Category: Azərbaycan ədəbiyyatı

  • Vasif ZÖHRABOĞLU.”Gözləməliydim…”

    v

    Artıq az qalmışdı qaranlıq düşə,
    Yolları görməyə göz işləmirdi.
    Ya sən gecikmişdin o gün görüşə,
    Ya mənim saatım düz işləmirdi.

    Eh, necə şirindi o vaxti həyat,
    Xoşbəxtlik başımın üstündə idi.
    Bəlkə imtahandı bəlkə zarafat,
    Bilmirdim gözlətmək qəsdin nə idi. (daha&helliip;)

  • Nofəl ÜMİD.”Yolunu gözlədim”

    n

    Sən getdin, qəm aldı qoynuna məni,
    Çökdürdün ömrümə dumanı, çəni.
    Fələk də gətirdi saçıma dəni,
    Hər gecə əllərim uzandı göyə,
    Yolunu gözlədim, dönərsən deyə.

    Sən getdin, səninlə getdi bu ürək,
    Həsrət acısında bitdi bu ürək,
    Söndü, daşa döndü, itdi bu ürək,
    Köksüm buz bağladı… Bilirsən niyə?
    Yolunu gözlədim, dönərsən deyə. (daha&helliip;)

  • Sərvər KAMRANLI.”Bir vaxtlar gördüyün deyiləm axı”

    se

    Ay mənə yenidən qayıdan qadın,
    Bir vaxtlar gördüyün deyiləm axı.
    Özünü özümdən soyudan qadın,
    Bir vaxtlar gördüyün deyiləm axı.

    Başımın üstünə artıq qar yağıb,
    Gözlərim sən adlı gündə “Sən” doğub…
    Həsrətin sevgimi çoxdandır boğub
    Bir vaxtlar gördüyün deyiləm axı.
    (daha&helliip;)

  • Şəhanə MÜŞFİQ.”Bəlkə düşməmişdin elə yağışa.”

    a8dab3a8fec5

    Dünən ayrılmağa gəldik görüşə,
    Dilimiz bilmədi nədən danışa…
    Dünən gözlərimdə elə islandın,
    Bəlkə düşməmişdin elə yağışa.

    Elə bil ilk dəfə tanış olurduq,
    Həmin gün necə də çevrildik yada.
    İzimə boylanan baxışların da
    Getdiyim yollara oldu piyada. (daha&helliip;)

  • Yeqzar CƏFƏRLİ.”İki dalğa” (Hekayə)

    yc

    DGTYB Yönətim Qurulu Başqan Yardımçısı

    İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu.

    Havalar bir az da qızışacaqdısa biz də yaxın bir neçə gün ərzində dənizə gedəcəkdik. Anam belə planlaşdırmışdı. Çünki, biz həmişə dənizə getmək istəyəndə o “hələ vaxtı deyil, sizə soyuq olar”-deyirdi. Dənizə ailəmizdə mən daha çox can atırdım. Xəzər mənim uşaq təsəvvürümdə sonsuz idi. Elə bilirdim ki, nə qədər üzsən də onun sonuna çata bilməzsən. Məndən olsaydı hər gün dənizə gedər, hava qaralmamış geri qayıtmazdım. Amma valideynlərimin iş qrafiki buna imkan vermirdi. Hər dəniz mövsümündə atam eyni sözləri təkrar edib gileylənərdi:

    -Dəniz ağzımızın içindədir. Əlimizi uzatsaq gedib dənizə çatar. Amma biz düz-əməlli gedib orda istirahət edə bilmirik.
    (daha&helliip;)

  • Debüt: İntiqam YAŞAR (Gədəbəy rayonu).Şeirlər

    ya

    İntiqam YAŞAR (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Şeirləri və publisistik yazıları “Azad Qələm”, “Ədəbiyyat qəzeti”, “Kaspi”
    “Mərkəz” qəzetlərində, “Ulduz” “Dalğa” jurnallarında, “Nevzuhur” dərgisində və başqa müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin redaktorudur.
    2012-ci ildə “Nurlan” nəşriyyatında “İlk görüş” adlı şeirlər kitabı çapdan çıxıb. Şeirləri və publisistik yazılari ilə Azərbaycan və Türkiyə mətbuatında müntəzəm olaraq çıxış edir.AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.

    Bu da son…

    Kaş ki həmin görüş baş tutmayaydı,
    Bir ömür xəyalla yaşayaydıq biz.
    Hər günün sonunda lap üzülsək də,
    Ümidi sabaha daşıyaydıq biz.

    Görüşdük, o görüş bənzər olmadı,
    Ötən görüşlərə,ötən günlərə.
    Hicranın əıindən dad eləyəndə,
    Bizim hayımıza çatan günlərə.
    (daha&helliip;)

  • “Zərrələr” addım-addım bölgələrə qədəm qoyur

    1

    3

    4

    5

    2

    Bu dəfə də Şəmkir rayonuna yollandıq. Üzvlərimizdən biri olan Ceyhun Göyçəli ilə mərkəzləşdirilmiş kitabxanaya kitabı təqdim edik. İlk olaraq kitabxanın direktoru Sahibə Əmiraslanova ilə görüşüb kitab haqqında məlumat verdik. Sonra isə Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Yeganə Hüseynova və informasiya texnologiyaları üzrə mütəxəssis Nailə İsmayılova ilə tanış olduq. Kitabla tanışlıqdan sonra kitaba peçat vurulub, fonda daxil edildi.Ümid edirəm ki bu şeirlər və şairlər oxucular tərəfindən sevgi və rəğbətlə qarşılanacaq. Zərrələrə uğurlar.

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • “Ömür Bir Günlük Yuxudur”…

    Bu gün Kitab Evim.Az Ədəbiyyat aləminin dəyərli qələm sahiblərindən biri, gənc yazar Vasif Zöhraboğlunun “Ömür Bir Günlük Yuxudur” kitabının təqdimat mərasimini qeyd etdi.

    Artıq az qalmışdı qaranlıq düşə,
    Yolları görməyə göz işləmirdi.
    Ya sən gecikmişdin o gün görüşə,
    Ya mənim saatım düz işləmirdi.

    Tədbir AYB-nin üzvü, DGYTB-nin idarə heyətinin üzvü, dəyərli şair Emil Rasimoğlunun ilk tədbiri açılışı ilə başladı. Vasif Zöhraboğlu haqqında qısaca məlumat verdikdən sonra, ilk olaraq söz DGYTB-nin başkanı, hörmətli şairimiz Əkbər Qoşalıya verildi. Əkbər müəllim həmişəki kimi gənc yazarların yanındaydı. Eyni zamanda, AYB-nin üzvləri, dəyərli şairlərimiz Ayaz Arabaçı, Fərqanə Mehdiyeva,İbrahim İlyaslı, İlqar Türkoğlu, Narıngül Babayeva, Solmaz Əliqızı, Bakı Slavyan Universitetinin müəllimi Cavanşir müəllim, Yaradıcılıq fakültəsinin dekan müavini Manaf Kərimov, Media işçiləri, Gündəlik İnformasiya Agentliyinin təsisçisi Kamran Murquzov, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi Kənan Aydınoğlu, gənc yazar və tənqidçilərdən, Seyran İsmayıl, Gülnar Səma, gənc yazar və bədii qiraətçi Ülkər Piriyeva, gənc yazarlardan Şəhanə Müşfiq, Nofəl Ümid , Sərvər Kamranlı və digərləri iştirak edirdi. Bədii qiraətçi Ülkər Piriyeva həmçinin gənc şairin bir şeirini səslləndirdi. Ustadlara və gənclərə söz verildi. Hər kəs Vasif bəy və onun kitabı haqqında dəyərli fikirlərini söylədi.
    Biz də, gənc yazar Vasif bəyə Ömür bir günlük yuxudur kitabi münasibətilə səmimi qəlbdən təbrik edir.
    Arzu edirik ki, bir günlük yuxu kimi də olsa, Ömür yolunu həyat yoldaşı Bənövşə xanımla birgə möhtəşəm yaşasın.

    Şəfa Piriyeva- Gənc Yazar, BSU-nun, Yaradıcılıq fakültəsinin dinləyicisi

  • Gənc xanım yazar Fidan Abbasovanın şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet

    fidan

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibisi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, gənc xanım yazar Fidan Abbasovanın “Artıq unutmuşam, deməli, səni” Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”
    eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 37-ci sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Qeyd edək ki, bundan öncə “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 34 və 35-cisaylarında dərc olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi,
    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun “Axı sən gələndə başqadı dünya” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 37-ci sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Qeyd edək ki, bundan öncə “Kümbet” dərgisinin 29, 30, 32, 34-cü saylarında Gündəlik İnformasiya Agentliyinin təsisçisi, gənc proqramçı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri və “Türkün Türkçülük Dastanı” poeması işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda tədbir keçirilib

    11914701_1580338752222259_1827585978777822388_o

    11951500_1580338545555613_4863150487901233998_o

    11070921_1580338462222288_9136210988069096287_o

    26 avqust 2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Beynəlxalq Mətbuat Mərkəzində “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın təşkilatçılığı ilə qısa zaman kəsiyində gerçəkləşən böyük və olduqca aktual bir mövzunu əhatə edən tədbir keçirildi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Televiziya işçiləri, tanınmış vəkillər, psixoloqlar, yazarlar iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Mehriban Abdullayeva ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, dünyada, o cümlədən Azərbaycanda insan alveri ilə bağlı olan ən son məlumatları tədbir iştirakçılarına sundu, bu mövzu ilə bağlı nəinki paytaxtda, eyni zamanda bölgələrdə vaxtaşırı olaraq, bu tip tədbirlər davamlı keçirilir.İstər məktəblərdə, istər kolleclər, istərsə də universitet tələbələri bu sahədə maarfiləndirilir.Mövzuyla əlaqədar olaraq, ssenarisi Mehriban xanım Abdullayevanın özü yazdığı olduqca ibrətamiz, maarifləndirici qısametrajlı film yayınlandı.Tədbirin gedişatında göstərilən filmə və mövzuya uyğun olaraq, cəmiyyətimizdə əsaslı neqativ problemlərin əslində nələr bir daha diqqətə çatdırıldı.Tədbirin sonunda isə bu işdə əməyi keçən hər kəs Mehriban xanım Abdullayeva tərəfindən təltif edildi.Zəhməti keçən kəslərdən biri də yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, “Bayat” İctimai Birliyinin sədri, GTYB, AYB və AJB üzvü, gənc yazar Qabil Ədalət oldu.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.

    Ülkər PİRİYEVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

  • Mirzə TƏRXAN.”Haqqı sev!”

    mt

    Dəlilik eşq deyil, həddi aşmaqdır,
    Eşq sevgili üçün həp alışmaqdır.
    Həqiqi məbudu sevməkçün bil ki,
    Yol onun uğrunda çox çalışmaqdır.

