rafiq-oday

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatında qeydiyyatda olan iki üzvünün – Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, istedadlı şair-jurnalist Murquzov Kənan Aydın oğlunun və Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu, istedadlı tərcüməçi-jurnalist Murquzov Kamran Aydın oğlunun doğum günüdür.

Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Bu əlamətdar gün münasibətilə hər iki ziyalımızı səmimi-qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm cansağlığı, sevgi və səadət dolu illər arzulayır, qısa zaman kəsiyində ədəbi ictimaiyyətin dərin hörmət və rəğbətini qazanan bu istedadlı gənclərə yaradıcılıqlarında yeni-yeni müvəffəqiyyətlər, çoxşaxəli fəaliyyətlərində bol-bol uğurlar arzulayıram.

Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti