Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi başlayır

“Ulduz” aylıq ədəbiyyat dərgisi Azərbaycan Ədəbiyyat Fondu ilə birlikdə unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinə başlayır. 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə qatıla bilərlər.
Təşkilati dəstək : “Kəpəz hospital”
İnformasiya dəstəyi: “Ədəbiyyat və İncəsənət” portalı

  1. Şeirlər musabiqe85@mail.ru poçtuna göndərilir.
  2. Hər müəllif yalnız iki şeirlə iştirak edə bilər. (Vord formatda)
  3. Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.