Post Views: 32 “APREL – 2016” (Aprel döyüşlərinin dördüncü ildönümünə ithaf edilir) Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə“APREL – 2016” adlı bilinqvistik virtual layihə reallaşdırıb. Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş Azərbaycan və rus dillərində hazırlanmış interaktiv …
2020
İsmayıl İMZANDZADƏ.” BAŞINIZ SAĞ OLSUN, KƏLBƏCƏRLİLƏR…”
Post Views: 45 Oğuz elimiz Kəlbəcərin işğala məruz qaldığı 1993-cü il 02 aprel gecəsi qatarla Bakıya getdiyimdən, rayonun nankor qonşularımız tərəfindən ələ keçirildiyindən xəbərsiz idim. Hardasa saat on bir radələrində “Azərbaycan” nəşriyatında əzəli dostum Adil Cəmillə görüşəndə onu çox məyus halda görüb, səbəbini soruşdum. Adil müəllim üzümə təəccüblə baxıb: “Xəbərin yoxdumu, mənim …
Xalq şairi Vahid ƏZİZ.”Durnalar”
Post Views: 60 Qışın bitməsini orda gözləyib,baharda qapımı döyür durnalar,yanımda özünə-“buralı” deyib,Qürbətdə-“oralı” deyir durnalar. Son bahar onlara bahanə kimi,uçarlar yol gedən bir namə kimi,sevgidən danışan nəğmələr kimi–bayatı durnalar,şeyir durnalar. Bu ağır köçəköç nə zaman bitər?şimşəklər yandırar,küləklər didər,niyyətli yerlərə çatanə qədərsəmada içini yeyir durnalar. Bildir bir dəstə də köç eləyirdi,yerin cazibəsi güc eləyirdi,biri–bir şeirimi höccələyirdi,mənə də …
Xalq şairi Vahid ƏZİZ.”Dünyanı dəyişir siçan yarasa
Post Views: 29 Davadan söz düşmür daha haçandan!Ruslar da Suriyadan əlini çəkdi,bu,”Siçan ilində”, boz uçan siçandeyəsən dünyanı düzəldəcəkdi!? Deyəsən başlayıb ağıllanmağaPutin də bir azca,Tramp da bir qədər,dünyada özünü Şah bilən “ağa”,bəlkə niyyətindən əl çəkə bilər? Silah ambarları möhkəm qıfılda,olmaya bu “Virus” hökmün elədi?məncə, dözüb-dözüb,bezib axırda,Qurbanı olduğum görkün elədi! Məncə,nahaq qanlar hayıfın çıxıb,qəlblərə mərhəmət gülləri əkdi,“qoçular” …
Xalq şairi Vahid ƏZİZ.”Qasırğa”
Post Views: 34 Xoşbəxtlik gələndə yeltək duyulmur,bədbəxtlik gələndə tufantək gəlir…Xalq Şairi Nəbi XƏZRİ Dərdlər var ki,gələndə bilməzsən necə gəldi?qasırğa gəmiləri lövbər salmağa qoymur!axı-dərd insanları dahaha yaxın edərdi,bu,elə bir bəla ki,yaxın olmağa qoymur. İlahim,Sənə qurban,bu,neçənci bəlanmış!?bütün ellər,qitələr alovlara qılanmış,doğmam qapıdan dönür–əlcəkli,”maskalanmış”,nəyə görə?!–övladdan onsuz da doymaq olmur! Məktəblər şagirdlərə öyüdün verə bilmir,yaşlılar,dükan nədir?-Aptekə girə bilmir,analar körpəsinə öz …
Xalq şairi Vahid ƏZİZ.”Yeni adam”
Post Views: 25 Gözünü birazca açıb səhərlər,nəvələr başını yastığa atır,adam işsizlikdən çərləyə bilər,yaxşı ki,qayğılar başımı qatır, Qadağa artırdı xeyli çəkimi–bir vaxt bir dəriydim,bir də qabırğa,adam “Yeni adam” olana kimi,özü adamlıqdan az qalır çıxa,, Biri-ac,birinin geniş imkanı,dar gündə bir kimsə köməyə gəlməz,dəyişə bilmirsə Tanrı insanı,onu qadağalar dəyişə bilməz! İnsanı ucaldan vəzifə,”paqon”,fərq etməz–kimlərlə qarışmış qanın!bahalı miniklər,evlər,telefon…al,bu da …
Xalq şairi Vahid ƏZİZ.”İl başında bəla gəldi ellərə”
Post Views: 27 İl başında bəla gəldi ellərə,can qurtara bilmır hələ “Virusdan”,elə bil ki,təyyarəylə hər yerə,səpıbdilər bilə-bılə “Virusdan”, Zəli kimi daraşıbdı cahana,təhlükədir hər həyata,hər cana,qonum-qonşu,dost-tanışlar bir yana,imkan olmur nəvə gələ “Virusdan”. Bu,bir qəsddir;–nə var bunu bilməyə?rəvac verək şənlənməyə gülməyə,evdə otur-meylin yoxsa ölməyə!kim görmüşdü adam ölə “Virusdan”? Nə vaxt tamam çıxıb gedər,kim bilər?dövrümüzdən nə yazacaq nəsillər?ümid …
Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)
Post Views: 30 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, …
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı
Post Views: 34 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı. Yeni növ koronavirus (COVID-19) infeksiyasını Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə …
“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir: “Çin hekayəti, və yaxud dünyanın koronavirus faciəsi”
Post Views: 70 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir. Layihəyə yazıçı Gülzar İbrahimovanın “Çin hekayəti və yaxud dünyanın koronavirus faciəsi”adlı hekayəsini təqdim etmişdir. Hekayə tərcüməçi işləyən azərbaycanlı və çinli ailənin dostluğundan, onların bir yerdə …
Xalq şairi Zəlimxan YAQUB.”Bu yaşıl ağacın altı bizimdi”
Post Views: 709 Kök üstə budağı neçədi, bildim,Budaqda yarpağı neçədi, bildim,Salxımı, saçağı neçədi, bildim,Bu yaşıl ağacın altı bizimdi. Saçağı tərpənir tellərin kimi,Yarpağı oynaşır əllərin kimi,Düyməsi açılıb tüllərin kimiBu yaşıl ağacın altı bizimdi. Bu sevgi, bu layla, bu beşik bizim,Çəkər növbəmizi bu keşik bizim.Nəyimizə lazım ev-eşik bizim?Bu yaşıl ağacın altı bizimdi. Su içər sevginin kökü ömürdən,Sevgi …
QƏLƏM DOSTUMUZUN BAHAR SOVQATI
Post Views: 30 İstəkli qələm dostlarım, sözə-sənətə dəyər vermyi bacaran söz sərrafları! Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində və çoxsaylı oxucular arasında istedadlı şair, nasir və esseist kimi tanınan Namiq Zaman Novruz Bayramı ərəfəsində “Qanun” nəşriyyarının “köynəyindən” çıxan “Səni düşünürəm” adlı şeirlər kitabıyla hamımıza unudulmaz anlar bəxş etmişdir. Bəri başdan deyim ki, redaktoru və ilk xeyir …
Yazıçı Qalib Şəfahətin “Sandıq” romanı işıq üzü görüb
Post Views: 28 Oxuculara təqdim olunan “Sandıq” romanında biz Qalib Şəfahət yaradıcılığının fərqli bir üzünü görürük. Yazıçı bu əsərində Qarabağ məsələsinə fərqli bir rakursdan yanaşmaqda, oxucunu gözlənilməz dramatik həyat hadisələrinin burulğanına salmaqdadır. İlk səhifədən sona qədər “bu hadisələr gerçəkdən baş vermişmi” sualı oxucunu tərk etmir.Roman fərqli bir süjet xətti üzərində qurulub, dili obrazlıdır, üslubu orijinaldır. …
Yazıçı Akif Abbasovun “Taxta qaşıq” hekayələr kitabı işıq üzü görüb
Post Views: 32 “Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun“Taxta qaşıq” hekayələr kitabını nəşr etmişdir.Kitabın redaktorları şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Əhməd və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir. Kitaba yazıçının son illərdə qələmə aldığı hekayələr daxil edilmişdir. Həyatdan alınmış hekayələrdə sadəlövh insanların qarşılaşdıqları qəribə hallar təsvir olunur, fırıldaqçılar, yaltaqlar, tamahkarlar tənqid edilir. Qeyd edək ki, müəllifin “İsmayılın bacısı oğlu”, “Tatanxanım”, …
İmadəddin Nəsiminin əsərləri boşnak dilində çapdan çıxıb
Post Views: 34 Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri, filosof İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Əlyazmalar İnstitutundan bildirilib ki, ön sözün müəllifi elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidir. …
31 mart soyqrımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərildi
Post Views: 27 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş interaktiv plakat hazırlandı. İnteraktiv plakatda umummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı, “1918-ci il Azərbaycanlıların soyqırımı – 100 il” bölməsində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında“ …
“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir
Post Views: 37 Ölkəmizdə elan olunmuş karantin rejimi ilə bağlı özünü təcrid müddətində oxucuların vaxtlarının dəyərləndirilməsi üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihə həyata keçirir. Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) da kitabxananın bu …
“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində keçirilən aksiya davam edir
Post Views: 49 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucuları olan yazıçı və şairlər “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə qoşularaq “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir. Kitabxana yazıçı və şairləri ətrafına toplayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci …
“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi həyata keçirilir
Post Views: 31 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) bir çox ölkələri bürümüş koronavirus infeksiyasi ilə bağlı bədii sözün gücünə arxanalaraq əhali arasında təbliğat işini gücləndirmək məqsədilə şair və yasıçıları ətrafına toplayaraq yeni “Kitabxana – koronavirusa YOX deyir!” layihənin həyata keçirilməsinə başladı. Kitabxana koronavirusla mübarizədə ətrafına şair və yazıçıları topladı və Koronavirusla Mübarizəyə …
Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə
Post Views: 43 Marina Axmedova İtburnu Həyat möhkəm sürüklədi apardı, Təsadüfən məni döndüyüm yerə. Ürəyimdə buz bağlamış ümidlər, Canlanıb ot kimi cücərdi yenə. Əyildi təkər də çıxdı yolundan, Sürət ilə diyirləndi enişə. Sanki sözlər necə gəldi, nizamsız Tökülürdü sətirlərə təşvişlə. Ürəyim də hey çırpındı sinəmdə, Möcüzə gözləyən uşaq tək baxdı. Sanki birdən peyda olub hardansa, …
Kitabxana “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir
Post Views: 51 Bir çox ölkələri bürümüş koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) oxuculara virtual xidmət göstərməyi davam edir. MKS “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir.Əhalinin evdə qalaraq sağlam həyat tərzinə davam etməsi üçün …
Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 42 Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 mart 2020-ci …
Bir şəhid ailənin tarixçəsi – Araşdırma
Post Views: 26 Teymur ƏHMƏDOVAMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, (Əvvəli ötən sayımızda)… Səhər dan yeri sökülməmiş Lvov hərbi bazasındakı tank korpusu müdafiə mövqeyi tutmaq üçün geri çəkilmişdi. Nəcəf öz vzvodu ilə ön cəbhəyə göndərilməsi haqqında raport vermişdi. Batalyon komandiri, qvardiya mayoru Romanov Nəcəfin şəxsi işində yazmışdı: “Nəcəf Nərimanov …
“Səbəbi sənsən” kitabından yaz ovqatlı şeirlər – Rəşad Məcid
Post Views: 70 Rəşad MƏCİDAzərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Qala – Adam Hər adamın sığınmağaBir qalası olsun gərək.Bu qaynaşan pis gözlərdənBir xilası olsun gərək. Nicat yoxdu bolca vardan –Hündür divar, dik hasardan!Adamı daş adamlardanQala – Adam alsın gərək! Bu gələn gözəl, əladıYeriyən, gəzən qaladı.Bəlkə də təzə bəladıDinsin görək, gəlsin …
Şair-publisist İbrahim İLYASLI.Seçmə şeirlər
Post Views: 41 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri KİMDİ MƏNİ SƏSLƏYƏN Tanrım, görən mən kiməm,Nəçiyəm bu dünyada?-Bir payı quru torpaq,Üç payı su dünyada! Adım Peyğəmbər adı,Özüm adi bir adam.Bir də bu adilikdənBezib çıxan fəryadam. Qənşərində durduğum,Aynadakı mənəmmi?Ruhum mənə dardımı,Mən ruhuma binəmmi? Əvvəl-axır deyilənBir …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 27 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı SEVGİ VARSA/”Düşüncələrim” – silsiləsindən/ Yar – yarından alammasa sorağı,Zülmət çökər, sönər qəlbin çırağı.Onda olmaz sevgi, könül marağı,Sevgi varsa , könül ülfət bağlayır. Yar tapanda yarısını tam olur,Dəli könül daha ürkmür, ram olur.Sevən ürək eşq …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 43 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı D Ö V R A N S I Z Açıb doğma yurdda ilk bahar gülü,Nərgizlər bəzəyib çəməni, çölü.Gül- gülü səsləyir, bülbül- bülbülüAçılıb bayram süfrəm sevdasız, yarsız,Qovuşduq Novruza bu il Dövransız. Hər zaman sevərdi toyu, …
Şəfa VƏLİYEVA.”Ədəbiyyat haqqında kim nə düşünür?”
Post Views: 43 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur. Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti …
Şəfa VƏLİYEVA.”Bir az vaxtım var….” povetsindən hissələr
Post Views: 27 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı (povest) I hissə… Özüm… – İnsanlar içində yalqızam. Geriyə dönə biləcəyim qədər irəli getməmişəm çünki… Elə bir yerdəyəm ki, daha mənə “həyatı belə yaşamazlar” – deyən yoxdur. …
Şəfa EYVAZ.” Bu axşam…”
Post Views: 34 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Mənim nə gülüşüm, nə göz yaşım var,Doğru bildiyiniz yalan adamam.Sevincin, şadlığın tamına baxıb,Özünə tamarzı qalan adamam. Hər gün əlçim-əlçim buluda dönüb,Özü-öz başına yağan yağışam.Bayırdan qurulu saray görünüb,Könlü içəridən talan adamam. Məni tanımağa …
Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”
Post Views: 30 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Bütün sətirlərim incidi məndən,Bir şair qəlbini sındırdığım gün.Didildi, dağıldı ruhum içindən,Bir şair qəlbini sındırdığım gün. Nə dedin bal dilim acıya döndü,Getdiyim düz yollar əyildi bütün.Dünyanın mən adlı işığı söndü,Bir şair qəlbini sındırdığım …
Xəyalə SEVİL.”İlahi, canım çox yandı”
Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü İlahi, canım çox yandı,Mənimki də oddan çıxır.İlahi, verdiyin ömrüSürmədikcə yaddan çıxır. Göy uzaqdı deyə qalxır,Dizin döyə-döyə qalxır.Ruhum elə göyə qalxırElə bil, qanaddan çıxır. Qaranlığın son gecəsi,Günəş üzü, gün təzəsi.Günlərimin ən təzəsiSən demə ən altdan çıxır.
Xəyalə SEVİL.”Mən hardan baxıram? -Sükut içindən”
Post Views: 28 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Mən hardan baxıram? -Sükut içindən,İnsan sükutundan da bəlli olur.Üzümü göylərə tutub durmuşam,Sağ olsun, Tanrı da təsəlli olur. Külək döyəclədi, yağış islatdı,Payız ağacıyam, çöl ortasında.Nə məndən keçən var, nə mən keçdiyim,Elə bir yolam ki, yol ortasında. Eh! Sən …
Şairə Adilə NƏZƏR.”Göydə dolan ağ buludu”
Post Views: 30 ***Göydə dolan ağ buluduQəlbimə yağdırammıram.Fikirlər baş alıb gedir,Şeirə sığdırammıram. Gah işığın salır fələk,Gah da itini hürdürür.Kimi gəzir yavan çörək,Kimi yağlı keyf sürür. Qələm susub, varaq düşüb,Düzməyə söz də gəzmirəm.İlham pərim qaçaq düşüb, –Bu gecə şeir yazmıram.
