Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın “Körpəm”, “Çoxmu maraqlıdır səndən sonra nəyim var?!”, “Çıxıb getmək var… bacarsan”, “Tənhalar”, “Sən yağış deyilsən ki?!!” şeirləri Qardaş Türkiyənin ən ünlü mətbu orqanlarından biri “edebiyatgazetesi.net”də dərc olunub.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi