Category: Azərbaycan ədəbiyyatı

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü

    Qalar

    Xislətimiz olub bizim əzəldən,
    Müğayətdir dil qulaqdan, göz əldən.
    Qeyrət umar, namus umar gözəldən
    Mərd doğulan mərd yaşayar, mərd qalar.

    Ta əskidən bu eldə, bu obada,
    Adət olub ulu dədə babada.
    Söz danışıb, şərt kəsibsə bir vədə,
    Kişi kəsən şərt əbədi şərt qalar.

    Millət var ki, özgələrdən pay umar,
    Millət də var Tanrıdan haqq-say umar.
    Bir obanı taladılar, soydular,
    El köçsə də yaşadığı yurd qalar.

    Çərxi-fələk dövr etsədə tərsinə,
    Anlatmaz ki, düzü nədir, tərsi nə.
    Dönüb sərt qaydalar həyat tərzinə,
    Bu qanunlar sərt yazılıb, sərt qalar.

    Millətimi Allah özü qorusun!

    Haqsızları Haqq əli ilə vurulsun,
    Ədalətin tərəzisi qurulsun
    Vətənimə silah çəkən yağılar,
    Silah tutan qollarınız qurusun.

    Mərdlər üçün çox qurulub planlar,
    Məşəqqətlər, fitnə-fəsad yalanlar.
    Düz ilqarı, düz məsləyi olanlar,
    Mümkün deyil peşəsindən yorulsun.

    Lazım gəlsə oğul kimi, ər kimi,
    Mən də döyüşəcəm bir əsgər kimi,
    Görüm bizim məsum şəhidlər kimi,
    Düşmənimin bütün xalqı qırılsın.

    Tarix boyu sinə gəldik dərdlərə,
    Erməni tək çaqqallara, itlərə.
    Gücümüz bəllidir çox millətlərə
    Millətimi Allah özü qorusun!

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü

    Ay Allah!

    Qara kölgəsini cismimə salıb,
    Yaman naxoşlayıb ruhum Ay Allah!
    Adam düşündükcə belə, mat qalır,
    Ərşə çəkilibdir yuxum Ay Allah!

    Bu hansı ruzigardır əsib ruhuma,
    Şeytan fitnə-fəsad kəsib ruhuma,
    Elə bil əli ilə əzib ruhuma,
    Səpib istiotdan toxum Ay Allah!

    Bilirəm bu cığır zülmətə gedir,
    Məşəqqətə, ağır zillətə gedir.
    Şairlər öləndə cənnətə gedir,
    Mən niyə kənardan baxım, Ay Allah!

    Nə olar sən məni öz yoluna çək,
    Yoxsa qalacağam tamam tənha, tək.
    Cismim yaşayacaq, ruhum öləcək,
    Budur ən dəhşətli qorxum, Ay Allah!

    Mirfazil ağa

    Bir adın altında min ad yaşayır,
    Cəsarət yaşayır, cihad yaşayır.
    Şerə qanad verir, rahat yaşayır
    Ehtiyac duymayır tərif olmağa
    Tarixi natiqdir Mirfazil Ağa.

    Küləklər səsini yayıb ölkəyə,
    Dəvət alır hər şəhərə, bölgəyə.
    Şükür olsun Haqdan gələn vergiyə,
    Çəkmək olmaz onu sözlə sınağa
    Tarixi natiqdir Mirfazil Ağa.

    Söz-sənət dünyası başqa bir aləm,
    Düşüncəsi çox humanist möhtəşəm.
    Övlüyadır, Haqq eşqindən deyil kəm ,
    Xeyir dua verir neçə ocağa,
    Tarixi natiqdir Mirfazil Ağa.

    Telli saz

    Üç min illik dədəm Qorqud yadigarı,
    Üz tuturuq yavaş-yavaş ona sarı.
    Ozanların sarı simçün yazdıqları
    Başqa bir ürəkdir, başqa bir avaz,
    Söz məqamı, söz dəmidir Telli Saz
    Ruhumuzun məlhəmidir Telli Saz.

    O Qopuzun bir budağı, balasıdır,
    Nə qədər ki, dünya durur qalasıdır.
    Söz divarlı mədəniyyət qalasıdır,
    Möhtəşəm qalanı uçurmaq olmaz,
    Muğamın ilk aləmidir Telli Saz
    Ruhumuzun məlhəmidir Telli Saz.

    Haqq eşqiylə yananların arxası,
    “Qara donlu kafirlər”in qorxusu
    Hər simindən gəlir tarix qoxusu,
    Dəhşətimdir, sitəmimdir, Telli Saz,
    Ruhumuzun məlhəmidir Telli Saz.

    Mizrabında möcüzələr bəslədi,
    İnsanları cəsarətə səslədi.
    Bu İlahi sevgi deyil bəs nədir?
    Min İllərlə səslənsə də yorulmaz,
    Əzəldən ruh aləmidir Telli Saz,
    Ruhumuzun məlhəmidir Telli Saz.

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    ____kil

    “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü

    Yaz aylarında

    Torpaq nəfəs alır ,küləklər gülür,
    Yarpaq pıçıldayır, çiçəklər gülür.
    Damarda qan coşur, ürəklər gülür
    Doğur səmimiyyət yaz aylarında
    Loğmandır təbiət yaz aylarında.

    Məlhəmdir yağışı günəşi. Mehi
    Dağda bar dumanın dan yeri şehi.
    İnsan yaşadıqca duyur fərəhi.
    Çəkilməz əziyyət yaz aylarında
    Loğmandır təbiət yaz aylarında

    Novruz

    Hicri təqviminin yeni bir ili,
    Bəşər tarixinin dəqiq təhlili.
    Haqqa tapındırdı bir çox cahili.
    Haqdan gələn nidadır, səsdir Novruz,
    Anam təbiətə nəfəsdir Novruz.

    Gül –çiçək qoxusu tutur çölləri,
    Durnalar fəth edir mavi gölləri.
    Gəlib sevindirir bizim elləri,
    İnsanın ruhuna həvəsdir Novruz,
    Anam təbiətə nəfəsdir Novruz.

    Ağsu torpağı

    Loğman çiçəkləri dağ yamacında,
    Oylağıdır Kəkliyin, Turacın da.
    Bura səfər edək ilin yazında,
    Alaq bülbüllərdən bahar sorağı,
    Cənnət məkanıdır Ağsu torpağı.

    Girdiman hövzəsi lalə qatarı,
    Hər yanı al əlvan çiçək hasarı.
    Cavanşir gölünə salaq güzarı,
    Seyr edək rayonu üzü aşağı,
    Cənnət məkanıdır Ağsu torpağı.

    Pıçıldayır Ağsu çayı mehriban,
    Vadisindən səhər boylanır duman.
    Seyrəngahı buludlara ucalan.
    Dolayları istirahət ocağı,
    Cənnət məkanıdır Ağsu torpağı

  • Ceylan MUMOĞLU.”Sıxıntı” (Hekayə)

    Ceylan

    İşdən çıxan kimi ətrafına baxmadan evə tələsirdi. Elə tələsirdi ki, az qalırdı yüyürərək evinə yetişsin. Heç kimi, bir bəni-növü-bəşər görmək istəmirdi. İmkanı olsaydı, bəlkə də, gözübağlı qaçardı evinə. Yolboyu nəqliyyatda da kimsəyə baxa bilmirdi, ya başını aşağı salır, ya da gözlərini yayındırırdı. Nə olmuşdu ona belə? Niyə dəyişilmişdi? Niyə özünə nəzarət edə bilmirdi? Artıq bu haqda düşünmək də istəmirdi, düşünməkdən də yorulmuşdu. Evinə çatanda rahatlayacaqdı. Son zamanlar özü üçün “kəşf” etdiyi rahatlama üsullarını yenidən tətbiq edəcəkdi ki, dincliyinə qovuşsun.
    Binalarının qapısına çatanda tələsik içəri daxil olub liftə mindi və altıncı mərtəbəyə qalxdı. Nisbətən sakitləşmişdi, artıq bu saatdan sonra kimsəni görməyəcəkdi, mənzilin qapısını açıb içəri daxil oldu. Paltosunu çıxardıqdan sonra ilk gördüyü iş eyvana çıxıb saxladığı quşları yemləmək, su içirmək və qəfəslərini təmizləmək oldu. Quşlarını yedirərkən onlarla danışırdı da.
    – Sizi ancaq axşamlar görə bilsəm də, mənə hədsiz sevinc bəxş edirsiniz. Bir oxuyun görüm hələ mənimçün. Eh, siz axşamlar oxumağı xoşlamırsınız axı, gərək səhərin günəşini görüb sonra cəh-cəh vurasınız. Onda da mən işə gedirəm. Amma nə yaxşı ki, varımsınız. Sizi seyr etmək belə mənə yetir.
    Eyvandan çıxmadan əvvəl sevdiyi çiçəklərini-çin qızılgülü, ətirşah, beqoniyasını da suladı. Daha sonra kiçik otağında saxladığı sevimli pişiyinin yanına gəldi. Mavi rus pişik növündən olan bu pişiyin qısa tükləri, uzun sifəti, gümüşü rəngi vardı. Xaraktercə səssiz olub özünü sevdirmək üçün başqa pişiklər kimi səy göstərməzdi. O, əvvəlcə pişiyini qucağına alıb sığalladı, sonra yeməyini verdi, suyunu da qoydu. Pişik qarnını doyurana qədər ona xeyli tamaşa etdi. Bəli, o artıq özünə gəlirdi, beynindəki kabuslar yavaş-yavaş azalmağa başlayırdı. İrəlidə uzun saatlar var idi ki, o insanlarsız qalacaqdı və həmin saatları səmərəli istifadə etməli idi. Vanna otağına keçib yuyundu. Su ilə təmasdan gözəl nə ola bilərdi? Yenidən canlanırsan, ruhlanırsan, günün bütün stressini atıb yüngülləşirsən, dərin və rahat nəfəs alırsan, üstəlik ürəyində yeni bir həyat eşqi də oyanır. Boş yerə “su həyat mənbəyidir” fikri formalaşmayıb ki? Su elə həyatın özüdür.
    Bunları düşünə-düşünə hamam xalatı əynində qonaq otağına keçdi. Telefonu götürüb iki ildir birlikdə olduğu qadına zəng etdi.
    – Əzizim, necəsən? Bağışla məni, bu gün də görüşümüz alınmayacaq.
    – Mən artıq deməyə söz tapmıram. Əgər fikrin məni bu cür uzaqlaşdırmaqdırsa, uzatmağın nə mənası var, anlamıram.
    – Sakit ol, elə bir fikrim yoxdu. Sadəcə halımı anlamağını xahiş edirəm, mənə bir qədər zaman lazımdır. Yalnız qalmağa ehtiyacım var.
    – Niyə axı sən mənə dərdini danışmaqdan qaçırsan? Məgər biz bir-birimizdən bu qədər uzağıq, bu qədər yadıq?
    – Bu dərdi özüm də anlamıram, sənə də yüklənmək istəmirəm, başa düş.
    – Və sənə lazım olan zaman nə qədər müddət davam edəcək? Artıq bir aydır ki, görüşmürük.
    – İnan ki, mən də tez həll olmasını istəyirəm, məni bağışla…
    Qadın telefonu söndürmüşdü, son cümlələri elə özü eşitmiş oldu. “Görəsən, nə vaxtsa qarşıma sual vermədən bir sözümdən anlayan qadın çıxacaqmı? Hələ sözsüz anlayan qadını xəyal etmirəm, eləsi nadir bir tapıntı olar Yer üzündə. Yaxşı ki, ailəli deyiləm, yoxsa mənə insanlardan qaçış çətin olardı, heç olmasa, bu cür sevdiklərimi uzaqda saxlaya bilirəm”, -deyərək özünü təsəlli etdi və mətbəxə keçdi.
    Həll olunası ən çətin məsələ ilə üz-üzə dayandı. Son zamanların kabuslarından biri də yemək problemi idi. Ah, necə yeyəcəkdi axşam yeməyini? Səhərdən indiyə qədər sadəcə çay, su, qəhvə və bir-iki peçenye ilə başını aldatmışdı. Yenə yemək əzabları başlayacaqdı. Ət yeməkləri yeyə bilmirdi, onların görünüşünə belə ürəyi elə bulanırdı ki, öyüməkdən özünü güclə saxlayırdı.
    Yadına gəldi ki, bir vaxtlar işdən evə qayıdanda özünə necə böyük həvəslə ət yeməkləri hazırlayırdı. Hətta bunun üçün xüsusi reseptlər də tapıb, yazıb öyrənmişdi. Aldığı dana ətini quş başından bir az daha böyük formada doğrayar, yağla birlikdə tavada yumşalana qədər qovurardı. Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz, istiot əlavə edib üzərinə kəklikotu gəzdirərdi. Sonra ləzzətli ətri mətbəxi bürüyən qovurmasını gözəl bir boşqaba çəkər, ətrafını da xiyar və acı bibər turşusu ilə bəzəyərdi. İndi isə belə şeyləri nəinki görəndə, hətta düşünəndə belə əti ürpəşir, bədənini çiyrənmə bürüyür. Bax, yenə bunları düşündüyü üçün həmin hissləri yaşadı, diksindi. Amma yox, son günlər o yeni bir üsul kəşf etmişdi axı. Bu üsul ona bir şeylər yeməkdə nisbətən kömək edirdi. Soyuducuda həftə sonu marketdən almış olduğu meyvə-tərəvəzi çıxardı. Onları xüsusi canfəşanlıqla seçmişdi. Hər birinin təzəliyi, rəngi və özlərinə xas qoxusu üstündə idi. Əvvəlcə onlara xüsusi maraqla baxmağa başladı. Fikrində bu meyvə, tərəvəzlərin başqa planetdən olduqlarını, tutaq ki, Marsdan gətirildiyini xəyal etdi və hər birini tək-tək incələdi. Sonra isə onları bir-bir əlinə götürüb toxundu. Özünü lap bir yaşlı, hər şeyi kəşf edən körpə uşaq kimi zənn etməyə başladı. Portağalı, naringini, almanı, armudu bir-bir götürüb qoxulayaraq qoxularını ciyərlərinə çəkdi. Sonra dərin bir nəfəs alıb yenidən onları qoxuladı, sanki hər ətri yeni hiss edirmiş kimi bütün bunlardan zövq almağa çalışırdı. Meyvələrin hərəsindən bir dilim kəsdi, gözlərini yumaraq əvvəlcə portağal dilimini ağzına apardı, portağal dilimindən çıxan şirə ləzzətlə ağzında yayıldı. Gözlərini açdı, digər meyvə dilimlərini də bu qayda ilə yedi. “Oh, çox şükür, nəhayət ki, bitdi”-deyərək salona keçdi. Mədəsinə bir şeylər enmişdi. Üstündən böyük yük götürülmüşdü.
    Artıq yatmazdan əvvəl edəcəyi işlərdən sadəcə biri qalmışdı. Musiqi dinləmək. Uzun zamandır nə televizor izləyə bilir, nə də qəzetlərə baxa bilirdi. Kitab oxumağı da azalmışdı.
    Təkcə iş yoldaşının məsləhət gördüyü musiqiləri dinləyə bilirdi. Kabusları başlayanda ona narahatlıqlarından bəhs etmişdi, o isə belə hallara qarşı bəzi musiqiləri dinləməyinin kömək edəcəyini bildirmişdi, hətta hansı narahatlığa qarşı hansı musiqinin dinlənilməsi lazım olduğu haqqında məlumatlandırmışdı. Audio CD-ni işə salaraq bəstəkar Ferens Listin “Təsəlli” (Consolation Des-dur, № 3) fortepiano pyesini səsləndirdi. Özü isə divana uzanaraq əllərini başının arxasına qoydu. Sevimli rus mavisi də asta-asta gələrək sahibinin düz qarnının üstünə çıxdı. Musiqi bitənə qədər pişiyini oxşayaraq dinlədi. O qədər rahatladı ki! O cür əsəri dinləyərkən rahatlamamaq olarmı? İş yoldaşının canına dua oxuyub gözlərini yumdu, elə oradaca pişiklə birlikdə yavaş-yavaş yuxuya getdi.
    Səhər saatın zənginə oyandı. Yatağından qalxıb geyindi, əl-üzünü yudu. Tez pişiyi və quşlarını yemlədi, sularını verdi. Sonra mətbəxdəki qutudan 2-3 peçenye götürərək evdən çıxdı. Yenə ətrafdakı insanlara baxa bilmirdi, ya başını aşağı salır, ya da baxışlarını qaçırırdı. İş yerinə bu şəkildə gəlib çıxdı. Əvvəlcə dəhlizdəki şkafdan iş xalatını əyninə geyindi, tibbi əlcəkləri taxdı, dərin bir nəfəs alıb verdikdən sonra iş otağına daxil oldu. Meyityarma masaları üzərində iki meyit yarılması üçün onu gözləyirdi.