Şairə Adilə NƏZƏR.”HU… dəli-dəli”
Post Views: 37 Sevgilim, qulaq ver gələn fəğana,Dinlə, gör nə deyir bu dəli-dəli.Çəkim saçlarımı gözümdən yana-Bax, necə çağırır, Hu… dəli-dəli. Sözün sözüm idi, andındı andım,Əydin, əyilmədim, amma ki, sındım.Mən odsuz-ocaqsız yandıqca yandım,Çilə atəşimə su dəli-dəli… Burada bir dəli qulun oynayır,Axtarır tapammır yolun, oynayır.Düşüb ortasına gölün oynayırSonuncu rəqsini qu dəli-dəli… Bir ağrı, bir acı atıbdı çəngəl,Gözümün …
İradə AYTEL.“Darıxmaqdan ölər adam!” (video)
Post Views: 35 Bilirsənmi, darıxmağın yöntəmini,İçin boyda çöl olarsan.Qaldırırsan saatları başın üstəBir gecəni nuş etməyə yad gəzərsən,Çölündəki özgələrdə od gəzərsən,Çölündəki özgələrdən əl umarsan.Bilirsənmi,DarıxandaBir baxışda min ah olar,Bir ümiddə neçə-neçə günah olar.Bilirsənmi, darıxanda cığır düşəryanağından bir işığa,o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,puçurlanar saçlarında bir gecənin min günahı,puçurlanar buxağında bir öpüşünbir ah boyda min tamahı.“Ah” səsinə bədən-bədən uçunarsan,bir …
İradə AYTEL.“Qafiyəsiz baxışlar”
Post Views: 35 İnqilab İsağın “Canım sənə desin” şeirlər kitabını oxuyandan sonra… Oyatdım canımdakıAğrıların şahını.Anamın göz yaşını,Atamın günahını… Canındakı ağrıları, anasının göz yaşını və atasının günahını oyadaraq söz-söz əriyən, misra-misra dirilən İnqilab İsaqdan danışmaq xoşdur. Çünki İnqilab müəllim mənə çox doğma olan Gəncə Ədəbi mühitinin özündədir. O mühitdə sevilən şairin şeirləri sərhədlərini aşaraq ərazisini genişləndirməyi …
Saqif QARATORPAQ.”Mən işığı öz dibinə”
Post Views: 31 Mən işığı öz dibinəDüşməyən çırağam,adam.Gedib ünvana çatmayanbir gizli sorağam,adam. Nəyim varsa,yaxşı,yaman…elə sən görənəm-həmən.Üstünə göz yaşı damanSaralmış varağam,adam. Yuxu deyiləm,yozulam;çətin ömrünə yazılam.Bərəsi,bəndi pozulanXəzan vurmuş bağam,adam. Bir eşqə ocaqdı sinəm,günəşi batmayan günəm.Öz içində gümüldənənkimsəsiz bulağam,adam. Bilməzsən nədir etdiyin,yol deyil hələ getdiyin.Hər gün yanından ötdüyünbir tənha qovağam,adam.
Saqif QARATORPAQ.”Gecəni bir yuxuluq saxlamışam yolundan…”
Post Views: 30 Gecəni bir yuxuluqSaxlamışam yolundan… Bir pəncərə sevinc Bir vaxt çox sevinərdimDərsdən aldığım beşə.Çox heyif ki,o beşlərIndi yaramır işə… Demə qəribə imişHəyatın imtahanı.Tanrı tərsinə asıbBaşım üstdən zamanı. Üşüyür son bahardaYanına qaçdığım gül.Bir xırmanlıq zəmidənNişanə-bircə sünbül. Sevinc bir pəncərəlik,Kədər bir ev boydadır.Tərəzi çoxdan sınıb,Hamı götür-qoydadır. Çıxara çıxıb çoxu,Baha bilib ayranı.Köhnə maskanın üstdənTaxıb təzə maskanı. …
Ay Bəniz ƏLİYAR.”Düşdü”
Post Views: 31 Qəribsəyib darıxmağım,Bu gün lap yerinə düşdü.Beynim bir fikirdən qaçdı,Eh….…… başqa birinə düşdü. Hər gün bir cür ümid verdi,Yandım, Allah, bu nə idi?Dərdimin açar-kilidi,Dərindən dərinə düşdü. Yenə vayqanlıdır adım,Sevindirdik dostu, yadı.Görüşümüz alınmadı,Axşamın şərinə düşdü. Ey diri-qafil, qalx, oyan!Varmıdır sevdadan doyan?Mənim sevgimə uymayan,Gör kimin toruna düşdü.
