əlindən… qanı qaralmış,
    Qələmin alasan, rahat olasan.

    Artırıb sevincin, dəmin sayını,
    Verəsən kədərin, qəmin payını.
    Tapasan dərdlərin şah sarayını,
    Taxtından salasan, rahat olasan.

    Əzab qan ağlaya, gözlərin sıxa…
    Ömürdən getməyə yaman darıxa…
    Kədər qız cildində qarşına çıxa,
    Saçını yolasan, rahat olasan…

    Yerdə gün atılır ömürdən hələ…
    Göylərin adama yazığı gələ…
    Asa yaxasından… yağmasan belə,
    Buludtək dolasan, rahat olasan.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Başımın üstündə ağlayan
    payız
    Başımın üstündə ağlayan payız,
    yolların vəfası yoxdu,
    saxlamaz göz yaşını.
    Gedənimin arxasınca
    elə töküb qarğışını,
    geri gəlmir.
    Gözlərimdə su qalmadı,
    başımdakı daşı atdım,
    daşım da diri gəlmir…
    Başımın üstündə ağlayan payız,
    Ağaclar da ağlayır,
    yarpaq-yarpaq,
    sarı-sarı…
    Mən bu qarı yolların
    inadın qıra bilmədim,
    Yoruldum, yora bilmədim…
    Ürəyimi atanın
    arxasınca ürək atdım.
    Gözlərim qara buluddu,
    heç kim bilmir…
    Heç kim bilmir…
    payızı mən yaratdım.
    Gözlərim təzə yol çəkir
    Həsrətin ağacdı sənin,
    Yanağımda bar veribdi.
    Tanrı mənim əllərimi
    Göz yaşıma gor veribdi…
    Ürəyimi bədənimə
    Bağlayan ruh bağı yoxdu.
    Canımdan çıxıb qaçardı,
    Yaxşı ki, ayağı yoxdu…
    …Ağaclar da üstümüzə
    Saçlarını yolub tökür.
    Qayıt, sənin dönüşünə
    Gözlərim təzə yol çəkir

  • Gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri “Səs… Söz… Rəng” kitabında işıq üzü görüb

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik”adlı layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 232 səhifə həcmində, 1600 tirajla işıq üzü görən “Səs… Söz… Rəng” kitabında
    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şairə-jurnalist-publisist, gənc xanım yazar Şəfa Vəliyevanın “Mənim sənə yazdıqlarım”, “Hər səs gələn tərəfin”, “Ayrılığı tanımırdın” şeirləri dərc olunub.
    Qeyd edək ki, bundan öncə “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülən gənc nəslin istedadlı nümayəndəsi Şəfa Vəliyevanın şeirləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsi dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Təranə TURAN RƏHİMLİ.Yeni şeirlər

    BÖYÜDÜM

    Qaldım yollar ayrıcında,
    Yolumu seçib böyüdüm.
    İçimə dolan ağrının
    İçindən keçib böyüdüm.

    Düşdüm bir qərib həvəsə,
    Üz tutdum işığa, səsə,
    Çəkdim başa birnəfəsə
    Bu eşqi içib böyüdüm.

    Girdim həsrətin qoluna,
    Daldım ömrün sağ-soluna.
    Dərdi geninə-boluna
    Boyuma biçib böyüdüm.

    Ruhum yüz kərə talandı,
    Misralarda daldalandım.
    Köksümdə tonqal qalandı,
    Yanmadım, bişib böyüdüm.

    Rotterdamlı Marion üçün

    Buğda sarısı saçları
    isladır İzmir yağışı.
    Təzə şeir şəkli çəkir
    uzaqlardakı baxışı.

    Arzuların rənginə bax
    mavi gözlərin içində.
    Sevgilər yolunu azıb
    bu qızın fikir köçündə.

    Gizlənib təbəssümündə
    yenə də köhnə yorğun qəm.
    Özündə dustaq kimidi,
    ruhuna dar gəlir aləm.

    Köksündə Holland ürəyi,
    dilində Türk şeirləri.
    İçində cahana sevgi,
    duyanı – tək şeirləri.

    İzləyir yağış ömrünü,
    taleyinə yağış yağmır.
    …Rotterdamlı qızın rəsmi
    şeirə, tabloya sığmır.

    SƏN MƏNƏ OXŞAMA, BALA

    İstəkli qardaşım qızı Fidana
    Oxşadırlar səni mənə,
    Sən mənə oxşama, bala.
    Bax başımda duman-çənə,
    Sən mənə oxşama, bala.

    Gecə-gündüz dərd yeyirəm,
    Qəm soyunub dərd geyirəm.
    Nə qədər tezdi, deyirəm:
    – Sən mənə oxşama, bala.

    İçində dözümü gizlət,
    Sirrini, sözünü gizlət,
    Kədərdən izini gizlət,
    Sən mənə oxşama, bala.

    Nə sürünən kölgəyə bax,
    Nə yıxılıb ayağa qalx.
    Alov olub zülməti yax,
    Sən mənə oxşama, bala.

    Cin-şeytandı sağım, solum,
    Qoymurlar ki, özüm olum.
    Özünü tap, qurban olum,
    Sən mənə oxşama, bala.

  • Təranə TURAN RƏHİMLİ.”ÖZ İŞİNİN KNYAZI”

    Knyaz Aslan – 55

    Knyaz Aslanın imzasını hələ 90-cı illərin qaynar ədəbi mühitindən, günbəgün sayı artan qəzetlərin səhifələrindən tanıyırdım. Yaxşı şeirlər, publisistik yazılar müəllifi kimi ədəbi gəncliyin xüsusi rəğbətini qazanmışdı. Sonralar Knyaz Aslanın təkcə sanballı qələm sahibi kimi deyil, həm də bir insan kimi sonsuz səmimiyyəti, öhdəsinə düşən hərhansı bir işi yüksək məsuliyyət və canıyananlıqla yerinə yetirməsi, mərdliyi, sözübütövlüyü, milli-mənəvi dəyərlərə sədaqəti və daha neçə-neçə ali insani keyfiyyətləri ilə ədəbi, elmi ectimaiyyətdə böyük nüfuz sahibi olduğunu gördüm. Əmin oldum ki, ziyalılığın çoxsaylı şərtlərindən biri də məhz belə bütöv, bitkin xarakterə malik olmaqdır.
    O, çox zəngin həyat və fəaliyyət yolu keçib. Doğulub boya-başa çatdığı Gürcüstan Respublikası Dmanisi rayonunun Hamamlı kəndində orta məktəbini Qızıl medalla bitirməsi bu tərcümeyi halın başlanğıc uğuru kimi diqqəti çəkirsə, bu uğurun yol açdığı daha böyük zəfərlər isə onun alim-şair taleyinin qızıl naxışları tək maraq doğurur. Minə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalə, beş monoqrafiya, otuzadək kitab müəllifi, şeirləri rus, ingilis, alman dillərinə tərcümə olunan şair, A.S.Puşkin, M.Y.Lermontov, S.Yesenin, T.Şevçenko və digər sənətkarların əsərlərini dilimizə tərcümə edən istedadlı bir tərcüməçi, ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil edən, milli mədəniyyətimizə, elmimizə başucalığı gətirən, məruzə və çıxışları ilə maraq doğuran, çoxsaylı ödül, fəxri fərman, təşəkkürnamələr və digər təltiflərlə taclanan alim, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “ön söz” müəllifi, rəyçisi və redaktoru, tələbələrin sevimlisi olan səriştəli müəllim-pedaqoq kmi Knyaz Aslanın həyat tarixçəsinin uğurları bir-birini əvəz edir.
    Milləti üçün gərəkli olmaq, bütün fəaliyyət istiqamətlərində onun işini irəli aparmaq amalına xidmət onun ömür yolunun əsas inkişaf devizi kimi görünür. Knyaz Aslan kimi insanları daim sakitcə gümüldəyən, suyu bitib-tükənməyən dağ bulağına bənzətmək olar. Bu bulağın mənbəyi nə qədər etibarlıdırsa, bütün enerjisini xeyirxah işlərə yönəldən, sağlam əməli fəaliyyətlə məşğul olan belə insanların da ruhi-mənəvi təməli sarsılmazdır, güvənlidir.
    O, bütün varlığı ilə Vətəninə, millətinə bağlı bir ziyalıdır. Dəfələrlə Qarabağda döyüş bölgələrində olmuş Knyaz Aslanın Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərində, milli faciələrimizə həsr etdiyi şeirlərində millətin ağrı-acılarına, itkilərinə son dərəcə həssas vətəndaş şair-publisist münasibəti də bundan irəli gəlir.
    Abdulla Şaiqin böyük oğlu, ədəbiyyatşünaslıq elmimizin korifeyi akademik Kamal Talıbzadə hər dəfə Knyaz Aslandan söz düşəndə deyirdi: “O, öz işinin knyazıdır.” Sonralar Knyaz Aslanı tanıdıqca, haqqında onu tanıyanların qənaətlərini bir araya gətirdikcə, gördüyü işlərin miqyası, səviyyəsi ilə bağlı konkret fakt və dəlillərə nəzər saldıqca böyük alimimizin həmin fikrinin nə qədər yerində işlədildiyini, bu qənaətin Knyaz Aslanın alim-şair ömrünə yaraşdığını anladım.
    Knyaz Aslanın yaradıcılıq fəaliyyəti çoxşaxəlidir. Bəllidir ki, istedadlı şəxslərin uğurlarının mənbəyi elə istedadları olduğu üçün gördükləri bütün işlərdə bu cəhət özünü göstərir. Buna görə də onun bütün sahələrdə xidmətləri layiqli bəhrəsini verib. Bu istiqamətlərin hər biri haqqında ayrıca söz açmaq, bu sahələri tək-tək araşdırma mərkəzinə gətirmək, yaxud ən azı hərəsi barədə bir elmi tədqiqatda və ya publisistik yazıda bəhs etmək olar. Lakin onun şairlik istedadı haqqında söz açmaq istəsəm ilk yadıma düşən Kamal Talıbzadəyə ithaf etdiyi “Bu kişi” şeiri olacaq. Marneuliyə – Sarvan elinə akademik Kamal Talıbzadə ilə birgə səfər etdikləri vaxt yol boyu maşında böyük alimin Səməd Vurğun, Hüseyn Cavid, Mehdi Hüseyn və b. görkəmli söz ustaları haqqında xatirələri, müdrik söhbətləri Knyaz Aslanı necə duyğulandırırsa, həmin şeiri elə maşındaca dizinin üstündə yazıb Kamal müəllimə verir:

    Aman Allah, söhbətə bax, sözə bax,
    Xatirələr bulağıymış bu kişi.
    Səngiməyən atəşə bax, közə bax,
    Müqəddəslik ocağıymış bu kişi.
    Bir tarixdi hər sözü, hər kəlməsi,
    Borçalıdı candan gələn nəğməsi,
    Yaddaşında ustadların gur səsi,
    Elin qızıl varağıymış bu kişi.

    Beş bəndlik şeiri oxuyub heyran qalan Kamal Talıbzadə sonralar tez-tez söz məclislərində bu şeirin yaranma tarixçəsini yada salır, “bu hələ dizüstü yazılan şeiridir” deyə Knyaz Aslanın istedadına inamını, qələminə rəğbətini ifadə edirdi.
    İllərlə çalışdığı Xəzər universitetində, Bakı Dövlət Universitetində alim-pedaqoq hörməti isə onun ciddi bir tədqiqatçı və pedaqoq kimi nüfuz qazandığını isbatlayır. Ömrün cəmi əlli beş ilinə bu qədər uğuru sığdırmaq çox az adama nəsib olan xoşbəxtlikdir. Knyaz Aslanın mənalı həyat yolunun zəfər dolu onillikləri isə hələ qarşıdadır. İnanıram ki, bu onilliklər onun milli elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, bütövlükdə Azərbaycançılığımıza çox nailiyyətlər qazandıracaq.

    şair-tədqiqatçı,
    filologiya üzrə fəlsəfə doktoru, dosent,
    president təqaüdçüsü.

  • Sərvər KAMRANLI.””Günəşli” günəşi əbədi batdı…”

    se

    (“GÜNƏŞLİ” neft yatağında həlak olan qardaşlarımızın əziz xatirəsinə…)

    Başladı yenə də həzin yağışlar…
    Üşüyür gözlərim göz yaşlarımda.
    Qırx gündür ümidlə dolan baxışlar,
    Asılıb qalıbdır neft daşlarında.

    “Küləklər şəhəri”, “Odlar ölkəsi”,
    Küləyin əsdirdi, odunu çatdı.
    Dördü dekabrda-axşamçağında,
    “Günəşli” günəşi əbədi batdı…

    … Bir ana sahildə nalə qoparır:
    “Dəniz, qurban olum, oğlumu qaytar,
    Gündə dərd yeməkdən dərd qoxuyuram,
    Məni ölməmişkən həsrətdən qurtar…”

    13 yanvar 2016

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    BU SEVGİ 1981

    Qəlbimə gəlmişdi gözlənilmədən,
    Deyərdim çətinki, sönə bu sevgi.
    Dağınıq, pərişan fikirlərimi
    Salmışdı bir səmtə,yönə bu sevgi

    Gözəllər içindən seçilmiş idi,
    Önündə zirvələr kiçilmiş idi,
    Ulduzlar əyninə biçilmiş idi,
    Taledən töhvəydi mənə bu sevgi.

    Qəlbindən gələrdi sorağım hər gün,
    Çiçəktək açardı marağım hər gün
    Deyərdi-sən çıxma, mən çıxım hər gün
    Gah aya, gah da ki günə bu sevgi.

    Gecələr saçına çökmüşdü onun,
    Günəş öz suyuna çəkmişdi onu,
    Ay da işığına bükmüşdü onu,
    Qənimdi dumana, çənə bu sevgi.

    Gözümdə həsrəti bitəsi imiş,
    Könlümü güvətək didəsi imiş.
    Qəfil gəldiyitək gedəsi imiş,
    Ömrümdən, günümdən demə bu sevgi.

    -1972BAHAR ÜNVANLILAR-

    Bir xəbər yayıldı, acı bir xəbər-
    Çəkildi əsəblər, hislər tarıma.
    Yağdı ildırımtək, yağdı güllələr,
    Yağdı anaların yuxularına.

    Məcnun söyüdlərin doldu gözləri,
    Pərişan telini daraqlamadı.
    Kölgəsinə gələn sevgililəri
    Bir də axtarmadı, soraqlamadı.

    Qızların gözündə dondu baharı,
    Neçə toy süfrəsi örtülü qaldı.
    Neçə sevgilinin nişan paltarı
    Zərli sandıqlarda ütülü qaldı.

    İgidlər gəlmədi görüşə o gun,
    İgidlər getdilər döyüşə o gün.
    Yenə Çənlibeldən endi Koroğlu,
    Yenə Qıratına mindi Koroğlu.

    Qorxunc ildırımtək çaxdı dəlilər,
    Ölümün gözünə baxdı dəlilər,
    Ölümün özüdə heyrətə gəldi
    İgidlik sınandı mərmilər üstə!

    Odlu səngərlərdən üçkünc məktublar
    Bəzən qanadlandı, bəzən kəsildi.
    Qaldı gözəllərin qulağı səsdə,
    Məhəbbət sınandı mərmilər üstə.

    Ümidlər yollarda çırağa döndü,
    Əritdi düşməni qar-qırov kimi.
    Dəniz çalxalandı, yer silkələndi,
    Gedənlər döyüşdü od-alov kimi.

    Düşmənin ayağı dəyməsin deyə
    Torpağı bağrına basdı igidlər.
    Qərib durnalartək ünvanlarını
    O gündən bahara yazdı igidlər.

  • Eldar Nəsib SİBİREL yaradıcılığı ilə bağlı müsahibə

    ens

    İllər öncə bir şair tanımışdım; şair kimi istedadlı, insan kimi mehriban, gülərüz. Öncə bir şeiri tanıtmışdı onu mənə. Əlimə düşən şeirlər kitabından birində bir şeir diqqətimi çəkmişdi. Musiqiyə yatımlı, maraqlı bir şeir idi və bu şeiri nəğməyə çevirmək istəyim yarandı:

    Bu gözəlin çiçək açan vaxtıdır
    Bu dünyaya işıq saçan vaxtıdır
    Ilk görüşə oğrun qaçan vaxtıdır
    Ulu Tanrım, gözün olsun bu qızda

    Nəydi çaxan, de, şimşəkmi, baxışmı?
    Nəydi yağan, göz yaşımı, yağışmı?
    Deyən, qəlbi sinəsinə sığışmır!
    Ulu Tanrım, gözün olsun bu qızda!

    Ünvanını hələ həsrət döyməyib,
    Ürəyini kədər yükü əyməyib,
    Gül üzünə yad nəfəsi dəyməyib,
    Ulu Tanrım, gözün olsun bu qızda.

    Və bu nəğmə yarandı, ifa etdim, radioda səsləndi. Elə bu nəğmə də Eldar bəylə aramızda bir tanışlıq körpüsünə çevrildi. Çox yaxın, sıx əlaqələrimiz olmasa da, ara-sıra tədbirlərdə görüşəndə, daim onun qaynarlığını, mehribanlığını hiss etdim. Üzündəki təbəssüm də heç zaman solmadı. İllər sonra acı ölüm xəbərini eşidəndə isə çox üzüldüm.
    Yaxın günlərdə sosial şəbəkədə Alı adlı bir gəncdən mənə dostluq istəyi gəldi. Eldar Nəsiblinin oğlu olduğunu bildirincə, çox xoşhal oldum. Amma bundan öncə istədim, onunla daha yaxından tanış olaq və atasıyla, onun yaradıcılığıyla bağlı bir az söhbətləşək.
    Alı bəy, necəsən?
    Allahın köməyilə yaxşı olmağa çalışırıq.
    Təhsilin, işin varmı?
    Azərbaycan Maliyyə İqtisad Kollecini bitirmişəm. Özəl şirkətlərin birində çalışıram.
    Müşahidələrimə əsasən deyim ki, sosial şəbəkədə atanın şeirlərinin təbliğinə, bir şair kimi onun yeni nəsillərə tanıtımına can atırsan.
    Təbii, fikrimcə, bu, hər bir övladın mənəvi borcudur.
    Eldar Nəsibli Sibirel 1982-ci ildə SSRİ yazıçılar birliyinin üzvü olub. Sovet postməkanı dövründə şerlərinin çapına Respublika və İttifaq mətbuatında geniş yer ayrılıb.
    İstetdadlı şairimiz Tahir Talıblı deyir ki, Eldar Nəsibli Sibirel ədəbiyyatda haqqı olan şairdir, həm da haqqına çatmamış şairdir. Fikrimcə, gözəl deyimdir. O zamanlar mətbuatda çap olunmaq, bilidiyimiz kimi çox çətin idi. Demək istədiyim odur ki, E.N.Sibireli yada salası çox ədəbiyyat adamları var. Ancaq təəssüf!
    Atasızlığı daha çox hansı anında hiss edirsən?
    Demək olar ki, hər anımda hiss olunur, atasızlıq. Onu da vurğulayım ki, mən təkcə bir ata yox, həm də hər zaman haqqı deyən bir söz ustadı itirmişəm.
    Eldar Nəsibli bir ata kimi necə ata idi?
    Ata kimi mükəmməl biri. Şair kimi isə E.N.Sibirel haqqında Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və s. şairlərimiz zamanında öz yüksək fikirlərini söyləyiblər. Mənim deməyimə ehtiyac yoxdur düşündüyüm qədərilə.
    Atanla bağlı hansı xatirələrin var?
    Xatirələr həddindən artıq çoxdur, deyərdim. Xüsusi ilə də uşaqlıq dövründə xoş rəftarı və səmimiyyəti mənimçün bir xatirə olaraq yaşayır.
    Eldar bəyin Sibirel təxəllüsü hardan gəlir, nə ilə bağlıdır? Qazax, Bakı hara, Sibir hara?
    1948-ci ildə şairin valideynlərini imperiya şəri haqlayır. Onlar Sibirə sürgün edilirlər. Atam 1952-ci ildə Sibirdə Dünyaya göz açır. Bəli, elə təxəllüsünü də ordan götürüb. Uşaqlığının bir hissəsini uzaq qarlı Sibirdə keçirib.
    Babangil hansı səbəbdən sürgün olunublar?
    Babalarımız, 1918-ci ildə Nuru paşa Azərbaycana gələndə, türklərlə birlikdə Bakının və Qarabağın azad olunmasında iştirak ediblər. Sonra onları xalq düşməni kimi güllələyiblər. Şərif Şikəstə adlı babamızı isə Sibirə sürgün edib, sonra 1937-ci ildə güllələyiblər. Onu da qeyd edim ki, Şərif Şikəstə Səməd Vurğunun ustadı olub. Onun oğlu Cavad, Azərbaycanın böyük şairi Hüseyn Cavidlə sürgündə bir yerdə olub. Atamın valideynlərini isə 1948-ci ildə Sibirin Tomsk vilayətinin Baxçar rayonuna sürgün ediblər. Elə atam da 1952 – ci ildə orda anadan olub. Atamın babaları Sədi və Əmiraslan bəy uzun müddət rus imperiyasına qarşı döyüşüblər.
    Bir hadisəni heç unutmaq mümkün deyil; Sibirdə İvolgin adlı bir kolkoz sədri var imiş. Onu da Sibirə sürgün ediblərmiş. Həmin adam orada bir neçə il yaşayır, Sibirdə öz həyatını qurur və sərvət sahibi olur. Bir müddətdən sona İvolginə vətən dönmək izni verilsə də o, geri dönmür. Beləcə Sibirə sürgün edilənlərə yardım edir. Elə atamgilin ailəsinə də. Bir neçə ildən sonra atamgilə vətənə dönməyə izn verilir və onlar doğma vətənə Qazax rayonunun II Şıxlı kəndinə geri dönürlər. Hətta İvolgin babam Alının öz alın təriylə qazandığı məvacibi sonradan ailəyə göndərir. Bir sözlə haqlarını yemir. Həmin məvaciblə də babam ev tikir, mal-qara alır və ailəsini başına yığır.
    Atan, səhv etmirəmsə ölümündən bir neçə gün əvvəl hansı övladınınsa xeyir işini etməli idi. Hətta bununla bağlı mənimlə görüşmüş, övladının toyunda bir müğənni kimi iştirakımı istədiyini bildirmişdi. Təəssüf ki, bəzi səbəblərdən bu, baş tutmadı. Sonradan onun faciəli ölüm xəbərini eşidəndə çox üzüldüm.
    Bəli, həmin övladı mənəm. Mənim toyumdan 9 gün sonra, 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında dünyasını dəyişdi. Tanrıya çox şükür, təsəllimiz odur ki, heç olmasa öz istəyinə çatdı, son övladının da xoş gününü gördü.
    Bildiyimə görə, tanınmış, istedadlı şairimiz Vəli Xramçaylı Eldar bəyin qardaşıdır. Vəli bəy bir əmi kimi sizi yada salır, sizinlə maraqlanırmı?
    Vəli müəllimlə münasibətimiz dost münasibətidir, əmidən çox. Hər zaman dərdləşib qayğılarımızı bölüşürük.
    Eldar bəyin yazıçı və şairlərdən ən yaxın dostu kim idi və bu gün onu xatırlayan, yada salan varmı?
    Ədəbiyyat aləmində dostları yeterincə çox olub. Ancaq yada salan az saydadır. Tahir Talıblı, Rəşad Məcid, Xaliq Rəhimli, Barat Vüsalın adlarını qeyd edərdim ki, öz müsahibələrində tez – tez Eldar Siberli xatırlayırlar.
    Atanın ən çox bəyəndiyin, sevdiyin bir şeiri hansıdır?
    Bəyəndiyim şerlər, təbii ki, çoxdur. Ən çox sevdiyim isə “Əyilməz başını uca tut, Vətən” seridir. Bir çox ədəbiyyat adamlarıyla Eldar Siberilin Poeziyası haqqında danışdıqda onun güclü sevgi serlərinin olduğunu bildirirlər. Mənim isə atamın yaradıcılığında sevdiyim tərz onun satirik serləridir. Məs: “ Şair haq yolunda “ şerindən bir bəndi qeyd edə bilərəm.
    Ey medal ölüsü, təltif ölüsü,
    Ey şöhrət ölüsü, tərif ölüsü,
    Misranı beynimə mismarlama gəl.
    Bu gün dilin üstə can verən sözü
    Əl altdan sabaha ismarlama, gəl.
    Bu bənddə Eldar Sibirelin hər zaman ad – san peşində olmaması oxucuya aydın şəkildə izah olunub.
    Sən də yazırsanmı?
    Şairlik Allahın bir lütfüdür. İstedadın olmasa ha yaz, poz. Düşünürəm ki, hər kəs öz sahəsində olsa daha yaxşı olar.
    Dəyərli oxucularımız, düşünürəm ki, bir nakam şairi, gözəl bir insanı xatırlamaqla, onun ruhunu, sevənlərininsə könlünü şad etmiş olduq.
    Eldar Nəsibli Sibirelə Tanrıdan rəhmət diləyirik!
    Zəka Vilayətoğlu

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ***

    Hər səs gələn tərəfin
    yolçusu sevilməz ki…
    Payız boyda qəhərin
    sarısı silinməz ki…

    Saçlarını yolmağa
    Başlayıbdı ağaclar…
    Bu mövsüm Xan bağında
    Oturmağa ürək var?..

    Yaxşı ki, yolun düşmür
    Bu aralar Gəncəyə…
    Baxışımdan üşüyüb
    Küsərsən gəlməyinə…

    Gərək mən də tez qaçım…
    Bakı? Qazax?.. – ya səbr!
    Durum qapını açım:
    – Bu sənsən, oktyabr?..

    ***

    Ayrılığı tanımırdın,
    Ayrıldıq… Xoşun gəldimi?
    Bədbəxtliyin məni saydın,
    Xoşbəxtlik naxışın gəldimi?

    Öz təkliyinin filmində,
    Baş rolda məni çəkəsən…
    Hönkürəsən dəlilərtək,
    Bir azca mənə çəkəsən…

    Ürəyin dərddən hayqıra,
    Məni günahkar sayasan…
    Öləm gedəm, ayrılıqdan
    Bir şeir də sən yazasan…

  • Şəfa NUR.Yeni şeirlər

    sxp

    Həyatdır…

    Yaşayırıq…
    Yalançı dünyanın doğru zamanında.
    …Tanrıdan aldığımız bir ovuc ömürün
    oğru zamanında.
    Hərdən yolda qalır gözümüz…
    Özümüzü tapana qədər.
    Uşaq vaxtı o qədər yalanlara inanmışıq-
    Səhərdən axşama…
    Axşamdan yatana qədər…
    İndi daha doğru olan zamana da inanmaq istəmirik…
    Gözümüzün içinə qədər yalanı gətirib
    günahı zamanın çiyinlərində
    gömək istiyirik…
    …və bəzən də bacarırq da.
    Daha bilmirik ki..
    Həyatdır …
    Yaşayırıq…
    Yalançı dünyanın doğru zamanında.

    * * *

    … Hərdən yolda qalır gözümüz…
    Özümüzü tapana qədər.
    Uşaq vaxtı o qədər yalanlara inanmışıq-
    Səhərdən axşama…
    Axşamdan yatana qədər…
    İndi daha doğru olan zamana da inanmaq istəmirik…

  • Ülkər DƏNİZ.Yeni şeirlər

    uxp

    Gözlərindən həsrət yağır

    Gözlərindən həsrət yağır,
    Ay yağışa düşən bəndə.
    Vaxtsız gəlib yer üzünə,
    Təktənha yetişən bəndə.

    Götür ürkək baxışları,
    Söykə dünyanın dizinə.
    Saxla düşən ulduzları,
    Yapışdır göyün üzünə

    Bir gün için çıxıb çölə,
    Çatacaq göyün üzünə.
    Aldadıb ömür də səni,
    Atacaq göyün üzünə.

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Rafiq ODAY.”Təcnis”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Sinəmi bir atəş yandırıb yaxır,
    Haçandı bir nazlı gözəldən düşüb.
    O gündən günlərim saçım rəngində,
    O gündən saçıma gözəl dən düşüb.

    Vəsf etdim hüsnünü gəlincə, gülüm,
    Gəz sinəm üstündə gəl, incə, gülüm.
    Dönüb bu yerlərə gəlincə, gülüm,
    Baxıb görərəm ki, göz əldən düşüb.

    Vurula bildinsə dərdindən belə,
    Xoş olar soysalar dərimdən belə.
    Oday, bar-bəhrini dər indən belə,
    Sevgi bağçasına gözəl dən düşüb.

  • Rafiq ODAY.”Yazığın gəlsin”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Çiynini fil yükü altına vermə,
    Qarışqa, özünə yazığın gəlsin.
    Misqalla ölçülən öz yükün ilə,
    Barış qal, özünə yazığın gəlsin.

    Çox da ömrü boyu əkin əkməyən,
    Həmişə sahibdi dolu təknəyə.
    Olarsan özgənin yükün çəkməyə
    Alışqan, özünə yazığın gəlsin.

    Dönməmiş uğruna it ulyanlara,
    Dinməzcə qoşul yat uyuyanlara.
    Mənəmlik havasın at – milyonlara
    Qarış qal, özünə yazığın gəlsin.

    Özü bir oyundu, düzü, dünyanın,
    Seyrəlir birbəbir düzü dünyanın.
    Edərlər başına düzü-dünyanı,
    Darısqal, özünə yazığın gəlsin.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    GÖRƏN NECƏDİ

    Qurban deyim, sənin gələn yoluna,
    Üşaq kimi, gəl qısılım qoynuna.
    Ömür boyu qonaq olum yanına,
    Sən olmasan dünya hər an gecədi!
    Darıxıram, görən yarım necədi?

    Qoşa gedək, addımlayaq biz yenə,
    Gir qoluma, sevgini göstər mənə.
    Şahid olsun ulduzlar hər gecənə,
    Sənsiz gülüm, gündüzlərdə gecədi!
    Darıxıram, görən yarım necədi?

    Yanımda ol, onda oluram rahat,
    Yollarına göz dikirəm hər saat.
    Gözümdən kənarda, qallam narahat,
    Yuxuma gəl axşam düşür, gecədi!
    Darıxıram, görən yarım necədi?

    XƏYALIN

    Xəyalımın zirvəsində,
    Xəyalını daşıyıram.
    Gecə-gündüz xəyalımda,
    Xəyalınla yaşıyıram.

    Bütün günü düşüncələr,
    Səni arar, səni gəzər.
    Ətir qoxan paltarımda,
    Xəyalınla yaşıyıram.

    Misraları sıraladım,
    Xəyal gəlir sözdən öncə.
    Biz tələsdik görüşməyə,
    Xəyal getdi bizdən öncə.

    Xəyalını qarışdırma,
    Ocaq sönər közdən öncə.
    Düşünmə ki, mən yanmıram,
    Ürək ağlar gözdən öncə.

    12.01.2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    VAR

    Arın günahlardan, qalx ərkanına,
    Ruhunu təmizlə, sinsin canına,
    Qazan cənnətini, dön məkanına,
    Nə olsun dünyanın min bir şəhdi var.

    İnsan bu dünyada əbədi qalmaz,
    Gəldiyi aləmə dönməsə olmaz.
    Allahın insanla bitməz, pozulmaz,
    Kitablar dolusu andı, əhdi var.

    Bir gün qurulacaq mizan-tərəzi,
    Məhşərə çəkəcək tanrımız bizi,
    Sanma bu mətləbi dinin qərəzi,
    Zühuru gözlənən İsa, Mehdi var.

    Əgər birləşərsə kamalla iman,
    Bəxş olar cahana mükəmməl ürfan.
    Mələk zirvəsinə yüksələr insan,
    Çatar məqsədinə kimin cəhdi var.

    KİMİYƏM

    Sənin eşqinlə, gülüm, ruha gələn can kimiyəm.
    Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm.

    Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü,
    Sən günəş, mən işığından ağaran dan kimiyəm.

    Ömrümüz güllü-gülüstandı bütün, sayəndə,
    Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm.

    Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə,
    Bir məhəbbət buludu, eşq dolu leysan kimiyəm.

    Tapdı xoşbəxtliyini səndə Müzəffər əbədi,
    O zamandan elə öz ömrümə mehman kimiyəm.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    DƏRD GÖYƏRİR ASILDIĞIM SÖZÜMDƏN

    Niyə məni tək yaratdın,Allahım,
    Necə dözüm bu ağrıya,acıya?
    Görən nədir bu dünyada,günahım?
    Anam da yox bu halıma acıya.

    Nə bacım var,nə qızım var dünyada,
    Varaq üstə hönkürürəm sözbəsöz.
    Gözdən düşən,dərdimə yar dünyada
    Söz atanın neştərinə dözhadöz.

    Çiçəklənən sevdamı yel vurandan,
    Çiçək-çiçək çiçəklənən kədərəm.
    Qədərimlə misra-misra dərd udan,
    Bu dünyanın boğazında qəhərəm.

    İndən belə çiçəkləməz gözümdə,
    Kipriyimdə muncuqlanan gümanım.
    Göz dağıymış yerə düşən sözüm də,
    Qəlb dağlayır məni məndən umanım.

    Hara getsəm üz döndərib özümdən,
    Qəlbə dinclik verən deyil yaddaşım.
    Gün görmədim bu dünyanın üzündən,
    Bəlkə sənlə sənsizliyə yadlaşım?!

    Sözüm yerə düşənəcən sən demə
    Kaş düşəydi inamsızlıq gözündən.
    Yazılana döz ürəyim,qəm yemə,
    Dərd göyərir asıldığım sözümdən!

    Azərbaycan.Quba.
    11.01.2016.

    AY MƏNİM TƏLƏSƏN İLK MƏHƏBBƏTİM

    Bir həsrət simisən ürəyimdə sən,
    Tale tilsimisən ürəyimdə sən.
    Niyə xatirə tək ürəyimdəsən
    Ay mənim tələsən ilk məhəbbətim?!

    Sən ötən günlərin sevgi nağılı,
    Yarı həqiqətsən,yarı yuxulu…
    Bənövşə ətirli,nərgiz qoxulu,
    Ay mənim tələsən ilk məhəbbətim.

    O köçdən yadigar durna telim-sən,
    Vədəsiz ağaran bəyaz telim-sən…
    Qanadı qırılan arzu telimsən,
    Ay mənim tələsən ilk məhəbbətim.

    “Vağzalı” üstündə çalınan qədər,
    Bağrımın başında qalanan kədər,
    İnsafın olaydı,barı bir qədər
    Ay mənim tələsən ilk məhəbbətim!

    Taleyin intizar dərsimi sənsən?
    Sevda yuxusunun tərsimi sənsən?..
    Yesir sevincimin dərd simi sənsən,
    Ay mənim tələsən ilk məhəbbətim.