    Məhəbbət olarsa Rəbbə ünvanlı,
    Bu an eşq ucalar,bərəkət artar.
    Bunda da bir hədd var, aşsan bu həddi,
    Çətin ki, arzular murada çatar.

    Sevgiyə laiqi sevsə bir insan,
    Laiq olan onu ucaldar hər an.
    Gəl ki, yanlış sevib unutsa Rəbbin,
    Şeytan edəcəkdir qəlbini viran. (daha&helliip;)

  • Elməddin RAHİBOĞLU.”Dollar əminin” (satira)

    er

    Neçə vaxtdır , qutarmır söhbəti dollar əminin.
    Ki, bir az artıb yenə giyməti dollar əminin.

    Hacı Franklin əminin ruhu əzizdir ABŞ a
    Mir Vaşinqton ağanın cəddi dənizdi ABŞ a
    Seyid Barak başqa cürə qəlbi təmizdir ABŞ a
    Bilinir hər ölkədə minnəti dollar əminin
    Köləsi olmalı hər kəs, qəti dollar əminin. (daha&helliip;)

  • Günel Fərhadqızı Emin (Şeir esse) Danışır

    gw

    İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə)

    Dəyişib indi zəmanə, hər kəs haqdan danışır,
    Alır əlinə qələm, yazır, pozur, həm də danışır…
    Kimdə nə yoxdursa, olmayan şeydən danışır
    Kasıb puldan, varlı əxlaq, vicdandan danışır…
    Pis yaxşıdan, yaxşı pisdən hər gün danışır,
    Heyvandan betər insanlar heyvandan danışır…
    Bir zaman bizdə kimsə bəyənmirdi xaricini
    İndi hamı müasirdir, yabançı dildə danışır… (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IV hissəsi

    sc

    Arifin vaxtsız ölümü Çiçəyi və dostlarını sarsıtmışdı. Heç kim onun ölümünə inana bilmirdi. Onsuz həyatı təsəvvür etməyən Çiçək yemək yemək yeməməklə özünə qəsd edirdi. Yuxularında Arifin adını sayaqlayırdı, qızını da unutmuşdu. Qızının bu halına Fatma da dözə bilmirdi. Bir ana kimi çox əzab çəkirdi, qızının taleyi ona bənzəmişdi. Atasız övlad böyütmək onun da taleyində varmış. Qızı gərək qızını düşünəydi. Fatma: – Qızım, həyat davam edir. Taleyinin yarımçıq olması onsuzda ürəyimə dağ çəkdi. Belə eləmə, səni itirsəm dözə bilmərəm. Fidanı fikirləş. İki aydı keçib, özünə gələ bilmirsən. Güzgüdə özünə bax, gör nə gündəsən. Nahidə xanımla danışmışam. Mənim yerimə aşpaz işləyərsən. Daha qocalmışam, şəkərim də var. Oturaram evdə nəvəmə baxaram. Çiçək anasına diqqətlə baxdı, heç nə demədi.
    (daha&helliip;)

  • Nizami Məmmədzadə(Yeni şeir) Dünya

    11949743_912617902156294_29983526_n (1)

    Nizami MƏMMƏDZADƏ (Nizami Zilli oğlu Məmmədzadə) 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, “Bakı” axşam qəzetində texniki redaktor işləyib. Jurnalistika fakültəsini bitirən zaman diplom rəhbəri Azərbaycanın məşhur jurnalist, pedaqoq və ictimai xadim, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev olub və sonra o, Nizami Məmmədzadəni “Bakı”axşam qəzetində işləməyə dəvət edib. (daha&helliip;)

  • Günel ƏJDƏRQIZI (Yeni şeir) Yaşa, var ol, Mehribanım

    gunelxanim-225x300

    Yaşa, var ol, Mehribanım

    (Ölkəmizin birinci ledisi,
    Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şərəfinə)

    Sən gözəllik ilahəsi,
    Xalqımın ucalan səsi,
    Şirin sözü, xoş kəlməsi,
    Yaşa, var ol, Mehribanım.

    Bitib – tükənmir ilhamın,
    Qazanmısan xalq inamın.
    Ömrünə bəzək, İlhamın
    Yaşa, var ol Mehribanım. (daha&helliip;)

  • Şakir XANHÜSEYNLİ

    Da_001-238x300

    “Yarın bağçasında üç gül açılıb-
    Ağ gül,qırmızı gül,bir də sarı gül…”
    (AŞIQ HÜSEYN)

    Ey ağ gülüm-
    ağ səhərim
    bəyaz sevincim,
    ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız,
    arzulardan yellənən yüyrüyümüz,
    ümidlərlə yırğalanan beşiyimiz…

    Ey qırmızı gülüm-
    al qanım,
    sevgim, həyəcanım,
    dəli-divanə gəncliyim,
    bir xeyir-dua səslənir qulaq yaddaşımda:
    səni qırmızı pərdə olasan!

    Ey sarı gülüm-
    payız ömrüm,
    xəzəlim, yarpağım,
    xəzan baxtım-
    baxıram,ey dadi-bidad,günəşin qürubu,
    sanki nəfəsim daraldı,nitqim qurudu:
    Ağ gül,qırmızı gül,bir də sarı gül,
    bir də sarı gül…

  • Elməddin RAHİBOĞLU.Yeni şeirlər

    er

    * * *

    (Qarabağ əlili Zaur Həsənovun xatirəsinə)

    Özünüzü yandırmayın, Yandırın Haqsızlığı,
    ya da ədaləti satın alan insanları yandırın.
    Yandırın,
    vicdanını pula satan insanları.
    Mənliyini, şərəfini, vəzifəyə satanları.
    Özünüzü yandırmayın.
    O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın.
    Uşağların gözlərindən, göz yaşları axmasın.
    Sürünməsin arxanızca, qoca ata, yaşlı ana.
    Yoldaşınız ömür boyu ağlamasın yana-yana.
    Özünüzü yandırmayın.
    Yandırın yoxsulluğu.
    O, gözlərə pərdə salan, villaları.
    sarayları, (daha&helliip;)

  • Ruslan ƏLƏKBƏRLİ.Yeni şeirlər

    re

    * * *

    Əvvəlki nömrəndi ya dəyişmisən?
    Qorxuram zəng edib yoxlamağa da.
    Əlim də gəlmirki silim adını,
    Yox ki, bir səbəbim saxlamağa da.

    Bir mesaj yazımmı, halın hecədi?
    Bəlkə oxuyarsan, cavab yazarsan.
    Bəlkə də yeni bir sevgilin olar,
    O görməsin deyə xəlvət pozarsan.
    (daha&helliip;)

  • Əli MUSA.Yeni şeirlər

    elimusa

    Dünya

    Zamanla baş-başa dərdli ürəklə
    Məni də qoymusan bu günə dünya
    Heyf ki barışdın dərdi qəmimlə
    Zəhərə dönübdü ömrüm a dünya

    Virana qalıbdı gecəm-gündüzüm
    Yaralı ürəklə mən necə dözüm
    Barışdım həyatda dərdimlə özüm
    Zəhərə dönübdü ömrüm a dünya (daha&helliip;)

  • Mədinə İLHAMQIZI.”İnsanlar”

    qiz

    Bu günün sabaha yoxdur etibarı
    Ïnsanlar itirib düzgünlüyü imanı
    Görünür şeytan çox sevdirib yalanları
    Vardır əlbət adamlar içində insan olanı

    Xeyir şəri , Şər böhtanı
    Sevir hərdən bir qız bir oğlanı
    Tanrı nəsib etsin hər kəsə qəlbində olanı
    Aldatmayın heç vaxt danışdığınız yalanlara inananları
    Yalan çox pis salar gözdən insanı
    (daha&helliip;)

  • Günel ƏJDƏRQIZI.”Həyat eşqi” (Hekayə)