  • Xəqani AYXAN.Yeni şeirlər

    Foto006-001

    BURDAN O YANA

    Qəza-qədər bura qədər,
    Burdan o yana başqadı…
    Gül,çiçəklər burda bitər,
    Burda solar,burda itər…
    Burdan o yana gecələr,
    Uzun-uzun yaddaşdadı…

    Nə bir səmir,nə bir səda,
    Tənhalıqdı yetən dada,
    Keçən günlər düşməz yada,
    Dünya atlı,sən piyada,
    Çapıb atın gedər o da…
    Görərsən ki,uzaqdadı!…

    Qızılgüllər dəstə-dəstə,
    Gəlib düşər qəbrin üstə,
    Kimi dahi,kimi xəstə,
    Ümid ölmür son nəfəsdə,
    Günahkar bir sözün üstə,
    Ötüb keçənlər daşladı…

    Səbr elədim,dözdüm durdum,
    Nə var səbirdən o yana?!..
    Ümidsiz zamanı qırdım,
    Bəlkə yatanlar oyana!..
    Qəza-qədər bura qədər,
    Burdan oyana başqadı !..

    BIR UCDAN
    I.Isyaslıya
    Dünya qan çanağı,qətl meydanı,
    Kəsilir mərdlərin başı bir ucdan…
    Haqdan dikələnə haqq yiyə durmur,
    Sökülür,dağılır daşı bir ucdan?!.

    Əcəl macal verə,ömür gözləyə,
    Çağıram dünyanı gələ düzlüyə,
    Ölüm hökm eləyir ölümsüzlüyə,
    Çoxalır dünyanın yaşı bir ucdan!..

    Mənə nə!-deyənlər dolanır gendən,
    Insanlar cin olub,seçilmir cindən,
    Kafirlər söz açır imandan,dindən,
    Axır gözlərimin yaşı bir ucdan…

    Xaqani Ayxanam tor görür gözüm,
    Ibrahim ,zəmanə deyir ki,dözüm,
    Görmüsən dünyanın hər betər üzün,
    Artır aramızda naşı bir ucdan!..

    APARIR

    Qaşıq-qaşıq yediyimiz,
    Qana dönür,tər aparır!
    Kimdir udan,kim uduzan,
    Oyunçu ya zər aparır?!.

    Dayan bir an,saxla ayaq,
    Səssizlikdən batır qulaq,
    Hər saralıb düşən yarpaq,
    Özündə bir sirr aparır!..

    Yaman qurub oyun quran,
    Yoxmu buna yiyə duran,
    Bu nə sirdir gedir karvan,
    Karvançı ya nər aparır?!..

    Budur dünyanın işləri,
    Dəyişdirir yerişləri,
    Dağdan ağır kişiləri,
    Kəfən bükür,gor aparır!..

  • Xəqani AYXAN.Yeni şeirlər

    Foto006-001

    BAĞIŞLAMA

    Keçirib qılınc altından,
    Yalıncığı bağışlama!
    Mərdləri salıb atından,
    Alçağlığı bağışlama!

    Vur namərdi ,vermə aman,
    Vurub olsan da peşiman,
    Fürsət tapsa əfi ilan,
    Olur yağı bağışlama!

    Çörəyi dizi üstündə,
    Olan qalsın yaman gündə,
    Düşmənə dərs ver,yerin de,
    Yapalağı bağışlama !

    Həsrətdən gözləri dolan,
    Yurd-yuvası talan olan,
    Şəhid qanıyla yoğrulan,
    Bu torpağı bağışlama !!!

    –ŞUŞA

    Başının üstündə nəm çəkən bulud,
    Suyunda gözümün suları Şuşa!
    Acı zəmanədi ,qəhərini ud,
    Göynəyir qəlbimin qubarı Şuşa!

    Səndə əsrlərin yanğılı səsi,
    Ovunmaz Seyidin,Xanın naləsi,
    Böyük Üzeyirin ölməz həvəsi,
    Qaldı Natəvanın məzarı Şuşa!

    Lalələr göz açıb üzə güləndə,
    Sənsiz çiçək açıb bahar gələndə,
    Gözümün yaşını sənsiz siləndə,
    Gələrmi könlümün baharı Şuşa?!

    Çiçəklər çiçəyi xarıbülbülü,
    Qoydu qəm içində yarı bülbülü…
    Hicran atəşində sarı bülbülün
    Düşməni kəsibdi yolları,Şuşa!

    Sən könül eşqinin sultanı idin,
    Qoca Qarabağın tərlanı idin,
    Acı xəyanətin qurbanı oldun,
    Tarix unudarmı bunları Şuşa?!.

    SALAM AY İŞIĞI

    Salam ay işığı ,salam
    İşığında gözü dolan,
    Burda dönüb adam olan,
    Unudulmuş tənha qulam !..

    Haqq və nahaq bilinəndə,
    Haqqa tərəf gedən bəndə,
    Ay ikiyə bölünəndə,
    Buna şahid idim mən də!..

    Salam ay işığı ,salam
    İstəyirəm işıq olam,
    Qayıdam yenə yanına,
    Hopam canına,qanına…

    Sonsuzluğda bir ağ yolam,
    Az qalıram dəli olam…
    Çək apar məni yanına,
    Baxım dünyanın sonuna !..

    ŞAİRLƏR ÖLMÜR
    M.Müşviqə

    Bu yaşda ölmək olmaz,
    Hansı yaşda olur ki ?!..
    Dərin yatan ayılmaz,
    Can yuxudan doyur ki?!.

    Oyatdılar yatanı,
    Oyatmaqdan nə fayda?!
    Yuxulara batanın,
    Yarsı qaldı o tayda…

    Dərin-dərin işlərin,
    Açılmayan səhərin,
    Ağrımayan dişlərin,
    Acısı var bu sayda !

    Nə yaşına baxdılar,
    Nə başına baxdılar,
    Ağlayınca sıxdılar,
    Ürəyini bu boyda !..

    Gözləri dolan ömür,
    Yarıda qalan ömür,
    Axı şairlər ölmür,
    Barı bir bunu duy da !..

  • Mehriban İBRAHİMOVA.”Azərbaycan gəlir”

    Həsrətdən saralmış otum,yarpağım,
    Oyan ,qərib düşən daşım ,torpağım,
    Həsrətin sonu var, həmin an gəlir,
    Qarabağ deyəndə ruha can gəlir.

    Götür yol üstündə bitmiş ”tikan”ı,
    Biz ki çox gözlədik həmin o anı.
    Yurduna bağlı Azərbaycan gəlir
    Qüdrəti böyükdür,şöhrət ,şan gəlir.

    Bir bayraq altında birləşib əllər,
    Yeriyir vüqarlı addımla əsgər,
    Nahaqq söyləməsin daha qoy dillər,
    Düşmən susduracaq bir zaman gəlir,

    03 03 2016.

  • Abdulla MƏMMƏD.”Ağrılı bayatılar”

    12647929_456084107917624_702711598_n

    Yurdum yağıda inlər,
    Dərdim ağıda inlər.
    Kimi kefdə,damaqda.
    Kimi yuxuda inlər.

    Sel gələndə dərd aşır-
    Atır-tutur dərd daşın..
    Gözdən axan yaş deyil,
    Yurd həsrətli dərd daşır.

    “Göy üzü daş saxlamaz”
    Gül yanaq yaş saxlamaz.
    Vətəni gedən oğul
    Çiynində baş saxlamaz.

    Başını daşdan qoru,
    Daşı daş-başdan qoru.
    Yurdunu satanların
    Başını daşdan qoru.

    Daş başa yağır,bacım,
    Baş-başa yağır bacım.
    Məndən ötən güllələr
    Qardaşa yağır bacım.

    Yurd daşı dərd yaşıdı,
    Baş daşı dərd daşıdı.
    Şəhidlər al qanıyla
    Torpağa dərd daşıdı.

    Vətən daşı-yurd daşım,
    Dərd daşıyan yurddaşım.
    Şəhidlərin baş daşı
    Qəlbimdə qan yaddaşı!

    Azərbaycan.Quba.
    16.02.1998.

  • Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”

    12647929_456084107917624_702711598_n

    Allahın Rəsulu(s) hədisində buyurmuşdur:”Vətəni sevmək imandandır.”

    Əsir Göyçəm göyçəklərin göyçəyi,
    Samur çayı köksümdəki göynəyim.
    Köz-köz olub,Allah,içim göynəyir,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Borçalıda qəribsəyən torpağam,
    İrəvanda xal axtaran qonağam.
    Zəngəzurda darda qalan sorağam,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Xudafərin Arazda daş ağıdır,
    Ağrı dağı ağrımızın dağıdır.
    Yurd harayı bağrımızı dağıdır,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Qarabağım dərdimizin təzəsi,
    Bu qismətə ürək necə dözəsi?
    Şəhid oldu yurdun neçə qazısı,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Vətən dərdi çəkən qəlbdə qeyrətəm,
    Xocalıda külə dönən qismətəm…
    Anaların naləsində həsrətəm,
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Kimə qara,kimə bəyaz od daşam,
    Qan ağlayan dərdəm-qanlı yaddaşam.
    Yurduma yad ünsürlərə yad daşam
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Savalanım babaların dərd bəndi,
    Bu milləti tora salıb şər bəndi.
    Bir nisgilim Təbriz,biri Dərbənddir.
    Qan yaddaşı,sözümə can,anam,can,
    Canımda can,Azərbaycan,anam,can!

    Azərbaycan.Quba.
    03.04.2016.

  • Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    tm

    BİZ SƏNİN ƏLİNİ ÖPÜRÜK, ANA!

    Nəğmələr söylədin, laylalar ötdün,
    Gecələr yatmadın, oğul böyütdün.
    Sən ona örnəkdin, ona öyüddün,
    Oğlun şəhid oldu, bayrağı öpdün,
    Biz sənin əlini öpürük, ana!

    Oğul itkisindən yansa da canın,
    Ağrıdan, acıdan donsa da qanın,
    Eşidən olmadı ahın, amanın,
    Sən ey mərd anası dövrün, zamanın .
    Biz sənin əlini öpürük, ana !

    Durduğun torpağı vətən eylədin,
    Qoru bu torpağı, oğul, söylədin.
    Oğlun da qorudu, rəşadət etdi,
    Vətəni uğrunda şəhadət etdi.
    Biz sənin əlini öpürük, ana!

    Bir oğlun getdisə yüzləri durur,
    Bu eli, bu yurdu igidlər qorur,
    Qəlbləri vətənlə, anayla vurur,
    Simanla bir olsun əzəmət, qürur!
    Biz sənin əlini öpürük, ana!

    03. 04. 2016

  • Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    tm

    ÜNVANIN EYNİDİ YURDLA, VƏTƏNLƏ

    Sənin bu torpağa tökülən qanın,
    Torpaqda çiçəklər, güllər bitirdi.
    Sənin bu torpağa qoyulan canın,
    Torpağa, millətə şərəf gətirdi.

    O, güllər, çiçəklər torpağa bəzək,
    Xəbər verir sənin çiçək qoxundan.
    De, necə toxunaq, de, necə üzək,
    Oyada bilmərik səni yuxundan.

    Şəhidlik zirvəsi qazanan igid,
    Əbədi həyata sən addım atdın.
    Torpaq vətən olmaz, olmasa şəhid,
    Canınla, qanınla vətən yaratdın.

    Körpənin, yaşlının dilindəsən, sən,
    Gələcək nəsillər səni anacaq.
    Sən varsan, yurdunda, elindəsən, sən,
    Azadlıq çırağı sənlə yanacaq!

    Başlar üstündəsən, bayrağımdasan,
    Ayım, həm ulduzum parlayır sənlə.
    Adınla hər türlü növrağımdasan,
    Ünvanın eynidi yurdla, vətənlə!

    07. 04. 2016

  • Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    tm

    GƏLDİ QİSAS VAXTI, İNTİQAM VAXTI!

    Bahar gəldi, könül duydu, oyandı,
    Canlara can gəldi, qanlar qaynadı.
    Ruhlar quştək qalxıb ərşdə dayandı,
    Gözlərdə bir dəli şimşək oynadı.

    Gəldi qisas vaxtı, intiqam vaxtı,
    Ürəklər sussadı , qana qan dedi.
    Ucaldı zirvəyə şəhidlik raxtı,
    Cəsarət, şücaət qorxunu yedi.

    Bahadır igidlər ayağa qalxdı,
    Düşmənin üstünə etdi həmlələr.
    Zirvələr fəth etdi, bayrağı taxdı,
    Könüldə, qəlblərdə dindi nəğmələr.

    Qorxudan düşmənin dizləri əsdi,
    Cansız bir lələktək küləyə düşdü.
    İgidlər, ərənlər yürüşü kəsdi,
    Yenəmi ordumuz kələyə düşdü?

    Qovmaq lazım idi qaçan düşməni,
    Xain, İrəvana çatana qədər.
    Əylənmək, dayanmaq yandırdı məni,
    Atəşim tavana çatana qədər!

    08. 04. 2016

  • Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    tm

    ORA TORPAQ DEYİL, ORA VƏTƏNDİ!

    Bir ata əlləri yeri əkibsə,
    Daş üstə daş qoyub ocaq tikibsə,
    Gecəli, gündüzlü keşik çəkibsə,
    Ora torpaq deyil, ora vətəndi!

    Bir ana əlləri təndir yapıbsa,
    Ətiri könülə, qəlbə hopubsa,
    Çırpınan bir ürək dinclik tapıbsa,
    Ora torpaq deyil, ora vətəndi!

    O yersiz bu cahan gözündə darsa,
    Gecələr yuxunda, röyanda varsa,
    Əbədi sevgiylə qəlbinə yarsa,
    Ora torpaq deyil, ora vətəndi!

    Ulular uyuyur bax o torpaqda,
    Müqəddəs bir pirdi daş da, torpaq da,
    Doğmadı otu da, quru yarpaq da,
    Ora torpaq deyil, ora vətəndi!

    Həsrətdən od tutub, alışıb canım,
    Vüsala çatmaqçün tökərəm qanım,
    Qutarsın xatirə, qutarsın anım,
    Ora torpaq deyil, ora vətəndi!

    09. 04. 2016

  • Günel Eyvazlını doğum günü münasibətilə təbrik edirik! (9 aprel 1984-cü il)

    1910373_930380740363902_2346692429977849265_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Rəhim MEHNƏT.”Kimsəsiz oğlanın elçiliyi..”

    12584137_533420616825212_752487860_n

    Oturub bir yolun elçi daşında,
    Gələndən, gedəndən söz göndərəsən.
    Baxasan axşama cavab gəlmədi,
    Yığışıb söz üçün özün gedəsən.

    Əlində dəstə gül durub gələsən,
    Yetişib qapını asta döyəsən.
    Allahın adıyla salam verəsən,
    Xoş gəldin ay oğul buyur, girəsən.

    Keçıb oturasan bərk bir divanda,
    Soyuq tər apara səni o anda.
    Gözlərin dikilib qala tavanda,
    Həyəcan bürüyə dodaq yeyəsən.

    Üz üzə oturub qarşı tərəflə,
    Gözlər sənə baxa kəsgin hədəflə.
    Barmaqlar acığın çıxa sədəflə,
    Əllərin titrəyə, sən üşüyəsən.

    Qəlbində yalvarıb güc istiyəsən,
    Özünü toplayıb söz istiyəsən.
    Allahın izniylə qız istiyəsən,
    Tərini dəsmal yox, əllə siləsən.

    Qarşıda oturan qız atasının,
    Gözündən gözünü çəkib itəsən.
    Stola vurulmuş şapalaq səsi,
    Bu anda bir kobud səs eşidəsən.

    Bu qızın ər axtaran vaxtı deyil,
    Dəlidir, sən bekara salıb meyil.
    İşin yox dolanırsan veyil-veyil,
    Ay oğul, sən bəlkə durub gedəsən!

    06.04.2016

  • Rəhim MEHNƏT.”Üşüyür əli, qulağı”

    12584137_533420616825212_752487860_n

    Bir balaca qız uşağı,
    Məkanı yollar qırağı.
    Soyuq onu qorxutmuşdu,
    Üşüyür əli, qulağı.

    Deyir anam ölüb mənim,
    Yoxdu bir qızım deyənim.
    Yollardan çıxır çörəyim,
    Üşüyür kiçik ürəyim.

    Əllərində dəmir pullar,
    Əl açmadı isti qollar.
    Sahib çıxdı ona yollar,
    Üşüyür bir qız uşağı.

    Bu gün yolda yox idi o,
    Axtardım yol qırağında.
    Maraqlandım dedilər ki,
    Bir ölümün qucağında.
    Üşüyür bir qız uşağı…..

  • Rəhim MEHNƏT.”Bir dilənçi uşağın dilindən…”

    12584137_533420616825212_752487860_n

    Sən bilmirsən çəkdiyimi,
    Od alovdan kecdiyimi,
    Çoxu səhər şirin çayın,
    Mənsə qəhər içdiyimi.
    Sən görmürsən,
    Əl umduğum insanların,
    baxışını, gözlərini,
    Qara qəpik uzadanda,
    Bəzilərin üzlərini.
    Bəzən elə nifrət dolu,
    Bəzən yanar, qayğı, odlu.
    Şair əmi….
    Mən yazdığın misralarda,
    Coxu üçün dilənciyəm,
    Harda olsam qəpik üçün.
    Hara gəlsə gedəsiyəm.
    Ehh….
    Şair əmi….
    Yıxılıram hər gün yenə,
    Dərdim qəlbi didə didə.
    Baxışım da gəlir dilə,
    Kimsə qəpik verib gedə.
    Şair əmi….
    Yəqin mənim həsrətim bu,
    Həyat yolum, zillətim bu.
    Nə eləyim, Allah kərim,
    Görəcəyim qismətim bu.
    Şair əmi……

  • Rəhim MEHNƏT.”Anasını itirən balaca uşağın dilindən”

    12584137_533420616825212_752487860_n

    Sən mənim şəklimi arxadan çəkib,
    Saldın xəyalımı çölün düzünə.
    Həyat üzərimə qəm-kədər əkib,
    Bilmədim ki, yalanı nə düzü nə.

    Boyu məndən uca bu beton divar,
    Yalnızlıqdan başqa, söylə dərdmi var?
    Payız bitər, ətrafımı qar alar,
    Üşüdüb dondurar, baxmaz üzümə.

    Qısıldığım bu divarın arxası,
    Zaman-zaman dönübdü qan gölünə.
    Fikirlərin, xəyalların parçası,
    Səpələnib yamacına, düzünə.

    Bəsdir daha, hamı batıbdır yasa,
    Gözləyirəm, həlbət silahlar susa.
    Zalım fələk məni kənardan pusa,
    Bilmək olmaz, bəlkə güldü üzümə!…

  • Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AZƏRBAYCAN ƏSGƏRİM

    Sarıldın al bayrağa,
    Dözəmmədin qınağa.
    Şirtək qalxdın ayağa,
    Azərbaycan əsgərim!

    Şərəfinə and içdin,
    Neçə sədləri keçdin.
    Ottək yağını biçdin,
    Azərbaycan əsgərim!

    Oldun Koroğlu, Nəbi,
    Türkün şanlı qəzəbi.
    Vətənin vuran qəlbi,
    Azərbaycan əsgərim!

    Dusdaq torpaq, dağ, dərə,
    Eşitdi mərhəm nərə.
    Qucaq açdın zəfərə,
    Azərbaycan əsgərim!

    Düşmən qanın yalayır,
    Qorxub quyruq bulayır.
    Yalquzağı ovlayır,
    Azərbaycan əsgərim!

    Ağdam, Füzuli qoşa,
    Laçın, Xankəndi, Şuşa.
    Nərəndən gəldi cuşa,
    Azərbaycan əsgərim!

    Zəngilan, həm Qubadlı,
    Cəbrayılı oyatdın.
    Kəlbəcərə hay çatdı,
    Azərbaycan əsgərim!

    Vermə düşmənə aman,
    Arxandayıq hər zaman.
    Bir əsgər də, mən Dövran,
    Azərbaycan əsgərim!!!

  • Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DÖVRANIN GƏLİR

    Çatdı xeyir xəbər, xarı bülbülə,
    Dedilər muştuluq, cananın gəlir.
    Tezliklə qovuşar, yarı bülbülə,
    Dedilər halına, yananın gəlir.

    Neçə il qalmışdı həsrətdə, darda,
    Saralıb, solmuşdu, boranda, qarda.
    Bilmirdi sevdiyi, qalıbdır harda,
    Dedilər qaydına, qalanın gəlir.

    Düşmüşdü qaniçən, zalım əlinə,
    Nəğmə dəyməmişdi, bağlı dilinə.
    Dönmüşkən son bahar, xəzan gülünə,
    Dedilər dərdini, alanın gəlir.

    Düzəldi əyilmiş qəddi, qaməti,
    Oyandı don vurmuş iffət, isməti.
    Sən demə var imiş,vüsal qisməti,
    Dedilər xətrini, ananın gəlir.

    Çığladı dağ – daşın, düzün qulağı,
    Qalxdı “Cıdır düzü”, “İsa bulağı”.
    Sordular:- Şuşanın, kimdir qonağı?
    Dedilər qoynuna, Dövranın gəlir…

  • Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ASLANIN OYANIŞI

    İllər boyu hey gözlədik,
    Ər nərəsin , çox özlədik.
    Sevə- sevə əzizlədik,
    Bir də baxdıq , qalxıb Aslan.

    Silkələyib ər babalar,
    Haraylayıb el, obalar :-
    “Bu qədər də, yatmaq olar”?
    Deyərlər bəs, “qorxub Aslan”.

    Çaqqalları, tülküləri,
    Girləyirdi çoxdan bəri.
    Hər birini diri- diri,
    Atəş olub yaxıb Aslan.

    Od- alovlu nəfəsiylə.
    Öz mərdanə ər səsiylə.
    Itilənmiş nizəsiylə,,
    Çənbərləri yıxıb Aslan.

    Ovlayarkən, ov olublar,
    Bir həmləyə sovrulubıar.
    Külə dönüb, qovrulublar,
    Şimşək təki çaxıb Aslan.

    Qaynayıbdır coşan qanı,
    Mat qoyubdur, O, cahanı.
    Ovundurub, mən Dövranı,
    Məğrur- məğrur baxıb Aslan.

  • Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DİLBƏR QARABAĞ

    Açılsın dumandan səmanın üzü,
    Ilk bahar bəzəsin tarlanı, düzü.
    Hifz etsin, güldürsün Yaradan bizi,
    Geysin toy libasın, hər dərə, hər dağ-
    Bu bahar sevinsin, dilbər Qarabağ.

    Dönsün payız vaxtı uçub gedənlər,
    Ayılsın qış boyu mürgü edənlər.
    Boy atıb , canlansın, həsrətli dənlər,
    Ot basmış bulaqlar bitirsin zanbağ,
    Bu bahar sevinsin, dilbər Qarabağ.

    Qurtulsun buxovdan dustaq obalar,
    Hüzura qovuşsun, gorda babalar.
    Inşallah arzumuz gerçək, çin olar,
    Şuşaya sancılsın üçrəngli bayraq-
    Bu bahar sevinsin, dilbər Qarabağ.

    Vüsal at səyirtsin Cıdır düzündə,
    Sevinc göz yaşları nurlu üzündə.
    Isa bulağının durna gözündə,
    Ucalsın, çağlasın, yeni bir növraq-
    Bu bahar sevinsin, dilbər Qarabağ.

    Tərlandır, şahindir hər əsgər, gizir,
    Qisasçün ərənlər qana-qan gəzir.
    Züfüqar siyrilib, əmrə müntəzir,
    Dövran, əmr olsun – tufan qoparaq-
    Bu bahar sevinsin, dilbər Qarabağ.

  • Şəhla RAMAZANQIZI.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12938145_217086761989970_2514023711327246505_n

    * * *

    Son damla qanımız tökülsə belə,
    Azəri canında dözüm olacaq.
    Bunu bilməlidir dünyada hər kəs.
    Qarabağ bizimdir, bizim olacaq.

    Bülbülü xar oldu bəs etdi, artıq.
    Düşmən həddi aşdı, pis etdi artıq.
    Mərmilər, güllələr səs etdi artıq.
    Qarabağ bizimdir, bizim olacaq.

    Namərdi qovmağa gücümüz çatar,
    Düşmənin gəmisi dəryada batar.
    Haqq işə Yaradan ən üstün tutar.
    Qarabağ bizimdir, bizim olacaq!

    * * *

    İgid əsgər, al əlinə silahını.
    Yadına sal Xocalını.
    Əsir düşən gəlinlərin ahlarını
    duymayana rəhm eləmə.
    Göz açmamış süngülərdə qan ağlayan körpələri.
    Açılmamış solan o tər qönçələri.
    Sevə-sevə bəslənilən gənc qızların
    Mənfur düşmən tərəfindən ləkələnimiş namusları.
    Balasını sinəsində sıxıb boğan anaları yeriməyə qoymayana rəhm eləmə.
    Yetim qalan boynubükük fidanların gözünə bax.
    Yurd deyəndə ürəyində ocaq yanır, közünə bax.
    Şad xəbərlə geri qayıt, cəsarətlə üzünə bax.
    Tifillərin göz yaşından
    doymayana rəhm eləmə.

  • Şəhla RAMAZANQIZI.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12938145_217086761989970_2514023711327246505_n

    * * *

    Düşmənin ümidini
    birdəfəlik kəsməsək,
    Qarabağ yol gözləyir,
    Bir ona tələsməsək.

    Dünya “afərin”- deyər?
    Kimlər bizi anlayar.
    Şəhid qəlbinə dəyər,
    Tarix bizi danlayar.

    Yolumuz ordan keçir,
    Cümləmiz orda tamdır.
    Tamarzı qaldığımız,
    Əvəzsiz böyük kamdır.

    * * *

    İrəli, irəli, əziz millətim,
    Bizləri gözləyir Qarabağımız.
    Düşmənə elə bir acı verək ki,
    Sağalsın vurulan sinə dağımız.

    İrəli, dayanmaq zamanı deyil,
    Yaranın qaysağı qopdu, qanayır.
    Bəs etdi səbrimiz iyirmi dörd il.
    Yurdumuz səsləyir, yadlar qınayır.

    İrəli, uzanan əlini kəsək,
    Yurduma dikilən gözünü oyaq.
    Ağlayan ananın yaşını silib,
    İşğala biryolluq bu il son qoyaq.

  • Şəhla RAMAZANQIZI.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12938145_217086761989970_2514023711327246505_n

    Heç…

    Balıq kimi dəryalarda üzdün xoş,
    Qurbağa tək bataqlığa batdın, heç.
    Qarışqa tək zəhmət çəkdin, afərin!
    Ayı olub qış uzunu yatdın, heç.

    Əhdə vəfa oldun sənə, min əhsən,
    Doğru izə düşdün yenə, min əhsən,
    Saf vicdana dönə-dönə, min əhsən.
    Halalına haram tikə qatdın, heç.

    Əmanəti pak qorudun, yüz yaşa,
    Tez qırılar ümid toxunsa daşa.
    Doğru sözü söyləməyib birbaşa,
    Nifaq üçün ortalığa atdın, heç.

    Ürək olar hər duyğunun məkanı,
    Etmə onu ucuz mallar dükanı,
    Gül yerinə dəstələyib tikanı,
    Kor aşiqə bilə-bilə satdın, heç.

    Vicdanını rahatladın, nə gözəl,
    Yaşıl yarpaq olmur can verən xəzəl,
    İmkan varkən tövbələr elə, düzəl,
    Yol qurtarıb son mənzilə çatdın, heç

    * * *

    Əsgər məktubundan təsirlənib cızma-qara etdim. Şəhidlər rəhmətə qovuşanlardır.

    Neyləsəm dayanmır gözümün yaşı,
    Şəhid olanların ruhuna xatir.
    Neçə üzüklərin qırıldı qaşı,
    Neçə əl boş qalıb titrəyir tir-tir.

    Gör neçə arzular qaldı ürəkdə,
    Gör neçə körpənin güvənci getdi.
    Gör neçə atanın oğul balası,
    Getdi, gəlinləri qəmə qərq etdi.

    Gizlincə sevgilər yarıyuxulu,
    Oyana bilmədi, əbədi susdu.
    Vətənin yolunda tərəddüd olmaz,
    Şəhidlər bilir ki , Vətən namusdu.

  • Günay HƏSƏNLİ.Yeni şeirlər

    577

    GÖZƏLİM

    Sən o qədər gözəlsən ki… Vətənim!
    Vicdanımın aynasına rəsmin çəkmək istəyirəm.
    Gözəlliyin ağır oldu,
    Beli sındı fırçamın.
    Heyranlıqdan kilidlənib,
    Əli sındı fırçamın.
    Kipriyimi fırça edib,rəsmin onunla cızaram.
    Bir az qanımdan süzərəm,
    Bir də göz yaşı qataram.
    Kipriyimlə “qanyaş” adlı
    Mənə məxsus bu boyayla
    Dərdlərindən cadarlanmış
    Parçalanmış ürəyimə sənin adını yazaram.
    Sən o qədər gözəlsən ki…
    Vicdanımın aynasına ilmə-ilmə hörüm səni.
    Gözümün üstündə dayan,
    Gözlərimin qapağı ol,
    Həm görməyim, görüm səni.
    Mənə saray lazım deyil.
    Torpağından kərpic kəsim,
    Həyatımın divarına hörüm səni.
    Sən o qədər gözəlsən ki…
    Vicdanımın aynasına səni çəkmək istəyirəm.
    Qorxuram ki çat-çat olub
    Tökülər ayağım altda.
    Yumaq olar vicdanim,
    Bükülər ayağım altda.
    O rəsmini çəkmək üçün,
    Həm səndən utanıram, həm də yaman qorxuram.

    13.10.2014

    TƏRS DÖNƏCƏK BU DÜNYA

    Çevirəcəm oxunu,
    Tərs dönəcək bu dünya.
    Enişdən başlayacaq çaylarının axarı,
    Yoxuşa töküləcək.
    İnsan qoca doğulub,
    Körpələşib öləcək.
    Məzlumu tapdalayan,
    Şux olan qamətin də
    Ahımdan büküləcək.
    Lazımsız kağız kimi
    Səni ovub bükəcəm.
    Ovcumun içi boyda
    Olacaqsan a dünya,
    Oynadacam əlimdə
    Səni oyuncaq kimi.
    Balaca top eyləyib,
    Atıb-tutacam səni.
    Məni illər uzunu
    Atıb- tutduğun kimi.
    Bəzən də atıb məni,
    Tutmağı unudurdun.
    Elə möhkəm dəyirdim
    Yerlərin göy üzünə.
    İndi atıram səni,
    Yalvar,yıxıl dizimə!!!

    15.07.2014

    İBADƏT

    Əl açıb köməyi SƏN-dən istədim,
    Uzandı qollarım göylərə sarı.
    Beləcə il ötdü, ay keçdi, günlər yetişdi.
    Yalvardım dərdimi gəl eylə yarı.
    Nə əlac eylədin kor dərdlərimə?
    Üstəlik belimə duz yükü vurdun.
    Göz dağı eylədin həyatı mənə
    Dağların gözünü mükafat kimi
    Dərdimin üstünə hədiyyə qoydun.
    Sənin istədiyin ibadət bumu?
    Zəncirsiz, kəndirsiz çarmıx oyunu…
    Burax mənim əllərimi!!!
    Onlar pisliklərə alət olmadı.
    Daha qaldırmaram onları sənə,
    Əlsiz as, qolsuz as göyündən məni.
    Sən ki, yol taparsan məni asmağa,
    Sıyır bədənimdən damarlarımı,
    Bağla bir-birinə lap ucundan as.
    Saçımdan bir tel ayır,
    Lap onun ucundan as.
    Bilirəm heç səndə insaf qalmadı.

    07.12.2014

  • Günay HƏSƏNLİ.Yeni şeirlər

    577

    DÜNYA

    Söylə sənə neynəmişəm?
    Mənsiz olan, mənli dünya.
    Çoxlarına kef-damaqsan,
    Mənə niyə qəmli, dünya?
    Haqqımı yedizdirib,
    Nadanları gəl az güldür!
    Dəfələrlə göynətdiyin
    O həminki yazıq mənəm.
    Daha bəsdi, gəl göynətmə,
    Birdəfəlik öldür, öldür!
    Öldür məni, tezcə öldür!
    Öldürməsən, gözlərimdən axan yaşı
    Bir dərəyə,
    Damla-damla toplayacam.
    Dünya…
    Səni su basacaq.
    Diri-diri yandırırsan,
    Yandır hələ.
    Rəhmin gəlmir mənə sənin,
    Mənim sənə gələcəkmi?
    Mən də səni göz yaşımdan yaratdığım,
    Səndən böyük bir dəryada boğacağam.
    Sənlə olan bu savaşın
    Qalibi mən olacağam.
    “Qalibi, mən olacağam!…”

    24.06.2014

    RUHUMU İNCİTMƏYİN!

    Bəsdi daha düz yeridim,
    Əyib, əyri yeriyəcəm.
    Düzlərimdi düzdə qalan
    Tərs gedəcəm,nəs gedəcəm.
    İstər didin-tökün məni,
    Külüng alıb sökün məni,
    Neylon sarıb bükün məni,
    Kibrit çəkin bədənimə,
    Yanım,yanım külə dönüm.
    O külümdən qorxun mənim.
    Diri-diri basırsan da
    Torpağını yeyib-yeyib,
    İlan kimi lağım atıb çıxacağam.
    Rişxənd ilə,gülə-gülə, nifrət ilə,
    Bu dünyaya oyuncaq tək baxacağam.
    Hisslərim də buz bağlayıb,
    Nəfəsim də…
    Bircə dəfə üfləsəm dünya donar, həyat donar.
    Nəfəsimi kəsmək üçün, boğmaq üçün,
    Atın məni dənizlərə.
    Balıq olub böyüyəcəm,
    Dünyadan da böyük olub,
    Bircə loxma edəcəyəm bu dünyanı.
    Göydən asın ayağımdan.
    Diri-diri soyun məni
    Şişə taxıb cəsədimi,
    Manqal üstə qoyun məni.
    Cəzaların ən ağırın kəsin mənə
    Nə olar ki, yalvarıram,
    Yaralıdı yazıq ruhum,
    Bircə onu incitməyin!
    Biecə, onu incitməyin!!!

    21.06.2014

  • Günay HƏSƏNLİ.Yeni şeirlər

    577

    YAĞIŞ YAĞIR ÜSTÜMƏ

    Yağış yağır üstümə,
    Bu yağan yağışdımı?
    Bəlkə günahlarımdı
    Səmadan axıb gəlir.
    Bəlkə, bəlkə…
    Edəcəyim günahı
    Əvvəlcədən görüb o,
    Yumaq üçün tələsir.
    Bu yağan yağışdımı?
    Gözyaşımdı deyəsən.
    Bir zaman buxar olub
    Çəkilmişdi göylərə.
    Göz yaşı axıtdığım
    O dərdli günlərimi
    Xatırlatmağa gəlir.
    Damcısını döndərib,
    Kiçik köz parçasına
    Qığılcıma bənd olan
    Mənim heysiz cismimi
    Alovlatmağa gəlir.
    Yağış yağır üstümə
    Hər damlası dəlib keçir bədənimi.
    Güllələnən adam kimi
    Çırpınıram, can verirəm.
    Canı mənə Tanrı verib,
    Mən yağışa Can verirəm.

    10.08.2014

    AYAĞIM BAŞIMI

    Bilmirəm hardayam, hara gedirəm,
    Ayağım başımı çəkib aparır.
    Yollar ərşə çıxır ayağım altdan
    Bir ucu göylərə çəkilib gedir.
    Biri də cismimdən oğurluq edib,
    Canımı ağzımdan dartıb çıxarır.
    Yollar uzandıqca ömür qısalır,
    Uzanan yolların yolunu kəsək.
    Hərdən ilan olub çalır bu yollar,
    Amansız yolların qolunu kəsək.
    Əyrilir, qıvrılır, sürünüb gedir,
    Əyrilər yolçusu olur bu yolun.
    Əyilən yolların yolunu kəsək.
    Bilmirəm hardayam, hara gedirəm,
    Ayağım başımı çəkib aparır.
    Bir sual yaranır beynimdə bu an,
    Başım bədənimi aparmalıykən
    Ayağım başımı çəkib aparır.

    07.07.2014

  • Günay HƏSƏNLİ.Yeni şeirlər

    577

    AXTARIR

    Dənizə atılan daşa dönmüşəm,
    Bir ömür axtarsan tapa bilməzsən.
    Tapsan da sən məni neynəyəcəksən?
    Mən özüm-özümü tapa bilmirəm.
    Dilim qıfıl vurub lal hisslərimə
    Bir “açar” sözünü tapa bilmirəm.
    Tapsan da sən məni neynəyəcəksən?
    Dili lal,
    Gözü kor,
    Ağılı dəm-dəm.
    Söylə beləsini neynəyəcəksən?
    Dərddən manqurtlaşıb,
    Xəyalı hərdəm.
    Elə hey itirir,
    Axtarır hərdən.
    O nəyi axtarır, niyə axtarır?
    O kimi axtarır, nədən axtarır?
    Əbədi dünyaya gedən axtarır
    Bir tabut salamı göndərmək üçün.
    Söylə beləsini neynəyəcəksən?
    Yerin göbəyini tapıb kəsəcək,
    Vaxtsız anasından ayırmaq üçün.
    Qarınqulu olub ürək yeyəcək,
    Ürəyinin dərdi azdı deyəsən
    Dərdinin qarnını doyurmaq üçün.
    O ki dərdlərinin yurd anasıdı,
    İstəməz balası acından ölə.
    Axtarır, axtarır,
    O dərd axtarır,
    Dərdinin qarnını doyurmaq üçün.
    Söylə beləsini neynəyəcəksən?
    O ki sevincini yellərə verib.
    Bəzəkli-düzəkli dərdi axtarır,
    Dərdinin gözünü doyurmaq üçün.

    15.01.2015

    BOĞULURAM

    Aman Allah boğuluram,
    Hər kəsə həyat verən, bu hava boğur məni.
    Gündə min kəs boğulub,
    Gündə min yol ölürəm.
    Fani dünya qəsdinə analar doğur məni.
    Saçımdan dəstə-dəstə
    Yolub, kəndir hörürəm.
    Salıram boğazıma
    Ayaq yerdən üzülür, havada boğur məni.
    Qəmim yaman çoxalıb,
    Yığılıb üst-üstünə.
    Toz basıb ürəyimi
    Tozunu yumaq üçün buludlar yağır məni.
    İçimdəki ocağın tüstüsü boğur məni.
    Hər gün bir az boğulub, ölümə uçunuram.
    Cəhənnəm yolundayam, yolumdan çağır məni.
    Sevincin teştinə sal, bir azca yoğur məni.

    01.11.2014

  • Aysel ABDULLAZADƏ.”Susmayın ümidlərim…”

    aa

    Filoloq, Yazar, YeniBaxis.Az İnformasiya Agentliyinin Baş redaktoru,
    “Günəşin Düşmədiyi Odalar” kitabının müəllifi.

    Susmayın ağrılarım
    Dillənin e, dillənin
    Kəndir salın boynuma
    Yellənin e, yelənin.

    Şair Ramil Mərzilinin şeirindən etkilənərək…

    Susmayın ümidlərim
    Dillənin e, dillənin.
    Sevincək uşaq kimi
    Yellənin e, yellənin.

    Gizlədim göz yaşımı
    Silinsin yanağımda.
    Ağrılı baxışlarım,
    Gözlərimə zillənin.

    Yağış altında dua
    Tez çatırmış ünvana.
    Damlaları durudur
    Arzum üçün lillənin.

    Dərd ağardıb saçımı
    Şəvə zülfüm bəyazdı.
    Bunca yükü daşıyan
    Hörüklərim, tellənin.

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    ***

    Qanadları sazaq vurmuş bir quşam,
    Kölgələrdə dolub durmuş bir tuşam.
    Ürəyimin kandarında durmuşam,
    Gəl,ən əziz qonağım ol,sən mənim!

    Çox ağırmış tənhalığın şələsi,
    Ayağımı tutub durmuş tələsi.
    Qan ağlayır,gülzarımın laləsi
    Gəl,ən əziz qonağım ol sən mənim!

    Baş ucunda yerin boşdur,süfrəmin
    Dilimdə duadır,İnşallah!Amin!
    Bərəsisən,kədər adlı dərd-qəmin,
    Gəl,ən əziz qonağım ol sən mənim..

    Dünya…

    Başdan-ayağa yuxusan,
    Yatım,oyanım dünya?
    Hamıda eyni qoxusan,
    Kimə inanım dünya?

    Haqq üzü haqdan yanadı,
    Ehtiyacın min donadı.
    Namərd də mərdi qınadı,
    Hansını danım dünya?

    Ömür yetməz çıxam-düşəm,
    Laxlayıram,çürük dişəm.
    Başlamamış bitirmişəm.
    Hardan dayanım,dünya?

    Çevir,məni qibləsinə,
    Ovulmuşam ney səsinə.
    Çat ocağı,qıy nəshinə,
    Üz üstə yanım dünya!

    15:35

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    ***

    Getdin,dönəcək dedim,
    Sozaldım bağlar kimi.
    Özgə bir dağ görmədim,
    Çəkdiyin dağlar kimi…

    Acın məndən əl üzdü,
    Toxun da çıxıb getdi…
    Vücuduma sarılan,
    Qoxun da çıxıb getdi…

    Elə ərimişəm ki,
    Qəfil dönsən,donaram!
    Qucağında büstümü,
    Varlığınla yonaram!

    Baxmaz,qara-sazağa,
    Tütər ahının dəmi.
    Ürəyimdən uzağa.
    Çəkər bu yollar səni..

    * * *

    Hənir də yox od-ocaqda,
    Od sönür,ocaq üşüyür.
    Bəlkə də məndən uzaqda,
    Bir tənha qucaq üşüyür.

    Ümid də yox səhərlərdə,
    Tin dönür bucaq üşüyür.
    Uzaq-uzaq şəhərlərdə
    Kimsəsiz qaçaq üşüyür.

    Sıyrılanda qılınc qından,
    Yara alıram sol yandan.
    Eşidirəm ondan-bundan,
    Mərd sınır qoçaq üşüyür.

    07:00

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Dəyişər səni…

    Çağlayıb damarda qan,
    Ahından can alar,can.
    Haqlayıb zaman-zaman,
    İllər dəyişər,səni…

    Kölgəsində uçduğun,
    Yörəsində qaçdığın.
    Külək bilib qucduğun,
    Yellər dəyişər,səni…

    Gedərsən yaxınına,
    Telinə yaxar xına.
    Qatar öz axınına,
    Sellər dəyişər,səni…

    Gəlib ayrılıq dəmi,
    Vaxt da dilin hakimi,
    Qiymətli əşya kimi,
    Əllər dəyişər,səni.

    Gözdən-göz oxuyarsan,
    Üzdən-üz qoxuyarsan.
    Sözdən-söz toxuyarsan,
    Dillər dəyişər,səni…

    09.04.16 saat 08:30

    Ağlama əsgər balası

    Boyun burma qucaq tapıb,
    Yad əldə od-ocaq tapıb.
    Özünə tin-bucaq tapıb,
    Ağlama əsgər balası…

    Dil susub zaman hakimdir,
    Düşmənə aman hakimdir.
    Hiss edəndə ata kimdir,
    Ağlama əsgər balası…

    Boğulmusan köz yaşında,
    Sən atasan öz yaşında.
    Vətən dolu göz yaşında
    Ağlama əsgər balası…

    08.04.16

  • Esmira RƏHİMLİ.”Azərbaycan”

    Esmira

    Toy-büsatın qurulsun,
    Xonçaların tutulsun,
    Ocaqların çatılsın,
    Sönməsin Azərbaycan!

    Saç yolmasın analar,
    Dul qalmasın sonalar,
    Günahsız gül balalar
    Ölməsin Azərbaycan!

    Gül bitsin gül bağında,
    Tonqal yansın dağında.
    Düşmənlər torpağında
    Gəzməsin Azərbaycan!

    Köçməsin ağır ellər,
    Yas tutmasın könüllər.
    Getsin o qara günlər
    Gəlməsin Azərbaycan!

    Xoş gəlsin sabahların,
    Gur yansın çıraqların.
    Ucalan bayraqların
    Enməsin Azərbaycan!

  • “Gecikmisən qəlbimə” kitabı işıq üzü görüb

    kitab

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “İnformasiya.Biz” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Günel Əliyevanın “Gecikmisən qəlbimə” adlı ilk şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 300 tirajla çap olunub.Kitabın redaktoru İqrar Məmmədli,ön söz yazan-Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Telman Haqverdiyevdir.
    Kitabda müəllifin sevgi lirikası fonunda insanlığa,humanizmə çağırış motivləri yer alır.Kitab müəllifin oxucularla ilk görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi adından sayğıdəyər dostumuz, istedadlı qələm sahibi Günel Əliyevaya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirik!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafiq ODAY.”ALİ BAŞ KOMANDANIM”

    001

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Rafiq ODAY.”ALİ BAŞ KOMANDANIM”

    001

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Eldar Nəsibli SİBİREL.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12962488_1518521525123844_528584684_o

    ŞƏHİDLƏR XİYABANI-19.01.2003.

    Burda asta yeriyin
    Burda asta danışın
    Hər şəhid arzusundan
    Od götürün alışın.
    ***
    Bu yer haqla nahaqqın
    Savaşından yaranıb.
    Anam Azərbaycanın
    Göz yaşından yaranıb.
    ***
    Burda zirvə ömürlü
    Ərlər, ərənlər yatır.
    Canını bu torpağa
    Qurban verənlər yatır.
    ***
    Azadlığ ilk bahar
    Havasında uyuyur
    Anam Azərbaycanın
    Laylasında uyuyur.
    ***
    Azadlıq dünyamızdan
    Onlar agahdır bu gün.
    Məzarları bir xalqa
    Ziyarətgahdır bu gün.
    ***
    Hər məzarın üstündə
    Qərənfil-ürək qanı
    Bu qərənfil sevgilər
    Mat qoyub bu dünyanı.
    ***
    Gələcək nəsillərin
    İçməyə and yeridir
    Şəhidlər xiyabanı.
    Azadlıq səmasının
    Qızaran dan yeridir,
    Şəhidlər xiyabanı.

  • Eldar Nəsibli SİBİREL.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12962488_1518521525123844_528584684_o

    ŞƏHİDLƏR XİYABANI-19.01.2003.

    Burda asta yeriyin
    Burda asta danışın
    Hər şəhid arzusundan
    Od götürün alışın.
    ***
    Bu yer haqla nahaqqın
    Savaşından yaranıb.
    Anam Azərbaycanın
    Göz yaşından yaranıb.
    ***
    Burda zirvə ömürlü
    Ərlər, ərənlər yatır.
    Canını bu torpağa
    Qurban verənlər yatır.
    ***
    Azadlığ ilk bahar
    Havasında uyuyur
    Anam Azərbaycanın
    Laylasında uyuyur.
    ***
    Azadlıq dünyamızdan
    Onlar agahdır bu gün.
    Məzarları bir xalqa
    Ziyarətgahdır bu gün.
    ***
    Hər məzarın üstündə
    Qərənfil-ürək qanı
    Bu qərənfil sevgilər
    Mat qoyub bu dünyanı.
    ***
    Gələcək nəsillərin
    İçməyə and yeridir
    Şəhidlər xiyabanı.
    Azadlıq səmasının
    Qızaran dan yeridir,
    Şəhidlər xiyabanı.

  • Eldar Nəsibli SİBİREL.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12962488_1518521525123844_528584684_o

    ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

    Ağlama yaraşmır sənə göz yaşı,
    Qurut gözləriyin yaşını, vətən.
    Axı qalda gərək igidin başı,
    Uca tut əyilməz başını, vətən.
    *
    Yamanca ağırmış Vətən, daşımız,
    Onu qaldırmağa “dostlar” can çəkir.
    Yox, daha oyanıb qan yaddaşımız,
    Bizi azadlığa daha qan çəkir.
    *
    Zaman dost-düşməni bir-bir tanıdır,
    Ölməyir Əsliyçün Kərəmlərimiz.
    Sinəmiz Şəhidlər Xiyabanıdır,
    Orda dəfn etmişik ərənləri biz.
    *
    Yolları uzundur özünü dərkin.
    O yol igidlərin qanından keçir.
    Sənin oğulların, Vətən, sevin ki,
    Döyüşdə səndən yox, canından keçir.
    *
    Kökünün qədrini biləni varsa,
    Nəsillər sabaha ümid daşıyır.
    Azadlıq uğrunda öləni varsa
    O xalqın yaşamaq haqqı yaşayır.
    *
    Qələbəyə saxla göz yaşlarını,
    Azadlıq boylanmır sənə yad kimi.
    O gün şəhidlər də baş daşlarını.
    Düşmənə sıxacaq avtomat kimi.
    *
    Əyilməz başını uca tut ,Vətən
    Azadlıq arzulu igidlərinlə.
    Ömrü yaz ömrü tək qərənfilləşən,
    Məzarı – and yeri şəhidlərinlə.

  • Eldar Nəsibli SİBİREL.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”

    12962488_1518521525123844_528584684_o

    Torpaq Nəğməsi

    Ana torpaq, ilk məskənim, son yerim
    Dağın, dərən mənə arxa , həyandı.
    Boynubükük bənövşələr-kədərim,
    Alovlanan lalələrin-həyamdi.
    *
    Üfüqlərin xəyalımın yoludu,
    Hər qarışın müqəddəsdi, uludu,
    Yanğım olsa, göylərinin buludu,
    İstəyimi bir baxışdan duyandı.
    *
    Bir zərrən də səni məndə yaşatdı
    Yaddan çıxsa bir yer adı, daş adı-
    Küləklərin yaddaşıma daş atdı,
    Mürgüləyən xatirələr oyandı.
    *
    Min il keçsə ömür sənə yad olmaz,
    Sənsiz bir gün ürəyimdə od olmaz,
    Nəm duyğular atəşindən od almaz,
    Ha yelpiklə, ha alışdır, ha yandır.
    *
    Baş açmadım, heç bu necə sirr idi?
    Eşqim dəcəl uşaq kimi kür idi.
    Bir gözəli görən kimi kiridi,
    Axşam, səhər yollarında dayandı.
    *
    Ana torpaq susdurmaqçün düşməni,
    Al, güllə tək sinəsinə sıx məni.
    Bir saz üstə zəfər adlı nəğməni,
    Sazım, sözüm bu dünyaya yayandı.

  • Esmira RƏHİMLİ.”Vətənim”

    Esmira

    Alar qoynuna,
    Basar bağrına,
    Torpağına dönər
    Bədənim.
    Doğma qucağında
    Üşüməz nəşim,
    İsti köynək gələr mənə
    Kəfənim!

    O pak sularından
    İçirtdi,
    Halal çörəyindən
    Yedirtdi!
    Nankorlar qədrini
    Bilməz ki!
    Xəzinə yatağıdır
    Vətənim!

    Dünyanın ən gözəl
    Balası,
    Ömrümün günümün
    Mənası!
    Tarixin qəhrəman
    Qalası,
    Salnaməsi, kitabıdır
    Vətənim!

    Neynirəm mən onsuz
    Cahanı?
    Gülündən əzizdir
    Tikanı!
    Bütün dərdlərimin
    Dərmanı,
    Azəbaycandır mənim
    Vətənim!

  • Elnur RƏSULOĞLU.Yeni şeirlər

    er

    Mənim həyatım

    Aprelin axrıydı, son günləriydi.
    Hava isti idi, səma tərtəmiz.
    Günəş göydən yerə od ələyirdi
    Kədərdən xəbərsiz, qəmdən xəbərsiz.

    Mən isə bu zaman tərimi silib
    Yolda deyinirdim: “Ürək dayanır.
    Elə bil göylə yer baş-başa verib,
    Göy kimi od tutub yerlər də yanır”.

    Hər tərəf yaşıllıq. Yollar boyunca,
    Gör ağcaqayınlar necə əkilib.
    Onların altında otrub doyunca,
    Kölgəsində neçə yolçu dincəlib.

    Ağcaqayınların altında yenə
    Yolçular oturub nəfəsin dərir.
    Oturmaq ar gəlir bəzilərinə,
    Ayaq üstə durub nəfəsin dərir.

