4 iyul 2014-cü il tarixdə Bakı şəhərində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar Qabil Ədalətin təşkilatçılığı ilə Çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı xanım yazarı, “Birləşən Ürəklər” Ədəbiyyat Dərnəyinin Başqanı Yasəmən Meydanla görüş keçirilib. Düzənlənən tədbirin aparıcısı Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı olub.Tədbirdə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azad qələm” qəzetinin təsisçisi və baş redaktoru Nəcibə İlkin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri-gənc yazarlar Sərvər Kamranlı, Nofəl Ümid, İntiqam Yaşar, Yeqzar Cəfərli, Elşad Barat, Vasif Zöhraboğlu, Ruslan Dost Ali, Bənövşə Mahmudqızı, Günay Həsənli, Əfsanə Ələsgərli, Pərvanə Nizaməddin, Əntiqə Səməndər, Birləşən Ürəklər Dərnəyinin Azərbaycan təmsilçisi Raifə Sərxan qızı və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, Yasəmən Meydanın həyat və yaradıcılığı haqqında məlumat verib, daha sonra isə sözü tədbirdə iştirak edən qonaqlara verib. Qonaqlar da öz növbəsində xanım yazar haqqında olan duyğu və düşüncələrini bölüşüblər, ədəbi-bədii yaradıcılığlnda bol-bol uğurlar diləyiblər.Yasəmən xanım gənc yazarlara Dərnəyinin təşəkkür bəlgesini təqdim edib.Qabil Ədalət Dərnəyin xüsusi mükafatı ilə təltif olunub.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti