Author: Delphi7

  • Vətənimizi tanımaq üçün Qax rayonuna virtual səyahətə yollanırıq

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın doğma diyarlarını tanıtmağa davam edir. Layihədə Xızı, Ucar, Göyçay, Agcəbədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edir.

     Vətənimizi yaxından tanımaq üçün ölkəmizin gözəl guşələrindən biri  olan, qala, istehkam mənasını daşıyan  Qaxa yollanırıq.

    Videoçarx ərazisi 1494 kv kilometrdən ibarət Qax rayonunun xəritədə təsviri ilə başlayır. Xəritənin təsvirində dağlar, çaylar, göllər, düzənlikər, həmçinin kəndlərin adı və yerləşdiyi ərazilər də qeyd olunmuşdur. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala rayonu, cənub-şərqdən Şəki rayonu, cənub-qərbdən Yevlax və Samux rayonları ilə həmsərhəddir.

    Təqdim edilən videoçarxda Qax rayonunu bol su ehtiyatı ilə təmin edən Qanıxçay, Kürmükçay, Qapıçay, Ləkit çayı, Zərnə çayı, Əyriçay, Hamamçay kimi çayların, dağ zirvələrindən Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalının siyahısı və fotoları da verilmişdir. Zəngin təbiəti ilə məşhur olan  İlisu kəndində 25 metr hündürlüyündə Ramramay, unikallığı ilə seçilən  Ləkit kəndindəki Damcılı şəlalələri, Süskən kəndində çıxan mineral suyun Azərbaycanda məşhur olması haqqında məlumatlar əks olunmuşdur.

    Videoçarxda keçmiş dövrdən indiki dövrə kimi bir sıra görkəmli şəxsiyyətlərin adları və fotoları da öz yerini tapmışdır.

    Videoçarxda  hər daşının altında bir tarixin yaşadığı qeyd olunaraq, tarixin müxtəlif mərhələlərini özündə yaşadan abidələr diyarı Qaxın tarixi abidələri, ziyarətgahlarının fotoları qeyd olunmuşdur. Fotolar sırasında Qum bazilikası, Şam qalası, Həsənqala, Kümük məbədi, Alban məbədi, İçəri bazar və s. yer alır.

    Videoçarxın sonunda bir-birindən fərqli dadları özündə birləşdirən Qax mətbəxinə məxsus sürhüllü, xingili, qırs, quru ətdən hazırlanan yeməklər və müxtəlif plov növlərinin fotolarını izləmək olar.

    Videoçarxın giriş hissəsində Akif İslamzadənin “Bura Vətəndir”, davamında isə Pərvin Piranovun “Qax” mahnıları verilmişdir.

    Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

    https://www.youtube.com/watch?v=8V96ePH7p8o&t=44s

    Vətənimizə aid videoçarxlar müntəzəm şəkildə davam etməkdədir.

  • Coşqun XƏLİLOĞLU.”Hardan gəldi taclı virus?”

    Çağırılmamış qonaq kimi,
    Bir imtahan, sınaq kimi,
    Qəmli xəbər – soraq kimi
    Hardan gəldi taclı virus?

    Bəlkə marıqda gizlənib,
    Bəlkə hardasa düzlənib,
    Bəlkə, illərdir  bəslənib,
    Hardan gəldi taclı virus?

    Alim bilmir, çoban bilmir,
    Yaxşı bilmir, yaman bilmir,
    Qoca bilmir, cavan bilmir,
    Hardan gəldi taclı virus?

    Başında olsa da tacı,
    Çox  taleyi edib acı,
    Tapılacaqdır əlacı,
    Hardan gəldi taclı virus?

    Hücum çəkir dörd bir yana,
    Düşmən kəsilib insana,
    Ömrü çatar bir gün sona,
    Hardan gəldi taclı virus?

    O, qatildir, o yağıdır,
    Nə qədər evlər dağıdır,
    İndi həmrəylik çağıdır,
    Hardan gəldi taclı virus?

    Gəlin, ona üz verməyək,
    Danışmağa söz verməyək,
    Həm işıq, həm göz verməyək,
    Hardan gəldi taclı virus?

    Günlər öndədir -çox gözəl,
    Möhkəm, düz qoyulub təməl,
    Bəhrə verməlidir, əməl,
    Hardan gəldi taclı virus?

    Bir az düşüncəyə dalaq, 
    Ciddi, intizamlı olaq,
    Səbr  eyləyib evdə qalaq,
    Başa düşək, acdı virus,
    Hardan gəldi taclı virus?

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Gözüm o qözlərdə qaldı…” (Poema)

    Hörmətli Azər müəllim!

     91-ci ildə yazdığım əsərdi.

    29-il əlyazmalarımın arasında qalıb. Bir az əl gəzdirib Sizə göndərirəm. Hadisələr Azərbaycan Xalq şairi, Respublikanın Milli Qəhrəmanı X.R. Ulutürklə mənim gənclik və tələbəlik illərimizdən bəhs edir.

    Biz iki rəfiqə qızla ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda, artıq mənim xanımım dünyasını dəyişmişdi. İndi də X.R. Ulutürk dünyada yoxdu.

    Tanrı Firəngiz xanım Ulutürkü qorusun!

    Bakı şəhəri  – 23 mart 2020    

    Sizə hörmətlə,  Nəriman Həsənzadə, Xalq şairi

    P.S. Bu şəkli 1962-ci ildə, tələbə ikən Moskvada çəkdirmişik.

    PROLOQ ƏVƏZİ

    Qarşımda bir şəkil var,

    arada neçə il var.

    Neçə payız, neçə qış:

    orda saçlar qaraydı,

    burda saçlar ağarmış.

    Orda vüsal danışır,

    burda həsrət, ayrılıq.

    Ordakı “mən deyiləm”,

    burdakı mənəm artıq.

    Arada bir Araz var,

    içimdə etiraz var.

    Üz-üzə iki sahil! –

    çağır, eşidən deyil.

    Xəlil!

    Sara!

    Firəngiz!

    Üçü də doğma, əziz.

    Bir dastandı bu şəkil,

    sirli, sehirli dastan.

    Qalıb iki gəlindən,

    iki tələbə dostdan.

    Hardadı şəkil çəkən? –

    səadət bəxş eləyib,

    O da özü – bilmədən.

    Burdakı nöqtə, vergül,

    adi işarə deyil.

    Öz ahımdı – nəfəsim.

    Sinəmdən damcılayıb,

    qələmdən yox,

                                 əzizim!

    I

    İyirmi bir yaşında,

    örpəkləri başında.

    Səadəti gözündə,

    Həyaları üzündə.

    İki gəlin, iki gül,

    eşq dolu iki könül.

    Biri – Şirindən şirin,

    biri – Leylidən əziz.

    Sara, bir də Firəngiz.

    Güləndə – ekiztayı,

    mümkün deyil ayırmaq,

    ayırıb qəlbi qırmaq.

    İkisi də – bəxtəvər:

    biri bir az doludu,

    o biri sınıqtəhər.

    Biri bərk güləyəndi,

    o biri – az danışan.

    Biri tez küsəyəndi,

    o biri – tez barışan.

    Biri – kino sevəndi,

    o biri – şəkil yığan.

    Biri – gecdən durandı,

    o biri çox yatağan.

    İkisi də – ağappaq.

    Günüağ olmuşların

    hərəsi bir cürə ağ,

    hərəsi bir cürə pak.

    Birinin düşbərəsi,

    o birinin süfrəsi.

    Bir gəncin yastığına

    baş qoyubdu hərəsi.

    Ovsunlayıb aparıb

    hərəsi bir cavanı, –

    biri – Xəlil Rzanı,

    o biri də Qiyamı.

    Sonra bu toy-bayramı

    biri Salyanda qurdu,

    biri Gəncədə qurdu.

    Aşıqlar oxuyurdu,

    gəlinlər oynayırdı,

    qanımız durulurdu.

    Bəylər qucaqlaşırdı.

    Bu dünya paklaşırdı…

    Sara elə bilirdi

    daimiyik, əbədi.

    Yüz il sonra gec olmaz,

    danışsa bu söhbəti.

    Mən dedim elə demə,

    dünyaya ərk eləmə.

    Dünya timsah ağzıdı,

    açılıb bəşər üstə.

    Yatıb xumarlanırıq,

    biz mişar dişlər üstə.

    Yazıram o söhbəti,

    heyif, özü görmədi.

    Onda yaza bilmədim,

    indi susa bilmədim.

    II

    Hadini oxuyurdum,

    Cavidi oxuyurdum.

    Müşfiqi də yanaşı, –

    bir sırada qoyurdum.

    Hadi – Cümhuriyyətin,

    şair oğluydu – mətin!

    Yoxa çıxdı sonradan,

    On birinci ordudan,

    bir silahlı çalağan,

    dilində söyüş, hədə,

    bir yabançı ləhcədə

    sual verir, o susur,

    Əmr eləyir, o susur.

    Satır şeirlərini,

    alanı yox, o susur.

    Uçub ilham pərisi,

    həyanı yox, o susur.

    Deyirdilər o nadan,

    atəş açıb sonradan.

    Gəncədə deyirdilər,

    Bakıda deyirdilər.

    Deyən, görən sınırdı,

    millət hayıfsınırdı.

    Şəhərdə bir təlatüm,

    xalq qalxmışdı, görürdüm.

    Özüm də qarışırdım,

    evdə də danışırdım.

    Meydanda başqa Meydan,

    nümayiş, şüar, filan!

    Üçrəngli bayrağımız,

    yuxulu oyağımız,

    oyaq yatanlarımız,

    ara qatanlarımız…

    Tamam dəyişib şəhər,

    asfaltla yox,

                       insanla

    örtülmüşdü küçələr.

    Xəzər – iki dənəydi,

    Meydanda – zəlzələydi.

    Bu da tarixi bir gün,

    tarixi mərhələydi.

    Meydanda – “Cümhuriyyət”,

    “Demokratik hökumət”.

    sözünü ilk dəfəydi

    üzə deyirdi millət.

    Mən də qalxdım kürsüyə,

    demirsən qayna-qarış.

    Aparıcı susurdu,

    Elçibəy dedi: danış.

    Söz verirəm sənə mən! –

    təkrar elədi yerdən.

    Sağ gözümdə qığılcım,

    sol gözümdə məşəqqət, –

    bir dildə danışırdı,

    bayraq dilində – Millət.

    III

    Dəyişdi, sənə qurban,

    səndən sonra dünyamız.

    Himnimizə qarışdı

    ağımızla

                       laylamız.

    Tanklar yeridi, tanklar!

    Susdu qaynar bulaqlar.

    Yer tüstüydü, göy bulud,

    təkərlər altda sükut

    boğulub,

                       bağırırdı,

    dünyanın axırıydı.

    Döngələr təhlükəliydi,

    tarixi bir ləkəydi!

    Qətl, qarət – xəbərsiz,

    qanunsuz, məhkəməsiz.

    Fövqəladə vəziyyət!

    Bu zülüm, bu əziyyət

    Kremlin “töhfəsiydi”.

    Dolu sisternlərin,

    neftimin əvəziydi.

    Bakı – proletariat!, –

    bir fəhlə ölkəsiydi.

    Bakı – SSRİ-nin

    seçilən bölgəsiydi.

    Kremlin gözüylə bax:

    özü yox, kölgəsiydi!

    Tarix! Ulu Öndərin

    tarixi çəkisi var 1

    O göy gurultusunun

    bir ildırım səsi var.

    Cəllad onda gördü ki,

    millətin yiyəsi var.

    Salam, Fəxri Xiyaban! –

    səndə bir Türbəsi var.

    Hər gün, növbədənkənar,

    hər nəslin növbəsi var.

    Zaman səs verdi bizə,

    İstiqlal yazılırdı

    qədim salnaməmizə.

    İgidlər məzarına,

    əyildikcə, ucaldıq.

    Ölən yoxuydu daha,

    Şəhid olurduq artıq.

    IV

    Şeirin, sözün ağrısı

    bu dəfə cana düşdü.

    Xəlil zindana düşdü.

    Qarışdı Lorkalara

    və Musa Cəlillərə.

    Xalq səs verdi Xəlilə

    və Xəlilkimilərə.

    SARA

    Cinayəti nəydi bəs?

    QİYAM

    Dedilər millətpərəst.

    SARA

    Yaşayıbmı dünyada

    millətsiz bir sənətkar?

    QİYAM

    Dedilər sev milləti,

    Dili lal, qulağı kar.

    SARA

    Nə qədər yatdı Xəlil?

    QİYAM

    Nə qədəri şərt deyil.

    Uca tutdu başını

    Sovetin bayrağından.

    Nə çəkicindən qorxdu,

    nə onun orağından.

    SARA

    Firəngiz hardadı bəs? –

    həssasdı, dözə bilməz.

    QİYAM

    O, keçmədi Xəlildən,

    ona borcludur vətən.

    Sərt, təmkinli, pərişan,

    az dinən, az danışan.

    Teleqramlar vururdu

    yuxarıya birəldən.

    Səni xatırlayırdı

    məni görəndə hərdən.

    “Davam edir otuz yeddi,

    daha kəskin, daha ciddi!”

    Xəlilin gur səsiydi.

    “Lefortovo” zindanı

    təzə “gözətçi”siydi.

    “Ucundadır dilimin

    Həqiqətin böyüyü.

    Nə qoydular deyəyim,

    nə kəsdilər dilimi…”.

    Xəlilin sinəsində

    şaxələndi bu üsyan.

    İki dahi yetişdi

    bizim Kür qırağından,

    O – türkçü,

    Bu – Ulutürk.

    Türkün xəritəsini

    xəritədə böyütdük.

    V

    SARA

    Moskva, yataqxana,

    yadımdadı o illər.

    Yanaşı çarpayınız,

    Şərikli kitab-dəftər.

    bizim kirayə evlər.

    Qaçırdıq yanınıza,

    arada, axşam-səhər.

    Yoxuydu heç nəyimiz,

    İki qutu göy noxud

    gətirdik, gələndə biz.

    Qonşu hiss eləmişdi,

    həyətə, bağa çıxıb.

    Deyirdi, altı qutu

    anbardan yoxa çıxıb.

    – Altı qutu?

    – Düz altı.

    Əlim çənəmdə qaldı.

    İki qutuydu vur-tut,

    yarı su, yarı noxud.

    Əvəzində sonradan,

    noxudun havasıyla, –

    aş apardım qonşuya,

    üstünün qarasıyla.

    uğundu, getdi Xəlil:

    “İki qutu göy noxud,

    bir sini aş…” pis deyil!

    – Bir axşam itmişdiniz,

    kinoya getmişdiniz.

    Moskvaya, şəhərə!

    Nə burda, bələdsiniz,

    nə də orda, bir yerə.

    Şər qarışır, gün batır,

    biz yollarda bir təhər.

    Allah, ürəyimizə

    nələr gəlmirdi, nələr!

    – Sara!

    – Firəngiz!

    – Sara!

    səs salmışdıq yollara.

    Gedib qəbristanlığı

    harayladıq nə qədər,

    Yol – içindən keçirdi,

    susurdu daş qəbirlər.

    Baxırdıq, boylanırdıq,

    gedirdik, əylənirdik.

    Sonra gileylənirdik.

    XƏLİL

    Firəngiz gülər üzdə,

    küsər heç şeyin üstə.

    Sonra da minnət, xahiş,

    gəl, indi dindir, danış.

    QİYAM

    Sara da küsəyəndi,

    dediyini deyəndi.

    Bilmirəm necə dözür,

    soruşsan danar özü.

    XƏLİL

    Qızlar küsür ki, Qiyam,

    hardasa oxumuşam:

    onları çox istəyək,

    nə desə, onu deyək.

    Xəlil susurdu hələ,

    tutulmuşduq arada.

    Gəlib tapdıq biz sizi,

    bizim yataqxanada.

    – Bircə yolumuz qalır,

    bundan sonra biz gərək, –

    Vağzaldan bilet alıb,

    evinizə göndərək.

    Xəlil dedi, mən dedim,

    mən bilmədim, nə dedim.

    Sənin gözlərin doldu,

    Firəngiz də tutuldu,

    o da çəkdi içini.

    İndi necə uçurdaq

    İki ağ göyərçini!

    Öz tale payımızı,

    öz alın yazımızı,

    dünyadan – dünyamızı?!

    Güləndə, bağışladıq,

    söz də veririk ki, sözsüz, –

    kinoya gedəcəyik,

    ikimiz yox,

                       dördümüz.

