Category: Publisistika

  • İSLAM DİNİ VƏ ESTETİKA

    12735527_533834843465501_944239649_n

    İslam dinində keyfiyyət
    Gözəlliklər – gözəl məkanlar, yeməklər, quşlar, uşaqlar, bitkilər, əşyalar … hər kəsin çox sevdiyi nemətlərdir. Dünyada elə insan ola bilməz ki, bu gözəlliklərdən zövq almasın və ətrafında, həyatında gözəlliklər görmək istəməsin. Yüksək zövqə malik insanlar, bu gözəlliklərdən zövq almağı və gözəllikləri yaratmağı bacaran insanların da varlığı ayrı gözəllikdir.
    Təəssüf ki, cəmiyyətimizdə “gözəllik”, “keyfiyyət”, “estetika” kimi anlayışlarla İslam sözünü birlikdə eşitmək, demək olar ki, qeyri-mümkündür. Hətta bir çox müsəlman ölkələrində “kasıb olmaq, köhnə paltar geyinmək, çirkli yerdə yaşamaq, baxımsız olmaq” müsəlman xüsusiyyəti kimi qəbul edilir. Kim ki nə qədər bu şeylərə əməl edərsə, sanki o insan ən təqvalı, dünyadan və nəfsindən keçmiş mömin hesab olunur. Bu məqalədə də ələ aldığım mövzu İslamda gözəlliklərin yeridir. Bəs İslam dini belədirmi? İslam bizdən nə tələb edir?
    Gözəl geyinmək, incəsənətə və estetikaya dəyər vermək müsəlmanların ən bariz xüsusiyyətlərindən biri olmalıdır. Çünki hər bir müsəlman İslam dininin təmsilçisidir. Müsəlman da geyimi ilə İslamı təmsil edir. Məsələn, gənc bir qız düşünün. Bu qız baxımlıdır, gözəl geyinir, musiqiyə qulaq asmaqdan zövq alır, saçlarının baxımına diqqət edir. Əgər bu qız bir xurafatçının yanına getsə və “mən İslam dinini yaşamaq istəyirəm, bunun üçün nə etməliyəm” – deyə soruşsa, alacağı ilk cavab “get, əyin-başını düzəlt, örtün, dünyəvi zövqlərdən uzaq dur” – deyiləcək. Bəs belə bir qız İslamı yaşamaq istəyərmi, o İslamı ki, xurafatçılar elə göstərir ki, “nə gözəl geyim, nə musiqi, nə incəsənət, nə də keyfiyyət” var. Əlbəttə ki, heç kəs istəməz. Məhv dünyada ateizmin geniş yayılmasının səbəblərindən biri də xurafatçıların təqdim etdiyi bu “İslam dini”dir.
    Bir dinin mənbəyi həmin dinin haqq kitabıdır. İslam dininin də mənbəyi Quran və Quranı təbliğ edən və həyatına tətbiq edən Peyğəmbərimizdir. Gəlin Quran və Peyğəmbərimizin həyatındakı gözəlliklərə verilən dəyərə baxaq:
    Allahın Peyğəmbəri (səv): «Allah-Taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. .. ». (Kənzul-ummal, hədis 17166)
    Allahın Peyğəmbəri (s.a.v.v.): «Allah-Taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir». (Məkarimul-əxlaq, c.1, səh.85, hədis 1)
    Bu hədislərdən də gördüyümüz kimi, Peğəmbərimiz (səv) həmişə gözəlliyə, gözəl və təmiz geyinməyə, estetikaya diqqət çəkmiş və ətrafındakı möminləri də buna təşviq etmişdir. Hədislərdən də görünür ki, Peyğəmbərimiz (səv) dövrün ən gözəl və müasir paltarlarını geyinmişdir. Bəzi mənbələrdə daima yanına daraq, güzgü, misvak, diş çöpü, qayçı, sürmə qabı kimi əşyalar götürdüyü bildirilir. Bundan başqa, Allah Quranda təmiz paltarlar və gözəlliklərlə bağlı bunları bildirir:
    «De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De: Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur». (Əraf surəsi, ayə 32)
    Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Müddəssir surəsi, 4-5)
    Həm Qurandan, həm də peyğəmbərimizin hədislərindən göründüyü kimi, İslam dini insanları gözəl olan hər şeyə təşviq edir. Demək ki, gözəl, səliqəli və təmiz geyinmək Quranın bildirdiyi ibadətlərdən biridir. İnsanları yaradan Allahdır, onların nələrdən xoşlanacağını da bilən Allahdır. Allah insanlara gözəlliyi xüsusilə sevdirib, niyə İslam dini vasitəsilə bunları haram etsin ki?! Əlbəttə ki, Allah qulları üçün bu gözəllikləri yaradıb, insanların şükür edərək bu nemətlərdən istifadə etməsi də Allahın sevdiyi əməllərdən biridir. Möminlər gördükləri hər gözəlliyin Allahın gözəlliyinin bir təcəllisi olduğunu bilir və bu gözəlliklər onların qəlblərini fərəhləndirir. Gözəlliklərin daha yaxşı fərqinə varmaq isə Allahı daha çox anmalarına və şükür etmələrinə səbəb olur.
    Beləliklə, müsəlman şükür edərək və verilən hər bir nemətin Allahdan gəldiyini bilərək bu dünyada gözəl yaşayacaq, bu dünyada cənnət mühiti yaratmaq üçün cəhd edəcək. Odur ki, gəlin həm gözəl və üstün əxlaqımızla, həm də yaratdığımız estetik və keyfiyyətli mühitlə İslamın necə gözəl din olduğunu dünyaya göstərək.

    Xəyalə SƏFƏROVA

  • Məntiq yoxsa Vicdan

    Məntiq və vicdan hərəsi özlüyündə insanın həyatını yönləndirən əsas istiqamətləndirici meyarlardır. İnsanların bir qismi məntiqlərini, başqa bir qismi isə vicdanlarının səsini əsas olaraq qəbul edib həyatlarını buna görə yönləndirirlər. Bəs bu anlayışlar nədir və hansına tabe olmaq lazımdır?
    Məntiqi riyazi düsturla müqayisə etmək olar. Yəni məhvumları riyazi düstur formasına salıb müqayisə edərək nəticə çıxarmağa məntiq deyə bilərik. Bütün cəmiyyətlərdə məntiqlə hərəkət etmək çox yayğındır və bu doğru kimi qəbul edilir. Hətta məntiqlə deyil, vicdanla hərəkət edən insanlara əksər insanlar qınayıcı nəzərlərlə baxırlar. Məntiqə görə hərəkət etməyin həyatda ən əhəmiyyətli yolgöstərici kimi təqdim edilməsinin əsasında, əslində, qədim yunan filosoflarının materialist izahları dayanır. Məntiq hər zaman materialist izahların əsası kimi təqdim edildiyi üçün cəmiyyət tərəfindən də materialist anlayış kimi mənimsənilib və tətbiq edilir. Məntiq insanın qarşısına çıxan hadisələri öz mənfəətinə görə müqayisə etməsidir. Məntiqin əsasında mövcud variantlar arasındakı faydaların müqayisəsindən doğan maddiyyatçı bir baxış bucağı dayanır.
    Vicdan isə Allahın ilhamıdır. Vicdan anlayışı insanlar arasında iç səs olaraq qəbul edilir. Bu “iç səs” dediyimiz səsin qaynağı da təbii ki, Allahdır. Yəni vicdan, əslində, Allahın insana doğru ilə yanlışı ayırd edə bilməsi üçün ilham etdiyi bir yönləndirmədir. Vicdan hər kəsdə vardır. Yəni Allah doğru ilə yanlışı hər kəsə ilham edir. Edilməli olan isə daimi olaraq vicdanın səsini əsas alaraq hərəkət etməkdir.
    Hərəkətlərimizin, qərarlarımızın əsası olan bu iki məhvumdan hansını seçməli, hansı ilə yaşamalıyıq?
    Dünya təsadüfən öz-özünə formalaşmayıb, canlılar təsadüfi təbiət hadisələri ilə yaranmayıb. Maddənin maddi əsası yoxdur, gördüyümüz, bildiyimiz heç bir şeyin maddi əsası yoxdur. Bizə göstərilən kainat, dünya, hadisələr, insanlar- hamısı tək mütləq varlıq olan Allah tərəfindən yaradılıb və anbaan yaradılmaqdadır. Dolayısı ilə dünyaya, həyatımıza da materialist bir baxış bucağı ilə baxmağın əsası olmaz. Allahın varlığının, dinin doğruluğunun mütləq olması faktı bizə hərəkətlərimizi, qərarlarımızı da necə seçəcəyimiz barəsində doğru variant təqdim edir. Bu doğru variant vicdandır. Vicdana görə hərəkət etmək eyni zamanda həqiqi imanın və səmimiyyətin də göstəricisidir. Allaha, həqiqətən, iman edən və səmimi şəkildə Allah üçün yaşayan bir insan hər zaman vicdanına görə davranar. Vicdani yanaşmada gələcək hesabı, maddi mənfəət olmaz. Məntiqi yanaşma ilə vicdani yanaşmanın fərqi də məhz burda ortaya çıxır. Məntiqin əsasında materialist düşüncə durduğu üçün qərar anında məntiqi yanaşma tətbiq edildiyində ölçü olaraq seçimlər arasında gələcək potensial, maddi dəyər, dolayısı faydalar və s. kimi maddiyyatçı bir müqayisə olur. Vicdani yanaşmada isə o anlıq ortadakı variantların hansının Allah rızasına uyğun olduğuna baxılır, veriləcək qərarın dünyəvi nəticələri hesablanmadan, içdən gələn və Allahın ilhamı olan yaxşılıq hissinə, yəni vicdana tabe olaraq, Axirət düşünülərək, Allahın rizası düşünülərək qərar verilir. Əslində, məntiqi yanaşmanın doğuracağı nəticə daha faydalı olmalı ikən əksinə, vicdani yanaşıldığında hər zaman ən gözəl nəticələr ortaya çıxır. Çünki dünya maddi deyil, metafizikdir və dünyadakı işlərdə metafizik olaraq nəticələnir. Bunun üçün də məhz doğru yanaşma forması hər zaman vicdani yanaşmadır.
    Müsəlman hər zaman vicdanını dinləyər və hər qərarı vicdanla müəyyənləşdirərək qəbul edər. Bu gözəl əxlaqın kütləvi təsiri isə daimi olaraq sevgi, şəfqət, fədakarlıq və yardımlaşma şəklində təzahür edər. Çünki hər zaman vicdani davranan bir insan daimi olaraq fədakar olacaq və yaxşılıq etmək üçün çalışacaq və təbii ki, kütləvi olaraq hər kəs bu cür əxlaqa sahib olsa, dünyada heç bir müharibə, sıxıntı, aclıq, heç bir neqativ hallar olmaz. Çünki bu cür olduğu təqdirdə heç kəs mənfəət yarışına girib bir-birini əzməz. Məhz vicdani yanaşmanın qlobal təsiri də dünyaya sülhün hakim olması ilə nəticələnər. İnsanlara vicdani yanaşmaq əxlaqını təlqin edən amil də dindir. Dolayısı ilə dünyada sülhün,əmin-amanlığın, şəfqətin, sevginin hakim olması üçün materializmin aradan qaldırılması, din əxlaqının dünyaya yayılması əsas şərtdir.

    Savalan MƏMMƏDLİ

  • Təranə TURAN RƏHİMLİ.”Nəvai Mətin portreti”

    teranexanim

    Filologiya üzrə fəlsəfə doktoru, dosent
    Prezident təqaüdçüsü

    Mən onu ilk növbədə sədaqətli dost kimi tanıdım. Daha sonra Azərbaycan mədəniyyətində özünəməxsus xidmətləri olan rəssam, yüksək ədəbi zövqü ilə seçilən, sözə dəyər verməyi bacaran sənətkar-ziyalı, Uluslarası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi və rəsm komitəsinin başqanı olaraq misilsiz təşkilatçı kimi məharətlərini gördüm.
    2013-cü ildə sosial şəbəkə yayımlarında Akif Səmədə həsr olunmuş şeir müsabiqəsi keçirildiyini oxuyanda şairin köhnə dostlarından biri kimi buna çox sevindim. Akif Səmədə ithaf etdiyim şeiri müsabiqəyə göndərdim və beləcə həmin müsabiqənin təşkilatçısı, çox istedadlı rəssam, millətpərvər insan, qədirşünas ziyalı Nəvai Metin bəylə tanışlığın, ülvi dostluq ünsiyyətinin təməli qoyuldu. Görkəmli şair-publisist Akif Səməd bədii irsinin təbliği yönündə gördüyü işlər – Rəşid Behbudov adına Mahnı Teatrında şairin 55 illik möhtəşəm yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığına dair məqalələrin yazılıb nəşr edilməsi, Uluslarası Aktivist Sənətçilər Birliyinin Beynəlxalq Akif Səməd Ödülünün təsis olunması, UASB-nin”Akif Səməd” adlı xüsusi buraxılışının nəşri, bütün bunlar bilavasitə Nəvai Metinin yorulmaz xidmətləri, ən başlıcası isə, dostluğa sədaqəti, ədəbiyyatımıza, mədəniyyətimizə təəssübkeş münasibəti sayəsində ərsəyə gəlib. Akif Səməddən söz düşəndə ona olan böyük dost sevgisini ifadə etməyə söz tapa bilmir. Rəssamın yaradıcılığını ilk dəfə mətbuata təqdim edən şair dostunun Nəvai Metin qəlbindəki, xatirələrindəki yeri bir başqadır. Rəssam Akif Səmədlə dostluğun yeni pöhrələr atdığını, şairin sayəsində dostların daha da çoxaldığını söyləyir: “Bir də görürdün yanında bir adam gətirib, deyirdi ki, siz tanış olsanız yaxşıdı, indiki dostların bir çoxu ilə belə tanış olmuşam, Akif Aşırlı da belə dostlardandı”.
    Onunla hər ünsiyyətimdə xarakter cizgilərinə əlavə olunan yeni çalarlar Nəvai Metinin təsəvvürümdəki bitkin obrazını yaradıb: mənəvi keyfiyyətlərə yüksək dəyər verən, haqq-ədalət prinsipini hər şeydən uca tutan, milli-vətənpərvər duyğulara, insanpərvərliyə həmişə sadiq qalan bir əqidə, məslək adamı – RƏSSAM obrazı. Nəvai Metin incəsənətin ən qədim tarixə malik bu növünə, rəssamlıq sənətinə təkcə seçdiyi sənət, ixtisas kimi dəyər vermir, onu həm də həyatının ümdə amalı, arzularının təntənəsi, insan qəlbinin imkanlarının tərənnümçüsü kimi görüb-qiymətləndirir. O, mürəkkəb və şərəfli bir sənətin yaradıcısıdır və bu ecazkar aləmə gələnədək, rəssamlıq sənətinə yiyələnənə qədər keçilməz dağlar aşıb, qarşısındakı hər maneəni dəf edə bilib.
    Nəvai Metin 1965-ci ildə Azərbaycanın şeir, sənət ocaqlarından biri Qazaxda dünyaya göz açıb. Sevimli nənəsi Səadət xanımın himayəsində böyüyüb. Daha dəqiq desək, Səadət xanım nəvəsinin “nazı ilə oynayıb”, onu hər qayğıdan, qəmdən-kədərdən uzaq böyüdüb, əsil insani dəyərləri mənimsəməsində nəvəsinə örnək olub. Uşaqlıq illərini keçirdiyi Zəlimxan kəndində ilk dəfə rənglər dünyasına vurulub və onun uşaq yaddaşında həkk olunan bu vurğunluq bir ömür boyu hafizəsinə, qəlbinə hakim kəsilib. Hələ birinci sinfə gedəndə onu balaca rəssam kimi tanıyırdılar. Atası rəssam olmağına razı deyildi, oğlunu dəqiq elmlərlə bağlı ixtisaslara yönləndirmək istəyirdi, onunsa gələcəklə bağlı öz planları vardı. Səkkizinci sinifdən sonra sənədlərini götürüb Əzim Əzimzadə adına rəssamlıq məktəbinə vermək, rəngkarlığın sirlərinə daha yaxından bələd olmaq, səriştəli rəssam kimi yetişmək arzusuyla yaşayırdı.
    Rəssam olmaq yolunda ilk addımlarını atdığı o uzaq illəri belə xatırlayır: “Səkkizinci sinfə qədər əlaçı olmuşam. Həmişə fikirləşmişəm ki, rəssam çox savadlı olmalıdır. Amma rəssamlıq məktəbinə getməyim deyə qəsdən sənədlərimi yubatdılar. Sənəd verməyə gecikdim və and içdim ki, daha dərs oxumaq bitdi. Bilirdim ki, evdəkilərin məqsədi məni AZİ-yə gətirməkdi (indiki
    Neft Akademiyasına), çünki ağsaqqalımız – dayım orada çalışırdı. Buna görə bizim qohumlar hamısı AZİ-ni bitirib, dayım onlar üçün bir mayak olub. Nə isə, yaxşı oxumadım ki, məni də ora aparmasınlar”.
    Beləcə, orta məktəbi bitirən kimi sənədlərini götürüb valideynlərindən xəbərsiz, bir rəssam yanında şəyird olmaq məqsədilə Bakıya gələn gənc buradakı tanışlardan birinin məsləhətiylə sənədlərini Razindəki (indiki Bakıxanov qəsəbəsi) rəssamlıq üzrə peşə məktəbinə verməyi düşünür. Çünki onuncu sinfi bitirənin sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq məktəbinə götürmürdülər. Lakin sonra qərara alır ki, ilk olaraq APİ-nin (indiki ADPU-nun) Bədii Qrafika fakültəsinə sənəd versin, əgər imtahandan kəsilərsə, peşə məktəbinə getsin. Əlbəttə, onun bu qərarı ailədə narazılıqla qarşılanır. Çünki nənəsi oğluna, onun dayısına ünvanladığı məktubda yazmışdı ki: “Nəvai instituta qəbul olunmasa, birinizin ayağı kəndə dəyməsin!” Buna görə də anasını narazı salmaq istəməyən dayı ərköyün bacıoğlunu dilə tutur ki, AZİ-yə sənəd versin. Qətiyyətli gəncin “yox” cavabından sonra dayısı hirslənib ona görə təxirə saldığı elmi ezamiyyətinə – Kiyevə gedir. İlk sınaqda bəxti gətirən gənc Nəvai instituta qəbul edilir və artıq ixtisas istiqaməti bəlli olur.
    Ali təhsilini uğurla başa vurandan sonra sərbəst təyinat alır, İcra Hakimiyyətində, Müdafiə Nazirliyində bir sıra vəzifələrdə çalışır. Nəvai Metin keçdiyi fəaliyyət yoluna nəzər salanda: “Yolum hamar olmadı, endim, qalxdım, amma əsasən yuxarıdaydım. İşimi qurdum, şirkətimi yaratdım. Ömrümdən ötən əlli ildə yaxşı pullar qazandım, irili-xırdalı dostlar qazandım, amma qazandığım pulları və xırda dostları xərclədim getdi, iri dostlara dəymədim, qorudum, xəsislik elədim” deyir. Sənətkarların maddi sıxıntısına da onun özünəməxsus baxışı var. Müsahibələrindən birində oxuyuruq: “Mən rəsm çəkirəm, başqa yerdə işləyə bilmərəm” fikriylə yaşayan rəssamlar mütləq çətinliyə düşməlidir. Rəsm çəkmək könül işidir, amma könül işiylə qarın doymaz. Bununla yalnız könlünü şad edə bilərsən. Amma boya almaq üçün pul lazımdı, pul qazanmaq üçünsə işləmək”.
    Azərbaycan mədəni ictimaiyyəti rəssamın uğurlarını 90-cı illər mətbuatından – ilk olaraq “Mərhəmət” jurnalının səhifələrindən tanıyır. Akif Səməd jurnalın oxunaqlı saylarından birində çox sadə, lakin maraqlı və orijinal bir təqdim sözüylə Nəvai Metin yaradıcılığını tanımağa dəvət edirdi: “Rəssam var ki, adam, at, it şəkli çəkə bilmir, nəsə çəkir və adını da nəsə “izm” qoyur, amma Nəvai adam, at, it şəkli çəkə bilir…” Bu həm də Nəvai Metinin sənətkar üslubu ilə ilkin tanışlıq yaradan bir qənaət idi. Həqiqətən də Nəvai Metin mücərrədçi deyil, o, rəssamlığı reallıq prizmasından dəyərləndirir.
    Sonralar rəssamın sənət nailiyyətləri bir-birini əvəz etdi, əsərləri müntəzəm olaraq televiziya verilişlərini və mətbuat səhifələrini süslədi. 2005-ci ildən Rəssamlar İttifaqının üzvü seçildi. 2012-ci ildən Türkiyədə Uluslararası Aktivist Sənətçilər Birliyində fəaliyyətə başladı, birliyin həm üzvü, həm də Azərbaycan təmsilçisi və rəsm komitəsi başqanı kimi çoxsaylı uğurlara imza atdı. UASB GALERY-nin yaradılması, burada ən gənc nəsil də daxil olmaqla Azərbaycan rəssamlarının sərgilərinin təşkil edilməsi, eləcə də azərbaycanlı rəssamların Türkiyədə sərgilərinin təşkili, onların Beynəlxalq İncəsənət Festivallarında iştirakı belə uğurlar sırasına daxildir. Tanınmış cavan rəssam Naqiyə Rzayevanın, gənc rəssam Afaq Həbibinin rəsm sərgiləri bu qəbildəndi. Hazırda Nəvai Metinin əsərləri Amerika, Polşa, İsveçrə, Türkiyə, Rumıniya, Qazaxıstan incəsənət həvəskarlarının kolleksiyalarını bəzəyir.
    O, həmişə milli-tarixi varlığımızla bağlı məsələlərə vətəndaş-sənətkar həssaslığı ilə yanaşıb, əsərlərində bunu dönə-dönə müşahidə etmək olur. 80-ci illərin sonlarından Azərbaycanda başlanan Azadlıq Hərəkatı zamanı o hələ tələbə idi. Həmin vaxt milli kimliyimizlə bağlı mövzular ədəbiyyatın və incəsənətin mərkəzi mövzuları sırasında yer alırdı. Nəvai Metin bu illərdə özünün sonralar məşhurlaşan “Şəhriyar” potretini çəkir. Bu portret rəssamın ölkəmizdəki məşhirluğunu təmin edən əsərlərdən biri kimi yadda qalır.
    Nəvai Metin günümüzün reallıqlarına biganə qalmayan, onlara dərhal reaksiya verən sənətkarlardandır. Türkiyədə Soma mədən faciəsinə, Bakıda 19 may yanğın hadisəsinə həsr etdiyi əsərləri rəssamın millət dərdinə dərin kədərini əks etdirməklə yanaşı, ümumxalq hüznünün rənglərlə dolğun ifadəsi, faciə qurbanlarına sənətkar ağısıdır. Qeyd etmək lazımdır ki, rəssamın yanğın hadisəsinə həsr etdiyi əsər Azərbaycan rəngkarlıq sənətində yeni üslub tərzi ilə seçilir. Həmin əsər 3D formatlı rəsmin Azərbaycan rəssamlığında ilk iki nümunəsindən biri kimi, vitraj və peyzaj yaradıcılığının vəhdətindən ibarət ecazkar sənət örnəyi olaraq diqqəti cəlb edir. Nəvai Metin sənətdə bir çox uğurlara “ilk” sözünü əlavə edən, ilk imza atan sənətkarlarımızdandır. Yaxın vaxtlarda UASB ART Gallery-də rassamın fərdi sərgisində sərgilənən əsərlərlə, onların üslub yeniliyi ilə yanaşı, seyrçiləri heyrətləndirən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Nəvai Metin sərginin açılışında seyrçilər qarşısında canlı olaraq portret çəkməyi reallaşdırmaqla Azərbaycanda bu istiqamətdə ilk addımı atdı. Ölkəmizdə seyrçinin gözü önündə çəkilən bu ilk portret cəmi 45 dəqiqəyə ərsəyə gəldi və yaradılan obrazın düşündürücülüyü hər kəsi valeh etdi.
    Nəvai Metin klassiklərin, xüsusilə intibah rəssamlarının – Da Vinçi, Van Qoq, Titsian, Rembrant və başqalarının əsərlərini hər bir rəssam üçün doyulmaz mütaliə hesab edir. Nəvai Metin bu böyük rəssamları mənəvi ustadları kimi görürsə, təhsil illərində sənətin ilk sirlərini öyrəndiyi aristokrat təbiətli, yüksək ziyalı etikasına malik, Məhəmməd Əmin Rəsulzadə nəslinin layiqli davamçısı rəssam Rəis Rəsulzadəni isə bu gün də həqiqi ustadı və müəllimi kimi yüksək dəyərləndirir.
    Dahi Lev Tolstoy yazırdı ki, “gözəllik və xeyirxahlıq eyni şeydir.” Və bu gözəllik həyatı ifadə edirsə, onun əsrarəngizliyini duymağa səsləyirsə, uzun-uzadı düşündürürsə, deməli həqiqətən bizə yaşadığımızı xatırladır. İnsana yaşadığını xatırlatmaqdan böyük xeyirxahlıq isə yoxdur. Rəssamlıq, rəsm əsəri məhz belə bir gözəllikdir – heyrətamiz, sükuta dalmış kimi görünən, əslində isə hərəkətli, çılğın bir gözəllik. Nəvai Metin belə bir gözəlliyin yaradıcısıdır. Onun “Göyəzən” peyzajına baxıram. Seyr etdiyim ecazkar mənzərə, Emil Zolyanın təbirincə desək, “insan duyğusunun süzgəcindən keçmiş təbiət” məni özümdən alıb uzaqlara aparır. Qeyri-ixtiyari Səməd Vurğunun “Göylərə baş çəkir Göyəzən dağı” misrasına işarə ilə şairə verilən sualı və böyük şairin cavabını xatırlayıram. Göyəzənin təpə olduğunu bilə-bilə niyə dağ kimi təsvir etdiyini soruşan şəxsə Səməd Vurğun “hünər odur təpəni dağ kimi təsvir edəsən, dağı təpə kimi yox” cavabını verir. Nəvai Metinin “Göyəzən”i də Səməd Vurğun şeirində olduğu kimi əzəmətlidir, vüqarlıdır, həmin məğrurluğu, mətinliyi ilə dayanıb. Rəssamın bu peyzajı ilə bağlı ondan soruşurlar: “Göyəzən hardan baxanda belə görünür?” O, təmkinlə cavab verir: “Bakıdan”.
    Nəvai Metin sənəti Azərbaycanın hüdudlarından kənarda da düşündürə, həyəcanlandıra bilir. Onun dəfələrlə Ankarada, Marmarisdə, İzmirdə, Kuşadasında, Elazığda keçirilən rəsm sərgiləri, həmin sərgilərdə nümayiş olunan əsərlərin yaratdığı unudulmaz təəssürat, həmçinin Türkiyənin TRT, Ege TV televiziya kanallarınının qonağı kimi çıxışlarının maraqla qarşılanması bunu bir daha təsdiqləyir. O, türkiyəli rəssamlar – Cüma Ocaklı, Süleyman Şahin, Hülya Sezgin, Savaş Simitli, Handan Kayakökü, Memik Kibarkaya kimi məşhur sənətkarlarla sıx yaradıcılıq əlaqələri saxlayır. Azərbaycan rəssamlıq sənətini Türkiyədə layiqincə təmsil edən Nəvai Metin milli incəsənətimizin bu mühüm istiqamətini lazımi səviyyədə təbliğ edir. Azərbaycanlı rəssamın Türkiyə mədəni mühitində kifayət qədər tanınması, görkəmli incəsənət xadimlərinin onun sənət uğurları haqqında yüksək qənaəti Nəvai Metinin hər iki ölkənin rəssamı kimi nüfuz qazandığının göstəricisidir. Təsadüfi deyil ki, kopenhagenli jurnalist-yazar Zeynel Kozanoğlu onun “yer üzünün geniş sənət çevrələrində Türk dünyasının bir sənətçisi olaraq ” tanındığını qeyd edir. UASB başqanı Ümit Yaşar Işıkhan yazır: “Rənglərin də dili vardır… hər tabloda anladılmak istəyən, əslində çağımızın insanının içində gizlədiyi gözləntilər vardır. Nəvai qardaşım nə xoşbəxtdir ki, bəşəriliyi aşmış evrensel bir duyarılıqla sevgi mesajını həyatla, insanla paylaşmaqdadır”.
    Memik Kibarkaya “ruhuyla rəsm çəkən adam, ünü Türkiyə Cümhuriyyətinə yayılmış Nəvai Metin” yaradıcılığını yüksək dəyərləndirir. Görkəmli rəssam Cüma Ocaklı onun palitra rəssamı, rənglərlə düzgün işləyə bilən bilən sənətkar”, istanbullu sənətşünas alim, Yedi Tepe Universitetinin professoru Kaya Özsezgin “portret janrında çəkə bilmək texnologiyasını mükəmməl bilən peşəkar rəssam”, UASB qurucu üzvü İskan Kazak “Azərbaycan və Türkiyə arasında çox önəmli sərgilərə və sənət layihələrinə imza atan” incəsənət xadimi olduğunu vurğulayırlar. Ankaralı sənətkar Çoban Rəssama görə Nəvai Metin bütün Türkiyənin tanıdığı, iki ölkə arasındakı “mədəni əlaqələrin ən böyük elçisi, gözəl bir empressionist, gözəl bir rəssam”dır.
    Nəvai Metin haqqında təkcə rəssamlar mühiti deyil, bütövlükdə milli-mədəni mühit yüksək fikirdədir. Bunu rəssamın yaradıcılığı, şəxsiyyəti barədə sevimli aktyorlarımız, Xalq artistləri Arif Quliyev, Ramiz Məmmədov, İlham Namiq Kamal, tanınmış şairlər İbrahim İlyaslı, Nazilə Gültac, Cığatel və başqalarının fikir və rəyləri bir daha təsdiqləyir.
    Onun haqqında oxuduğum fikirlər, mötəbər sənət adamlarının qənaətləri hər iki ölkənin mədəni mühitində, Azərbaycan və Türkiyənin sənət dünyasında Nəvai Metinin mükəmməl portreti olduğu qənaətini yaradır. Bu portret yazıçı Aslan Quliyevin dediyi kimi, “rənglər və işıq dünyasının adamı”, qəlbinin işığını, dünyamızın işığını, günəşin işığını, kədərin və sevincin işığını” əsərlərinə hopduran bi rəssamın gözlərdə və könüllərdəki cizgilərinin məcmusudur.
    Həyatla, insanlarla rənglərin diliylə danışan, saatlarla rəsmlərlə söhbət edən, ağ kətan üzərindəki hər yeni əsəri təzə bir ömür kimi görüb mənalandıran Nəvai Metin portretidir.

  • Pula çevrilmiş insanlar… (satirik, tənqidi yazı)

    ge

    İnsanlar da pul kimidir… Funksiyaları var… Pula çevrilib bəzi insanlar… Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar…

    Pulla bu həyatda az qala hər şeyi almaq olar… Pula satılır… Bəzi insanlar belə pula satılır…

    Xoşbəxtliyini də pulla ala bilərsən… Sağlamlığını da…

    Pulun olmayanda xoşbəxt ola bilmirsən, pulla satılanları ala bilmirsən deyə… Ac qarnına xoşbəxtlik olacaq qida?Əsla!

    Pulsuz olsan, sağlamlığın da, gedər əlindən… Pulsuz səni nə müayinə edərlər, nə müalicə, nə də cərrahiyyə əməliyyatına salıb, qurtararlar həyatını, pulsuz ölümə məhkumsan, xəstəsənsə…

    Pulla sevgini də almaq olur… Az olub məgər pula görə sevənlər, ailə quranlar, pula görə boşanan, ailəsini atanlar? Hətta balaca uşaqlarını da pulla ala bilərsən… Onlar belə əlinə baxırlar ki, nə almısan?

    Pulun başqa forması rüşvət, hörmətdir, bir də ki, can rahatlığıdır…

    Nə qədər çox olarsa, o qədər sənə də tələb çoxalacaq…

    Pulun olduqca, ağlını gərək itirməyəsən… Gözə də gəlməyəsən… Gözə gəldinsə, paxılların, tozsoran tozu soyuran kimi səni soyuracaq, aldadıb, pulunu əlindən alıb, havaya sovuracaq insanların, qeybətini edənlərin, şər-böhtanların, söz-söhbətlərin qurbanına çevrilmək üçün pulunu, özünü gözə soxmayasan gərək…

    Susmağı öyrən… İşin, maaşın, digər qanuni gəlir mənbələrin haqqında danışma… Əsl insan kimi bu həyatı yaşamağı öyrən…

    Pul sənə hörmət, şöhrət, uğur, sevgi və daha çox pul gətirər…

    Pul sənə bilik və təcrübə də verər…

    Pulla alarsan təhsilini, pulla düzələrsən işə…

    İşlədikcə, pulunu çıxartmağa çalışarsan… Çox pul qazandıqca, daha çox pul qazanmaq istəyərsən…

    Pulla növbəti işə düzələrsən…

    Çox pulun olduqca, itirərsən bank hesabındakı məbləğini, depozit seyflərindəki dəyərliləri, ev, mülklərinin sayını…

    Pulun çox olduqca, özünü də itirə bilərsən zamanla…

    Pul kimi cansız olarsan zamanla…

    Pul kimi sənin də funksiyan olar…

    Səni də puluna görə dəyərə mindirirlər, dəyəri ölçürsən, dəyəri ölçmək üçün bir vasitəyə çevrilirsən… Dəyərin olduqca, dəyərsizləşirsən… Yeni dəyər meyarı çıxana qədər…

    Pul kimi sən də ödəniş vasitəsisən… Kiminsə yerinə borc, kredit ödəmək, kiminsə üçün nəsə aldıqda, ödəniş etmək, kiminsə xərclərini qarşılamaq, adından istifadə edilmək kimi hallarla rastlaşarsan…

    Kimsə adından istifadə edər, adın vizit kartına çevrilər sanki…

    Qazandığın pulun bir zaman əvəzini ödəyəcəksən, baha başa gələcək bu ödəniş sənə…Altından çıxa bilməzsən bəzən…

    Pul kimi səni də dövriyyəyə buraxarlar, yarınmalı olacaqsan, yarınmadığın adam qalmayacaq, dövriyyədə olduqca, yorulursan, gündəmdə olan pul kimi yüz əl, sima görürsən, məkan və zamanlar dəyişir, dövriyyədə çox olduqca, yararsız hala düşürsən, dəyərdən düşürsən, ya dövriyyədən çıxarılırsan, ya da yeni pul ilə əvəz edirlər səni… Ya da özün yeni pula çevrilirsən, dəyişilirsən…

    Pul kimi yığım vasitəsisən… Sənin ətrafına yığılırlar, ya sən yığırsan ətrafına, ya sən kiminsə ətrafına yığılırsan… Kimin üçün sən əmanət olursan, kimin üçün borc, kimin üçün aktiv, kimin üçün passiv-öhdəlik…

    O qədər yığırlar ki, sən boğulursan çoxluqdan, daralır yerin, yığılırsan boğaza…

    Pul kimi sən də dünyaviləşirsən, sosiallaşırsan, məşhurlaşırsan, bazarda tələb və təklifi formalaşdırırsan… Tələb artdıqca sənə, olursan gündəmdə, qaldırırsan qiymətini… Tələb azaldıqca, gündəmdən düşürsən, dəyər-dəyməzinə satırsan özünü… Ya da üzürsən… Üzdükcə, üzülürsən… Üzməyi bacarmadığın halda, boğulub ölürsən…

    Pul kimi sən də təminat qismində çıxış edirsən… Kiməsə zamin olursan, kiminsə arxasında durursan, kiməsə dayaqsan… Kimsə təminat kimi dayanır arxanda…

    Pul kimi xəzinəni xatırladırsan, öz xəzinən var, qorunduğun yer, ehtiyata çevrilirsən… Pulun çox olduqca, büdcəyə, xəzinəyə gah yaxın olursan, gah da ki, uzaq…

    Pul kimi mübadilə vasitəsisən… Mübadilə edilirsən, mübadilə edirsən… Mübadilə zamanı formalaşır dəyərin, sənə olan tələb və təklif…

    Hər kəsin pulla ifadə olunacaq bir dəyəri, qiyməti var…

    Bəs sənin pulla ifadə olunan dəyərin, qiymətin hansı məbləğ arasındadır?

  • Saxta dünyanın saxta sevgiləri

    0800

    Allah bir çox hiss kimi sevgi hissini də insanlara bəxş etmişdir. İnsan bu xüsusiyyətini Allah’ın Quranda verdiyi tövsiyələrə uyğun olaraq ən doğru şəkildə yönləndirməlidir. Möminlər Quranı rəhbər etdikləri üçün özlərini və sahib olduqları bütün nemətləri yaradan Allah’a və O’nun razılığını qazanmağa çalışan möminlərə sevgi bəsləyirlər.

    Dünya həyatının bər-bəzəyinə qapılanlar isə Allah’ın özlərinə imtahan üçün verdiyi nemətlərə güclü sevgi ilə bağlanırlar; məsələn, insanları “Allah”ı sevdikləri kimi sevirlər. Allah Quranda inkar edənlərin bu yanlış sevgi anlayışını belə bildirir:

    “İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (O’na) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah’a məxsus olduğunu və Allah’ın şiddətli əzab verdiyini görəydilər.” (Bəqərə surəsi, 165)

    İnkar edənlərin güclü sevgi ilə bağlandıqları dünya malı da sevgi anlayışlarını yanlış yönləndirdiklərinə bir örnəkdir. Dünya malına olan güclü sevgilərinin nəticəsində bu keçici mülkə güclü həvəslə bağlanmış, nəfslərinin xəsis və xudbin istəyinə yenilmişlər. Quranda inkar edənlərin davranışları belə bildirilmişdir:

    “Həqiqətən, insan var-dövlətə çox hərisdir!”(Adiyat surəsi, 8)

    Halbuki Allah Quran ayələri ilə insanlara malın yalnız dünya həyatına aid bir imtahan üsulu olduğunu bildirmiş və bu keçici həvəsə qarşı insanları xəbərdar etmişdir:

    “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” (Ənfal surəsi, 28)
    “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allah’ın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allah’ı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.” (Münafiqun surəsi, 9)

    Bu həqiqətlərdən xəbərdar olan möminlər mal sevgisinə qapılmazlar. Sahib olduqları nemətləri onlara lütf edənin Rəbbimiz olduğunu bildikləri üçün daim Allah’a şükür edərlər. Onlar özlərinə verilən maddi imkanları Allah’ın razılığını qazanmaq üçün xeyirli işlərdə istifadə edər, daha çoxunu əldə etməyi isə xeyirli işlər görmək üçün arzulayarlar. Hz Süleyman ona verilən xəzinələri və digər nemətləri hansı məqsədlə istədiyini bel’ dilə gətirmişdir:

    “O (Süleyman) dedi: “Həqiqətən mən bu gözəlliyi ( atları) Rəbbimin zikrindən dolayı sevirəm.”… (Sad surəsi, 32)

  • Əmin-amanlıq və rifahın yolu parçalanmaq deyil

    0700

    Həm Ərəb Dövlətləri Liqası, həm də Afrika İttifaqına üzv olan Sudan iki böyük sivilizasiya və region arasında körpü rolunu oynayır.
    1 yanvar 1956-cı ildə Misir və İngiltərəyə qarşı müstəqilliyini elan edən Sudan heç vaxt rahatlıq tapmayan Afrika ölkələrindən biridir. Sudanın şimalında müsəlman-ərəb, cənubunda isə xristian-animistik inancı hakimdir. Bu zidd fikirlərin toqquşmasına görə ölkədə müstəqillikdən etibarən sabit hakimiyyət qurulmayıb.
    1956-cı ildən etibarən baş verən daxili münaqişə və toqquşmalardan sonra 9 yanvar 2011-ci ildə keçirilən referendum nəticəsində Cənubi Sudan 9 iyul 2011-ci ildə müstəqilliyini elan etdi. Beləliklə, ərazi baxımından dünyanın onuncu böyük ölkəsi olan Sudan “Sudan” və “Cənubi Sudan” olaraq ikiyə bölündü.
    Sudan neft ehtiyatları və əkinçilik üçün əlverişli torpaqları ilə Afrikanın ən strateji ölkələrindən biridir. Xüsusilə dənizə çıxışı olduğuna görə limanları region ticarətində mühüm rol oynayır.
    Sudan iqtisadiyyatı enerji mənbələrindən istifadə edilməsi və neft ixracının artması sayəsində 2000-ci ildən sonra sürətli inkişaf və yüksəliş dövrünə girdi. Sudanın iqtisadiyyatı 2006-2007-ci illərdə 10% inkişaf etdiyi halda, 2011-ci ildə ÜDM 64 milyard dollar həcmində oldu.
    2011-ci ildəki parçalanma iki tərəfin də iqtisadiyyatına çox ciddi zərər verdi. 2000-ci ildən başlayaraq müntəzəm inkişaf edən Sudan iqtisadiyyatı parçalanmadan sonra zəiflədi, beləliklə, 2012-ci ildə ÜDM 8.7% azaldı.
    Sudan və Cənubi Sudan enerji resurslarının istismarında bir-birindən çox asılı ölkələrdir: neft yataqlarının böyük qismi Cənubi Sudanda olsa da, boru kəmərləri, zavodlar və liman Sudanda yerləşir.
    Sudan iqtisadiyyatının təxminən 60%-ni neft ixracı təşkil edir. Neftin 50%-i Çinə, 32%-i Yaponiyaya, qalanı da Cənubi Koreya və İndoneziyaya ixrac olunur. Cənubi Sudanda isə neft gəlirləri ölkə gəlirlərinin 99%-ni təşkil edir.
    Böyük neft yataqlarına malik Cənubi Sudan müstəqillikdən əvvəl qədim Sudanın neft ehtiyatının 75%-ni təmin edirdi. Bu gün isə əlindəki nefti çıxarmaq və satmaq üçün Şimali Sudana möhtacdır.
    Cənubi Sudan 2012-ci ildə Sudana neft hasilatını dayandırmağa başladı. Ancaq istehsalı dayandıraraq onsuz da böhranda olan iqtisadiyyatını daha da çətin vəziyyətə saldı.
    Cənubi Sudan torpaqları neft yataqları ilə yanaşı, kənd təsərrüfatı baxımından da çox səmərəlidir. Buna baxmayaraq, dünyanın ən kasıb ölkələrindən biridir. Ölkədə yalnız 60 km asfalt yol olması Cənubi Sudanın kasıb vəziyyətinə bir nümunədir.
    Cənubi Sudanın əmin-amanlıq üçün ayrılığı seçməsinə baxmayaraq, öz daxilində sülh və sabitliyi hələ də bərqərar edə bilməməsi bölünmənin çarə olmadığını, daha ciddi problemləri də özü ilə gətirdiyini göstərir.
    Cənubi Sudanda hələ də 50-yə yaxın etnik qrup hakimiyyət və neft uğrunda mübarizə aparır. 2013-cü ilin sonunda başlayan ixtişaşlar səbəbindən təxminən 2 milyon insan yurdlarından didərgin düşüb, təxminən 300 min insan da qonşu ölkələrə sığınıb. Hazırda 120 min nəfər BMT-nin mərkəzlərində məskunlaşıb.
    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, Cənubi Sudanda 150 mini uşaq olmaqla 3,9 milyon insan aclıqdan əziyyət çəkir. Eyni hesabata görə, 30 min insan isə birbaşa aclıqdan ölmə riski ilə qarşı-qarşıyadır.
    Cənubi Sudan kimi geniş neft yataqlarına və səmərəli əkinçilik sahələrinə malik ölkədə xalqın aclıqdan ölüm təhlükəsi qarşısında qalması xeyli düşündürücüdür. Bu faciə göstərir ki, bir ölkədə insanlar arasında ixtilaf, ayrılıq, sevgisizlik və nifrət hakimdirsə, nə qədər təbii sərvətləri olsa da, fəlakətlə üz-üzədir.
    İnsanları birləşdirən, bir-birinə qarşı tolerant davranmasını təmin edən insanların özlərini bir-birinin yerinə qoymalarıdır. Xüsusilə Cənubi Sudanda qəbilələrarası baş verən münaqişələrə baxsaq, bunların təməlində dözümsüzlük, hərislik, millətçilik olduğunu görərik. Əgər bir cəmiyyətdə sevgi yoxdursa, o cəmiyyətdə nifrət, şiddət və düşmənçilik sürətlə inkişaf edir.
    Bu gün ölkələrin tarixini araşdırsaq, görürük ki, ölkələrin ayrılması hər zaman xalqın əleyhinə olmuş, birləşmələri isə güclərini artırmışdır. Bunlara misal kimi Qərbi Almaniya-Şərqi Almaniya birləşməsini və Amerika Birləşmiş Ştatlarını göstərə bilərik.
    Sudanın bölünməsi hər iki tərəfə də ağır zərbələr vurub. Buna görə də hər iki ölkə yenidən birləşməli, zəngin resurslar xalq üçün yenidən istifadə edilməli, ən əsası isə inancları fərqli olmasına baxmayaraq, iki xalqın da birlikdə əmin-amanlıq içində yaşamaları təmin edilməlidir.