Ay Bəniz ƏLİYAR.”Oğurluq”
Post Views: 30 #şeiroxuyaq Yenə gəldim oğurluğa,Ömürdən gün oğurladım.Yenə darıxdım səninçün,Oğruluğu doğruladım. Gün adi gün deyildi ki,Bir ömürə tən günüydü.İki eşq dolu ürəyinHəsrəti bitən günüydü. Ömürdən gün oğurladım,Günaha batdım, nə gözəl.Pozdum alnımın yazısın,Arzuma çatdım, nə gözəl. Məni gözəl hisslərinəƏsir etdiyinçün sağ ol!Mənə hər dəfə bir başqaTəsir etdiyinçün sağ ol!
Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə
Post Views: 39 Şeyit-Xanum Alişova Ad günü – həyatımın başlanğıc günü, Parlaq, təntənəli keçməlidir bu günüm… Dostlarımdan eşitdim ki, getmisən hədiyyə almağa, nə axtarırsan orda? Anlamıram, donluq parçamı seçirsən yoxsa? Nə alsan qəbulum, nə alsan dəyərlidir mənə. Lakin bütün bunlar mənasız. Əgər sevirsənsə, bu günü mənimçün gözəlləşdir, parlat, rəng qat mənim bu günümə. Ən gözəl …
Xatirə FƏRƏCLİ.”Bahar gəlir”
Post Views: 41 Təbiətqonaq gözləyənev sahibi kimi tədarükdə,var – gəldədirağacların qarasınıçırpıb tökən külək də,qar yükünü atmış göy üzübəyaz tül,buludlarağlayıb ürəyini boşaldan adam kimiyüpyüngül,oturubelçi daşı üstündə günəşaçılıb eyni,gözləri yanır bulaqlarıneşqə düşən gənc kimi,qucağı dolu dərələrqayaların təbəssümünəəzilib-büzülməkdə,ağaclar düyün – düyün,qoca ağaclarınquruyan budaqlarıyaşlanan gözəlinüzündəki qırış kimi sezilməkdə,qış uzunulüt budaqlarıdayanacaq yeri seçənsərçələrsevincək.… demək,bahar gəlir,bahar gəlir demək…
Xatirə FƏRƏCLİ.”Suya düşən xəyallarım”
Post Views: 30 Suya düşən xəyallarım,Gün gülmədi üzünüzə.Hardan əsdi, hansı tufanQum üfürdü gözünüzə? Suya düşən xəyallarım,Od tutdu su, yandı qar da.Həvəslə qurulmuşdunuzHarda boşluq oldu, harda? Suya düşən xəyallarım,Sizi ki gerçək sanmışdım.Mən onsuz sizə qədər dəBelə qor alıb yanmışdım. Suya düşən xəyallarım,Qarşınızdan su axmadı.Elə yıxdı sizi yıxanNə çəkdiyimə baxmadı.