    Danışa bilsəydi, ağcaqayınlar
    Bizə keçmişlərdən söhbət açardı.
    Bil, dilə gəlsəydi, ağcaqayınlar
    Burdan keçmişlərdən söhbət açardı.

    Mən bir saatdan da artıq yoldayam,
    Bitib-tükənməyir uzanan yollar.
    Döngəni dönürəm, sağ yox, soldayam,
    Qurtarmaq bilməyir uzanan yollar.

    Gör nə qədər yol var qarşıda hələ,
    Bəli, mən bu yolda daha yolçuyam.
    Başqası görünmür, nədəndir belə,
    Yoxsa mən bu yolda tənha yolçuyam?

    Hər yerə arxamca kölgəm sürünür,
    Nədənsə canımı bürüyüb təlaş.
    Köksümdə ürəyim tez-tez döyünür,
    Fikirlərim mənə olubdur yoldaş.

    Məncə, olsa da düz, əyri-üyrü də,
    Yollar hey uzanan qollara bənzər.
    Yer üzündə hər bir insan ömrü də,
    Sonu bilinməyən yollara bənzər.

    Məktəb yollarına ayaq basanda,
    Elə bil yenidən uşaqlaşıram.
    Uşaq səslərinə qulaq asanda,
    Dərdimdən, qəmimdən uzaqlaşıram.

    Bir anlığa anıb o illəri mən,
    Ömür kitabımı varaqlayıram.
    Məndən sonra gələn nəsilləri mən,
    Həyat yollarında soraqlayıram.

    Bu həyat yolları çətindən çətin,
    Gərəkdir bu yolda mübariz olmaq.
    Zəiflik göstərsən, olmasan mətin,
    Sənin qismətindir qul, kəniz olmaq.

    Qulaqları səsdə, gözləri yolda,
    Vətən torpaqları çağırır bizi.
    Vətən bir ağacdır, onda bu halda,
    Qurdlar içimizdən dağıdır bizi.

    Hardandır bizlərdə, hardandır yadlıq,
    Doğma qardaşıma necə “yad” deyim?
    Kədərli günümdə düzəldib şadlıq,
    Bayram libasımı mən necə geyim?

    Yurddaşlarım köçkün, qaçqın, didərgin,
    Qarabağdan sürgün ediblər bizi.
    Danışa bilmirəm, əsəbim gərgin,
    Öz əllərimizlə didiblər bizi.

    Öz əllərimizlə yıxıblar bizi,
    Nə vaxt bütöv yumruq olacağıq biz?
    Çoxdandır bir küncə sıxıblar bizi,
    Axırda vətənsiz qalacağıq biz.

    Havanın axını güclənir birdən,
    Nəğmə deyib əsir isti küləklər.
    Bir baxın, bir baxın, cənub tərəfdən,
    Buraya tələsir isti küləklər.

    Burda hakim olmuş isti küləklər,
    Yuxudan oyatdı tozu, torpağı.
    Əsib cana doymuş isti küləklər,
    Qaldırıb oynatdı tozu, torpağı.

    İsti küləklərin dövrü az oldu,
    Taca zorla sahib olanlar kimi.
    İsti küləklərin ömrü az oldu,
    Şayiələr kimi, yalanlar kimi.

    Artıq mənə oxşar otağımdayam,
    Özüm kimi sadə, çilliçıraqban.
    Özümə söz verib dedim: “Yazacam,
    Başıma gələndən, öz həyatımdan”.

  • Vüsal YURDOĞLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    2014-12-10-113_1 (1)

    Ayrı bir dünyanın insanıyam mən,
    Dünyama heyranam, dünyamsan, Vətən!…

    Sevirəm mən səni öz anam kimi,
    Uğrunda bularam qana əlimi…

    Uğrunda hər şeyə hazıram, hazır…
    Qələmim hərbçi ömrünü yazır!

    *****

    Gəlirəm, ey Vətən, gəlirəm səni,
    Qorumaq borcumu ödəmək üçün,
    Canımı, cüssəmi verirəm sənə!…

    Bülbül xarabada oxumaz, susar…
    Mənim də ürəyim bülbülə dönmüş,
    Həsrətin içimdə necə yetişmiş,
    Havana, suyuna ehtiyacı var…

    Sınmaz qürurumun sənin yolunda
    Savaşmaqdan başqa nə əlacı var?!

    *****

    Səpilsin yoluna odlu mərmilər,
    Qurtarsın bu savaş, nahaq ölümlər!

    Sülhdən qan qoxusu gələrmi?
    -Gəlməz!…
    Erməni qozbeldir, sülhlə düzəlməz!

    *****

    Ölümlər, zülmlər, bu da dünyamız,
    Haqlını, haqsızı tanımır nədir?!…
    Vətənə verilən şəhid balamız,
    Axı nə vaxtacan gözləyəcəkdir?…

    “Azadlıq! Azadlıq!” deyən, eşidən,
    Hər yerdə səsini duyduran dövlət,-
    -Eşqim, qibləgahım,-Azerbaycanım!…

    İgidlər, ərənlər yetişdirən el,
    Ürəklər içində var olan Vətən!
    Oğluna, qızına yar olan Vətən!…,
    Yaşa daim yaşa,
    Var ol,
    var ol sən!…

    *****

    Üstünə uzanan əlləri qıraq,
    Neftinə dikilən gözlər çıxacaq…

    Min arzu düşəcək təmiz qəlblərdən,
    Qarabağ saçlarda dən olmayacaq,
    Sənsiz yaşanacaq gün olmayacaq!

    Ellər oxuyacaq zəfər nəğməsi,
    Gələcək yaylaqdan tütəyin səsi…

    Xoşbəxt günlərinə tələsirəm mən,
    Könlüm qanadlanır yurd sevgisindən!

    *****

    Sənsən qürurumun yüksək nöqtəsi,
    Ulu Odlar yurdu, Odlar ölkəsi!…

    Yurdoğlu iftixar duyur adınla,
    Alışır daima sənin odunla.
    Sinəndə quracaq alınmaz qala,
    Vətəin ər oğlu, ər hərbçisi!…

  • Mais TƏMKİN.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    10646868_273655359498567_6620189188081019440_n

    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Kafirlər cənnətdə yaşaya bilməz,
    Qoyma bu cənnətə ayağı düşmən!
    Halal çörəyimə haram qatdınız,
    Sandın bu neməti sən ağu, düşmən.
    Sənin bu torpaqda haqqın nə gəzir?
    Çıx, cənnət yurdumdan , ey yağı düşmən!

    Niyyətin məkrli, qəsdin qan tökmək,
    Yurdumu talayıb, dağıdıb sökmək.
    Yaraşmaz qarşında bizə diz çökmək,
    Biz əldən vermərik torpağı, düşmən!
    Kafirlər cənnətdə yaşaya bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Sən bizi bu yolda yora bilməzsən,
    İradə əzmimi qıra bilməzsən,
    Ordumun önündə dura bilməzsən,
    Çaxarıq başında çaxmağı, düşmən!
    Rəzillər cənnətdə yaşaya bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Zəngəzur bizimdi, Göyçə bizimdi,
    Sən hələ olmamış, öncə bizimdi.
    Hətta Yerevan da , məncə, bizimdi,
    Onda Rəvan olub o axı, düşmən..
    Sən layiq deyilsən bizim cənnətə,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Rəvanı döndərib Yerevan etdin,
    Sən bunu özünə şöhrət-şan etdin.
    Azad vətənimdə nahaq qan etdin,
    Güzəştə getmərik bu dağı, düşmən!
    Çıx cənnət yurdumdan, ey yağı düşmən!!

    Hazırıq hər zaman sənlə döyüşə,
    Niyyətim, məramım çətin dəyişə.
    Dərdimin dərmanı olub həmişə:
    O zəm-zəm,- o İsa bulağı, düşmən!
    Kafirlər Kövsərdən su içə bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!

    Toxunma ,,Yallı”ma, halal ,,Cəngi”mə
    Şeirimin, nəğməmin xoş ahənginə.
    Bayquşsan, keçərsən bir gün cəngimə,
    Caynağım Qartalın caynağı, düşmən!
    Bu cənnət məkanda sənə yoxdu yer,
    Çıx cənnət yurdumdan, ey yağı düşmən!

    Qarabağda doğan səhər mənimdir,
    Ana Vətən şöhrətimdir, şənimdir.
    Qələbə mənimdi, zəfər mənimdir,
    Sancarıq Rəvanda bayrağı, düşmən!
    Kafirlər cənnətdə yaşaya bilməz,
    Çıx, cənnət yurdumdan, ey yağı düşmən!!!

    * * *

    Ər igidlər, qəhrəmanlar,
    Elin dərdinə yananlar,
    Əbədiyyət qazananlar,
    Bu dünyada ölməz olur.

    Şəhid olub köçənlərim,
    Yağıları biçənlərim,
    Vətən andı içənlərim,
    Öz əhdindən dönməz olur.

    Torpaq udub çox ərləri,
    At oynadan ərənləri.
    Ülviyyətin şölələri,
    Daim yanar, sönməz olur!

    Vətən üçün töküb qanlar,
    Vətənləşdi qəhrəmanlar.
    Şan-şöhrətə ucalanlar,
    Zirvələrdən enməz olur!

  • Nail DAĞLAROĞLU.Yeni şeirlər

    n

    Ağrınalım

    Qanadınnan yaralanan,
    Quş kimiyəm, ağrınalım.
    Dilqəmiyə sızıldayan,
    Saz simiyəm, ağrınalım.

    Dəryalarda tənha qalan,
    Həyəcanlı təbil çalan.
    Tufanlara əsir qalan,
    Bir gəmiyəm, ağtınalım.

    Kədərə, qəmə bükülən,
    Mənəm sarayı sökülən.
    Qəhərdən dolub tökülən,
    Göz nəmiyəm ağrınalım.

    Naili qüssəli gördün,
    Kədər əcəlidi mərdin.
    İnsanları yeyən dərdin,
    Bax, yemiyəm ağrınalım.

    Qayıt gülüm, həsrətinə dözmərəm.

    Zülmət olub baharımda qışımda,
    Xatirələr buz bağlayıb başımda.
    Qanad çalmır daha könül quşum da,
    Qayıt gülüm, həsrətinə dözmərəm.

    O günnən ki, tərk eylədin məni, sən,
    Saçlarıma tezcə saldın dəni, sən.
    Pay göndərdin dumanı sən, çəni, sən,
    Qayıt gülüm, həsrətinə dözmərəm.

    Yaralanmış bir bülbülə dönmüşəm,
    Ucalardan alçaqlara enmişəm.
    Sənsizlikdən alovlamıb sönmüşəm,
    Qayıt gülüm, həsrətinə dözmərəm.

    Eşqin odu yuva salıb canımda,
    Cövlan edir damarimda, qanımda.
    Gəl hardasan, məsgən eylə yanımda,
    Qayıt gülüm, həsrətinə dözmərəm.

    Bir vaxt oldu bu sevgimiz təzə-tər,
    İndi durur əvəzində qəm-kədər,
    Zülm eyləmə gəl Nailə bu qədər,
    Qayıt gülüm, həsrətinə dözmərəm.

  • İlkin ABBAS.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    ia

    Vətən-göz bəbəyim, Torpaq-and yerim.!

    Ey ana diyarım, ey Azərbaycan,
    Hazıram uğrunda ölümə hər an,
    Neçə cənnət məkan qalıbdır viran,
    Duyanda qanayır qəlb yaram dərin,
    Vətən göz bəbəyim, torpaq and yerim!

    Düşməni tarixdən gərək silim mən,
    Qisası canla da olsa, alım mən,
    Necə şənlənim mən? Necə gülüm mən?
    Ürəkdə QARABAĞ adlı dərd-sərim,
    Vətən göz bəbəyim, torpaq and yerim!

    Ulu Tanrım, daim ol bizə kömək,
    Ötsün başımızdan bu qara külək,
    Şəhidlik zirvədir, ucalım gərək,
    Elə örnək olsun qoy bu hünərim,
    Vətən göz bəbəyim, torpaq and yerim!

    Daim Yaradana gətirək pənah,
    Yerdə qalan deyil bunca nalə-ah,
    Sıralan döyüşə, əlində silah,
    Sənə səslənirəm igidim, nərim!!!
    Vətən göz bəbəyim, torpaq and yerim!

    Nə şərəf, nə şöhrət-şan bahasına,
    Şücaət göstərim qan bahasına,
    Torpağı qaytarram can bahasına,
    Bilsəm ki bu yolla olar zəfərim,
    Vətən göz bəbəyim, torpaq and yerim!

    Olar sərt qışımız çiçəkli bahar,
    Gedər başımızdan bu dərd, bu qubar,
    Qarış-qarış dönər hər doğma diyar,
    Bitər bu həsrətim, qəmim, kədərim,
    Vətən göz bəbəyim, torpaq and yerim!

    Yazaq neçə şeir, söz Qarabağda,
    Ürək Qarabağda, göz Qarabağda,
    Bayramlar edərik biz Qarabağda,
    O gün uzaq deyil, Ya Allah-Kərim!
    Vətən göz bəbəyim, torpaq and yerim!!!!!

    03.04.2016

  • Mayisə ƏSƏDULLAQIZI.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    mxe

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Zalım düşmən pusqudadı, çapardı,
    Neçə oğulları vaxtsız apardı.
    Analar-bacılar şivən qopardı,
    Amandı, yatmayaq, dur, ay qardaşım,
    Oyan ay qohumum, ay vətəndaşım!!!

    Neçə öpüş donub qaldı dodaqda,
    Neçə çiçək solub qaldı budaqda,
    Neçə baxış itib qaldı uzaqda,
    Nə qədər səbr edək, dur ay sirdaşım,
    Oyan ay qohumum, ay vətəndaşım!

    Qoy ucalsın göyə haqqımın səsi,
    Gül olsun Vətənin dağı-dərəsi.
    Düşməni hürkütsün igid nərəsi,
    Dur gedək irəli, dur ay qardaşım,
    Oyan ay qohumum, ay vətəndaşım!

