Category: Azərbaycan ədəbiyyatı

  • Müzəffər MƏZAHİM.”Çıxır”

    mm

    Kasıbın bir tikəsinə,
    Min tikəli şərik çıxır.
    Nübarına əl dəyməmiş,
    Əlli yerdən yerik çıxır.

    Bəxtinə düyün düşübdür,
    Taleyindən gen düşübdür,
    Düz yoluna çən düşübdür,
    Qarşısına gədik çıxır.

    Cındırından cin ürküdür,
    Amma ürəyi güzgüdür,
    Kasıbçın “Pul əl çirkidir”,
    Məsəli də müdrik çıxır.

    Yaşamağa ümidi var,
    Düşünür ki, çarə tapar…
    Həsrətlə gözlədiyi bar,
    Yetişəndə çürük çıxır.

  • Müzəffər MƏZAHİM.”Çatammadım”

    mm

    Mən piyada, ömür atlı,
    Arzularım yel qanadlı,
    Əzabı da toy-büsatlı,
    O ilimə çatammadım.

    Ürəyimin köz vaxtında,
    Sevgi dolu söz vaxtında,
    Ha yüyürdüm, öz vaxtında,
    Öz fəslimə çatammadım.

    Daş-kəsəyi qaya bildim,
    Gölməçəni dərya bildim,
    Hər ürəyi duya bildim,
    Öz könlümə çatammadım.

    Nə təzanə, nə sim oldum,
    Sığal çəkən nəsim oldum,
    Səbr oldum, dözüm oldum,
    Mənzilimə çatammadım.

  • Rahilə DÖVRAN.”Ad günü mübarək, Kamran, Kənanın!”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    BU GÜN ƏDƏBİ MÜHİTİMİZİN SEVİMLİSİ, ƏDƏBİYYATIMIZIN VƏ MƏDƏNİYYƏTİMİZİN MÜBARİZ TƏSSÜBKEŞLƏRİ, GÖRKƏMLİ QƏLƏM SAHİBİ VƏ İSTEDADLI JURNALİSTLƏRİMİZ OLAN KAMRAN VƏ KƏNAN AYDINOĞULLARININ DOĞUM GÜNÜDÜR. ƏZİZLƏRİMİZ OLAN ƏKİZ QARDAŞLARI AD GÜNLƏRİ MÜNASİBƏTİ İLƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİR, ONLARA SEVDİKLƏRİ İLƏ BİRLİKDƏ UZUNÖMÜR, CANSAĞLIĞI ARZULAYIRIQ! AÇILAN HƏR SABAH,GÜN ONLARI DAHA BÖYÜK UĞURLARA GÖTÜRSÜN İNŞALLAH!!!
    AD GÜNÜ MÜBARƏK, KAMRAN, KƏNANIN

    Gül açıb könlündə dostun, sirdaşın,
    Bu gün ad günüdür, əkiz qardaşın.
    Yurdsevər, eloğlu, cüt vətəndaşın
    Gözü aydın olsun Ata, Ananın,
    Ad günü mübarək, Kamran, Kənanın!

    Günəş də gülərüz olubdur bu gün,
    Süslənib masalar, büsat, toy, düyün.
    Eşidin ey dostlar, gur alqış deyin
    Bu vətən, bu xalqa, candan yananın,
    Ad günü mübarək, Kamran, Kənanın!

    Əkiz növcavanlar, mərd, igid, göyçək,
    Hər kəs mehrin salır, onları görcək.
    Alqışçün səfərbər, əldə gül, çiçək
    Cəsur övladları Azərbaycanın,
    Ad günü mübarək, Kamran, Kənanın!

    Alqışlar, təbriklər, diləklər min- min,
    Yüz yaş nəsib etsin, onlara Rəbbim.
    Qürur, iftixarla döyünür qəlbim
    Ana duyğusudur, sözü Dövranın,
    Ad günü mübarək, Kamran, Kənanın!

  • Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

    Oktyabrın 28-də saat 18:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə respublikanın paytaxtı Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
    İctimaiyyət nümayəndələrinin, media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə “Heydərbaba şairi” Məhəmmədhüseyn Şəhriyarın bədii yaradıcılıq fəaliyyətindən danışılacaq, müxtəlif illərdə qələmə aldığı ədəbi-bədii nümunələr səsləndiriləcək.

    Ünvan: Dənizkənarı Milli Park-Bulvar, Neftçilər prospekti, 9

  • Sumqayıtda “Poeziya evi”ndə yazarlarla görüş

    Sumqayıt şəhər rəhbərliyi Heydər Əliyev parkında yerləşən “Poeziya evi”ndə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin üzvləri ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən yazarlar söz adamlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    Çıxışlarda şəhərdə görülən işlər, o cümlədən Heydər Əliyev Mərkəzinin, şahmat və incəsənət məktəblərinin tikilib istifadəyə verilməsi, “Sülh” küçəsində aparılan genişləndirmə işləri, möhtəşəm park-bulvar kompleksinin yaradılması yüksək qiymətləndirilib.

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Poeziya evi”nin yazıçıların istifadəsinə verilməsini əlamətdar hadisə adlandırıb.

    Z.Fərəcov şəhərdə həyata keçirilən yeni layihələrdən söz açıb, gələcək planlardan danışıb.

    Görüşdə Sumqayıt və sumqayıtlılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

    Yazarlar müəllifi olduqları şeirləri oxuyub, arzu və istəklərini bildiriblər.

  • Rahilə DÖVRAN.”Mən sevdiyim gözəlin”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Güntək, Aytək camalı,
    Təmiz adı, amalı.
    Vardır ağlı, kamalı,
    Mən sevdiyim gözəlin.

    Zərdən buta, naxışı,
    Naz, qəmzədir yaxışı.
    Ürək üzür baxışı,
    Mən sevdiyim gözəlin.

    Sehrə, tilsimə salır,
    Görən donub, mat qalır.
    Gözləri canlar alır,
    Mən sevdiyim gözəlin.

    Cilvə, ağıl aldadır,
    Başım qalma- qaldadır.
    Hər kəlməsi bal dadır,
    Mən sevdiyim gözəlin.

    Qaş kaman, kiprik- oxdu,
    Hey atıb, yaram çoxdu.
    Dövran, günahı yoxdu,
    Mən sevdiyim gözəlin…

  • Rahilə DÖVRAN.”Bizimlədir”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ”- ULU ÖNDƏRİMİZ HAQQINDA YAZDIĞIM POEMADAN KİŞİK BİR PARÇA.

    Dövlət müstəqilliyimiz əbədidir!

    O azadlıq şəhərinin qapısıdır,
    Təşnə,cadar dodaqlara sərin sudur.
    O,müdrikdir,Uluların Ulusudur.
    Dəyişsə də zaman, dövran, bizimlədir!

    Olmasada aramızda Ulu Rəhbər,
    O,diridir, hər bir zaman bizimlədir.
    O, xoşbəxtlik,firavanlıq, parlaq zəfər,
    El atası, Baş Komandan bizimlədir!

    Müdrik əli bayrağımım dəstəyində,
    O, yaşayır bu vətənin ürəyində.
    Haça dadın, Ağrı dağın ətəyində,
    Qoç Koroğlu,həm Oğuz xan bizimlədir!

    Dalğaları parçalayan sərt limanım,
    O,dəqiqəm, O ,saniyəm, saat anım.
    Dağ çayıtək yürüş edən həyacanım,
    Bamsı Beyrək, Salur Qazan bizimlədir!

    Salnamədir uca-uca göydələnlər,
    Vürüşlardan, döyüşlərdən bizə xəbər.
    Körpələrin gülüşüdür təzəcə tər,
    O, sahilsiz, sonsuz ümman bizimlədir!

  • Kənan AYDINOĞLU.”Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu”

    Photo Kenan

    Diləməsən könüllər rahatlıq tapa bilməz,
    Qiyamətdə dağlar da yerindən qopa bilməz.
    Mərdlər də yəhər üstə bir atı çapa bilməz,-
    Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu.

    Sənin bax, təkliyini xalqa bəyan eyləmək,
    Mələkləri özünə yeni həyan eyləmək,
    Din, imanın uğrunda bu gün üsyan eyləmək,
    Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu.

    Dünya malından ötrü göz yaşını tökməmək,
    Müşrikin, münafiqin yanında da çökməmək,
    Nə bir qaya uçurub, nədə bir ev sökməmək,
    Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu.

    Ümidini hər zaman tək Allaha bağlamaq,
    Məsumlar, imamalara ürək dolu ağlamaq,
    Arada abır-ismət, bir də həya saxlamaq,
    Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu.

    Həsrətdən il uzunu gözün yaşına dönmək,
    İgidlikdə, ərlikdə dağın başına dönmək,
    Kaman kimi qızların qara qaşına dönmək,
    Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu.

    “Quran”ı zaman-zaman özünə rəhbər tutmaq,
    Yaşayıb bu dünyanın qəm, kədərin unutmaq,
    Qəzəbi nifrət kimi qəhər yerinə udmaq,
    Sınanılmış həqiqət, deyilmiş hikmətdi bu.

  • Kənan AYDINOĞLU.”Yoxdan var eyləmisən bu dünyanı sən, Allah!”

    Photo Kenan

    Cəmi altıca günə bir də “Ol!” əmrindən,
    Yoxdan var eyləmisən bu dünyanı sən, Allah!
    Yenə şükür söyləyim gərək ki, kərəminə,
    Bu ömrün hər gününə, hər anına mən, Allah!

    Bilirəm ki, izninlə dağ başından qar atar,
    Kimi öz niyyətinə, kimi murada çatar.
    Gözlərdən gəlib keçsə, günlər də qatar-qatar,
    Çatmaz yüz camalına: nə duman, nə çən, Allah!

    Vaxt olub ki, haqlıca özümü danlamışam,
    Hikmətinin önündə ruhlanıb, canlanmışam.
    Dinləyib haqq “Quran”ı, doğrusu, anlamışam,
    Mülkündə ola bilməz bəndələrin tən, Allah!

    Gərək ki, hikmətinin önündə mən olum mum,
    Daşların arasından süzülüb mən olub qum.
    Yenə Ana torpaqda becəridsə arpa, tum,
    Necə tərif deməsin mənlə birgə dən, Allah?!

    Səpilən arpa, buğda bu torpaqda əkilməz,
    İmam Zaman ağanın həsrəti də çəkilməz.
    Diləməsən bir nütfə bir bədənə tökülməz,
    Gələ iblməz ortaya: bir insan, bir gen, Allah!