Şair-publisist Hikmət MƏLİKZADƏ.”Torpaq ölüm yeşiyidi”
Post Views: 27 *** Torpaq ölüm yeşiyidi, –Qəmin evi-eşiyidi…Ürək sevgi beşiyidi,Eh, ayrılıq dəmi çoxdu. Tora düşdü kim, anında, –Bada verdi imanın da.O sevdanın limanındaLövbər salmış gəmi çoxdu. Oda salıb səni yar ki…Görüşəcək üzü var ki?Bulud, sən də yağ, qurtar ki,Biçiləsi zəmi çoxdu. Şeytan baxır, yeri cızda,Nə qalıb ki, aramızda?Qəfil eşqə düşən qız daHələ bilmir, qəmi …
Şair-publisist Hikmət MƏLİKZADƏ.”Məni lal elədi o dəli gözlər”
Post Views: 25 *** Məni lal elədi o dəli gözlər,Eşqin odu qədər külü də varmış.Halım düzəlmir ki, səcdəyə durum,…Ruhumun səadət gülü də varmış… İslanıb içimin sevda yolları,Beşik qorxusu yox canımda, şükür.Ağ pərdə kimisən bu gün, əzizim,Narahat deyilsən yanımda, şükür. Haçan cücərəcək qorxaq hislərim?İstə, bulud olum, limanın artsın.Könül xoşluğu var bu gecə məndə,Məst ol, bu əzabdan …
Əziz MUSA.”Karona”
Post Views: 59 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bu karona çaşdırıbdı tay bizi,Qarşısında boynun büküb yer üzü,Daha bezdik eşitməkdən bu sözü;Gecə-gündüz hamı deyir,evdə qal,Maska ilə gəzib, dolalan, nəfəs al. Gücü çatmır tay duanın, dərmanın,Vallah hamı çox istəyir öz canın,Sözü keçmir nə sultanın, …
Əziz MUSA.”Hardasan?!”
Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sən mənim tanrıdan ən şirin payım,Sənə can deyirəm, söylə hardasan?Sən mənim günəşim, sən mənim ayım,Mən səni öyürəm, söylə hardasan? Ay gözəl, hüsnündən ilham alıram,Sənin xəyalınla fikrə dalıram,Səni görməyəndə çaşıb qalıram,Gözümü döyürəm, söylə hardasan? Neyləyim …
Rafiq ODAY.”Zalım dostların”
Post Views: 36 Öldü sonuncu ümid dəÜzündən zalım dostların.Yalnızlıq daha əfzəlmişYüzündən zalım dostların. Min düşmən üstünə hürsə,Dərd etmə ürəklər birsə.Araz qurşağından, KürsəDizindən zalım dostların. Cücərtməyir su hər dəni,Qəbul etmir bu pər dəni.Tanrım, qaldır bu pərdəniÜzündən zalım dostların. 08.03.2019.
İsmayıl İMANZADƏ.”Pozulur”
Post Views: 28 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Başda hökm eləyir qarın,Hüdudu görünmür varın.Şər dinəndə yaxşıların –Cərgəsi – səfi pozulur. Zülmət minbər, dərd azançı,Yalğquzağa dönür sancı.Kiminin artır qazancı –Kiminin nəfi pozulur. Göylər solğun çöhrə kimi,Ömür yağsız cəhrə kimi…Yer çalxanır nəhrə kimi –Dünyanın kefi pozulur. 25.03.2020
İsmayıl İMANZADƏ.”Gedirsən”
Post Views: 28 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri De, nəyə gərəkmiş axı, bu sitəmİsitməz ürəyi nə kədər, nə qəm.Niyə üzün döndü, deyə bilmirəm-Sel kimi kükrəyib-daşıb gedirsən. Dönük bir sevginin beləysə ilki,Zülmətdə qərq olar sonu da, bil ki…Ürəyim üzünə bağlı deyil ki-Sən niyə gözümdən düşüb gedirsən?..
İsmayıl İMANZADƏ.”Bəsimdir”
Post Views: 24 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Get yaxşı yol, bir də sevsən hər kimi,Qoy, sevincin şəfəq saçsın zər kimi.Təkcə mənim ilk sevgimi sirr kimi-Ömrün boyu saxlasan da bəsimdir. Həsrətindən dodaqlarım çatlayıb,Sızlayıram dizlərimi qatlayıb.Xəyalında səddi keçib, adlayıb-Hərdən məni yoxlasan da bəsimdir. Sənsiz demə bir yanıqlı dilmişəm,Tənhalıq da göz yaşıymış-bilmişəm.Eşitsən ki, həsrətindən ölmüşəm-Bircə ağız …
İsmayıl İMANZADƏ.”Qız”
Post Views: 25 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Gözlərimdən damla-damla töküldü,Kölgə kimi harayasa çəkildi.Rəngi solmuş xatirədi, şəkildi-Həsrətimdə göyərən qız, bitən qız. Ocaq idim, isinmədi közümə,Ha səslədim, bənd olmadı sözümə.Xəyalımda gülümsəyib üzümə-Gözlərimin qabağından ötən qız… Mən bir yorğun yolçu idim, sən çaparÇıxıb getdin… saşlarıma yağdı qar.Ürəyimdə közün qalıb gəl apar-Ay illərin zülmətində itən qız.