    gunelxanim

    Səmada uçan qaranquşlar baharın gəlişindən xəbər verirdi. Ağaclar qış yuxusundan oyanmışdı. Ətrafda sakitlik hökm sürürdü. Üç yaşına yenicə qədəm qoymuş Ayxan oyuncaqlarıyla bağçada oynayırdı. Şəbnəm 2 aylıq körpəsini yatırdaraq həyətə çıxdı və Ayxanı evə səslədi. Uşaq yüyürərək balaca yumru əlləri ilə anasını qucaqladı. Şəbnəm övladını elə bərk-bərk qucaqladı ki, özündən asılı olmayaraq gözləri yaşardı. Öz-özünə düşündü: “Ya rəbb, bu iki körpənin taleyi necə olacaq? Onları ata-ana sevgisindən məhrum etmə. Məni onlardan ayırma.”
    Bu an həyat yoldaşı yorğun halda içəri girdi. İlham onun ikinci dəfə əməliyyat olunması üçün lazım olan pulu toplamaqdan ötrü maşınını Bakıya satmağa aparmışdı. Maşını satıb qayıtmışdı. Şəbnəm tez əl-ayağa düşdü.
    İlham oğlunu qucağına alıb ümid dolu səslə Şəbnəmə dedi: “Əzizim, hazırlaş, sabah Bakıya gedirik. Uşaqlara anam baxacaq. Atam, sənin valideynlərin sabah tezden yola düşürük. Allah özü imdadımıza çatsın”.
    Şəbnəm nə deyəcəyini bilmədi, astadan dilləndi: “Sən maşınını çox istəyirdin. Nahaq yerə satdın. Onsuz da ……”. İlham onun sözünü ağzında qoydu. “Mənə maşın deyil, sən lazımsan. Maşın sənin həyatından önəmlidirmi? Fikir eləmə, hər şey yaxşı olacaq”.
    Ertəsi gün Şəbnəm hamıdan tez oyanmışdı. Yola düşməzdən əvvəl son dəfə uşaqlarını öpüb, oxşamaq istəyirdi. O, süd iyi gələn balaca Arifin üzündən öpdü. Dodağlarını ondan ayırmadı. Elə bildi ki, cənnətdədir. Var- gücüylə ana üçün əvəzedilməz olan bu qoxunu içinə çəkdi. Sonra da Ayxanın əllərini ovcunun içinə alaraq oxşadı, yuxudan oyanmasın deyə əllərindən öpdü. Ürəyi elə şiddətlə döyünürdü ki, yaşamaq üçün kimdənsə kömək istəyirdi. Uşaqlarının nə vaxtsa ögey ana əlinə düşməsini, ana sevgisindən məhrum olmasını istəmirdi. Əllərini göyə qaldırdı: “Məni onlara bağışla, tanrım. Hər şey, hər möcüzə sənə məxsusdur. Canı verən də sənsən, alan da sən. Onları ana sevgisindən məhrum edib, boynu bükük böyütmə”.
    Xəstəxanaya çatanda baş həkim onu görüb vəziyyətini soruşdu. Onlar bir az gözləməli oldular. Şəbnəm özü də istəmədən baş həkimin İlhamla söhbətinə qulaq müsafiri oldu. Həkim ikinci dəfə onu ürək əməliyyatına salmağın əleyhinə idi.
    -İlham, mən keçən dəfə də sizə demişəm, indi də deyirəm. Həyat yoldaşınız bu əməliyyatdan çıxmayacaq. Onun vücudu zəif və arıqdır. Sağ çıxması yalnız allahın möcüzəsi ola bilər. O da ki, zənnimcə mümkün deyil. Ürəyində elə qüsur var ki, onun hələ birinci əməliyyatdan çıxması qəribə idi. Nə qədər ömrü var qoyun yaşasın. İkinci dəfə əməliyyata salmayın, yazıqdır. İlham doluxsunmuş halda son sözünü söylədi: “Şəbnəm bu əməliyyata gedəcək. İki körpə övladım var. Şəbnəmsiz biz nə edərik. Allahdan başqa heç kimə ümidim yoxdur. Yalnız allah bizə kömək edə bilər. Ümidimi üzə bilmərəm”.
    İlhamın Şəbnəmin bu sözləri eşitməsindən xəbəri yox idi. Artıq o ölümün bir addımlığında olduğunu bilirdi. Uşaq kimi ağlayıb onu ölməyə qoymamalarını istədi. Övladları üçün yaşamaq istəyirdi. Həyat eşqi coşub daşırdı. Amma yenə də özünü qürurlu apardı. Əməliyyat otağına gedəndə Şəbnəm axırıncı dəfə İlhama sarıldı və övladlarını ona əmanət etdi.
    Səkkiz saat davam edən ağır cərrahiyyə əməliyyatı İlham üçün səkkiz ilə bərabər oldu. Dilində allahın adı, gözləri qapıda əməliyyatın bitməsini gözlədi. Hər kəs matəm içində idi. Şəbnəmin əməliyyat xəbərini eşidib ora gələn qohum-əqrabaları ağlaşırdılar. Nəhayət əməliyyat başa çatdı.
    Baş həkimin yorğun və təəccüb dolu simasını görən İlham həkimin ona qara xəbəri necə verəcəyini düşündüyünü zənn edərək dizlərini yerə atıb hönkür-hönkür ağladı. “Ya rəbbim, məni öldür, onu yaşat”. Axı Ayxana nə deyəcəkdi. Anasının yoxluğunu necə öyrədəcəkdi.
    Həkim alnının tərini silərək gülümsədi: -İlham, siz deyən oldu. Allahın möcüzəsi baş verdi. Belə ürək qüsuru ilə heç kim əməliyyatdan sağ çıxmayıb. Tanrı Şəbnəmi qorudu və övladlarına bağışladı. Bu xəbər İlhamın həyatında ən gözəl xəbər idi. Ömrünün mənası, sevinci həmişəlik onunla olacaqdı. O, həkimin əllərini sıxdı və öz təşəkkürünü bildirdi. Tanrı övladlarının anasını qorumuş, ona yenidən həyat eşqi vermişdi. Uca yaradana şükürlər olsun….

  • Şəhanə CƏFƏROVA.”Bir sevgim var”

    SC

    Uzaqlarda qalmiş kimsəsiz.
    Xoşbəxt amma səssiz.
    İçimdə yaşatdiğim.
    Bir sevgim var.
    Gülür üzümdə
    Xoşbəxtəm özümdə.
    Tut əlimdən səndə.
    Ürəyimdə sənə qarşi
    Bir sevgim var.
    Hər danişdiğim söz.
    Həyatda deyir səbr et bir az döz.
    Necə səbr edim.Ürəyimdə axi bir sevgim var.
    Sonu tamamlanmamiş.
    Xoşbəxtliyim yarim qalmiş.
    Amma bütöv bir sevgim var.
    İndi gəl səndə anla məni.
    Sevirəm səni səndə sev məni.
    Bu ürəydə yalniz sənə qarşi bir sevgim var…!

    24 Ağu 2015 12:14

  • Fidan ABBASOVA.”Bir payız yağışı yağır eşikdə”

    fa

    Bir payız yağışı yağır eşikdə
    Ruhum xəyalına qoşulub gedir
    Üşüyən körpə tək soyuq beşikdə
    sevgin ürəyimdə sanki dövr edir…

    Darıxır gözlərim, titrəyir əlim
    susur səssizlikdə danışan dilim
    sanki dünyamdakı o boş mənzilim
    sənidə qapıdan qovlayıb gedir…

    İtmiş xəyalına qonaqdır yağış
    üzündəki gülüş mənədə tanış
    səndə ürəyinlə vicdanla danış
    soruşki mən onu o kimi sevir?

    Cavabı nə olsa qanedir dilək
    kaş sonsuz yollar tək sevib sevilək
    yazda qönçə olmuş payızda kövrək
    rurhum xəyalınla sanki rəqs edir…

    Dinləyib yağmurun həzin səsini
    qucub əlləriylə əziz kəsini
    sənin götürdüyün sənin bəsinmi?
    Bir düşün o anda kim necə sevir?..

    Fidan bu mənzərə kövrəltsə səni
    yanına çağırma mən adlı səni
    ovcunda sıxdığın kövrək qəlbini
    burax gör o hansı məkana gedir…

  • Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

    1425096966_ulkerxanim

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    saqif muellim

    ÇIYINLƏR

    Çiyinlər öyrəşib həmişə yükə,
    Baharı daşıyıb, qışı daşıyıb.
    Sevdası, qovğası özündən yekə
    Ağıllı, ağılsız başı daşıyıb.

    Çiyinlər öyrəşib həmişə yükə,
    Yorulmaz yollarda dəvələr kimi.
    Gedərik yol boyu tər tökə-tökə,
    Gedər çiynimizdə dünyanın qəmi.

    Gedərik dayanıb, dinşəyib bir az,–
    Torpağın qarğışı tutana kimi,
    Çiynimiz tabuta çatana kimi
    Boyumuz uzanar, ömür uzanmaz.

    Çiynimiz tabuta çatıb dayanar,
    Yox olar dünyanın nağılı birdən,
    Hardasa baxtımız yatıb dayanar,
    İtirrik ümidi, ağılı birdən.

    Yapışar yollara ayaqlarımız,–
    Torpaq ilğım kimi çəkər adamı.
    Çatlayar qəfilcə dodaqlarımız,
    Bir anlıq unudar adını hamı.

    Bir qorxu qıvrılıb yatar ürəkdə,
    Açıb ağartmarıq ancaq heç kimə.
    Sevinci hamıyla bölə bilsək də,
    Dərd var–bölünəsi deyilmiş demə.

    Yaxın olanmazmış heç vaxt özgəsi,
    Hər kəsin bir mərhəm kədəri varmış.
    Hərənin çiynində bir qəm heyvəsi,–
    Hərə öz dərdini tək aparırmış.

    QABAĞIMI KƏSƏN VAR

    Daha səni qaçırası deyiləm,
    Daha yoxdu yollarının qorxusu.
    Anan bilsə çəkməyəcək daha qəm,
    Qaçmayacaq innən belə yuxusu.
    Yuxularım çin olmadı, neyləyim?!
    Nədən oldu?
    Ya taledən, ya baxtdan,
    Sinəm dolu, üzüm gəlmir söyləyim,
    Köks ötürüb boylanıram uzaqdan.

    Arzularım, diləklərim, şüşəydi,
    Sındı qəfil, qəlpə-qəlpə töküldü.
    Səni tale, məni də ki vaxt əydi,
    Sınan qəlbi bacarırsan tik indi!

    Görən sənmi, görən mənmi günahkar,
    Ya ağlımla dil tapmayan ürəyim?!
    Göstər mənə günahsız bir Adam var,
    Tanrı deyim, ulu deyim, pir deyim.

    Daha səni qaçırası deyiləm,
    Daha məndən hər gün uman-küsən var.
    Daha səni ötürəsi deyiləm,
    Bilirsənmi, qabağımı kəsən var.

  • Qafqaz ƏVƏZOĞLU.Şeirlər

    Qafqaz Əvəzoğlu

    AĞLADI

    Gözlədim, gəlmədin, görüş yerimiz,
    Halıma mükəddər oldu, ağladı!
    Sənin görüşünə tələsən güllər,
    Əlimdə saralıb-soldu, ağladı!

    Bükdü qamətimi, əydi bu halət,
    Gəldiyin yollar da çəkdi xəcalət.
    Məhəbbət yanğılı bir dəli həsrət,
    Qolların boynuma saldı, ağladı!

    Nə bilim bu imiş yaxınlığımız,
    Bir eşqin oduna yaxındığımız.
    Bir vaxt qucağına sığındığımız,
    Söyüdlər saçını yoldu, ağladı!

    A Qafqaz, bu necə taledi, baxtdı?
    Ahım göyləri də yandırıb-yaxdı.
    Şimşəklər oynadı, ildırım çaxdı,
    Buludlar hönkürüb doldu, ağladı!

    2008.

    AZ

    Deyirsən, uzaq ol, amma bir zaman,
    Bitib yollarımda qalmırdınmı, az?!
    Dolanıb başıma pərvanə kimi,
    Qadamı-bəlamı almırdınmı, az?!

    Süzdürə-süzdürə o qaş-gözünü,
    Qurban eyləyərdin mənə özünü.
    Söykəyib üzümə hərdən üzünü,
    Şirin xəyallara dalmırdınmı, az?!

    Ayrıla bilmidin, zəliydin, zəli,
    Olmuşdun sərsəri, olmuşdun dəli.
    Mənə salam verən hər bir gözəli,
    Şahmar ilan kimi çalmırdınmı, az?!

    Niyə qurdaladın sən yaddaşımı,
    Qafqaz Əvəzoğlu yenə naşımı?!
    Bişirə-bişirə bu gic başımı,
    Gülüstan qoynuna salmırdınmı, az?!

    2008.

  • Firdovsi CƏFƏRXAN.Yeni şeirlər

    BİR ÖMÜR YETMƏZ

    Neçə qışı, neçə yazı keçmişəm,
    Əldə dəryaz neçə zəmi biçmişəm,
    Buz bulaqdan doyunca su içmişəm,
    Ölsəm belə bu sevda yenə bitməz,
    Səni sevməyimə bir ömür yetməz.