    2010-cu il.Bakı şəhəri

  • Abdulla MƏMMƏD.”Qırmızı yağışlar yağarmış qəlbə”

    abdullamuellim

    20 YANVAR şəhidlərinin əziz xatirəsinə.

    Bu yağış-məhrəmi qaynar qazanın,
    Bu yağış-məlhəmi qəbir qazanın.
    Bu yağış torpağa şəhid ehsanı,
    Bu yağış gözlərdən nidamış hərbə.
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış-yanvarın çillə yağışı,
    Qırmızı üzlərə sillə yağışı,
    Mənliyə tuşlanan güllə yağışı,
    Alovlu başlara yağan daş zərbə,
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış-qəzəbi dillənən baxış,
    Mürgülü gözlərdən zillənən baxış.
    Bu yağış yollara səpilən qarğış,
    Bu yağış ürəyə sancılan qəlpə,
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış-yurdumun tale naxışı,
    Qərənfil yağışı-qədər yağışı,
    Ana-bacıların nifrət baxışı,
    Bu yağış yağıya yönələn hədə…
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış Bakının fağır başına,
    Köz kimi səpilib,yağıb başına.
    Elə bil bu dünya axır boşuna,
    Bu yağış millətə dəyən daş zərbə…
    Qırmızı yağışlar yağarmış qəlbə.

    Bu yağış al qana çalan yağışdır,
    Qəlbimi ilan tək çalan yağışdır.
    Ümidi yadlara qalan baxışdır,
    Güman çəkilibmi,Allahım,qeybə?
    Qırmızı yağışlar yağarmış qəlbə!

    Azərbaycan.Quba.
    22.01.1990.

  • Abdulla MƏMMƏD.”Sən mənim yolumu gözləyəcəksən”

    abdullamuellim

    Hər axşam qoşulub tənha qüssənə.
    Qəmini qəlbində közləyəcəksən.
    Elə od qoyacaq intizar sənə,
    Bu odu hamıdan gizləyəcəksən,
    Sən mənim yolumu gözləyəcəksən.

    Gündüzlər qəlbində yaşaran ümid.
    Gecələr yuxunu ərşə çəkəcək.
    Donacaq gözündə yaşaran ümid,
    Qəmli baxışın da hey yol çəkəcək,
    Sən mənim yolumu gözləyəcəksən.

    Gözünün odunu alacaq yollar,
    Yenə düyünlənib baxışlarına.
    Bu yollar həsrəti gözünə yollar…
    Düşərək xatirə yağışlarına,
    Sən mənim yolumu gözləyəcəksən.

    Mənə qalan olsa-gözün qalacaq-
    Sevinci,kədəri yaradan baxış.
    Sənin o günlərdə gözün qalacaq,
    Gözündən gələcək yar atan baxış,
    Sən mənim yolumu gözləyəcəksən.

    Nə qədər gec deyil-bir daşın,düşün,
    Nə qədər düşməyib işlər düyünə.
    Belə at oynatma,atından düşüb
    Üz tutub qarşıdan gələn hər günə,
    Sən mənim yolumu gözləyəcəksən!

    Azərbaycan.Quba.
    1985-ci il.

  • Müzəffər MƏZAHİM.”Haqqa layiq ol!”

    mm

    El içində saf dolan , pak adla xoş niyyət qazan,
    Ol ləyaqət timsalı , şəksiz səlahiyyət qazan.

    Olma şöhrət , var əsiri , çünki yoxdur faydası,
    Axirət dünyasına hazırla yük , xeyrət qazan.

    At lovğalıq hissini , ol sadə Allah bəndəsi,
    İnsan ol , insanlara hörmət elə , biət qazan.

    İstəsən könlün firavan , ömrün olsun çox rahat,
    Ol şirindil , qəlbi saf, hər kəslə ünsiyyət qazan.

    Ömür Allahdan mükafatdır , Müzəffər , düz yaşa,
    Haqqa layiq ol , döyüş nəfsinlə , hürriyyət qazan.

  • Müzəffər MƏZAHİM.”Sevin, Ustad!”

    mm

    Mərhum şairimiz Məmməd Araza

    Vətən səni oğul deyib səsləyir,
    Sevin, ustad, həqiqətdir gümanın.
    Bəxt gülünü qayalarda bəsləyir,
    Ləçəyində xalı yoxdur xəzanın.

    Sözlərini pıçıldadın daşlara,
    Od-alovlu ürək hara, daş hara,
    Söykəndiyin qayalarmı qışqıran,
    Sədasımı əsrlərin, zamanın?

    Ürəklərdə arzu olub hər arzun,
    Bu məhəbbət alovunda gəl, qızın,
    Qonur gözlü Ana Kürün, Arazın,
    Nəğməsini ürəyindir yazanın.

    Vətən daşı olmaq arzun, muradın,
    Tariximi qayalarda aradın.
    Güvənməli dağa döndü inadın,
    Sərhəd oldun yollarına yamanın.

    Bu torpağın taleyi kəm, bəxti kəm,
    Ürəkləri didir həsrət, didir qəm.
    Neçə kərə xəyalımla keçmişəm,
    Təbrizimdən qovmaq üçün dumanı.

    Ürəyimi aça-aça boşaldım,
    Böhtanlardan qaça-qaça boşaldım,
    Güman adlı bir ünvana baş aldım,
    “Məmməd Araz bulağı”ymış ünvanın.

    Hər şerini kəlmə-kəlmə yoğuran,
    Qələminin qüdrətində dağ, aran.
    Əbədiyyət zirvəsində ağaran,
    Ömür adlı həyanındır, həyanın…

  • Rahilə DÖVRAN.”O mənim babamdı”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Mənim dünyam” – silsiləsindən

    Sönmür nə həsrəti,nə məhəbbəti,
    Qulaqda sırğadır hər nəsihəti.
    Olmayıb kimsəyə bir qəbahəti,
    Gülərüz,mehriban,ailəyə həyan-
    O,mənim babamdı,məşəltək yanan.

    Yaxşıya heç zaman yaman demədi.
    Atəşdən,alovdan köynək geymədi.
    Ömründə bir tikə haram yemədi,
    Harama düşməndi,Haqqa inanan-
    O,mənim babamdı ,məşəltək yanan.

    Elin sərvətiydi zəkası,ağlı,
    Qoca bir palıddı torpağa bağlı.
    Başımız üstündə qübbəydi,tağlı,
    Tufanlar önündə məğrur dayanan-
    O,mənim babamdı məşəltək yanan.

    Zəhmətdən yoğrulmuş nurlu mayası,
    Bağı,bağçasıydı kiçik dünyası.
    Üzümü,ənciri,ərik,gilası,
    Sabahlar günəşdən erkən oyanan-
    O,mənim babamdı ,məşəltək yanan.

    Dillər əzbəriydi təmiz,pak adı,
    Çağlayan çeşməydi gözəl həyatı.
    Damarımda axan həzin bayatı,
    Əbədi aləmə müqəddəs karvan,
    O,məmim babamdı,məşəltək yanan.

    Onsuz bu gen dünya olub mənə dar,
    Məbədə dönübdür yatdığı məzar.
    Qalmasın oğuldan,qızdan intizar,
    Sevimli nəvəsi –Rahilə Dövran-
    O,mənim babamdı ,məşəltək yanan.

  • Rahilə DÖVRAN.”Olmusan”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Nə zamandır gülmürəm,
    Öləmmirəm, ölmürəm.
    Heç səbəbin bilmirəm,
    Niyə, zalım olmusan?

    Sevgi oyuncaq deyil,
    Kimə salmısan meyil?
    Dön dinə, Haqqa əyil,
    Niyə, zalım olmusan?

    Bilməm, nəymiş günahım?
    Necə üzünə baxım?
    Dağ – daşı yaxır ahım,
    Niyə, zalım olmusan?

    Tapıb uyğun zamanı,
    Qırdın əhdi, peymanı.
    Rəzil etdin Dövranı,
    Niyə, zalım olmusan?

  • Abdulla MƏMMƏD.”Buludlarla salamlayır göy yeri”

    abdullamuellim

    “Qubanın təbiəti” silsiləsindən
    Şahdağından,Babadağdan yön alan,
    Çaylarının nəğməsi min avazlı.
    Dərələrdən cığırlara boylanan

    Nərğiz nazlı,lalə nazlı-ğül nazlı.
    Burda dağın duruşunda bir vüqar,
    Yaşıl meşə Əlçapanın kürkümü?
    Şahdağının çal saçları dümağ qar

    Bu mənzərə təbiətin hökmümü?!
    Möcüzəmi daş üstündə ağaclar,
    Burda ot da daş üstündə göyərir.
    Sanki sirdir bu yerlərdə nə ki var-

    Buludlarla salamlayır göy yeri.
    Burda çılğın dağ çayının özəyi,
    Şəlalə də daim coşur, hayqırır.
    Dağ kəlləri Babadağın bəzəyi,
    Səmasında qartalları qıy vurur.

    Qayalar da burda qartal duruşlu,
    Bulaqların buz suları bal dadır.
    Dərə boyu daim eniş-yoxuşlu,
    Kəmər yollar yolçuları aldadır.

    AZƏRBAYCAN.QUBA.
    1986.

  • Abdulla MƏMMƏD.”Qurban olduğun”

    abdullamuellim

    Sən kimi sevirsən heç bilirsənmi?
    Qəlbi qara daşdır qurban olduğun.
    İlanı yuvadan çıxarar dillə,
    Şeytana qardaşdır qurban olduğun.

    Sənə ünvanlanan sözünə bəndsən,
    Sözündən daha çox özünə bəndsən,
    Oğrun baxışına,gözünə bəndsən,
    Sevən qəlbə daşdır qurban olduğun.

    Ona fərq eləməz sənsən,ya qeyri,
    Sözündə düz olmaz gözündən əyri…
    Yüz yol söyləsəm də sənə,nə xeyri?
    Desəm:”Qəlbi daşdır qurban olduğun”.

    Nə qədər gec deyil-bir düşün,daşın,
    Atdığın addımdan,fikrindən daşın!
    Barı,tök ətəkdən bu sevda daşın,
    Dərd verən bir daşdır qurban olduğun.

    Abdulla Haqqa yar-yar da yarına…
    Həqiqi yar olan darda yarınar.
    Təkcəgöz yaşıdır dərdə yarınan,
    Qədərə sirdaşdır qurban olduğun,
    Kədərə yoldaşdır qurban olduğun.

    Azərbaycan.Quba.
    22.03.2016

  • Mais TƏMKİN.”Qəbir üstü düşüncələr”

    mt

    Ağı deyib, məni səslər,
    Göz yaşında oxşar, bəslər,
    Dərd-qəmimə susan kəslər,
    Dil açar sinəm üstündə.

    Seçib haqqın dərgahını,
    Səsləyəcək Allahımı.
    Əfv etməkçün günahımı,
    Əl açar sinəm üstündə.

    Qalammarıq nə sən, nə mən,
    Biz gedərik, dünya həmən…
    Üstündə gəzdiyim çəmən,
    Gül açar sinəm üstündə!

  • Mais TƏMKİN.”Mənə bir şəkil göndər”

    mt

    Sən mənə bir şəkil göndər,
    Baxıb ona, dəli olum.
    İçimdə yanan ocağın,
    Alovlanan dili olum.

    Sən mənə bir şəkil göndər,
    Öz-özümə aşıb-daşım.
    Gecə-gündüz qoy şəklinə
    Baxmağa qarışsın başım.

    Sən mənə bir şəkil göndər,
    Can alıb, dursun qəsdimə.
    Öpüm, şəkildə üzündən,
    Basım sinəmin üstünə.

    Səni sənsiz belə sevmək,
    Bir az mənə rahat olur.
    Rəsmini də görəmməsəm,
    Ürəyim narahat olur.

    Gözəl, sənin gözəlliyin,
    Bütün dünyaya bəllidir.
    Nə vaxt sənə qovuşmaqçün,
    Şəkil də bir təsəllidir.

    Sən mənə bir şəkil göndər,
    Sevim, oxşayım rəsmini…
    Sənə yazsam da, bu şeiri,
    Gizli saxladım ismini.

  • Müzəffər MƏZAHİM.”Qorxuram”

    mm

    Ölüm mənə vız gəlir,
    Mən ömürdən qorxuram.
    Sükutu kiridirəm,
    Səs-səmirdən qorxuram,

    Bu düyünlər, bu sirrlər,
    Hisslərimi əzirlər…
    Pambıqla baş kəsirlər,
    Mən dəmirdən qorxuram.

    Dünya cığal, qəlbqıran,
    İti qurda qısqıran…
    Çoxluca su aparan,
    Bu xəmirdən qorxuram.

    Məramımı ləngidən,
    Hövsələmi təngidən,
    Yollarımı səngidən,
    Bu səbrdən qorxuram.

    Sevinc dərdə əriyir,
    Təsəllilər kiriyir…
    Cəmlər birdən törəyir,
    Mən O Birdən qorxuram

  • Müzəffər MƏZAHİM.”Səadətdir azadlıq”

    mm

    Öyrəş müstəqilliyə,
    Dirçəl a xalqım mənim.
    Çox bəlalar çəkibdir,
    Bu gülüstan Vətənim.

    Qoru bu gülüstanı,
    Əziz tut ki , canından.
    Su içib hər ləçəyi,
    Şəhidlərin qanından.

    Qandan-qadadan keçən,
    Əmanətdir azadlıq.
    Məhəbbətdən su içən,
    Səadətdir azadlıq.

  • Rahilə DÖVRAN.”Tanıya bilmirəm bu insanları”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Xəstə təxəyyüllü,içləri kinli,
    Qalmayıb bir nəfər imanlı,dinli.
    Hər kəs özün sayır tanınmış,ünlü,
    Tanıya bilmirəm bu insanları.

    Hörmət də,izzət də,çəkilib ərşə,
    Dünyanın düzəni dönübdür tərsə.
    Qalmayib ehtiyac ehkama,dərsə,
    Tanıya bilmirəm bu insanları.

    Qanqallar boy atıb bağ olubdular,
    Təpələr çevrilib dağ olubdular.
    Kiçiklər böyüyə ağ olubdular,
    Tanıya bilmirəm bu insanları.

    Dövran çox görübdür,dumanı,çəni
    O üzdən artıbdır saçının dəni.
    Allahım hifz etsin onlardan məni,
    Tanıya bilmirəm bu insanları.

  • Rahilə DÖVRAN.”Hələ vaxt var deyən kəsin”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Hələ vaxt var deyən kəsin,
    Dünya çox çəkdi nazını.
    Fələk qəfil kəsdi səsin,
    Dünən qıldıq namazını.

    Inanmırdı Haqq yazana,
    Rişxənd edərdi azana.
    Çırpınırdı çox qazana,
    Itirdi çoxdan azını.

    Tamah hissi alovlandı,
    Gah itirdi, gah qazandı.
    Imanını, dini dandı,
    Kəsdi nəzir, niyazını.

    Qafil idi, yazıq nadan,
    Enməzdi göydən, fəzadan.
    Qorxmazdı qədər, qəzadan,
    Əcəl sıxdı boğazını.

    Nə görmüşdü pulda, varda?
    Qazandığı qaldı burda.
    Görən necə yatır gorda?
    Yazan yazdı son yazını.

    20.10.2015.

  • Abdulla MƏMMƏD.”Yaman uzun çəkdi sükutun dili”

    abdullamuellim

    Yaman uzun çəkdi sükutun dili,
    Gözlərim üşüdü lal baxışından.
    Mən kiməm alnımdan yazını silim?
    Qaçmağa yer də vox göz yağışından.

    Bu yağış daşlaşan sözləri yuyur,
    Hələ ki dərdimə acıyır səbrim.
    Bir yandan sükutun içimi oyur,
    Bir yandan dişini qıcıyır səbrim.

    Üzünə baxmağa baxışım aciz,
    Dinib-danışmağa söz tutmur dilim.
    Bu necə sevgidir,səssiz-səmirsiz,
    Sükutdan alışıb yanıram,gülüm!

    Yoxsa ayrılıqmı bu sükut,görən?
    Əsir əzalarım hey əsim-əsim.
    Bəlkə gözlərində fərsizəm,kürəm,
    Tənha bir qüssəyəm-ağlın nə kəsir?!

    Bəlkə kor olubdur ağlımın gözü,
    Ürəyim açılmır-dərdə əl açır.
    Vaxtında batmadı ağlıma sözün,
    Görəsən,sükutmu eşqin əlacı?

    Gözlərin könlünü gizlədə bilmir,
    Gözündə tək mənim əksimdir,demə.
    Sevdalı ürəyim dərdimə əsir,
    Səni sevməyim də tilsimdir,demə.

    Qəlbimin açarı səndədir səndə,
    Qəlbi qıfıllayıb əsir etmisən.
    Qıfılı açmağa dil yoxdu məndə,
    Dilimə baxışla təsir etmisən…

    Yaman uzun çəkdi sükutun dili,
    Gözlərim üşüdü lal baxışından.
    Mən kiməm alnımdan yazını silim?
    Qaçmağa yer də vox göz yağışından.

  • Abdulla MƏMMƏD.”Payız yaman tələsdi”

    abdullamuellim

    Külək çaldi yel kökləyən kamançani,
    Şahə qalxdi ağaclarin həyəcani.
    Yarpaq örtdü yay ətirli göy xonçani,
    Payız yaman tələsdi.

    Susdu şirin nəğməsi də turaclarin,
    Doluxsundu nanəsi də yamaclarin.
    Həna yaxib əllərinə ağaclarin
    Payız yaman tələsdi.

    Gözüm düşdü ağaclarin sirğasina,
    Əsmə külək, sirğa düşər, sirğa sinar!
    Həsrət qaldi bu cöllər də durnasina,
    Payız yaman tələsdi.

    Rübənd saldi çöhrəsinə ulduzlar da,
    “Sari gəlin” yenə dindi ağizlarda.
    Köçən köçdü, nişanlandi…
    Bu qızlar da
    Bu payız yaman tələsdi.
    Payiz yaman tələsdi…

  • Mais TƏMKİN.”Yığır məni”

    mt

    Bəlkə, mənə ərki var,
    Dərdin boşu, bərki var.
    Fələk verən dərd ki var;
    Boğaza yığır məni!

    Dad, bu dərddən, dad, Ağa,
    Qoy, bu dərdə qadağa.
    Salıb dilə, dodağa,
    Ağıza yığır məni.

    Soruşmadan ismimi,
    Oda yaxır cismimi.
    Gündə çəkir rəsmimi,
    Kağıza yığır məni!..

  • Mais TƏMKİN.”Ölüm…”

    mt

    Canım zülümdən qurtulur,
    Ötüb çağla dil-dil, ölüm.
    Sevincimdən ağlayıram,
    Sən də mənə bax, gül, ölüm!

    Üstümə ağ kəfən sərib,
    Dostunu çox sanma qərib.
    Mübarək əlinlə dərib,
    Başım üstə səp gül, ölüm…

    Düşünmə ki, yerim dardır,
    Tanrım hər vaxt mənə yardır.
    Gözüm üstə yerin vardır,
    Nə vaxt gəlirsən, gəl, ölüm!

  • Müzəffər MƏZAHİM.”Saxlaya bilmədik”

    mm

    Qonşu olduq itlə, əldə
    Çomaq saxlaya bilmədik.
    Çatan gəlib od apardı,
    Ocaq saxlaya bilmədik.

    Nahaqla qaldıq üz-üzə,
    İnanan olmadı düzə,
    Yandırıb verdilər bizə
    Çıraq, saxlaya bilmədik.

    Bəxtimizə doğmadı gün,
    Yollarımız düyün-düyün.
    Ruhumuzu qisas üçün,
    Oyaq saxlaya bilmədik.

    Açdıq yurdun yarasını,
    Tapammadıq çarasını,
    Kiçiltdilər Qarasını,
    Heç bağ saxlaya bilmədik.

    Anlamadıq himi-cimi,
    Aldatdılar naşı kimi,
    Başımızda kişi kimi,
    Papaq saxlaya bilmədik.

    Tariximdir, sal sənəddir,
    Varlığıma zəmanətdir,
    Babalardan əmanətdir
    Torpaq, saxlaya bilmədik.

  • Müzəffər MƏZAHİM.”Onlar ucaltdılar”

    mm

    (Türkiyənin Soma kömür mədənlərində
    faciəvi şəkildə həyatlarını itirən mədənçilərin
    əziz xatirələrinə)

    Kömür mədənləri, yeraltı dünya…
    Zülmətin çəkisi ümiddən ağır.
    Burda işçilərin qara bəxtinə,
    Qara “buludlar”dan qara qar yağır.

    Buranın göyü də, yeri də qara,
    İşıq həsrətini qaranlıq boğur.
    Burda nə axşam var, nə də ki səhər,
    Burda nə ay çıxır, nə günəş doğur…

    Yaşamaq eşqini qıraqda qoyb,
    Ölüm dünyasına endi insanlar.
    Bu zülmət daünyada qəlblərindəki,
    İşığa, ümidə sindi insanlar.

    Çoxunun qürurla dediyi kimi;
    İnsanı ucaldır halal iş, əmək.
    Yaşayıb yaşatmaq arzularının,
    Bədəli ölümün özüymüş demək.

    Bir tikə saf çörək qazanmaq üçün,
    Getdilər əzaba, zülümə kimi.
    Halal işləriylə, əməkləriylə,
    Onlar ucaldılar ölümə kimi.

    18.05.2014

  • Sumqayıtda Əməkdar artist Azad Şűkűrovla görűş keçirilib

    Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Mədəniyyət və Incəsənət Universitetinin dosenti, kafedra műdiri, Əməkdar artist Azad Şűkűrovla görűş keçirilib. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrının aktyoru, Əməkdar artist Rauf Ağakişiyevin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın müstəqillik qazanması, xalqın bu yolda göstərdiyi şücaət və qəhrəmanlıqlar, 25 ildə qazanılan iqtisadi-siyasi uğurlar haqqında məlumat verilib.
    Daha sonra şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək öz sevimli müəllimini doğma şəhərdə qarşılamaqdan məmmunluq hissi duyduqğunu bildirib.
    O, şəhərdə son bir ildə aparılan tikinti, abadlıq və quruculuq işlərinə diqqət çəkərək bildirib ki, bizim yeni tikilən mədəniyyət ocaqlarımızı belə sənətkarlarımız öz gəlişləri ilə işıqlandırmalıdırlar. İnanırıq ki, bu səpkili tədbirlər daha çox olacaq və sumqayıtlılar bizim sənətkarlarımızla daha sıx təmas qura biləcəklər.
    Tədbirdə Azad Şükürovun həyatı və yaradıcılığı haqqında videoçarx izlənilib. Daha sonra səhnəyə dəvət olunan sənətkar sumqayıtlılarla görüşdən və bu görüşün məhz belə bir tarixi gunlə ust-ustə düşdüyündən qurur duyduqunu bildirib. Görüşün təşkilatçılarına, əməyi olan hər kəsə təşəkkür edib.
    O, öz çıxışında müəllim tələbə münasibətləri, sənətə gəlişi, yaratdığı obrazlar haqqında danışıb, tamaşaçıların suallarını cavablandırıb.
    Səmimi keçən görüşdə tamaşaçılar təkcə yaratdığı obrazlarla deyil, həm də bədii qiraət ustası kimi tanınan sənətkarın ifasında Zəlimxan Yaqubun “Azərbaycan oxusun”, Rəsul Rzanın “Unutmayın”, Bəxtiyar Vahabzadənin “Baş”, Ramiz Rövşənin “Qapı” şeirlərini maraqla dinləyiblər.
    Tədbirə qatılan H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist İlahə Səfərova çıxış edərək müəllimi haqqında xoş xatirələrini tamaşaçılarla bölüşüb.
    Tədbir gənc mədəniyyət işçisi Elvin Əlizadənin və müğənni Leyla Məmmədovanın ifasında musiqi nömrələri ilə sona yetib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

  • Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

    Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır. Təqdimat 2016-cı il 21 oktyabr tarixində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin zalında saat 11:00-da keçiriləcək.
    Ünvan: AZ-1008, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 9. Əlaqə: (012) 489 08 94, (012) 489-95-06

  • “Buta” almanaxının təqdimat mərasiminin vaxtı dəyişdirilib

    b

    Respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində işıq üzü görən “Buta” almanaxının təqdimat mərasiminin vaxtı dəyişdirilib.Cari ilin sentyabr ayının 23-də “Buta” almanaxının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulsa da, müəyyən səbəblərdən təxirə salınmışdı.
    Birliyin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, cari ilin dekabr ayında ictimaiyyət nümayənədələrinin, media təmsilçilərinin, bədii yaradıcılıq nümunələri çap olunan müəlliflərin iştirakı ilə “Buta” almanaxının təqdimat mərasimi keçiriləcək.
    Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı olacaq.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • “Dini motivli şeirlər” müsabiqəsinin qaliblərinin adları açıqlanacaq

    m

    Azərbaycan Yaradıcılıq Fondunun və Dini İşlər üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivli şeirlər” müsabiqəsinin qaliblərinin adları açıqlanacaq.
    Fondun mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, yaxın günlərdə ictimaiyyət nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçiriləcək təqdimat mərasimində yazıları çap olunan müəlliflərə kitab hədiyyə olunacaq.
    Qeyd edək ki, müsabiqəyə 65 müəllifin yazısı təqdim olunub.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii-qiraət müsabiqəsi keçirildi

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatşılığı ilə şair Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii-qiraət müsabiqəsi keçirilib. Şairin özünün də qatıldığı müsabiqə S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilib. Müsabiqədə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabna Sisteminin oxucuları iştirak ediblər.
    Tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açıb. O, bildirib ki, belə müsabiqələrin təşkili oxucuların ədəbi zövqünün formalaşmasında, kitaba marağının artmasında böyük rolu olur. Odur ki, biz hər şeyi uşaqlardan başlamalıyıq. Cünki, bizim davamçımız onlardır. Oxuculara müsabiqədə uğurlar arzulayan idarə rəisi Əjdər Ola öz xoş arzularını çatdırıb.
    Daha sonra AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan Əjdər Olun yaradıcılığı haqqında danışıb və müsabiqənin şərtləri haqqında məlumat verib.
    AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvanın, Əjdər Olun və S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı Natavan Axundzadənin münsifliyi ilə keçirilən müsabiqənin sonunda Zəhra Bəşirli I yerə, İlahə Bağıyeva və Nigar Mehtiyeva II yerə, Xoşqədəm Bağıyeva, Aytac Hüseynova və Nəzrin Hüseynova III yerə layiq görülüblər.
    Qaliblərlə birlikdə müsabiqədə fərqlənən digər iştirakçılar da fəxri-fərman, pul və şairin kitabları ilə mükafatlandırılıblar.
    Bundan başqa 2016–cı il ərzində oxucular arasında keçirilən bədii–qiraət müsabiqələrinin təşkilində səmərəli fəaiyyətinə və bu müsabiqələrdə şöbənin uğurlarına görə S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, Əjdər Olun poeziyasına həsr olunmuş bədii-qiraət müsabiqəsinin təşkilində fəal iştirakına görə N.Gəncəvi adına Uşaq Kitabxana-Klubun böyük kitabxanaçısı Səadət Allahverdiyeva, bölmənin tədbirlərinin işıqlandırılmasında xidmətinə görə Mədəniyyət və Turizm İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Sevinc Bəhmənli, bədii-qiraət müsabiqələrinin təşkilində yaxından köməyinə görə S.Vurğun adına Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin böyük metodisti Natavan Axundzadə AYB Sumqayıt bölməsi tərəfindən mükafata layiq görülüblər.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

  • Rafiq ODAY.”Yazığın gəlsin”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Çiynini fil yükü altına vermə,
    Qarışqa, özünə yazığın gəlsin.
    Misqalla ölçülən öz yükün ilə,
    Barış qal, özünə yazığın gəlsin.

    Çox da ömrü boyu əkin əkməyən,
    Həmişə sahibdi dolu təknəyə.
    Olarsan özgənin yükün çəkməyə
    Alışqan, özünə yazığın gəlsin.

    Dönməmiş uğruna it ulyanlara,
    Dinməzcə qoşul yat uyuyanlara.
    Mənəmlik havasın at – milyonlara
    Qarış qal, özünə yazığın gəlsin.

    Özü bir oyundu, düzü, dünyanın,
    Seyrəlir birbəbir düzü dünyanın.
    Edərlər başına düzü-dünyanı,
    Darısqal, özünə yazığın gəlsin.

  • Kənan AYDINOĞLU.”Azərbaycanın”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Müstəqil müsair Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 25 illik yubileyinə

    Ruhuma dopdoğma duyğular kimi,
    Sevinir Xəzəri Azərbaycanın.
    İslam dünyasında sülh tərəfdarı,
    Tanınır səfəri Azərbaycanın.

    Günü başlayasan Haqqın sözündən,
    Aləm yaradasan, dünya, özündən.
    Şükürlər olsun ki, yenə gözündən,
    Dağılır kədəri Azərbaycanın.

    Yenə dilə gəldi könlümün simi,
    Dar günə düşəndə çağırım kimi?!
    Gözümün önündə qapılar kimi,
    Açılır səhəri Azərbaycanın.

    Danışma sən mənə o Şah Qacardan,
    Könlümü oxşayan bu ilk bahardan.
    Bu doğma torpaqdan, doğma diyardan,
    Duyuolur zəfəri Azərbaycanın.

    Mən hələ Gəncədən söhbət açmıram,
    Sözümü ortada qoyub, qaçmıram.
    Süleyman mülkündən hələ köçmürəm,
    Gözəldi gülləri Azərbaycanın.

    Dünyanın yolunu Haqqa döndərin,
    Sevgidən bir pay da mənə göndərin.
    Çiçəklər ölkəsi-ULU ÖNDƏRİN,-
    Möhtəşəm əsəri-Azərbaycanın.

    Haqqın vergisinə Haqq kimi baxan,
    Dağılmış evlərdə min büsat quran.
    Elə arxalanan, elə inanan,
    Yaşasın RƏHBƏRİ Azərbaycanın.

    Bakı şəhəri.17 oktyabr 2016-cı il.

  • Rahilə DÖVRAN.”Nur tuluqları”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Yenə kövrəlibdir, dolub buludlar,
    Üzləri çevrilib ana torpağa.
    Görünür göylərin yerə sözü var,
    Güman var gürşada, ya leysan yağa.

    Günəş də tutulub, qaş- qabaqlıdır,
    Dağlarda, düzlərdə sərin meh gəzir.
    Şimşəklər pusquda, himə bağlıdır,
    Dişlərin qıcırdıb, əmrə müntəzir.

    Təlaşla alçaqdan uçuşur quşlar,
    Öncədən duyublar gələn yağışı.
    Qovrulan ot- alaf nurla qovuşar,
    Tanrıya yönələr dua, alqışı.

    Bəhs ilə yarışan nur tuluqları,
    Çırparlar özlərin ota, yarpağa.
    Coşar sakit axan çayın suları,
    Can gələr ey Dövran, daşa, torpağa.

  • Rahilə DÖVRAN.”Bilmədin”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Heç də sanma asandı,
    Canım alışdı yandı.
    Yazıq könlüm usandı,
    Sevdamı sən, bilmədin.

    Ey daş ürək, gül sinə,
    Yol tapmadım köksünə.
    Məni qoydun pis günə,
    Heç dərdimi, bölmədin.

    Olacaqdın baş tacım,
    Dərdlərimə əlacım.
    Xoş ağrımsan, xoş ağrım,
    Baxma üzə, gülmədin.

    Toxunmadım telinə,
    Qərq oldum qəm selinə.
    Düşdüm əğyar dilinə,
    Göz yaşımı, silmədin.

    Tükəndi and, amanı,
    Ötdü gənclik zamanı
    Kim sevər ta Dövranı?
    Səslədi hey, gəlmədin…

  • Abdulla MƏMMƏD.”Bu dünya eşqin qəfəsi”

    abdullamuellim

    Etibar qalmayıb daha,
    Yüyəni dartılan ata.
    Dərdimiz sevincdən baha,
    Yol gedirik bata-bata.

    Azı yox,çoxu itirib;
    Atdığı oxu itirib,
    Gecələr yuxu itirib,
    Gündüzləri yata-yata.

    Günlər gerçəkmi,yuxumu?
    Dərd bada verib çoxunu.
    Səpmə ayrılıq toxumu,
    Aşıma duz qata-qata.

    Bu dünya eşqin qəfəsi,
    Sevinci nəfsin köləsi.
    Buz dadır ilıq nəfəsi,
    Dərdə ocaq çata-çata.

    Bu bəxt ki var-qara közdür,
    Kimi bezdi, kimi dözdü…
    Üzdü məni, bu yol üzdü,
    Günü-günə sata-sata.

    Bu dünya dərdə kölədir,
    Sözü uşaq tək bələdi.
    Tanrının işi belədir-
    Döndərib ömrü şahmata.

    11.12.2000.
    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Məzarımda bitən çiçək”

    abdullamuellim

    Bu çiçəyin rəngi sarı,
    Ləçəyi qəm naxışlıdır.
    Boylanıb qəbrimə sarı,
    Çiçək həsrət baxışlıdır.

    Bu gül gözümdə göz dağı,
    Nisgili ürək ağrıdır.
    Bu gül sükutun söz dağı,
    Bağrımı üzən agrıdır.

    Göz yaşı şeh olan gülün
    Sevgisi dünya qədərdir.
    Gözü yolda qalan gülün
    Qəlbini qırmaq qədərdir.

    Gözü yaşla dolsa belə,
    Gül unutmaz gül eşqini.
    Ləçək-ləçək solsa belə,
    Yaşadacaq gül eşqini.

    Nifrət etsə belə dili,
    Üz çevirməz qəlbi gülə.
    Çıxar geri dönsə gülü,
    Pişvazına gülə-gülə…

    Məni mənə bağışlama,
    Məzarımda bitən çiçək.
    Təzədən dərdi başlamam-
    Qəbrim olar sitəm,çiçək.

    Gözlərim qəm çisənləyir,
    Sən bu dünyadan küsəndə.
    Ruhum Rəbbimi səsləyir,
    ALLAHINA sığın səndə.

    Azərbaycan.Quba.
    28.12.2000.
    PS:Bu şeir”Palitra” qəzetində 15.03.2001.tarixində dərc olunub.

  • Mais TƏMKİN.”Bir adam tapmadım…”

    mt

    Doğmalar yanında günahkaram mən,
    Qohumun, qardaşın yadam içində.
    Haqqımı car çəkib yaya bilmirəm,
    Boğulub qalıbdır sədam-içimdə.

    Kiminsə biganə, ögey baxışı,
    Salıbdır üzümə nifrin naxışı.
    Ələnir üstümə qarı, yağışı,
    Mən necə yaşayım bu dam içində?

    ,,Haqq” deyən haqqımı əlimdən alıb,
    Xoş keçən günümü pis günə salıb.
    Həyatım bir teldən asılı qalıb,
    Ürəyim haqq deyir edam içində!..

    Sanki ölüb hamı, diri tapmıram,
    Dediyim sözünün yerin tapmıram.
    Dərdimi deməyə birin tapmıram,
    Bu qədər gördüyüm ,,adam” içində

  • Mais TƏMKİN.”Olmadı”

    mt

    Mərdi ocaqda qaladı,
    Yurdunu çapdı, taladı.
    Namərd haqqı tapdaladı,
    Ona söz deyən olmadı.

    Qəmə tuş görüb anımı,
    Dişimə çəkdim canımı.
    Həqiqətin ünvanını
    Sordum, düz deyən olmadı.

    Yatmışıq, şirin röyadan
    Yoxdu bizi bir oyadan.
    Çıxıb gedək bu dünyadan,
    Dünya biz deyən olmadı.

  • Müzəffər MƏZAHİM.”Türküm, özünə gücən!”

    mm

    Yenə də həmlə var yüz yerdən sənə,
    Ey Türküm, sıx dayan, səfini pozma.
    Qoyma zərbə dəysin bu şərdən sənə,
    Qoru qürurunu, kefini pozma.

    Sən qranit dağsan, əyilməz, mətin,
    Çox küləklər əsib başının üstən.
    Dözüb tablamısan olsa da çətin,
    Bir daş da qopmayıb daşının üstən.

    Sən öz dərdlərinə özünsən şəfa,
    Vermə yad əlinə fürsəti, fəndi.
    Bu gün xəyanətdən çəksən də cəfa,
    Bağla çirkab axan bərəni, bəndi.

    Ey Türk, təklənmisən əsrlər boyu,
    Səni yıxmaq olub işi yağının.
    Həsəddən axsa da ağzının suyu,
    Sənə batmayıbdır dişi yağının.

    Şərəfli tarixin başının tacı,
    Özünə güvəndin düşəndə dara.
    Qılincınla tapdın yurda əlacı,
    Zəhmin diz çökdürüb qəsibkarlara.

    Mərdlik, şücayətdir ucaldan səni,
    Fitnə-fəsadlara uyma, ayıq ol.
    Bu ucsuz-bucaqsız dağma Vətəni,
    Düşmən tapdağında qoyma, ayıq ol.

    Özünsən özünə öz əmanətin,
    Qədim tarixlərdə öyülən Türküm.
    Heç vaxt əyilməsin qəddin, qamətin,
    Tək TANRI önündə əyilən Türküm.

  • Müzəffər MƏZAHİM.”Torpaqlarımız”

    mm

    Fərəhim, iftixarım, ey qarı torpaqlarımız,
    Ən qədim tariximin memarı torpaqlarımız.

    Keçdi düşmən əlinə fitnə-fəsad, hiylə ilə.
    İndi yoxdur əlimizdə yarı torpaqlarımız.

    Hərə bir tarix icad eyləyərək işğal edib,
    Amma hifz etmədədir aşkarı torpaqlarımız.

    Başqasından kömək ummaqla qorunmaz ki, Vətən.
    Qayıda öz gücümüzlə barı torpaqlarımız.

    Gücümüz, qeyrətimiz bəs eləyər, tarixə bax,
    Yetirib gör nə qədər sərdarı torpaqlarımız.

    Yurdumun tarixini təhrif edənlər bilsin,
    Əsla qəbul eləməz murdarı torpaqlarımız.

    Bir çiçəkdir bu Vətən, bəslə, Müzəffər, gec-tez,
    Göməcək üstünə qonmuş xarı torpaqlarımız

  • Somerset Moem.”Şair” (Hekayə)

    (İlk dəfə 1925-ci ildə “Böyük insan” adı altında nəşr edilib)