İsmayıl İMANZADƏ.”Şəlalə”
Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Dərələrə sığışmayır harayı,Tunc sinəli sərt qayalar “sarayı”.Gah günəşi sehrləyir, gah ayı-Bu gözəli saçlarından kim asıb? Dağ döşündə düşüb qalan aynadır,Sal daşları elə bil ki, qaynadır.Ovcundakı damlaları oynadır-Bu gözəli saçlarından kim asıb? O, dağlarda bir gözəllik allahı,Qəlb sızladan nə dərdi var, nə ahı.Bilən varmı axı, nədir günahı-Bu …
İsmayıl İMANZADƏ.”Söz”
Post Views: 52 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Cavabsızdı “nə üçün”lər, “nədi”lər,Haqqımızı çeynədilər, yedilər.Üz qaraldar əzəl-axır dedilər-Bic doğulan yalan kəlmə, yalan söz. İsidəcək canımızı təzədən,Kəsdirəcək yanımızı təzədən,Duruldacaq qanımızı təzədən-Bulud kimi kövrələn söz, dolan söz. Nizamidən, Füzulidən söz açdı,Xətainin qılıncında iz açdı.Məmməd Araz hikmətində göz açdı-Zaman-zaman qiymətini alan söz. Zərifliyi bir bənövşə həyası,Selə dönsə sal …
İsmayıl İMANZADƏ.”Nar çiçəyisən”
Post Views: 27 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri (Şairə Gülnarə Acalovaya) Ömrümüz elə hey cəngdə-savaşda,Bir kəlmə xoş sözlə isinər daş da.Görəndə, sandım ki, şaxtalı qışda,Yazdan soraq verən qar çiçəyisən. Nə dərd azalandı, nə ömrün yükü,Bu fani dünyada xoşbəxt ol təki…Bilmirəm, bəlkə də bir ürəkdəkiSevgiyə sığınan “yar çiçəyi”sən? “Rənginə” bələdsən qaranın-ağın,Qəlbində dil açır aranın- dağın. Doğma övladların …
İsmayıl İMANZADƏ.”Nə var ki!
Post Views: 27 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Keçir dərd içində hər vaxtım-vədəm,Düşməni qorxutmur qarğışım, hədəm.Kəsiblər qarşımı, qoymurlar gedəm-Haqqın ətəyindən tutub ölməyə. Ta burdan o yana bağlıdır yolum,Bir acı sözlə də dəyişir halım.Məni qınamayın, yoxdu macalım-Şeirlə başımı qatıb ölməyə. Vaxtsız əcəl yola qəfildən çıxır,Adam var çörəyi qəbirdən çıxır.Rur da bədəndən ta birdən çıxır-Qoymur ha, …
İsmayıl İMANZADƏ.”Necə deyim”
Post Views: 32 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Mənmi suçlu, sənmi haqlı,Bu sual bir az maraqlı.Hardaydın sevgi soraqlıEvimiz tikilən vaxtı? Nəyin əskik idi, nəyinSızladımı heş ürəyin?Qeyb oldun gülün-çiçəyinSeçilib əkilən vaxtı. Rəngi solanda üzümün,Qay yağdı üstə izimin.Gəlib çıxmadın gözümünYollara dikilən vaxtı. Dilimdən düşmədi adın,Nəyə gərəkmiş inadın?Sütunum-tağım olmadınBelimin bükülən vaxtı. Sən idin arzum-diləyim,Dilimdən düşmür gileyim.Bilmirəm sənə …