    Bəyaz günlərimin qara çaları,
    Yaddaşa həkk olan eşqin baharı,
    Daha çiçəkləməz gözümün varı
    Ay mənim tələsən ilk məhəbbətim.

    Tənha bir qüssənin qucağı da sən,
    Ani bir sevincin ocağı da sən,
    Bu könül dünyamın qonağı da sən,
    Ay mənim tələsən ilk məhəbbətim.

    Qapayıb gözünü yatan sevdasan,
    Gənclik qürubunda batan sevdasan.
    Qəlbimi alova atan sevdasan,
    Ay mənim tələsən ilk məhəbbətim.

    Azərbaycan.Bakı.

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    Edəcək cümlə cəhan lağ Qarabağ getsə əgər ,
    Bu xalqa haramdır papaq Qarabağ getsə əgər ,
    Sağalarmı bu acı dağ Qarabağ getsə əgər ,
    « Məni udsun qara torpaq Qarabağ getsə əgər ,
    Yoxdur haqqım mən olum sağ Qarabağ getsə əgər »

    Bağlanıb xeyir yolları , açıqdı şər bərəsi
    Mərdləri müxənnət əlbir olub eldən sürəsi ,
    Yağıdır indi sərasər vətənin yan-yörəsi ,
    « Nə qədər qız , gəlinim düşdü əsir göz görəsi ,
    Yaz mənim qəbrimə « alçaq » Qarabağ getsə əgər »

    Vaqifin ruhu bizim halimizə mat qalacaq ,
    Nəvvabın qəbri üstə güllər açmamış solacaq ,
    Zülfünü indi məzarda Natəvanım yolacaq ,
    « Dərd vətən dərdidi , bağ dərdi çəkənlər alacaq ,
    Özgə bir yerdə gözəl bağ Qarabağ getsə əgər »

    Gərilib gör ki , nə vaxtdı əhli dərdin əsəbi ,
    Bir gün haqqın arayıb , eyləyəcəkdir tələbi ,
    O zaman olmayacaq gördüyünüz bu ədəbi ,
    « Qorxudar bir gecə , vallah , səni xalqın qəzəbi ,
    Yetməz imdadına çildağ Qarabağ getsə əgər »

    Nə qədər kim , nəyimiz var isə yadlar yeyəcək
    Hər görən haqqına , vallah , bizi hər dəm söyəcək .
    Ümid olsaq yada biz haqq yolunu yad əyəcək ,
    « Oxuyub tarixi bir gün nəvələrimiz deyəcək ,
    Bizə min tən ilə « qorxaq » Qarabağ getsə əgər »

    Yetmiş il əsir qalıb çıxammadıq heç önə biz
    Düşmən olduq hələ bir şəriət ilə dinə biz .
    Bu binəva ölkənin gər qalmasaq dərdinə biz
    « Oynasaq erməninin işvə , nazıynan yenə biz ,
    Qoyacaq çox yerə barmaq Qarabağ getsə əgər »

    Harda ki , erməni var rus silahın dolduracaq ,
    Fars ilə işbirliyiylə yurdumu aldıracaq ,
    Qarabağda əbədi bayrağını qaldıracaq ,
    « Gedəcək tayqulağın qəbrinə tuş çaldıracaq ,
    Deyəcək « bizdədir artsax » Qarabağ getsə əgər »

    Bizə daim Rusiya düşmənliyi etmiş peşə ,
    İran da hər bir zaman türklükdən düşmüş təşvişə ,
    Bu səlib yürüşüdür ki , dönübdür bir vərdişə ,
    « Qatılır gahi vəhabiylə xristyan bu işə ,
    Atmaq üçün təzə qarmaq Qarabağ getsə əgər »

    Çün çəkib zəhmət ol ustad dərdləri etmiş bəyan ,
    Şamxaloğlu , daima rəhmət ilə ustadı an ,
    Xoş sabahlar dəhrdə olmuş isə yalnız güman ,
    « Belə sirrli və müəmmalı gedişlə , Pünhan ,
    Ümid Allahadır ancaq Qarabağ getsə əgər »

    3 yanvar 2016

    BİLMӘDİM SӘN BİLMİSӘN

    Mərhum böyük satirikimiz Baba Pünhana 4-cü TӘXMİS

    Kefə , əyləncəyə daldım , bilmədim sən bilmisən ,
    Qumlu sahildə qaraldım , bilmədim sən bilmisən ,
    Mən üzə düşdüm sozaldım , bilmədim sən bilmisən ,
    « Mən sənə biganə qaldım bilmədim sən bilmisən ,
    Ey əsir qız , toy da çaldım , bilmədim sən bilmisən »

    Gör , neçə illərdi ki , vallah həsrətdim Bakuyə ,
    Yığıb hər nəyim var isə öylə getdim Bakuyə
    Yurdum əldən getsə də nəhayət yetdim Bakuyə ,
    « Sən düşən gündən əsir , mən də köç etdim Bakuyə ,
    Bağçalı , bağlı ev aldım , bilmədim sən bilmisən »

    Çoxlarıyçun mən əyildim hər zaman yaltaq kimi ,
    Ol qədr əyri qalıb kim , qədd olub qarmaq kimi .
    Haqqı gördükdə əsirdim bir sarı yarpaq kimi
    « Mən sənin qarşında alçalsam da bir qorxaq kimi ,
    Mənsəb aldıqca « ucaldım » , bilmədim sən bilmisən »

    Çoxları dərk edə bilmir fəndim ilə felimi ,
    Heç boşa sərf etmədim hətta ötən bircə dəmi ,
    Mənəviyyat iflas etdi bəzədim mənzilimi ,
    « Sən qızıl qızlıq itirməkdən saraldın gün kimi ,
    Mən qızıl yığdım saraldım , bilmədim sən bilmisən »

    Dərginən hikmət bağından ustadın bar-bəhərin ,
    Şamxaloğlu , yazginan bəlkə qala bir əsərin
    Ustada rəhmətlər olsun kim , yazıb böylə dərin ,
    « Ta ki , qıldım dərkini , Pünhan , olub keçmişlərin ,
    Bir günə yüz il qocaldım , bilmədim sən bilmisən »

    4 yanvar 2016

  • Aqil SABİROĞLU.Yeni şeirlər

    asm

    QARABAĞI VERMİŞƏM
    “…Qarabağı vermərəm” -deyən T.Bayrama

    Gecikmisən Tofiq Bayram,haçandır-
    Gör haçandır Qarabağı vermişəm.
    Söylədiyin həqiqət yox,gümandır,
    Kəlbəcəri,Dəlidağı vermişəm.

    Özün getdin,bir başındır,bir əlin,
    Bu gərdişin bilməyirdin əvvəlin?
    Yad əlində inildəyir qız-gəlin,
    Namusunu -ağ duvağı vermişəm.

    Vətən deyib çox saçını yolmusan,
    Bu şerinlə vətənpərvər olmusan?
    Ermənidən bircə qulaq almısan,
    Gör neçə yüz türk qulağı vermişəm.

    Neçə kənd var nə qaz tapmır,nə odun,
    İstisinə kim qızınır bəs odun?
    Kilsəsində qaz yandırır o meymun,
    Vətən adlı gur ocağı vermişəm.

    Türk qızları heç sığmadı canıma,
    Nə də yaraşmazdı şöhrət,şanıma…
    Hayqanuşu gətirmişəm yanıma,
    İsti,qaynar bir qucağı vermişəm…

    * * *

    Torpağını öpüb qoydum gözlərimin qarasına,
    Suyun,havan məlhəm oldu dərdlərimin çarasına.

    Doluxsundum boynubükük bənövşəni öpən zaman,
    Ətirli el gözəlinin qan sızırdı dodağından.

    Qaraxallı lalələrim sitəmimə təkan verdi,
    Görüş yeri,yenə o qız…Unutmaqmı belə dərdi?!.

    Hanı o qız,əsirmidir,girovmudur yad əllərdə,
    Dağlardamı,daşlardamı,əriyibmi ya sellərdə?

    Qarabağım,alan zaman qarış-qarış torpağını,
    Daşımışam sinəmdəki ağır yükü,qəm dağını.

    Bir sonasan Qarabağım,namusuna toxunulmuş,
    Yüz qəzəl var,şikəstə var hüsnü-sənə oxunulmuş.

    Ölüm aman versin bir an,bu torpağı azad görüm,
    Gözəllərin saçlarına öz əlimlə çələng hörüm.

    O nazənin lalələri meh əsdirsin əsim-əsim,
    Yenə gəlsin görüşümə mənim əsmər Firəngizim!