    Məni məşhur adamlar demək olar ki, maraqlandırmır. Həmişə əksər insanların tanınmış adamların heç olmasa, əlini sıxmaqdan ötrü əldən-ayaqdan getməsi acığıma gəlib. Mənə hansısa rütbəsi və ya xidməti böyük olan tanınmış bir adamla tanış olmağı təklif edəndə, çalışıram ki, üzrlü bir bəhanə tapıb bu şərəfdən özümü məhrum edim. Ona görə də dostum Dyeqo Torre məni Santa Anye ilə tanış etmək istəyəndə imtina elədim. Amma bu dəfə imtinamın səbəbini səmimi şəkildə izah elədim: Santa Anye nəinki böyük şairdir, üstəlik romantik epoxanın son nümayəndəsidir. Təbii ki macəraları ilə dövrünün (ən azından İspaniyada) əfsanəsi sayılan bir şəxsiyyətini ömrünün qürub çağında görmək maraqlı olardı. Ancaq bildiyimə görə o çox qocalıb əldən düşmüşdü, həm də xəstə idi. Güman ki, yad adamın, özü də bir əcnəbinin ziyarəti onu yorardı.
    Kalisto de Santa Anye həqiqətən də görkəmli şair idi, Böyük Məktəbin son təmsilçisi sayılırdı. Həmin dönəmdə artıq bayronizmin hörmətdən düşməsinə baxmayaraq o, elə ömrünü məhz Bayron kimi yaşayırdı: yaşadığı eşq macəralarını, qaynar həyatını ona başgicəlləndirici şöhrət gətirən şeirlərində təsvir edirdi. O, vaxtilə heç bir müasirinin qazana bilmədiyi mövqedə olmuşdu. Onun yaradıcılığı haqqında mülahizə yürütmək istəmirəm, təkcə onu deyə bilərəm ki, şeirlərini ilk dəfə 23 yaşımda oxuyanda vəcdə gəlmişdim: məhz o yaşda olan gənc oğlanın ağlını ala biləcək ehtiras, ötkəmlik, cəsarət dolu, özündə həyat eşqini, rəngarəngliyini əks edirən şeirlər idi. Elə o vaxtdan qəlbimi çulğayan bu sətirlər mənim aləmimdə öz ahəngdar ritmləri ilə gəncliyimin cazibədar xatirələrinin bir hissəsidir. Ona görə də hər dəfə bu sətirləri yenidən oxuyanda bir daha həmin illərə qayıdır, qəlbim sanki bir quş tək çırpınmağa başlayır. Məncə, ispandilli ölkələrdə Kalisto de Santa Anyeyə belə böyük hörmət bəsləməkdə düz edirlər. Çünki bu dövrlər ərzində gənclər onun dillərdən düşməyən şeirləri ilə cuşa gəlmiş, məhz onunla poeziyaya bu qədər yaxın olmuşdular. Dostlarım yorulmadan onun ipə-sapa yatmaz xasiyyətindən, alovlu nitqlərindən (o, həm də ictimai xadim idi), kəskin hazırcavablığından, dikbaşlığından və sevgi macəralarından danışardılar. O, üsyankar, cəsarətli idi, hətta qanunlara belə meydan oxuyardı. Amma hər şeydən öncə vazkeçilməz aşiq idi. Hamı onun hansısa tanınmış aktrisanı və ya məşhur müğənnini ehtiraslı məhəbbətlə sevdiyini bilirdi. Axı onun çılğın məhəbbətini, iztirablarını, hiddətini təsvir etdiyi o atəşin sonetləri dillərdə əzbər idi! Onu da yaxşı bilirdik ki, Burbinlər sülaləsinin vəliəhdliyinə namizəd olan gözəl ispan şahzadəsi vaxtilə onun sevgi dolu yalvarışlarına məğlub olmuş, qəlbini bu çılğın şairə vermişdi. Təəssüf ki, hərdəmxəyal şair qəlbi bu sevginin daşını atanda bədbəxt qadın başını qırxdırıb monastıra sığınmışdı. Axı kralları ta şanlı əcdadlarından bu yana məşuqələr təngə gətirəndə həmişə belə olurdu: qadınlar monastıra üz tuturdu, çünki kralın sevgilisi sonradan başqasının sevgilisi ola bilməzdi. Məgər Kalisto se Santa Anye bu ölümlü krallardan əskik idi?! Niyə onun da məşuqəsi toxunulmaz olmamalıydı?! Biz oxucular da həmin şahzadə qadının bu romantik hərəkətini alqışlayır, şəninə təriflər yağdırırdıq. Axı bu addım bizim sevimli şairimizə şərəf gətirir, onun ləyaqətini uca tuturdu!..
    Amma bütün bunların hamısı çoxdan baş vermişdi. Don Kalisto artıq ona heç bir yenilik, çılğınlıq təklif etməyən dünyaya nifrət edərək öz qabığına çəkilmişdi: çoxdandı ki, doğma şəhəri Esixdə tərki-dünya yaşayırdı. Seviliya şəhərinə iki həftəlik məzuniyyətim çərçivəsində Esixə də getməyə hazırlaşırdım. Heç də şairə görə yox, sadəcə olaraq, unudulmaz xatirələrlə bağlı olduğum bu gözəl Əndəlüs şəhərinə baş çəkmək istəyirdim. Dostum Dyeqo Torre planımdan xəbər tutub şairlə də görüşməyi təklif etdi. Görünür, don Kalisto az tanınmış yeni nəsil yazıçıların hərdən onu ziyarət etməsinə icazə verirdi və onlarla söhbətlərdə yaradıcılığının çiçəklənmə dövründə oxucularını öz bəlağətli nitqi ilə coşdurduğu kimi bəzən həminki alovu göstərirdi.
    – İndi o, necə görünür? – soruşdum.
    – Əla, necə lazımdı.
    – Səndə onun təzə şəkilləri var?
    – Olsaydı nə vardı ki! Düz 35 ildir ki, o, heç kəsə şəklini çəkdirməyə icazə vermir. İstəyir ki, yeni nəsil onu elə gəncliyindəki kimi tanısın.
    Etiraf edim ki, onun şöhrətpərəstlik eyhamı məni mütəəssir etdi. Bilirdim ki, Santa Anye gəncliyində çox yaraşıqlı olub. İndi isə hər kəsin heyranlıq duyduğu, həsəd apardığı bu yaraşıq qum dənələri kimi əlindən süzülüb getmişdi. Yəqin, şair görəndə ki, gənclik ötüb, əvvəlki görkəmindən əsər-əlamət qalmayıb, acı təbəssümlə, qüssəylə ötənləri yada salır.
    Şairə olan rəğbətimə baxmayaraq, görüşdən imtina etdim; düşündüm ki, mənə yaxşı tanış olan o odlu-alovlu şeirləri yenidən oxumaqla kifayətlənmək daha münasibdi. Həm də Esixin sakit, günəşli küçələrində gəzib-dolaşmağı üstün tutdum. Ancaq gəldiyim günün axşamı bu dahi insanın öz xətti ilə yazılmış dəvətnaməni alanda çox həyəcanlandım. Santa Anye yazırdı ki, Dyeqo Torrenin məktubundan mənim gəlişim barədə xəbər tutub və sabah saat 11-də onu ziyarət etməyimdən məmnun olardı. Başqa yol yox idi – təyin olunan vaxtda onu görməyə getməliydim.
    Qaldığım mehmanxana əsas meydanda yerləşirdi. Gözəl bir bahar səhərində, gümrah halda küçəyə çıxdım. Sağa-sola dönmədən, düz yolla şəhər boyu gedirdim. Şəhər də nə şəhər! Elə bil sakinləri çoxdan buranı tərk etmişdi. Dar, ağ rənglə boyanmış küçələr bomboş idi. Bir qədər gedəndən sonra nəhayət qapqara geyinmiş bir qadına rast gəldim, yəqin ibadətdən qayıdırdı. Esix – kilsələr şəhəridir, burda hansı küçəyə getsən, bir kilsə görəcəksən. Hər tərəfdə zaman keçdikcə soluxmuş divarlı, çürümüş taxtapuşlarında leyləklərin yuva qurduğu kilsələr, qüllələr göz oxşayır.
    Yanımdan ötən uzunqulaq karvanına baxmaq üçün dayandım. Amma solğun-qırmızı çullu ulaqların bellərindən aşırılmış kisələrdə, torbalarda nələr daşındığını görə bilmədim. Halbuki bir vaxtlar Esix şəhəri belə kasıb görkəmdə deyildi, burada Yeni Dünyanın zənginləri yaşayardı, ağ suvaqlı evlərin darvazalarından nüfuzlu ailələrin sülalə gerbləri asılardı. Şimali və Cənubi Amerikada var-dövlət toplamış ispan tacirlər, avantürislər bu şəhərə can atardılar. Elə don Kalisto da belə evlərin birində indiyədək yaşayırdı.
    Şəbəkəli darvazanın zəngini basanda, qürurla düşündüm ki, dahi şair məhz adına yaraşan belə bir evdə yaşamalıdır. Ağır qapılarda nəsə qədimi əzəmət vardı və o, məşhur şair haqqındakı təsəvvürümlə həmahənglik yaradırdı. Qapı zənginin evdə əks-səda verdiyini eşitdim, amma heç kəs hay vermədi. Ona görə də bir neçə dəfə zəngi təkrarlamalı oldum. Nəhayət, darvazaya üz-gözünü qıl basmış qarı yaxınlaşdı.
    – Nə lazımdı? – deyə soruşdu.
    Onun qara gözləri hələ də gözəlliyini itirməmişdi, amma sallaq, tüklü sifəti qaşqabaqlı idi. Düşündüm ki, yəqin bu qarı şairin qulluğunu tutur. Mən ona öz vizit kartımı uzadıb:
    – Ev sahibi məni gözləyir, – dedim.
    Qarı dəmir darvazanı açıb məni içəri buraxdı. Gözləməyimi xahiş edib pilləkənlə evə qalxdı. Qızmar günəşin hərarətindən sonra həyətin kölgəli sərinliyi adamı xoşhallandırırdı. Həyət, ümumiyyətlə onun yerləşdiyi küçə zadəgansayağı idi, düşünmək olardı ki, konkistadorların (Yeni Dünyanı – Amerikanı zəbt edənlər) hər hansı davamçısı tərəfindən tikilmişdi. Amma boyağı solmuşdu, daş plitələr çatlamış, bəzi yerlərdə suvaqlar ovulub tökülmüşdü. Keçmiş zəngin şəhərin hər yerində indi yoxsulluq duyulurdu. Bilirdim ki, don Kalistonun da maddi imkansızlığı var. Vaxt var idi pul başından yağırdı, ancaq o, bu göydəndüşmə pulların qədrini bilmir, sağa-sola xərcləyirdi. İndi isə açıq-aşkar ehtiyac içində yaşayırdı, amma bunu göstərməyi şəninə sığışdırmırdı.
    Həyətin ortasında stol qoyulmuşdu, ətrafında yellənən həsir kreslolar vardı. Stolun üstündəki iki həftə öncənin qəzetlərini xəfif külək tərpədirdi. Görəsən, qoca şair ilıq yay axşamlarında burada oturub, arabir siqaretindən qullab vuraraq hansı xəyallara qapılır?.. Tağlı keçidin altında asılmış kobud ispan rəsmləri tədricən tündləşmişdi. Kənarlarda üstünü toz basmış qədimi, bəzi yerləri zədələnmiş siyirməli dolablar qoyulmuşdu. Qapının kənarında isə bir cüt köhnə tapança asılmışdı və mən dərhal bu silahların vaxtilə don Kalistoya çoxsaylı məşhur duellərdə necə xidmət etdiyini – gözəl rəqqasə Pepa Montanyes (indi o gözəl qız yəqin ki, dişsiz qarıya çevrilib) uğrunda hersoq Dos Ermanosu necə öldürdüyünü məmnunluqla gözümün önündə canlandırdım.
    Ətrafdakı hər şey mənim dumanlı şəkildə səhnələşdirdiyim bir obraz idi və məşhur şair-romantikə elə yaraşırdı ki! Bu evin ruhu tamamilə mənim təxəyyülümü zəbt eləmişdi… Bu zadəgan yoxsulluğu vaxtilə onun gəncliyinin cah-cəlalını elə indi də mükəmməl əks etdirirdi. Bu evdə də konkistadorların ölməz ruhu duyulurdu və bu cür şəxsiyyətə məhz belə bir evdə – yarıucuq zadəgan evində ömrünü başa vurmaq yaraşırdı.
    Mən bura gələndə tamamilə biganə idim, hətta bu görüşü yorucu təsəvvür edib darıxırdım, amma tədricən həyəcan məni ağuşuna alırdı. Bir siqaret yandırıb çəkdim. Mən düz təyin edilmiş saatda gəlmişdim, ona görə də şairin niyə ləngidiyindən çaşıb qalmışdım. Sükut məni qəribə şəkildə narahat etməyə başladı. Bu sakit həyətdə keçmişin kölgəsi dolaşırdı, bir daha geri dönməyəcək ötən əsr burada yenidən mənim üçün hansısa xəyali həyata çevrilirdi. O dövrün insanları indikilərdən qarşısıalınmaz ehtirası, ipə-sapa yatmaz cəsarətləri ilə seçilirdi. İndi bizim zəmanəmizdə bu cəhətlərdən heç əsər-əlamət də qalmayıb. Biz bu dövrdə belə ağlasızmaz hərəkətlərə yol verə bilmərik, bilsək də cəzası ağır olar. Odur ki, dəlisov qəhrəmanlığı biz ancaq teatrlarda görə bilərik.
    Addım səsləri eşitdim, ürəyim daha sürətlə döyünməyə başladı. Çox həyəcanlanmışdım. Nəhayət onun pilləkənlərdən necə endiyini görəndə, az qala, ürəyim yerindən çıxacaqdı. Əlində mənim vizit kartımı tutmuşdu. O, hündür, amma çox arıqdı; dərisi köhnə fil sümüyü kimi azacıq saralmışdı. Gur saçları ağarmış, qalın qaşlarına isə çal düşməmişdi və bu, onun alov kimi bərq vuran möhtəşəm gözlərini daha zəhmli göstərirdi. Heyrətamizdi, bu yaşında belə gözləri öz parlaqlığını itirməmişdi. Qartal burnu, kip sıxılmış dodaqları üzünün ifadəsini daha da sərtləşdirirdi. Yaxınlaşana qədər gözlərini məndən çəkmədi, baxışlarında mülayimlikdən əsər-əlamət yox idi, deyəsən gəlişimə şad deyildi, soyuq qarşıladı. Əynində qara paltar vardı, kənarları geniş şlyapasını əlində tutmuşdu. Bütün görkəmindən özünəəminlik və ləyaqət yağırdı. O, elə mənim görmək istədiyim, təsəvvürümdə canlandırdığım kimi idi və ona baxdıqca bu yaşına qədər məntiqi, yaraşığı ilə nə canlar yandırdığını, nə ağıllar aldığını yaxşı anlayırdım. Bəli, onun möhtəşəm görkəmi təsdiqləyirdi ki, o, dahi şairdir!
    Don Kalisto həyətə enib asta addımlarla mənə yaxınlaşdı. Mənim həyatımda bir daha təkrar olunmayacaq anlar yaşanırdı – budur: ötən əsrin romantik ispan poeziyasının varisi! Ona baxdıqca, möhtəşəm Hereranı, səmimi Fray Luis, mistik Xuan de la Krus və mürəkkəb, anlaşılmaz Qonqoranı görürdüm. O isə bu sırada artıq sonuncu ad idi və açdığı cığırı şərəflə sona doğru tamamlayırdı. Qəribədir, ürəyimdə don Kalistonun məşhur şeirlərindən birinə bəstələnmiş gözəl, həzin bir musiqi səslənirdi.
    Çaşıb qalmışdım. Yaxşı ki, qabaqcadan ilk salamlaşma üçün bir neçə söz hazırlamışdım:
    – Ustad, mənə – başqa ölkədən gəlmiş əcnəbi qələm adamına sizin kimi böyük şairlə tanış olmaq şərəfdir…
    Bir anlıq nüfuzedici gözlərində istehzalı qığılcım göründü, sərt dodaqlarında ani təbəssüm gəzdi:
    – Mən şair deyiləm, cənab! Yun satıram – tacirəm. Ünvanı səhv salmısınız. Don Kalisto qonşu evdə yaşayır.
    Hə… ünvanı səhv salmışdım…

    Tərcümə edəni:
    Şəfiqə Şəfa Teqlər:

  • Rahilə DÖVRAN.”Görən nədəndir”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Uymayaq dünyanın cah-cəlalına,
    Sərvət də mənsəb də gəlib-gedəndir.
    Əlçirki,beşgünlük dünya malına,
    Bu qədər hərislik ,görən nədəndir?

    Alın yazıları heç baxmaz yaşa,
    İstər yüz il yaşa,istər az yaşa,
    Ömrü xərcləyərək vuranda başa,
    Dünyanı tərk edən cansız bədəndir.

    Ruh Rəbbə məxsusdur,dönər dərgaha,
    Dünya dəyişməklə iş bitməz daha.
    Divan qurulanda hər bir günaha,
    Behişt əhli ora,suçsuz gedəndir.

    Ölçəndə suçları Haqqın mizanı,
    Bəlli edəcəkdir yolun azanı.
    Hər əməl tapacaq layiq cəzanı,
    Siratı keçməyən günah edəndir.

    Kimləri çəkmədi sınağa Dövran,
    Əməldir ölməyən,əbədi qalan.
    Hamını son anda qoynuna alan,
    Uyuduğu torpaq,Ana vətəndir.

    05.10.2015.

  • Rahilə DÖVRAN.”Papaq”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sayılır şöhrəti ,sərvəti,varı,
    Dağların əlçatmaz başının qarı.
    Atanın,oğulun,ərin vüqarı
    Vətəndir,anadır bir də torpağı-
    Kişiyə qeyrətdir ,başda papağı.

    Papağın qisməti zirvədir,başdır,
    Papaq kişiliklə əkiz qardaşdır.
    Papaq namus rəmzi,qandır,yaddaşdır
    Dilində təkbiri,əldə bayrağı-

    Kişiyə qeyrətdir ,başda papağı.
    Papağı olan kəs heç vaxt əyilməz,
    Vətən qəhri çəkən oğul yenilməz.
    Qorxunc şimşək olar,səngimək bilməz
    Kükrər,çəkər nərə,silkələr dağı-

    Kişiyə qeyrətdir, başda papağı.
    Milli sərvətimdir ,soyuma bağlı,
    İstər Naxçıvanlı,ya Qarabağlı.
    Qoruyar zəkanı,idrakı,ağlı
    Dövran,-qadın üçün örpək,duvağı-
    Kişiyə qeyrətdir,başda papağı.

  • Abdulla MƏMMƏD.”Səhvini arama məndə”

    abdullamuellim

    Nəyim var ki göz dəyəsi,
    Gözün qala,göz yiyəsi?
    Üzün də yox söz deyəsi,
    Söz ağlayır həya canda.

    Hər gün qəmi qoyub dəmə,
    Üz vurdun üz tutub qəmə.
    Səndəmi düşdün qədəmə
    Eşq qapını dərd açandan?!

    Göz olub ayaq altına,
    Dünənini sal yadına.
    Qızaran gözün oduna
    Çarə olmaz həyəcandan.

    Dağ üstünə dağ qoymadın,
    Ürəyimdə yağ qoymadın,
    Canımı da sağ qoymadın,
    Üzüm gülmür gör haçandan!

    Səhvini arama məndə,
    Günahkarıq-sən də,mən də…
    Allaha olmadıq bəndə,
    Şeytana ürək açandan.

    Azərbaycan.Quba.
    16.04.2001.

  • Abdulla MƏMMƏD.”Məzarımda bitən çiçək”

    abdullamuellim

    Bu çiçəyin rəngi sarı,
    Ləçəyi qəm naxışlıdır.
    Boylanıb qəbrimə sarı,
    Çiçək həsrət baxışlıdır.

    Bu gül gözümdə göz dağı,
    Nisgili ürək ağrıdır.
    Bu gül sükutun söz dağı,
    Bağrımı üzən agrıdır.

    Göz yaşı şeh olan gülün
    Sevgisi dünya qədərdir.
    Gözü yolda qalan gülün
    Qəlbini qırmaq qədərdir.

    Gözü yaşla dolsa belə,
    Gül unutmaz gül eşqini.
    Ləçək-ləçək solsa belə,
    Yaşadacaq gül eşqini.

    Nifrət etsə belə dili,
    Üz çevirməz qəlbi gülə.
    Çıxar geri dönsə gülü,
    Pişvazına gülə-gülə…

    Məni mənə bağışlama,
    Məzarımda bitən çiçək.
    Təzədən dərdi başlamam-
    Qəbrim olar sitəm,çiçək.

    Gözlərim qəm çisənləyir,
    Sən bu dünyadan küsəndə.
    Ruhum Rəbbimi səsləyir,
    ALLAHINA sığın səndə.

    Azərbaycan.Quba.
    28.12.2000.
    PS:Bu şeir”Palitra” qəzetində 15.03.2001.tarixində dərc olunub.

  • Müzəffər MƏZAHİM.”Millətim”

    mm

    Küsmə taleyindən, baxtından, oyan,
    Çox keçib durğunluq vaxtından, oyan,
    Enmə Şah İsmayıl taxtından, oyan,
    Qorqud ümidini, qırma millətim.

    Tarix ələyindən çıxmısan narın,
    Dünyaya bəllidir üzün, astarın,
    Düşmənin nə qədər olsa da harın,
    Önündə boynunu burma, millətim.

    Ləkədir yurdunda köçkünlük sənə,
    Nə verdi bu süstlük, üzgünlük sənə,
    Yaraşmır baxtından küskünlük sənə,
    Əlləri qoynunda durma, millətim.

    Olma ehtiyaca, olma kölə sən,
    Namərdlər önündə susma belə sən,
    Qarşıda aşrım çox, kükrə hələ sən,
    Özünü enişdə yorma, millətim.

    Bəsdir, yarı yolda qurdun bardaşı,
    Səbrlə göyərtdin o qara daşı,
    Qoyma ki, korşala tarix yaddaşı,
    Özünü özgədən sorma, millətim.

  • Müzəffər MƏZAHİM.”Üç yol qoyub babalar”

    mm

    “Oğul”-deyə ,- Vətən səni səsləyər,
    Qeyrətini görən düşmən həsləyər,
    Bu yurd səni bala kimi dəsləyər,
    Öz anana ya asi ol, ya şəhid.

    Bəxş edibdir Tanrı bizə bu yurdu,
    Gətiribdir kim bəd gözə bu yurdu?
    Qoru, qıyma yağı gəzə bu yurdu,
    Qul olmağa ya razı ol, ya şəhid.

    Göz dağıdır yanmış ellər, obalar,
    Ürəyimiz qisas deyib çabalar,
    Üç yol qoyub qarşımızda babalar:
    “Ya dərviş ol, ya qazi ol, ya şəhid.”

  • Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərində Müəllimlər günü münasibətilə tədbirlər keçirilib

    Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərində Müəllimlər günü münasibətilə tədbirlər keçirilib.
    F.Əmirov adına uşaq musiqi məktəbində baş tutan tədbirdə müəllimlər Vüqar Nəcəfovun ifasında “Segah təsnifi”, Şöhrət Qocayevin ifasında “Baş Sarıtel” (Saz), məktəbin xalq çalğı alətləri ansamblının ifasında “Azərbaycan xalq rəqsləri”ni alqışlarla qarşılayıblar.
    Q.Qarayev adına uşaq musiqi məktəbində və Ə.Bakıxanov adına uşaq incəsənət məktəbində də bayram münasibətilə tədbir keçirilib. Hər iki məktəbin müəllimlərdən ibarət kollektivinin ifasında bəstəkar və xalq mahnıları, milli rəqslər maraqla izlənib.
    Bülbül adına uşaq incəsənət və musiqi məktəbində 33 müəllim fəxri fərmanla təltif edilib, şagirdlərin ifasında musiqi nömrələri dinlənilib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

  • Rahilə DÖVRAN.”Hardasan?”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    (Müqəddəs Muhərrəm ayının gəlişi münasibəti ilə, – Ağamız Həzrəti İmam Zamana)

    Dünyaya hökm edir qolu zorlular,
    Səlibə başlayıb xaçlı ordular.
    Qüdsü, Kərbəlanı viran qoydular,
    Nəmrud övladları olub haqq basan,
    Qurbanı olduğum imam –hardasan?