    Bu çöllərdə xəzan oldum, yel oldum,
    Dərələrdə coşub-daşan sel oldum,
    Yurd yerindən perik düşmüş el oldum,
    Düşündüm ki, ürək dözər, ya dözməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    Qismətimi aramaqda dirəndim,
    Sonu bitməz həsrətimə bələndim,
    Bulud olub, hər an dolub, ələndim,
    İllər məni dəli edər, ya etməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    O vaxt ki, həyatda tənhaydım, təkdim,
    Qəlbində bir kədər toxumu əkdim.
    Dərdin piyaləsin başıma çəkdim.
    Bu sevda başımdan gedər, ya getməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    Firdovsi, şeh düşüb çəmənə, çölə,
    Ahular qayıdır əvvəlki gölə.
    Tənha bir qu üzür, qorxuram ölə.
    Duman bu dağlardan ötər, ya ötməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    XANIMLAR XANIMI

    Boylanan üfüqdən, sökülən dandan,
    Bir şir ürəklidən, bir təmiz qandan,
    Eylədi seçimin Ulu Yaradan,
    Xanımlar xanımı Zərifə xanım.

    Gəlmədin heç zaman bir sözə, dilə,
    Bənzərdin bənzərsiz zərif bir gülə,
    Yetişdin sevdalı şeyda bülbülə,
    Xanımlar xanımı Zərifə xanım.

    Əsərdi küləklər aramsız, sərin,
    İdrakın, kamalın dərindən, dərin,
    Insanlığa layiq uğur, zəfərin,
    Xanımlar xanımı Zərifə xanım.

    Əvəzsiz yar idin, əvəzsiz ana,
    Aləm bir yanaydı, ailən bir yana,
    Heydər həyatıyla bağlıydı sana,
    Xanımlar xanımı Zərifə xanım.

    Sən bir arxa idin dədə Heydərə,
    Qoymazdın, şmrünü versin hədərə,
    Qaneydin verilən qismət-qədərə,
    Xanımlar xanımı Zərifə xanım.

    Döyünən ürəyin, yaşayan canın,
    Damarda çamlayan, kükrəyən qanın,
    Taleyin jlmuşdu Azərbaycanın,
    Xanımlar xanımı Zərifə xanım.

    Şmründən, günündən hey itirərdin,
    Əzilmiş qəlblərdə gül bitirərdin,
    Tutulmuş gözlərə nur gətirərdin,
    Xanımlar xanımı Zərifə xanım.

    Analar anası, borcluyuq sana,
    Övlad böyütdünüz layiq vətənə,
    Vətənin əbədi Prezidentinə,
    Xanımlar xanımı Zərifə xanım.

    Xalqın alqışıyla kükrədiz, coşduz,
    Nurlu sabahlara nəğmələr qoşduz,
    Haqqın dərgahında haqqa qovuşduz,
    Xanımlar xanımı Zərifə xanım.

  • Abdulla MƏMMƏD.”Qara saçlarında qar olacağam!”

    yt

    Bir zaman gələcək peşimançıliq,
    Sənin ürəyini qübar edəcək.
    Onda məni gəzib-arayacaqsan,
    Yollar ayagını qabar edəcək.

    Mən isə gileyli gilavar olub,
    Siğal çəkəcəyəm telinə sənin.
    Bu günlər vədəsiz ötən qatar tək,
    Çətin ki qayida əlinə sənin.

    Qoşulub qəlbinin harayina mən,
    Gözündə bulud tək qaralacağam…
    Ömrünün şaxtalı qış dönəmində,
    Qara saçlarında qar olacağam!

  • Məmməd HACIZADƏ.”Həqiqət” (Hekayə)

    memmedhacizade

    20 Yanvar metrosunun çıxışındakı şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruq-larını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyə-canlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxın-lıqdakı dayanacaqda özümü toxtayıb marşuruta min-dim.Avtobus o qədər də basabas deyildi.Bir neçə daya-nacaqdan sonra mənimlə yanaşı dayanmış 40-45 yaş-larında bir kişi biləyimdən yapışaraq bağırdı:
    – Boyundan,buxunundan utan,cibə girirsən?.
    Bir andaca gözlərimə qaranlıq çökdü.Yerlərdən nalayiq sözlər eşidirdim.Bütün baxışlar mənə yönəlmişdi.Göz-lərim yaşla dolub dayanmışdı.Səslərin içindən qeyri-adi bir səs eşidirdim.“Dinmə!,Sus!” deyirdi kimsə.
    Dayanacaqda avtobusun qapıları açıldı.Başımı aşağı salıb avtobusdan düşdüm.Donub qalmışdım.Növbəti avtobusla evə gəldim.İştaham kəsildiyindən yemək yeyə bilmə-dim.Gecəni də yatmadım.Başqa bir adam olmuş-dum.Özümə gələ bilmirdim.Ağlamaq istəsəm də ağlaya bilmirdim.İş zamanı başımı masaya dayayıb mürgülməklə iş saatımı bitirdim.Başıma gələni kimləsə bolüşüb yüngülləşmək fikrindən vaz keçirdim.İşdən çıxarkən dayanacağa yaxınlaşmağa ürək etmirdim.Elə bilirdim məni görən “dünənki cibgirdi” deyir.
    İş sonu olduğundan avtobuslar adamla dolur,qapılar çətinliklə bağlanır və yola düşürdü.Nəhayət adam selinə qarışıb mən də avtobusların birinə minə bildim.Avtobus yola düşdükdən sonra salona sakitlik çökdü.Fikirdən halsız olmuşdum.Başımda da küt ağrılar vardı.Yazın gəlməsinə baxmayaraq havaların soyuq keçməsi,sübh tezdən evdən çıxanları gödəkcə geyməyə məcbur edirdi.Havasızlıqdan istiləndiyim üçün gödəkcəmin yaxasını açdım.Avtobus o qədər basdırıq idi ki,adam tərpənə bilmədiyindən hətta yanında dayanan adamın kim olduğunu da bilmirdi.Hami susub durmuşdu.Qəfildən başımın sol nahiyəsində bir zərbə hiss etdim.Əvvəlcə kiminsə əlinin tutacaqdan sürüşüb başıma dəydiyini zənn etdim.dönüb baxırdım ki,30-35 yaşlarında qarayanız oğlan gözləri qızarmış halda,təkrar-təkrar“Şofer saxla avtobusu”deyə bağırdı və yenidən başımın eyni hissəsinə eyni zərbə ilə şillə vuraraq acıqlı tərzdə,aram-aram “Düş! Düş!” dedi.Eyni anda yenə sanki bir qeybdən gələn o qeyri-adi səsi eşitdim.”Dinmə,düş”deyirdi.Avtobus saxladı və qapılar açıldı.Adamları yara-yara avtobusdan düşdüm.Elə bildim mənimlə dava etmək üçün o adam da arxamca düşür.Mən düşdüm,qapılar örtüldü və avtobus getdi.Var gücümlə qışqırmaq istəsəm də bacarma-dım.Hönkür-hönkür ağlayaraq irəliləyirdim.Gözlərimdən çıxan yaşların necə rahatlıq gətirəcəyini ağlıma belə gətirməzdim.Dincəlməliydim.Sabah direktorun qəbulun-da olmalıydım deyə özümdə güc saxlamalıydım.Nəqədər ki bu qalmaqallardan salamat çıxmışam,üz-gözümdə şillə,yumruq izləri yoxdur,deməli avara,yalançı damğasından uzaq düşmüşəm.Axı mən böyük fəlakətin qarşısını ala biləcək bir həqiqəti danışmalıyam..

    Bakı. 15.08.2015.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    ***

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi… Sən sənsən. Mən mən deyiləm…
    Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza, atım,
    ayda bir kərə açılan poçt qutusuna?!
    …Ah nə ola, onun da ahı tuta,
    Mənə ürək açalar, qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…

    Sosial peyzaj

    Saxta təbəssümlər
    Eşidə bilmədiyin pıçıltılar kimidi;
    Adama hicran verir.
    …Ruhun fikri göydə, özü darda.
    Açığı, alındakı qırışların sayı qədərdi
    Sürüşkən xəyallar da…
    …Bir də görürsən, duaların
    dodaqlarının arasında güvə tutub.
    Məyusluq canını sarır,
    Əllərini Allahdan aralayırsan.
    Kölgənsə, varlı adamların keçmədiyi
    beton səkilərdə xatirə şəkli çəkdirir…
    Bir tikə çörək üstündə
    Bir-birlərinə dimdik atan
    alabəzək sərçə balaları ilə.
    Qəfildən dağınıq diqqətini
    göz qamaşdıran villalara mismarlayır
    ruhu ac, qarnı tox dilənçi uşaqlar.
    …Zaman çat salır.
    Bir əcnəbi də
    Kamerasının yaddaşına həkk edir
    İşıqlı küçələrdəki qara kölgələri…

  • Elnur RƏSULOĞLU.”Telefon söhbəti”

    et

    Roman oxuyurdum Əbülhəsəndən.
    “Sədaqət”. Beləydi romanın adı.
    Açıq-mavi rəngli telefon birdən,
    Fasilə vermədən hey dınqıldadı.
    Dəstəyi qaldırıb dönük həvəslə
    “Nə olub görəsən?” özümdən sordum.
    Sonra fikirləşib sönük həvəslə
    Deyindim:
    “Boş yerə özümü yordum”.
    Səsini eşitdim iki nəfərin.
    Qət etdim, bildim ki, yola girmişəm.
    Birisi çəkərək köksünü dərin
    Sözə başlamışdı:
    – Mən bilmirmişəm.
    Hə, Salman, nə oldu? Söylə ki, nədən
    Dəstəyi qoydun sən telefon üstə?
    – Vaqif, yol qarışdı. İncimə məndən.
    Sağalmamısan heç! Xəstəsən, xəstə!
    – Təzədən sənə zəng etməli oldum.
    Çünki söhbətimiz qaldı yarımçıq.
    Təzədən səni dəng etməli oldum.
    Bir gün görərsən ki, ölürsən artıq.
    – Təzədən başlama. Qurtar söhbəti.
    Mən onu sevmirəm. Mənim qəlbimi
    Heç kəs ala bilməz. Saxla hörməti.
    – Necə başlamayım? O cür gül kimi
    Qızı qaçırtdın sən əldən, ay məzlum!
    Hələ də qorxursan xəyanət edər?
    – Bəli, mən qorxuram. Güclüdür qorxum.
    Qorxuram sevərəm, o atıb gedər.
    – Daha sözüm yoxdur. Salman, mən axmaq
    Xəbərin olmadan, sənə demədən
    Sevgi məktubları yazdım. Sən axmaq
    Aləmi qatmısan mənə demədən.
    – Vaqif, sən qatmısan aləmi, mən yox!
    – Dostluq xatirinə tutdum bu işi.
    – Sən mənə köməklik çox etmisən, çox!
    – Dosta kömək etmək könlüm vərdişi.
    – Onu istəmirəm. Onu sevmirəm.
    – Sevmirsən, nə olar? Söhbət zamanı
    Ölərdin deyəndə “səni sevirəm”?
    – Dilə gətirəydim bu ağ yalanı?
    Bəziləri kimi bacarmaram mən.
    Sevməyə-sevməyə yalandan deyəm
    “Sevirəm”. Gərəkmi sevdirib həmən,
    Beynini, qəlbini yalanla yeyəm?
    Bunu etməyimə kim haqq veribdir?
    – Bəsdir danışdığın filosof kimi.
    Salman, olan olub, keçən keçibdir.
    – Düzünü deyirəm, kəsmə sözümü.
    Bir özün fikirləş.
    – …
    – Niyə susursan?
    Düz söz acı olub hər vaxt bilirəm.
    – Sən allah, bağışla! Yaxşı da, Salman,
    Gəl, bizə. Hələlik!
    – Oldu. Gəlirəm.
    Bu söhbət sarsıtdı bütün qəlbimi.
    Bir qədər səssizcə xəyala daldım.
    Sonra bu söhbəti olduğu kimi
    Qələmə almağı qərara aldım.