  • Ülkər DƏNİZ.”Allahım sən alma bu gözəlliyi”

    uxp

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

  • Şəfa NUR.”İnsanoğlu axtarışda”

    sxp

    Əslində,
    bəlkə də, insanı ac qoyan, yaşamağı mümkünkən,
    yaşamadığı xoşbəxt anlardır… və…
    beləcə, kimsə görməsin deyə,
    gündüzləri gülüb, gecələri ağlayar insan…
    Bəlkə də, yanlış insanlar üzündən
    qırılan xəyallardır onu ağladan.
    Necə deyib müdrik? –
    sözlərinə diqqət etməli insan –
    gün gələr düşüncələrinə çevrilər o sözlər,
    düşüncələrinə diqqət etməli insan –
    gün gələr də, duyğularına çevrilə bilər,
    oysa, insan duyğularına da diqqət etməli! –
    bir gün gəlib, davranışa çevrilər duyğu dediyin…
    beləcə, onlar da alışqanlığa çevrilə bilər,
    alışqanlıqlar – dəyərlərə,
    SƏS… SÖZ… RƏNG…
    52
    dəyrlər – xarakterə çevrilə bilər..!
    Xarakter! – bu artıq Həyatla baş-başa qoyar sizi…
    İnsanoğlu axtarır:
    Bugünündə Dünəni…
    …Dünən, Bugün, Sabah…
    Heç nə, heç yerdə, hüç cür qane qılmır onu…
    Sanki hər şey köhnədir
    axtaran insana…
    köhnəlik – bu ancaq xatirədir…
    …axtarır insanoğlu… insanoğlu axtarır…
    Musiqi dinləyir, şeirlər yazır –
    yazır, öz içini azaltmaq üçün…
    …axtarır insanoğlu…
    Axtarmaq mübarəkdir..!

  • Etibar VƏLİYEV.”Zəlimxanı itirdik”

    Bu nə xəbər, bu nə kədər, bu nə qəm.
    Donub dayanmışam, sanki heykələm.
    Mənimlə ağlayır bu cansız qələm.
    Sözün ağasını, xanı itirdik.
    Zəlimxanı, Zəlimxanı itirdik.

    O bir zirvə idi, o bir dağ idi.
    Söz onun dilində bir bulağ idi.
    Başı uca idi, üzü ağ idi.
    Ona can demişdik, canı itirdik.
    Zəlimxanı, Zəlimxanı itirdik.

    O sözün ustadı, birinci idi.
    O söz aşiqinin sevinci idi.
    Ləl idi, durr idi, bir inci idi.
    Tanrı verən o duhanı itirdik.
    Zəlimxanı, Zəlimxanı itirdik.

    Cismini itirdik, sözü qalacaq.
    Şeirinin ləzzəti, duzu qalacaq.
    Ürəklər dağlayan közü qalacaq.
    Söz sehirli bir insanı itirdik.
    Zəlimxanı, Zəlimxanı itirdik.

  • Etibar VƏLİYEV.”Bu dünyanın qara daşı göyərər”

    (Ustad şair Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeirinə nəzirə.)

    Tanrı ol deyərsə, daş da göyərər.
    Gözlərdən süzülən yaş da göyərər.
    Baharda göyərən, qışda göyərər.
    Bu dünyanın qara daşı göyərər.

    Olmazla getməsək, ol ilə getsək.
    Sağı boş buraxsaq, sol ilə getsək.
    Tanrı buyurduğu yol ilə getsək.
    Bu dünyanın qara daşı göyərər.

    Hamı namaz qılsa, ibadət etsə.
    Mömünlər Kəbəni ziyarət etsə.
    Bəşər haqq yolunda şəhadət etsə.
    Bu dünyanın qara daşı göyərər.

    Hələ çox göyərər o cığır, o iz.
    Hələ çalxalanar tufanlı dəniz.
    Bəlkə sağlığımda, bəlkə də mənsiz.
    Bu dünyanın qara daşı göyərər.

    Ocaq yanar, o daşlaşan daş qalar.
    Ümidini itirməyən baş qalar.
    Qiyamətə məsum gözlər yaş qalar.
    Bu dünyanın qara daşı göyərər.

    Gün gələr məzlumlar daha güləcək.
    Yer üzü onu şah, ağa biləcək.
    Gün gələr Sahibi Zaman gələcək.
    Bu dünyanın qara daşı göyərər.

  • Rahilə DÖVRAN.”Sənsən”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sənsən mənim ömrüm, günüm, həyatım,
    Sənsən mənim şan-şöhrətim, büsatım.
    Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım,
    Sevə-sevə xəyalına daldığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sevən ürəyimin parası,
    Sənsən görən gözlərimin qarası.
    Sənsən bütün dərdlərimin çarası,
    Gecə-gündüz şəfa umub, andığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən məni ümidlərlə bəsləyən,
    Sənsən məni sabahlara səsləyən.
    Sənsən həm də, saf eşqimi tərsləyən,
    Ey şəfqətli, nurlu, mələk sandığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sair Dövranın təbb, ilhamı,
    Sənsən onun xoş hicranı, həm kamı.
    Səni mənə yaraşdırır el, hamı,
    Eşq atəşin sevgisindən aldiğım,
    Illər boyu həsrətiylə yandığım.

    12.01.2016.

  • Rafiq ODAY.”Keçir”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib.

    Bu həyat bir qəm sandığı,
    Kim açsın, de, kim, sandığı?
    Ac balığın yem sandığı,
    Ölümü qarmaqdaq keçir.

    Haqqın uvandı, tərsi bir,
    Haqq oğlu haqqa nə Sibir?!
    Dolanmaq başın nəsibi,
    Dolamaq, barmaqdan keçir.

    Tanısa qəmlər yaxanı,
    Kim tikər qəmlər yıxanı?
    Naz ilə qəmlər yaxanın
    Sevgisi bu baxtdan keçir.

  • Rafiq ODAY.”Əlində”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Başımız qovğada, qalda,
    Yaxamız namərd əlində.
    Talanır cümlə varımız,
    Yoxumuz namərd əlində.

    Boşalan yer zorla dolur,
    Düzü-dünya gorla dolu.
    Yatağımız qorla dolu,
    Yuxumuz namərd əlində.

    Yerlər qılınc, göylər qalxan,
    Qan ağlayır düşüb – qalxan.
    Sinəmizi deşib qalxan,
    Ahımız namərd əlində.

    Ha bu qədər zəncir gəmir,
    Qanqal dəmir, zəncir dəmir.
    «Yazı»mızdan yox səs-səmir,
    «Oxu»muz namərd əlində.

    Sökülür yurdun hasarı,
    Qurd oğlu qurdun hasarı.
    Tuşlanan yurduma sarı,
    Oxumuz namərd əlində.

    Gördük qalxıb enənləri,
    Gördük ötən dünənləri.
    Bada verdik dinənləri,
    Çoxumuz namərd əlində.

  • Nəğməkar-şairə Zeynəb Dərbəndli “3-cü dərəcəli” Fəxri diplom ilə təltif olunub

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü nəğməkar-şairə Zeynəb Dərbəndli “Anacan” və “Şəhid olub qalardım” şeirlərinə görə, “Vətən Həsrəti” Qrupunun 3-cü dərəcəli Fəxri diplomu ilə təltif olunub.
    Qeyd edək ki, bundan öncə nəğməkar-şairə Zeynəb Dərbəndli “Dövri mətbuatda Cəsarətli qələm sahibi olduğuna görə” “Qafqaz Media” İctimai Birliyinin təsis etdiyi “Cəsarətli qələm” diplomu ilə təltif olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GÖRƏ BİLSƏN…

    Canım, ötür aylar,illər dolanır,
    Ömrümdən, günümdən anlar talanır.
    Xatirəm, xəyalım qat- qat qalanır,
    Nə ola səsimə, səs verə bilsən.

    Yarpaqtək ələnir günlər ömürdən,
    Daha can dalmayıb, necə dözüm mən?
    Sənsizlik dərdini necə çözüm mən?
    Zamanı geriyə, çevirə bilsən.

    Dərdlərə həmdəməm, kədərəm aham,
    Vəfasız dünyadan doymuşam toxam.
    Yanımda olmasan , bil ki, mən yoxam.
    Dağ kimi dərdləri, devirə bilsən.

    Namərd fitnəsinə hədəf olmuşam,
    Qüssədən xəzana dönüb, solmuşam.
    Sənsiz qəfəsdəki, tənha bir quşam,
    Kaş ki,bu Dövranı, sağ görə bilsən…

    10.01.2016.

    SƏNSİZLİK

    Xəyal kəhərində çapır dünənim,
    Həsrət, qübar qəlbə kəsilib qənim.
    Gözümü yollarda qoymusan mənim,
    Bu hicran nə zaman bitəcək gülüm?

    Cismim həbs olunub bucağa, küncə,
    Sönən şam kimidir parlaq düşüncə.
    Hər gecəm, gündüzüm əzab, işgəncə,
    Ömür sənsiz necə, keçəcək gülüm?

    Yoxluğun küsdürüb məni özümdən,
    Məlhəm baxışların getmir gözümdən.
    Halımı anlarsan, baxsan üzümdən,
    De, bu kabus haçan, itəcək gülüm?