    Qəzzə qarış-qarış od tutub yanır,
    Qahirə,həm Bağdad tankla şumlanır.
    Dəməşqdə qardaşlar –qardaşı danır,
    Olub əhli –islam yenə qan qusan-
    Qurbanı olduğum imam –hardasan?

    Dumana bürünüb gündoğan ellər,
    Haqq deyə titrəyir dodaqlar,dillər.
    “Ələman-ələman:- Ağam”-deyirlər.
    Sən hər bir müşkülə,dərdə çarasan-
    Qurbanı olduğum imam-hardasan?

    Al qana boyanıb müqəddəs səhra,
    Agısın söyləyir Fatmeyi-Zəhra.
    Zeynəbin,Səkinən bağlayb qara,
    Gəlib məzlumları ovundurasan-
    Qurbanı olduğum imam-hardasan?

    Hüseynin yarımçıq qalıb qəzası,
    Abbasın sızlayır kəsik əzası.
    Çox gecikdi Ağam-Rəbbin rizası,
    Baba zülfüqarın belə sarasan-
    Qurbanı olduğum imam-hardasan?

    Peyğənbər adına küfürlər yağır,
    Haqqa həqarətlər ağırdan-ağır.
    Zühr eylə göy atda-cihata çağır,
    Minacat verərək meydan qurasan-
    Qurbanı qlduğum imam hardasan?

    Yetmiş iki daglı,yaralı dinim,
    Hələ də inləyir Zeynəl-Abdinim.
    Yezidlər sağikən –vulkandır kinim.
    Sənsiz cəng eyləmək düşmənə asan-
    Qurbanı olduğum imam-hardasan?

    Qan qoxur Dəclənin,Fəratın suyu,
    Heratda çalınlr iblısin toyu.
    Hələbdə,Kufədə kök atıb soyu,
    Hansının önünü kəsib durasan ? –
    Qurbanı olduğum imam-hardasan?

    Rəmmal yox bu dərdi söyləyə,yoza,
    Kafirlər göz dikib indi Qafqaza.
    Qanlı tor atıblar Kürə,Araza,
    Müxənnət torunu oda tutasan-
    Qurbanı olduğum imam-hardasan?

    Qubadlı,Zəngilan,gözəl Füzuli,
    Ağdam,Şuşa,Laçın,Qarabağ eli.
    Həsrətdə keçirdi gör neçə ili,
    Zülmün zəncirini gəlib qırasan-
    Qurbanı olduğum imam-hardasan?

    Ürəklər güc alır nurlu Kəbədən,
    Haqqın qulu olur hər zəvvar gedən.
    Milyonluq ordun var ,ibadət edən,
    Sən özün adınla böyük ordusan-
    Qurbanı olduğum imam-hardasan?

    Allahdan rizası budur Dövranın:-
    “Alınsın qisası hər axan qanın.”
    Gəl qaldır şöhrətin,şanın islamln,
    Gözlənən xilaskar, Şiri-Xudasan-
    Qurbanı olduğum imam-hardasan?

  • Rahilə DÖVRAN.”Yazıq şeytan”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Rəbb bəxş edən ömürü,
    Insafsızca taladıq.
    Şeytanmı verdi əmri?
    Suçu- suça caladıq.

    Çox vaxt səbəb tapıldı,
    Dedik ,-nadan olmuşuq.
    Şeytana şər atıldı,
    Dedik,,- ona uymuşuq.

    Hər günaha baş vurub,
    Etdik,- “”lənət şeytana”.
    Şər əmməldən tor qurub,
    Onu gətirdik çana.

    Dolayaraq barmağa,
    Biz şeytanın zəncirin.
    Saldıq tora, qarmağa,
    Öyrəndik şərin sirrin.

    Düşübdür ixtisara,
    Yazıq şeytanın işi.
    Qalıb ağlar, biçara,
    Kimsəyə batmır dişi…

  • Polad SABİRLİ.”Gözəlim”

    Polad Sabirli

    O,çiçək üzünə,gül sifətinə,
    Qıymayıb düşməyib xal ay gözəlim.
    Baxma əziyyətə,baxma çətinə,
    Sevginlə canımı al ay gözəlim.

    Doşabı bal ilə qatandan sonra,
    Şipşirin neməti udandan sonra,
    O bal dodağından dadandan sonra,
    Dadını itirib bal ay gözəlim

    Yatdım eşq bağında dincəldim yarın,
    Axır ki,qazandım dünyanın varın,
    Çox adam dəymişin axtarır narın,
    Mənimçün şirindir kal ay gözəlim.

    Dünyadan çox verib,o dəyər sənə,
    Qamətin qəddiyər, baş əyər sənə,
    Polad da qorxur ki,göz dəyər sənə,
    Aç zülfün üzünə sal ay gözəlim.

    05 02 2016

  • Polad SABİRLİ.”Görəsən ölmürəm ki, mən?”

    Polad Sabirli

    Dərgahına sıgınmışam,
    Tanrım versin mətləbimi.
    Sac üstündə qovrulmuşam,
    Qorumuşam məzhəbimi.

    Eşq sinəmdə qan ağlayır,
    İtib könlümün sahmanı,
    Ruh ağlayır,can aglayır,
    Allaha qalıb gümanı.

    Öz eşqimin çəkə-çəkə,
    Dərdini mən kamilləşdim,
    Sözdən qala tikə-tikə,
    Oturub sözlə əlləşdim.

    Çıxdı canımın dərisi,
    Döyülmədim üyülməkçün.
    Olmadım şöhrət hərisi,
    Kiçilmədim böyüməkçün.

    Dolub qara bulud kimi,
    Boşala bilmirəm ki,mən,
    Polad,gəlib sözün dəmi,
    Görəsən ölmürəm ki,mən.

    10.06.2016.

  • Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”

    abdullamuellim

    Üzünü ağ etmir üzgörənliyin,
    Üzünün suyunu töküb gedirsən.
    İçindən bulanıb üzünün suyu,
    Suyunda lillənib çıxıb gedirsən.

    O qədər üz görüb üzün dünyada,
    Üzünün ağlığı üzdə qalmayıb.
    Üzünü çevirib üzlər üzündən,
    Üzünə üz tutan üz də qalmayıb.

    Üzünün suyundan gözüm su içmir,
    Üzündə bozarır saxta qürurun.
    Səndə bu üz ki var,çətin durula
    Üzündə,gözündə Məhəmməd(s.) nuru.

    Üzünə tutmağa ələk gəzirsən,
    Üzündə üz varmı ələk tutası?
    Hələ söz deməyə bir üzün də var-
    Üzünə çökdükcə içinin pası?!

    Çevirib astarın üzünə üzün,
    Üz varmı bir daha üzə çıxasan?
    Çətin ki qədərin bataqlığından,
    Nəfsinin üzündən üzə çıxasan.

    Azərbaycan.Quba.
    30.05.2000.

  • Abdulla MƏMMƏD.”Atamın əlinə baxıram, gülüm”

    abdullamuellim

    (“Tələbəlik illəri” silsiləsindən)

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    İyirmi yaşımı haqlasam belə,
    Əl tuta bilmirəm ata-anama.
    Bacara bilmirım ürəyim ilə,
    Hələ tələbəyəm məni qınama.

    Mən ki bir ocağı qoyub gəlmişəm,
    Orda məndən həsrət gizləyənlər var.
    Demirəm-obamdan doyub gəlmişəm,
    Yolumu ümidlə gözləyənlər var.

    Hələ ki sevinci qüssə dalayır,
    Hələ ki arzular çeşmə-çeşmədir.
    Arzuya yön olan yollar dolayı,
    Ümidlə yaşanan ömrüm çeşmədir.

    Hələ bu cahandan tələblərim çox-
    Hələ ev tikməli,ad almalıyam.
    Səndəsə gözləmək hövsələsi yox…
    Görünür mən sənə yad olmalıyam.

    Çəkmə imtahana baxışla məni,
    Qınama ürəkdən gələn sözümü.
    Bağışla gözəlim,bağışla məni,
    Hələ ki,gəzirəm özüm-özümü.

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    Azərbaycan.Bakı.1984

  • Müzəffər MƏZAHİM.”Dərdimi yazmır qələm də”

    mm

    Pozulubdur sığalları,
    Sevməz daha nağılları,
    Bu torpağın oğulları,
    Dözümə düşmən kəsilib.

    Basılıbdır sərhədlərim,
    Haya gedib igidlərim,
    Səbr verən öyüdlərim,
    Özümə düşmən kəsilib.

    Sevincim əsirmi qəmdə?
    Bu millət qalmaz ələmdə.
    Dərdimi yazmır qələm də,
    Sözümə düşmən kəsilib.

    Oyatmışam yaddaşı da,
    Yanır bağrımın başı da,
    Daha gözümün yaşı da,
    Gözümə düşmən kəsilib.

  • Müzəffər MƏZAHİM.”Şəhid oldu, itkin düşdü oğular”

    mm

    Tutduqları ən müqəddəs bu yolda,
    Şəhid oldu, itkin düşdü oğular.
    Büdrəmədi bu aşrımda, bu yalda,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Vurşdular, dönmədilər geriyə,
    Bəxt qoymadı həsrət buzu əriyə,
    Anaların qəlbi döndü körüyə,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Arzuları bir sönməyən günəşdir,
    Sevgiləri göylər qədər genişdir,
    Qovğalardan bu da belə dönüşdür,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Tapdağına dözmədilər yadların,
    Atıldılar ağuşuna odların,
    Ovutmaqçın bu torpağın dərdlərin,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Düşmənlərə nifrətini qoruyub,
    Vətəninin şöhrətini qoruyub,
    Namusunu, qeyrətini qoruyub,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Gənc əsgərim, möhkəm saxla silahı,
    İndi yurdun sənə gəlir pənahı,
    Qoyma yerdə bu qisası, bu ahı,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Dön şimşəyə, ildırıma, yelə sən,
    Qaytar əldən gedənləri ələ sən,
    O azadlıq günü üçün biləsən,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Atlan, mənim mərd igidim, durma, qalx!
    Düşmənlərin gözlərində od ol, çax!
    Eşidirsən? Haray çəkir bu torpaq:
    “Azadlığım, abadlığım yolunda
    Şəhid oldu, itkin düşdü oğullar!”