  • Dil Və Düşüncə Münasibətlərində 3 D Mexanizmi

    ch

    ” İnsan və dil” linqvistik problemi dilçilik elmi qarşısında duran ən aktual və mürəkkəb məsələlərdəndir. Problemin əsasında “dil və düşüncə”, “düşüncə və nitq”, “dil və nitq” kimi məsələlər dayanır. Bu problem yalnız linqvistik deyil, eyni zamanda psixoloji müddəalarla əlaqələndirildiyindən məsələyə hər iki elmin vəhdət təşkil etdiyi əsaslarla aydınlıq gətirilməlidir. Bəzən dil və təfəkkür anlayışı yanlış olaraq “dil və düşüncə” problemi ilə eyniləşdirilmişdir. Lakin problemin daha dərin köklərinə vardığımızda təfəkkürün düşünmə prosesinin müəyyən bir sahəsini təşkil etdiyini söyləyə bilərik.

    Düşüncə- real varlığın insan beynində inikasının bütün proseslərini əhatə etdiyi halda təfəkkür real varlığın anlayış, mühakimə və əqli nəticə formasında inikası prosesidir.(1, s. 8)

    Düşüncə geniş anlayış olub varlıq və ya hadisənin dərk olunmasının bütün formalarını özündə cəmləşdirən mexanizm kimi öz ifadəsini dildə tapır. Hər bir fikrin əsasında dil vasitələri dayanır. Danışarkən sözləri tələffüz edir, eşidirik, düşündüyümüzdə isə sözləri təsəvvür edirik. Beləcə hər bir düşüncənin varlığı sözlə, ifadə ilə mövcud olur. Bu mexanizmin formalaşmasında dilin xüsusi rolunu nəzərə alaraq dilsiz düşüncənin mövcud olmaması qənaətinə gəlirik. Hətta dünya dilçiliyində düşüncə və dilin sərhədlərinin müəyyənləşməsində Humbolt və Müller kimi dilçilərin bu anlayışları eyniləşdirmək, Sössür və Benvenistin isə düşüncə və dilin tamamilə fərqli anlayışlar olması kimi ikili fikirləri formalaşmışdır. Müasir dilçilikdə isə bu anlayışlar bir-birilə vəhdətdə formalaşan, biri digərinin mövcudluğunu labüd edən, bir sistemin fərqli tərfləri kimi fəaliyyət göstərən psixolinqvistik amillər kimi tədqiq olunur. Belə olan halda dil – düşüncə qarşılıqlı münasibətini “2 d” formatlı mexanizm kimi qəbul etsək, o zaman prosesin üçüncü tərəfi olan duyğu faktorunu kölgədə qoymuş oluruq.

    Digər canlılardan fərqli olaraq insanın ali xüsusiyyəti – düşünmək və düşünərək-danışma prosesi beyində getdiyindən problemi psixoloji aspektdən araşdırmaq mütləqdir. Psixologiyada idarəedici funksiya daşıyan beynin düşünmək, hiss etmək və xatırlamaq kimi üç funksiyası göstərilir.Gənc psixoterapevt Şəbnəm Sadıqova bu anlayışlar üzərində analiz apardıqdan sonra “3 d formatlı” mexanizm ideyası irəli sürərək beynin funksiyasının düşüncə, duyğu və davranış kimi daim hərəkətdə olan və insanı idarə edən sistemdən ibarət olduğunu təsbit etdi. Və, beləliklə hər hansı hadisə və ya əşyanın beynimizdəki inikası olan düşüncənin duyğu yaradaraq davranışımıza dəlalət etdiyini söyləyə bilərik.Əksər hallarda düşüncə, duyğu və davranışın sərhədlərinin düzgün müəyyənləşdirilməməsi fərqinə varmadan yanlış davranışa gətirib çıxarır. Ən böyük problem insanların düşüncələrini ifadə edə bilməməsidir. Hər hansı bir hadisənin hansı duyğu yaratdığını soruşduqda əksər hallarda insanlar düşüncələrini və yaxud əksinə olaraq düşüncələrini soruşduqda ya duyğularını, ya da davranışlarını ifadə edərlər. Bu yanlışlıq insanların öz düşüncələrinə hakim kəsilə bilməməklərinə, düşüncələrin onlarda yaratdığı duyğularının təsiri altında meydana gələn davranışlarında idarəetməni itirmələrinə səbəb olar. Bəzən düşüncələrimizdə yanlışlıq ola bildiyindən sonradan peşman olacağımız davranışlar meydana çıxar. Biz yaxın dostumuzdan borc istədiyimizdə onun pul verməkdən imtina etməsini düşüncəmizdən asılı olaraq pozitiv və ya neqativ duyğularla davranışımıza yansıtmış olacayıq. Dostumuzun pul verməkdən imtina etməsini “var idi, bilərəkdən ya xəsisliyindən vemədi” kimi düşünsək, o zaman beynimizdə qəzəb, kin, nifrət, ədavət və.s kimi duyğular yaranacaq və biz otuz illik dostumuzla münasibətə son qoyacayıq.Yaxud əksinə “onun həqiqətən də pulu olmadığını, olsa mütləq verərdi” fikrini düşünsək bizdə əmələ gələn sədaqət, inam, mehribanlıq, əminlik kimi duyğuların təsirilə dostluq münasibətlərini davam etdirəcəyik. Davranışımızı şərtləndirən istər zahiri, istərsə də daxili nitq məhsulu olan dil duyğularımızın davranışımıza ötürülməsində bir vasitədir. Beləliklə düşüncənin ifadə alətinin dil olmasını nəzərə alaraq “3 d” mexanizmini “dil və düşüncə” prosesinə tətbiq etsək, o zaman prosesin gölgədə qalmış “duyğu” amilini rahatlıqla görər və bu prosesin düşüncə, duyğu və dil kimi qarşılıqlı dinamik bir mexanizm olduğunu söyləyə bilərik.

    Duyğu indiki anda hiss üzvlərinə təsir edən əşya və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikasıdır.(1, s.14)

    Deməli biz maddi aləmi düşüncəmizdə əks etdirir, duyğular vasitəsilə onun əlamətləri haqqında məlumat alır və bu məlumatlar müxtəlif dil hadisələrində əks olunur. Bu prosesdə dil və düşüncə münasibətlərində özünü göstərən dialektik əlaqə dil düşüncəsiz, düşüncə dilsiz yarana bilməz hökmünü ortaya qoyur. Dil və düşüncə asılılığı fikrin ifadəsi üçün lazımi sözlərin seçilərək nitqdə təzahür etməsinə gətirib çıxarır. Beləliklə düşüncəmizdən doğan duyğularımız təfəkkür süzgəcindən keçərək öz mənbəyini dildə tapan nitq aktında təzahür edir. Lakin varlığı nitqdə əks olunan dil ümumi olur, nitq isə insan təfəkküründən asılı olaraq fərdi xüsusiyyət qazanır. O zaman fərd düşüncələrini götür-qoy etməli, duyğularının fərqinə varmalı ki, qüsursuz nitq aktını həyata keçirsin. Düşüncə və duyğularımızı idarə edə bilməsək də nitqimizdə təzahür edən dilimizi nizamlamaq imkanına malikik. Hər hansı hadisəyə baxışımızdan asılı olaraq pozitiv və ya tamamilə əksinə olaraq neqativ duyğu yaranacaq və bu duyğu nitqimizdə də öz çalarını büruzə verəcək. Şüuraltından sızan gerçək duyğular, düşüncə və niyyətlər dil sürüşmələri şəklində ortaya çıxacaq. Nitqimizlə ətrafımıza hansı mesajı veməyimizdən asılı olaraq özümüz haqqında fikir formalaşdırmış olacaq və bizi əhatə edən maddi aləmdən, dostlardan eyni emosiyaları qəbul edəcəyik.

    Hüseynova Ceyhunə
    Sumqayıt Dövlət Universitetinin Baş Müəllimi

  • SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi tərəfindən həyata keçirilən müxtəlifyönümlü tədbirlər Sumqayıt gənclərinin diqqət mərkəzindədir

    SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi 5 ildən artıqdır ki, Sumqayıt şəhərinin ictimai, mədəni, sosial həyatında yaxından iştirak edir, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər sırasına Sumqayıt gənclərinin bilavasitə sağlamlığına, şəhərdə idmanın kütləviliyinin artırılmasına yönəlmiş idmanın müxtəlif növləri üzrə sağlamlıq spartakiadaları, mini-futbol, voleybol, şahmat, stolüstü tennis, səmti müəyyənetmə yarışları, xalq yazıçısı Çingiz Abdullayevlə görüş, bir sıra teatr tamaşalarının təqdimatında iştirak, «Əli və Nino» Kitab evi ilə birgə “Kitab bayramı”nın keçirilməsi, şəhər Təhsil şöbəsi ilə birgə ekologiya ilə bağlı elmi-praktik konfransların, kimya olimpiadalarının təşkili, Bakı və Sumqayıt üzrə keçirilmiş kimya olimpiadasının qaliblərinin, həmçinin Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin və Sumqayıt şəhər orta məktəb şagirdlərinin kimya elmləri doktoru, professor Vaqif Abbasovla görüşünün keçirilməsi, Azərbaycanın gənc kimyaçılarının Respublika elmi konfransının təşkili, məktəbəqədər tərbiyə müəssisələri və ümumtəhsil məktəblərinin şagirdləri üçün silsilə layihələrin həyata keçirilməsi və s. daxildir.
    Bakı şəhərindəki Tarix və İstiqlal muzeylərinə, Sumqayıtın Tarixi müzeyinə, həmçinin respublikamızın bir sıra bölgələrinin tarixi yerlərinə ekskursiyaların təşkili, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə hər il «N» saylı hərbi hissədə zabit və əsgər heyəti ilə görüşlərin keçirilməsi, onların bayramlarının xüsusi proqramlarla təbrik edilməsi də şəhər sakinləri, ələlxüsus da gənclər tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
    Gənclərin diqqətini çəkən tədbirlərdən biri də «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə mütəmadi olaraq “Breyn-rinq” və “Xəmsə” bilik yarışmalarının keçirilmə-sidir. Bunu bir neçə gün bundan öncə keçirilən və Azərbaycanın Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışı zamanı müxtəlif komandaların üzvlərindən aldığımız müsahibələr də təsdiq edir. Gəlin onların bu haqda fikir və düşüncələrini dinləyək.

    Elvin Dadaşov
    (“Panda School” məktəbəqədər hazırlıq şəbəkəsinin direktoru):
    – Sumqayıt şəhəri gənclər şəhəri, sənaye şəhəri kimi tanınıb. Onun ən vacib resursu gənclərinin intellektual potensialıdır. Bu potensialı bir araya gətirmək üçün Azərikimya İB-nin keçirdiyi mütəmadi tədbirlər əvəzolunmazdır. Bu müəssisə nəinki bütün Sumqayıta, bütün Azərbaycana qürur gətirəcək işlər görür.

    “Master intellektual klubu”nun idarə heyətinin üzvləri:
    – “Master intellektual klubu” olaraq 4 nəfər idarə heyətindən ibarətik. Klubun prezidenti Seymur Salamov həm də respublikamızın ən yaxşı sual müəllifidir. Vüqar Ağayev sual müəllifi olaraq, həmçinin təşkilati işlərlə məşğul olur. Əsgərov Sabir klubun aparıcısı, Salamov Teymur isə klubun texniki işləri ilə məşğul olur. Klubda hər həftənin cümə günü məktəblilər, şənbə günü gənclərin asudə vaxtının səmərəli keçirməsi üçün 31 saylı orta məktəbdə intellektual oyunlar keçiririk. 10 illik təcrübəmizə arxalanaraq Bakıda, Sumqayıtda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən müəssisə və idarələrdə belə oyunlar keçiririk. Belə müəssisələrdən biri də “Azərikimya” İB-dir. Azərbaycan Respublikasının dövlət əhəmiyyətli günlərində “Azərikimya”da 20-dən çox müəssisə və idarələrinin iştirakı ilə intellektual oyunlar təşkil edirik. Hətta son tədbirlərimizə Bakı şəhərindən müəssisələr dəvət olunur. Tədbirimizi həmişə olduğu kimi giriş sözü ilə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı hörmətli Muxtar Babayev açır. Yüksək səviyyəli təşkilatçılıq, müasir aparat sistemi, heç bir gecikmə olmadan əyləncəli, şən, olduqca gərgin məcrada davam edən oyunumuzun sonunda Muxtar Babayev özü şəxsən qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır. “Master intellektual klubu” olaraq təklifimiz ondan ibarətdir ki, cəmiyyətimizin, insanların, gənclərin maariflənməsi, asudə vaxtlarının səmərəli keçməsi, ölkəmiz, dünya haqqında daha çox məlumatlı olması aspektindən belə yarışların mütəmadi keçirilməsi məqsədəuyğundur.

    Lalə Bədəlova (H.Əliyev adına Bakı Neft Emalı zavodu):
    – Biz Bakıdan dəvət edilmişik. Əvvəllər “Azərikimya” İB tərəfindən gənclərə yönəlmiş bir çox yüksək səviyyəli tədbirlərin keçirildiyini eşitmişdik. Bu gün isə bunun canlı şahidi olduq. Yarış çox peşəkar səviyyədə təşkil olunmuşdur və burada iştirak etməkdən zövq aldıq. Tədbirin müxtəlif təşkilatlarda çalışan gəncləri əhatə etməsi, onları birləşdirməsi və tanış olub dostlaşmasına şərait yaratması, xüsusilə müsbət və ürəkaçan haldır. Sumqayıt gənclər şəhəri statusunu bir daha təsdiq etdi. Biz gələcəkdə daha çox bu qəbildən tədbirlərdə iştirak etməyi arzu edirik.

    Səma Əsədova (YAP Sumqayıt şəhər təşkilatı):
    – “Azərikimya” İB-də ənənəvi olaraq keçirilən bilik yarışı biz gəncləri olduqca sevindirir. Hər dəfə bu yarışlarda intellektual səviyyəmizi nümayiş etdirir, bilmədiklərimizi öyrənirik. Bu yarışda Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatını təmsil edirdik. Fikrimcə, bu yarışma əvvəlkilərdən daha çətin oldu. Çünki həm mövzular dərin, həm də rəqiblər güclü idi. Ancaq çətin mübarizənin qaliblərindən olmaq bizi daha çox sevindirdi. “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı cənab Muxtar Babayevə və yarışın təşkilatçılığında əməyi olan hər kəsə komandamız adından təşəkkür edirik.

    Əli Mirzəyev (QWERTY tədris mərkəzinin İcraçı direktoru):
    – “Azərikimya” İB-nin keçirdiyi bütün intellektul yarışlarda komandamız iştirak edir. Bu möhtəşəm təşkilatçılığı ilə seçilən yarışlar deyərdim ki, intellektual sferaya verilən ən böyük dəyərdir. Buna görə də biz yarışın təşkilatçısı olan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri cənab Muxtar Babayevə QWERTY tədris mərkəzi adından təşəkkürümüzü bildiririk. Yarışların çox maraqlı keçməsi biz gəncləri xüsusən sevindirir.

    Anar Qəhrəmanov (“Asan Xidmət” mərkəzinin qrup rəhbəri):
    – “Azərikimya” İB-də keçirilən yarışla əlaqədar olaraq onu deyə bilərəm ki, bizim qrupun bütün üzvləri yarışdan sonra müsbət aura ilə “Asan Xidmət”ə qayıtdıq. “Xəmsə” intellektual oyunu çox gözəl və maraqlı təşkil olunmuşdu. Oyunda 20 komanda iştirak edirdi. “Xəmsə” klubunun bütün üzvlərinə öz təşəkkürümüzü bildiririk. “Asan Xidmət”in rəhbərliyi və kollektivi adından başda “Azərikimya” İB-nin rəhbərliyi olmaqla, bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildirir, belə yarışların tez-tez keçirilməsini və bizə də dəvət göndərilməsini arzu edirik.

    Gülnar Tanrıverdiyeva
    (QAC Sumqayıt şəhər bölməsinin gənclər üzrə təlimatçısı):
    – Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi “Azərikimya” İB-nin təşkil etdiyi bütün tədbirlərdə iştirak edir. Belə tədbirlərdən biri də “Breyn-rinq” bilik yarışmasıdır. Bütün bilik yarışlarında könüllülərimiz iki komanda ilə təmsil olunmuş və komandalarımızın ən azından biri ilk yerin sahibi olmuşdur. Ədalətli şəkildə keçən yarışlar çox yüksək səviyyədə təşkil olunur. Belə ki, sözün əsl mənasında, sağlam mübarizə gedir. Komandalarımızın hər ikisi, xüsusilə də qalib komandamız son yarışdan da çox gözəl təəssüratlarla ayrıldı. Belə maraqlı bilik yarışmalarını təşkil etdiklərinə görə kollektivimiz adından “Azərikimya” İB-nin rəhbərliyinə və təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu yarışlar mütəmadi olaraq keçirilsə, biz – Sumqayıt gəncləri bundan çox məmnun olarıq.
    ***
    Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə keçirilən “Breyn-rinq” və “Xəmsə” bilik yarışmalarının əhatə dairəsi getdikcə genişlənməkdədir. Artıq yarışlarda «Azərikimya» İB-nin idarə və müəssisələrinin təmsil olunduğu komandalarla bərabər, Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Qafqaz və Sumqayıt Dövlət Universitetinin, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin, H.Əliyev adına Bakı Neft Emalı zavodunun, YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İda¬rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə və şəhər Polis İdarələrinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in və digər müəssisələrin komandaları da böyük istəklə iştirak edirlər. Bütün yarışlarda qalib komandalara «Azərikimya» İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitə¬si tərəfindən fəxri diplomlar və mükafatların təqdim olunması yarışlara marağı bir az da artırır.
    «Azərikimya» İstehsalat Birliyi Sumqayıt şəhərinin ictimai, mədəni və sosial həyatında yaxından iştirak etməyi, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirləri bundan sonra da davamlı olaraq həyata keçirməyi özünün prioritet istiqamətlərindən sayır.

    Rafiq Oday,
    S O C A R “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti.

  • Düşünmək…

    1215

    İnsan gündəlik həyatda bir çox şeyləri düşünür. Məsələn, həmin gün görəcəyi işləri, gedəcəyi yerləri, ona deyilən yaxşı və ya pis şeyi, işi və ya məktəbi ilə bağlı etdiklərini, uzunmüddətli planlarını və s. Bunlara bənzər bir çox fikir zehnini məşğul edə bilər. Bunların hamısı vacibdir, lakin bu cür düşüncələr insanın beynində lazımi qədər yer tutmalıdır. Çünki daha təcili və insanın əbədi həyatını maraqlandıran daha mühüm məsələlər var. İnsan, əvvəla, özünün və ətrafındakı bütün canlıların necə yaradıldıqlarını, onların necə yaşadıqlarını hərtərəfli düşünməlidir. Bununla bağlı bütün varlıqları yoxdan yaradan və yaşadan Allahı və Onun isimlərini dərindən düşünməlidir. Daha sonra bu sonsuz qüdrət və elm sahibi Yaradanın onu yaratma məqsədini və ondan nələr tələb etdiyini düşünməlidir. Allahın ayələrini və əmrlərini ən yaxşı şəkildə yerinə yetirmək üçün qətiyyətli olmalıdır. Onu gözləyən ölümü və axirət həyatını da unutmamalı, daima bunu yadında saxlayaraq davranmalıdır. Onu bu məsələlərdən uzaqlaşdıraraq qəflətə sürükləyən, fani, sonsuz həyatı üçün faydalı olmayan, hətta zərər verən iş, düşüncə, hərəkət və söhbətlərdən çəkinməlidir. İnsanın zehni qabiliyyəti, əslində, çoxdur.

    İnsan bundan istifadə etməyi bilməli, zehnini lazımsız fikirlərlə məşğul etməməlidir. Gündəlik həyatında insan bir tərəfdən də bu mühüm məsələləri düşünə bilər. Hətta bu məsələləri hərtərəfli şəkildə, mövzu-mövzu, ayələrlə şərh edərək düşünə bilər. Məsələn, gününün 9-10 saatını iş yerində və ya məktəbdə keçirən bir şəxs gün ərzində düşünməli çox şeylə qarşılaşır. Bunlar Quranda tərif edilən insan xarakterləri, düşdüyü, yaşadığı mühitlər ola bilər. Vicdanını dinləmə, nəfsinə tabe olma, həsəd, təvazökarlıq, təvəkkül, səbir kimi yüzlərlə mövzunu bir-bir yaşayaraq düşünər, həm də bu mövzular üzərində hərtərəfli şəkildə düşünərək dərinləşə bilər. Əsas odur ki, insan bu fürsətləri görsün və yaxşı dəyərləndirsin.

    Ətrafında baş verənlərə: çiçəklərin açmasından səmada quşların uçmasına, nəfəs aldığı oksigenin nisbətindən və canlılara verdiyi faydadan ürəyinin döyünməsinə qədər bir çox mövzunu ətraflı düşünə bilər. Suallar verərək, cavablarını axtararaq, adət halını almış izahlardan kənara çıxaraq dərin düşünməyə başlayar. Allah Quranda möminlərin düşünən insanlar olduğunu belə bildirir:

    Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)

    Dərin düşünməyə nələr mane olur? Bir məsələ üzərində düşündükdə insanın diqqəti başqa şeylərə yayına bilər. Mühüm məsələ haqqında düşünərkən insan birdən-birə sabah edəcəyi lazımsız iş və ya əlində tutduğu qələm haqqında fikirləşə bilər. Fikrin dağılması isə dərinləşməyin qarşısını alır. Həmçinin bir məsələ haqqında kifayət qədər məlumat olmadıqda da insanın düşünmə qabiliyyəti müəyyən həddə qədər irəliləyir. Amma bu da düşünməyə mane olan səbəb deyil. İnsan necə və nə haqda düşünəcəyini bilərsə, o sahədə özünü təkmilləşdirər və lazım gələrsə, biliyini də artıra bilər. Ancaq düşünməyə mane olan ən mühüm amillərdən biri, şübhəsiz, ülfətdir, yəni hadisələrə alışqanlıq eynəyinin ardından baxmaqdır. İnsan hərtərəfli düşünməsə, dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələri təbii qarşılaya bilər. Məsələn, canlılardakı qeyri-adi dizaynı görməz. Həmişə görməyə adət etdiyi üçün qarışqanın öz çəkisindən 200-300 dəfə ağır cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun çox mühüm detal olduğunu, qarışqaya bu cür çətin işi həyata keçirməyə kömək edən mexanizmi kimin verdiyini heç düşünməz. Özünün belə bir şeyi əsla edə bilməyəcəyini isə ağlına belə gətirməz.

    Bir quşun qanadındakı xüsusiyyətləri, qanad mexanizminin xüsusi dizayn tələb etdiyinin fərqinə varmaz. Halbuki dərin düşünən insan bircə tükü belə əlinə alıb, onu hərtərəfli tədqiq edərək çox mühüm nəticələrə gələ bilər. Tükdəki nizamdan tükü təşkil edən maddənin möhkəmliyinə qədər bir çox mühüm detalı özü tapa bilər. Bircə tükə baxaraq onun üzərindəki yaradılış dəlillərini müəyyən edə bilər. Ancaq bunu da bildirmək lazımdır ki, ülfətsiz düşünmək üçün insanın mütləq çox şey bilməsinə ehtiyac yoxdur. Sadəcə ətrafındakı canlılara, səmaya və hətta öz bədəninə diqqətlə baxması kifayətdir. Allah buna “Qaf” surəsində belə bir nümunə ilə diqqət çəkir:

    Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!(Bütün bunları Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik.Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik). Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! (Qaf surəsi, 6-11)

    Xəyalə Səfərova

  • Aytac RZAYEVA.”Elektron lövhələrin müasir təhsildə rolu”

    Müasir tədris və təlim müəllimdən əyanilik və bununla yanaşı dərsə emosionallıq və rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean interaktiv lövhələri müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspire proqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir. Fəal-interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır.
    Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır. Bu lövhələrin digər lövhələrdən üstün cəhəti iki interfeyzinin olmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuş Activ primary interfeyzi şagirdin özünü sanki sehrli bir aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır.
    Promethean interaktiv lövhələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir. Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar təqdim edə bilər. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyulduğu anda riyazi alətlər – transportir, pərgar, xətkeş asanlıqla lövhəyə gətirilə və dərs prosesində istifadə oluna bilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehirli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.
    “Promethean interaktiv lövhələrinin tədrisə tətbiqi” təliminin təlimçisi olaraq deyə bilərəm ki, şagirdlər kimi müəllimlərin də bu lövhəyə münasibəti çox yaxşıdır. İKT bacarığı olan müəllimlər lövhənin üstünlüklərini öyrənir, fərqli elektron dərs nümunələri hazırlayır və dərslərində tətbiq etməklə onun tədris prosesinə nə qədər müsbət təsir göstərdiyinin şahidi olurlar. Bunun sayəsində hətta sadə İKT bacarığı olmayan müəllimlər məhz elektron lövhənin imkanlarından yararlanmaq üçün könüllü olaraq ilkin mərhələdə İKT kurslarından keçərək ikinci mərhələdə Promethean lövhələrinin istifadə qaydalarını öyrənir və dərslərində geniş istifadə edirlər. Keçdiyim təlimlərdə iştirak edən müəllimlərin fikirlərinə əsaslanaraq deyə bilərəm ki, bu gün Promethean interaktiv lövhəsi ondan istifadə edən hər bir müəllimin dərsinin əvəzedilməz köməkçisidir.
    Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsilin keyfiyyətini artırmaq, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə təhsilalanlar və təhsilverənlər üçün elektron resursların hazırlanması istiqamətində müvafiq layihələr və tədbirlər həyata keçirib. Görülən tədbirlər çərçivəsində hazırlanmış elektron resursları bir mənbədə cəmləyərək təhsil portalı yaradıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklərə, videodərslər, elektron tapşırıqlar və digər elektron resurslara çıxış əldə edə bilər.
    Videodərslərin evdə istifadəsində diqqətçəkən bir məqam var. Bəzən valideynlər bunu birmənalı qarşılamır. Buna səbəb onların elektron dərs resursları, yəni www.e-resurs.edu.az saytı haqqında kifayət qədər məlumatının olmamasıdır. Bildirmək istəyirəm ki, elektron resurslar portalı kifayət qədər zəngindir. Burada videodərslərlə yanaşı, elektron dərsliklər, e-test, elektron tapşırıqlar, xarici elektron resurslar, intellektual oyunlar və s. var. Lakin bu haqda məlumatı olan valideyn və müəllimlərin sayı qənaətbəxş deyil. Düşünürəm ki, burada əsas iş məktəb və sinif rəhbərlərinin üzərinə düşür. Valideynlər arasında maarifləndirmə işləri görülməli, bu resursların təqdimat çarxı onlara nümayiş etdirilməlidir. Hər bir valideyn övladının təhsil sahəsində irəli getməsini, nailiyyətlər qazanmasını istəyir. Əgər valideyn bu portalın onun övladına biliyini genişləndirmək və möhkəmləndirməkdə nə dərəcədə müsbət təsir edəcəyini bilsə, bu məsələyə səthi yanaşmaz, əksinə, övladına dəstək olar. Biz bu təcrübəni işlədiyim 193 nömrəli tam orta məktəbdə sınaqdan keçirdik. Pedaqoji şuranın iclasında ilk öncə müəllimlərə bu resurslar portalı haqqında məlumat verərək, üstünlüklərindən danışdıq. Maraqlı müzakirələr aparıldı. Daha sonra eyni təqdimatda sinif rəhbərləri valideynlər arasında maarifləndirmə işləri apardı. Bir sinif rəhbəri olaraq qeyd edim ki, şagirdlərim valideynlərin dəstəyi sayəsində bu portaldan geniş istifadə edir.
    Təhsil Nazirliyi tədris sistemində qabaqcıl müəllimlərin dərslərini videoçəkiliş edərək interaktiv texnologiyaları tətbiq etməklə şagirdlər üçün maraqlı videodərslər yaratmışdır. Əgər şagird dərs zamanı hər hansı mövzunu yaxşı dinləyə bilməyibsə, başa düşməyibsə və ya müəyyən səbəblərdən dərsdə iştirak etməyib və bununla da keçirilən mövzu ilə bağlı heç bir anlayışı yoxdursa, bu zaman o, internet vasitəsilə videoportala daxil olub müvafiq fənni seçməklə həmin mövzunu tapıb izləyə bilər. Videodərslərin adi dərsdən əsas üstünlüyü odur ki, şagird bu dərsləri bir neçə dəfə təkrar izləmək imkanına malikdir. Bununla da şagird dərsi tam mənimsəyənə qədər təkrar izləyə bilər. Bu da şagirdin dərsi anlama keyfiyyətini artırır. Şagird hər videodərsi dinlədikdə ona bir neçə test təklif olunur, bu testləri cavablandırmaqla sonda topladığı bala əsasən dərsi nə dərəcədə mənimsədiyini anlaya bilər. Videodərsləri məktəbdə tədris prosesində də istifadə etmək olar. Bu artıq müəllimin yaradıcı yanaşmasından asılıdır. Dərs dediyim siniflərdə şagirdlər E-test.edu.az saytına daxil olaraq elektron testlər həll etməklə reytinq cədvəlində önə keçməyə çalışırlar. Bu da nəticədə biliklərin həm mənimsənilməsinə, həm də möhkəmlənməsinə gətirib çıxarır. Hər həftə sonu sinfin təşkilatı saatlarında həftə ərzində öndə gedən şagirdlər qalib elan edilir. Bununla da şagirdlərin portala marağı daha da artır.
    Yenilikləri asanlıqla qəbul edən gənc nəsil, bu gün bu yenilikləri məktəbdən və müəllimlərdən də gözləyir. Bu yenilik məhz şagirdləri yeni bir aləmə aparan Promethean lövhədir. Bu lövhədə maraqlı, rəngarəng ,bir-birinə bənzəməyən dərslər hazırlamaqla onların marağını artırmaq, diqqətini cəlb etmək olar. Müasir dövrün müəllimi daim üzərində çalışmalı, yenilikləri öyrənməli, axtarışda olmalı, öyrədici təlimlərdə tez-tez iştirak etməlidir. Bir müəllim olaraq bu yaxınlarda keçdiyim “Elektron məktəb üçün elektron müəllim” təlimində böyük təcrübə topladım. Belə ki, təlimdə “Elek-tron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Distant – məsafədən təhsil zamanı virtual sinfin yaradılması. Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. mövzular əhatə olundu. Bununla yanaşı, müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və müxtəlif Veb texnologiyalarından istifadə, onların təlim tətbiq qaydaları öyrədildi. Bu və digər öyrədici təlimlər müəllimlərin təlim prosesində istifadə edəcəyi resurs bazasını artırmaqla şagirdlərin də dərsə marağının artmasına səbəb olur.
    Yeri gəlmişkən qeyd edim ki, bu məsələlərlə bağlı avqustun 10-12- si tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Elabuqa İnstitutunda keçirilən yaradıcı müəllimlərin VI beynəlxalq festivalına da məlumat vermiş və dərs nümunəsi nümayiş etdirmişəm. Promethean interaktiv lövhəsi üçün nəzərdə tutulan elektron dərs nümunəsində təqdim edirəm. Çalışdım ki, Azərbaycan təhsilində istifadə etdiyimiz metodların, texnologiyaların tətbiqi ilə hazırladığım dərslə xarici ölkə müəllimləri qarşısında ölkəmizi layiqincə təmsil edim. Müasir tədrisdə İKT -nin tətbiqi ilə hazırladığım dərs nümunəsində müxtəlif web texnologiyalardan, proqramlardan istifadə etməklə interaktiv tapşırıqlarda tətbiqi qaydalarını, Activİnspire proqramının köməyilə hazırladığım tapşırıqları işləyərkən şagird fəallığını əks etdirən görüntülərdən ibarət slideshow nümayiş etdirdim.
    Əgər biz XXl əsrdə yaşayırıqsa, deməli, zamanın tələbi ilə uzlaşmaq lazımdır. Zamanın müəllimi yaradıcı, peşəkar, öz üzərində çalışan, təkmilləşən olmalıdır. Düşünürəm ki, müəllim öyrətmək üçün ilk öncə özü öyrənməlidir. Bu zaman həmin müəllimin dərsinin keyfiyyəti fərqlənəcək və gələcəyimiz üçün potensiallı, bilikli, dünyagörüşlü şəxsiyyət yetişdirəcək.

  • Tənhalıq həyatın təbii bir hissəsi deyil

    1454699405_qiz-deniz-kenarinda-tenhaliq

    Channel 4 News TV-nin hazırladığı sənədli filmdə milyonlarla yaşlı insanın yalnızlıq səbəbindən yaşadığı sıxıntılı həyat təsirli şəkildə ekranda göstərilmişdi. Marqaret Nikles “Əgər heç tək qalmamısınızsa, tənhalığın necə bir hiss olduğunu bilmirsiz” sözləri ilə gözlərində yaş həyatını təsvir edirdi.Roy Kraçer isə “Hər dəfə evə gələndə bomboş evə qayıdırsınız, tənhalığın sizi yenidən bürüyəcəyini bilirsiniz və bütün gününüz telefonun bir dəfə də olsun çalmasını gözləməklə keçir” sözləri ilə tənhalığını dilə gətirmişdi.1
    Dövrümüzdə tək yaşayan insanların sayı dünyada 300 milyona çatır. Üstəlik bu rəqəmin hər il getdikcə artdığı bildirilir. Xüsusilə inkişaf etmiş Qərb cəmiyyətlərində tək yaşayan, ya da özlərini tək hiss edən insanların sayında sürətli artım elm adamlarının diqqətini çəkən mövzulardan biridir.Amerika bir çox mövzuda olduğu kimi, bu mövzuda da öndə gəlir.Ölkədə 32 milyondan çox tək yaşayan insan mövcuddur. Ailələrin 28%-ində tək yaşayan insan var.2
    Nyu-York universitetinin sosiologiya üzrə professoru Erik Klinenberq məsələyə fərqli münasibət bildirir və tənhalığın dünyanın yeni “trendi” olduğunu irəli sürür.Demək olar ki, bəzi markalar tənhalığı tendensiya halına gətirib.Yalnız yaşayanlar üçün istehsal edilən məhsullar bütün dünyada özünə yer tapır.Dünyaca məşhur markalar yalnızlara xitab edən məhsullara üstünlük verirlər.Qısası, tək yaşayanlar mühüm “iqtisadi bazar” kimi görünür.Bunun səbəbi tək yaşayan insanların əksəriyyətininaktiv həyat sürmələridir.Məsələn, evdən kənarda daha tez-tez yemək yeyirlər, konsert, teatr, kino kimi tədbirlərə, idman zallarına daha çox rəğbət edirlər.Tənhalığın qarşısını alacaq tədbirlər görmək əvəzinə, insanlar sanki tənhalığa sövq edilir.Əlbəttə ki, bu siyasət tənha yaşayanların sayının ciddi artımasına səbəb olur.
    Digər təəccüblü məqam isə insanların əksəriyyətinin artıq məcburiyyətdən deyil, öz istəkləri ilə tək yaşamalarıdır.Amerikalı sosioloq Klinenberq bunu insanların tək yaşayacaq maddi imkana sahib olmaları ilə əlaqələndirir.Başqa sözlə, məşhur sosioloq iqtisadi gücləri artan insanların tək yaşamaq potensiallarının da artdığını bildirir. Gənclərin tək yaşamağa üstünlük vermələrinin səbəbi isə məşhur sosioloqa görə, şəxsiyyətlərini tapma arayışlarıdır.3
    Tənha yaşayanların sayındakı artımla bağlı digər amil də texnologiyadır. İnsanların internet və sosial media sayəsində başqaları ilə daim ünsiyyət qurmaları tənha həyatı artıran başlıca səbəblər arasında görünür.
    Halbuki dünyada bu qədər yalnız insan olmasının günahkarı nə texnologiya, nə nəqliyyat, nə də rabitə sahəsindəki inkişafdır. Gün keçdikcə böyüyən bu problemin yeganə səbəbi var: o da dünyanı məhv edən sevgisizlik. Yaşlı və ya gənc insanların tənhalığa məhkum olmasının və ya öz razılığı ilə tənhalığı seçməsinin arxasında bütün dünyaya hakim olan sevgisizlik durur.İnsanlar bir-birini sevmir, bir-birinə dəyər vermir, bir-birilərinin problemləri ilə maraqlanmırlar.Nəticə etibarilə yaşlılar tərk edilir, onların dünyadan təcrid olunaraq yaşamalarına göz yumulur.Ətraflarından qayğı və diqqət görməyən gənclər zərərli vərdişlərə yönəlirlər.Tənhalıqdan, sevgisizlikdən boğulan insanlar əlacı itlər, pişiklər, quşlar, balıqlarla dost olmaqda tapırlar. Axtardıqları sevgini tapa bilməyən insanlar həyat sevinclərini itirir və yalnız yaşamağa qərar verirlər.Bu siyahını daha da artıra bilərik.
    Həqiqətən, sevgisizlik ən böyük ictimai bəlalardan biridir.Tənhalıq isə sevgisizliyin meydana gətirdiyi ən təhlükəli xəstəlikdir və insana ən acı verən şeydir.Belə ki, beynəlxalq hüquq cinayətkarlara ən böyük cəza kimi tək qalmağı müəyyən etmişdir.Həbsdə cinayətkarlar törətdikləri cinayətin əvəzində tənhalığa məhkum edilirlər.Həbs müddəti nə qədər çoxdursa, cəza da o qədər ağır qiymətləndirilir.Ömürlük həbs ömür boyu tənhalıq deməkdir.
    Yoldan ötən insanlardan ən çox çəkindikləri şeyin nə olduğunu soruşun: bir çoxunun cavabı tənhalıq olacaq. Kimsə təkbaşına qocalmaq və qocalanda da unudulmaq istəmir.Hər insan sevilmək və qayğı görmək istəyir.Sevilmək, qorunub himayə olunmaq, vəfa və sədaqət görmək bu dünyanın ən böyük nemətidir.Qadın-kişi, yaşlı-gənc, bir sözlə, bütün insanlar sevgi həsrəti ilə yaşayırlar, onları sevən, əsla tərk etməyən insanlar istəyirlər.Sevgi və sədaqət hər bir insanın sanki qidası, can damarıdır.
    Bir çox akademik insanların iddiasının əksinə, tənhalıq qətiyyən həyatın adi bir hissəsi deyil.İnsanların sevgi, dostluq, qardaşlıq içərisində birlikdə yaşamaları, bir-birilərinə dəstək vermələri həyatın mənasıdır.Sevgi, dostluq, birlik olmadan təkliyə üstünlük vermək və başqalarını da belə yaşamağa məcbur etmək insanlığayaraşan davranış deyil. İnsan yaradılışına uyğun olaraq ətrafında daim gözəllik görmək istəyən və gözəlliklərdən zövq alan varlıqdır. Qəlbindək güclü iman və Allah sevgisi Allahın təzahürlərinə qarşı dərin sevgi yaradır.Ruhu ancaq Allahın təcəllilərini görəndə rahatlıq tapır.Heyvanlar, bitkilər, ağaclar, çiçəklər, cürbəcür meyvələr, yeməklər, gözəl mənzərələr – hər biri Allahın varlığının möhtəşəm təzahürləridir.Amma Allahın ən çox təzahür etdiyi varlıq insandır.Allahın əxlaqı, sevgisi, şəfqəti ən çox insanda təcəlli edir.Beləliklə, Allah aşiqi olan insan davamlı insan sevgisi axtarır, bütün ruhu ilə sevmək və sevilmək istəyir.İnsan ruhunda belə səmimi sevgi yaşayanda tək qalmağı düşünmür, digər tərəfdən də tək insanların yalnız və bədbəxt olmasına da şərait yaratmır.Hər kəsin sevgi və qardaşlıqla bir yerdə sağlam, şən yaşamasını istəyir, insanların xoşbəxtliyi ona əvəzsiz sevinc bəxş edir.
    Sevgi yaşandıqda dünyadakı bir çox problem kimi tənhalıq da aradan qalxacaq. Bütün insanlar sevgi ətrafında toplaşacaq, böyük-kiçik hər kəs sevgi və hörmət görəcək, heç kim tək yaşamağa məhkum olmayacaq və tək yaşamaq istəməyəcək. Hər günü bayram kimi sevincli və xoşbəxt yaşayacaqlar.Bu gözəl günlər üçün cəhd etmək hamımızın borcudur

  • Həqiqətin Özü

    sm

    Həqiqət, əslində, müxtəlif sahələrdə fərqli mövzulara görə dəyişən bir məhvumdur, yəni nisbidir. Lakin mənim bəhs etmək istədiyim “Həqiqət” mövzuya görə dəyişə biləcək bir anlayış deyil. Bu məqalədə ümumi olaraq həyatın var olma səbəbindən, Həqiqətdən bəhs edəcəm.

    Həqiqət budur ki, Allah var. Din gerçəkdir,Axirət, Cənnət, Cəhənnəm var.

    Allahın varlığı, dinin olması bir inanc, psixoloji tətmin, meditasiya, yaxud subyektiv düşüncə deyil. Elmi olaraq dərinə getsək, Allahın varlığı deyil, bu dünyanın, insanın özünün var olub olmaması müzakirə mövzusu olar. Artıq kvant fizikasının son nəaliyyətlərindən aydın olduğu kimi, maddənin maddi əsası yoxdur, mütləq varlıq deyil. Yəni maddə, əslində, sadəcə görüntüdür. Lakin bu mövzu da aparılan araşdırmalar, testlər barədə bəhs etməyəcəm, mövzu ilə bağlı kvant fizikası, xüsusilədə, atomun həqiqi quruluşu ilə əlaqəli yeni elmi məlumatları araşdıra bilərsiniz. Mən nəticəni qeyd edərək mövzumuzdan bəhs etmək istəyirəm. Maddənin, əslində, maddi deyil izafi olması və görüntü xarakteri daşımasının gəldiyi məna budur ki, əslində, gördüyümüz, hiss etdiyimiz,yaşadığımız hər şeyin, həmçinin özümüzün belə maddi əsası yoxdur, hər şey sadəcə ruhumuza göstərilən görüntüdən ibarətdir və bunu ruha seyr etdirən biri var. O, tək gerçək, mütləq varlıq olan Allahdır.

    Yəni əslində, çox gülməli olan bir mənzərə var. Maddi əsası olmayan, sadəcə göstərilən görüntüdən ibarət bir varlıq olan insan, öz görüntüsünü hər an yaradan, mütləq olan Allahın mövcudluğunu müzakirə edir.
    Yuxarıda qeyd etdiyim kimi, Allahın varlığı müzakirə mövzusu belə deyil, lakin isbat təqdim etmək lazım gəldikdə isə isbatı Allahın varlıq dəlillərini,möhtəşəm və bənzərsiz yaratma sənətini görməyimiz üçün Allahın bizə göstərdiyi və təşviq etdiyi yol – elm təqdim edir. Bütün elmi faktlar Allahın varlığına dəlalətedir.Fizika,kimya,biologiyanın və digər elm sahələrinin ortaya qoyduğu qanunlar və normalar çox hikmətli bir riyazi hesabın nümunəsidir. Bütün bu qanunların,normaların,həssas tarazlıqların,riyazi əsasların qaynağında üstün Ağıl sahibi dayanır.Təbii ki, şüursuz və ən əsasıda maddi əsası belə olmayan materiya ağıl sahibi ola bilməz.Bu amil də Yaradıcının varlığını mütləq edir.

    Kainatın mövcudluğundan başqa canlıların mənşəyi mövzusu da Yaradıcının varlığını labüd edir. Həyatın mənşəyi ilə bağlı, onsuzda, indiyə qədər iki fikir var idi; Yaradılış və Təkamül fərziyyəsi. Son elmi kəşflərlə təkamül fərziyyəsinin tamamilə çökməsi isə canlıların Allah tərəfindən yaradıldığını bir daha isbat etdi.
    Bütün bunlardan əlavə müxtəlif canlıların sahib olduqları bir-birindən fərqli xüsusiyyətlər də Allahın varlığını isbat edən yüzlərlə dəlillər elmi faktlarla göz önünə sərilməkdədir. Canlı orqanizmlərin müxtəlifliyi, hüceyrənin quruluşu, iş prinsipi, DNT–dəki nəhəng informasiya bazası, canlıların çoxalması, təbiətdəki mükəmməl qarşılıqlı simbiotika, ahəng, ekosistemdəki heyranedici nizam Allahın varlığını göz önünə sərir.
    Son zamanlarda elmi tədqiqatlar nəticəsində, xüsusilə də, Astronomiya və Fizika sahəsindəki inqilabi kəşflərlə ateizmin əsası olan materializm çökmüş oldu. Materializmin çökməsi bütün ateist ideologiyaların, cərəyanların – hamısının təbii olaraq sonunu gətirdi. Bununla da hal-hazırda faktlara əsasən, Allahın varlığı mövzusunda alternativ fikir yoxdur.
    Dinin doğruluğuna gəldikdə isə son illərdə edilən elmi kəşflərlin 1400 il əvvəlki Quran ayələrindəki izahlarla eynilik təşkil etməsi Quranın Allahın sözü olduğunu, dinin gerçək olduğunu bir daha təsdiq etməkdədir.Həmçinin Qurandakı bir sıra elmi məlumatların VII əsrdə kəşf edilməsinin mümkün olmaması, bu bilgilərin məhz XX-XXI əsrin elmi-texnoloji imkanları ilə kəşf edilməsi Quranın insan sözü ola bilməyəcəyini də bir daha isbat etməkdədir.
    Quranın Allahın sözü olduğunun isbat edilməsinin gəldiyi məna isə Quranda qeyd edilən hər məqamın doğruluğunun dəqiq olmasıdır. Dolayısı ilə məqalənin başında da qeyd etdiyim kimi, həqiqət budurki, Allah var, din var, Axirət gerçəkdir.
    Səmimi olan, həqiqəti axtaran, doğru yaşamaq istəyən hər kəsin gələcəyi tək nöqtə də Allahdır. Allah varlıq səbəbimiz, mövcud olma, yaşama səbəbimizdir. Allah Həqiqətin Özüdür, Haqqdır. Tək Gerçək, Mütləq Varlıqdır.

    Savalan MƏMMƏDLİ

  • Qadın öz namus və iffətini çox da gözəl qoruyar

    uex

    İffət insanın ruhunda böyük həyəcan meydana gətirən, mənəviyyatdan doğan bir gözəllikdir.Dinimiz və qanunlarımız namus, iffət və ismətini qorumaq məsuliyyətini insanların şəxsən özlərinə həvalə edir.Allah Quranda öz ismətini qoruyan hz. Məryəmi iman gətirənlərə gözəl əxlaq nümunəsi olaraq verir:

    Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi.Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 11-12)

    “Üstünlük cinsiyyətlə deyil, təqva ilədir”

    Namussuzluq və iffətsizlik mövzusunda qadın və kişi arasında fərqyoxdur. Əxlaqsızlıq və vicdansızlıq mövzusunda da qadın və kişi arasında fərq olmadığı kimi,ismət düşmənliyində də qadın və kişi arasında fərq qəti olaraq yoxdur.Bir qadın iffətini qoruya bilməyibsə, eyni zamanda orada iffətini qoruya bilməyən kişi də vardır.İnsanın üstünlüyü və iffəti onun cinsiyyətində deyil, təqvasındadır. Allah Hucurat surəsinin 13-cü ayəsində üstünlüyü “Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır” şəklində bildirir.
    Qadın da, kişi də gözünü və qəlbini öz ağlı, istəyi və iradəsi ilə haramdan çevirər. Qadın da, kişi də haramdan, iffətsizlikdən, namussuzluqdan öz vicdanı, inancı və müstəqil iradəsi ilə uzaq durar.Allah bir ayəsində öz müstəqil iradə və seçimləri ilə İslam əxlaqını ən gözəl şəkildə yaşayan müsəlman qadın və müsəlman kişi modelini belə xəbər verir:

    Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

    Ağıllı bir qadına “sən namusunu qoruya bilməzsən, mən qoruyacağam”, demək çox səviyyəsiz və çox yersiz bir yanaşmadır.Qorunmağa ehtiyacı olmayan, ağıllı, inanclı və iffətli bir qadına müxtəlif təzyiqlər göstərmək və onu nəyəsə məcbur etməkdoğru deyil.

    “İşğal edilmiş torpaqlarda pərişan edilmiş qadınlar və uşaqlar”

    Hal-hazırda bir çox İslam ölkəsi imperialist dövlətlər tərəfindən işğal edilmişdir. Bu ölkələrdə demək olar ki, bütün müsəlmanların isməti, namusu, həyatları pərişan edilib. Bu zülmü səssizcə izləmək isə vicdanlı davranış deyil. Uca Rəbbimiz Quranda “Okəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar”(Muminun surəsi,5) və “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75) şəklində buyuraraq zəif olan, zalımların əlinə düşən və öz ismətlərini qorumağa gücü çatmayan müsəlman cəmiyyətlərə yardım edilməsinin vacibliyini açıq-aşkar bildirmişdir.
    Əfqanıstanda, İraqda, Şərqi Türküstanda əsir düşmüş qadın və uşaqların aşkar və toplu şəkildə istismarına qarşı İslam aləmi dərin bir səssizlik içindədir.
    İraqda, Suriyada, Kəşmirdə, Əfqanıstanda, Şərqi Türküstanda, Sudanda, Somalidə, Arakanda və bir çox ölkədə minlərlə qadın təcavüzə məruz qalır, buradakı insanların namusu, izzəti və iffətlərinin zədələnməsi məsələsi gündəmə gətirilmir.
    Bəs çıxış yolu olaraq nə edilməlidir?
    Azad qadın öz namusunu, iffət və ismətini heç kimə möhtac olmadan da qorumağa qadirdir.Bizim borcumuz işğal altında olan ölkələrdə namusu və iffəti zorla istismar edilmiş qadın və uşaqları qorumaq, onların hüquqlarıüçün narahat olmaq, qurtuluşları üçün çalışmaq, problemin həll yolunutapmaqdır.Dünyadakı bütün məzlum və zəif insanların azad edilməsi üçün düşünmək, səy göstərmək insanlıqdır, dindarlığın gərəyidir.İşğal altında qalaraq namusunu, ismətini qorumaqda aciz olan insanların xilaskarı vəzifəsini nə Birləşmiş Millətlər, nə Avropa Birliyi, nə də digər təşkilatlar yerinə yetirə bilir.
    Dünyanı hürriyyətə qovuşduran, azad edən sistem İslam ölkələrinin birliyi olacaqdır

    Ülviyyə Əlizadə

  • Ədəbiyyatda və teatrda “çadra”

    23d6a8b031d4

    “Bürünmüşük bir qara çadraya, açıb xilas olmaq istəyəni də öz çadrası ilə boğuruq”

    Ədəbiyyatda və teatrda bu “çadra”dan danışmaq istəyirəm. Açıq-saçıqlıq, əsərlərdə vulqarizmlər və səhnədə açıqlığı qısıtlanmayan göstərilər tez-tez müzakirə olunan və həllini tapmayan bir məsələdir. Əslində bir problem kimi qoyulsa da, ortadakı sorunun nə olduğu bəlli deyil. Ədəbiyyat birbaşa yaşamdır, teatr da həmçinin. Yaşamın, yaşantının sözlə və ya göstərişlə, səhnələşdirmə ilə cəmiyyətə sunulmasında niyə təhrif olunmalıdır? Niyə hər şeyi olduğu kimi yox, “bəzəyərək”, cilalayaraq göstərməyi istəyirsiniz?

    Ədəbiyyat yaşantılardan ibarətdir, həyatlardan bəhs edir. Məgər biz yaşadıqlarımızı xatırlayanda içindən yaxşı hissələri xatırlayıb, “qaranlıq” olan tərəflərini beynimizdən silirik? Əgər belə ediriksə, yaxud etməliyiksə, deməli, həyatı səmimi yaşamırıq. Həyat yaxşı ilə bərabər pisi də özündə barındırır.

    Bu gün əsərlərdə peşəkar şəkildə verilmiş açıq-saçıq dediyimiz o hissələri yaşayan insanlardır, onları güzgü kimi göstərən bu ədəbiyyat səmimidir, sünilikdən uzaqdır. İki sevgilidən bəhs olunursa, onların sevişməyindən doğal nə ola bilər? Əsərdə bəzən oxucunu rahatlatmaq, beynindəki dərin sujet qatlarını bir az yüngülləşdirmək və reallığı ona çatdırmaq üçün bu mütləqdir. Obrazlar özünə və onun yaşadığı həyat tərzinə uyğun bir dillə danışmalıdır. İki fahişənin söhbətini professor danışır kimi, yaxud bir qatilin fikirlərini adi həyat tərzi sürən sıradan bir insanın dili kimi vermək olmaz. Fahişə ilə bir gecə keçirən kişinin nitqində mütləq vulqar ifadələr olacaqdır. Bunu bildiyimiz halda, niyə ədəbiyyatı saxtalaşdırmağa çalışırıq?

    Erotika bir janrdır və bu, özünü ədəbiyyatda da göstərə bilir, göstərməlidir. Ədəbiyyat azad yaradıcılıq sahəsidir. Bunun fonunda nələri yazmaq olar, nələri olmaz deyib, bir kriteriya bəlirləmək absurtdur. Oxucu daima fərqli nələrsə gözləyir, daima yenilik axtarır. Nə qədər klassikaya müraciət etmək olar? Klassiklər belə yazmayıb deyiriksə, dünya ədəbiyyatını hara qoyaq? Kifayət qədər açıqlıq, erotik mövzuların daxil edildiyi əsərlər var dünya ədəbiyyatında. Biz bunu mental dəyərlərə bağlasaq belə, deməli, dünyaya çıxışımızı bağlayırıq, sərhədlənirik. Fransız yazıçısı Mişel Uelbekin “Elementar hissəciklər”i, demək olar ki, bütünlüklə açıqlıqla qələmə alınmış bir əsərdir. Həmçinin Fransız yazarı Giyom Apollinerin “11 min çubuq” romanında seksual əlaqənin açıq şəkildə təsvir edildiyi səhnələr var və həmin səhnələrdə sadomazoxizm məqamları mövcuddur. Bu əsəri tərcümə edərsək, təhrifmi etməliyik? Çıxarımlaramı baş vurmalıyıq? Bu mümkün deyil, çünki əsərin mahiyyəti itəcəkdir.
    Giyom Apolliner qeyd edir ki, “bu bir bədii əsərdir və onun yumoristik və mübaliğəli xarakterinin, seksə olan meyli qızışdırmasını yox, əksinə azaltmasını güman etmək olar”. Burdan belə bir nəticəyə gəlmək qaçınılmazdır ki, hər bir əsərin verdiyi mesaj var və bu mesajı oxucuya çatdırmaq üçün yazıçı “tərs köşə” taktikasından istifadə etməlidir.
    Dünya ədəbiyyatında çox nümunələr göstərmək olar. Markesin “Kədərli fahişələrim”, Koelyonun “11 dəqiqə” əsərlərini də qeyd etmədən keçmək mümkünsüzdür.
    Əsər nə qədər reallığı əks etdirsə, o qədər anlamlı və oxucuya dərin məna yükləmiş olar. Nə qədər süni şəkildə, həyatdan, olacaqlardan qaçaraq nələrsə yazmağa çalışacağıq? Bu çadraya bürünüb hara gedirik? Qarşımız divardır, keçmək olmayacaq. Həyat ədəbiyyatla vəhdətdir, bir-birinin eynidir. Həyatda seviriksə, sevişiriksə, soyunuruqsa, söyürüksə, seviniriksə, ağlayırıqsa, dalaşırıqsa, bunu niyə ədəbiyyata yansıtmayaq? Niyə bunlar yoxmuş kimi ideal bir şeylər göstərək? Aldanmağı bu qədərmi sevirik?

    Bir də, uzun müddətdir teatrlarla bağlı bu məsələ problem kimi gündəmə gəlir. Xüsusilə də, müstəqil teatr kimi fəaliyyət göstərən ODA və ADO teatrına bu nöqteyi nəzərdən təzyiqlər çox olur. Fransaya qədər gedib çıxmış bu teatrda nəyi qısıtlamaq istəyirik? Soyunmağı, sevişməyi, öpüşməyi görməkdənmi qorxur izləyici?
    Yaxşı, izləyicini – gəncliyi pozmaqda təqsirli bilinən təkcə bu teatrmı gözünüzə girdi? Gənclik bu gün haradadır, nələr edir, internetdə nələr izləyir xəbəriniz varmı? Xəbəriniz yoxdur, çünki bunu gizlin şəkildə edir, Google’də ən çox kliklənən videolara baxın – porno filmlər, seks görüntüləri. Bu gəncliyi pozmur da, gedib mədəni şəkildə bir əsərin nümayişinə baxmaq, ən azı bir əsərin adını öyrənmək, həyatın içindən bəhs edən bu teatr səhnəsində əyləşmək, obrazları izləmək, insanlığın xislətini görməkmi pozur? Öpüşmək, sevişmək, soyunmaq səhnələrindən rahatsız olub, teatr səhnəsini tərk edənlərə sual verirəm. Azərbaycan gəncliyi ən ucuz otellərdə fahişələrlə gecələyir, şəhərdə cılız beyinli bu gəncliyin gözləri ilə qızlar təcavüzə uğrayır, bütün gün çayxana köşələrində mobil telefonlarında porno videolar izləyirlər, gəlin nömrəsi axtarırlar. Bunları bilirdinizmi?

    İndi deyin görək, bu gəncliyi teatrlardan, ədəbiyyatdan qorumaq istəyirsiniz? Sveyq deyirdi ki, fahişəlik seksual azadlıq olmayan zamanda yaranıb. Nə qədər, bu tabuları qıra bilməyəcəyiksə, bu stereotiplərdən qurtulub real həyatı görməyə başlamayacağıqsa, daima süni həyatın içində süni ədəbiyyat və teatrda özümüzə baxacağıq!

    89 il əvvəl Sevilin başından açdığı çadranı, siz hələ beyinlərinizdən açıb çıxara bilməmisiniz!

    Sayqılarla!

    Aysel ABDULLAZADƏ,
    Yenibaxis.az İnformasiya Agentliyinin təsisçi və baş redaktoru

  • Günay HƏSƏNLİ.”Atama bənzəyən oyuncaq”

    0be3bfea3b59

    Günəş üfüqdən boylandı, onun al şəfəqləri yerdəki qarın üzərinə səpələndi. Sakit bir qış səhəri idi. Sanki fəlakətdən öncəki sakitliyi xatırladırdı.

    Həmin gün Lalənin doğum günü idi. Beş ili tamam olurdu onun dünyaya göz açmasının. Doğum gününün nə olduğunu anlamırdı, sadəcə o bilirdi ki həmin gün hamı ona hədiyyələr alacaq. Lalə o qədər sevinirdi ki, sevincindən baxışlarından sevgi damırdı. Gah mətbəxdə qızı üçün tort bişirən anası Gülnazın, gah da yemək hazırlayan nənəsi Pərinin yanına qaçırdı. Anasının bişirəcəyi tortun hazır olmasını dörd gözlə gözləyirdi. Atası Sakit isə şənbə gününü fürsət bilib, dostlarıyla istirahət etmək üçün evdən çıxmışdı.
    Hava qaralanda Sakit evə gəldi. Ayaqqabılarını soyunub evə keçmək istəyəndə qızı qaça-qaça onun üstünə atıldı. Atasının əllərini boş görüb dodaqlarını büzdü. Mızıldana-mızıldana sözə başladı:
    – Ata, sən mənə söz vermişdin ki, mənə doğum günümdə böyük oyuncaq alacaqsan. Bax, mənim doğum günümdü, anam da mənimçün tort bişirib süfrəni hazırlayıb. Nənəm də dadlı yeməklər bişirib. İndi bizə çoxlu adamlar gələcək, mənə hədiyyələr alacaqlar. Amma sən mənim oyuncağımı almamısan.
    Qızının bu sözlərindən sonra Sakit nə edəcəyini bilmədi, boğazından açdığı şərfi yenidən boğazına dolayıb evdən çıxdı. Pilləkanları düşərkən qızına necə bir hədiyyə alacağını düşünürdü. Axşam olduğu üçün yaxınlıqdakı hədiyyə dükanları bağlı idi. Evə yenidən əliboş dönmək qorxusu Sakiti qorxudurdu. Hardan olursa-olsun, mütləq qızına hədiyyə almalı idi. Dükan soraqlaya-soraqlaya evdən xeyli uzaqlaşdı. Böyük hədiyyə dükanı tapıb Laləyə gözəl bir gəlincik aldı. Gəlinciyi götürüb sevincək dükandan çıxdı, iki addım atmamış sədəf boyda dəmir parçası onun sinəsini dəlib keçdi. Onun gözündə dünya, dünyalıqdan çıxdı.
    – Qızım, qızım deyə-deyə yerə yıxıldı.
    Bir neçə saat keçdi, Lalə səbirsizliklə atasının gəlməsini gözləyirdi. Atasının gedişindən anladı ki, ona hədiyyə almaq üçün getdi. Gözü qapıda idi. Tez-tez qapı döyülürdü, gələnlərin heç biri gözlədiyi deyildi. Qohum-əqrəba hamısı gəlmişdi. Çoxlu hədiyyələr almışdılar Laləyə, o isə heç birini sanki görmürmüş kimi gözünü qapıya zilləmişdi. Qonaqlar Sakiti soruşduqca Pəri nənə deyinməyə başladı:
    – Ay oğul, sən bilirsən ki, bu gün qonağımız olacaq. Gəl çıx da… Pəri nənə deyindikcə Lalə də sevinclə qışqırırdı:
    – Atam mənə oyuncaq almağa gedib, indi gələcək.
    Bir saat da keçdi. Sakitin evə qayıdan yollarına çözülməz düyün düşmüşdü. Lalənin məsum baxışlarla qapıya zillənən gözləri belə o düyünü aça bilmədi.
    Bir tərəfdə Gülnaz, bir tərəfdə Pəri nənə dodaqaltı deyinirdi:
    – Ayıb deyil, ev yiyəsi evdə yox.
    Qonağa qarşı diqqətli olan Sakitdən bu cür hörmətsizliyi heç kim gözləmirdi.
    Qapı döyüldü. Lalə “atamdır” deyib, qapını açdı. Evə qırmızıya bükülmüş böyük bir hədiyyə daxil oldu. Qonaqlar bir-birinə dəydi, Pəri nənə bir tərəfə, Gülnaz da o biri tərəfə yıxıldı. Lalə isə hər şeydən xəbərsiz hədiyyənin sevincini yaşayırdı. O, hələ bu cür böyük hədiyyə görməmişdi. Hər kəs çalışırdı ki, qıc olmuş Pəri nənəni və Gülnazı ayıltsın. Lalə səssizcə gəlib hədiyyəsini açdı, sevincək qışqırdı:
    – Ana, ana atam mənə özünə bənzəyən böyük kukla alıb ki, o evdə olmayanda mən darıxmayım. Bax nənə, atam evdə olmayanda mən onunla oynayacam.
    İlahi, bu mənzərə cəhənnəmin hansı qatından görüntü idi?
    Qonaqlar Laləni sevimli hədiyyəsindən uzaqlaşdırdılar birtəhər. Başını qatıb, yatırtdılar.
    Nəhayət, səhər açıldı, Sakiti dünənki günün sakitliyini pozan ahəngli səslərlə yola salmaq zamanı gəldi.
    Lalə: – “Hədiyyəmi aparmayın, onu mənə atam alıb. Atam gələn kimi deyəcəm ki, mənə aldığın hədiyyəni əmilər əlimdən aldı. Hədiyyəmi aparmayın, o atamın mənə doğum günü hədiyyəsidi…”

  • Şəfa VƏLİYEVA.”BU İDİ “ÇEVRİLMƏ””

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bütün məğrurluqlarımın ilki məğlubiyyətlərim oldu, yenildiyim hər savaşdan öyrəndim qalibiyyəti… Bütün ürəklərdə yer aradığım zamanlar da oldu, bütün gözlərdən küsdüyüm də… Küsmədiyim, incimədiyim təkcə sözlər oldu… Sözlər… Yadımdadı, Aydan Abdullayevanın sevdiyi o şeirdə də küskünlüklərim vardı:

    Təkcə sən bil… O bildiyin
    Yaman ağrıtdı bu qızı…
    Hamının atdığı yerdə
    Təkcə söz tutdu bu qızı…

    Biz sözü ürəyimizdə böyütdük, söz bizi ovuclarının içində kövrəltdi. Və yazdıq özümüzü…
    Söz – Emin Pirinin “gizlətdiyi” Eminin də özündən böyük olan qorxularının yenilməyidir. Nağıl kimi olur günlərimizin axarı, biz o nağılın obrazları arasında yer dəyişirik. Vaxtilə Elçin Aslangil saatlarla mənə “çevrilmə” hadisəsindən danışmışdı, mat-mat dayanıb üzünə baxmışdım. Elçinə görə anlamamışdım bəlkə, amma, özlüyümdə çıxardığım məntiqi nəticə bu idi: biz həyat adlı nağılın şahzadəsiyik, şahıyıq, nökəriyik, Zümrüd quşu, hətta, küpəgirən qarısıyıq… Bu idi “çevrilmə”…
    Emin Pirinin öz dünyasının “şah oğlu” olduğu bir vaxtın şeirini oxudum bir gün:

    Gəl, döy qapımı…
    Yolun uzaqdı bilirəm,
    Əziyyət çəkmə,
    sizə gətirrəm
    qapımı
    döy,
    ürəyin döyünən qədər.

    Burada şairin-şah oğlunun itirmək qorxusu var. Qəfildən yox, bilə-bilə əllərindən salıb itirmək qorxusu. Barmaqlarıyla bərk-bərk tutduğu ümidləri gözlərində qoruyub saxlaya bilmir. Bacarmır. Şah oğulları məhdudiyyətləri, ehtiyacları, sonuncu yaşam bağının elə ovcundakı ümid olduğunu bilmir axı… Onlar bir əmr edir, Yeddiqardaş dağlarından axan çayın suyu Qızqaytaran bulağın gölməçəsinə qarışır. Ümidlərin qədrini bilməyəcəyindən qorxur, gözünü yumub ovcunu açmaq istəyir, son anda öz hökmünə arxasını söykəyir: “Sizə gətirrəm qapımı…”
    Birdən peşman olur etmədiklərinə… Etdikləriylə qürur duyan Emin Pirinin etmədikləri kirpiklərindən asılır… Yanağından aşağı sallanan hər göz yaşı cəsarətsizliyinin edam etdiyi xoşbəxtliklərdir… Və deyir:

    Yaşayıb güldürmədim
    səni doyunca.
    Qoy,
    ölüm…
    Doyunca ağladım səni.

    Boyundan böyük qorxusu peşmanlığının qarşısında yox olurkən yadına verəcəyi can borcu düşür. Ona verilən əmanət ömürün istəkləriylə sürüyüb yaşamından keçirdiyi günlərə heyfi gəlir. Şah oğlu da olsa əcəl qarşısındakı acizliyini dərk edir. Bu dəfə də Tanrıya üz tutur:

    Tanrım,
    sənin də yanında
    yalançı oldum,
    göndərə bilmədim əmanətini.
    Sənə də can borcum qalıb,
    nisyə dəftərinə yazarsan məni.

    Daha bir şeirində Emin Piri həyat-nağılın cadugəridir. Bütün cadularını “eşq” adlandıraraq göyərçinlərin ayağına bağlamaq istəyir… Göyərçinlər sülh quşudur axı, qırmızı ayaqlarını eşq adlı günaha batırmaq istəmirlər. Ümid qalır hər kəsin eşqini anıb ağladığı payız yarpaqlarına… Cadugər ağac dilində danışır:

    Payız…
    Xəzan pıçıldayır
    ağacın qulaqlarına:
    “Gözlə məni yazacan”.
    Sən də gözlə məni,
    bir başqa qadından doyanacan…

    Və birdən yadına düşür ki, nağılının yuxu hissəsini hələ yaşamayıb. Qayıdıb qərib aşiq donuna düşür. Gözlərini bərk-bərk yumub yuxusuna çağırır butasını. Yuxusu ərşə çəkilir… Qapıya baxır… Baxır… Özündən uydurur döyülən qapının “tıq-tıq” səsini:

    Ölçüləri kiçildilmiş xəritədə
    şəhərlərimiz əllərindən
    daha yaxındı mənə.
    Dayan…
    Baxım görüm döyən kimdi
    ürəyim yaman döyünür.

    Xoş gəlir
    bu gələn
    sənsizliyə oxşayır…
    Sənə demişdim də…
    Sənsizlik
    “Sən” “Siz” olanda başlayır…

    Bezir nağılından Emin… Nağılların sonundakı “hər kəs murada yetdi” sözlərini ha gözləyir, gəlmir axı. İnkar edir nağılını və qayıdıb olur Xəzər sahilinin özündən küsmüş şairi… Başlayır xatirələrini Xəzriyə söyləməyə. Eşidib ki, küləklər sevdalısının səsini pıçıldaya bilir qız saçlarına:

    Hələ,
    məktəb illəri…
    Kimya dərsində
    quruyardı boğazım
    baxışlarım tutanda
    çəhrayı dodaqlarını.

    Əllərindən
    bir ovuc su istəyən
    ürəyimi oxuyardın.

    Və…

    Lövhəyə iri hərflərlə yazardın: H2O…

    Nahaq dünyanın haqq səsidir şeirlər… Vardır, əlbət, bir bildiyi Emin Pirini şair yaradanın… Biz oxuyaq, düşünək, qorxaq, qəhərlənək deyə yazır Emin Piri. Təki yazsın, sözlə qərib olsa da, sözdən qəribə düşməsin…

    “KASPİ” qəzeti
    23 yanvar,2016

  • Rauf Qərib ALAGÖZ.”Şəhidin Bayrağı”

    -Ayə, düdük oğlu düdük, Gürcüstandan gəlib bura baydax asırsan?
    -Mobil əmi, axı bu Azərbaycan bayrağıdı?
    – Oğraş oğlu oğraş, düş cəhənnəm ol. Guya mən bilmirəm baydax nətəri olur?
    -Mobil əmi, vallah Azərbaycan bayrağıdı. Tahir şəhid olanda onun tabutuna sarılmışdı. Tahiri basdırandan sonra qırağa tullamışdılar. Götürüb gətirdim evə. İndi də ağaca asmaq istəyirəm ki, bayrağımızı hamı görsün.
    -Oğru gürcü köpəyoğlu, gəl bura.
    -Mən gürcü deyiləm, azərbaycanlıyam. Oğru da deyiləm. Atmışdılar götürdüm bayrağı. Vurma noolar.
    -Götür baydağını da cəhənnəm ol burdan. Bir də gözüm səni görməsin.
    Bu dialoq 1992-ci ildə Gürcüstandan (Borçalıdan) Bakıya köçdüyümüz zaman Kəlbəcərdən məcburi köçkün olan qonşumuzla mənim aramda olmuşdu.
    Cəmi 10 yaşında idim. Qonşumuzun oğlu Tahir şəhid olmuşdu. Onun tabutuna sarılıb dəfndən sonra qəbiristanlıqda bir kənara atılan bayrağı götürüb evə gətirmişdim. Tahirin dəfnində qisas andı içənlərin bayrağa olan laqeyidliyi içində vətən sevgisi olan bir uşağı çox sarsmışdı.
    Bayrağı məhləmizdəki ən hündür çinar ağacından asmaq istəmişdim. 10 yaşlı uşaq o ağaca necə çıxmışdımsa indi o ağaca baxanda vahimə basır məni.
    Nə qədər çox istəsəm də qonşumuz Mobil əmi icazə verməmişdi bayrağı məhlədən asmağa. İddia edirdi ki, o Azərbaycan bayrağı deyil. Doğrudur, rəngləri bir az solğun idi, amma mavi, qırmızı və yaşıl rənglər açıq sezilirdi. Ay və səkkizguşəli ulduz isə, demək olar ki, görünmürdü…
    ***
    Bu hadisəni tamamən unutmuşdum. İllərcə bayrağın varlığını belə xatırlamırdım. Amma niyəsə Mobil əmini hər görəndə sanki qəribə hislər keçirirdim. 1992-ci ildən bu yana 24 il ötmüş, artıq oğlum həmin yaşa çatmışdı. Tam 10 yaşına…
    Birdən məhləmizdə vay-şüvən qopdu. Təlaşla hamımız həyətə qaçdıq. Nə olduğunu anlamağa çalışdıq. Hərə bir tərəfdə ağlaşır, dizinə vuran, saçını yolan qadınların fəryadı ürəkləri dağlayırdı. Nə baş verdiyini kimə soruşsaq, hönkürtü ilə ağlayaraq fəryad qoparırdı. Hamımız bir-birimizin üzünə baxırdıq. Gözlərimizlə bir-birimizə suallar yağdırırdıq.
    Məhlədəki hay-küy səsinə məhləyə daxil olan ambulansın səsi qarışdı. Öndən gələn hərbi maşın gəlib düz Mobil əminin yanında dayandı. Maşından düşən hərbi geyimli bir adam Mobil əmiyə yaxınlaşaraq oğlu Habilin çantasını uzatdı və “başınız sağ olsun “ dedi.
    Bir atanın içlər göynədən susqun fəryadı divarları, daşları, ağacları belə lərzəyə gətirdi. Qadınların vay-şüvən səsi daha da ucaldı. Damarımda qan donmuşdu. Gözümün önündə böyüyən , hələ 6ay əvvəl təmtəraqla hərbi xidmətə yola saldığımız Habil cəmi 19 yaşında şəhid olmuşdu.
    Anasını gələn ambulansda ayıltmağa çalışırdılar. “Dağ boyda” Mobil əmi isə dağdan qopmuş daş parçası kimi yerə çırpılmışdı. Hamımız ona baxırdıq. Necə təsəlli edə bilərdik axı övladını itirmiş bir atanı?
    Birdən Mobil əmi ayağa duraraq bizə tərəf qaçmağa başladı və hamımızı kənara itələdi. Arxama dönəndə özümü gördüm. 24 il əvvəlki özümü. Əlimdə də həmin bayraq, amma o bayrağı hardan tapmışdım? Elə bilirdim xəyal görürəm. O uşağın oğlum olduğunu anlayanda onu gördüm ki, Mobil əmi həmin bayrağı oğlumun əlindən alaraq oğlunun tabutunun üstünə sərir və var gücü ilə “BU AZƏRBAYCAN BAYRAĞIDI, BU AZƏRBAYCAN BAYRAĞIDI” deyə bağıraraq mənim gözlərimə baxır.

  • Elnarə GÜNƏŞ.”Gənclik!”

    eg

    Qocaların unutduğu, cavanların yad etdiyi, uşaqların can atdığı əsrarəngiz bir məqamdır gənclik! Bəli doğrudan da yaşlı nəslin nümayəndələrindən öz gənclik illəri ilə bağlı xatirələr dinləyəndə müşahidə etmişəm onlar bir çox məsələləri ya xatırlaya bilmirlər, ya da çətinliklə xatırlayırlar. Orta yaşlı, yəni cavan nəslin nümayəndələri də ki, tez-tez öz gənclik illərindən söz açar, etdikləri bir çox qəhrəmanlıqları, xatırlayır, maraqlı xatirələrini paylaşırlar. Bir müəllimə kimi isə müntəzəm qarşılaşdığım məsələ, kiçik yaşlı məktəblilərin can atdığı, maraqlandığı məsələlərdən biri də gənc olmaq, azad və müstəqil həyata atılmaqdır. Əslində gənclik macəralarla zəngin, olduqca maraqlı bir dövrdür. İnsan ömrünü bir günə yerləşdirsək gənclik həmin günün düz günortasıdır. Hünərin, cəsarətin özünü qabarıq şəkildə göstərdiyi bir zamandır gənclik.
    O, gənclik ki, hər bir kamil insanın həyatında ölməz sevdalı izləri var. İnsanın həyatı dərk etdiyi ilkin mərhələ məhz elə həmin illərinə təsadüf edir. İlk dəfə müstəqil həyata atılmaq, ilk sevgi hisslərinin yaranma tarixi, ilk dəfə olaraq müstəqil işləmək, ilk zəhmət haqqı, ilk səhvlər və daha bir çox sadalaya bilmədiyim xeyli sayda “ilklər”lə doludur gənclik. Ümumilikdə isə həyəcanla dolu, insan ruhunun ən coşqun çağlarıdır. gənclik insana həyatı öyrənmək üçün verilmiş şansdır. hər kəs bu şansı düzgün dəyərləndirərsə gələcəyini rahat formalaşdırmış olar. İnsana məxsus olan ruh, düşüncə kimi amillərin daha çox parladığı məqamlarda biz bir çox səhvlər də edə bilərik. Həmin səhvləri onun üçün edirik ki, nöqsanlarımızdan nəticə çıxaraq və daha böyük bəlaların, günahların icraçısına çevrilməyək. səhvlərimizdən nəticə çıxaraq, çətinə düşdükdə özümüzü və ətrafımızdakı insanları qoruya bilək. Bacarıqlı olmaq üçün isə təbidir ki, savadlı, dünyagörüşü yetkin olmalıyıq. Nə xoş ki, bu günkü Azərbaycan gəncliyi kifayət qədər savadlı, dolğun düşüncəli və özünə inamlıdır.
    Gənclik hər bir dövlətin gələcəyi, sağlam gənclik isə hər dövlətin güclü gələcəyinin sığortasıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində mütəmadi tədbirlər görülür. Bu gün ölkə siyasətində gənc nəslin düzgün yetişdirilməsi məsələsi önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
    2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 2 fevral 1997-ci ildə ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Bu prosesə daha da geniş vüsət verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir
    “Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə böyük zəmin yaradır. Gənclər üçün yaradılan belə münbit şəraitdən mən də bir gənc olaraq yararlanmışam. Belə ki 2006-cı ildə çapa hazırlanan “Azərbaycan XXI əsr İstedadlarla” ensiklopediyasında yenicə yaradıcılığa qədəm qoymuş gənc yazar kimi mənim də imzam dərc olunmuşdur.
    Gənclərin bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunması cəmiyyətin inkişafına öz töhfələrini verir.
    Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Dövlətimizin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Bir azərbaycanlı gənc olaraq əminlikdə deyə bilərəm ki, dövlətimiz tərəfindən bizlər üçün yaradılan geniş imkanlar, gənclərimizi cəmiyyətin ən məhsul qüvvəsinə çevirmişdir. bu da belə deməyə əsas verir ki, Azərbaycanımızın sağlam gələcəyi artıq sığorta olunmuşdur. Əziz gənclər 2 fevral gənclər günü münasibəti ilə hər birinizi təbrik edir, möhkəm can sağlığı arzulayıram. Bayramınız mübarək!

  • Esmira ƏLİYEVA.”Dünənlər-üçün-sevilməz-onlar”

    Dünənlər üçün sevilməz onlar,çünki dünənlər bitər ama onların sevgisi əsla ,onların öyrətdikləri əsla… Bir atəş qığılcımına bənzər öyrədilən hər şey..və öyrəndiklərimiz bir şam işığı kimi aydınladır bizləri .Başqalarına işıq verərkən tükənərlər.Amma bir sevgi var ha..necəki xəyallara daldığımız gecələrdə oyandırar bizi o müəllimmi gəldi deyərik oz-özümüzə .Xəyallarımızdakı,qəlbimizdəki və onu istədiyimiz kimi şəkildən – şəkilə düşünərkən yağış damcıları vurar pəncərəmizə bitər….ele hamısı…Xəyallar bizə yatmağı unuddurmuşdur amma bu həyat o xəyalları kimə yaşadar bilinməz ki.Bir şagird bir duyğuyu bilər,bilməlidirdə.Bilməlidir işığında aydınlandığı sevginin adını ana ,ata ,bacı,qardaş və ya necə hiss edirsə içində.İstisi necə isti, soyuğu necə soyuq yaşayırsa iliklərində sevginin gərçəyinidə elə hiss edər qəlbinin ən dərinlərində.
    Bütün içdən gələn duyğular və gözəlliklərlə. Ağacın suya ehtiyacı vardır.Su isə bir başqa canlıya özünü verərək onunla bərabər fərqli bir səslə salam deyər həyata.
    Biz müəllimlər nə jurnalist təhqirlərinə, nə valideyin alçaltmalarına ehtiyacı vardır.Bizim bir parça müəllim əziyyətinə göstərilən dəyərə ehtiyacımız varki onunda arxasında maddi istəklər durmur..Bizim istəyimiz şərəfimizi alçaltmamağınız,istəyimiz övladlarınızı məktəbdən evə yola salarkən düzgün tərbiyə ilə göndərməkdir.
    Əziyyətimizin bəhrəsi bu olmalı deyil.İldə bir dəfə müəllimə bir ətir,bir güllə sayıbda sonra müəllim rüşvətxordur demək i nəinki bizi təhqir hətta bunu edənin özünə biçdiyi hörmətdir…Niyə hər zaman müəllimin etdiyi hər kiçik səhv bu qədər qabardırılmalı onu özündən,həyatından hətta çox sevdiyi peşəyə belə nifrətə gətirməlidir?!..Müəllim demək şagirdə yol göstərən deməkdir.Bir qəlb bir qəlbin içində yaşıllaşır.Yaşıllıqlarla dolu bir dünya xəyal edilir.Sevginin gərçəkliyi ilə səmimiyyəti və böyüklüyü bəli siz cəmiyyətdir və biz müəllimlərdir….Biz şərəfsiz peşənin sahibləri deyilik…Biz evimizə övladlarımıza halal çörək yedizdirmək istəyən sadə dövlət qulluqçularıyıqki heç bir təhqirə ,heç bir sıxışdırıcı davranışlara layiq deyilik…Müəllim çox böyük dəyərə sahibdir!!!

  • Əsrimizin bəlası – sevgisizlik

    axv

    İnsanların çoxu, demək olar ki, hər gün yedikləri yeməklərin, gəzdikləri məkanların, əyləncələrinin fotolarını sosial şəbəkələrdə paylaşır. Burda pis bir şey yoxdur, anormal olan bu insanların bir çoxunun dünyanın müxtəlif bölgələrində sırf aclıqdan nə qədər insanın ölməsindən xəbərsiz olmasıdır… Xəbərdar olsalar belə, etinasız yanaşmalarıdır.
    Dünyada insan haqlarından danışılır, amma bu barədə danışanlar insan haqqlarının nə olduğunu, hansı haqqları müdafiə etdiklərini unudublar. Dünyanın gözü önündə Yərmuqda, Madayada insanlıq dramı baş verir, insanlar aclıqdan it-pişik yeyir.
    Suriyada insanların aclıqdan ölməsi adi hala çevrilmişdi, yaxın zamanda isə mediaya sızan şəkillər diqqətləri Madayaya cəlb etməyi bacardı. Son zamanlarda burada insanların qidasını otlar təşkil edirdi, amma soyuqdan otlar da quruyanda insanlar tamamilə aclığa tərk edildilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT- nin etdiyi yardımlar isə yetərli deyil.
    Bu zaman problemə başqa yöndən yanaşmaq lazım gəlir, insanlarda yaranan laqeydlik, sevgisizlik, qəddarlığın yerinə mərhəmət, sevgi, qayğıkeşlik hisslərini oyatmaq. Problemleri mumkun qədər ictimailəşdirib cəmiyyətdə qınaq yaratmaq. Bu, bəlkə də problemin həll yolu deyil, amma zülmün daha çox yayılmasının qarşısını az da olsa almış olur.
    Medianın üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Xəbərlərdə, verilişlərdə, müzakirələrdə daha çox sevgi, mərhəmət aşılayan söhbətlərə, mövzulara yer verilməli, insanların vicdanlarını oyadacaq şəkildə proqramlar hazırlanmalıdır. Ətrafına qarşı həssas, incə düşüncəli olan cəmiyyət formalaşdırmaq lazımdır. Dünyanın bir çox yerində aclıqdan, soyuqdan əziyyət çəkən insanlar, körpələr varkən, geyindikləri geyimləri və ya hazırlanan yeməkləri bəyənməyib mübahisə edən insanların olduğu verilişlər əvəzinə televiziya kanallarında, internet səhifələrində yardim mahiyyətli, gözəl əxlaqdan bəhs edən yayımlar verilməlidir.
    Dünya sizin gördüyünüz kimi dəbdəbədən ibarət deyil, bir də görmədiyiniz yaxud, görmək istəmədiyiniz üzü var, müharibələrin, aclığın hökm sürdüyü dünya. Və düşünməyin ki, bütün bu dəhşətlərdən sığorta olunmusunuz.
    İnsanlardan istənən bacardıqları qədər bu insanlara yardım etmələridir, kim necə bacarırsa. Ən azından sadəcə bir dua ilə…

    Aysel Vəlizadə

  • “Ürəklərdə əbədi iz qoyan insan”

    Həyat – qəribə və sevimli, amansız və qəddar! İnsan övladı dünyaya gəlir, yaşayır, yaradır, ölümü isə çox vaxt nə xəyalına gətirir, nə də eyninə alır. Tələsir… Elə hey tələsir… İnsanın son mənzili ayağının altındakı torpaqdısa, bəs onda hara tələsir, niyə aldanır, niyə ölümdən – ayağının altındakı torpaqdan qaçmağın, qurtulmağın mümkünlüyünə inanır. Bəlkə torpaq adamı ona görə çəkir ki, ora doğma adamların cismi əmanət edilib, başları üzərində ruhları dolaşır.

    ***

    Soyuq qış axşamı. Bayırda qar yağır, şaxta, boran nəfəs kəsir. Sevimli oğlunu dizləri üstündə oturdub Bəkir müəllim. İşinin çox olmağından, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışmağındandır ki, Bəkir müəllimin uşaqlar yatmamış evə gəlib çatmağı, onlarla bərabər zaman keçirməyi çox az hallarda olur.
    – Əgər bircə gül, tək bircə gül də sən əksən, bir ağacı da sən sulasan bu yer üzü cənnət olar, oğul! Bir əlin torpağın ətəyində olsun. Olsun ki, başın buludlara çata bilsin. Bu ömür ki var, oğul, bir oxun hədəfindədi. Bircə atımlıq canı var. Qoy olsun. Gün gələr də, çətin anlarında yanında ola bilməsəm, bu sözlərimi unutma – nə olursa olsun, həyat nə surprizlər çıxararsa qarşına çıxarsın, sən doğru bildiyindən dönmə! Sən haqqın, ədalətin, doğrunun tərəfində ol ki, Allah da sənin yanında olsun!

    ***

    Dönməzov Bəkir Atakişi oğlu 1958-ci il yanvarın 31-də Qazax rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmir və 1973-cü ildə işləmək üçün Sumqayıt şəhərinə üz tutur. Kimya sənayesində (indiki Etilen-Polietilen zavodunda) fəhlə kimi işə başlayır. Oxumaq həvəsi, elmə, kitaba olan marağı Bəkiri rahat buraxmırdı. Ziyalı ailəsində dünyaya göz açmağı, atasının riyaziyyat müəllimi olmağı onun təhsil almağa olan marağını daha da artırırdı. İşləməklə bərabər, həm də yenidən ali məktəbə hazırlaşır. Lakin həyatda heç vaxt insanın istəkləriylə imkanları üst-üstə düşmür. Növbəti qəbul imtahanlarına çata bilmir və hərbi xidmətə yollanır. Uzaq və qərib bir diyarda – Xabarovsk vilayətində hərbi xidmət borcunu yerinə yetirir. Hərbi xidmətini çavuş rütbəsi və təşəkkürnamə ilə bitirdikdən sonra Sumqayıt şəhərinə qayıdır. Yenidən eyni zavodda, dülgər vəzifəsində işləyə-işləyə ali məktəbə hazırlaşır. Və nəhayət arzusuna çatır. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Ali məktəbdə savadına, insanlarla rəftarına, mədəniyətinə görə seçilən və buna görə də hörmət qazanan Bəkir Dönməzov qrupun rəhbəri seçilir. Qrup yoldaşları ilə çox yaxşı münasibət qurur. Elə buna görədir ki, hətta təhsil illərindən sonra da hər il may ayında qrup yoldaşları ilə görüşər, onlarla ötən günlərin xoş xatirələrini bölüşərdi.
    Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Sumqayıtdakı Etilen-Polietilen zavodunda iqtisadçı-mühəndis kimi çalışır. İlk zamanlarda fəhlə kimi işə başladığı müəssisədə sonradan əzmi, bacarığı, savadı və iradəsi hesabına məsul vəzifələrə yüksəlir. Son dönəmlərdə zavodun Personal və əmək haqqı və İqtisadiyyat şöbələrinin rəisi vəzifəsində çalışmışdır. Hansı vəzifədə işləməyindən asılı olmayaraq tabeliyində olan işçilərinə rəhbər yox, əsl dost, yoldaş olmuşdur. Bəkir müəllim elə bir həyat yolu keçib ki, bu gün onu boğazdan yuxarı, bayağı təriflərlə “naxışlamaq” mümkün deyil. Onun bəzəyi də, tərifi də, təltifi də – tanıyanların yaddaşında xoş niyyətli, təmiz qəlbli insan kimi qalmasıdır. Onu tanıyan hər kəs bilir ki, Bəkir müəllim təbiətcə çox mülayim, bacardığı qədər insanlara kömək etməyə çalışan, haqqı nahaqqın ayağına verməyən biri olub. Hamının problemini özününki bilib, ona uzanan əlləri, ümidlə dikilən gözləri nagüman etməyib, müşkülü asan etməyə çalışıb. Çalışdığı zavodun inkişafıyla bərabər, tabeliyində olan işçilərinin iş və əmək şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması üçün əlindən gələni etməyə çalışıb. Cavan yaşlarından dost-tanışların, qohum-əqrəbanın işinə yarıyan, bir nəslə böyüklük edən, amma heç vaxt, heç zaman böyüklük iddiasında olmayan insan idi. Beş qızdan sonra dünyaya gələn Bəkir müəllimi kəndlərində yaşayan Bəkir adlı nurani, ağsaqqal bir ağanın şərəfinə belə adlandırıblar. Zaman keçdikcə o, bu adı doğruldaraq səbri, təmkini, savadı, böyüklərə hörməti, kiçiklərə məhəbbəti, ətrafa sevgisi, böyük-kiçik yeri bilməyi sayəsində hamının sevimlisinə çevrilir.
    Müəyyən səbəblər üzündən Bəkir müəllim 2008-ci ildə öz ərizəsi ilə Kimya sənayesindən ayrılır. Bir müddət işsiz qalsa da 2010-cu ildən Madeyra mebel fabrikinin Sumqayıt salonunun rəhbəri kimi əmək fəaliyyətini davam etdirir.
    Bu gözəl insanın həyatının son günlərinə qədər əlaqə saxladığı dostları var idi. O insanlar ki, bu gün də Bəkir müəllimin ailəsində o hörmətə sahibdirlər. Şəfa Əliyev, Darvin Hüseynov, Hacı Novruz İsmayılov, Fəxrəddin Kazımov, Səyyad müəllim, Xanlar müəllim, Zakir müəllim, Sahib müəllim, Səməd müəllim, Şəmşir müəllim, qrup yoldaşlarından Tofiq müəllim və daha neçə-neçə dostları Bəkir Dönməzovun həmişə hörmətlə yanaşdığı insanlardan olub.

    ***

    Dünya o qədər vəfasız, həyat o qədər amansızdı ki… Bu torpaq da yaxşıları aparır qoynuna. Bəkir müəllim heç kimin gözləmədiyi bir anda, ölümün yaraşmadığı bir yaşda dəyişdi dünyasını. Bu dünyanın dərdlərinə, bu dünyaya gücü çatmadı kövrək ürəyinin. Ürək nə qədər güclü ola bilər ki? Onun da qüdrətinin, səbrinin bir sərhəddi var. Ürəyinin gen qapısından girən çox oldu Bəkir müəllimin. Hər girən də özüylə damla-damla kədər gətirdi, ovuc-ovuc qəm verdi. Ürəyini qorumadı, ürəyindən qorumadı özünü. Ölümüylə təkcə ailəsinə, balalarına deyil, daim bir-birilərinə dayaq olan qardaşı Vəkilə, bacılarına, saysız dostlarına dağ çəkdi.
    Oğlu Vüqar Dönməzovla münasibətləri təkcə ata-oğul müstəvisində deyildi. Əsl dost, yoldaş, sirdaş idilər. Həyatının istisi, soyuğu, işığı, qaranlığı, sevinci, kədəri, bir ovuc ümidi, bir damla xoşbəxtliyi – hər şeyi var Vüqar bəyin. Birindən az, birindən çox. Bircə ata sevgisi, ata nəvazişi, ata məsləhətindən başqa. Bu gün ata həsrətilə alışıb-yansa da, pis-yaxşı yaşamağa çalışan Vüqar Dönməzovun atasına olan sevgisini, məhəbbətini duymamaq, görməmək mümkün deyil:
    Vüqar Dönməzovun dediklərindən:
    – Deyirlər ki, bütün ağrıların, acıların tək çarəsi zamandı. Hətta ən ağır dərdləri, ən yaxın insanların ölümünü belə zaman unutdura bilir. Yüzlərlə insan gəlir, başsağlığı verir, dərdinə şərik olduğunu söyləyir və gedir. Böyük itki ilə təkbətək qalanda anlayırsan ki, zamanla heç kim unudulmur. Hər “ata” sözü eşidəndə yara qanayır… Anlayırsan ki, zamanla sadəcə onsuzluğa alışırsan. Daha doğrusu özünü alışdığına inandırırsan.
    Ailə üzvlərimə dəstək olmaq üçün ayaqda durdum. Ancaq ən çox darıxan da, ən böyük həsrəti yaşayan da mənəm. Əl atıb fələyin yaxasınından tutub silkələmək keçdi könlümdən. Bəlkə onda içimi didib-dağlayan kədəri, nisgili, gözlərimi yaran göz yaşını sakitləşdirə bildim.
    Atamla hər zaman qürur duymuşam, onun haqqında həmişə fəxrlə danışmışam. Hələ orta məktəbdə onlar haqqında inşa yazanda sözlərin ən yaxşısını seçməyə çalışmışam. İndi də elə danışacam, ancaq keçmiş zamanda. Atamın yoxluğuna hələ də inana bilmirəm, onun barəsində dünyasını dəyişmiş insan kimi danışmaq mənim üçün çox çətindi. Bir anda bizi tərk etdiyini dərk etmək ağırdır. Onu bu qədər tez, zamansız itirəcəyimizi gözləmirdik. Atam mənim bu dünyada ölümünə inana bilmədiyim yeganə adamdı. Sanki elə bu an, bu dəqiqə qapıdan içəri girəcək, gülər üzü ilə problemlərimizi unutduracaq. Kaş ki, yanımda olsaydı, mənə doğru yol göstərsəydi, çətin vəziyyətdən çıxmağıma kömək etsəydi – dediyim anlar çox olub. Bu gün özüm də ailə başçısıyam. Bütün həqiqətləriylə anlayıram ki, mənim atam gördüyüm, tanıdığım, təsəvvür edə biləcəyim ataların ən yaxşısı idi. Qayğıkeş, məsuliyyətli olmağı ilə yanaşı, hər birimizə ayrıca, xüsusi diqqət göstərirdi. Bizim fikirlərimizi təmkinlə dinləyib lazım bilərdisə razılaşar, məsləhətlərini verər, bir sözlə bizlə dost olardı. Arzu və istəklərimizi həmişə həyata keçirməyə, ehtiyaclarımızı ödəməyə çalışardı.
    Hər bir normal insan, istənilən övlad üçün valideynləri qiymətlidi. Ancaq atam həqiqətən də mənim aləmimdə əvəzolunmaz insan olub. Arzuları hələ var idi, yarımçıq qalan işlərini sona çatdırmaq fikrində idi, lakin 2014-cü ilin 9 sentyabrında vaxtsız və gözlənilmədən gələn ölüm onun bütün işlərini yarıda qoydu. Ailəsinə, valideynlərinə, keçmişinə çox bağlı insan idi. Ata-anasını xatırladığı zamanlarda gözlərində olan kədəri görmək üçün yetərincə böyümüşdük, darıxdığını hiss edə bilirdik.
    “Bundan sonra atam üçün nə edə bilərəm?” – deyə çox düşündüm. Bu gün mənim üzərimə düşən ən böyük vəzifə atamın adını yaşatmaq, xatirəsini əziz tutmaq, onun arzularını, xəyallarını həyata keçirməkdir. Atamla fəxr etməyə dəyər. Bu gün həyatda olmasa da onun adını harda çəkirəmsə, məni çox hörmətlə qarşılayır, haqqında xoş sözlər deyirlər. Bütün bu deyilənlər, yazılanlar onu geri gətirməz, bilirəm, sadəcə onu xəyallarımda daim yaşatdığım, bir an olsun belə unuda bilmədiyim üçün məndən də bir xatirə olaraq qalsın istəyirəm.
    Yaşasaydın, əziz atam, 31 yanvar tarixində 58 yaşını bərabər qeyd edə bilərdik. Səninlə fəxr edirəm və bu sözlərimi göz yaşı içində deyirəm. Allah sənə rəhmət eləsin! Məkanın Cənnət olsun!

    ***

    P.S. Övladlarını dünyalar qədər sevən, onlara bütün varlığı ilə bağlanan, həyatının mənası sayan Bəkir müəllim səbrsizliklə ilk nəvəsinin dünyaya göz açacağı günü gözləyirdi. Ancaq bu istək də elə arzu olaraq Bəkir müəllimin ürəyində qaldı. Dünyasını dəyişəndən 8 ay sonra ilk nəvəsi dünyaya göz açdı. Hər dəfə bu gül balaya baxanda Bəkir müəllim kövrək duyğularla ailənin gözləri önündə canlanır. Elə bu səbəbdən də ilk nəvənin adını Bəkir yox, Fateh qoyurlar. İnanırıq ki, gün gələcək bu körpə Fateh böyüyəcək, iş-güc sahibi, vətənə layiq vətəndaş olacaq, babası Bəkir müəllim kimi onu əhatə edənlərin, dostların, yaxınların ürəyini fəth edərək hər kəsin sevimlisinə çevriləcəkdir.

    Gülnarə Şöhrəddinqızı,
    “Möhtəşəm Azərbaycan” qəzetinin bədii redaktoru

  • Təranə Turan RƏHİMLİ.”Hüseyn Cavid yaradıcılığı milli-mənəvi idealın formalaşması kontekstində”

    teranexanim

    Hüseyn Cavid yaradıcılığı ilk növbədə milli ideallara sənətkar-vətəndaş sədaqətinin ifadəsi, sovet siyasətinin ideoloji ittihamlarının tüğyan etdiyi bir vaxtda türkçülüyün qətiyyət və inamla tərənnümü, böyük əqidə və məslək yolundan dönməmək əzmi kimi ali insani keyfiyyətləri aşıladığı üçün dəyərlidir. Şairin bədii irsinin tədqiqi və tədrisində onun milli ideallara həssas münasibəti xüsusilə diqqət mərkəzində olan məsələlərdəndir. Çünki Azərbaycan romantizminin ən şərəfli səhifələrini yazan Hüseyn Cavidin hələ ilk lirik əsərlərindən milli intibahımızın qayğısına qaldığı bəllidir. İlk şeirlər kitabı olan “Keçmiş günlər”də (1913), ikinci kitabı “Bahar şəbnəmləri”ndə yer alan şeirlərində bu cəhət özünü aydın biruzə verirdi. Qüdrətli şairin lirikasının özünəməxsus romantik pafosu, mövzu və ideyalar aləmi, türk və islam təəssübkeşliyi, həyatı fəlsəfi dərki ilk qələm təcrübələrindən nəzərə çarpırdı. “Bakıda”, “Şərq qadını”, “Türk əsirləri”, “Hübutii-Adəm”, “Qadın”, “Dəniz tamaşası”, “Dün və bu gün”, “Yadi-Mazi” və s. şeirləri milli-mənəvi dəyərlər mövqeyindən yazılmış, insan talelərinə sonsuz həssaslıqla yanaşılan sənət örnəkləri kimi diqqətəlayiqdir.
    Hüseyn Cavid öz milli idealını canı, həyatı bahasına yaşatması ilə zamanın fövqündə duran sənətkar kimi nəinki ədəbiyyat tarixinə, bütövlükdə vətənin tarixinə adını qızıl hərflərlə həkk etdirdi. Şairin yaşayıb-yaratdığı mürəkkəb ictimai təbəddülatlar dövrü, cəmiyyətdəki qarışıqlıq, neçə onilliklər boyu davam edən siyasi xaos, milli-mənəvi tənəzzül Hüseyn Cavid yaradıcılığına əsla zərbə vura bilmədi, daha obrazlı desək, sovet ideoloji “maşınının” bu böyük sənət məbədini dağıtmağa, zədələməyə gücü yetmədi. Ədəbiyyatşünas Q.Məmmədlinin yazdığı kimi, “Tarix H.Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə sakit oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir.”
    H.Cavid şeirində “nuri-həqq”i dərk etməyə, gözəllik və sevgiyə pənah gətirməyə çağırış, millət taleyindən nigarançılıq, ürfanilik, milli və bəşəri təəssübkeşlik, narahat ruh əsas leytmotiv kimi iştirak edir. Şairin təbiətə ünvanlanan şeirlərində belə Vətənin, millətin bu günü, sabahı ilə bağlı hiss və həyəcan dilə gətirilir. “Dəniz tamaşası” şeiri adından da göründüyü kimi, təbiətin vəsfinə həsr olunub, lakin şairin təbiətə xitabı da millətinin taleyüklü məsələlərinə işarə üçün zəmin yaradır:

    Ey böyük Tanrı! Ey böyük yaradan!
    Hər bəladan əsirgə yurdumuzu,
    Kamran eylə şanlı ordumuzu!

    Ədəbiyyatşünas Himalay Ənvəroğlunun müşahidə etdiyi kimi, bu şeirdə “çeşidli gözəllikləri özündə ehtiva edən dənizin yorum imkanı düşüncə çevrəsini xeyli genişləndirir, fikri rəmzi atributlar səmtinə yönəldir, assosiativ təfəkkürü hüdudsuz edir.” Şairin milli təfəkkürdən qaynaqlanan, milli özünüdərkə yönələn fərdi arzuları ilə cəmiyyət qanunları və tələbləri arasındakı ziddiyyətləri aşkarlamaq, bunun mahiyyətinin bədii izahına nail olmaq başlıca vətəndaşlıq qayəsi idi.
    Hüseyn Cavid şeiri milli duyğuları, millətin taleyində baş verən tarixi dəyişiklikləri dolğun surətdə əks etdirən ayna kimidir. Onun poeziyasının nikbin və ya bədbin notlara köklənməsi də, şeiriyyət ahənginin gah fatalist düşüncələrə, gah son dərəcə optimist fikirlərə yol alması da həmin dəyişikliklərə laqeyd qalmaması ilə bağlıdır. H.Cavid Türkiyədə təhsil aldığı illərdə əsasən bədbin ruhlu şeirlər yazır. Bu şeirlərin lirik qəhrəmanı nə qədər təbiətin, gözəlliyin, həyatın vurğunu olsa da , onun daxili aləmini bürüyən kədər və ümidsizliyi görməmək mümkün deyil.
    Şairin İstanbulda yazdığı “Xuraman-xuraman”, “Rəqs”, “Çəkinmə, gül”, “Mən istərəm”, “Pənbə çarşaf”, “Hər yer səfalı”, “Ah, yalnız sən!”, “Son baharda”, “Kiçik bir lövhə!, “Uyuyur”, “Şeir məftunu”, “Yadi-mazi”, “Hali-əsəfiştimalimi təsvirdə bir ahi-məzlumanə”, “Dəniz pərisi” kimi şeirləri bu qəbildəndir. İstanbulda ikən yazdığı şeirlərin dərin kədər, çarəsizlik, bədbinlik mövqeyini nümayiş etdirməsinin də real səbəbləri vardır. Türk ədəbiyyatının parlaq dövrü sayılan tənzimat ədəbiyyatının son günlərini yaşaması, tənzimatçıların ədəbi orqanı “Sərvəti-fünun”un bağlanması gənc Caviddə təəssüf hissi doğurur, onun sənətkar əhvalına ciddi təsir göstərir. Bunu şairin “Yadi-mazi” şeirində daha aydın müşahidə etmək olur:

    Məhv etmədə şimdi məni alamü təhəssür;
    Hər dəm qara xülyalar olub qəlbimə məhrəm,
    Lərzan ediyor ruhimi min dürlü məzalim;
    Əfsus ki, mazi əldən, ati isə müzləm…

    H.Cavid millətin başı üstündəki “qara buludlara”, cəmiyyətdəki hər cür haqsızlıqlara, ədalətsizliklərə, zülmə həmişə etirazla yanaşıb, bu naqisliklərin obyektinə qəzəbini, nifrətini ifadə edib. Şairin sovet imperiyası dövründə yazdığı ilk əsərdən başlayaraq bu etiraz motivini aydın görürük. 1921-ci ildə yazdığı “Peyğəmbər” dramında şairin öz əsrinə, onun zülmünə, vəhşətinə, dözülməz müsibətlərinə kəskin qəzəbi ifadə olunmuşdur. Əsərdə Peyğəmbərin dili ilə verilən parçada oxuyuruq:

    Öylə bir əsr içindəyəm ki, cahan
    Zülmü vəhşətdə qovrulub yanıyor.
    Üz çevirmiş də Tanrıdan insan,
    Küfrü haq, cəhli mərifət sanıyor.
    Dinləməz kimsə qəlbi, vicdanı,
    Məhv edən haqlı, məhv olan haqsız…

    Həmin parçada mövcud ictimai quruluşa, sovet hakimiyyətinə idarə edənlərə, onların cinayətkar əməllərinə açıq-aşkar duyulan işarələr vardır. Burada dövrün bir çox hadisələrinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, milli azadlığımızın itirilməsinin, millətimizin yenə bir yığın yadelli işğalçının əlinə keçməsinin, haqq-ədalətin tapdanğının, Vətənin işıqlı dünyasının zülmətə çevrilməsinin təsvirini görürük. Yüksək vətənpərvərlik duyğuları ilə yaşayan, ürəyi millətinin qəlbi ilə döyünən bir sənətkarın könül ağrısı ilə yazdığı bu misralar “ayaqlar altında çeynənib gedən” milli qürurumuza “ağı” kimi səslənir:

    Başçılar xalqa bir yığın cani
    Həp münafiq, şərəfsiz, əxlaqsız.
    Gülüyor nura daima zülmət,
    Gülüyor fəzlə qarşı fisqü-fücar.
    Ah, ədalət, hüquq və hürriyyət
    Ayaqaltında şçeynənib gediyor.

    Hüseyn Cavid yaradıcılığının, onun zəngin, çoxşaxəli ideyalar aləminin, əzəmətli sənət məbədinin iki möhkəm dayaq sütunu vardır. Şairin yaradıcılıq örnəklərinin də təsdiqlədiyi kimi, bunlardan birincisi, türkçülükdür ki, onun təməlində millətsevərlik, mənbsub olduğu qövmə, xalqa, Vətənə sonsuz məhəbbət hissi dayanır. İkincisi, islamçılıqdır ki, bunun özəyi Allaha etiqad, onun insanlığı təkmilləşdirmək missiyası ilə yer üzünə göndərdiyi elçilərə rəğbətdir. Cavidə görə, əbədi həqiqət, mütləq həqiqət dinin başlıca predmetidir, hər cür bədbəxtlikdən “xilas yolu hər şeyin əvvəli və sonu olan Allaha tapşırmaqdır.”
    Cavidin istər lirikasında, istərsə də dramaturgiyasında din və Allah sevgisinin dolğun təzahürünü görürük. “Qız məktəbində” şeirində mükalimə, dialoq üsulu ilə fərqli bir sənət nümunəsi yaradan şair öz humanist ideologiyasının təməl prinsipi kimi din və Allah sevgisini aydın biruzə verir. Şeirdə oxuyuruq:

    Pək doğru söz… Bu dünyada sənin ən çoq sevdiyin
    Kimdir, qızım, söylərmisin
    Ən çox sevdiyim ilkin?
    O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
    – Sonra kimlər?
    – Sonra onun göndərdiyi elçilər.

    Çağdaş Azərbaycan ədəbi-nəzəri fikrinin də müşahidə etdiyi kimi, “Hüseyn Cavid Allah və din birliyini ali nizamlayıcı qüvvə hesab edirdi.” Cavid şeirində, lirikasında, dramaturgiyasında haqlı olaraq Allah həmişə “xeyir qiyafəsində”, insanı şərdən qorumaq missiyasındadır. “Ana” mənzum pyesində, “Şeyx Sənan” faciəsində, “Uçurum” pyesində, “İblis” dramında, bir sözlə bütün əsərlərində bu dərin etqadı, Tanrı gücünə, qüdrətinə sarsılmaz inamı görmək mümkündür. Hüseyn Cavidin əsərlərində Allah, Tanrı elçiləri, Peyğəmbər obrazları bilavasitə iştirak etmədikdə belə, şairin şeiriyyəti sənətkarın etiqadını şüuraltı şəkildə güclü informasiya kimi yaddaşımıza ötürür, onun unudulmazlığını təmin edir. Peyğəmbər dramında isə bu missiya konkret obrazların iştirakı ilə reallaşdırılır.
    Elmi-nəzəri təhlillərində Cavidin etiqadı kimi zərif bir yaradıcılıq məsələsinə toxunan Himalay Qasımov bu münasibətlə yazır: Bütün bu inam və etiqadları H.Cavid zamanın, tarixi gerçəkliyin taleyönlü hadisələri kontekstində bədii düşüncə predmetinə çevirərək reallaşdırır. “Peyğəmbər” romantik mənzum dramında dini-tarixi simalara, müqəddəs ruhani dəyərlərə Cavid təəssübkeşliyi önəmli yer tutur. “Məhəbbətdir ən böyük din” inamı burada aparıcı qayəyə çevrilir.”
    Türkün tarixi qəhrəmanlıq salnaməsi, bu ulu qövmün yaddaşında iz qoyan hadisələrin və şəxsiyyətlərin bədii təcəssümü böyük sənətkar Hüseyn Cavid yaradıcılığında mühüm yaradıcılıq istiqamətlərindən, ideya mənbələrindən biri kimi diqqəti cəlb edir. Şair-dramaturq 1925-ci ildə yazdığı, 1926-cı ildə nəşr etdirdiyi “Topal Teymur” dramında da bu ümdə yaradıclıq qayəsini izləmişdir. Bütün Şərqdə qüdrətli hökmdar kimi tanınan böyük fateh, qəhrəman türk oğlu Əmir Teymur dövrünün tarixi həqiqətlərinin xatırlanması sovet imperiyası dövründə türk kimliyimizi yada salmaq, unudulmağa qoymamaq kimi ali məqsədə xidmət edirdi.
    Sənətkardan böyük cəsarət tələb edən bu vəzifəni yerinə yetirməklə, “Topal Teymur” əsərini yazmaqla, eləcə də bütün dinlərə nifrət hissini təlqin edən ateist ruhlu cəmiyyətin ziddinə gedərək “Peyğəmbər” dramını qələmə almaqla Hüseyn Cavid həm də öz sənətinin heç bir ideoloji təzyiq tanımadığını, sənətkar ruhunun azadlığını bir daha təsdiqləyir. Buna görə də təbii ki, çox ciddi siyasi ittihamlarla üzələşməli olur. Sovet dövrü ədəbi təndiqi “Topal Teymur”u əsla “həzm edə” bilmir, onun müəllifini “insan qafalarından ehramlar quran” qəddar, despot bir Şərq hökmdarını ideallaşdırmaqda təqsirləndirirdi. Lakin Cavid dramında qarşısında qoyduğu ümdə yaradıcılıq məqsədini uğurla yerinə yetirə bilmişdi.
    Əsərdə türkün tarixi qəhrəmanlığı haqqında dürüst təsəvvür yaradılır, əsər yazıldığı dövrün ədəbi tənqidinin diqtə etdiklərini deyil, daha fərqli bir məntiqi aşılayırdı. “Topal Teymur” tarixi dramında milli və bəşəri fikirlər vəhdət təşkil edir, həmin düşüncələr Cavidin qüdrətli bir sənətkar kimi millilikdən bəşəriliyə keçidini aydın surətdə əks etdirirdi. “Türk əqvamının” birliyi məsələsi əsərin başlıca ideyası kimi diqqət mərkəzində olmaqla yazıçının öz sənət amalına sədaqətini bir daha nümayiş etdirirdi. Şair hələ gənc yaşlarında lirikasında bu birliyə işarə edərək yazırdı: “Çünki birlikdədir fəqət dirilik!” Öz millətini daim ayaq üstə görmək istəyən şair onun əzilməsinə, yıxılmasına dözə bilmir, onu yenidən ayağa qalxmağa, igidliyini, ərliyini isbat etməyə, idealını tapmağa səsləyir, bununla bağlı həyəcanını belə ifadə edirdi:

    Çoq əzildin, yetər, ər oğlu ər ol!
    Çırpınıb çareyi-xilas ara, bul!
    Qoşaraq nura, cahil et pamal!
    Həp sənindir şərəf, ümid, iqbal.
    Şaşırıb durma böylə… Bir aydın
    İdeal arqasınca qoş, çırpın!
    İdealsız nicat ümidi məhal…
    “İttihad!” İştə ən böyük ideal!

    Onun “Azər” poemasında, “Şeyx Sənan”, “Xəyyam”, “Səyavuş”, “İblis” dramlarında da milli-tarixi varlığa belə həssas sənətkar münasibəti, böyük Turan sevgisi aydın duyulur. Beləliklə, Hüseyn Cavid yaradıclığı, sənətkarın estetik idealı, onun gerçək fəlsəfi-ideoloji istiqamətləri ümummmilli dəyərlərə orijinal sənətkar münasibəti ilə yadda qalır. Şairin bədii irsi türkçülük, islamçılıq ideyalarının ardıcıl tərənnümü ilə sovet dövrü Azərbaycan ədəbiyyatının digər bədii örnəklərindən ciddi surətdə fərqlənir. Bu gün milli müstəqillik dönəmində ədəbi həqiqətlərə daha sayıq münasibətlə yanaşan nəzəri təhlil materiallarında, yazılmışlara yeni tərzdə baxış sərgiləyən ədəbiyyatşünaslıq araşdırmalarında qüdrətli romantik şair-dramaturqun yaradıclığının məhz həmin istiqaməti geniş tədqiq obyektinə çevrilir, bu qiymətli bədii irsin müxtəlif parametrləri türkçülük və islamçılıq aspektindən dəyərləndirilir. Hüseyn Cavid yaradıcılığının başlıca tərbiyəvi istiqaməti də məhz onun milli-mənəvi idealımızın formalaşmasında əhəmiyyətli rolundan ibarətdir.

  • “Sözün bitdiyi an”

    eg

    Tarixdə elə məqamlar var ki, insanın damarında qanını dondurur. Həmin məqamlarda, danışmağa söz belə tapılmaz. Həmin məqam, sözün bitdiyi an, sözün bitdiyi məqamdır.
    Ruhumuz o qədər ağır göynərti ilə yanır ki, özümüzü harada tapacağımızı da unuduruq. Necə ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda əliyalın xalq özünü, öz mənafeyini, bəyan etmək üçün meydanlarda toplanmışdı. Lakin bu vəziyyətdən öz mənfur niyyətləri üçün istifadə edən cinayətkarlar fürsət bilib əliyalın xalqın üzərinə böyük bir ordunu yeritdi. Həmin gecə amansızcasına qətlə yetirilmiş şəhid anaların, nənələrın, babalarının, körpələrin və gənclərin dözülməz halı, onlara edilən amansızlıqlar həqiqətən də dilimizi, dodağımızı belə dondurmuşdu. İnsanlığın susduğu, silahların şığıdığı, tüğyan etdiyi və ən əsası da əliyalın xalqa tuşlandığı bir məqamda sözümüz bitsə də bu yeni bir sözün, yeni bir düşüncənin, dünya görüşünün başlanğıcı oldu. Həmin dövrə qədər xalq Rusları bu qədər də amansız və aciz tanımamışdı. Lakin 20 yanvar hadisələri bir daha sübut etdi ki, Azərbaycan xalqı olduqca dözümlü, bizə silah çəkənlər isə bir o qədər acizdirlər.
    Sözügedən acizlər yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğrumaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Həmin vəhşətin törədildiyi gecə Bakı küçələri qan selinə boyanmışdı. Körpə Uşaqlara, qocalara, qadınlara, əliyalın əhaliyə divan tutumaq missiyasını yerinə yetirən vandalistlər həmin gecəni bəşər tarixinə qanla yazdılar. 20 yanvar gecəsi Bakı küçələrindəki mənzərəni görən hər kəsin ürəyi parça-parça olur.
    O, vəhşət gecəsində Ölən və yaralananlarla bərabər 841 nəfər qanunsuz həbs olunmuş, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
    Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.
    Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.
    Hər birimizə gün kimi aydın olan Qanlı yanvar gecəsi, ümummilli lider Heydər Əliyevin səyləri sayəsində bu gün Ümumxaql Hüzn günü kimi yad edilir.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, gorları nurla dolsun. Allah Xalqımıza bir daha çətin günlər yaşatmasın. Amin!

    Elnarə QASIMOVA

  • “Müdrik siyasətin mükəmməl davamçısı”

    eg

    Azərbaycançılıq! Bir baxın bu məfhum özündə nə qədər dərin məna əks etdirir. Dildə rahat səslənən bu ifadənin qazanılması, icra edilməsi olduqca çətin və şərəflidir. Zaman-zaman belə çətin və şərəfli missiyanı həyata keçirən böyük şəxsiyyətlər yetişdirir, Azərbaycan torpağı. Hansı ki, həmin şəxsiyyətlər tarixin ələyindən, süzgəcindən vüqarla keçmiş və işıqlı yollar açmışlar. Azərbaycançılıq ifadəsini öz əməllərində tamlığı ilə əks etdiriblər. Müstəqil Azərbaycanın memarı, qurucusu, tariximizə öz adını qızıl hərflərlə yazmış, xalqımızın ən çətin məqamlarında Allahın göndərdiyi xilaskar, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev həmin şəxsiyyətlərin bariz nümunəsidir.
    Ötən əsrin 90-cı illərində Ölkəmiz edilən yadelli hücumları nəticəsində parçalanmaq, iflasa uğramaq ərəfəsindəydi. Həmin vaxtlarda xalqımız o qədər haqsızlığa və təcavüzə məruz qalmışdı ki, artıq kiminsə dərindən düşünüb ölkəni mövcud acınacaqlı durumdan xilas edəcək gücü və inamı qalmamışdı. Xalqımızın hər yerdən ümidinin üzüldüyü vaxtda hər birimizə gün kimi aydın olan bu şanlı tarixi hadisə baş verdi. Belə ki, H.Əliyevin hakimiyyətə qayıdışı sayəsində torpaqlarımızın işğalı dayandırıldı, əhalidə parlaq gələcəyə ümid, əsil xalq-prezident birliyi ən-ənəsi yarandı. Nə xoş ki, bu gün də həmin inam, ən-ənə yüksək səviyyədə davam edir. Məhz həmin müdrik siyasət nəticəsində Respublikamız ən qısa müddətdə dünya sivilizasiyasına uğurla inteqrasiya etdi. Bir-birinin ardınca beynəlxalq əhəmiyyətli layihələrə imza atıldı. Dünya ölkələri ilə tərəfdaşlıq, dostluq və tranzit əlaqələri qurularaq möhkəmləndirildi.
    H.Əliyev düşünülmüş və xalqın mənafeyinə xidmət edən siyasət yürüdürdü. Onun Azərbaycançılıq ideyası Nəticə etibarı ilə iqtisadi-siyasi, mədəniyyət, elm, səhiyyə və digər sahələrdə dayanıqlı inkişafa nail oldu. Əbəs yerə deyilməyib ki, bu Günün Müstəqil və güclü Azərbaycanı H.Əliyevin şah əsəridir. Elə bir əsər ki, dünya tarixində öz möhürü, suverenliyi, stabil mövqeyi ilə zirvələr fəth etmişdir. Onun mentalıq, milliyyətçilik, milli-mənəvi dəyərlərə, adət ən-ənələrə verdiyi önəm göz önündə idi. Çox şükür bu gün Ulu Öndərin Müdrik siyasətinin mükəmməl davamçısı var. Azərbaycan Respublikasının Prezident İlham Əliyev.
    Möhtərəm prezidentimiz xalqımızın dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyev Ulu Öndərdən miras qalan İnsan haqları və azadlıqlarının, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir.
    Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır.
    Dövlətimizin dinamik inkişafı bəzi siyasi gücləri narahat etməyə bilməzdi. Elə bu səbəbdəndir ki, bir sıra qarayaxma kampaniyaları keçirib haqqımızda səf fikir formalaşdırmağa çalışıblar. Lakin olanlara rəğmən Azərbaycan Çəkinmədən dünya qarşısında öz haqlı mövqeyini ortaya qoyur. Avroviziya, Bakı 2015 ilk Avropa oyunları kimi Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan bu sahədə Dünya tarixinə yüksək mədəniyyət, qonaqpərvərlik kimi yeni standartlar daxil edir. Qazandığımız uğurlar Xalq-Prezident birliyi ən-ənəsinin bariz nümunəsidir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.
    Bununla yanaşı Ölkənin birinci xanımı H.Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nu xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın Azərbaycanımızın dünyada tanıdılması istiqamətində əvəzsiz rolu, danılmaz əməyi vardır. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.
    Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır
    İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu artmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir. Bir sözlə Azərbaycanımız əmin əllərdədir!

    Elnarə Günəş
    Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin İbtidai Sinif müəllimi

  • Rafiq ODAY.”Səndən özgə kimim var ki…”

    rafiqoday

    Bir neçə il bundan öncə şairə Fərqanə Yusifqızının
    eyniadlı kitabına yazılmış ön söz

    Poeziya sərhəd tanımır və əslində poeziyada heç mövzu qıtlığı da yoxdur. Bununla belə poeziyanın elə əzəli və əbədi mövzuları vardır ki, bu mövzulara min illərdi ki, butun qələm sahibləri müracət edir və bugün də bu belədir. Vətən sevgisi, yurd-yuva həsrəti, eşq və bu eşqdən doğan vüsalla bərabər iztirab, həsrət, hicran, ayrılıq, həyat və ölüm, kan və məkan, tale-qismət bu qəbildən olan mövzulardandır. Oxucuların görüşünə “Səndən özgə kimim var ki…” kitabı ilə gələn şairə Fərqanə Yusifqızının yaradıcılığının mayasında, qayəsində də əsasən bu mövzular dayanır. Soz adamına qiymət onun yaradıcılığının məna və məzmun yükünə görə verildiyindən mən də bu yazımı:
    Hələ yol üstəyəm, səfərim uzaq,

    Məni öz yolumdan saxlamaq olmaz.
    Çölümdə atəş var, içimdə sazaq,

    Məni bu səfərdə haqlamaq olmaz. – deyən şairə Fərqanə Yusifqızının şeirlərinə söykənərək yazmaq qərarına gəldim və əslində bunun başqa yolu da yoxdur.

    ***
    Hamı and içər adına,
    Adın mənim andım, Vətən.
    Səndən əzəl, səndən əfzəl,
    Nə vardısa dandım, Vətən.

    Ana müqəddəslik, saflıq, paklıq rəmzidir – vətən kimi. Bəlkə də elə ona görədir ki, vətənə ana vətən deyirik. “Cənnət anaların ayaqları altındadır” deyib peyğəmbərimiz. Yəni, kim anasını əziz, müqəddəs tutsa, ona sayğı və qayğı göstərsə, xidmətində dursa, nazını çəksə özünə cənnətdə yer behləmiş olur. Vətən də elə. Kim vətəni canı, qanı qədər sevirsə, əmin-amaqlıq şəraitində əkib-becərir, yadellilərin hücumna məruz qaldıqlda onun müdafiəsinə qalxırsa, son anda canını belə qurban verərək şəhidlik zirvəsinə yüksəlirsə, yenə də cənnətdə özünə yer ayırmış olur. Budur ANA ilə VƏTƏNin qoşalı xisləti:

    …Mən ki sənə əzəl gündən
    Həm ruh, həm də candım, vətən…
    …Dayaq ol sən bu gün ata-anana,
    Tanrı da yardımçı olacaq sənə…

    Vətənə sevgi azalanda, vətənin dərdləri çoxalır. Faciələr azalan sevgilərdən başlayır. Bu faciələrdə özümüzün rolu nə qədər çox olarsa, müsibətlərimiz bir o qədər dözülməz, sağalmaz olar:

    Qıydılar torpaq-daşına,
    Çıxanlar ocaq başına…

    Bir təsəllimiz onda olur ki, hələ bu vətən uğrunda can qoymağa, balası kimi başına dolanmağa hazır olanlar və məqamı gələndə bu yolda mücadilə etməyi özlərinin şərəf işi bilirlər var:

    Dolandır məni başına,
    Qoy mən olum balan, Şuşam!

    ***
    Ömür müvəqqəti, həyat əbədi,
    Ölümdür bizlərə baxan qıyqacı.
    Fikrimə qəribə bir sual gəldi,
    Həyatmı şirindir, ölümmü acı?

    Ömrün müvəqqəti olduğunu bilən, bunu bilib də, həyatını buna uyğun quran insanın ölümdən qorxusu olmaz. Ölüm nə qədər qıyqacı baxırsa-baxsın belə. Bu zaman həyatın şirinliyi ilə ölümün acılığı arasındakı fərqi də axtarmğa ehtiyac qalmaz. Çünki həyat – ölümün labüdlüyünü dərk edib, onu sevgi ilə qarşılamağı bacaranlar üçün şirin, ölüm – özündən sonra bir iz qoymayanlar, o dunyaya, mizan-tərəzi məqamına, hesab gününə əliboş gedənlər üçün acıdır.

    Dərdlərim sığışmır daha kağıza,
    Durub yazacam mən göy üzünə.

    Əslində dərd faciə deyil, onu faciəyə çevirmək faciədir. Yer aləmində dərdi bölüşməyə bir kimsə tapılırsa hələ, narahat olmağa dəyməz. Dəhşət dərdi bölüşməyə kimsənin tapılmadığı məqamadan pərvəriş tapır. İnsan yer üzündə özünə həmdəm, həmdərd tapmayanda üzünü göy aləminə tutur, ümid, güvənc, pənah yeri kimi.
    Göy üzü təmizlik, saflıq, paklıq məkanıdı. Nurlar aləmidi. Sevgi, mərhəmət, haqq-ədalət, insaniyyət nuru buradan ələnir insanların qəlbinə. Bəlkə də elə, bir yağış donunda:

    Yağış yağar, dayanmadan, hey yağar,
    Göyün yerə sevgisini bildirər.
    Yağış yağar ürəyimə, hey yağar,
    Dərd-sərimi damla-damla öldürər.

    Qəmin, kədərin, dərdin, ələmin ölüm anından sevincin, sevginin işartıları boy göstərir. Bu zaman illərlə həsrət girdabında çabalayan insan, öz gözləri ilə gördüyünə belə, inanmaq istəmir. Bunun bir qismətmi, alın yazısımı, Tanrı ərməğanımı olduğunu o dəqiqə kəsdirə bilmir. Qəlbinin dərinliyindən sualqarışıq bir nida baş qaldırır:

    Tanrımı göndərdi yağış donunda,
    Yoxsa günahında yuyunub gəldin?

    Sevgi İlahidən bəxş olunmuş ruhi qidadır. Təbii ki, eşq, məhəbbət həyatın bütün dönəmlərində ruhun qidası rolunu oynaya bilmir. Çünki sevgidə, eyni zamanda, bir qoşalıq xilqəti də var. Sənin istəyinə qarşı tərəfdən müsbət impulslar gələndə yaşamaq da, bu yaşam içərisində sevmək də həm ruhani, həm də cismani tələbata çevrilir, sanki insan mələklərin qanadındaymış kimi özünü göyün yeddinci qatinda çox rahat və xoşbəxt hiss edir:

    Yoldaşlıq edəcəm bəyaz buluda,
    Nəğmələr deyəcəm gecə-gündüzə.

    Hətta bu eşq:

    Bu dərd qövr eyləyir bağrımda mənim,
    Eşqindir əzabım, ağrım da mənim. – məqamına yüksəlsə belə.

    ***

    “Sevgim kövrək bir ağacda qurulan quş yuvasına bənzəyir. Xəfif rüzgara bənddir, uçula bilər, dağıla bilər.
    Sevdam qaranlıqda yol gedən yolçuya bənzəyir. Nəhayətsiz yolda uzaqdan közərən bir işığa həsrət qalan, hərdən ətrafa boylanıb ağır-ağır nəfəs alan yolçuya.
    Arzularım, məsum körpələrin günəşə sarı yüyürməsi, röyalarında, ayparada yellənməsi, öz kiçicik əlləri ilə dünyanı qucaqlamaq arzusu.
    Ümidlərim, çarəsiz bir xəstənin sabaha inamı, quruyan ağacın nə vaxtsa canlanma gümanı…
    Sevgimi unut, sevdamı apar, ümidlərimi isə qaytar…
    …Qaytar ümidlərimi…”
    Bu həzin, kövrək misralar Fərqanə Yusifqızının “Qaytar ümidlərimi” adlı mənsur şeirindəndir. Ümumiyyətlə, Fərqanə xanımın bütün mənsur şeirlərinin dili aydın, rəvan və oxunaqlıdır. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Fərqanə Yusifqızı mənsur şeirlərində bir şairə kimi özünü daha yaxşı ifadə edə bilir. Güman edirəm ki, kitabı oxuyandan sonra oxucular da mənim fikrimi təsdiq edəcəklər.
    Sonda şairə Fərqanə xanım Yusifqızını “Səndən özgə kimim var ki…” adlı şeirlər kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

    Rafiq ODAY,
    şair-publisist, respublikanın Əməkdar jurnalisti

  • Aysel ABDULLAZADƏ.” Ən son nə vaxt arvadınız üçün sevgili olmusunuz?”

    12607218_940774069370199_1120366057_n

    “Yemək gətir, bütün gün canım çıxıb işdə…” – bu cümlə ilə başlayan axşamlar var ailələrdə.

    Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq.

    Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib.

    Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.

    Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir.

    Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, “yemək gətir, çay gətir” kimi əmrlərlə davranıb, istirahətini televizor qarşısında davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür.

    Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən?

    Və gecə yarısıdır, yatmaq zamanı gəlincə “yorğunam, mən yatıram” deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir? Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq.

    Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: “Ailə başqadır, bu işlər başqa”.

    Sən ailə qavramını nə olaraq alqılayırsan? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman “ər” tabusundan çıxıb, sevgili ola bilmisən?
    Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vazkeçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?

    Bir də bu var… Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. “Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki?, Bu haqda hardan eşitmisən?” kimi suallarla adamı hisslərindən soyudan “ər”lər var.

    Bəyəm, hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar “sən bunu etmisən ki, bilirsən?” nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq.

    Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək. “Ər və arvad” tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə, ancaq, uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınlar da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!

    İndi mən sual verirəm, bəylər…

    Ən son nə zaman qadınınıza: “sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et” demisiniz?

    Ən son nə zaman: “evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar” demisiniz?

    Nə zaman: “Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək” deyib, bunu istəmisiniz?

    Ən son nə vaxt: “əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?”

    Nə zaman: “bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək” demisiniz?

    Ən son nə vaxt: “sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək” demisiniz?

    Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz?

    İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız?

    Və bəylər, ən son nə zaman ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?

  • Ülkər DƏNİZ.”Yağışın hissi”

    uxp

    Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktor müavini

    Yenə başladı yağış, kim bilir hər enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə gənc qızların ata-anadan sirr deyə saxladığı, ürəklərini param-parça dağıdan ağ dünyası gizli, neçə-neçə valideynin qocalar evindən, küçələrdə atıldığı gündən oğlum, qızım deyə yalvarışları gizli, neçə-neçə körpənin küçələrdə dilənçi kökünə salındığı ürək andan dağlayan məhrumiyyətləri gizli, neçə-neçə məhəbbət yalvarışları, neçə-neçə ayrılıq acıları gizli, neçə-neçə kəndlinin biz yatarken gecə gündüz alın təriylə becərdiyi yağış yağsın deyə duaları gizli, neçə-neçə ananın evində boş çörək tabaqlarına acılı göz yaşlarıyla baxdığı ürək ağrısı gizli, neçə-neçə atanın axşam evinə əli dolu gəlsin deyə soyuqdan, ağırlıq qaldırmaqdan qabar olan əlləriylə Allaha hər kəsdən, hətda, ailəsindən gizli olan gözyaşı dolu, Allaha hər şeydən yaxın yalvarışları gizli…
    Beləcə, yenə başladı yağış… Kim bilir, bu yağan yağış hansı yaşlı babanın yağış damlalarıyla yuyulan pəncərəsinə dikilib baxan xatirələrini canlandracaq.. Kİm bilir, neçə-neçə yetim qalan başdaşının tozdan çirklənən üz qabığını yuyacaq, Kİm bilir, bu yağış hansı şair könlündə neçə şeir doğduracaq… Kim bilir, neçə sevgili məhəbbətin yağış damlalarıyla islanacaq, kim bilir, bu yağan yağış neçə könül dünyasını dolduracaq…
    Əslində, sevirəm mən bu yağışı, çünki bu yağığışda insanlar eyni görünür, hər kəs başı aşağı, üzü islanmış,… Hər şey və hər kəs sadələşir bu yağışda..
    Əslində, sevirəm mən bu yağışı, sanki, öz yerimə ağlayır.. Sanki .

  • Vəhdəti-i Aləmi meydana gətirmək müsəlmanların vəzifəsidir

    a5e6a935cffd

    Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən elan edilən “Multikulturalizm ili” çərçivəsində yanvarın 15-i Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar ilk dəfə bir araya gələrək, eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar.

    Bəlkə də dünyada bir ilkdir ki, məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar ediblər. Dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Heydər Məscidində şiələrlə sünilər vəhdət namazı qılmaq üçün bir araya gəlidilər.

    Azərbaycanın dövlət siyasəntində müsəlmanları vəhdət-i vücud halına gətirmə cəhdləri alqışlanacaq bir hadisədir. Çünki hər sahədə birlik-bərabərlik ölkələrə sülh, əmin-amanlıq və əsl, uzun müddətli inkişaf təmin edir. Dövlətlərin xarici qüvvələr tərəfindən parçalanmağa müsaid vəziyyətinin də qarşısı alınır. Hər bir ayrılıq sevgisizlikdən irəli gəlir. Bir qrupun başqa qrupa, insanların bir-birinə bəslədiyi kindən meydana çıxır. Bu isə öz növbəsində vətən sevgisini də azaldır. Vətənini bölmək istəyən güclərə qarşı da milli bərabərliyi zəiflədir.

    Bütün dünyada müsəlmanlar vəhdət-i inanc sahibləri yəni İslam dini mənsubları namazlarında belə ayrılığa düşüblərsə, Məscidlər inananların ortaq ibadət məskənləri və inanclı insanları bir araya toplayan məkan olduğu təqdirdə, sünni, şiyə, vəhabi və s. məscidlər adı altında bir daha ayrılığa yol veriblərsə parçalanan, zəifləyən, xaraba olan müsəlman ölkələrinin halına təəccüb etməmək olar. Çünki Rəbbimiz bir ayədə “parçalanmayın, ayrılığa düşməyin yoxsa gücünüz gedər, zəifləyərsiniz” deyə bildirir. Həm də “bütün dünyada fitnə-fəsad baş verər” deyə buyurur. Bu səbəblə, ilk əvvəl müsəlmanlar öz aralarında ayrılığa, nifrətə son qoymalı və birlik içində bir-birinə sevgi bəsləməlidirlər, sevgi bağı ilə bir olmalıdırlar.

    Bütün İslam aləmini məhv etmək istəyən güclərin planları müsəlman ölkələrini bir-birilə savaşacaq qədər bu vəziyyətə gətirmələri asan olmamalıdır.

    “Sevgisizlik dövlətləri xaricdən parçalayıcı gücdür. Dərin dövlətlərin üzərində durduğu ən önəmli məsələ sevgisiz cəmiyyətlər formalaşdırmaqdır. Çünki sevgisiz cəmiyyətlərdə ixtilal, daxili münaqişələr, bir çox sahəyə yayılmış cinayətlər, qanunsuzluqlar, iç savaş, hər növ alçaqlığa müsaid vəziyyətlər yayılmış olur. Onlar üçün bütün məsələ kinlə dolu insanlar topluluğu formalaşdırmaqdır. Dərin dövlətlər yıxmaq istədiyi ölkələri nifrətlə, kinlə doldurarlar. Sonra bir-birilərinə qarşı çevirib savaşa sürükləyərlər. Və ya başqa millətlərə, dövlətlərə qarşı nifrət bəsləməyi öyrədərlər. Beləliklə, yıxmağı nəzələrində tutduğu dövlətləri nifrətlə yalqızlaşdırarlar, məsələn ruslardan nifrət etdirərlər, yunandan, iranlıdan, ərəblərdən, israildən və s.millətlərin öz içində nifrəti çoxaldarlar, bu zaman yıxmaq istədikləri dövlətlər, millətlər özü-özünü boğmağa başlayar. Bu dövlətləri öz içində yıxmağa çalışdıqları ən güclü stratejiləridir.
    Sevgisiz insanlar meydana gətirərlər, öz hökümətini təhqir edən, ağıl-almaz nifrət bəsləyən, dövlətini düşmən gözündə görən insanlıq formalaşdırarlar. Belə cəmiyyətləri yıxmaq ən asan bir şeydir. Dövlətin tərkibindəki də bəzi güclər dövlətin əlehinə xarici qüvvələrə dəstək verərlər. Məsələn bəzi dövlət adamlarının özləri qanunsuzluqları artıraraq insanları qıcıqlandırmaq istəyərlər.

    Nifrəti benzin kimi ərtafa yayırlar, sonra kibriti çəkirlər ortalıqda infilaq meydana gəlir. Əmək-əmək hazırladıqları, cəmiyyətlərə əkdikləri nifrət toxumlarını medya sayəsində, yanlış ideologiyalar sayəsində yayırlar. Bunları tamamilə təmizləyib, izole edib. arındırmaq məsuliyyəti daşıyırıq. Bu ancaq sevgi sayəsində olar. Çünki bir cəmiyyətdə nifrət yayılıbsa, bir, iki dəfə ayaqlanmaya cəhd edilibsə, dərin dövlətlərin artıq istədikləri nəticəni ala bilərlər təhlükəsi var deməkdir. Dərin dövlətlər ağlı başında, müdrik, təmkinli cəmiyyətlərin formalaşmasını istəməz. Bu səbəblə hər bir dövlət siyasətində müdrik, sevgi dolu, tolerant, milli şüura sahib cəmiyyət formalaşdırmağı məsuliyyəti sırasında görməlidir..” (Adnan Oktar)

    Azərbaycanda dövlət tərəfindən həm də rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri aparılıb. Dinimiz bizə yalnız müsəlmanlar arasında birliyi təmin etmək deyil, digər din mənsublarına və inanc sahiblərinə hörmət və qayğı göstərməyi də tövsiyyə edir. Peyğəmbərimiz (s.ə.v)-də daim kilsələri və sinaqoqları himayəsi altına almış, fərqli inanc və millətlər arasında sevgi və sülhü təmin etmişdir

    Qürur verici haldır ki, dövlətimiz tolerant bir ölkə kimi dünyaya nümunə olmağa qadirdir.
    Çünki birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı möhkəm tarixi baza formalaşdırıb. Ölkəmizdə tarix boyu dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə unikal tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

    Esmira Nizami qızı

  • “Millətimizin sabahı”

    axq

    “Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır.
    Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir.
    Məhz bütün bunları nəzərə alaraq yuxarıda söylənilən problemlərin səmərəli həlli üçün ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır.
    Məktəb əksər vətəndaşların genış əlaqə saxladığı əsas ictimai institutdur. Müvafiq hazırlığı olsa da, olmasa da, müəllimlər şagirdləri öz cəmiyyətlərində məhsuldar, əməkdaşlıq və sülh şəraitində yaşamağa hazırlamalı olurlar. Hətta bu cəmiyyətlər sürətlə dəyişsələr belə. Müəllim üçün qaranlıq qalan bir yer şagird üçün zülmətdir. Bunun üçün də müəllim öz üzərində daim işləməli, dərslərinin tədrisində böyük dönüş yaratmalıdır.
    Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir.
    Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara özləri bildiyi kimi hərəkət etməyə və fikirləşməyə imkan vermiriksə, demək, yaşadığımız sistemin nöqsanlarını aradan qaldırmaqda və həqiqi demokratik ideyalara çatmaqda özümüz maneələr yaradırıq. Dövlətimiz azadlıq üzərində qurulmuşdur, amma bu fəaliyyətlə biz sabahkı dövlətimiz üçün azadlığı məhdudlaşdırmış oluruq. Məktəbdə uşaqlara elə bir azadlıq verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda azadlığın nə olduğunu bilsinlər.
    Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur.
    Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur.
    Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tədbiq edə bilər.
    Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.
    İNTERAKTİV TƏLİM METODLARI + İKT VƏ ONLARIN TƏDBİQİ
    Təlim prosesinin daha da yaradıcı olmasının və şagirdlər tərəfindən müxtəlif üsullar vasitəsilə hər hansı bir məlumatın qavranılmasının və qəbul edilməsinin artırılması üçün müxtəlif metodlar təklif olunur.
    MÜASİR TƏLİM METODLARINDAN İSTİFADƏDƏ FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ
    1. MOTİVASİYA (problem situasiyanın yaranması, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualı) – 5-10 dəq.
    2. TƏDQİQAT İŞİ (qrup işi) – 10-12 dəq.
    3. MƏLUMAT MÜBADİLƏSİ (şagirdlərin cavabları, qrupların cavablarının bir-birinə təqdimatı) – 7-8 dəq.
    4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ (hər alınan cavabdan sonra) – 5 dəq.
    5. ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ – 5 dəq.
    6. QİYMƏTLƏNDİRMƏ – 3 dəq
    7. YARADICI TƏDBİQETMƏ (ev tapşırığının verilməsi) – 2 dəq.
    Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaqdır.
    Heç də hər cür material, xüsusən də məktəb dərsliklərində olan material yuxarıdakı kateqoriyalardan istifadəyə imkan vermir. Buna görə də nə qədər ki, dərslikdəki mətni qəzet məqaləsi ilə əvəz etməyə və ya mətn oxunuşu əvəzinə şagirdlərə hansısa bir hadisə danışmağa, fotoşəkil və ya rəsm əsəri, təqdimat nümayiş etdirməyə, bilgisayar və proyektordan istifadə etsək, bir sözlə, onu daha rəngarəng etməyə hazırlaşsaq, dərs bir o qədər gözəl keçər.
    Dərsin planlaşdırılması prosesini üç mərhələyə ayırıram:
    1. Dərsə qədər;
    2. Dərsin özü – İKT –nin tədbiqi ilə aparılır (elektron dərslikdən istifadə etməklə);
    3. Dərsdən sonra.
    Dərsə qədər
    Dərsin məzmununa keçməzdən əvvəl şagirdlərə bu və ya digər mövzunun əhəmiyyəti, eləcə də onun şagirdlər qarşısında qoyduğu məqsəd və vəzifələr haqqında suallar verirəm. Suallar xüsusu kompüter proqramında hazırlanmış oyun test şəklində verilir (məs. “Milyonçu” tok şou oyunu).
    Sualların səviyyəsi və tipləri ilə bağlı sagirdlərlə aparılan söhbət zamanı aşağıdakılara diqqət yetirilməlidir:
    • BİLİK: informasiyanı eşidildiyi formada təkrar çatdırmaq qabiliyyəti.
    • ANLAMA: müəyyən bir fikri öz sözlərinlə və ya hansısa başqa bir yolla yenidən söyləmək qabiliyyəti.
    • TƏTBİQ: yenicə öyrənilmiş üsuldan istifadə etməklə yeni bir tapşırığın həlli.
    • ANALİZ: mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı.
    • SİNTEZ: bir neçə ideyanın bir yeni ideya halında birləşdirilməsi, köhnə ideyanın yeni variantının yaradılması.
    • QİYMƏTLƏNDİRMƏ: konkret ideyanın, yaxud mənbənin hansısa tezisin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək qabiliyyəti.
    Dərsin düşünmə mərhələsində şagirdlər özləri üçün müəyyən nəticələr çıxarmalıdırlar. Bu mərhələdə qabaqcadan hazırlanmış suallar şagirdlərə verilir. Hamı bu müzakirədə aktiv iştirak edir.
    “BLUM taksonomiyası” üsulu ilə qurulmuş suallar verilir:
    1. Sizə mənim mühazirəmdə nə tanış idi?
    2. Hansı yeni məlumatı aldınız?
    3. (Hafizəni yoxlayan sual) – Öyrəndiyimiz heyvanın yaşayış mühitini sadalayın.
    4. (Sintezedici sual) – Həmin heyvanın qidasını nə təşkil edir?
    5. (Analizedici sual) – Hər hansı bir heyvanın öyrənilməsi nəyə lazımdır?
    6. (Müqayisəedici sual) – Müxtəlif mühitdə yaşayan heyvanların hərəkət orqanlarını müqayisəli xarakterizə edin.
    Şagirdlərin bilikləri bu suallar ətrafında müzakirədən sonra, sonda dərsdə alınan yeni məlumatlarla tamamlanır.
    İNTERAKTİV TƏLİM ÜSULLARINDAN və DƏRSDƏ
    İKT-nin İSTİFADƏSİNDƏN ALINAN NƏTİCƏ
    Şagirdlərə yuxarıda sadalanan metodlardan istifadə etməklə dərsləri keçdikdə, onlarda düşünmə qabiliyyəti artır və aşağıdakı istiqamətlərdə inkişaf gedir:

    1. Şəxsilikdən ictimailiyə doğru
    2. Asılılıqdan müstəqilliliyə doğru
    3. İKT-dən istifadə vərdişlərinə doğru
    4. İntuisiyadan məntiqə doğru
    5. Tək fikirlilikdən alternativliyə doğru
    6. Yaradıcılığa və vizual effektlərə doğru
    7. Müstəqil tədqiqat işlərinin aparılması vərdişləri təkmilləşir
    8. Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyəti artır
    9. Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı formalaşır
    10. Təbiətə sevgi və onun qorunması istəyi dərinləşir
    11. Kompüter proqramları ilə tanış olurlar
    12. Şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşır
    13. Auditoriya qarşısında sərbəst çıxış etmə qabilləti yaran

  • Rafiq ODAY.”YANVAR QIRĞININDAN – XOCALI FACİƏSİNƏ”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    ÖN SÖZ ƏVƏZİ

    Nədənsə, bu yazıya başlamaq istərkən, ilk olaraq yadıma düşən bir beyt oldu:

    «Bayrakları bayrak yapan üstündəki kandı,
    Toprak – uğrunda ölən varsa vatandı».

    Uğrunda ölən varsa – torpaq daha geniş və dərin məna kəsb edir, müqəddəsləşir – canımız, qanımız, anamız dediyimiz Vətən anlamına gəlir.
    Torpaq uğrunda ölmək – torpağı müqəddəs yurd yerinə çevirməkdi.
    Torpaq uğrunda ölmək – şəhidlik zirvəsinə yüksəlməkdi.
    Şəhidlik zirvəsinə yüksəlmək – əbədi məşələ dönməkdi.
    Şəhidlik – vətəni azad, müstəqil, firavan görmək istəyən insanların bu istək uğrunda mücadiləsidir.
    Bu istək əsrlərdən bəri ulu Dədəmiz Qorqudun «Torpağı əkib-becərmirsənsə qorumağına, qorumursansa əkib-becərməyinə dəyməz» sədasından süzülüb gəlir.
    Bu istək məmləkətimizin müqəddəs atributlarından biri olan himnimizin:
    «Səndən ötrü can verməyə cümlə hazırız,
    Səndən ötrü qan tökməyə cümlə qadiriz…» – nidasından süzülüb gəlir.
    Bu istək Məmməd Arazın (ruhu şad!):

    «Vətən mənə oğul desə, nə dərdim,
    Mamır olub qayasında bitərdim…»

    Və:

    «Vətən daşı olmayandan,
    Olmaz ölkə vətəndaşı…» – inamından süzülüb gəlir.

    Şəhidlik torpağını və vətəninin sevən hər bir vətən oğlunun istək və arzusu olsa da, hamıya nəsib olmayan bir xoşbəxtlikdir.
    Şəhidlik bir Tanrı istəyi, bir Tanrı qismətidir.
    Şəhidin ulu tanrı yanında yeri və dərəcəsi ən ali məqamdır. Müqəddəs kitabımız «Qurani-Kərim»də buyrulur:
    «İnsanların içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda – vətən, torpaq, namus yolunda) şəhid olmuş, kimisi (şəhid olmasını) gözləyir».
    (Əl-Əhzab, 23)
    «Allah (vətən, torpaq, din) yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər…»
    (Bəqərə, 154).

    Ulu Tanrı tərəfindən belə qiymətləndirilən, dəyərləndirilən şəhidin xatirəsini əziz tutmaq, onu ehtiramla yad etmək, adını əbədiləşdirmək, ailəsinə qayğı və sayğı göstərmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən də dövlətin müqəddəs borcudur. Bu məsələ ilə bağlı hərə öz sahəsində əlindən gələn köməyi əsirgəməməlidir.

    70 İLİN ŞİRİN YALANI

    70 il Sovet imperiyasının tabeçiliyində yaşayan xalqlara və millətlərə Sovet təbliğat maşını o hissləri aşılamışdı ki, guya Sovet İttifaqı azad və demokratik bir qurumdur və bu qurumda təmsil olunan respublikalar sərbəst halda öz müqəddəratlarını təyin etmək hüququna malikdirlər. Kapitalist dövlətlərində isə hər şey bunun əksinədir. Burada insanlar miskin və acınacaqlı həyat tərzi sürür, heç bir hüquq və imtiyazlara malik deyillər. Bu maşın elə qurulmuşdu ki, insanları bu xoş yalana inandıra bilmişdi. Ancaq hər şeyin son həddi olduğu kimi, qan üzərində bərqərar olmuş bu imperiya da qan gölündə boğulmalı idi. Artıq respublikalarda və əyalətlərdə insanlar öz haqq səslərini ucaltmağa başlamışdılar. Bu səslərin içərisində Azərbaycanın səsi daha aydın, daha gur və daha ötkəm eşidilməyə başlamışdı. Çünki əsrin əvvəllərində Azərbaycan azadlığın tamını dadmış və hürr olmağın necə gözəl bir nemət olduğunu duymuşdu. Artıq Azərbaycan xalqı yalançı vədlərə inanmaq fikrində deyildi. O siyasi cəhətdən yetkinləşib, əqli cəhətdən kamilləşmişdi. Ona görə də qram-qram verilən imtiyazlarla barışa bilməzdi. Sevimli şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi:
    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
    Qolumdakı zəncirləri qıram gərək, qram… qram!
    Xalqın öz azadlığı uğrunda mücadiləsi başlandı. Məğlubiyyətlə barışmaq istəməyən Sovetlər Birliyinin tör-töküntüləri hər vəchlə bu azadlıq sədalı hayqırtıları boğmağa, susdurmağa çalışırdılar.
    İmperiya yaxşı bilirdi ki, Azərbaycanı itirmək bütövlükdə Cənubi Qafqazda dayaqlarını laxlatmaq deməkdir. Eyni zamanda böyük yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycan kimi «yağlı tikə»ni əldən verməyin nə demək olduğunu Moskvada yaxşı bilirdilər.

    YIRTILAN PƏRDƏ

    Beləliklə də Moskvada qara əllər, xain ürəklərlə tərtib olunmuş plan 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda gerçəkləşdi. Əliyalın küçələrə axışan xalqın ağlına belə gəlməzdi ki, 70 il çörəklə, su ilə, neftlə, pambıqla, nə bilim daha nələrlə təmin etdiyi bir millət onun qəniminə çevrilə bilər. Ancaq azğın imperiya cəlladlarının gözlərini qan elə tutmuşdu ki, bu anda nə dostluq, nə qardaşlıq, nə kəsilən çörək, nə içilən su yada düşürdü.
    Beləcə, o gecə yüzlərlə vətən övladının sinəsi güllədən qızılgülə döndü. Torpaq onu canları, qanları qədər sevən ər oğulların qanı ilə suvarıldı.
    RƏSMİ XRONİKA
    Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu.
    Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
    20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
    NÖVBƏTİ CİNAYƏT
    Yanvar qırğınından düz 2 il 1 ay 6 gün sonra XX yüzilliyin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törədildi. Elə həmin plan, elə həmin sserani, elə həmin qanlı əllərlə.
    Ötən bu müddət ərzində bu ağrı bizi bir anda olsun tərk etmədi. Hər gün, hər saat, hər dəqiqə bizim canımızda, qanımızda dolaşdı. Körpə uşaqların, qız-gəlinlərin, qarı və qocaların harayı və imdad sədaları qulaqlarımıza hakim kəsildi. Bizi özümüzdən uzaqlaşmağa, soyumuzdan, kökümüzdən, varlığımızdan qopmağa qoymadı…

    RƏSMİ XRONİKA

    Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
    uşaqlar – 63 nəfər;
    qadınlar – 106 nəfər;
    qocalar – 70 nəfər.
    8 ailə tamamilə məhv edilmişdir.
    25 uşaq hər iki valideynini itirmişdir.
    130 uşaq valideynlərindən birini itirmişdir
    487 nəfər yaralanmışdır, onlardan:
    uşaqlar – 76 nəfər;
    1275 nəfər əsir götürülmüşdür.
    150 nəfər itkin düşmüşdür.
    Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

    7-DƏN 77-YƏ

    Xocalıda ilk şəhidin 7, ən yaşlı şəhidin isə 77 yaş olduğunu (yaxın rəqəmlərlə) nəzərə alsaq, bu əməliyyatın dəhşətli mənzərəsi çılpaqlığı ilə gözlərimizin önündə canlanmış olur.
    7 yaşın insanın özünüdərk mərhələsinə qədəm qoyduğu an, 77 yaşın isə insanın orta yaş həddi (bəlkə də ömrün tükənən anları) olduğunu nəzərə alsaq görərik ki, bu faciə əsl soyqırım, genosid siyasəti idi. Bu siyasət azərbaycanlıların bir millət kimi yer üzündən silinməsinə yönəlmişdi.
    Eyni zamanda, 7 rəqəmi bir mifoloji rəqəmdir. Qüdrət, əzəmət rəmzi, igidlik, dəlilik simvoludur (7777 Koroğlu dəlisi və s.)
    Bu həm də, o deməkdir ki, bu xalqın, bu millətin 7-dən 77-yə qədər hər bir övladı bu YURD, bu TORPAQ, bu VƏTƏN uğrunda canını qurban verməyə hər an, hər dəqiqə hazırdır.
    … Həmçinin düşmənə bir xəbərdarlıqdır ki, məqamı gələndə bu millətin 7-dən 77-yə qədər hər bir nəfəri əlinə silah alıb öz torpağını müdafiə etməyə qadirdir.

    İSTİNAD NÖQTƏSİ

    Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərini «Azadlığın ilk qaran¬quşları», Xocalı soyqırımını isə analoqu olmayan faciə adlandırdı. Prezidentliyi dövrün¬də də bəyan etdi: «Bizim borcumuz şəhidlərin qəhrəmanlığını əbədiləşdirmək, şəhid ailələrinə qayğı göstərmək və onların bütün problemlərini həll etməkdən ibarətdir. Əminəm ki, qədirbilən Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmayacaq və onların valideynləri, ata-anaları, övladları həmişə xalqın, dövlətin qayğısı ilə əhatə olunacaqdır».
    İndi Azərbaycan xalqı hər il yanvar ayının 20-də və fevralın 26-da ellikcə Şəhidlər Xiyabanına yollanır və şəhidlərin ruhuna dualar oxuyur. Artıq qara yanvar alınlarda qara yazıya yox, millətin üzağlığına çevrilib. Xocalı faciəsi isə bizdən ruhumuzu oyaq saxlamağı, hər an mücadiləyə hazır olmağı tələb edir.

    O GÜN UZAQDA DEYİL

    Müqəddəsləşən, and yerinə, iman yerinə çevrilən Vətən torpağı uğrunda mücadiləyə qalxaca¬ğımız gün uzaqda deyil. O gün gələcək. Mütləq gələcək! Gələcək və Ali Baş Koman¬danın bir əmri ilə, bir çağırışı ilə yaşından asılı olmayaraq bütün Azərbaycan ərləri, Azər¬baycan ərənləri yumruq kimi birləşərək bir bayraq altında – üçrəngli müqəddəs Azərbaycan bayrağı altında torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxacaq.
    Biz Prezidentimizə, Ali Baş Koman¬danımıza bütün varlığımızla inanırıq. Və onu da bilirik ki, bu gün bütün türk dünyasının gözü Azərbaycana dikilib, bütün dünya azərbay-canlıları Azərbaycana, onun Prezidentinə, Ali Baş Koman¬danına ümid, pənah və nicat yeri kimi baxırlar:

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

    Bax, onda biz şəhidlərimizin ruhu qarşısında alnı açıq, üzüağ hesat verə biləcəyik. Bax, onda biz bütün dünya millətləri arasında başımızı dik tutub gəzə biləcəyik.

    SON SÖZ ƏVƏZİ
    Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, millətimizi ruhlarını oyaq saxlamağa çağırırıq!
    Torpağı uğrunda, azadlığı uğrunda, namusu, qeyrəti uğrunda şəhid verməyi bacaran millət böyük millətdir.
    Eşq olsun bu böyüklüyə!

    Rafiq ODAY,
    AJB Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti.

  • 20 Yanvar faciəsindən iyirmi altı il ötür

    bu-gun-20-yanvar-faciesinden-iyirmi-alti-il-otur-1KA

    Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
    Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

  • Sevinc Novruzovanı doğum günü münasibətilə təbrik edirik! (17 yanvar 1991-ci il)

    sxn

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!

    Mətbuat xidməti

  • Təranə TURAN RƏHİMLİ.”ÖZ İŞİNİN KNYAZI”

    Knyaz Aslan – 55

    Knyaz Aslanın imzasını hələ 90-cı illərin qaynar ədəbi mühitindən, günbəgün sayı artan qəzetlərin səhifələrindən tanıyırdım. Yaxşı şeirlər, publisistik yazılar müəllifi kimi ədəbi gəncliyin xüsusi rəğbətini qazanmışdı. Sonralar Knyaz Aslanın təkcə sanballı qələm sahibi kimi deyil, həm də bir insan kimi sonsuz səmimiyyəti, öhdəsinə düşən hərhansı bir işi yüksək məsuliyyət və canıyananlıqla yerinə yetirməsi, mərdliyi, sözübütövlüyü, milli-mənəvi dəyərlərə sədaqəti və daha neçə-neçə ali insani keyfiyyətləri ilə ədəbi, elmi ectimaiyyətdə böyük nüfuz sahibi olduğunu gördüm. Əmin oldum ki, ziyalılığın çoxsaylı şərtlərindən biri də məhz belə bütöv, bitkin xarakterə malik olmaqdır.
    O, çox zəngin həyat və fəaliyyət yolu keçib. Doğulub boya-başa çatdığı Gürcüstan Respublikası Dmanisi rayonunun Hamamlı kəndində orta məktəbini Qızıl medalla bitirməsi bu tərcümeyi halın başlanğıc uğuru kimi diqqəti çəkirsə, bu uğurun yol açdığı daha böyük zəfərlər isə onun alim-şair taleyinin qızıl naxışları tək maraq doğurur. Minə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalə, beş monoqrafiya, otuzadək kitab müəllifi, şeirləri rus, ingilis, alman dillərinə tərcümə olunan şair, A.S.Puşkin, M.Y.Lermontov, S.Yesenin, T.Şevçenko və digər sənətkarların əsərlərini dilimizə tərcümə edən istedadlı bir tərcüməçi, ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil edən, milli mədəniyyətimizə, elmimizə başucalığı gətirən, məruzə və çıxışları ilə maraq doğuran, çoxsaylı ödül, fəxri fərman, təşəkkürnamələr və digər təltiflərlə taclanan alim, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “ön söz” müəllifi, rəyçisi və redaktoru, tələbələrin sevimlisi olan səriştəli müəllim-pedaqoq kmi Knyaz Aslanın həyat tarixçəsinin uğurları bir-birini əvəz edir.
    Milləti üçün gərəkli olmaq, bütün fəaliyyət istiqamətlərində onun işini irəli aparmaq amalına xidmət onun ömür yolunun əsas inkişaf devizi kimi görünür. Knyaz Aslan kimi insanları daim sakitcə gümüldəyən, suyu bitib-tükənməyən dağ bulağına bənzətmək olar. Bu bulağın mənbəyi nə qədər etibarlıdırsa, bütün enerjisini xeyirxah işlərə yönəldən, sağlam əməli fəaliyyətlə məşğul olan belə insanların da ruhi-mənəvi təməli sarsılmazdır, güvənlidir.
    O, bütün varlığı ilə Vətəninə, millətinə bağlı bir ziyalıdır. Dəfələrlə Qarabağda döyüş bölgələrində olmuş Knyaz Aslanın Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərində, milli faciələrimizə həsr etdiyi şeirlərində millətin ağrı-acılarına, itkilərinə son dərəcə həssas vətəndaş şair-publisist münasibəti də bundan irəli gəlir.
    Abdulla Şaiqin böyük oğlu, ədəbiyyatşünaslıq elmimizin korifeyi akademik Kamal Talıbzadə hər dəfə Knyaz Aslandan söz düşəndə deyirdi: “O, öz işinin knyazıdır.” Sonralar Knyaz Aslanı tanıdıqca, haqqında onu tanıyanların qənaətlərini bir araya gətirdikcə, gördüyü işlərin miqyası, səviyyəsi ilə bağlı konkret fakt və dəlillərə nəzər saldıqca böyük alimimizin həmin fikrinin nə qədər yerində işlədildiyini, bu qənaətin Knyaz Aslanın alim-şair ömrünə yaraşdığını anladım.
    Knyaz Aslanın yaradıcılıq fəaliyyəti çoxşaxəlidir. Bəllidir ki, istedadlı şəxslərin uğurlarının mənbəyi elə istedadları olduğu üçün gördükləri bütün işlərdə bu cəhət özünü göstərir. Buna görə də onun bütün sahələrdə xidmətləri layiqli bəhrəsini verib. Bu istiqamətlərin hər biri haqqında ayrıca söz açmaq, bu sahələri tək-tək araşdırma mərkəzinə gətirmək, yaxud ən azı hərəsi barədə bir elmi tədqiqatda və ya publisistik yazıda bəhs etmək olar. Lakin onun şairlik istedadı haqqında söz açmaq istəsəm ilk yadıma düşən Kamal Talıbzadəyə ithaf etdiyi “Bu kişi” şeiri olacaq. Marneuliyə – Sarvan elinə akademik Kamal Talıbzadə ilə birgə səfər etdikləri vaxt yol boyu maşında böyük alimin Səməd Vurğun, Hüseyn Cavid, Mehdi Hüseyn və b. görkəmli söz ustaları haqqında xatirələri, müdrik söhbətləri Knyaz Aslanı necə duyğulandırırsa, həmin şeiri elə maşındaca dizinin üstündə yazıb Kamal müəllimə verir:

    Aman Allah, söhbətə bax, sözə bax,
    Xatirələr bulağıymış bu kişi.
    Səngiməyən atəşə bax, közə bax,
    Müqəddəslik ocağıymış bu kişi.
    Bir tarixdi hər sözü, hər kəlməsi,
    Borçalıdı candan gələn nəğməsi,
    Yaddaşında ustadların gur səsi,
    Elin qızıl varağıymış bu kişi.

    Beş bəndlik şeiri oxuyub heyran qalan Kamal Talıbzadə sonralar tez-tez söz məclislərində bu şeirin yaranma tarixçəsini yada salır, “bu hələ dizüstü yazılan şeiridir” deyə Knyaz Aslanın istedadına inamını, qələminə rəğbətini ifadə edirdi.
    İllərlə çalışdığı Xəzər universitetində, Bakı Dövlət Universitetində alim-pedaqoq hörməti isə onun ciddi bir tədqiqatçı və pedaqoq kimi nüfuz qazandığını isbatlayır. Ömrün cəmi əlli beş ilinə bu qədər uğuru sığdırmaq çox az adama nəsib olan xoşbəxtlikdir. Knyaz Aslanın mənalı həyat yolunun zəfər dolu onillikləri isə hələ qarşıdadır. İnanıram ki, bu onilliklər onun milli elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, bütövlükdə Azərbaycançılığımıza çox nailiyyətlər qazandıracaq.

    şair-tədqiqatçı,
    filologiya üzrə fəlsəfə doktoru, dosent,
    president təqaüdçüsü.

  • “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı “ nələr etməli…

    uxp

    XXI-əsrdə media əlaqə və xəbərləşmə vasitəsi olmaqdan daha çox əxlaqi yozmaları tıxaclayan, gerçəkləri əsas güc adına örtbasdır edib, olduğundan daha fərqli bir görüntü verən, siyasi çıxar və məqsədlər üçün ümumi psixoloji yönləndirmələri davam etdirməkdədir.
    Ümumilikdə götürəndə, hal-hazırki medianın heç bir işindən bir gənc olaraq, tam razı deyiləm. “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı, daha dəyərli işlər görə bilərlər. Çünki, media ölkədə yeganə vasitədir ki, hər bir dövlət orqanının dinləyə bildiyi, çəkindiyi, onların digər yerdə qalan camaatdan daha çox sözü keçdiyi ən dəyərli qurumdur. Hər nə qədər, ölkədə jurnalistika sahəsində savadlı kadrların sayı günü-gündən aşağı ensədə, buna baxmayaraq, media olduqca mukəmməl, yeganə, həmişə gənc qalan təbliğat vasitəsidir.
    Əslində, hər bir yerdə olduğu kimi, media vasitələri də, hər şeyin daha yaxşı səviyyədə həyata keçməsi və əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinə kömək etmələri üçün hər şeyə bir addım öncədən, yəni uşaqlardan başlamalıdırlar..
    Bunun üçün ilk növbədə, ölkədə insan haqları mədəniyyətinin bütövlükdə inkişaf etdirilməsinə səy göstərən, insan hüquqları üzərində təmərküzləşən idarənin yaradılması gələcəyə doğru mədəniyyətin formalaşması istiqamətində uşaqların inkişaf etməkdə olan münasibətlərinin başlıca əhəmiyyətini nəzərə alaraq həssas başlanğıc nöqtəsi ola bilər.
    Medianın yayılması və qloballaşması hazırda, müasir gənclik mədəniyyətinin xüsusiyyətlərini müəyyən edən amillər arasında yer tutur. Bir çox ölkələrdə gənclər əvvəlki ənənəvi, peyk və kabel televiziyası kanalları, radiostansiyalar, qəzetlər və jurnallar internet, kompüter və video oyunlara nisbətən çoxsaylı multimedia seçimlərindən istifadə edirlər. Hazırda dünyanın əksər bölgələrində xarici proqramlaşdırma və media üçün geniş imkanlar, eləcə də daha az senzura və nəzarət mövcuddur. Məlumatlar, e-mail və kadrlar əvvəlkilərlə müqayisədə dünyada daha tez və daha sərbəst yayılır. Müdafiə, habelə iştirak məsələləri nəzərdən keçirilməlidir.
    Uşaqların mediada işıqlandırılması elə bir səviyyədə olmalıdırki, bu onların gələcəklə bağlı olan ümidlərini və arzularını qırmamalıdır. İnkişaf etməkdə olan ailələr, yoxsulluq şəraitində yaşayan uşaqlar, müharibə və fəlakət qurbanları öz fərdiyyətini və insanlığını günü-gündən itirirlər. Çünki hər bir media vasitəsində onlar çox vaxt hərəkət etmək, düşünmək və ya özləri üçün danışmaq qabiliyyətində olmayan köməksiz zərərçəkmişlər kimi təsvir edilir. Ələxsus, uşaqlar xəbərlərdə aktual mövzuya çevrildikdə, onlar tez-tez «məsuliyyətsiz yeniyetmələr» olaraq stereotiplər kimi canlandırılır. Çünki uşaqların mediada işıqlandırılması uşaqlara və uşaqlığa olan münasibətlərə dərin təsir edir və yaşlıların uşaqlara qarşı davranışına mühüm nüfuz edir. Media təsvirləri gənclərin münasibətlərinə və ümidlərinə təsir göstərərək onlar üçün təqlidi modelləri təmin edir. Medianın təcəssüm etdirdiyi və ya hətta diqqət göstərmədiyi üsulla, uşaqlar onların adından qəbul edilən qərarlara və cəmiyyətin qalan təbəqəsinin onlarla necə hesablaşdığına təsir edə bilərlər. Media tez-tez uşaqları sakit «qurbanlar» kimi təsvir edir. Uşaqları və gəncləri özləri üçün danışmaq imkanları ilə təmin etməklə – öz ümidləri və qorxuları, nailiyyətləri və yaşlıların davranışının onların həyatına təsiri barədə – media peşəkarları uşaqların fərdi insan varlıqları kimi hörmət göstərilməsinə layiq olduğunu ictimaiyyətə xatırlatmalıdır.
    Uşaqlar haqqında media hesabatları çox vaxt kiçik təhlil və ya heç bir təhlil və ya müşahidə olmadan birdəfəlik əhvalatlaran ibarətdir.
    Uşaqların məxfiliyinə həmişə hörmət göstərilmir!
    Bütünlükdə götürəndə, hər bir problemin həllinin daha sadə və xüsusi variantları var. Amma bu o demək deyilki, hər bir cəmiyyətin gələcək qurucuları olan uşaqları təbliğat, tədqiqat və əyləncə vasitəsinə çevirməliyik.
    Hər bir halda media vasitələri nəyi həyata keçirirsə, keçirsin, “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı, hər bir qaldırdığı məsələnin son nöqtəsinə qədər getməli və həll etmədən geri çəkilməməlidir. Hamımız bilirik ki, problemin həlli yolu mediada bir dəfə işıqlandırılmaqla və ya xalqımızın onilliklər boyu başına gətirilən faciələr ildə bir dəfə hadisənin baş verdiyi günü televiziyalarda göstərilib xatırlamaqla, qəzet, jurnal, saytlarda dərc edilməklə, nə cəmiyyətimizn dəyərləri qorunub saxlanıla bilər, nə də cəmiyyətimizdə olan mənəvi və maddi problemlər öz həlli yolunu tapa bilər…

    Ülkər (DƏNİZ) Piriyeva
    DGTYB üzvü

  • Bir qrup sumqayıtlı jurnalist gənc yazarı ziyarət edib



    Edebiyyat-Az.Com xəbər verir ki, Sumqayıtın bir qrup jurnalisti sağlamlıq imkanı məhdud olan və yaradıcılığı ilə hər kəsi heyran qoyan I qrup əlil, gənc yazar Samir İmanovu Yeni il bayramı münasibəti ilə ziyarət edib. Jurnalistlərin bu humanist, humanitar aksiyasına ”Bismak” şirkəti də qoşulub.
    Samir İmanovla həmsöhbət olan jurnalistlər səbəbkara kitablar hədiyyə ediblər.
    Samir İmanov öz növbəsində müəllifi olduğu kitablarından jurnalist dostlarına təqdim edib. Gənc yazar bayram günlərində onu yaddan çıxarmayan hər kəsə təşəkkürünü bildirib.
    Qeyd edək ki, Samir İmanov 1981-ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olub. Anadangələ olaraq iflicin “paraplegiya” növündən əziyyət çəkir və 1-ci qrup əlildir. Təhsilini “Sumqayıt şəhər evdətəhsil məktəbi”-də alıb. Azərbaycan, rus, türk və ispan dillərini bilir. 2013-cü ildə əlil insanlardan bəhs edən “Hədəfdəki insan” adlı ilk kitabı işıq üzü görüb. Bir il sonra isə “Mənim hədəfim” kitabı çapdan çıxıb.Məqalələri Türkiyədə çap olunub. Gənc yazar bir sıra ictimai təşkilatlarla da əməkdaşlıq edir. Hazırda “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin baş məsləhətçisi vəzifəsində çalışır.Ailəlidir 1 övladı var.

  • Müsəlman daima şövqlü olar

    gxys

    Möminlər Allaha və Onun yaratdığı qədərə iman gətirdiyinə görə daima sevinclidirlər. Bu hal onların gündəlik həyatına da yansıyır və möminlərin xarakterinin əsas mənbəyini təşkil edir. Allaha iman gətirməyin, hər an imanın dəlillərini görməyin, yaxşı işlər görməyin, batil fəlsəfələrə qarşı fikri mübarizə aparmağın və Cəhənnəmdən qorxub Cənnəti qazanmaq cəhdinin həyəcanı ilə yaşayırlar. Quran əxlaqının yayılmasını arzulayır və bilirlər ki, Quran əxlaqı sakit, monoton əxlaq modeli ilə hakim olmaz. Bu səbəbdən, zəif və passiv olduğunun fərqinə varan mömin dərhal özünə bu sualları verməlidir:
    Əgər dünyadakı bütün müsəlmanlar bu şəkildə öz dərdlərinə başı qarışıb ləng olub özünə qapansalar, Quran əxlaqı insanlara necə təbliğ edilər? İnkar edənlərin müsəlmanlara və din əxlaqının yayılmasına qarşı qurduğu tələlər necə pozular?
    İnsanlara yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək vəzifəsini kim boynuna götürər? Müsəlmanları kim şövqləndirər? Müsəlmanları daha gözəl əxlaqlı olmağa kim təşviq edər?
    Allahdan layiqincə qorxub çəkinən mömin Allahın Quran hökmləri ilə boynuna qoyduğu məsuliyyətləri öhdəsinə götürər və şövqlə mübarizə aparar. Uca Allahın Quranda: “…Möminləri də təşviq et!..” (Nisa surəsi, 84) ayəsi ilə əmr etdiyi kimi, ətrafındakı möminləri də şövqləndirər.
    Din əxlaqı ilə yaşamayan insanlar gördükləri işdən mənfəətləri olmadıqca şövqlə hərəkət etməzlər. Əsla həyatlarına məna verən idealları olmaz. Bu hal işlərinə də yansıyır və gördükləri işin nəticəsi bərəkətsiz olur. Halbuki möminlərin imanlarından qaynaqlanan enerji və şövqləri heç tükənmir. Hər gün Allahın rizasını daha çox qazanmaq üçün səmimi cəhd göstərirlər. Qısa dünya həyatında Allahın rizasını qazanmaq üçün nə qədər çox saleh əməl etsələr, axirətdəki mükafatlarının o qədər böyük olacağını bilirlər. Bu müjdə Quranda belə bildirilir:

    Və öndə olanlar. Onlar öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. Çoxu əvvəlkilərdən, bir azı da axırıncılardandır. Bəzənmiş taxtlar üstündə qərar tutacaq. Onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. (Vaqiə surəsi, 10-16)

    Gülnarə YADİGAROVA

  • İmanı zəif olan insanların hadisələrə münasibəti

    gxy

    İmansızlıq insanı dərin mənəvi boşluğa, sıxıntıya, narahatlığa sürükləyir və həyatın əsl məqsədindən uzaqlaşmasına səbəb olur. Belə insanlar hadisələrə çox səthi yanaşırlar. Dar düşüncə tərzinə malik olan bu insanlar hər şeyi dayaz düşüncələri çərçivəsində dəyərləndirirlər.
    İman gətirməyən insan üçün hər şeyin mərkəzi özüdür. Dünyada böyük müharibə baş verdikdə belə, onu maraqlandırmır, çünki onun üçün əsas özünün bu müharibədən zərər çəkib-çəkməməsidir.
    İnsanın belə vəziyyətdə özü və yaxınları üçün tədbir görməsi, əlbəttə, normaldır. Ancaq insanın cavabdehlik şüuru sadəcə yaxın ətrafı ilə məhdudlaşmamalıdır. Çünki bu cür insan ancaq şəxsi rahatlığını düşünür. Çətinliklərlə qarşılaşan, həyat uğrunda mübarizə aparan insanların vəziyyətini yaxşılaşdırmaq onu maraqlandırmır.
    Bu insan hər hansı ölkədə təhlükəsiz yaşayarkən bir anda müharibə mühitinə düşən qadınlar, uşaqlar, qocaların yaşadığı çətin şəraiti düşünmür. İnsanların bu vəziyyətə düşməsinə səbəb olan əsl səbəbləri araşdıraraq bu çatışmazlıqları aradan qaldırmaq üçün cəhd etməyən insan var gücü ilə özünü xilas etməyə çalışar.
    Allah qorxusu olmadıqda isə dünyadakı qarışıqlıqları görüb səmimi şəkildə Quran əxlaqının hakim olmasına cəhd etməyin yerinə, ancaq özünü və yaxın ətrafını xilas etmək istəyər. Öz ehtiyaclarını təmin etmək, çətinlik çəkməmək onun üçün kifayətdir. Başqalarının nə vəziyyətdə olması, qorxu içində və aclıq təhlükəsi ilə yaşaması onun üçün əhəmiyyət daşımır.
    Halbuki yüksək əxlaqa malik şüurlu insan yuxarıda çəkdiyimiz misaldakı kimi mühitdə olmasa da, dünyadakı qlobal hadisələrə baxaraq bəşəriyyətin din əxlaqına ehtiyacı olduğunu dərhal anlayar. Özündən başqasına laqeyd yanaşan və eqoist insanlardan ibarət cəmiyyətin insanları dinsizliyə sürükləyəcəyini dərk edər. Allahın razı olduğu gözəl əxlaqın yaşanmamasının cəmiyyətə vurduğu dərin yaraları görər və anlayar ki, bu yaraları sağaltmağın yeganə yolu din əxlaqını cəmiyyətdə hakim etməkdir. Sonra əlindən gəldiyi qədər çalışar, bu üstün əxlaqla yaşamağı və insanların da yaşamasına vəsilə olmağı qarşısına məqsəd qoyar. Allah gözəl əxlaqlı möminləri Quranda belə müjdələyir:

    Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik… (Əraf surəsi, 165)

    Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

    İman gətirməmiş və ya imanı zəif olan insanlar çox vaxt hadisələrin xeyirli tərəflərini görmədiklərinə görə hər şey üçün kədərlənir, sıxıntıya düşəcəklərini zənn edir və haqsızlığa məruz qaldıqlarına inanırlar. Hətta belə insanlara yaxşı söz dedikdə belə, birdən emosionallaşır, ağlamsınırlar. Bütün bunların ən əsas səbəbi dinin məğzini qavramamaqlarıdır. Çünki Quranı bütün həyatına tətbiq edən insan mənfi düşüncələrin təsirinə düşməz və Allahın rəhmətindən ümidini üzməz. Bu, Allahın Quranda bildirdiyi mühüm mövzudur:

    … Allah`ın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)

    Ümidsizlik və bədbinlik imansız və zəif insanların maddi-mənəvi gücünü əlindən alan, onların əhvalını pozan, şövqsüzlüyə, kədərə səbəb olan xüsusiyyətdir. Bu insanlar mənfi düşündükləri kimi, möminlərin hər hadisəyə xeyir və hikmət gözü ilə baxmasına da təəccüblənirlər. Fəlakət kimi gördükləri hadisələrin tamamilə Allahın nəzarətində olduğunu qavramırlar. Bu anlayışsızlıq danışıqlarına da yansıyır. Yanlış düşüncə ilə ətraflarındakı özləri kimi insanlara da sıxıntı verir, onların da ümidini qırırlar. Əsla İslam əxlaqının bəşəriyyətə gətirdiyi sülh, əmin-amanlıq və xoşbəxtlikdən bəhs etmirlər. Müsəlmanların faydalı fəaliyyətindən, İslam əxlaqı ilə yaşamağın asanlığından, Allahın möminlər üzərindəki rəhmətindən danışmırlar. Onlara daima mənfi əhval-ruhiyyə hakimdir.
    Möminlər isə əsla belə davranmırlar. Çünki bilirlər ki, insan çətinliklə qarşılaşırsa, həmin çətinliyi Allah yaradır və hər şeydə olduğu kimi, çətinliklərin də insan üçün xeyirli cəhətləri var. Allahın köməyi ilə elə bir çətinlik yoxdur ki, insan onun öhdəsindən gəlməsin. Bunu bilən müsəlmanlar həmişə ümidvar olurlar. Ona görə, əsla mənfi düşüncəyə yer vermirlər. Başlarına gələn hər hadisəyə xeyir gözü ilə baxır, əsla “görəsən sonu necə olacaq?” “birdən belə olsa…” kimi düşünmürlər.

