Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 3 noyabr tarixində saat 10:00-da Tərtər rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 29) Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 1 noyabr 2023-cü il tarixinə qədər Qarabağ Regional Mədəniyyət İdarəsinin qarabagh@culture.gov.az elektron poçt ünvanı, (022) 236-31-79 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Mənbə: https://culture.gov.az/