    ŞƏHİDLƏR XİYABANI

    Şəhidlər Xiyabanı,
    Mənim Məkkəm, Mədinəm!!
    Doğma övladlarındı,
    Körpə qanadlarındı,
    Sənin qoynunda yatan…
    Onlar olub nahaqqın başına
    Kəmənd atan!
    Onlar olub düşmənə,
    Şeytan bilib daş atan!!
    Onları tanımayan,
    İnsanlıqdan kənardı,
    Məzarları başında,
    Vətən sevgisi vardır!
    Onları tanımayan ,
    Bizləri nə anlayar?!.
    Nadanların işidi,
    Dünyanı qandallayar!!
    …Şəhidlər Xiyabanı,
    Mənim Məkkəm, Mədinəm!!
    Onlar olub nahaqqın başına
    Kəmənd atan!
    Onlar olub düşmənə,
    Şeytan bilib daş atan!!
    Doğma balalarındı,
    Sənin qol-qanadındı,
    Vətən, qoynunda yatan!!

  • Mehriban İBRAHİMOVA.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    ADDIMLA İNAMLA

    Sən qorxaq deyilsən ,illərdən bəri,
    Vüqarla döyünüb igid ürəyi,
    Sən ey ,Vətənimin igid əsgəri,
    Addımla inamla daim irəli!
    Qanlı ,qadalıdır yolun bilirəm,
    Vüqarın çatacaq zirvə yoluna.
    Bükülməz heç zaman qolun bilirəm,
    Addımıa inamla daim irəli.
    Əlləri göydədir ana ,bacının,
    Allah dərgahından köməyin gəlir,
    Ümiddir ,inamdır dərd əlacımız,
    Addımla inamla daim irəli!
    Bayrağım ucadır,bir daha enməz,
    Vətən igidləri yolundan dönməz,
    Döyünən ürəyin heç odu sönməz,
    Addımla inamla daim irəli!
    Gözünü həsrətlər izləyəsidi,
    Bir gözəl yol üstə dayanıb hər gün
    Yolunu həsrətlə gözləyəsidi,
    Addımla inamla daim irəli!
    Addımla inamla daim irəli!
    Qələbə söyləyən dilinlə qayıt.
    Sən elə vüqarla getdiyin kimi,
    Vüqarla evinə ,elinə qayıt!!
    MEHRİBAN. 02 03 2016.

  • Mehri ƏLİYEVA.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    me

    ALLAH QORUYACAQ SƏNİ,ƏSGƏRİM!

    Qalxdın vətənimin səsinə,qardaş!
    Allah qoruyacaq səni,əsgərim!
    Qələbə gətirsin bizə bu savaş,
    Deyən,azad olur mənim vətənim,
    Allah qoruyacaq səni,əsgərim!

    İnşallah,Şuşaya doğru qalxarsız,
    Zəfər bayrağını ora sancarsız,
    Erməni cəsusun möhkəm boğarsız.
    Silah istər,bu gün mənimdə əlim,
    Allah qoruyacaq səni,əsgərim!

    Didərgin alqışı sizə ruh verər,
    İlanın başını əsgərim əzər,
    Qələbə ruhludu bu gün hər əsgər.
    Yayılar dünyaya bu urra səsim,
    Allah qoruyacaq səni,əsgərim!

    Mehridə qəribdi,vətən dərdlidi,
    Vətənsiz qalıbdı gör neçə ildi,
    Ey ordum,qələbə indi sənindi.
    Deyən,azad olur mənim vətənim,
    Allah qoruyacaq səni,əsgərim!

    Kiyev 02-04-2016

    QAYTAR O ELLƏRİ QAYTAR ALLAHIM

    Gör neçə ildi ki, ayrıyıq səndən.
    Qaytar o elleri qaytar Allahım.
    Necə yazım mən bu gün kəlməcərdən.
    Məni bağışlamaz bilki torpağım.
    Qaytar o elleri qaytar Allahım.

    Kəlbəcərim,sinəmdəki bir yara.
    Baxa bilmir gözüm bu insanlara.
    Həsrətli qalmışıq o torpaqlara.
    Gör neçə illərdi sönüb çırağım.
    Qaytar o elleri qaytar Allahım.

    İsti suyun həsrətindən yanaram.
    Gəlin qayasını niyə tapmıram.
    O yurdun qapısın hacan açaram.
    Niyə qalxmır mənim silah,yarağım.
    Qaytar o elleri qaytar Allahım.

    Qərinə haqlayır bu həsrətimi.
    İtirmişəm Kəlbəcəri,elimi.
    Kimə deyim axı bu ağır dərdi.
    Bircə ordumadı mənim pənahım.
    Qaytar o elleri qaytar Allahım.

    Mehriyəm, qəribəm, ürəyim yanır.
    Ürək itiyini gəzir tapmayır.
    Başım aşağıdı niyə qalxmayir.
    Görünmür o yurdda bu dərdli xalqım.
    Qaytar o elleri qaytar Allahım.

    Kiyev 02-04-2015

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    12647929_456084107917624_702711598_n

    DÜNYA MƏNİM DÜNYAM DEYİL

    Xalq şairi Məmməd Araza.

    Ağlayana göz yaşıdır,
    Ağladana közdür dünya.
    Kimisinin öz yaşıdı,
    Kimisinə sözdür dünya.
    Dünya mənim dünyam deyil.

    Hara baxsan hərb ocağı,
    Hara baxsan qəm-ələmdir.
    Canlı məzardır qucağı,
    Bağrının başı sitəmdir.
    Dünya mənim dünyam deyil.

    Pozulub mizan-tərəzi,
    Çəkilməmiş gözü qaçır.
    Ocağı tərk edən kəsin
    Arxasınca közü qaçır.
    Dünya mənim dünyam deyil.

    Bir loxma çörək dalınca
    Başı lovlu qaçanı var.
    Hədəf olub ehtiyaca,
    Dərd üstə dərd qucanı var.
    Dünya mənim dünyam deyil.

    Kimisinə dar ağacı,
    Kiminin uman yeridir.
    Dərd əhlinə yar ağacı,
    Sevənin güman yeridir.
    Dünya mənim dünyam deyil.

    Dünya qədərin qalası,
    Qədərliyə qara gündür.
    Dünya dərdimə qalası,
    Açılmayan bir düyündür.
    Dünya mənim dünyam deyil.

    …Gülünclərin gülüncünə
    Qalib gəlmək təpəri yox.
    Bu dünyanın nə vecinə-
    Toxun acdan xəbəri yox!
    Dünya mənim dünyam deyil.
    Dünya mənim dünyam deyil!

    QURBAN OLDUĞUN

    Sən kimi sevirsən heç bilirsənmi?
    Qəlbi qara daşdır qurban olduğun.
    İlanı yuvadan çıxarar dillə,
    Şeytana qardaşdır qurban olduğun.

    Sənə ünvanlanan sözünə bəndsən,
    Sözündən daha çox özünə bəndsən,
    Oğrun baxışına,gözünə bəndsən,
    Sevən qəlbə daşdır qurban olduğun.

    Ona fərq eləməz sənsən,ya qeyri,
    Sözündə düz olmaz gözündən əyri…
    Yüz yol söyləsəm də sənə,nə xeyri?
    Desəm:”Qəlbi daşdır qurban olduğun”.

    Nə qədər gec deyil-bir düşün,daşın,
    Atdığın addımdan,fikrindən daşın!
    Barı,tök ətəkdən bu sevda daşın,
    Dərd verən bir daşdır qurban olduğun.

    Abdulla Haqqa yar-yar da yarına…
    Həqiqi yar olan darda yarınar.
    Təkcəgöz yaşıdır dərdə yarınan,
    Qədərə sirdaşdır qurban olduğun,
    Kədərə yoldaşdır qurban olduğun.

    Azərbaycan.Quba.
    22.03.2016

  • Zeynəb DƏRBƏNDLİ.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    QARABAĞIM

    Neçə ildir yol gözləyir,
    Canm qərib Qarabağım.
    Qəlbi insan tək sızlayır,
    Canım qərib Qarabağım.

    Ocağları sönüb qalıb,
    Ev eşiyim yanıb qalıb.
    Damarımda donub qalıb,
    Canım qərib Qarabağım.

    Dağları, düzləri küsgün,
    Babamın izləri küsgün.
    Sovrulan közləri küsgün,
    Canım qərib Qarabağım.

    Zeynəbəm, alışır sinəm,
    utanıram, necə dinəm?
    Adından kül olan mənəm,
    Canım qərib Qarabağım.

    Tarix 02 02 2016.

    VƏTƏN DƏRDİ

    Yenə səhər açıldı,
    Yenə köhnə xəbərlər.
    Görən deyən olarmı,
    Nə gündədir Kəlbəcər?

    Hər səhər açılanda,
    Saytları izləyirəm.
    Şuşadan, Xocalıdan,
    Xoş xəbər gözləyirəm.

    Səhəri tez açıram,
    Sanki, öz gözlərimlə.
    Çalışıram vəsv edim,
    Vətəni, sözlərimlə.

    Səhər məni kövrəldir,
    Xankəndindən, yox bir səs.
    Yoxsa Laçın, Cəbrayıl,
    Cavab verməyir heç kəs.

    Səhər mənə nə desin?
    Axı yoxdur xəbəri.
    Mən xəbər gözləyirəm,
    İstəmirəm kədəri.

    Üzeyiri, Cabbarı,
    Gecə gördüm yuxuda,
    Onların məzarları,
    Qalıbdır yad ayağda.

    Mən isə hər gün səhər,
    Xoş xəbər gözləyirəm.
    Şəhidim var deyəndə,
    İçimdən sızlayıram.

    Hər yüz ildən, bir yara,
    Hər ilin bir dərdi var.
    Böyük hərflə yazıldı,
    Tarixə, qanlı yanvar.

    Əsir düşmüş qız, gəlin,
    Bilinmirki hardadır.
    O gözəl Qarabağım,
    Neçə ildir dardadır.

    Yazıram sözüm bitmir,
    Yazmayım, bəs neyləyim?
    Zeynəbəm, vətənimçün,
    Qan ağlayır ürəyim.

    Tarix 06 02 2016.

  • Qalib ŞAMXALOĞLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    qsm

    Vətən bizi çağırır !
    Durun , səfərbər olun ,
    Hamınız əsgər olun ,
    Üçrəngli bayrağımız
    Qoy göylərə ucalsın ,
    Həmişə uca qalsın .
    Qayıtsın torpağımız ,
    Həmişə bizim olsun ,
    Qəlblərə sevinc dolsun ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Durun , qalxın ayağa ,
    Kömək olun torpağa .
    Xalqımın düşmənləri
    Qoy cəhənnəmi görsün ,
    Ölsün düşmənlər , ölsün .
    Vətən oğlu , gəl bəri ,
    Gəl , gəl əl-ələ verək ,
    Vətən uğrunda ölək ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Şuşa , Cıdır düzündə ,
    ( Həqiqət var sözündə )
    Deyir : – Məni satdınız ,
    Ay xainlər , nankorlar ,
    Pulpərəst rüşvətxorlar ,
    Ar , həyanı atdınız ,
    Ucalır xalqın səsi ,
    Olduz qarğış yiyəsi ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Dağlıq Qarabağında ,
    Füzuli torpağında ,
    Ağdamda , Kəlbəcərdə ,
    Qubadlı , Zəngilanda ,
    Cəbrayılda , Laçında ,
    Ağdərədə , Tərtərdə ,
    Xainlərin gözün tökün ,
    Xainlərin qəlbin sökün ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Vətənin çəkir haray ,
    Günlər keçir olur ay ,
    Aylar illərə dönür ,
    Kömək olmayır bizdən ,
    Qan sutək axır dizdən ,
    Cavan ömürlər sönür ,
    Babəkin gəlir səsi ,
    Koroğlunun nərəsi ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Çoxlu silah aldırın ,
    Düşmənləri tez qırın .
    Faşist erməniləri
    Qırın qurtarın daha ,
    Qoy qalmasın sabaha
    Erməninin əsgəri ,
    Qeyrətimiz bəlli olsun ,
    Cürətimiz bəlli olsun ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Azad olmaq istəyir ,
    Abad olmaq istəyir ,
    Eşitmirik vətəni ,
    Qulağımız kar olub ,
    Gözlərimiz kor olub ,
    Qəlbisınıq vətəni ,
    Görüb , eşitməmişik ,
    Dərdini bilməmişik ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Dad çəkir vətənim , dad ,
    Olmaq istəyir azad ,
    Adbaad səsləyir bizi ,
    Adımızı danmışıq ,
    Al-verə qurşanmışıq ,
    Vətən gözləyir bizi ,
    Nankor vətəndaşların ,
    Kar , kor vətəndaşların ,
    Vətən bizi çağırır !

    Vətən bizi çağırır !
    Yetim Segah üstündə ,
    Çağırır bizi gündə ,
    Təsniflə , muğamatla ,
    Bizi ağladır yaman ,
    Qəddimiz olub kaman ,
    Qalib deyir , avtomatla ,
    Pulemyotla tufan edək ,
    Dığaları qıraq , tökək ,
    Vətən bizi çağırır !
    Vətən bizi çağırır !

    1996 – cı il

    Ay ellər , çox uzanır bizim haqq savaşımız
    Bəsdir daha bir belə gözdən axdı yaşımız !
    Şahid olsun zəfərə torpağımız , daşımız
    Savaşımız zəfərlə qoşa calansın gərək
    Qələbənin tonqalı şurla qalansın gərək !

    Sən , ey dərdi , kədəri aram olan millətim
    Sən , ey halal çörəyi haram olan millətim
    Sən , ey vətən yarası yaram olan millətim
    Xainlər bu ölkədən kənar dolansın gərək
    Qələbənin tonqalı şurla qalansın gərək !

    Yurdlarımız yağıda əsir qalıbdır axı ,
    Bir milyon soydaşımız yesir qalıbdır axı
    Qarabağ şanımızda kəsir qalıbdır axı
    Yağı murdar qanına batsın , bulansın gərək
    Qələbənin tonqalı şurla qalansın gərək !