    Baxma ki, içimi qəm, qüssə yeyir,
    Hər şərdə gizlənər bir incə xeyir.
    Dövranın sevdalı hissləri deyir:
    Səbr eylə, bu hicran, ötəcək gülüm.

    11.01.2016.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DEYİLMİ

    “Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi?
    B.Vahabzadə.

    Ömür həyat adlı-sonsuz ümmanda,
    Sükanı olmayan gəmi deyilmi?
    Təlatüm, fırtına gəldiyi anda,
    Dəryalar fələyin camı deyilmi?

    Zamandır insanı ələyən ələk,
    Fəhm edək hikmətin, dərk edək gərək.
    Ümidlər, istəklər, azrzular, dilək,
    Həyatın ləzzət, tamı deyilmi?

    İnsanın həm gülər, həm ağlar bəxti,
    Sevgidir, ülfətdir könlünün taxtı.
    İstəklə murada yetdiyi vaxtı,
    Həyatdan aldığı kamı deyilmi?

    Coşuruq, daşırıq bəzən heç nədən,
    Az qalır qəlbimiz çıxsın sinədən.
    Dünyanı özünə zindan, dar edən,
    Zamanın naşısı, xamı deyilmi?

    Gənclikdir ömürün baharı, yazı,
    Dünyaya ün salar sözü, avazı.
    Yaşamın hər fəsli alında yazı,
    Payızı kövrəklik dəmi deyilmi?

    Heç yatmaz qəlblərin havarı, hayı,
    Tükənməz diləyin, istəyin sayı.
    Dövranın qismətdən verilən payı,
    Ömrünün, günün şamı deyilmi?

    08.01.2016.

    SƏMƏD VURĞUNA

    Ayrılarmı könül candan…

    Dünya bilir, Sən Onunsan,
    Onun üçün doğulmusan.
    Sevən könül, can olmusan,
    Ayrılammaz könül candan,
    Səməd Vurğun, Azərbaycan.

    Vurğun oldun “yurd,yuvana”,
    Vətənini sandın “Ana”.
    Dedin ki, “bağlıyam Sana”,
    Necə- “uşaq Anasına”
    Ana- doğma balasına.

    Gəzdin ölkə, ulusları,
    Salamladın “dostu, yarı”.
    Düz ilqarı, etibarı,
    Tapdın Ana qucağında,
    Öz “yurdun”da, ocağında.

    Cənnət Muğan, Mil sənindir,
    Sıx meşələr qələmindir.
    Ilhamını dinlə, dindir,
    Kür, Arazın coşan qanın,
    Xoşbəxtisən Sən dünyanın.

    Söz qoşmusan dağ, daşına,
    Ceyranların göz yaşına.
    Tarixlərin yaddaşına,
    “Vaqif”, “Aygün”,”Dar ağacı”
    Silsilələr şirin, acı.

    Dilləndirib sazı, tarı,
    Əritmisən buzu, qarı.
    Bir “Zəncinin arzuları”,
    Qələminlə çiçək açıb,
    “Muğan” dönüb şəfəq saçıb.

    “Ceyran qaçar, cüyür mələr”,
    “Ürək açan mənzərələr”.
    Lalələrdir zər düymələr,
    Geyinmişik əynimizə,
    Əlimizdə qızıl kuzə.

    Qazax, Gəncə, Qarabağda,
    Qoşqar, Kəpəz, Haçadağda,
    Min qışlaqda, min yaylaqda,
    Ayağının izi vardır,
    “Dağlarının başı qardır”.

    Məftun idin telli saza,
    “Gəncləşirdin yaza-yaza.
    Indi yoxdur təqib, cəza,
    Yurdda hər yan əlvan çiçək,
    Arzuların olub gerçək.

    Ulu Öndər Günəş bizə,
    Şəfəq saçır ölkəmizə.
    Qartallarım süzə-süzə,
    Son qoyubdur “nəs illərə”,
    Biz örnəyik “nəsillərə”.

    Yaşa könül şad, firəvan,
    Müstəqildir Azərbaycan.
    Xoşbəxt Vurğun, xoşbəxt Dövran,
    Qucaq açıb xoş iqbala,
    Qovuşublar istiqlala!…

    09.01.2016.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    MƏHƏBBƏT ŞEIRI

    Gül üzünü çevirmə,
    Getmə uzağ amandır.
    Sənin gül baxışların,
    Mənim üçün dərmandır.

    Nazla baıib canımı,
    Odlara yaxma belə.
    Mənə qıyqacı baxıb,
    Evimi yıxma belə.

    Sən mənim ürəyimsən,
    Həyatımın mənaısı.
    Gözlərimin nurusan,.
    Iç evimin aynası.

    Səni yada vermərəm,
    Öldürsəlr də məni.
    Inan özümdən belə,
    Daha çox sevdim səni.

    Gül, o gözəl simanda,
    Təbəssümdən qalsın iz.
    Heç zaman ayrılmayaq,
    Sən bir ada, mən dəniz.

    Zeynəbəm, eşq əhliyəm,
    Sənsən mənim aşiqim.
    Bu qaranlığ dünyamda,
    Sən ol mənim işıqım.

    ANACAN

    Sən gədəni gülmür üzüm,
    Dodağımda donyr sözüm.
    Yenə səni gəzir gözüm,
    Ürəyim, canım Anacan.

    Yuxuma gəl görüm səni,
    Sil gözümdən qara çəni.
    Gəl belə tək qoyma məni,
    Sənsən gümanım Anacan.

    Qolağımda qalıb səsin,
    Gərəyimdir gül nəfəsin.
    Vecinə deyil heç kəsin,
    Od tutub yanım Anacan.

    Mənim halmıi bilən yox,
    Gözümün yaşın silən yox.
    Bir dərdlərimi bölən yox.
    Yoxdur amanım Anacan.

    Məzarın da buz baglayıb,
    Yollarını toz baglayıb.
    Yaralarım koz baglayıb,
    Necə dayanım Anacan?

    Mənə örnək dözümündür,
    Acı yaşlar gözümündür.
    Zeynəbəm, dərd özümündür,
    Kimə inanım Anacan?

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ŞƏHID OLUB QALARDIM

    Gözüm yollardadır, qolağım səsdə,
    Fikrim Qarabağda, könlüm şikəsdə.
    Kaş mən də öləydim Yurdumun üstə,
    Torpaöğnda Şəhid olub qalardım.

    Mənə dərd üstə dərd, verən yurdumun,
    Qan seli çölünə sərən yurdumun.
    Haqsız işgəncələr görən yurdumun,
    Torpağında Şəhid olub qalardım.

    Dağı, meşələri, qan Qarabağım,
    Demirəm od tutub yan Qarabağım.
    Ölüb çöllərində, can Qarabağım,
    Torpağına Şəhid olub qalardım.

    Mən Zeynəbəm, səni görməkdir arzum,
    Bilmirəm bu dərdi, mən necə yozum.
    Öz canımı qurban verərək özüm,
    Torpağında Şəhid olub qalardım.

    MƏNI SEVƏ BILMƏDIN

    Səni sevib inandım,
    Yolun üstə dayandım.
    Bu eşqinə mən yandım,
    Məni sevə bilmədin.

    Məni aldadıb getdin,
    Qəfil göründün, itdin.
    El aləmə söz etdin,
    Məni sevə bilmədin.

    Bəlkə yoruldun məndən,
    Nəsə etdim bilmədən?
    Baxdın arxamca gendən,
    Məni sevə bilmədin.

    Söylə anlayım səni,
    Niyə tərk etdin məni?
    Saldın saçıma dəni,
    Məni sevə bilmədin.

    Mən səninçün yaşadım,
    Səni sevdim, oxşadım.
    Bu eşqi tək daşıdım,
    Məni sevə bilmədin.

    Zeynəbəm, göynər içim,
    Ağlaram için için.
    Bir dəfə söylə neycin,
    Məni sevə bilmədin?

  • Şəfa PİRİYEVA.”Zaman axıb gedir, mən qocalıram”

    sxp

    Ruhumun yolundan aza bilmirəm,
    Ürəyin dərdini yoza bilmirəm,
    Duyğular süzülüb dolur içimə,
    Heyif hər birini yaza bilmirəm.

    Uzaqdan duyulur şeirin ətri,
    Hecalar yazdırır gedən sətiri,
    Kəsib doğrayıram itməsin məna,
    Heyif sonda qalır sözün kəsiri.

    Axşamdan səhərə qonaq oluram,
    Yaşaya-yaşaya seyrə dalıram,
    Hecaya bölünür beləcə ömrüm,
    Zaman axıb gedir, mən qocalıram.

