Ağayeva Mənzər Bahadur qızı 1958-ci il 17 martda Quba şəhərində ziyalı ailəsində anadan olub.
İlk təhsilini Qubada 1 nömrəli orta məktəbdə alıb və 1970-cü ildə Qubada orta musiqi məktəbinin fortepiano sinfini bitirib. Sonra ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya köçüb və 1975-ci ildə Bakıda 199 nömrəli orta məktəbi bitirib. Həmin ildə Xalq Təsərrufatı İnstituna daxil olmuş və 1980 ci ilə həmin İnstitutun
“Xalq təsərrüfati və əməyin iqtisadiyyatı” fakultəsini bitirmişdir.
1993-ildən Bakı Dövlət Unversitetinin müəllimlərinin fəaliyyət göstərdiyi müxtəlif ərəb kurslarında iştirak edib.
2002-ci ildə İslam İniversitetinə daxil olub və 2006-ildə həmin Universiteti bitirib.
Həmin vaxtdan Nəşriyyatda müxtəlif qəzetlərdə və “İlham çeşməsi” adlı qəzetdə dini və vətənpərvərlik mövzullarında məqalələri dərc olunub. Həmçinin “İslam dininin həqiqətləri”, “İsmi şəriflərin hikmətləri”, “Quran əlifbası ilə tanışlıq” “Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri” və “Surələrin fəzilətləri və dualar “ adlı kitabların müəllifiyəm. Hazırda “Hz.Peyğəmbərin Meraca səyahət” mövzusu üzərində işləyir. Ailəlidir, iki övladı var.