    VI

    Qorki institutundan

    məktub göndərmişdilər,

    Qızlar pərtiydi yaman, –

    ailəli olanlar

    tək gəlsin, – demişdilər.

    Dolmuşdu yataqxana,

    ümid yoxuydu ona.

    Moskva!…

    İlk dəfəydi.

    bizim də səfərimiz.

    Məndən soruşdun, Xəlil,

    bəs Sara, bəs Firəngiz?!

    Küsdülər, köyrəldilər,

    vağzalacan gəldilər.

    Getmək istəyirdilər,

    Moskva qızlarını

    dalda pisləyirdilər.

    – Necə? – qısqanırsınız?

    – Yox, – deyib danırdılar.

    Xəlil, bizi sevənlər

    bizdən utanırdılar.

    Bu da bir istedaddı,

    heyif, çoxuna yaddı!

    Neyləyəsən, həyatdı:

    bir bağın meyvəsi də,

    gah şirindi, gah acı.

    Söz – ağızda çəkilir,

    dil – nədir bəs?

    Satıcı! –

    əridir mətahını,

    ucuz-baha qiymətə.

    Eşq olsun təbiətə!

    VII

    Bizə demişdilər ki,

    yağarlıqdı Moskva.

    Soyuqdu, sərtdi hava.

    plaş alın siz orda,

    zont alın, beret alın,

    Qaloş alın siz orda.

    Əldə zont, başda beret,

    geyindik plaşları.

    Ayaqqabının üstən

    keçirdik qaloşları.

    Dərsin birinci günü

    “bəzənmişdik” büsbütün.

    Nə hava soyuq oldu,

    nə yağış yağdı o gün.

    Sən demə, baxıbdılar,

    gülübdülər kənardan.

    “Marsdan, Aydan gəlibdi

    yəqin bu iki cavan…”

    Nə plaşı çıxartdıq,

    nə qaloşu soyunduq,

    Nə bereti, nə zontu,

    Beləcə, “məşhur” olduq.

    VIII

    Yaxşı keçdi seminar,

    inciyən olmadı heç.

    Smelyakov apardı –

    Yaroslav Vasilyeviç.

    On il sürgündə yatan,

    nə yuvası, nə evi.

    “Gözəl qızıydı Lida”

    şeirinin müəllifi.

    Ürəyi söznən dolu,

    narazıydı mühitdən.

    Misal çəkərdi bizə,

    Puşkindən, bir də Fetdən.

    – Heç kim yerində deyil,

    kimsə, bilmək istəsən:

    yaxşı dərzi olardı

    şairdi, nə deyəsən!

    Əla cərrah çıxardı,

    istəsəydi filankəs.

    O da poema yazır,

    şairdi, gəl indi döz!

    Vlademir Oqnev də 2

    həqiqətə mat qalır:

    – “Klassiklər” çoxalır,

    oxucular azalır!

    Seminar rəhbərinin

    dönüb baxır üzünə.

    O, dərin məna verir,

    tənqidçinin sözünə.

    Seminarın davamı

    düşmürdü dilimizdən.

    Bu, deyirdi: mən düzəm,

    o biri deyirdi: mən!

    “Şeiri Mayakovski

    necə yazır, bax elə.

    “Sol,

    sol,

    sol!..

    ancaq elə.

    Döyüşdəsən, davada.

    misralar qırıq-qırıq!

    Ütülü,

    Sığallı yox!..”

    Bir tələbə – şairin

    fikiriydi bu, belə.

    O biri də deyirdi,

    təmkinlə yox, təkidlə:

    “Yesenin də yazır bəs? –

    başqasına bənzəməz.

    Ağcaqayın dilində,

    ana dilində rusun.

    Kimə meydan oxusun?

    Kimin üstə çığırsın?

    Misranı niyə qırsın?”

    Bu biçdik, bir ölçdük,

    bir yaxşı fikrə düşdük.

    Xəlil dedi gəl, gedək,

    mən də dedim ki, mütləq.

    Bağ evi qonşudaydı,

    burda, Nazim Hikmətin.

    Ustad sözü deyərdi,

    Nə desəydi o, yəqin.

    Nazim uca boyuyla,

    qıvrım, sarı saçıyla,

    öz şəfqət bacısıyla 3

    evindəydi –

                       təzə-tər.

    Yenə o mavi gözlər!

    Yenə o türkcə dəvət!

    Yenə o səs, o ülfət!

    Yenə “Canım!”, “Şəkərim!”

    sevdiyi kəlməsiydi.

    Bizi görəndə hər dəm,

    bizə “gəl” deməsiydi.

    XƏLİL

    Seminarıydı, ustad,

    şeiri necə yazaq?!

    Mayakovski kimi,

    yoxsa,

              Yeseninsayaq?

    QİYAM

    Gəldik, sizdən soruşaq.

    Vurğunun bir bəndini

    əzbərdən deyə-deyə, –

    söykəndi pəncərəyə.

    “Nemətdisə gözəl şeir,

    şair olan qəm də yeyir.

    Ömür keçir bu adətlə,

    Uğurlu bir səadətlə.

    Görən məni nədir deyir,

    saçlarına düşən bu dən,

    şair, nə tez qocaldın sən?”

    Bir xəzinə yatırdı

    Nazimin sinəsində.

    Mehriban görkəm aldı,

    sağ əli çənəsində:

    – Canım, bax, hansı dildə

    ananla danışırsan, –

    o dildə yaz şerini,

    başa düşsün qoy anan.

    XƏLİL

    “Mən Şərqdən gəliyorum,

    Şərqin dərdlərini

    bağıra-bağıra

    gəliyorum!

    Sən yanmasan,

    mən yanmasam,

    biz yanmasaq,

    nasıl çıxar qaranlıqlar

    … aydınlığa?!”

    – Sizinkidi bu, ustad,

    misal çəkirdi Xəlil.

    – Mayakoskivari,

    üsyan, çağırış deyil?!

    – Canım, üsyan, çağırış

    lazımdısa oxumaq;

    qoy məni oxusunlar,

    Mayakovskini yox.

    Gördüm başqa bir sual

    düşündürür Xəlili.

    – Bəs?..

    Nazim qabaqladı:

    – Vurğun, Rəsul, Rəfili.

    Oxuyuram onları,

    risk, yeni söz, cəsarət

    yaşadır sənətkarı, –

    deyirdi Nazim Hikmət.

    Dünən orda seminar,

    bu gün burda bu söhbət.

    İki tələbə – şair,

    ortada Nazim Hikmət.

    Nazim – parlaq bir ulduz,

    Nazim – özünəməxsus.

    Yolda bir səs deyirdi:

    uddunuz, uduzdunuz?!

    Şərt deyil dedi o səs,

    oxşamaq,

                       oxşamamaq.

    Şərtdi – şair doğulmaq,

    şair – doğulur ancaq.

    IX

    Məhəmməd Mamakayev –

    Çeçeniydi milləti.

    Canlara dəyəniydi

    amma bir xasiyyəti:

    Gücsüzün tərəfiydi,

    haqsızın – qənimiydi,

    onda da səmimiydi.

    İki, ya üç yaş artıq,

    əslində yaşıdıydıq.

    Boyda-buxunda da şax!

    dilində yalnız: Allah!

    Ucadan danışardı,

    danışanda – yaşardı

    əli, qolu, bədəni.

    Canlıydı, daş deyildi,

    biz sevirdik çeçeni.

    Xəlilin ad günüydü,

    yataqxana süfrəsi.

    Biz dəvət eləmişdik,

    o da saymışdı bizi.

    Bir çeçen xəncəri də

    gətirmişdi Xəlilə.

    Belindəki kəmərə

    bağladı öz əliylə.

    General Yermolovun

    heykəlini uçurdan, –

    biri – Məhəmməd imiş,

    deyirdilər o zaman.

    İstiqlal istəyibmiş,

    Məhəmməd Mamakayev.

    cəza çəkib gəlibmiş

    Məhəmməd Mamakayev.

    Qorki İnstitutunun

    o da tələbəsiydi.

    Çeçen tərbiyəsiydi,

    bizə qardaş deyirdi,

    sağlıq deyən tələbə.

    (Yadımdadı hələ də!)

    Professor İşutin, –

    bizim müəllimimiz,

    kimdənsə, tutub xəbər,

    bilməmişik birimiz,

    açdı qapını gülər.

    – Burda bir tələbəmin

    ad günüdür dedilər.

    Təsadüf!

                       Nə qiyamət!

    Əvvəl Xəlil gəl! – dedi,

    sonra çeçen Məhəmməd.

    – Bir tələbə qız gəlib,

    lap uzaqdan, Çitadan.

    Mən onu axtarırdım

    elə burda bayaqdan.

    Biz onun gəlişini

    bəyəndik, alqışladıq.

    Bərk tərifə başladıq.

    Saxladı: – Yox, belə yox,

    mən bunu xoşlamıram.

    Xəlilin sağlığına

    qaldırdı bir yüz qram.

    – Maqomet Mamakayev! –

    düzmü dedim bu adı?

    Mənim tələbəm olub,

    o yaxşı yadımdadı.

    Başsağlığı oxudum,

    qəzetdə dünən axşam.

    düzü, bərk tutulmuşam.

    Əsl çeçen: igid, ər,

    bəs sizə deməyiblər?

    – Başqa Mamakayevdi,

    adı qəzetdə gedən.

    Məhəmməd Mamakayev

    cavab verdi yerindən.

    Gülüş – masabəyiydi,

    tələbə süfrəsində.

    Doldurulan hər qədəh, –

    bir sağlıq növbəsində!

    Hər kəs öz aləmində,

    hər kəs öz kölgəsində.

    Mamakayev oxudu

    bir çeçen ləhcəsində.

    X

    İki göyərçin qondu,

    o gün pəncərəmizə.

    “Gəlirik, qarşılayın”

    teleqram gəldi bizə.

    Firəngizdən, Saradan,

    Rostovdan, Belqoraddan,

    Xarkovdan, daha hardan!

    Bir qayğımız var ancaq, –

    Onlar harda qalacaq?

    komendant köhnə bezdi.

    Desək ki, qızlar gəlir,

    deyəcək hələ tezdi.

    – Xəlil!

    – Qiyam!

    çağırdı

    İkimizi iki səs.

    Bir an – yüz günə dəyər,

    yüz gün bir ana dəyməz.

    Baxdıq, gordük, sevindik,

    Göydəydik, yerə endik.

    – Sizsinizmi?

    – Bizik, biz!

    Sara, bir də Firəngiz!

    Dünya – qadın ətirli

    gülüymüş, bilməmişik.

    Gələndə özümüzlə

    niyə gətirməmişik?

    Nə yaxşı, burda tapdıq,

    orda itirməmişik!

    XƏLİL

    Teleqram vurubsunuz,

    yəqin bərk qorxubsunuz.

    Düz deyirəm Firəngiz?

    beş… altı… bu da səkkizi

    Heç qalmayıb pulunuz,

    yolda soyulubsunuz.

    – Gəlmişik ki, qaytaraq,

    bir az da artıq alaq…

    Firəngiz gülə-gülə,

    cavab verdi Xəlilə.

    Sara da dedi: Qiyam,

    mən qorxmuşdum, danmıram.

    Ünvanı səhv yazarıq,

    gəlib burda azarıq.

    QİYAM

    Görmüşdüm yuxusunu,

    gələndə, yol uzunu

    deyirdim sən işə bax,

    ayan olur ürəyə.

    Bir cüt göyərçin – dümağ,

    qonmuşdu pəncərəyə.

    Əsl xəbərçidilər,

    Sizin gəlişinizi

    onlar bizə dedilər.

    XI

    Sara mənə deyirdi ki,

    bu, ayrıca hekayətdi,

    sizdən sizə şikayətdi.

    Mən tərsinə yozurdum:

    – Yox,

    Şikayət də – məhəbbətdi.

    SARA

    Siz getdiniz qoyub bizi,

    məni, bir də Firəngizi.

    Gündə poçtu yoxlayırdıq.

    Atamızın evindəydik,

    sizdən ötrü ağlayırdıq.

    İyirmi il doğma ikən,

    yad olmuşdu bu ev birdən.

    Firəngizə, mən dedim ki,

    bir yol tapım, çıxış yolu,

    aramızda sirr oldu bu.

    Məktub yazdıq atamıza,

    mən Qiyamın imzasıyla,

    o Xəlilin imzasıyla,

    yeni görüş sövdasıyla.

    Guya xiffət edirsiniz,

    xahiş, minnət edirsiniz,

    bizi dəvət edirsiniz.

    “Bilet alıb salın yola,

    Moskvaya,

    Dobrolyubov küçəsinə,

    üç-dörd günə…”

    Məktubu göstərdilər,

    muştuluq istədilər.

    Oxutdular…

    oxuduq.

    İkimiz də yox, – dedik,

    guya razı deyildik.

    Guya biz darıxmırıq,

    Darıxan tək sizsiniz.

    orda ikinizsiniz.

    Fikirliydi atamız,

    İki evə sığmırdı

    hikkəmizlə ədamız.

    – Haraya… Moskvaya?…

    deyirdik onda biz də.

    Məktubu yazmasaydıq,

    ölərdik ikimiz də.

    Anamız təkləyirdi,

    bizi birçəkləyirdi:

    – Gedin, ev-eşik olun,

    bir az göz-qulaq olun,

    yatanda, oyaq  olun.

    duranda dayaq olun.

    Təzə ər-arvadsınız,

    elə bil ki, yadsınız.

    Gedin, verin əl-ələ,

    yaşayın innən belə.

    Darıxıb binəvalar,

    Orda pisdi havalar.

    Gedin, bir həyan olun,

    bir az mehriban olun…

    Ağıl-öyüd verdilər,

    qəlbimizə girdilər.

    Danışdılar, küsdülər,

    biz dözdük axıracan,

    onlar da çox dözdülər.

    Yenə ana ürəyi!

    Gəlinlərin “kələyi”

    özü də bir yuxuydu,

    xəbərləri yoxuydu.

    Qorxurduq sonra, düzü,

    sirrimiz çıxar üzə.

    Gələndə göstərəllər

    məktubu onlar sizə.

    Sizsiz,

              sizin imzanız,

    axı, yazmamısınız.

    Məktubu tez götürdük,

    rahat bir köks ötürdük.

    Firəngizlə görüşdük,

    Paytaxta 1 yola düşdük.

    Gəlib yola saldılar,

    bizdən razı qaldılar,

    Vağzallarda enirdik,

    uçurduq, sevinirdik.

    hədəfə –

                       bir teleqram.

    “Dobrolyubov küçəsi,

    Moskva, Xəlil, Qiyam!”,

    Dəvət eləmədiniz,

    yenə Sara, Firəngiz!

    Elə ki, gördük sizi,

    əlinizdə gül-çiçək,

    Ağladıq ikimiz də,

    çətindi sözlə demək.

    Gərək bunu mən, Qiyam,

    nəvəmə də danışam,

    o da öz nəvəsinə…

    Mat qalmışdım mən onun

    yaşamaq həvəsinə.

    Ağırıydı yataqda,

    amansızdı təbiət.

    Bəlkə də bu hekayət,

    qadın heysiyyətindi,

    onun vəsiyyətiydi?

    EPİLOQ ƏVƏZİNƏ

    Ömür uzun, ömür qısa,

    ad qazandıq adımıza.

    Məndən sizə nə qaldısa,

    o da bu sözlərlə qaldı.

    İz axtardım, yola çıxım,

    sağa dönüm, sola çıxım.

    Üzüm bir sahilə çıxım,

    o gücüm izlərdə qaldı.

    Mən dost gördüm, həyan gördüm,

    salam verib, sayan gördüm.

    Sənə bir oxşayan gördüm,

    gözüm o gözlərdə qaldı.


    [1] Heydər Əliyevin 1990-cı il 20 yanvar faciəsi ilə bağlı Moskvanın Azərbaycan nümayəndəliyində xarici ölkə jurnalistləri qarşısındakı çıxışı nəzərdə tutulur (müəllif)

    [2] Tanınmış rus tənqidçisi (müəllif)

    [3] Nazim Hikmətin evində həm şəfqət bacısı, həm də xidmətçi qadın (müəllif)

    1 O vaxtkı Moskva nəzərdə tutulur (müəllif)

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    * * *

    Hələ onda bildim mən onda bildim,
    Atamın həm oğlu, həm də qızıydım.
    Mənim qəpik quruş xərcliyimdə də
    Acılığım bir yol da üzümə vurdu.

    Ora qaç, bura qaç, oxu düşünmə
    O, keçər bu keçər unutsan keçər,
    Atam oğlum deyər, anam qızımdı.
    Baxarsan onda da qız üzün gülər!

    I knew then, I knew then,
    I was both my father’s son and daughter.
    My penny is also a penny
    Anger hit me in the face one way or another.
    Run there, run here, don’t read and think
    He passes, he passes, he passes, if you forget,
    My father says my son, my mother was my daughter.
    If you look, then the girl smiles.

    * * *

    Özümə dost bilib güvəndiklərim,
    Vaxt gəldi yad kimi üzümə durdu.
    Bir yol da yıxılsan baltalayarlar
    Bu yıxdı o tikdi gedən də qurdu.

    Those whom I trust to be my friends,
    When the time came, he stood in front of me like a stranger.
    If you fall one way, they will ax you
    It was demolished, it was built, it was built.

  • Nemət TAHİR.Seçmə şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    * * *

    Qorxu – nəsə itirmək hissi…
    Kimisi can itkisindən
    Kimisi mal itkisindən
    Kimisi vəzifə itkisindən
    Qorxar,susar kölələşər.
    Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.
    İnsan da insanlığın itirməkdən yaman qorxar.
    Qan danışar,sonra isə qan qusar….
    Yuxu-ruhun azad olduğu an…
    Daş üstündə daş kimi yatan da var.
    Yatağında ilan kimi qıvrılan da var.
    Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var.
    Qula çevrilmiş ruhlar,istəməsə də, bu “canları”daşımağa məhkumdurlar.
    Ruhlara bu cəzanı niyə vermiş Allah?
    Görən bunların hansı günahı var?…
    Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
    Yaradana sevgi,
    Valideynlərə sevgi,
    Vətənə sevgi,
    Qadına sevgi,
    Vəzifəyə sevgi,
    Var -dövlətə sevgi…
    Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
    Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
    Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq:
    Azadlıq !Azadlıq! Azadlıq!!! 

    Xatirələr…

    Sənsizlik,tənhalıq sıxanda məni
    Arzular,ümidlər dayağım olur.
    Mən haçan darıxsam,səninlə bağlı
    Şirin xatirələr qonağım olur.

    Həsrət fırtınası azdırsa məni
    O ulduz gözlərin mayağım olur.
    Mən eşq dənizində üzən bir gəmi
    Qolların limantək sığnağım olur.

  • Kənan AYDINOĞLU.”Paytaxtdan dünyaya boylanan şair”

    (Gənc xanım yazar Yağmur Əsmərsoyun bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz)

    Zəngin yaradıcılıq ənənələri ilə öz inkişaf səviyyəsini qoruyub saxlayan çağdaş Azərbaycan ədəbiyyatı dövrün, zamanın tələblərinə uyğun olaraq, forma-məzmun, mövzu-ideya baxımından bir-birindən daha maraqlı bədii əsərlərin, poeziya nümun ələrinin, dramaturgiya sahəsində yenifikirli qələm sahiblərinin, istedadlı yazarların, gənc nəslin nümayəndələrinin sayının artmasına, dünyaya və həyata baxışın köklü surətdə dəyişilməsinə, xalqın  zəngin tarixinə nəzər salmaqla, humanizmi, səmimiyyəti, dərin fəlsəfi fikirləri, hikmətamiz sözləri yenidən cilalamağa səbəb olan bir çox sənət əsərlərinin yaramasına səbəb olur. Uzunmüddətli yaradıcılıq axtarışlarının nəticəsi kimi qiymətləndirilə bilən bu proseslərin özündə də xalq hikməti, birbaşa xalqa bağlılığı özündə təcəssüm etdirən ənənələr var.

    Novatorluğu və ənəni özündə birləşdirən, tarix boyu “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasının təbliğinə xüsusi önəm verən, qədim köklərə söykənən Azərbaycan ədəbiyyatı görkəmli söz sənətkarları ilə yanaşı ilə həm də, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin təbliği, tədqiqi (daha çox ədəbiyyatşünas-alim və ədəbi tənqidçilər tərəfindən araşdırılması) xüsusi diqqət ayırmış, ədəbi mühitdə tanınması üçün lazımi köməklik göstərmişdir. Heç şübhəsiz ki,  bu proses, bu tarixi ənənə bu gün də uğurla davam etdirilir. Ədəbi tənqid isə öz növbəsində müəllif əsərlərinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməklə qələm sahiblərinin ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında mühüm və mühüm olduğu qədər də tarixi rol oynayır. Gələcək üçün oxucu ilə müəllif arasında yeni-yeni körpülərin salınmasına bilavasitə zəmin yaradır.

    Əslən Azərbaycandan olmasına baxmayaraq, qürbətdə, bədii yaradıcılığını daha çox lirik şeirləri ilə davam etdirən gənc xanım yazarlardan biri də, təbii ki, Yağmur Əsmərsoydur. Rusiyanın “Mədəniyyət paytaxtı” Sankt-Peterburqda yaşasa belə, qəlbi daim Vətən, yurd eşqi ilə döyünən, böyüyüb, boya-başa çatdığı elinə, obasına bütün varlığı və vücudu qədər bağlı olan xanım yazarın qələmindən çıxan hər bir misradan müəllifin obrazlı təfəkkürə, bədii təsvir və ifadə vasitələrinin daxili imkanlarına bələd olması, daim yenilik axtarışında olması daha aydın çözülür. Böyük əminlik hissi ilə demək olar ki, nəcib, incə duyğulu şeirləri ilə oxucuların rəğbətini qazanan gənc xanım yazar Yağmur Əsmərsoyu böyük ümidlərlə dolu xoşbəxt gələcək gözləyir. Bunun üçün tələb olunan əsas şərtlərdən biri və birincisi daim öz üzərində çalışması, yaradıcılıq fəaliyyətini davam etdirməklə bərabər, həm də ömrünü-gününü mütaliə (daha çox bədii əsərlərin) içində keçirməsi ola bilər. Belə ki, uğurlarının sayı artdıqca hər bir, hətta kiçik uğurdan belə ruhlanması, özünü yeni məzmunlu əsərlər yazmağa sövq etməsi  müəllifin özünəməxsus dəsti-xəttinin formalaşmasına şərair yaradacaq.

    Müəllifin şeirlərinin hər birində səmimiyyətin, gələcəyə olan inamın şahidi olmağımız bizə belə deməyə əsas verir. Bir də ki, istedad hər bir şəxs və ya şəxsiyyət üçün önəmli amildir. Heç şübhəsiz ki, istedad müəllifi ədəbi mühitdə tanıdan əsas müsbət keyfiyyətlərdən biri kimi diqqətçəkən məqamlardandır.  İstedad isə öz növbəsində müəllifin xaraterini, dünyagörüşünü formalaşdıran, cərəyan edən ictimai-siyasi hadisələrə biganə qalmamağı təbliğ etməyində əsas və yeganə silahdaşı kimi gözlərimiz önündə canlanır. Duyğu və düşüncələr aləmində bir-birindən maraqlı və maraqlı olduğu qədər də dəyərli sənət nümunələrini yaratmağa vəsilə olan əsas səbəblərdən biridir.

    Müasir Azərbaycan ədəbi dilinin funksional üslublar sistemiə daxil olan üslubların hər biri üçün səciyyəvi olan fonetik, leksik, qrammatik normaların gözlənilməsi müəllifin yaradıcılığının əsas müsbət cəhətlərdən biri kimi xarakterizə olunmalıdır.

    Müəllifin şeirləri də özü kimi kövrəkdi. Sevgi ilə yazmış olduğu poeziya örnəkləri, sözügedən məsələ ilə bağlı bunu bir daha ədəbi faktor kimi təsdiq edir.

    Gənclik dövrünü yaşayan, bərkə-boşa çəkildikcə möhkəmlənən, söz ilə silahlanan, xalqın zəngin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə dərin hörmət və ehtiram bəsləyən gənc qələm sahibi Yağmur Əsmərsoy oxucusu ilə daha çox könül dilində-səmimiyyə dilində danışır. Uydurmaçılıqdan tamamilə uzaq olması da müəllifin qısa zamanda uğur qazanmasına səbəb olan müsbət keyfiyyəti kimi səciyyələnməlidir. Ona görə ki, fərd və müəllif olaraqgənc xanım yazar sənət meydanında uğur qazanmağın yollarını bilir və bunu dərk edir. Hər şeydən öncə öz istedadına güvənir. İstedadına güvənmədən uğur qazanmağın mümkün olmadığını da ədəbiyyatsevərlərlə bərabər, müəllif həm dərk edir, həm də özü üçün mülahizələr yürüdür. Şeirlərinin hər biri isə real həyat hadisələrinə söykənir. Misradaxili bölgü, qafiyə də öz yerində. Bir çox məqamlarda ictimai-siyasi, fəlsəfi məzmunlu fikirlərini də çatdırmağı unutmur.

    Son vaxtlar ədəbi elektron məkanda bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda şeirlərini oxudum. Hər birində cərəyan edən hadisəyə fərqli yanaşmanın, fərqli düşüncənin şahidi oldum desəm, heç də yanılmaram. Hansı mözvuda yazmağından asılı olmayaraq, müəllif hər şeydən öncə dilin sadələyinə, anlaşıqlı və təsirli olmasına önəm verir. Bu amil müəllifin özü üçün də çox vacibdir.

    Yaradıcılığında humanizmi, səmimiyyəti təblği edən gənc xanım yazar Yağmur Əsmərsoy gələcək ilə bağlı arzu və istəklərini, düşüncələrini də bölüşür.

    Sənət meydanında ilk titrək qədəmlərini atan qələm yoldaşımız, şair dostumuz Xanıməfəndi Yağmur Əsmərsoya yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi özümə həm vətəndaşlıq, həm də qardaşlıq borcu bilirəm. El qızı, uğur olsun!!! Uğurların bol olsun!!!

    Gün o gün olsun ki, Sənin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmağını görək. Şeirlərinin, bir-birindən maraqlı və rəngarəng kitablarının işığına yığışmaq diləyi ilə

    Kənan AYDINOĞLU,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Bakı şəhəri. 12 aprel 2020-ci il.

  • Yağmur ƏSMƏRSOY.”Allahın günahkar bəndəsi məndim”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Allahın günahkar bəndəsi məndim,
    Mən desəm yaxşılıq üzə vurulmaz.
    Yaşa unutdurar zaman hər şeyi,
    Bu gündü o aydı yenə də durmaz.


    Я грешный слуга Божий,
    Если я говорю, что добро не выявляется.
    Когда ты все забудешь,
    Сегодня этот месяц еще не останавливается

    I am a sinful servant of God,
    If I say that goodness does not come to light.
    When you forget everything,
    Today, that month still does not stop

    მე ვარ ღვთის ცოდვილი მსახური,
    თუ ვიტყვი, რომ სიკეთე არ გამოირჩევა.
    როცა ყველაფერს დაივიწყებ
    დღეს, ეს თვე კვლავ არ წყდება

  • Yağmur ƏSMƏRSOY.”Oldu da tüfürüb buraxdıqlarım”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Oldu da tüfürüb buraxdıqlarım,
    İndi yaxınlaşıb üzümə baxmaz.
    O, gündən bu günə yaltaqlananlar,
    Bir də tüfürdüyü kişi yalamaz.

    What I spat and left,
    He doesn’t approach me now and look at my face.
    He is flattered from day to day,
    And the man who spit does not lick.

    Что я плюнул и ушел,
    Он не подходит ко мне сейчас и смотрит на мое лицо.
    Он польщен изо дня в день,
    И человек, который плюет, не лижет.

  • “Bakı-Orenburq – birlikdə oxuyaq!” (“Баку-Оренбуржье- читаем вместе!”)ən çox oxunan kitabların virtual sərgisi

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Kitabxana – dostluq körpüsüdür” (“Dostluq sərhədləri tanımır” çagırışı)  layihəsi çərçivəsində bu kitabxanalarda ən populyar və ən çox oxunan kitabların virtual sərgisini təşkil etdi.

    Virtual sərgi #EVDƏQAL çağrışına dəstəkdir. Virtual sərgi aktuallığı ilə maraq doğurur. Burada müasir oxucuların ən çox oxuduqları kitablar yerləşdirilib.

    Sərgilənən kitabları seçmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında” olan kitabların mütaliəsini analiz etdi. Nəticədə son yeddi ildə müxtəlif ölkələrdə yaşayan oxucular tərəfindən ən çox oxunan beş kitab müəyyən edildi.

    Sərginin birinci bölməsində son yeddi il ərzində ən çox oxunan və populyar olan beş kitab (Пять самых читаемых и популярных  книг Азербайджана) haqqında məlumat verilmiş, Azərbaycan, ingilis və rus dillərində olan bu kitablar əks olunmuşdur.

    Onların arasında ingilis dilində William Goldman “The Princess Bride”    (“Prenses gəlin”), kolumbiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısının Gabriel Garcia Marquez ingilis dilində “One Hundred Years of Solitude” (“Yüz ilin Tənhalığı”), akademik İqrar Əliyevin rus dilində «История Азербайджана» (“Azərbaycan tarixi”), Qabusnamə, professor F.Veysəllinin “Dil” kitabı.

    Virtual sərginin ikinci bölməsində Orenburq sakinlərinin  beş ən çox oxuduqları (Пять самых читаемых книг оренбуржцами) kitablar verilmişdir: «Книга о губернаторах Оренбуржья» (“Orenburq qubernatorları”), «Оренбург: Литературные прогулки – книга-альбом» (Orenburq: ədəbi gəzintilər – kitab-albom), britaniyalı yazıçı Coan Roulinqin “Harri Potter” (Джоан Ролинг “Гарри Поттер”), avstraliyalı yazıçı Kolin Makkalounun «Поющие в терновнике» (“Tikanlıqda şərqi deyənlər”) rus yazıçısı Mixail Bulqakovun «Ма́стер и Маргари́та» (“Master və Marqarita”) və Geоrge Orwel «1984» kitabı.

    Son aylarda virtual kitabxanaya yerləşdirilən kitablar arasında ən çox oxunan «Uşaq hüquqları dünya xalqlarının nağılllarında» (Azərbaycan və rus dillərində), «Azərbaycan çörəyi”, rus dilində T.Aleksandrovanın “Kuzka yeni evdə” (“Kuzka v novom dome”) və Brayan Cekson “Lyuk haqqında əfsanə” (“Leqenda o Lyuke”).

    Ətraflı: virtual sərgidə yerləşdirilən kitabları https://padlet.com/nikitinmihail56/gaablew1nva1  oxumaq olar.

  • Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə “Kitabxana–koronavirusa YOX deyir!” layihəsində iştirakı davam edir

    Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə

    “Kitabxana – koronavirusa YOX deyir!”

    layihəsində iştirakı davam edir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim etməkdə davam edir.

    Kitabxana karantin rejimində işini uğurla davam etdirərək, oxuculara virtual xidmət göstərməkdədir.

             Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis növbəti “Nənə, nağıl de mənə…” adlı nağılını kitabxanaya virtual formada təqdim etdi. Nağılın qəhrəmanı Məsmə nənənin – “O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək” – sözləri ilə yazar “Biz birlikdə güclüyük!”, “#Evdəqal” çağrışını bir daha dəstəklədi.

    Əziz uşaqlar, “Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!” – deyən yazar, tezliklə bəşəriyyətə kabus olan bu virusun məğlub olacağını, insanlığın qələbə çalacağını bildirir.

    Nağılı rəngli şəkillərlə də oxuya bilərsiniz:

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/947884706.pdf

                                                       Gülarə Munis

                                               AYB-nin və AJB-nin üzvü,

                                   M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın

                                                        Fəxri oxucusu

                                  Nənə, nağıl de mənə…

    Biri var idi, biri yox idi.Məsmə adlı bir nənə var idi.Məsmə nənənin Azər və Turan adlı iki nəvəsi var idi. O, hər gün axşam nəvələrinə maraqlı nağıllar danışar, nəvələri da onu dinləyərdi.

    Bir gün Məsmə nənə yenə nağıl danışmağa başlayanda Turan dedi:

    – Ay nənə, elə nağıl danış ki, orada əjdaha, div olmasın.

    Bunu eşidən Azər isə dedi:

    – Nə danışırsan? Onda nağıl maraqlı olmaz ki… Qoy əjdaha, div olan nağıl danışsın. Sən qızsan, qorxursan get yat!

    Turan incik halda cavab verdi:

    – Mən onlardan qorxmuram! –  Sonra əlavə etdi. –  Nənə, ola bilər ki, o əjdaha və divlər bizim yaşadığımız zamana da gəlib çıxsınlar?

    Məsmə nənə Turanın başını sığallayıb dedi:

    – Əslində hər zamanın öz divi, əjdahası olur. Bizim də zamanda div, əjdaha var, amma biz onları görmürük. Onlar öz pis əməllərini gizlincə edir. İnsanları qorxuya, vahiməyə salır. Onlara zülm edir.

    Turan maraqla soruşdu:

    – Ay nənə, düzdür ki, əjdahanın başında tac olur?

    Məsmə nənə gülümsəyərək cavab verdi:

    – Düzdür. Amma bəzən başında tac olan daha qorxulu şeylər də olur.

    Azər tez qışqırdı:

    – Mən bilirəm, bizim dövrdə olan əjdahanın adı nədir, o koronavirusdur. Onun da başında tac var, o da insanlara düşmənçilik edir, adamlara əzab-əziyyət verir. Nənə, onda demək pis xəstəliklər divlər kimidir? Onda da adamlar evdən çölə çıxmır, hamı öz evində qalır.Ay nənə, nağıllarda qəhrəmanlar o divlərə, əjdahalara qalib gəlib, onları öldürür, insanları xilas edir, bəs bu xəstəliklərə kim qalib gələcək? Onları kim məhv edəcək?

    Məsmə nənə mehribanlıqla cavab verdi:

    – O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək. O xəstəlik gəzəcək, axtaracaq, küçələrdə yoluxmağa adam tapmayacaq. Hirsindən, qəzəbindən  özü məhv olub gedəcək. Axı insanlar əlbir olanda, bütün divlərə, əjdahalara qalib gələ bilirlər.

    Beləcə bu günkü nağılımız da sona çatdı. Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!

                          Nənə, nağıl de mənə,

                          Mən qulaq asım sənə.

                          Danış yağışdan, qardan,

                          Almalar gəlir hardan?

                          Göyün donu sökülsün,

                          Ordan alma tökülsün!

  • Təşkilat sədri tanınmış veteran jurnalisti evində ziyarət etdi

    Bu günlərdə  veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin Fəxri üzvü, “Müqəddəs qələm” media mükafatı laureatı, bu gün də gənclik eşqi ilə yazıb yaradan Zümrüd xanım Baloğlanovanı evində ziyarət etdik (“Möhtəşəm Azərbaycan” qəzetinin texniki redaktoru Ərşad Nihadla birgə). 

    Bu ziyarəti də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri kimi özümə borc bildim və qələm dostlarımızın, birlik üzvlərinin salamını Zümrüd xanıma çatdırdım.

    Çay süfrəsi arxasında jurnalistikamızın dünənindən, bugünündən danışdıq, dünyasını dəyişmiş tanınmış jurnalistləri xatırladıq, həmçinin  “Dəlidağ” (rəhbəri tanınmış şair-jurnalist Namiq Dəlidağlı), “Dan yeri” (rəhbəri şair-publisist Nisə  Heydərli) Ədəbi Birlikləri, “Çeşmə” (rəhbəri şairə Lilpar Cəmşidqızı) Ədəbi Məclisi ilə birgə Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və “Möhtəşəm Azərbaycan” qəzetinin ofisində keçirdiyimiz bir-birindən maraqlı və əhəmiyyətli silsilə tədbirlər üçün darıxdığımızı dilə gətirdik. 

    Sonra koronavirus pandemiyası ilə bağlı fikir mübadiləsi apardıq, respublikamızda həyata keçirilən önləyici tədbirləri müzakirə etdik, karantin rejimi şəraitində fəaliyyət göstərən jurnalistlərin üzərinə düşən məsuliyyətli məsələləri önə çəkdik.

    Vurğuladıq ki, inşallah tezliklə respublikamızda həyat normallaşar və biz də Milli Mətbuatımızın bu il tamam olacaq 145 illik yubileyi ilə bağlı müəyyən layihələrin icrasına start verərik.

    Zümrüd xanım həmçinin qeyd etdi ki, dostlar davamlı olaraq mənimlə əlaqə saxlayır, hal-əhval tutur və darıxmağa qoymurlar. Belə günlərdə Namiq Dəlidağlının yaratdığı “Yaradıcı dostlar qrupu” çox köməyimizə çatır. Bu qrup vasitəsilə, demək olar ki, hər gün Sevinc Qərib, Namiq Dəlidağlı, Firdovsi Cəfərxan, Natiq Ismayıloğlu, Nisə Heydərli, Aygun Hacıyeva, Ruhiyyə  Bahar, Şərbətəli müəllim, Lilpar Cəmşidqızı, Mərcan Sabirqızı, Qənirə Mehdixanlı, Rahile Veyselli və digərləri ilə əlaqə qurur və maraqlı paylaşmalarla bir-birimizə mənəvi dəstək oluruq.

    Güman edirəm ki, Zümrüd xanım Baloğlanovanı Sumqayıtda, o cümlədən respublikamızda tanıyan yetərincə insan var. Bununla belə, tanımayanlar üçün veteran jurnalistimizin həyat və fəaliyyəti haqqında qısaca da olsa məlumat vermək istəyirəm.

    *

    Zümrüd Nöhbala qızı Baloğlanova 1946-cı il avqustun 23-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsindəki 187 saylı eksperimental orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbin 11-ci sinfini qızıl medalla bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində müxtəlif məlumat səciyyəli xəbərlərlə, yığcam yazılarla çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gələrək “Sosialist Sumqayıtı” qəzetində korrektor kimi əmək fəaliyyətinə başlamış, mətbuatda müntəzəm olaraq çıxış etmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini qiyabi davam etdirmiş və 1972-ci ildə təhsilini başa vuraraq, jurnalistlik ixtisasına yiyələnmişdir. 

    “Sosialist şəhərlərinin yaranmasında mətbuatın rolu” mövzusundakı diplom işi  müdafiə vaxtı Dövlət komissiyası tərəfindən yüksək qiymətlndirilərək elmı iş kimi davam etdirilməsi tövsiyə olunmuşdur. Sonradan Zümrüd xanım bu mövzu ətrafında  axtarışlarını genişləndirməklə  elmi iş müdafiə edərək alimlik dərəcəsi almışdır. 

    Ötən illər ərzində  yerli və mərkəzi mətbuatda müxtəlif səpkili və janrlı yazılarla çıxış etmiş, yüzlərlə operativ yazı, oçerk, reportaj, zarisovka, felyetonların müəlluifi olmuşdur.  Hələ 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına  qəbul edilmişdir.  

    1975-78-ci illərdə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin “Kimyaçi” qəzetində məsul katib işləyən Zümrüd Baloğlanova 1978-ci ildə köçürmə yolu ilə “Kirpi”  siyasi satira jurnalına işə keçərək felyeton şöbəsinin redaktoru kimi jurnalistlik fəaliyyətini davam etdirmiş, cəmiyyətdəki və gündəlik həyatdakı nöqsanları öz yazıları ilə ciddi şəkildə tənqid etmişdir. 15 il fasiləsiz bu jurnalda işləmişdir.

    1993-ildə “Möhür” kiçik müəssisəsini yaradan Zümrüd xanım Baloğlanova, hazırda özəl nəşriyyat kimi bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərir, eyni zamanda dövri mətbuatda –  “Manevr.az”, “Sumqayitfakt.az”,  “Azpress.az”, “SİA.az” və digər saytlarda, “Azad Azərbaycan” və “Möhtəşəm Azırbaycan” qəzetlərində vaxtaşırı  publisistik  yazılarla  jurnalistlik  fəaliyyətimi davam etdirir.

    Dəfələrlə respublika və şəhər səviyyəsində fəxri fərmanlara, diplomlara layiq görülmüş, Respublika Komsomol təşkilatının və “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
    5 çağırış Sumqayıt şəhər Xalq Məhkəməsinin iclasçısı və “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Partiya Komitəsi Plenumunun üzvü olmuşdur.

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Zümrüd Baloğlanova “Müqəddəs qələm” media mükafatı laureatıdır. 

    Rafiq Oday,

    Azərbaycan Junalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti.

  • Xalq şairi Vahid ƏZİZ.””KORANAVİRUSLU” BAKI…”

    Birinə xoş gələr,birinə “naxoş”,
    bilinmir–oyaqdır,ya yatıb Bakı?
    Bulvar qəribsəyir,küçələr bom-boş;
    “50-ci” İllərə qayıdıb Bakı!

    Hər kəs öz evinə,mülkünə bağlı,
    danışar gah qəmli,gah gülə-gülə,
    böyük Vurğun demiş:”Sirli,soraqlı…”
    sonu nə olacaq?-bilinmir hələ!

    Allah uzaq etsin-yaslı analar
    üzlərin qanadıb,dizinə vurub,
    Bakıda çox olub matəmli anlar,
    “Qızılın” qarası üzünə vurub!

    Bu,”Qara” adlanan “qızıla” görə
    o qədər insanlar sınıb,asılıb,
    dövran–şairləri atıb Xəzərə,
    adına içi boş məzar qazılıb!

    Mənim də başqa iş gəlmir əlimnən,
    hamımız dövrana xidmət etmişik,
    bəlkə də gerçəkdır-“Virus”-deyilən,
    bəlkə də hamımız küyə getmişik?

    Xəbərlər yayılır: “Basıb aləmi,
    amandır,itməsin ayıq-sayıqlıq”!
    bəlkə də,bir dostum dediyi kimi:
    “Böyük oyunların peşkalarıyıq”!!

    Beynimə yazmışam məşhur deyimi:
    “Üzmək çetin olur axına qarşı”,
    savaşda-General,Pıyada–eyni,
    “Qələbə marşı da”Piyada marşı!

    “Virus”- yer üzünə vurulmuş yamaq,
    yaz gəldi,Qürbətdən durnalar köçür,
    “50-ci” illərin şəhəri olmaq
    sevdiyim Bakıya yaraşmır heç cür…
    04,04,2020.

  • Xalq şairi Vahid ƏZİZ.”Qarğa”

    Ürəyim yenicə nəğmə deyirdi,
    qəlbim daşınırdı arana,dağa,
    heç sənin səsini yeridi indi?-
    nə olur,qaraltma qanımı,qarğa!

    Fərq etməz–yavaş öl,ya birdən-birə,
    qatma “qar-qarını” qayğı-fikirə,
    sevinər axdıqca Xan Araz–Kürə,
    səncə,bu– “Hicranın sonumu”-qarğa?

    Bülbültək çəkərəm bəlamı dildən,
    həmən tanıdılar səsimi zildən,
    bülbül hardan bilsin–“Qəfəs düzəldən”
    səni salmalıymış,onumu,qarğa?!

    Kim ki,əyilmədi yelə,küləyə,
    sındırıb anlatdı vaxt döyə-döyə,
    ovçular gülləyə tutmasın deyə,
    sənlə bir budağa qonummu,qarğa?!

    Eh,qarğa,dünyada hələ nələr var?;
    hətda sizlrdə də rəngə baxılar!
    hər yerdən qovular “Ala qarğalar”,
    nə simsar,nədə ki,qohumdu,qarğa!

    Ağlım kəsən günnən saçı dənliyəm,
    qaçqınlı,köçgünlü,didərginliyəm,
    çoxdandır qılıncım düşmür əlimnən–
    savaşda itirdim qınını,qarğa.

    Bacarsam–qoymazdım itən çox ola,
    nə gərək Qürbətdə bitən çox ola?
    qorxurdum–arxamca gedən çox ola,
    yoxsa qurtarardım canımı,qarğa.

    Dayan,qara geymiş,səssizcə otur!
    yerdə dilənçisən,ağacda quldur,
    hər dəfə səsindən bəd xəbər tutur,
    yetər ağlatdığın anamı,qarğa!

    Yadıma bu düşdü şeiri yazanda;
    köçəri deyilsən,pıs oxusan da,
    bircə istəyim var–mən olmayanda,
    qonub başdaşıma oxuma,qarğa…

  • Xalq şairi Vahid ƏZİZ.”Tarix dərsi…”

    Tariximiz,baxmayın ki,qocalıb,
    olayları yaxşı yadda saxlamış,
    görürsən ki,birisini ucaldıb,
    qürur duyur:”Millət üçün ağlamış!”.

    Qürur duymaq istəyərkən adından-
    gözlərimə cılız,zəif görünüb,
    “palazına bürünərək” bu adam
    ağlayaraq millətiylə sürünüb.

    Bu sürünmək,bu ağlamaq cinayət;
    öndə gedib Bayraq olmaq gərəkmiş,
    qaniçənlə mehribanlıq–xəyanət,
    düşmənindən qisas almaq gərəkmiş!

    Bilməmişik dəli yellər əsəndə,
    baş verənlər günahların qəsdidir,
    babam,düşmən qulağını kəsəndə,
    düşünmürdün “yaralanmış vəhşidir!”.?

    Gül əkmişıik,tikan bitib–dalayıb,
    şahidimiz qan rəngində körpüdür,
    bir şahımız tutub torpaq paylayıb,
    elə bil ki,dədə-baba mülküdür!

    Şah Xətayi Türkə qılınc vuranda,
    laxlatmışdın Sarayının dirəyin,
    düşmən “ballı barmağını soranda”,
    bilmirdin ki,gedəcəkdir biləyin?

    Xor baxaraq ləyaqətə,əxlaqa,
    çox ziyalı öz qınına giribdi,
    biz susanda,yalmananda–bu xalqa
    sürünənlər “Tarix dərsi” deyibdi…

  • Xalq şairi Vahid ƏZİZ.”Damlalar”

    Fincanımın ətir saçan buxarı,
    vücudumdan ağrı alar damlalar,
    görünmədən qalxar üzü yuxarı,
    çeşmədılər,ümmandılar damlalar,

    Şəbnəm gələr-budaqlarda bar olar,
    Ay işığı soyudanda qar olar,
    dağda-düzdə çiskin,duman,buludlar;
    saçlar üstə qırov olar damlalar,

    Yerdən-göyə,göydən-yerə köçü var,
    həm-mehtərdi,həm-bağbandı,həm cuvar,
    hər damlada bir ildırım gücü var;
    dama-dama daş dağıdar damlalar,

    Çılıklənər dəli sellər qaçanda,
    mərcan gördüm hökümdarlar tacında,
    ağlayanın kirpiyinin ucunda,
    çalışanda–qaşdan damar damlalar,

    Zərif-zərif yer isladar,gül əkər,
    pəncərəmi,kaman bilib, tel çəkər,
    bənizimə çırpsa berə küləklər-
    əllərimlə sığallanar damlalar,

    Dəmkeş olar aşbazların aşında,
    peşman edər tutsa “Elçi daşında”,
    Vahid ƏZİZ,ocaqların başında
    buxarlanıb göyə dönər damlalar…

  • Xalq şairi Vahid ƏZİZ.”Qadın”

    Min ölçüb,yüz biçib-yaradan onu;
    çiçəkdi,çeşmədi,kəhrizdi qadın,
    körpə sadəliyi,Şeytan oyunu;
    bəsit,mürəkkəbdi,qəlizdı qadın.

    Könül sevincidi,saçlar qarıdı,
    bahar ləçəyidi,payız barıdı,
    sevgi aləminin hökümdarıdı,
    hökümdar eşqinə kənizdı qadın.

    Atəşli vücudu ovudan qucaq,
    qonduğu yuvanı isidən ocaq,
    özünü alova,suya vuracaq,
    anlaya biləndə sənsizdi qadın.

    Əzəldən hər şeyi bılməyı də var,
    yalannan ağlayıb,gülməyi də var,
    həm də igid kimi ölməyi də var;
    bununçün məzarı dərin qazılar-
    torpağa kişidən əzizdi qadın.

    Yaxşı da,yaman da yadında qalar,
    hər yeni xəbəri qeybdən alar,
    keçmişdən,sabaxdan bilgili olar-
    bilər nə əyridi,nə düzdü-qadın.

    Yersiz tənələrin şəstini qırmaz,
    bildirməz,əzablar güya ki,yormaz,
    baxma-günahları üzünə vurmaz,
    duyar-nə “astardı”,nə “üzdü” qadın.

    Səmtinə yelkəndir əsən küləyin,
    ağrısın çəkəndir sevən ürəyin,
    qadına-“kişitək qadın”-deməyin,
    həm sakit,həm çılğın dənizdı qadın…

  • Xalq şairi Vahid ƏZİZ.”Sevgi bağında”

    Şəbnəm hər ləçəkdə bir yaş giləsi,
    ətrafı tikanlı,yol bağlı idi,
    qəfəsdə oxuyan bülbülün səsi,
    asudə olannan yanıqlı idi.

    Uzaq gəncliyimdən yadımda qalan
    ətrinə uyduğum gül nəfəsiydi,
    mənimçün adicə təranə olan-
    qəfəs bülbülünün faciyəsiydi.

    Qonub qızıl gülün bir budağına
    bülbül oxuduqca soldu qızıl gül,
    “Əlvida”-deyərək “Sevgi bağına”,
    asudə qalmağı sevmədi bülbül…

  • Xalq şairi Vahid ƏZİZ.”Yersiz bir ifadə,hərcayı bir söz”


    Xalqın gözündə ucalmaq çox çətin,
    düşmək ağılasığmaz dərəcədə asanddır!
    Henrix HEYNE

    Hər zaman nəfsimlə oluram üz-göz,
    gözümün toxluğu varım,sərvətim,
    yersiz bir ifadə,hərcayı bir söz
    yerlə-yeksən edər el məhəbbətin.

    Gələr görüşlərdə axınla çiçək,
    bəxtəvər o kəs ki-eldə sevilir,
    körpənin anaya heyranlğıtək,
    millət sənətgara qulaq kəsilir.

    Ruhuna höpdurar müdrük əsəri;
    orda cavablanar xeyli suallar,
    xalq–ona hündürdən baxan kəsləri
    çəkib ayağının altına salar!

    Sözlər yalan olmaz eldə dolaşan,
    bəzi müğənnilər yamanca çaşır!
    bir vaxt “Yüz manata” mayallaq aşan
    indi “On beş minə” toylar danışır!?

    Hamının qisməti Tanrı əlində,
    “Hay-haynan gələnlər vay-vaynan gedər”,
    beş-on misram qalsa elin dilində
    məni alqəşlayar məzara qədər.

    Özümnən nə deyim? mən bu qədərəm,
    Tanrıdan ərmağan təxəllüs–adım,
    qudurğan harına salam vermərəm,
    dilənçi həmvətən halına yandım.

    Dəngəsi pozulmaz bu tərəzinin,
    dəyəri nə “Fərman” nə şahlar verir,
    önündə qır-qızıl itirər özün,
    adama dəyəri insanlar verir…
    11.04.2020.

  • Xalq şairi Vahid ƏZİZ.”Bilmədi”


    Pedaqogika üzrə elmlər doktoru,
    səmimi dostum,mükəmməl poeziya xiridarı
    Vidadi ORUCOVA ithaf olunur.

    İradəmiz möhkəm oldu dəmirdən,
    hey bərkidik,vaxt sındıra bilmədi,
    yoğrulmuşduq halal olan xəmirdən,
    dövran bizi bulandıra bilmədi.

    Yad əllərdə buraxmadıq yaxanı,
    mənliyimiz Yurdun qılınc,qalxanı,
    qartal kimi zirvələrə çıxanı,
    şaxta vurub,Gün yandıra bilmədi.

    Hakim gördük–gözləri kor,qəlbi kar,
    hökümdarlar nökəriydi qanunlar,
    hərdən elə işvəliydi yalanlar;
    çoxumuzu inandıra bilmədi.

    Hökm eləyən cəllədların inadı
    millətlərin taleyiylə oynadı,
    qılıncları gücdən salıb,doğradı,
    qələmləri dayandıra bilmədi!

    Çalxalandıq,durulandıq,bulandıq,
    həm alimlə,həm nadanla sınandıq,
    Vətən sevdik,el başına dolandıq,
    Xan–başına dolandıra bilmədi!

    Az qandılar–üsyan edən nə dildir,
    gurultusu tük ürpədən nə zildir!?–
    Nəsiminin dərisindən Təbildir,
    “zahid” ona çırtma vura bilmədi!

    Cəhd edəndə-zindanları sındıram,
    müstəbitlər bağırdılar;: “Qulduram”!
    mən Babəkin ordusundan Şeypuram–
    çox mətləbi O,qandıra bilmədi.

    Qoç Koroğlu,məzarını yarım,çıx!!
    çox işimiz o vaxtlrdan yarımçıq,
    “Dəlilərdən” beş-on nəfər qalmışıq,
    çoxlarını oyandıra bilmədik…

  • Xalq şairi Vahid ƏZİZ.” Min il qabax.”

    Allahım,bir dövrana bax!
    qan qaraldır axşam,sabax.
    Bilmək olmur–nə əyyamdır?
    adamların çoxu yalax,
    insanləğa ləkə,yamax.
    Kaş ki,məni bu cahana
    gətirəydin Min il qabax.

    Kür–bənndlərdə yatıb gəlir,
    Araz çirkə batıb gəlir,
    insan köçəri quş kimi-
    kimi Yurdu atıb gedir,
    kimi Vətən satıb gəlir.
    Bir gün toyam,bir gün yasam,
    Xəzərdə batası olsam-
    boğulaydım Min il qabaq.

    Vətənin əlində əsa,
    zamanın üstüynən gedir
    yanlarını basa-basa,
    yaramnazdım mənnən olsa!
    Bir nakişı yıxacaqsa-
    yıxılaydım Min il qabaq.

    Yaxşı çalın-neydirsə bu,
    ağılladın-keydirsə bu,
    əvf edin-gileydirsə bu;
    dağılmalı şeydirsə bu-
    kaş,bu fani,zalım dünya
    dağılaydı Min il qabax!

    Fələk mənə qulaq asa,
    (xatırlaya,mümkün olsa)-
    hansı Şair xoşbəxt oldu
    el dərdınnən yaza-yaza?!
    Vahid ƏZİZ,səndən sonra
    məzarın da yox olarsa,
    yox olaydı Min il qabax.

    Həm arxayın,həm təlaşlı
    bir varıığam ağır daşlı,
    ya–istək kimi qalaydım,
    ya da o vaxt yaranaydım;
    Nizamidən bir az əvvəl,
    Füzulidən xeyli qabax.
    O zaman ki,Şairlərin matəmində
    mollalarin duasından
    çalınardı təbil qabax–
    o zamanlar,
    Min il qabax…

  • Xalq şairi Vahid ƏZİZ.”Dünya”

    Bəzən yayın soyuq oldu,
    yazdan ilıq qışın,dünya,
    hər dönəmin dərdli,odlu,
    açılmadı başın,dünya.

    Sağ ol ki,qoynunda varam,
    nə işinə yarayaram?
    anladım ki,günahkaram-
    çatılanda qaşın,dünya.

    Çoxdur ərin,ərənlərin,
    uğrunda can verınlərin,
    ordu-ordu gələnlərin,
    gedən qoşun-qoşun,dünya.

    Kimlər sənə çox əzizdi?
    saxladığın beş-on izdi,
    qırma,ümid yerimizdi
    kotanınla-xışın,dünya.

    Qoy-özümdə özüm olum,
    öz kəfənlik bezim olum,
    başdaşım da özüm olum,
    çatmayanda daşın,dünya.

    Altımda yer niyə çökür?
    tərəzin nə cürə ölçür?
    dedin: “Hamı ora köçür,
    sən də ora daşın”-dünya.

    Sevindirsən-könlüm gülər,
    incidəndə boğar qəhər,
    mən gedəndə-yaşım qədər
    azalacaq yaşın,dünya!

    Gəldim,xeyli gözləmisən,
    Vahid ƏZİZ-həmin mənəm!
    görən hansı əməlimnən
    gələ bilib xoşun,dünya…

  • “Kitabxana – koronavirusa YOX deyir!” uşaqlar üçün Sevinc Ağa Xəlilqızının (Basqallı) “Qoca Loğman” hekayəsi

    “İnsanlar möhkəm iradəyə sahibdirlər. İnsanlarının möhkəm iradə, səbr, əzm və inamı bütün yer üzünü bu  bəladan xilas edəcəkdir!”
     Bu cumlələr Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”   layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni-yeni yazıları ilə oxucuların rəğbətini qazanan yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Qoca Loğman” hekayəsindəndir.
    Dünyda tüğyan edən, can almaqda davam edən yeni koronavirus infeksiyasının qarşısının alıması üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir. #Evdəqal çağrışına dəstək olaraq yeni yazılan hekayə kiçikyaşlı oxuculara təqdim olunur.
    Hekayə maraqlı sonluqla bitir: “Çox az bir vaxt keçdi… Həqiqətən də Günəş elə şölə saçdı ki, Loğmanın dedikləri həqiqətə çevrildi”.
    Hekayəni   aşağıdakı linkdə oxumaq olar:

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/498818769.pdf

  • Coşqun XƏLİLOĞLU.”İnsaflı oğru” (Hekayə)

       

    “İnsanı ömründə peşmançılıq əzabı qədər
    daxilən tərbiyə  edən  başqa bir hiss  
    yoxdur”.  Fridrix Şiller

     

    Ağır müharibə illəri idi. Kəndin başı papaqlılarını aparmışdılar davaya. Yaşayış gündən-günə çətinləşirdi. Gülpəri arvad beş balaca-balaca uşağı ilə qalmışdı kiçik bir damın altında. O, səhərdən axşama kimi işləyir, toyuq-cücə bəsləyir, bir də olmazın əziyyətə qatlaşaraq iki inək saxlayırdı ki, körpələrinə süddən-qatıqdan yedizdirə, onları bir yana çıxarda  bilsin. 

       Gülpəri çox zirək və ağıllı qadın idi. Allah baisin evini yıxsın, müharibə olmasaydı, əri Həsrətlə necə də xoşbəxt idilər. 

       Kəndə mal-qara oğrusu dadanmışdı. Həftədən, iki həftədən bir kiminsə qoyun-quzusu, kiminsə danası, ya da inəyi oğurlanardı. Danışırdılar ki, oğru silahlıdır. Ona görə də axşam düşən kimi hamı həyətin darvazasını, evin qapısını bərk-bərk bağlayıb Allaha dua  edirdi ki, oğrunun yolu bağlansın, onlara dəyib-dolaşmasın. 

       Gecədən xeyli keçmişdi. Gülpərinin üçüncü uşağı, altı yaşlı Ağaverdi anasını silkələdi. Gülpəri yorğun gözlərini güclə açıb: 

     –Nə olub, bala, niyə yatmırsan? 

     –Ana, bayıra çıxmaq istəyirəm. 

     –Axşamdan o qədər su içirsən ki, – ana deyindi –dur gedək. 

       Ana-bala həyətə düşdülər. Qəfildən Ağaverdi qışqırdı: 

       –Oğru, oğru! 

       –Oğru nə gəzir, ay bala, it-pişikdi –demişdi ki, Gülpərinin gözləri tövlənin yanındakı qaraltıya sataşdı. Qaranlıq olsa da, qaraltının adam  olmasına şübhə yox idi. 

       Gülpərinin beynindən bircə anda yüz fikir keçdi. Qışqırmaq, qarğımaq yersiz olardı. Özünü güclə ələ alıb: 

       –Bala, sənin gördüyün oğru deyil, dayındı. Dayın insaflı adamdı. O, inəyin  birini aparacaq, birini bizə saxlayacaq, – deyib oğlunun əlindən yapışaraq sürətlə evə girdi. 

    Qəribağa neçə illər idi ki oğurluq edirdi. Həmişə onu üzünə də, arxasınca  da söymüşdülər, qarğış etmişdilər. Heç kimə məhəl qoymamış, heç kəsə cavab verməmişdi. Amma onların söyüş və qarğışları Qəribağanı oğurluğa daha da həvəsləndirmişdi. 

       Bu gecə isə onu oğurluq vaxtı görən bir qadın  “insaflı adam, “uşaqların dayısı” adlandırırdı. Bəlkə də… O, insaflı adam ola bilərmi?  ”İnsaflı adam”,  necə də gözəl səslənir. Yox, yox, mən insaflı adam olacağam”. Qəribağa tövlədən uzaqlaşdı. O, ürəyində indiyə kimi etdiklərinə görə qəribə bir hiss keçirdi. Bu peşmançılıq hissi idi. 

       Gülpəri səhərə kimi yata bilmədi. Sakit-sakit ağladı ki, uşaqları oyanmasın. Sübh tezdən Gülpəri tövləyə getdi. Ümidsiz-ümidsiz tövlənin qapısını açdı və gözlərinə inanmadı… Hər iki inək tövlədə idi. 

  • Coşqun XƏLİLOĞLU.”Tar” (Hekayə)

         “Şəhərəgəldiyim heç iki il də deyil. Şükür Allaha, özümə görə qazanmışam. Balaca dükanım da var. Bir qədər də pul toplamışam. Allah qoysa, bu gün-sabah ev də alaram. Atam deyirdi ki, şəhərdə yaşamaq, işləmək çətindi. Ora bizim kənd deyil. Bakıda hər cürə adamlar var. Həmişə ayıq-sayıq ol. Vallah, Bakı bizim kənddən də sakit yer imiş. Heç bizim kənddəki dələduzlar burada yoxdu”. 

       –Qardaşoğlu, olar bu tarı bir-iki saatlığa yanına qoyum?—Əlli-əlli beş yaşında üzündən mehribanlıq yağan bir kişi Güləddini şirin xəyaldan ayırdı. –Xəstəxanaya  gedirəm, qardaşım ağır xəstədir. Ona baş çəkib gəlirəm. 

    –Niyə olmur, əmi, arxayın olun. Verin mənə, qoyum göz qabağına. Nə vaxt gəlsəniz, götürə bilərsiniz. 

       Güləddin tarı alıb piştaxtanın arxasındakı masanın üstünə qoydu. 

       Güləddinin dükanı şəhərin mərkəzində yerləşdiyindən tez-tez bura əcnəbilər də gəlirdi. Dükana bir azərbaycanlıyla görkəmindən ingilisə oxşayan bir nəfər şəxsin girməsi də onu təəccübləndirmədi. İngilis heyranlıqla tarı göstərib nəsə dedi 

       Tərcüməçi: 

       –Cənab Karl tarla maraqlanır. Məşhur biznesmendi. Dünyanın hər yerində iri müəssisələri var. Bizim musiqinin vurğunudur. 

       Güləddin, –buyurun, baxın, – deyərək tarı ingilisə uzatdı. İngilis tarı əlinə allıb o üzə, bu üzə çevirdi. Simlərini əli ilə danqıllatdı, pərdələrinə əl gəzdirdi, aşıqlarına barmağı ilə toxunub öz dillərində nəsə dedi. 

       –Cənab Karl tarı almaq istəyir, –tərcüməçi üzünü Güləddinə çevirdi. 

       Güləddin  “Tar satlıq deyil, əmanətdir. Sahibi indi gəlib aparacaq.” 

       Tərcüməçi tarın əmanət olduğunu ingilisə başa saldı. İngilis nəsə dedi və tərcüməçi əcnəbinin tara iki yüz dollar vermək istədiyini söylədi. 

       –Dedim sata bilmərəm, əmanətdir. 

       –Bəlkə, beş yüz dollar? –ingilisin tərcüməçi vasitəsi ilə satıcı ilə dialoqu davam etdi. 

       –Tarı qaytarın mənə, satmıram, vəssalam. 

       –Min dollar verirəm. 

       –Satmayacağam. 

       –İki min dollar. 

       Tərcüməçi az qala yalvararaq: 

       –Eloğlu, görürəm yaxşı oğlansan. Cənab Karl da sənin etibarına heyran qalıb. Şəhərdə çoxlu tar görsə də, qəlbinə bu tar yatıb. Lap sənə dörd min dollar da verər. Tarı sat bizə. Al bu min dolları beh kimi. Üç min dolları da günün axırına kimi gətirəcəyəm. –O, əlindəki on dənə yüzlük dolları Güləddinin ovcuna basdı. –Xeyirli olsun. 

       Müştərilər dükandan çıxsalar da, Güləddin yerində donub qalmışdı. O, nəyə görə razılıq verdi. Birdən nə isə qiymətli bir şey tapmış kimi qışqırdı. 

       –Tapdım, əla. 

       Bir az keçmiş tarın sahibi qayıtdı. 

       –Allah köməyin olsun. Tarı ver gedim. 

       –Əmi, tarı satın mənə də. Nə qədər istəsəniz pul verərəm, –Güləddin dedi. 

    –Bala, musiqi alətləri mağazasında kefin istəyən qədər tar var. Get, onlardan hansını istəsən al. Bunu isə satmıram, atamın yadigarıdır. 

       Bir az əvvəl ingilis Güləddinə necə dil tökürdüsə indi Güləddin tar sahibini elə yola gətirmək istəyirdi. Çox çək-çevirdən sonra  Güləddin istəyinə çatdı. İki min dollara razılaşdılar. Karldan aldığı min dolları özünün yığıb topladığı min dolların üstünə qoyub verdi tar sahibinə. 

        Yaman sevinirdi. Bir neçə saatın içində iki min dollar düşürdü qabağa. Bir azdan tərcüməçi pulu gətirəcək. Doğrudan da, adamınkı gətirəndə gətirir. 

       …Amma Güləddin bilmirdi ki, onunku gətirməyib. Üç nəfər fırıldaqçı kənddən gəlmiş oğlanı aldadaraq aylarla zəhmət çəkib qazandığı min dolları əlindən alıblar. 

       Axşam düşürdü. Güləddin səbirsizliklə tərcüməçinin gəlməsini gözləyirdi. 

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində Əli Əmirovun (Ələmi) növbəti şeiri

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bugünədək bir çox tanınmış şair və yazıçılar qoşularaq, əsərlərini təqdim etmişdilər. 
    Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) bu mövzuda bir neçə gün əvvəl də şeiri ilə aksiyaya qoşulmuşdur. Karantin rejimi davam etdiyi üçün və mövzu aktual olduğundan şairin növbəti şeirini oxuculara təqdim edirik.

     EVDƏ QAL EE, EVDƏ QAL!
    Anlamırıqmı hələ, hansı bəla tuş gəlib?!
    Xanə xərab etməyə bir yeni bayquş gəlib!
    Vermiş ona canını, çoxları bihuş gəlib!
    Ya iliş o dərdə sən, gəl, bizi də dərdə sal,
    Ya sözə bax, millətim, evdə qal ee, evdə qal!

    Əlbir olaq, ay balam, tez bitirək bu işi,
    Yaxşı sabunlan canım, eylə bu cür vərdişi,
    Baxma mənə qıyğacı, gülmə yenə kişmişi,
    Yolxucuya tuş gəlib, olmayasan halbahal,
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Çox deyirik, bir çoxu amma bəla sanmayır,
    Guya zarafatdı bu, hər sözə aldanmayır,
    Hər nə qədər başə sal, anlamayır, qanmayır,
    Fərq eləməz ki ona, beynin apar – zurna çal!
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Kimdisə, icad edib, guya həmin virusu,
    Bəlkə bu bir qurğudur, kimsələrin qurğusu!
    Vəlvələmi, zəlzələ, fərq eləməz doğrusu,
    Gər ilişirsə sənə, çarəsini tap, sağal,
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Dostlarımız öyrənib, yazdı o gün çarəsin:
    Ağlı olanlar baxıb bir balaca dinləsin,
    Meyvə, tərəvəz yeyib, zəncəfili çeynəsin!
    İsti suya soda qat, həm də limon doğra, sal!
    İç onu, ey millətim, evdə qal ee, evdə qal!

    Hər kəsi quc-quc edib, vermə daha əl-ələ,
    Bir belə maç-maç nədi, busələri ləğv elə,
    Köksüvə qoy əlləri, təzim elə, bax, belə!
    Kimsəni çimdikləyib, salma daha qalmaqal,
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Bəxtimizə gün doğar, həm bu bəla yan keçər,
    Bax bu çəmənikdə o güllər açar tazə, tər!
    Tazə gülüstanda həm də Ələmi bəxtəvər
    Badəsini qaldırıb, şer oxuyar dalbadal,
    Amma, gülüm, get hələ, evdə qal ee, evdə qal!

    30.03.2020

  • Coşqun XƏLİLOĞLU.”Ekiz qardaşlar” (Hekayə)


          Həsən kişinin iki ekiz oğlu var idi. Oğlanlardan birinin adı Musa, o birininki İsa idi. Bu əkizlər o qədər oxşayırdılar ki, onları fərqləndimək belə çox çətin idi. Qohum-qonşu uşaqları ayıra bilmirdilər. Lap kiçik yaşlarından İsanın sakit və ağıllı, Musanın isə dəcəl və qoçaq olduğu bəlli oldu.
        İsa və Musa böyüyüb məktəbə getdilər. Həmin gündən valideynlər də çaş-baş qaldılar. Müəllim xəbər göndərdi ki, İsa çox şuluqdu, uşaqlarla dalaşır, Musa isə, maşallah, çox ağıllıdır. Ata-ana görürdü ki, İsa bütün günü çalışır, dərslərini hazırlayır, amma Musanın gündəliyinə “beş”lər yazılır. İllər keçdi, uşaqlar böyüdülər.
    İsa həm özünün, həm də   Musanın əvəzinə ali məktəbə imtahan verdi.    
       Qardaşlar təhsillərini başa vurdular. Hərəsi bir peşənin sahibi oldu. Musa neftçi- mühəndis, İsa avtomobil mütəxəssisi kimi işləməyə başladı. Musa yeri gələndə  İsanın adından istifadə edir, lazım olanda gördüyü günah işləri  İsanın üstünə atmaqdan da çəkinmirdi.
       …Musanın toyu idi. O, tay-tuşlarını xeyir işə dəvət etmişdi. Dostlarının toyunda yeyib-içən, onlarla duzlu-məzəli zarafat edən Musa başa düşürdü ki, qonaqları ondan “hayıf” çıxacaqlar. Ona görə də ustalıqla aradan çıxıb qonaqların yanına qardaşını göndərdi. İsa qonaqlarla mehribanlıqla rəftar edir, deyib-gülürdü. Qədəhlər dolub-boşalır, bəyin sağlığına badələr qaldırılırdı. Üçüncü badədən sonra qonaqlardan biri –  baməzə Nadir özünü saxlaya bilməyib:
       –Ayə, Musa, axı sən bəysən. Elimizin adətinə görə bəy toy günü az içməlidir. Bizi biabır etmək istəyirsən?
       –Nadir, mən Musa deyiləm, İsayam.                                                                
       Elə bu an Musa göründü:
       –Necədir, Nadir? Qardaşım mənə çoxmu oxşayır? –deyib qəh-qəhə çəkdi.
    Məclisdəkilər Musanın qəh-qəhəsinə qoşuldular.
      Musagilin yaşayış yeri ilə işlədiyi qəsəbə arasında xeyli məsafə var idi. Xidməti maşın olmadığından Musa bu yolu gedib gəlməkdə həm  çətinlik çəkir, həm də xeyli pul xərcləyirdi. Elə oldu ki, İsa da həmin qəsəbədəki sürücülük məktəbinə müəllim təyin olundu. İsa işinə can yandırır, şagirdlərinə diqqət və qayğı göstərirdi. Musanın Allahı vermişdi. Hər gün dayanacaqda gözləyərkən avtomobil sahibləri onu çağırıb:
       –İsa müəllim, buyurun əyləşin,  gedək, – deyirdilər.
    Bu avtomobil sahibləri sürücülük məktəbində daha yüksək dərəcə almaq istəyənlər idilər. Onlar Musanı İsa müəllim hesab edir, ona hörmət və nəzakət göstərirdilər. Musa xoşhal olur, sürücülərin “İsa müəllim“ müraciətinə  “bəli” deməklə kifayətlənirdi. Evlərinə çatdıqda özündən razı halda bic-bic gülümsünərək İsa ilə ekiz olduğuna görə çox sevinirdi.
       Lakin İsadan bəzi şagirdləri narazı idi. O, güzəşt etməyi sevmirdi və istəyirdi ki, sürücülər öz ixtisaslarına mükəmməl yiyələnsinlər. Kərim adlı sürücü yüksək dərəcə almaq üçün dəfələrlə imtahan vermiş və hər dəfə də İsa müəllimdən “iki” almışdı. Kərim qət etmişdi ki, İsa müəllimdən qisas alsın. Fürsət axtarırdı ki, onunla hesablaşsın. Nəhayət, bir gün dayanacaqda Musanı görüb səslədi:
       –İsa müəllim, gəlin, gedək.
       Musa ərklə maşına mindi.
       Bir qədər getdikdən sonra Kərim:
       –İsa müəllim, necəsiniz, işiəriniz necə gedir?
       –Sağ olun, –  Musa cavab verdi.
       –İsa müəllim, ”avtoşkola”da nə var, nə yox?
       –Hər şey yaxşıdır.
       –İsa müəllim, bəs məni niyə get-gələ salırsan? -Kərim avtomobilin əyləcini elə basdı ki, Musanın başı maşının qabaq şüşəsinə dəydi. –  Burada sənin aşının suyunu necə verərdim?  Onda bilərdin ki, adam incitmək necə olur.
       – Məən, məəən…
       Musanın dili topuq çaldı. Tez maşından düşdü. Kərim ədəbsiz küçə söyüşləri işlədərək maşını sürətlə uzaqlaşdırdı.
       Küləkli, yağmurlu havada kimsəsiz küçədə kədərlə dayanan Musa ömründə ilk dəfə idi ki, İsayla ekiz olduğuna görə bəxtini lənətləyirdi.

  • Coşqun XƏLİLOĞLU.”Quruçay” (Hekayə)


       Otağımızın qapısı döyüldü. – Buyur, gəl,-  dedim.
       Oqtay idi. Həmişəki kimi “Bir atım çayınız olmaz?”- soruşdu.
       Çay qutusundan dəftər varağına bir qədər çay tökdüm, verdim Oqtaya. ”Sağ olun”-deyib çıxdı. Otaq yoldaşlarım Zabitlə  Nahid bir-birinə baxıb güldülər.
          –Ayə, bu Quruçay – Oqtayı öz aramızda belə çağırardıq –lap bizi təngə gətirib. Axşam-sabah, hər gün çaya gəlir.  Adam da utanır, ”yoxdu” deməyə. Biz də tələbəyik, çayı havayı almırıq ki… Zabit deyindi.
       Nahid:
       –Siz  “Hə” deyin,  mən ona çay istəməyi tərgitdirim.
       –Tərgitdirə bilirsən, tərgitdir də.  – Mən gülümsündüm.
       Səhəri gün Nahid bir qutu bahalı Seylon çayı aldı. Qutunu boşaltdı boş bir qaba və gülə-gülə:
       –Bu qutuda Oqtay üçün çay tədarük edəcəyik.
       Həmin gündən etibarən hər dəfə çayniki təmizləyəndə  işlənmiş çayı yığaraq başladıq qurutmağa. Nəhayət, çayın hamısı içilib qurtaranda boş qutu da doldu. Nahid çay qutisunun ağzını səliqə ilə yapışdırdı:
       –Bu, Oqtayın çayıdır. Nə vaxt gəlsə, verin ona.
       …Sabahkı dərslərimizi hazırlayıb yatağımıza yenicə girmişdik ki, Oqtayın səsini eşitdik:
       –Mənə bir atım quru çay verin.
       –Şkafı aç, yuxarı gözdəki çayı götür-Nahid dilləndi.
       –Hamısını?
       –Hə, hamısını. Bizim var.
       –Sağ olun, əla. Qonağım gəlib. Lap yaxşı oldu, sizin sağlığınıza bala-bala içərik.
       Gülməkdən özümüzü güclə saxlamışdıq.
       Oqtay çıxdı. Bir daha onu qonşulardan quru çay istəyən görmədik.

  • Yağmur ƏSMƏRSOY.”Əl açdım əyildim Namaza min yol”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Əl açdım əyildim Namaza min yol,
    Razımı Allahım bəndəliyimdən.
    Peyğəmbər eşqinə əyildim öldüm,
    Mən yandım kül oldum yandım o, gündən.

    Quranı üç öpüb alnıma qoydum,
    Yuxumda kəbəni bir yol da keçdim.
    Haqq dedim, yüyürdüm mən haqqa döndüm
    O,suru o,nuru içdim mən içdim.

    Göz açdım səhərlər əzan səsində,
    Həmd olsun min şükür bu günü açdıq.
    Mən qorxdum çəkindim yanlışlarımdan
    Yalandan, riyadan biz elə qaçdıq .

    Adəmi həvvası, sonrası bizdik,
    Yenildi nəfsinə bax,onda insan.
    Cənnəti yox bilib çoxda ki keçdik
    Unutduq olmadı, unutduq o, an.

    Nə oldu bir əsri bir belə keçdik,
    Günahı, savabı gec amma bildik.
    Sığındıq o nura bağışla Allah,
    Doğluduq bir öldük torpağa döndük

  • Astan Qasımovu doğum günü münasibətilə təbrik edirik! (10 aprel 2003-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Qasımov Astan Zakir oğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Nemət TAHİR.”Sevinc bizdən uzaq idi”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Sevinc bizdən uzaq idi,
    Kədərin də üzü döndü.
    Bumeranqdır sanki həyat,
    Nə etdiksə,bizə döndü.

    Haqq yoluna üz qoyduq.
    Yaramıza duz qoyduq.
    Qəlbimizə buz qoyduq.
    Buz bir anda közə döndü.

    Günah da yük,savab da yük.
    Qələm balta,vərəq kötük.
    Günahları edam etdik.
    Savabımız sözə döndü.
    09.04.2020 Nemət Tahir

  • Yağmur ƏSMƏRSOY.”Cənnətmi, anamın ayağı altda”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Cənnətmi, anamın ayağı altda,
    Gündə min yol öpür əyilirəm mən.
    Saçın da ağ gəzib üzüldüyüm də,
    Qayğında bir ölüb dirilirəm mən.

    Nurundan pay aldım a mehribanım,
    Duan da varlığım əzbərə döndü.
    Zakirin durnası köçüb gedəndən
    Eşqimin alovu o gündə söndü.

    Başımı sığalla bir yol sığalla,
    Ölüm cənnətin də qoy ölüm ana.
    Nə yazdım, nə bildim hansı sualla,
    Dil açım danışım, qayıdım ana.

    Bir ağız çağır ki yüyürüm gəlim,
    Mən haqqdan yoğrulub haqqdan gəlmişəm.
    Açıldı Allaha gecələr əlim,
    Cənnəti ay anam səni bilmişəm.

  • Yağmur ƏSMƏRSOY.”Uzansam gecələr çəkilməz olmur”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Uzansam gecələr çəkilməz olmur,
    Yuxular gözümdən tez uzaq düşüb.
    Pəncərəm toz basıb gedəndən elə
    Mən yazıq, sən ölü eşqimiz qalıb.

    Bir eşqin adından yazdım eşitməz,
    Ay da şahidliyə yaxına durmaz.
    Bir susdun göründün yox oldun yenə.
    O gündən saatlar dörd beşi vurmaz.

    Günəş də oyatmır səhərlər məni,
    Dururam bir uşaq səsinə onda.
    Uzansam çəkilmir günlər çəkilmir
    Bir nöqtə vergülsüz bitərmi sonda.

  • “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası Xanım Mehdixanlının “Ana təbiətin qəzəbi” hekayəsi ilə davam edir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası keçirərək, koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir.
    Növbəti yazar, kitabxananın Fəxri oxucusu uşaqlar üçün hekayələr, nağıllar yazan Xanım Mehdixanlı (Xanımbacı Məlikzadə) “Ana təbiətin qəzəbi” hekayəsini oxuculara təqdim edir. Hekayədə cəmiyyətdə baş verən hadisələr təbiət, dəryaların şahzadəsi, meşə, torpaq, heyvanlar və Günəşin dilindən verilir. Müəllif son günlərdə yayılan virusu insanların təbiətə müdaxiləsinin cəzası kimi göstərir. 
    Qeyd edək ki, Xanım Mehdixanlı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, ADMİU-nu kultroloq ixtisası üzrə magistr pilləsini bitirib. O, 2016-cı ildən AYB-nin üzvüdür. Bu yaxında bir roman və bir povestdən ibarət kitabı çapdan çıxıb. 
    Hekayəni aşağıdakı linkdə oxuya bilərsiniz:

     http://yasamal.cls.az/front/files/libraries/81/documents/433680897.pdf​​​

  • Yağmur ƏSMƏRSOY.”Bəlkə də bu boyda haq etməmişdim”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Bəlkə də bu boyda haq etməmişdim,
    Ağlasam gözüm də yaşı silən yox.
    O, sevdi o, gördü o, da bitirdi
    Hələ mən getməmiş bitirməmişdim.

    Getdimi, ömrümün payızı qaldı,
    Bir bahar qəlbimin üstünə qoydum.
    Nə oldu, elə bir çətin sualdı
    Çox içdim bu eşqə elə ki doydum.

    Biraz payıza döndüm
    Bahara bir addım qalmış.
    Ocaq ocaq bir yol söndüm.
    Bitirdiklərim bitməmiş qalacaqmış.

    Dayandım o getdi baxdı o getdi,
    O, günü tarixə bir xəttlə yazdım.
    Bir dua göylərin yolundan ötdüm
    Bir eşqliq yolumu yenə də azdım.

  • Yağmur ƏSMƏRSOY.”Sevdinsə…”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Sevdinsə
    Canın yanar
    Uzaqlar gözündən
    Asılı qalar.
    Nə gedən qayıdar,
    Nə gələn səni onu tək sevər,
    Bir bahar yox olarsan,
    Bir payız saralarsan.
    Bir yaz yağışlara qarışarsan,
    Sevdinsə
    Canın yanar…
    Bir yol yorularsan
    Bir yol o eşqə asılı qalarsan,
    Şəhər-Şəhər unudarsan,
    Hər gün biraz unudarsan
    Nifrətin də ölən günlərin
    Acısın da qovrularsan.
    Sevdinsə
    Canın yanar…
    Nə gələcəyə inamın qalar,
    Ölümə hər gün biraz yaxınlaşarsan,
    Dəyməzmiş amma…
    Bir eşqin acısı çox ağır oldu,
    Hər gün biraz biraz bitirdim səni.
    Nə susdum, nə dindim bir şəhər yenə,
    İtirdim itirdim, İtirdim səni.

  • Xuraman İsmayılova “Dua edək” şeiri ilə “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulur

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazəçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir.
    Kitabxana bu   qorxunc virusa qalib gəlmək, yoluxma riskini azaltmaq üçün Umumdunya Səhiyyə Təşkilatının (ÜST) #Evdəqal çağrışına dəstək olaraq oxuculara evdə qalmağı tövsiyə edərək, virtual xidmət edir.
    Bu dəfə Azərbaycan Yazışılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, “Fəxri mədəniyyət işçisi” döş nişanına, “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diploma, “Vətən”, “Məhsəti” mükafatlarına layiq görülmüş, 11 bədii-publisistik kitabın, 100-dən artıq elmi-publisistik məqalənin müəllifi, 9 biblioqrafik məlumat kitabının tərtibçisi, onlarla kitabın redaktoru Xuraman İsmayılova aksiyaya qoşularaq “Dua edək” şerini təqdim etmişdir. Şeri oxuculara təqdim edilir.
    Dua edək
    Heç bir gözlə görülməyən,
    Əllə tutula bilməyən,
    Kiçicik bir nöqtə qədər
    Bəla gəldi Yer üzünə.
    Silkələdi, alt-üst etdi millətlərin həyatını,
    Buxovladı dünyamızın ömr atını.
    Pozdu bəşər övladının növrağını, büsatını.
    Düşündükmü, nədən oldu? 
    Axı, bütün bəlaların özəyini, özülünü
    İnsan oğlu əllərilə özü qoyur.
    Görən hansı xətamızın bəlasıdır çəkdiyimiz?
    Ey amirlər, əmr edənlər!
    Yer üzünə, bu dünyaya sahib olmaq istəyənlər
    Bir düşünün, bir daşının,
    Nöqtə boyda bir virusa əlac tapa bilmirsiniz.
    İnsanlığı məhv eyləyən silahları yaradanlar.
    Bir silah da indi tapın,
    Bəşəri bu bəlalardan xilas edin!
    Bəlkə Tanrı qəzəbidir gəldiyimiz?
    Bəlkə Tanrı görk eyləyir.
    Bizə deyir görün, baxın,
    İddiası böyük olan, mənəm-mənəm deyənlərə,
    Bir nöqtənin qarşısında acizcə baş əyənlərə.
    Gəlin, tövbələr eyləyək,
    Tanrımızdan əfv diləyək,
    Səhər-axşam dua edək:
    Ey dünyanın, Yer üzünün tək memarı Ulu Tanrım!
    Bu bəlanın əlacını göndər bizə!
    Bu müşkülün, bu sualın,
    Bu sınağın, imtahanın
    Cavabını göndər bizə!
    Sənə açılan əllərin, dua eyləyən dillərin
    Muradını göndər bizə!
    Ey Allahım, gözəl Rəbbim!
    Qəbul eylə duamızı,
    Savabını göndər bizə!

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi və Könüllülər ili çərçivəsində Gülarə Munisin növbəti şeiri

    “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi və Könüllülər ili çərçivəsində Gülarə Munisin növbəti şeiri
    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” könüllülər aksiyası davam edir.

    EvdəQal çağrışına dəstək olan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis yeni yazdığı “Sabun və dəsmal” şeirini təqdim edir. Şeirdə uşaqlara təmizliyin vacib amil olduğunu bildirilir. Dəsmalın dilindən təmizliyin duşmənə qarşı ən böyük silah olduğu vurğulanır.

    Şeir “Kitabsevər uşaqlar” Facebook və eyni adlı kanal vasitəsi ilə dünyada yaşayan azərbaycanlı uşaqlara da çatdırılacaq.
    Şeir şəkillərlə aşağıdakı linkdə:
    http://yasamal.cls.az/front/files/libraries/81/documents/602017500.pdf

                                                               Gülarə Munis
    
                             Sabun və dəsmal

    Gəldi qorxulu kabus,
    Adı koronavirus.

    Yaman qorxdu uşaqlar,
    Evdə qaldı qoçaqlar.

    Nənələr nağıl dedi,
    Nəvələr də dinlədi.

    Yatmağa gedən zaman,
    Nənə dilləndi bu an.

    Səslədi o, Əlini:
    “Sabunla yu əlini!”

    Amma baxın bu tənbəl,
    Sabuna vurmadı əl.

    Yaman incidi dəsmal,
    Ürəyinə düşdü xal.

    Dedi: ”Bezmişəm daha,
    Ümid qalır sabaha.

    Çirkini silmə mənə,
    Dağ çəkilir sinəmə.

    Kim sevməyir sabunu,
    Ona deyirəm bunu.

    Çirkə bulanır üzüm,
    Buna nə qədər dözüm?

    Əlini yuyan zaman,
    Ey sabunu unudan.

    Əlində virus olar,
    Virus aləmə dolar.

    Götür əlinə məni,
    Məhv elə o düşməni.

    Sabun sevməyən oğlan,
    Bax sabuna bir utan!”

  • Nemət TAHİR.”Doğmalar içində bir yadam mən”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Doğmalar içində bir yadam mən.
    Sanki yaddan çıxıb,unudulub
    xatirə dəftərinin vərəqləri arasında
    qurumuş gül ləçəkləri…
    Dərdlərimi çətir etdim başıma.
    döyəcləyir yaz yağışı.
    Öz əlimlə ağı qatdım aşıma.
    Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.
    Yaralı budaqlar sərilib yerə,
    Əlimdə ağlayır nar çiçəkləri…
    Dua etdim üflədim ovuclarıma.
    Uça bilmədi…
    Arzularım,istəklərim,diləklərim
    qanadları islanmış may böcəkləri…
    Qar yağır varlığıma.
    Ruhumda fırtınalar,tufanlar
    İçimdə şaxta,sazaq.
    Ürəyim buz bağlamış bir qaya.
    Boynubükük ümidlərim günəşə boylanan
    qar çiçəkləri…
    Nemət Tahir

  • Nemət TAHİR.”Buz ve Atəş”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Qəlbim yara, gözümdə yaş,
    Duz yaranı göynədərmi?
    Könlümdə buz, sevgim atəş.
    Od buzları əridərmi?

    Öz qarğışım tutub məni.
    Dost nəfsinə satıb məni.
    Kor quyuya atıb məni,
    Haqq səsimi eşidərmi?

    Şaxta vurmuş ürəyimi
    Daşa dönmüş diləyimi
    Xəzan olmuş gəncliyimi,
    Qış günəşi isidərmi?

    Sevgi yaşadar insanı,
    Kindən,kinfrətdən yıxılar.
    Aşkar olandan sarsılmaz,
    İnsan qəflətdən yıxılar.

    Doğru sanmam gördüyünü,
    Fikirlərim cin düyünü,
    Azalıbdır toy-düyünü,
    Dünya matəmdən yıxılar.

    Burnumda çiçək qoxusu,
    Gözümdə səhər yuxusu,
    Qəlbimdə hicran qorxusu,
    Sevgim həsrətdən yıxılar.

    Bərk sarıl haqqın ipinə,
    Haram girməsin cibinə,
    Hamı həyatın dibinə,
    Öz zirvəsindən yıxılar.

  • İlham MİKAYIL.”Qocalır”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    QOCALIR

    Zaman tələsdirir qovur insanı,
    Baxıb bu həyata dövran qocalır.
    Duyub düşündükcə ömrün sonunu,
    Saçları ağarır, insan qocalır.

    Həyat insanların üstünə cumur,
    Əl əli yuyanda əlüzü yumur.
    Görən bu həyatda insan nə umur,
    Baxıb min arzuya güman qocalır?!

    Əyrini düz sayır, düzü də əyri,
    Allah cüt yaradıb “Şəri və xeyri”.
    Bircə bu dünyada yalandan qeyri,
    İnsana baş əyən zaman qocalır.

    Bəşər yox olubdu qandal qolunda,
    İblislər əyləşib sağı-solunda,
    Həyatın çıxılmaz çətin yolunda,
    İnsanı dərk edib qanan qocalır.

  • İlham MİKAYIL.”Ala yurdumu”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    ALA YURDUMU

    Gülü dərilməyib təzə tər qalıb,
    Ürəkdə nisgil var dərdi sər qalıb.
    Düşmən tapdağında Kəlbəcər qalıb,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Lənət o anlara, lənət günlərə,
    Dilə gəldi o gün o dağ, o dərə.
    Əldən getdi Ağdam, Laçın, Ağdərə,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Dərbənd rus əlində, Şuşa dığada,
    Füzuli, Cəbrayıl qalıb yağıda.
    Gör kimlər oynadır at Qubadlıda?!
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Ruhumu incidir Qazan Bayandur,
    Deyir oğuz oğlu qalx ayağa dur.
    Çağırır Xocalı, Göyçə, Zəngəzur.
    Bir oğul gəzirəm ala yurdumu.
    Səliqə səhmana sala yurdumu.

    Hər şeyin öz adı var öz adında.
    Xocavənd, Xankəndi qalsın yadında.
    Silinməz iz qoysun qoy yaddaşında.
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə-səhmana sala yurdumu.

  • Tanınmış Azərbaycanlı yazıçı, jurnalist Varis YOLÇUYEVin oxucuları ilə canlı görüşü təşkil olunacaq

    13 mart 2020-ci il tarixində saat 15:00-da Bakı şəhər Mədəniyyət Baş İdarəsi İnstagram-da mənimlə oxucularımın, kitabsevərlərin canlı görüşünü təşkil edir. Sizləri yayıma qoşulub maraqlandığınız bütün suallara cavab almağa dəvət edirik! Maraqlı olacaq! 

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    bircə ovuc göz yaşısan…
    haramdı gözəlliyin…
    Bilirmi məni yaradan,
    xoş günümün baş daşısan?
    ayparam…
    ciyərparam…
    addımlarım izlərinin fədaisi…
    Uçuq-sökük arzularım
    eşqin ən ibtidaisi…
    o vaxt bu cür sevərmişlər…
    “Yarı zormuş, yarı xoş…”
    Ayrılanda ölərmişlər…
    İndi ayrılanlar sərxoş…
     
    ***
    Sən gedən yollara elə söymüşəm…
    Abrı olsa, bir də adam aparmaz…
    Özümü həsrətlə elə döymüşəm…
    Abrım olsa,
    Bir də könlüm eşq doğmaz…
    Sən vardın…
    Göylərə bir əhdim vardı;
    Hər səhər duamı gülə bələrdim…
    Tanrı əmanəti bir ömür vardı
    Getdin, o ömrü də külə döndərdim…
     

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    MƏNİM YARIMÇIQ ŞEİRİM…

     Dağınıq fikirlərim kimisən bu gün yarı gözümdə, 
    yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə, başqa aləmdə…
     İş masamın üstünə düzülüb xəyalların… 
    Bütün kağızların bir tərəfində sənin şifrələnmiş adın, bir tərəfində mənə aid cızma-qaralar… Eynən duyğularım tək qarma-qarışıq…
     Yağış döy
    ən pəncərəmdə görünür bir ara üzün, 
    Diksinib baxıram… “yanıldım” yenə o hüzn…

     Bir tərəfdə sırf özəl əşyalar, 
    gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar… 
    Soldakı çərçivədə rəsm – sonuncu xəyal, 
    kiçik bir ailə, kiçik ev, məsum uşaqlar…
     Önümdə yazdığım bir neçə sətir – hələ tamamlanmamış yarımçıq şeir… 
    nədənsə istəmirəm sonuncu cümləni yazmaq…
     dağınıq fikrilərim kimisən bu gün yarı gözümdə, 
    yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə , başqa aləmdə…
     Sən mənim yarımçıq şeirim kimisən heç vaxt son cümləsi yazılmayacaq… 

    2011 

    Çıx get ürəyimdən

     Gəl çək öz köçünü duyğularımdan, 
    Çıx get ürəyimdən,daha sevmirəm. 
    Yuxuydun yox oldun sən həyatımdan, 
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Döndün ümidimin göz yaşına sən 
    Aldandın kiminsə göz-qaşına sən. 
    Köçdün taleyimin yaddaşına sən, 
    Çıx get ürəyimdən,daha sevmirəm.

     Sevmək,sevilmək də yalanmış demə 
    Sevgin özü boyda yükdü qəlbimə, 
    Sən layiq deyilsən mənim sevgimə 
    Çıx get ürəyimdən,daha sevmirəm.

  • Xalq şairi Vahid ƏZİZ.”Soyuqluq”

    Söyuqlar meylini salır şəhərə,
    bağlarda manqallar közdən soyuyur,
    görününür havalar nəyəsə görə,
    nədənsə inciyib bizdən soyuyur.

    (görünür hər zaman alovlu yaylar,
    qeybətdın,gileydən bezib yorulub,
    məncə “Sərinkeşdə” bütün olaylar,
    o çıxıb,mehriban ara pozulub.)

    Bəlkə də başqa cür bir hikmət də var-
    insandan fərqlənmir çox da havalar,
    onu sevənlərdən uzaq qalanlar,
    get-gedə düşərək gözdən soyuyur.

    Günbəgün artarsa gözlərin qəmi,
    günahkar tutulsun taleyin kəmi,
    göllər də,ümman da südlü aş kimi,
    içi isti qalıb–üzdən soyuyur,

    Yenə də sağ çıxdım ömrün qışından,
    bir il də bəxş etdi dünya yaşından,
    havalar sınanda dağlar–başından,
    qocalan adamlar dizdən soyuyur.

    Bir gülü hər zaman gəzər gözlərim,
    canımı isidər gənclik közlərim,
    rədd edin,a doğma,gözəl ellərim,
    kim desə: “Ürəyim sizdən soyuyur”…

  • Xalq şairi Vahid ƏZİZ.”Ömrümün qürub çağıdı”

    Dəyişib Sevgi bağı,tutduğu belə barmıdı?
    saraldı hər yarpağı,gətirdiyin baharmıdı?

    Sığalın istisinə saçlar bayılıb yatsa da,
    daha getməz əriyib,aldığı rəngi qarmıdı?

    Qəminə qurban olum,bu qədər qısqanma məni,
    gözucu bax cahana,səndən gözəli varmıdı?

    Yenə durna qatatarı səsləndi: “Səyyahlıq edək”,
    şübhə edir ürəyim–sənli gedən qatarmıdı?!

    Məhəbbət çeşməsinin ağlasam hərdən gözünə,
    görəsən gözlərini gəzlərimə tutarmıdı?

    Nəni sevən gözəlim şaiyələrə baxmazıdı,
    inandıran bu qədər doğmalarım,yadlarmıdı?

    Bir səda çatdı mınə: şad edir gəlmək istəyi,
    hər dəfə bir cür olub,bu,sonuncu qərarmıdı?

    Yetişdin,Vahid ƏZİZ,ömrünün qürub çağına,
    yaşamaq istəyinə Tanrının rəyi varmıdı?

  • Xalq şairi Vahid ƏZİZ.”Yasəmən”

    YASƏMƏN…

    Çəkər yazın son ayında səmaların rəngini,
    bu dünyada ən sevdiyim–yaz ətirli yasəmən,
    düşünməyək ayrılığın,həsrətlərin qəmini;
    ömür boyu belə qalaq–nə mən solum,nə də sən.

    Bəzən olur ilk bahar da,son bahar da yağışlı,
    buludları gah qəzəbli,gah mehriban baxışlı,
    incə güjüm,dolaşmayaq təlaşlı,gözü yaşlı-
    Leyli–Məcnun timsalları nə mən olum,nə də sən.

    İkimiz də uduzarıq–bəddir “Sevgi oyunu”,
    fani dünya yaranışdan dəyişmədi huyunu,
    aləm böyük olsa belə,hər yaşamın bir sonu!
    yazılmasın; “Son məktubu” nə mən alım,nə də sən.

    Necədə qol-budaqlısan!-qurban olum boyuna,
    gülüm,səni qısqanıram hətda şəbnəm suyuna,
    birgə açlb,birgə solaq–özgəsinin qoluna,
    hönkürərək öz qolunu nə mən salım,nə də sən..

  • Xalq şairi Vahid ƏZİZ.”İnsan”

    Həyat ümmanında hər ömür ada-
    suyunda əriyən şəkərdi insan,
    hər biri özünə “Ağa” olsa da,
    başqa birisinə nökərdi insan.

    Tanrı bilə-bilə (sirr açım sizə)
    Şeytanı,İblisi oxşadıb bizə,
    yaxşı ki,görünmür gözlərimzə-
    yoxsa zəhləsini tökərdi insan!

    Gəncə-sevgi dayaq,qocaya-əsa,
    “olumla”-“ölümün” arası qısa,
    saf-çürük etməyə imkanı olsa,
    bəlkə başqa ömrü seçərdi İnsan!?

    Bir sonsuz axındı,çətin ki,bitər,
    üstündə qırğındı; sər-sərvət didər!
    O dünya yaxındır-anında gedər,
    Vətənsiz quş kimi köçəri insan!

    Qışdan çıxa bilsə,üz tutar yaza,
    qələm tuta bilsə-əl gərək yaza!
    Şeytannan hiyləgər tamah olmasa,
    hər yerdən Cənnətə köçardi insan.

    Çoxuna əl atdım itib-batanda,
    özgə dərdləyiylə yatdım yatanda,
    səpdiyi dənlərə haram qatanda,
    biçəndə anlayr: “Nə dərdi?”- insan.

    İnan sözlərinə Vahid ƏZİZin,
    heç nə fayda verməz acdırsa gözün,
    ibadət etməkdən getsə də dizin,
    “Namazın”,”Orucun” hədərdi,insan…

  • Xalq şairi Vahid ƏZİZ.”Yaxındı”

    Aramaqdan taleyimin açarın,
    yazıq canım,min-bir odda yaxıldı,
    üzü güldü “qara günlü” saçların,
    indi “ağı”-“qarasınnan” yaxındı.

    Yar qəlbimin kaş biləydi qədrini,
    qırmayaydı,üzməyəydi səbrini,
    elə çəkdim,elə aldım dərdini-
    ürəyimin yarasınnan yxındı!

    Söylə,gülüm,istəyini bilim mən,
    gözlərini gözlərimlə silim mən,
    məsafəmiz gen olsa da ölümnən,
    qaşla-gözün arasınnan yaxındı!

    İstəyirdim həyatımın gerçəyin
    ürəyinə pıçıldayım çiçəyin,
    bir də gördüm,qulağına ləçəyin
    dodaqlarım–sırğasınnan yaxındı.

    Daraq olam–yar daraya,tel açam,
    danışmağa izin verə–dil açam,
    yaxın qoya–düymə tutub,gül açam,
    düymə–yarın yaxasına yaxındı!

    Köhlənində dəliqanlı çağların,
    çox dadmşam meyvəsini bağların,
    Vahıd ƏZIZ,uzaq üfüq–dağların,
    görünməyən arxasınnan yaxındı…

  • Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri  

    * * * 

    Allah da bu boyda götürməz ahı,
    Bəndəsi şükr edər naşükür olmaz.
    Bu nurda boy atdıq səcddəyə durduq
    Haqq desən insanlar bir yol yorulmaz.

    Quranı kitablar kitabı bildik,
    Peyğəmbər Allahın son elçisiydi.
    İslama gəl deyə hayqırdı dön gəl
    O sudan içdikcə birdə dirildik.

    Gecələr oyanıb namaza dursan,
    Açılar qapılar üzünə min yol.
    Əl açsan, dua et, Allahdan istə,
    Nə olsan əyilsən, yenə özün ol.

    * * * 

    Qorxmuram şəhərin küçələrindən,
    Yanımdan iki bir maşınlar keçir.
    Bəlkə bir sağ olsuz məni tərk edib
    Getdiyin yolların yolçusam mən.

    Ağaclar binalar, yad bildiklərim,
    Ovutmur könlümü gedəndən yenə.
    Bir eşqliq yol keçib üzüldüyüm də
    Yüyürdüm bir eşqdə dönürəm sənə

  • “Molla Nəsrəddin” jurnalı – 114

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Molla Nəsrəddin” kitabını bərpa edib.

    AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Azərbaycan İstiqlal Muzeyindən mərkəzə daxil olan “Molla Nəsrəddin” kitabı mərkəzin ali dərəcəli bərpaçı-rəssamı, Əməkdar mədəniyyət işçisi Xatirə Tağıyeva tərəfindən bərpa edilərək muzeyə təhvil verilib.

    Qeyd edək ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi 1906-cı ilin elə bu günü – 7 apreldə Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində jurnalın 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) işıq üzü görüb.

    Mənbə: https://azertag.az/

  • 7 aprel-Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdü

    Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1]

    Həyatı

    Çingiz Abdullayev 1959-cu il aprelin 7-dəBakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (19761981)

    Fəaliyyəti

    Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). AfrikaAsiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (19841986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
    Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. AlmaniyadaİrlandiyadaFransadaRusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində ÇexoslovakiyaYuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
    Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.[4]
    2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
    30 mart2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir[5]

    Ad və mükafatlar

    Filmoqrafiya

    Əsər müəllifi kimi

    1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
    2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)

    Ssenari müəllifi kimi

    1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
    2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
    3. Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
    4. Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)

    Məsləhətçi kimi

    1. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)

    Prodüser kimi

    1. Adın sirri və tale. Qurban Səid (film, 2010)

    Əsərləri

    Əsas məqalə: Çingiz Abdullayevin biblioqrafiyası

    İstinadlar

    1.  Çingiz Abdullayev: Məni istəməsələr, “Neftçi”də qalmayacam. apasport.az, 31.03.2015  (azərb.)
    2.  Kuluar.az – Çingiz Abdullayev “… Yazmağa başlayanda deyirdilər Çingiz getsin qoyunlarını otarsın…”
    3.  Çingiz Abdullayev: “MTN-in təklifindən imtina etdim”
    4.  Çingiz Abdullayevə “Şöhrət” ordeni verildi
    5.  Çingiz Abdullayev İnterpolun fəxri səfiri oldu. sabahinfo.az, 10.11.2014.  (azərb.)

  • Sosial təcrid günlərində valideynlərə dəstək – “BağçaTv” (video)

    http://kultur.az/

    Bu günlərdə yazıçı-publisist İradə Aytel özünün yutub kanalında yeni bir layihə reallaşdırdı. Layihə sosial təcrid günlərində valideynlərə dəstək xarakteri daşıyır və azyaşlı uşaqlar üçün nəzətdə tutulmuş videoroliklərlə  yayınlanır.  “Salam, azyaşlı uşaqların valideynləri. Sosial təcrid günlərində məhz sizə dayaq olmaq üçün yutub kanalımda hər gün videolarımı yerləşdirəcəm. Məqsədim uşaqların vaxtını səmərəli keçirmək və maarifləndirməkdir. Baxın, dinləyin, bəyənsəniz abunə olaraq növbəti buraxılışlardan da xəbərdar olun və estafeti balacalara verin. Burada hər gün yeni nağıllar da olacaq. Nağıllar uşaqların heç yerdə eşitmədiyi nağıllardır, xarici saytlardan özüm tərcümə edirəm”, deyərək, valideynlərə səslənən müəllif gündəlik yayınlanacaq “BağçaTV”-nin bu layihəsində məktəbəqədər uşaqları, əsasən də xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqları Azərbaycanın əlifbası, Dövlət atributları, tarixi günləri, coğrafiyası, ədəbiyyatı, musiqisi ilə tanış edəcəyini anons edir.

    İlk günlərdən böyük marağa səbəb olan layihənin uğur qazanacağına ümid edirik.

  • Virtual səyahətimizin növbəti məkanı: Göyçay rayonu

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin virtual formada davamlığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Quba, Bərdə, Xızı, Daşkəsən, Ucar, Samux rayonları və Gəncə şəhəri ilə bağlı videoçarxlar izləyicilərə təqdim olunmuşdur.

     Layihə çərçivəsində növbəti tur Göyçay rayonunadır.

    “Göyçay” əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür.

    Təqdim olunan videoçarxda Göyçayın ərazi və əhalisi ilə bağlı ümumi məlumat verilmiş, rayonun  təbəti, bir-birindən maraqlı quruluşa malik olan muzeyləri, ziyarətgahları, müasir binaları, istirahət mərkəzləri və parkları ilə bağlı fotolar verilmişdir. Göyçay rayonunun mətbəxi isə nardan hazırlanan yemək növləri (nar şərab, nar suyu, nardança və s.) ilə seçilir.

    Videoçarxda Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən tarixi abidələr –  Surxay qalası (XII-XVI əsr), Hacı Cəlil məscidi (XIXəsr),Yeraltı hamam (XIX əsr), Hz.Əbülfəz Əl-Abbas(ə) məscidi (XIX əsr), son illərdə inşa olunmuş xatirə abidələrdən – Azərbaycanın soyqırımına həsr olunmuş türk əsgərlərinə abidə, Soyqırım Abidəsi, 20 Yanvar şəhidlərinə həsr olunmuş xatirə kompleksi, Əbədiyaşar ədiblər kompleksi, 1941-1945-ci il Vətən Müharibəsində həlak olan döyüşçülərə həsr olunan  xatirə kompleksi fotolar sırasında öz əksini tapmışdır.

    Videoçarxın davamında Məhəmməd Sadıq bəy Ağamzadə, Oqtay Maqsudov kimi göyçaylı generalların, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı kimi şair və yazıçıların, həmçinin digər görkəmli şəxsiyyətlərin fotolarını izləyə bilərsiniz.

    Videoçarx zamanı dinlədiyiniz musiqi xalq artisti İslam Rzayevin ifasında “Göyçay” mahnısıdır.

    Göyçay  videoçarxı YouTube-da yerləşdirilib:

    https://www.youtube.com/watch?v=MyqcfGD46Xo

    Təqdim olunacaq videoçarxlar davam etməkdədir.

  • Polad Sabirlini doğum günü münasibətilə təbrik edirik! (6 aprel 1973-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, istedadlı qələm sahibini, gözəl şairimizi, Polad Sabirlini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    SORUŞUN

    Xoş sədanı dualardan,
    Laylanı dildən soruşun.
    Kəkliyi sal qayalardan,
    Ceyranı çöldən soruşun.

    Yaman olar sözün çiyi,
    Sevincə qatın hər şeyi,
    Ağ biləkdən bilərziyi,
    Sığalı teldən soruşun.

    Sabah bu gündən, dünəni,-
    Özümçün, özgədən məni,
    Koldan-kosdan bənövşəni,
    Bülbülü güldən soruşun.

    İgid eldən dönməz qəti,
    Eldə yaşar el adəti,
    Ürəklərdən məhəbbəti,
    Zəhməti əldən soruşun.

    Yar axtarar, yarı gəzər,
    Gəzər, yarı sarı gəzər,
    Çiçək üstə arı gəzər,
    Sonanı göldən soruşun.

    Sevə-sevə el, hamını,
    Bir-bir tapar il, hamını,
    Eldən alar ilhamını,
    Poladı eldən soruşun.

    16.09.2018.

    ALLAHIM BİLİR

    Başım elə qarışıb ki,-
    Heç bilmirəm hayandayam.
    Ölümdən bir az bu yanda,
    Ayrılıqdan o yandayam.

    Əlim hər işdən soyuyub,
    Ovcumda üşüyür qar da.
    Lap iki dünya bir ola,
    Çıxan qan qalmaz damarda.

    Dərdə-qəmə yaxınlaşır,
    Məndən uzaqlaşan adam.
    Ölüb-dirilir, ölümə,-
    Baxıb yazıqlaşan adam.

    Adam var qəm-kədərinə,
    Gecə-gündüz güddü qonaq.
    Bu dünyaya elə-belə,
    Gəldi qonaq, getdi qonaq.

    Xəyallarım pərən-pərən,
    Savabı, günahım bilir.
    Qismətimdə nə var görən?
    Nə bilir, Allahım bilir.

    29.03.2020

    MƏNİM ÜNVANIMA DƏYMƏYƏYDİ KAŞ

    Özgəyə qurduğu hiylə-kələyin,
    Özü də bilmədən zoruna düşdü.
    Ağız dolusuyla dediklərinin,
    Deyəsən axırda toruna düşdü.

    Min bir fitnə ilə, min bir şər ilə,
    Ortada yeyənlər qıraqda gəzər.
    Boş-boş xülyaları özünə sığmaz,
    Yuxarı göz qoyar, ayaqda gəzər.

    Zamanın şilləsi tutdu-tutmadı,
    Nəfsinə qul olar, kölə yaşayar.
    Yüz sifətə düşər, yüz dona girər,
    Kiçilə-kiçilə belə yaşayar.

    Əlləri hər yerdən üzülən kimi,
    Üzünə geyməyə üz də tapar o.
    Düzü səhv çıxardar, səhvi düz edər,
    Hələ danışmağa söz də tapar o.

    Ona gülünc gələr gülünc adamlar,
    Özü gülünc halda – günə çatsa da.
    Özünə “dost” tapar hamam suyuyla,
    Söhbətə dönsə də, ünə çatsa da.

    Mən özüm-özümlə bacarammıram,
    Baş-ayaq zamanla necə yollaşım?
    Necə baş çıxardım bu adamlardan, –
    Heç nəyi almaym vecə, yollaşım?

    Düşmənin tənəsi, dostun töhməti,
    Mənim ünvanıma dəyməyəydi kaş.
    Qabında bir şeyi olmayan, qəti, –
    Özünü boş yerə öyməyəydi kaş…

    26.03.2020.

    ANAM NAMAZ ÜSTƏ İMİŞ

    Dil açdı dərd pərdə-pərdə,
    Hələ avaz üstə imiş.
    Aşiq agah oldu dərdə,
    Hər sirri saz üstə imiş.

    Bundan da beş-betər üzü,
    Sevinc üzü, kədər üzü,
    Bu dünyanın lap hər üzü,
    Nəzir-niyaz üstə imiş.

    Əyri qara, düz ağ oldu,
    Üz ağartdı, –
    üz ağ oldu,
    Xəta məndən uzaq oldu,
    Anam namaz üstə imiş.

    16.03.2020

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində uşaq yazarı Gülzar İbrahimova yeni şeirlərini təqdim edir


    Azərbaycanda elan edilmiş karantin rejimi müddətində ictimai işlərdə geriləmə olmaması üçün mədəniyyət müəssisələri əhalini virtual formada maarifləndirməyə davam edir. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası da oxuculara xidməti dayandırmadan internet üzərindən onlara informasiya ötürməkdə xüsusi səy göstərir. Bu müddət ərzində Mərkəzi Kitabxana “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi həyata keçirmiş, koronavirusla bağlı mövzuda təbliğat işi aparmışdır. 
    Layihəyə bu dəfə öz şeirlərini kitabxana ilə daimi əməkdaşlıq edən, kitabxananın Fəxri oxucusu Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, H.Zərdabi mükafatçısı, yazıçı Gülzar İbrahimova təqdim etdi. Şeirləri oxucuların ixtiyarına veririk.

    Qoy təmiz olsun dünya və ya Rədd olsun pandemiya

    Uşaqlar, darıxmayaq,
    Evdən çölə çıxmayaq,
    Əlləri tez-tez yuyaq,
    Yaxşıca sabunlayaq.
    İsti su ilə çimək
    Mikrobları məhv edək!
    Qoy təmiz olsun dünya,
    Rədd olsun pandemiya!

    Qurtarsın pandemiya

    Oxuyum olum alim 
    Özüm dərman düzəldim.
    Elə olsun ki, dərman
    Onu içəndə adam
    O dəqiqə sağalsın,
    Durub ayağa qalxsın.
    Dərman səpim dünyaya
    Qurtarsın pandemiya
    Desinlər mənə –   “Əhsən!
    Dünyanı qorudun sən”.