  • Elnur ABDİYEV.”Bir doğma Anatək”

    e

    Bir doğma Anatək qucaq aç mənə,
    Ya ölüm qoynunda,ya bas bağrına.
    Şuşa dərdlərini şüşətək qırıb,
    Vətən, qurban olum,sənin ağrına!

    Dönüb bir şimşəyə eşqimdən çaxam,
    Yurda sevgi-sevgi yağışlar yağam.
    Mən,bu Vətən daşı nə qədər sağam,
    Qıymaram,uf, deyə,Vətən ağrına.

    Aldı igidləri torpaqlar uddu,
    Vətən sevgisinə ellər yas tutdu.
    Ana haqqın namərd, oğul unutdu,
    Vətən öləmmədi,torpaq uğruna!

  • Nail DAĞLAROĞLU.”Səni unutmaram ölənə qədər”

    sekil

    Səni unutmaram ölənə qədər,
    Sən mənə hər şeydən əzizsən, gülüm.
    Bu ömrü mən sənsiz vermərəm hədər,
    Sənsiz yaşamağım zülümdü, zülüm.

    Aylarım, illərim keçməsin sənsiz,
    Sənsiz ey sevgilim, bir günüm ildi.
    De, xoşdurmu sənə yaşamaq mənsiz?,
    Sənsizlik sinəmə vurulan mildi.

    Sənsiz olsam susar, könül arzusu,
    Duyğulu ürəklər arzuyla yaşar.
    Sənsizlik könlümün böyük qorxusu,
    Səninlə qəlbimdə məhəbbət coşar.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    DUALARIM
    Allahım!

    Bu gözəl, müqəddəs gündə,
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan- şöhrətinə.
    Şəhid qanı qarışmasın torpağa,
    Nisgil yetişməsin heç bir ocağa.
    Ürəklərdə qoy sızıltı gəzməsin,
    Taleləri kədər, sazaq əzməsin!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə.
    Yolun açıq eylə, yurd-yuvasızın.
    Çarə qıl halına el-obasızın!
    Zalıma yol vermə, qır tələsini,
    Yeməsin məzlumun son tikəsini!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə.
    Qoru qoca ata-anaları sən,
    Onlara sağlamlıq ver bu həyatda,
    Bəs onlar olmasa, Uca Allahım,
    Kim alar bizləri qanadı altda?!
    Cəmi xəstələrə eylə mərhəmət,
    Qoyma xəstəlikdən əsər-əlamət!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə,
    Cəmi dustaqların aç qapısını,
    Onların da günü bir imtahandır,
    Xeyrə qovuşsunlar, daha, amandır!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə,
    Əskik etmə bizdən suyu-çörəyi,
    Qayıtsın torpaqlar, ellər-obalar,
    Bağımızda bitir gülü-çiçəyi,
    Yetir ey Allahım, xoş gələcəyi!

    * * *

    …Gözlərini görəndən,
    Qəm kədəri atmışam,
    Sənə qovuşmaq üçün,
    Nələrə qatlaşmışam!!
    Haqsızlığa inciyib,
    Küsmüşəm, ağlamışam.
    Gəl keçək bu sədləri,
    Sən də mənimtək alış!
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!!

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    BƏNÖVŞƏ

    Tərdi dərdiyim bənövşə,
    Heyf…solacaq əlimdə.
    Xırda-xırda ləçəyini
    Fələk yolacaq əlimdə.

    Tərtəmizdi dünyam kimi,
    Ömrü qısa röya kimi.
    Çəkiləcək xülya kimi,
    «Günah» qalacaq əlimdə.

    Yandırdı əlimi közü,
    İtirdim gəldiyim izi.
    Çöllərin ismətli qızı
    İndi öləcək əlimdə.

    HARDASAN

    Yenə işıqlar söndü,
    Sükut…Hardasan?
    Ayrılığı yaxamdan
    Sök at…Hardasan?

    Qırmızı qar yağır,
    Ölüm!…Hardasan?
    Səni son nəfəsdə
    Görüm…hardasan?

    Həyat aldanışdı,
    Qayıt!hardasan?
    Bacarırsan məni
    Ovut…hardasan?

    İlk görüş gözəldi,
    Gəldim… hardasan?
    Sənin üçün öldüm…
    Öldüm…hardasan?

  • Zeynəb DƏRBƏNDLİ.”Dünyasındayıq”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Nankorlug; namerdlik bash alib gedir;
    Aralar qatanlar dunyasindayig.
    Hami bir birini ; icinden didir;
    Kimliyin satanlar dunyasindayig.

    Ogul ata saymir; qiz ana saymir;
    Qalmayib ne heya; ne namus; abir.
    Qardashlar qardashi yixir; alcaldir;
    Gunaha batanlar dunyasindayig.

    Qardash; bacisini qoyur qumara;
    Analar; atalar qalir avara.
    Insani korlayir ad; san; pul; para;
    Bizi aldatanlar dunyasindayig.

    Ay Zeyneb; sen bele alishib yanma;
    Senden uzagdakin; sen yaxin sanma.
    Yalan tebessume; daha inanma;
    Adami atanlar dunyasindayig.

  • Xəyalə SEVİL.”Səndən sonra”

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səndən sonra yaman kövrək olmuşam,
    Ürəyim ,elə bil, əlsiz əlcəkdir.
    Gözlərimə qara bulud çökübdü,
    İndicə gözümdə hönkürəcəkdir.

    Səndən sonra yaman kövrək olmuşam,
    Daha ümidlərin ölən vaxtıdı.
    Başına-dizinə döyən arzumun,
    Yüyürüb üstümə gələn vaxtıdı.

    Səndən sonra yaman kövrək olmuşam,
    Ağlım ürəyimi başıma qaxıb.
    Gülümsəyən şəklin qalıb mənimlə,
    Ağlayıram gülən şəklinə baxıb.

    Səndən sonra yaman kövrək olmuşam,
    Şirin xəyallarım nə acı olub.
    Səsini-küyünü atıb başına ,
    İndi baxışlarım qaraçı olub.

  • Elnurə AĞAZADƏ.”Nə qədər gözlədəcəm”

    11430129_779405145491942_3170769514900840038_n

    Gizli gizli sevəcəm
    Sevib qəmin çəkəcəm
    Özün söylə mən bu eşqi
    Nə qədər gizlədəcəm

    Kitab dolu xatirəni
    Sirlə dolu hər cümləni
    Bu sirli eşqimizi
    Nə qədər gizlədəcəm

    Könül yazar hər nəğməni
    İntizarı yaxar məni
    Sənin olan sənsizliyi
    Nə qədər gizlədəcəm

    Uzun sürən kədəri
    Məni vuran həsrəti
    Elnurəyəm saf sevgimi
    Nə qədər gizlədəcəm

  • Aygün RƏHİMLİ.”Meylər əlində qaldıq…”

    ary

    Aqil Kengerli-nin “Səylər əlində qaldıq” şeirinə

    Məni də sənin kimi carəsiz dərdlər didir,
    İmkanlılar xaricə, imkansız kəndə gedir.
    Ağıllının pulu yox məcbur hamballıq edir.
    Pul ilə alim olan keylər əlində qaldıq.

    Abbasıya “hambal tək söyləyirik bayatı.
    “Rubla” şıllaq atdıq,bəyənmədik manatı
    Dollar geridə qoydu Bozat, Dürat,Qıratı.
    Hər gün qimətə minən “göylər” əlində qaldıq.

    Tanıdığım “mələklər” şeytan oldu get-gedə.
    Ədalətdən dəm vurduq ədalətsiz seçkidə
    Dua yerine dərdə çarə gəzdik içkidə
    Min günah çirkabında, meyler əlində qaldıq…

    İndi də o zaman da tək ümid dua idi..
    Kim “fərəsətli” şıxdı basdı el malın yedi.
    Biri muncuq topladı biri “Vahid” bank dedi.
    Varlanmaqcün hər çürə küylər əlində qaldıq.

    Damcıyla göl də, dolmur yalvarsan da, min il “dol”.
    Ya gərək dayın ola ya da ki pulların bol.
    “Xaric” ,”falset” ses imiş məhşurluğa gedən yol.
    Hər havaya tutulan züylər əlində qaldıq.

    Abırlı geyinənə “çuşka”,”kəndçi”deyirlər.
    Muğamat,saz gəlındə ağız burun əyirlər.
    Diskoteka üstündə bir-birini döyürlər .
    Hər gün “Avropa”-laşan toylar əlində qaldıq

    Rəhimli hər dərdimiz söz olub sazdan keçib.
    Bu bəxt bir də gül olmaz, payızdı yazdan keçib.
    Aqil pazdan danışma bizimki pazdan keçib.
    Pazımız da kiçilib çüylər əlində qaldıq..

    01/08/2015

  • Şafa KAMİLLİ.”Göz dağı…”

    images (2)

    Göz dağı…
    Bu qədər ,dərd ilə ,
    Bu qədər kədər ,
    Bəs deyilmi ey insafsiz ,
    Dah cox ağri ,agi ,dah cox əzab ,
    Nəyinə gərək ,
    Qisasmi ,
    Alirsan
    Yarali qəbdən ,
    Buna ehdiyac yoxdu ,
    Nələr cəkirəm ,
    Bir Allah bilir ,
    Öznü gəl hec yorma sən ,
    Bilirəm ,kimləsən ,
    Sən nə edirsən ,
    Nələr düşnürsən ,
    O kinli qəlbindən ,
    Nələr kecir ,
    Bəsdi ,öznü yorma ,
    Məni inçidmək məqsədin varsa,
    Rahat ol,
    İnçidin ,
    Gəlib ,gəlməmisən ,
    Nələr etmisən ,
    Ay zalmi ,bu qədər yetər ..
    Ağrilar ,açilar ,
    Tənhaliq ,sənsizlik ,
    Bəs deyilmi ..
    Daha başqa göz gağları verirsən ,
    Ağri ,ver ,aci ver ,
    Zülm ,əzab ver ,
    Mən səndən ,
    Onlardan başqa nə gördm ,
    Ölümlər ,zülmlər
    Birdə göz yaşi ..
    Ağrilar acilar ,
    Bird göz dağı …
    Bir də göz gağı…
    14.08.2015..