    Şamxaloğlu , kədərin sədlərini aş daha ,
    Qələbənin , zəfərin şəninə söz qoş daha !
    Ey qəhrəman , cəsur xalq , qalx ayağa , coş daha
    Yurdu talayanların yurdu talansın gərək
    Qələbənin tonqalı şurla qalansın gərək !

    9 noyabr 2015

  • Vidadi AĞDAMLI.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    va

    YOX DAYANMAQ İGİD ƏSGƏR,QƏLƏBƏNİ İSTƏRƏM

    (Azərbaycan orudusu Qarabağda bir yüksəkliyi ələ keçirdi)

    Qalxan silah enməyəcək,qalx igidim,ərənim,
    Yox dayanmaq igid əsgər,qələbəni istərəm.
    Gəl-gəl deyir əsir düşən tapdaq altda vətənim,
    Neçə ildi el-obamla,yurd-yuvamı gəzirəm,
    Yox dayanmaq igid əsgər,qələbəni istərəm.

    Anaların göz yaşları quruyubdu ta bəsdir,
    Bu yürüşdən geri dönmək gülünc olar ,əbəsdir,
    Sinəm üstə çarpaz dağ var,igidləri tələsdir.
    Əlim əsir,qələmimlə vərəqləri didirəm,
    Yox dayanmaq igid əsgər,qələbəni istərəm.

    Əsir düşən igidlərin intiqamı qalıbdı,
    Şəhidlərin Qarabağda məzarları yanıbdı,
    Neçə ürək bu dərdlərdən xəstəliklər tapıbdı.
    Bu səsimlə əsgərimi döyüşlərə səslərəm,
    Yox dayanmaq igid əsgər,qələbəni istərəm.

    Al intiqam,qaldır silah,bir zəfərdi amalım,
    Qoy yayılsın el-obaya bir qələbə harayım,
    Məndə öndə ermənini sizlərlə bir tapdayım.
    Vətən üçün can verərəm,mən bu yoldan dönmərəm,
    Yox dayanmaq igid əsgər,qələbəni istərəm.

    El oğluyam vətən dərdli,bir şairəm Vidadi,
    Şəhidliyə gedən yollar,bu gün mənlə sənindi,
    Qarabağım,dərd oylağım,bir düşün ki,bizimdi.
    Neçə ildi el-obamla,yurd-yuvamı gəzirəm,
    Yox dayanmaq igid əsgər,qələbəni istərəm.

    Bakı 02-04-2016

    VƏTƏNSİZ BAYRAMI NEYNİRƏM AXI!

    Bayram gəlir,dağlar yaşıl don geyir,
    Vətənsiz bayramı neynirəm axı!
    Aqac çiçək açır,bağlar don geyir,
    Kədərlə açıram hər gün sabahı,
    Vətənsiz bayramı neynirəm axı!

    Keçəl gəlir,kosa gəlir yoldadı,
    Bəs mənim Ağdamım görən hardadı?
    Çoxdan gedib ürəyimdən yar dadı,
    Yumurta boyanır çəkirəm ahı,
    Vətənsiz bayramı neynirəm axı!

    Qovurqa qovrulur ürəyim kimi,
    Rünhan saxlamışam hələ dərdimi,
    Bəzəyə bilmirəm axı süfrəmi.
    Gücüm çatmır alam çolpanı yağı,
    Vətənsiz bayramı neynirəm axı!

    Aldığım təqaüt yüz əlli manat.
    Gecədə,gündüzdə olmuram rahat.
    Üşağa nə deyim axı bu saat,
    İtib çəkməmimdə nə vaxdı bağı,
    Vətənsiz bayramı neynirəm axı!

    Açılmır ürəyim ciblərim bom-boş,
    İçməmiş olmuşam çoxdandı sərxoş,
    Özümdə kədərdən olmuşam naxoş.
    Qəlbimin heç nəyə yoxdu marağı,
    Vətənsiz bayramı neynirəm axı!

    Milyonlar məmurlar evinə axır,
    Hər axşam uşaqda əlimə baxır.
    Həsrət xəncərini sinəmə taxır.
    Nəyimə lazımdı bu yaşamağı,
    Vətənsiz bayramı neynirəm axı!

    Vidadini qınamayın,haqlıdı,
    Bu bayram çoxuna çox maraqlıdı,
    Elin gözü yolda el soraqlıdı.
    Kədərlə açıram hər gün sabahı,
    Vətənsiz bayramı neynirəm axı!

    Bakı 09-03-2016

  • Əziz MUSA.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    DAYANMA, İRƏLİ VƏTƏN ƏSGƏRİ

    DAYANMA, İRƏLİ VƏTƏN ƏSGƏRİ,
    DOĞMA TORPAQLARI SƏN QAYTAR GERİ,
    QƏLƏBƏ BİZİMDİ, BİR NƏRƏ ÇƏK SƏN,
    O XAİN DÜŞMƏNİN QANINI TÖK SƏN.
    BİR YOLLUQ SON QOYAQ BU SAVAŞA BİZ,
    QOY RAHAT YAŞASIN TAY MİLLƏTİMİZ.
    YOX DEYƏK BU ZÜLMƏ BU ƏSARƏTƏ,
    SÖYKƏNƏK HÜNƏRƏ, BİR DƏ QEYRƏTƏ.
    VAXT, ZAMAN YETİŞİB İRƏLİ ƏSGƏR,
    QANLI DÖYÜŞLƏRDƏ SƏN GÖSTƏT HÜNƏR.
    YARİX UNUTMASIN BU RƏŞADƏTİ,
    SƏFƏRBƏR EYLƏYƏK BİZ BU MİLLƏTİ.
    ÜÇ RƏNGLİ BAYRAĞI ŞUŞAYA SANC SƏN,
    SƏNƏ OĞUL DEYİR BU DOĞMA VƏTƏN.
    DAYANMA , İRƏLİ VƏTƏN ƏSGƏRİ,
    DOĞMA TORPAQLARI SƏN QAYTAR GERİ.

    QAYIDIM

    İstəyirəm bir quş olum,
    Kəndimə dəyim, qayıdım.
    O dağların qarşısında,
    Boynumu əyim, qayıdım.

    Görüm zirvə örpəyini,
    Öpüm qönçə çiçəyini,
    Şəhidlərin köynəyini,
    Əynimə geyim, qayıdım.

    Darıxdım yad səsdə, ündə,
    Ürəyim yaz nəfəsində,
    Atamın qəbri üstündə,
    Bayatı deyim, qayıdım.

    Əziz Musa yurdun hanı?
    Qürbətdə çürütdün çanı,
    Gedim görüm yurd, yuvanı,
    Başıma döyüm, qayıdım.

  • Müzəffər MƏZAHİM.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    mm

    ÇƏK BÜLÖVƏ RUHUNU
    Vaxtı deyil yatmağın, ey ulu millət , oyan!
    Varlığına mənliyin , qeyrətin olsun həyan.
    Duy özünü dərk elə , dön içinə bir daha,
    Dağ kimi söykən yenə mənliyinə , Allaha.
    Çək bülövə ruhunu , bəsdi sığındın qına,
    Qoyma dağılsın Vətən , qalx onu sal sahmana.
    Vermə aman düşmənə , dön dumana , dön çənə,
    Qıyma uzansın yad əl bir gülünə , qönçənə.
    Heç bu qədər dincələr yurdu bölünmüş igid ?
    Sən özünə arxalan , sən özünə ol ümid.
    Od kimi , şimşək kimi çax , külə dönsün yağı,
    Artıq amandan keçib , vur dağın üstdən dağı.
    Qoyma yalan , əyrilik şəst ilə dönsün taca,
    Tut beləcə daima haqqı özündən uca.
    Əldə silah , dildə and qəlbdə Vətən sevgisi.
    Göylərə olsun bülənd qoy qələbə türküsü.

    ATLAN İGİDİM

    Atlan igidim, dada yetiş, Allaha and iç,
    Qeyrətlə, inamla yola düş, bir daha and iç,
    Bu yurdur bizə dünyada candan baha, and iç,
    And iç, bilirəm mərd igidim dada yetəndir,
    Namus da, əmanət də bu torpaqdır, Vətəndir.

    Yoxdursa onu qoruyan əsgər, Vətən ağlar,
    Birləşməsə yumruq kimi ərlər, Vətən ağlar,
    Boş qalsa bu dar gündə də səngər, Vətən ağlar,
    Ağlar, o kömək görməsə bil, ərliyimizdən,
    Gəl, atəşə dönsün gücümüz birliyimizdən.

    “Haqqdan ucalan bayrağımız bir daha enməz”,
    Heç kəs bu müqəddəs, ulu yoldan geri dönməz,
    Yoxdursa ürək atəşimiz torpaq isinməz,
    Dağlar kül olar hər yağı düşmən od aparsa,
    Versək bir ovuc torpağımızdan yad aparsa.

    Qan-qan deyənin qan iyi var hər kələyində,
    Acgöz qaraçı nəfsi yatıb hər diləyində,
    Son fitnəsi də keçmədi sərraf ələyindən,
    Heç heyvan özü bir belə haqqı daşa qaxmaz,
    Hər yersizə yer versə də xalqım başa qaxmaz.

    Birlikdədir güc, səngərimiz hər qala, hər bənd,
    Versin Bakı, Təbriz əl-ələ, bir də ki, Dərbənd,
    Dönsün öz ulu keçmişinə Borçalı, Xankənd,
    Min köhlənini Urmiyadan Göycəyəcən çap,
    Xalqın, Vətənin dərdinə mərdanə nicat tap.

    Hər yandan açıb üstümüzə ağzını böhtan,
    Fır-fır dolanır ortada bir sərsəri şeytan,
    Meydan açalım, fitnəkara süngülü meydan,
    Atlan, yola düş, xalqımızın hərbi bilinsin,
    Qaldır igidim yumruğunu, zərbi bilinsin.

  • Rəhim MEHNƏT.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    12584137_533420616825212_752487860_n

    AZƏRBAYCAN BAYRAĞIM

    Dalğalanır göy üzündə,
    Haqq ədalət var sözündə.
    Sən ucasan el gözündə,
    Odum-ocağım, çırağım.
    AZƏRBAYCAN BAYRAĞIM.

    Üstündəki o üç rəngin,
    Zənginlərdən daha zəngin.
    Ay ulduzlu şux ahəngin,
    Doğmam, yaxınım, uzağım.
    AZƏRBAYCAN BAYRAĞIM.

    Əzəmətli xoş görünüş,
    Alnında yazılıb döyüş.
    Sən yenilik, sən bir dönüş,
    Ana tək isti qucağım.
    AZƏRBAYCAN BAYRAĞIM.

    Ətəyində duman, çənin,
    Şanım, şöhrətimsən mənim.
    Qarşında diz çökür sənin,
    Həm böyüyüm, həm uşağım.
    AZƏRBAYCAN BAYRAĞIM.

    AĞLAMA

    Əzrayıl boynuma çöksə haçansa,
    Yaş töküb gözündən anam, ağlama.
    Gizli bir hökmü var hər dəqiqənin,
    Dayansa ürəyim sonam, ağlama.

    Görüşə bilməsəm ölüm qabağı,
    Düşməsin dağların qaşı-qabağı,
    Ömrümün günümün bu bahar çağı,
    Arzusu gözündə qalan, ağlama.

    Yoluma izimə qar yağacaqsa,
    Soyuqdan damarda qan donacaqsa.
    Bir gullə qəlbimə toxunacaqsa,
    Sağalmaz olsada yaram, ağlama.

    Dərdimə qəm kədər yoldaş olubdu,
    Qəlbimə min dəfə dağ vurulubdu.
    Ay ANA, eşitsən oğlun ölübdü,
    Demə nakam getdi balam, ağlama.

  • Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    HÜCUM ƏMRİNİ VER, BAŞ KOMANDANIM

    Düşmən güvənməsin fəndi-felinə,
    İgidlər qalxacaq Qırat belinə.
    Dağ,qaya dayanmaz türkün selinə,
    Parlasın günəşim,parlasın danım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    Şuşam,Qarabağım intizardadır.
    Ağdamım,Laçınım gör nə haldadır.
    Vaqifin,Zakirin gözü yoldadır,
    İntiqam hissiylə qaynayır qanım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    Alaq qisasını uşaq,qocanın,
    Birə-min əvəzin tökülən qanın.
    Yüksəldək bayrağın Azərbaycanın,
    Qurbandır vətənə,fədadır canım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    Titrətsin yağını “Cəngi” nin səsi,
    Səfərbər eyləyək yurdda hər kəsi.
    Hücuma hazırdır Odlar ölkəsi,
    Qəzəbli şimşəklər hiss-həyəcanım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    YA QISMƏT

    /02.04.1993 – CÜ İL KƏLBƏCƏRİ İTİRDİYİMİZ TARİXDİR – UNUTMAYAQ/

    Vətən borcumuz çox,ömrümüzsə az,
    Kəlbəcəri bir də görəm- ya qismət.
    Taledən,qismətdən kimsə qaçammaz,
    Dağında lalələr dərəm- ya qismət.

    Zirvədə buludu qatar-qatardır,
    Güneyi nərgizli,quzeyi qardır.
    Dörd fəslin hamısı burda bahardır,
    Süsəni sünbülə hörəm-ya qismət.

    Səs sala dağına Şəmkirin sazı,
    Bütün igidlərə çata avazı.
    Ola qoç döyüşü,qeyrət davası,
    Köksümü qabardıb,gərəm-ya qismət.

    Yığam Mübariztək vətən gəncini,
    Çaldıram Murovda şanlı cəngini.
    Qaçıram düşmənin murdar rəngini,
    Hayqıram:-“Ər oğlu-ərəm”-ya qismət.

    Qarşısı alınsın qanlı sellərin,
    Ordum xilaskarı doğma ellərin.
    Dövran da yurdunun bütün güllərin,
    Ayağı altına sərə,- ya qismət.