    Bu insanlar hər hansı mövzuda “bilmirəm, məlumatım yoxdur, xəbərim yoxdur” demək istəmirlər. Əksinə, bilmədiyi mövzu, tanımadığı insan, qarşılaşmadığı hadisə haqqında təxmini şərh verirlər. Quran əxlaqı ilə düşünmədiklərinə görə, bilməsələr də, bilirmiş kimi davranırlar. Səbəbi isə həmin insanların gözündə imicini zədələməkdən çəkinir və bilmədiyini demək nəfsinə ağır gəlir. Allah bir ayədə: “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!” (Ali-İmran surəsi, 66) -bildirərək insana məlumatı olmayan mövzuda mübahisə etməməyi, bilmədiyi şeyin ardınca getməməyi əmr edir.
    Bir insan nə qədər çox bilsə də, bilmədiyi şeylər də vardır. Hər şeyi ancaq sonsuz ağıl və elm sahibi uca Allah bilir. İnsanın bir çox sahədə məlumatı olsa belə, Allah’ın “…Hər bilik sahibindən də üstün bir bilən vardır” (Yusif surəsi, 76) ayəsini unutmamalıdır. Allah bu ayə ilə insanlara nə qədər bilikli olsalar da, təvazökar olmağı buyurmuşdur.
    Allahdan səmimi qorxan insan doğruluğuna şübhə etdiyi sözü deməkdən çəkinər. Belə bir halla qarşılaşdıqda xəbəri olmadığını deməyə utanmaz. Ək təqdirdə, Allahın “Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısı sorğu-sual olunacaqdır” (İsra surəsi, 36) ayəsində bildirdiyi kimi, boynuna məsuliyyət götürür.

    Belə adamlar başqasının diqqətini cəlb etmək, onları güldürmək kimi bayağı məqsədlər üçün hadisələri şişirdirlər. Hətta buna görə inadla mübahisə edir, yalan belə danışırlar. Özlərini göstərmək üçün yalana o qədər də əhəmiyyət vermirlər. Hətta şişirdilmiş söhbətləri yalan hesab etmir, bunu əyləncə kimi göstərməyə çalışarlar. Halbuki Quranda “…yalan sözlərdən də çəkinin” (Həcc surəsi, 30) buyurulur. Bu səbəbdən, böyük-kiçik, zərərli-zərərsiz deyə düşünmədən yalandan çəkinmək lazımdır.

    Gülnarə YADİGAROVA

  • Mais TƏMKİN.”Quyruqlar”

    10646868_273655359498567_6620189188081019440_n

    Həyatda pak yaşamaq, doğrunu-doğru, əyrini-əyri yazmaq və ya söyləmək bütün bəşər əhlinə tanrıdan buyrulan bir hökm və vacib əməllərdən biridir.
    Bir də ki, Tanrı insanı yaradanda insanlığa xas olan bütün əlamətləri-yaxşılıqları onda əks etdirdi. Ona şüur, dərin zəka bəxş etməklə onu öz dərgahında mələklərdən də üstün görməyi arzuladı. Quyruqdan savayı bütün insani cizgiləri, bütün təbii boyaları onda tərənnüm etdi. Lakin insanlar sonradan tanrı yolunu azıb, bütün süni boyaları, cizgiləri özündə əks etdirməklə ona ona müxalif çıxmağa başladılar. Tanrı onlara quyruq verməyə-verməyə özlərinə quyruqlar düzəltdilər. Özü kiməsə quyruq olan özünə də bir neçə quyruq yapışdırdı.Və beləliklə ,quyruqların quyruğu artmağa başladı.
    Yəqin mövzunun hansı quyruqlardan getdiyi hamıya yavaş-yavaş aydın olur. Aydın olmaya da bilməz. Axı ,dərin zəka sahibləri, ancaq inək quyruğu,çaqqal, tülkü quyruqlarını və bir çox heyvanların quyruqları olduqlarını çox yaxşı bilirlər.
    Bu quyruqlardan fərqli olaraq bir quyruq üstündə dayanmaq istəyirəm: Tülkü quyruğu. Nəyə görə tülkü quyruğu? Çünki bu bu tülkünün əsl quyruğudur. Onu danmaq, qaraya ağ, ağa qara deməkdən başqa bir şey deyildir. Onu tülküyə Allah verib. Bir də ki, tülkü quyruğunu buluyanda öz həqiqi quyruğunu bulayır.Özünə süni quyruqlar düzəldib və onu özünə bağlayanlar isə qorxuya düşən kimi , bir quyruğun həyəcan keçirməsindən bütün quyruqlar təşvişə düşüb başlayırlar həyəcan keçirməyə . Mənim bəzi insanlara tülkü deməyə dilim gəlmir.Çünki onlar hiyləgərlikdə tülküdən də dəhşətli görünür. Axı tülkü dovşanla çaqqalın arasını vurub özü kənarda qalmır. Hələ tülküyüynən . Axı tülkü öz dostu tülkünün “süfrə”sində yemək yeyib, sonra da gedib öz tülkü dostuna hansı bir çaqqala və ya canavara satmır. Hələ öz tülkülüyüynən.
    Axı tülkü öz tülkü dostunun ocağını söndürüb və bu ocaqdan azacıq köz götürüb öz düşməni itin ocağını və ya çırağını həmin közlə yandırmır.Hələ tülkülüyüynən . Bir də ki , tülkü xəlvətdə nəsə edib , aşkarda sinəsini qabağa verib qeyrətdən dəm vurmur. Xülasə: hələ öz tülkülüyüynən !
    Əsil şəxsiyyətləri də heyrətləndirən, dəhşətə gətirən də tülküdən daha dəhşətli görünən , tülkü qədər qeyrəti olmayan şəxsiyyətsizlər adi insan olan şeytan donlu iblislər, üzdə “can” deyib xəlvətdə quyu qazanlar , məni görəndə məndən , səni görəndə səndən , insanlığa xas olmayan ideyaları əsas tutanlar,hər iki üzü sürtülmüş bir neçə quyruğu olan yaltaqlar , xəlvətdə “filankəs ən rəzil, qan içən adamdır “ deyib üz-üzə gələndə ikiəlli görüşüb hər iki üzündən öpən yaltaqlığı sümüyünəcən hopan “insan”lardır.
    Bəli ,bütün bunlar cəmiyyətdə baş verən ən iyrənc , ən alçaq hərəkətlərdən savayı bir şey deyildir.
    Mən yazımı hələ yekunlaşdırmamış ANS telekanalının hörmətli jurnalisti , əyri ni -əyri , doğrunu –doğru deyən qılıncdan kəsərli sözü ilə bütün haqsızlıqlara qarşı mübarizə aparan “Zorxana “ aparıcısı Orxan Fikrətoğlunun bir yekun sözünü xatırlamaq istəyirəm :–“Hələlik,sizinlə yeni görüşlərədək .,,Köhnə” Azərbaycanlı Orxan Fikrətoğlu”.
    Mən heç də sözümün yekununda belə demək və ya da yazmaq istəməzdim. Ona görə ki, Azərbaycan dəyişir, artıq köhnəlikdən uzaqdır. İnkişaf edir, yeniləşir, gündən–günə çiçəklənir. Köhnə sovet bayrağı əvəzində yeni üçrəngli bayrağımız vətən səmasında başımız üstündə dalğalanır. Bir əldə Azərbaycanımızın yeni üçrəngli bayrağı , bir əldə bütün haqsızlıqlara qarşı kəsərli sözünü , qılıncdan iti qələmini süngüyə çevirən, yeni azərbaycanda yeni addımlarla irəliləyən , yeni müqəddəs arzularlarla yaşayan Yeni Azərbaycanlı

  • “Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda keçirdiyi esse yarışması başa çatdı

    1423756700_sefa-xanim

    Yaxın günlərdə Azərbaycanda şəffaf və səmərəli fəaliyyəti ilə seçilən araşdırma saytı “Doqquz.az”ın təqdim etdiyi, məktəblilər arasında keçirilən “Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda esse müsabiqəsi başa çatmışdır.
    Qeyd etmək lazımdır ki, bu cür müsabiqələr şagirdlərin əqli və potensial imkanlarını aşkara çıxarmaqla yanaşı, onların yaradıcılıq və yazı qabiliyyətlərini də inkişaf etdirir. Hər hansı bir müsabiqə keçirilərkən hər şeydən əvvəl onun şərtləri açıqlanmalıdır. Qeyd olunan şərtlər əsasında redaksiyaya göndərilən materiallar daha şəffaf seçim əsasında və meyarlara uyğun qiymətləndirilər. Şagirdlər arasında təşkil olunan “Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda esse müsabiqəsi bu baxımdan təqdirəlayiqdir. Respublikanın müxtəlif regionlarından yarışmaya qatılan şagirdlər adı çəkilən sahədə yazı bacarıqlarını, eləcə də ölkəmizin tarixi və mədəniyyətinə nə dərəcədə sahib olduqlarını nümayiş etdirmişlər.
    Esse yazmaq şagirdin yazı bacarıqlarından, mövzuya bələdlik dərəcəsindən və yaradıcılıq təxəyyülündən ibarətdir. Esse yazan zaman nəzərə alınmalı nüanslar və meyarlar vardır ki, bunlara mütləq əməl olunmalıdır.
    Gəlin hər şeydən öncə essenin əsas əlamətlərinin nədən ibarət olduğuna nəzər salaq. Mövzu və məna baxımından düzgün yazılmış bir esse 1) kiçik həcmli, 2) konkret, 3) kompozisiya baxımından sərbəst və 4) üslubi cəhətdən aydın olmalıdır. Bundan başqa esse yazarkən onun sujet xəttinin gözlənilməsi, fikir aydınlığı və s. gözlənilməlidir. Esse giriş, əsas hissə və yekundan ibarət olur və onu yoxlamaq üçün meyarlar vardır. Bu meyarlar aşağıdakılardır:
    1) Mövzunun mahiyyətinin başa düşülməsi və onun açılmasının tamlığı;
    2) Fikrin faktlara, mənbələrə əsaslanaraq aydın mühakimələrlə verilməsi və inandırıcılığı;
    3) Terminlərdən, faktlardan düzgün istifadə olunması;
    4) Mühakimələrin aydınlığı və zidiyyətin olmaması;
    5) Fikirlərin ardıcıllığı.
    Yuxarıda qeyd olunan meyarlar nəzərə alınaraq yazılan esse düzgün yazı qaydalarının gözlənildiyi və əhatəli yazı olacaqdır. Bunlarla yanaşı, orfoqrafiya qaydalarının gözlənilməsi də essenin yazılması zamanı nəzərə alınması vacib olan nüanslardandır.
    “Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda esse müsabiqəsinə göndərilən esselər maraqlı və yaradıcılıq baxımından seçilən yazı nümunələri idi. Uşaqların esse müsabiqəsinə göstədikləri həvəs diqqətəlayiqdir. Lakin bu tipli yazı nümunələri yazılmamışdan öncə yaxşı olar ki, şagirdlər müəllimləri ilə məsləhətləşsinlər. Nədənsə tarixi şəxsiyyət dedikdə şagirdlər ancaq hökmdar, hərbçi və s. bu kimi insanları yada salırlar. Halbuki Azərbaycan xalqı öz qədim mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə seçilən öndər bir xalqdır. Şagirdlərimizə tarixi şəxsiyyət məhfumu düzgün aydınlaşdırılmır. Tarixi şəxsiyyətlərdən yazarkən musiqi tariximizdə, ədəbiyyatımızda, incəsənətimizdə böyük rol oynamış şəxsləri mütləq işıqlandırmaq lazımdır. Zərdüştdən, Dədə Qorquddan, dahi Üzeyirdən, Qara Qarayevdən, Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Səttar Bəhlulzadədən və s. (siyahını istənilən qədər uzatmaq olar) bəhs edən bir esse qarşımıza çıxmadı.
    Bütün bunlarla yanaşı, şagirdlərin bu sahədə göstərdikləri marağı və diqqəti alqışlayır, onların hər birinin ziyalı alnından öpürəm. Bizim bizdən sonrakı sabahımız olan balalarımız! Gələcəyiniz ürəyiniz qədər təmiz və aydın olsun! Hər birinizə uğurlar arzulayıram!
    Müsabiqəyə təqdim olunan bütün esselər təqdirəlayiqdir. Şagirdlərin yarışmaya qatılmaq cəhdi alqışlanası haldır və biz də yarışmada iştirak edən bütün şagirdləri alqışlayırıq. Yarışmaya təqdim edilən 30-dan artıq esse arasından münsiflər heyətində təmsil olunan mütəxəssislərin tövsiyəsi ilə beşini fərqləndirə bildik. Yuxarıda sadaladığımız prinsiplər əsasında fərqlənən həmin 5 esseni yarışmadan öncə söz verdiyimiz kimi Doqquz.az saytının diqqətli oxucularına təqdim edirik.

    Kazımova Şəfa
    Azərbaycan Respublikasının Təhsil
    Problemləri İnstitutunun böyük elmi işçisi

  • Azad olmayan cəmiyyətin azad qadını

    Təhminə fahişə idi, yoxsa ona fahişə damğası vuran cəmiyyət?

    Çoxlarınız oxumuş olarsınız demirəm, baxmış olarsınız deyirəm. Çünki kitab oxuyanı bu qədər çox olmuş olsaydı, zatən, bu cəmiyyət Təhminəni potensial fahişə kimi görməzdi.

    “Təhminə və Zaur” filmi çoxlarımıza məlumdur. Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin sujeti əsasında çəkilmiş bu film Azərbaycan mentalitetinə bir o qədər də sığmır. Axı, biz mental dəyərlərə, milli-mənəvi məsələlərə qarşı çox həssasıq. Bu film də çoxlarının gizlində izlədiyi, ailəsinin yanında baxa bilmədiyi filmlərdən hesab olunur, Azərbaycan üçün…

    Əsəri oxuyanlar üçün məsələ daha aydındır. Məlumdur ki, kinoda dəyişiklik olması qaçınılmazdır.

    Dünən sosial şəbəkədə 12min insanın (qadının) toplaşdığı bir qrupda bu filmdən bir sitat paylaşılmışdı. Eynilə olduğu kimi sizlərə də çatdırıram: “Hər bir kişinin həyatında bir “Təhminə” mütləq olub. Cəsarətli olanlar sahib çıxıb, cəsarətsizlərə isə xatirələr qalıb!

    Rəyləri izlədim, Təhminə obrazını normal məntiqlə təhlil edənləri də oldu, məsələni bakirəliyə qədər sürüyüb gətirənləri də, hətta belində qırmızı lenti olmasa, o qızı almaq olmaz deyənləri də.

    Məsələ burada bir neçə istiqamətdə inkişaf edir. Əvvəla qeyd edim ki, bu rəylərdən bir şeyi anladım, cəmiyyətdə qadınları “baltalayan” elə qadınlardır. Təhminə obrazına elə yanğı ilə “hücum” etdilər ki, bir anlıq elə bildim ki, Meral Konrat gəlib bunların əri ilə sevişib. Polemika anlayışımız, müzakirə qabiliyyətimiz çox-çox aşağılardadır. Bu mövzunu qadın nöqteyi-nəzərindən də müzakirə edənlər oldu, ədəbiyyata dəxli olmayan, hətta bir kitab qapağı qaldırmayanlar da, əsəri oxuyub normal məntiqli əsaslarla yanaşanlar da. Bir şeyi də qeyd edim ki, qadınlarımız çox aqressiv olublar, əllərində qılınc ərlərinin ətrafında dolaşan qadınları öldürəcəkmiş kimi hazır dayananlar vardı. Anam-bacım, səni kimi “paranoyak” bir qadını kişi neynəsin axı? Sənin özünə güvənin yoxdur, bir fikri normal qəbul edib, əsaslandıra bilmirsən, Təhminəni monitor arxasından yıxıb-sürüyürsən, elə, sənin evdə yemək bişirib, “ərim mənə xəyanət etmir” deyə-deyə yaşamağın daha labüddür.

    Keçək Təhminəyə. Əsərdə Təhminə obrazı fahişə kimi verilməyib. Evli olduğu halda Zauru sevir. Elə Zaur da onu sevir. Və Təhminə üçün yalnızca şaiyələr gəzir. Bu şaiyələrə görə cəmiyyət Təhminəni fahişə olaraq görür. Səbəbi çox aydındır. Bir az qadın eqoistliyi və ər itirmə qorxusu.

    Təhminə evlidir, amma onun ərini niyə bu qınaqlardan, yıxıb-sürümələrdən kənarda saxlayırıq? İkinci bir tərəfdən, evli olduğunu bilə-bilə Təhminəni sevən, sevişən Zaurun adı nədir? Öz anasının təhqirlərindən belə (sadəcə küçədə qadın sözlərindən eşitdiyi) Təhminəni qoruya bilmir. Hansı sevgidən, kişilikdən söhbət gedir? Yaxşı, Təhminənin həyatı gətirməyib, mutsuz, mənasız bir evliliyi var, Zaurla rastlaşıb. Evli bir qadınla sevgi adı altında sevişən Zaur bu cəmiyyət üçün kişi olduğuna görə mi süddən çıxmış ağ qaşıq olur? Anasının aldığı qızla evlənəcək qədər aciz, sevgisini bu qədər cılızlaşdıran bir obraz niyə bu cəmiyyəti narahat etmir?

    Yazıçı özü də əsərində Təhminə obrazını fahişə kimi göstərmədiyini bildirib. Spartakla və başqa kişilərlə heç bir münasibəti olmadığı halda şaiyələrə əsasən mi Təhminəni fahişə edirik? Yoxsa evli olduğu halda subay bir insanla – Zaurla sevgi yaşadığına görə mi? Hər iki situasiyanın səbəbkarı kişidir, niyə bunu görə bilmirik? Zaur və Təhminənin əri… Məsələ başdan-başa kişi obrazların alçaqlığı üzərində qurulub. Bunu anlamırıqsa, başqa nəyi deməyə ehtiyac qalır ki?
    Təhminəni fahişə edən bizim toplumdur. Fahişə sözünün etimologiyasını belə bilməyən toplum!

    Və bu qaçınılmazdır ki, Zaur gücü, cəsarəti çatsaydı, Təhminəni özünün də dediyi kimi məlaikə edə bilərdi. Çünki Təhminənin evliliyi möhtəşəm bir yaşantı üzərində qurulmamışdı. Zaurun acizliyi, qorxaqlığı buna imkan vermədi.

    Bu gün toplumda Zaurlar da var, Təhminələr də. Məsələ də eynilə qalır. Bu cəmiyyət nə qədər ki, Təhminələri fahişə olaraq görəcək, Zaurlar Təhminələrdən sadəcə “kamını alıb” qorxaqcasına öz köşəsinə, ana qucağına çəkiləcək, bu problem həmişə olacaq.
    Təhminə azad olmayan cəmiyyətin azad qadını idi. Fahişə damğasını da bunu dərk etməkdə aciz olan beyinlər yapışdırmışdı.

    Sevgi bu qədər cılız, bəsit şeylər üzərindən yox ola bilməz. Zaurun sevgisi vardı, amma qorxaqlığı, acizliyi onu çəkilməyə məcbur etdi. Təhminənin ölümündən sonra bunu daha dərindən anladı.

    Və sonda, əziz xanımlar, Təhminənin həmcinsləri, qorxmayın, Təhminə gəlib sizin ərinizi sevməyəcək, sevişməyəcək. Gedin, əsərin özünü oxuyun, həyata bir az açıq gözlə, daxili vicdanla, ürəyinizin səsi ilə baxın. Dünyanı dördbucaqlı zənn edib, 90 dərəcəlik bucağın küncündə dayanmayın, dünya dairəvidir.

    Və bir qadının fahişə olmağı üçün mütləq bir kişi rolu gərəkdir. Qadın tək başına fahişəlik edə bilməz.

    Təhminəni fahişə edən cəmiyyətin “əxlaqlı” insanları, dünyaya xoş gəldiniz!

    Sayğılarla!

    Aysel ABDULLAZADƏ

  • Aqil SABİROĞLU.”İmtahan”

    asm

    Bu yaxınlarda dost paylaşmalarının birində çox maraqlı bir yazı oxudum.Düzü onu insanları doğru yola çağıran bir rəvayət zənn etmişdim.İndicə vaxt tapıb o yazını axtardım,tapa bilmədim.Səbəb isə onun rəvayət olmadığı üçün idi.O yazıda olmuş əhvalat nəql edilirdi,bu da Azərbaycan üçün sensasiya sayıla bilərdi.Bu gün isə onu təsadüfən xırda təfərrüatı ilə öyrəndim.
    Salyan şəhər sakini Hacı Mahir bir yas məclisində bu əhvalatı belə nəql etdi: “Mədrəsədə oxuyan zaman Gəncədən bir oğlan da bizimlə oxuyurdu.Deyim ki bu gün də onunla hal-əhval tuturuq.Adı Həsənbala,atasının adı Hüseyndir.Həmişə də zəngləşən zaman o şirin Gəncə ləhcəsi ilə “qadan alım” deyə şux səslə müraciət edirdi.Bir gün yenə zəng edib hal-əhval tutan zaman Həsən məni çox soyuq dindirdi.”Necəsiniz?” sualına çox soyuq tərzdə cavab verdi.Dedim ay Həsən,məndən küsmüsən,nədir?Dedi yox,qardaş,atam bizi qoyub “böyrü üstündə”.Dedim axı Hüseyn dayı ipək kimi adamdır.”Elə onun ipək kimi olması evimizi yıxıb da”,-dedi.Sonra isə əhvalatı olduğu kimi danışdı.Deməli Həsən bir ərzaq dükanı açır.Atası deyir ki bala,təqaüdçü adamam,satıcı elə özüm işlərəm.Razılaşırlar.Həsən işləri ilə əlaqədar evə bir də altı aydan sonra gəlir.Və…onu dəhşət bürüyür;Hüseyn dayı malları nisyə paylamışdı və bunun da miqdarı 4850 (xırdaları ilə işim yox) manat idi.Oğul atasına nə qədər təkid edir ki gedək borc pulları yığaq,ata deyir gedə bilmərəm.İndi də Hacı Mahirin dostunun qanı ona görə qara imiş.Həsən dostu Hacıya “sən Allah,siz də bizə dua edin,bu müşkül həll olunsun”-deyə xahiş edir.Səhəri gün saat on bir radələrində Həsən Mahirə sevinclə zəng edir və deyir Allah bir möcüzə yaradıb.
    …Səhər tezdən Hüseyn kişi dükana gedərkən oğlu Həsən deyir:”Hara gedirsən,qalan malları da paylamağamı?”-deyə kinayə ilə soruşur.Ata pərişan olur,əlini Allaha açıb yalvarır ki məni öz balama belə möhtac eləmə!Həsənə isə deyir ki,bu gün pulları gətirəcəm.Əgər pul tapmasam,evə gəlməyəcəm.
    Dükanda vəziyyət ürəkaçan olmur.Bir azdan dükana çox kasıb geyimli qırx yaşlarında bir kişi daxil olur.Hüseyn dayıdan ona nisyə çörək verməsini xahiş edir.Kişi fikirli-fikirli “götür,get”-deyir.Gözü isə qarşısındakı borc siyahısında olur.”Qonaq” çörəyi götürüb çıxır,sonra geri dönüb soruşur ki o dəftərdən niyə gözünü çəkmirsən,nə olub?
    Hüseyn kişi bir az əsəbi halda cavab verir:
    -Bu görkəmlə mənə köməkmi edəcəksən?Sənə çörək lazım idi,onu da verdim.Gedə bilərsən.
    Qonaq əl çəkmir,əlacsız qalan dükançı hər şeyi olduğu kimi danışır.
    Qısası,”kasıb” qonaq pulun hamısını ödəyir və dəftəri alır.Dükançıya isə deyir:
    -Ağsaqqal,mən bu işdən ötrü düz 28 dükan gəzmişəm,heç kim nisyə çörək vermədi.Belə ki bilərəkdən belə geyinib yoxlayıram,Allah xatirinə bu işi görürəm.Sənə halaldır,sağlıqla qal.
    Hüseyn kişinin yadından özü belə çıxdığı halda çox kasıb bir qonşunun qızı gəlir nisyə bir neçə ərzaq (çörək,yumurta…) istəyir və deyir ki dayım gəlib verəcək pulunu.Hüseyn dayı iki zənbil ərzaq hazırlayıb özü (uşağın gücü çatmırmış) onların darvazasına aparır və deyir ki,qızım,anana de dayı gəldi də,getdi də…

  • Şəhanə Müşfiqin “525-ci qəzet” də dərc olunan məqaləsi

    10991500_412390748927178_5095940301571747132_o

    Dünən – dekabrın 25-i sevimli şairimiz Ramiz Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və yaradıcılığını çox sevdiyim, şeirlərini hər zaman sevərək, böyük zövqlə oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı ömür, daha böyük yaradıcılıq uğurları arzulayıram! Sözünüz heç tükənməsin, Ramiz müəllim! Çoxlarının hiss etməyini, deyə bilmədiyini, yazmağı bacarmadığını duyan ürəyiniz, deyən diliniz, yazan qələminiz var olsun!
    Gözündən ölməyə başladı atam,
    Gözündən düşməyə başladı dünya.
    Saraldı gözünün ağ çiçəkləri,
    Gəlib gözlərində qışladı dünya…

    Şeir elə ilk misrasından cəlb edir məni… Qulaq kəsilirəm… Getdikcə sözlərin, misraların ahənginə qarışır nəfəsim…

    …Gözüylə dünyanın arasındakı,
    İşıqlı nə varsa uçuracaqdı.
    Elə yapışmışdı gözü ölümdən,
    Elə bil əlindən qaçıracaqdı…

    Bir-birinin ardınca düzülən sözlər yalnızca misra, bənd yox, bir ölüm mənzərəsi yaradırdı gözlərimin qarşısında… Artıq yanımda dayanıb bu şeiri mənə dinlədən insanın varlığını belə unutmuşdum. Gözlərim hər an yağmağa hazır bahar buludu kimi dolmuşdu…
    Bir az sonra şeiri dinlədən dostumun səsi çəkib aldı məni xəyalların soyuq ağuşundan:
    – Bəyəndin?
    – Çoooox…
    Bu an qulaqlarımda səslənən ölüm melodiyası susdu, qarşımda gözlərini süzdürə-süzdürə nazlanan ölüm bir göz qırpımında yoxluğa qarışdı…
    – Müəllifi kimdi bu şeirin?
    – Ramiz Qusarçaylı.
    Düzünü deyim ki, bu adı birinci dəfə idi eşidirdim. O vaxta qədər heç bir şeirini oxumamışdım. Bəlkə öz səhvim idi, bəlkə də tale qarşılaşdırmamışdı. Ancaq tanışlığımız çox gözəl bir şeirin vasitəsiylə oldu.
    Sonradan Ramiz Qusarçaylının yaradıcılığı ilə daha yaxından maraqlanmağa başladım. Sonra bir tədbirdə bu böyük şairlə görüşmək şərəfinə nail oldum…
    Ramiz Qusarçaylı qələmi iki əsri bir-birinə bağlayan bir körpünü xatırladır. Hansı ki, istənilən an körpünün bizim əsrə aid başından boylanıb ötən əsri rahatca görmək, onun haqqında təsəvvür əldə etmək mümkündür.
    Ramiz Qusarçaylı səfalı təbiəti, zəngin tarixi, şirin dili, mehriban və istiqanlı əhalisi ilə məşhur olan Qubada yaşayır. Ancaq onu məşğul edən, ürəyinə dərd salan, gecəsini gündüzünə qatan problemlər bir əyaləti, bir şəhəri, bir ölkəni əhatə etmir. Onun fikir-xəyalları dağlar, dərələr aşır, sərhədləri adlayır, ölkələr dolaşır, gecə-gündüz yorulmadan, usanmadan yol gedir. Şairi incidən dünyanın dərdləridir, bəşəriyyəti bürüyən ağrı-acılardır:

    Adam – adam aşınır Yer,
    Qiyamətə daşınır Yer,
    Daha Göydən boşanır Yer,
    Talağına şükür, Dünya!

    Şair bu yaşına kimi çox adamlarla qarşılaşıb, demək olar ki, hər cür insan görüb. Onların arasında “qapıb bir-birini tutanlar” da var, “iliyinə, sümüyünə qədər ac olanı” da var, “adamdan asılanı” da var, bir yetim payına göz dikən də var, özü içində min cür şeytan bəsləyə-bəsləyə bir şeytanı daşlamaq üçün gedəni də var… Şair insanların bu qədər böyük sürətlə cılızlaşmasından təəssüf hissi keçirir. Ona görə də son çarə kimi üzünü Allaha tutan müəllif ondan adamları nə quşdan, nə heyvandan deyil, elə adamdan qorumasını istəyir.
    “Hərənin bir cür zurnaçı” olduğu dünyada şair “züy tuta bilməməsi” ilə bir növ fəxr edir. O, başqaları kimi öz mənafeyini güdmür, öz mənfəətinin arxasıyca qaçmır. Özü də dediyi kimi onun davası safdır, təmizdir:

    Davam nə can davasıdı,
    Nə də yorğan davasıdı,
    Azərbaycan davasıdı –
    Ayrı dava mənlik deyil.

    Uzun müddət idi Ramiz müəllimin yaradıcılığını araşdırırdım. Onun müxtəlif şeirlərini oxuduqca arada şeirlərdə vəsf olunan dağlardan əsən xəfif meh dalğalandırırdı saçlarımı. Sonra o meh dolaşıb gəldiyi çəmənin ətrini yayırdı otağa. Elə bu an hardansa uzaqlardan, lap uzaqlardan quşların civiltisi bir oynaq nəğmə kimi oxşayırdı qulaqlarımı. Bir az keçmiş dağların nazlı gəlini Afurca çağlayıb – coşur, elə misraların arasındanca atırdı özünü, şəlalənin saf suyu ilə islanırdı üst-başım. Hər sətir yenicə şumlanmış torpaq, hər misra yenicə biçilmiş otun xoş rayihəsi ilə oxşayırdı könlümü:

    Elə bil çəməndə toy-düyün olub,
    Heyrətim güllərin gözündən öpür.
    Arılar o qədər ərköyün olub,
    Qönçə açılmamış üzündən öpür.

    Və ya:

    Gül elə soyundu ləçəklərini,
    Arılar üzünü yana çevirdi,
    Bu çiçək axşamı, bu gül axşamı…

    “Dünya kökdən düşüb” deyən şair dünyanın faniliyini dərk edir, özünü dünya nemətləri üçün öldürən insanların halına baxıb elə dünyanın özüylə birgə gülür:

    Nə daş, nə tüldü dünya,
    Daş əldə güldü dünya…
    Dünya mənim deyənin,
    Yasında güldü dünya…

    Ali məktəbdə ədəbiyyat nəzəriyyəsi fənnində belə bir mövzu var idi: yazıçının yaradıcılığı araşdırılarkən şəxsiyyəti, yaşadığı mühit, mənsub olduğu cəmiyyət də öyrənilməlidirmi? Bu mövzu ətrafında ədəbiyyatşünaslar üç qismə bölünüb, üç fikri müdafiə edirdilər. Birinci qisim ədəbiyyatçılar yazıçının şəxsiyyətini, yaşadığı mühitin öyrənilməsini vacib sayır, hətta əsərlərindən belə üstün tuturdular. Onlar öz fikirlərini belə əsaslandırırdılar ki, ədəbiyyat həyatı əks etdirir, yazıçı da əsərlərini həyatdan alırsa, demək ki, öz ətrafından, yaşadığı cəmiyyətdən, öz dövründən bəhrələnmiş olma ehtimalı daha yüksəkdir. Buna görə də bir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır.
    İkinci qisim isə yazıçının şəxsiyyətinin, yaşadığı mühitin öyrənilməsini heç də önəmli hesab etmir, heç buna gərək də görmürlər. Onların fikrincə, qələmə alınan ədəbiyyat nümunəsi yazıçının təxəyyülünün məhsulu da ola bilər. Bu cür əsərlərə ətrafın təsirini düşünmək yersizdir.

    Üçüncü qisim tənqidçilər isə hər ikisinə eyni cür yanaşmağın tərəfdarıdırlar. Belə ki, əgər bir yazarın yaradıcılığı araşdırılırsa, həmin yazar bütünlüklə öyrənilməlidir. Həm əsərləri, həm şəxsiyyəti, həm də yaşadığı mühit ümumi halda araşdırılmalı və yalnız bundan sonra onun yaradıcılığı haqqında söz deyilməlidir.
    Əslində, mənim fikrimcə də əgər bir şairin, bir yazıçının əsərləri haqqında danışırıqsa, o yalnız yazar kimi yox, həm də insan kimi öyrənilməlidir. Çünki istər – istəməz hər bir insanın yaşadığı cəmiyyət, dövr, şəxsi həyatında baş verən hadisələr, özünün daxili xarakteri də qələmə aldığı əsərə və ya ən yaxşı halda hansısa obraza təsirini göstərir.

    Məhz bunun nəticəsidir ki, Ramiz Qusarçaylı haqqında olan bu yazını yazmağa tələsmədim, şeirlərində gördüyüm Ramiz müəllimi həyatda da axtardım və çox sevindirici haldır ki, tapdım. Gördüm ki, Ramiz müəllim yalnız qələm arxasında vətənpərvər olan, yalnız kağızın üstündə insanlıq nümayiş etdirən, tribuna qarşısında pəhləvana dönən şairlərdən deyil. Onun əlində qələm olsa da, olmasa da o, yenə də eyni insandır. Buna görə də onun hər misrasında ucalan haqq səsi insanın qulaqlarını yağır eləmir:

    Dizimin üstünə gələnlər artır,
    Dizlər gözdən salır düz adamları.
    Dizimdən aşağı ölənlər artır,
    Artır bu dünyanın diz adamları.

    Yuxarıda qeyd etdiyim kimi, şairin şəxsiyyəti ilə sözləri bir-birini tamamlamalıdır. Bunu Ramiz müəllim də gözəl anlayır. Elə onun ürəyini bulandıran da ətrafındakı şair həmkarlarının bəzilərinin saxtakarlığıdır. “Kəs, bu şairin də dadına baxaq” deyən müəllif başqa bir şeirində şairlərin iki dövrünü müqayisə edir. Bu müqayisə satirik dillə elə qələmə alınıb ki, insan şairlərin halına gülmək, yoxsa ağlamaq lazım olduğunu anlaya bilmir:

    …Nizama düşübsüz, səfə düşübsüz,
    Cild-cild, kitab-kitab rəfə düşübsüz,
    O qədər çoxalıb yazmalı dərdlər,
    Deyən dərd əlindən kefə düşübsüz,
    Axşamınız xeyir, şair dostlarım.

    İndi nə sevincdən göz yaşları var,
    Nə qəmin üzünə gülür şairlər.
    Bir zaman öləndə doğulardılar,
    İndi sağlığında ölür şairlər,
    Ramiz Qusarçaylı, axşamın xeyir.

    Ramiz Qusarçaylı yaradıcılığından danışıb onun vətənə, Azərbaycana, Qarabağa həsr olunmuş şeirlərini xatırlamamaq ən azından günah olar. Ümumiyyətlə, Ramiz müəllimin bütün yaradıcılığında bir nisgil, bir intizar, bir üsyan, bir hayqırış var. “Gecələr dağlara baxa bilməyən” şairin bu həsrəti bir dağ olub asılıb ürəyindən.

    Ramiz müəllimin şeirlərində Şuşa həsrəti bir başqa cür göstərir özünü. Onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin bir yerində şair deyir:

    …Şuşada sən qonduğun daşa
    pir deyəcəyəm,
    Çəkəcəyəm gözümə
    kölgən düşən torpağı,
    Azərbaycan bayrağı…

    Şairi bütöv Azərbaycan dərdi göyüm-göyüm göynədir. Vətəninin getdikcə daralan sərhədlərini görən bu vətən həsrətli insanın sinəsindən bir ah qalxır ki, bu ah bir alova dönüb- dağları, daşları, o taylı, bu taylı Azərbaycanı bir-birindən ayrı salan tikanlı məftilləri yaxıb, yandırır, yox edir. Şair Vətəninin başına gətirilən müsibətlərin günahını onun-bunun üstünə atmır, hamı kimi özünü də günahkar bilir, özünü də bağışlamır:

    Ürək dindi ağla, söz dindi ağla,
    Ağla hər misranı, hər bəndi ağla.
    Təbrizi, Şuşanı, Dərbəndi… ağla,
    Mənim ölmüşümə rəhmət düşürmü?

    Şairi hər yerdə olduğu kimi məhəbbət şeirlərində də cəsarətli görürük. Onun sevən aşiqi sevgisi uğrunda hər cür əzab-əziyyətə, hətta ölümə belə hazırdır:

    …Çox ayrılıq əsdi bizdən,
    Üşüdülər istimizdən…
    Dağ yeriyə üstümüzdən,
    Keçə… səni sevəcəyəm…

    Və ya:

    Sığışmırdım yerə-göyə,
    Bəlkə quru səsdim sənə,
    Şeirim, sözüm azdı deyə
    Ürəyimi kəsdim sənə…

    Ramiz müəllimin şeirlərini oxunaqlı, təsirli edən bir sıra səbəblər var. Ən başlıcası odur ki, şair şeirlərini Azərbaycan ədəbiyyatının “ana vəzni” hesab olunan, laylalarımızın, bayatılarımızın, nəğmələrimizin söyləndiyi heca vəznində qələmə alır. Bütün çətinliklərinə baxmayaraq, heca vəzninin Azərbaycan xalqına, oxucusuna olan doğmalığını, onun ruhuna yaxınlığını kimsə inkar edə bilməz. Başqa bir cəhət isə şairin dil sadəliyi, şeirlərində bədii təsvir və ifadə vasitələrinin zənginliyidir. Şair oxucusu ilə elə onun öz sadə, şirin ana dilində, el ləhcəsi ilə danışır. O, yeri gələndə “ev”ə “öy” deyir, ya da xalq arasında “çobanaldadan” kimi tanınan bir bitkini şeirinə obraz olaraq seçə bilir:

    Bir ot bitir
    bu yerlərin dərəsində,
    dərələrin tirəsində…
    …yaşıl otun bir adı var,
    ada bax,
    Çobanaldadan…

    Şair epitet, metafora, metonimiya, litota, mübaliğə, inversiya kimi bədii təsvir və ifadə vasitələrindən də böyük ustalıqla istifadə edir:

    Dağlar bir-birinin xətrinə dəyir,
    Daşlar bir-birini yeyir, baxsana-

    – misralarında metaforanın gözəl bir nümunəsi ilə qarşılaşırıq. Belə ki, burada insana aid xüsusiyyətlər dağların, daşların üzərinə köçürülür. Və ya şairin “Gileyli” şeiri başdan-sona metaforaların üzərində qurulub:

    Bu yaz gec gəlmişəm doğma yerlərə,
    Gəzdiyim yamaclar, yallar gileyli.
    Başımın üstündə buludlar küskün, –
    Ayağım altında yollar gileyli.

    Ramiz Qusarçaylının şeirlərində mübaliğə (şişirtmə) və onun əksi olan litotanın (kiçiltmə) da gözəl nümunələrinə rast gəlirik. Məsələn:

    Baxma nə yazılıb daşımın üstə,
    Qəbrim çiçəkləyər ahımdan, gözəl.
    Bir bulud ağlasa başının üstə,
    Mənəm, muğayat ol ruhumdan, gözəl-

    -misralarıyla müəllif dərdinin, sevgisinin nə qədər böyük olduğunu göstərməyə çalışırsa,

    Gül gülə ötürər,
    Sünbül sünbülə,
    Yaşıl heydən salar, al vurar məni,
    Elə durulmuşam, elə yüngüləm,
    Bir quş dimdiyində qaldırar məni-

    – sözləriylə isə özünün cismini o qədər kiçildir ki, hətta bir quşun belə onu qaldıra biləcəyini söyləyir…
    Fikrimcə, müasir ədəbiyyatımızda Ramiz Qusarçaylı kimi sözün qədrini, dəyərini anlayan, sözə sahib çıxan vicdanlı bir şairin varlığı XXI əsr Azərbaycan ədəbiyyatının önəmli qazancıdır, desəm, əsla mübaliğə etmiş olmaram.