  • “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı “ nələr etməli…

    uxp

    XXI-əsrdə media əlaqə və xəbərləşmə vasitəsi olmaqdan daha çox əxlaqi yozmaları tıxaclayan, gerçəkləri əsas güc adına örtbasdır edib, olduğundan daha fərqli bir görüntü verən, siyasi çıxar və məqsədlər üçün ümumi psixoloji yönləndirmələri davam etdirməkdədir.
    Ümumilikdə götürəndə, hal-hazırki medianın heç bir işindən bir gənc olaraq, tam razı deyiləm. “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı, daha dəyərli işlər görə bilərlər. Çünki, media ölkədə yeganə vasitədir ki, hər bir dövlət orqanının dinləyə bildiyi, çəkindiyi, onların digər yerdə qalan camaatdan daha çox sözü keçdiyi ən dəyərli qurumdur. Hər nə qədər, ölkədə jurnalistika sahəsində savadlı kadrların sayı günü-gündən aşağı ensədə, buna baxmayaraq, media olduqca mukəmməl, yeganə, həmişə gənc qalan təbliğat vasitəsidir.
    Əslində, hər bir yerdə olduğu kimi, media vasitələri də, hər şeyin daha yaxşı səviyyədə həyata keçməsi və əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinə kömək etmələri üçün hər şeyə bir addım öncədən, yəni uşaqlardan başlamalıdırlar..
    Bunun üçün ilk növbədə, ölkədə insan haqları mədəniyyətinin bütövlükdə inkişaf etdirilməsinə səy göstərən, insan hüquqları üzərində təmərküzləşən idarənin yaradılması gələcəyə doğru mədəniyyətin formalaşması istiqamətində uşaqların inkişaf etməkdə olan münasibətlərinin başlıca əhəmiyyətini nəzərə alaraq həssas başlanğıc nöqtəsi ola bilər.
    Medianın yayılması və qloballaşması hazırda, müasir gənclik mədəniyyətinin xüsusiyyətlərini müəyyən edən amillər arasında yer tutur. Bir çox ölkələrdə gənclər əvvəlki ənənəvi, peyk və kabel televiziyası kanalları, radiostansiyalar, qəzetlər və jurnallar internet, kompüter və video oyunlara nisbətən çoxsaylı multimedia seçimlərindən istifadə edirlər. Hazırda dünyanın əksər bölgələrində xarici proqramlaşdırma və media üçün geniş imkanlar, eləcə də daha az senzura və nəzarət mövcuddur. Məlumatlar, e-mail və kadrlar əvvəlkilərlə müqayisədə dünyada daha tez və daha sərbəst yayılır. Müdafiə, habelə iştirak məsələləri nəzərdən keçirilməlidir.
    Uşaqların mediada işıqlandırılması elə bir səviyyədə olmalıdırki, bu onların gələcəklə bağlı olan ümidlərini və arzularını qırmamalıdır. İnkişaf etməkdə olan ailələr, yoxsulluq şəraitində yaşayan uşaqlar, müharibə və fəlakət qurbanları öz fərdiyyətini və insanlığını günü-gündən itirirlər. Çünki hər bir media vasitəsində onlar çox vaxt hərəkət etmək, düşünmək və ya özləri üçün danışmaq qabiliyyətində olmayan köməksiz zərərçəkmişlər kimi təsvir edilir. Ələxsus, uşaqlar xəbərlərdə aktual mövzuya çevrildikdə, onlar tez-tez «məsuliyyətsiz yeniyetmələr» olaraq stereotiplər kimi canlandırılır. Çünki uşaqların mediada işıqlandırılması uşaqlara və uşaqlığa olan münasibətlərə dərin təsir edir və yaşlıların uşaqlara qarşı davranışına mühüm nüfuz edir. Media təsvirləri gənclərin münasibətlərinə və ümidlərinə təsir göstərərək onlar üçün təqlidi modelləri təmin edir. Medianın təcəssüm etdirdiyi və ya hətta diqqət göstərmədiyi üsulla, uşaqlar onların adından qəbul edilən qərarlara və cəmiyyətin qalan təbəqəsinin onlarla necə hesablaşdığına təsir edə bilərlər. Media tez-tez uşaqları sakit «qurbanlar» kimi təsvir edir. Uşaqları və gəncləri özləri üçün danışmaq imkanları ilə təmin etməklə – öz ümidləri və qorxuları, nailiyyətləri və yaşlıların davranışının onların həyatına təsiri barədə – media peşəkarları uşaqların fərdi insan varlıqları kimi hörmət göstərilməsinə layiq olduğunu ictimaiyyətə xatırlatmalıdır.
    Uşaqlar haqqında media hesabatları çox vaxt kiçik təhlil və ya heç bir təhlil və ya müşahidə olmadan birdəfəlik əhvalatlaran ibarətdir.
    Uşaqların məxfiliyinə həmişə hörmət göstərilmir!
    Bütünlükdə götürəndə, hər bir problemin həllinin daha sadə və xüsusi variantları var. Amma bu o demək deyilki, hər bir cəmiyyətin gələcək qurucuları olan uşaqları təbliğat, tədqiqat və əyləncə vasitəsinə çevirməliyik.
    Hər bir halda media vasitələri nəyi həyata keçirirsə, keçirsin, “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı, hər bir qaldırdığı məsələnin son nöqtəsinə qədər getməli və həll etmədən geri çəkilməməlidir. Hamımız bilirik ki, problemin həlli yolu mediada bir dəfə işıqlandırılmaqla və ya xalqımızın onilliklər boyu başına gətirilən faciələr ildə bir dəfə hadisənin baş verdiyi günü televiziyalarda göstərilib xatırlamaqla, qəzet, jurnal, saytlarda dərc edilməklə, nə cəmiyyətimizn dəyərləri qorunub saxlanıla bilər, nə də cəmiyyətimizdə olan mənəvi və maddi problemlər öz həlli yolunu tapa bilər…

    Ülkər (DƏNİZ) Piriyeva
    DGTYB üzvü

  • Aliyə ƏSƏDOVA.”Qəsr önü”

    aliy sdova

    dörd bir yanı xarabalıq..
    burda olub nəhəng
    məmləkət vaxtilə.
    Nə səmti var nə yönü –
    adamı sıxır tənhalıq.
    Uçuq-sökük
    çayır basmış qala,
    uçulmuş divarları
    dəlik-deşik.
    Homerin yazısı
    Nəsiminin dərisi
    Füzulinin şamı
    Afrodita-
    qolları kəsili,
    Şekspirin siqarı
    Cabbarlının
    çayı, qəndi, şərabı,
    bir qadın tökür
    göz yaşları .
    Gedirəm…nəfəs tutulur..
    Uzaqlaşıram
    gözlərimi açıram –
    bir dünya yaratmışam
    söylədiklərim bir cərgə,
    bir yerə toplamışam
    olub qarışıq düşərgə.
    Çıxım burdan ,
    boğur məni sıxıntılar .
    Keçirəm-
    şam ,şərab , siqar,
    üzərinə damcılayan göz yaşı,
    kəsilmiş qollar
    dəri üzərində yazı
    bir də addımlar-
    mənim addımım.
    Bu insan taleyi
    insan xəyalı.
    Buraxın məni,-
    fikrim azacıq titrək
    azacıq da havalı.

    qeyd- “Şekspir siqar istifadə etməyib ”

  • Rıfat ARAZ.“Hikmet” ister a Sevgili!..”

    rifat-araz-1431271650

    Gel, nefesten ince bu cân;
    “Vahdet” ister a Sevgili!..
    Gönül denen Arş-ı Rahmân;
    “Halvet” ister a Sevgili!..

    Sen yoğurdun söz harcımı;
    Mi’râç ettin cân burcumu!..
    Niyâzda duy kul borcumu;
    “Himmet” ister a Sevgili!..

    Girdim o nûr deryâsına;
    Yandım vahyin ihyâsına!..
    El ver aşkın mayasına;
    “Haslet” ister a Sevgili!..

    “Dosdoğru ol” dedin bana;
    Misâl oldun cümle câna!..
    Bu garîp kul yana yana;
    “Vuslat” ister a Sevgili!..

    Ayet ayet devir, devrân;
    “Sen’i” söyler kevn ü mekân!..
    Her bir nefes, yer, âsumân;
    “İbret” ister a Sevgili!..

    Dedin “kul ol, Hakk’a eğil;
    Cân O’nundur, O’nsuz değil!”
    Bu dil, bu renk, ma’nâ, şekil;
    “Hikmet” ister a Sevgili!..

  • Şəfa VƏLİYEVA.”Qapı açıq… taybatay…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qapı açıq… taybatay…
    Getmək ürək istəyir…
    Bax bu il… elə bu ay
    Ölmək ürək istəyir…

    Ölməyə söz vermirəm…
    Gedirəm…bax, gedirəm…
    Sənə vida etmirəm…
    Dərdə qonaq gedirəm…

    Gedişlər möhtəşəmdi…
    Yola salan sağ olsun…
    Dilimdə pörşələndi
    Burax, sözüm dağ olsun:

    Könlünə xoş gəlmədim…
    Yolum uzağa düşdü…
    Mən səni tərk etmədim…
    Səndən qabağa düşdüm…