  • Vasif ZÖHRABOĞLU.”Mənə bel bağlama…”

    1601578_710347309084020_7077466699777794928_n

    Mənə bel bağlama, kəs əhdini, kəs,
    Qoyma gözlərində sevgini sıxam.
    Bir günlük məhəbbət həvəsdir, həvəs,
    Bir də görərsən ki, yanında yoxam.

    Ömründə dəvətsiz qonaq bil məni,
    Əəbədi yanında qala bilmərəm.
    Bu evdən, ocağdan uzaq bil məni,
    Qəlbinin sakini ola bilmərəm.

    Gedərəm həsrətlə sıxıb köksünü,
    Axar göz yaşların kiriyə bilməz.
    Gülüm, ayağından şikəst sevginin,
    Əəlindən tutsan da, yeriyə bilməz.

    Ömrünə yeni bir sevgi soraqla,
    Demə ki, bağlanıb bütün qapılar.
    Saxla, ürəyində məhəbbət saxla,
    Sənin də, üzünə gülən tapılar.

    Yandır bu tilsimi, qır bu tilsimi,
    Düşünmə əlində çıraq olacam.
    Bəlkə də, yanından ayrılan kimi,
    Kiminsə ömründə qonaq olacam.

    Mənə bel bağlama, kəs əhdini, kəs,
    Qoyma gözlərində sevgini sıxam.
    Bir günlük məhəbbət həvəsdir, həvəs,
    Bir də görərsən ki, yanında yoxam.

  • Əziz MUĞANİ.”Du birlər”

    1509680_782335231858445_8174014256845948200_n

    Arzum daşa dəyir, bu qəm- kədərdi
    Tərs düşür işlərim, bu dərdi sərdi
    Elə bil taleyim əlimdə zərdi
    Nədənsə çox düşür dubirlər mənə

    Ümidlə atıram qoşa deyərək
    Bəlkə də udaram! Risk eyləyərək
    Bəxtimi qumara qoymazdım gərək
    Nədənsə çox düşür dubirlər mənə

    İnsanın həyatı nərd tək oyuncaq
    Qismətmizlə biz oynadıq doyuncaq
    Fələyin atdığı qoşadır ancaq
    Nədənsə çox düşür dubirlər mənə

  • Debüt: Elməddi RAHİBOĞLU (Astara).Yeni şeir

    er

    Tənhalığımla mən

    İkimiz yaşaya bilərik sandım.
    Sən məndən natəmiz, mən səndən əfəl
    Hər səhər yuxudan sənsiz oyandım.
    Nə olar, könlümü yığışdırma gəl.

    Dağınıq istərəm, evi, həyatı.
    Səpilsin yerlərə kitab, sevgilər.
    Dərdimin dərmanı olan saatı
    Bu ömür payımdan mərhəmət dilər.

    Siqaret tüstüsü basıb otağı.
    Küllər səpələnib, stola , yerə.
    Yola sal qəlbimin günlük qonağın
    Yer yoxdur ömrümə enməmişlərə.

    Təkcə, yatağımdan yad əşyaları
    Yığıştır, görənlər xoşbəxt sanmasın.
    Onlar həyatımın ahəng çaları
    Badına gözəllik barı yanmasın.

    Gəl! Mənim başımın tacı tənhalıq!
    Sarılaq mehriban, uzanaq, yataq.
    Mükəmməl doğmayıq, biz əhli halıq
    Daxmada mehriban ortam yaradaq.

    Yol boyu danışaq problemləri
    Görənlər də məni dəli sansınlar
    Gəl düş qabağıma gəzək hər yeri.
    Fəsillər dəyişsin, gəlsin növbahar.

    Mərhəmət etsinlər ətrafım mənə
    Yığıb yığışdırsın səpdiklərini.
    Qapıdan çıxınca səpərik yenə.
    Dönəndə itirsin bildiklərini.

  • Tural ADIŞİRİN.Yeni şeirlər

    11054430_904648862929672_669598313026618584_n (1)

    Bahar

    Sevdiyim gözəlin hörükləri tək

    Söyüdün saçları ətir qoxuyur
    Qaranquş səsində,durna səsində
    Bülbül ləhçəsində bahar oxuyur

    Qərənfil al çəkib yanaqlarına
    Ətrindən məst olma oğulsan indi
    Yaşı bax xınalı ayaqlarına
    Kəkliklər elə bil təzə gəlindi

    Bahar hər çiçəyə təzə don tikib
    Nərgiz sarı geyib,lalə qırmızı
    Yenə köl dibində boynunu büküb
    Bənövşə-baharın küsəyən qızı

    Ötür min həsrətlə yollarda gözü
    Bülbül qızılgüldən görüş alıbdır
    Yaşıl yamacların qızarıb üzü
    Bahar icazəsiz öpüş alıbdır

    Bağçalar məst olub gül qoxusundan
    Barlı budaqların artıb neməti
    Ayılar ayılıb qış yuxusundan
    Bitib arıların “məzuniyyəti”

    İsti yuvalarda hey civildəşən
    Ətçəbalalar da lələkləyibdir
    Al-əlvan çiçəklər körpədir deyən
    Yaşıl çəmən boyu iməkləyibdir

    Gözəllik bağrına basıb dünyanı
    Təbiət özünə baxıb öyünür.
    Bumbuz bulaqların qaynayır qanı
    Torpağın nəbzində bahar döyünür.

    QADINLAR

    Soyuq ürəkdə də sevgi oyadar,
    Gücünü eşqində bilər,qadınlar.
    Evini sevincə,işığa tutar,
    Doğma ocağında gülər,qadınlar.

    Kövrək ülfətini,məhəbbətini,
    Verər balasına,verər ərinə.
    Qadın əllərinin hərarətini,
    Kişilər geyinər əyinlərinə.

    Gah işdə,gah evdə,mətbəxdə-ANA
    Çox zaman bilməz ki,əylənmək nədir
    Girsən hansı evə,baxsan hayana
    Analar,bacılar iş üstündədi

    Çatar göylərə məhəbbəti də
    Məhəbbətsiz həyat bir həyat deyil.
    Qadınla bölməsən səadətini,
    Hələ o səadət,səadət deyil.

    Dan düşər,gecənin başı ağarar,
    Qaranlıq çəkilər aydın səhərlə.
    Hər kişi qəlbində işıqlı nə var,
    Bağlıdır qadınlı xatirələrlə.

    Qadın gözlərinin çəkdiyi yolla,
    Kişilər evlərə yığılar axşam.
    Hər kişi qəlbinin qüssə-qəmini,
    Bir qadın sevinci dağıdar axşam .

    Kişilər,haqlıyıq görün harda biz,
    Qadını sevməmək mümkün deyildir.
    Günah axtarmayaq qadınlarda biz,
    Günahkar onların gözəlliyidir.

    Gözəllik hər qəlbdə sevgi oyadar
    Gücünü eşqində bilər,qadınlar
    Oğulla-uşaqla arzuya çatar
    Doğma ocağında gülər,qadınlar

  • Nemət HACIƏLİYEV.Yeni şeirlər

    11944703_995676973815966_1787362592_n

    * * *

    Gələr nalə,ah səsi,
    Çıxsa aşiqin səsi,
    Səni sevən bir kəsi,
    Ağlatmağa nə var ki?!

    Qəlbi sənə verəni,
    Təkcə səni görəni,
    Sevgiyə and içəni,
    Aldatmağa nə var ki?!

    Aşiq dərddə,azarda,
    Hər an giley,güzarda,
    Canan gələn bazarda,
    Gül satmağa nə var ki?!

    Allah verən vergini,
    Qəlbindəki sərgini,
    Qarşılıqlı sevgini,
    Yaşatmağa nə var ki?!

    Röyada şeir oxudan,
    Çiçəkləri qoxudan,
    Yarı şirin yuxudan,
    Oyatmağa nə var ki?!

    Allah versə fərmanı,
    Aşiq sevsə cananı,
    Gözəl cümlə cahanı,
    Boyatmağa nə var ki?!

    Hər sözü,hər söhbəti,
    Sevgisi,məhəbbəti,
    Sakit ruhlu Neməti,
    Tək atmağa nə var ki?!

    * * *

    Mən susaram ,gözləyərəm sakitləşəsən
    Mən donaram,bircə sən istiləşəsən
    Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
    Küsəndə nazınnan kim oynayardı?!
    Çıxsaydı gün axşam,ay səhər
    Bəlkə belə olmazdı…
    Axı,gecələr xəyalıma gəlirsən daha çox
    Yuxusuzluq ərşə çəkilir.
    Axı,dəniz səviyyəsində yüksəklərdə
    Ən hündür dağ
    Yer səviyyəsindən olan dağdan alçaqdı
    Amma ,bilmirlər…
    Axı,gözümüzdən pərdə asanlar
    Teatr göstərəcəklər bizə..
    Kim nə sərf edir onu danışır
    Mənə isə təkcə sən sərf edirsən
    Təkcə sən…
    Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
    Təkcə sənlə susuzluqdan çat verən torpağdan
    Çıxan zərif gülü görürdüm…
    Hisslər sığmaz hecalı bəndlərə
    Çərçivələrə
    Hisslər uçurumdan bir barmağla sallanan
    Xoşbəxt bir kəsin hekayəsidir…

    * * *

    Sənin üçün darıxdım,
    Bir çay olub mən axdım,
    Ürəyimdə karıxdım,
    Xəyallar içə endi.

    Sənsiz ürək dağladım,
    Tənəffüsdə ağladım,
    Kitabları bağladım,
    Qiymətlər üçə endi.

    Məktəbin son ilində,
    Üzük gördüm əlində,
    Yox oldum ürəyində,
    Arzular heçə endi…

    * * *

    Eşq içrə nələr çəkdi ürək bir onu bildim
    Şeytan da dönüb oldu mələk bir onu bildim

    Göydən yerə daş düşsədə mən inanmaz idim
    İllərdi mənə gəldi kələk bir onu bildim

    Mən sevgini bir dağ sanaraq qürrələnirdim
    Dağ çəkdi könül, əsdi külək bir onu bildim

    Həsrətlə yağış damlasını gözləyən zaman
    Min nalə ilə soldu çiçək bir onu bildim

    Gücnən döyünən qəlbimi yar yarıya böldü
    Sanki heçnədən əzdi böcək bir onu bildim

    Nemət yenədə gözəllərə aldanan oldu
    Vaxt keçdi zaman oldu ələk bir onu bildim

  • İlkin ABBAS.”Hara gedirəmsə, sən yanımdasan”

    tt

    Mən səni fikrimdən ata bilmirəm,
    Gecə də, gündüz də xəyalımdasan.
    Yediyim çörəkdə, içdiyim suda,
    Hara gedirəmsə, sən yanımdasan.

    Bu eşqin doyunca almadıq dadın,
    Duyduq ayrılığın o qəddar səsin.
    Dünyada iztirab, həsrət olan şey,
    Nə tez üstümüzə saldı kölgəsin?!

    Nömrəni yığıram min ümidlə mən,
    Açmırsan, salırsan canıma əzab.
    Mənə bu qədərmi nifrət edirsən?
    Telefonuma da vermirsən cavab.

    Ayrılıq elə bir ağır sözdü ki,
    Nöqtəsi, vergülü, nidası da yox.
    Həyatda məqsədim, amalım itib,
    Sənsiz yaşamağın mənası da yox.

    Mənə bu qısa vaxt il kimi gəldi,
    Başımı qoymuram balınca hələ.
    Ağlayıb gözümdən su da atmışam,
    Gedən sevgimizin dalınca hələ.

    İçimdə ağrılı hisslər dolaşır,
    Bəlkə bu qəlbimin üsyan səsidir?
    Burnumda qalıbdır telinin ətri,
    Bu – eşqin ən gözəl xatirəsidir.

    Gedişin qəlbimə min yara vurdu,
    Yaratdın ürəkdə həsrət dağını.
    Amma qoruyacam göz bəbəyimtək,
    Boynumdan asdığın boyunbağını.

    Görən sevgi dolu o dəqiqələr,
    Qayıdıb gələrmi bir daha geri?
    İnan ki ölüyəm, yaşamıram mən,
    Səndən ayrıldığım o gündən bəri…

  • Gülnarə İSRAFİLQIZI.”Ölürəm gözlərim ölmür elə bil”

    gxi

    Ölürəm gözlərim ölmür elə bil .
    Dənizdən püskürən vulkan kimiyəm.
    Özümdən özümə yol getmir daha.
    Səssizcə uzanan orman kimiyəm.

    İçimdən çölümə çıxmır alovum.
    Daş alıb əlimə gözümü ovum.
    Bilmirəm ormanmı, vulkanmı olum.
    Özümlə əlləşən tüğyan kimiyəm.

    Elə bil ölməkdən qayıtmayacam.
    Özümü yuxudan ayıltmayacam.
    Ruhumu göylərdə alçaltmayacam
    Son dəfə verilən fərman kimiyəm..

  • Afət VİLƏŞSOY.Yeni şeirlər

    Afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Sabah yağış yağacaq

    Yağış mənim göz yaşım,
    Səndən qopan son baxış,
    Gedişin çaparaqdı,
    Gəlişin qarış-qarış.

    Vayına oturdular-
    Baharım yox, yazım boş.
    Ya gəl daha qışıma,
    Ya taleyinlə barış. (daha&helliip;)

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    İçməyən yerdə

    Dünyanın dərdləri, qovursa məni,
    Yandırıb odun da, qovursa məni,
    Küləyin mehi də, sovursa məni,
    Əkildim, insanlıq itməyən yerdə.

    Özünü yerdə yox, göydə bilənlər,
    Ağacı, budaq yox, gövdə bilənlər,
    Allaha imanı, tövbə bilənlər,
    Ümidlər susayar, bitməyən yerdə.
    (daha&helliip;)

  • Mais TƏMKİN.”Öldürər şairi”

    m

    Xalq Şairi Zəlimxan Yaqubun şeirinə nəzirə.

    Ey gül, sənsiz ərşə çıxıb yuxum, gəl,
    Məst eləyən müşk ətirli qoxum, gəl.
    Durub mənə gendən baxma, yaxın gəl,
    Oğrun baxan göz öldürər şairi.

    Qovuşmasam öz əhdimə bu yazda,
    Dərd ürəkdə aşıb-daşar bir az da.
    Əl çəkməsən, bu işvədən, bu nazdan,
    İşvə, qəmzə, naz öldürər şairi.

    Hərdən olur, tez özündən çıxırsan,
    Şımşək olub başım üstə çaxırsan.
    Gecə-gündüz yandırırsan, yaxırsan,
    Qorxmayırsan, köz öldürər şairi?

    Genişlik sənsiz mənə olub dar,
    Sıxır məni, boğur məni dörd divar.
    Ələndikcə ürəyimə soyuq qar,
    Şaxta vurub, buz öldürər şairi.

    Sevinc ilə fələk vurub aramı,
    Dərdi verib, gizlədibdi çaramı.
    Bir bu qədər gəl, göynətmə yaramı,
    Sızıldatma, duz öldürər şairi.

    İzn vermə, dərd sinəmdən asıla,
    Mais qəmdən künc-bucağa qısıla.
    Ver əlini, gəl qovuşaq vüsala,
    Çünki həsrət tez öldürər Şairi.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    eh

    VƏFALI İT HAQQINDA BALLADA

    Qıvrılıb yatıbdır qapı ağzında,
    Yiyəsiz bir evdə kənizdir bu it.
    Köpək baxışından nur yağır sanki,
    Belə nə göyçəkdir,təmizdir bu it.

    Yoxdur it könlünü oxşayan,alan,
    Şirin arzuları,istəyi talan.
    Köçən sahibindən əmanət qalan,-
    Köhnə xatirədir,bir izdir bu it. (daha&helliip;)

  • Nemət HACIƏLİYEV.”Mən susaram ,gözləyərəm”

    1958397_834515486598783_689128597984417661_n

    Mən susaram ,gözləyərəm sakitləşəsən
    Mən donaram,bircə sən istiləşəsən
    Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
    Küsəndə nazınnan kim oynayardı?!
    Çıxsaydı gün axşam,ay səhər
    Bəlkə belə olmazdı…
    Axı,gecələr xəyalıma gəlirsən daha çox
    Yuxusuzluq ərşə çəkilir.
    Axı,dəniz səviyyəsində yüksəklərdə
    Ən hündür dağ
    Yer səviyyəsindən olan dağdan alçaqdı
    Amma ,bilmirlər…
    Axı,gözümüzdən pərdə asanlar
    Teatr göstərəcəklər bizə..
    Kim nə sərf edir onu danışır
    Mənə isə təkcə sən sərf edirsən
    Təkcə sən…
    Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
    Təkcə sənlə susuzluqdan çat verən torpağdan
    Çıxan zərif gülü görürdüm…
    Hisslər sığmaz hecalı bəndlərə
    Çərçivələrə
    Hisslər uçurumdan bir barmağla sallanan
    Xoşbəxt bir kəsin hekayəsidir…

  • Şəhanə MÜŞFİQ.”Qismətimiz beləymiş” (Hekayə)

    10991500_412390748927178_5095940301571747132_o

    İki həftə öncə köçmüşdülər yeni evlərinə. İyirmi iki il yaşadığı məhləni, mühiti qoyub bambaşqa bir yerə gəlmişdilər. İki həftə keçməsinə baxmayaraq, nə təzə mənzilə, nə də mühitə öyrəşə bilirdi. Universitetdə oxuduğu üçün səhər tezdən dərsə gedir, bir də axşam qayıdırdı. Heç ən yaxın qonşularını belə tanımırdı. Anası elə bura gəldiklərinin ikinci günü qapıbir qonşularıyla tanış olmuşdu. Arabir evdə qonşunun söhbətini də edirdi. Hələ ki üzünü belə görməsə də anasının söhbətlərindən qonşu Zivər xala və onun ailəsi haqqında bəzi təsəvvürləri yaranmışdı artıq. Anasının dediyinə görə Zivər xalanın bir oğlu və bir qızı var idi. Oğlunun 26, qızın isə 20 yaşı var idi. Demək ki, oğlu ondan dörd yaş böyük, qızı isə iki yaş kiçik idi. Dərsləri, işləri o qədər çox idi ki, başqa heç nə ilə maraqlanmamış, anasının ara – sıra danışdıqlarını da çoxdan unutmuşdu. (daha&helliip;)

  • Sərvər KAMRANLI.”Daha varlığın da məni üşüdür”

    11061696_750120178447736_1009810851631736330_o

    Daha varlığın da məni üşüdür,
    Daha buz bağlayıb əlində əlim.
    Bir vaxt danışardı baxışlarımız,
    İndi o baxışlar laldı, gözəlim.

    Alma yanaqların niyə qızarmır,
    Hanı gözlərində gizli baxışlar?
    Deyəsən, yamanca peşman olmusan,
    Gözündən boylanır sözlü baxışlar.

    Yaman dəyişmisən yaman, a zalım,
    Beləcə tanıya bilmirəm səni.
    Nə ola, bu görüş sonuncu olsun
    Özüm də qınaya bilmirəm səni.

  • Zeynəb DƏRBƏNDLİ.”Ulu Dərbənd”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Ürəyisən göy Xəzərin,
    Eniş-yoxuş küçələrin,
    Tarixisən şəhərlərin,
    Hər ölkənin yolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Dağ tək hündür hasarların,
    Biz bəzəkdir qapıların.
    Qaynar gözlü bulaqların,
    Çeşmələri sulu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Narın qala görən gözün,
    Gəzir el dilində sözün.
    Bir tarixdir dağın, düzün.
    Meşəsi gül kolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Əlim sənlə fəxr eyləyir,
    Hər yer səni əzizləyir.
    Əllər sənə alqış deyir.
    Elin qanad, qolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Sən bu Zeynəbin özüsən,
    Şirin söhbəti, sözüsən.
    Millətin görən gözüsən.
    Qonaqları dolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    20.08.2015 15:50

  • Abdulla MƏMMƏD.”Təsadüf”

    187b19a53b61

    Bu nə təsadüfdür, bu nə təsadüf?
    Gör harda rastlaşdıq, üz-üzə gəldik.
    Ah, necə toy tutdu mənə təsaduf,
    Yerin altında da göz-gözə gəldik!

    Bu boyda gen dünya tutmadi bizi,
    Bu küylü şəhərdə səssiz ayrıldıq.
    Ayrıldıq, eşqimiz atmadı bizi,
    Ayıldıq-təəssüf çox gec ayıldıq.

    Olub keçənləri mən necə danım?
    Sənsiz adiləşib gündüzüm, gecəm.
    Kiməsə beləcə lazimmiş, canim,
    Ağrıya, acıya dözüm beləcə.

    Nələr arzuladıq-gör nələr oldu…
    Demə bu görüş də gerçək yuxudu.
    Dilimin qisməti qüssələr oldu,
    Sözüm misra-misra həsrət qoxudu.

    Bu metro, bu uşaq, bu sən, bu da mən,
    Bu da çisənləyən qəmli baxışın.
    “Gənclik”də düşmədin, söylə niyə sən,
    Gənclik xatirəmin qəmli naxışı?