  • Ərtoğrul Türk MEHDİZADƏ.”Qafqaz müharibəsi” (1817-1864)

    Tarixi Nöqteyi Nəzər

    Qafqaz, 150 il (1720-1870) Çar Rusiyasının od-alovu içərisində, yandı. Amma, bu alovun söndürülməsi üçün, bir birlik yaranmışdı, bu birlik, Qafqaz Birliyi idi. Mübarizlərlə rus qoşunları arasında ki, qarşılaşma, Qafqaz Müharibəsi adlanır və müstəmləkə imperiyasına qarşı çevrilmiş Milli-Azadlıq Hərəkatının, əsasında, Nəqşibənd Təriqətinin, Müridizm ideyası dayanırdı. Hərəkatın əsas məkanı, Dağıstan və Çeçenistan idi.
    Milli Nöqteyi Nəzər
    Cəsur Qafqaz Oğulları, Milliyyətindən, irqindən, dilindən və dinindən asılı olmayaraq, Qafqazın Hürriyyəti və Müstəqilliyi uğrunda, Milli-Azadlıq və Qafqazlılar Hərəkatı prinsipi ilə işğalçı Çar qoşunlarına qarşı, Mübarizəyə Qalxdılar. Hərəkatın iştirakçılarının çoxunu Türk Müsəlmanlar, Qeyri-Türk Müsəlmanlar və Xristianlar: Azərbaycan, Avar, Çeçen, İnquş, Kabardin, Balkar, Qaraçay, Çərkəz, Qumuq, Gürcü, Abxaz, Acar, Rutul və Ləzgi Millətləri, Təşkil Edirdilər. Döyüşlərdə ən çox fərqlənənlər Avarlar, Çeçenlər, İnquşlar və Çərkəzlər idi. Qafqaz Müharibəsi dövründə, Hökmranlıq edən, Rusiya Çarları, bunlar idi: I Aleksandr(1801-1825), I Nikolay(1825-1855), II Aleksandr(1855-1881). Rusiyadan və Ukraynadan Qafqaza gələn könüllü dəstələrdə, Mücahidlərə qoşulur və Çar qoşunlarına qarşı, vuruşurdular. Qafqazlıların baş komandanları, növbə ilə daha əvvəllər Şeyx Mənsur Çeçenistanlı, yeni dövrlərdə isə İmam Qazi Məhəmməd Gimrəvi(1828-1832), İmam Həmzət Bəy Qoçatlılı(1832-1834) və Şeyx İmam Şamil Dağıstani(1834-1859) idi. Şübhəsiz ki, Hərəkatın daha alovlu olması, Türk qanlı Cəngavərlərin Şücaətinin, Böyük bir nəticəsi idi.
    Dini Nöqteyi Nəzər
    Qafqaz, Millətlərinin çoxu, Dini mənsubiyyət baxımından, İslam dininə etiqad edən, Müsəlmanlar və az bir qismi isə Xristianlar idilər. İslam dinində, hər Müsəlmanın yerinə yetirməli olduğu, vacib bir şərt vardır. Bu şərt, Cihad Etmək Şərtidir. Cihadın da, öz şərtləri vardır: Yalnız və yalnız, Özün, Ailən, Dostların və Vətənin uğrunda, cihad etməlisən. Qafqaz Müsəlmanları, Allaha daha çox bağlı olduqlarından, İslam dininə daha dərin etiqad etmələrindən, onlarda Vuruşmaq ruhu, daha böyük olmuşdur. Onlar Allah, Peyğəmbər, Din və Vətən uğrunda Vuruşurdular, rus zabitlərini və əsgərlərini, “Kafir” adlandırıb, bir zərbə ilə məhv edirdilər. Şimali Qafqazda yaşayan Müsəlmanlar, təmiz Əhli-Sünnə Təriqətinin mənsubları idilər və onlarla birgə vuruşanların az bir qismi isə şiələr idi. Xristianlar isə İslami Cihad yox, Qafqazın azadlığı, Qafqaz Millətlərinin müdafiəsi, Ümumi Azadlıq uğrunda və Öndən gedən Müsəlman Liderləri Xilaskar və Vahid Milli Lider adlandıraraq, onların vahid azadlıq bayrağı altında Birləşib, düşmənə qarşı Vuruşurdular. İmam Şamil, Cihad haqqında, belə demişdi: İstilaya uğrayan Vətən Torpaqları, sülh ilə ələ keçməz, Döyüşlə Alınar. Allah, Haqq və Vətən uğrunda vuruşanlara, Yardımçı olsun. Qafqazlılar!, İllərdən bəri sinə gərməyə çalışdığımız, ən dəhşətli an, gəlib çatmışdır. Edə biləcəyimiz yeganə iş, düşmənlə fasiləsiz və amansız Vuruşmaqdır. Bu günə qədər Hərb etmək, Şərəf və Vətən borcu idi. Amma, bu gün, Hamımızın üstünə Fərz Olmuşdur. İmam Şamil, Qafqazda şəriət-İmamət Dövləti qurmuşdu. Bu Dövlət, Qafqaz İslam Dövləti adlanırdı. İmam Şamil Qafqazın və Qafqazlıların həm Siyasi Lideri və həm də ki, Dini Lideri sayılırdı. Qafqazlılar, Vətən uğrunda vuruşmaqla, öləndən sonra Şəhid olacaqlarına və Cənnətə qovuşacaqlarına, İnanır və Etiqad edirdilər.
    Hərbi Nöqteyi Nəzər
    Qafqaz ərazisi, vuruşan hər iki tərəf üçün, Hərbi cəhətdən əlverişli və strateji əhəmiyyətə malik bir ərazi idi. Qafqazın, Mücahidlər üçün, hərbi cəhətdən daha əlverişli olması, onların Qafqaza daha yaxşı bələd olmalarıdıysa, Qafqazın, ruslar üçün hərbi cəhətdən daha əlverişli olması isə ondan ibarət idi ki, Qafqazın şimal hissəsi, Cənubi Qafqazdan yəni ki, Abxaziya və Gürcü ərazilərindən, mühasirəyə alınmışdı və Şimal hissəsi, asandçılıqla ələ keçiriləcəkdi. Sadəcə olaraq, Qafqazın cənubu düz yollardan ibarət idisə, şimal hissəsi isə uca dağlarladan və hündürlüklərdən başlanırdı. Qafqaz mübarizləri, ruslara qarşı, yüksək keyfiyyətli tələlər qururdular və Çar qoşunlarını, o, tələyə salıb, məhv edirdilər. Ruslar, Şimali Qafqazın Hündürlüklərinə, qalxdıqca və irəlilədikcə, tez-tez üç və ya dörd Qafqazlının, qəfil hücumu ilə qarşılaşırdılar və ya üstlərinə böyük daş qayaları atılırdı. Çarın göndərdiyi iri rütbəli Generallar, zabitlər və hərbi dəstələr, Vüqarlı Qafqaz dağlarında, pərən-pərən düşərək, məhv olub, ölürdülər. Qafqazlılar, öz ərazilərində, daha asand vuruşurdular. Amma, bu ərazilər, ruslar üçün yad idi deyənə, çaş-baş qalırdılar.
    Dünyanın imperialist Dövlətlərinin, Qafqaz Xalqlarının, işğalçı Rusiya imperiyasının müstəmləkəsinə qarşı, apardıqları Milli-Azadlıq hərəkatını, dəstəkləmələri və siyasi məqsədləri.
    Siyasi Nöqteyi Nəzər
    Qafqaz müharibəsi dövründə(1817-1864), iri imperialist Dövlətlərin(İngiltərə, Fransa, Osmanlı İmperiyası), Qafqaza aid böyük siyasi maraqları var idi və Qafqaz Millətlərindən, öz siyasi maraqları üçün, çox yaxşı istifadə edirdilər. Rusiyanın qafqazı işğal etməsi və qafqaza sahiblənməsi, ona qarşı, Osmanlı və Avropa Dövlətlərini, birləşdirirdi. Hələ, 1722-1723-cü illərdə, Çar I Pyotrun Qafqaza yürüşü, Avropa və Osmanlı tərəfindən, çox böyük narazılıqlarla, qarşılanmışdı. Əslində, Qafqaz millətləri arxasında, Rusiyaya qarşı İngiltərə və Osmanlı vuruşurdu. Qafqaz Mücahidlərinin Dini və Siyasi Lideri olan İmam Şamil, Osmanlı imperiyasının, müdafiə etdiyi xüsusi bir şəxs idi. Çünki, İmam Şamillə bərabər, Şimali qafqaz millətləri, Osmanlı imperiyasını özlərinə dost bilir və ona meyl göstərirdilər. Zahirdə, güya belə görsənir ki, Qafqaz əhalisi, təkbaşlarına birləşiblər və ruslara qarşı vuruşurlar. Amma, pərdəarxası planlar, gizli qalırdı. İmam Şamil Dağıstanı, Çeçenistanı, İnquşetiyanı əhatə edən bir Qafqaz İslam Dövləti qurmuşdu və bu Dövlətin adı, İmamət Dövləti adlanırdı. Əslində, Bu dini Dövlət, Avropa dövlətlərinin, Rusiyanın qafqazı işğal etməsinə qarşı qurduqları, böyük sipər və alınmaz bir qala idi. Qafqaz Millətlərinə hərbi və maddi yardımların göstərilməsi nəticəsində ruslar, qafqazı 50 ilə qədər işğal edə bilmədilər. İmperialist dövlətlər, Şimali qafqaz millətlərinin, güclü dini imanından və güclü Milliyyətçilik ruhundan istifadə edirdi. Qafqazlıların axrasında Osmanlı, Osmanlının arxasında isə İngiltərə dayanırdı. Çar Hökümətinin siyasətçiləri, Şeyx Şamilin əsir götürülməsindən və Qafqazlıların alovlanan milli-azadlıq hərəkatının süqutu nəticəsində başa çatan Qafqaz müharibəsindən sonra İmam Şamilin, Böyük Britaniya kəşfiyyatının adamı və Osmanlı imperiyasının casusu olduğunu, dedilər. Aydın məsələdir ki, bu hərəkatın arxasında Avropa və Osmanlı Dövlətləri dayanırdı. Amma, hər şey mübarizəni böyük əzmlə aparan və Vətənləri uğrunda hətta, ölümlə barışan Qafqazlıların vuruşmağından aslı idi. Düzdür, Qafqazlılar yalnız və yalnız müsəlman ölkələrindən və ən əsası Osmanlıdan, dəstək gözləyirdilər. Amma, onlar rəsmən və öz istəkləriylə Avropa dövlətlərinin, Rusiyaya qarşı ittifaqına qoşulmamışdılar. Əslində, Qafqaz meydanlarında, Rusiya və Avropa, Osmanlı Dövlətləri müharibə aparırdılar, Qafqaz Millətləri, sadəcə olaraq, bir sipər idi və bu sipər, Rusiya tərəfindən darmadağın edildi. Qafqazda baş verən Milli-Azadlıq Hərəkatı, çox şaxəli bir hərəkat idi və bu alovlu hərəkatda özləridə bilmədən, Döyüş oyununa girən aldanmış Mücahidlər, hər iki tərəfdən, məhv edildilər.

  • Ən son nə zaman arvadınız üçün sevgili olmusunuz?

    “Yemək gətir, bütün gün canım çıxıb işdə…” – bu cümlə ilə başlayan axşamlar var ailələrdə.

    Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq.

    Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib.

    Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.

    Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir.

    Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, “yemək gətir, çay gətir” kimi əmrlərlə davranıb, istirahətini televizor qarşısında davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür.

    Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən?

    Və gecə yarısıdır, yatmaq zamanı gəlincə “yorğunam, mən yatıram” deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir? Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq.

    Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: “Ailə başqadır, bu işlər başqa”.

    Sən ailə qavramını nə olaraq alqılayırsan? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman “ər” tabusundan çıxıb, sevgili ola bilmisən?
    Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vazkeçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?

    Bir də bu var… Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. “Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki?, Bu haqda hardan eşitmisən?” kimi suallarla adamı hisslərindən soyudan “ər”lər var.

    Bəyəm, hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar “sən bunu etmisən ki, bilirsən?” nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq.

    Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək. “Ər və arvad” tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə, ancaq, uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınlar da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!

    İndi mən sual verirəm, bəylər…

    Ən son nə zaman qadınınıza: “sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et” demisiniz?

    Ən son nə zaman: “evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar” demisiniz?

    Nə zaman: “Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək” deyib bunu istəmisiniz.

    Ən son nə vaxt: “əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?”

    Nə zaman: “bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək” demisiniz?

    Ən son nə vaxt: “sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək” demisiniz?

    Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz?

    İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız?

    Və bəylər, ən son nə zaman ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?

    Aysel Abdullazadə

  • Cənab Rafiq Odayın Yeni il təbriki

    rafiqoday

    Sədri olduğum Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı adından, nəzdimizdə olan gundelik.info və edebiyyat-az.com saytları adından, təsisçisi və və baş redaktoru olduğum “Möhtəşəm Azərbaycan” qəzeti adından, həmçinin çalışdığım SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidməti adından xalqımızı və dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni – 2016-cı il münasibətilə səmimi-qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, süfrlərinə bol ruzi-bərəkət, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində görülən işlərdə yeni-yeni nailiyuyətlər arzulayıram.

    Sevgi və sayğılarla: Rafiq Oday,
    şair-publisist, respublikanın Əməkdar jurnalisti

  • Ərə getmək aksiyasına hazırlıq nə zaman bitəcək?

    Niyə həyatı tezləşdiririk?

    Nə üçün zamanı qabaqlamağa çalışırıq, saatın əqrəblərini tez-tez çevirib vaxtı irəlilətməklə yaşayırıq?

    Bir insan doğuldu, bir ananın övladı dünyaya gəldi. Bu övlad qızdırsa, zamanı lap çox darıxdırırıq. Ana qızını böyütməklə, onun tərbiyəsi, təhsili ilə məşğul olmur, vaxt keçsin, 16-17 yaşına gələn qızını evləndirsin deyə fikirləşir. Hələ uşaq vaxtlarından cehizlər yığılır. Bahalı dəstlər, qab-qaşıq, yorğan-döşəklər hazır olur. Bircə qalır, qızın ərə getməyi…

    Özünü anlayandan qızlar analarından “cehiz” sözünü eşidirlər, bu sözün təsiri ilə böyüyürlər. Fikirlərinin bir nöqtəsində ərə getmək qəlibi özünə yer açır və yaş irəlilədikcə bu qəlib yerini böyüdür. Bu şəkildə böyüyən bir qız mütləq ərə gedəcəyinin doğrultusunda həyatının formatını bəlirləməkdə aciz olur. Nəticədə, insan həyatının axarının qarşısı alınır. Fikir olaraq düşündüyü bu situasiya artıq yaşamında təzahür edir.

    Ərə getmək, ailə qurmaq çox doğal bir haldır. Amma bu düşüncəni lap kiçik yaşlardan beyinə yeridib, həyatı bunun üzərinə adaptasiya etmək yaşamın formatından uzaqlaşmağa gətirib çıxarır. Ana qızına gözəl əxlaq, tərbiyə aşılamalı, bunun üzərində çalışmalıdır. Sonrasında yaxşı təhsil verməli, zəka və bilgi vəhdətində dünyagörüşünün genişlənməsini sağlamalıdır. Ona cehiz avadanlıqlarının gözəlliyindən və vacibliyindən yox, kültür, nəzakət qurallarının önəmliliyindən bəhs etməlidir.

    Bir qıza öncə kültür, sonra təhsil gərək olan ən önəmli amildir.

    Kültürsüz və təhsilsiz qadın toplumu məhv etməyə qadirdir, çünki insan qadın – ana tərbiyəsindən yetişir, formalaşır.

    Zaman məfhumunun tələsdirilməsindən bəhs etdik. Ananın qızına yalnız ərə getmək, cehiz toplamaq xüsusunda verdiyi, aşıladığı tərbiyə yanlışdır və nəticədə, bir insan yaşamı öz cığırından çıxaraq idarə olunmağa məhkum olur. Halbuki, insan həyatının idarəsi insan əlində ola bilməz. Axarı ilə yaşanılan həyat ən düzgün və uyğun olandır.

    Orta məktəbi bitirən, yaxud universitet təhsili alan bir gənc qızın beyninə “niyə evlənmirsən, evdə qalacaqsan, ərə getmək vaxtıdır” yeritməyin, əslində, insan həyatına müdaxilə etmək olduğunun fərqində deyilik. Həyatın qanunları onun öz idarəsindən asılıdır. Bəli, ailə qurmaq həyat quralıdır və bunu zaman, yaşam özü cızaraq insana gətirib çıxaracaq. Zamanı qabaqlamaq doğaya qarşı gəlməkdir ki, bu da ən böyük yanlışlıqdır.

    İnsan həyatı kimsədən asılı ola bilməz və müdaxilə zəminində uçurum kənarına aparılmağa müvəffəqdir. Yaşam zamanla vəhdətdədir. Axarı ilə yaşanılan həyat ən doğru olandır.

    Övladlarınıza evlənməli, ərə getməli olduqlarının məcburiyyətindən bəhs etməyin. Onlar, zatən, doğallığın insana verdiyi xüsusları müəyyən yaşa gəldiklərində anlayacaq və dərk edərək qəbul edəcəklər.

    Kiçik yaşlarından başlayaraq qızlarınıza cehiz toplamaq aksiyasından vaz keçin, onlar üçün kitab-dərgi toplayın, bilgi verin, təhsilə yönləndirin və gözəl bir yetişkin insan formalaşdıraraq əsərinizi dünyaya tanıdın.

    Aysel Abdullazadə

  • Gürcüstan Türkləri Həmrəylik Bayramını qeyd etdilər

    Hər il dekabr ayının 25-də “Borçalı” Cəmiyyəti Gürcüstan Türklərinin Həmrəylik Bayramını təntənəli şəkildə qeyd edir. Artıq ənənə halını almış bu bayram tədbiri hər il olduğu kimi bu dəfə də böyük ehtişamla baş tutdu. Azərbaycan jurnalistikasının mogikanı, professor Şirməmməd Hüseynovun, professor Telman Əliyevin, xalq artisti Flora Kərimovanın, millət vəkili Qənirə Paşayevanın, Türkiyədən gəlmiş qonaqlar – “Kars Sərhəd Boyları Dərnəyi”nin başkanı Meherrem Yıldızın, “Tərəkəmə-Karapapak Türkleri” kültür ve sanat derneyinin başkanı Engin Aybirdinin, Gürcüstanın, eləcə də respublikamızın sayılıb-seçilən ziyalılarının iştirak etdiyi həmrəylik tədbiri xoş anlarla yadda qaldı.
    Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirin aparıcıları Elbəyi Cəlaloğlu və Güllü Seyidli Gürcüstan Türklərinin Həmrəylik Günü tədbirinin mahiyyətindən bəhs etdilər. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişafı naminə Cəmiyyətin gördüyü işlərdən danışdı. Natiq onu da qeyd etdi ki, Gürcüstan rəhbərliyinin “Borçalı” Cəmiyyətinin sədrinə qarşı tətbiq etdiyi qadağa siyasəti təkcə Zəlimxan Məmmədliyə deyil, bütün Borçalı və Azərbaycan türklərinə qarşı sayğısızlıqdır və bu qadağa tezliklə aradan qaldırılmalıdır. “Biz buna ümid edirik və Gürcüstan tərəfinin məsələyə obyektiv yanaşması labüddür.”
    Sonra Akademik Zahid Xəlilov adına “Türklüyə xidmət” mükafatının təqdimatına başlanıldı. Həmin mükafata professor Telman Əliyev, millət vəkili Qənirə Paşayeva, xalq artisti Flora Kərimova, dünya şöhrətli ozan Araz Elsəs və Gürcüstanın əski millət vəkili Ramiz Bəkirov layiq görüldülər.
    Professor Şirməmməd Hüseynov mükafatı Telman Əliyevə təqdim edərək, ona və Borçalı türklərinə dəyərli fəaliyyətlərində uğurlar arzuladı. Millət vəkili Qənirə Paşayeva da yüksək mükafata layiq görüldüyü üçün “Borçalı” Cəmiyyətinin sədrinə və təşkilat üzvlərinə minnətdarlığını bildirdi. Zəlimxan Məmmədliyə qarşı Gürcüstan hakimiyyət orqanlarının haqsız qərarına etirazını ifadə edən millət vəkili, tədbir iştirakçılarını bu qadağanın ləğvinə bütün qüvvəsiylə səy göstərəcəyinə əmin etdi. Xalq artisti Flora Kərimova Zəlimxan bəyi “dəyərli ictimai xadim”, “görkəmli Türk ziyalısı” adlandıraraq, çıxışını öz bənzərsiz ifaları ilə sona yetirdi.
    Növbəti mükafatın – “İlin Şərəf medalı”nın sahibləri də elan olundu: Yıldıray Aydemir (Türkiyə), İbrahim Burhanov (Axıska türkü), Murad Sarıyev, Anar Rafiqoğlu, Məhəmməd Mustafayev, “Kanal 13” TV-nin yaradıcı kollektivi, “Şuşa-Elat” muğam üçlüyü, Neli Məmmədova, Savalan Osmanoğlu, Akif Qaralov, Vaqif Aydınoğlu, Mirzə Maşov.
    Bayram gecəsinin sürprizi “Şah İsmayıl Xətai Fondu”nun prezidenti Təvəkkül Səfəvinin Zəlimxan Məmmədlini, Məhərrəm Yılıdızı və Seyfullah Türksoyu qızıl əyarlı “Türk Dünyası Dostluq Ordeni” ilə təltif etməsi oldu.
    Təqdimetmə mərasimi başa çatdıqdan sonra törən müğənni və aşıqların rəngarəng ifaları ilə davam etdirildi.

    Qiymət MƏHƏRRƏMLİ,
    AMEA, Folklor İnstitutu və AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçi,
    Filologiya üzrə fəlsəfə doktoru
    Bakı-İstanbul-Bakı.

  • Dövlət və Din

    e2f10c8acbc7

    Niyə dövlətlə dini müqayisə etmək üçün məqalə yazmaq istəyirik, çünki dövlətin önəmi və vəzifələri dedikdə, adətən siyasi fikirlərə rast gəlirik. Amma bir dövlət üçün din olmazsa, olmazlar sırasındadır. Çünki millətləri ayaqda tutan, dövlətləri güclü edən ən önəmli ünsürlərdən biri mənəvi dəyərlərdir, din əxlaqıdır.

    Dövlət nə deməkdir?

    Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifahı təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Yən, dövlətin vəzifələrindən biri də təhlükəsizliyi, sülhü və rifahı təmin etməkdir. Əgər bir dövlətdə din lazımı səviyyədə hörmət, dəyər görmürsə və ya dinin əsli izah edilmirsə, cəmiyyətin üzvləri həqiqi dini məlumatlarla maarifləndirilmirsə, o zaman dövlətin siyasətində çatışmamazlıq baş verir. Dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoya bilir. Dövlət nüfuzundakı ən kiçik bir boşluq, bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnir ki, bundan da hamı zərər çəkə bilir. Dövlət və millət, dövlətin və millətin zəif nöqtələrini bilən xarici və daxili bəzi mənfəət güdən çevrələrin təsiri altında qalır. Çünki bir dövlətin və millətin dini dəyərləri zədələnərsə, radikallığın ortaya çıxması qaçınılmazdır. Radikallıq da əvvəl-axır cəmiyyətdə çatışmaya səbəb ola bilir. Məsələn Nardaranla bağlı hadislərdən bir daha şahidi olduq ki, xürafələr pusquda gözləyən təhlükəli silah deməkdir. Düşmənin əlinə keçərsə, bir dövləti parçalamağa qadirdir. Bunun örnəklərini bir çox müsəlman ölkələrindən görmüşük. Bu səbəblə, Azərbaycan gəncliyi bu məsləni həm ilk öncə dini qarşısında vəzifəsi kimi bilməli, həm də dövlətini və vətənini qorumaq vəzifəsində də ilkin şərtlərdən olduğunu dərk etməlidir.

    Dövlətimiz xürafələrə və istənilən radikal düşüncələrə qarşı elmi mübarizədə gənclərinin yolunu daim açmışdır. Amma görünür ki, bu kifayət deyilmiş, çünki Azərbaycanın hər yerinə təbliğin çatması üçün dövlətin özü birəbir dini mövzular əhatəsində vətəndaşlarını maarifləndirmə sistemini qurmaqda maraqlı olmalıdır. Necə ki, bir azərbaycanlı olaraq, güclü dövlət mexanizminə uyğun hər sahədə öz töhvəmizi verməliyik və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıyıq, dövlətimiz də millətini səhv etiqatlara aldanıb, yoldan çıxarılmasının qarşısını almaqla, həm dövlətini, həm də millətini zərər çəkməkdən qorumaqla vəzifəli olduğunu unutmamalıdır.

    Mirzə Fətəli Axunzadənin də dediyi kimi, insanların mühüm vəzifələri var. …Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə, bu halda kamil insan sayılar. Əgər o bunların bir hissəsini yerinə yetirərə, natamam insan sayılar. Əgər bu vəzifələrdən heç birinə əməl etməzsə, deməli insan qismindən çıxar və heyvan qisminə daxil olar. Birinci vəzifə bundan ibarətdir ki, insan pis əmməllərdən uzaq olmalıdır. İkinci vəzifə xeyir işlər görməlidir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmalıdır. Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaq içində yaşamalıdır. Beşinci vəzifə elm yolu ilə getməlidir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həm fikirləri arasında qanuni hüquqların müdafisəsi üçün mübarizə aparmalıdır.

    Esmira Nizami qızı

  • “Bir az güzgüyə baxmalıyıq, məncə…”

    Azərbaycan televiziya efirində məna və anlam yükü çox yüngül olan verilişlər ön plandadır və sayca da çoxluq təşkil edir. Bunun günahını ilk növbədə toplumda görmək lazımdır. Çünki televiziya zövqü birbaşa veriliş reytinqinə təsir edən amildir. Bu, problemli hissənin bir istiqamətidir. İndi isə sizə gördüyüm bir efir eybəcərliyindən danışmaq istəyirəm.
    Türkiyənin layihəsi olan “İşte benim stilim” yarışmasını bizimkilər də həmən “kapmışlar”.
    Evdə televizora baxan deyiləm, qonaq getmişdim. Təsadüfən, bu veriliş başladı. Sən demə, elə birinci bölüm imiş, nə kəramətdirsə artıq. Nə isə, bir az izləməli olduq. Hamı istəyər ki, öz milləti ilə qürur duysun, yaxşı işlərini danışsın, fəxr eləsin. İndi nədən danışaq, nədən öyünək, nə ilə fəxr edək?
    Jürisi bir dərddir, seçdikləri yarışmaçılar da ayrı bir dərd.
    Bu necə etikasızlıq, nitq mədəniyyətsizliyi, davranış pozğunluğudur? Bütün dünyanı qoyuram kənara, ən azı iki millətin, iki ölkənin gözləri önünə bu qabiliyyətsizliyinizi sərgiləməyə utanmırsınızmı?
    Efir mədəniyyəti hara qeyb olub? Nə vaxtdan efirdə “uje, arvadskoy” kimi varvarizmlər işlənir? Elementar danışıq qabiliyyətin yoxdursa, nə işin var bu qədər toplum önündə? Efir mədəniyyəti olan insan o dəqiqə hiss olunur. Bir tək Natali Borzicsky’ı (aktrisa modelyer) bəyəndim (konseptə uyğun geyimi, davranışığı, danışığı ilə) , onun da təbii ki, təcrübəsindən irəli gəldiyi danılmazdır. Amma efirə çıxırıqsa, ən azı xırda elementlər öyrədilməlidir, seyirçi zövqünü bu qədər kirlətməyə haqqınız yoxdur!
    Onları oraya seçən necə seçib, nəyi əsas götürüb, anlamıram.
    Bu yarışma dünyada bir çox ölkələrin imza atdığı layihədir. Amma bu şəkildə – zövqsüz, bayağı, qabiliyyətsiz və banal formada sərgiləməklə o ölkələrdən “seçilirik”. Xüsusən də, çəkiliş Türkiyədə baş tutubsa, bu elə-belə şey deyil. O ölkədə insanımızın kültürünü, nitq mədəniyyətini, davranışını bu cürmü sərgiləməliydik? Anlayıram, yarışmaçıların ilk efir çıxışı ola bilər, amma özünü aparmaq, danışıq formatı ilk deyil, bu adam nədirsə, efirdə də odur.
    Və jürilərin, əsasən də, azərbaycanlı olduğu halda model Günay Musayevanın nitqindəki “çoxluq” insanda ikrah və yaltaqlıq hissi doğrur. Bu efirdir, dünya izləyicisinə çatacaq bir formatda sərgilənən verilişdə Türkiyə türkcəsində danışmaq niyə? Azərbaycan türkcəsi sizi qane etmir?
    Günay mediaya karyerası və işi gərəyi Türkiyə türkcəsinin həyatının bir hissəsinə çevrildiyini söyləyib. Bəs, onda belə çıxır ki, bu verilişi karyera və işinin tərkib hissəsi saymırsan? İşin gərəyi Azərbaycan dilində danışmalı və öz ölkənin dövlət dilinə sahib çıxmalısan. Xoşun gəlmirsə, Azərbaycan teleməkanına mənsub bir layihədə iştirak etmək hüququn olmamalıdır. Bu məsələ də yenə birbaşa efir nəzarətsizliyinə gətirib çıxarır. Qeyd edim ki, məqsədim Türkiyə və Azərbaycan qardaşlığına ayrımcılıq gətirmək deyil, Azərbaycanın dövlət dili istifadəsinin mütləqliyini vurğulamaqdır.
    Bir də açar sual: Zaur nə vaxtdan “moda uzmanı” olub ki?
    Bu yarışma üçün daha uğurlu və uyumlu jürilər seçmək mümkün idi demirəm, seçilməli idi deyirəm. Fəxriyyə Xələfovadan başqa orada bu verilişə jüri olaraq seçilənlər işin mütəxəssisi deyil. Aparıcı nə vaxtdan modadan, konseptdən anlayan olub?
    Ən sadə Türkiyədəki jürilərə baxsaq, aparıcı da seçilir, jürilər də moda sahəsində öz sözünü demiş, bu formatda imzası təsdiqlənmiş uzmanlardır – Hakan Akkaya, Uğurkan Erez, Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu və aparıcı Öykü Serter.

    Aysel Abdullazadə

  • Məhəmməd TURAN.” Görən o məktubun axırı necə oldu?..”

    12113359_1644259745815327_8563565984306098338_o

    Bəzən insan ani hisslərin, ani duyğunun, ani əsəbin ucbatından sonradan ömür boyu peşman olacağı elə işlər görür ki…
    Sonra o peşmançılıq hər zaman insanın ürəyini dəlir. Təbii işdir, hər kəs aldanır – lənət şeytana! Şəfa Vəlinin bir obrazı var. Bilmirəm, bu obraz onun ürəyinin küncündə yaşayırmı, Şəfa Vəlinin ürək ölkəsində elə bir adam varmı, yoxsa Şəfa xanım öz duyğulu təxəyyülündən yaradıb bu obrazı?! Amma Şəfa Vəli elə bir şeir yazıb ki, məncə, ordakı o obraz təxəyyül yox, yaşayan canlı obrazdır. Şəfa Vəlinin ürəyindən süzülən misralarda elə saf ürəkli bir obraz olub ki, o obraz…Təşəkkür etsin Şəfa Vəliyə ki, onu belə duyğuyla təsvirə çəkib…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon!
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon!

    Bu bənd… Dilimin əzbəridir bu bənd… Əsas da uzun yola çıxanda yoldaşlıq edir mənə. Əlin, ürəyin var olsun Şəfa Vəli, özün var ol! Məsum hisslərə baxın… Aşiqin məsum-məsum etdiyi naləyə baxın… Ona fikir verin ki, burdakı obraz sevgilisinin bundan küsməyindən yox, o qədər duyğusaldır ki, sevgilisinin ürəyini qırmaqdan qorxur… Əhsən belə aşiqə!

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ!
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Baxın, şeirin ən çox peşmançılıq ifadə edən bəndidir bu bənd… İçində öz-özünə təsəlli verir ki, bəlkə, nə ola, başqa qapını silkələyə, məktub çatmaya… Bu təsəllini poçtalyona xitab şəklində versə də, dərinə baxanda görünür ki, obraz bu sözlərlə özünə təsəlli verir, Allaha yalvarır… Yarının göz yaşına qıymır. Göz yaşı görməyəsən, ay Şəfa Vəli…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam.
    Ona doğru gedən yollar,
    Bu məktubla bağlanacaq…

    Mənim ürəyimi ağladan yeganə bənddir bu şeir aləmində… Çünki burada obrazın nə demək istədiyini çox gözəl anlayıram, çünki bu hissləri mən də yaşamışam… O peşmançılıq hissi olur ha! Adam üzünü yastığa sıxıb bağıra-bağıra ağlamaq istəyir. Əminəm ki, bu obraz da həmin hissi yaşayırmış… Bir də sevgilisini görməməkdən çox qorxur, çoox… Əslində, bu şeir mənə həyatda hər şeyi min ölçüb, milyon ölçüb bir biçməyi öyrətdi… Ona görə savaba batdın, Şəfa xanım!
    Şəfa xanımın hər misrasında neçə çalar var. Bir də Şəfa Vəlinin qafiyələrini çox sevirəm, çox maraqlı və heç işlənməmiş qafiyələri var. Şəfa Vəliyə yaradıcılığında daha böyük uğurlar, həyatında isə bol-bol təbəssüm, can sağlığı arzu edirəm…
    Şəfa Vəli, eyni zamanda, böyük bacımızdır bizim – “Abla”mızdır… Bir də, o bayaqdan obraz-obraz deyirdim ha, o elə Şəfa Vəlidir!

  • Kənan AYDINOĞLU.”Gəncənin tarixi yaddaşındadı”

    Photo Kenan

    Gəncə deyəndə hər dəfə yadıma Şəfa Vəliyeva düşür.Yenə də masa arxasında əyləşib, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olub, geniş oxucu auditoriyasını yeni əsərləri ilə tanış edən son dərəcə həssas və qayğıkeş gənc nəslin nümayəndələri içərisində özünəməxsus yer tutan ən çox sevdiyim Xanımyazar.
    Bədii təxəyyülünün və potensialının gücləndirilməsi üçün kifayət qədər ciddi mütaliə etməsi ilə diqqəti cəlb edir.Hər dəfə istər mətbu orqanlarda, istərsə də mədəniyyət və ədəbiyyat yönümlü portallarda görəndə ürəyimdən keçən ilk fikir həmin yazıları saytlarda, o cümlədən mətbu orqanlarda dərc olunmasına nail olmaqdan və xoş anı Şəfa xanımın oxucuları ilə və şəxsən özü ilə paylaşım etməkdən ibarətdir.
    Özü də dəfələrlə şahidi olmuşam ki, özünün sadə geyim tərzi və davranış forması ilə səmimiliyini qoruyub saxlaya bilir.Şeirlərinin hamısını məhz özünə həsr etməsi çağdaş dönəmdə onu həmyaşıdlarından köklü surətdə fərqləndirir.Hekayələrini oxuyanda isə hər dəfə eyni bir fikir dolaşır gözlərim önündə: Yaşadığı bu gözəl ömrün bir hissəsi əks olunub əslində hekayələrində. Üzləşdiyi problemlərə və narahat olduğu hər bir məqamı oxucu auditoriyası ilə bölüşmək üçün novator yazar kimi çıxış edərək qaranlıq qalan hər bir məqama özünəməxsus şəkildə işıq salmağa çalışır.Xüsusilə də Çağdaş Azərbaycan ədəbi mühitində Şəfa Vəli imzası ilə tanınan xanım yazar Bakı-Gəncə avtobusu ilə ölkəni qarış-qarış gəzib,ömrünün ən gözəl anlarını məhz sadə xalq arasında yaşaması doğulub, boya başa çatdığı bir yurda-Göyçə mahalına və yaradıcılıq nümunələrini qoynunda ərsəyə gətirdiyi Gəncəyə bağlılığı ilə fərqli yaşam tərzi ilə seçilən ədəbi-bədii ideya istiqamətini doğru müəyyən etmiş istedadlı gənc nəslin fəal nümayəndələrindəndir.
    Aşıqların ustadı Dədə Ələsgərin ocağından olması saza, sözə sonsuz sevgi və sayqı ilə yanaşması bir neçə misranın ərsəyə gəlməsində qığılcım rolunu oynadı.

    Mən indi bildim ki, sənin sevincin,
    Sözündə, gözündə, göz yaşındadı.
    Ələsgər yurdunun yadigarısan,
    Gəncənin tarixi yaddaşındadı.

    Ta qədim zamanlardan bu yana dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi kimi görkəmli söz sənətkarı yetirən ən çətin və ağır günündə belə döyüş meydanında yağıya təslim olmayan Gəncənin qoynunda yaşaması, ekoloji cəhətdən təmiz hava şəraitində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparması Bakı-Gəncə avtobusunun ən sevimli sərnişini Şəfa xanım Vəlini ictimaiyyət nümayəndələrinə istedadından xəbər verməyə sövq edən növbəti ədəbi faktor kimi gözlər önündə canlanır.Gəncəni daha çox mənə sevdirən və Gəncənin qədim və zəngin tarixi ilə yaxından tanış olmağım üçün qəlbimdə sonsuz sevgiyə vəsilə olan böyük məmnunluq hissi ilə “Canım Bacım”-deyə müraciət etdiyim əsərləri ilə geniş oxucu auditoriyasının, xüsusilə də mənim rəğbətini qazanmış Şəfa xanım Vəliyevaya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!
    ALLAH Sizi və tüm Sizi sevənləri qorusun! İnşAllah!

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.24 dekabr 2015-ci il

  • Qalib RƏHİMLİ.”Sözdən sevgiyə gedən yol”

    01

    Zaman-zaman Aybəniz Əliyarın dövrü mətbuatda, feyzbuk səhifəsində yeni şerləri ilə qarşılaşıram. Hər şerini də diqqətlə oxuyuram. Açığını deyim ki, onun şerlərindəki cəsarət məni ovsunlayıb. Hamının gündəlik həyatda qarşılaşdığı məqamları Aybəniz xanım sözün sehri ilə elə cilalayır ki, ovsunlanmaya bilmirsən. Balaca bir ürəyə bu qədər sözün və sözdən doğan sevginin necə yerləşdiyi düşündürür adamı. Onun həyata və həyata xüsusi rəng verən sevgiyə münasibəti tam fərqlidir. İstər ilahi eşq yolunda, istər vətən, təbiət sevgisində çox səmimidir. Yazdıqları boğazdan yuxarı deyil, ən başlıcası sözü zorlamır. Çox aydın görünür kü, söz bu xanımın içindən qaynayıb dilinə gəlir. Belə olan halda da qələmə aldığı fikir və düşüncələr sevilə-sevilə oxunur. Əslində şairlik özü bir ilahilikdir, haqqdan gələn vergidir. Poeziya isə bu ilahilikdən su içib zənginləşən mənəvi bir qidadır.

    Aybəniz xanımın şerləri məni elə cəlb etmişdi ki, bir gün də ondan mənə kitab göndərməsini xahiş etdim. Sağ olsun, qırmadı məni və sonuncu- “Qürubda günəş” kitabını göndərdi. Fikrim Aybəniz xanımın şerləri barədə sadə bir oxucu fikirlərini bölüşmək idi. Aradan bir xeyli keçsə də mən fikirlərimi indi qələmə aldım. Amma istədim söz dünyasının fatehi olan bu xanımın sonuncu kitabına onu hansı şerləri ilə gəlməyimdən qısaca deyim.

    Hər şair yaradıcılığında öz ömrünü yaşayır. Sevinci, kədəri, vüsalı, sevdalı günlərini, zamanını, tarixini, gələcəyini yazır. Aybəniz xanım da belədir. Şerləri onun ömrüdür, dəyəridir. Həm də bu xanımda Yaradanın ömrünə gətirdiklərinə bir şükür demək cəsarətidə var. Alnına yazılanlarla barışmağı bacarır.

    Vallah, qəmdi hər tərəfim,
    Ömrü qəm edənə şükür.
    Qəmləri qəlbdə yoğurub,
    Gözdə nəm edənə şükür.

    Şükür dedim milyon kərə,
    Şükür etsin bir cür hərə.
    Ürəyimi bu qəmlərə,
    Verib yem edənə şükür.

    Gözlərim göz qaydasında,
    Sözlərim söz qaydasında.
    Hər şeyi öz qaydasında,
    Eşqi kəm edənə şükür.

    Yapıb intizar dağımı,
    Bitirib gənclik çağımı,
    Həyatda axtardığımı,
    Səndə cəm edənə şükür.

    Aybəniz xanımın yaradıcılıq miqyası təkcə eşqin aliliyi, bu yolda yaşanan iztirablar, göz yaşları ilə məhdudlaşmır. Çoxşaxəli yaradıcılıq dünyasında yer tutan hər şeri oxunaqlıdır, sevilən və yaddaşlarda yaşayandır. Yaradıcılığında təbiətlə sevginin bir arada təsviri çox inandırıcıdır.
    “Qürubda günəş” kitabını çox vərəqlədim. Elə şerləri oldu ki, onu dönə-dönə oxudum. Hər oxuduqca yeni bir məna, yeni bir nəfəs gördüm. Onun böyüklüyü bir də ondadır ki, tək özünü yazmayır. Onu oxuyanların hər biri bu şerlərdə özünü görə bilir. Bu isə şerin dünyəviliyi, yaradıcılığın sərhəd tanımamasıdır. Mənə elə gəldi ki, Aybəniz xanım sözdən sevgiyə, sevgidən isə Qürubda günəşə gəlib çata bilib. Gecəni yatıb səhər yenidən doğan günəşin hərarətini, sevgiləri isitməyini, bumbuz qəlbləri oyatmağını çox dəqiq və dürüst qələmə alıb. Bu yol asan deyil və olduqca çətin, iztirablı, səsli küylüdür. Bütün bunları Tanrının verdiyi istedadla elə gözəl adlayıb ki, adam ona heyran qalmaya bilmir. Xanımın yaradıcılığında bir də bu hikməti və ardıcıllığı gördüm.
    Gerçəklik təbii ki, ictimailəşəndə təsirli olur. İctimai fikri isə yalnız cəsarəti olan, düşüncə və məntiqi real həyatla səsləşən insanlar tərəfindən formalaşır. Aybəniz Əliyar kimi. “Yenə bax” şerində reallıq daha qabarıq görünür. Bu şer dəyəri ilə ilk diqqətimi çəkənlərdəndir.

    Ağlayan qadını sevmir kişilər,
    Çətin bu ürəklə gələm xoşuna.
    Yenə bax, gəlmişəm, bir qədəh gətir,
    Süzüm göz yaşımı, al çək başına.
    Bir də bax,
    sən mənə baxanda, canım,
    İlk eşqin düşürmü yadına sənin?
    Süzüm göz yaşımı, al çək başına,
    Qoy sərxoş desinlər adına sənin.
    Ümid ağır yükdür, sən də güclüsən,
    Nəbadə darıxma, gələcəm yenə.
    Hələ axşama var, gözlə ağlayım,
    Yarım deməsinlər qədəhlərinə.
    Xəyalın dolaşır yarıyuxulu,
    Mənim taleyimin küçələrində.
    Kaş bir də görəydim necə olursan,
    O sərxoş olduğun gecələrində.
    Fikrimcə bu şer yalnız sevən və duyan könüllərin harayıdır. Harayı isə Abəniz Əliyar qaldırıb. Özünün saf qəlbinin, düşüncə tərzinin məhsulu kimi. Həm də çox inandırıcı formada sözdən sərxoş bir sevgi dünyası yaradıb. Meydən yox, göz yaşlarında şərxoş bir dünya.

    Açdın ürəyini, bildim, anladım,
    Bu ürək özğənin, bu bədən yadın,
    Axı mən deyiləm dediyin qadın,
    Nəyimi sevirsən, nəyimi mənim?
    Baxın, nə gözəl deyib Aybəniz xanım. Açılan ürəyin sevgi yükünə səmimi və dəyərli bir cavab. Bu cavab ürəyini açanı sındırmır məncə. Ürəyin və bədənin özgəyə məxsusluğu sadə və səmimi formada deyilib. Əslində həqiqi sevginin axtarışına ümid verilib, ünvanın o olmadığı elə sevgi notları ilə çatdırılıb.

    Bir siqaret yandır,
    ikimiz çəkək…
    Qoyma ki, sönsün…
    Heç olmasa, dodaqlarım,
    dodaqlarının yerinə toxunsun…

    Yanadırılan və iki nəfərin çəkdiyi siqaretin sönməsini istəməyən müəllif əl çatmayan sevgisinin ətrinə, dodaqların bir-birinmə toxunma yoluna necə səmimi yanaşıb. Sanki bu siqaret sönsə qönçə sevgi puç olacaq və dodaqlar bir də heç zaman birləşməyəcək.
    Aybəniz Əliyar şerlərində bəzən ağrılı qadın, sevgidən əzaba gedən yolun yolçusu kimi də görünür və hətta əl açıb Allahdan canının elə belə alınmasını yox, iztirab və acı ilə alınmasını, çəkdiyi ağrıların heç kimin bilməməsini istəyir. Bu şairin ağrılarla baş-başa qala biləcəyindən, hətta onu çəkmək gücünə malik olmasından xəbər versə də misraların içində gizlənən nikbinliyi də sezməmək mümkün deyil. “Məni” şerinin ilk bəndi dediyim ağrı yükü ilə, Allahdan daha kəskin ağrı istəməsi ilə təqdim olunur.

    Allah, elə-belə alma bu canı,

    Bir soyuq baxışa tuş eylə məni.

    Qara gecələri sevən gözəlin,

    Gözündə bir damla yaş eylə məni.

    Elə ağrı ver ki, bilməsin heç kim,

    Əqlimi məhkum et, ruhumu küskün.

    Əvvəl göyümü qur; buludlu, çiskin,

    Sonra bir havalı quş eylə məni.

