Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 241 - 260 of 260 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Sözün”

Post Views: 22 Kül altında qoyma sönə, Odunu qaçırma sözün. Yoğur, vəzlə dönö-dönə, Zatını qaçırma sözün. Boşa atma tilovunu, Vermə yelə alovunu, Möhkəm saxla cilovunu, Atını qaçırma sözün. Varlığına odur xoca, Qoy əbədi dönsün taca, Gün kimi, ay kimi uca Adını qaçırma sözün. Dur amadə yedəyində, Yerin olsun ətəyində, Yığ, ballansın pətəyində, Dadını qaçırma sözün.

Publisistika

Aqil SABİROĞLU.”İmtahan”

Post Views: 24 Bu yaxınlarda dost paylaşmalarının birində çox maraqlı bir yazı oxudum.Düzü onu insanları doğru yola çağıran bir rəvayət zənn etmişdim.İndicə vaxt tapıb o yazını axtardım,tapa bilmədim.Səbəb isə onun rəvayət olmadığı üçün idi.O yazıda olmuş əhvalat nəql edilirdi,bu da Azərbaycan üçün sensasiya sayıla bilərdi.Bu gün isə onu təsadüfən xırda təfərrüatı ilə öyrəndim. Salyan şəhər …

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.”Elə sənsən”

Post Views: 23 Bir sabunun iki üzü, Elə sənsən,elə sən. Bir şampunun qabı,özü, Elə sənsən,elə sən. Bir quyruğun iki başı, Elə sənsən,elə sən. Dünyanın ən yekəbaşı, Elə sənsən,elə sən. Yaltaqlıqla əhdə çatmış, Elə sənsən,elə sən. Yerə girmiş başıbatmış, Elə sənsən,elə sən. Axmaqların boş qafası, Elə sənsən,elə sən. Zalımların avtafası, Elə sənsən,elə sən. Milli bitim,parazitim, Elə …

Azərbaycan ədəbiyyatı

Bəstəkar-jurnalist Elmir Mədətoğlunu doğum günü münasibətilə təbrik edirik! (2 yanvar 1984-cü il)

Post Views: 34 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qəlmə sahibini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, “Şərqi Slavyan Xalqları üzrə xüsusi müxbir”ini, “Cəsarətli qələm” mükafatı laureatını doğum gününüz münasibətilə səmimi …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Dünyanın düzəlmək təhlükəsi var!”

Post Views: 22 Şimşək işığına düşdü gözlərim, Buludlar dərdimə məlhəm aradı. Sabahı ürəklə qarşılamağa,- Ümidim sevdiyim adamlaradı. Kölgəm də haçandır düşüb dalımca, İstidən çəkinmir, soyuqdan qaçmır. Yaxşı ki, dilənmir kölgəm adamtək, Yaxşı ki, heç kimə əlini açmır. Gəlmir xoşunuza divanəliyim, Ruhumu çarmıxa çəkən adamlar! Atın özünüzü Yer kürəsindən,- Dünyanın düzəlmək təhlükəsi var!.

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”ŞUŞAdan o yana VƏTƏN yeri yox!”

Post Views: 34 Belə harasından girim qoluna, İlahi,bu başın bədən yeri yox. Qəhrindən saçıma düşən bu dənin,- Göyərən yeri yox,bitən yeri yox. Kim vurub yollara bu dayaq izi? Yolların tacıdır hər ayaq izi. Belə bircə-bircə ha sayaq izi,- Qərib beşiyidir,gedən yeri yox. Baxmaz ki gözünün yaşına qürbət, Ad olar hər ömrün qışına qürbət. Dünyanı götürüb …

Azərbaycan ədəbiyyatı

Əli HEYDƏR.” Sordular bir aşiqdən eşq var isə cəfa nədir?”

Post Views: 68 Sordular bir aşiqdən eşq var isə cəfa nədir? Soylədi aşiq ona bilirsənmi səfa nədir? Sən əgər öz eşqində cəfa çəkmək istəməsən, Haradan biləcəksən ki,dərdivə dəva nədir? Məhəbbət bir bəladır,bir əzabdır bənzəri yox, Düşməsən sən bu eşqə nə bilərsən bəla nədir? Cananın gül camalı çəkilmirsə göz önündən, Indi sən özün anla ki,eşqə mübtüla …

Azərbaycan ədəbiyyatı

Əli HEYDƏR.”Ürəyim dönüb qana, ey dildarım,hardasan,gəl,”

Post Views: 36 Ürəyim dönüb qana, ey dildarım,hardasan,gəl, Çoxalır günü-gündən intizarım, hardasan, gəl. Gəlginən,gəlişinlə sevinc,fərəh gətir mənə, Ömrümə ey gecikən son baharım, hardasan gəl. Bu hicran, bu ayrılıq, bax bu möhnət üzdü bizi, Usandım gözləməkdən,vəfadarım,hardasan,gəl. Surətin xəyalımdan silinmədi gecə-gündüz, Həsrətin qubar etdi,ey nigarım,hardasan,gəl. Çöhrəndə tapmış idim,surətini,görmədinmi? Gizlətmə gül üzünü sən ey yarım,hardasan,gəl. Gəl sənlə bu …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Azərbaycan”

Post Views: 28 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Azərbaycan məgrur dayan, Vardır igid əsgərlərin. Qaytararığ Qarabağı. And içibdir igidlərin. Sən sönməyən bir çıraqsan, Səninlə fəxr edirəm mən. …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Qaytar sevdiyimi”

Post Views: 32 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gözlərim axtarır, onu hər yerdə, Sankı gözlərimə çəkulib pərdə. Düşmüşəm çarəsiz kədərə, dərdə, Qaytar sevdiyimi, qaytar Allahım. Gözüm yol …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Qarabağın yolu”

Post Views: 27 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Necə də ağırdır, necə dözülməz, Qarabağın yolu bağlanıb Allah. Bunu dasdanlara yazsan çözülməz, Qarabağın yolu bağlanıb Allah.. Bu dözülməz …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Xoş xatirələr”

Post Views: 24 Yenə qanadlandı xatirələrim, Xəyalım dördnalla o kəndə çapdı. Aybəniz,şirindil,vəfalı pərim, Nərbənd dibindəki O,gənci tapdı. Sınayıb nərbəndin iradəsini, Gövdədə qazmışdıq öz adımızı. Cahilcə oyaraq nər sinəsini, Ona tapşırmışdıq pak sevdamızı. Sevdalı günlərdən titrək xatirə… -Baxışdan,cilvədən oynardı ağıl. Kaş xəyal hər zaman ora götürə, Hər anı,məqamı sehirli nağıl. Tutardıq əl-ələ,donardı zaman, Baxışlar deyərdi ürək …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Yeni iliniz mübarək!!!”

Post Views: 25 Qara büründü düzlər, Güldü bənizlər, üzlər, Qoşduq nəğmələr, sözlər, Şən avazlar yüksəldi: Gəldi, yeni il gəldi. Qar qızla, Şaxta baba, Gəzdilər oba-oba, Əllərdə dolu torba, Qardan heykəl düzəldi, Gəldi, yeni il gəldi. Sehirli şən tamaşa, Sevincdir başdan-başa, Bayramlar qoşa-qoşa, Ömrü, günü bəzədi, Gəldi, yeni il gəldi. Qüdrətli dövlətimiz, Həmrəydi millətimiz, İstiqlal nemətimiz, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Yenəmi yeni ildi?”

Post Views: 32 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenəmi yeni ildi? Yenəmi sənsiz gəlib? Adın olan ümidim Köhnələn ildə qalıb… Unutmuşam, incimə, Aylara doğmalığı… Iyulda gözlərimə Düşübdü gün işığı… Oktyabr sevdiyim… Aprel küsdüyüm aydı… Bu aylar bir-birindən Gör nə qədər uzaqdı… Səndəmi qaldın orda? O keçib gedən …

Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Bu Şeir”

Post Views: 49 Axıb qanla qəlbə dolan. Bir nəğmədir bu şeir. Ruhumuza sözlər ilə. Bir döymədir bu şeir. Ürək dərdi bölür onla. Gah dirilir, ölür onla. Sevgisini öyür onla. Bir aləmdir bu şeir. Məhəbbətin tövhəsidir. Qəlbimizin lövhəsidir. O, sevginin zirvəsidir. Bir gövhərdir bu şeir. Sevgi qanad salıb onda. Ayrılmayıb qalıb onda. Qəlb xəyala dalıb onda. …

Azərbaycan ədəbiyyatı

Sərvər KAMRANLI.”Bağışlanan işıq pulu”

Post Views: 46 …Bu gün hər şey başqa idi, bambaşqa… Hər tərəfdə çal-çağır idi. Hər kəsin üzünü sevinc bürümüşdü. Zəfər mahnıları qulaqları batırırdı. İllərdir həsrətində qaldığımız torpaqlarımız geri alınmışdı. Təkcə Qarabağ deyil, indiki Yerevan, Borçalı, Təbriz və tarix boyu parçalanmış bütün şəhər, rayon və kəndlərimiz də… Binaların balkonlarında bir dənə də olsun yuyulmuş paltar asıldığını …

Publisistika

Şəhanə Müşfiqin “525-ci qəzet” də dərc olunan məqaləsi

Post Views: 37 Dünən – dekabrın 25-i sevimli şairimiz Ramiz Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və yaradıcılığını çox sevdiyim, şeirlərini hər zaman sevərək, böyük zövqlə oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı ömür, daha böyük yaradıcılıq uğurları arzulayıram! Sözünüz heç tükənməsin, Ramiz müəllim! Çoxlarının hiss etməyini, deyə bilmədiyini, yazmağı bacarmadığını duyan ürəyiniz, deyən diliniz, yazan …

Azərbaycan ədəbiyyatı

Şəhanə Müşfiqin “Azərbaycan” jurnalında dərc olunan şeirləri

Post Views: 26 MƏNİM SƏNSİZLİYİM YAMAN PAXILDI Gözümdən dünyanı elə salmısan Heç daha gözümə ala bilmirəm. Ömürdə günlərim qarışıb yaman, Əl atıb sahmana sala bilmirəm. Həsrətin əynimə elə yaraşıb Özgə bər-bəzəyi, düzü, götürmür. Mənim sənsizliyim yaman paxıldı, Sənli günlərimi gözü götürmür. Yığıb yığışdırdım qalan günləri Eləcə ölümü gözləmək üçün, Bir ovuc sən olan xatirələri Sənsiz …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Nə tez körpəliyim geridə qaldı”

Post Views: 29 Fəxri Xiyabanda Ulu öndərin, Əklil qoyudmuşdu məzarı üstdə. Bizim Ağstafada dəmir yolunda, qatarlar keçərdi relslərin üstdə. Bakı-Ağstafa qatarı idi, Əslində gözümün önündən keçən. Körpəlik çağımın xoşbəxt anını, Yenə Allah oldu yolumu seçən, Gəncə də doğmadı qardaşım kimi, Ustad Nizamini unutmaq olmaz . Köhnə xatirələr düşməsə yada, Sevincli göz yaşın qurutmaq olmaz. Tovuzdan …