    Zorla öyrəşmişdim sənsizliyinə,
    Sən demə özün tək qüssən də gözəl.
    Məni məndən edən bu görüş yenə
    Siğınıb sayqıli qüssəmə, gözəl.

    Artıq olan olub, hər şey ötüşüb,
    Sən əli uşaqli, mən əli qəmli,
    Dil də bıçaq kimi yaman küt düşüb,
    Dilim söz kəsməyir, ay dili qəmli!

    Azərbaycan-Quba.

    Qeyd:”Gənclik” Baki Metrostansiyasında dayanacaq(stansiya) adı.

  • Hikmət MƏLİKZADƏ.Şeirlər

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    ***

    Yenə hava soyuyub, buz bağlayıb yol-iriz,
    Yenə qayğı bürüyüb çat-çat olmuş üzləri.
    Külək elə ulayır, elə bil ki, ac qurddu,
    Duman az-az yox edir ot biçdiyim düzləri.

    Gözümü qamaşdırır yalın-yamacın əyni,
    Nə ovçu gözə dəymir, nə ov yoxdu bərədə.
    Bir qaraltı görünür ağ dumanın içində,
    Kimsə atın axtarır qarşıdakı dərədə.

    Üç gündür ki, yalqızam, baş qatmalı iş də yox,
    Anam şəhərə gedib bacısını yoxlasın.
    Xəyalımı dağıdır qapının tıqqıltısı,
    Qonşu qızdı, gəlib ki, ürəyimi oxlasın.

    Ağacların əynində yarpaq qoymub külək də,
    Ov eşqinə düşmüsən, canım, göllər düm ağdı.
    …Bənövşə ətri gəldi qarşımdakı gözəldən,
    Elə bildim yaz gəlib, baxdım, çöllər düm ağdı.

    6 yanvar 2000

    * * *

    Şirəsi adamı «udur»,
    Əcəlmi pətəyin? Götür!
    Kölgəni geri vermişəm,
    Al, bu da ətəyin, götür.

    Gecənin qaralığı çox,
    Dua ismarlamaq çətin.
    Bədənə əl sürtmək olur,
    Ruhu mismarlamaq çətin.

    Söz alıb dəhşət satırsan,
    De görüm, bazarın var, qız?
    Mənim olmadığım yerdə,
    Sənin nə azarın var, qız?

  • İradə ƏLİLİ.”Dost bildiklərim”

    10489008_656731897746790_1282121067_n

    Axşamdır gecədən xeyli keçib. Artıq yollardan maşınların təkərlərinin səsi belə kəsilib, yavaş-yavaş sükunətin fərqinə varıram. Narahat anlarla düşüncələrimin girdabında boğula –boğula qalıram . Birdən birə hər bir şey bozlaşır, adiləşir.Yeknəsək olur. Nədən!? Niyə !? sualları dinclik vermir, yorur məni .Bəlkə, bəlkədə mən özüməm sualların cavabı deyə əllərimi sixılan ürəyimin başına qoyaraq gözlərimi yumub Tanrıma dua edə-edə “ Allahım haqqımızda hər bir işin , olacağın xeyirlisini et, məni heç kimsənin qəlbini qırmağa izn vermə, səbr əta elə” dedim .Və harda olduğumu , nə etdiyimi, nə düşündüyümü unutdum. Mürgülü halimla fikirlərimin məni hara götürdüyünü anlaya bilmədim. Bu səksəkəli halım ilə donub hərəkətsiz vəziyyətdə nə qədər qaldığımı hiss etmədim. Birdən yanaqlarımı qarsan bir alov məni bu sakitlikdən qopardı. Gözlərimdən axan sinəmə süzülən göz yaşlarımın istiliyi məni bu narahat xəyallardan ayırdı və bu axşamın ağırlığı sanki üzərimə çökdü. Mənə elə gəldi ki, ruhum artıq mənlə deyil, hər bir şeyin sonudur və mən bu sonluqda dünyamı duya bilmirəm.Özümü tənha hiss etdim.
    Beləcə sakitlik hökm sürməyə davam edir. Mətbəxdə balaca masanın üzərində qum saatına baxa-baxa düşüncələrə daldım. – Bax beləcə ömür –gün gedir , səninlə bərabər addımlayan illərin də , ayların da və etibarına güvəndiyin dostların da….. Çox həyacanlandım deyəsən özüm -özümə söylənirəm və oz səsimi özüm duyub diskinib ayılıram . Başımda küt ağrıların olduğunu, ürəyimin sürətlə döyündüyünü hiss edirəm .Daha bu mövzuya qayıtamaycağam deyə ürəyimdə çək-çevir edərək saatın hərəkət edən əqrəbinə diqqət edirəm . Saat dörd . Yuxum ərşə çəkilib.Sanki gecə olduğunu unutmuşdum . İnsan inamını itirən zaman o itkini qəbul etmək necə də ağır imiş İlahi…
    Şəhər gecə yuxusuna dalmşıdı. Mənə elə gəlirdi ki, bir tək mən oyağam gözümdə, könlümdə özü ilə yuva salmış axşamlayan kədərimlə, pərişanlığımla. Son gücümü toplayıb özüm-özümü danlamağa başladım- bu qədər üzmə özünü , ürəyini yemə bəsdir daha . Hər şey yolunda olacaq, anlayacaqlar sonda…Bəlkə sənin də özündə hiss edə bilmədiyin , görmədiyin səhvlərin , atdığın yalnış addımların olmuşdur. Bir az sakitləş!!!Hər bir şey yolunda olacağ. Bir az səbr et.
    Bu dəm nəfəsimin daraldığını hiss edib evin eyvanına çıxdım. Hər zamanki kimi ulduzları bərq vuran sayrışan səmanı seyr etməyə başladım. Amma hər zamankı kimi yox. Bu zaman tam fərqli, gözümdən ələnən fəryadımla , təəssüfümlə. Mənə elə gəldi ki onlarla söhbət edirəm , dərdləşirəm . İçimdə məni didib parçalayan acılı –ağrılı ürəyimin göynəyini onlarla bölüşürəm . Bəlkə , Bəlkə də mən.!!! ? Bəlkə yanlşliq məndə! ? Bəlkə də səhv mənəm ! ? Suallarım nə bitiridi , nə də tükənirdi. Özümdə özümü axtarırdım.!
    Yorulduğumu , halsızliğımı hiss edib eyvanda balaca kətilə əyləşdim. Baxşlarım özümdən ixtiyarsız qarşı tərəfdəki binanın işığı yanan evlərə tərərəf dikildi. Asta –asta saymağa başladım bir, iki, üç. Düşündüm yatmayıblar…Yəqin narahat düşüncələri onları da bu gecə vaxtında yuxusuz qoyub. Demək ki mən tək deyiləm, gecələr insanlarla dərd bölüşürlər…Bir xeyli müddət keçdi evlərdən birinin işiğı söndü , bir azacıq zaman da keçdi ikinci evin işığı söndü ürəyimdə sevindim yəqın hər bir şey qaydasına düşdü. Başımdakı məni sıxan fikirlərimi bir tərəfə qoyub həsrətlə üçüncü evin işığının sönməsini gözləyiridm. Üçüncü evin işığı sönmədi ki, sönmədi. Ah, yəqin o zavalılarda mənim kimi düşüncələrinin girdabında çabalayırlar deyə fikirləşdim. Bu dəm ürəyimdən nələr dolanıb , nələr keçdi. Göynəyən ürəyimin döyüntüsü qulaqlarımda əks səda verirdi .Gözlərim yol çəkdi .Özüm özümə astadan söylənməyə başladım və sanki pərişanlığımı , günahsizlığımı kiməsə anlatmağa çalışırdım – Axı, mən neyləmişəm, niyə belə! Niyə !Niyə dost bildiklərim , inandıqlarım, ürəyimin bir parçasında sonsuza qədər yeri olanlarım sonda nə dost, nə tanış, nə düşmən kimi qalır niyə! ? Bixtiyar niyə kəlməsini bağıraraq elə ucadan dedim ki, öz səsimə özüm ayıldım sankı yuxuda idim. Qərar tuta bilməyib otağa ordan da mətbəxə keçərkən gözüm radiyoya sataşdı .Bəlkə bir həzin musiqi dinləyim ruhum dinlənsin, sakitləşim deyə düşündüm. Elə də etdim.Amma həzin musiqi məni sıxan düşüncələrimin məngənəsindən qopara bilmədi.Düşüncələrim tüğyan edir məni sakit buraxmırdılar.Özümü ələ ala bilmridim musiqi məni yaman kövrəltmişdi. Bu dəfə ucadan ağlaya ağalaya “Axı, niyə dost dediklərim ehtibarsız oldu, niyə Allahım. Niyə dünya malını dost ürəyindən ucada tutdular, kiçik gördülər, Niyə ! ?
    Gözlərimin yaşı leysan kimi əllərimə tökülürdü ,o əllərə ki ehtibarısız dostların soyuq əllərini sıxıb dostum demişdir.O əllərə ki, tanrı dərgahına açılaraq dostuna dualar etmişdir.O əllərə ki, dostun göz yaşını silmişdir, o əllərə ki, dosta bağlı qapılar açmışdı.O əllərə….
    Özüm eşidəcəyim bir səslə astadan söyləndim- səhv özündədir, günah ürəyinindir ,ruhunundur, sənindir çünki dost dediyin bir insanın anacaq yaxşı tərəflərini görürsən və gördüyün bu mənzərədə səhvləri aydın seçə bilmirsən.Lakin, yenə də fikirləşdim qoy olsun. Axı,bu dünyanın elə bütün müdiklərinin dediyi kimi-dunya sınaq dünyasıdır .Və beləcə hər kəsin öz yolu, öz misiyası… kim bilir?
    Pəncərənin qarşısına keçib uzaqlara çox uzaqlara zilləndi baxışlarım . Düşüncələrim məni acılı şirinli xatirələrimə qaçırdı.Orada olanlar , nələr, daha nələr film kimi şüurumda canlandı bu dəm rəhmətlik anamın sözləri qulaqlarımda əks səda verdi – .”Qızım səhvi olanı bağışlamağı bacar, amma sənə ehtibarsız lıq edəni bir daha yaxınına buraxma ,yenidən zərbələr almamaq üçün”. Mənə elə gəldiki anam mənim yanımadadır.O iztirabımı görüb bu sözləri demək üçün özü gəlib mənə. Axı o mənim həyatımın, varlığımın ən böyük müdriki idi. Düşüncələrimdən ayrıldım .Sankı yuxuda idim. Dan yeri yava-yavaş açılırdı . Gözüm qarşıdakı binada işığı gələn evi axtardı. Elə həmin andaca o pəncərədə görünən işığ söndü…. Səhər açılır.Beləcə bütün zülmətlərə son qoyan böyük Nur-Günəş aləmi nura boyadı.Yaşamağa dəyər.