    Baxın, misra-misranın təsdiqi və açılmasıdır elə bil. Allahdan canının elə-belə alınmasını istəməyən şair soyuq baxışa tuş gəlməyini, qara gecələri sevən gözəlin gözlərində yaş olmağı, sərhədsiz göylərdə havalı quş olmağı da istəyir. Deməli, Aybəniz xanım yenə sevgiyə doğru qaçır, ona sığınır, bütün ağrı yükünün məhz göy üzünün dərinliklərində bir havalı quşa dönüb yox etmək, sevdalanan günlərini yaşamaq istəyir. Bu isə olduqca gözəldir. Ziddiyyətlər içində şirin bir ömürdür və Aybəniz Əliyar deyilən ömrü həqiqi mənada yaşaya bilib. Onun “Mən burda ağlayanda” şeri də bu mənada diqqət çəkəndir.

    Mən burda ağlayanda kim duyar ki, səsimi?

    Baxıram pəncərədən, ağaclar sapsarıdır,

    Mənim hıçqırıqlarım mənim səsim deyil ki,

    Küsüb ağacdan düşən payız yarpaqlarıdır.

    Bəli, hıçqırıqlar Aybəniz xanımın səsi deyil. Saralan bir payız yarpağıdır və budağından qopub düşüb. Amma bu faciə də deyil. Bu ağac hələ çox yarpaqlar gətirəcək. Demək ki, göz yaşı da onu ömrünün sonuna kimi yoldaşı və sirdaşı olmayacaq. Bir yaz günündə ağaclar yenidən yarpaqlayanda onun da sevgi dünyası nurlanacaq. Aybəniz xanımın özü də bunu görür.

    Sən orda baxışınla saçlarımı oxşama,
    Keçməz ki, bu həsrətim, bitməz ki, bu göynəyim.
    Mən burda ağlayanda gecələr xısın-xısın,
    Orda yatdığın yerdə islanırmı köynəyin?

    Burda qarşı tərəfə etiraz var. Amma kəskin deyil. Yumşaqdır. Sanki qaydacaq secgiyə hələ də ürəyinin qapısını açıq qoyub. Bu iradların, xısın-xısın ağlamağın, yaranan sualların özündə də vüsala ümid yaşayır. Şerlərdəki kədər, ağrı və iztirab hələ hər şeyin sonu olduğu anlamına gəlmir. Hələ yaşanmalı illər var, hələ qapını döyən saf məhəbbət və insanı ilahiləşdirən eşq var. “Sən çıxırsan ” şeri ilə Aybəniz xanım elə bil mən duyanlara möhrünü vurur.

    Bu sevginin ürək yeri,

    Qazılır, sən çıxırsan.

    Yuxlayıram, kipriklərim

    Asılır, sən çıxırsan.

    Bilmirəm ki, bu sirr nədir,

    Məni hər gecə lal edir.

    Bütün şifrələr birəbir,

    Açılır, sən çıxırsan.

    Bu ürək quyudur, quyu,

    Suyu dumduru, dumduru.

    O təmiz, o şəffaf suyu

    İçilir, sən çıxırsan.

    Yaradıcılıq bir tərəfli olsaydı təbii sevilməzdi. Hər şer seginin, yaşamın təsdiqi və təsviri kimi təqdim edilsəydi inandırıcı olmazdı. Böyüklük ondadır ki, müxtəlif acıları duya bilirsən, onu ictimailəşdirirsən və nəhayət dərd yüklü anlara üsyan da edə bilirsən.

    Qanımın faizi çox aşağıdır,
    Sənin gözlərindən yerə qan sızar.
    İçərəm qanını, dodaqlarından,
    Ağzım dada gələr, otağım qızar.

    Nə gözəl üsyan. Həmişə belə olub. Bürün münasibətlərin darmadağın olduğu məqamda dodaqlar bir-birinə yapışıb qanı çıxana, içilənə qədər məhəbbət yaranırsa, barışığa yol beləcə gedirsə bütün gileylər unudulur, həyat yenidən başlanır. Şair bir onda yaddaşlara köçür ki o mövzunu real həyatdan götürür. Ya özü yaşadığını, ya da həssas bir insan kimi onu düşündürənləri qələmə alır.

    Sevgidən kəm necə olur,
    Baxtı qadının, bilirəm.
    Hələ başını qatmağa,
    Çoxdu qadının, bilirəm…

    Əvvəlin iki misrası ilə sonun iki misrasının ziddiyyətli formada bir-birini gücləndirdiyini gördünüzmü? Sevgidən kəm qadının bəxti və hələ başını qatmağa qadının çoxluğu. Həyat budur. Bunu təbii yaşayanlar və duyanlar bilir.

    Nə mən saçlarını sığallayıram,
    Nə sən dizlərimdə yata bilirsən.
    Bu da bir xəyaldır, sevin ki, hələ,
    Mənim işığıma çata bilirsən.

    Artıq burda qürurlu bir xanım obrazı var. Saçı sığallaya, dizinin üstündə yatırda bilmir, amma bunu xəyal edərək işığıma indi çata bilirsən deməsi qürurun, mənəviyyatın təntənəsidir.

    Bir sevda düşə başına,
    Qanında qaynaya keçə.
    Bir qadının qız xəyalı,
    Gözündə oynaya keçə.

    Burda artıq yeni bir tapıntı var. Eşqin aliliyini yaşayan insanın gözündən ömrün yarı yaşında qadınının qız xəyalı keçir. Çox təbiidir. Amma heç kimi demədiyi məqamdır. Saflıqdır, dünənə qayıdış, həyata bağlılıqdır bu misralar.

    “Qürubda günəş” kitabı kifayət qədər əhatəli, əksər mövzularda şair qələminin uğuru ilə dolu şerlərlə yüklənib. Özünün dediyi kimi şerləri həyat eşqli, sevgi yüklüdür. Yaxşı ki, yükümüz də ancaq sevgi yüküdür. Bu yükü daşıya bilənlərin sevda dünyasıdır.

    Hələ ömrün gənclik illərinin ağuşundadır, Aybəniz Əliyar. Hələ müdrikliyə gedən yolun başlanğıcındadır. Onun Şabran sevgisi, bütöv Vətən məhəbbəti, Bayrağa hörməti, Xocalımızın faciəsinə hönkürtüsü qələminin gücündə, sözünün sehrində hamı üçün doğmadır. İlki belə başlayan yolun sonu təbii sənət zirvəsində yer tutmaqdır. Sizi gözləyən zirvə yeriniz mübarək Aybəniz xanım. Əgər sizi duyub nəsə deyə bildimsə nə xoş mənə. Deyə bilmədimsə bu artıq sizin həyat eşqinizin, ilahi təfəkkürünüzün məndən çox-çox qabağa getməsidir. Amma sadə bir oxucu olaraq bunları bölüşməyi vacib bildim.

    02

  • Kapitalizmin bir üzü

    Aysel-xanim

    Dünya miqyasında insanların yaşayışına nəzər saldığımızda ədalətsiz bir bölgünün şahidi oluruq: bir tərəfdə insanlar aclıqdan ölür, digər tərəfdə isə artıq çəkidən əziyyət çəkirlər. Belə ki, dünyada 800 milyon insan ac yaşadığı halda 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir, 1 milyard 300 milyon ton qida israf edilir.

    İstehsal edilən qidanın üçdə biri süfrəyə gəlmədən zibilliyə atılır. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir.

    Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. İnsanlar bir-birinə sevgi, mərhəmət, qayğı ilə yanaşsaydılar uşaqlar aclıqdan ölməzdi. Sahib olduğunu paylaşmaq, yalnız öz mənfəətlərini düşünməmək və dolayısilə, vicdanla yanaşmaq…

    Hazırda dünyadakı kapitalist sistem zənginlərin daha da zəngin, kasıbların isə daha da kasıb olmasına gətirib çıxarır. Zəngin olanlar öz sərvətlərini toplayır, dövriyyəyə buraxmır. Halbuki pul dövriyyəyə buraxılarsa, iqtisadiyyat zənginləşər. İstehsal-istehlak prosesi sürətlənər. Daha çox qazanc olar. Nəticədə, zənginlər mallarını kasıb və ehtiyacı olanlara daha çox xərcləyər. Allah Quranda malın ancaq zənginlər arasında paylanmasının doğru olmadığını bu şəkildə bildirir:

    İçərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın… (Həşr surəsi, 7)

    Yəni zənginin malında kasıbın, yetimin haqqı vardır. İnsanlar əgər vicdanların səsini dinləyərsə və öz ehtiyaclarından artıq olanı haqqı olanlara verərsə, Allah onlara etdiklərinin qarşılığını qat-qat artıracağını vəd edir:

    Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir… (Bəqərə surəsi 215)

    Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. (Bəqərə surəsi, 261)

    Peyğəmbər (səv) dövrünə baxsaq, səhabələrin öz mallarını necə xərclədiyini, hətta evlərini belə mühacirlərlə paylaşdığını görürük. Hazırkı dövrdə isə bir çox insanın bir neçə evi olduğu halda çoxlarının da evsiz olduğunu, küçələrdə yaşadığını görürük. Məsələn, ABŞ-da 610 min insan evsizdir. Hər il ən az bir neçə gecə evsiz qalmış 3,5 milyon amerikalı var. Digər tərəfdə isə dünyadakı maliyyə böhranından sonra 18 milyon boş ev banklarda yararsız şəkildə saxlanır. Kapitalist sistem 3,5 milyon insanı bu 18 milyon boş evə yerləşdirməyəcək qədər qəddar bir sistemdir.

    Dolayısilə, mövzuya ümumi baxdıqda evsizlik, aclıq, səfalət, kasıblıq, yoxsulluğun səbəbinin dünyada yetərincə zənginliyin olmamasından qaynaqlanmadığını görürük. Dünya hər kəsə yetəcək qədər böyük və təbii ehtiyatlarla zəngindir. Problem insanlarda sevgisizliyin, mərhəmətsizliyin, malı acgözlüklə yığıb saxlamağın yayılmasındadır. Halbuki Allah ehtiyacdan artıq qalanı xərcləməyi buyurur:

    Səndən nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” (Bəqərə surəsi, 219)

    İslamda faiz qadağandır. Çünki faiz sistemi və ya faiz tələsi də yenə kasıb insanların istismar edildiyi bir sistem olub, kapitalizmin bəlalarından biridir.

    Sələmi qat-qat artırıb yeməyin. (Ali-İmran surəsi, 130)

    Dinimizin bu gözəl əmrlərini nəzərə alaraq dünyada səfalətdən əziyyət çəkən məzlum insanların haqlarını qorumaq üçün ilk addımın İslam ölkələrindən gəlməsi çox gözəl olardı. Lakin təəssüf ki, bir çox İslam ölkəsi ancaq öz mənfəətləri üçün yaşamaq yolunu seçir. Belə olan halda problemin həll yolu nədir?

    İnsanlar başqalarının da qayğısına qalıb ehtiyacları ilə maraqlanması üçün onlara sevgi ilə yanaşmalıdır. Məhz sevgi hissi insanları bütün sıxıntılarından, çətinliklərindən qurtaracaq yeganə çıxış yoludur. İnsanlığa sevgi-mərhəmət öyrədilməlidir. Sevgi hissini yaşayan insanın başqalarının çətinliyinə laqeyd qalması mümkün deyil. İnsanlar şəfqətli olmağı, digər insanlara sevgi ilə yanaşmağı öyrəndikdən sonra paylaşmağı və bunun sevincini anlaya biləcəklər. Ancaq öz mənfəətini düşünən və eqoist insanların dünyadakı möhtacları görməsinin əsas yolu məhz vicdanlarına bu şəkildə təsir etməkdən keçir.

    Aysel Vəlizadə

  • Ənənəvi din dini radikalizmə qarşı həll yolu deyil!

    crv

    Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir.

    “Beş barmaq” proqramının ayın 11 – nə olan buraxılışını izlədim. Mövzu aktual məsələlərdən birinə – gənclərin radikal cərəyanlara qoşulmasının qarşısının necə alınması məsələsinə həsr olunmuşdu. Təəssüf ki, proqramda məsələnin əsl həllinə dair heç nə deyilmədi. Çox hörmət bəslədiyim tanınmış din xadimi Hacı Şahin radikalizmə qarşı ənənəvi din modelinin təbliği üzərində dayandı. Bəs “ənənəvi din” nədir? Hacı Şahin çıxışında hamının bildiyi iki məzhəbi vurğulayaraq, “ənənəvi dinin” sünnülük və şiəlik olduğunu bildirdi. Yəni radikalizmə qarşı “əsasən iki məzhəbi təmsil edən ənənəvi din təbliğ olunmalıdır” fikri həll yolu olaraq göstərildi. Ancaq qeyd etmək lazımdır ki, radikalizm adlı məzhəb yoxdur və ona qarşı ənənəvi məzhəbləri təbliğ etmək lüzumu da yoxdur. Radikal dindarlar məhz ənənəvi dinin içindən çıxan və ənənəvi dinə mənsub olan digər insanlardan fərqli olaraq, ənənəvi dindəki şiddət və cəza hökmlərini həyata keçirmək istəyən insanlardır. Bunu asanlıqla isbat etmək mümkündür. Dini bilgisi olmayan hər kəsin bu həqiqəti görməsini misallarla təmin etmək olar. Məsələn, ənənəvi dinin hər iki məzhəbinə aid qaynaqlarda dindən çıxan şəxsin mürtəd elan edildiyi, cəzasının isə ölüm olduğu ətraflı şəkildə izah olunur. Hətta ölüm hökmünün hansı formada yerinə yetirilməsinin daha məqsədəuyğun olması belə vurğulanır. Digər bir misal isə alkoqollu içki içən adamınçubuqla döyülməsidir. Ənənəvi dinin hər iki məzhəbində də alkoqollu içki içənin cəzası ən az 40 kötəkdən başlayır. Belə olduğu halda, dini radikalizmə meyilli insanların tətbiq etmək istədikləri qaynaqlarla bizim radikalizmə qarşı təbliğ etmək istədiyimiz qaynaqlar eynilik təşkil edəcək. Yazdığım məlumatlar dəqiq mənbələrə əsaslanır. Bu hökmlər ənənəvi dinin hər iki məzhəbinin mötəbər qaynaqlarında öz əksini tapır. Elə isə biz radikalizmə qarşı radikalizmi təşviq edən ənənəvi dinin mənbələrini təkrar təbliğ edərək nə qazanacağıq? Təbii ki, bu günə qədər bütün dünyada bu yanlış həll yolu tətbiq edildiyi üçün heç bir nailiyyət əldə edilməmiş, əksinə “dini radikalizm” miqyasını daha da böyüdərək, demək olar ki, bütün dünyanı təhdid edəcək səviyyəyə gəlmişdir. Ancaq təəssüf ki, proqramın heç bir qonağı radikalizmin həqiqi həll yolu olan “Qurandakı İslam” modeli üzərində dayanmadı. Çünki ənənəvi dindən fərqli olaraq Qurandakı İslam modelində dindən dönən insana cəza verilmir və ya ənənəvi dindən fərqli olaraq Qurandakı İslamda alkoqollu içki içənə də heç bir cəza yoxdur. Tam əksinə, Qurandakı İslam modeli “dində məcburiyyət yoxdur” deyərək insanların istədiyi dini seçməsinə və fikir dəyişdirməsinə sərbəstlik verir. Həmçinin Quran alkoqollu içki içməyi günah bilsə də, bunu edən şəxs üçün ənənəvi İslam modelindən fərqli olaraq içən insana çubuqla döyülmə cəzası kəsmir. Bu misalları istədiyimiz qədər artıra bilərik. Qurandakı İslam və ya müsəlman modeli dünyəvi dövlət quruluşu ilə də ziddiyyət təşkil etmir. Sonda bir daha vurğulamaq istəyirəm ki, “dini radikalizmə” qarşı “ənənəvi İslam” modeli ilə çıxmaq olmaz. Çünki radikal dini meyilli insanlar bu hökmləri məhz “ənənəvi dinin” mötəbər mənbələrinə əsaslanaraq əldə edirlər. Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir ki, Peyğəmbərimiz (s.ə.v) də bu modelin ən gözəl nümunəsi olmuşdur.

    Qeyd: Mənim yanlış saydığım məzhəblər deyil, Quranda olmadığı halda, məzhəblərdə özünə yer tapmış şiddəti təşviq edən cəza hökmləridir.

  • Necə “xeyirli” övlad yetişdirmək olar?

    fxh

    Uşaqlar Allahın valideynlərinə bəxş etdiyi ən gözəl nemətlərdən biridir

    Uşaqlar Allahın valideynlərinə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Övlada sahib olmaq valideynlər üçün çox sevindirici vəziyyət olsa da, bir çox valideyn övladları böyüdükdən sonra onlardan narazı qalır, əziyyətlərinin qarşısında istədikləri kimi övlada sahib olmadıqlarından gileylənir. Hətta çox acınacaqlı hal olsa da, valideynlərini “qocalar evinə” qoyan, yaxud da çöllərə atan övladlara da az rast gəlmirik. Bunlar bir tərəfə, döyülən, təhqir edilən, hətta öldürülən valideynlər də az deyil. Demək olar ki, elə bir gün olmur, xəbərlərdə bu cür hallara rast gəlməyək. Bu vəziyyət isə yalnız bizim ölkədə deyil, dünyanın hər yerində baş verir. Bu problemlərin həlli üçün müxtəlif müzakirələr aparılır və müxtəlif üsullara əl atılır. Bəs əsl çıxış yolu nədir? Bu hal təkcə valideynlər və övlad arasında baş vermir. Niyə cəmiyyətdəki insanlar arasında bu qədər anlaşmazlıq olur, insanlar bir-biri ilə kobud davranır, hörmətsizlik edir, bir-birini sevə bilmirlər?

    Hər şeydən öncə, övlad da Allahın bir təcəllisidir, Allah onu həm nemət, həm də imtahan olaraq valideynlərə bəxş edir. Bəzi valideynlər onun Allahın təcəllisi olduğunu unudur, bütün diqqətini və sevgisini onlara yönləndirirlər, onları xoşbəxtliklərinin təməli kimi görürlər. Əlbəttə ki, övlada ən gözəl tərzdə sevgi və qayğı göstərilməlidir, valideynlər hər cür imkanlarından istifadə edərək onları qorumalıdırlar. Ancaq unudulmamalıdır ki, övladı verən də, alan da, yedirən, içirən də Allahdır, uşaqlar da Allahın təcəllisidir. Bir də insan yalnız və yalnız Allahı sevməklə xoşbəxt ola bilər, digər insanları isə Allahın təcəllisi olaraq sevər. Allah insanı ancaq Özünə ibadət etmək üçün yaradıb. Allahın bizə verdiyi hər bir nemət Onun yolunda və Onun rizasını qazanmaq üçün istifadə edildiyi halda, insanı xoşbəxt edə bilər. Eləcə də uşaqlar.

    Hər birimiz eşitmişik ki, uşaqlar dünyaya gələndə, yaxud da qohum-əqrəba ilə qarşılaşanda belə dualar edilir: “Allah xeyirli övlad etsin”, “Adı ilə böyüsün”, “Valideynlərinə layiq olsun”, “Xoşbəxt olsun” və s. Əlbəttə, bunlar gözəl arzulardır. Ancaq niyə “Allah imanlı övlad etsin”, “Allah Peyğəmbərlərimiz kimi gözəl əxlaqlı etsin”, “Allah Qurana uyğun yaşayan səmimi möminlərdən etsin” dualarını eşitməyək?! Məhz bu məqalədə vurğulamaq istədiyim məqam da budur: Valideynlər uşaqlarını cəmiyyətin adət-ənənəsinə görə böyüdürlər, tərbiyə verirlər, uşaqlıqdan onların gələcəyini düşünürlər, hansı ixtisasa sahib olacaqlarını planlayırlar. Ancaq önəmli olan o uşağın əsl Quran əxlaqı ilə yaşamasıdır, Allahı sevməsidir, Allahı tanımasıdır. Məsələn, Quran əxlaqında “yalan danışmaq, kimisə ələ salmaq, qeybət etmək, haram pul qazanmaq, lovğalanmaq” haramdır, “gözəl söz söyləmək, valideynlərini incitməmək, nəinki ailəyə, bütün insanlara hörmət etmək və sevgi göstərmək, fədakarlıq etmək, insanlara yaxşılıq etmək və s.” halaldır, Allahın sevdiyini ibadətlərdir. Bir Quran ayəsində buyrulduğu kimi:

    De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

    Neçə valideyn oturub övladlarına bu gözəl əxlaqları başa salıb? Allahı sevməyən bir övlad böyüdükdən sonra necə valideynlərini sevsin?! Cəmiyyətimizdə gördüyümüz valideyn-övlad münasibətləri bunun bariz nümunələridir.

    Gəlin övladlarımızı Quran əxlaqı ilə böyüdək. Onlara gözəl əxlaq öyrədək, vətənimizi və dinimizi sevdirək. Onları Allahın ən gözəl və məsum təcəlliləri kimi görüb sevək, qayğı göstərək. Bu zaman nəinki övlad-valdeyn münasibətləri düzələr, eləcə də cəmiyyətdəki problemlər kökündən həll olunar. Unutmayaq ki, sevgi, yəni Allah sevgisi dünyadakı bütün problemlərin həllidir.

    Firuzə Həsənzadə

  • Duanın gücü

    firuzexanim

    Yəqin ki, dünyada elə bir insan yoxdur ki, “dua” haqqında eşitməsin. Hər birimiz müəyyən şeylərə görə fərqli zamanlarda dua etmişik.

    Dua.. Yəqin ki, dünyada elə bir insan yoxdur ki, “dua” haqqında eşitməsin. Hər birimiz müəyyən şeylərə görə fərqli zamanlarda dua etmişik. Xüsusilə, cəmiyyətdə belə inanc var ki, dua etmək üçün nəsə problemin olsun, sən bir şeyi çox istəyəndə, yaxud da problemin olanda dua etməlisən. Bəzi ibadət yerlərinə gedərək orda dua edən insanlar da çoxdur. Bəzi insanlar da var ki, ərəb dilində əzbərlədiyi dualar var, o duaların mənasını bilmədən onları oxuyurlar. Məsələn, “bərəkət duası”, “qismətin açılması üçün dua”, “bədnəzərdən qorunmaq duası” və s.

    Bəs əsl dua necə edilməlidir, bunu düşünmüsünüzmü? Sizi bu dünyada yaratmış, ağıl və bədən vermiş Allaha, görəsən, nə qədər yaxınsınız? Ona axırıncı dəfə nə zaman dua etmisiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşanda yalvarırsınız? Yoxsa Onu daim xatırlayırsınız? Dua etdikdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltı ilə dediyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyini dərk edirsinizmi? bütün insanların və hər şeyin Rəbbi olduğunu, həyatdakı ən böyük dostunuz və dayağınızın Allah olduğunu bilirsinizmi? Hər şeyi, ilk növbədə, Rəbbimizdən diləyirsinizmi?

    Dua, hər şeydən əvvəl, Allaha ibadətdir. Dua Allaha sevgimizin təzahürdür. Dua möminin hər zaman Allahla ünsiyyət qurmaq yollarından biridir. Dua möminin acizliyini başa düşüb tək gücün, sonsuz qüvvətin Allaha məxsus olduğunu bilib yalnız Ondan kömək istəməsidir. Dua etmək üçün xüsusi məkana və zamana ehtiyac yoxdur. Bir insan hər an istədiyi hər şeyi Allahdan diləyə bilər. Bunun üçün sadəcə səmimi olmaq lazımdır: Allahın gücünü qavrayaraq dua etməliyik. Allah bir Quran ayəsində belə buyurur:

    Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

    Allah bizə çox yaxındır, şah damarımızdan daha yaxındır. Allah hər anımıza şahiddir, dediyimiz, qəlbimizdən keçən hər şeyi bilir. Demək ki, etdiyimiz hər duanı da eşidir və qəbul edir. Ancaq bir şeyi də unutmayın. Məsələn, bir şeyin baş verməsini çox istəyirik, o şey üçün dua edərik. Ancaq o hadisə bizim sırf istədiyimiz kimi baş verməyə bilər. Bu, o demək deyil ki, Allah duamızı qəbul etməyib. İnşaAllah ki, duamız qəbul olunub, Allah o duamızı eşidib və bizim üçün ən xeyirlisi nədirsə, onu nəsib edib. Allah sonuz ağıl sahibidir, biz isə nəyin xeyirli, nəyin zərərli olduğunu dərhal görə bilmərik. Önəmli olan Allaha tam güvənməkdir, Ondan gələn hər şeyin xeyir olduğunu bilməkdir.

    … Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)

    Fikirləşin ki, bir dostunuz var. O dostunuzun nə zaman köməyə ehtiyacı olsa, siz onun yanında olursunuz, ona kömək edirsiniz. Ancaq o dostunuzun işləri yaxşı gedəndə sizi unudur, axtarıb-soruşmur, heç xatırlamır … Bir də Allahı düşünün, bəzi insanlar var ki, köməyə ehtiyacı olanda Allahı xatırlayır, Ona dua edir. Nə zaman işləri düzəlsə, Allahı unudur (Allahı tənzih edirəm), sanki hər şey belə olmalı imiş .. Allah hər zaman xatırlanmaq istəyir. Əsl müsəlman çətin anda da, rahatlıqda da, sıxıntılarda da, bir sözlə, hər zaman Allahı anar, Ona şükür edər, dua edər, hər zaman Allahı sevər və Ondan razı olar.

    Firuzə Həsənzadə

  • Allah qorxusu deyildikdə ağlınıza nə gəlir?

    uxe

    Allah qorxusu möminin Allaha qovuşma istəyini də artırır və hər zaman insanın ümidvar ruh halında yaşamasını təmin edir.

    Qorxu sözünü ilk dəfə eşitdikdə ağlımıza birinci narahatlıq gəlir. Halbuki Allah qorxusu sevginin təməlini təşkil edir. Allaha və yaradılanlara qarşı sevginin, gözəl əxlaqın kökündə Allah qorxusu var.

    Müsəlmanın Allahdan qorxma səbəbi ölüm qorxusu deyil, çox sevdiyi Rəbbinin xoşuna gələ bilməmək, Onun sevgisini itirmək qorxusudur. Necə ki, aşiq sevdiyini incitməkdən, onun sevgisinin azalmasından çəkinirsə, möminlərin Allah qorxusu da bu cürdür. Allahın onu sevməməsi insana cəhənnəm əzabından daha böyük əzab verir.

    Allah qorxusu digər dünyəvi qorxular kimi deyil. Allah Quranda Özündən qorxanların ruh hallarını təsvir edərkən başqa heç bir qorxuya bənzəməyən çox səmimi və hörmət dolu qorxudan bəhs edir. Bu qorxu digər qorxular kimi insana əzab vermir. Əksinə insanın öz acizliyini və Rəbbinə olan qulluğunu hər an hiss etdirir. Bu qorxu insanın ağlını və şüurunu açan, insana gözəl əxlaq qazandıran qorxudur.

    Allah qorxusu möminin Allaha qovuşma istəyini də artırır və hər zaman insanın ümidvar ruh halında yaşamasını təmin edir. Quranda möminlərin Allaha qarşı qorxuları bu şəkildə bildirilir.

    Rəbbindən (Onu) görmədən qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir! (Mülk surəsi, 12)

    Allahı həqiqi mənada tanıyan bir insan Allahın sonsuz mərhəmət sahibi, şəfqətli və hər zaman qullarına qarşı çox sevgi göstərən olduğunu bilir. Allah qullarının dincliyini, rahatlığını və məmnunluğunu istəyir və bu səbəbdən də bütün insanlara saysız-hesabsız nemət verir. Allah bir ayəsində qullarının əzabını istəmədiyini bu şəkildə bildirmişdir.

    Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir! (Nisa surəsi, 147)

    Bununla yanaşı insanlar arasında əmin-amanlığın, gözəl əxlaqın və xoşbəxtliyin yaşanması üçün Allah qorxusuna ehtiyac var. Cəhənnəmi və ölümü düşünmək Allah qorxusunu artırır. Allahın sonsuz gücünü, əzəmətini və hər hadisənin nəzarətində olduğunu bilən insan gözəl əxlaqlı olar. Əks halda Allah qorxusu olmayan insanların yaşadığı cəmiyyətdə əxlaqi və insani dəyərlər ortadan qalxar zülm sistemi inkişaf edər. Allahın cəhənnəmi yaratma hikmətlərindən biri də budur.

    Allahdan qorxan bir insan Allahın əmrlərinə qarşı çox diqqətli olur. Eqoist ola bilmir, şəfqətli və mərhəmətli olur. Nəfsinə düşkün olmur, maraqlarının arxasınca qaçmır, fədakar və bağışlayan olur. Qarşısındakı insanların Allahın bir təcəllisi olduğunu bildiyi üçün hər zaman Allahın rizasını güdərək hərəkət edir. Əslində göstərdiyi bütün gözəl xüsusiyyətlər Allaha olan dərin sevgisinin, məhəbbətinin və dostluğunun bir ifadəsidir.

    Allah qorxusunun artması üçün Quranın oxunması və dərinliklərinin dərk edilməsi çox əhəmiyyətlidir. Bundan başqa, iman həqiqətlərinin, imanı möhkəmləndirəcək əsərlərin oxunması, Allahın yaratdıqları üzərində səmimi olaraq düşünmək çox təsirli olur. Hüceyrənin quruluşundan başlayıb, kosmosun sonsuz böyüklüyünə qədər yaradılış dəlillərini görən insan heyrətə gəlir və beləliklə, Allah qorxusu və sevgisi daha da artır.

    Allah qorxusu artdıqca insanın İslama olan diqqəti də çox artacaq ki, belə bir cəmiyyət mükəmməl bir əxlaq səviyyəsinə çatacaq. Gerçək xoşbəxtlik də ancaq Allah sevgisi və qorxusu olan bir cəmiyyətdə mümkün olar.

    Ülviyyə Əlizadə

  • Aqil SABİROĞLU.”Qu dərsi”

    asm

    (qoca ovçunun dediklərindən)

    …Ömrüm təbiətin qoynunda keçib.Elə anlarım olub ki,ov yerinə tüfəngi sinəmə dayayıb özümü öldürmək istəmişəm.Heyvanların quşların bir-birilərinə olan sevgilərini sözlə izah etməyə gücüm yetmir.Hərdən fikirləşirəm ki,insan da öz tayını,öz yarını belə sevsəydi nəinki ailə daxilində söz-söhbət,hətta dünyada müharibələr olmazdı…
    Qu quşları haqqında çox danışırlar.Gənclik illərindən bu sahədə müəyyən təcrübələrim də var.Məsələn,bilirdim ki qu quşunun birini vuranda,o biri quş xiffətdən,sıxıntıdan ölür.Yəni onu həyata yenidən nə isə bağlaya bilməz.Amma sonuncu hadisə silahı həmişəlik əlimdən yerə qoymağa məcbur etdi.
    O dəsmalını çıxarıb burnuna yaxınlaşdırdı onu siləcəkmiş kimi,amma gözünə apardı.Deyəsən gözləri yaşarmışdı və bunu məndən gizləmək istəyirdi.
    -Hə,çöldə ovda idim,-deyə sözə başladı.Göldə üzən qu quşları diqqətimi çoxdan cəlb etmişdi.Nişan aldım,kaş əlim əsəydi,güllə yayınaydı.Yox,yayınmadı,hədəfə dəymişdi.Ovu götürdüm.Mənim geri-evə dönməyim xeyli çəkdi.Sağ qalan quşun qəribə hərəkətləri məndə güclü maraq oyatmışdı.
    ..Quş bütün gücü ilə havaya qalxırdı.Kifayət qədər uçandan sonra qanadlarını gövdəsinə sıxıb bircə anlıq havada dayandı.Sonra bir daş parçası kimi yerə düşdü.Ona çatanda quşu ölmüş gördüm.
    Qoca ovçu boğazını arıtlayıb davam etdi:
    -Hə,oğul,həmin quşun deyəsən heç xiffət çəkməyə belə həvəsi olmadı.O ölümü ilə özünü sevgilisinə “çatdırdı”.Qu quşu mənə çox şeyi anlatdı…

  • Təranə ŞƏMS.”Sən… Ana olacaqsan…!!!!”

    ts

    Həsrət deyəndə qürbət yada düşür, sevmək-sevilmək , çəkdiyin acılar, göz yaşları iztirab yada düşür. Lakin elə bir həsrət acısı var ki, yaşamayan, daşımayan bu acının, yanğısını bilməz. Bəli, mənim bəhs edəcəyim həsrət isə illərdi qurulan ailənin ocağında, dünyaya göz açacaq Allahın verə biləcəyi töhfə, yəni cücərə biləcək fidanı yada salır. Yuva qurduğu ailədə illəri ayları əvəz edə -edə hər gün, hər saat göz yaşlarına qərq olan, ana olmaq istəyini qəlbində yaşadan ayüzlü bir gəlin yada düşür. Asi deyil yaradana. Nə qədər ümidsizliyə düçar olsa belə, əlini Allahdan üzməmişdi o gəlin. Aylar günlər isə bir-birini əvəz edirdi.Sanki onun gözlərində zaman, gün anba -an qocalırdı. Gözləri yolda qalıb öz payını Tanrıdan gözləyən gəlin isə, dilini qısıb sussa da, lakin onun o pak, məsum qəlbi susa bilmirdi. O daxilən ayrılmışdı zamandan, məkandan özünün daxilinə dərdli dünyasına pənah aparmışdı. Daha o kənardan güc ala bilmırdı. Ona güc verən daxilindəki səs idi ki, qəlbinə ürəyinə həzin səslə daima pçıldayırdı. Darıxma ey məsum gözəl, istəyinə çatacaqsan tələsmə! Sən ANA olacaqsan..! İllər uzun çəksə də, daima qəlbini üşüdən həmin səsin sorağı uzun sürmədi. Günü –gündən qar altında boynunu bükən bənövşə tək o utancaq, gəncliyini illərinə qurban verən gəlin heç özü də bilmədən həsrətin vüsalına addım-addın yol gəlirdi. Nəhayət illərin ayrıcında bir mələk üzlü o gəlinin önünüə çıxaraq ona müjdə verdi və dedi: Göz yaşı tökmə daha. Sən mənim anam olacaqsan! Günlərlə öz duyğuları ilə baş-başa qalan gəlin səsə diksinib ayıldı və özünə sual etdi. Görən gözümə xəyalmı göründü deyə təəccüb etsə də, sanki qəlbinə bir sakitlik çökdü və düşündü. Demək mən, ANA olacam. Dili qurudu, nitqi kəsildi, sanki sevincdən tir-tir əsirdi. İlahi bu xəbər sevincdimi, nə ad verim, görən gülümmü, ağlayımmı görən gumana ümid bağlayım? Yox artıq bu gümman deyidi. Mən qızımın səsini eşitdim. Bu səs onun varlığına inandırdı məni. Yox etdi qəlbimdən kədəri, qəmi.
    Artıq inanmışdı o məsum gəlin ana olacağına. Axı həqiqətin üzü açıq idi. Balasının pərvərişi artıq o məsum üzlünün həyata baxışını dəyişmişdi. Ana-bala sevdası əks-səda verərək ətrafa da səs salmışdı. Hammı gözləyidi 10 ildən balamızın balası dünyaya gələcək deyə. Qədəmləri mübarək qonağın pişvazına çıxan sənəmi ilə birdə Şahzadəsinin yolunu gözləyən Atası olacadı. Ata sevgisi sonsuzluğa vüsət almışdı. Sevinc içində hamı ayları gözləyidi ki, gec gələn Şahzadəni qarşılasın. EH…! Deyirlərmiş sevinc içində kədər var bəlkə də inanmazdıq.Lakin əbəs deyilmiş. Bu acının küləyi illərlə övlad yolu gözləyən ananı tutdu və qabağına qataraq dünyaya göz açmamış körpəsini əlindən aldı. Ana mücadilə etsə də bacarmadı. Həkimlər ananı itirəcəklərindən qorxaraq körpəni hədəfə aldı. Belə etməyə məcbu idilər. Axı ana yoxluğa qovuşsaydı illərdir bu dünyaya, o anaya sarı yol gələn körpə sonda kimə ana deyəcəkdi? İlahi amansız tale,qəbul edilməyəcək acı, yanğı, göz yaşı. İtirdik o mələyi. Həyat daima gözləri həsrət yaşı tökən o məsum gəlinin üzünə gülmədi. Ümidləri arzuları yıxıldı puç oldu. Dərdli qəlbinə qara buludlar doldu. Lakin olanlara rəğmən AYÜZLÜ gəlin ayılmalıdır, həyata yenidən sarılmalıdır. Həyat bitmədi daha, davam edir. Arzulari heçliyə qarışan ananı acıdan, ağrıdan odur ki, üzünü görə bilmədiyi o məsum mələk ölümlə- həyat arasında ananının yaşamı naminə Allahın rizası ilə varlığını qabağa verdi. İllərdir övlad həsrəti çəkən ananın axirəti üçün bir mələyə çevrildi. Bu dünyada övlad acısını çəkən ananı cənnətdə yolunu gözləyən, onu pişvazına çıxan mələküzlü körpəsi olacaq. Olanlara şükür et, ağlama quzum ağlama! Sən yenidən həyata döndünsə yaşadığın acıdırsa belə, Allahın bir lütfü var. Sənin şahzadən dünyaya sənsiz göz açsaydı, sənsiz boya-başa çatsaydı, heç istərdinmi bunlar olsun. Yox əlbəttə istəməzdin ki, sənin körpən başqasına ANA desin. O məsum gəlişi ilə ətrafına sübut etdi ki, sən daha anasan, və bundan sonra sağlıqla bir daha yenidən ANA olacaqsan. Unutma quzum axı sən də, bir ananın balasısan. Axı sən də istəməzdin ki, səni dünyaya gətirən ana sənsiz gözüyaşlı qalsın. Özündə təpər tap, özünə gəl, həyat davam edir, yenidən həyata bağlan YAŞA!!! Unutma sən bir daha yenidən ANA olacaqsan! Ana olacaqsan! Sən sonsuz deyilsən! Allaha sığın və əmin ol. Həyat üzünə yenidən güləcək və o bağçanın meyvəsindən sənə bir daha pay düşəcək…

  • Kənan AYDINOĞLU.”Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti”

    Photo Kenan

    Zaman-zaman, tarix boyu dövrün ən çətin və böyük sınaqlarından üzü ağ çıxmağı bacaran, qədim və zəngin ənənələrə malik olan Azərbaycan ədəbiyyatı çağdaş dönəmdə öz inkişaf səviyyəsinə görə, dünya ədəbiyyatı ilə atbaşı (bərabər) gedir desək, heç də yanılmarıq.Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə tarixi və görkəmli şəxsiyyətlər bəxş edən qədim Naxçıvan torpağı öz humanist prinsiplərinə sadiq qalaraq, son illərdə də bu prinsipi qoruyub saxlaya bilmişdir.Məhz Azərbaycan ədəbiyyatının ideya-məzmun, sənətkarlıq baxımdan zənginləşməsi yönündə görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə, Əməkdar incəsənət xadimi, Xalq şairi Məmməd Araz, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist, şair Rafiq Oday kimi söz sənətkarlarının geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaları deyilənləri ədəbi fakt kimi təsdiq edir.Dünyanın ən ünlü alimlərinin, tədqiqatçılarının diqqət mərkəzində olan qədim və zəngin Naxçıvan torpağı yalnız arxeoloji qazıntıların və tədqiqatları ilə tarixin yaddaşına həkk olunmayıb, eyni zamanda Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncləyinin istedadlı nümayəndələrini, qələm sahiblərini respublika ərazisində dövlət əhəmiyyətli layihələr çərçivəsində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırıb.
    Çağdaş Azərbaycan ədəbiyyatının ikinci-sayca sonuncu mərhələsində Naxçıvanda doğulub, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər içərisində yaradıcılığı geniş ictimaiyyət nümayəndələri tərəfindən ən çox müzakirə olunan yazarlardan biri məhz səmimi və lirik şeirlər müəllifi Rahilə xanım Dövrandır.
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə Rahilə Dövran çağdaş dönəmdə zəngin və geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqdadır.Həmyaşıdları kimi, O da ədəbi-bədii yaradıcılığa çox erkən yaşlarından başlayıb.Ali təhsilini məhz Naxçıvan Dövlət Universitetin Filologiya fakültəsində alması, Müasir Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya qaydalarına mükəmməl yiyələnmək qabiliyyətinin daşıyıcı və Azərbaycan ədəbiyyatının ən ünlü yazarlarının əsərləri ilə tanış olması Rahilə xanım Dövranın ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunduğunu göstərən növbəti faktor kimi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.Təbii ki, zəngin yaradıcılıq fəaliyyəti ilə məşğul olan Rahilə xanım Dövranın ədəbi-bədii yaradıcılığı Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Rəyasət heyətinin qərarı ilə, “Qızıl qələm” media mükafatına layiq görülməsi, əsərlərinin müxtəlif mətbuat orqanlarda, o cümlədən çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü portallarda müntəzəm olaraq, dərc olunması tədqirəlayiqdir.
    Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin hər birinin yaradıcılığında yer alan əsər müəllifi geniş oxucu auditoriyasına məhz həmin əsərin müəllifi kimi tanıdır.Bu da psixoloji cəhətdən düzgün qəbul olunmalıdır.Təbii ki, digər yazarlar kimi Rahilə xanım Dövran da bu baxımdan istisna deyil.
    İstedadlı yazar Rahilə xanım Dövranın yaradıcılığının ən möhtəşəm əsəri Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan “Bir insan ömrünə nələr sığarmış” poeması-xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını qoyan sənət əsəridir.
    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğu bir vaxtda öz torpağına, millətinə, yurduna bağlı olan Rahilə xanım Dövran Vətənpərvər şairə illər uzunu qəlbinin dərinliyində gəzdirdiyi və saxladığı sevgini öz şair ilhamına uyğun olaraq,
    zəhməti bahasına gələn poeması ilə dilə gətirdi.Həmin ildə Azərbaycan türkcəsində ayrıca kitab halında nəşr etdirdi.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan poemanaya ön sözü Naxçıvan Yazıçılar Birliyinin sədri,
    Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigar yazdı.Dünyanın ən ünlü siyasətçiləri arasında özünəməxsus yer tutan Ümummilli lider Heydər Əliyevin müxtəlif dövrlərdə dünyanın ən ucqar nöqtələrində etdiyi çıxışları şair ilhamına uyğun olaraq, xronoloji ardıcıllıqla qələmə alıb.
    Yaradıcılığı boyu daha çox heca vəznində ədəbi-bədii nümunələr ərsəyə gətirməyə üstünlük verən və bununla da ədəbiyyatımızın zənginləşməsi yönündə öz töhfəsini verən Rahilə xanım Dövran
    günü-gündən müzakirə olunmağına ehtiyac duyulan rəngarəng əsərləri respublikanın ən ünlü mətbu orqanlarında ictimaiyyət nümayəndələrinin nəzərinə, xüsusilə də yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinə çatdırılmalıdır.
    Ədəbiyyat tariximizdə həmişə aparıcı olan Bədii üslubun daxili imkanlarından ustalıqla yararlanan, bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə edən müəllif müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi yönündə daha çox üstünlük təşkil edən sinonim və antonimləri işlətməyi unutmur.
    Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolunu təşkil edən Aşıq sənətinə bağlılıq Rahilə xanım Dövranın da yaradıcılığından yan keçmir.Aşıq ədəbiyyatında daha çox “Məhəbbət şeiri” adı ilə səciyyələnən Qoşma şairin yaradıcılığı boyu müraciət etdiyi şeir janrları arasında özünəməxsus yer tutur. Müxtəlif mövzularda qələmə alınan qoşmalar mövzu və ideya baxımından
    digər əsərlər üçün də səciyyəvi olan bir sıra mühüm məqamların ortaya çıxmasına səbəb olur.Səmimiyyət lirika boyu davam edən ən öncül müsbət keyfiyyətlərdən biri kimi ədəbiyyatşünas alimlər və tədqiqatçılar tərəfindən mütərəqqi ideyalar müəllifi kimi qəbul olunmalıdır.Sonda yaradıcılığına, şəxsiyyətinə dərin hörmət və ehtiram bəslədiyim Rahilə xanım Dövrana ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyirəm! Əsərlərinin hər birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığını nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərəm ki, hansı mövzuda sənət əsərləri ərsəyə gətirməyə böyük potensialı və gücü olan Əzizimiz, Sayğıdəyər dostumuz, qayğıkeş insan, etibarlı məsləkdaş Rahilə xanım Dövranın əsərləri yalnız respublika ərazisində deyil, eyni zamanda ölkənin hüdudlarından da kənardan gəlsin.Çün ən azı zəngin yaradıcılıq yolu keçən Rahilə xanım Dövranın buna mənəvi haqqı var.
    ALLAH yar və yardımcınız olsun!

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.20 dekabr 2015-ci il.